Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-941/2021 27.08.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim- Mikayılov Eldar Əli oğlunun sədrliyi ilə, Hakimlər- Hacıyev Siyavuş Həbib oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibləri: X4 və X5 qızı Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı və X6 Müdafiəçi- Azərbaycan Respublikası Vəkillər kollegiyasının üzvü fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxxxx 1991-ci il tarixdə Tərtər şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Tərtər şəhəri, Nizami küçəsi ev 40, mənzil 11 ünvanında qeydiyyatda olan və yaşayan, əvvəllər məhkum olunmamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.4, 234.4.3 və 240.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq soyuq silahı əldə edib gəzdirmiş, bundan başqa, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə və narkotik vasitələri əldə etmiş, daşımış və saxlamış, həmçinin, narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri satış məqsədi ilə qanunsuz əldə etmiş, saxlamış, daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaq zamanı müəyyən edilməmiş vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq, külli miqdarda, ümumi xalis çəkisi 3,615 (üç tam, mində altı yüz on beş) qram ağ rəngli kristallik formada maddə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, ümumi xalis çəkisi 1,476 (bir tam, mində dörd yüz yetmiş altı) qram qəhvəyi rəngli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroin, ümumi xalıs çəkisi 10,439 (on tam, mində dörd yüz otuz doqquz) qram tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, bir ədəd konvalyutda, hər birisi 0,04 (sıfır tam, yüzdə dörd) qram olan təsir maddəsinin ümumi miqdarı 0,36 (sıfır tam, yüzdə otuz altı) qram olan ümumi sayı 09 ədəd ağ rəngli dairəvi formalı olan narkotik vasitə metadonu və hər birisi 0,3 (sıfır tam, onda üç) qram olan, təsir maddəsinin ümumi miqdarda 0,9 (sıfır tam, onda doqquz) qram təşkil edən 3 ədəd ağqəhvəyi qırmızı kapsullarda narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə preqabalini qanunsuz olaraq əldə edib daşımaqla saxlamışdjır. 15 noyabr 2020-ci il tarixdə saat 03:35 radələrində Bapkı şəhəri Nizami RPİ-nin PPXB-nin əməkdaşları tərəfindən Respublika ərazisində Hərbi vəziyyət elan edilməsi ilə əlaqədar Bakı şəhərində tətbiq olunan komendant saatının şərtlərini pozaraq yaşadığı yeri müvafiq icazə olmadan tərk etməsi səbəbindən ünvan 1 ünvanın qarşısında saxlanılaraq Bakı şəhəri, Nizami RPİ-nin 25-ci Polis şöbəsinə aparılıb orada üzərinə keçirilmiş şəxsi axtarış zaman, o vaxt əlində olmuş qəhvəyi rəngli əl çantasının içərisində olan qara rəngli pul qabından 07 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,790 (sıfır tam, mində yeddi yüz doxsan) qram, 0,407 (sıfır tam, mində dörd yüz yeddi) qram, 0,428 (sıfır tam, mində dörd yüz iyirmi səkkiz) qram. 0,433 (sıfır tam, mində dörd yüz otuz üç) qram, 0,448 (sıfır tam, mində dörd yüz qırx səkkiz) qram, 0,417 (sıfır tam, mində dörd yüz on yeddi) qram, 0,692 (sıfır tam, mində altı yüz doxsan iki) qram, ümumi təmiz çəkisi 3,615 (üç tam, mində altı yüz on beş) qram olan ağ rəngli kristallik formada maddə, külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 02 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 1,045 (bir tam, mində qırx beş) qram və 0,431 (sıfır tam, mində dörd yüz otuz bir) qram, ümumi təmiz çəkisi 1,476 (bir tam, mində dörd yüz yetmiş altı) qram olan qəhvəyi rəngli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 02 ədəd bükümdə, ayrıayrılıqda təmiz çəkiləri 5,330 (beş tam, mində üç yüz otuz) qram qram və 5,109 (beş tam, mində yüz doqquz) qram, ümumi təmiz çəkisi 10,439 (on tam, mində dörd yüz otuz doqquz) qram olan tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, 01 ədəd konvalyutda, hər birisi 0,04 (sıfır tam, yüzdə dörd) qram, təsir maddəsinin ümumi miqdarı 0,36 (sıfır tam, yüzdə otuz altı) qram olan ümumi sayı 09 ədəd ağ rəngli dairəvi formalı olan narkotik vasitə metadonu və hər birisi 0,3 (sıfır tam, onda üç) qram olan, təsir maddəsinin ümumi miqdarda 0,9 (sıfır tam, onda doqquz) qram təşkil edən 3 (üç) ədəd ağ-qəhvəyi qırmızı kapsullarda narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə preqabalin, eləcə də üzərində heroin izləri olan iki ədəd elektron tərəzi aşkar edilərək müvafiq qaydada götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs istintaq zamanı müəyyən edilməmiş vaxtda və mənbədən qanunsuz olaraq 1 (bir) ədəd predmet, kustar üsulla kastet tipində hazırlanmış, vurucu, əzici xassəyə malik soyuq silah hesab edilən beşbarmağı əldə edib gəzdirmişdir. 15 noyabr 2020-ci il tarixdə saat 03-35 radələrində Bakı şəhəri Nizami RPİ-nin PPXB-nin əməkdaşları tərəfindən Respublika ərazisində Hərbi vəziyyət elan edilməsi ilə əlaqədar Bakı şəhərində tətbiq olunan komendant saatının şərtlərini pozaraq yaşadığı yeri müvafiq icazə olmadan tərk etməsi səbəbindən Bakı şəhəri, Nizami RPİ-nin 25-ci Polis şöbəsinə aparılıb həmin şöbənin inzibati binasının həyətində onun istifadəsində olan “KİA-Optima” markalı **-LE-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman, maşının sərnişin oturacağının qarşısında olan saxlanc yerindən Təqsirləndirilən şəxs məxsus kustar üsulla kastet tipində hazırlanmış, vurucu, əzici xassəyə malik bir ədəd predmet beşbarmaq aşkar olunaraq müvafiq qaydada götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 228.4, 234.4.3 və 240.1-ci maddələri ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, öz ailə üzvüləri ilə birlikdə ünvan 3 ünvanda daimi yaşayır. Məlum Qarabağ mübahibəsi zaman erməni silahlı qüvvələri 2020-ci ilin yay aylarından etibarən mütamadi olaraq cəbhə bölgəsində olan şəhər və kəndləri və o cümlədən daimi yaşadıqları Tərtər şəhərini də muxtəlif qurğulardan atəşə tutuqlarına görə, 30 sentyabr 2020-ci il tarixdə o, öz valideynləri, həmçinin azyaşlı qızı ilə birlikdə müharibə şəraiti ilə əlaqədar olaraq yaşadığı Tərtər şəhərindəki evlərini tərk edərək müvəqqəti olaraq Bakı şəhərinə gəlmiş və Bakı şəhərində yaşayan qohumlarının evində müvəqqəti yaşamışlar. Hadisədən əvvəl 14 noyabr 2020-ci il tarixdə o, öz dostu Şahid1 “Kia Optimav markalı **-LE-*** dövlət qeydiyyat nişanlı avtomobili bir neçə saatıq götürmüş və öz azyaşlı övladını bir qohumumun evinə aparmışdır. Daha sonra özü də Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 66 ünvana öz qohumları Axundova Sevincin yaşadığı evə qonaq getmişdir. Artıq 15 noyabr 2020-ci il tarixə keçən gecə təxminən saat 03-00 radələrində o, siqaret çəkmək üçün həmin evin həyətinə düşmüşdür. Həyətdə blokun qarşısında siqaret çəkən zaman orada yaşayan tanışı Amil Rüstəmli ilə rastlaşmış və onunla dayanıb söhbət etməyə başlamışdır. Bu zaman həmin həyətə daxil olan PPX-nin polis əməkdaşları onlara yaxınlaşaraq özlərini təqdim etmiş və nəyə görə komendant saatında çöldə olduqlarını soruşmuş, o isə iqaret çəkmək üçüun həyətə düşdüyünü bildirmişdir. Onu da bildirmək istəyir ki, həmin vaxt onun özündə çanta olmuş və o, həyətə düşən zaman həmin çantanı həyətdə saxladığı həmin "Kia Optima” markalı avtomaşının baqaj hissəsinə aparıvb qoymaq fikri olmuşdur. Həmin polis əməkdaşları ona və Amilə onların karantin qaydalarını pozduqlarını bildirərək onları Nizami rayonu 25-ci PŞ-nə aparmışlar. Onu da bildirmək istəyir ki, həmin PŞ-nə onları aparan zaman o, özünə məxsus olan çantanı da özü ilə götürmüşdür. Orada polis əməkdaşları tərəfindən videoçəkiliş aparılmaqla onun üzərinə baxış keçirilmişdir. Baxış zamanı polis işçiləri ona üzərində və yaxud ona məxsus çantada nə kimi qanunsuz əşya və maddə varsa təqdim etməsini bildirmişlər. O isə üzərində heç bir narkotik maddə olmadığını, lakin çantada öz istifadəsi narkotik maddələr olmasını bildirmişdir. Sonra isə çantanın içərisindən orada öz istifadəsi üçün saxladığı iki ədəd kiçik bükümdə tiryək, bir neçə kiçik bükümdə metamfetamin, həmçinin kiçik bükümdə heroin və üç həbdə lirika adı ilə tanıdığı psixotrop maddəni könüllü olaraq polis işçilərinə təqdim etmişdir. O zaman onun üzərinə də baxış keçirildmiş, lakin onun üzərində hər-hansı bir qapnunsuz əşya aşkar olunmamışdır. Daha sonra polis əməkdaşları onunla birlikdə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 66 ünvanda həyətdə saxladığı “Kia Optima" markalı avtomaşına videoçəkiliş aparmaqla baxış keçirmişlər. Baxış zaman həmin avtomobilin salonundan orada saxladığı bir ədəd beşbarmaq aşkar edilərək götürülmüşdür. Avtomaşında hər-hansı bir başqa qanunsuz əşya və ya maddə aşkar olunmamışdır. Bu barədə polis işçiləri protokol tərtib etmiş və o, həmin protokolu imzalamışdır. Bir daha bildirir ki, ona məxsus olan çantadan aşkar edilərək götürülmüş narkotik vasitələri o, yalnız öz istifadəsi üçün saxlamışdır. O zaman idarə etdiyi “Kia Optima" markalı avtomaşından aşkar edilərək götürülmüş bir ədəd beşbarmağı o, yaşadığı Tərtər şəhərində tapmış və 2020-ci ilin sentyabr ayında mübahibə vəziyyəti ilə bağlı Bakı şəhərinə gələn zaman özü ilə gətirmiş, sonra isə həmin beşbarmağı idarə etdiyi avtomaşına qoyub saxlamışdır. Həmin beşbarmağı qanunsuz olaraq özündə saxlaması ildə bağlı özünü tam təqsirli hemab edir. Lakin, özünü Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli hesab etmir, çünki onda aşkar olunmuş narkotik maddələri o, yalnız öz istifadəsi üçün əldə etmişdir. Həmin iş üzrə həbs olunmazdan əvvəlki bir il ərzində o, narkotik maddə olan tiryəkdən və həmçinin metamfetamin kimi tanıdığı narkotik maddədən də istifadə etmişdir. Hadisə günü onda olan çantadan aşkar edilərək götürülmüş narkotik maddələri o, 2020-ci ilin ortalarında yaşadığı Tərtər şəhərində öz istifadəsi üçün 270 manata tanımadığı bir şəxsdən almışdır. Hadisə günü, yəni 15 noyabr 2020-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılıb Nizami RPİ-nin 25-ci PŞ-nə aparıldığı və orada onun üzərinə baxış keçirilən zaman ona qarşı heç bir təsir və təzyiq göstərilməmişdir. Hadisə günü onunla birlikdə saxlanılıb 25-ci PŞ-nə aparılmış Amil Rüstəmli ilə onun yaxın münasibətləri olmamış və onda aşkar olunmuş narkotik maddələrə Amilin heç bir aidiyyəti yoxdur. O zaman polis işçiləri Amil Rüstəmlinin də üzərinə baxış keçirmişlər, lakin Amilin üzərində hər-hansı bir narkotik maddə aşkar olunmamışdır. Onun özü narkomaniya xəstəliyindən əziyyət çəkir və buna görə də onda aşkar olunmuş heroini, həmçinin tiryəki və metamfetamini öz istifadəsi üçün əldə ketmişdir. Onda aşkar olunmuş həmin narkotik maddələri onun kiməsə satmaq fikri olmamışdır. O zaman idarə etdiyi avtomobildə aşkar olunmuş bir ədəd beşbarmağı isə cəbhə bölgəsində yaşadığına görə öz təhlükəsizliyi baxımından özündə saxlamışdır. Elan edilməklə ona təqdim edilmiş cinayət işinin birinrci cildinin 5-6-cı vərəqlərində olmaqla «Şəxsi axtarış və götürmə keçirilməsi haqqında” 15 noyabr 2020-ci il tarixli protokol ona tanışdır və həmin protokola «saxlanılan şəxs Təqsirləndirilən şəxs» qeydləri qarşısında imzalar onun özünə məxsusdur. Protokolda göstərildiyi kimi, həmin tarixdə Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-də videoçəkiliş aparılmaqla onun üzərinə şəxsi axtarış keçirilmişdir. Üzərinə şəxsi axtarış keçirilən zaman o, onun özü o vaxt onda olan çantanı açaraq onun içərisində saxladığı iki ədəd bükümdə olan tiryəki, yeddi ədəd bükümdə olan metamfetamini, iki ədəd bükümdə olan heroini, doqqud həb metadonu, üç həbdə olmaqla lirika kimi tanıdığı psixotrop maddni və iki ədəd elektron tərəzini könüllü olaraq polis işçilərinə təqdim etmiş, həmin narkotik maddələri Tərtər rayonundan tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Onun təqdim etdiyi həmin narkotik və psixotrop maddələr onun iştirakı ilə qablaşdırılaraq möhürlənib götürülmüşdür. Həmin protokolun doğruluğunu təsdiq edir. Hadisədən əvvəlki dövrdə onun özünün isttifadəsində ***-***-**-** saylı mobil telefon nömrəi olmuş və o, öz tanışları ildə həmin telefon nömrəsindən istifadə etməklə telefon əlaqəsi saxlamışdır. İş üzrə ibtidai istintiaq zamanı müvafiq məhkəmə qərarı əsasında onun istifadəsində olmuş həmin mobil telefon nömrəsi üzrə 01 avqust 2020-ci il tarixdən 15 noyabr 2020-ci il tarixədək olan müddət ərzində telefon əlaqələri və o cümlədən qarşhılıqlı SMS yazışmaları barədə məlumatların "xxxx" MMC-dən götürüldüyü və həmin məlumatlara baxış keçirilən zaman onun istifadəsində olmuş həmin mobil telefon nömrəli ilə muxtəlif şəxslərlə telefon əlaqəsi saxlayaraq o cümlədən «patı» və sairə adla narkotik vasitələrin satqısı ilə bağlı yazışmaların olduğu müəyyən olunduğu ona aydındır. O, öz tanışları ilə apardığı telefon yazışmaları zamanı ola bilsin ki, narkotik vasitələrin əldə olunması ilə bağlı yazışmalar olmuşdur. Lakin, o, heç kəsə hər-hansı bir narkotik maddə satmamışdır. Bir daha bildirir ki, həmin iş üzrə həbs olunmazdan əvvəlki dördə o, muxtəlif növ narkotik vasitələrdən istifadə etmişdir. Lakin, onun özü heç vaxt hər-hansı bir narkotik vasitənin satışı ilə məşğul olmamışdır. O, özünü öz istifadəsi üçün narkotik vasitə olan heroin, metamfetamin və həmçinin az miqdarda preqabalini qanunsuz olaraq əldə edib özündə saxlamaqda özünü təqsirli hesab edir və buna görə peşmançılıq çəkir. Odur ki, onun barəsində olan işə düzgün baxılıb narkotiklə bağlı hissədə onun əməlinin Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrindən Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməsi və himayəsində azyaşlı uşağının olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olması onun özünün qismən etirafedici ifadələri ilə yanaşı, məhkəmədə tədqiq olunmuş şahid ifadələri, ekspertiza rəyləri, maddi sübut və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, o, Nizami RPİ-nin 25-ci PŞ-nin CA üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. İş üzrə Təqsirləndirilən şəxs əvvəllər tanımamış və onunla heç bir münasibəti olmamışdır. Təqsirləndirilən şəxs ilk dəfə sonuncu polis əməkdaşları tərəfindən saxlanılıb həmin RŞ-nə gətirildiyi vaxt görmüşdür. Belə ki, 15 noyabr 2020-ci il tarixdə saat 04 radələrində o, xidməti iş yerində olan zaman Respublika ərazisində Hərbi vəziyyət elan edilməsi və Bakı şəhərində komendant saatının tətbiq edilməsi ilə əlaqədar Nizami RPİ-nin PPXB-nin əməkdaşları tərəfindən Nizami rayonu, Q.Qarayev prospekti 66 saylı ünvanda komendant saatında müvafiq icazələri olmadan yaşayış yerini tərk etdtiklərinə görə Təqsirləndirilən şəxs və Amil Rüstəmli adlı şəxs 25-ci PŞ-nə gətirilmişlər. Bu barədə rəhbərliyə məruzə olunduqdan sonra bununla bağlı araşdırmanın aparılması Nizami RPİ-nin 25-ci PŞ-nin təhqiqatçısı Nurlan Talıbova həvalə olunmuşdur. Daha sonra isə təhqiqatçı Nurlan Talıbov tərəfindən onun və həmçinin 25-ci PŞ-nin sahə inspektoru X1 iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs üzərində narkotik vasitələr olduğunu bildirərək o zaman əlində olan çantanın içərisindəki pulqabının içindən olan iki ədəd bükümü təqdim edərək həmin bükümlərdə narkotik vasitə tiryək olduğunu, yeddi ədəd kiçik bükümü təqdim edərək həmin bükümlərdə metamfetamin kimi tanıdığı psixotrop maddə olmasını, bundan başqa iki ədəd kiçik bükümü təqdim həmin bükümlərdə heroin olmasını, həmçinin lirika adı ilə tanıdı maddəni və bir neçə həb təqdim edərək onların metadon olmasını bildirmişdir. Həmin bükümlər açılıb yoxlanıldıqda onların içində qeyd edilən narkotik və psixotrop maddələrlə oxşar maddələrin olması aşkar olunmuşdur. Bu barədə təhqiqatçı Nurlan Talıbov tərəfindən protokol tərtib edilərək onlara ucadan oxunmuş və bütün iştirakçılar kimi Təqsirləndirilən şəxs da heç bir etiraz bildirmədən həmin protkolu imzalamışdır. Nizami RPİ-nin 25-ci PŞ-də Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman şəxsən onun özü və yaxud digər polis əməkdaşları tərəfindən heç bir təsir və təçzyiq olmamışdır. Yuxarıda qeyd etdiyi kimi Təqsirləndirilən şəxs üzərində narkotik vasitələr olduğunu bildirərək özü könüllü olaraq o zaman onda olan çantanın içərisindəki pulqabının içində saxladığı yuxarıda qeyd etdiyi narkoik vasitə və psixotrop maddələri könüllü olaraq təqdim etmişdir. Həmin tarixdə Nizami RPİ-nin 25-ci PŞ-nin təhqiqatçısı Nurlan Talıbova tərəfindən onların və Təqsirləndirilən şəxs iştirakı ilə sonuncunun idarə etdiyi avtomaşına ünvan 5 ünvanda həyətdə olan «KİA Optima» markalı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı avtomobilin salonundan bir ədəd «beşbarmaq» aşkar olunaraq götürülmüşdür. Avtomobildən hər-hansı bir narkotik və ya pasixotrop maddə aşkar olunmamsışdır. O zaman Təqsirləndirilən şəxs ilə birlikdə Nizami RPİ-nin 25-ci PŞ-nə gətirilmiş Amil Rüstəmli adlı şəxsin də üzərinə şəxsi axtarış keçirilmişdir. Lakin, həmin şəxsin üzərindən hər-hansı bir narkotik vasitə və ya başqa qanunsuz əşya aşkar olunmamsışdır. Təhqiqatçının sualarına cavab olaraq Təqsirləndirilən şəxs ilə onun üzərindən aşkar olunmuş narkotik vasitə və psixotrop maddələri Tərtər rayonundan tanımadığı bir şəxsdən öz istifadəsi üçün əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə və psixotrop maddələr xırda, yəni çox kiçik bükümlərdə oluşdur. Elan edilməklə ona təqdim edilmiş cinayət işinin birinrci cildinin 5-6-cı vərəqlərində olmaqla «Şəxsi axtarış və götürmə keçirilməsi haqqında” 15 noyabr 2020-ci il tarixli protokol ona tanışdır və həmin protokola «iştirak etdi Şahid5» qeydi qarşısında imza onun özünə məxsusdur. Protokolda göstərildiyi kimi, həmin tarixdə saat 03-50 radələrində Nizami RPİnin 25-ci PŞ-də həmin PŞ-nin təhqiqatçısı Nurlan Talıbov tərəfindən onun və 25-ci PŞ-nin sahə inspektoru Ülvi Qasımovun iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs o zaman əlində olan qəhvəyi rəngli çantnı açaraq çantanın içərisindən qara rəngli pul qabını çıxardaraq həmin pul qabından iki ədəd bükümdə şəffaf paketdəki qara rəngli spesifik iyə malik olan tiryək kimi tanıdığı, yeddi ədəd şəffaf sellofan bükülmüş ağ rəngli kristal formasında metamfetamin kimi tanıdığı, iki ədəd bükümdə sellofana qəhvəyi rəngli spesifik iyə malik olan heroin kimi tanıdığı narkotik vasitələri və doqquz ədəd həb metadonu, üç ədəd həbdə olmaqla lirika kimi tanıdığı psixotrop maddələri və iki ədəd elektron tərəzini təqdim etmişdir. Həmin maddələr onların və Təqsirləndirilən şəxs iştirakı qablaşdırılıb möhürlənib götürülmüşdür. Həmin protokolun doğruluğunu təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Bakı şəhəri Nizami RPİ-nin PPXB-də polis serjantı rütbəsində xidmət edir. İş üzrə Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir münasibəti olmamış və onu ilk dəfə saxladıqları vaxt görmüşdür. Belə ki, Respublika ərazisində Hərbi vəziyyət elan edilməsi və Bakı şəhərində komendant saatının tətbiq edilməsi ilə əlaqədar 15 noyabr 2020-ci il tarixdə 04 radələrində o, öz iş yoldaşı Şahid3 ilə birlikdə ərazidə piyada postda xidmət apararkən, Nizami rayonu, Q.Qarayev prospekti «Rahat» marketin arxasında məhlədən keçərkən ölkədə tətbiq edilən komendant saatının pozulması ilə əlaqədar iki nəfər şəxsi saxlamışlar. Həmin şəxslərdən biri, yəni hal-hazırda təqsirləndirilən şəxs kürsüsündə oturmaqla o zaman adını bildiyi Təqsirləndirilən şəxs və sonuncu ilə birlikdə olmuş Amil Rüstəmli adlı şəxs icazələri olmadığını bildirmişlər. Buna görə də onlar Təqsirləndirilən şəxs və sonuncunun yanında olmuş həmin şəxsi Nizami RPİ-nin 25-ci PŞnə aparmış və bu barədə rəmi qaydada paortla rəhbərliyə məlumat vermişlər. Bundan sonra həmin şəxsləri RPİ-nin 25-ci PŞ-nin əməkdaşlarına təhvil verilmişlər. Sonrakı araşdırma 25-ci PŞ-nin əməkdaşları tərəfindən aparılmışdır və onlar həmin şəxslərin üzərinə baxış keçirilməsində iştirak etməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Şahid2 ifadəsinə uyğun eyni məzmunda ifadə iş üzrə təqsirləndirilən şəxs Şahid2 və sonuncu ilə birlikdə olmuş X3 Bakı şəhərində komendant saatının tətbiq edilməsi ilə əlaqədar icazəsiz olduqlarına görə yuxarıda qeyd edilən şəraitdə axlayaraq Nizami RPİ-nin 25-ci PŞ-nə aparıb təhvil verdiklərini bildirmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, iş üzrə Təqsirləndirilən şəxs bir neçə ildir ki, tanıyır və onunla dostluq edirlər. Təqsirləndirilən şəxsla Bakı şəhəri «Oscar» şadlıq evində ofisiant işləyən zaman tanış olmuş və Təqsirləndirilən şəxs həmin şadlıq evinin qarşısında taksi fəaliyyəti ilə məşğul olduğuna görə onunla tanış olaraq münasibətləri yaranmışdır. Onun özü şəxsi avtomobili olmadığına görə mütəmadi olaraq avtomobillərin icarəsi ilə məşğul olan firmlardan avtomobil götürüb öz şəxsi işləri ilə məşğul olmuşdur. Təxminən 14 noyabr 2020-ci il tarixdə axşam üstü Bakı şəhəri Nizami rayonu ərazisində olan 26 saylı poliklinikanın yanında olan zaman təsadüfən Ceyhunla rastlaşmışdır. Orada öz aralarında söhbət edən zaman Ceyhun müvəqqəti yaşadığı evdən köçdüyü üçün əşyalarını daşımağa avtomobil lazım olduğunu və bu işdə ona köməklik etməsini xahiş etmişdir bildirmişdir. O, isə evə gedəcəyini və vaxtı olmadığını Ceyhuna bildirmişdir. Ceyhun isə ondan öz əşyalarını aparmaq üçün idarə etdiyi avtomaşını bir neçə saatlıq ona verməsini daha xahiş etmiş və sonra avtomobili ona qaytaracağını ona demişdir. Ceyhunla dost münasibətlərində olduğu və ona etibar etdiyinə görə o, o zaman öz istifadəsində olan “KİA-Optima” markalı avtomobili Ceyhuna vermişdir. Bundan sonra o, Ceyhundan ayrılaraq yaşadığı evə çıxıb getmişdir. Bundan bir neçə saat sonra, gecə saatlarında tanımadığı bir nəfər şəxs ona taksafonla zəng vuraraq Ceyhunun polis işçiləri tərəfindən tutulduğunu və 25-ci PŞ-də olduğunu bildirmişdir. Buna görə də o, dərhal 25-ci PŞ-nə gedərək nə baş verdiyi barədə maraqlanmışdır. Orda olan polis işçilərinin deməsindən sonra ona məlum olmuşdur ki, Ceyhun komendant saatını pozduğuna görə həmin polis şöbəsinə aparılmış və ondan narkotik vasitələr aşkar olunmuşdur. Həmçinin ona məlum olmuşdur ki, həmin gün müvəqqəti olaraq idarə etmək üçün Ceyhuna verdiyi həmin “KİA-Optima” markalı avtomobildən bir ədəd beşbarmaq aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etdiyi barədə onun özünün heç bir məlumatı olamışdır. O, idarə etdiyi “KİA-Optima” markalı avtomobildə heç vaxt hər-hansı bir qanunsuz əşya və o cümlədən beşbarmaq olmamış və Təqsirləndirilən şəxs həmin beşbarmağı nə vaxt harada əldə etdiyi və nə səbəbə onun maşınına qoyduğu barədə məlumatı yoxdur. Bu barədə onun özü polis işçilərinə izahat vermişdir. Sonradan həmin avtomobil ona qaytarılmışdır. Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən cinayət əməlini törətməkdə təqsirli olması cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edilmiş aşağıda qeyd edilən digər sübutlarla da təsdiq olunur. Belə ki, “Cinayət işi başlama və icraata qəbul edilməsi haqqında” 15 noyabr 2020-ci il tarixli qərardan görünür ki, həmin ********* saylı cinayət işi Bakı şəhəri Nizami RPİ-nin İŞnin müstəntiqi, polis kapitanı Rəşad Məmmədov tərəfindən xx xxxxx 1991-ci il tarixdə Tərtər rayonunda anadan olmuş Təqsirləndirilən şəxs 15 noyabr 2020-ci il tarixdə saat 03- 35 radələrində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 66 saylı yaşayış evinin qarşısında saxlanılaraq PŞ-nə aparılıb onun üzərinə baxış keçirilən zaman onun üzərindən muxtəlif narkotik vasitə və psixotrop maddə olan preqabolin aşkar olunması faktına görə toplanmış material üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsi 234.4.3-cü maddəsi ilə cinayət işi başlanıl icraata qəbul edilərək iş üzrə ibtidai istintaq aparılmışdır. (cild 1, iş vər. 1). «Şəxsi axtarış və götürmə keçirilməsi barədə» 15 noyabr 2020-ci il tarixli protokoldan görünür ki, Nizami RPİ-nİn 25-ci PŞ-nin təhqiqatçısı, polis leytenantı Nurlan Talıbov tərəfindən 15 noyabr 2020-ci il tarixdə saat 04-10 radələrində Nizami RPİ-nin 25-ci PŞ-nin CA üzrə əməliyyat müvəkkili Şahid5 və həmin PŞ-nin sahə inspektoru X1 iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya varsa təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs o zaman əlində olan qəhvəyi rəngli çantnı açaraq çantanın içərisindən qara rəngli pul qabını çıxardaraq həmin pul qabından iki ədəd bükümdə şəffaf paketdəki qara rəngli spesifik iyə malik olan tiryək kimi tanıdığı və yeddi ədəd şəffaf sellofan bükülmüş ağ rəngli kristal formasında metamfetamin kimi tanıdığı, iki ədəd bükümdə sellofana qəhvəyi rəngli spesifik iyə malik olan heroin kimi tanıdığı narkotik vasitələri və bir list olmaqla içərisində doqquz ədəd həbdə metadon, üç ədəd ayrı-ayrılıqda həbdə olmaqla lirika kimi tanıdığı psixotrop maddələri, iki ədəd elektron tərəzini təqdim edərək həmin narkotik vasitələri Tərtər rayonundan tapdığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş həmin maddələr qablaşdırılıb həmin PŞ-nin 165 saylı möhür əksi ilə möhürlənərək götürülmüşdür. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin videogörüntüləri əks olunmuş bir ədəd DVD disçk həmin protokola əlavə olunmuşdur. (cild 1, iş vər. 5-6, 7). «Narkotik sərxoşluq vəziyyətinin narkotik vasitələrin və psixotrop maddələrin istehlakı halların müəyyən edilməsi məqsədi ilə tibbi müayinənin keçirilməsi haqqında» 1021 saylı aktından görünür ki, Təqsirləndirilən şəxs sidiyində METİ aşkar edilmişdir. (cild 1, iş vər. 12). “Tutma haqqında” 15 noyabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində 15 noyabr 2020-ci il tarixdə saat 04-45 radələrində Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin təhqiqatçısı Nurlan Talıbov tərəfindən müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuşdur. (cild 1, iş vər. 21). «Şəxsi axtarış və götürmə keçirilməsi barədə» 15 noyabr 2020-ci il tarixli protokoldan görünür ki, Nizami RPİ-nİn 25-ci PŞ-nin təhqiqatçısı, polis leytenantı Nurlan Talıbov tərəfindən 15 noyabr 2020-ci il tarixdə saat 04-50 radələrində Nizami RPİ-nin 25-ci PŞ-nin CA üzrə əməliyyat müvəkkili Şahid5 və həmin PŞ-nin sahə inspektoru X1 iştirakı ilə videoçəkiliş aparılmaqla X2 üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Rüstəmli Amilin üzərindən heç bir qeyri-qanuni əşya aşkar edilməmişdir. (cild 1, iş vər. 34- 35). «Baxış keçirilməsi barədə» 15 noyabr 2020-ci il tarixli protokoldan görünür ki, Nizami RPİ-nİn 25-ci PŞ-nin təhqiqatçısı, polis leytenantı Nurlan Talıbov tərəfindən 15 noyabr 2020-ci il tarixdə saat 09-20 radələrində Nizami RPİ-nin 25-ci PŞ-nin CA üzrə əməliyyat müvəkkili Şahid5 və Təqsirləndirilən şəxs iştirakı ilə sonuncunun idarə etmiş olduğu “KİA- Optima” markalı **-LE-*** dövlət qeydiyyat nişanlı avtomobilə videoçəkiliş aparılmaqla baxış keçirilmişdir. Baxış zamanı həmin avtomobilin sərnişin oturacağının qarşısında olan saxlanc yerindən bir ədəd qara rəngli beşbarmaq aşkar olunaraq götürülmüşdür. (cild 1, iş vər. 39). İş üzrə təyin edilmiş məhkəmə-kimyəvi ekspertizasının 15 noyabr 2020-ci il tarixli 6/2490 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzrəriııdə «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nizami RPİ-nin 25-ci Polis Şöbəsi» dairəvi möhür əksi olan zərfdə; Üzərində «Təqsirləndirilən şəxs çantasından aşkar edilərək ...» sözləri və imzalar qeyd edilmiş kağız paketin içərisində yeddi ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,790 qram, 0,428 qram, 0,407 qram, 0,433 qram, 0,448 qram, 0,417 qram, 0,692 qram ümumi təmiz çəkisi 3,615 qram olan ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamindir. Digər iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 1,045 qram, 0,431 qram ümumi təmiz çəkisi 1,476 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər 2 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkisi 5,330 qram və 5,109 qram ümumi təmiz çəkisi 10,439 qram olan tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - tiryəkdir. Heroin və tiryək 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitəlr»in siyahısına (Siyahı 1) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddən»in siyahısına (Siyahı İ) daxildir. Üzərində «Təqsirləndirilən şəxs çantasından aşkar edilərək...» sözləri və imzalar qeyd edilmiş digər kağız paketdə olan iki ədəd elektron tərəzidə narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğu üçün çəkisini müəyyən etmək mümkün olmadı. (cild 1, iş vər. 42- 44). İş üzrə keçirilmiş məhkəmə-bioloji ekspertizasının 15 noyabr 2020-ci il tarixli 6/2491 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzrərində «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nizami RPİ-nin 25-ci Polis Şöbəsi» dairəvi möhür əksi olan «Təqsirləndirilən şəxs çantasından aşkar edilərək götürülmüş...» sözləri və imzalar qeyd edilmiş bir ədəd kağız paketdə 1 ədəd konvalyutda olan ümumi sayı 9 ədəd ağ rəngli dairəvi formalı olan həblərdə metadonun təsir maddəsinin ümumi miqdarı 0,36 qram (1 ədəd həbdə 0,04 qram) təşkil edir. Təqdim edilmiş 3 ədəd ağ-qəhvəyi qırmızı kapsulların tərkibində preqabalin təsir maddəsinin ümumi miqdarı 0,9 qram (bir ədəd həbdə preqabalinin təsir maddəsinin miqdarı 0,03 qramdır) olduğu müəyyən edilir. Metadon 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitəlr»in siyahısına (Siyahı İİ) daxildir. Preqabalin 2016-cı il 18 mart tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısına» (1 nömrəli əlavə) daxildir. (cild 1, iş vər. 49-50). “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 16 noyabr 2020-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək müdafiəçisinin iştirakı ilə həmin qərar ona elan edilmişdir. (cild 1, iş vər. 59-60). Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 4(007)-213/2020 saylı, 16.11.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 15 noyabr 2020-ci il tarixdən hesablanmaqla həmin tarixdə «həbs» qətimkan tədbiri seçilmişdir. (cild 1, iş vər. 80-82). İşdə olmaqla "xxxx" MMC RENTAKAR verilmiş 3 №-li Yol vərəqsinin kserosurətindən görünür ki, “KİA-Optima” markalı **-LE-*** dövlət qeydiyyat nişanlı avtomobil 15.10.2020-ci il tarixdən 28.10.2020-ci il tarixədək Şahid1 icarəyə verilmişdir. (cild 1, iş vər. 89). Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən verilmiş 23.11.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (cild 1, iş vər. 98). «Telefon danışıqları cədvəlinə baxış keçirilməsi haqqında» 04 yanvar 2021-ci il tarixli protokol və ona əlavə edilmiş SMS yazışmaları mətnləri çıxarışlarından görünür ki, müvafiq məhkəmə qərarına əsapsən "xxxx" MMC-nin 30.12.20020-ci il tarixli BKS/LCL- 27236/20 saylı məktubu ilə istintaq orqanına təqdim edilməklə bir ədəd CD diskdə olmaqla iş üzrə Təqsirləndirilən şəxs istifadəsində olmuş 994-55-314-93-14 nömrəli mobil telefon üzrə 01.08.22020-ci il tarixdən 15.11.2020-ci il tarixədək olan dövr üzrə telefon əlaqələri və SMS yazışmaları məlumatlara baxış keçirilmişdir. Baxış zamanı SMS yazışmaları və bununda bağlı çıxarış cədvəllərində olan mətnələrə baxış keçirilən zaman «SMS Tarixçəsi **********3141 9********.pdf» adlı fayl açıldıqda aşağıda Təqsirləndirilən şəxs istifadəsində olmuş həmin telefon nömrəsi üzrə muxtəlif abonentlərlə ailə-miəişət və s. məzmunda qarşılıqlı yazışmalar aparıldığı, bununla yanaşı həmin SMS yazışmaların mətnlərinə əsasən o cümlədən ***-***-**-**, 055-228-00- 57, ***-***-**-**, ***-***-**-**, ***-***-**-** saylı mobil mobil telefon nömrələri abonentləri ilə «patı» və s. adla narkotik vasitənin satışı ilə bağlı SMS yazışmaları olduğu müəyyən edilmişdir. Həmin məlumatlar olan bir ədəd CD disk iş materiallarına əlavə olunmuşdur. (cild 1, iş vər. 115, 116, 117, 118-266). Məhkəmə-trasoloji ekspertizasının 3/2006 saylı 16 dekabr 2020-ci il rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 3 (bir) ədəd predmet kustar üsulla kastet tipində hazırlanmış, vurucu, əzici xassəyə malik soyuq silahdır, təyinatı üzrə istifadəyə yararlıdır, üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmişdir. (cild 2, iş vər. 9-11). İş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının 26 noyabr 2020-ci il tarixli 3318 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindəıı sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild 2, iş vər. 17-18). “Toplanmış sübutların qiymətləndirilməsi haqqında” 04 mart 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 228.4, 240.1 və 234.4.3cü maddəsinə tövsif edilmiş, Təqsirləndirilən şəxs və X2 barələrində Azərbaycan Respublikası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin-nin 234.4.1-ci maddəsi ilə cinayət işinin başlanılması rədd edilmiş, X2 barəsində Azərbaycan Respublikası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin-nin 228.4-cü maddəsi ilə cinayət işinin başlanılması rədd edilmiş, Təqsirləndirilən şəxs üzərində aşkar olumuş ümumi xalis çəkisi 3,615 qram ağ rəngli kristallik formada maddə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, ümumi xalis çəkisi 1,476 qram qəhvəyi rəngli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroin. ümumi xalıs çəkisi 10,439 qram tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, 01 ədəd konvalyutda, hər birisi 0,04 qram olan təsir maddəsinin ümumi miqdarı 0,36 qram olan ümumi sayı 09 ədəd ağ rəngli dairəvi formalı olan narkotik vasitə ınetadonu və hər birisi 0,3 qram olan, təsir maddəsinin ümumi miqdarda 0,9 qram təşkil edən 3 ədəd ağ-qəhvəyi qırmızı kapsullarda narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə preqabalin həbləri maddi sübut kimi tanınmış və saxlanılması üçün Nizami RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. (cild 2, iş vər. 33-40). İşdə olan “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” ********* nömrəli cinayət işinin materiallarından naməlum mənbəyə dair Azərbaycan Respublikası Azərbaycan Respublikası Cinayət Məcəlləsininnin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmış və ayrıca icraata qəbul olunaraq istintaq edilməsi qərara alınmışdır. (cild 2, iş vər. 41-42). “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” 05 mart 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsi 228.4, 234.4.3 və 240.1-ci maddələrində nəzərdə tutulan ittiham elan edilməsi qərara alınmışdır. (cild 2, iş vər 61-63) Məhkəmə-kimyəvi ekspertizasının 6/951 saylı 11 mart 2021-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzrə «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi DİN Zərflər üçün №162» dairəvi möhür əksi olan zərfin içərisində üzərində «Təqsirləndirilən şəxs çantasından aşkar edilərək ...»sözləri və imzalar qeyd edilmiş kağız paketdə yeddi ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,760 qram, 0,398 qram qram, 0,377 qram, 0,403 qram, 0,418 qram, 0,387 qram, 0,662 qram ümumi təmiz çəkisi 3,405 qram olan ağ rəngli kristallik formada maddə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə bir-biri ilə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Digər iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 1,005 qram, 0,391 qram ümumi təmiz çəkisi 1,396 qram olan qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə bir-biri ilə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 5,280 qram, 5,059 qram ümumi təmiz çəkisi 10,339 qram olan qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə bir-biri ilə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir. Heroin və tiryək 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddən»in siyahısına (Siyahı 1) daxildir. (cild 2, iş vər. 42-47) Məhkəmə iclasında kompüter texnikasının vasitəsilə cinayət işinin materiallarına əlavə edilmiş 01 ədəd «DVD» diskdə olan videgörüntüyə baxış keçirilmiş və baxış zamanı həmin videogörüntülərdə “Şəxsi axtarış və götürmə aparılması haqqında” 15 noyabr 2020ci il tarixli protokolun məzmununda qeyd olunan halların əyani olaraq öz əksini tapması müəyyən edilmişdir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Siyahılarında tiyəkin 50 qramdan, metadonun 1,6 qramdan yuxarı, heroinin 2 qramdan yuxarı, metafetaminin 2 qramdan yuxarı aşkar olunması külli miqdar hesab olunur. Peqabalin Azərbaycan Respublikasının 18 mart 2016-cı il tarixli Qanunu ilə təsdiq edilmiş «Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısına» (1 nömrəli əlavə) daxildir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla bağlı üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə, narkotik vasitə və narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri kiməsə satmaq məqsədinin olmadığı, həmin narkotik vasitə və güclü təsiredici psixotrop maddələri özünün istifadə etməsi üçün saxladığı barədə ifadələrinə tənqidi yanaşaraq hesab edir ki, onun bu kimi ifadələri öz məsuliyyətini yüngülləşdirmək və cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədi ilə verilmiş və onun yuxarıda qeyd edilən cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, şahidlərin məhkəmə iclasında verdikləri ifadələr, ekspertiza rəyləri, maddi sübutlar, təqsirləndirilən şəxsin istifadəsinə olan mobil telefon nömrəsi üzrə əldə edilmiş məlumatlar və məhkəmə iclasında elan edilmiş digər sənəd və iş materialları ilə təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilmədi. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2 nömrəli qərarının 4-cü bəndinə əsasən narkotik vasitələrin satın alınması, o cümlədən başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi də başa düşülməlidir. Qeyd edilən Plenum Qərarının 5ci bəndinə əsasən narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Həmin Qərarın 9-cu bəndinə əsasən təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə həmin tövsiyələri və işin faktiki hallarını, yəni Təqsirləndirilən şəxs qanunsuz olaraq soyuq silahı əldə edib gəzdirməsi, həmçinin satış məqsədilə qanunsuz olaraq külli miqdarda psixotrop maddələri, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni və külli miqdarda güclü təsir edən maddəni əldə edib saxlamaqla, daşıyaraq qanunsuz dövriyyəsi ilə məşğul olması Bakı şəhəri Nizami rayonu ərazisində yuxarıda göstərilən şəraitdə polis əməkdaşları tərəfindən yaxalandığı, onun şəxsiyyətini xarakterizə edən halları, aşkar olunmuş psixotrop maddələrin, narkotik vasitənin və narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələrin çoxlu sayda bükümlərə bölünməklə miqdarlarını, həmçinin yuxarıda qeyd olunan miqdarlarda narkotik vasitə, psixotrop maddə və narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə aşkar olunmasını və işin digər hallarını nəzərə alaraq hesab edir ki, onun həmin külli miqdarda psixotrop maddələri, narkotik vasitəni və külli miqdarda narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddəni məhz satış məqsədi ilə əldə edib, saxlayaraq daşıması tam təsdiq olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlinin tövsifi məsələsini müzakirə edərək hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən onun törətmiş olduğu cinayət əməlləri düzgün olaraq Azərbaycan Respublikası CM-nin 228.4, 234.4.3 və 240.1ci maddələri ilə tövsif edilmiş və o, həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək həmin maddələrin sanksiyaları həddində cəzalandırılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2 nömrəli qərarının 9-cu bəndinə əsasən təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi və işin digər halları nəzərə alınmalıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11 maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasımiqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrinin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətdir. Qanunun mənasına görə, narkotik vasitələrin satışı dedikdə yalnız qeyd olunan maddələrin əvəzli, qazanc əldə etmək, yaxud şəxsi maraq məqsədi ilə yayılması başa düşülür. Bu isə o deməkdir ki, şəxsin narkotik vasitələri satış üçün əldə edib gəzdirməsi haqqında nəticəyə gəlmək üçün onun məhz sadalanan məqsədlərin hər hansı birini izləyərək narkotik vasitələri əldə edib gəzdirməsi sübut edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun yuxarıda qeyd olunan qərarlarındakı mövqeyini, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun müddəalarını və işin faktiki hallarını, yəni əməliyyat axtarış və ibtidai istintaq hərəkətlərinin aparılmasına dair protokolların məzmununu, Fəxrəddin Hüseynovun ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə verdiyi hadisələrin baş vermə yeri, vaxtı və ardıcıllığına dair iş materialları ilə uzlaşan və özünün narkotik vasitələri əldə etdiyi şəxsin ona pulsuz narkotik vasitə verməsi və bir miqdar pul verməsi müqabilində (şəxsi maraq məqsədi ilə), faktiki olaraq narkotik vasitələrin daşınması və istehlakçılara çatdırılmaqla yayılması ilə, həmin vasitələrin satışı ilə məşğul olduğuna dəlalət edən qismən etiraf edici ifadələri, Təqsirləndirilən şəxs üzərindən aşkarlanıb götürülmüş narkotik vasitə heroinin bir kiloqram çəkidə olmaqla külli miqdarda olması əlamətini, məhkəmə iclasında da nümayiş etdirilməklə tədqiq edilmiş 01 ədəd «DVD» diskdə olan videgörüntülərlə, “Şəxsi axtarış və götürmə aparılması haqqında” 22 sentyabr 2020-ci il tarixli protokol məzmununda qeyd olunan halların əyani olaraq öz əksini tapması ilə yanaşı, həmin video görüntülərdən Fəxrəddin Hüseynovun narkotik vasitəni təqdim etməsindən sonra, ona verilən suallara cavab olaraq, təqdim etdiyi sellofan torbada bükülünün içərisindəki narkotik maddə olmasını, Səxavət adlı şəxsin vasitəsi ilə Bakı şəhəri 28 may metrosunun ərazisində ağacın dibindən götürməsini, Səxavətin ona bunun əvəzinə 50 manat, dərman və narkotik verəcəyini deməsinin müəyyən edilməsi kimi obyektiv olaraq təsdiq olunan xüsusatları və digər sübutları qarşılıqlı şəkildə tədqiq və təhlil edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan cinayət əməlinin törədilməsinə, eləcə də polis əməkdaşları tərəfindən təqsirləndirilən şəxsin iddia etdiyi qanunsuz hərəkətlərin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və təqsirləndirilən şəxsin məhkəmə baxışında heç bir mötəbər hala əsaslanmayan ifadələri ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz, verilmiş ittihamı təkzib edə biləcək sübutlar müdafiə tərəfindən məhkəməyə təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin göstərilən hallara istinad edilməklə qurulmuş müdafiəsi onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 240.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən yayınmağa cəhdlər kimi qiymətləndirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs himayəsində azyaşlı övladının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal məhkəmədə müəyyən edilmədi. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs ağır cinayət əməli törətməkdə təqsirli bilindiyi nəzərə alınaraq Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli şübhəli şəxs qismində tutulduğu 15 noyabr 2020-ci il tarixdən hesablanmalıdır. Yuxarıda qeyd edildiyi kimi, iş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunmuş və narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğu qeyd olunmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübutlar,- Nizami RPİ-də saxlanılan müvafiq ekspertiza tədqiqatından sonra qalıq qalan,- 1, 316 qram narkotik vasitə heroin, 10,239 qram narkotik vasitə tiryək, 3, 195 qram psixotrop maddə metamfetamin, 08 ədəd narkotik vasitə metadon həbləri və 02 ədəd güclü təsir edən maddə preqabalin həbləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, cinayət işinə əlavə edilmiş 15 noyabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinə dair istintaq hərəkətinin video görüntülərini özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanmalıdır. İş üzrə ekspertiza xərcləri cəmi 159 (yüz əlli doqquz) manat Təqsirləndirilən şəxs dövlətin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4, 234.4.3 və 240.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-in 228.4-cü maddəsi ilə 01 (bir) il müddətinə, CM-in 234.4.3-cü maddəsi ilə 05 (beş) il müddətinə, CM-in 240.1-ci maddəsi ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə onun üzərində qəti olaraq 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 15 noyabr 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsəsən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar,- Azərbaycan Respublikası DİN Nizami RPİ-də saxlanılan müvafiq ekspertiza tədqiqatından sonra qalıq qalan,- 1, 316 qram narkotik vasitə heroin, 10,239 qram narkotik vasitə tiryək, 3, 195 qram psixotrop maddə metamfetamin, 08 ədəd narkotik vasitə metadon həbləri və 02 ədəd güclü təsir edən maddə preqabalin həbləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, cinayət işinə əlavə edilmiş 15 noyabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinə dair istintaq hərəkətinin video görüntülərini özündə əks etdirən 01 ədəd DVD disk cinayət işi materiallarında saxlansın. İş üzrə ekspertiza xərcləri cəmi 159 (yüz əlli doqquz) manat Təqsirləndirilən şəxs dövlətin xeyrinə tutulsun. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə hökm həmin müddət başa çatdığı vaxdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Eldar Mikayılov Hakimlər: Siyavuş Hacıyev Mahmud Ağalarov
Məhkəmə qərarları › İş №1(101)-941/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-941/2021
27.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver