Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-940/2022 12.09.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Ağalarov Mahmud Muradxan oğlunun sədrliyi ilə, hakimlər Salmanov Rahib Vaqif oğlu və Hacıyev Siyavuş Həbib oğlundan ibarət tərkibdə, məsləhətçi Arifə Arif qızı Bağırovanın katibliyi ilə, dövlət ittihamçıları: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı, X13 və müdafiəçi: Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili X11 iştirakı ilə, xx xxx 2000-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Bakı şəhəri Xətai rayonu, General Şıxlinski küçəsi, ev 49, mənzil 45-də qeydiyyatda olmaqla, Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, L.Məmmədbəyli küçəsi, ev 1 A-da kirayədə yaşamış, Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: X12 istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq təmiz çəkisi 0,321 qram psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 27 iyul 2021-ci il tarixdə saat 23:30-da Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi 11 saylı poliklinikanın yaxınlığında saxlanılıb Sabunçu RPİ-in 13-cü PB-nə aparılıb xidməti otaqların birində üzərinə şəxsi axtarış keçirilən zaman əynində olmuş göy rəngli cins şalvarın sağ yan cibindən iki ədəd şəffaf sellofan bükümdə ayrıayrılıqda təmiz çəkisi 0,070 qram, 0,251 qram ümumi təmiz çəkisi 0,321 qram ağ kristalik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, təkrarən istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarında artıq miqdarda 0,423 qram narkotik vasitə heroin, 1,803 qram psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 2 sentyabr 2021-ci il tarixdə səhər saatlarında heroinin 0,243 qramını tanışı X5 ünvan 1 ünvanda 15 manata satmış, 2 sentyabr 2021-ci il tarixdə saat 10:30-da Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində X7 ünvan 1 ünvanın qarşısında saxlanılıb 13-cü PB-nə aparılaraq xidməti otaqların birində üzərinə şəxsi axtarış aparılan zaman ayağında olan idman ayaqqabısının içərisində bir ədəd siqaret qutusunun iç kağızına bükülmüş X6 istifadə etmək məqsədi ilə 2 sentyabr 2021-ci il tarixdə qanunsuz olaraq əldə etdiyi təmiz çəkisi 0,243 qram narkotik vasitə heroin aşkar edilib götürülmüş və E.Y.Mikayılovanın onda aşkar edilmiş psixotrop maddənin mənbəyinə dair verdiyi məlumata əsasında əməliyyat tədbirləri davam etdirilərək həmin tarixdə saat 11:50-də Sabunçu RPİ-in 13-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 3 ünvanın qarşısında saxlanılıb 13-cü PB-nə aparılıb xidməti otaqların birində üzərinə şəxsi axtarış keçirilən zaman əynində olmuş tünd göy rəngli idman şalvarının sağ yan cibindən səthində heroinin izləri olan bir ədəd elektron tərəzi, bir ədəd sarı rəngli kağız bükümdə təmiz çəkisi 0,180 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 1,803 qram ağ rəngli kristalik kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmsiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.4.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, tutulanadək «Eurohome» bazarında usta işləmiş, aylıq 900 manat maaş almışdır. Bir müddətdir ki, psixotrop maddə metamfetamindən istifadə edir. Metamfetamini sosial şəbəkələr vasitəsilə və ya Vahid adlı şəxsdən almışdır. Tutulmamışdan əvvəl sonuncudan Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən «Kapital Bank»-ın yaxınlığında 50 manata şəxsi istifadəsi üçün təxminən 0,5 qram metamfetamin alıb üzərində daşımışdır. 