Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-940/2020 02.10.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər məhkəməsinin hakimi Əliövsəd Məzahir oğlu Abasovun sədrliyi ilə, hakimlər Mahmud Muradxan oğlu Ağalarov və Eldar Əli oğlu Mikayılovdan ibarət tərkibdə, Kəminə Elşad qızı Məmmədovanın katibliyi ilə, dövlət ittihamçıları Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı və ədliyyə müşaviri X12, müdafiəçi “Mirzəyev və Partnyorları” vəkil bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxs X5 nümayəndəsi X4 iştirakları ilə, « 02 » oktyabr 2020-ci il Bakı şəhərində xx xxxxxx 1977-ci ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli,himayəsində iki azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunan və məhkumluğu ödənilməyən, Şamaxı rayonu, Qurdtəpə kəndində pasport qeydiyyatında olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdə saat 18 radələrində Bakı şəhəri, Sabunçu rayonu, X10 özgənin əmlakını ələ keçirmək məqsədi ilə həmin prospektdə Bakı Nəqliyyat Agentliyinin yaxınlığında piyada hərəkət edən hücuma məruz qalmış X1 çıxarmaması üçün arxadan əlləri ilə ağzını tutub üzərindəki pulları və qiymətli əşyaları tələb etmiş, müqavimət göstərdiyinə görə sonuncunun əllərini tutub sıxmaqla Aişə Hüseynovaya sol əlin V barmağının dental flanqasının qəlpəli, qapalı sınığı və boyun nahiyəsinin qançırlarından ibarət sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvumaya aid xəsarət yetirməklə Aişə Hüseynovaya həyat və sağlamlığı üçün təhlükəli zorakılıqla basqın edərək boynundakı ümumi dəyəri 1808 manat təşkil edən brilliant qaşlı kulonla birlikdə 750 əyarlı, 1,04 qram çəkidə kustar üsulla hazırlanmış qızıl boyunbağını dartaraq ələ keçirib quldurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə günorta saatlarında spirtli içki qəbul etmiş və saat 18 radələrində Sabunçu dairəsindən Ramana qəsəbəsinə getmək üçün piyada olaraq Sabunçu rayonu, H.Əliyev prospektində yerləşən “Socar” YDM-in yaxınlığındakı avtobus dayanacağına tərəf ara yol ilə getmişdir. Həmin vaxt ondan irəlidə bir qadının piyada olaraq hərəkət etdiyini görmüşdür. Həmin vaxtı ətrafda heçkim olmadığından həmin qadının üzərindən hər hansı bir qiymətli əşya və ya pul götürərək qaçmaq qərarına gəlmişdir. Təxminən 15-20 metr həmin qadını təqib etdikdən sonra ətrafda heç kimin olmadığından əmin olduqdan sonra arxadan həmin qadına yaxınlaşaraq qadının səs-küy salmaması üçün bir əli ilə həmin qadının ağzını tutmuş, bir əli ilə isə qadının boynunda olan qızıl boyunbağını dartmağa çalışmışdır. Bu zaman həmin qadın ona müqavimət göstərmiş və ona tərəf fırlanaraq əlləri ilə əlini ağzından çəkməyə çalışmışdır. O, qadının əllərindən tutaraq qadından üzərində olan pulları verməyi tələb etmişdir. Bundan sonra bir qadın gələrək qadını buraxmağını ondan tələb etdikdə, səs-küyün yaranmasından qorxub həyəcanlanaraq həmin qadının boynundakı qızıl boyunbağını dartıb qaçaraq uzaqlaşmışdır. Qadın onun arxasınca qışqırmış, lakin o, buna əhəmiyyət verməmişdir. Hadisəni törətdiyi yerdən təxminən 50 metr uzaqlıqda həyəcanlı olduğundan götürdüyü boyunbağı əlindən düşmüş və səs-küyə görə qorxub boyunbağını düşdüyü yerdən götürməyərək qaçmışdır. “Socar” YDM-in yaxınlığına çatdıqda mühafizəçilər onu yaxalamış və DİN-in 102 Xidmətinə məlumat verərək aiddiyatı üzrə onu polis əməkdaşlarına təhvil vermişlər. Təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertizaların rəyləri, cinayət işinin materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş və məhkəmədə ifadəsi tədqiq edimiş X11 ifadəsində göstərmişdir ki, xx xxx 2020-ci il tarixdə saat 18:15 radələrində o, Sabunçu rayonu ərazisindən yaşadığı evə getmək məqsədi ilə Bakı şəhəri, Sabunçu rayonu, H.Əliyev prospektində yerləşən «SOCAR» YDM-nin yaxınlığındakı avtobus dayanacağına getmək üçün həmin yerin yaxınlığında olan ara küçə ilə piyada hərəkət etmişdir. Bu zaman gözlənilmədən bir nəfər şəxs arxadan ona yaxınlaşaraq əli ilə ağzını tutmuş, o, nə baş verdiyini başa düşməmiş və qorxudan qışqırmağa çalışaraq, üzünü həmin şəxsə tərəf döndərmək istəmişdir. Həmin şəxs isə onu arxadan tutduğu zaman ondan üzərində olan qiymətli əşyalarını və pulunu tələb etmişdir. O, birtəhər həmin şəxsə tərəf dönüb, əli ilə həmin şəxsin əllərini ağzından kənarlaşdırmış, həmin şəxs isə onun əllərindən tutub buraxmamış və ondan pul tələb etmişdir. Həmin vaxtı oradan keçən tanımadığı bir nəfər qadın yaxınlaşaraq, həmin şəxsdən onu buraxmasını tələb etmişdir. Həmin oğlan isə bir nəfər qadının gəldiyini görüb, onun boğazında olan 1800 manat dəyərində olan, briliant qaşlı klonu olan qızıl boyunbağımı əli ilə dartıb «SOCAR» YDM-nə tərəf qaçıb getmişdir. Sonradan onaə məlum olmuşdur ki, həmin şəxs “SOCAR” YDM-in mühafizə işçiləri tərəfindən saxlanılıb və aidiyyatı üzrə Sabunçu RPİ-nin 12-ci PŞ-nə təhvil verilmişdir. Həmin şəxs təxminən 35 yaşlı oğlan idi, o, həmin şəxsi ilk dəfə idi ki, görmüşdür. Zərərçəkmiş şəxsin nümayəndəsi X8 məhkəməyə mülki iddia verərək Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs X6 xeyrinə 1800 manat tutulmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, X10 Bakı Nəqliyyat Agentliyinin yaxınlığında yerləşən “Socar” YDM-də mühaziəçi işləyir. xx.xx.2020-ci il tarixdə saat 19 radələrində iş yerinə gəldikdə iş yoldaşları bir nəfər şəxsin bir qadına qarşı soyğunçuluq etdiyini, boynundakı sepi dartaraq qaçdığını və iş yoldaşları tərəfindən tutulduğunu bildirmişlər. Həmin vaxtı iş yoldaları və o, “Socar” YDM yaxınlığında həmin sepi axtarmağa başlamışlar, lakin həmin günü heç bir nəticə əldə edə bilməmişlər. Səhəri gün o, yenidən həmin sepi axtarmağa başlamış və “Socar” YDM-in yaxınlığında həmin sepi taparaq istintaqa təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, X10 Bakı Nəqliyyat Agentliyinin yaxınlığında yerləşən “Socar” YDM-də mühaziəçi işləyir. xx.xx.2020-ci il tarixdə saat 18 radələrində qeyd etdiyi yerdə iş yoldaşı Şahid3 ilə xidmət aparmışdır. Bu zaman tanımadığı bir nəfər qadının ucadan səslərini eşitmişlər. Onlar səs olan tərəfə yaxınlaşdıqda bir nəfər balacaboylu tanımadıqları şəxsin yanacaq doldurma məntəqəsinə qaçaraq daxil olduğunu görmüşlər. İlkin olaraq, “Socar” YDM-də operator vəzifəsində işləyən Azər adlı şəxs həmin şəxsi qucaqlayaraq tutmuşdur. Bundan sonra onlar da Azərə köməklik göstərərək həmin şəxsi zərərsizləşdirmiş və xidməti iş yerində yerləşən otağına apararaq DİN-in 102 Xidmətinə və 12-ci PŞ-nə zəng edərək baş vermiş hadisə barədə məlumat vermişlər. Az sonra polis əməkdaşları gələrək həmin şəxsi onlardan təhvil almışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Füzuli oğlu Şahid2 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tairxli 737 №-li rəyindən görünür ki, vət. X2 əlin V barmağının distal falanqasının qəlpəli, qapalı sınığı, boyun nahiyəsinin qançırı müəyyən edildi. Xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, müddəti qərarda göstərilən xx.xx.2020-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərərvurmaya aiddir. Ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2020-ci il tarixli 1244 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri qeyd olunmayıb. Cinayət işi materiallarına əsasən belə qənaətə gəlmək olar ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən adi alkoqol sərxoşluğu vəziyyətində olmuşdur. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə fiziki-kimyəvi və əmtəəşünaslıq ekspertizasının xx.xx.2020-ci il tarixli 6/1212-9/2199 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd sarı rəngli metaldan boyunbağı (qırıqdır)- üzərində “750” əyar damğası həkk olunmuşdur, metalı 750 əyarlı qızıla uyğundur, çəkisi 1,04 qramdır. Boyunbağı kustar üsulla hazırlandığı üçün markasını müəyyən etmək mümkün olmamışdır. Aparılmış fiziki-kimyəvi tədqiqatın nəticələri nəzərə alınmaqla, tədqiqata təqdim edilən 01 ədəd 1,04 qram kütləli, 750 əyarlı qızıldan hazırlanmış boyunbağının 2020-ci il tarixinə olan pərakəndə orta bazar qiyməti təxminən 88,0 manat müəyyən edilir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X3 daxil olmuş tələbnamə ilə müəyyən olunmuşdur ki, Manafov X9 rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 04 il müddətinə azadlqıdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2018-ci ildə Sabunçu rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş 02 ay 13 gün hissəsindən vaxtından əvvəl şərti azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixli qərar ilə cəza çəkməkdən azad olunsa da, cəzadan azad olunandan sonra məhkumluğun götürülməsi üçün zəruri olan 2 il müddət xx.xx.2020-ci il tarixində başa çatacağından onun barəsində məhkumluq götürülməmiş hesab edilməlidir. Azərbaycan Respublikası CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Məhkumluğu götürülmədiyi üçün Təqsirləndirilən şəxs törətdiyi əməl cinayətin resdivi hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx xxx 2020-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsi, şahidləri dinləyərək, cinayət işinin materiallarını nəzərdən keçirib, iş üzrə əldə olunmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə hesab edir ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tədqiq edilmiş obyektiv sübutların məcmusu, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertizaların rəyləri və digər istintaq materialları ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.1-ci maddəsi ilə düzgün tövsif edilmiş, ona görə də o, həmin maddə ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və o, cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cinayətin residivini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65ci maddəsini rəhbər tutur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ona təyin olunacaq cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı xx xxx 2020-ci il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia təmin edilməli: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs X6 xeyrinə 1800 manat tutulmalıdır. İş üzrə ekspertiza xərci 109 manat 50 qəpik Təqsirləndirilən şəxs dövlətin xeyrinə tutulmalıdır. İş üzrə maddi sübutun olmadığı nəzərə alınmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351- 353,354, 356, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı xx xxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Mülki iddia təmin edilsin: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs X6 xeyrinə 1800 manat tutulsun. Ekspertiza xərci 109 manat 50 qəpik Təqsirləndirilən şəxs dövlətin xeyrinə tutulsun. Maddi sübutun olmadığı nəzərə alınsın. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Məhkəmə baxışının nəticələrinə dair məhkəmənin yekun qərarı ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, bu Məcəllənin 384.1-ci maddəsində nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN Ə.M.ABASOV HAKİMLƏR M.M.AĞALAROV E.Ə.MİKAYİLOV
Məhkəmə qərarları › İş №1(101)-940/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-940/2020
02.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver