Məhkəmə qərarları › İş №1(101)-939/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-939/2024

20.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-939/2024 20.02.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər məhkəməsi Hakimlər Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Qəniyev Faiq Əsəd oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi: Qasımzadə Banu Pənah qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində X2 üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı, Müdafiəçi: Universal Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1995-ci ildə Bərdə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Bərdə şəhəri, H.Əliyev prospekti, döngə 6, ev 1-də qeydiyyatda olmaqla, Bakı şəhər Xətai rayonu M.Hadi küçəsində yerləşən nömrəsiz fərdi evdə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə ƏN-in Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ona görə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi ilə, qanunsuz olaraq, külli miqdarda, 30,127 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib, həmin narkotik vasitələri bükmlərə ayırmaqla daşımış, 04 iyul 2023-cü il tarixdə saat 16:30 radələrində Nizami Rayon Polis İdarəsinin 25-ci Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 1 ünvanının yaxınlığında şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsi 119-da yerləşən Nizami RPİ-nin 25-ci Polis şöbəsinə gətirilmiş, bölmədə onun üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan cins şalvarın sağ yan cibində saxladığı “Maqna” markalı siqaret qutusunun içərisindən 23 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,298 qram, 1,295 qram, 1,352 qram, 1,353 qram, 1,372 qram, 1,341 qram, 1,299 qram, 1,334 qram, 1,248 qram, 1,302 qram, 1,331 qram, 1,195 qram, 1,324 qram, 1,476 qram, 1,307 qram, 1,381 qram, 1,332 qram, 1,242 qram, 1,264 qram, 1,298 qram, 1,285 qram, 1,296 qram, 1,202 qram olmaqla kimyəvi komponent və xarici əlamətlərinə görə eyni olan, ümumi təmiz çəkisi 30,127 qram külli miqdarda qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, onu 04 iyul 2023-cü il tarixdə ittiham aktında göstərildiyi kimi blokun qarşısında polis əməkdaşları tərəfindən saxlanılmışdır. Onu şöbəyə aparmışlar. Onun üstündə narkotik 7-8 qram olmuşdur. İtthamda qeyd edildiyi kimi çox çəkidə olmamışdır. O həmin narkotiki özü istifadə edirmiş, satmırmış. Satış məqsədi olmamışdır. Narkotik aldığı şəxs Yaşar adlı İran vətəndaşı olmuşdur. Yaşar adlı şəxsi sosial şəbəkədən tapmışdır. Aldığı narkotiki 7 bükümə gündəlik istifadə üçün bölmüşdür. Xan adlı danışdığı şəxs olmuşdur. Yaşar adlı şəxslə həmin şəxs eyni adam olmuşdur. Onu Xan adı ilə qeyd etmişdir. Aldığı narkotik vasitənin məbləğinin bir qismini atmış, bir qismi isə qalmışdır. Məbləğ 280-290 manat olmuşdur. Təxminən qramını 27-28 manata alırmış. O narkotikin qramını 27-28 manata alırmış. Sonuncu dəfə də 280-290 manatlıq almışdır. Onda 30 qram olmamışdır. Bölmədə təzyiq olduğu üçün o da həmin miqdarı qəbul etmişdir. Həm fiziki, həm də psixi təzyiq olmuşdur. Ona onu saxlayan polis əməkdaşları təzyiq etmidir. O qətimkan tədbiri seçilən zaman məhkəmədə döyülməsi ilə bağlı şikayət etməmişdir. Qətimkan tədbiri seçilən zaman hakim heç nə soruşmamışdır. Təcridxanada müayinə zamanı üstündə xəsarətlər aşkar olunmamışdır. Narkotiki tanımadığı İran vətəndaşından alırmış. Həmin şəxsin nömrəsini sosial şəbəkədən tapmışdır. Həmin şəxsdən başqaları da narkotik alırmış. İranlı ucuz qiymətə verdiyi üçün o da 10 qram istəmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Nizami rayon Polis İdarəsinin 25-ci Polis şöbəsində əməliyyat müvəkkili vəzifəsində çalışır. Ötən ilin yay aylarında, təxminən iyul ayının əvvələri təqsirləndirilən şəxs barəsində əməliyyta məlumatı daxil olmuşdur. Əməkdaşı olduğu 25-ci şöbənin işçisi Zahidlə birgə təqsirləndirilən şəxsin olduğu yer müəyyən olunaraq əməliyyat tədbiri keçirilmişdir. Əskər və Ənvər adlı 2 şəxs saxlanılmış və 25-ci Polis Şöbəsinə aparılmışdır. Üzərlərinə baxış keçirilmiş və baxış zamanı Əskərin üzərindən 20 büküm tünd rəngli narkotikəbənzər maddə aşkar olunmuş, qablaşdırılaraq götürülmüşdür. Şəxsi günorta radələrində saxlamışlar. Üzərinə baxış zamanı siqaret qutusunda təxminən 20 büküm narkotikəbənzər maddə aşkar olunmuşdur. Narkotik vasitə Əskərin üzərindən aşkar olunmuşdur. Siqaret qutusunun üzərindəki adı xatırlamır. Əlavə olaraq şəxsin üzərindən pul və telefon da çıxmışdır. Əskərə qarşı fiziki və ya psixi təsir olmamışdır. Onu saxlayan zaman Əjdər şahid qismində çıxış etmişdir. Üstündə 20 büküm yox, 5-6 büküm olmuşdur. Ona qarşı heç bir təzyiq olmamışdır. Ona qarşı müqavimət göstərilməmişdir Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs özünü narkotik vasitəni satış məqsədi ilə əldə etməməsinə və narkotikin ittihamda qeyd miqdardan az olmasına dair verdiyi ifadəsi ilə məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin biri birinə, habelə işin faktiki hallarına uyğun olan ifadələri ilə, eyni zamanda iş materiallarında olan sübutlarla təkzib olunduğundan məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşaraq, inandırıcı saymır və onun ifadəsini özünü müdafiə edilməsi kimi qiymətləndirir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan 04 iyul 2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan 04 iyul 2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs qara rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd Maqna siqareti qutusunun içərisində ümumi sayı 23 ədəd olmaqla: 11 ədəd şəffaf sellofon bükmündə, 12 ədəd qara rəngli sellofon bükümündə spesifik iyə malik olan narkotik vasitəyə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs həmin maddənin Kola kimi tanıdığı narkotik vasitə olduğunu və 400 manat qarşılığında İran İslam Respublikası vətəndaşından aldığını demişdir. Həmin narkotik maddədən istifadə etdiyini qeyd etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 23 ədəd olmaqla: 11 ədəd şəffaf sellofon bükümündə, 12 ədəd qara rəngli sellofon bükümündə olan maddə maddi sübut əhəmiyyəti kəsb etdiyindən möhürlənib boş zərfə qoyularaq götürülmüşdür. Həmçinin Təqsirləndirilən şəxs üzərindən Samsung A 50 markalı mobil telofon və 21 manat pul götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən sübut əhəmiyyəti kəsb edəcək digər əşya və predmet aşkar edilmədi. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin materialların məhkəmə ekspertizasının xx.xx.2023-cü il tarixli 3-16-16/2-6/3623 nömrəli rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N165”- li dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs” yazısı və imzalar olan zərfdəki üzərində “Maqna” yazısı olan siqaret qutusunda 23 (iyirmi) ədəd bükümdə (12 ədəd şəffaf və 11 ədəd qara rəngli polieilen büküm) ayrı-ayrılıqda təmiz çəkiləri 1,298 qram, 1,295 qram, 1,352 qram, 1,353 qram, 1,372 qram, 1,341 qram, 1,299 qram, 1,334 qram, 1,248 qram, 1,302 qram, 1,331 qram, 1,195 qram, 1,324 qram, 1,476 qram, 1,307 qram, 1,381 qram, 1,332 qram, 1,242 qram, 1,264 qram, 1,298 qram, 1,285 qram, 1,296 qram, 1,202 qram ümumi təmiz çəkisi 30,127 qram qəhvəyi rəngli tozşəkilli maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasınının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr-in siyahısına“ (Siyahı İ) daxildir. Qeyd: heroinin təmiz çəkisi-30,127 qram, tədqiqata sərf edildi-0,23 qram, qalıq-29,897 qram (ekspertiza tədqiqatın dəyəri 114 (yüz on dörd manat)) Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan dvd diskə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Nizami RPİ-nin 25-ci PŞ-nin baş təhqiqatçısı, polis mayoru Bakir Aslanov tərəfindən həmin şöbənin əməkdaşları Şahid1, Şahid2 və videoçəkilişi aparan Rahim Tağıyevin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən bir ədəd “Maqna” markalı siqaret qutusunu stolun üzərinə qoymaqla təqdim etmişdir. Həmin siqaret qutusunun içərisinə keçirilən baxış zamanı siqaret qutusunun içərisindən 12 ədəd şəffaf sellofana, 11 ədəd isə qara rəngli sellofana bükülmüş 23 ədəd büküm aşkar edilmişdir. Həmin bükümlərə baxış zamanı bükümlərin içərisində narkotik vasitə heroinə bənzər maddə olduğu müşahidə edilmişdir. Daha sonra həmin bükümlər təhqiqatçı tərəfindən kağız zərfdə qabalaşciınlaraq götürülmüşdür. Bundan başqa şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən 01 ədəd Samsung” markalı mobil telefon və 21 manat pul aşkar edilmişdir. Təqsirləndirilən şəxs sorğu zamanı bildirmişdir ki, üzərindən aşkar edilmiş narkotik vasitələri İran vətəndaşından 400 manat qarşılığında almış, daha sonra bükmülərə ayırmışdır. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(007)-293/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 04 iyul 2023-cü il tarixdən hesablanmaqla 04 ay müddətinə həbs növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan “mobil telefona baxış keçirilməsi haqqında ” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunmuş mobil telefona baxış keçirilmiş, baxış zamanı telefonun daxili yaddaşına baxış keçirilməsi barədə protokol ilə aşağıdakılar müəyyən edilmişdir: telefonda olan “Whatsapp” mobil tətbiqinə daxil olunmuş orada “Xan” adı ilə qeyd edümiş +98 939 *** ** ** nömrəsi ilə səsli danışıqların olduğu müşahidə edilmişdir. 04 iyul 2023-cü il tarixdə aşağıdakı məzmunda səsli mesajlaşma olmuşdur: Təqsirləndirilən şəxs: “kartı deyirdim atardın o qalığı atardım sənə, başına dönərəm dünən 180 atdım, 288-i qalmışdı aramız, 108 manatı qalmışdı onu da atım sənə” Xan (+98 *** *** ** **): “ problem deyil eləbelə zəng etmişdim... atıram kartı” Baxış zamanı +98 939 *** ** ** nömrəsinin Təqsirləndirilən şəxs ifadəsində narkotik vasitələri əldə etdiyi İran İslam Respublikasının vətəndaşı “Yaşar” adlı şəxsə məxsus olduğunu bildirdiyi nömrə ilə eyni olduğu, eyni zamanda həmin şəxsin səsli mesajlarında Cənubi Azərbaycan ləhcəsi də nəzərə çarpışdır. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən və Nizami rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(007)-236/2022 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 01 il 02 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bərdə rayon İcra və Probasiya Şöbəsindən sorğu edilərək əldə olunan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan 40/01 nömrəli, xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs təyin olunmuş 01 il 02 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası icra olunmamışdır. Təqsirləndirilən şəxs barəsində Nizami rayon Məhkəməsinin hökmü ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyindən məhkəmə onun hazırki əməlini residiv kimi qəbul etmir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.4, 18.4.4-cü maddələrinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X3 şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamasının xx.xx.2023-cü il tarixli, 5628 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Bakı şəhəri Nizami rayon Məhkəməsinin 10 oktyabr 2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin CA üzrə əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair 04 iyul 2023-cü il tarixli qərar qanunauyğun hesab edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alıb barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzasını tutulduğu vaxtdan, yəni 04 iyul 2023-cü il tarixdən hesablanmaqla, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etməmişdir. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Nizami RPİ-nin maddi sübutların saxlanma yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 29,897 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə zamanı qeydə alınmış görüntüləri özündə əks etdirən 01 ədəd dvd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, iş üzrə məhkəmə məsrəflərini təşkil edən 114 (yüz on dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 06(altı) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Nizami rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(007)-236/2022 saylı hökmü ilə təyin edilmiş 01 il 02 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası, Azərbaycan Respublikasının CM-nin 68.1.1-1-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının bir gününə iki gün bərabər tutulmaqla, həmin müddət 07 ay azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirməklə Təqsirləndirilən şəxs qəti olaraq 06(altı) il 06(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin başlanğıcı 04 iyul 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə məsrəflərini təşkil edən 114 (yüz on dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və DİN–in Bakı şəhəri Nizami RPİ-nin maddi sübutların saxlanma yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 29,897 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə zamanı qeydə alınmış görüntüləri özündə əks etdirən 01 ədəd dvd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Faiq Qəniyev Mahmud Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar