Məhkəmə qərarları › İş №1(101)-941/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-941/2022

02.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-941/2022 02.09.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, Hazıqov Əliqismət Nurəli oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və “Fides” Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxx 1977-ci il tarixdə Balakən rayonu, Qazma kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, Balakən rayonu, Qazma kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşamış, 04 oktyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 05 oktyabr 2021-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda həbsdə saxlanılan Təqsirləndirilən şəxs1, xx xxxx 1986-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4048, ev 3, mənzil 42-də qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, 04 oktyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 05 oktyabr 2021-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında narkotik vasitələrin və psixotrop maddələrin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsinə qabaqcadan vəd verməklə köməklik etmiş, habelə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə etmiş, saxlamış və daşımışlar. Belə ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 Nadir oğlu və şəxsiyyəti müəyyən edilməmiş İran İslam Respublikası vətəndaşı (bundan sonra: İİR və ya İran) “Milad” adlı şəxs qabaqcadan razılaşmaqla əlbir olub bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin əldə edilməsi, saxlanması, daşınması və satılması ilə bağlı razılığa gəlməklə yanaşı, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 “Milad” adlı şəxsə bu məqsədlə İİR-dan Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla keçirəcəkləri, həmin maddələri onun qoyacağı yerdən götürüb satışının təşkil edilməsinə köməklik göstərəcəkləri barədə qabaqcadan vəd vermiş, bu məqsədlə “Milad” adlı şəxsin istintaqa məlum olmayan vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirdiyi külli miqdarda, ümumi təmiz çəkisi «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»-in İ siyahısına daxil edilən 995 qram çəkidə psixotrop maddə metamfetamini və «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in İ siyahısına daxil edilən 4015,57 qram çəkidə narkotik vasitə heroini naməlum vaxtda, yerdə və şəraitdə satış məqsədilə qanunsuz olaraq əldə etdikdən sonra qeyd edilən çəkidə narkotik vasitə heroinin 5,320 qramını Təqsirləndirilən şəxs2, 5,250 qramını isə Təqsirləndirilən şəxs1 hərəsi bir ədəd bükümdə qablaşdıraraq üzərilərində, 2000 qramını ayrı-ayrılıqda 1000 qram və 1000 qram çəkidə olan hissələrə bölüb iki ədəd bükümdə qablaşdıraraq Təqsirləndirilən şəxs2 məxsus mopedin arxa yük yerində, narkotik vasitənin qalan 2005 qramını ayrı-ayrılıqda 1005 qram və 1000 qram çəkidə olan hissələrə bölüb iki ədəd bükümdə, həmçinin qeyd edilən çəkidə psixotrop maddə olan metamfetamini bir bükümdə qablaşdıraraq Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 2 ünvana daşıyaraq orada saxlamışlar. Qeyd olunanlarla bağlı daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin (bundan sonra: DİN, BNMİ) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1la birlikdə 04 oktyabr 2021-ci il tarixdə, saat 02:00-da ünvan 3 ünvanının yaxınlığında saxlanılaraq ünvan 4erləşən BNMİ-nə dəvət olunub üzərilərinə şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı 5,320 qram çəkidə külli miqdarda narkotik vasitə heroin əynində olan şalvarının sağ yan cibindən 01 ədəd bükümdə, Təqsirləndirilən şəxs1 satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı 5,250 qram çəkidə külli miqdarda narkotik vasitə heroin əynində olan şalvarının sağ yan cibindən 01 ədəd bükümdə aşkar edilərək götürülmüşdür. Keçirilmiş əməliyyat-axtarış tədbirinin davamı olaraq Azərbaycan Respublikası DİN, BNMİ-nin əməkdaşları tərəfindən 04 oktyabr 2021-ci il tarixdə, saat 04:05-də Təqsirləndirilən şəxs2 Nadir oğlunun idarə etdiyi mopedə öz icazəsi və iştirakı ilə baxış keçirilərkən hər birinin təmiz çəkisi 1000 qram olan 02 ədəd bağlamada külli miqdarda ümumi təmiz çəkisi 2000 qram təşkil edən heroin narkotik vasitəsi bir ədəd sellofan torbanın içində olmaqla mopedin arxa yük yerindən aşkar edilərək götürülmüşdür. Bundan başqa, keçirilmiş əməliyyat-axtarış tədbirinin davamı olaraq Azərbaycan Respublikası DİN, BNMİ-nin əməkdaşları tərəfindən 04 oktyabr 2021-ci il tarixdə, saat 05:05-də Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 1 ünvanına öz icazəsi və iştirakı ilə baxış keçirilərkən külli miqdarda - ümumi təmiz çəkisi 2005 qram təşkil edən narkotik vasitə heroin ayrı-ayrılıqda təmiz çəkiləri 1005 qram və 1000 qram olmaqla 02 ədəd bağlamada, həmçinin külli miqdarda - təmiz çəkisi 995 qram təşkil edən psixotrop maddə metamfetamin 01 ədəd bağlamada olmaqla bir ədəd sellofan torbada mənzilin girişlə üzbəüz yerləşən yataq otağının eyvanındakı dolabın üzərindən aşkar edilərək götürülmüşdür, yəni qeyd olunan bu hərəkətləri ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Nadir oğlu Azərbaycan Respublikası CM-nin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxslərə münasibətdə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, araşdırılan mötəbər və təkzibedilməz sübutlarla təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Nadir oğlunun Azərbaycan Respublikası CM-nin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayəti törətmələri tam təsdiq olunmuşdur. Belə ki, cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ona qarşı irəli sürülən ittihamlarla özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, o, Bakı şəhərində Qaradağ rayonu ərazisində yerləşən “Meyvəli” deyilən topdansatış bazarında meyvə satışı ilə məşğul olmuşdur. Milad adlı iranlı isə ona İrandan meyvə göndərmişdir. Milad ona, həmçinin hadisədən bir neçə gün əvvəl botoks üçün 1 ədədinin dəyəri 100 manat olan 40 ədəd dərman göndərmişdir. Onlar tutulan gün, yəni 04 oktyabr 2021-ci il tarixdə Milad gecə ona zəng edərək “Musabəyov parkı”na motosikletlə müştəri gələcəyini bildirmiş, botoks dərmanlarından 5 ədədini ona verməyi tapşırmışdır. O, Miladın tapşırığına əsasən gecə “Musabəyov parkı”na getmiş, orada olan zaman polislər onu saxlayıb yoxlamış və üzərimdə dərman və buz olduğunuk görmüşlər. Belə ki, botoks dərmanlarının xarab olmaması üçün onların buzda saxlanılması tələb olunur. Üzərində heç bir narkotik vasitə olmamasına baxmayaraq polislər onu tutub saxlamışlar. Həmin vaxt botoks dərmanlarını almaq üçün Miladın göndərdiyi adam motosikletlə artıq orada olmuş və o da polislər tərəfindən saxlanılıb Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparılmışdır. Polislər orada Samirin qarşısına botoks dərmanlarını qoyaraq narkotik maddə olduğunu bildirmiş, etiraf etməyi tələb etmiş, lakin Samir həmin narkotik maddələri qəbul etməmiş, ona məxsus olmadığını bildirmişdir. Bundan sonra Samir harasa aparılmış və bir müddət sonra geri qaytarılmış və guya həmin maddələr narkotik maddələr olduğunu və ondan aldığını bildirmişdir. Samirin həmin maddələri ondan aldığını deməsinə baxmayaraq, o, etiraf etməmiş, botoks dərmanları olduğunu demiş, polislərə narkotik maddələrin onluq olmadığını bildirmişdir. Lakin təzyiqlər nəticəsində ittihamda üzərindən çıxması göstərilən narkotik vasitəni qəbul etmişdir. O, polislərə həmin dərmanlardan evdə də olduğunu demiş, təqdim edə biləcəyini də bildirmişdir. Bundan sonra o, polislərlə birlikdə onun yaşadığı evə getmiş, evə polislər onun qarşısına yenə də narkotik vasitə olan torba qoymuş, botoks dərmanlarını isə soyuducudan götürmüşlər. Polislər ona balkonda torbada olan narkotiki boynuna götürməyi bildirdilər. O, qəbul etməmiş, onun evində belə bir torba olmadığını bildirmişdir. Belə olan halda polislər onun boynuna götürməyəcəyi təqdirdə, onu həyat yoldaşını aparacaqları ilə hədələmişlər. Polislər onun evində olan vaxt həyat yoldaşı Şahid4 evdə olmuş, lakin onu evdən çölə çıxartdıqlarından sonuncu heç nə görməmişdir. O, məcbur olub təklif olunanlarla razılaşmışdır. Evindən torbada götürülən narkotik vasitə və psixotrop maddə sənədləşdirilmişdir. İstər BNMİ-də, istərsə də onun yaşadığı ünvanda quraşdırılan tədbir videoçəkilişlə aparılmışdır. Sonra Xəqani adlı əməliyyat işçisi onun yanında Milada zəng edib, o deyəni etdiklərini bildirmiş və pulunu göndərməyi ona demişdir. Təqsirləndirilən şəxs1 ifadəsinin davamında göstərdi ki, hadisə gününədək o, Samiri tanımamış, onunla telefon danışıqları olmamış, o, Miladın vasitəsi ilə Samirlə danışmamışdır. O, həyatında heç bir zaman narkotik vasitə görməmiş, Miladla narkotik vasitələr və ya başqa qanunsuz mal barədə söhbət aparmamış, o, narkotik vasitələrin dövriyyəsi ilə bağlı Miladla o, qarşılıqlı olaraq bir-birinə şəkil göndərməmiş, Miladdan heç bir narkotik vasitə almamış və ya satmamışdır. O, narkotik vasitələrdən istifadə etməmiş, ekspertizada tədqiqatı zamanı narkoman çıxmamışdır. O, narkotiklə sənəlşədirilərkən dedikləri polis tərəfindən ona diqtə edilmişdir. İfadələri yazılarkən o, heç nə deməmiş, ifadələr yazılıb hazırlandıqdan sonra o, oxumamış, yalnız imza etmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə onun məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun ibtidai istintaq zamanı vermiş olduğu ifadələri elan edilməklə tədqiq olundu. Tədqiq olunan həmin ifadələrdən görünür ki, Təqsirləndirilən şəxs1 məhkəmə baxışı zamanı vediyi ifadəsindən fərqli – etirafedici ifadə verib özünü Azərbaycan Respublikası CM-in 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilərək göstərmişdir ki, o, əvvəllər “Meyvəli” ticarət mərkəzində meyvə məhsullarının alqısatqısı ilə məşğul olmuş, bu məqsədlə tez-tez İrana gedib oradan meyvə alıb gətirmişdir. Təxminən 2 il əvvəl İranda Milad adlı şəxslə tanış olmuş və ondan bir neçə dəfə meyvə alıb Bakı şəhərinə gətirərək satmışdır. Tutulmazdan təxminən 10 gün əvvəl Miladla “WhatsApp” proqramı vasitəsi ilə danışan zaman sonuncu İrandan ona narkotik göndərəcəyini bildirmiş, o, da (t/şəxs X. Qurbanov) həmin narkotiki onun deyəcəyi yerdən götürüb müxtəlif yerlərə paylayacağını və həmin yerlərin şəklini “WhatsApp” proqramı vasitəsi ilə çəkib Milada göndərəcəyini tapşırmışdır. Milad bu işə görə ona 500 manat pul verəcəyini demişdir. Maddi çətinliyi olduğundan o, təkliflə razılaşmışdır. Milad onunla “WhatsApp” proqramı vasitəsi ilə +98914 *** **** nömrəsi ilə danışmışdır. O, Miladın telefon nömrəsini öz telefonunda “Milad Meyvəli” adı ilə qeyd etmişdir. O, pulun hesaba köçürülməsi üçün bank kartı da tapmışdır. Belə ki, bu məqsədlə onun 5243 7544 1224 0499 nömrəli Unibanka aid Albalı kartı da olmuşdur. Təqsirləndirilən şəxs1 tədqiq olunan ifadəsinin davamında göstərmişdir ki, Tutulmazdan təxminən 1 həftə əvvəl Milad ona bir bükümdə narkotik vasitə olan heroini tanıması üçün göndərmiş, o, da həmin maddəni yaşadığı Yasamal rayonunda Miladın dediyi yerdən götürüb cibinə qoyaraq üzərində gəzdirmişdir. 03 oktyabr 2021-ci il tarixdə axşam saatlarında Milad ona “WhatsApp” proqramı vasitəsi ilə zəng edib, ona narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin göndərdiyini bildirmiş, həmin maddələrin bağlamalarda olmaqla hamısının bir böyük sellofanın içində olduğunu demişdir. ki,. O, gedib “WhatsApp” proqramı vasitəsi ilə Miladın ona göndərdiyi Yasamal rayonu ərazisində dəqiq yerini izah edə bilmədiyi yerdən böyük sellofan bağlamanı götürmüşdür. Ardınca Milad ona sellofan bağlamanın içindən iki seloffanda olan heroini götürüb ona deyiləcək yerə qoymağı tapşırmışdır. O, narkotik və psixotrop maddələrin olduğu sellofanı götürüb yaşadığı evə getmişdir. Sellofanda ümumilikdə 04 ədəd bükümdə narkotik vasitə olan heroin və 01 ədəd bükümdə psixotrop maddə olan metamfetamin olmuşdur. O, sellofandan 02 ədəd bükümdə narkotik vasitə olan heroini götürüb qalan maddələri sellofanla birlikdə evin yataq otağının eyvanındakı dolabın siyirməsinə qoyub gizlətmişdir. Onun ailə üzvlərinin heç biri bundan xəbər tutmamışdır. 03 oktyabr 2021-ci il tarixdən 04 oktyabr 2021-ci il tarixə keçən gecə Milad ona narkotiki bir yerdə gizlədib şəkilini çəkib ona göndərməyi demişdir. O, da iki sellofan bağlamanı bir sellofan torbaya qoyub Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsində gizlətmiş və həmin yerin şəklini çəkib Milada göndərmişdir. Bir müddət sonra Milad ona yenidən zəng etmiş, gizlətdiyi yerdə olan narkotiki göndərdiyi adamın tapa bilmədiyini demişdir. O, Milada həmin narkotiki götürüb dediyi adama əlbəəl verə biləcəyini bildirmişdir. Həmin gün saat təxminən 02:00 radələrində ünvan 3 ünvanının yaxınlığında adını sonradan bildiyi Təqsirləndirilən şəxs2 adlı şəxsin idarə etdiyi mopedin yanına yaxınlaşmış, Samiri Milad göndərdiyini başa düşmüşdür. Onlar bir-birilərini başa düşdükdən sonra o, mopedə yaxınlaşan kimi Samir mopedin yük hissəsini açmış, o, əlindəki bağlamanı mopedin yük yerinə qoyub getmişdir. O, yenicə hərəkətə başlamaq istərkən üç nəfər mülki geyimli şəxs ona və Samirə yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirib onların qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduqlarını bildirərək barələrində çıxarılmış əməliyyat – axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib ikisini də Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparmışlar. Samirin idarə etdiyi moped isə BNMİ-nin avtomobil duracağının qarşısına yerləşdirilmişdir. Polis İdarəsinə dəvət olunmuş müdafiəçinin iştirakı ilə onlar şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra hər iki şəxsin üzərində şəxsi axtarış aparılmağa başlanılmışdır. İlk olaraq Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilməsinə başlanmış və Samirə üzərində qanunsuz əşya və maddə vardırsa təqdim etməsi təklif edilmişdir. Bu təklidfən sonra Samir əynində olan şalvarın sağ yan cibindən 1 bükümdə heroinə bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra həmin kütləyə baxış keçirilərək elektron tərəzidə çəkilmişdir. X2 üzərinə keçirilən şəxsi axtarış zamanı sonuncunun üzərindən 13 manat pul, 1 ədəd mobil telefon, 1 ədəd şəxsiyyət vəsiqəsi, 1 ədəd sürücülük vəsiqəsi, 2 ədəd plastik bank kartı və 1 ədəd üzərində pult olan açar aşkar olunmuşdur. Mobil telefon, 2 ədəd plastik bank kartı, şəxsiyyət və sürücülük vəsiqələri götürülmüş, 13 manat pul, üzərində pult olan açar isə Samirə geri qaytarılmışdır. Sonra onun üzərinə şəxsi axtarış keçirilmiş və ona eyni qaydada edilən təklifdən sonra o, əynində olan şalvarın sağ yan cibindən 1 (bir) bükümdə narkotik vasitə olan heroin kütləsini təqdim edərək masanın üzərinə qoymuşdur. Həmin kütlə çəkisinin müəyyən edilməsi üçün elektron tərəzidə çəkilmiş və sonra üzərinə şəxsi axtarış keçirilmiş, üzərindən 1 ədəd Samsung markalı mobil telefon, **********240499 nömrəli plastik bank kartı, 20 manat pul və 1 ədəd açar aşkar olunmuşdur. Daha sonra təqdim etdiyi büküm içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmaqla möhürlənib üzəri iştirakçılar tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 ədəd “Samsung” markalı mobil telefon, **********240499 nömrəli plastik bank kartı bu barədə ona izah verildikdən sonra götürülmüş, iş üzrə əhəmiyyət kəsb etmədiyi üçün isə 20 manat pul və 1 ədəd açar özünə geri qaytarılmışdır. Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş narkotik vasitə olan heroini 1 həftə əvvəl 2 ildir ki, tanıdığı İran vətəndaşı Milad adlı şəxsin vasitəsi ilə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsindən əldə etdiyini, sonuncunun həmin narkotik maddəni hədiyyə kimi göndərdiyini, həmçinin idarə etdiyi mopeddə də ondan götürdüyü narkotik maddə olduğunu bildirmişdir. O, isə təqdim etdiyi heroinin özünə məxsus olduğunu, həmin heroini 1 həftə əvvəl 2 ildir ki, tanıdığım İran vətəndaşı olan Milad adlı şəxsin vasitəsi ilə Bakı şəhəri, Yasamal rayonu ərazisindən götürüyünü, sonuncunun həmin narkotik maddəni ona hədiyyə kimi göndərdiyini, narkotik vasitələrdən istifadə etmədiyini, yaşadığı mənzildə də narkotik maddə olduğunu bildirmişdir. Sonra onların iştirakı ilə Təqsirləndirilən şəxs2 idarə etdiyi mopedə baxış keçirilmiş və baxış zamanı mopedin arxa yük yerindən sellofan torbada iki bağlamada narkotik vasitə olan heroin aşkar edilmişdir. Həmin bağlamalara baxış keçirildikdən sonra elektron tərəzidə çəkilərək qablaşdırılmışdır. Təqsirləndirilən şəxs2 həmin narkotik maddələri saxlanmamışdan əvvəl İran vətəndaşı olan Milad adlı şəxsin vasitəsi ilə ondan əldə etdiyini bildirmişdir. O, da Samirin dediyi həmin xüsusatı təsdiq etmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 tədqiq olunan ifadəsinin davamında göstərmişdir ki, ardınca isə onun yaşadığı mənzilə baxış keçirlməsinə başlanılmışdır. O, mənzilə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Baxış zamanı o, yataq otağının eyvanında olan taxta konstruksiyalı dolabdan sellofan torbanı təqdim etmişdir. Həmin torbaya baxış zamanı içərisindəın iki bağlamada narkotik vasitə olan heroin, bir bağlama isə psixotrop maddə olan metamfetamin aşkar olunmuşdur. Sonra həmin bağlamalara baxış keçirildikdən sonra elektron tərəzidə çəkilmiş və aşkar olunduğu sellofan torbada qablaşdırılmışdır. O. verilən suallara cavab olaraq təqdim etdiyi bağlamaların özünə məxsus olduğunu, həmin bağlamaları saxlanmamışdan bir neçə saat əvvəl İran vətəndaşı olan Milad adlı şəxsin vasitəsi ilə Bakı şəhəri, Yasamal rayonu ərazisindən əldə etdiyini, sonradan isə həmin narkotik maddələri sonuncunun göstərişi ilə müəyyən ünvanlara qoyacağını, gördüyü işin qarşılığında Milad adlı şəxsin ona 1000 manat pul göndərəcəyini göstərmişdir. Yekunda baş idarədə tərtib edilmiş protokol iştirakçılar tərəfindən oxunmaqla imzalanmışdır. Təqsirləndirilən şəxs1 tədqiq olunan ifadəsinin yekununda göstərmişdir ki, “Milad” adlı şəxsin ona deməsinə görə üzərindən və yaşadığı mənzildən aşkar olunmuş narkotik vasitələr və psixotrop maddələr İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə Azərbaycan ərazisinə daxil olmuşdur. Lakin həmin maddələrin nə vaxt və kim tərəfindən keçirilməsi barədə məlumatı olmamışdır. Saxlanılarkən qarşı polis əməkdaşları tərəfindən ona fiziki və psixi zor tətbiq edilməmişdir (iş vərəqə: cild İİ, səh. 117-120). Təqsirləndirilən şəxs1 məhkəmə baxışı zamanı tədqiq olunan 04 oktyabr 2021-ci il tarixdə şübhəli, 05 oktyabr 2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində verdiyi ifadələrindən və hətta ilkin araşdırma zamanı verdiyi izahatından görünür ki, Təqsirləndirilən şəxs1 həmin ifadə və izahatlarında da cinayət işi, cild İİ, səh. 117-120-də olan və məhkəmə baxışı zamanı tədqiq olunan həmin ifadəsində göstərdiyi eyni xüsusatları göstərmişdir (iş vərəqə: cild İ, səh. 106-110, 137-140). Məhkəmə baxışı zamanı iş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 Nadir oğlu ifadəsində göstərdi ki, onun bir böyrəyi olmadığına görə çox ağrıları olmuş və ağrılarına görə də narkotik vasitələrdən istifadə etmişdir. o, əvvəllər TİR, yəni iri həcmli yük maşını idarə etmiş, bir-iki dəfə də mal gətirmək üçün İrana getmiş, Miladla bir biznesmen kimi tutulmazdan təxminən bir il əvvəl tanımışdır. Belə ki, narkotiki satan Milad Bakıda meyvə-tərəvəz işinə baxmış, o da Miladın mallarını İrandan Bakıya gətirmişdir. Milad ona Azərbaycanda yaşadığını desə də, onun İran nömrəsi ilə ona zəng etməsinə görə onun İran vətəndaşı olduğunu düşünmüşdür. Onun telefon kitabçasında başqa Milad adlı şəxs olduğundan o, həmin Miladın adını “qardaş” kimi qeyd etmişdir. Milad onun narkotik istifadə etdiyini bildikdən sonra özünün həm də narkotik satdığını bildirmiş və istəyəcəyi təqdirdə ona da verə biləcəyini demişdir. Onun narkotik istifadə etdiyini onun iş yerində anbarda iş yoldaşları görüb Milada demiş, Milad da ondan narkotik istifadə edib-etmədiyini soruşmuş, o, narkotikdən istifadə etdiyini Milada telefonda demişdir. Milad ona narkotik satmağı da təklif etmiş, lakin o, razı olmamışdır. Əvvəl istəməsə də, sonradan İranda narkotikin ucuz olmasını fikirləşib Miladdan özünün istifadəsi üçün narkotik almışdır. O, Milada 500 manat pul göndərmiş, ona istifadəsi üçün narkotik göndərməsini xahiş etmişdir. O, sonuncu dəfə Miladla telefonda danışarkən sonuncu ona narkotikin artıq Yasamalda olduğunu bildirmişdir. O, Miladın dediyi yerə getmiş, lakin orada narkotik görməmişdir. Növbəti gün Milada zəng etmiş, dediyi yerdə narkotik olmadığını bildirmişdir. Lakin o, narkotikin həmin yerdə olduğunu demiş və gedib yaxşı baxmağı təklif etmişdir. O, narkotiki götürmək üçün təkrar həmin yerə getdikdə gecə saat 2-də polislər onu tutmuş və BNMİ-nə aparmışlar. O, həmin vaxt Xəqani ilə birlikdə olmuş, Xəqani ona narkotik verəcəkmiş. Xəqaninin ona “mal” verəcəyi, onun isə həmin “mal”ı götürəcəyi Milad tərəfdən ona izah edilmişdir. O, “patı” kimi tanıdığı psixotrop maddədən istifadə etmiş, əvvəllər də bir dəfə narkotik sifariş vermiş və Miladın dediyi yerdən gedib götürmüşdür. İkinci dəfə isə Milada 30 qram sifariş etmiş, lakin tutulduğundan götürə bilməmişdir. Təqsirləndirilən şəxs2 ifadəsinin davamında göstərdi ki, onelar saxlanılarkən onun Xəqani ilə görüşüb onunla söhbət etmək imkanı olmamış, Xəqani ilə ilk dəfə onunla üzləşdirilərkən tanış olmuşdur. Xəqani ilə onun arasında narkotik vasitələrlə bağlı heç bir söhbət aparılmamış, hər hansı formada razılaşma olmamışdır. Onun nə üzərində və nə də idarə etdiyi motosikletin baqaj yerində iki kiloqram miqdarında narkotik vasitə olmamışdır. O, narkotik vasitə götürmək üçün Yasamal parka gedərkən onun üstündə narkotik vasitə olmamışdır. Onlar saxlanıldıqdan sonra polislər onun idarə etdiyi mopedi də sürüb BNMİnin həyətdə aprıb saxlamış, açarları isə polislərin özlərində qalmışdır. Mopedə baxış videoçəkilişlə aparılmışdır. O, bir müddət BNMİ-nin binasında olmuş, mopeddən xəbəri olmamışdır. Videoçəkilişdən əvvəl mopedin açarları ona qaytarılmış və çəkiliş vaxtı özü baqajı açmışdır. Mopedin baqajına ittihamda qeyd olunan miqdarda narkotik vasitə yerləşdirmək olsa da, mopedin baqajından aşkar olunan həmin narkotik vasitə ona məxsus olmamış, konkret olaraq kim tərəfindən qoyulduğunu görməmişdir. Ondan aşkar olunub götürülən kartları başqa məqsədlə deyil, kommunal ödənişlər etmək məqsədilə açmışdır. O, saxlanıldıqdan sonra narkotikin onun olduğunu etiraf etməyə məcbur edilmiş və o, videoçəkiliş zamanı narkotiklərin onun olmasını etiraf etmişdir. O, ibtidai istintaqda da eyni ifadələri vermiş, lakin istintaq zamanı ifadələrini oxumadan imzalamışdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs2 Nadir oğlunun məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə onun məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun ibtidai istintaq zamanı vermiş olduğu ifadələri elan edilməklə tədqiq olundu. Tədqiq olunan həmin ifadələrdən görünür ki, Təqsirləndirilən şəxs2 özünü təqsirli bilərək həmin ifadəsində göstərmişdir ki, o, «Mercedes Ateco» markalı yük avtomobilini icarə əsasında götürüb meyvə-tərəvəz məhsulları daşımaqla məşğul olmuşdur. O, həmin avtomobillə bir neçə dəfə İrandan Azərbaycana müxtəlif meyvə məhsulları da gətirmişdir. Lakin pandemiya dövründə sərhədlər bağlandığından və iş zəiflədiyindən avtomobili təhvil vermişdir. Tutulmazdan təqribən bir ay əvvəl moped icarəyə götürüb “Walt” şirkəti vasitəsi ilə yemək daşıma və çatdırma ilə məşğul olmuşdur. Təxminən iki il əvvəl İrandan yük daşıyan vaxtlarda İran vətəndaşı “Milad” adlı şəxslə tanış olmuş və sonuncu üçün də Bakı şəhəri Meyvəli ticarət mərkəzinə meyvə və sair məhsullar gətirmişdir. Təqsirləndirilən şəxs2 tədqiq olunan ifadəsinin davamında göstərmişdir ki, təxminən 1-2 həftə əvvəl özünü “Milad” kimi təqdim edən İran vətəndaşı ilə “WhatsApp” proqramı vasitəsi ilə danışan zaman sonuncu ona İrandan narkotik göndərəcəyini bildirmiş, onun özünə isə həmin narkotiki dediyi yerdən götürüb müxtəlif yerlərə paylayıb həmin yerlərin şəklini “WhatsApp” proqramı vasitəsi ilə çəkib ona göndərməyi tapşırmışdır. Bu işə görə“Milad” ona 500 manat pul verəcəyini demişdir. Maddi çətinliyi olduğundan o, Miladın təklifi ilə razılaşmışdır. Milad onunla “WhatsApp” proqramı vasitəsi ilə +98914 *** **** nömrəsi ilə danışmışdır. O, Miladın telefon nömrəsini öz telefonunda “Qardaş” adı ilə qeyd etmişdir. O, pulun hesaba köçürülməsi üçün bank kartı da tapmışdır. Belə ki, bu məqsədlə onun iki bank kartı olmuşdur. Onlar «Bank of Baku»ya məxsus 5209 8721 2960 5465 nömrəli gold kart və Kapital banka məxsus 4169 7414 4079 2685 nömrəli Visa kartları olmuşdur. Saxlanılmamışdan təxminən 1 həftə əvvəl Milad ona narkotik vasitə olan heroini tanıması üçün bir bükümdə göndərmişdir ki, o, da həmin maddələri yaşadığı Qaraçuxur qəsəbəsində deyilən yerdən götürüb cibinə qoyub üzərində gəzdirmişdir. 03 oktyabr 2021ci il tarixdə axşam saatlarında “Milad” ona “Whatsapp” proqramı vasitəsi ilə zəng edib demişdir ki, narkotik vasitə olan heroin göndərib, həmin maddələr bağlamalarda olmaqla hamısı bir böyük sellofanın içindədir. “Milad” narkotik vasitələrin olduğu bağlamanın Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsində gizlədildiyini deyib, yeri ona izah etmişdir. 04 oktyabr 2021-ci il tarixə keçən gecə o, həmin ünvana getmiş, lakin şəkildə ona göndərilən yeri və narkotiki tapa bilməmişdir. Bu barədə Milada deyəndə sonuncu ona həmin yerdə gözləməyi tapşırmış, bir nəfərin özünün əlbəəl gətirib narkotiki ona verəcəyini demişdir. Həmin gün, saat təxminən 02:00 radələrində ünvan 3 ünvanının yaxınlığında idarə etdiyi mopedin yanında olarkən adını sonradan bildiyi Xəqanu Qurbanov adlı şəxs ona yaxınlaşmışdır. O, həmin şəxsin Milad tərəfindən göndərildiyini başa düşmüş və birbirilərini başa düşdükdən sonra Xəqani mopedə yaxınlaşan kimi o, Xəqaninin əlindəki bağlamanı qoya bilməsi üçün mopedin yük hissəsini açmış, Xəqani də əlindəki bağlamanı mopedin yük yerinə qoyub getmişdir. O, yenicə hərəkətə başlamaq istədikdə üç nəfər mülki geyimli şəxs ona və Xəqaniyə yaxınlaşaraq özlərini onlara polis əməkdaşı kimi təqdim edərək onların narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirərək, xidməti vəsiqələrini göstərərək, onun barəsində əməliyyat – axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edərək onların ikisini də BNMİ-nə aparılmış, moped isə Baş idarənin avtomobil duracağına yerləşdirilmişdir. Orada dəvət olunmuş müdafiəçinin iştirakı ilə onların hər ikisi şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra onların üzərilərinə şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı ondan üzərimndə olan əşyaları təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra o, əynində olan şalvarın sağ yan cibindən 1 (bir) bükümdə narkotik vasitə olan heroinə bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Həmin maddənin çəkisinin müəyyən edilməsi üçün elektron tərəzidə çəkilmiş və heroinin çəkisi 5,75 (beş tam yüzdə yetmiş beş) qram olmuşdur. Sonra üzərinə şəxsi axtarış keçirilmiş, əynində olan şalvarın sol yan cibindən 01 ədəd «Samsung» markalı mobil telefon, **********605465 nömrəli və **********792685 nömrəli iki ədəd plastik bank kartları, özünə məxsus şəxsiyyət və sürücülük vəsiqələri, 1 ədəd üzərində pult olan avtomobil açarı və 13 manat pul aşkar olunaraq götürülmüşdür. Şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmamış hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra təqdim etdiyi büküm içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılaraq möhürlənmiş və imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 ədəd “Samsung” markalı mobil telefon, plastik bank kartları, özünə məxsus şəxsiyyət və sürücülük vəsiqələri götürülmüş, iş üzrə əhəmiyyət kəsb etmədiyi üçün isə 1 ədəd üzərində pult olan avtomobil açarı və 13 manat pul özünə geri qaytarılmışdır. Daha sonra Təqsirləndirilən şəxs2 tədqiq olunan ifadəsinin davamında göstərmişdir ki, sonra onunla bilrikdə saxlanılmış Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış aparılmış və onun da əynində olan şalvarın sağ yan cibindən 01 büküm narkotik vasitə olan heroinə bənzər kütlə aşkar olunmuşdur. Aşkar olunmuş kütlə elektron tərəzidə çəkilmiş, ardınca Xəqaninin üzərinə şəxsi axtarış zamanı üzərindən 1 ədəd telefon, 20 manat pul, 1 ədəd açar, 1 ədəd plastik bank kartı və 20 manat pul aşkar olunmuş, plastik bank kartı və mobil telefon götürülmüş, 20 manat pul və 1 ədəd açar isə Təqsirləndirilən şəxs1 geri qaytarılmışdır. O, şəxsi axtarış zamanı verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş narkotik vasitənin özünə məxsus olduğunu, həmin kütləni tanıdığı İran vətəndaşı “Milad” adlı şəxsin vasitəsi ilə bir həftə əvvəl Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində deyilən yerdən götürdüyünü, həmin narkotik vasitəni “Milad” adlı şəxsin ona hədiyyə kimi göndərdiyini, özünün narkotik vasitələrdən istifadə etmədiyini, birlikdə saxlanılmalarına baxmayaraq Təqsirləndirilən şəxs1 tanımadığını, lakin “Milad” adlı şəxsin vasitəsi ilə Xəqanidən narkotik vasitə götürərək idarə etdiyi mopedə qoyduğunu, sonradan isə həmin narkotik maddəni “Milad” adlı şəxsin göstərişi ilə deyilən ünvanlara qoyacağını, gördüyü işin qarşılığında sonuncunun ona 500 manat məbləğində pul göndərəcəyini, halhazırda idarə etdiyi mopeddə narkotik vasitə saxladığını, həmin mopedə baxış keçirilməsinə etirazının olmadığını, baxış zamanı həmin narkotik maddələri təqdim edə biləcəyini, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 isə üzərindən aşkar olunmuş narkotik vasitə bükümünün özünə məxsus olduğunu, həmin kütləni təxminən tanıdığı İİR vətəndaşı “Milad” adlı şəxsin vasitəsi ilə saxlanılmamışdan bir həftə əvvəl Bakı şəhəri, Yasamal rayonu ərazisindən deyilən yerdən götürdüyünü, həmin narkotik vasitəni “Milad” adlı şəxsin hədiyyə kimi göndərdiyini, özünün narkotik vasitələrdən istifadə etmədiyini, onu tanımadığını, lakin həmin “Milad” adlı şəxsin vasitəsi ilə ona narkotik vasitə verdiyini, həmçinin özünün də hal-hazırda yaşadığı mənzildə narkotik maddə saxladığını, sonradan isə həmin narkotik maddəni “Milad” adlı şəxsin göstərişi ilə deyilən ünvanlara qoyacağını, gördüyü işin qarşılığında sonuncunun ona 1000 manat məbləğində pul göndərəcəyini, yaşadığı mənzilə baxış keçirilməsinə etirazı olmadığını, baxış zamanı həmin narkotik maddələri təqdim edə biləcəyini, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 tədqiq olunan ifadəsinin davamında daha sonra göstərmişdir ki, şəxsi axtarış başa çatdıqdan sonra ona məxsus mopedə baxış keçirilməyə başlanılmış, ona mopeddə saxladığı narkotik maddələri təqdim etməsi təklif olunmuşdur. Təklifdən sonra o, mopedin arxa yük yerini açaraq 01 ədəd sellofan torbanı təqdim edərək içərisində narkotik maddələr olduğunu bildirmişdir. Sonra həmin sellofan torbaya baxış keçirilmiş və içərisidən iki bağlamada narkotik vasitə olan heroin aşkar olunmuşdur. Sonra həmin bağlamalar elektron tərəzidə çəkilmiş və qablaşdırılmışdır. Qablaşma möhürlənmiş və üzəri imzalanmışdır. O, aşkar olunmuş kütlələri onunla bilrikdə saxlanılmış Xəqanidən İran vətəndaşı “Milad” adlı şəxsin vasitəsi ilə əldə etdiyini, sonradan isə həmin narkotik maddələri “Milad” adlı şəxsin göstərişi ilə deyilən ünvanlara qoyacağını, gördüyü işin qarşılığında sonuncunun ona 500 manat məbləğində pul göndərəcəyini bildirmişdir. “Milad” adlı şəxsin ona deməsinə görə üzərindən və idarə etdiyi mopeddən aşkar olunmuş narkotik vasitələr və psixotrop maddələr İrandan qaçaqmalçılıq yolu ilə respublika ərazisinə daxil olmuşdur. Lakin həmin maddələrin nə vaxt və kim tərəfindən keçirilməsi barədə məlumatı olmamışdır (iş vərəqə: cild İ, səh. 121-125). Təqsirləndirilən şəxs2 Nadir oğlunun məhkəmə baxışı zamanı tədqiq olunan 04 oktyabr 2021-ci il tarixdə şübhəli, 05 oktyabr 2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində verdiyi ifadələrindən və hətta ilkin araşdırma zamanı verdiyi izahatından görünür ki, Təqsirləndirilən şəxs2 həmin ifadə və izahatlarında da cinayət işi, cild İ, səh. 121-125də olan və məhkəmə baxışı zamanı tədqiq olunan həmin ifadəsində göstərdiyi eyni xüsusatları göstərmişdir (iş vərəqə: cild İ, səh. 95-99, 121-125). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 Nadir oğlu ilə Təqsirləndirilən şəxs1 arasında üzləşmədə dindirmə protokolundan görünür ki, üzləşmə zamanı hər iki təqsirləndirilən şəxs sərbəst ifadələrində göstərdikləri etirafedici xüsusatları bir-birilərinin üzünə qarşı bir daha bildirməklə törətdikləri cinayət əməllərini bir daha etiraf etmişlər (iş vərəqə: cild İ, səh. 141-146). Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindiriən Azərbaycan Respublikası DİN-nin BNMİ-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 03 oktyabr 2021-ci il tarixdə xidmət etdiyi İdarəyə Təqsirləndirilən şəxs2 Nadir oğlunun və Təqsirləndirilən şəxs1 qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Bakı şəhəri Yasamal rayonu ərazisində dövriyyəsi ilə məşğul olmaları barədə məlumat daxil olmuşdur. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayət əməllərinin ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar çıxarılmışdır. Qərara əsasən Baş idarə əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun üzvləri tərəfindən 04 oktyabr 2021-ci il tarixdə, saat 02 radələrində ünvan 3 ünvanın yaxınlığında Təqsirləndirilən şəxs2 özünə məxsus mopedin yanında, Təqsirləndirilən şəxs1 isə piyada hərəkət edən zaman saxlanılaraq BNMİ-nə gətirilmişlər. Baş İdarədə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hüquq və vəzifələri izah edilərək onlar vəkillə təmin edilmişlər. Bundan sonra şəxsi axtarış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 bu barədə qəbul edilmiş qərarla tanış edərək üzərilərində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. İlk olaraq şəxsi axtarış Təqsirləndirilən şəxs2 üzərində keçirildiyindən sonuncu əynində olan şalvarın sağ yan cibindən 01 bükümdə heroinə bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Həmin kütlə çəkisinin müəyyən edilməsi üçün elektron tərəzidə çəkilmiş və heroinə bənzər kütlənin çəkisi 5,75 qram olmuşdur. Sonra Təqsirləndirilən şəxs2 Nadir oğlunun üzərinə şəxsi axtarış keçirilmiş, əynində olan şalvarın sol yan cibindən 01 ədəd Samsung markalı mobil telefon, **********605465 nömrəli və **********792685 nömrəli plastik bank kartları, Təqsirləndirilən şəxs2 məxsus şəxsiyyət və sürücülük vəsiqələri, 01 ədəd üzərində pult olan açar və 13 manat pul aşkar olunaraq götürülmüşdür. Əlavə şəxsi axtarış zamanı sonuncunun üzərindən qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 təqdim etdiyi büküm içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmaqla möhürlənmiş və üzəri imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 ədəd “Samsung” markalı mobil telefon, plastik bank kartları, Təqsirləndirilən şəxs2 məxsus şəxsiyyət və sürücülük vəsiqələri bu barədə sonuncuya izah verildikdən sonra götürülmüş, iş üzrə əhəmiyyət kəsb etmədiyi üçün isə 1 ədəd üzərində pult olan açar və 13 manat pul şübhəli şəxs Təqsirləndirilən şəxs2 geri qaytarılmışdır. Şahid1 ifadəsinin davamında göstərdi ki, Təqsirləndirilən şəxs2 sonra şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs1 bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 əynində olan şalvarın sağ yan cibindən 01 bükümdə narkotik vasitə olan heroinə bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Həmin kütlə çəkisinin müəyyən edilməsi üçün elektron tərəzidə çəkilmiş və heroinə bənzər kütlənin çəkisi 5,58 qram olmuşdur. Sonra Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilmiş, əynində olan şalvarın sol yan cibindən 1 ədəd Samsung markalı mobil telefon, plastik bank kartı, 20 manat pul və 1 ədəd açar aşkar olunaraq götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı sonuncunun üzərindən əlavə olaraq qanunla qadağan olunmamış hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Ardınca Təqsirləndirilən şəxs1 təqdim etdiyi büküm içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılıb möhürlənmiş və üzəri iştirakçılar tərəfimdən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 ədəd “Samsung” markalı mobil telefon, nömrəli plastik bank kartı götürülmüş, iş üzrə əhəmiyyət kəsb etmədiyi üçün isə 20 manat pul və 1 ədəd açar Təqsirləndirilən şəxs1 geri qaytarılmışdır. Bundan sonra şübhəli şəxslərdən Təqsirləndirilən şəxs2 verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş narkotik vasitə bükümünün özünə məxsus olduğunu, həmin kütləni təxminən 2 il əvvəl tanış olduğu İran vətəndaşı “Milad” adlı şəxsin vasitəsi ilə bir həftə əvvəl Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində deyilən yerdən götürdüyünü, həmin narkotik vasitəni “Milad” adlı şəxsin ona hədiyyə kimi göndərdiyini, özünün narkotik vasitələrdən istifadə etmədiyini, onunla birlikdə saxlanılmış şəxsi tanımadığını, lakin “Milad” adlı şəxsin vasitəsi ilə onunla birlikdə saxlanılmış şəxsdən əlbəəl narkotik vasitə götürərək idarə etdiyi mopeddə qoyduğunu, sonradan isə həmin narkotik maddəni “Milad” adlı şəxsin göstərişi ilə deyilən ünvanlara qoyacağını, gördüyü işin qarşılığında sonuncunun ona 500 manat məbləğində pul göndərəcəyini, hal-hazırda idarə etdiyi mopeddə narkotik vasitə saxladığını, həmin mopedə baxış keçirilməsinə etirazı olmadığını, baxış zamanı həmin narkotik maddələri təqdim edə biləcəyini, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş narkotik vasitə bükümünün özünə məxsus olduğunu, həmin kütləni təxminən 1 il əvvəl tanıdığı İran vətəndaşı “Milad” adlı şəxsin vasitəsi ilə bir həftə bundan əvvəl Bakı şəhəri, Yasamal rayonu ərazisindən deyilən yerdən götürdüyünü, həmin narkotik vasitəni “Milad” adlı şəxsin ona hədiyyə kimi göndərdiyini, özünün narkotik vasitələrdən istifadə etmədiyini, onunla birlikdə saxlanılmış şəxsi tanımadığını, lakin həmin “Milad” adlı şəxsin vasitəsi ilə onunla birlikdə saxlanılmış şəxsə əlbəəl narkotik vasitə verdiyini və həmin şəxsin də narkotik vasitə bağlamasını götürərək idarə etdiyi mopedə qoyduğunu, özünün də hal-hazırda yaşadığı mənzildə narkotik maddə saxladığını, sonradan isə həmin narkotik maddəni “Milad” adlı şəxsin göstərişi ilə deyilən ünvanlara qoyacağını, gördüyü işin qarşılığında sonuncunun ona 1000 manat məbləğində pul göndərəcəyini, yaşadığı mənzilə baxış keçirilməsinə etirazı olmadığını, baxış zamanı həmin narkotik maddələri təqdim edə biləcəyini bildirmişdir. Şəxsi axtarış başa çatdıqdan sonra Təqsirləndirilən şəxs2 məxsus mopedə baxış keçirilməyə başlanmışdır. Təqsirləndirilən şəxs2 mopeddə saxladığı narkotik maddələri təqdim etməsi təklif olunmuş, təklifdən sonra sonuncu mopedin arxa yük yerini açaraq bir ədəd sellofan torbanı təqdim edərək içərisində narkotik maddələr olduğunu bildirmişdir. Sonra həmin sellofan torbaya baxış keçirilmiş və içərisidən iki bağlamada narkotik vasitə olan heroin aşkar olunmuşdur. Sonra həmin bağlamalar elektron tərəzidə çəkilmiş və qablaşdırılmışdır. Qablaşma möhürlənmiş və üzəri imzalanmışdır. Təqsirləndirilən şəxs2 aşkar olunmuş kütlələri onunla bilrikdə saxlanılmış Xəqanidən İslam Respublikası vətəndaşı “Milad” adlı şəxsin vasitəsi ilə əldə etdiyini, sonradan isə həmin narkotik maddələri “Milad” adlı şəxsin göstərişi ilə deyilən ünvanlara qoyacağını, gördüyü işin qarşılığında sonuncunun ona 500 manat məbləğində pul göndərəcəyini bildirmişdir. Daha sonra Şahid1 ifadəsində göstərdi ki, daha sonra Təqsirləndirilən şəxs1 yaşadığı mənzilə baxış keçirlməsinə başlanılmışdır. Təqsirləndirilən şəxs1 mənzilə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs1 yataq otağının eyvanında olan taxta konstruksiyalı dolabdan sellofan torbanı təqdim etmişdir. Həmin torbaya baxış zamanı içərisindən iki bağlamada narkotik vasitə olan heroin, bir bağlama isə psixotrop maddə olan metamfetamin aşkar olunmuşdur. Sonra həmin bağlamalara baxış keçirildikdən sonra elektron tərəzidə çəkilmiş və aşkar olunduğu sellofan torbada qablaşdırılmışdır. Təqsirləndirilən şəxs1 verilən suallara cavab olaraq təqdim etdiyi bağlamaların özünə məxsus olduğunu, həmin bağlamaları saxlanılmazdan bir neçə saat əvvəl İran İslam Respublikası vətəndaşı “Milad” adlı şəxsin vasitəsi ilə Bakı şəhəri, Yasamal rayonu ərazisindən əldə etdiyini, sonradan isə həmin narkotik maddələri sonuncunun göstərişi ilə müəyyən ünvanlara qoyacağını, gördüyü işin qarşılığında “Milad” adlı şəxsin ona 1000 manat pul göndərəcəyini bildirmişdir. Ardınca keçirilmiş prosessual hərəkətlərin nəticəsi ilə bağlı baş idarədə tərtib edilmiş protokollar iştirakçılar tərəfindən oxunmaqla imzalanmışdır. Şahid1 ifadəsinin yekununda göstərdi ki, istər saxlanılarkən və istərsə də sonrakı proseslərdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilməmiş, onları narkotik vasitələrlə şərləməmiş və hər hansı qanunsuzluğa yol verilməmişdir. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindiriən Azərbaycan Respublikası DİN-nin BNMİ-nin əməkdaşları Şahid2 və Şahid3 məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş həmkarları – əməliyyat müvəkkili Şahid1lə oxşar məzmunlu ifadələr verib sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan Azərbaycan Respublikası DİNnin BNMİ-də qəbul edilmiş «əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair» 03 oktyabr 2021-ci il tarixli qərarla, həmçinin əməliyyat müvəkkili tərəfindən tərtib olunan raportla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 Nadir oğlu və Təqsirləndirilən şəxs1 külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə BNMİ-nə müvafiq məlumat daxil olmuş və qeyd olunan əsaslarla Təqsirləndirilən şəxs2 Nadir oğlu və Təqsirləndirilən şəxs1 ətrafında əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş və nəticədə təqsirləndirilən hər iki şəxs cinayət başında yaxalanmışdır (iş vərəqə: cild İ, səh. 7-8). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası DİN-nin BNMİ-nin 03 oktyabr 2021-ci il tarixli əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair qərarı qanuni hesab edilmişdir (iş vərəqə: cild İ, səh. 223-225). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış və götürmə aparılması barədə, Təqsirləndirilən şəxs1 məxsus mənzilə və Təqsirləndirilən şəxs2 məxsus mopedə baxış keçirilməsi barədə 04 oktyabr 2021-ci il tarixli protokollardan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qanunsuz əməlləri barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası DİNnin BNMİ-nin əməkdaşları tərəfindən 04 oktyabr 2021-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həmin gün saat 02:00-da saxlanılaraq BNMİ-nə dəvət olunub üzərilərinə şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs2 əynində olan şalvarının sağ yan cibindən 01 ədəd bükümdə 5,320 qram, Təqsirləndirilən şəxs1 əynində olan şalvarının sağ yan cibindən 01 ədəd bükümdə 5,250 qram külli miqdarda narkotik vasitə heroin, Təqsirləndirilən şəxs2 idarə etdiyi mopedin yük yerindən 02 ədəd bükümdə külli miqdarda-ümumilikdə 2000 qram çəkidə narkotik vasitə heroin, Təqsirləndirilən şəxs1 yaşadığı mənzilə baxış zamanı 02 ədəd bükümdə külli miqdarda – ümumilikdə 2005 qram çəkidə narkotik vasitə heroin və 01 ədəd bükümdə təmiz çəkisi 995 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin aşkar edilərək götürülmüşdür. Tədqiq olunan protokollardan görünür ki, şəxsi axtarış və götürmə aparılması, mənzilə və mopedə baxış keçirilməsi prosesləri video çəkiliş müşaiyyəti altında ayrıayrılıqda lentə alınmış və CD disklərə yüklənməklə cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqə: cild İ, səh. 49-66). Məhkəmə baxışı zamanı nümayiş olunmaqla tədqiq olunan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış və götürmə aparılması, Təqsirləndirilən şəxs1 məxsus mənzilə və Təqsirləndirilən şəxs2 məxsus mopedə baxış keçirilməsi proseslərinin yükləndiyi CD disklərdəki videogörüntülərlə müəyyən edilmişdir ki, həmin videogörüntülər müvafiq istintaq hərəkətlərinin keçirildiyi 04 oktyabr 2021-ci il tarixli protokollara uyğundur, ziddiyyətlər müəyyən edilməmiş, qanun pozuntularına yol verilməmişdir (iş materialları). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının 04 oktyabr 2021-ci il tarixli, 6/4368 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs1 ...” sözləri yazılmış 1 №-li kağız paketdəki bir ədəd bükümdə təmiz çəkisi 5,250 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış heroin narkotik vasitəsidir, üzərində “... Təqsirləndirilən şəxs2 Nadir oğlunun...” sözləri yazımış 2 №-li kağız paketdəki bir ədəd bükümdə təmiz çəkisi 5,320 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış heroin narkotik vasitəsidir, üzərində “... Təqsirləndirilən şəxs2 Nadir oğlunun...” sözləri yazımış 1 №-li bağlamada 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1000 qr., 1000 qr., ümumi təmiz çəkisi 2000 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli heroin narkotik vasitəsidir, üzərində “...Təqsirləndirilən şəxs1...” sözləri olan 2№-li bağlamada 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1005 qr., 1000 qr., ümumi təmiz çəkisi 2005 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli heroin narkotik vasitəsidir, bir ədəd bükümdə təmiz çəkisi 995 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə isə kustar üsulla hazırlanmış metamfetamin psixotrop maddəsidir. Tədqiq olunan həmin rəylə, həmçinin müəyyən olunur ki, 1 və 2 №-li kağız paketlərdə, 1 və 2 №-li bağlamalarda olan heroin narkotik vasitələri kimyəvi komponent tərkiblərinə görə eynidirlər (iş vərəqə: cild İ, səh. 95-99, 78-85). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan ambulator məhkəmə- narkoloji ekspertizasının 15 dekabr 2021-ci il tarixli, 5107 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyi aşkar olunmur. Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyindən əzab çəkmir, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (iş vərəqə: cild İİ, səh. 66-67). Bundan başqa, işdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan ambulator məhkəmə-narkoloji ekspertizasının 10 yanvar 2022-ci il tarixli, 104 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 Nadir oğlunda opoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və onun ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: cild İİ, səh. 68-69). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan şəxsi axtarış və götürmə aparılması prosesində Təqsirləndirilən şəxs2 Nadir oğlundan götürülmüş ona məxsus bir ədəd “Samsung” markalı mobil telefona aparatına baxış keçirilməsi haqqında protkoldan görünür ki, baxış keçirilən mobil telefonun “WhatsApp” tətbiqində “Qardaş” adı ilə yaddaşa yazılmış İİR mobil operatoruna aid +98 914 459 2878 nömrəli şəxslə danışıqlar aparıldığı müəyyən edilmişdir. Danışıqlarda Təqsirləndirilən şəxs2 həmin şəxsə “Milad” adı ilə müraciət etmişdir. Tədqiq olunan həmin protokoldan mobil telefonla aparılan səs yazılarında və smslərdə Təqsirləndirilən şəxs2 narkotik vasitələrin qanunsuz döyriyyəsi məqsədi ilə Milad adlı şəxs tərəfindən göndərilən pul vəsaiti hesabına özünə “Moped” aldığı, bundan başqa Milad adlı şəxsin Təqsirləndirilən şəxs2 narkotik maddələri hansı yerlərə ata biləcəyi ilə bağlı məsləhətlər verdiyi, xüsusi ilə kamera olmayan yerlərə qoymasını tapşırması, həmçinin Milad adlı şəxs Təqsirləndirilən şəxs1 səs yazısını Təqsirləndirilən şəxs2 yönləndirərək sonuncunun narkotik maddələri haralara qoyması ilə bağlı məlumat verməsi, işarələnmiş şəkilləri göndərdiyi və orada bir “daş” və bir “torpaq” qoyulduğunu bildirməsi müəyyən edilmişdir. Tədqiq olunan mobil telefon cihazında cinayət işi üzrə əhəmiyyət kəsb edə biləcək başqa məlumatlar olduğu müəyyən edilməmişdir (iş vərəqə: cild İİ, səh. 68-69). Bundan başqa, şəxsi axtarış və götürmə aparılması prosesində Təqsirləndirilən şəxs1 götürülmüş ona məxsus bir ədəd “Samsung” markalı mobil telefona aparatına baxış keçirilməsi haqqında protkoldan görünür ki, baxış zamanı mobil telefonun “WhatsApp” tətbiqində “Milad Meyvəli” adı ilə yaddaşa yazılmış İİR mobil operatoruna aid +98 914 459 2878 nömrəli şəxslə danışıqların olduğu müəyyən edilmişdir. Yazışmalarda Milad adlı şəxs Təqsirləndirilən şəxs2 məxsus mopedin şəklini göndərmişdir. Həmçinin Təqsirləndirilən şəxs1 saxlanıldıqdan sonra ondan əlaqənin itdiyini soruşur. Bundan başqa, tədqiq olunan protokoldan görünür ki, tətbiqin zənglər bölümündə gündüz və gecə saatlarında Təqsirləndirilən şəxs1 Milad adlı şəxslər aralarında olan çoxsaylı zəngli danışıqların olduğu müəyyən edilmişdir. Telefon cihazının şəkillər bölümünə baxış zamanı narkotik vasitələrin və psixotrop maddələrin tərəzidə çəkilmiş çoxsaylı fotoşəkillərinin olduğu müəyyən edilərək onlardan birir neçəsinin surəti çıxarılaraq protokola vəç cinayət işinin materiallarına əlavə edilmişdir. Ən nəhayət, tədqiq olunan protokoldan görünür ki, mobil telefon cihazında qeyd olunanlardan əlavə cinayət işi üzrə əhəmiyyət kəsb edə biləcək məlumat müəyyən edilməmişdir (iş vərəqə: cild İ, səh.187-189). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs2 Nadir oğlunun sərhədkeçmə hesabatı ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 17 oktyabr 2019-cu il tarixdən 31 oktyabr 2019-cu il tarixədək olan müddət ərzində «Şıxlı» sərhədkeçmə məntəqəsindən Gürcüstan Respublikası istiqamətində bir dəfə, 18 yanvar 2020-ci il tarixdən 01 fevral 2020-ci il tarixədək olan müddət ərzində «Samur» sərhədkeçmə məntəqəsindən Rusiya Federasiyası istiqamətində bir dəfə, 01 aprel 2020-ci il tarixdən 11 aprel 2020-ci il tarixədək olan müddət ərzində isə «Astara» sərhədkeçmə məntəqəsindən İİR istiqamətində bir dəfə Azərbaycan Respublikasının hüdudlarını tərk edərək geri qayıtmışdır (iş vərəqə: cild İ, səh.187-189). Bundan başqa, cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs1 sərhədkeçmə hesabatı ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 10 may 2017-ci il tarixdən 31 dekabr 2019-cu il tarixədək olan müddət ərzində «Samur», «Şirvanovka» və «Xanoba» sərhədkeçmə məntəqələrindən Rusiya Federasiyası istiqamətində 100 (yüz) dəfə və 24 iyun 2019-cu il tarixdə «Astara» sərhədkeçmə məntəqəsindən İİR istiqamətində bir dəfə Azərbaycan Respublikasının hüdudlarını tərk edərək geri qayıtmışdır(iş vərəqə: cild İİ, səh.19-27). Məhkəmə baxışı zamanı tədqiq olunan müvafiq qərarlardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs2 Nadir oğlundan və Təqsirləndirilən şəxs1 götürülmüş narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin iş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatlarından sonra qalıq qalan bir ədəd sintetik torbada olan 4015,2 qram çəkidə heroin narkotik vasitəsi və 994,95 qram çəkidə metamfetaminin psixotrop maddəsi Azərbaycan Respublikası DİN-nin BNMİ-nin maddi sübutların saxlama kamerasında saxlanılmışdır (iş vərəqə: cild İ, səh.180-182). Bundan başqa, məhkəmə baxışı zamanı tədqiq olunan müvafiq qərarlardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Nadir oğlunun üzərindən aşkar edilərək götürülmüş iki ədəd “Samsung” markalı mobil telefon cihazları sübut əhəmiyyəti kəsb etdiyindən cinayət işi üzrə maddi sübut hesab edilməklə cinayət işinin materiallarına əlavə edilmiş və məhkəməyə göndərilmişdir(iş vərəqə: cild İİ, səh.70- 85). Məhkəmə təqsirləndirilən şəxslərin əməllərinin cinayət-hüquqi tövsifinə qiymət verərkən «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin və «metafetamin» psixotrop maddəsinin hər birinin ayrılıqda şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, təqsirləndirilən şəxslərdən aşkar edilərək götürülmüş 4015,57 qram olan narkotik vasitə heroin narkotik vasitəsinin və 995 qram metamfetamin psixotrop maddəsinin miqdarı 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»da müəyyən olunan külli miqdarın minimum həddindən qat-qat çoxdur. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 14-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-in 234.2 və 234.3cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli həmin qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, baxılan iş üzrə aşkar edilib götürülmüş həm narkotik vasitənin, həm də psixotrop maddənin çəkisinin külli miqdar təşkil etməsi ilə yanaşı qanunsuz əldə olunan həmin maddələrin növ müxtəlifliyi, narkotik vasitələri qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının ərazisinə keçirməklə onun qanunsuz dövriyyəsi ilə məşğul olan qeyrisi ilə faktiki və mobil əlaqələrinin olması təqsirləndirilən şəxslərin narkotik vasitələri satmaq niyyətində olmasına dəlalət edir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Nadir oğlunun qeyriləri ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq külli miqdarda heroin narkotik vasitəsi və metamfetamin psixotrop maddəsini satış məqsədi ilə qanunsuz olaraq əldə etmək, saxlamaq, daşımaq məqsədilə narkotik vasitələrin külli miqdarda qaçaqmalçılığı cinayətini köməkçi qismində törətmələri, yəni Azərbaycan Respublikası CM-nin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmələri məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onların cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin qeyd edilən müvafiq maddələri ilə düzgün ixtisaslaşdırılmışdır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Nadir oğlunun məhkəmə baxışı zamanı qeyri-etirafedici və ziddiyyətli ifadələrini onun ağır cinayət törətməyə görə cinayət məsuliyyətindən və cəzadan azad oluna bilməsi üçün seçmiş olduğu müdafiə taktikası kimi qiymətləndirir. Belə ki, təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün gətirdiyi dəlillər məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla tam inkar olunur və əksinə, onun təqsirliliyini təsdiq edir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Nadir oğlunun əməli Azərbaycan Respublikası CM-nin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilməli və təqsirləndirilən şəxslərin hər biri onlara istinad olunan maddələrlə təqsirli bilinib cəzalandırılmalıdırlar. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Nadir oğlunun əməlinin cinayət olmasını aradan qaldıran hallar və onları cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin əməliyyat arayışlarından görünür ki, iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Nadir oğlu əvvəllər məhkum olunmamışlar (iş vərəqə: cild İV, səh. 20-21; cild Vİ, səh. 46). Məhkəmə baxışı zamanı həmçinin müəyyən edildi ki, Təqsirləndirilən şəxs2 Nadir oğlunun himayəsində iki nəfər azyaşlı uşağı vardır. Məhkəmə Təqsirləndirilən şəxs2 Nadir oğlunun himayəsində iki nəfər azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal qismində nəzərə almalıdır. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən cinayəti törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması cəza təyin olunarkən cəzanı yüngülləşdirən hallar qismində nəzərə alınır. Məhkəmə baxışı nəticəsində Təqsirləndirilən şəxs2 Nadir oğlunun barəsində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə baxışı nəticəsində Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası CM-nin 59 və 61-ci maddələrində nəzərdə tutulan müvafiq olaraq cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Nadir oğluna təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, onların törətmiş olduğu cinayətin ağır cinayətlər kateqoriyasına aid olması nəzərə alınmalı, təqsirləndirilən şəxslərin islah olunması, həm onların özləri, həm də başqa şəxslər tərəfindən belə cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası daxilində, cinayətlərin məcmusuna görə cəza təyin etmənin prinsipləri nəzərə alınmaqla, ədalətli, şəxsiyyətlərinə uyğun müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinin tələblərinə görə cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan başqa, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Nadir oğluna təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə əsasən təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Məhkəmə təqsirləndirilən şəxslərə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə bağlı məsələni müzakirə edib qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Nadir oğlunun cəza çəkməsinin əvvəli onların şübhəli şəxs qismində tutulduğu 04 oktyabr 2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Nadir oğlu 04 oktyabr 2021-ci il tarixdə tutulmuş, 05 oktyabr 2021-ci il tarixdə müvafiq məhkəmə qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və o, məhkəmə hökmü çıxarılanadək qanuni əsaslarla fasiləsiz olaraq həbsdə saxlanılmışlar. Həmçinin məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Nadir oğlu 04 oktyabr 2021-ci il tarixdə başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Həmçinin məhkəmə, işdə olan ambulator məhkəmə-narkoloji ekspertizanın 10 yanvar 2022-ci il tarixli, 104 saylı rəyini nəzərə alıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 Nadir oğlunun barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi-xarakterli məcburi tədbir təyin olunmalı və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdırlar. Qeyd olunanlardan başqa, məhkəmə iş üzrə maddi sübutların taleyi ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 4015,2 qram çəkidə heroin narkotik vasitəsi və 994,95 qram çəkidə metamfetamin psixotrop maddəsi məhv edilməli, 02 ədəd “Samsung” markalı mobil telefonlar sahiblərinə - təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Nadir oğluna qaytarılması üçün onların yaxın qohumlarına təhvil verilməli, 03 ədəd CD disk isə cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfləri – 81,82 (səksən bir manat, 82 qəpik) manat ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 Nadir oğlu və Təqsirləndirilən şəxs1 hər birindən 40 manat 91 qəpik olmaqla müştərək qaydada dövlət nəfinə tutulmalıdır. İş üzrə mülki iddia yoxdur, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2ci maddəsi ilə 6 (altı) il müddətinə, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 13 (on üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 ona təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 04 oktyabr 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Nadir oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs2 Nadir oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsi ilə 6 (altı) il müddətinə, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddəsi ilə 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 Nadir oğluna qəti olaraq 12 (on iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 Nadir oğlunun cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 04 oktyabr 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Nadir oğlunun barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi-xarakterli məcburi tədbirlər tətbiq edilsin və yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilsin: - Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan Təqsirləndirilən şəxs2 Nadir oğlundan və Təqsirləndirilən şəxs1 götürülmüş, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış bir ədəd sintetik torbada qablaşdırılan 4015,2 qram çəkidə heroin narkotik vasitəsi və 994,95 qram çəkidə metamfetamin psixotrop maddəsi məhv edilsin; - Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan, 02 ədəd “Samsung” markalı mobil telefon sahiblərinə məhkumlar Təqsirləndirilən şəxs2 Nadir oğluna və Təqsirləndirilən şəxs1 qaytarılması üçün onların yaxın qohumlarına təhvil verilsin; - iş üzrə “şəxsi axtarış və götürmə” və “baxış keçirilməsi və götürmə” istintaq hərəkətlərinin videogörüntülərinin yükləndiyi 03 ədəd CD disk cinayət işi materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 81,82 (səksən bir manat, 82 qəpik) manat ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 Nadir oğlu və Təqsirləndirilən şəxs1 hər birindən 40 manat 91 qəpik olmaqla müştərək qaydada dövlət nəfinə tutulsun. İş üzrə mülki iddia yoxdur, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkumlar Təqsirləndirilən şəxs2 Nadir oğluna və Təqsirləndirilən şəxs1 isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar