Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-940/2023 31.10.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), X3 və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxxx 1976-cı il tarixdə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatında olmaqla faktiki olaraq ünvan 2 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib üzərində saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq şəxsiyyəti istintaqa məlum olmayan mənbədən naməlum şəraitdə və vaxtda satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 5 ədəd sellofan bükümlərin içərisində ümumi təmiz çəkisi 11,251 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, onun qanunsuz olaraq narkotik vasitələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələri əldə edərək üzərində saxlamaqla daşıması barədə daxil olmuş məlumat əsasında Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində 16 noyabr 2022-ci il tarixdə saat 16:30 radələrində ünvan 3 ünvanın qarşısında şübhəli şəxs qismində saxlanılaraq ünvan 4 ünvanda yerləşən Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən 5 ədəd şəffaf rəngli sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,365 qram, 0,392 qram, 0,345 qram, 0,374 qram, 9,775 qram olmaqla, ümumi təmiz çəkisi 11,251 qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin və əynindəki göy rəngli cins şalvarının sol yan cibindən 1 ədəd üzərində narkotik vasitə heroinin izləri olan gümüşü rəngli elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanın qarşısında olarkən polis əməkdaşları onu Nizami RPl-nin 25-ci PŞ-nə aparmışlar. Onun üzərində cəmi 2 qram heroin olmuşdur. Üzərində elektron tərəzi və 11 qram heroin olmamışdır. Ona həmin polis şöbəsində demişlər ki, şəxsi axtarış zamanı elektron tərəzi barədə məhkəmədə sual verdikdə, narkotik vasitə alan zaman çəkidə onu aldatmamaları üçün istifadə etdiyini bildirsin. Onun görmə qabiliyyəti zəif olduğu üçün sənədlərdə nə yazıldığını bilməmişdir. Narkotik vasitəni ortaq dostları vasitəsilə tanış olduğu şəxsdən almış, həmin şəxs narkotik vasitəni müəyyən əraziyə qoyduqdan sonra həmin ərazinin şəklini çəkib ona göndərmişdir. Narkotik vasitə satan şəxs onun mobil telefonuna ərazinin fotoşəklini göndərmiş, o da yaxınlarından həmin ərazini ona izah etmələrini xahiş etmişdir. 2 qram heroini 25 manata İran vətəndaşından almış və 25 manatı həmin şəxsin bank hesabına göndərmişdir. Onu 4-5 nəfər polis əməkdaşı saxlamışdır. Onu polis şöbəsinə gətirdikdən 2 saat sonra müdafiəçi gəlmişdir. Şəxsi axtarışda onu saxlayan şəxslər iştirak etmişdir. Şəxsi axtarış zamanı narkotik vasitəni polis əməkdaşı onun cibindən çıxartmışdır. Üzərində narkotik vasitədən başqa mobil telefon və pul olmuşdur. Müdafiəçisi şəxsi axtarış keçirildikdən sonra gəlmişdir. Ona şöbədə narkotik vasitənin 2 və ya 3 qram olmasının fərqi olmadığını demişlər. Polis əməkdaşlarına gözünün zəif olduğunu demişdir. 5 faiz gördüyü üçün eynəkdən istifadə edə bilmir. Şəkər xəstəliyindən əziyyət çəkir, ayaq barmaqlarının bir hissəsini kəsmişlər. Prokurorluq əməkdaşı tərəfindən izahatı alınmamışdır. Xəsarətlərilə bağlı aparılmış araşdırmanın nəticəsində qərarın surətini ona verməmiş və ona elan da etməmişlər. Üzərində 4 büküm yox, 1 büküm narkotik vasitə olmuşdur. Ona ibtidai istintaq zamanı fiziki və psixoloji təzyiq olmamışdır. Cinayət işinin materiallarında olan imzalar ona məxsus deyildir. Smartfon tipli mobil telefondan istifadə etmişdir. Mobil telefondan istifadə edərkən uşaqları da kömək etmişdir. Tutulmazdan əvvəl ***-***-**-** saylı mobil nömrədən istifadə etmişdir. Onu yaşadığı binada olan liftin qarşısında saxlayıb dərhal evə daxil olaraq evdə axtarış keçirmişlər. Üzərində 1 bükümdə təxminən 2 qram narkotik vasitə olmuşdur. Yaşadığı evdə narkotik vasitə olmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, bir neçə ilə yaxındır ki, narkotik vasitə olan heroini qəbul edir. 2022-ci ilin noyabr ayının əvvəllərində internet vasitəsi ilə tanış olduğu İran İslam Respublikasının vətəndaşı olan tanımadığı şəxslə əlaqə saxlayaraq əvvəlcədən aralarında olan razılığa əsasən axşam saatlarında ünvan 7 ünvanın yaxınlığında “Köşk”-ün yanından 5 ədəd sellofan bükümdə 11 qramdan bir qədər artıq narkotik vasitə heroini götürüb həmin şəxsin hal-hazırda yadında qalmayan hesab nömrəsinə 25 manat pul göndərmiş, narkotik vasitələri isə üzərində, yəni şalvarının cibində saxlamışdır ki, sonra inyeksiya yolu ilə qəbul etsin. 16 noyabr 2022-ci il tarixdə saat 16:30 radələrində yaşadığı ünvan 3 ünvanın qarşısında olarkən 3 nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək polis işçiləri olduqlarını bildirib onu Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nə dəvət etmişlər. Orada xidməti otaqların birində öncədən ona hüquq və vəzifələri izah edilməklə videoçəkiliş aparılacağı bildirilərək təklif edilmişdir ki, üstündə hər hansı qeyri-qanuni əşya varsa, onları təqdim etsin. Təklifə əsasən o, üzərində saxladığı, yəni göy rəngli cins şalvarının sağ yan cibindən 5 ədəd sellofan bükümündə olan narkotik vasitə heroini, şalvarının sol yan cibindən “Samsung” markalı mobil telefon aparatını və 1 ədəd elektron tərəzini çıxarıb təqdim etmişdir. Sorğu zamanı bildirmişdir ki, təqdim etdiyi 5 ədəd sellofan bükümlərdəki kütlə heroindir, onu Bakı şəhəri, Nizami rayonu ərazisində ünvanını və anket məlumatlarını bilmədiyi İran İslam Respublikasının vətəndaşı olan şəxsin vasitəsilə özü üçün istifadə etməkdən ötrü almışdır. Bundan sonra ondan götürülmüş narkotik vasitə heroin bükümləri, həmçinin elektron tərəzi ayrı-ayrı 2 ədəd zərfdə qablaşdırılaraq Azərbaycan Respublikası DİN-in 165 saylı möhürü ilə möhürlənmiş və bu barədə müvafiq protokol tərtib edilmişdir (cild 1, iş vərəqə 68-70). Həmin ifadənin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı törətdiyi cinayət əməlini qismən etiraf etmiş və işin faktiki hallarına uyğun ifadə vermişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi iş materiallarına və işin faktiki hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi qismən etirafedici ifadəsini mötəbər hesab edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 Zakir oğlu ifadəsində göstərmişdir ki, Nizami RPİ-nin 25-ci PŞ-nə Bakı şəhəri, Nizami rayonu ərazisində yaşayan “Firdovsi” adlı şəxsin mütəmadi olaraq narkotik vasitələrin satışı, saxlanması və üzərində daşıması barədə əməliyyat yolu ilə əldə olunmuş məlumatı yoxlamaq məqsədi ilə ondan, PŞ-nin baş əməliyyat müvəkkili Şahid1 və əməliyyat müvəkkili Şahid3 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Bundan sonra keçirilmiş tədbirlər nəticəsində ünvan 3 ünvanın qarşısında zahiri əlamətləri “Firdovsi” adlı şəxsin əlamətləri ilə üst-üstə düşən, sonradan tanıdığı Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edərək onu Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nə dəvət etmişlər. Sonra da polis şöbəsində xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş aparılmaqla baxış keçirməzdən əvvəl ona təklif edilmişdir ki, üstündə hər hansı qeyri-qanuni əşya varsa təqdim etsin. Həmin təklifdən sonra Təqsirləndirilən şəxs könüllü olaraq üzərində olan narkotik vasitəni təqdim etmişdir. Narkotik vasitələrin neçə büküm olmasını xatırlamasa da, bir bükümdən çox olduğunu xatırlayır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı binanın qarşısında Şahid1 və Şahid3 ilə birlikdə saxlamışlar. Nizami RPİ-nin 25-ci PŞ-də xidməti otaqlarında birində Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir fiziki və psixi təsir göstərilməmişdir. Təqsirləndirilən şəxs hansı saatda saxladıqlarını xatırlamır. Təqsirləndirilən şəxs saxlanılması barədə əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs saxladıqdan sonra Nizami RPİ-nin 25-ci PŞ-nə gətirmişlər. Təqsirləndirilən şəxs yaşadığı evdə axtarış keçirilib-keçirilməməsini bilmir. Təqsirləndirilən şəxs üzərindən narkotik vasitəyə bənzər maddə aşkar edilmişdir. Şahid1 Təqsirləndirilən şəxs evində axtarış keçirilməsi ilə əlaqədar olaraq verdiyi ifadəsi ilə bağlı bildirmişdir ki, hazırkı cinayət işini digər oxşar cinayət işi ilə səhv salmışdır. Təqsirləndirilən şəxs evində keçirilən axtarışda iştirak etməmişdir. Əməliyyat məlumatında “Fedya” adlı şəxsin adı qeyd edilmiş, lakin raportun məzmunu haqqında məlumatlı olmamışdır. Təqsirləndirilən şəxs hara getdiyini və kimin yanına getdiyini bilmişdirlər. Təqsirləndirilən şəxsə qarşı heç bir fiziki və psixi təsir göstərilməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 və Şahid3 Şahid2 Zakir oğlunun ifadəsinə uyğun oxşar məzmunlu ifadələr vermişlər. Cinayət işinin materiallarında olan “şəxsi axtarış və götürmə aparılması haqqında” 16 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, videoçəkiliş aparılmaqla şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs ona edilmiş təklifə əsasən əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən 5 ədəd şəffaf rəngli sellofan bükümdə olan narkotik vasitə heroini, həmin şalvarın sol yan cibindən 1 ədəd elektron tərəzini və 1 ədəd “Samsung” markalı mobil telefon aparatını çıxarıb təqdim edir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərdə narkotik vasitə heroinin olmasını, özü üçün istifadə etməkdən ötrü 2022-ci ilin noyabr ayının əvvəllərində İran İslam Respublikasının vətəndaşı olan tanımadığı şəxsdən sonuncunun yadında qalmayan hesabına 25 manat pul ödəməklə aldığını bildirmişdir (cild 1, iş vərəqə 31-32). Cinayət işinin materiallarında olan “diskdə olan videogörüntüyə baxış keçirilməsi haqqında” 18 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı, yəni 16 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs ona edilmiş təklifə əsasən əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən saxladığı 5 ədəd şəffaf rəngli sellofan bükümlərdə olan narkotik vasitə hesab edilən heroini, həmin şalvarın sol yan cibindən 1 ədəd gümüşü rəngli elektron tərəzini və 1 ədəd “Samsung” markalı mobil telefon aparatını çıxardaraq təqdim etməsi, sorğu zamanı təqdim etdiyi 5 ədəd bükümün içərisində narkotik vasitə heroin olmasını, həmin heroin bükümləri özü üçün istifadə etməkdən ötrü 2022-ci ilin noyabr ayının əvvəllərində İran İslam Respublikasının vətəndaşı olan tanımadığı şəxsdən sonuncunun yadında qalmayan hesabına 25 manat pul ödəməklə almasını bildirməsi müşahidə olunur. Əlavə olaraq təqsirləndirilən şəxs bildirmişdir ki, həmin görüntüdə olan narkotik vasitənin aşkar edildiyi şəxs özü, yəni Təqsirləndirilən şəxsdur (cild 1, iş vərəqə 71). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 17 noyabr 2022-ci il tarixli 6/6601 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş zərfin içərisində 5 ədəd ayrı-ayrılıqda təmiz çəkiləri 0,365 qram, 0,392 qram, 0,345 qram, 0,374 qram, 9,775 qram, ümumi təmiz çəkisi 11,251 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş zərfin içərisində olan 1 ədəd gümüşü rəngli elektron tərəzinin üzərində narkotik vasitə heroinə məxsus izlər vardır, iz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmamışdır. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı - l) daxildir (Qeyd: heroinin ümumi təmiz çəkisi 11,251 qram, cəmi tədqiqata sərf edildi 0,25 qram, qalıq 11,001 qram, cild 1, iş vərəqə 42-46). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 28 dekabr 2022-ci il tarixli 6/7118 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş zərfin içərisindəki 4 ədəd bükümdə ayrı-ayrılıqda qalıq təmiz çəkisi 0,315 qram, 0,342 qram, 0,295 qram, 0,324 qram olan heroinlər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidir, 1 ədəd bükümdə qalıq təmiz çəkisi 9,725 qram olan heroin digər bükümlərdə olan heroinlərlə xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə fərqlidir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı - l) daxildir (Qeyd: heroinin ümumi təmiz çəkisi 11,001 qram, cəmi tədqiqata sərf edildi 0,15 qram, qalıq 10,851 qram, cild 1, iş vərəqə 125-128). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsi Ambulator X1 5 yanvar 2023-cü il tarixli 20 nömrəli rəyindən məlum olur ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür (cild 1, iş vərəqə 129-130). Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət işinin materiallarında olan “sübutların qiymətləndirilməsi və cinayət təqibinin başlanmasının rədd edilməsi haqqında” 6 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 1 ədəd zərfdəki 5 ədəd bükümdə ümumi təmiz çəkisi 11,251 qram, tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 10,851 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1 ədəd üzərində narkotik vasitə heroinin izləri olan elektron tərəzi və 1 ədəd “DVD” disk maddi sübut kimi tanınmış, 5 ədəd bükümdə olan narkotik vasitə heroin və 1 ədəd elektron tərəzi saxlanılması üçün Bakı şəhəri Nizami RPİ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilmişdir (cild 1, iş vərəqə 131-138). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 22 iyul 2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər rayon məhkəməsinin 19 iyul 2012-ci il tarixli qərarı ilə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 8 (səkkiz) ay hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmuşdur (cild 1, iş vərəqə 109-110). Təqsirləndirilən şəxs törətdiyi əvvəlki cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinin tələbinə görə “az ağır” cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinin tələbinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən 2 il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinin tələbinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Təqsirləndirilən şəxs hazırkı cinayəti törətdiyi əvvəlki cinayətə görə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 8 (səkkiz) ay hissəsindən şərti olaraq vaxtından əvvəl azad edildikdən 11 il keçdikdən sonra törətdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3 və 83.4-cü maddələrinin tələblərinə əsasən onun məhkumluğu ödənilmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. O, həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 16 noyabr 2022-ci il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 20). Cinayət işinin materiallarında olan Bakı şəhəri Nizami rayon məhkəməsinin 18 noyabr 2022-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 16 noyabr 2022-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 82-84). Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 16 noyabr 2022-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 110 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Nizami RPİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və tədqiqatdan sonra qalıq çəkisi 10,851 qam təşkil edən narkotik vasitə heroin və 1 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, -1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 16 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 110 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Nizami RPİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və tədqiqatdan sonra qalıq çəkisi 10,851 qam təşkil edən narkotik vasitə heroin və 1 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, -1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-940/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-940/2023
31.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver