Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-940/2025 04.03.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Fəxri Afiq oğlu oğlunun sədrliyi, X1 və Kərimova Mahirə Nəzər qızından ibarət tərkibdə, Məhkəmə iclasının katibi X6, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Müdafiəçi – Bakı Şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2000-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Azərbaycanlı, subay, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası ƏN-nin PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o xuliqanlıq niyyəti ilə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə o, xx.xx.2024-cü il tarixdə, saat 01 radələrində ünvan 1 ünvanının qarşısında tanışı Zərərçəkmiş şəxs yüksək səslə danışmasına və onun ünvanına nalayiq ifadələr işlətməsini bəhanə edərək heç bir əsaslı səbəb olmadan yaşadığı evdən götürdüyü zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs qarın nahiyəsinə bir dəfə vuraraq, qaraciyərin və mədənin zədələnməsi ilə müşayiət olunan qarın boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş yarası ilə müşayiət edilən bədən xəsarətləri yetirməklə xuliqanlıq niyyəti ilə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, hadisə günü içkili halda Kamran İbrahimovla birlikdə yaşadıqları məhəlləyə gedən zaman yolda Kamran İbrahimov söyüş söydüyü üçün ətrafda yaşayan qonşulardan biri söyüş söyməməsi barədə Kamrana iradını bildirmişdir. O, Kamranı oradan uzaqlaşdırmışdır. Bir az irəlidə Kamran ona qonşu irad bildirərkən nə üçün müdafiə etmədiyini demiş və onu vurmuş, daha sonra isə söyüş söyməyə başlamışdır. Bu vaxt o gedib evdən bıçağı götürmüş və geri qayıdıb Kamran İbrahimova bir bıçaq zərbəsi vurmuşdur. Verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin günü hərəsi 4-5 bakal pivə içmişlər. Hər ikisi eyni dərəcə sərxoş olmuşlar. Hadisə təxminən gecə saat 02 radələrində baş vermişdir. Kamran İbrahimova irad bildirən qonşunun kim olduğunu tanımır. X8 söyüş söyməməsini bildirmişdir. O, həmin şəxsə içkili olduqlarını və üzürlü saymasını demişdir. Daha sonra Kamran İbrahimovu oradan uzaqlaşdırmışdır. Bir az yuxarıda Kamran ona nə üçün tərəfini tutmadığını demiş və ona bir yumruq zərbəsi vurmuşdur. O içkili olduğunu bildiyi üçün əvvəlcə heç bir qarşılıq verməmiş, lakin zərbələri davam etdiyinə görə əlbəyaxa olmuşlar. Sonra Kamran söyüş söymüş, o da evinə gedərək bir ədəd bıçaq götürmüş və qayıdıb Kamran İbrahimovu bıçaqla vurmuşdur. O, Kamran İbrahimovu söyüş söydüyünə görə vurmuşdur. Kamran İbrahimovla onun evinin qarşısında mübahisə etmişlər. Onun evi ilə Kamranın evinin arasında 5 dəqiqəlik məsafə var. Onun bıçaqla Kamranın yanına təkrar qayıtmaqda məqsədi sonuncunu bıçaqla vurmaq olmuşdur. Əvvəlcə Kamranı vurmaq istəməmiş, lakin Kamran İbrahimov su butulkasını sındırıb butulka ilə onun üzərinə gəldiyi üçün Kamranı bıçaqlamışdır. O, evə gedib qayıtdıqdan sonra Kamran İbrahimov onu öz evinin qarşısında gözləmiş, o Kamrana gözləməsini demişdir. Kamran İbrahimov onun evə nə üçün getdiyini bilirmiş. O ayıq vəziyyətdə, Kamran İbrahimov isə içkili olsa imiş, sonuncunu bıçaqlamazdı. Kamran İbrahimovu vurduqdan sonra evə qayıtmışdır. Sonradan polis əməkdaşları evə gələrək onu aparmışlar. Vurduqdan sonra hadisə yerinə kimlərin gəldiyini görməmişdir. O, Kamran İbrahimovu görməmiş və aralarında barışıq olmamışdır. İrad bildirən qonşu ətrafda insanların yaşadığını, ailələrin olduğunu deyib, nə üçün söyüş söydüyünü soruşmuşdur. Bu vaxt Kamran İbrahimov həmin şəxsin üzərinə getmiş, o Kamranı uzaqlaşdırmış və qonşudan üzrxahlıq etmişdir. Həmin vaxtı ətrafda başqa şəxslər olmamışdır. Kamran İbrahimovu bıçaqla vurduqdan sonra evə qayıtmışdır. O, özünə də bıçaq zərbəsi vurmuşdur. Bıçağı götürüb Kamran İbrahimovun yanına qayıdandan sonra Kamran əlində olan su butulkasını onun başına atmış, bundan sonra o Kamranı bıçaqla vurmuşdur. O Kamran İbrahimova bir bıçaq zərbəsi vurmuşdur. İbtidai istintaq zamanı ifadə verərkən ona təsir və təzyiq göstərən olmamışdır. İbtidai istintaq zamanı ifadəsini özü imzalamışdır. İbtidai istintaq zamanı da Kamran İbrahimova bir bıçaq zərbəsi vurduğunu demişdir. Özümə xəsarət yetirməyinin səbəbi əsəbini soyutmaq olmuşdur. İbtidai istintaq zamanı verdiyi ifadəsini oxumamış, sadəcə qol çəkmişdir. Mübahisə zamanı Zərərçəkmiş şəxs, yoxsa onun birinci əl atmağı barədə heç bir şey deyə bilməz. Əməlindən peşmandır. Onun barəsində başqa cinayət işi yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs onun dostudur, sonuncu ilə bir məhəllədə yaşayır, aralarında dost kimi normal münasibət olmuşdur. xx.xx.2024-cü il tarixdə saat 23 radələrində Kamranla birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən «Texas» adlanan kafedə oturub spirtli içki olan pivə içməyə başlamışlar. Adama 4-5 bokal pivə içdikdən sonra Kamranla birlikdə kafedən çıxıb evlərinə tərəf G.Ramazanov küçəsi ilə piyada hərəkət etməyə başlamışlar. xx.xx.2024-cü il tarixdə saat 01 radələrində Kamran küçədə yüksək səslə söyüş söydüyü zaman, xatırlamadığı evlərin birindən bir nəfər əvvəllər tanımadığı şəxs bayıra çıxaraq, gecə saatlarında hamının yatdığını bildirib, küçədə yüksək səslə söyüş söyməsini Kamrana irad tutmuşdur. O, da Kamrana, həmin şəxsin doğru dediyini, küçədə nəyə görə söyüş söydüyünü bildirdikdə, Kamranla aralarında sözlə mübahisə yaranmışdır. Kamran nə səbəbdən tərəfini tutmadığını, həmin şəxsin cavabını nəyə görə vermədiyimi daxil olııb mətbəxdən taxta dəstəkli mətbəx bıçağını götürüb Kamranın olduğu yerə, yəni yaşadığı ünvan 1 ünvanının qarşısına çıxıb, sonuncunun qarın nahiyəsinə həmin bıçaqla bir dəfə zərbə vurmuşdur. Kamranı bıçaqla vurduqdan sonra, sonuncu qışqırmağa başlamışdır. Kamranın səsinə atası Şahid evdən çıxaraq, onlara yaxınlaşmağa başlamış, o, atasının yaxınlaşdığını görüb qaçaraq evə girmiş və evdə nə etdiyini anlayıb, sağ əlində olan həmin bıçaqla iki dəfə sol döş qəfəsinə zərbə endirmişdir. Bundan sonra hadisə yerinə polis əməkdaşları gəlmiş, hadisə yerini müayinə etmişlər, o, da Kamrana və özünə xəsarət yetirdiyi həmin bıçağı polis əməkdaşlarına təhvil vermişdir. (cild 1, iş vərəqə 136-137) Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxslə birlikdə kafeyə domino oynamağa getmişlər. Daha sonra orada 4-5 bakal pivə içmişlər. Sonra kafedən çıxıb deyib-gülərək evlərə qayıdan zaman oturacaqda əyləşmişlər. Aralarında yüngül mübahisə olmuş və sözləri düz gəlməmişdir. Orxan ona əl atmış, o da Orxana var-yox söyüşü ilə birdə onu vursa, o da Orxanı vuracağını demişdir. Orxan da səhv başa düşmüş və elə başa düşmüşdür ki, o Orxanı söyür. Daha sonra Orxan onun yanından getmiş, o da asta-asta marketə tərəf gedərək Orxanın gəlməyini gözləmişdir. Təqsirləndirilən şəxs onun yanına qayıtdıqdan sonra onu bıçaqlamışdır. Hazırda Təqsirləndirilən şəxslə barışmışlar, heç bir şikayəti və tələbi yoxdur. Orxana yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Verilmiş suallara cavab olaraq Zərərçəkmiş şəxs bildirmişdir ki, Təqsirləndirilən şəxslə birlikdə Texas adlı kafedə oturub yeyib-içmişlər. Onlar hərəsi 4-5 bakal pivə içmişlər. Hər ikisi özlərini idarə edə biləcək qədər sərxoş vəziyyətdə olmuşlar. Orxanla birlikdə evə tərəf gedən zaman yolda söhbət eliyəndə o söyüş söymüş, bir nəfər yaxınlaşıb qapılarında niyə söyüş söydüyünü soruşmuş, irad bildirmiş, o da həmin şəxsdən üzr istəmişdir. Daha sonra Orxanla birlikdə yoluna davam etmişlər. O, Orxana irad bildirərək nəyə görə kiməsə görə üzr istəməli olduğunu demişdir. Təqsirləndirilən şəxs yolda gedən zaman onu dartışdırğı üçün o söyüş söymüşdür. O, Orxana iradını bildirdikdən sonra aralarında mübahisə olmuşdur. Təqsirləndirilən şəxs onu vurmuş, o da söyüş qoymuşdur ki, bir daha ona əl atsa, o da Orxanı vuracaq. O, evin qabağında Təqsirləndirilən şəxs gəlməsini gözləyirmiş. Təqsirləndirilən şəxs onun yaxın dostudur, evinə gəliş-gedişi olmuş, onun ağlına gəlməzdi ki, evinə girib-çıxan adam belə bir hərəkət edə bilsin. Amma yenə də Orxanı günahlandırmır, bəlkə də Orxanın yerində o da olsa Orxanın etdiyi kimi edərmiş. Sadəcə aralarında yanlış anlaşılma olmuşdur. Təqsirləndirilən şəxs ona bir bıçaq zərbəsi vurmuşdur. Orxan həmin vaxt qorxduğu üçün ona kömək etməmişdir. Orxan onu vuran zaman Orxana qarşılıq verməmişdir. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi və tərəflərin razılığı ilə məhkəmədə elan edilərək tədqiq edilmiş ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs onun dostudur, sonuncu ilə bir məhəllədə yaşayır, aralarında dost kimi normal münasibət olmuşdur. xx.xx.2024-cü il tarixdə saat 23 radələrində Orxanla birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən «Texas» adlanan kafedə oturub spirtli içki olan pivə içməyə başlamışlar. Adama 4-5 bokal pivə içdikdən sonra Orxanla birlikdə kafedən çıxıb evlərinə tərəf G.Ramazanov küçəsi ilə piyada hərəkət etməyə başlamışlar. xx.xx.2024-cü il tarixdə saat 01 radələrində küçədə yüksək səslə söyüşlə danışıdıqları zaman, xatırlamadığı evlərin birindən bir nəfər əvvəllər tanımadığı şəxs bayıra çıxaraq, gecə saatlarında hamının yatdığını bildirib, küçədə yüksək səslə söyüş söyməsini onlara irad tutmuşdur. Bundan sonra Orxan onun üzərinə hücum çəkərək, bədən nahiyəsinə yumruq atmağa başlamış, lakin Orxanın yumruğu ona çatmamış, bunu gördükdə o, Orxana «varyoxuna lənət, birdə mənə yumruq atsan səni vuracam» sözlərini demişdir. Orxan isə ona cavab olaraq «mənim varyoxumu söyürsən?» sözlərini deyib, qaçaraq yaşadığı evə daxil olub bir neçə dəqiqədən sonra isə evdən çıxaraq, onun olduğu yerə, yəni ünvan 1 ünvanının qarşısına gəlib, qarın nahiyəsinə əlində olan iti bir əşya ilə bir dəfə zərbə vurmuşdur. Orxan onu həmin əşya ilə vurduqdan sonra o, qışqırmağa başlamış, daha sonra isə huşunu itirmiş və və xəstəxanada ayılmışdır. (cild 1, iş vərəqə 88-89) İbtidai istintaq zamanı vermiş olduğu ifadəsi məhkəmədə elan edildikdən sonra zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs verilən əlavə suallara cavab olaraq bildirmişdir ki, ibtidai istintaq zamanı ifadəni tələsik şəkildə almışlar, bu səbəbdən qısa ifadə vermişdir. O asta getdiyi üçün Təqsirləndirilən şəxs onu çəkib aparmaq istəyirmiş ki, tez gəlsin. İrad bildirən qonşunun yanından aralandıqdan sonra yolda Orxanla mübahisə edirmişlər, daha sonra parka çatmışlar, Orxan skamyada oturmuş, o ayaq üstə olmuşdur. Aralarında yaranmış mübahisəni o başlatmış, nəyə görə kiməsə görə üzr istəməli olduğunu demişdir. Təqsirləndirilən şəxslə bir-birini 4-5 il olar ki, tanıyırlar. Ayıq olan vaxtlarda Orxanın zarafat niyyətilə olsa belə, onu çəkişdirdiyi olmamışdır. Orxanın bu əməli törətməsində özünü az miqdarda günahkar bilir, o Orxanı təhrik etmişdir. O, təhrik etmək ifadəsinin mənasını başa düşmür. Təqsirləndirilən şəxs onun “nəyə görə kimsəyə görə üzr istəməliyəm” deməyini qəbul etmədiyinə görə ona yumruq atmışdır. O, Təqsirləndirilən şəxs iradını səhəri gün desəydi, bəlkə də bu hadisə baş verməzdi. Zərərçəkmiş şəxs notarial təsdiqli ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi və mənəvi ziyanın tam şəkildə ödənildiyini, barışdıqlarını, Şahid qarşı heç bir iddiası, tələbi və şikayəti olmadığını və gələcəkdə də olmayacağını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadə verərək bildirmişdir ki, gecə saat 02 radələrində o həyətdən səs-küy eşitmişdir. Çölə çıxan zaman Təqsirləndirilən şəxs üst-başı çox pis halda evə tərəf gəldiyini görmüşdür. Daha sonra evlə üzbəüz qapıda post patrul maşınının dayandığının şahidi olmuşdur. Qonşulardan nə baş verdiyini soruşanda, qonşular Təqsirləndirilən şəxs bir nəfərlə dalaşdığını demişlər. O, Orxandan kiminlə dalaşdığını soruşanda, Orxan əlindəki bıçağı göstərərək bıçaqla vurduğunu bildirmişdir. Binəqədi RPİ-dən təhqiqatçı Tural müəllim ona zəng vuraraq oğlunu bölməyə aparmasınl demiş, o da sonuncu ilə razılaşmamış və maşın göndərmələrini bildirmişdir. Daha sonra 4 nəfər polis əməkdaşı gələrək Təqsirləndirilən şəxs götürüb bölməyə aparmışlar. O da bıçağı götürərək polis əməkdaşlarına təhvil vermişdir. Şahid məhkəmədə verilən əlavə suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs evə gələrkən üz-gözündə qançır izləri olmuşdur. Pal-paltarından dava etdiyi görünürmüş. Təqsirləndirilən şəxs özünə xəsarət yetirən zaman o çöldə olmuş, bıçağı Orxanın əlindən ala bilməmişdir. Təqsirləndirilən şəxs özü pis halda olmuş, Orxanı idarə edə bilməmişdir. Səhəri gün o, zərərçəkmiş şəxsin atası ilə danışmış, zərərçəkmiş şəxsin vəziyyəti ilə maraqlanmışdır. Bundan əvvəl də Təqsirləndirilən şəxs Kamran İbrahimova görə polisə düşmüşdür. Belə ki, Kamran İbrahimov parkda kimisə döyən zaman Orxan yanında olduğuna görə polis əməkdaşları Orxanı da tutaraq aparmışlar, sonradan həmin iş bağlanmışdır. Təqsirləndirilən şəxs gecə evə bıçaq götürməyə gələn zaman heç kəs oyaq deyilmiş. Təqsirləndirilən şəxs sonradan evə qayıdan zaman əlində bıçaq olmuşdur. Hadisə yerində insanlar olmuşdur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: Cinayət işinin başlanılması və icraata qəbul edilməsi barədə 09 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. (cild 1, iş vərəqə 1) 09 sentyabr 2024-cü il tarixli raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 02:09 radələrində DİN-nin 102 xidmətinə ********** saylı məlumat daxil olmuşdur ki, Binəqədi rayonu 182 nömrəli məktəbin qarşısında X2 zəng edərək qeyd edilən ünvanda 23 yaşlı oğlu Zərərçəkmiş şəxs dostu Orxan tərəfindən bıçaqlanması və hansı xəstəxanaya aparılmasını bilməməsi barədə məlumat vermişdir. (cild 1, iş vərəqə 4) Əşyanın götürülməsi haqqında 09 sentyabr 2024-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs ümumi uzunluğu 22,5 sm, dəstəyi 11,5 sm, tiyəsinin uzunluğu 11 sm olan iti uclu bıçağı təqdim edərək, həmin bıçaqla xx.xx.2024-cü il tarixdə dostu Zərərçəkmiş şəxs xəsarət yetirdiyini bildirmişdir. Həmin bıçaq götürülmüşdür. (cild 1, iş vərəqə 5-6) Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi G.Ramazanov küçəsidir. (cild 1, iş vərəqə 7-9) Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə haqqında xx.xx.2024-cü il tarixli, 2/49180 saylı protokoldan görünür ki, Təqsirləndirilən şəxs yüngül dərəcə sərxoş olmuşdur. (cild 1, iş vərəqə 11) Şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 13:30-da Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. (cild 1, iş vərəqə 24, 26) İfadənin yerində yoxlanması haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixli görünür ki, Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsi yerində yoxlanılmış və o, ifadəsində göstərdiklərini hadisə yerində bir daha əyani şəkildə göstərmişdir. İfadənin yerində yoxlanması zamanı fotoşəkillər çəkilmiş və tərtib olunmuş protokola əlavə olunmuşdur. (cild 1,iş vərəqə 41-46) Götürmə aparılması haqqında 10 sentyabr 2024-cü il tarixli qərar və protokoldan görünür ki, Zərərçəkmiş şəxs məxsus geyim əşyaları götürülmüşdür. (cild 1, iş vərəqə 47) Azərbaycan Respublikası TƏBİB PHŞ “X12” PHŞ-in verdiyi 10 sentyabr 2024-cü il tarixli, 18-1-2/2-4673/2024 saylı məktubdan görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə saat 02:48-də 9 saylı X13 Stansiya Briqadasının müşayiəti ilə X10 gətirilmişdir. Xəstənin dediyinə görə tanıdığı şəxs tərəfindən iti alətlə vurularaq xəsarət almışdır. Xəstəyə rentgenoskopiya, ultrasəs müayinələri olunmuşdur. Xəstənin stasionar müalicəsi davam etdirilir. DİAQNOZ: Qarının ön divarının daxilinə nüfuz edən kəsilmiş-deşilmiş yaralanması, qaraciyər və dalağın yaralanması. (cild 1, iş vərəqə 53) Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 11 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirəndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (cild 1, iş vərəqə 55-56) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(001)-694/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. (cild 1, iş vərəqə 78-82) Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Zərərçəkmiş şəxs İbrahm oğlu zərərçəkmiş şəxs qismində tanınmış və ona hüquq və vəzifələri izah edilmişdir. (cld 1, iş vərəqə 84-87) DİN-nin BƏSİİ-nin verdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (cild 1, iş vərəqə 91) Məhkəmə-tibbi ekspertizasının 13 sentyabr 2024-cü il tarixli, 1984 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində aşkar olunmuş xəsarətlər-döş qəfəsinin səthi kəsilmiş yaraları kəsici əşyanın (alətin) təsirindən əmələ gəlirmişdirlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdilər və sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. Təqsirləndirilən şəxs bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni bıçağın tiyəsinin kəsici kənarın təsirindən əmələ gələ bilərdilər. Təqsirləndirilən şəxs bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterini, lokalizasiyasını və bədənin əlçatan nahiyələrində yerləşmələrini nəzərə alaraq demək olar ki, həmin xəsarətlər şəxsin özü tərəfindən yetirilməsi üçün xarakterikdir. (cild 1, iş vərəqə 94-95) Məhkəmə-psixiatrİk ekspertizasının xx.xx.2024-cü il tarixli, 2651 nömrəli rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, anamnestik məlumatlar və halhazırki psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qeyd edilən əməli törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM- nin 21-ci maddəsinin təsiri altına düşmür. (cild 1, iş vərəqə 96-99) Məhkəmə-tibb ekspertizasının xx.xx.2024-cü il tarixli, 2139 nömrəli rəyində göstərilmişdir ki:
1. Vət. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarət - qara ciyərin və mədənin zədələnməsi ilə müşaiyət olunan qarın boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş yara deşici-kəsici əşyanın (alətin) təsirindən onun tibbi yardım üçün «X12» PHŞ-nə və göstərilən xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmaya aiddir.
2. Vət. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətin xarakterik xüsusiyyətini və lokalizasiyası nəzərə alaraq demək olar ki, həmin xəsarət göstərilən şəraitdə, yəni bıçağın tiyəsinin deşici-kəsici təsirindən əmələ gələ bilərdi.
3. Vət. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətin bədənin əlçatan nahiyəsində yerləşməsinə baxmayaraq, şəxsin özü tərəfindən yetirilməsi və eləcə də şəxsin öz boyu hündürlüyündən yıxılaraq deşici-kəsici əşyaya (alətə) dəyməsi nəticəsində əmələ gələ bilməsi inandırıcı deyildir. (cild 1, iş vərəqə 100-102) Məhkəmə-tibbi və kriminalistik ekspertizasının xx.xx.2024-cü il tarixli, 500/2024-MTKŞ nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus maykanın ön səthinin orta nahiyəsində bir ədəd və köynəyin ön səthinin orta nahiyəsində bir ədəd dəlib-keçən zədə aşkar olundu. Bu zədə deşilmiş-kəsilmiş zədədir ülgücü və küpü olan yastı tiyə tipli deşici-ksici alətin təsirindən törənmişdir. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. (cild 1, iş vərəqə 104-108) Məhkəmə-tibbi və bioloji ekspertizasının xx.xx.2024-cü ii tarixli, 711/2024-MTBŞ nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs qan qrupu, şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən ABO sistemi üzrə A beta (İİ) Ekspertizaya təqdim edilmiş mayka, qısaqol kofta üzərində olan ləkələrdə A beta (İİ) qruplu insan qanı aşkar olundu. Bu qan ləkələri A beta (İİ) qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə Zərərçəkmiş şəxs məxsus ola bilər. Ekspertizaya təqdim olunmuş bıçaq üzərində qan aşkar olunmadı. (cild 1, iş vərəqə 109- 113) Cinayət işi üzrə sübutların qiymətləndirilməsi və cinayət əməlinin tövsif edilməsi haqqında 10 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsindən həmin Məcəllənin 126.2.4-cü maddəsinə tövsif olunmuş və ona hamin maddədə nəzərdə tutulmuş yenidən ittiham elan edilmiş, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 29,120, 221.3 va 228.4-cü maddələrinin tərkibi olmadığından, həmin xüsusatlar üzrə barəsində cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş, Təqsirləndirilən şəxs xəsarət alması ilə bağlı xüsusat üzrə cinayət işinin başlanılması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş, 01 ədəd zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağı, 01 ədəd maykanın və 01 ədəd köynəyin üzərində hadisənin izləri saxlanıldığına görə cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü Binəqədi RPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. (cild 1, iş vərəqə 121-126) Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X4 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində müdafiə tərəfinə imkan yaradılmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. Həmçinin, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə əvvəldən bir birilərini tanımışlar və dosluq münasibətlərində olmuşlar. Zərərçəkmiş şəxs məhkəmədə ifadə verərək və sualları cavablandıraraq kafedən çıxan zaman Orxana irad bildirərək nəyə görə kiməsə görə üzr istədiyini, söyüş söydüyünü, aralarında mübahisə olduğunu, aralarında yaranmış mübahisəni onun başlatdığını, Orxanın bu əməli törətməsində onun günahı olduğunu, Təqsirləndirilən şəxs iradını səhəri gün desəydi, bəlkə də bu hadisə baş verməyəcəyini, Orxanı onu vurmaq üçün təhrik etdiyini bildirsə də, ibtidai istintaq zamanı bunun əksinə ifadə verərək qeyd etmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 01 radələrində küçədə yüksək səslə söyüşlə danışdıqları zaman, xatırlamadığı evlərin birindən bir nəfər əvvəllər tanımadığı şəxs bayıra çıxaraq, gecə saatlarında hamının yatdığını bildirib, küçədə yüksək səslə söyüş söyməsini onlara irad tutmuşdur. Bundan sonra Orxan onun üzərinə hücum çəkərək, bədən nahiyəsinə yumruq atmağa başlamış, lakin Orxanın yumruğu ona çatmamış, bunu gördükdə o, Orxana «varyoxuna lənət, birdə mənə yumruq atsan səni vuracam» sözlərini demişdir. Orxan isə ona cavab olaraq «mənim varyoxumu söyürsən?» sözlərini deyib, qaçaraq yaşadığı evə daxil olub bir neçə dəqiqədən sonra isə evdən çıxaraq, onun olduğu yerə, yəni ünvan 1 ünvanının qarşısına gəlib, qarın nahiyəsinə əlində olan iti bir əşya ilə bir dəfə zərbə vurmuşdur. Belə olduğu təqdirdə məhkəmə belə nəticəyə gəlir ki, Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs arasında barışıq əldə edildiyindən Zərərçəkmiş şəxs məhkəmədə ifadə verərək göstərilən hissədə işin həqiqi hallarını təhrif edərək Təqsirləndirilən şəxs xeyrinə ifadə vermiş, bunu edərkən də Təqsirləndirilən şəxs məsuliyyətdən azad olunmasına nail olmaq istəmişdir. Bu səbəbdən də qeyd edilən hissədə məhkəmə Zərərçəkmiş şəxs məhkəmədə göstərilən hissədə verdiyi ifadəsini mötəbər hesab etmir. xx.xx.2024-cü il tarixdə, saat 01 radələrində ünvan 1 ünvanının qarşısında Orxan evdən gətirdiyi bıçaqla 1 (bir) dəfə Zərərçəkmiş şəxs xəsarət yetirmişdir. Bu hissədə həmçinin qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirərkən sonuncu Təqsirləndirilən şəxs üçün təhlükəli olmamış, həmin vaxt Zərərçəkmiş şəxs üzərində bıçaq, digər silah və ya silah qismində istifadə edilə biləcək predmet olmamışdır. Başqa sözlə, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs üçün təhlükəli olmadığı halda Orxan Kamrana heç bir əsaslı səbəb olmadan bıçaqla xəsarət yetirmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs evə gedərək bıçaqla silahlanaraq yenidən Zərərçəkmiş şəxs olduğu yerə qayıtması ona dəlalət edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Zərərçəkmiş şəxs bir qədər əvvəl aralarında yaranmış narazılıq səbəbindən “cəzalandırmaq” istəmiş və bu məqsədlə bıçaqla silahlanaraq Zərərçəkmiş şəxs olduğu yerə qayıtmış, heç bir səbəb olmadan bıçaqla sonuncuya xəsarət yetirmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirərkən buna heç bir əsas olmamışdır. Cinayət mühakimə icraatında ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə düşən başlıca vəzifələrdən biri məhz təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsidir. Əməlin düzgün tövsif edilməsi üçün əsas isə yalnız qanun əsasında toplanılmış sübutlardır. Məhkəmə istintaqında tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma cinayətini törətməsi öz təsdiqini tapmışdır. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə tövsif edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsində nəzərdə tutulan cinayətin bütün əlamətləri var, həmin cinayət hadisəsi həqiqətən baş vermiş və qeyd edilən cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Bundan başqa, Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətlərdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsə vurulmuş ziyanın ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, cavan olmasını, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən, təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdıqda (Cinayət Məcəlləsinin 59.1.12-ci maddə) və zərərçəkmiş şəxsə vurulmuş ziyan tamamilə ödənildikdə (Cinayət Məcəlləsinin 59.1.13-cü maddə), eləcə də təqsirləndirilən şəxsin əməlində cəzanı ağırlaşdıran hallar olmadıqda, təqsirləndirilən şəxsə təyin ediləcək cəza onun təqsirli bilindiyi maddədə nəzərdə tutulmuş cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə, o cümlədən pozulmuş sosial ədalətin bərpasına nail olmaq olar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsində göstərilən cinayət cinayətlərin təsnifatına görə ağır cinayətlər sırasına daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). İşdə olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs 09 sentyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 11 sentyabr 2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 sentyabr 2024-cü il tarixli qərarı ilə əvvəli 09 sentyabr 2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan (barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir (CPM-in 147.4-cü maddəsi)), o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.6-cı maddələrinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı ibtidai həbs müddəti onun cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni 09 sentyabr 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, CM-in 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir və iş üzrə xüsusi müsadirə edilməli əmlakın müəyyən edilmədiyini qeyd edir. Məhkəmə CPM-in 132-ci maddəsinə əsasən hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin saxlama kamerasında saxlanılan 01 ədəd zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağı məhv edilməli, Zərərçəkmiş şəxs məxsus 01 ədəd mayka və 01 ədəd köynək sahibi Zərərçəkmiş şəxs qaytarılmalı, onun tərəfindən qəbul edilmədikdə isə məhv edilməlidir. İş üzrə üzərinə həbs qoyulmuş əmlakın, xüsusi müsadirə edilməli olan əmlakın, mülki iddianın və məhkəmə xərcinin olmaması nəzərə alınmalıdır. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına (03 may 2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən Azərbaycan Respublikasının Cinayət Prosesual Məcəlləsinin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə mərhələsində Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı Şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 300 (üç yüz) manat məbləğində pul köçürülməlidir. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə
h ö k m e t d i:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 06 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin saxlama kamerasında saxlanılan 01 ədəd zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağı məhv edilsin, Zərərçəkmiş şəxs məxsus 01 ədəd mayka və 01 ədəd köynək sahibi Zərərçəkmiş şəxs qaytarılsın, onun tərəfindən qəbul edilmədikdə isə məhv edilsin. İş üzrə üzərinə həbs qoyulmuş əmlak, xüsusi müsadirə edilməli olan əmlak, mülki iddia və məhkəmə xərci yoxdur. Məhkəmə mərhələsində Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı Şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 300 (üç yüz) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən hakim Fəxri Məmmədov Hakimlər Anar Sadıqov Mahirə Kərimova