Məhkəmə qərarları › İş №1(101)-94/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-94/2025

06.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-94/2025 06.05.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, X13 və X3 ibarət tərkibdə, X19 oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, ədliyyə müşaviri Dövlət ittihamçısı və ədliyyə müşaviri X4, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında xx xxxxx 1996-ci ildə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, "xxxx" MMC-də montajçı işləmiş, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2anında yaşamış, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1, 274-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi zərərinə olaraq qəsdən xarici dövlətə, təşkilata və nümayəndələrinə kömək edərək dövlətə xəyanət etmiş, eləcə də satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddəni xeyli miqdarda əldə etmiş və saxlamışdır. Belə ki, o, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 274, 28,214.2.1, 28,214.2.3 və 228.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində beynəlxalq axtarış elan edilmiş, İran İslam Respublikasının xüsusi xidmət orqanları ilə məxfi əməkdaşlıq etdiyini bildiyi əmisi X1, sonuncunun tapşırığı altında fəaliyyət göstərdiyini bildiyi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 214.2.6-cı maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində beynəlxalq axtarış elan edilmiş qardaşı X10 və digərlərinin vasitəsilə 2018-ci ilin yay aylarından başlayaraq İran İslam Respublikasının xüsusi xidmət orqanlarının Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi zərərinə verilən tapşırıqlarının yerinə yetirilməsi istiqamətində gizli fəaliyyət göstərmiş, o cümlədən onların tapşırığı əsasında 16 dekabr 2022-ci il tarixdə Bakı şəhərində olarkən Şahid1 (21 dekabr 2022-ci il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində həbs qətimkan tədbiri seçilmişdir) istifadəsində olan bank kartına İran İslam Respublikası xüsusi xidmət orqanlarının verdiyi tapşırıqları icra etməsi müqabilində “Leobank” mobil tətbiqi vasitəsilə 800 manat məbləğində pul vəsaitini şəxsən köçürərək Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi zərərinə olaraq qəsdən xarici dövlətə, təşkilata və nümayəndələrinə kömək edib dövlətə xəyanət etmişdir. Bundan başqa, o, 22 mart 2023-cü il tarixdə yaşadığı Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 18 ünvanının qarşısından 1 ədəd bağlamada xeyli miqdarda içərisində ümumi çəkisi 1,00 qram narkotik vasitə olan heroin, ümumi çəkisi 1,93 qram psixotrop maddə olan metamfetamin, ümumi çəkisi 20,62 qram narkotik vasitə olan qurudulmuş marixuana və 20 ədəd həbin tərkibindəki ümumi təmiz çəkisi 0,8 qram narkotik vasitə olan metadonu satış məqsədi olmadan qanunsuz olaraq əldə etmiş və qara rəngli gödəkcəsinin sağ cibində saxlamışdır. Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs yaşadığı ünvan 2anına 29 mart 2023-cü il tarixdə keçirilmiş baxış zamanı sonuncuya məxsus qara rəngli gödəkçənin sağ cibindən yuxarıda qeyd edilən xeyli miqdarda narkotik vasitələr və psixotrop maddə aşkar edilərək götürülmüşdür. İşin halları: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1, 274-cü maddələri ilə ittiham ona görə irəli sürülmüşdür ki, o, yuxarıda göstərilən hərəkətləri ilə dövlətə xəyanət etmiş, bundan başqa yuxarıda təsvir olunan şəkildə həmçinin satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddəni xeyli miqdarda əldə etmə və saxlama cinayət əməlini törətmişdir. Cinayət işi üzrə məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxs tərəfindən ona elan edilmiş ittihamlar mübahisələndirilərək, onun tərəfindən həmin ittihamlar qəbul edilməmişdir. Məhkəmədə ittiham tərəfini təmsil edən dövlət ittihamçısı tərəfindən ittiham tərəfinin təqdim etdiyi sübutların qanuniliyi, həmçinin təqsirləndirilən şəxsin cinayət əməlinin Cinayət Məcəlləsinin 234.1, 274-cü maddələri ilə tövsif edilməsi müdafiə edilmişdir. Cinayət prosesi tərəflərinin dəlilləri, sübutların təsviri: İşdə iştirak edən şəxslərin hüquq və qanuni mənafelərinin müdafiəsi üçün əhəmiyyətli olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiqinin aparılmasından və iş üzrə həqiqətin müəyyən edilməsindən ötrü, həmçinin məhkəmə araşdırması zamanı proses tərəflərinin birini digəri qarşısında zəif duruma salmayacaq şərtlər daxilində hər bir tərəfin (həm ittiham, həm müdafiə tərəfinin) sübutlarını və mövqeyini təqdim etməsi şəraitində keçirilmiş məhkəmə araşdırmasında cinayət prosesi tərəflərinin dəlilləri, sübutların təsviri aşağıdakılardan ibarət olmuşdur. Cinayət işi üzrə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, "xxxx" MMC-də montajçı kimi işləmişdir. Onun ailəsi İranda yaşayır və o, hər ay ailəsinə pul göndərirmiş. Dəfələrlə pul köçürtməsi etmiş və heç bir problem olmamışdır. Sonuncu dəfə ona pul köçürməsi üçün bank kartının nömrəsi göndərilmişdir, o, heç nədən xəbərsiz nömrəsi ona göndərilmiş həmin bank kartına öz şəxsi bank kartından pul köçürtmüş və bundan sonra tutulmuşdur. O, tutulan zaman bildirmişlər ki, “filankəsə pul köçürtmüsən”. O isə çox adama pul köçürtdüyünü və onların kim olduğunu bilmədiyini bildirmişdir. Onu heç bir əsas, sübut olmadan dövlətə xəyanət etməsində ittiham etmişlər. Həmçinin onun pul köçürtdüyü ayrı-ayrı adamları da dindirmişlər. Elan edilmiş ittihamda Rəfail adlı şəxs barəsində də qeyd olunub. Həmin şəxs onun atasının tanışdır. Həmin şəxs “manatın alveri” ilə məşğuldur və o, dəfələrlə atası vasitəsi ilə həmin şəxsdən İran pulu almışdır. Belə ki, həmin şəxs oradan onun ailəsinə İran pulu vermiş və o da həmin şəxsə manatla pul köçürtmüşdür. Pul köçürtdüyü və tutulmayan adamlar da ifadələrində qeyd etmişlər ki, onların Rəfail adlı tanışları vardır. Pul lazım olan zaman İranla bank əlaqələri olmadığına görə o, Rəfailə müraciət edirmiş. Bu formada alış-verişləri olmuş və həmin şəxs də bundan qazanc əldə edirmiş. Onun manatla bağlı səs yazısı var, hansı ki, o, qeyd edir ki, “Rəfail niyə manatı belə baha satır?” Sonra səs yazısında atası manatın qiymətini yenidən danışıb ona bildirir və ondan razı olub-olmamağını soruşur. O da səs yazısında razı olduğunu qeyd etmişdir. Atası da səs yazısında ona “gözlə onun kartını alıb göndərim pulu köçürt” deyə bildirmişdir. Bütün bunlar barədə onlar arasında yazışmalar da mövcuddur. O, dövlətə xəyanətlə bağlı heç bir hərəkətlər etməmişdir. Təqsirləndirilən şəxs ifadəsində daha sonra göstərmişdir ki, ona narkotik vasitələrlə bağlı elan edilmiş ittiham üzrə bildirir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları mənzilə daxil olub onu tutmuşlar. Onu nə ilə bağlı tutduqlarını soruşduqda ona cavab verməmişlər. Ondan paltarlarının harada olduğunu soruşmuşlar. Onun qara rəngli gödəkçəsinin cibini açaraq sellofan torbanı gödəkçənin içərisinə yerləşdirmişlər. Onun əllərini qandallamışlar. O, ayağa qalxan zaman əllərini açmışlar və cibindən torbanı çıxarıb onun nə olduğunu soruşmuşlar. O isə torbanın nə olduğunu bilmədiyini demişdir. Həmin torbanın onun cibindən çıxdığını bildirib “bu, səndən çıxıb” demişlər. O isə torbadakı həmin maddələrin ona aid olmadığını bildirmişdir. Ona terrorla və Fazil Mustafa ilə bağlı cinayət hadisəsi ilə əlaqədar tutulduğunu demişlər. Ona psixoloji təzyiqlərlə narkotik vasitələrin ona məxsus olmasına dair sənədə qol çəkdirmişlər. Güya onun terrorla bağlı məlumatı olmuş, lakin o, bu barədə məlumat verməmişdir. Onun terrorçuluqdan xəbəri olmamışdır. İbtidai istintaq dövrünün sonunda həmin əməllə bağlı işə xitam verilmişdir. Narkotik vasitələri onun gödəkçəsinin cibinə qoymuşlar. Daha sona evə hal şahidləri dəvət etmişlər və narkotik vasitəni göstərmişlər. Onlar da qol çəkib getmişlər. Baxış istintaq hərəkəti hal şahidlərinin iştirakı ilə keçirilsə də, video çəkiliş olmamışdır. Əslində isə onun üzərində heç bir narkotik vasitə olmamışdır. Təqsirləndirilən şəxs ifadəsinin davamında həmçinin göstərmişdir ki, ona Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə elan edilmiş ittihamla bağlı eyni zamanda bildirir ki, o, həqiqətən də Şahid1 bank kartına pul göndərmişdir, lakin həmin bank kartının sahibinin kim olduğunu bilməmişdir. O, pulu ailə üzvlərinə verməsi üçün göndərmişdir. O, bu formada dəfələrlə ailəsinə pul göndərmişdir. O, uşağını İrandan Azərbaycana gətirmək istəyirmiş, lakin İran İslam Respublikasında bununla bağlı ciddi problemlər yarandığından bu problemlərin aradan qalxması üçün vəkil tutmalı olmuşdur. O, vəkilə 800 manat və 360 manat pul göndərməli imiş. Atası həmin pulu kimdənsə borc alıb vəkilə verəcəyini, ona isə maaş alanda həmin pulu qaytarmağını bildirmişdir. O da atası ilə razılaşmışdır. O, qeyd elədiyi məsələ ilə bağlı 800 manat və 360 manat məbləğində pul köçürmüşdür. O, Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən günahsız saxlanılmışdır. O, uşaq yaşlarında olarkən atası onları İrana aparmışdır. Sonradan o, qaydıb vətənində yaşamaq istəmişdir. Uşağının sənədlərində problem olduğu üçün ailəsini gətirə bilməmişdir. Təqsirləndirilən şəxs daha sonra verilən suallara cavab olaraq göstərmişdir ki, hazırki cinayət işinin ibtidai istintaqı zamanı onun adından yazılmış ifadələrə məcburi şəkildə imza etdirmişlər. İbtidai istintaq dövründə ona qarşı heç bir fiziki təzyiqlər göstərilməmişdir, lakin ona psixoloji təzyiqlər edərək onların dedikləri ilə razılaşmayacağı təqdirdə onun şəxsiyyətini alçaldacaqlarını bildirmişlər. O, dövlətini, vətənini, xalqını sevir və sadiqdir. Ona elan edilmiş ittihamlar həqiqəti əks etdirmir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı vermiş olduğu izahatı və ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun ibtidai istintaq mərhələsində verdiyi şübhəli və təqsirləndirilən şəxs qismində dindirilməsinə dair protokollar elan olunmaqla tədqiq edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 29 mart 2023-cü il tarixdə şübhəli şəxs qismində müdafiəçisinin iştirakı ilə verdiyi və şəxsən özünün imzası ilə təsdiq etdiyi ifadəsində məhkəmə iclasındakı ifadəsindən fərqli olaraq göstərmişdir ki, o, təxminən 7 ay olar ki, "xxxx" MMC-də montajçı işləmişdir. ünvan 2anında əmisigillə birlikdə yaşamışdır. Atası Ramiz, anası Humay Məmmədova, bacısı Rüqəyyə və qardaşı Hüseyn 1999-cu ildən İran İslam Respublikasının Qum şəhərində yaşayırlar. O da ailə üzvləri ilə birlikdə 2022-ci ilə qədər İran İslam Respublikasının Qum şəhərində yaşamışdır. 2006-cı ildə 10 yaşı olanda anası Humayla yay tətilində bir aylıq Bakıya gəlmişdir. Sonradan İrana qayıtmışlar. İranda yaşadığı müddət ərzində müxtəlif yerlərdə montajçı işləmişdir. Atası, əmisi İsgəndər Hüseynova məxsus Qum şəhərində yerləşən “Nuraz” adlı mətbəədə işləyir. Mətbəə 2008-ci ildən fəaliyyətdədir. “Nuraz” mətbəəsi əmisi İsgəndərə məxsusdur. Anası Humay evdar qadındır. Bacısı Rüqəyyə isə İran İslam Respublikasının Qəzvin şəhərində tibb universitetində ali təhsil alır. Rüqəyyə 1999-cu ildə İran İslam Respublikasının Qum şəhərində doğulmuşdur. Qardaşı Hüseyn 1994-cü ildə Azərbaycan Respublikasında doğulmuşdur. Qardaşı Hüseyn hazırda İran İslam Respublikasının Qəzvin şəhərində yaşayır. Hüseyn özünə məxsus fərdi internet saytını idarə edir. O, İran İslam Respublikası ərazisində yaşadığı müddət ərzində montajçı işləmişdir. Belə ki, o, toy çəkilişlərində iştirak edirmiş. Orada çəkilmiş videoları sonradan daha yüksək keyfiyyətdə montaj edirmiş. Buna baxmayaraq, ildə bir dəfə valideynlərinə baş çəkməyə gedib-gəlirmiş. Bu illər ərzində hiss etmişdir ki, atası Ramiz, əmisi İsgəndər, əmisioğlu Məhəmməd və qardaşı Hüseyn İranda Azərbaycana qarşı mənfi təbliğat aparırlar. Onların nəşr etdiyi kitablarda da Azərbaycanda olan hakimiyyət nümayəndələrinə qarşı kin və nifrət hiss olunurmuş... Əmisi İsgəndərlə olan ümumi söhbətdə belə başa düşmüşdür ki, onlar konkret İranın hansısa orqanından tapşırıqlar alır. 2018-ci ildə o, İran İslam Respublikasının vətəndaşı Raziyə Hacınovruziyə ilə evlənmişdir. İranda kəbin kəsdirmişlər. Bu evlilikdən 2018-ci il təvəllüdlü Mehraq adlı oğlu da var. O, 2022-ci ilin yay aylarına kimi İran islam Respublikasının Qum şəhərində yaşamışdır. Arvadı Raziyə dərzidir. X11 və anası X14 İslam Respublikasının vətəndaşlarıdır... Evləndikdən sonra ailə üzvləri ilə əlaqəni kəsməmişdir. Onlarla tez-tez görüşüb ümumi söhbət edirmişlər. Atası, əmisi, əmisioğlu və qardaşı söhbət əsnasında ona bildirmişlər ki, Azərbaycanda olan məmurlar İrana qarşı, eləcə də İslam dininə qarşı açıq-aşkar surətdə xoşagəlməz fikirlər bildirirlər... Bununla yanaşı, bildirmək istəyir ki, 29 mart 2023-cü il tarixdə Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının hal şahidlərinin iştirakı ilə yaşadığı evə keçirdikləri baxış zamanı qara rəngli gödəkçəsinin sağ cibindən aşkar edilmiş narkotik vasitələri təxminən bir həftə əvvəl yaşadığı evin blokundan tapmışdır. Həmin narkotik maddələri gödəkçəsinin cibində saxlamışdır. Həmin narkotik maddələri kiməsə satmaq fikri olmamışdır (iş vərəqə: cild İ, səh.51-53). Daha sonra, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 30 mart 2023-cü il tarixdə şübhəli şəxs qismində müdafiəçisinin iştirakı ilə verdiyi və şəxsən özünün imzası ilə təsdiq etdiyi ifadəsində göstərmişdir ki, o, “Leobank" tətbiqi vasitəsi ilə 16 dekabr 2022-ci il tarixdə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən dövlətə xəyanət cinayətinə görə ittiham olunan Şahid1 çatdırılması məqsədi ilə Şahid1 qonşusu Şahid2 bank hesabına 800 manat məbləğində pul vəsaiti göndərmişdir, lakin o, nə Turalı, nə dəki Farizi tanımır. Belə ki, bir neçə ay əvvəl atası Ramiz Hüseynovdan 800 manat borc pul istəmişdir. Daha sonra həmin borcu atasına qaytarmaq istədikdə atası 800 manat pulu onun dediyi bank kartına köçürməsini bildirmişdir. O, 16 dekabr 2022-ci il tarixdə atasının ona verdiyi kart hesabına 800 manat məbləğində pul vəsaiti köçürmüşdür. Kartın kimə məxsus olması barədə məlumatı yoxdur. Eləcə də atasının həmin pulu nəyə görə məhz bu karta köçürməyini istəməsindən xəbərsizdir. Bundan başqa da təxmini 4-5 nəfər şəxsə atasının istəyi ilə bu qaydada pul köçürmüşdür (iş vərəqə: cild İ, səh.82). Bundan sonra, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 31 mart 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində müdafiəçisinin iştirakı ilə verdiyi və şəxsən özünün imzası ilə təsdiq etdiyi ifadəsində məhkəmə iclasındakı ifadəsindən fərqli olaraq göstərmişdir ki, o, ittiham olunduğu Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə özünü qismən təqsirli bilir (ifadənin əvvəli əvvəlki ifadə ilə eyniməzmunludur)... Əmisi və qardaşı beynəlxalq axtarışdadırlar və onlar onunla “vatsap”, “teleqram" üzərindən əlaqə saxlayırmışlar. Onların telefon nömrələri yalnız onda var imiş. Qardaşı Hüseynin istifadəsində İran operatoruna məxsus +********** saylı mobil telefon nömrəsi vardır. Əmisi İsgəndərin nömrəsini hazırda xatırlamır. O, açıq zənglə onlarla danışmamışdır. O, “Leobank" tətbiqi vasitəsi ilə 16 dekabr 2022-ci il tarixdə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən dövlətə xəyanət cinayətinə görə ittiham olunan Şahid1 bank hesabına 800 manat məbləğində pul vəsaiti köçürmüşdür. Belə ki, həmin pulu Turala o, göndərmişdir. Bir neçə ay əvvəl atası Ramiz Hüseynovdan 800 manat borc pul istəmişdir. Daha sonra həmin borcu atasına qaytarmaq istədikdə atası 800 manat pulu sonuncunun dediyi bank kartına köçürməsini bildirmişdir. O, 16 dekabr 2022-ci il tarixdə atasının ona verdiyi kart hesabına 800 manat məbləğində pul vəsaiti köçürmüşdür. Kartın kimə məxsus olması barədə məlumatı yoxdur. Eləcə də atasının həmin pulu nəyə görə məhz bu karta köçürməsini istəməsindən xəbərsizdi (iş vərəqə: cild İ, səh.99-101). Bundan başqa, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 05 iyul 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində dindirilməsinə dair protokoldan görünür ki, o, əvvəlki ifadələrindən fərqli olaraq göstərmişdir ki, özünü Cinayət Məcəlləsinin 234.1, 274-cü maddələri ilə təqsirli bilmir. İttihamla əlaqədar onun heç bir vəsatəti yoxdur. İttihamla bağlı ifadə verməkdən imtina edir (iş vərəqə: cild 2, səh.30-31). Məhkəmə baxışı zamanı elan olunan ifadələrində müəyyən olunan fərqli və ziddiyyətli hallara münasibət bildirməsi Təqsirləndirilən şəxs təklif edilərkən o, elan edilmiş ifadəsini tam təsdiq etmədiyini, ibtidai istintaq zamanı verdiyi ifadələrinin atasıgilin dövlət əleyhinə ifadələr işlətməsinə dair hissələrini təsdiq etmədiyini, həmin ifadələrini o formada vermədiyini bildirmiş, bundan başqa həmin ifadələrində əmisigilin İranda müxtəlif mətbəələrdə işləməsi ilə bağlı hissəsini, özünün işlədiyi yerlə bağlı, həmçinin atasından aldığı borcu qaytarmaq məqsədi ilə pul göndərməsi ilə bağlı hissələrini təsdiq etdiyini bildirmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun adına olan bank kartına Yevlax rayonundan tanıdığı Şahid1 üçün pul göndərmişdir. Onun həmin pulların göndərilmə səbəbi barədə məlumatı olmamışdır. Şahid2 verilən suallara cavab olaraq göstərmişdir ki, Şahid1 sonuncuya göndərilməli olan pulların onun bank kartına göndərilməsini xahiş etmişdir. O, həmin vaxtlar taksi fəaliyyəti ilə məşğul olduğundan Bakıya gedəcəyini və pulu oradan nağd şəkildə götürə biləcəyini bildirmişdir. Şahid1 pulu göndərəcək həmin şəxsin çölə çıxa bilmədiyini bildirdikdə o da pulun onun bank kartına göndərilməsinə razılıq vermişdir. Həmin pulları onun bank kartından Şahid1 özü çıxarmışdır. Ümumilikdə onun bank kartına 2000 manat pul göndərilmişdir, lakin pul hissə-hissə göndərildiyi üçün tam məbləğini xatırlamır. Göndərilən həmin pullar Şahid1 tərəfindən çıxarılmışdır. Sonradan Şahid1 həbs edildiyini eşitmişdir. O, Təqsirləndirilən şəxs tanımır. O, sonradan bilmişdir ki, onun bank kartına həmin pulları Təqsirləndirilən şəxs göndərmişdir. Şahid1 həmin pulların nəyə görə göndərildiyini ona söyləməmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs yaşadığı mənzilində baxış keçirilən zaman hal şahidi kimi iştirak etmişdir. Baxış keçirilən zaman yumru formada nə isə tapılmış, lakin içərisində nə olduğu haqqında heç bir məlumatı olmamışdır. Həmin vaxt Təqsirləndirilən şəxs özü bunun ondan aşkar edildiyini etiraf etmiş və bununla bağlı mübahisə olmamışdır. Şahid4 həmçinin verilən suallara cavab olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs mənzilində aparılan baxışın nəticəsində aşkar olunmuş yumru formalı əşya bağlamada olmuşdur. O, başa düşdüyü qədər Təqsirləndirilən şəxs narkotik vasitə ilə bağlı halı etiraf etmişdir. Şahid4 məhkəməyədək icraat zamanı daha da təfərrüatlı və ətraflı verdiyi ifadəsi elan olunmaqla tədqiq edilmişdir. Şahid4 məhkəməyədək icraat zamanı 14 iyun 2023-cü il tarixdə verdiyi ifadəsində göstərmişdir ki, 29 mart 2023-cü il tarixdə o, 6 saylı MKİS-in inzibati ərazisində olarkən bir nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özünü Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı kimi təqdim etmiş və ünvan 2anında yaşayan Təqsirləndirilən şəxs evində baxış zamanı hal şahidi kimi iştirak etməyini təklif etmişdir. O, etiraz etməmişdir və qeyd edilən ünvana gəlmişdir. Həmin evin qarşısında başqa şəxslər də olmuşdur. Bundan sonra, Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları mənzilin qapısını döymüş, qapı açıldıqdan sonra mənzilə daxil olmuşlar. Baxış başlamazdan əvvəl Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları ona və digər hal şahidinə hüquq və vəzifələri izah etmişlər. Digər hal şahidinin adı Ramin olmuşdur. Orada iştirak edən şəxslər baxış aparılmasına etiraz etmədiklərini bildirmişlər. Daha sonra baxış başlanmışdır. Baxış Təqsirləndirilən şəxs yaşadığı ünvan 2anında aparılmışdır. Baxış keçirilən mənzil 3 otaqdan, sanitar qovşaqdan və mətbəxdən ibarət olmuşdur. Həsənin otağı girişdən sol tərəfdə yerləşirmiş. Orada olan söhbətlərdən belə anlamışdır ki, mənzil Həsənin Bakıda yaşayan əmisinə məxsusdur. Otağa baxış keçirilərkən Həsən otaqda olan əşyaların ona aid olduğunu bildirmişdir. Baxış zamanı müxtəlif kağız parçaları, qəbzlər, pasportlar müəyyən edilmişdir. Bundan sonra Həsənin üzərinə keçirilən baxış zamanı əynində olan qara rəngli gödəkcənin sol cibindən müxtəlif sənədlər, sağ cibindən isə balaca ağ rəngli paket çıxmışdır. X7 Xidmətinin əməkdaşları tərəfindən açıldıqda orada müxtəlif həblər, ota oxşar maddə, eləcə də boz və ağ rəngli, kəskin iyi olan maddələr, eləcə də 1 ədəd kibrit qutusunda ota oxşar maddə müəyyən edilmişdir. Danışıqlardan belə başa düşmüşdür ki, həmin maddələr narkotikdir. Həsən həmin narkotiki bir neçə gün əvvəl yaşadığı evin qarşısından tapdığını bildirmişdir. Bundan sonra baxış başa çatmışdır. Baxış zamanı yuxarıda qeyd etdiyi əşya və sənədlər, eləcə də narkotik maddəyə bənzər maddələr zərfə qoyulmuş, möhürlənmiş və imza edilməsi üçün onlara təqdim edilmişdir. Onlar zərfin üzərini imzaladıqdan sonra baxışın nəticələrinə dair protokol tərtib edilmişdir. Onlar protokolu oxuduqdan sonra imzalamışlar (iş vərəqə: cild İ, səh.244-245). Şahid4 məhkəmə iclasında elan olunmuş ifadəsi ilə bağlı göstərmişdir ki, məhkəməyədək icraat zamanı verdiyi həmin ifadəsini təsdiq edir. Həmin ifadəsində sadaladığı əşyalar həqiqətən də Təqsirləndirilən şəxs mənzilində aparılan baxış zamanı aşkar edilmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs evinə baxış zamanı onu hal şahidi kimi iştirak etməsi üçün dəvət etmişlər. O da razılaşaraq Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilməsində hal şahidi kimi iştirak etmişdir. Lakin, o, hal-hazırda baxış zamanı həmin evdən və ya şəxsin üzərindən nələrin çıxmasını xatırlamır. Belə ki, onlar mənzil kommunal təsərrüfat idarəsinin əməkdaşları olduqlarından və həmin gün ərazidə təmizlik işləri ilə məşğul olarkən onları hal şahidi kimi iştirak etmək üçün dəvət etmişlər. O, hal şahidi kimi iştirak etmiş, sonra isə bir neçə sənədə imza etmişdir. Həqiqətən də mənzilə baxış keçirilmişdir və onlar da mənzilə daxil olaraq mənzildə axtarış keçirilmişdir. Lakin axtarışın nəticəsində mənzildən nələrin aşkar edildiyini xatırlamır. Məhkəmə baxışı zamanı Şahid3 məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə hazırki cinayət işi üzrə məhkəməyədək icraat zamanı 14 iyun 2023-cü il tarixdə vermiş olduğu ifadələri arasında müəyyən olunan fərqlə bağlı onun ibtidai istintaq mərhələsində şahid qismində dindirilməsinə dair cinayət işinin materiallarında olan həmin protokol elan olunmaqla tədqiq edilmişdir. Şahid3 məhkəməyədək icraat zamanı 14 iyun 2023-cü il tarixdə şahid qismində dindirilərkən verdiyi və şəxsən özünün imzaları ilə təsdiq etdiyi ifadəsində məhkəmə iclasındakı ifadəsindən fərqli olaraq göstərmişdir ki, o, 29 mart 2023-cü il tarixdə o, 6 saylı MKİS-in inzibati ərazisində olarkən bir nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özünü Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı kimi təqdim etmiş və ünvan 2anında yaşayan Təqsirləndirilən şəxs evində baxış zamanı hal şahidi kimi iştirak etməyini təklif etmişdir. O, etiraz etmədən Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı ilə birlikdə sonuncunun qeyd etdiyi ünvana gəlmiş, həmin evin qarşısında başqa şəxslər də olmuşdur. Bundan sonra, Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları mənzilin qapısını döymüş, qapı açıldıqdan sonra mənzilə daxil olmuşlar. Baxış başlamazdan əvvəl Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları ona və digər hal şahidinə hüquq və vəzifələri izah etmişlər. Digər hal şahidinin adı Xəlil olmuşdur. Orada iştirak edən şəxslər baxış aparılmasına etiraz etmədiklərini bildirmişlər. Daha sonra baxış başlanmışdır. Baxış Təqsirləndirilən şəxs yaşadığı ünvan 2anında aparılmışdır. Baxış keçirilən mənzil 3 otaqdan, sanitar qovşaqdan və mətbəxdən ibarət olmuşdur. Həsənin otağı girişdən sol tərəfdə yerləşirmiş. Orada olan söhbətlərdən belə anlamışdır ki, mənzil Həsənin Bakıda yaşayan əmisinə məxsusdur. Otağa baxış keçirilərkən Həsən otaqda olan əşyaların ona aid olduğunu bildirmişdir. Baxış zamanı müxtəlif kağız parçaları, qəbzlər, pasportlar müəyyən edilmişdir. Bundan sonra, Həsənin üzərinə keçirilən baxış zamanı əynində olan qara rəngli gödəkcənin sol cibindən müxtəlif sənədlər, sağ cibindən isə balaca ağ rəngli paket çıxmışdır. X7 Xidmətinin əməkdaşları tərəfindən açıldıqda orada müxtəlif həblər, ota oxşar maddə, eləcə də boz və ağ rəngli, kəskin iyi olan maddələr, həmçinin 1 ədəd kibrit qutusunda ota oxşar maddə müəyyən edilmişdir. Danışıqlardan belə anlamışdır ki, həmin maddələr narkotikdir. Həsən həmin narkotiki bir neçə gün əvvəl yaşadığı evin qarşısından tapdığını bildirmişdir. Bundan sonra baxış başa çatmışdır. Baxış zamanı yuxarıda qeyd etdiyi əşya və sənədlər, eləcə də narkotik maddəyə bənzər maddələr zərfə qoyulmuş, möhürlənmiş və imza edilməsi üçün onlara təqdim edilmişdir. Onlar zərfin üzərini imzaladıqdan sonra baxışın nəticələrinə dair protokol tərtib edilmişdir. Onlar protokolu oxuduqdan sonra imzalamışlar (iş vərəqə: cild İ, səh.242-243). Məhkəmə baxışı zamanı elan olunan ifadəsinə münasibət bildirməsi Şahid3 təklif edilərkən o, göstərmişdir ki, elan edilmiş ifadə ona məxsusdur, lakin o, sadəcə ifadəyə imza etmiş, amma ifadəni o cür verməmişdir. O, həmin ifadəsini oxumadan imza etmişdir. O, ittiham aktında qeyd olunan narkotik vasitələrin Təqsirləndirilən şəxs evindən və ya üzərindən çıxmasını xatırlamır. O, hal şahidi kimi gördüklərini xatırlamır. O, təqsirləndirilən şəxsin evinin neçə otaqdan ibarət olmasını və digər halları xatırlamır. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs tanımır. Bildiyi qədər Təqsirləndirilən şəxs onun Şahid2 adlı dostunun bank kartına pul göndərmişdir. O isə Təqsirləndirilən şəxs göndərdiyi həmin pulu Şahid2 götürmüşdür. Belə ki, onun dövlət əleyhinə göstərdiyi fəaliyyəti ilə əlaqədar İran İslam Respublikasının vətəndaşı Nəriman adlı şəxs ona İrandan pul göndərməli idi. Həmin pulun ona verilməsi üçün dostu Şahid2 hansı vasitələr ilə göndərilməsindən xəbəri olmamışdır. Təqsirləndirilən şəxs həmin pulu göndərməsi ilə bağlı məqsədindən xəbəri olmamışdır. Nəriman adlı şəxs də dövlət əleyhinə fəaliyyətlə məşğul olmuşdur. Lakin pulu niyə məhz Təqsirləndirilən şəxs vasitəsi ilə göndərməsinin səbəbini bilmir. Şahid1 verilən suallara cavab olaraq göstərmişdir ki, ona pul göndərməsi üçün Nərimana 7-8 müxtəlif bank kartlarının nömrələrini göndərmişdir. Nərimanın pulu konkret olaraq kimlərin vasitəsi ilə və ya hansı yollarla göndərməsindən xəbəri olmamışdır. Onun Nərimana göndərdiyi dostlarının adlarına olan bank kartlarına hissi-hissə olmaqla, ümumilikdə 5000 manata yaxın pul vəsaiti göndərilmişdir. Nəriman adlı şəxs ona pul göndərərkən əvvəlcə pulu başqa şəxsə göndərmiş, həmin başqa şəxs də pulu onun dostuna göndərmiş və sonda o, gedib həmin pulları dostundan götürmüşdür. Şahid1 məhkəməyədək icraat zamanı daha da təfərrüatlı və ətraflı verdiyi ifadəsi elan olunmaqla tədqiq edilmişdir. Şahid1 məhkəməyədək icraat zamanı 30 mart 2023-cü il tarixdə verdiyi ifadəsində göstərmişdir ki, o, 20 dekabr 2022-ci il tarixdə Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə tutulmuş və məhkəmə qərarı ilə həbs edilmişdir. 2022-ci ilin yanvar-fevral aylarından İnstagram, ya da Tiktok sosial şəbəkəsində Vüsal İsgəndərli adlı şəxsə məxsus dini səhifəni izləyirmiş. Vüsal dini mövzularla bağlı canlı səhifə açmış, sonra İran İslam Respublikası ərazisində şəkil və video paylaşmağa başlamışdır. Vüsal dini mövzulu videolarındakı çıxışlarında vətənindən onu sürgün etmələrini dilə gətirərək Azərbaycan Respublikasının əleyhinə, həmçinin İsrail dövləti əleyninə çıxışlar etmişdir. Bundan sonra o, Vüsalla həmin sosial şəbəkədə şəxsi səhifədə danışmağa başlamışdır. Vüsal ona Astara rayonundan olmasını deyərək növbəti danışıqlarda İsrailin Azərbaycanda olan döyüş puaları, həmçinin İslamı qorumaq barədə ümumi söhbətlər etmişlər. O, Vüsala əlindən gələn köməyi əsirgəməyəcəyini və onun yanında olduğunu bildirmişdir. Bundan sonra Vüsal ona İsrailin Azərbaycanda olan puaları barədə məlumat toplamağı tapşırmışdır. Vüsal ona topladığı məlumatları sonradan Nəriman adlı tanışına ötürməyi demiş, bundan sonra Nəriman adlı şəxs onunla əlaqə saxlayaraq İslama xidmət etdiyini, İran İslam Respublikasında X9 Korpusunda xidmət etdiyini, onlara köməklik etdiyi zaman Allaha köməklik edəcəyini bildirmişdir. Nəriman əməkdaşlıq müqabilində hər ay ona 300 manat pul göndərəcəyini demişdir. O, sonradan internet üzərindən maraqlandıqda X9 Korpusunun - SEPAH adlı İran İslam Respublikasının təşkilatı olduğunu bilmiş və Nərimanın SEPAH-ın əməkdaşı olmasını anlamışdır. Nəriman adlı şəxs ona Yevlax aeroportuna gedərək, öz telefonu ilə orada olan İsrailin “Hermes S900” markalı döyüş pualarının şəkillərini çəkib, ona atmağı tapşırmışdır. Bundan sonra o, eynilə pua haqqında məlumat toplamış, sonradan Yevlax aeroportuna gedərək həmin puaların şəklini çəkib Nərimanın xatırlamadığı vatsap nömrəsinə göndərmişdir. Nəriman onun dostu Fəxrinin bank kartına gördüyü işə görə 300 manat pul göndərmiş, o isə həmin pulu Fəxrinin kartından çıxarmışdır. O, bir neçə dəfə də Nərimanın tapşırıqlarını icra etmiş və bunun əvəzində pul almışdır. Verilmiş suallara cavab olaraq Şahid1 bildirmişdir ki, İran xüsusi xidmət orqanının əməkdaşı Nəriman adlı şəxs tərəfindən məxfi əməkdaşlığa cəlb edildikdən sonra həmin şəxsin vermiş olduğu tapşırıqları icra etdiyinə görə həmin şəxs ona müəyyən məbləğlərdə pul vəsaitləri göndərmişdir. O, 16 dekabr 2022-ci il tarixdə də və ondan əvvəlki tarixlərdə də Nəriman tərəfindən ona pul vəsaitlərinin göndərildiyini qeyd etmiş, Nərimandan həmin pul vəsaitlərini Yevlax şəhərində tanıdığı Şahid2 bank kart hesabına göndərməsini xahiş etmişdir. O, Nərimana tanışı Farizin bank hesab kartının foto şəkilini vatsap tətbiqi vasitəsi ilə göndərmiş, lakin Fariz ona pulun hansı məqsədlə göndərildiyini bilməmişdir. Həmçinin digər dost və tanışlarının da kart hesabını Nərimana göndərərək sonuncudan pul almışdır. Qeyd etdiyi tarixdə də Nəriman onun vatsap nömrəsinə qəbzin foto şəkilini göndərərək həmin karta pul köçürdüyünü bildirmişdir. Qəbzdə Təqsirləndirilən şəxs adlı şəxsdən Leobank üzərindən ona çatması üçün Şahid2 bank kartına 800 manat pul göndərilməsi əks edilmişdir. O, Təqsirləndirilən şəxs tanımamış, buna baxmayaraq, həmin şəxsin İran xüsusi xidmət orqanlarının əməkdaşı olan Nərimanla əlaqəsinin olmasını bildirmişdir. O, həmin pulu kart hesabından nağdlaşdırmış və həmin qəbzin foto şəkilini də mobil telefonunun yaddaşında saxlamışdır (iş vərəqə: cild İ, səh.79-81). Şahid1 məhkəmə iclasında elan olunmuş ifadəsi ilə bağlı verilmiş suallara cavab olaraq göstərmişdir ki, elan edilmiş ifadəsində 800 manat pulun Təqsirləndirilən şəxs adlı şəxs tərəfindən ona verilməsi üçün dostu Şahid2 kartına göndərilməsi ilə bağlı bildirdiklərini və ifadəsinin digər hissələrini təsdiq edir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan: _Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Əks-kəşfiyyat Baş İdarəsinin Təqsirləndirilən şəxs barəsində tərtib olunmuş 30 mart 2023-cü il tarixli əməliyyat-axtarış tədbirlərinə dair məlumatlarından görünür ki, ...davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, İran İslam Respublikasının xüsusi xidmət orqanlarının əməkdaşı olan Nəriman adlı şəxsdən aldığı tapşırıqların icrası ilə əlaqədar Şahid1 İran İslam Respublikasının xüsusi xidmət orqanları ilə əlaqəli olan Təqsirləndirilən şəxs pul vəsaiti göndərmişdir. Belə ki, Təqsirləndirilən şəxs əmisi- İran İslam Respublikasının xüsusi xidmət orqanları ilə məxfi əməkdaşlıq edən X1 və digərlərinin tapşırığına əsasən 16 dekabr 2022-ci il tarixdə Şahid1 İran İslam Respublikasının xüsusi xidmət orqanlarının verdiyi tapşırıqları icra etdiyi üçün Şahid2 bank hesabına “Leobank” mobil tətbiqi vasitəsilə 800 manat məbləğində pul vəsaiti köçürmüşdür (iş vərəqə: cild İ, səh.59-61). _16 yanvar 2023-cü il tarixli “baxış protokolu”ndan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Şahid1 məxsus 01 ədəd “Honor” markalı mobil telefona baxış keçirilən zaman şəkillər olan qovluqda “Unibank”a məxsus qəbzin fotoşəkilləri müəyyən edilmişdir. Qəbzin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs özünə məxsus 409858******2762 nömrəli “Leobank”a aid bank kartından "xxxx" ASC-yə aid 416973******5748 nömrəli karta 16 dekabr 2022-ci il tarixdə 800 manat məbləğində pul köçürülmüşdür (iş vərəqə: cild İ, səh.76-78). _29 mart 2023-cü il tarixli “baxış protokolu”ndan görünür ki, həmin tarixdə Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən hal şahidlərinin iştirakları ilə Təqsirləndirilən şəxs yaşadığı ünvan 2anına baxış keçirilmiş, baxış zamanı sonuncuya məxsus qara rəngli gödəkçənin sağ cibindən bir ədəd bağlamada üzərində “Methadone 40” sözləri yazılmış 20 ədəd həb, üç ədəd bağlamada ot halında narkotik vasitəyə bənzər maddə, bir ədəd boz rəngli və bir ədəd ağ rəngli bükümlərdə kəskin iyə malik maddələr, həmçinin bir ədəd kibrit qutusuna doldurulmuş kəskin iyə malik maddə müəyyən edilmişdir (iş vərəqə: cild İ, səh.27-29). _Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin 29 mart 2023-cü il tarixli, 14/4/67 saylı mütəxəssis arayışından görünür ki, tədqiqata təqdim edilən: -ümumi çəkisi 1,00 qram, qalıq çəkisi 0,95 qram olan bej rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; -təmiz çəkisi 1,93 qram, qalıq çəkisi 1,88 qram olan ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; -təmiz çəkisi 20,62 qram, qalıq çəkisi 20,52 qram olan yaşıl çalarlı bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır; -20 ədəd həbin tərkibindəki ümumi təmiz çəkisi 0,8 qram, 19 ədəd həbdə qalıq çəkisi 0,76 qram olan əsas komponent narkotik vasitə - metadondur (iş vərəqə: cild İ, səh.83- 85). _Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 may 2023-cü il tarixli, 6/2759 nömrəli məhkəmə fiziki-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti Zərflər üçün №103” dairəvi möhür əksləri olan zərfin içərisində 01 ədəd bükümdə təmiz çəkisi 1,880 qram olan ağ rəngli, kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamindir; 01 ədəd bükümdə təmiz çəkisi 0,950 qram olan açıq qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitəheroindir, üzərində “Methadone 40” göstəricisi olan 2 ədəd blisterdə ümumilikdə 19 ədəd qəhvəyi rəngli, dairəvi formalı həblər narkotik vasitə- metadondur, 19 ədəd metadon həbinin təsir maddəsinin ümumi miqdarı 0,76 qram (1 ədəd həbdə 0,04 qram) təşkil edir (iş vərəqə: cild İ, səh.208-211). _Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 may 2023-cü il tarixli, 7/692 nömrəli məhkəmə bioloji ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim olunmuş sarı rəngli kağız paketdə 1 (bir) ədəd kibrit qutusunda, 3 (üç) ədəd ağız hissələri bağlanan polietilen paketlərdə ümumi çəkisi- 20,52 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır (iş vərəqə: cild İ, səh.214-216). _Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X17 16 may 2023-cü il tarixli, 1339 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21 və 22ci maddələrinin təsiri altına düşmür. Onun hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (iş vərəqə: cild İ, səh.230-232). _Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi X17 məhkəmə-narkoloji ekspertizasının 20 iyun 2023-cü il tarixli, 3892 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (iş vərəqə: cild İİ, səh.8-9). _26 may 2023-cü il tarixli “maddi sübut kimi tanınma haqqında qərar”dan görünür ki, Təqsirləndirilən şəxs üzərində olan gödəkçəyə keçirilmiş baxış zamanı sağ cibindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 0,90 qram narkotik vasitə heroin, 1,83 qram psixotrop maddə metamfetamin, 20,44 qram narkotik vasitə qurudulmuş marixuana, 18 ədəd həbdən ibarət narkotik vasitə metadon iş üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsinin maddi sübutlar otağına təhvil verilmişdir (iş vərəqə: cild İ, səh.219-221). _29 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 29 mart 2023cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (iş vərəqə: cild İ, səh.45-46). _Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 31 mart 2023-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində əvvəli 29 mart 2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (iş vərəqə: cild İ, səh.111-113). _Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 30 mart 2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqə: cild İ, səh.86). _Cəlilabad rayon İcra Hakimiyyətinin Cəlilabad şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən alınmış arayışdan görünür ki, Təqsirləndirilən şəxs uzun müddətdir ki, ünvan 4 ünvanda yaşamır, qonşuların deməsinə görə o, İran İslam Respublikasındadır (iş vərəqə: cild İ, səh.163). _11 may 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 2anında qeydiyyatsız yaşamış, ətafda özünü sakit aparan, heç bir sakinlə ünsiyyət qurmayan, qapalı həyat tərzi sürən və dindar şəxs kimi tanınmışdır (iş vərəqə: cild İ, səh.206). _Xətai-26 MMMC-dən təqdim olunmuş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs bir neçə müddət Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 18, M16, m4 ünvanında əmisi X2 və əmisinin həyat yoldaşı X5 ilə qeydiyyatsız yaşamışdır (iş vərəqə: cild İ, səh.207). _“Xarici ölkə vətəndaşlarının doğulması barədə məlumat”dan görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir nəfər azyaşlı uşağı var (cinayət işinin materialları). Hüquqi məsələlər. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə hazırki cinayət işi üzrə təqdim edilmiş sübutların qəbuledilən olubolmamasını, onların çəkisini və kifayət qədərliyini tənzimləyən qayda və prinsiplərə istinad etməklə, işin faktiki hallarını yalnız həqiqiliyinə və əldə edilməsi hallarına heç bir şübhələr olmayan sübutları əsas götürmək yolu ilə müəyyən etməklə, tam, hərtərəfli və obyektiv araşdırmaya əsaslanan yekun qərarın qəbul edilməsi və məhkəmənin ittiham olunan şəxsin təqsirli və ya təqsirsizliyinə dair hökmünü formalaşdırmaq üçün yalnız qanunun istifadə etməyə icazə verdiyi hüquqi vasitələrə əsaslanmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının: 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir; 127-ci maddəsinin İV hissəsinə əsasən ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. Avropa İnsan Hüquqları Məhkəməsinin qəbul etdiyi çoxsaylı qərarlarında sərgilədiyi mövqeyə əsasən, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasında müəyyən edilmiş ədalətli məhkəmə araşdırması hüququnun təmin edilib-edilməməsi ilk öncə məhkəmə prosesləri zamanı çəkişmə prinsipinə riayət edilibedilməməsi, tərəflərin bərabərliyi prinsipinin təmin edilib-edilməməsi ilə, məhkəmə iclasında şəxsən iştirak etmək hüququnun, sübutların bir qayda olaraq bütün tərəflərin iştirak etdiyi məhkəmə prosesində tədqiq edilməsi ilə birbaşa əlaqədardır. Avropa Məhkəməsi çəkişmə prinsipinə riayət edilib-edilmədiyini müəyyənləşdirmək üçün adətən daxili məhkəmələrdəki araşdırmaların keyfiyyətini təhlil edərək müdafiə tərəfinin istər birinci instansiyada, istərsə də apellyasiya instansiyasında ərizəçiyə qarşı sübut qismində istifadə edilən materialları təkzib etmək imkanına malik olub-olmadığını (Rouv və Devisin işi), habelə daxili məhkəmələrin qərar çıxararkən müvafiq maraqları nə dərəcədə balanslaşdırdıqlarını müəyyənləşdirir. Tərəflərin bərabərliyi prinsipi tərəflərin hər birinə onu digər tərəfin qarşısında əlverişsiz vəziyyətə salmayan şərtlərlə öz mövqeyini əsaslandırması üçün ağlabatan imkanların yaradılmasını nəzərdə tutur (Brandştetter Avstriyaya qarşı). Məhkəmə prosesində şəxsən iştirak etmək isə cinayət törətməkdə ittiham olunan şəxsin bu cür məhkəmə iclasında özünün xüsusi hüquqlarını şəxsən icra etmə imkanının tanınmasını nəzərdə tutur. Beləliklə də, məhkəmə, şərh edilən prinsiplər və əlamətlərlə səciyyələndirilən ədalətli məhkəmə araşdırması hüququnun hazırki cinayət işi üzrə məhkəmə araşdırması zamanı təmin edilməsi baxımından qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxs iş üzrə keçirilmiş məhkəmə proseslərində özünü şəxsən və vəkili vasitəsilə müdafiə etmiş, şahidlərin dindirilməsində, onun əleyhinə olan sübutların tədqiqində şəxsən iştirak etmiş, ona qarşı təqdim edilmiş sübutlarla bağlı öz dəlillərini bildirmişdir. Məhkəmə xüsusilə qeyd edir ki, cinayət işinin araşdırılması və məhkəmədə baxılıb həll edilməsinə münasibətdə istinad edilən əməlin törədilməsi, həmin əməldə cinayət tərkibinin və onu cinayət kimi xarakterizə edən bütün əlamətlərin olub-olmaması sübutların köməyilə müəyyən edilir. Cinayət işi və bununla bağlı materiallar üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi üçün kifayət edən sübutların cəmi sübutetmə həddini xarakterizə edir. Beləliklə, təqdim edilmiş obyektiv sübutların məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, həqiqətən də cinayət hadisəsi baş vermiş və təqsirləndirilən şəxslə əlaqəsi, onun əməlində cinayətin əlamətlərinin olması kifayət qədər sübutlarla təsdiq olunmuşdur. Məhkəmə kollegiyası tərəfindən məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında araşdırılıb tədqiq edilmiş, sübutlar toplusuna məcmu halında qiymət verilərək müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi zərərinə olaraq qəsdən xarici dövlətə, təşkilata və nümayəndələrinə kömək edərək dövlətə xəyanət etmiş, eləcə də satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddəni xeyli miqdarda əldə etmiş və saxlamışdır. Məhkəmə həyata keçirilən mühakimə fəaliyyəti nəticəsində heç bir şübhəyə yer verməyən mütləq həqiqətin aşkarlanmasından ötrü ittiham tərəfinin təqdim etdiyi sübutları, təqsirləndirilən şəxsin özünün müdafiəsi ilə bağlı göstərdiyi dəlilləri cinayət işinin materialları ilə qarşılıqlı şəkildə araşdırmış və hesab edir ki, məhkəmə araşdırmasının nəticələrinə uyğun olaraq Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 234.1 və 274-cü maddələrinə münasibətdə onun əməllərinə hüquqi qiymət verilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə ittiham ona görə elan edilmişdir ki, o, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 274, 28,214.2.1, 28,214.2.3 və 228.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində beynəlxalq axtarış elan edilmiş, İran İslam Respublikasının xüsusi xidmət orqanları ilə məxfi əməkdaşlıq etdiyini bildiyi əmisi X1, sonuncunun tapşırığı altında fəaliyyət göstərdiyini bildiyi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 214.2.6-cı maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində beynəlxalq axtarış elan edilmiş qardaşı X10 və digərlərinin vasitəsilə 2018-ci ilin yay aylarından başlayaraq İran İslam Respublikasının xüsusi xidmət orqanlarının Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi zərərinə verilən tapşırıqlarının yerinə yetirilməsi istiqamətində gizli fəaliyyət göstərmiş, o cümlədən onların tapşırığı əsasında 16 dekabr 2022-ci il tarixdə Bakı şəhərində olarkən Şahid1 (21 dekabr 2022-ci il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində həbs qətimkan tədbiri seçilmişdir) istifadəsində olan bank kartına İran İslam Respublikası xüsusi xidmət orqanlarının verdiyi tapşırıqları icra etməsi müqabilində “Leobank” mobil tətbiqi vasitəsilə 800 manat məbləğində pul vəsaitini şəxsən köçürərək Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi zərərinə olaraq qəsdən xarici dövlətə, təşkilata və nümayəndələrinə kömək edib dövlətə xəyanət etmişdir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsinə dair təqdim edilmiş sübutların məcmusunu cinayət işinin materialları ilə qarşılıqlı şəkildə tədqiq edərək araşdırmış və müəyyən olunmuşdur ki, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirləri nəticəsində toplanmış məlumatlara əsasən Təqsirləndirilən şəxs İran İslam Respublikasının xüsusi xidmət orqanlarının əməkdaşı olan Nəriman adlı şəxsdən aldığı tapşırıqların icrası ilə əlaqədar Şahid1 (həmin tapşırıqların icrası ilə əlaqədar Şahid1 pul vəsaitlərinin göndərilməsinə dair sonuncunun telefon danışıqlarının və həmin danışıqların məzmunu ilə bağlı əməliyyat-axtarış məlumatları cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqə: cild İ, səh.59-61)) pul vəsaiti göndərmiş və həmin pul vəsaitini həmin dövlətin xüsusi xidmət orqanları ilə məxfi əməkdaşlıq edən əmisi X1 və digərlərinin tapşırığına əsasən icra etmişdir, daha sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və şübhəli şəxs qismində 29 mart 2023-cü il tarixdə müdafiəçisinin iştirakı ilə verdiyi və şəxsən özünün imzası ilə təsdiq etdiyi ifadəsində göstərmişdir o, İran İslam Respublikasında yaşadığı müddət ərzində atası Ramiz, əmisi İsgəndər, əmisioğlu Məhəmməd və qardaşı Hüseyn İranda Azərbaycana qarşı mənfi təbliğat aparmışlar, əmisi İsgəndərin İranın hansısa orqanından tapşırıqlar aldığını başa düşmüşdür (iş vərəqə: cild İ, səh.51-53). Bundan sonra, o, 30 mart 2023-cü il tarixdə şübhəli şəxs qismində müdafiəçisinin iştirakı ilə verdiyi və şəxsən özünün imzası ilə təsdiq etdiyi ifadəsində göstərmişdir ki, o, “Leobank" tətbiqi vasitəsi ilə 16 dekabr 2022-ci il tarixdə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən dövlətə xəyanət cinayətinə görə ittiham olunan Şahid1 çatdırılması məqsədi ilə Şahid1 qonşusu Şahid2 bank hesabına 800 manat məbləğində pul vəsaiti göndərmişdir. Lakin, Təqsirləndirilən şəxs həmin pul vəsaitini atası Ramiz Hüseynova olan borcunu ödəmək üçün göndərdiyini bildirmişdir (iş vərəqə: cild İ, səh.82). Bundan başqa, Təqsirləndirilən şəxs 31 mart 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində müdafiəçisinin iştirakı ilə verdiyi və şəxsən özünün imzası ilə təsdiq etdiyi ifadəsində ittiham olunduğu Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə özünü qismən təqsirli bildiyini, əmisi və qardaşının beynəlxalq axtarışda olduğunu, “Leobank" tətbiqi vasitəsi ilə 16 dekabr 2022-ci il tarixdə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən dövlətə xəyanət cinayətinə görə ittiham olunan Şahid1 bank hesabına 800 manat məbləğində pul vəsaiti köçürdüyünü, həmin pulu Şahid1 göndərdiyini etiraf etmişdir. Lakin, ifadəsində atası Ramiz Hüseynovdan borc aldığı pulu ödəmək üçün göndərdiyini, 16 dekabr 2022-ci il tarixdə atasının ona verdiyi kart hesabına 800 manat məbləğində pul vəsaiti köçürdüyünü, atasının həmin pulu nəyə görə məhz bu karta köçürməsini istəməsindən xəbərsiz olduğunu bildirmişdir (iş vərəqə: cild İ, səh.99-101). Daha sonra, Təqsirləndirilən şəxs ibtidai istintaqın sonunda 05 iyul 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində ifadə verərkən o, özünü Cinayət Məcəlləsinin 234.1, 274-cü maddələri ilə təqsirli bilmədiyini, ittihamla əlaqədar onun heç bir vəsatəti olmadığını, ittihamla bağlı ifadə verməkdən imtina etdiyini bildirmişdir (iş vərəqə: cild İİ, səh.30-31). Eyni zamanda cinayət işinin materialları ilə müəyyən olunur ki, Şahid1 mobil telefonuna baxış keçirilən zaman “Unibank”a məxsus qəbzin fotoşəkilləri müəyyən edilmiş və həmin qəbzin məzmunu ilə Təqsirləndirilən şəxs özünə məxsus “Leobank”a aid bank kartından "xxxx" ASC-yə aid karta 16 dekabr 2022-ci il tarixdə 800 manat məbləğində pul köçürülmüşdür (iş vərəqə: cild İ, səh.76-78). Həmçinin həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadələrində həmin 800 manat pulun həqiqətən də Təqsirləndirilən şəxs tərəfindən ona verilməsi üçün Şahid2 bank kartına göndərilmiş pul vəsaiti olduğunu təsdiq etmişdir. Eyni zamanda qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında da ifadəsində həqiqətən də Şahid1 həmin pul vəsaitini göndərdiyini etiraf etmişdir. Lakin, həmin bank kartının sahibinin kim olduğunu bilmədiyini, həmin pulu ailə üzvlərinə verməsi üçün göndərdiyini bildirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə bağlı cinayət işinin materialları əsasında müəyyən edilmişdir ki, 29 mart 2023-cü il tarixdə Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən hal şahidlərinin iştirakları ilə Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilərkən gödəkçəsinin cibindən narkotik və psixotrop maddələr aşkar edilərək götürülmüşdür, daha sonra Təqsirləndirilən şəxs 29 mart 2023-cü il tarixdə şübhəli şəxs qismində müdafiəçisinin iştirakı ilə verdiyi və şəxsən özünün imzası ilə təsdiq etdiyi ifadəsində 29 mart 2023-cü il tarixdə Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının hal şahidlərinin iştirakı ilə yaşadığı evə keçirdikləri baxış zamanı qara rəngli gödəkçəsinin sağ cibindən həmin narkotik vasitələrin aşkar edildiyini etiraf etmiş, həmin maddələri təxminən bir həftə əvvəl yaşadığı evin blokundan tapdığını və kiməsə satmaq fikrinin olmadığını bildirmişdir (iş vərəqə: cild İ, səh.51-53). Beləliklə, Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 274 və 234.1-ci maddələri ilə elan edilmiş ittihamlarla bağlı onun yuxarıda göstərilən ifadələri, həmin ifadələrin ittihamla bağlı hissələrinin digər sübut növləri ilə (Şahid1 mobil telefonuna baxış keçirilən zaman Təqsirləndirilən şəxs tərəfindən pul köçürülməsinin həqiqətən də təsdiq olunması) öz təsdiqini tapması və həmin faktı İran İslam Respublikasının xüsusi xidmət orqanlarının Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi zərərinə verilən tapşırıqlarının yerinə yetirilməsi istiqamətində gizli fəaliyyət göstərmiş və şahid qismində dindirilmiş Şahid1 da təsdiq etməsi, bundan başqa Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı ilkin ifadəsində həmin narkotik və psixotrop maddələrin onun üzərindən aşkar edildiyini təsdiq etməsi, həmçinin cinayət işi üzrə yuxarıda göstərilmiş obyektiv və mötəbər sübutların məcmusu və həmin sübutlara əsaslanan işin faktiki halları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi zərərinə olaraq qəsdən xarici dövlətə, təşkilata və nümayəndələrinə kömək edərək dövlətə xəyanət etdiyi, eləcə də satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddəni xeyli miqdarda əldə edib, saxlaması birmənalı şəkildə sübuta yetirilmişdir. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı bəzi ifadələrində, həmçinin məhkəmə baxışı zamanı onun pul vəsaiti göndərdiyi bank kartının sahibinin kim olduğu barədə məlumatının olmaması, həmin pulu ailə üzvlərinə verməsi üçün göndərdiyi və ya atasına həmin pulu vəkilə vermək üçün göndərdiyi, ibtidai istintaq zamanı ifadələrə məcburi şəkildə imza etdirildiyi, ona psixoloji təzyiqlər edildiyi, bundan başqa ondan aşkar edilmiş narkotik və psixotrop maddələrin ona məxsus olmaması, narkotik vasitələrin onun cibinə qoyulduğu, əslində isə onun üzərində heç bir narkotik vasitə olmamasına dair ifadəsində göstərdiyi xüsusatları cinayət işinin materialları ilə qarşılıqlı şəkildə tədqiq edərək müəyyən etmişdir ki, onun özünü müdafiə üçün gətirdiyi həmin dəlillər məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla nəinki tam inkar olunur, əksinə, onun təqsirliliyini təsdiq edir. Cinayət işi üzrə təqsirləndirilən şəxsin həmin cinayətlərin törədilməsini təsdiq etdiyi ifadələrinin hissələri ilə, istintaq hərəkətlərinin protokolları, maddi sübutlar, ekspert rəyləri, şahid ifadələri və cinayət işinin materiallarına əlavə edilmiş digər sənədlər kimi qanuniliyi heç bir mübahisə doğurmayan mötəbər sübutlarla Təqsirləndirilən şəxs cinayət əməlləri sübuta yetirildiyindən və onun ifadələrindəki inkaredici hallar isə həmin sübutlar və cinayət işinin obyektiv halları ilə tam olaraq təkzib edildiyindən və heç bir faktla təsdiq olunmadığından onun ifadələrinin inkaredici hissələri məhkəmə tərəfindən sübut növü kimi qəbul edilmir və məhkəmə onun göstərdiyi həmin halları həqiqi olmayan, yalan və özündən uydurma məlumatlar olmaqla, cinayət törətməyə görə cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmək üçün seçmiş olduğu müdafiə üsulu (taktikası) və onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi kimi qiymətləndirir. Məhkəmə eyni zamanda Şahid3 həm ibtidai istintaqda, həm də məhkəmə baхışında vеrdiyi ifadələrinin sübut növü kimi mötəbərliyinin müəyyən еdilməsini zəruri hеsab еdir. Şahid3 ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin əleyhinə ifadə vermiş və Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməsini təsdiq edən halları təfərrüatı ilə həmin ifadəsində təsdiq etmişdir. Lakin Şahid3 məhkəmə baxışında təqsirləndirilən şəxsin üzərindən həmin narkotik və psixotrop maddələrin aşkar olunmadığını bildirməsə də, o, həmin istintaq hərəkəti zamanı hal şahidi qismində iştirak etdiyini, lakin həmin vaxt gördüklərini xatırlamadığını bildirmişdir. Məhkəmə Şahid3 həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələri cinayət işinin materialları, iş üzrə toplanmış digər sübutlar və cinayət işinin obyektiv halları ilə qarşılıqlı şəkildə müqayisə edərək onun ibtidai istintaq zamanı verdiyi ifadəsinin sübut kimi mötəbərliyini müəyyən etdiyindən həmin ifadəsini mötəbər sübut növü kimi qəbul edir. Bununla əlaqədar həmçinin qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 236.4, 245.3, 246.3-cü maddələrinin tələbinə əsasən həmin istintaq hərəkətləri zamanı iki nəfər hal şahidi iştirak etmədiyi təqdirdə videoçəkilişdən istifadə məcburidir. Odur ki, təqsirləndirilən şəxsin üzərindən narkotik və psixotrop maddələr aşkar edilərkən keçirilmiş istintaq hərəkəti zamanı hər hansı prosessual pozuntuya yol verilməsi müəyyən edilməmişdir. Bundan başqa, məhkəmə təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirildiyi əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıya”nın konkret müddəalarını, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarının müddəalarını rəhbər tutmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər başa düşülür. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlidir ki, qeyd olunan bu əməl də «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinin təsiri altına düşən hərəkətlərdəndir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıya” əsasən “heroin” narkotik vasitəsinin və “metamfetamin” psixotrop maddəsinin xeyli miqdar daxil olmaqla aşağı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi 2 qram, “qurudulmuş marixuana” narkotik maddəsinin xeyli miqdar daxil olmaqla aşağı həddi 5 qram, külli miqdar daxil olmaqla aşağı həddi 500 qram, metadon narkotik vasitəsinin xeyli miqdar daxil olmaqla aşağı həddi 0,02 qram, külli miqdar daxil olmaqla aşağı həddi 1,6 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edilmişdir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş “qurudulmuş marixuana”, “metadon” və “heroin” narkotik vasitələrinin, “metamfetamin” psixotrop maddəsinin miqdarı «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahı»da müəyyən edilmiş həmin narkotik və psixotrop maddənin xeyli miqdar həddindən artıq miqdarda olmuşdur. Odur ki, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi zərərinə olaraq qəsdən xarici dövlətə, təşkilata və nümayəndələrinə kömək edərək dövlətə xəyanət etməklə, eləcə də satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddəni xeyli miqdarda əldə edib saxlamaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1, 274-cü maddələrində nəzərdə tutulan cinayətləri törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməlləri ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.1, 274-cü maddələri ilə düzgün ixtisaslaşdırılmışdır. Məhkəmə eyni zamanda nəzərə alır ki, 26 aprel 2022-ci il tarixli, 516- VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (20 may 2022-ci il tarixdə qüvvəyə minmiş) ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin dispozisiyasında dəyişiklik edilərək “şəxsi istehlak miqdarından artıq” sözləri “xeyli” sözü ilə əvəz edilmişdir. Bununla əlaqədar qeyd edilməlidir ki, Cinayət Məcəlləsinin 10-cu maddəsinin tələbləri baxımdan Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddəni əldə edib saxlaması ilə bağlı əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1, 274-cü maddələri ilə tövsif edilməli və o, həmin maddələrlə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Təqsirləndirilən şəxs himayəsində bir nəfər azyaşlı uşağının olması onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, həmçinin Təqsirləndirilən şəxs qəsdən xüsusilə ağır cinayət törətməsini, həm sosial ədalətin bərpası, həm də onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1, 274-cü maddələrinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun, həmçinin cinayətlərin məcmusuna görə cəza təyin etmənin prinsipləri nəzərə alınmaqla müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Məhkəmə, eyni zamanda təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə əsasən azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilmişdir. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib qeyd edir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 29 mart 2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs 29 mart 2023-cü il tarixdə şübhəli şəxs qismində tutularaq, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 31 mart 2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçildikdən hazırki məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Ona görə də, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun tutulduğu 29 mart 2023-cü il tarixdən hesablanmalı, həbsdə saxlanıldığı bütün müddət isə məhkəmə tərəfindən ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut qismində tanınmış və Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsinin maddi sübutlar otağına saxlanca verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 20,44 qram narkotik vasitə qurudulmuş marixuana, 0,900 qram narkotik vasitə heroin, 1,830 qram psixotrop maddə metamfetamin, 18 ədəd həbdən ibarət narkotik vasitə metadon məhv edilməlidir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iş üzrə 152 (yüz əlli iki) manat məbləğində ekspertiza xərci mövcuddur ki, qeyd olunan bu məbləğ hökm qanuni qüvvəyə mindikdən sonra məhkəmə məsrəfləri olaraq Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamış, həmçinin Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak müəyyən edilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1, 274cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətinə, Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə 15 (on beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 16 (on altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilməklə cəza çəkməsinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 29 mart 2023cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut – Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsinin maddi sübutlar otağına saxlanca verilmiş, ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 20,44 qram narkotik vasitə qurudulmuş marixuana, 0,900 qram narkotik vasitə heroin, 1,830 qram psixotrop maddə metamfetamin, 18 ədəd həbdən ibarət narkotik vasitə metadon hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə məsrəfləri – 152 (yüz əlli iki) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Roman Ələkbərli (sədrlik edən) Elnur Nuriyev Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar