Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-939/2023 26.05.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Ağalarov Mahmud Muradxan oğlunun sədrliyi ilə, hakimlər Həsənzadə İradə Xəlil qızı və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, Əfəndiyev Emil Habil oğlunun katibliyi ilə, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi və Zərərçəkmiş şəxs iştirakları ilə xx xxxxxx 1987-ci ildə Ermənistan Respublikasının Quqark rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, məhkumluğu ödənilmiş, Bakı şəhəri Nərimanov rayonu, Ş.Mustafayev küçəsi, ev 20-də yaşamış, Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: Təqsirləndirilən şəxs "xxxx" turizm şirkətinin əməkdaşları ilə razılaşmaya əsasən Azərbaycan Respublikasına gəlmiş xarici turistləri 90 manatı şirkətə, 110 manatı isə göstərdiyi xidmətə görə ona ödənilməsi şərtilə, ümumilikdə 200 manat pul müqabilində özünün idarə etdiyi «Chevrolet Cobalt» markalı **-PR-*** nişanlı avtomobilində 11 avqust 2022-ci il tarixdə saat 00-10 radələrində onlar üçün ayrılmış yerə çatdırdıqdan sonra şirkətin satış üzrə direktoru işləyən Şahid2 onunla telefon əlaqəsi yaradıb 200 manatı işlədiyi şirkətə məxsus «Unibank» kart hesabına köçürməsini tələb etikdə, onun ancaq şirkətə ödənilməli 90 manatı hesaba köçürəcəyini bildirməsi aralarında mübahisənin yaranmasına səbəb olduqda, həmin mübahisəni görən sonuncunun atası Şahid1 telefonu oğlu Şahid2 götürərək onunla mübahisəni davam etdirməsi, bir-birilərini təhqir etmələri ilə nəticələndiyindən aralarında şəxsi münasibətlər zəmnində yaranmış konfliktə aydınlıq gətirmək üçün saat 2 radələrində ünvan 1 ünvanın 57 saylı tam orta məktəbin qarşısında görüşərək mübahisələrini davam etdirdikdə, həmin ünvana Şahid1la birlikdə gəlmiş Zərərçəkmiş şəxs onun ünvanına nalayiq ifadələr işlətməsindən sonra o, üzərində olan təsərrüfat-məişət təyinatlı mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs sağ qalça nahiyyəsinə bir dəfə qəsdən vuraraq onun sağ qalça nahiyəsinin daxilə keçməyən deşilmiş-kəsilmiş yarası kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərərvurmaya xarakterik və sağ döş qəfəsinə bir dəfə qəsdən vuraraq döş qəfəsinin sağ yarısının daxilinə nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası ilə müşayiət olunan sağ tərəfli hemopnevmotoroks və qanaxma ilə nəticələnən, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya xarakterik xəsarətlər yetirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Bakı şəhərində fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olmuşdur. Şəhərdaxili sərnişin daşımalarından əlavə, bəzən sifarişlə xarici turistləri də sifariş etdikləri yerlərə aparıb gətirmişdir. 2022-ci ilin avqust ayının 9-da axşam saatlarında Toğrul adlı tanışı ona zəng edib, iki nəfər X2 vətəndaşını 110 manat pul müqabilində Bakı şəhərindən götürüb Quba və Qusar rayonuna aparıb-gətirməsini xahiş etmiş və o, razılaşmışdır. Toğrul ona həmin məsələ ilə bağlı Kamran adında bir nəfər şəxsin onunla əlaqə saxlayacağını demişdir. Az sonra ona özünü Kamran kimi təqdim edən şəxs zəng vurub müştərilərin olduğu yerini bildirmişdir. Həmin gün təxminən saat 11 radələrində Bakı şəhəri Səbail rayonu, Nizami küçəsindən biri qadın, biri kişi olmaqla iki nəfəri idarə etdiyi avtomobili ilə götürüb Qusar rayonu ərazisində yerləşən Şahdağ Turizm mərkəzi və Quba rayonuna aparmış, 11 avqust 2022-ci il tarixdə saat 00-10 radələrində isə Bakı şəhərinə gətirib, qış parkında düşürtmüşdür. Sonuncular ona 200 manat pul vermişlər. Az sonra Kamran ona zəng edib, müştəridən aldığı 200 manatı onun plastik kartına atmasını və ona çatacaq 110 manatını sonra verəcəyini bildirmişdir. Kamrana belə danışmadıqlarını, uzun yol gəlib yorğun olduğunu, 110 manatını götürüb, onlara çatası 90 manat pulu səhər verəcəyini demişdir. Kamran onunla razılaşmamış, onun telefonuna kart şəkli göndərəcəyini bildirib, həmin 200 manat pulu kartına yükləməyi, ona çatası 110 manatı sonradan ona verəcəyini demişdir. Kamrana danışıq şərtlərini xatırladıb demişdir ki, 110 manatını götürüb, onlara çatası 90 manatı göndərdiyi kart hesabına yükləyəcəkdir. Telefonda söhbətləri alınmadığından Kamrana görüşüb məsələni yoluna qoymağı təklif etdikdə, sonuncu ona «mənim kişiliyimə şübhən var?»-deyə sual etmişdir. Kamrana mübahisəyə ehtiyac olmadığını, uzun yol gəlib yorğun olduğunu, danışdıqları kimi, ona çatası 90 manatı götürüb, mövzunu xoşluqla bitirmək istədiyini bildirmişdir. Az sonra telefonuna ***-***-**-** mobil nömrədən zəng gəlmişdir. Telefonu açdıqda danışan şəxs adının Azər olduğunu bildirib, özünü şirkətin böyüyü və Kamranın ağsaqqalı kimi təqdim edib, ondan 200 manat pulu Kamranın göndərdiyi kart hesabına göndərməsini tələb etmişdir. Azərə onu tanımadığını, onunla danışmadığını, Kamranla razılaşdığını və müştəridən aldığı 200 manatın 110 manatını özünə götürəcəyini demişdir. Telefon danışığı zamanı Azərlə söhbətin mübahisəyə çevrildiyini görüb zəngi bitirmiş və telefon zənglərinə cavab verməmişdir. Fasiləsiz daxil olan zənglərin ardı-arası kəsilmədiyini görüb telefonu açmış və bu zaman Azər: «nə yekəbaşlıq edirsən əclaf, gəlib burnunu qıraram»-deyə təhdid etmişdir. Sonuncuya sakit şəkildə səhər görüşüb danışacağını bildirmişdir. Azər isə yenidən nalayiq ifadələr işlədərək ona bir azdan evlərinə gələcəyini və məsələni indi həll etməli olduğunu bildirmişdir. Bundan sonra evə getmiş, evdə olduğu müddətdə də telefonuna ardıcıl olaraq zənglər gəlmişdir. Zəng edənin sonuncular olduğunu və onların artıq yaşadığı evə gəldiklərini yəqin edib, çıxıb onlarla söhbət etmək qərarına gəlmişdir. Evdən çıxarkən onunla eyni ünvanda yaşayıb, 57 saylı tam orta məktəbdə gözətçi işləyən qardaşı Sakit Məmmədovla üz-üzə gəlmişdir. Sakit ona çöldə yad adamlar olduğunu deyib, ondan nə baş verdiyini soruşmuşdur. Qardaşına başına gələnləri danışmış və həmin gördüyü yad adamların onunla danışmağa gəldiklərini bildirmişdir. Evdən çıxarkən mübahisəni şişirtməmək üçün özü ilə həmin 200 manat pulu da götürmüşdür. Sonuncuların telefonda onunla çox acıqlı nalayiq ifadələrlə danışmalarını və hədə-qorxu gəlmələrini nəzərə alıb, onu vurmaq istədiklərini düşünüb, hər ihtimala qarşı ehtiyat edib, özünü müdafiə etmək məqsədilə mətbəxdən məişət bıçağını götürüb, arxa tərəfdə köynəyinin altında gizlətmişdir. Onun üzərində bıçaq olmasından qardaşı Sakitin məlumatı olmamışdır. Sonra qardaşı ilə birlikdə sonuncuların yanlarına getmişdir. Bu zaman onlardan biri ona: «Qoca sənsənmi?»-deyə sual etmiş, sonuncuya: «bəli, mənəm»-deyə cavab vermişdir. Həmin şəxsin adının Azər olduğunu sonradan bilmişdir. Azərə: «mənimlə telefonda danışan, qolumu qırmağa gələn, məni söyən sən idin?» deyə soruşduqda, sonuncu özü olduğunu bildirmişdir. Digər şəxslər həmin vaxt kənarda durmuş və onların söhbətinə qarışmamışdır. Həmin vaxt Azər onun ünvanına təhqiramiz ifadələr işlədib, onu kənara çəkmək istəmişdir. Bu zaman qardaşı Sakit sonuncudan: «ağsaqqal, nə baş verib, mübahisəyə səbəb olan nədir?»-deyə soruşduqda, Azər: «ağsaqqalın ağzı belə-belə olsun»-deyib üstünə gəlmişdir. Sonuncunun söyüşlə danışmasından əsəbləşmiş və hisslərini cilovlaya bilməmişdir. Köynəyinin altında gizlətdiyi bıçağı çıxardıb Azərin bud nahiyyəsindən bir dəfə vurmuşdur. Qardaşı Sakit araya girib, onları ayırmışdır. Bundan sonra Cavid söyüş söyə-söyə üstünə gəlmişdir. Sonuncunun onunla dalaşacağını güman edib, sağ əlindəki bıçaqla onu da sağ qoltuqaltı nahiyyəsindən bir dəfə bıçaqla vurmuşdur. Zərbədən Cavid yıxılmış və az sonra yenidən ayağa qalxıb üstünə gəlmişdir. Odur ki, əlindəki bıçaqla onu döş qəfəsi nahiyyəsindən bir dəfə də vurmuşdur. Bu vaxt qardaşı Sakit və qonşuluqda yaşayan Rinad onu itələyərək aralamış və Cavid durub qaçmışdır. Daha sonra evə getmək istəyərkən qardaşı Sakitin avtomobilin yanında dayanıb Kamranla söhbət etdiyini, sonuncunun Sakitə qarşı nalayiq ifadələr işlətdiyini görüb, xəstə qardaşına xəsarət yetirə biləcəyini düşünüb, üstündəki bıçaqla Kamranın da sağ bud nahiyyəsindən bir dəfə vurmuşdur. Zərbən sonra Kamran ondan uzaqlaşmış və avtomobilinə əyləşib çıxıb getmişdir. Daha sonra evə getmiş və hadisə zamanı istifadə etdiyi bıçağı polisə təhvil vermişdir. Əməlindən peşmandır. Zərərçəkmiş şəxslərlə barışmışdır. Valideynləri zərərçəkmiş şəxslərə dəyən ziyanı tam olaraq ödəmişdir. Barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, "xxxx" MMC-də turizm şirkətində icraçı direktor vəzifəsində çalışır. Təqsirləndirilən şəxs taksi fəaliyyəti ilə məşğul olmaqla, bəzən də onun rəhbərlik etdiyi şirkətlə əməkdaşlıq etmişdir. Şirkətlə Məmməd arasında 10 avqust 2022-ci il tarixdə razılaşma olmuşdur. Bir qayda olaraq sürücüyə ödənişi şirkət edir. Bu dəfə isə Məmmədə sonuncunun Qubaya aparıb-gətirdiyi müştərinin özü ödəniş etmişdir. Məmmədlə Kamran arasında olmuş danışıqlar, həmçinin anlaşılmazlıq və mübahisə etmələrindən onun sonradan məlumatı olmuşdur. Həmin gün axşam saatlarında Kamran onunla əlaqə saxlamış, ondan telefonuna plastik kartının şəklini amasını xahiş etmişdir. Söhbət əsnasında Məmmədlə Kamran arasında mübahisə yarandığı ona məlum olmuşdur. Kamran ona atası ilə birlikdə sürücüdən ödənişi götürməyə getdiyini demişdir. Odur ki, Kamrandan getdikləri yerin ünvanını ona bildirməsini xahiş etmişdir. Sonradan birlikdə Məmmədin yaşadığı ünvana getmişlər. Danışıq zamanı Məmmədlə aralarında mübahisə yaranmış və sonuncu onların hər üçünü bıçaqla vurmuşdur. Xəsarət aldıqdan sonra avtomobilə əyləşib hadisə yerindən uzaqlaşmışdır. Hadisə gecə saatlarında baş vermişdir. Qaranlıq olduğu üçün baş verənləri tam görə bilməmişdir. Bu səbəbdən ibtidai istintaqın ilkin mərhələsində Sakit Məmmədovun da onu vurduğu barədə səhv ifadə vermişdir. Sonradan baş verənləri dəqiqliklə yadına saldıqda, onu yalnız Məmmədin vurduğuna əmin olmuşdur. Təqsirləndirilən şəxslə barışmışdır. Ona qarşı şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Şahid2 onun doğma oğludur və "xxxx" Turizm şirkətində satış müdiri vəzifəsində çalışır. Təqsirləndirilən şəxs isə tanımır. 11 avqust 2022-ci il tarixdə saat 00-30 radələrində yaşadığı evdə olarkən oğlu Kamranın telefonda kiminləsə mübahisə etdiyini görmüşdür. Odur ki, telefonu oğlundan alıb, telefonda danışan şəxsə özünün təqdim edib, sonuncudan oğlu ilə nə səbəbə mübahisə etdiyini soruşmuşdur. Danışan şəxs ona: «sən kimsən, sənə dəxli var?»-deyə cavab verəndən sonra onu Nərimanov rayonu ərazisində yerləşən 57 saylı tam orta məktəbin yanına dəvət etmişdir. Odur ki, oğlu Kamranla özünə məxsus «Nissat Altima» markalı **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobilinə əyləşib, deyilən yerə getmişlər. Kamran müdiri Cavidlə əlaqə saxlayıb, birlikdə pulu götürmək məqsədi ilə Nərimanov rayonu ərazisində yerləşən 57 saylı tam orta məktəbin yaxınlığında olduqlarını bildirmişdir. Bir neçə dəqiqə sonra Cavid öz avtomobilində həmin yerə gəlmişdir. Bundan sonra istifadəsində olan ***-***-**-** nömrədən Məmmədin istifadəsində olan telefona bir neçə dəfə zəng etmiş, lakin, sonuncu zənglərinə cavab verməmişdir. Bu hal onu tam hövsələdən çıxartmışdır. Cavidlə birlikdə həmin ünvanda gəzişərkən sonuncu məktəbin arxa tərəfində dayanmış Məmmədin avtomobilini görüb tanımışdır. Kamran isə həmin vaxt avtomobildə oturub kiminləsə telefonla danışmışdır. Cavidlə Məmmədə məxsus avtomobilin yanında durub söhbət edərkən bir nəfər onlara yaxınlaşıb, həmin yerdə nə etdiklərini soruşmuşdur. Onlar sonuncuya cavab verməmişlər. Az sonra uzunsaç bir nəfər ona yaxınlaşıb: «mənimlə telefonda danışan sən idinmi?»-deyə ona sual etmişdir. Sonuncudan: «Qoca sənsən?»-deyə soruşduqda, «bəli, mənəm»-deyə cavab vermişdir. Qocadan telefonda niyə mübahisə etdiyini və nə səbəb pulu vermədiyini soruşmuşdur. Həmin vaxt Məmmədin qardaşı Sakit də orada olmuşdur. Bu əsasda aralarında mübahisə yaranmış və onlar qarşılıqşı şəkildə təhqiramiz ifadələr işlətmişlər. Bu zaman Məmməd onu bud nahiyyəsindən bir dəfə vurmuş və həmin nahiyyədə istilik hiss etmişdir. Nə baş verdiyini anlamamışdır. Bundan sonra Məmməd yanında duran Cavidi də sinə nahiyyəsindən bir dəfə vurmuş və bu zaman Məmmədin əlində bıçaq görmüşdür. Cavid zərbədən yerə yıxılmışdır. Həmin vaxt yanlarında olan Sakit və tanımadığı bir nəfər şəxs araya girib onları ayırmış və bundan sonra Cavid qaçıb avtomobilinə əyləşmişdir. Hadisə vaxtı Kamran aralıda avtomobilin yanında dayandığından baş verənləri görməmişdir. Bundan sonra Sakit Kamrana yaxınlaşıb, oradan çıxıb getmələrini demişdir. Bu zaman Məmməd Kamrana yaxınlaşıb əlindəki bıçaqla bud nahiyyəsindən vurmuşdur. Bundan sonra Kamran Cavidin avtomobilinə, o isə öz avtomobilinə əyləşib hadisə yerindən uzaqlaşmışlar. Almış olduğu xəsarətlə əlaqədar 5 saylı Klinik Xəstəxanasına, Kamran və Cavid isə KTM-nə müraciət etmişdir. X3 arasında mübahisə yaranmasının səbəbi oğlunun Məmməddən pulun tamamını tələb etməsi, Məmməd isə özünə çatmalı olan məbləği götürüb, qalanını ödəyəcəyini bildirməsi olmuşdur. Şirkətin sahibi Zərərçəkmiş şəxs isə pulun hamısının şirkətin hesabına köçürülməli olduğunu demişdir. Sonuncuların aralarında yaranmış mübahisədən əvvəlcədən məlumatı olmamışdır. Məmməd aralarında yaranmış mübahisə zəminində ona və oğluna xəsarət yetirmişdir. Təqsirləndirilən şəxslə barışmışdır. Nə onun, nə də oğlunun təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. İbtidai istintaq zamanı dindirilmiş və ifadəsi məhkəmə iclasında tədqiq olunmuş Şahid2 ifadəsindən görünür ki, "xxxx" şirkətlər qrupunda satış direktoru vəzifəsində işləmişdir. Şirkət turizm və nəqliyyat sahəsində xarici vətəndaşlara xidmət göstərməklə məşğuldur. Şirkətin direktoru Zərərçəkmiş şəxsdur. Sifarişlərə uyğun olaraq avtomobillər siyahılaşdırılmışdır. Bu baxımdan sürücü Təqsirləndirilən şəxs avtomobili də siyahıya daxil edilmişdir. 10 avqust 2022-ci il tarixdə saat 11 radələrində Təqsirləndirilən şəxsla danışaraq X1 vətəndaşlarının Qusar və Quba rayonlarına aparmaqla ona xidmət haqqı olaraq 110 manat pul verilməsini razılaşmışdır. Eləcə də ona tur başa çatdıqdan sonra müştəri tərəfindən 200 manat veriləcəyini və həmin pulu şirkətə göndərəcəyini və daha sonra isə onun pulu veriləcəyini demişdir. Bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə müştəriləri Qusar rayonuna aparıb 11 avqust 2022-ci il tarixdə saat 00-10 radələrində yenidən Bakı şəhərinə gətirərək xidmət haqqı olaraq 200 manat pulu aldığını bildirmişdir. Şahid2 isə Təqsirləndirilən şəxs «Unibank»a məxsus plastik kartın kodunu ataraq 200 manat pulu köçürməsini demişdir. O, həmin vaxt yaşadığı evdə olmuş və Məmmədlə danışarkən atası Şahid1 söhbətlərini eşitmişdir. Telefonu alaraq Məmmədlə danışaraq niyə mübahisə etdiklərini soruşmuşdur. Məmməd atası Şahid1 ilə acıqlı danışaraq 57 saylı orta məktəbin yaxınlığına gəlmələrini və pulu verəcəyini demişdir. Bundan sonra atası Azər ilə birlikdə atasına məxsus «Nissan Altima» markalı **-OK-*** dövlət nömrə nişanlı avtomobilə əyləşərək birlikdə 57 saylı orta məktəbin yaxınlığına gəlmişlər. Şirkətin direktoru Zərərçəkmiş şəxs da onunla telefonda danışarkən hadisədən xəbərdar olmuş, daha sonra həmin ünvana gəlmişdir. Şahid2 avtomobildə əyləşmiş, atası və Cavid isə küçədə gəzmişlər. Sonradan avtomobildən düşüb onlara yaxınlaşarkən atası və Cavidin qaçdığını görmüşdür. Bu zaman ona yaxınlaşan Məmməd bıçaqla onu bud nahiyyəsindən vurub xəsarət yetirmişdir. Daha sonra Cavid idarə etdiyi avtomobillə onu xəstəxanaya aparmışdır. Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona qarşı şikayəti yoxdur. Məhkəmə-tibbi ekspertizasının 29 sentyabr 2012-ci il tarixli 1007 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər: sağ tərəfli hemopnevmotoraks və qanaxma ilə müşaiyət olunan döş qəfəsinin sağ yarısının daxilə nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası; sağ qalça nahiyyəsinin daxilə keçməyən bir ədəd deşilmiş-kəsilmiş yarası. Qeyd olunan xəsarətlər deşici-kəsici alətin (alətlərin), ola bilsin bıçağın deşici-kəsici təsirindən törənmişdir. Qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətə, yəni 11 avqust 2022-ci il tarixə uyğun gəlir. Dərəcələrinə görə sağ tərəfli hemopnevmotoraks və qanaxma ilə müşaiyət olunan döş qəfəsinin sağ yarısının daxilə nüfuz edən bir ədəd deşilmiş- kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya, sağ qalça nahiyəsinin daxilə keçməyən bir ədəd deşilmiş-kəsilmiş yarası isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İşin 2-ci cildinin 24-27-ci vərəqlərindəki təkrar məhkəmə-tibbi ekspertizasının T 493\2022 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs sağ tərəfli hemopnevmotoraks və qanaxma ilə müşayiət olunan döş qəfəsinin sağ yarısının daxilə nüfuz edən bir ədəd, sağ qalça nahiyyəsinin daxil keçməyən bir ədəd deşilmiş-kəsilmiş yarası olmuşdur. Qeyd edilən xəsarətlər iti uclu və iti kənarlı alətin təsirindən törənmiş, qərarda göstərilən vaxtda, yəni 11 avqust 2022-ci il tarixdə kənar şəxs tərəfindən bıçaqla vurulan iki zərbə nəticəsində yarana bilərdi. Dərəcəsinə görə hemopnevmotoraks və qanaxma ilə müşaiyət olunan döş qəfəsinin sağ yarısının daxilə nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya, sağ qalça nahiyyəsinin daxilə keçməyən bir ədəd deşilmiş-kəsilmiş yarası isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Xəsarətlər birincili cərrahi işlənməyə məruz qaldığından onların ekspertizaya təqdim edilmiş bıçaqla yetirilib-yetirilməməsi haqqında fikir söyləmək mümkün deyildir. Bu məsələnin həllinə hadisə vaxtı onun əynində olan paltarların məhkəmə-kriminalistik müayinəsi kömək edə bilər. Məhkəmə-psixiatrik ekspertizasının 3 oktyabr 2022-ci il tarixli 2616 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Həmçinin Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs halhazırda da öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə-ballistik ekspertizasının 2 sentyabr 2022-ci il tarixli 3\1180 saylı rəyindən görünür ki, təqdim edilmiş bir ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır. Üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmişdir və soyuq silah hesab edilmir. İşin 2-ci cildinin 136-151-ci vərəqlərindəki 25 yanvar 2023-cü il tarixli «sübutların qiymətləndirilməsi haqqında» qərardan görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Şahid2 və onun atası Şahid1 ilə barışmasını və onlara dəymiş ziyanın ödənilməsini nəzərə alaraq Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMin 128-ci maddəsi ilə cinayət işinə hissəvi xitam verilmişdir. Qeyd edilən qərarla həmçinin Təqsirləndirilən şəxs təqdim etdiyi cinayəti törədərkən istifadə etdiyi bir ədəd bıçağın maddi sübut kimi tanınması və saxlanması üçün Nərimanov RPİ-nin saxlancına təhvil verilməsi də nəzərə alınmışdır. İşin 1-ci cildinin 35-45 vərəqlərindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs 11 avqust 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşin 1-ci cildinin 110-114-cü vərəqlərindəki Bakı şəhəri Nərimanov rayon məhkəməsnin 13 avqust 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 11 avqust 2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İşin 1-ci cildinin 125-129-cu vərəqindəki DİN-nin BƏSİİ-nin tələbnaməsi və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 29 dekabr 2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 200 saat ictimai işlər cəzasına məhkum edilmişdir. İşdəki Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Ona dəymiş ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs təqsirini təkzib edən hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun əməli Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə tövsif edilməklə o, həmin maddə ilə təqsirli bilinməli və ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə zərərçəkmiş şəxslə barışıq əldə edilməsini və cinayət nəticəsində ona dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini Azərbaycan Respublikası CM-nin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzasını yüngülləşdirən halların olmasını nəzərə alaraq məhkəmə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təyin edilən azadlıqdan məhrum etmə cəzasını çəkmədən də islah olunması mümkündür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 aprel 2021-ci il tarixli Qərarı ilə Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 25-ci bəndinə yeni məzmunda 5-ci abzas əlavə edilmişdir. Həmin abzasdan görünür ki, cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir. Odur ki, Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilən azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilməli, sınaq müddəti müəyyən edilməklə üzərinə müəyyən vəzifələr qoyulmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməli, başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışına nəzarət Bakı şəhər Probasiya İdarəsinə tapşırılmalıdır. Təqsirləndirilən şəxs üzərinə davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. İş üzrə mülki iddianın olmadığı nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-in 132-ci maddəsinə əsasən maddi sübut kimi tanınaraq Nərimanov RPİ-də saxlanılan Təqsirləndirilən şəxs təqdim etdiyi cinayəti törədərkən istifadə etdiyi bir ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası CPM-in 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatına sərf edilmiş 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 357.0.3-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilsin və 2 (iki) il sınaq müddəti müəyyən edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışına nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhər Probasiya İdarəsinə tapşırılsın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. Maddi sübut kimi tanınaraq Nərimanov RPİ-də saxlanılan Təqsirləndirilən şəxs təqdim etdiyi cinayət törədərkən istifadə etdiyi bir ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Ekspertiza tədqiqatına sərf edilmiş 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-939/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-939/2023
26.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver