Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-94/2024 18.03.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və Məmmədzadə Səbinə Adil qızından ibarət tərkibdə, məhkəmə iclasının katibləri X7 və X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri “Zəfər” Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində 2 (iki) azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olmuş (taksi fəaliyyəti), əvvəllər məhkum olunmayan, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Pioner küçəsi, ev 5-də qeydiyyatda olan və həbs olunanadək həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, daşımış və saxlamışdır. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, o, istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 5070 qram çəkidə narkotik vasitə həşiş qətranını əldə edib üzərində saxlamaqla daşımış, onun satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə etməsi, saxlaması və daşıması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 19 iyun 2022-ci il tarixdə, saat 23:10-da ünvan 1 ünvanının yaxınlığında piyada hərəkət edən zaman saxlanılaraq Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin inzibati binasına gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilən zaman sağ əlində saxladığı ağ rəngli sellofan torbanın içərisində olan ağ, qara və göy rəngli olmaqla, ümumilikdə 03 ədəd sellofan bağlamalardan və 01 ədəd bükümdən, 01 (bir) ədəd ağ rəngli sellofan bağlamadan külli miqdarda 1005 qram, 01 (bir) ədəd qara rəngli sellofan bağlamanın içərisində olan 02 (iki) ədəd bükülünün içərisindən külli miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 1005 qram və 1000 qram, 01 (bir) ədəd göy rəngli sellofan bağlamanın içərisində olan 02 (iki) ədəd bükülünün içərisindən külli miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 1000 qram və 990 qram və 01 (bir) ədəd sellofan bükümdən külli miqdarda 70 qram olmaqla, ümumilikdə 5070 qram çəkidə tərkiblərinə görə eynilik təşkil edən külli miqdarda çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə həşiş qətranı aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan kəndində yaşadığı məhəllədəki hamamın yanında öz maşınını saxlamış və sonra maşından düşüb siqaret çəkməyə başlamışdır. Bu zaman qara rəngli “Toyota Prius” markalı maşın onun yanında saxlamış və həmin maşından 2 (iki) nəfər şəxs düşərək onun qollarını burmuş, sonra zor tətbiq edərək onu “Opel” markalı öz maşınına əyləşdirmişlər. Yolda ona məlum olmuşdur ki, həmin şəxslər polis əməkdaşlarıdır. Onu Polis bölməsinə aparmışlar və orada ona qarşı zor tətbiq edilməyə davam edilmişdir. Həmçinin onu toka vermişlər, bədəninin müxtəlif hissələrinə xəsarət yetirmişlər. Polislər onu məcbur etmişlər ki, polislər nə deyirsə o, həmin şeyləri təkrar etsin. Lakin o, polislərlə razılaşmamışdır. Bundan sonra polislər onu döyməyə davam etmişlər. Sonda o, təzyiqə dözməyərək demişdir ki, polislər nə desə həmin şeyləri deyəcək. Bundan sonra polislər ona sellofan torba verərək demişlər ki, “videoçəkiliş olacaq, həmin vaxt deyərsən ki, bu sellofan torbanı hamamın yanından tapmışam və içində həşişdir”. O da, edilən təzyiqə dözməyərək polislərin dediyini videoçəkiliş zamanı demişdir. Sonra o, məhkəmədə sanksiyaya çıxanda onun qolunda və çiynində xəsarət olmuşdur. Onun üzündə xəsarət olmamışdır. Həbs olunduqdan sonra o, bir müddət ağrıkəsicidən istifadə etmişdir. Daha sonra o, əməliyyat olunmuşdur. O, istintaq təcridxanasına daxil olarkən həkim onu müayinə etmiş, sonra prokurorluq nümayəndəsi təcridxanaya yanına gələrək ondan izahat alıb demişdir ki, “sənə sənəd göndəriləcək”. Lakin sonra heç bir sənəd ona göndərilməmişdir. O, heç kəsə narkotik vasitə satmamışdır. Ona qarşı irəli sürülmüş ittiham tamamilə qanunsuz və əsassızdır. İttiham aktında göstərilən narkotik vasitə ona məxsus deyil. Bu polislərin şərləməsidir. Verilmiş suallara cavab olaraq X8 bildirmişdir ki, o, narkotik vasitədən istifadə etməmiş, narkotik vasitənin necə olması barədə fikri belə yoxdur, onu saxlayan polis əməkdaşlarını tanımır, videoçəkiliş zamanı edilən təzyiqə dözə bilmədiyinə görə həmin narkotik vasitənin ona məxsus olduğunu demiş, əvvəlcə polislərlə razılaşmadığına görə onu toka vermişlər, nəticədə məcbur qalıb etirafedici ifadə vermiş, polis əməkdaşları əsasən onun kişi orqanına elə bir şəkildə tok vermişlər ki, hər dəfə ölüb-dirilmiş, məhz toka verildikdən sonra məcbur qalıb etirafedici ifadə vermiş, polis əməkdaşları onu gecə təxminən saat 22:00 radələrində saxlayaraq Suraxanı Rayon Polis İdarəsinə aparmışlar, videoçəkiliş zamanı polis əməkdaşı ona tərəf əyilib demişdir ki, “Torbada həşiş var. De ki, həşişdir”, hətta bu videogörüntüyə də düşmüş, polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra narkoloji ekspertizaya aparılmış, orada bir nəfər onun qollarına baxaraq demişdir ki, “çıx get”, barəsində keçirilmiş narkoloji rəydə nə yazılması barədə onun məlumatı yoxdur. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınaraq elan edilmiş ittiham üzrə ona bəraət verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə yaradılmış əməliyyat qrupu ilə bağlı onu Suraxanı rayonuna dəvət etmişlər. Həmçinin Bakı şəhəri, Suraxanı rayonu ərazisində yerləşən Polis İdarəsinə Təqsirləndirilən şəxs da dəvət edilmişdir. Sonra əməliyyat müvəkkilləri Şahid1 həyata keçirdiyi videoçəkiliş və Şahid2 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs üzərində pul, mobil telefon, sağ əlində isə ağ rəngi sellofan torba olmuşdur. Ağ rəngli sellofan torbanın içərisindən 5 (beş) kiloqramdan artıq narkotik vasitə tiryəkə oxşar maddə aşkar edilmişdir. Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, əlində saxladığı sellofan torbanı yaşadığı Əmircan qəsəbəsindəki hamamın yanından tapmış, eləcə də başqa yerdə narkotik vasitə saxlamamışdır. Sonra aşkar edilmiş kütlələr qablaşdırılaraq götürülmüşdür. Aparılmış prosessual hərəkətlə bağlı Təqsirləndirilən şəxs izahat alınmışdır. Daha sonra sellofan torbada olan kütlələr ekspertizaya göndərilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayon, Əmircan qəsəbəsində saxlanılaraq Suraxanı RPİ-nə aparılmışdır. Təqsirləndirilən şəxs Polis İdarəsinə aparıldıqdan sonra orada videoçəkiliş vasitəsi ilə təhqiqatçı tərəfindən vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Əvvəlcə Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya varsa, təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs də, sağ əlində olan sellofan torbanı təqdim edərək həmin torbanın içərisində narkotik vasitə həşiş olduğunu bildirmişdir. Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs torbada olan narkotik vasitəni həmin gün Əmircan qəsəbəsində yerləşən hamamın yanından tapdığını bildirmişdir. Sonra aşkar edilmiş kütlələr qablaşdırılaraq ekspertizaya göndərilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində “Bəxtiyar” adlı şəxs piyada hərəkət edən zaman onlar həmin şəxsi saxlamışlar. Onlar həmin şəxsə özlərini təqdim edərək Suraxanı RPİ-nə dəvət etmişlər. Suraxanı RPİ-də Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı əşya varsa, təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs də, könüllü şəkildə əlində olan ağ rəngli sellofanı onlara təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə və müdafiəçinin iştirakı ilə baxış keçirilmişdir. Müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Tibb Xidməti Baş İdarəsinin müalicə işinin təşkili idarəsində narkologiya üzrə ekspert vəzifəsində işləyir. O, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, sonuncunu bədənindəki ləkələrlə bağlı tibbi müayinə aparan zaman tanımışdır. Verilmiş suallara cavab olaraq Şahid4 bildirmişdir ki, o, tarixi dəqiq xatırlamasa da, Təqsirləndirilən şəxs ilk dəfə sonuncunun həyat yoldaşının Bəxtiyarın polis əməkdaşları tərəfindən zorakılığa məruz qalması barədə ərizəsinə əsasən tibb müəssisəsində qəbul edərkən görmüş, həmin vaxt Bəxtiyarın bədən səthinə baxış keçirmiş, daha dəqiq isə Təqsirləndirilən şəxs qollarına və çiyinlərinə baxmış, Təqsirləndirilən şəxs qol nayihəsində 4-5 ədəd piqment ləkəsi aşkar etmiş, sonradan təqsirləndirilən şəxsin həyat yoldaşı ilə telefon danışığı zamanı həmin ləkələr barədə sonuncuya məlumat vermiş, Təqsirləndirilən şəxs həyat yoldaşı Bəxtiyarın qol nahiyəsində aşkar etdiyi piqment ləkələrinin israrla xəsarət izi olduğunu bildirsə də, onlar rəydə bunu piqment ləkəsi kimi qeyd etmişlər, piqment ləkələri dəri səthindən fərqlənən, dərinin üzərində əmələ gələn ləkələrdir, dəridə öz-özünə yaranır, Təqsirləndirilən şəxs həyat yoldaşı ilə telefon vasitəsi ilə danışan zaman, yəni Təqsirləndirilən şəxs həyat yoldaşının qeydə aldığı audioyazıda sonuncu bildirmişdir ki, Təqsirləndirilən şəxs üzərində olan ləkələr polis əməkdaşları tərəfindən verilmiş elektroşokun nəticəsində yaranmış, Təqsirləndirilən şəxs müayinə edən zaman Bəxtiyar ona polis əməkdaşları tərəfindən döyüldüyünü bildirmədiyindən düşünmüşdür ki, həmin ləkələr siqaret yanığının izi olmuş, özü ekspert olmadığından təqsirləndirilən şəxsin qol nahiyəsində olan ləkələrin növünü, yəni həmin ləkələrin zorakılığın təsirindən, yaxud da özü-özünə yarana bilməsini deyə bilməz, bu hallar yalnız ekspert tərəfindən müəyyən edilə bilər, təqsirləndirilən şəxsin bədənindəki izləri görənə qədər elə zənn etmişdir ki, Təqsirləndirilən şəxs bədənindəki ləkələr xəsarət izləridir, ekspert olmadığı üçün təqsirləndirilən şəxsin bədənindəki xəsarətlərin küt alətlə vurulması, döyülmə və digər xəsarətlər nəticəsində əmələ gəlməsi ilə bağlı dəqiq nəsə deyə bilmir, təqsirləndirilən şəxsin bədənindəki xəsarətlərlə bağlı rəy verməmiş, ümumiyyətlə onun rəy vermək kimi səlahiyyəti yoxdur. Məhkəmənin təşəbbüsü ilə şahid qismində dindirilmiş Şahid5 Murğuzağa oğlu ifadəsində göstərdi ki, o, tibbi rəydə qeyd etdiyi kimi Təqsirləndirilən şəxs sol və sağ səth nahiyələrində aşkar edilmiş piqmentasiya sahələri elektroşokerin təsirindən əmələ gəlməsi daha çox uyğun gəlir. Lakin o, tibbi rəydə qeyd etmişdir ki, konkret sənəd olmadığı üçün dəqiq olaraq nəsə demək mümkün deyil, ancaq Təqsirləndirilən şəxs üzərində olan piqmentasiya sahələrinin elektroşokerin təsirindən əmələ gəlmiş olduğunu da, istisna etmək mümkün deyil, elektroşokerlər ölkəmizə SSRİ süqut etdikdən sonra gətirilməyə başlanılmış, özü şəxsən elektroşokerin təsiri ilə yetirilmiş xəsarətlərin bir neçə dəfə şahidi olmuş, özü elektroşokeri əyani olaraq görməsə də, internet vasitəsilə elektroşokerin fotoşəkillərini görmüş, elektroşoker elektrodioidlərdən ibarət olmaqla, birtərəfli və ikitərəfli ola bilər, elektroşokerlərin 10 (ondan) çox növü var, elektrodioidlər orqanizmlə kontakt edən zaman bədən səthi ilə ilkin kontakt yerində elektrik enerjisinin təsirindən xırda elektrik keçiriciliyinə həssas olan yaralar əmələ gəlir və bu yaraların ətrafında elektrik enerjisi istilik enerjisinə keçdiyi üçün yaranın ətrafında yüksək hərarət səbəbilə qızartıyanıq izləri əmələ gəlir, həmin yaraların əmələ gəlməsi həm kontakt təsirinin müddətindən, həm də insan dərisindən asılıdır, insan dərisinin əsas epidermis qatı zədələnərkən və sovrularkən ətrafda xırda qəhvəyi rəngli piqmentasiya sahələri əmələ gəlir, təsdiq etdiyi tibbi rəydə Təqsirləndirilən şəxs üzərində olan piqmentasiya sahəsinin Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanıldığı günə təsadüf edə bilib-bilməməsini yazmamış, belə ki, Təqsirləndirilən şəxs istintaq təcridxanasına köçürülən zaman istintaq təcridxanasında çalışan həkimlər Təqsirləndirilən şəxs tibbi müayinədən keçirmişlər, əgər tibbi müayinə zamanı həkimlər təqsirləndirilən şəxsin üzərində xəsarətlərin mövcudluğunu qeyd edərlərsə, bu zaman təqsirləndirilən şəxs təkrar tibbi müayinədən keçirilməsi məqsədilə onun işlədiyi ekspertiza idarəsinə göndərilir, onlar da təkrar tibbi müayinə zamanı öncəki həkimlərin vurğulamış olduqları nahiyəyə xüsusilə fikir verirlər, Təqsirləndirilən şəxs tibbi müayinədən keçirilən zaman Təqsirləndirilən şəxs said və kürəkarxası nahiyəsində piqmentasiya sahələri aşkar edilmiş, sözügedən piqmentasiyaların əmələ gəlmə müddətini dəqiq demək mümkün deyil, çünki bununla bağlı nə ilkin tibbi sənəd, nə də ki, ilkin tibbi müayinə haqqında ekspertiza rəyi yoxdur, “ilkin tibbi sənəd” dedikdə, istintaq təcridxanasında təqsirləndirilən şəxsə nisbətdə tərtib edilmiş olan tibbi kitabçanı nəzərdə tutur, Təqsirləndirilən şəxs nisbətdə tərtib edilmiş olan tibbi kitabçada piqmentasiya barədə heç bir qeyd mövcud deyil, Təqsirləndirilən şəxs tibbi müayinədən həbsdə olmasının yeddinci ayında keçmiş, həmin vaxt Təqsirləndirilən şəxs artıq yeddi aydır kı, həbsdə olmasına baxmayaraq, piqmentasiya sahələri bədən səthində hələ də qalmış, orqanizmdə gedən bu və ya digər proseslərdən dolayı bədən səthində sözügedən tərzdə piqmentasiya sahələrinin əmələ gəlməsi qeyri-mümkündür, orqanizmdə gedən bu və ya digər proseslərdən dolayı bədən səthində əmələ gəlmiş olan piqmentasiya sahələri tamamilə başqa formada olur, orqanizmdə gedən bu və ya digər proseslərdən dolayı bədən səthində əmələ gəlmiş olan piqmentasiya sahələri ilə elektroşoker nəticəsində əmələ gəlmiş olan piqmentasiya sahələri arasında kifayət qədər fərq var, orqanizmdə gedən bu və ya digər proseslərdən dolayı bədən səthində əmələ gəlmiş olan piqmentasiya sahələri heç bir halda özü-özünə yarana bilməz, orqanizmdə gedən bu və ya digər proseslərdən dolayı bədən səthində əmələ gəlmiş olan piqmentasiya sahələri yalnızca qara ciyərdə gedən müəyyən proseslərdən dolayı əmələ gələ bilər, qara ciyər qan deposudur və orqanizmdəki hər bir şey qara ciyərdə toplanır, qara ciyərdə piy distrofiyası başlayan zaman orqanizmdə gedən bu və ya digər proseslərdən dolayı bədən səthində piqmentasiya sahələri əmələ gəlir, lakin bu halda belə piqmentasiya sahələri əsasən üz nahiyəsində olur, Təqsirləndirilən şəxs isə piqmentasiya sahələri said və kürəkarxası nahiyədə olmuşdur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli raportdan (cild 1, iş vərəqə 4) görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Suraxanı rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə əməliyyat orqanına əməliyyat məlumatı daxil olmuşdur. xx.xx.2022-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 5-6) görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olduğundan onun ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Ə20600822 nömrəli əmrindən (cild 1, iş vərəqə 9) görünür ki, Təqsirləndirilən şəxs qanunsuz əməllərinin qarşısını almaq və əməliyyat-axtarış tədbirlərinin keçirilməsi məqsədi ilə əməliyyat qrupu yaradılmış, qrupun rəhbəri Şahid1, qrupun üzvü isə Şahid2 olmuşdur. xx.xx.2022-ci il tarixli raportdan (cild 1, iş vərəqə 10) görünür ki, həmin gün saat 23:10-da Təqsirləndirilən şəxs ünvan 1 ünvanının yaxınlığında piyada hərəkət edən zaman polis əməkdaşları Şahid1 və Şahid2 tərəfindən saxlanılmışdır. xx.xx.2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında qərardan (cild 1, iş vərəqə 28) görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması qərara alınmışdır. xx.xx.2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 19) görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması qərara alınmışdır. xx.xx.2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 20) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan (cild 1, iş vərəqə 29-31) görünür ki, həmin gün Suraxanı Rayon Polis İdarəsinin inzibati binasında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməmişdən əvvəl ona üzərində qadağan edilmiş əşya varsa, təqdim etməsi təklif edilmiş və bu təklifdən sonra o, sağ əlində saxladığı ağ rəngli sellofan torbanı polis əməkdaşlarına təqdim etmişdir. Həmin torbanın içindən 03 ədəd bağlamada və 01 ədəd bükümdə həşiş qətranına oxşar kütlələr aşkar edilərək götürülmüş, sonra şəxsi axtarış keçirilmiş və həmin vaxt onun üzərindən 03 manat pul, 01 ədəd “Samsung” markalı mobil telefon və 01 ədəd şəxsiyyət vəsiqəsi aşkar olunaraq götürülmüşdür. Torbanın içində olan kütlələr tərəzi ilə çəkilmiş və ümumilikdə həmin kütlələrin çəkisi 5 kiloqram 280 qram təşkil etmişdir. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 7/656 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 41-42) görünür ki, tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Şübhəli şəxs ...A.Bəxtiyar” yazılar və imzalar olan bir ədəd ağ rəngli üzəri skoçla bağlanmış polietilen bağlamada 3 ədəd üzərləri skoçla bağlanmış bağlamalarda (ağ, qara, göy rəngli) və 1 ədəd üzəri skoçla bağlanmış büküm: ağ rəngli bağlamadakı 1 ədəd bağlamada sellofan bükülüdə təmiz çəkisi - 1005,0 qram, qara rəngli bağlamadakı 2 ədəd bağlamaların hər birində 1 ədəd olmaqla sellofan bükülülərdə, ayrı-ayrılıqda təmiz çəkiləri - 1005,0 qram, 1000,0 qram, göy rəngli bağlamadakı 2 ədəd bağlamalarda hər birində 1 ədəd olmaqla sellofan bükülülərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 1000,0 qram, 990,0 qram və 1 ədəd sellofan bükülüdə təmiz çəkisi 70,0 qram olan maddələr (bitki mənşəli kütlələr) tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kusta üsulla hazırlanmış narkotik vasitə həşiş qətranıdır. Həşiş qətranlarının ümumi çəkisi 5070,0 qramdır. Təqdim olunmuş həşiş qətranları tərkiblərinə görə eynidir. xx.xx.2022-ci il tarixli Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 5(010)-440/2022 saylı qərarından (cild 1, iş vərəqə 57-58) görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat müvəkkili Şahid1 tərəfindən xx.xx.2022-ci il tarixdə qəbul edilmiş əməliyyataxtarış tədbirlərinin keçirilməsi haqqında qərarın 3-cü bəndi “Əməliyyat-axtarış fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinin İV hissəsinin 2-ci bəndi və V hissəsi ilə müəyyən edilmiş şərtlər mövcud olduğu halda qanuni sayılacağı göstərilmiş, xx.xx.2022-ci il tarixli qərarın nəticəvi hissəsi digər müddəalar ilə bağlı hissədə isə geri qaytarılmışdır. xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 59-60) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. xx.xx.2022-ci il tarixli Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-734/2022 saylı qərarından (cild 1, iş vərəqə 86-90) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. xx.xx.2022-ci il tarixli maddi sübut kimi tanıma haqqında qərardan (cild 1, iş vərəqə 94-95) görünür ki, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 5069,4 qram təşkil edən narkotik vasitə həşiş qətranı maddi sübut kimi tanınaraq saxlanılması üçün DİN-in BMCMİnin saxlanc otağına təhvil verilmişdir. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 114) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. xx.xx.2022-ci il tarixli "xxxx" MMC-nin 1802 saylı cavabından (cild 2, iş vərəqə 48) görünür ki, həmin MMC tərəfindən Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili (ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs müqavilə əsasında hüquqi yardım göstərən müdafiəçi) Hüseyn Talıbova bildirilmişdir ki, sorğuda qeyd edilən ərazi və zaman üzrə qeydə alınmış videogörüntülər gələcəkdə məhkəmə və istintaq orqanları tərəfindən rəsmi şəkildə sorğu edildikdə, təqdim olunacaqdır. xx.xx.2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan (cild 1, iş vərəqə 142) görünür ki, "xxxx" MMC-dən daxil olmuş diskə baxış keçirilmiş və Təqsirləndirilən şəxs müxtəlif mobil telefon nömrələri olan danışıqlarına baxış zamanı onun müxtəlif mobil nömrələr ilə danışıq aparması müəyyən edilmiş, lakin həmin danışıqlar iş üzrə əhəmiyyət kəsb etməmişdir. xx.xx.2022-ci il tarixli arayışdan (cild 1, iş vərəqə 145) görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi arvadı Sevinc Ağayeva, 2 (iki) azyaşlı övladı (əkiz uşaqlar) – Mələk Ağayeva və Leyla Ağayevadan ibarətdir. xx.xx.2022-ci il tarixli xasiyyətnamədən (cild 1, iş vərəqə 146) görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının 17/385292 nömrəli cavab məktubundan (cild 2, iş vərəqə 131) görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmiş, ilkin tibbi müayinə zamanı onun bədənində yeni xəsarət aşkar olunmamış, sağ bel nahiyəsində köhnə çapıq toxuma müşahidə olunmuşdır. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X20 Şəxsin 4351 nömrəli rəyindən (cild 1, iş vərəqə 189-190) görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin 008-7807-1222 saylı cavab məktubundan (cild 1, iş vərəqə 156) görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olub-olmaması, onun narkotik vasitələr və psixotrop maddələrin qanunsuz əldə edilməsində və satılmasında digər şəxslərlə əlbirliyinin olub-olmaması əməliyyat yolu ilə yoxlanılmış, lakin müsbət nəticə əldə edilməmişdir. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Baş Prokurorluğunun cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan (cild 1, iş vərəqə 191-194) görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi, fiziki və psixi təsirə məruz qalması barədə araşdırma aparılmış və Təqsirləndirilən şəxs iddia etdiyi hallar öz təsdiqini tapmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət təqibinin başlanması rədd edilmişdir. xx.xx.2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 195-202) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə yenidən ittiham elan edilməsi, onun üzərindən aşkar edilmiş narkotik vasitənin əldə etmə mənbəyi ilə bağlı cinayət işinin materiallarından ayrıca icraata cinayət işinin ayrılması, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsini əks etdirən 1 (bir) ədəd DVD diskin cinayət işinə əlavə edilməsi və 1 (bir) ədəd “Samsung” markalı mobil telefonun maddi sübut kimi tanınması qərara alınmışdır. xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan (cild 1, iş vərəqə 208-210) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə yeni məzmunda ittiham elan edilmişdir. xx.xx.2022-ci il tarixli "xxxx" MMC-nin 3958 saylı cavabından (cild 2, iş vərəqə 54) görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli “sübutun ələ keçirilməsi haqqında” qərarı icra olunaraq Bakı şəhəri, Suraxanı rayonu, Tofiq Bayramov küçəsində yerləşən "xxxx" mağazasının video müşahidə kameralarının xx.xx.2022-ci il saat 20:00-dan həmin gün saat 23:00 aralığına aid video qeydlər mövcuddur və disk şəklində həmin görüntü məhkəməyə təqdim edilir (məhkəmə istintaqında qeyd edilən diskə ətraflı şəkildə baxış keçirilmişdir). "xxxx" MMC tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Tofiq Bayramov küçəsində yerləşən "xxxx" mağazasının video müşahidə kameralarının xx.xx.2022-ci il saat 20:00dan həmin gün saat 23:00 aralığna aid video qeydlərin olduğu diskdən (cild 2, iş vərəqə 55) görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, gecə saat 22:18 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Tofiq Bayramov küçəsində bir neçə şəxs tərəfindən saxlanılaraq özünün idarə etdiyi nəqdliyyat vasitəsinə mindirilib oradan aparılmış, həmin vaxt onun əlində hansısa torbanın olması və saxlanıldığı yerdən polis əməkdaşları tərəfindən hər hansı predmetin, o cümlədən torbaların aşkar edilərək götürülməsi görünmür. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polis İdarəsi tərəfindən verilmiş cavabdan (cild 2, iş vərəqə 73) görünür ki, “Toyota Prius” markalı, **- OZ-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2020-ci il tarixdən ünvan 3 ünvanında qeydiyyatda olan xx.xx.1988-ci il təvəllüdlü X3 adına qeydiyyatdadır. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası DİN-in Baş Kadrlar İdarəsinin cavab məktubundan (cild 2, iş vərəqə 100) görünür ki, X11 və X1 daxili işlər orqanlarında xidmət etmələri barədə DİN-in Baş Kadrlar İdarəsinin ixtisaslaşdırılmış bazasında məlumat aşkar edilməmişdir. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin cavabından (cild 2, iş vərəqə 132) görünür ki, Tibb Baş İdarəsinin rəis müavini İftixar Qurbanov Təqsirləndirilən şəxs arvadı X4 rəsmi qaydada və yazılı şəkildə cavab verərək bildirmişdir ki, Bəxtiyar Əliyevlə bağlı Tibb Baş İdarəsinin Müalicə işinin təşkili idarəsinin inspektoru-həkimi, tibb xidməti mayoru Şahid4 tərəfindən qanunsuz hərəkətlərə yol verilməsinə dair Baş Prokurorluğuna ünvanlanmış müraciətə Tibb Baş İdarəsində baxılmış, həmçinin müraciətə əlavə edilmiş səs yazısı dinlənilmiş, əməkdaşlardan izahat alınmış, Təqsirləndirilən şəxs bədən səthinə idarənin əməkdaşı ilə yanaşı, həmçinin Tibbsanitar hissəsinin digər həkimləri, müalicə müəssisəsinin cərrahı və dəri-zöhrəvi həkimin komisyon baxışı keçirilmiş, həmin vaxt Təqsirləndirilən şəxs sol saidin ön, bayır və arxa səthində boyu 1,0x1,0 sm ölçüdə olan, ümumilikdə 5 (beş) ədəd ləkə aşkar edilmişdir. Tibb işçiləri ləkələrin xəsarət (yanıq) izləri olub-olmamasını yalnız məhkəmə-tibbi ekspert tərəfindən təyin edilməsinin mümkün olduğunu bildirmişlər. Qeyd edilən ləkələrdən əlavə, xx.xx.2022-ci il tarixdə Müalicə müəssisəsində həyata keçirilmiş sağ tərəfli qasıq yırtığının ləğvi cərrahi əməliyyatından sonrakı çapıq toxuması müəyyən edilmişdir. İlkin baxış keçirən tibbi işçisi dəridəki ləkələri xəsarət izi kimi qiymətləndirmədiyi, piqment dəyişikliyi kimi dəyərləndirdiyi üçün qeydiyyata almamışdır. Təqdim etdiyiniz səs yazısı dindirilərkən də, idarə əməkdaşı Şahid4 sizinlə telefon əlaqəsi zamanı dəridəki ləkələrin mövcud olmasını bildirdiyi, lakin həmin ləkələrin xəsarət izi kimi qiymətləndirilməsinin mümkün olmadığının dediyi məlum olmuşdur. Araşdırma nəticəsində istintaq təcridxanasının Tibbi-sanitar hissəsinin işçilərinin və Müalicə işinin təşkili idarəsinin inspektoru Şahid4 fəaliyyətində qanunazidd hərəkətləri aşkar edilməmişdir. Təqsirləndirilən şəxs arvadı X12 ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin Müalicə işinin təşkili İdarəsinin narkologiya üzrə inspektoru, tibb xidməti mayoru Şahid4 arasında aparılmış telefon danışığına dair diskdən (cild 2, iş vərəqə 139) görünür ki, Sevinc Ağayeva ilə Şahid4 arasında aparılan telefon danışığı zamanı Şahid4 Təqsirləndirilən şəxs bədəni səthində yanıq izlərinin olduğunu, lakin Təqsirləndirilən şəxs müayinə edən həkimin səhvə yol verərək bu izləri xəsarət kimi deyil, ləkə izi kimi qəbul etdiyini, buna görə də həmin həkimin cəzalandırıldığını bildirmişdir. xx.xx.2023-cü il tarixli Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 6(009)-75/2023 saylı qərarından (cild 2, iş vərəqə 156-159) görünür ki, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs döyülməsi və işgəncəyə məruz qalmasına dair Azərbaycan Respublikası Baş Prokurorluğunun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin prokuroru, ədliyyə müşaviri X9 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd rədd edilməsi haqqında qərarından” məhkəmə nəzarəti qaydasında şikayət verilmiş və məhkəmə qərarı ilə xx.xx.2022-ci il tarixli qərar əsassız hesab edilərək ləğv edilmiş, eləcə də Təqsirləndirilən şəxs döyülməsi və işgəncəyə məruz qalması ilə bağlı əlavə araşdırma aparılması üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının cavab məktubundan (cild 2, iş vərəqə 205) görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmiş, onun arvadı Sevinc Ağayevanın müraciətinə əsasən Bakı İstintaq Təcridxanasının Tibb-sanitar hissəsində Müalicə müəssisəsinin cərrahı, dəri-zöhrəvi həkimi və Tibb-sanitar hissəsinin həkimlərinin həbs edilmiş Təqsirləndirilən şəxs komisyon baxışı keçirilmişdir. Bu zaman Təqsirləndirilən şəxs sol saidin ön, bayır və arxa səthində böyüyü 1,0x1,0 sm ölçüdə olan, ümumilikdə 5 (beş) ədəd ləkə aşkar edilmişdir. Tibb işçiləri ləkələrin xəsarət (yanıq) izləri olub-olmamasının yalnız məhkəmə-tibbi ekspert tərəfindən təyin edilməsinin mümkün olduğunu bildirmişlər. Qeyd edilən ləkələrdən əlavə xx.xx.2022-ci il tarixdə Müalicə müəssisəsində həyata keçirilmiş sağ tərəfli qasıq yırtığının ləğvi cərrahi əməliyyatından sonrakı çapıq toxuması müəyyən edilmişdir. İlkin baxış keçirən tibb işçisi dəridəki ləkələri xəsarət izi kimi qiymətləndirmədiyi, piqment dəyişikliyi kimi dəyərləndirdiyi üçün qeydiyyata almamışdır. xx.xx.2023-cü il tarixli Bakı İstintaq Təcridxanasının 3-16-17/38/2-4986/2023 saylı cavab məktubundan, həmin məktuba əlavə edilmiş şəxsi işin materiallarından və tibbi kitabçadan (cild 2, iş vərəqə 160) görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilərək tibbi müayinədən keçmiş, lakin həmin vaxt onun üzərində hər hansı xəsarətin olması barədə qeydiyyat aparılmamışdır. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X10” X23 T846/2023 saylı canlı şəxsin ekspertiza rəyindən (cild 3, iş vərəqə 6-8) görünür ki, vətəndaş Təqsirləndirilən şəxs istər ilkin, istərsə də təkrari məhkəmə-tibbi ekspertizaları zamanı sol kürək-çiyin qurşağı nahiyəsində 7 (yeddi) ədəd, sol bazuda 3 (üç) ədəd, sol saiddə isə 5 (beş) ədəd piqmentasiya sahələri aşkar edilmişdir. Onlardan sol kürək-çiyin qurşağı nahiyəsində olanlar yerləşmə nahiyələrinə və xüsusiyyətlərinə görə daha çox irincikli dəri yaralarının sağalmış izlərinə bənzəyirlər. Sol bazu və sol saiddə olan piqmentasiya sahələri isə xüsusiyyətlərinə (rənginə, ölçülərinə) görə müxtəlif səbəblərdən, o cümlədən də elektroşokerin təsirindən yarana bilməsini inkar etmək olmaz. Bu haqda ilkin tibbi sənəd olmadığından onların yaranma şəraiti və müddəti haqqında konkret fikir söyləmək mümkün deyildir, İstər ayrılıqda, istərsə də, ümumilikdə sağlamlığa zərər vurmadıqlarından dərəcələri təyin edilmir. xx.xx.2023-cü il tarixli Bakı şəhəri Suraxanı rayon prokurorluğunun qərarından (cild 3, iş vərəqə 1-5) görünür ki, Təqsirləndirilən şəxs döyülməsi və işgəncəyə məruz qalması faktı öz təsdiqini tapmadığından cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və X6 haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X5 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və seçdiyi müdafiəçi vasitəsi ilə suallar vermiş, habelə irəli sürülmüş ittihamı bütövlükdə mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının 1-ci Siyahısının 7-ci bəndinə əsasən - təmiz halda 40 (qırx) qramdan artıq çəkidə narkotik vasitə həşiş qətranı külli miqdar təşkil edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv .yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Bu hissədə qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs məhkəmədə ifadə verərək irəli sürülmüş ittihamı bütövlükdə mübahisələndirmiş və bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə saxlanılsa da, həmin vaxt əlində (ümumiyyətlə üzərində) narkotik vasitə olmamış, saxlanılarkən və sonradan Suraxanı Rayon Polis İdarəsinə aparılarkən polis əməkdaşları tərəfindən döyülmüş, işgəncəyə məruz qalmış və nəticədə etirafedici ifadə verməyə məcbur qalmış, başqa sözlə, ona qarşı irəli sürülmüş ittiham qanunsuz və əsassızdır. Müdafiə tərəfi ittihamı bütövlükdə mübahisələndirdiyindən məhkəmə hesab edir ki, əvvəlcə iş üzrə mübahisəli və mübahisəsiz hallar müəyyən edilməli, məhz iş üzrə mübahisəli hallar müəyyən edildikdən sonra həmin hallar ittiham tərəfi və müdafiə tərəfinin, eləcə də məhkəmənin təşəbbüsü ilə əldə edilərək cinayət işinə əlavə edilmiş sübutlar əsasında qarşılıqlı şəkildə yoxlanılmaqla təhlil olunmalıdır. Bu səbəbdən də iş üzrə mübahisəli hallar aşağıdakılardan ibarətdir:
1. Təqsirləndirilən şəxs saxlanıldığı vaxt və şərait,
2. Təqsirləndirilən şəxs barəsində keçirilmiş əməliyyat-axtarış tədbirlərinin qanuni olubolmaması (əməliyyat qrupunun tərkibi, Təqsirləndirilən şəxs saxlanılmasında iştirak edən şəxslərin polis əməkdaşı olub-olmaması, əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə polis əməkdaşı Şahid1 tərəfindən qəbul edilmiş qərarın qanuni hesab edilib-edilməməsi və bu qəbildən olan sair hallar),
3. Təqsirləndirilən şəxs saxlanılarkən və bundan sonrakı dövr ərzində, yəni dövlətin (polisin) nəzarəti altına keçdikdən sonra döyülüb-döyülməməsi, işgəncəyə və qeyriinsani rəftara məruz qalıb-qalmaması və bu qəbildən olan sair hallar,
4. İbtidai araşdırmanın ilkin dövründən Təqsirləndirilən şəxs müdafiə hüququnun pozulubpozulmaması. İşin mübahisəsiz halları isə ondan ibarətdir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə ünvan 1 ünvanının yaxınlığında saxlanılmışdır. Bu səbəbdən də cinayət işi üzrə obyektiv həqiqəti müəyyən etmək məqsədi ilə ilk növbədə iş üzrə mübahisəli hallara aydınlıq gətirilməlidir. Bu hissədə qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs saxlanıldığı, yəni azadlığının faktiki olaraq məhdudlaşdırıldığı vaxt və şəraitin aydınlaşdırılması iş üzrə ən mühüm məsələni təşkil edir. Belə ki, Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamdan onun xx.xx.2022-ci il tarixdə, saat 23:10-da ünvan 1 ünvanının yaxınlığında piyada hərəkət edən zaman Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin 2 (iki) əməkdaşı tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılması, saxlanıldıqdan sonra Suraxanı Rayon Polis İdarəsinə aparılması, orada onun üzərinə şəxsi axtarış keçirilməsi və həmin vaxt sağ əlində saxladığı ağ rəngli sellofan torbanın içərisində olan ağ, qara və göy rəngli olmaqla, ümumilikdə 03 ədəd sellofan bağlamalardan və 01 ədəd bükümdən, 01 (bir) ədəd ağ rəngli sellofan bağlamadan külli miqdarda 1005 qram, 01 (bir) ədəd qara rəngli sellofan bağlamanın içərisində olan 02 (iki) ədəd bükülünün içərisindən külli miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 1005 qram və 1000 qram, 01 (bir) ədəd göy rəngli sellofan bağlamanın içərisində olan 02 (iki) ədəd bükülünün içərisindən külli miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 1000 qram və 990 qram və 01 (bir) ədəd sellofan bükümdən külli miqdarda 70 qram olmaqla, ümumilikdə 5070 qram çəkidə tərkiblərinə görə eynilik təşkil edən külli miqdarda çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə həşiş qətranının aşkar edilərək götürülməsi görünsə də, müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə tərəfindən sübut kimi əldə edilib cinayət işinə əlavə edilmiş 1 (bir) ədəd diskdə olan görüntü əsasında ibtidai istintaq orqanının göstərilən hissədə gəldiyi nəticə tamamilə təkzib edilir. Məsələ ondan ibarətdir ki, müdafiə tərəfi məhkəmədə iddia etmişdir ki, Təqsirləndirilən şəxs saxlanıldığı yerə yaxın ərazidə saxlanıldığı vaxt "xxxx" mağazası fəaliyyət göstərmiş, həmin mağazanın təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə orada müşahidə kameraları quraşdırılmış, bu səbəbdən də Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saxlanılması və bununla bağlı sonrakı hərəkətlər həmin kameralar vasitəsi ilə qeydə alınmış, ibtidai araşdırma zamanı müdafiə tərəfi bu görüntüləri "xxxx" MMC-dən tələb etsə də, həmin görüntü müdafiə tərəfinə təqdim edilməmiş, lakin müdafiə tərəfinə izah edilmişdir ki, gələcəkdə hüquq-mühafizə orqanlarının bu barədə müraciəti olarsa, həmin görüntülər sorğu edən orqana təqdim ediləcək. Başqa sözlə, müdafiə tərəfi ibtidai araşdırma zamanı Təqsirləndirilən şəxs saxlanılması anını və bundan sonrakı hərəkətləri qeydə alan görüntünü əldə edə bilməmiş və bu səbəbdən də məhkəmədə vəsatət qaldıraraq həmin görüntülərin əldə edilməsini məhkəmədən xahiş etmişdir. Müdafiə tərəfi Təqsirləndirilən şəxs saxlanılması vaxtı və şəraiti ilə bağlı məsələləri mübahisələndirdiyindən, bu hallar irəli sürülmüş ittihamın qanuniliyinə və əsaslılığına birbaşa təsir etdiyindən məhkəmə müdafiə tərəfinin görüntünün əldə edilməsi ilə bağlı əsaslandırılmış vəsatətini təmin etmək məcburiyyətində qalmışdır. Nəticədə “sübutun əldə edilməsi barədə” məhkəmə qərarı qəbul edilməklə sonradan icra edilmiş, "xxxx" MMC tərəfindən məhkəməyə həmin cəmiyyətə aid olan və ünvan 1 ünvanında fəaliyyət göstərən "xxxx" mağazasında quraşdırılmış müşahidə kameraları vasitəsi ilə xx.xx.2022-ci il tarixdə, saat 20:00-dan həmin gün saat 23:00-dək olan müddət ərzində qeydə alınmış görüntü 1 (bir) ədəd disk şəklində məhkəməyə rəsmi qaydada təqdim edilmişdir. Göstərilən videogörüntü məhkəmə qərarı ilə əldə edildiyindən və görüntünü qeydə alan müəssisə tərəfindən rəsmi qaydada məhkəməyə təqdim edildiyindən, habelə görüntü iş üzrə əhəmiyyətli halları əks etdirdiyindən, yəni qeydə alınmış görüntüdə qeydə almanın günü, ayı, ili, saatı göstərildiyindən və bu görüntü məhkəmədə ətraflı şəkildə tədqiq edildiyindən həmin sübutun əldə edilməsinə dair şübhələr ola bilməz, bu səbəbdən də həmin görüntü mötəbər sübut kimi qəbul edilərək cinayət işinə əlavə edilmişdir. "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilmiş 1 (bir) ədəd diskdə olan görüntü cinayət işi üzrə obyektiv həqiqətin müəyyən edilməsində, habelə Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamın qanuni və əsaslı olub-olmamasında mühüm əhəmiyyətə malik olduğundan məhkəmə hesab edir ki, ilk növbədə həmin görüntüdəki hadisələrin xronoloji ardıcıllığı müəyyən edilməlidir. Görüntüdəki xronoloji ardıcıllıq isə aşağıdakılardan ibarətdir: xx.xx.2022-ci il, saat 21:19:45-də Təqsirləndirilən şəxs **-KE-*** dövlət qeydiyyat nişanlı, “Opel” markalı nəqliyyat vasitəsini idarə edərək ünvan 1 ünvanında fəaliyyət göstərən "xxxx" mağazasının qarşısına gəlir, Saat 21:21:13-də Təqsirləndirilən şəxs həmin nəqliyyat vasitəsini arxaya idarə edərək oradan uzaqlaşır, Saat 21:22:34-də Təqsirləndirilən şəxs həmin nəqliyyat vasitəsi ilə yenidən "xxxx" mağazasının yaxınlığına gəlir, Saat 21:22:54-də Təqsirləndirilən şəxs nəqliyyat vasitəsindən düşür, həmin vaxt onun əlində heç bir predmet yoxdur, Saat 21:23:30-da Təqsirləndirilən şəxs "xxxx" mağazasının qarşısına gəlir, əynində ağ rəngli köynək, boz rəngli şalvar var, həmin vaxt onun əlində heç bir predmet yoxdur, Saat 21:23:32-də Təqsirləndirilən şəxs "xxxx" mağazasının girişində mağazanın işçisi ilə söhbət edir, Saat 21:24:19-da Təqsirləndirilən şəxs “ Al Market” mağazasına daxil olur, Saat 21:25:17-də Təqsirləndirilən şəxs həmin mağazadan çıxır və mobil telefonla danışır, Saat 21:25:24-də Təqsirləndirilən şəxs təkrarən həmin mağazaya daxil olur, Saat 21:26:51-də Təqsirləndirilən şəxs həmin mağazadan çıxaraq uzaqlaşır, Saat 21:30:14-də Təqsirləndirilən şəxs görüntüdə görünür, həmin vaxt əlində heç bir predmet yoxdur, Saat 21:30:44-də Təqsirləndirilən şəxs bir nəfər şəxslə söhbət edir, həmin vaxt əlində heç bir predmet yoxdur, Saat 21:31:58-də Təqsirləndirilən şəxs ayaqüstə vəziyyətdə dayanır, həmin vaxt əlində heç bir predmet yoxdur, Saat 21:32:05-də Təqsirləndirilən şəxs idarə etdiyi “Opel” markalı nəqliyyat vasitəsinə tərəf gedir, həmin vaxt əlində heç bir predmet yoxdur, Saat 21:38:53-də Təqsirləndirilən şəxs “Opel” markalı nəqliyyat vasitəsini arxaya tərəf idarə edir, sonra mağazanın yanından keçərək oradan uzaqlaşır, Saat 22:01:57-də Təqsirləndirilən şəxs idarə etdiyi **-KE-*** dövlət qeydiyyat nişanlı, “Opel” markalı nəqliyyat vasitəsi ilə mağazanın qabağında saxlayır, Saat 22:02:10-da Təqsirləndirilən şəxs nəqliyyat vasitəsi ilə oradan uzaqlaşır, Saat 22:05:46-da Təqsirləndirilən şəxs yenidən görüntüdə qeydə alınır və nəqliyyat vasitəsini mağaza ilə üzbəüz saxlayır, Saat 22:06:06-da Təqsirləndirilən şəxs idarə etdiyi nəqliyyat vasitəsindən düşür və piyada hərəkət etməyə başlayır, Saat 22:06:16-da Təqsirləndirilən şəxs kiminləsə söhbət edir, Saat 22:06:27-də Təqsirləndirilən şəxs görüntüdə qeydə alınmır, Saat 22:12:05-də Təqsirləndirilən şəxs nəqliyyat vasitəsinə geri qayıdır, həmin vaxt əlində heç bir predmet yoxdur, Saat 22:12:29-da Təqsirləndirilən şəxs idarə etdiyi nəqliyyat vasitəsinə əyləşir, Saat 22:14:24-də Təqsirləndirilən şəxs nəqliyyat vasitəsindən düşür, Saat 22:16:52-də Təqsirləndirilən şəxs nəqliyyat vasitəsindən düşərək piyada hərəkət edir, həmin vaxt əlində heç bir predmet yoxdur, Saat 22:17:04-də Təqsirləndirilən şəxs görüntüdə qeydə alınmır, Saat 22:18:33-də “Toyota Prius” markalı nəqliyyat vasitəsi Təqsirləndirilən şəxs yanında saxlayır, bu nəqliyyat vasitəsini 1 (bir) nəfər şəxs idarə edir, bu nəqliyyat vasitəsi Təqsirləndirilən şəxs yanında saxlayarkən 1 (bir) nəfər şəxs bu nəqliyyat vasitəsinin qabağında dayanmış vəziyyətdədir, 1 (bir) nəfər şəxs bu nəqliyyat vasitəsinin arxasında dayanmış vəziyyətdədir, 1 (bir) nəfər şəxs bu nəqliyyat vasitəsindən düşür, bir neçə şəxs də Təqsirləndirilən şəxs yanında dayanır, Saat 22:18:35-də həmin şəxslər Təqsirləndirilən şəxs saxlayır, həmin vaxt sonuncunun əlində heç bir predmet yoxdur, Saat 22:18:56-da həmin şəxslər Təqsirləndirilən şəxs qollarını buraraq nəzarət altına alırlar, Saat 22:19:04-də Təqsirləndirilən şəxs saxlayan şəxslər Bəxtiyarı “Opel” markalı nəqliyyat vasitəsinə tərəf aparırlar, Saat 22:19:34-də bir nəfər şəxs əlində işıq verən predmetlə Təqsirləndirilən şəxs saxlanıldığı yerdə baxış keçirir, Saat 22:19:51-də Təqsirləndirilən şəxs “Opel” markalı nəqliyyat vasitəsində onu saxlayan şəxslər tərəfindən oradan uzaqlaşdırılır, Saat 22:20:20-də bir neçə şəxs Təqsirləndirilən şəxs saxlanıldığı yerə və yaxınlıqdakı əraziyə baxış keçirir, Saat 22:20:45-də görüntüdə polis əməkdaşı Şahid2 görünür (onun üzərində olan köynək Təqsirləndirilən şəxs üzərinə Suraxanı Rayon Polis İdarəsində şəxsi axtarış keçirilən zaman iştirak edən polis əməkdaşının köynəyi ilə eynidir və açıq-aşkar görünür ki, həmin şəxs məhz Şahid2dir), Saat 22:21:19-da bir neçə şəxs Təqsirləndirilən şəxs saxlanıldığı yerə və yaxınlıqdakı əraziyə baxış keçirməyə də davam edir, Saat 22:21:25-də polis əməkdaşı Şahid2 “Toyota Prius” markalı nəqliyyat vasitəsinə minərək idarə edir, Saat 22:21:59-da “Toyota Prius” markalı nəqliyyat vasitəsinin qabaq işıqları vasitəsilə Təqsirləndirilən şəxs saxlanıldığı yerə və yaxınlıqdakı əraziyə baxış keçirilməsi davam edir, Saat 22:24:31-də Təqsirləndirilən şəxs oturduğu “Opel” markalı nəqliyyat vasitəsi oradan uzaqlaşır, Saat 22:24:12-də “Opel” markalı nəqliyyat vasitəsi "xxxx" mağazasının yanına gəlir, Saat 22:24:31-də 4 (dörd) nəfər şəxs Təqsirləndirilən şəxs saxlanıldığı yerə və yaxınlıqdakı əraziyə yenidən baxış keçirir, Saat 22:40:58-də “Opel” markalı nəqliyyat vasitəsi oradan uzaqlaşır, Saat 22:41:30-da “Toyota Prius” markalı nəqliyyat vasitəsi oradan uzaqlaşır. Videogörüntüdən görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 22:18:33-də Təqsirləndirilən şəxs ünvan 1 ünvanında “Toyota Prius” markalı, **-OZ-*** dövlət qeydiyyat nişanlı avtomobildən düşən şəxs və həmin vaxt ona yaxınlaşan digər şəxslər tərəfindən saxlanılaraq (qolları burulmuş) bir qədər əvvəl özünün idarə etdiyi “Opel” markalı nəqliyyat vasitəsinə aparılmış və həmin nəqliyyat vasitəsi ilə oradan uzaqlaşdırılmış, sonra o, Suraxanı Rayon Polis İdarəsinə aparılmışdır. Təqsirləndirilən şəxs saat 22:18:33-də saxlanılarkən onun əlində sellofan torba olmamış, “Opel” markalı nəqliyyat vasitəsinə aparıldığı vaxt onu saxlayan və onu nəqliyyat vasitəsinə aparan digər şəxslərin əlində də, sellofan torba olmamış, onun saxlanılmasında məhkəmədə şahid qismində dindirilmiş polis əməkdaşı Şahid2 iştirak etmiş, Təqsirləndirilən şəxs özünün idarə etdiyi avtomobil ilə oradan uzaqlaşdırıldıqdan sonra polis əməkdaşı Şahid2 və digər şəxslər Təqsirləndirilən şəxs saxlanıldığı yerə və yaxın ətrafa qayıdaraq həmin əraziyə bir qədər baxış keçirmişlər, lakin heç nə tapmayaraq “Toyota Prius” markalı avtomobilə minərək oradan uzaqlaşmışlar. Görüntü və görüntünün təhlili onu göstərir ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanının yaxınlığında xx.xx.2022-ci il tarixdə saxlanılsa da, onun saxlanıldığı vaxt ittiham aktında göstərildiyi kimi saat 23:10 deyil, əksinə saat 22:18 radələridir, habelə Təqsirləndirilən şəxs saxlanılarkən əlində 5 (beş) kiloqramdan artıq çəkidə hər hansı torba olmamış, onu saxlayan şəxslərin sayı ittiham aktında göstərildiyi kimi 2 (iki) nəfər şəxs olmamış, yəni onun saxlanılmasında daha çox şəxs iştirak etmiş, saxlanıldıqdan sonra özünün idarə etdiyi “Opel” markalı avtomobilə əyləşdirilmiş, saxlanılarkən qolları burulmuş, saxlanıldıqdan sonra bir neçə şəxs Təqsirləndirilən şəxs saxlanıldığı əraziyə və həmin əraziyə yaxın yerə baxış keçirmiş, lakin heç nə aşkar etməmişlər (aşkar edilmiş predmet olsaydı həmin şəxslərin əlində olması görünməli idi), Təqsirləndirilən şəxs digər şəxslərlə yanaşı, həmçinin məhkəmədə dindirilmiş polis əməkdaşı Şahid2 tərəfindən saxlanılmışdır (Şahid2 üzü görüntüdə tam şəkildə görünür, həmin vaxt onun əynində olmuş qısaqol köynək Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsini əks etdirən görüntüdə olan geyim əşyası ilə tam şəkildə üst-üstə düşür). Göstərilənlər onu təsdiq edir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 23:10-da deyil, təxminən 1 (bir) saat əvvəl saxlanılmış, saxlanılan zaman onun əlində 5 (beş) kiloqramdan artıq çəkidə sellofan torba olmamış, onun saxlanılmasında 2 (iki) polis əməkdaşı deyil, daha çox şəxs, o cümlədən polis əməkdaşı Şahid2 iştirak etmişdir. Bu hallar ibtidai istintaq orqanının gəldiyi ən mühüm nəticəni, yəni Təqsirləndirilən şəxs saxlanılarkən əlində sellofan torba olmasını təkzib etdiyindən məhkəmə belə nəticəyə gəlir ki, o, xx.xx.2022-ci il, saat 22:18:33-də saxlanılarkən əlində 5 (beş) kiloqramdan artıq çəkidə torba olmamışdır. Bu da öz növbəsində ibtidai istintaq orqanının gəldiyi nəticəni istisna edir və bununla da irəli sürülmüş ittihamın qanunsuz və əsassız olmasına birbaşa dəlalət edir. "İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Hoanq Fransaya qarşı iş üzrə qərarda qeyd etmişdir ki, sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Barbara, Messege və Harbordo İspaniyaya qarşı işi üzrə qərarda da qeyd olunmuşdur ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsəllələrlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanılır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Beləliklə, Təqsirləndirilən şəxs saxlanılması vaxtı və şəraiti ilə bağlı məhkəmədə iddia etdiyi hallar həqiqəti əks etdirir və ona görə də məhkəmə Təqsirləndirilən şəxs göstərilən hissədə məhkəmədə verdiyi ifadəsini mötəbər sübut kimi qəbul edir. Müdafiə tərəfinin mübahisələndirdiyi digər məsələ - Təqsirləndirilən şəxs barəsində keçirilmiş əməliyyat-axtarış tədbirinin və bu tədbirin nəticələrinin qanunsuz olması ilə bağlıdır. Bu hissədə qeyd edilməlidir ki, cinayət işinin materiallarından və ittihamdan Təqsirləndirilən şəxs saxlanılması 2 (iki) polis əməkdaşı (Şahid1 və Şahid2) tərəfindən həyata keçirilməsi görünsə də, yuxarıda göstərilən görüntüdən bunun tam əksi təsdiq olunur. Belə ki, həmin görüntüdən görünür ki, Təqsirləndirilən şəxs dayandığı yerə 1 (bir) “Toyota Prius” markalı avtomobil yaxınlaşaraq saxlayır və avtomobildən düşən şəxslə yanaşı, həmçinin həmin vaxt Təqsirləndirilən şəxs yaxınlaşan bir neçə şəxs Təqsirləndirilən şəxs qollarını buraraq sonuncunun bir qədər əvvəl idarə etdiyi avtomobilə apararaq otuzdurmuşlar, həmin vaxt bir neçə şəxs Təqsirləndirilən şəxs saxlanıldığı əraziyə baxış keçirməyə başlamışdır. Bu onu deməyə əsas verir ki, Təqsirləndirilən şəxs saxlanılmasında polis əməkdaşları ilə yanaşı, şəxsiyyəti məhkəməyə məlum olmayan digər şəxslər də iştirak etmişdir. “Toyota Prius” markalı, **-OZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin kimə məxsus olması və kimin tərəfindən idarə edilməsi barədə BDYPİ-nə məhkəmə tərəfindən sorğular verilmiş, habelə sorğulara verilmiş cavablarda göstərilən şəxslərin polis əməkdaşları olubolmamasına dair DİN-in Baş Kadrlar İdarəsinə sorğu verilmiş və sorğuya cavabdan məlum olmuşdur ki, göstərilən avtomobilin mülkiyyətçisi və sonuncu dəfə həmin avtomobillə bağlı etibarnamə verilmiş şəxs polis əməkdaşı deyillər. Görüntüdən Təqsirləndirilən şəxs saxlanılmasında ittiham aktında göstərilmiş 2 (iki) nəfər şəxsdən başqa kənar şəxslərin iştirak etməsi məhkəmədə təsdiq olunduğundan və bu hallar irəli sürülmüş ittihamın qanunsuz olmasına kifayət etdiyindən, eləcə də proses iştirakçıları göstərilən şəxslərin məhkəmədə dindirilməsi barədə məhkəmədə vəsatət vermədiklərindən məhkəmə bu şəxslərin məhkəmədə dindirilməsini zəruri hesab etməmişdir. Belə ki, Təqsirləndirilən şəxs saxlanılmasında digər şəxslərin də iştirak etməsi və bu şəxslərin iştirak etməsinə dair cinayət işinin materiallarında heç bir prosessual sənədin olmaması artıq kifayət edir ki, Təqsirləndirilən şəxs barəsində keçirilmiş əməliyyat-axtarış tədbirləri qeyri-şəffaf keçirilmiş əməliyyat tədbiri kimi qiymətləndirilsin. Bundan başqa, cinayət işinin materialları ilə təsdiq olunur ki, əməliyyat orqanı qəbul etdiyi əməliyyat-axtarış tədbirləri barədə qərarın qanuniliyinin yoxlanılması barədə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət etsə də, məhkəmə nəzarəti qaydasında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar “Əməliyyat-axtarış fəaliyyəti” haqqında Azərbaycan Respublikasının Qanununun müddəalarına uyğun olmadığından qanuni sayılmadan geri qaytarılmışdır. Məhkəmə hesab edir ki, göstərilən məsələ də Təqsirləndirilən şəxs barəsində keçirilmiş əməliyyat-axtarış tədbirlərinin qanunsuz olmasının əsasını təşkil edir. Bu arqumenti gücləndirən digər vacib məsələ də ondan ibarətdir ki, cinayət işinin materiallarına əsasən Təqsirləndirilən şəxs əlində 5 (beş) kiloqramdan çox narkotik vasitə həşiş qətranı olmasına, yəni göstərilən çəkidə onun üzərindən narkotik vasitənin aşkar edilməsinə baxmayaraq, təhqiqat orqanı tərəfindən onun yaşadığı ünvana və idarə etdiyi nəqliyyat vasitəsinə baxış keçirilməmiş, zərurət olduğu halda göstərilən yerlərdə axtarış keçirilməsinə dair heç bir addım atılmamışdır. Sanki əməliyyat və təhqiqat orqanı əmin idi ki, Təqsirləndirilən şəxs başqa yerdə dövriyyəsi qadağan edilmiş predmet saxlamır. Təhqiqat orqanı Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilməməsini Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı sərgiləmiş olduğu səmimiliyi, yəni həmin narkotik vasitəni həmin gün Əmircan qəsəbəsində “hamamın” yanından tapması və başqa yerdə narkotik vasitə saxlamaması ilə əlaqələndirmişdir. Məhkəmə təhqiqat orqanının bu hissədə gəldiyi nəticəni ağlabatan saymır və hesab edir ki, bir şəxsin üzərindən 5 (beş) kiloqramdan artıq çəkidə narkotik vasitə aşkarlandığı halda onun yaşadığı ünvana və sair güman edilə biləcək yerlərə baxış/axtarış prosessual hərəkətlərin keçirilməməsi kifayət qədər şübhə doğurur. Bu şübhələri bir qədər də artıran məqam ondan ibarətdir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 22:18:33-də saxlanılaraq özünün idarə etdiyi nəqliyyat vasitəsinə otuzdurulsa və həmin nəqliyyat vasitəsi ilə Suraxanı Rayon Polis İdarəsinə aparılsa da, bununla bağlı cinayət işinin materiallarında heç bir sübut (prosessual sənəd) yoxdur. Yəni ibtidai araşdırma orqanları (təhqiqat və istintaq) bu hissədə cinayət işinin həqiqi hallarını təhrif etmişlər. İbtidai araşdırmanın nəticəsi olaraq ən uğursuz nəticə ondan ibarətdir ki, Təqsirləndirilən şəxs saxlanılarkən əlində torba olmadığı və saxlanıldıqdan sonra qolları burularaq “Opel” markalı nəqliyyat vasitəsinə aparıldığı, oradan da Suraxanı Rayon Polis İdarəsinə aparıldığı halda, yəni göstərilən bu dövr ərzində onun əlində torba olmadığı halda, saxlanıldıqdan təxminən 2 (iki) saat 42 (qırx iki) dəqiqə sonra Polis İdarəsində onun üzərində şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs əlində 5 (beş) kiloqramdan artıq çəkidə torba saxlaması başa düşülən olmaması ilə yanaşı, həmçinin məntiqsizdir. Bütün bu şübhələr Təqsirləndirilən şəxs məhkəmədə iddia etdiyi halların həqiqət olmasını və bununla da onun barəsində keçirilmiş əməliyyat-axtarış tədbirlərinin qanunsuz olmasını təsdiq edir, buna görə də məhkəmə keçirilmiş əməliyyat-axtarış tədbirlərini qanunsuz hesab edir. Müdafiə tərəfinin mübahisələndirdiyi digər məsələ - Təqsirləndirilən şəxs saxlanılarkən və bundan sonrakı müddət ərzində onun fiziki zorakılığa məruz qalması və ona işgəncə verilməsi ilə bağlıdır. İbtidai araşdırma zamanı bu hissədə araşdırma aparılsa və nəticədə döyülmə və işgəncə faktı öz təsdiqini tapmaması səbəbindən cinayət işinin başlanması rədd edilsə də, Təqsirləndirilən şəxs məhkəmədə polis əməkdaşları tərəfindən döyüldüyünü, işgəncəyə və qeyri-insani rəftara məruz qaldığını, o cümlədən etirafedici ifadə verməyə məcbur qalmasının səbəbi kimi onun bədəninə tok verilməsini davamlı şəkildə iddia etdiyindən bu hissədə məhkəmə tərəfindən məhkəmə baxışının hüdudları çərçivəsində araşdırma aparılmışdır. Belə ki, Təqsirləndirilən şəxs saxlanıldığı istintaq təcridxanasına təhvil verilərkən tibbi müayinədən keçirilmiş, tibbi sənədlərə əsasən həmin vaxt onun üzərində xəsarət izi aşkar edilməmiş, buna baxmayaraq, onun bədəninin müxtəlif hissələrində çoxlu sayda ləkə izi aşkarlanmış və bu izlər dəridə olan piqment izi kimi qəbul edilmişdir. Başqa sözlə, istintaq təcridxanasında Təqsirləndirilən şəxs üzərində xəsarət izi olması barədə qeydiyyat aparılmasa da, həmin vaxt onun üzərində çoxlu sayda piqment izi olması qeyd edilmişdir. Təqsirləndirilən şəxs həmin piqment izlərinin əslində piqment izi deyil, yanıq xəsarətindən əmələ gələn izlər olmasını, daha dəqiq isə həmin izlərin polis əməkdaşları tərəfindən elektroşoker vasitəsi ilə ona edilmiş işgəncənin nəticəsində yarandığını bildirmişdir. Eyni zamanda müdafiə tərəfinin bu hissədə məhkəmədə qaldırdığı vəsatətlərdən və həmin vəsatətlərə əlavə edilmiş 1 (bir) ədəd diskdə olan telefon danışığından məlum olmuşdur ki, Təqsirləndirilən şəxs arvadı Sevinc Ağayeva telefon vasitəsi ilə inspektorhəkim Şahid4la danışan zaman, sonuncu Penitensiar Xidmətin tabeliyində olan tibb idarəsində işlədiyini, Təqsirləndirilən şəxs bədəni səthinə baxış keçirdiyini, həmin vaxt Təqsirləndirilən şəxs bədənində izlərin aşkar edildiyini, lakin həmin izlərin xəsarət izi kimi deyil, məhz piqment izi kimi qəbul edildiyini təsdiq etmişdir. Müdafiə tərəfinin təqdim etdiyi və özündə telefon danışığını əks etdirən diskdəki səs yazısının Şahid4 aid olması sonuncunun işlədiyi müəssisənin rəhbəri tərəfindən təsdiq edilməsi, Şahid4 məhkəmədə şahid qismində dindirilməsi və dindirilən zaman onun həqiqətən də Sevinc Ağayeva ilə Təqsirləndirilən şəxs bədəni səthində aşkar edilmiş izlərlə bağlı danışıq apaması məhkəmədə həmin səs yazısı ilə təsdiq edildiyindən məhkəmə hesab edir ki, müdafiə tərəfinin təqdim etdiyi diskdəki telefon danışığını əks etdirən 1 (bir) ədəd disk mötəbər sübutdur və iş üzrə yekun məhkəmə aktı çıxarılarkən həmin sübutda əks olunan məlumatlar nəzərə alınmalıdır. Bundan başqa, müdafiə tərəfi Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi və işgəncəyə məruz qalmaması barədə prokurorluq orqanı tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan məhkəmə nəzarəti qaydasında şikayət etdiyindən və Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qanunsuz olması səbəbindən ləğv edildiyindən onun polis əməkdaşları tərəfindən döyülüb-döyülməməsi barədə əlavə araşdırmanın aparılması barədə yeni qərar qəbul edilmişdir. Aparılmış araşdırma zamanı Təqsirləndirilən şəxs barəsində təkrar canlı şəxsin ekspertizası keçirilmiş, təkrar ekspertiza rəyi ilə Təqsirləndirilən şəxs üzərində xəsarət izi aşkar edilməsə də, onun bədəni səthi üzərində çoxlu sayda, daha dəqiq isə ümumilikdə 15 (on beş) ədəd piqment izi aşkar edilməsi təsdiq edilmiş, eləcə də bu piqment izlərinin elektroşokerin nəticəsində əmələ gəlməsi istisna edilməmiş, lakin nəticədə yenidən fakt öz təsdiqini tapmaması səbəbindən prokurorluq tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bu səbəbdən də təkrar ekspertizanı keçirmiş ekspert məhkəmənin təşəbbüsü ilə məhkəmədə şahid qismində dindirilmişdir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş ekspert Şahid5 Murğuzağa oğlu bildirmişdir ki, Təqsirləndirilən şəxs təkrar müayinə olunan zaman onun bədəni səthi üzərində xəsarət izi olmamış, habelə Təqsirləndirilən şəxs istintaq təcridxanasına təhvil verilən zaman üzərində xəsarət izi aşkar edilməmiş, buna baxmayaraq, təkrar müayinə zamanı Təqsirləndirilən şəxs üzərində 15 (on beş) ədəd piqment izi aşkar edilmiş, bu izlər isə daha çox elektroşokerin nəticəsində əmələ gələ bilərdilər, habelə Təqsirləndirilən şəxs üzərində olan piqment izlərinin yerləşdiyi yerlərə nisbətdə özü-özünə əmələ gəlməsi və ya insan orqanizmində baş verən patoloji dəyişikliklər (xəstəliklər və sair) nəticəsində əmələ gəlməsi mümkün deyil. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi və işgəncəyə məruz qalması ilə bağlı məhkəmə qeyd edir ki, o, istintaq təcridxanasına təhvil verilərkən tibbi müayinədən keçirilsə və həmin vaxt onun üzərində çoxlu sayda piqment izi aşkar edilsə də, bu kimi izlər xəsarət izi kimi qeydə alınmadığından döyülmə və işgəncə faktı ilə bağlı aparılmış araşdırma zamanı həmin izlərinin hansı tarixdə əmələ gəlməsinin müəyyən edilməsi mümkün olmamışdır. Başqa sözlə, piqment izlərinin yaranma vaxtının müəyyən edilməməsinin yeganə səbəbi Təqsirləndirilən şəxs istintaq təcridxanasına təhvil verilərkən həmin piqment izlərinin xəsarət izi kimi qəbul edilməməsindən ibarətdir. Bu hissədə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs istintaq təcridxanasına təhvil verilərkən onun üzərində xəsarət izinin olub-olmaması, bu barədə qeydiyyatın düzgün şəkildə aparılıb-aparılmaması, nəyin xəsarət izinə aid olub-olmamasının müəyyən edilməsi təqsirləndirilən şəxsin iradəsindən asılı olan hal kimi qəbul edilə bilməz. Bu məsələ ilə əlaqədar məsuliyyət hər bir halda səlahiyyətli vəzifəli şəxslərə aid edildiyindən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərində olan izlərin xəsarət izi kimi qəbul edilib-edilməməsi məsələsində sonuncu məsuliyyət daşımır və bu hissədə yaranan bütün şübhələr Təqsirləndirilən şəxs xeyrinə şərh edilməlidir. Məsələ ondan ibarətdir ki, Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra, yəni ibtidai araşdırma zamanı ittihamı mübahisələndirərək polis əməkdaşları tərəfindən döyüldüyünü və işgəncəyə məruz qaldığını bildirmişdir. O, məhkəmədə eyni mövqedən çıxış edərək saxlanılarkən və saxlanıdlıqdan sonra polis əməkdaşları tərəfindən döyüldüyünü və işgəncəyə məruz qaldığını, məhz bunun nəticəsində etirafedici ifadə verməyə məcbur qaldığını bildirmişdir. Bu məsələdə ən vacib dəlil məhkəmədə şahid qismində dindirilmiş ekspert Şahid5 Murğuzağa oğlunun ifadəsi ilə bağlıdır. Belə ki, Şahid5 həm təsdiq etdiyi ekspertiza rəyində, həm də ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs üzərində yaranmış çoxlu sayda piqment izinin elektroşokerin təsirindən əmələ gələ bilməsi mümkündür. Təqsirləndirilən şəxs üzərində olan piqment izlərinin elektroşokerin təsirindən əmələ gələ bilməsi xüsusatı onun döyülməsi və işgəncəyə məruz qalması ilə bağlı məhkəmədə ciddi şübhələr yaradır. Bu şübhələrin isə Təqsirləndirilən şəxs əleyhinə istifadə edilməsi cinayət-prosessual qanunvericiliyi ilə qadağan olunur. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra döyülməsi və işgəncəyə məruz qalması hissəsində verdiyi ifadəsini daha ağlabatan hesab edir. Məhkəmə belə nəticəyə gələrkən həm də ona istinad etmişdir ki, Təqsirləndirilən şəxs mübahisələndirdiyi yuxarıdakı hallar məhkəmədə aparılmış araşdırma zamanı öz təsdiqini tapmışdır. Başqa sözlə, bu hissədə Təqsirləndirilən şəxs iddia etdiyi halların həqiqət olması daha çox işin hallarına uyğundur. Bu səbəbdən də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ilkin araşdırma zamanı verdiyi etirafedici ifadələri, yəni şübhəli şəxs qismində, şəxsi axtarış zamanı, təqsirləndirilən şəxs qismində və sonrakı dövrdə verdiyi etirafedici ifadələri cinayətprosessual qanunvericiliyinin tələblərinin kobud şəkildə pozulması ilə əldə edildiyindən və ibtidai istintaq orqanı tərəfindən bu sübutlar qanunsuz şəkildə əldə edildiyindən mötəbər sübut kimi qəbul edilə bilməz və ona görə də məhkəmə göstərilən sübutları qanunsuz şəkildə əldə edilmiş sübut kimi qəbul edir. Müdafiə tərəfinin mübahisələndirdiyi digər məsələyə gəldikdə isə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saxlanıldıqdan sonra müdafiə hüququ kobud şəkildə pozulmuşdur. Belə ki, o, Azərbaycan Respublilkası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı və məhkəməyə aydın olmayan digər şəxslər tərəfindən Bakı şəhəri, Suraxanı rayonu ərazisində saxlanılsa və prosessual hərəkətlərin həyata keçirilməsi məqsədi ilə Suraxanı Rayon Polis İdarəsinə aparılsa, orada onun üzərində şəxsi axtarış keçirilsə və həmin vaxt orada müdafiəçi iştirak etsə də, həmin müdafiəçi Suraxanı rayonu ərazisində fəaliyyət göstərən vəkil bürosunun vəkili deyil, Bakı şəhəri “Mərkəz” Vəkil Vürosunun vəkili olmuşdur. İlk baxışdan bu şübhəli məqam kimi görünməsə də, aparılmış prosessual hərəkətlərin ardıcıllığı, həmin hərəkətlərin nəticələrinə dair tərtib edilmiş prosessual sənədlərin mahiyyəti və həmin prosessual hərəkətlərdə müdafiəçinin sərgilədiyi mövqe ona dəlalət edir ki, Təqsirləndirilən şəxs Suraxanı Rayon Polis İdarəsində müdafiəçi təqdim edilsə də, həmin müdafiəçi tərəfindən səmərəli hüquqi yardım göstərilməmiş, yəni müdafiə hüququ səmərəli şəkildə keçirilmədiyindən bu müdafiə formal şəkildə həyata keçirilmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə DİN-in BNMİ-nin əməkdaşı və digər şəxslər tərəfindən Suraxanı rayonu ərazisində saxlanılıb birbaşa Suraxanı Rayon Polis İdarəsinə aparılsa və orada BNMİ-nin təhqiqatçısı tərəfindən onun üzərində şəxsi axtarış keçirilsə də, Təqsirləndirilən şəxs saxlanıldığı və üzərində prosessual hərəkətin keçirildiyi yer üzrə fəaliyyət göstərən vəkil bürosunun vəkili ilə deyil, əksinə kifayət qədər uzaq məsafədə fəaliyyət göstərən Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili ilə təmin edilmişdir. Bu hal isə kifayət qədər şübhəli məqamdır. Bu şübhəni gücləndirən digər məqam isə ondan ibarətdir ki, cinayət işinin materiallarına əsasən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirildiyi zaman orada “Mərkəz” Vəkil Bürosunun vəkili iştirak etsə də, müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs cəmi 1 (bir) sual verilmiş, həmin sual da onun polis əməkdaşları tərəfindən döyülübdöyülməməsi ilə bağlı olmuş, habelə Təqsirləndirilən şəxs həmin suala cavab olaraq bildirmişdir ki, polis əməkdaşları tərəfindən döyülməmişdir. Bundan başqa, “Mərkəz” Vəkil Bürosunun vəkili tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi ilə bağlı heç bir vəsatət verilməmiş, məhkəmə nəzarəti qaydasında Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçildikdən sonra həmin qərardan müdafiəçi apellyasiya şikayəti verməmiş, başqa sözlə, ittihamın mübahisələndirilməsi istiqamətində heç bir prosessual hərəkət etməmişdir. “Mərkəz” Vəkil Bürosunun vəkili tərəfindən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs sonuncunun polis əməkdaşları tərəfindən döyülüb-döyülməməsi ilə bağlı sualına gəldikdə isə qeyd edilməlidir ki, yuxarıda göstərilən prosessual pozuntular nəticəsində Təqsirləndirilən şəxs həmin vaxt müdafiəçiyə polis əməkdaşları tərəfindən döyülməsi barədə məlumat verməsi ağlabatan və məntiqli hesab edilə bilməz. Əksinə məhkəmə belə nəticəyə gəlir ki, “Mərkəz” Vəkil Bürosunun vəkili bu sualı formal cəhətdən verməklə, bu iş üzrə faktiki olaraq öz fəaliyyətini “sığortalamaq” istəmişdir. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman o, formal cəhətdən müdafiəçi ilə təmin olunmuş, yəni “Mərkəz” Vəkil Bürosunun vəkili ilə təmin olunsa da, həmin müdafiəçi ona Azərbaycan Respublikasının Konstitusiyasının 61-ci maddəsi ilə təminat altına alınmış yüksək keyfiyyətli hüquqi yardım göstərməmiş və nəticədə Təqsirləndirilən şəxs göstərilən hüquqdan məhrum edilmişdir. Təqsirləndirilən şəxs barəsində keçirilmiş əməliyyat-axtarış tədbirlərinin qanunsuz olması ilə bağlı məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, məhkəmədə araşdırılmış sübutlar əsasında müəyyən edilmişdir ki, o, ittiham aktında göstərildiyi kimi xx.xx.2022-ci il tarixdə saat 23:10-da deyil, həmin gün saat 22:18 radələrində saxlanılmış, başqa sözlə, Avropa Məhkəməsinin presedent hüquqununda öz təsdiqini tapmış mövqeyə əsasən o, dövlətin nəzarətinə saat 22:18 radələrində keçmişdir. Cinayət işinin materialları ilə Suraxanı Rayon Polis İdarəsində Təqsirləndirilən şəxs üzərində şəxsin axtarış xx.xx.2022-ci il tarixdə, təxminən saat 01:00 radələrində, yəni faktiki olaraq azadlığı məhdudlaşdırıldığı vaxtdan təxminən 2 (iki) saat 42 (qırx iki) dəqiqə sonra keçirilmişdir. Bu da öz növbəsində onun barəsində keçirilmiş şəxsi axtarışa dair prosessual hərəkəti ciddi şübhə altına alır. Bundan başqa, bir vacib məsələ də ondan ibarətdir ki, Suraxanı Rayon Polis İdarəsində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs əlində saxladığı torbada olan predmetlə bağlı sual verildikdə, o, bir qədər susaraq suala cavab bildirə bilməmiş, bundan sonra təhqiqatçı ona tərəf əyilmiş, bundan sonra o, torbada həşiş qətranı olduğunu bildirmişdir. Göstərilən məsələ ilk baxışdan sadə məsələ kimi görünsə də, bu hal yuxarıda izahı verilən halların məcmusu ilə ona dəlalət edir ki, Təqsirləndirilən şəxs üzərində Suraxanı Rayon Polis İdarəsində keçirilmiş şəxsi axtarış şəffaf şəkildə keçirilməmiş, bu isə bütövlükdə onun barəsində keçirilmiş şəxsi axtarışı və onun nəticəsinə dair tərtib edilmiş şəxsi axtarışın keçirilməsi haqqında protokolun qanunsuz şəkildə aparılmasını təsdiq edir. Təqsirləndirilən şəxs 19 iyun 2022-ci il tarixdə, saat 22:18-də saxlanılsa da, onun saxlanılması vaxtında sənədləşdirilməmiş, şübhəli şəxsin tutulması haqqında protokol 20 iyun 2022-ci il tarixdə, saat 00:30-da tərtib edilmişdir. Məhkəmə iş materiallarına əsaslanaraq belə nəticəyə gəlir ki, qanunun tələblərinin kobud surətdə pozulması ilə tərtib edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında protokol mümkün olmayan sübut kimi qiymətləndirilməli və bu səbəbdən də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.2-ci maddəsinin tələblərinə əsasən sübut kimi qəbul edilə bilməz. Odur ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi və götürmə aparılması haqqında protokol əhəmiyyətsiz hesab edilməklə sübutlar siyahısından xaric edilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin "Layıcov Azərbaycana qarşı” şikayəti üzrə xx.xx.2014-cü il tarixli qərarında (həmin şikayətdə Layıcov işgəncə və pis rəftarla yanaşı, narkotik vasitələrin onun üstünə və avtomobilinə qoyulması yolu ilə əldə olunmuş qanunsuz sübutlar əsasında məhkum edilməsi nəticəsində Konvensiyanın 6-cı maddəsinin pozulmasından şikayət etmiş) Avropa Məhkəməsi qeyd etmişdir ki, Avropa Konvensiyasının 6-cı maddəsinin cinayət prosesi ilə bağlı əsas məqsədinin "cinayət işlərinə baxmaq səlahiyyəti olan hər hansı məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırmasının təmin olunmasından” ibarət olmasına baxmayaraq, bu həmin maddənin "məhkəməyə qədər proseslərə” aidiyyətinin olmaması kimi təfsir edilməlməidir. Belə ki, əgər həmin maddənin tələblərinə ilkin mərhələdən riayət olunmaması məhkəmənin ədalətliliyinə ciddi təsir göstərə bilərsə, 6-cı maddə cinayət işi məhkəməyə göndərilənədək olan dövrə də tətbiq edilə bilər. Həmin qərarda Avropa Məhkəməsi nəzərə almışdır ki, əməliyyat məlumatı əsasında saxlanılması iddia edilsə də, Layıcovun üzərinə və avtomobilinə baxış saxlanıldığı kimi dərhal deyil, saxlanıldığı yerin yaxınlığında deyil, 30 dəqiqə sonra Zaqatala Rayon Polis Şöbəsində keçirilmişdir. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, Layıcovun saxlanılması ilə baxışın keçirilməsi arasında 30 dəqiqə vaxtın keçməsi həmin sübutun "atılmasının” mümkünlüyü ilə bağlı əsaslı narahatlıq yaradır, çünki həmin müddət ərzində şikayətçi tamamilə polisin nəzarəti altında olmuşdur. Bu məsələ ilə bağlı məhkəmə nəzərə almışdır ki, şikayətçi həbs olunandan dərhal sonra onun üzərinə baxış keçirilməsinin mümkünsüzlüyü ilə bağlı hər hansı sübut mövcud deyildir. Həmçinin məhkəmə nəzərə almışdır ki, onun üzərində və avtomobilində aşkar edilmiş maddi sübutun qanuniliyi ilə bağlı şikayətçi ibtidai istintaq və məhkəmə araşdırılması dövründə məsələ qaldırsa da, yerli məhkəmələr öz hökmlərində bu məsələyə münasibət bildirməmişlər, həmin sübut əsasında onu məhkum etmişlər. Bununla bağlı Avropa Məhkəməsi belə nəticəyə gəlmişdir ki, bu məsələ ilə bağlı şikayətçinin şikayətləri yerli məhkəmələr tərəfindən əsassız olaraq baxılmadığı üçün şikayətçi sübutun qanuniliyini mübahisələndirmək və həmin sübutun yerli məhkəmə proseslərində istifadə edilməsinə etiraz etmək hüququndan məhrum edilmişdir. Nəzərə alaraq ki, şikayətçiyə qarşı ittiham yalnız Layıcovun üzərində və avtomobilində aşkar edilmiş maddi sübutlara əsaslanmışdır, həmin qərarda Avropa Məhkəməsi şikayətçiyə qarşı isifadə edilmiş həmin maddi sübutların əldə olunması şəraitini nəzərə alaraq, eyni zamanda şikayətçinin həmin sübutların qanuniliyi ilə bağlı etirazlarına və əsaslı arqumentlərinə milli məhkəmələr tərəfindən baxılmaması və həmin sübutların ona qarşı istifadə edilməsinə əsaslanmaqla aparılmış məhkəmə araşdırmasını ümumilikdə ədalətsiz kimi qiymətləndirmiş və Konvensiyanın 6-cı maddəsinin pozulduğunu müəyyən etmişdir. Cinayət işi üzrə ibtidai araşdırma zamanı ibtidai istintaq orqanı tərəfindən yol verilmiş daha çox qanun pozuntularını göstərib sadalamaq mümkündür. Lakin məhkəmə hesab edir ki, yuxarıda göstərilən hüquqi məsələlər və dəlillər Təqsirləndirilən şəxs barəsində keçirilmiş əməliyyat-axtarış tədbirlərinin qanunsuz olmasına və onun elan edilmiş ittiham üzrə təqsirinin sübuta yetirilməməsi nəticəsinə gəlməyə əsas verir. Belə ki, işgəncə ilə bağlı Avropa Məhkəməsinin hüquqi mövqeyi bundan ibarətdir ki, nəinki işgəncənin mövcudluğu, hətta işgəncə barədə iddiaların araşdırılmaması, təqsirləndirilən şəxsin Avropa Konvensiyasının 3-cü maddəsi ilə təsbit edilən hüququnu pozur, yəni artıq özü-özlüyündə müdafiə tərəfinin işgəncə və digər qanunsuz metodlardan istifadə olunmaqla, əldə olunması kimi dəlillə mübahisələndirdiyi sübutların mümkünlüyü, kifayətedənliyi üzrə məhkəmə qənaətini, ümumiyyətlə aparılan icraatın nəticələrini şübhə altına alan ciddi pozuntu kimi çıxış edir. Avropa Məhkəməsinin şərh olunan məsələ ilə bağlı hüquqi mövqeyini açıqlayan presedentlərə misal olaraq “Assenov və digərləri Bolqarıstana qarşı iş” üzrə 28 oktyabr 1998-ci il tarixli qərarı, “Aksoy Türkiyəyə qarşı iş” üzrə 26 noyabr 1996-cı il tarixli qərarı göstərmək olar. Birinci işdə Assenov və onu təmsil edən valideynləri iddia edirdilər ki, Assenov polis əməkdaşları tərəfindən qəddarlıqla döyülmüşdür. Bolqarıstan höküməti bu iddiaya etiraz etmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə qədər məsələni araşdıran Avropa Komissiyası hadisələrin üstündən dörd ildən artıq vaxt keçdiyinə və Bolqarıstanın dövlət orqanları tərəfindən vaxtında kifayət qədər müstəqil istintaq aparılmadığına görə iddiaçının, və yaxud Bolqarıstan hökümətinin mülahizələrinin daha mötəbər olduğunu müəyyən edə bilməmişdir. Avropa Məhkəməsi də Komissiya kimi ona təqdim olunmuş sübutlar əsasında ərizəçiyə xəsarətlərin polis tərəfindən yetirilibyetirilməməsinin müəyyən edilməsini qeyri-mümkün hesab etmişdir. Buna baxmayaraq, Avropa Məhkəməsi Assenovun iddiasının əsaslı olması, Konvensiyanın 3-cü maddəsinin pozuntusunun baş verməsi haqqında qənaətə gəldi, və belə nəticə üçün əsas yaradan hal olaraq xüsusilə onu qeyd etdi ki, “polis və ya digər dövlət nümayəndələri tərəfindən qeyriqanuni şəkildə və 3-cü maddəyə zidd olaraq pis rəftara məruz qalması barədə sübut oluna bilən iddianın qaldırıldığı belə hallarda, bu müddəa, Konvensiyanın 1-ci maddəsinə əsasən Dövlətin “yurisdiksiyası daxilində hər kəsin Konvensiyada müəyyən olunmuş hüquq və azadlıqlarının təmin edilməsinə” dair ümumi öhdəliyi ilə birlikdə götürülməklə, effektiv rəsmi istintaqın aparılmasını birbaşa tələb edir. Həmin istintaq məsuliyyət daşıyanların müəyyən edilməsi və cəzalandırılmasına gətirib çıxartmaq iqtidarında olmalıdır. Əks halda işgəncələrin və qeyri-insani, yaxud alçaldıcı rəftar və cəzaların ümumi hüquqi qaydada qadağan edilməsi, bunun fundamental vacibliyinə baxmayaraq, təcrübədə qeyri-effektiv olacaqdır və bəzi hallarda Dövlət nümayəndələrinin faktiki olaraq cəzalandırılmadan öz nəzarəti altında olanların hüquqlarını pozmaq imkanı kimi çıxış edəcəkdir”. “Aksoy Türkiyəyə qarşı iş” üzrə qərarında da eyni mövqeyi sərgiləyən Avropa Məhkəməsi qeyri-insani rəftarla bağlı hadisənin rəsmən araşdırılmamasını 3-cü maddənin pozulması kimi səciyyələndirməklə yanaşı, həm də Konvensiyanın 13-cü maddəsinin pozulması kimi dəyərləndirdi (Konvensiyanın 13-cü maddəsində deyilir: “Bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında təsirli hüquqi müdafiə vasitələrinə malikdir”). Məhkəmə həmin iş üzrə qərarında qeyd etdi ki, “3-cü maddə ilə qorunan hüquqların təbiəti 13-cü maddəyə də öz təsirini göstərir. İşgəncənin qadağan olunmasının böyük əhəmiyyətini və işgəncəyə məruz qalmış şəxslərin aciz vəziyyətini nəzərə alaraq, 13-cü maddə Dövlətlərin üzərinə daxili qanunvericilikdə mövcud olan vasitələrə xələl gətirmədən bütün işgəncə halları üzrə hərtərəfli və səmərəli istintaqın aparılması öhdəliyini qoyur”. İşgəncə verdikləri iddia edilən əməliyyat-axtarış tədbirini aparmış əməkdaşlar və bir çox hallarda onlarla etibarlı münasibətlərdə olan hal şahidləri əslində işgəncə barədə iddia ilə əlaqədar maraqlı şəxslər qismində çıxış edirlər. Bu səbəbdən də Avropa Məhkəməsi Üzv Dövlətlərə tövsiyyə etmişdir ki, məhkəmələr işgəncə, pis rəftar barədə iddialar irəli sürüldükdə, yalnız maraqlı şəxslərin ifadələri ilə kifayətlənməyib, daha dərin və ətraflı araşdırma aparmalı, o cümlədən təqsirləndirilən şəxsi tibbi ekspertlərin müayinəsindən keçirməli, onun tutulana qədər (əməliyyat axtarış tədbirinədək) və bundan sonraki sağlamlıq vəziyyəti barədə məlumat verə biləcək şəxslərin dairəsini müyyən edib onların (məsələn qohumların, təqsirləndirilən şəxslə birlikdə müvəqqəti saxlama, istintaq təcridxanalarında olmuş şəxslərin, digər kənar müşahidəçilərin) dindirilməsini təmin etməli, tutulması (həbs edilməsi) ilə əlaqədar tərtib edilmiş şəxsi işi təcridxanadan tələb edib onun materiallarını, o cümlədən MSY-nə, istintaq təcridxanasına daxil olarkən şəxsin sağlamlıq vəziyyətinə dair sənədləri tədqiq etməlidirlər. Nəzərə almaq lazımdır ki, təqsirləndirilən şəxsin tutulana qədər və bundan sonrakı sağlamlıq vəziyyəti müqayisə edilərkən onda müvəqqəti saxlama yerində və yaxud istintaq təcridxanasında olduğu dövrə uyğun gələn xəsarətlərin aşkar edilməsi Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə onun işgəncəyə, pis rəftara məruz qalmasını ehtimal etmək üçün ciddi əsasdır və belə vəziyyətlərdə şəxsin işgəncəyə məruz qalmamasının sübut edilməsi yükü dövlətin, yəni cinayət prosesində ittiham tərəfinin üzərinə düşür. Məsələn “Tomasi Fransaya qarşı iş”də (1992-ci il) Avropa Məhkəməsi qərara almışdır ki, “əgər şəxs həbs olunarkən sağlam olubsa, lakin azad olunarkən onun bədəni üzərində xəsarətlərin olması müəyyən edilirsə, dövlət belə xəsarətlərin səbəbləri barədə inandırıcı izahat təqdim etməlidir, yox əgər dövlət bunu edə bilmirsə, onda Konvensiyanın 3-cü maddəsinin pozulması haqqında məsələnin qaldırılması üçün tam əsas yaranır”. Hazırkı cinayət işi üzrə ortada işgəncə barədə iddia olduğundan və məhkəmə istintaqında aparılmış araşdırma nəticəsində Təqsirləndirilən şəxs tutulduğu vaxtadək, yəni xx.xx.2022-ci il tarixədək üzərində xəsarətlərin olmadığı müəyyən edildiyindən məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs həqiqətən də tutularkən və tutulduqdan sonra, yəni faktiki olaraq dövlətin nəzarətində olduğu vaxt zorakılığa, işgəncəyə və qeyri-insani rəftara məruz qalmışdır. Əks nəticəyə gəlmək üçün başqa hal müəyyən edilməmişdir. Bu hissədə məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin zorakılığa, işgəncəyə və qeyri-insani rəftara məruz qalmaları, ələlxüsus bu kimi halların onun dövlətin nəzarətinə keçdikdən sonra baş verməsi faktiki olaraq cinayət əməlləri təşkil edir. Təəssüf ki, prokurorluqda bu barədə 2 (iki) dəfə araşdırma aparılsa, ekspertiza rəyi ilə təqsirləndirilən şəxsin üzərində çoxlu sayda piqment izinin olması müəyyən edilsə və polis əməkdaşları barəsində cinayət təqibinin başlanması rədd edilsə də, nəticə etibarı ilə təqsirləndirilən şəxsə həmin piqment izlərini yetirən təqsirkar şəxs/lər müəyyən edilməmiş və qanunsuz əməllərə yol vermiş təqsirkar şəxs/lər cinayət məsuliyyətinə cəlb edilməmişlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125.1-ci maddəsinə əsasən “məlumatların, sənədlərin, və digər əşyaların həqiqilinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər”. CPM-in 125.2.2-ci maddəsi zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyriinsani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə əldə olunan sübutları yoverilməz elan edir. Cinayət-Prosessual Qanunun 21.2 və 145.3-cü maddələri isə məhkəmələrdən şübhələri təqsirləndirilən şəxsin qeyrinə təfsir etməyi tələb edir. Bu səbəbdən də Təqsirləndirilən şəxs bədəni səthi üzərində çoxsaylı piqment izlərinin aşkar edilməsi ona zorakılığın edildiyini, işgəncənin verildiyini və bununla da onun qeyri-insani rəftara məruz qaldığını təsdiq edir. Belə olduğu halda isə təqsirləndirilən şəxsin ibtidai araşdırma zamanı təhqiqat və ibtidai istintaq orqanına verdiyi etirafedici ifadələri mötəbər sübut kimi qəbul edilə bilməz. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təhqiqat və ibtidai istintaq orqanına verdiyi etirafedici ifadələri yolverilməzliyinə görə sübutlar siyahısından xaric olunmalıdır. Əks yanaşma qeyd edilən hissədə məhkəmə araşdırmasının səmərəli olmamasına və əhəmiyyətsizliyinə səbəb olan haldır. Maraqlısı odur ki, prokurorluq orqanında araşdırma aparılarkən və həmin araşdırma zamanı tibbi sənədlər əsasında Təqsirləndirilən şəxs üzərində çoxlu sayda piqment izi kimi qəbul edilmiş izlərinin olması, o cümlədən ekspertiza rəyi ilə bu fakt təsdiq olunsa da, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş və həmin qərar əsasında polis əməkdaşlarının barəsində cinayət təqibinin başlanması rədd edilmişdir. Bununla da həmin izləri ona yetirmiş şəxslər müəyyən edilməmişlər və cinayət məsuliyyətinə cəlb edilməmişlər. Bu səbəbdən də məhkəmə xx.xx.2023-cü il tarixli Bakı şəhəri Suraxanı rayon prokurorluğu tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı ilə qəti şəkildə razılaşmır və hesab edir ki, bu qərar təqsirləndirilən şəxsin iddia etdiyi halların həqiqət olmasına və onun üzərində yaranmış izlərlə bağlı nəticəyə gəlməyə mane olmur. Belə ki, həmin qərarda təqsirləndirilən şəxsin saxlanılmasında hansı polis əməkdaşlarının iştirak etməsi müəyyən edildiyi, təqsirləndirilən şəxsin üzərində piqment izlərinin olması ekspertiza rəyi əsasında təsdiq edildiyi və onun saxlanılmasında iştirak edən polis əməkdaşlarının əməllərində cinayət tərkibinin olmaması müəyyən edildiyi halda, təqsirləndirilən şəxsə həmin xəsarətlərin harada, hansı şəraitdə, kimin tərəfindən və hansı üsullarla yetirilməsi hallarına nəinki lazımi hüquqi qiymət verilməmiş, əksinə ümumiyyətlə qeyd edilən hallar araşdırılmamışdır. Bu da prokurorluq orqanında aparılmış araşdırmanın natamam, keyfiyyətsiz və qüsurlu olmaqla yanaşı, həmçinin araşdırmanın səthi aparıldığının göstəricisidir. Əks nəticəyə gəlmək üçün başqa ağlabatan əsas yoxdur. Başqa sözlə, təqsirləndirilən şəxsin üzərində xəsarət olmadığı vaxtda tutulduqdan sonra onun üzərində xəsarətlərin yaranması Avropa Məhkəməsinin formalaşdırdığı presedent hüququna əsasən təqsirləndirilən şəxsə işgəncənin verilməsini və onun qeyriinsani rəftara məruz qalmasını təsdiq edir. Qeyd edilən halları hazırkı məsələyə nisbətdə qiymətləndirərək məhkəmə belə nəticəyə gəlir ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində BNMİ-nin əməkdaşı və məhkəməyə aydın olmayan digər şəxslər tərəfindən keçirilmiş əməliyyataxtarış tədbiri qanunla müəyyən edilmiş imperativ tələblərin pozulması ilə həyata keçirildiyindən bu tədbir qanunsuzdur. Bu qanunsuzluq isə təqsirləndirilən şəxsin barəsində keçirilmiş əməliyyat-axtarış tədbirlərinin şəffaf olmamasında, onun üzərində xəsarətlər olmadığı halda tutulduqdan sonra bədəninin müxtəlif nahiyələrində çoxlu sayda piqment izlərinin yaranmasında ifadə olunmuşdur. Məhkəmə qeyd edir ki, müdafiə tərəfinin məhkəmə baxışında təkrarladığı işgəncə barədə iddialarını müstəqil araşdırma aparmadan, müstəsna olaraq həmin iddianın məhkəməyədək icraatda prokurorluq tərəfindən yoxlanılmasına və əsassızlığının müəyən olunmasına görə məhkəmə tərəfindən rədd edilməsi həm də ona görə qəbuledilməzdir ki, bu vəziyyət cinayət prosesində heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsinin olmamasına dair Azərbaycan Respublikası CPM-in 33.3-cü maddəsinin və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmədə tədqiq olunmuş sübutlara əsaslanmasına dair həmin Məcəllənin 349.5.2-ci maddəsinin tələbləri ilə uzlaşmır. Çünki faktiki olaraq məhkəmələr işgəncə barədə iddianı yoxlamadan yalnız prokurorluğun apardığı araşdırmanın nəticələrinə görə rədd edərkən və bu iddia ilə mübahisələndirilən sübutu da (məsələn təqsirləndirilən şəxsin ibtidai istintaqda verdiyi etirafedici ifadəni) mümkün və mötəbər sübut kimi qəbul edərkən, həmin ifadənin mümkünlüyü məsələsini məhkəmə baxışının nəticələrinə görə deyil, prokurorluğun cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarına əsasən həll edir və beləliklə, sözügedən sübutun qüvvəsini qabaqcadan müəyyən etmiş olur. Ona görə də işgəncə barədə iddiaların yoxlanılmasına və rədd edilməsinə dair məhkəməyədək icraatda səlahiyyətli orqan tərəfindən qəbul edilmiş qərarlar olduqda da, məhkəmələr buna özü-özlüyündə işgəncə barədə məhkəmədə yenidən irəli sürülən iddianın əsassız olduğunu göstərən, məhkəməni işgəncə barədə iddianı araşdırmaq vəzifəsindən azad edən hal kimi baxmamalı, məhkəməyədək icraatda aparılmış araşdırmanın keyfiyyətinin yoxlanılması da daxil olmaqla, işgəncə barədə iddianın səmərəli şəkildə araşdırılması üçün bütün zəruri tədbirləri görməli, o cümlədən tərəflərin təqdim etdikləri və öz təşəbbüsü ilə zəruri sübutları tədqiq etməlidirlər. İşgəncə barədə iddia sübutların yolverilənliyi məsələləri üzrə məhkəmə qənaəti də prokurorluğun qərarına görə deyil, məhkəmədə baxılmış sübutlara müvafiq olaraq əsaslandırılmalıdır. "Savalanlı və digərlərinin Azərbaycana qarşı" iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin xx.xx.2022-cı il tarixli qərarının 85-ci bəndində göstərilmişdir ki, Avropa Məhkəməsi qeyd edir ki, ərizəçilərin ayrıca cinayət mühakimə icraatları çərçivəsində tutulmalarına və həbs olunmalarına baxmayaraq, hazırkı ərizələrin ümumi xüsusiyyəti ondan ibarətdir ki, ərizəçilər barəsində seçilmiş həbs qətimkan tədbiri və həbs müddətinin uzadılmasında istintaq orqanları tərəfindən irəli sürülən və yerli məhkəmələrin istinad etdikləri yeganə sübutlar polis tərəfindən tutulduqdan sonra onların üzərində aşkar edilmiş narkotik vasitələrdir. Belə olan halda Avropa Məhkəməsi hesab edir ki, yerli hakimiyyət orqanları tərəfindən sözügedən sübutlara dair aparılan istintaq tədbirlərinin ərizəçilərin ittiham olunduqları cinayətləri törədə biləcəyini müəyyən etmək üçün obyektiv bir müşahidəçini inandırmağa kifayət edib-etmədiyi də daxil olmaqla, həmin sübutların toplanması, istifadəsi və tədqiqi ilə bağlı bütün müvafiq halları diqqətlə yoxlanılmalıdır (müqayisə edin, Rəşad Həsənov və başqaları Azərbaycana qarşı, № 48653/13, §§ 98- 106, 7 iyun 2018-ci il, və İbrahimov və Məmmədov Azərbaycana qarşı, № 63571/16, §§ 113-30, 13 fevral 2020). Sözügedən qərarın 89-92-ci bəndlərində göstərilmişdir ki, Avropa Məhkəməsi qeyd edir ki, polis protokollarında, yaxud sonradan qəbul edilmiş hər hansı qərarlarda səlahiyyətli orqanların xüsusi olaraq ərizəçiləri hədəf almasına səbəb olan və onların həbsi və axtarışı üçün əsas yaradan məlumatların toplanması və alınması ilə bağlı hər hansı konkret məlumat və təfərrüatlar yoxdur. Xüsusən belə məlumatın iddia edildiyi kimi polis tərəfindən əldə edilməsinin üsulunu, mənbəyini və həmin mənbənin məlumatdan necə xəbərdar olduğunu məlum etmək mümkün deyil. Siyasi fəal olan və ya siyasi fəalların yaxin ailə üzvü olan ərizəçilərin keçmişində sözügedən hadisələrdən əvvəl narkotiklərlə və ya hər hansı digər cinayətlərlə bağlı heç bir halın mövcud olmaması faktı hazırkı vəziyyəti daha təəccüblü edir. Ərizəçilərə dair həyata keçirilən axtarışlar əvvəlcədən məhkəmə qərarı olmadan aparılsa da, istintaq orqanları ərizəçilər barəsində aparılan axtarışları əvvəlcədən məhkəmə qərarı olmadan zəruri edən halları izah etməklə öz qərarlarını əsaslandırmamış və daxili qanunvericiliyin müvafiq müddəalarına istinad etməklə kifayətlənmişlər (müqayisə edin, Kobiaşvili Gürcüstana qarşı, № 36416/06, § 61, 14 mart 2019-cu il). Bundan əlavə, iş materiallarında mövcud olan sənədlərdən məhkəmənin istintaq orqanları tərəfindən aparılan istintaq hərəkətlərini nəzərdən keçirməsi və ya məhkəmə qərarı olmadan axtarışların aparılması ilə bağlı hər hansı müvafıq qərarın surətinin daxili qanunvericiliklə müəyyən edilmiş qaydada qırx səkkiz saat ərzində müvafiq nəzarəti həyata keçirən məhkəməyə və prokurora göndərilməsi halları müəyyən edilmir. Avropa Məhkəməsi polisin axtarışın aparması qaydası ilə bağlı Azərbaycana qarşı əvvəlki işlərdə gəldiyi nəticələrə istinad edir. Məhkəmə əvvəlki işlərdə müəyyən etmişdir ki, şübhəli şəxsin üzərinə baxışın üzrlü səbəb olmadan tutulduqdan dərhal sonra aparılmaması, əldə edilən sübutların polis tərəfindən yerləşdirilməsinin mümkün olduğu barədə əsaslı şübhə yaradır (bax, Layıcov Azərbaycana qarşı, № 22062/07, § 69, 10 aprel 2014- cü il və Sakit Zahidov Azərbaycana qarşı, № 51164/07, §53,12 noyabr 2015- ci il). Məhkəmə hesab edir ki, qeyd edilən həmin nəticələr hazırkı işin hallarına da aid edilir. Tutulmaları və üzərinə aparılmış baxışlar arasında keçən müddət ərzində ərizəçilər tamamilə polisin nəzarəti altında olduğundan, əldə edilmiş sübutların bu müddətdə onların üzərinə yerləşdirilməsinin mümkün olduğu üçün haqlı şübhəyə əsas yaranır. Üstəlik axtarışın aparılmasını ərizəçilərin tutulmalarından dərhal sonra qeyrimümkün edən hər hansı xüsusi halların mövcud olması ilə bağlı heç bir əsas aşkar edilmir. Bununla yanaşı, hal şahidlərinin çağırılması və rəsmi axtarış və götürmənin aparılmasından əvvəl tutulan şəxslərin şəxsi əşyalarına polis tərəfindən narkotik vasitə və ya digər sübuti əhəmiyyətə malik olan əşyaların qoyulmasına dair çoxsaylı ardıcıl hallar barədə beynəlxalq insan haqları təşkilatlarının hesabatlarında əksini tapan məlumatlara əsaslanaraq məhkəmə həmçinin hesab edir ki, hazırkı axtarışlar zamanı hal şahidlərinin iştirakının təmin edilməsi mövcud vəziyyətin aradan qaldırılmasına əsas kimi qəbul edib bilməz (İbrahimov və Məmmədov, § 127). İstintaq hərəkətlərinin əsasən müvafiq axtarışların aparılması ilə məhdudlaşması, onların narkotik vasitələrin qanunsuz dövriyyəsində iddia edilən iştirakı ilə bağlı hallarla bağlı hər hansı istintaq hərəkətlərinin aparılmamasını nəzərdən qaçıra bilmir (bax, İbrahimov və Məmmədov, § 130). İş materiallarında olan sənədlərdən yerli hakimiyyət orqanlarının istintaqın istənilən mərhələsində nağd pul vəsaitləri, mümkün təchizatçılar və ya alıcılar haqqında məlumat və ya narkotik vasitələrin qanunsuz dövriyyəsinin təşkilinə aid əşyaların, о cümlədən tərəzi və qablaşdırma materialı kimi digər mötəbər sübutları aşkar etməyə cəhd göstərmələri görünmür. Belə aydın olur ki, onlar istintaq hərəkətlərini yalnız narkotik vasitələrin götürülməsi ilə məhdudlaşdırmışlar. Həmçinin Məhkəmə ərizəçilərin həbsdə saxlanıldığı bütün müddət ərzində istintaq orqanları tərəfindən onların sözügedən narkotik vasitələri hansı mənbədən əldə etmələri barədə hər hansı məlumat və ya sənədlərin aşkarlanmadığı və müəyyən edilmədiyi haqda faktı nəzərdən qaçıra bilmir (müqayisə edin, Rəşad Həsənov və başqaları, § 101). Göstərilənlərlə bağlı məhkəmə qeyd edir ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs saxlanıldıqdan bir neçə saat sonra onun üzərində şəxsi axtarış keçirilmiş, lakin bunun səbəbi prosessual sənədlərdə öz əksini tapmamışdır. Bu hal da kifayət qədər şübhəli məqamlardan birini təşkil edir. Eyni zamanda məhkəmə qeyd edir ki, yuxarıda göstərilən çoxlu sayda qanun pozuntuları ilə həyata keçirilən əməliyyat-axtarış tədbirləri formal əsaslarla və hazırkı cinayət işinə aid olmayan sair sübutlarla qanuni hesab edilə bilməz. Belə ki, Azərbaycan Respublikası CPM-nin 125-ci maddəsinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunsuz yolla əldə edilən sübutlardan istifadə edilə bilməz. Məhkəmə öz təşəbbüsü ilə və yaxud cinayət prosesi tərəflərinin vəsatətləri əsasında sübutun CPM-in 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntularla əldə edilməsi səbəbindən istifadə edilməsinin qeyri-mümkün olması barədə nəticəyə gəlib, onu sübutların sırasından xaric edərkən qanun pozuntusunun nədən ibarət olmasını əsaslandırmalıdır. CPM-in 137-ci maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyətinin gedişində əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Əməliyyat-axtarış tədbirləri nəticəsində əldə olunmuş materialların cinayət prosesində sübut kimi qəbul edilənliyi ilə bağlı əlaqədar onu nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 12 fevral 2015-ci il tarixli qərarına görə, əməliyyataxtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar CPM-in 137-ci maddəsində göstərilən tələblərə uyğun şəkildə əldə edilməklə və təqdim edilməklə yanaşı, məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Odur ki, əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə olunaraq cinayət işindəki sübutlar sırasında məhkəməyə təqdim olunmuş materiallar məhkəmə baxışında tədqiq edilərkən məhkəmə müvafiq əməliyyat-axtarış tədbiri üzərində (əməliyyataxtarış tədbirinin keçirilməsinə əsasların olub-olmaması məsələsinin yoxlanılması da daxil olmaqla) məhkəmə nəzarətinin keçirilib-keçirilmədiyini araşdırmalıdır. Bununla belə, əməliyyat-axtarış təbirinin məhkəmə nəzarəti qaydasında yoxlanılması onun nəticəsində əldə olunaraq cinayət işinə sübut kimi daxil edilmiş materialı məhkəmə baxışında mövcud prosedura daxilində tədqiq etmək, o cümlədən CPM-in 125, 144-146-cı maddələrinin tələblərinə əməl etməklə yoxlamaq, aidiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmək zərurətini ortadan qaldırmır. Avropa Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə də (bax, “Kobiaşvili Gürcüstana qarşı” (Kobiashvili v. Georgia, № 36416/06, §§ 67-69, 14 mart 2019-cu il), “İbrahimov və Məmmədov Azərbaycana qarşı” (İbrahimov and Mammadov v. Azerbaijan, №№ 63571/16 və 5 digəri, § 121, 13 fevral 2020-ci il; “Meqrelişvili Gürcüstana qarşı” [Komitə] (Megrelishvili v. Georgia [Committee], № 30364/09, § 33, 7 may 2020-ci il); “X13rşı” (Ayetullah Ay v. Turkey, №№ 29084/07 və 1191/08, § 143, 27 oktyabr 2020-ci il; “Tlaşadze və Kakaşvili Gürcüstana qarşı” [Komitə] (Tlashadze and Kakashvili v. Georgia [Committee], № 41674/10, §§ 45-48; 25 mart 2021ci il) əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsi tərəfindən müvafiq qərarın əsaslı şübhənin mövcud olduğunu təsdiq edən və tədbiri məhz əvvəlcədən məhkəmə qərarı almadan təxirəsalınmaz qaydada keçirilməsini əsaslandıran mümkün qədər geniş məlumatlar göstərilmədən qəbul edilməsi, belə qərarın daha sonra məhkəmə nəzarəti qaydasında yoxlanılmaması və yaxud ətraflı təhlil edilmədən təsdiq edilməsi, ayrı-ayrılıqda və birlikdə baş verdikdə, pozuntu təşkil edir. Avropa Məhkəməsinin tövsiyəsinə görə məhkəməyədək araşdırma dövründə bu cür pozuntuya yol verilmişdirsə, onun aradan qaldırılması üçün işə mahiyyəti üzrə baxılarkən bununla bağlı irəli sürülən dəlillər məhkəmə tərəfindən araşdırılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, məhkəmə baxışı nəticəsində məhkəməyədək icraatda ifadələrin zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi, müdafiə hüququnun pozulması ilə və yaxud CPM-in 125.2-ci maddəsində göstərilən digər pozuntularla əldə edilməsi müəyyənləşdirilərsə, ittiham hökmü çıxarılarkən onlardan sübut kimi istifadə edilə bilməz. Bütün səylərə baxmayaraq, məhkəməyədək icraatda ifadənin, digər sübutun fiziki və yaxud psixi zorakılığın tətbiqi ilə əldə edilməsi haqqında əsaslı şübhə yaradan iddia üzrə qəti qənaətə gəlmək mümkün olmadıqda, məhkəmə həmin ifadənin, digər materialın sübut kimi qəbul edilməsi məsələsini CPM-in 125.1-ci maddəsi, eləcə də aradan qaldırıla bilməyən şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən təqsirsizlik prezumpsiyası (CPM, maddə 21.2) əsasında həll etməlidir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137-ci maddəsində isə təsbit olunmuşdur ki, əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə, məhkəmə baxışı nəticəsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 42.2.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə (şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə) baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin müddəalarına uyğun şəraitdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eynilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də, onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 21.3-cü maddəsinə görə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Məhkəmə Təqsirləndirilən şəxs ibtidai araşdırmanın əvvəlində verdiyi etirafedici ifadəsinə (xx.xx.2022-ci il tarixdə yaşadığı ərazidə yerləşən hamamın yanından 5 (beş) kiloqramdan artıq çəkidə narkotik vasitə həşiş qətranı taparaq əlində saxlaması) münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Bütün bunları nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməllərində satış məqsədilə qanunsuz olaraq narkotik vasitə həşiş qətranı əldə edib üzərində saxlamaqla daşımasında ifadə olunan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətməsi və onun təqsirliliyi təsdiq olunmadığından ona həmin maddə ilə verilmiş ittiham üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.2.4-cü maddəsinə əsasən bəraət verilməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində keçirilmiş əməliyyat-axtarış tədbirlərində iştirak etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları Şahid1 və Şahid2 barəsində xüsusi qərar çıxarılmalıdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs təqsirliliyinə dair ittiham tərəfinin təqdim etdiyi sübutların əksəriyyətinin qanunsuz şəkildə, yəni onu döyüb zor tətbiq etməklə, habelə müdafiə hüququ pozulmaqla əldə edildiyini, bu yolla əldə edilmiş sübutların Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.2-ci madddəsinə əsasən sübut kimi qəbul edilməsinə yol verilmədiyini, şahid ifadələrində aradan qaldırılması mümkün olmayan ziddiyyətlər və şübhələrin mövcudluğunu, ittihamın sübut olunmasında yaranan bütün şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu, iş üzrə tərtib olunmuş prosessual sənədlərin kifayət qədər natamam olmasını və bir-biri ilə uzlaşmamasını nəzərə alaraq hesab edir ki, kifayət qədər ziddiyyətli və uzlaşmayan sübutlar əsasında Təqsirləndirilən şəxs cinayət törətməkdə ittiham olunaraq təqsirli bilinməsi cinayət-prosessual qanunvericiliyin tələblərinin, eləcə də "İnsan Hüquqlarının və X6 haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş təminatların pozulmasına səbəb olmuşdur. Konstitusiyanın və cinayət-prosessual qanunvericiliyinin müddəalarının mənasına görə cinayət işinin həlli üzrə məhkəmənin və ittiham tərəfinin funksiyaları bir-birindən ciddi fərqlənir və onlardan hər biri müvafiq subyektin üzərinə düşür. Cinayət təqibinin başlanması, ittihamın irəli sürülməsi və məhkəmədə müdafiəsi qanunda müəyyən edilən orqanlar və vəzifəli şəxslər, qanunda nəzərdə tutulmuş hallarda isə, həmçinin zərərçəkmiş tərəfindən həyata keçirilir. Cinayət ədalət mühakiməsi vasitəsilə, çəkişmə və tərəflərin hüquq bərabərliyi əsasında məhkəmə hakimiyyətini həyata keçirən məhkəmə isə işin icraatı zamanı ittiham və ya müdafiə tərəfinin prosessual səlahiyyətlərini öz üzərinə götürərək onlardan hər hansı birinin tərəfində dayanmamalı, yaxud onları əvəz etməməli, bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin sübutların qiymətləndirilməsinə dair normalarına görə cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Belə ki, təhqiqatçı, müstəntiq, prokuror və hakim qanunu və vicdanı rəhbər tutaraq, sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkun olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (Cinayət Prosessual Məcəlləsinin 145.2 və 145.3-cü maddələri). Məhkəmə aparılmış məhkəmə istintaqının nəticəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın və həyata keçirilmiş ibtidai araşdırmanın əsasını cinayət prosesini həyata keçirən istintaq orqanının subyektiv mülahizələri təşkil etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut olub Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 5069,4 qram təşkil edən narkotik vasitə həşiş qətranının kimə məxsus olması hissəsində araşdırma aparılması üçün Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılması nəzərə alınmalı, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasını özündə əks etdirən 1 (bir) ədəd disk, "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilmiş 1 (bir) ədəd disk və Müdafiəçi tərəfindən məhkəməyə təqdim edilmiş 1 (bir) ədəd disk (Təqsirləndirilən şəxs arvadı Sevinc Ağayeva ilə həkim Şahid4 arasında aparılmış telefon danışığı) cinayət işinin materiallarında saxlanılmalı, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 (bir) ədəd “Samsung” markalı mobil telefon onun özünə qaytarılmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 81 (səksən bir) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə köçürülməlidir. İş üzrə mülki iddia yoxdur, xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 356.5-ci maddəsinə əsasən bəraət almış şəxsə onun qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.2.1, 42.2.2, 344-350, 352-353, 356-358-ci maddələrini rəhbər tutaraq məhkəmə
hökm etdi: Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilməməsinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, həbs qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi barədə mülki mühakimə icraatı qaydasında tələb irəli sürülməsi hüququna malik olması izah olunsun. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub və ekspertiza tədqiqatdan sonra qalıq çəkisi 5069,4 qram təşkil edən narkotik vasitə həşiş qətranının kimə məxsus olması hissəsində araşdırma aparılması üçün Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasını özündə əks etdirən 1 (bir) ədəd disk, "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilmiş 1 (bir) ədəd disk və Müdafiəçi tərəfindən məhkəməyə təqdim edilmiş 1 (bir) ədəd disk (Təqsirləndirilən şəxs arvadı Sevinc Ağayeva ilə həkim Şahid4 arasında aparılmış telefon danışığı) cinayət işinin materiallarında saxlanılsın. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 (bir) ədəd “Samsung” markalı mobil telefon ona qaytarılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 81 (səksən bir) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən hakim Əli Məmmədov
Hakimlər Telman Hüseynov
Səbinə Məmmədzadə