27 iyul 2021-ci il tarixdə saat 23:30-da Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən 11 saylı poliklinikanın yanından keçərkən polis əməkdaşları tərəfindən saxlanılıb Sabunçu RPİ-nin 13-cü PB-yə aparılmışdır. Orada təhqiqatçı tərəfindən üzərinə şəxsi axtarış keçirilərkən əynindəki göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd özünə məxsus «Honor» markalı mobil telefonu, sağ yan cibindən isə bir ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim etmişdir. Bükümün içərisində ayrı-ayrılıqda 2 ədəd bükümlər və içərisində psixotrop maddə metamfetamin olmuşdur. Buna görə barəsində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə cinayət işi başlanmış və polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Bundan sonra ibtidai istintaqın gedişi zamanı 2 sentyabr 2021-ci il tarixdə saat 11:50-də Sabunçu rayonu Bakıxanov qəsəbəsi, L.Məmmədbəyli küçəsi, ev 1C ünvanın qarşısında olarkən polis əməkdaşları tərəfindən saxlanılıb Sabunçu RPİ-nin 13-cü PB-yə aparılmışdır. Həmin vaxt üzərində narkotik vasitə və ya psixotrop maddə olmamışdır. Üzərinə şəxsi axtarış keçirilərkən saat və açar aşkar edilmişdir. Daha sonra qonşusu Elnarə adlı qadın da bölməyə gətirilmişdir. Sonuncu polis əməkdaşlarının təzyiqi altında ondan narkotik vasitə heroin aldığını bildirmişdir. Elnarənin dedikləri ilə razılaşmamışdır. Bu səbəbdən də polis əməkdaşları tərəfindən fiziki təzyiqə məruz qalmış və bundan əlavə polislər ona birlikdə yaşadığı qızın da bölməyə gətirələcəyini bildirmişlər. Çıxılmaz vəziyyətdə qalıb, polislərin dediyi ilə razılaşıb hər şeyi boynuna götürmüşdür. İttiham aktında göstərilənlərlə razı deyildir. Heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Özünü CM-in 234.1-ci maddəsi ilə təqsirli bilir. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Sabunçu RPİ-nin 13-cü PB-nin əməliyyat müvəkkilidir. Sabunçu rayonu Bakıxanov qəsəbəsi, L.Məmmədbəyli küçəsi ev 1A-da kirayədə yaşayan Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitə və psixotrop maddələrin əldə etməsi, saxlaması və qəbulu ilə bağlı məlumat əldə etmişdir. Məlumatla bağlı bölmə rəisinə müraciət etmiş və əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul olunmuşdur. Bundan sonra o və bölmənin digər əməliyyat müvəkkili Şahid1 ibarət əməliyyat qrupu yaradılmışdır. Keçirilmiş əməliyyat-axtanş tədbiri nəticəsində Təqsirləndirilən şəxs 27 iyul 2021-ci il tarixdə saat 23:30-da Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 11 saylı poliklinikanın yaxınlığında saxlanılaraq bölməyə gətirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd «Honor» markalı mobil telefonu, sağ yan cibindən isə bir ədəd şəffaf rəngli sellofan bükümü çıxarıb təqdim etmişdir. Taryel bükümün içərisində ayrı-ayrılıqda iki ədəd bükümlərin olduğunu, onların içərisində isə psixotrop maddə metamfetamin olduğunu, metamfetamini 50 manata şəxsi istifadəsi üçün Bakıxanov qəsəbəsində yerləşən «Kapital Bank»-ın yaxınlığından Vahid adlı şəxsdən aldığını bildirmişdir. Təhqiqatçı tərəfindən həmin bükümlərə baxış keçirildikdən sonra aşkar edilib götürülmüş psixotrop maddə metamfetamin müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Axtarış keçirilməsi barədə protokol tərtib olunmuş, protokolun doğruluğu onun, Şahid1 və Təqsirləndirilən şəxs imzaları ilə təsdiq edilmişdir. Təqsirləndirilən şəxs tərəflərindən saxlanılarkən və polis bölməsində olarkən heç bir fiziki və ya psixi təzyiqə məruz qalmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Şahid2lə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Sabunçu RPİ-nin 13-cü PB-nin əməliyyat müvəkkilidir. Bölməyə daxil olmuş məlumat əsasında 2 sentyabr 2021-ci il tarixdə tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinib saxlanılan X7 izahatında üzərindən aşkar edilib götürülmüş narkotik vasitə heroini şəxsi istifadəsi üçün 15 manata Təqsirləndirilən şəxs aldığını bildirmişdir. Sonuncunun şəxsiyyətini və olduğu yer müəyyən edildikdən sonra o, Sabunçu rayonu Bakıxanov qəsəbəsi, L.Məmmədbəyli küçəsi, 1C ünvanın qarşısında 2 sentyabr 2021-ci il tarixdə saxlanılmış və bölməyə aparılmışdır. Orada üzərinə şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli idman şalvarının sağ yan cibindən bir ədəd qara rəngli elektron tərəzini, bir ədəd siqaretin sarı rəngli kağızına bükülmüş bükümü və bir ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim edərək, sarı rəngli kağız bükümün içərisində narkotik vasitə heroin, şəffaf sellofan bükümdə isə psixotrop maddə metamfetamin olduğunu, həmin maddələri 2 gün əvvəl Bülbülə qəsəbəsində adını, anket məlumatlarını bilmədiyi şəxsdən bir qismini özü istifadə etmək, bir qismini isə satmaq məqsədi ilə 80 manata alıb üzərində saxlayıb daşıdığını, elektron tərəzini isə aldığı və satdığı narkotik vasitələrin çəkisini dəqiqləşdirmək məqsədi ilə üzərində gəzdirdiyini bildirmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs 2 sentyabr 2021-ci il tarixdə səhər saatlarında tanışı X5 üzərində olmuş narkotik vasitə heroindən bir qismini 15 manata satdığını etiraf etmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs aşkar olunmuş bükümlərə baxış keçirildikdən sonra həmin bükümlər qablaşdırılaraq götürülmüşdür. Axtarış keçirilməsinin nəticələri barədə protokol tərtib olunmuş, protokolun doğruluğu iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılarkən və polis bölməsində olduğu müddət ərzində heç bir fiziki və ya psixi təzyiq və təsirlərə məruz qalmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Şahid4 ifadəsinə oxşar ifadə verdi. İşin 27-28 və 48-49-cu vərəqlərindəki 2 sentyabr 2021-ci il tarixli şəxsin üzərində axtarış və götürmə aparılması haqqında və 3 sentyabr 2021-ci il tarixli DVD yaddaş daşıyıcısına baxış keçirilməsi haqqında protokollardan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmazdan əvvəl təhqiqatçı tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs Sabunçu RPİ-in 13-ci PB-nin əməkdaşlarının iştirakları ilə hüquq və vəzifələri izah olunmuş, daha sonra ona üzərində şəxsi axtarış aparılacağı bildirilmiş və üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşyaların olub-olmadığı soruşulmuş, müsbət təqdirdə təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olmuş tüng göy rəngli idman şalvarının sol yan cibindən bir ədəd mobil telefon, bir ədəd alışqan, sağ yan cibindən isə bir ədəd elektron tərəzi, bir ədəd sarı rəngli kağız bükümü və bir ədəd şəffaf sellofan bükümü çıxarıb masa üzərinə qoyaraq, sarı rəngli bükümün içərisində narkotik vasitə heroin, bir ədəd şəffaf sellofan bükümün içərisində isə psixotrop maddə metamfetamin olduğunu, heroin və metamfetamini iki gün öncə Bakı şəhəri Bülbülə qəsəbəsində adını və anket məlumatlarını bilmədiyi şəxsdən şəxsi istifadəsi və satışı üçün 80 manata alıb, üzərində saxlayıb daşıdığını, elektron tərəzini isə aldığı və satdığı narkotik vasitələ və psixotrop maddələrin çəkisini müəyyən etmək üçün üzərində gəzdirdiyini, aldığı heroinin bir qismini 2 sentyabr 2021-ci il tarixdə səhər saatlarında 15 manata tanışı X1 etiraf etmişdir. Təhqiqatçı tərəfindən həmin bükümlərə, elektron tərəziyə baxış keçirildikdən sonra aşkar edilib götürülmüş psixotrop maddə metamfetamin, narkotik vasitə heroin və elektron tərəzi müvafiq qaydada qablaşdırılaraq götürülmüş, daha sonra polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, üzərindən təqdim etdiyi maddələrdən başqa qanunla dövriyyəsi qadağan olunan hər hansı bir digər əşya və predmet aşkar edilməmişdir. İşin 100-101 və 122-ci vərəqlərindəki 28 iyul 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında və 28 iyul 2021-ci il tarixli DVD yaddaş daşıyıcısına baxış keçirilməsi haqqında protokollardan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmazdan öncə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu RPİ-in 13-cü PB-nin əməkdaşlarının iştirakları ilə hüquq və vəzifələri izah olunduqdan sonra, üzərində şəxsi axtarış keçiriləcəyi bildirildiyi və üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşyaların olub-olmadığı soruşulmuş, müsbət təqdirdə təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əynində olmuş göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd mobil telefonu, sağ yan cibindən isə bir ədəd şəffaf rəngli sellofan bükümü çıxarıb masa üzərinə qoyaraq bükümün içərisində ayrı-ayrılıqda 2 ədəd bükümlər, hər birinin içərisində psixotrop maddə metamfetamin olduğunu, metamfetamini 50 manata şəxsi istifadəsi üçün Bakıxanov qəsəbəsində yerləşən «Kapital Bank»-ın yaxınlığında «Vahid» adlı şəxsdən alıb üzərində saxlayıb daşıdığını bildirmişdir. Təhqiqatçı tərəfindən həmin bükümlərə baxış keçirildikdən sonra aşkar edilib götürülmüş psixotrop maddə metamfetamin müvafiq qaydada qablaşdırılaraq götürüldükdən sonra polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Üzərindən təqdim etdiyi maddələrdən başqa qanunla dövriyyəsi qadağan olunan hər hansı bir digər əşya və predmet aşkar edilməmişdir. İşdəki Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 1(008)-213/2022 saylı, 6 iyul 2022ci il tarixli hökmünün surətindən görünür ki, X7 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək, ona qəti olaraq 1 (bir) il 10 (on) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. E.Y.Mikayılova məhkəmədə ifadə verərkən əldə etdiyi 0,243 qram narkotik vasitə heroini 2 sentyabr 2022-ci il tarixdə səhər saatlarında yaşadığı ünvan 5 ünvanının yaxınlığında tanışı Taryel adlı şəxsdən 15 manata aldığını bildirmişdir. İşin 251-252 və 266-cı vərəqlərindəki 2 sentyabr 2021-ci il tarixli şəxsin üzərində axtarış və götürmə aparılması haqqında və 1 mart 2022-ci il tarixli DVD yaddaş daşıyıcısına baxış keçirilməsi haqqında protokollardan görünür ki, şübhəli şəxs X4 üzərinə şəxsi axtarış aparılmazdan öncə təhqiqatçı tərəfindən X9 RPİ-in 13-cü PB-nin əməkdaşlarının iştirakları ilə hüquq və vəzifələri izah olunmuş, üzərində şəxsi axtarış keçiriləcəyi bildirildiyi və üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşyaların olubolmadığı soruşulmuş, müsbət təqdirdə təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Elnarə Mikayılova sağ ayağına geyindiyi qırmızı rəngli idman ayaqqabısının içərisində siqaretin sarı rəngli kağızına bükülmüş halda 1 ədəd bükümü çıxarıb təqdim etmiş, bükümün içərisində narkotik vasitə heroin olduğunu, həmin heroini 2 sentyabr 2021-ci il tarixdə səhər saatlarında Taryel adlı tanışından 15 manata şəxsi istifadəsi üçün alıb üzərində saxlayıb daşıdığını bildirmişdir. Təhqiqatçı tərəfindən həmin bükümə baxış keçirildikdən sonra aşkar edilib götürülmüş narkotik vasitə heroin müvafiq qaydada qablaşdırılaraq götürüldükdən sonra polis əməkdaşları tərəfindən Elnarə Mikayılovanın üzərinə şəxsi axtarış keçirilmişdir. Üzərindən təqdim etdiyi maddələrdən başqa qanunla dövriyyəsi qadağan olunan hər hansı bir digər əşya və predmet aşkar edilməmişdir. Məhkəmə fiziki-kimyəvi ekspertizasının 28 iyul 2021-ci il tarixli 6/3134 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN Arayışlar üçün № 160» dairəvi möhür əksi olan, «Vət. Təqsirləndirilən şəxs aşkar edilmiş...» sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə iki ədəd bükümdə ayn-ayrılıqda təmiz çəkisi 0,070 qram, 0,251 qram ümumi təmiz çəkisi 0,321 qram olan ağ kristalik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri»-in siyahısına (Siyahı l) daxildir. (Qeyd: metamfetaminin təmiz çəkisi-0,321 qram, tədqiqata sərf edildi- 0,06 qram, qalıq-0,261 qram). Materialların məhkəmə ekspertizasının 3 sentyabr 2021-ci il tarixli 6/3840 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddə...» və s. yazılar olan zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 0,180 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 1 ədəd bükümdə təmiz çəkisi 1,803 qram ağ rəngli, kristalikşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Üzərində «Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş elektron tərəzi...» və s. yazılar olan zərfdəki 1 ədəd qara rəngli elektron tərəzinin səthində heroinin izləri müəyyən edildi. Tərəzinin səthində heroin iz şəklində olduğundan təmiz çəkisinin müəyyən edilməsi və eyniləşdirmə üzrə tədqiqatın aparılması mümkün olmadı. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (Siyahı İ), metamfetamin ((Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in siyahısına (Siyahı İ) daxildir. (Qeyd: heroinin təmiz çəkisi-0,180 qram, tədqiqata sərf edildi-0,04 qram, qalıq-0,140 qram. Metamfetaminin təmiz çəkisi-1,803 qram, tədqiqata sərf edildi-0,05 qram, qalıq-1,753 qram) Məhkəmə fiziki-kimyəvi ekspertizasının 28 dekabr 2021-ci il tarixli 6/5438 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi № 65» dairəvi möhür əksi olan, 6/3134.. 28 iyul 2021-ci il...» sözləri soyadlar, imzalar qeyd edilmiş və üzərində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi № 65» dairəvi möhür əksi olan, «6/3134.. 28 iyul 2021-ci il...» sözləri, soyadlar və imzalar qeyd edilmiş kağız paketlərdə olan, bir ədəd bükümdə təmiz çəkisi 1,753 qram olan metamfetaminin ilə digər iki ədəd bükümdə ümumi təmiz çəkisi 0,261 qram olan metamfetamin xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynilik təşkil edir. Heroin bir ədəd bükümdə olduğundan müqayisəli tədqiqatın aparılması mümkün deyildir. (Qeyd: metamfetaminin təmiz çəkisi- 1,753, tədqiqata sərf edildi-0,02, qalıq-1,733 qram. Metamfetaminin təmiz çəkisi-0,261, tədqiqata sərf edildi-0,04, qalıq-0,221 qram) Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 6 oktyabr 2021-ci il tarixli 3803 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Ambulator məhkəmə-psixiatrik ekspertizasının 11 mart 2022-ci il tarixli 621 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir, onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır, məcburi müalicəyə ehtiyacı yoxdur. Hazırki psixi vəziyyəti onunla istintaq hərəkətləri aparılmasına imkan verir. İşin 220-221-ci vərəqlərindəki Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X2 25 fevral 2022-ci il tarixli 1/309 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs ilk dəfə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon idarəsinin göndərişlərinə əsasən 15 mart 2019-cu il tarixdən 18 mart 2019-cu il tarixədək «Halhazırda psixi xəstəlik əlamətləri aşkar olunmur. Yüngül istero-nevrotik reaksiyalara meyillidir», 8 iyul 2019-cu il tarixdən 10 iyul 2019-cu il tarixinədək «Yüngül ifadəli dissosiativ-konversion pozuntusu, anamnezində təkralanan özünü kəsmələr», 13 may 2020-ci il tarixdən 15 may 2020-ci il tarixinədək «Yüngül ifadəli dissosiativ-konversion pozuntusu, anamnezində səthi özünü kəsmələr» və 19 fevral 2021-ci il tarixdə «Mülayim ifadəli dissosiativ-konversion pozuntusu, anamnezində səthi özünü kəsmələr» diaqnozu ilə Bakı şəhəri 2 nömrəli X3 stasionar müayinədə olmuşdur. İşin 241-ci vərəqindəki Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Psixiatriya Xəstəxanası» X16 1 mart 2022-ci il tarixli 1592 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə qeyd olunan xəstəxanada müalicədə olmayıb. İşin 190-191-ci vərəqlərindəki Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin 305-315 və 337-ci vərəqlərindəki «Sübutların qiymətləndirilməsi haqqında» qərar və raportdan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, təmiz çəkisi 0,321 qram və 1,803 qram psixotrop maddə metamfetamin, 0,180 qram narkotik vasitə heroin və 1 ədəd elektron tərəzi, habelə şəxsi axtarış və götürmə aparılarkən qeydə alınmış və yaddaş daşıyıcısına köçürülmüş, özündə videgörüntüləri əks etdirən 3 ədəd DVD iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatlarından sonra qalıq-1,733 qram və 0,221 qram psixotrop maddə metamfetamin və 0,140 qram narkotik vasitə heroin və 1 ədəd elektron tərəzi saxlanılması üçün Sabunçu RPİ-nin saxlancına təhvil verilmiş, disklər isə cinayət işinin materiallarına əlavə olunmuşdur. İşin 15-ci vərəqindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs 27 iyul 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşin 148-149-cu vərəqlərindəki qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 29 iyul 2021-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İşin 15-ci vərəqindəki şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 2 sentyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək nəticəyə gəlir ki, X8 Azərbaycan Respublikası CM-nin 234.4.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin təqsirini təkzib edə biləcək hal müəyyən olunmadı. Təqsirləndirilən şəxs X12 məhkəmə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bildi. Onun bu ifadəsi ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə verdiyi etirafedici ifadəsi, məhkəmədə dindirilmiş şahid ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, cinayət işi materiallarına əlavə edilmiş protokollar və işin digər faktiki halları ilə təkzib olunduğundan məhkəmə ifadəsinə tənqidi yanaşır. Yuxarıda sadalanan və bir-birini tamamlayan sübutları isə mötəbər sübutlar hesab edir. Məhkəmə, təqsirləndirilən şəxs X8 əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun əməli Azərbaycan Respublikası CM-nin 234.4.2-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinməli və ona cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxs X10 cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs X8 Azərbaycan Respublikası CM-nin 59 və 61-ci maddələrində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs X12 Azərbaycan Respublikası CM-nin 234.4.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinməli, ona həmin maddə ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 2 sentyabr 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, CM-nin 93.1.2-ci maddəsinə əsasən ona narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddianın olmadığı nəzərə alınmalıdır. Maddi sübutlar: Sabunçu RPİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, təmiz çəkisi 0,321 qram və 1,803 qram psixotrop maddə metamfetamin, 0,180 qram narkotik vasitə heroinin ekspertiza tədqiqatlarından sonra qalıq - 1,733 qram və 0,221 qram psixotrop maddə metamfetamin, 0,140 qram narkotik vasitə heroin və 1 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, şəxsi axtarış və götürmə aparılarkən qeydə alınmış videogörüntüləri özündə əks etdirən 3 ədəd DVD isə iş materiallarında saxlanılmalıdır. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 239 (iki yüz otuz doqquz) manat 90 (doxsan) qəpik pul X6 dövlət nəfinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. X12 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 2 sentyabr 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. X10 narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. Maddi sübut kimi tanınaraq Sabunçu RPİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, təmiz çəkisi 0,321 qram və 1,803 qram psixotrop maddə metamfetamin, 0,180 qram narkotik vasitə heroinin ekspertiza tədqiqatlarından sonra qalıq - 1,733 qram və 0,221 qram psixotrop maddə metamfetamin, 0,140 qram narkotik vasitə heroin və 1 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, şəxsi axtarış və götürmə aparılarkən qeydə alınmış videogörüntüləri özündə əks etdirən 3 ədəd DVD isə iş materiallarında saxlanılsın. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 239 (iki yüz otuz doqquz) manat 90 (doxsan) qəpik X6 dövlət nəfinə tutulsun. Hökmdən elan olunduğu (məhkuma isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-940/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-940/2022
12.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver