Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-940/2021 20.08.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ İş № 1(101)-940/2021 Azərbaycan Respublikası adından Hökm Bakı Ağır Cinayətlər Məhkəməsi «20» avqust 2021-ci il Bakı şəhəri Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Qəribov Fikrət Atlıxan oğlunun sədrliyi, hakimlər: Hüseynov Telman Qulaməli oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə; məhkəmə iclas katibi: X2, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı; müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyası fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin yerləşdiyi binada, açıq məhkəmə iclasında xx xxxxxx 1981-ci il tarixdə Saatlı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 82-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə, qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib daşımaqla saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə istintaqa məlum olmayan vaxtda şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı «Baba» adlı şəxsin kart hesabına 300 manat ödədikdən sonra, sonuncunun bildirdiyi Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi ərazisində yerləşən «Bolmart» marketin yaxınlığındakı kolluğa gedib 2 ədəd bükümdə qəhvəyi rəngli, ümumi təmiz çəkisi 52,180 qram olan maddələri kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroini və 1 ədəd bükümdə təmiz çəkisi 31,110 qram olan ağ rəngli kristallik formada olan maddə kustar üsulla hazırlanmış «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr »in siyahısına (Siyahı İ) daxil olan külli miqdarda psixotrop maddə metamfetamini əldə edib, üzərində saxlamaqla daşımış, 17 noyabr 2020-cu il tarixdə saat 18:30 radələrində Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 1 ünvanın yaxınlığında saxlanılaraq Nizami RPİ-nin 24-cü Polis Şöbəsinə gətirilmiş və PŞ-də üzərinə keçirilmiş şəxsi-axtarış zamanı əynində olan gödəkcəsinin sağ yan cibindən «Kent» markalı siqaret qutusunun üzərindən 2 ədəd bükümdə ayrı-ayrılıqda 32,720 qram tünd qəhvəyi rəngli və 19,460 qram qram olan qəhvəyi rəngli, ümumi təmiz çəkisi 52,180 qram olan maddələr kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin, 1 ədəd bükümdə təmiz çəkisi 31,110 qram olan ağ rəngli kristallik formada olan maddə kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin və əynində olan cins şalvarın sağ yan cibində bir ədəd üzərində narkotik vasitə heroinin izləri olan narkotik vasitələrin satışında istifadə olunan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, on ildir ki, narkotik vasitədən istifadə edir və narkotiki “İnstagram” sosial şəbəkəsi vasitəsi ilə əldə edirmiş. 17.11.2020-ci il tarixdə Bakı şəhərində Neftçilər metrostansiyasından yaşadığı evə doğru getdiyi zaman 3 nəfər mülki geyimli polis işçiləri tərəfindən saxlanılmışdır. Üzərində olan “kent” siqaret qutusundan 4 qram narkotik vasitə heroin olmuşdur. Həmin heroini özünün şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Polis əməkdaşları həmin heroini və üzərində olan 510 manat pulu götürmüşlər. Sonra avtomaşına əyləşmişlər və onun yaşadığı evə yəni Əhmədliyə doğru getmişlər. Polis əməkdaşları oba demişlər ki, gedək danışaq. Yaşadığı evə gəldikdən sonra iki nəfər polis işçisi çöldə dayanmış, bir nəfər polis işçisi onunla birgə evə daxil olmuşdur. Yaşadığı evə girməmişdən öncə həyat yoldaşı evdə olduğu üçün telefon vasitəsilə ona zəng edərək mətbəxə keçməsini və onun bir yoldaşnan evə girib pul götürəcəyini demişdir. Otağa girdikdə dolabı açmış, dolabda olan gödəkçənin yan döş cibini açıb, cüzdanı götürmüşdür ki, onunla haqq hesab etsin. Bu zaman polis əməkdaşı əlini tərəzi və balaca bükümdə qara nə isə çıxartmış, demişdir ki, heroindi özü qoydu, özü də çıxdı. Sonra ona demişdir ki, “narahat olma, gəl çıx çölə gedək qardaşınla danış gəlsin orda haqq hesab edək səni buraxaq”. Beləliklə bölməyə gəlmişlər. Ona telefonu verib demişlər ki, “narahat olma yığ qardaşını”. O, kiçik qardaşını yığmış, demişdir ki, belə məsələ var, gəl bura. Qardaşı gələnə qədər polislər onu stola qandallayıb çıxıb getmişlər. 1-2 saatdan sonra qayıdıb gəlmişlər. Ona demişlər ki, narahat olma danışmışıq səni çıxardırıq buradan. Onu axşama qədər saxlamışlar. Sonra 2 büküm çıxarıb demişlər ki, bura imza et. O, etiraz etmişdir. Polislər ona demişlər ki, “narahat olma haqq hesabın çatıb birdənə bura imza et. Belə bir adam tutulub buraxmışıq, imza et sən çıxırsan.”. O, demişdir ki, nun siqaret qutusunun içinə bu yerləşməz, bu miqdarı necə götürüm. Polis isə demişdir ki, ya 2 qram ya 90 qram eyni miqdardı küllü miqdardı imza et çıxırsan. O da məcbur qalıb imza etmişdir. Gecəni saxlayıb, söz vermişlər ki, səhər cixacaqsan, lakin sonradan onu həbs etmişlər. Onun üzərində yalnız bir bükümdə 4 qram narkotik vasitə heroin olubdur ki, onu da özü istifadə etmək üçün saxlamışdır. Digər heroinin və metamfetaminin, tərəzinin ona aidiyyəti olmamışdır. Onun evində narkotik vaistə və tərəzi olmamışdır. O, heç vaxt narkotik maddələrin satışı ilə məşğul olmamışdır. O, polislər tərəfindən aldadıldığı üçün sənədlərə imza etmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadə arasında ziddiyyət olduğundan, onun istintaq zamanı vermiş olduğu ifadəsi məhkəmədə elan edilərək tədqiq edilmişdir. Cinayət işi üzrə ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs qismində vermiş olduğu ifadəsində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 17 noyabr 2020-ci il tarixdə saat təxminən 18:30 radələrində Bakı şəhəri, Nizmai rayonu, Qara Qarayev prospekti 82 A ünvanının yaxınlığında piyada hərəkət edən zaman 3 nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edərək onun qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirib, xidməti vəsiqələrini göstərərək, barəsində əməliyyat - axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etməklə onu yaxınlıqda yerləşən Nizami rayon polis idarəsinin 24-cü polis bölməsinə dəvət etmişlər. Burada dəvət olunmuş müdafiəçinin iştirakı ilə o, şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra üzərinə şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı üzərində olan qanunla qadağan olunmuş əşya var isə onları təqdim etməsi təklif olunmuş, bu təklifdən sonra o, əynində olan gödəkçənin sağ yan cibindən 3 ədəd üzərində “Kent” yazısı olan siqaret qutusunu və əynində olan cins şalvarın sağ yan cibindən 1 (bir) ədəd elektron tərəzini təqdim edərək masanın üzərinə qoymuşdur. “Kent” yazısı olan siqaret qutusuna baxış keçirilən zaman içərisindən 1 (bir) ədəd sellofan bükümdə ağ rəngli, kristal şəkilli psixotrop maddə olan metamfetamin, 2 (iki) ədəd sellofan bükümdə isə narkotik vasitə olan heroin müəyyən edilmişdir. Sonra onun üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan cins şalvarının sol yan cibindən 1 (bir) ədəd “Red Mi” markalı mobil telefon aşkar edilmişdir. Sonra həmin sellofan bükümlər elektron tərəzidə çəkilmiş və metamfetaminin çəkisinin 31,11 (otuz bir tam yüzdə on bir) qram, ikinci sellofan bükümdə olan heroinin çəkisinin 32,72 (otuz iki tam yüzdə yetmiş iki) qram, üçüncü sellofan bükümdə olan heroinin çəkisinin isə 19,46 (on doqquz tam yüzdə qırx altı) qram olmaları müəyyən edilmişdir. Həmin sellofan bükümlər və 1 (bir) ədəd elektron tərəzi içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 (bir) ədəd “Red M i” markalı mobil telefon bu barədə ona izah verildikdən sonra götürülmüş, 1 (bir) ədəd “Kent” markalı siqaret qutusu özünə geri qaytarılmışdır. O, polis əməkdaşlarına üzərindən aşkar olunmuş narkotik vasitə olan heroin və psixotrop maddə metamfetamini bağlamaların özünə məxsus olduğunu, həmin kütlələri internet vasitəsi ilə tanış olduğu İranlı “Baba” adlı şəxsdən, sonuncunun kart hesabına 300 manat pul köçürməklə təxminən 3-4 gün əvvəl, deyilən yerdən götürməklə əldə etdiyini bildirmişdir. Narkotik vasitələrin satışı ilə məşğul olmur, yalnız öz şəxsi istifadəsi üçün metamfetamin və heroin istifadə edir. Belə ki, özü narkotik vasitələrin və psixotrop maddələrin aludəçisidir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 Elman oğlu ifadəsində göstərmişdir ki, 17 noyabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Azərbaycan Respublikası DİN-in BNMİ-nə daxil olmuş məlumat İdarə rəisinə raportla məruzə edilərək əməliyyat tədbirlərinin keçirilməsinə dair icazə alınmış və müvafiq əmrə əsasən əməliyyat qrupu yaradılmışdır. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin gün saat 18.30 radələrində ünvan 4 ünvanın qarşısında Təqsirləndirilən şəxs tərəflərindən saxlanılmış, sonuncuya narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşqul olması barədə məlumat daxil olması elan edilərək əməliyyat tədbirlərinin keçirilməsi barədə qərarla ntanış edildikdən sonra, dəvətlərinə əsasən birlikdə Nizami RPİ-nin 24-cü PŞ-nə getmiş, orada hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət olunmuş və hüquqları izah edilərək üzərinə şəxsi axtarış keçiriləcəyi elan edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində qanunla daşınması qadağan edilmiş əşyalar varsa təqdim etməsi təklif olunmuş və Təqsirləndirilən şəxs təkliflə razıla şaraq əynində olan gödəkcənin sağ yan cibindən 3 ədəd üzərində «Kent» yazısı olan siqaret qutusu və əynində olan cins şalvarın sağ yan cibindən 1 ədəd elektron tərəzini təqdim etmiş, «Kent» yazısı olan siqaret qutusuna baxış keçirilən zamanı içərisində 1 ədəd sellofan bükümdə ağ rəngli, kristal şəkilli psixotrop maddə olan metamfetaminə bənzər kütlə, 2 ədəd sellofan bükümdə qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər kütlə müəyyən olunmuş, əynində olan cins şalvarının sol yan cibindən bir ədəd «Redmi» markalı mobil telefon aparatı aşkar edilmiş, bükümlər elektron tərəzi vasitəsi ilə çəkildikdə ağ rəngli kristal şəkilli kütlənin çəkisinin 31,11 qram, ikinci sellofan bükümdə olan kütlənin çəkisi 32,72 qram və üçüncü sellofan bükümdəki kütlənin çəkisi isə 19,46 qram olması müəyyən edilmişdir. Aşkar olunmuş kütlələr qablaşdırılmaqla möhürlənərək üzəri imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə və psixotrop maddəni İranlı «Baba» adlı şəxsdən 300 manat pul qarşılığında aldığını bildirmişdir. Bundan sonra bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Şahid1 həmçinin ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onlar tərəfindən heç bir təzyiq, təsir göstərilməmiş və aldadıcı vəd verilməmişdir, bu barədə deyilənlər həqiqəti əks etdirmir. Təqsirləndirilən şəxs özü könüllü olaraq aşkar olunjuş maddələrin və tərəzinin ona məxsus olmasını bildirmiş, bu barədə protolları imzalayaraq təsdiq etmiş və ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadələr vermişlər. Məhkəmədə elan edilərək tədqiq edilmiş «Şəxsi axtarış və götürmə aparılması haqqında» 17 noyabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan gödəkcənin sağ yan cibindən 3 ədəd üzərində «Kent» yazısı olan siqaret qutusu və əynində olan cins şalvarın sağ yan cibindən 1 ədəd elektron tərəzini təqdim etmiş, «Kent» yazısı olan siqaret qutusuna baxış keçirilən zamanı içərisində 1 ədəd sellofan bükümdə ağ rəngli, kristal şəkilli psixotrop maddə olan metamfetaminə bənzər kütlə, 2 ədəd sellofan bükümdə qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər kütlə müəyyən olunmuş, əynində olan cins şalvarının sol yan cibindən bir ədəd «Redmi» markalı mobil telefon aparatı aşkar edilmiş, bükümlər elektron tərəzi vasitəsi ilə çəkildikdə ağ rəngli kristal şəkilli kütlənin çəkisinin 31,11 qram, ikinci sellofan bükümdə olan kütlənin çəkisi 32,72 qram və üçüncü sellofan bükümdəki kütlənin çəkisi isə 19,46 qram olması müəyyən edilərək, üzərindən aşkar olunmuş narkotik vasitə və psixotrop maddəni İranlı «Baba» adlı şəxsdən 300 manat pul qarşılığında aldığını bildirmişdir. Məhkəmədə elan edilərək tədqiq edilmiş «Videoçəkilişə baxış keçirilməsi haqqında» 22 noyabr 2020-ci il tarixli protokoldan görünür ki, 17 noyabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs əynində olan gödəkcənin sağ yan cibindən 3 ədəd üzərində «Kent» yazısı olan siqaret qutusu və əynində olan cins şalvarın sağ yan cibindən 1 ədəd elektron tərəzini təqdim etmiş, «Kent» yazısı olan siqaret qutusuna baxış keçirilən zamanı içərisində 1 ədəd sellofan bükümdə ağ rəngli, kristal şəkilli psixotrop maddə olan metamfetaminə bənzər kütlə, 2 ədəd sellofan bükümdə qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər kütlə müəyyən olunmuş, əynində olan cins şalvarının sol yan cibindən bir ədəd «Redmi» markalı mobil telefon aparatı aşkar edilmiş, bükümlər elektron tərəzi vasitəsi ilə çəkildikdə ağ rəngli kristal şəkilli kütlənin çəkisinin 31,11 qram, ikinci sellofan bükümdə olan kütlənin çəkisi 32,72 qram və üçüncü sellofan bükümdəki kütlənin çəkisi isə 19,46 qram olması müəyyən edilərək, üzərindən aşkar olunmuş narkotik vasitə və psixotrop maddəni İranlı «Baba» adlı şəxsdən 300 manat pul qarşılığında aldığını bildirir. Məhkəmədə elan edilərək tədqiq edilmiş «Telefon danşıqları cədvəlinə baxış keçirilməsi haqqında» 14 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən 30.12.2020-ci il tarixli BKC/LGL-27887/20 nömrəli müşaiyət məktubu ilə daxil olmuş 1 ədəd CD diskdə olan telefon danışıqları cədvəlinə baxış keçirilərkən «SMS_Tarixçəsi__**********4951__5********.pdf»,«SMS_Tarixçəsi__ **********4957__5********.pdf»,«Zənglərin_Detallaşması__**********2412___5********.pdf»v ə«Zənglərin_Məxsusluq_Tarixçələri__**********2451___558795484_BKC.pdf» adlı fayllar açıldıqda aşağıda qeyd olunan SMS yazışmalar aşkar edilmişdir. Həmin yazışmaların mətninə görə ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-** saylı mobil mobil telefon nömrələrəi ilə aparılmaqla narkotik vasitənin satışı ilə bağlı aparılır. Yazışmalar mətni çap edilməklə siyahıda protokola əlavə edilmişdir. Məhkəmədə elan edilərək tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 6/2531 saylı 18 noyabr 2020-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilən üzərində «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №7» dairəvi möhür əksi olan «Şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı təqdim etdiyi…» sözləri, imzalar qeyd edilmişbir ədəd kağız paketdə qablaşdırılmış iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 32,720 qram olan tünd qəhvəyi və 19,460 qiram olan qəhvəyi rəngli, ümumi təmiz çəkisi 52,180 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər bir ədəd bükümdə təmiz çəkisi 31,110 qram olan ağ rəngli kristallik formada olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə – metamfetamindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddən»in siyahısına (Siyahı İ) daxildir. Bir ədəd elektron tərəzidə narkotik vasitə olan heroin izləri vardır. Heroin iş şəklində olduğu üçün çəkisini müəyyən etmək mümkün olmadı və Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş heroin ilə müqayisəli tədqiqat aparılması mümkün deyildir. Təqdim edilmiş iki ədəd bükümdə olan heroinlər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil etmir. Məhkəmədə elan edilərək tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 10 dekabr 2020-ci il tarixli 3424 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi nəticəsində narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs məhkəmədə vermiş olduğu ifadəsində narkotik vasitələrin satışı ilə məşğul olmaması, yalnız öz istifadəsi məqsədi ilə cəmi 4 qram əldə etməsi, digər maddələrin və tərəzinin ona məxsus olmaması, polis əməkdaşları tərəfindən evinə qoyulması barədə göstərdiyi xüsusatlar yuxarıda sadalanan sübutlarla müqayisəli qaydada yoxlanılarkən, müəyyən olunmuşdur ki, onun ifadəsi məhkəmədə dindirilmiş şahidlərin ifadələri, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizanın rəyləri, maddi sübutlar, «baxış keçirilməsi və əşyaların götürülməsi» haqqında protokol, «şəxsi axtarış və götürmə haqqında» protokolda göstərilənlərlə və özünün ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərilənlərlə tam təkzib olunmuşdur. Bu səbəbdən məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə tənqidi yanaşmaqla, işin faktiki halları ilə uzlaşmadığından həmin ifadəni inandırıcı qəbul etmir və cinayət məsuliyyətindən yayınmaq məqsədilə verilmiş ifadə kimi qiymətləndirir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış, yuxarıda sadalanan sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, həmin subutların məcmusuna qiymət verməklə, belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə, qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə etməsi, daşıması və özündə saxlaması tam sübut olunmuşdur. Onun həmin əməlləri Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilməli və ona həmin maddə ilə təqsirli bilinməklə cəza təyin edilməlidir. Məhkəmə təqsirlənsdirilən şəxs Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilməli olması barədə nəticəyə gələrkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04.03.2011-ci il tarixli Qərarında göstərilən tövsiyyələri də nəzərə almışdır. Adı şəkilən Qərarın 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Hazırki cinayət işi üzrə təqsirlənsdirilən şəxs Təqsirləndirilən şəxs əldə etmiş olduğu maddələrin həm narkotik vasitə heroindən, həm psixotrop maddə metamfetamindən ibarət olması, hər növdən olan maddələrin çəkisinin külli miqdarda olması, həmçinin ayrı-ayrı bükümlərdə olması, mobil telefondan sms vasitəsilə istehlakçılar ilə yazışmalar aparması, evindən narkotik və psixotrop maddələrin çəkilməsi üçün tərəzinin aşkar olunması, məhz onun tərəfindən qeyd olunan maddələri satış məqsədi ilə əldə edilməsini, saxlanmasını və daşınmasını təsdiq edir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcədə cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini müzakirə etmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulan cəzasını qeyri-rəsmi nigahda (kəbinlə) olan arvadının onkoloji xəstə olmasını, 2-ci qrup əlil olmasını, ilk dəfə cinayət törətməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işi üzrə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 17.11.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Bakı şəhəri Nizami rayon Məhkəməsinin 19.11.2020-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin başlanğıcı ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin cəza çəkməsinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 17.11.2020-ci tarixdən hesablanmalı, həmçinin barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 56.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CM-nin 93.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsində göstərilmişdir ki, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakı müəyyən edilmədiyindən, barəsində xüsusi müsadirə tətbiq edilməməlidir. Cinayət işi üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış – Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutları saxlama otağında saxlanılan 2 ədəd bükümdə ayrı-ayrılıqda 32,720 qram və 19,460 qram qram olan, ümumi təmiz çəkisi 52,100 qram olan narkotik vasitə heroin, 1 ədəd bükümdə təmiz çəkisi 31,060qram olan psixotrop maddə metamfetamin və bir ədəd elektron tərəzi məhv edilməlidir. İş üzrə məhkəmə xərcini təşkil edən ekspertiza xərci 65 manat (altmış beş) Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: X1, KOD 210005, VÖEN**********, Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22) ödənilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356-cı maddələrini rəhbər tutaraq Hökm etdi: Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 17 noyabr 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış – Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutları saxlama otağında saxlanılan 2 ədəd bükümdə ayrı-ayrılıqda 32,720 qram və 19,460 qram qram olan, ümumi təmiz çəkisi 52,100 qram olan narkotik vasitə heroin, 1 ədəd bükümdə təmiz çəkisi 31,060qram olan psixotrop maddə metamfetamin və bir ədəd elektron tərəzi məhv edilsin. İş üzrə məhkəmə xərcini təşkil edən ekspertiza xərci 65 manat (altmış beş) Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: X1, KOD 210005, VÖEN**********, Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22) ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Qəribov Hakimlər: Telman Hüseynov Əli Məmmədov Düzdür Hakim : Fikrət Qəribov
Məhkəmə qərarları › İş №1(101)-940/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-940/2021
20.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver