Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-940/2024 19.03.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Əsgərova-X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: «Xəzər Konsoltinq» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə açıq məhkəmə iclasında xx xxx 1979-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, 2004 və 2008-ci il təvəllüdlü uşaqları olan, məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3, 237.2.1 və 237.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlamaqla daşımış və qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etmişdir. Belə ki, Təqsirləndirilən şəxs qohumu Şahid1 ilə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşınması, habelə tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etmək barədə razılığa gəlib cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, aralarında olan razılaşmaya əsasən cinayətkar niyyətlərinin həyata keçirilməsi üçün onun təşkilatçılığı ilə Şahid1 anası cinayətdən xəbəri olmayan Şahid4 adına AN-l ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaq məqsədi ilə aldığı Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 95 saylı bağ evinin həyətyanı sahəsində hazırlatdırdığı istixanada istintaqa məlum olmayan vaxtda və mənbədən əldə etdiyi toxumlardan istifadə etməklə əkilib becərilməsi qadağan olunmuş 8853 ədəd külli miqdarda narkotik tərkibli çətənə (kannabis) bitkilərini əkib yetişdirməklə onlara aqrotexniki qaydada qulluq göstərib 13 aprel 2022-ci il tarixədək kultivasiya etmiş, həmçinin istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi 7264,264 qram külli miqdarda narkotik vasitə qurudulmuş marixuananın 7020 qram olan hissəsini qeyd olunan bağ evinə qədər daşıyaraq orada qonaq otağında yerləşən stolun üzərindəki ağ rəngli plastik qabda saxlamış, həmin narkotik vasitənin 244,264 qram təşkil edən digər hissəsini isə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Mehdiabad yolunun yaxınlığındakı yaşadığı evə daşımaqla ayrı-ayrılıqda təmiz çəkiləri 6,120 qram, 45 qram, 45 qram, 135 qram 04 ədəd şəffaf sellofan torbalara, ayrı-ayrılıqda təmiz çəkiləri 3,984 qram, 4,162 qram və 4,998 qramını 03 ədəd kibrit qutularına qablaşdırıb «NEWYORKER» yazısı olan qara rəngli sellofan torbaya yığmaqla 13 aprel 2022-ci il tarixdə həmin ünvanda Şahid1 verərək istintaqa məlum olmayan alıcıya çatdırmağı tapşırmış, həmin gün saat 14:15 radələrində Şahid1 Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Qaçqın şəhərciyi 810 saylı binanın yaxınlığında özünü şübhəli apardığından qeyd olunan ünvanda xidmət aparan Bakı şəhəri Sabunçu RPİ-nin 14-cü PBnin əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinin inzibati binasına gətirilmiş, bölmədə videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış və götürmə aparılarkən əlində saxladığı üzərində «NEWYORKER» yazısı olan qara rəngli sellofan torbanın içərisindən 04 ədəd şəffaf sellofan torbalarda ayrı-ayrılıqda təmiz çəkiləri 6,120 qram, 45 qram, 45 qram, 135 qram, 03 ədəd kibrit qutularında ayrı-ayrılıqda təmiz çəkiləri 3,984 qram, 4,162 qram və 4,998 qram, ümumi təmiz çəkisi 244,264 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, habelə polis bölməsində Şahid1 ətrafında keçirilmiş əməliyyat tədbiri nəticəsində əldə edilmiş məlumat əsasında yuxarıda qeyd edilən Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 95 saylı bağ evində keçirilmiş axtarış, baxış və götürmə zamanı evin qonaq otağında yerləşən stolun üzərindəki ağ rəngli plastik qabda təmiz çəkisi 7020 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış tərkibinə görə üzərindən aşkar edilənlərlə eynilik təşkil edən külli miqdarda narkotik vasitə qurudulmuş marixuana və həyətyanı sahəsində olan istixanadan isə əkilib yetişdirilərək kultivasiya edilmiş, əkilib-becərilməsi qadağan olunmuş yaş vəziyyətdə ümumi təmiz çəkisi 7105 qram olmaqla 8853 ədəd külli miqdarda narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində ailəsi ilə birlikdə yaşayır, iki övladı var. Oğlu universitet tələbəsi, qızı isə orta məktəb şagirdidir. Şahid1 qardaşı qızının qaynı kimi 3 il olar ki, tanıyır, onunla münasibətləri normal olmuşdur. Şahid1 anasının adına torpaq sahəsi alanda ondan 3.000 manat borc almış, həmin pulu sonra ona qaytarmışdır. Elnurun aldığı həyətyanı sahəsində olmuş, təzə-təzə orada istixana olmamış, sonra Elnur orada istixana da tikmişdir. Hətta o, Elnura istixana tikmək üçün boru satmışdır. Həmin həyətdə cəmi 2-3 dəfə olsa da Elnurun orada çətənə kollarını əkib-becərdiyini görməmiş və bilməmişdir. Elnurun marixuana satışı ilə məşğul olmasından da xəbəri olmamışdır. Onun bu işlərində iştirak etməmişdir. Elnur həyətyanı sahəsində qanunsuz narkotik tərkibli çətənə kolları əkibbecərməsi və narkotik vasitəsi olan marixuana hazırlamasına görə tutulduqda polislər onu da Sabunçu RPİ-nin 14-cü PB-nə dəvət etmişlər, orada Şahid1 ifadəsində onun onun işlərindən xəbəri olmadığını bildirmiş, bundan sonra polis əməkdaşları onun özünü Maştağa qəsəbəsində olan həyətyanı sahəsinə baxış keçirib orada çətənə kollarının olmadığına əmin olduqdan sonra onu buraxmışlar. Bundan 3 ay sonra polislər gəlib onu evindən bölməyə aparmışlar. Məlum olmuşdur ki, Şahid1 sonrakı ifadəsində onun da adını hallandırmışdır. Elnurun ifadəsi əsasında həbs olunmuş, bununla razı deyildir, onu Elnurun həyətyanı sahəsində qanunsuz olaraq çətənə kolları əkib-becərməsindən xəbəri olmamış, Elnurun evində marixuana saxlamasından və kiməsə satmasından xəbəri olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ərinin qohumu kimi tanıyır, onunla yaxın münasibətləri olmamışdır. Əri Şahid1 cinayətlərə Təqsirləndirilən şəxs təhrik etmişdir. Məhz Təqsirləndirilən şəxs rəhbərliyi ilə Maştağa qəsəbəsində olan qaynanası Xatirənin adına olan torpaq sahəsində çətənə kollarını Cabirlə əri Elnur əkib-becərmiş, həmin kollardan yığdıqları yarpaqlardan qurutmaqla marixuana hazırlayaraq satmışlar. Elə həmin həyətyanı sahəsini əri ilə Cabir birgə pul qoyub əldə etmişlər, orada istixana düzəltmişlər. Əri tutulduqdan sonra o, Təqsirləndirilən şəxs şikayət etmiş və Cabirin tutulmasına nail olmuşdur. Cabir bir neçə dəfə onların evində qonaq olmuş, onu və onun ailəsini yaxşı tanıyır. Məhkəmə iclasında dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, sonuncu onun qardaşı Zaur Babayevin qayınatası Şahin Quliyevin kiçik qardaşıdır. Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, yeni yaşayış massivində yerləşən həyətyanı sahəsini 30.000 manatdan çox pul ödəyərək onun anası Şahid4 adına sənədləşdirmiş, yaşayış olmayan bağ evinin həyətyanı sahəsində Təqsirləndirilən şəxs öz vəsaiti hesabına istixana quraşdırmış, quraşdırdığı istixanada narkotik vasitə marixuana əkib becərmiş,o isə həmin istixanada fəhləlik etmiş, həmin bitkilərə qulluq etmiş, Təqsirləndirilən şəxslə birlikdə həmin bitkilərin yarpaqlarını yığıb qurudulmasında iştirak etmiş və Cabirin tapşırığı ilə artıq qurudulmuş marixuananı kənar şəxslərə satıb pulunu Cabirə vermiş, Cabir də həmin marixuananın satışından əldə edilən puldan ona da vermişdir. 13 aprel 2022-ci il tarixdə o, polis əməkdaşları tərəfindən tutulmuş, lakin Cabirin adını polisə verməmiş, bütün məsuliyyəti öz üzərinə götürmüşdür. Həyat yoldaşı Şahid5 onun Cabirin günahlarına görə tutulması ilə razılaşmamış, Cabirdən şikayətlər etmiş, nəticədə Cabir də tutulmuşdur. Cabirin barəsində verdiyi ifadəsi həqiqətə uyğun olmaqla düzgündür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanımır. Xatirə adlı qadından 2022-ci ilin aprel ayının ortalarında Pirşağı qəsəbəsində dəmir yolunun yaxınlığında torpaq sahəsi almışdır. Alqı-satqını notariusda rəsmiləşdirmiş, həmin sahəni 25000 manata əldə etmiş, notariusda Xatirənin yanında 2 nəfər kişi olmuş, lakin onlardan birinin Təqsirləndirilən şəxs və yaxud da digər şəxs olmasını xatırlaya bilmir. İbtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, həmin sahəni almamışdan əvvəl bacısı X4 ilə birlikdə torpaq sahəsinə baxmağa getmiş, orada onu 40-45 yaşlı bir şəxs qarşılamış və ona həmin bağ evini göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanımır, Şahid6 onun anasıdır. Anası internet vasitəsi ilə Pirşağı qəsəbəsində torpaq sahəsinin satışını bilərək sahənin sahibi Xatirə adlı qadınla əlaqə saxlayaraq torpağa baxıb bəyənmiş, bundan sonra Xatirə ilə notariusa gedib alqı-satqı etmişlər. Həmin sahədə istixana olmuş, heç bir bitki olmamış, hal-hazırda həmin sahədə o, anası ilə göyərti və tərəvəz əkib becərirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Sabunçu RPİ-nin 14-cü PB-də baş əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs axtarışda olan şəxs kimi saxlanılmasında və istintaqa təqdim edilməsində iştirak etmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməl ilə əlaqədar artıq məhkum olunmuş Şahid1 saxlanılmasında iştirak etmiş, sonuncunun təqdim etdiyi Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən həyətə baxışda iştirak etmiş, orada istixanada çox sayda narkotik tərkibli çətənə bitkilərini aşkar edərək onları toplayıb torbalara qablaşdırmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, sonuncu onun qudasının qardaşıdır. Şahid1 isə onun oğludur. Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində pulunu ödəməklə torpaq sahəsi almış, lakin həmin torpağı onun adına sənədləşdirmişdir. Həmin sahədə o olmamış, oğlu Şahid1 Təqsirləndirilən şəxslə əlaqəyə girib həmin həyətdə qanunsuz olaraq çətənə bitkilərinin əkib-becərməsindən xəbəri yoxdur. Bildiyi qədər oğlu həmin həyətdə fəhlə işləyərək Cabirin tapşırıqlarını yerinə yetirmişdir. Bunların hamısını oğlu tutulduqdan sonra polisdə bilmişdir. Həmçinin Elnur tutulduqdan sonra Cabir onunla əlaqə saxlayaraq bildirmişdir ki, Elnurun işinə kömək üçün, həmçinin həbsxanada olduğu müddətdə onun ailə üşağına yardım etmək üçün adına sənədləşdirldiyi bağ evini satmaq qərarına gəlmişdir. O da Cabirə etiraz etməmiş, 23 aprel 2022-ci il tarixdə Cabirin qardaşı Şahin onun yaşadığı evə gəlmiş və onunla birlikdə Heydər Əliyev prospektində Koroğlu metrostansiyasının yaxınlığında yerləşən ASAN xidmətin binasındakı notariat kontoruna getmişlər. Orada qarşı tərəfdən iki qadın bir kişi gəlmiş, onların bağ evini aldıqlarını başa düşmüşdür. Lakin, o, həmin şəxslərlə heç nə barədə danışmamışdır. Şahin həmin şəxslərlə danışmış, razılıq əldə etmiş və pulu da özü həmin şəxslərdən götürmüşdür. Daha sonra onunla bağ evini alan şəxslərdən bir qadınla aralarında alqı-satqı müqaviləsi bağlanmış, sənədləri imzalanmış və sonradan çıxıb getmişlər. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlləri üzrə təqsirli olması şahidlərin ifadələri ilə yanaşı, məhkəmədə tədqiq edilmiş cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Sabunçu RPİ-nin 14-ci PB-nin rəisinə ünvanlanmış xx.xx.2022-ci il tarixli raportdan müəyyən olunur ki, xx.xx.2022-ci il tarixdə saat 14.15 radələrində polis əməkdaşları Şahid3 və Şahid2 Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Qaçqın şəhərciyində 810 saylı binanın yaxınlığında olan zaman bir nəfər şəxsin özünü şübhəli apardığını görüb həmin vətəndaşa yaxınlaşıb sorğu sual aparan zaman polis əməkdaşlarına qeyri adekvat cavablar verdiyindən Bakı şəhəri Sabunçu RPİ-nin 14-cü PB-nə gətirilmiş və polis bölməsində onun adının Şahid1 Oktay oğlu olduğu müəyyən edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış “şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan müəyyən olunur ki, Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili X5 iştirakı ilə Şahid1 Oktay oğlu Azərbaycan Respublikasının CM-nin 234.1 və 237-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilinərək tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış “şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan müəyyən olunur ki, şübhəli şəxs Şahid1 Oktay oğluna dövriyyəsi qanunla qadağan edilmiş və iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşyaları və sənədləri könüllü surətdə verməsi təklif edildikdən sonra p əlində olan üzərində “Nevyorker” yazısı olan qara rəngli torbanı təqdim edərək həmin torbanın içərisində narkotik maddə marixuana olduğunu həmin maddəni satmaq məqsədi ilə özünə məxsus Sabunçu rayonu, Pirşağı qəsəbəsi ərazisində yerləşən yaşayış olmayan bağ sahəsində əkərək qurutduğunu bildirmişdir. Qeyd olunan qara torba açıldıqda içərisində 04 ədəd şəffaf sellofanının və 03 ədəd kibrit qutusunun içərisində narkotik vasitə hesab edilən marixuanaya bənzər maddə aşkar edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış “axtarış və götürmə aparılması haqqında” xx.xx.2022ci il tarixli protokoldan müəyyən olunur ki, axtarış və götürmə mütəxəssis aqranom Ramiz Bayramovun iştrakı ilə şübhəli şəxs Şahid1 şəxsi axtarış və götürmə zamanı bildirdiyi Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi YYM-də yerləşən bağ evinə və həyətyanı sahədə keçirilmişdir. Axtarış zamanı Şahid1 yaşayış olmayan bağ evinin qonaq otağında yerləşən sotulun üzərindəki su bidonunun içərisindəki qurumuş ot kütləsini təqdim edərək həmin kütlənin marixuana olduğunu, kütləni qeyd olunan ünvanın həyətində əkdiyini və satmaq üçün saxladığını bildirmişdir. Əlavə olaraq Şahid1 bağ evində kənarları politelin torba ilə bağlanmış istixana təqdim edərək həmin istixanada narkotik maddə olan marixuana əkdiyini və qulluq etdiyini bildirmişdir. Baxış zamanı həmin istixanadan ümumi sayı 8853 ədəd çətənə bitki nümunələri aşkar edilərək götürülmüşdür. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2022-ci il tarixli baxış və götürmədə iştirak edən mütəxəssis aqranom Ramiz Bayramovun rəyindən müəyyən olunur ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi YYM-də yerləşən bağ evində aşkar edilmiş 8853 ədəd bitkilər çətənə bitkiləridir, bitkilərə aqrotexiniki qaydada qulluq olunub, onlar suvarılmış və alaq olunmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 7/360, 7/361 və 7/402 saylı məhəkəmə-biloloji ekspertizasının rəylərindən müəyyən olunur ki, Şahid1 şəxsi axtarış və götürmə aparılması zamanı üzərində olan “Nevyorker” yazısı olan qara sellofandan aşkar edilmiş 04 ədəd şəffaf sellofanda olan ( ayrı-ayrılıqda təmiz çəkiləri 45 qr, 135 qr, 45 qr, 6,120 qr) və 03 ədəd kibrit qutularında olan ( ayrı-ayrılıqda təmiz çəkiləri 4,998 qr, 3,984 qr, 4,162 qr) bitki kütlələri tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır və marixuanalar tərkibinə görə eynidirlər. Əlavə olaraq Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi YYM-də yerləşən bağ evinin qonaq otağında aşkar edilmiş su bidonunda olan və ekspertizaya 01 ədəd ağ rəngli plastik qabda təqdim edilmiş təmiz çəkisi 7020 qram olan bitki kütlələsi narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır, qeyd olunan bağ evinin həyətindən aşkar edilmiş 02 ədəd sintetik torbalardakı ümumi sayı 8853 ədəd yaş vəziyyətdə ümumi çəkisi 7105 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronom (mütəxəssis) rəyinə əsasən təqdim olunmuş çətənə (kanabis) bitkilərinə aqrotexniki qaydada qulluq edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2022-ci il tarixli Bakı şəhəri Sabunçu RPİ-nin rəisinə ünvanlanmış raportdan müəyyən olunur ki, vətəndaş Şahid5 ərizə ilə Bakı şəhəri Sabunçu RPİ-nin 14-cü PB-nə müraciət edərək xx.xx.2022-ci il tarixdə Sabunçu rayonu, Pirşağı qəsəbəsi ərazisində Cabir adlı şəxsin çətənə kolları əkməsi barədə məlumat verməsinə baxmayaraq həmin faktla bağlı həyat yoldaşı Elnurun həbs edilməsi, Cabir və Aynur adlı şəxslərin isə həbs edilmədiyini bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış “təqsirləndirilən şəxsin dindirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan müəyyən olunur ki, təqsirləndirilən şəxs Şahid1 müdafiəçinin iştirakı ilə əlavə ifadə verərək göstərmişdir ki, 2022-ci ilin mart ayının əvvəllərindən qardaşı Zaur Babayevin qaynatası Şahin Quliyevin kiçik qardaşı Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi yeni yaşayış massivində yerləşən anası Şahid4 adına sənədləşdirilmiş, yaşayış olmayan bağ evinin həyətyanı sahəsində quraşdırdığı istixanada narkotik vasitə marixuana əkib becərmiş, həmin marixuana yetişdikdən sonra məqsədi onu yığıb satmaq olmuşdur. Həmin çətənə bitkilərini əkib becərməkdə o Təqsirləndirilən şəxs köməklik göstərmiş, Cabirin göstərişi ilə müəyyən işləri yerinə yetirmişdir. Məhkəmədə elan edilib araşdırılmış “sənədlərin götürülməsi barədə” xx.xx.2022-ci il tarixli protokoldan müəyyən olunur ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 95 saylı bağ evi ilə bağlı alıcı Şahid4 və satıcı Şahid8 arasında alqı-satqı müqaviləsi bağlanmışdır. Məhkəmədə elan edilib araşdırılmış “baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan müəyyən olunur ki, 01 ədəd istintaqa təqdim edilən CD diskə baxış keçirilən zaman Şahid5 müəyyən olunmayan ünvanda Cabir adlandırdığı şəxsin arxası ilə gedərək videoçəkiliş aparır, həmin şəxs iti yerişlərlə Şahid5 uzaqlaşır. CD diskdə olan 2-ci fayl 14 saniyə müddət ərzində çəkilmişdir və Şahid5 Habil qızı 13 aprel 2022-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, yeni yaşayış massivində axtarış, baxış və götürmə aparılan və narkotik tərkibli çətənə bitkilərinin aşkar edilərək götürüldüyü bağ evində həmin bitkiləri çəkir, orada daha iki nəfər şəxs mövcuddur, onlardan biri Şahid5 çəkməməyini bildirir, sonuncu isə “narahat olmayın, Cabirdə olmuyan ulğum mən də var” sözlərini deyir. CD diskdə olan 5-ci faylda Şahid5 müəyyən olunmayan ünvanda bir fərdi yaşayış evinin videoçəkilişini apararaq “narkotiklərdən tikilən evdir” sözlərini deyir. Məhkəmədə elan edilib araşdırılmış 073-28933 saylı xx.xx.2022-ci il tarixli əməliyyat tapşırığıdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs ilə təxirəsalınmaz istintaq hərəkətlərinin keçirilməsi zərurəti yaranmışdır. Lakin Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə əlaqə saxlanılmasına baxmayaraq həmin nömrə söndürülmüşdür. Təqsirləndirilən şəxs qısa müddət ərzində olduğu yeri müəyyən edib İstintaq şöbəsinə gətirilməsinə dair göstəriş verilmişdir. Məhkəmədə elan edilib araşdırılmış “şübhəli şəxsin tutulması və barəsində axtarış elan olunması haqqında” xx.xx.2022-ci il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Sabunçu RPİ-nin 51289 saylı xx.xx.2023cü il tarixli məktubundan və “axtarışda olan şəxsin tutulması barədə” eyni tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Sabunçu rayonu Ramana Gülçülük sovxozunda Sabunçu RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən keçirilmiş ƏAT nəticəsində saxlanılaraq dindirilməsi üçün Bakı şəhəri Sabunçu RPİ-nin İŞ-nə təhvil verilmişdir. Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3, 237.2.1 və 237.2.3-cü maddələri ilə ittiham olunan Təqsirləndirilən şəxs ibtidai arşdırma zamanı verdiyi ifadəsində özünü yalnız CMnin 237.2.1 və 237.2.3-cü maddələri ilə özünü təqsirli bilmiş və döstərmişdir ki, qohumu olan Şahid1 Oktay oğlunun anasının adına Pirşağı qəsəbəsində 25000 manata torpaq sahəsi almışlar. Həmin puulun 9000 manatını o, qalan hissələrini isə Şahid1 ödəmişdir. Həmin sahədə Şahid1lə istixana tikərək orada çox sayda çətənə kollarını əkmişlər və onlara qulluq etmişlər. Məhkəmədə elan edilib araşdırılmış “ifadələrin yerində yoxlanması haqqında” xx.xx.2023cü il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs özü bildirmişdir ki, 2022-ci ilin aprel ayında Şahid1 Oktay oğlu ilə birlikdə narkotik tərkibli çətənə bitkilərini Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 95 saylı bağ evində əkib yetişdirməklə kultivasiya etmişlər. Məhkəmədə elan edilib araşdırılmış 08 sentyabr 2023-cü il tarixli üzləşdirmə protokolundan müəyyən olunur ki, Şahid1 Oktay oğlu və Quliyev X8 qəsəbəsində torpaq sahəsi əldə etdiklərini, sahəni hasarlamaqla istixana yaratmaları və oraa çətənə kolları əkib becərməklə onları suvarıb dərman verməklə qulluq etmişlər, həmçinin Təqsirləndirilən şəxs əldə etdiyi qurudulmuş marixuananı Şahid1 ayrı-ayrı şəxslərə satmışdır. Məhkəmədə elan edilib araşdırılmış «telefon danışıqlarını özündə əks etdirən elektron daşıyıcıya baxış keçirilməsi haqqında» 16 avqust 2023-cü il tarixli protokoldan müəyyən olunur ki, Şahid1 Oktay oğlunun istifadəsində ***-***-**-** mobil telefon nömrələri arasında 08 mart 2022-ci il tarixdə saat 14:03:08 dəqiqədən etibarən xx.xx.2022-ci il tarixə saat 21:23:15 dəqiqəyədək olan müddət ərzində mütəmadi danışıqlar olmuş, sms mətnləri aşkar edilməmşdir. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 4(008)- 591/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-narkoloji ekspertizasının 23 avqust 2023-cü il tarixli 5419 №-li rəyindən müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə elan edilib araşdırılmış ambulator məhkəmə-psixiatrik ekspertizasının 23 avqust 2023-cü il tarixli 2370 №-li rəyindən müəyyən olunur ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli tədbirlərinin tətbiq edilməsinə ehtiyyac yoxdur. Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməlini törədərkən öz əmələnin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinə cavab vermək iqtidarındadır. Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddəsinin təsiri altına düşmür. Məhkəmədə tədqiq olunmuş «sübutların qiymətləndirilməsi haqqında» xx.xx.2023-cü il tarixli qərardan müəyyən olunur ki, Şahid1 aşkar edilmiş ayrı-ayrılıqda təmiz çəkiləri 6,120 qram, 45 qram, 45 qram, 135 qram, 3,984 qram, 4,162 qram və 4,998 qram, habelə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 95 saylı bağ evində qonaq otağında olan stolun üzərində aşkar edilmiş 7020 qram qurudulmuş marixuana və 8853 ədə yaş vəziyyətdə çəkisi 7105 qram narkotik tərkibli bitki çətənə (kannabis) bitkiləri, ekspertiza tədqiqatından sonra qurudulmuş marixuananın 7263,314 qram qadlığı saxlanması üçün Bakı şəhəri Sabunçu RPİ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmiş, 02 ədəd CD disk cinayət işinin materiallarına əlavə edimişdir. Məhkəmədə elan edilib araşdırılmış cinayət işinin materiallarına əlavə edilmiş Bakı Ağır Cinayətlər məhkəməsinin 1(101)-444/2023 saylı xx.xx.2023-cü il tarixli hökmündən müəyyən olunur ki, təqsirləndirilən şəxs Şahid1 barəsində CM-nin 234.4.1, 234.4.3, 237.2.1 və 237.2.3-cü maddələri ilə ittiham hökmü çıxarılmış, maddi sübut olan qurudulmuş marixuana və bitkilər, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 95 saylı bağ evinin qonaq otağından aşkar edilmiş ekspertiza tədqiqatlarından sonra qalıq qalan 7263,314 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananın, həmçinin ümumi sayı 8853 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkilərinin məhv edilməsi qət edilmişdir. Məhkəmədə tədqiq olunmuş Təqsirləndirilən şəxs məhkumluğuna dair sorğuya cavabdan müəyyən olunur ki, o əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3, 237.2.1 və 237.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi qismən özünün, şahidlərin ifadələri, ekspertiza rəyləri, eləcə də cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış “ifadələrin yerində yoxlanması haqqında” xx.xx.2023-cü il tarixli protokol, Şahid1 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə əsasında tərtib edilmiş üzləşdirmə protokolları və “telefon danışıqlarını, sms yazışmalarını və anket məlumatlarını özündə əks etdirən elektron daşıyıcıya baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokol ilə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 95 saylı bağ evində istixananın olmamasını, Şahid1 işlərindən və çətənə kolları əkib-becərməsindən xəbəri olmadığını, onu Şahid1 verdiyi ifadəyə əsasən polis əməkdaşları tərəfindən tutduqlarına dair verdiyi ifadələri təkzib olunur. Təqsirləndirilən şəxs cinayət əməli həmçinin əməliyyat tədbirini keçirmiş polis əməkdaşlarının ifadələri, videoçəkilişlə keçirilmiş baxış və axtarış protokolları və ona əlavə olunmuş CD diskdəki görüntülərlə, ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmişdir. Məhkəmə nəzərə alır ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekusorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 saylı qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə nəzərə alır ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekusorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 02 saylı qərarının 19-cu bəndinə əsasən narkotik xassəli, yəni tərkibində narkotik maddələr olan bitkiləri əkmə dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülür. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməllərinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi məcburi tədbirlər tətbiq edilə bilər. Məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində yetkinlik yaşına çatmayan uşağın olmasını məsuliyyətini yüngülləşdirən hal olaraq qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəlini tutulduğu andan, yəni xx.xx.2023-cü il tarixdən hesablamalıdır. Həmçinin Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan halda məhkəmə Bakı Ağır Cinayətlər məhkəməsinin 1(101)-444/2023 saylı xx.xx.2023-cü il tarixli hökmü ilə maddi sübut olan qurudulmuş marixuana və bitkilərin, yəni Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 95 saylı bağ evinin qonaq otağından aşkar edilmiş ekspertiza tədqiqatlarından sonra qalıq qalıq qalmış 7263,314 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananın, həmçinin ümumi sayı 8853 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkilərinin məhv edilməsi barədə qeydi nəzərə almalıdır. Cinayət işinin materiallarına əlavə edilimiş 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərcləri təşkil edən 234 (iki yüz otuz dörd) manat pulun Bakı Ağır Cinayətlər məhkəməsinin 1(101)-444/2023 saylı xx.xx.2023-cü il tarixli hökmü ilə həll edildiyi nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla «Xəzər Konsaltinq» Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafəçi Müdafiəçi üçün isə 330 AZN (üç yüz otuz manat) pul «Xəzər Konsaltinq» Vəkil Bürosunun nəfinə ödənilməlidir. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3, 237.2.1 və 237.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinməklə, Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 06 (altı) il müddətə, CM-nin 237.2.1 və 237.2.3-cü maddələri ilə 06 (altı) il müddətə azadlıqdan məhrum edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu ilə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 24 iyul 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Bakı Ağır Cinayətlər məhkəməsinin 1(101)-444/2023 saylı xx.xx.2023-cü il tarixli hökmü ilə maddi sübut olan qurudulmuş marixuana və bitkilərin, yəni Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 95 saylı bağ evinin qonaq otağından aşkar edilmiş ekspertiza tədqiqatlarından sonra qalıq qalıq qalmış 7263,314 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananın, həmçinin ümumi sayı 8853 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkilərinin məhv edilməsi barədə qeydi nəzərə alınsın. Cinayət işinin materiallarına əlavə edilimiş 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərcləri təşkil edən 234 (iki yüz otuz dörd) manat pulun Bakı Ağır Cinayətlər məhkəməsinin 1(101)-444/2023 saylı xx.xx.2023-cü il tarixli hökmü ilə həll edildiyi nəzərə alınsın. Göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi üçün 330 AZN (üç yüz otuz manat) pul «Xəzər Konsaltinq» Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Rasim Sadıxov Novruz Kərimov Leyla Əsgərova-Məmmədova
Məhkəmə qərarları › İş №1(101)-940/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-940/2024
19.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver