Məhkəmə qərarları › İş №1(101)-941/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-941/2024

14.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-941/2024 14.03.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Məmmədzadə Səbinə Adil qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Əli İrfan oğlu və Məcidov X11 ibarət tərkibdə, X3 və Qafarova-Məmmədova Turan Zakir qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi: X1, Müdafiəçi: Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1993-cü ildə Naxçıvan MR-nın Şahbuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Naxçıvan MR-nin Şahbuz rayonu, Keçili kəndində qeydiyyatda olub, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 03 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İttihama görə, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, Zərərçəkmiş şəxs qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 2023-cü ilin iyul ayının 08-dən 09-na keçən gecə saat 02 radələrində ailəsi ilə birgə yaşadığı ünvan 1 ünvanının eyvanında siqaret çəkdiyinə görə qardaşı X5 atası Zərərçəkmiş şəxs irad bildirərək sonuncunu cəzalandırmaq üçün sifət nahiyəsinə sillə vurduqda o, şəxsiyyətin nəzərə çarpan dərəcədə dəyişməsi ilə müşayiət olunan, tez-tez təkrarlanan epilepsiya xəstəliyindən əziyyət çəkən qardaşı Elvin Yusifliyə qarşı etdiyi zorakılıq hərəkətlərinə görə atası Zərərçəkmiş şəxs irad bildirməklə aralarında baş vermiş mübahisədən sonra, əvvəllər də atasının analoji hərəkətlərə yol verdiyinə görə, qisas almaq niyyəti ilə həmin gecə saat 02:30 radələrində mənzilin mətbəxindən məişət təyinatlı mətbəx bıçağını götürərək atası Zərərçəkmiş şəxs olduğu mənzilin yataq otağına daxil olub qəsdən öldürmək məqsədi ilə çarpayıda yarı uzanıqlı, ayıq vəziyyətdə olan atası Zərərçəkmiş şəxs üzərinə getməklə sonuncu ilə əlbəyaxa olaraq sağ əlində tutduğu həmin bıçaqla Zərərçəkmiş şəxs bədəninin həyat üçün vacib olan orqanlarının yerləşdiyi döş qəfəsi, sifət və digər nahiyələrdən zərbələr vurmaqla Zərərçəkmiş şəxs ümumilikdə sağlamlığa zərərvurmayan olduğundan dərəcəsi təyin edilməyən sol bazunun yuxarı 1/3-nin ön səthində 1 ədəd kiçik ölçülü, sağ əlin ovuc səthində 1 ədəd kəsilmiş yaralar, sağ gözaltı nahiyyəsinin sıyrığı, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid döş qəfəsinin ön səthinin sağ yuxarı nahiyəsində döş boşluğuna nüfuz etməyən 1 ədəd, sağ yanaq nahiyəsində ağız boşluğuna keçən 1 ədəd, ağzın sol bucağına yaxın nahiyəsində 1 ədəd, sol çiyin qurşağının ön səthində 1 ədəd, sol bazunun yuxarı 1/3-nin ön səthində isə 1 ədəd deşilmiş-kəsilmiş yaraları və ölümünə səbəb həyat üçün təhlükəli olan dərəcəsinə görə sağlamlığa ağır zərərvurmaya aid döş qəfəsinin ön səthinin sağ körpücüküstü nahiyəsində sağ döş boşluğuna nüfuz edərək sağ ağciyərin yuxarı payını zədələyən 1 ədəd deşilmişkəsilmiş yarası xəsarətlərini yetirərək Zərərçəkmiş şəxs qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, mərhum Zərərçəkmiş şəxs onun atasıdır. O, atası Zərərçəkmiş şəxs, anası X4 və qardaşı X6 ilə birlikdə yaşamışdır. Hadisə günü qardaşı eyvanda siqaret çəkmiş, atası otağa girəndə qardaşının siqaret çəkdiyini görmüşdür. Bundan sonra qardaşı içəri keçmiş, atası da qardaşına siqaret çəkməsi ilə bağlı irad bildirərək ona əvvəlcə bir sillə vurmuş, daha sonra isə onu evdən çölə çıxartmaq istəmişdir. Qardaşı çıxmaq istəmədikdə atası ona təkrar bir sillə də vurmuşdur. Qardaşı atasına əsəbləşmiş, özünü arxaya çəkmişdir. Atası qardaşını zorla evdən bloka çıxarmaq istəmiş, daha sonra o, araya girərək atasına belə etməməsini demişdir. Atası öz otağına getmiş, o, atası olan otağa getməmişdir. O, qardaşı ilə oturub televizora baxmış, bu zaman qardaşı başının ağrıdığını demişdir. Atası qardaşının başından sillə ilə vurduğuna görə qardaşının başı ağrımışdır. O, atasının hərəkətinə əsəbləşdiyi üçün yata bilməmiş, hava isti olduğuna görə su içmək məqsədilə iki dəfə mətbəxə getmişdir. Üçüncü dəfə su içməyə gedəndə mətbəxtdə bıçaq gözünə sataşmış, bıçağı götürüb atasının yatdığı otağa girmişdir. Atası həmin vaxt yatılı olmamış, sadəcə uzanmışdır. İçəri girib otağın işığını yandırmış, atası gözünü açıb, nəyə görə gəldiyini soruşmuşdur. O, atasının üstünə getmiş və düşünür ki, atası əlində olan bıçağı görməmişdir. O, atasının üstünə gedib onu bıçaqla vurmağa başlamış, harasından vurduğunu bilmir, lakin çoxsaylı zərbələr vurduğunu xatırlayır. Hadisədən sonra evdən çıxıb getmişdir. Əməlindən çox peşmandır. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, qardaşı uşaqlıqdan xəstədir, buna baxmayaraq qardaşı orta məktəbi 11-ci sinifə kimi oxumuşdur. Qardaşı siqaret çəkdiyi üçün atası onun siqaret çəkməsinə əsəbləşmişdir. Atasının onunla və qardaşı ilə münasibəti yaxşı olsa da, qardaşı siqaret çəkəndə ona hirslənmişdir. Qardaşı siqaret çəkən zaman atasının evdə olduğunu bilmişdir. Qardaşı atasının onun siqaret çəkməsinə icazə vermədiyini bildiyi halda atasını saymamışdır. Hadisə o, işdən gələndən sonra, yəni gecə saat 01-dən sonra baş vermişdir. Atası arada qardaşını belə vurmuşdur. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi özünün tam etirafedici ifadələrindən başqa, məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi, şahidlərin ifadələri, ekspertiza rəyləri və digər sübutlarla öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs onun həyat yoldaşı, Təqsirləndirilən şəxs isə onun oğludur. Hadisə günü o, evdə olmamış, işdən gəlib qonşusunun evinə getmişdir. Belə ki, qonşu qadın yaşlı və tək olduğu üçün adətən gecələr onun yanında qalır. Getdikdən təxminən 15 dəqiqə sonra öz evlərindən səs eşitmiş, evə qayıdanda öyrənmişdir ki, oğlu Elvin siqaret çəkdiyinə görə yoldaşı ona sillə ilə vurmuş, Pərvin də buna dözə bilməyib atasını bıçaqlamışdır. Zərərçəkmiş şəxsin hüquqi varisi X4 ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, səsi eşidib öz evlərinə girəndə evdə sakitlik olmuş, o, uşaqlarına irad bildirib səslərinin qonşuya getdiyini bildirmişdir. Hadisənin baş vermə anını isə görməmişdir. O, evə girəndə qapıda Pərvinlə qarşılaşmış, Pərvin həmin vaxt çölə çıxmışdır. Pərvinin özü də tam sağlam olmamış, belə ki, o, paltarlarını həmişə tərsindən geyinir, ayağını xalçanın üstünə basmır, əllərini tez-tez sabunlayır və s. Pərvinə söz demək mümkün olmamış, bir söz deyən kimi qapını çırpıb getmişdir. Bununla bağlı Pərvini həkimə aparmamışlar. Yoldaşı çox əsəbi insan olmuş, uşaqlarının üstünə çox getmişdir. Mərhum uşaqları çox döymüş, dərslərini oxumadıqları zamanı onları çölə çıxarıb, qapını bağlayıb, evə buraxmamışdır. Zərərçəkmiş şəxsin hüquqi varisi X4 həmçinin məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxslə barışdığını, ondan şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında könüllü olaraq şahid qismində ifadə vermiş təqsirləndirilən şəxsin qardaşı X6 ifadəsində göstərmişdir ki, hadisə gecə saat 01-02 radələrində baş vermiş, hadisədən əvvəl saat 23 radələrində o, eyvanda siqaret çəkmişdir. Həmin vaxt eyvanın qapısı açıq olmuş, atası otağa girəndə onu görməsin deyə 5-6 saniyə eyvanda gizlənib atasının çıxıb getməsini gözləmişdir. Belə ki, o, atasının onun siqaret çəkməsini görsə onu döyəcəyini bilmişdir. O, əvvəllər atası tərəfindən çox döyülmüş, çox şiddətlərə çox məruz qalmışdır. O, eyvanda bir az gözləmiş atasının getmədiyini görüb, başqa çarəsi olmadığı üçün içəri girmişdir. Atası siqaret çəkdiyini başa düşmüş, əvvəlcə onu evdən qovmağa çalışmış, qapını açıb bayıra çıxarmağa çalışmışdır. Onun əvvəldən atası ilə münasibəti yaxşı olmamış, o, evin ərköyün oğlu olmağa çalışan oğlu olmuş, amma bacarmamış, atası buna imkan verməmişdir. Ən balaca səhvinə görə atası onu telefon kabeli ilə boğulmuşdur. Atası ipin bir ucunu qapının dəstəyinə bağlayıb, digər ucunu isə boğazına bağlayıb onu boğmağa çalışmışdır. Uşaq yaşlarından 27 yaşına kimi atasından çox şiddətlər görmüş, atası dəfələrlə səbəbsiz yerə onu sillələyib. Hadisədən bir qədər əvvəl siqaret çəkdiyi üçün atası qolundan tutub evin qapısından çölə atmaq istəmiş, əsəblə bağlı problemləri olduğu üçün həmin vaxt onun qolundan tutub dartmış, qapını çırpıb örtmüşdür. Atasının əli çox ağır olmuşdur. O, uşaq yaşlarında meningit xəstəliyi keçirdiyi üçün onda qulaq zəifliyi var. O, eyni zamanda epilepsiya xəstəliyindən əziyyət çəkir. Ona şiddət göstəmək, kiçik bir sillə belə vurmaq olmaz. Bunu bildiyi halda atası onu sillə ilə qulağından vurmuşdur. Qulağı cingildəmiş, çox pis ağrımışdır. Qardaşı onun bu vəziyyətini görmüşdür. Bu hadisədən sonra atası ilə qardaşı sözlə mübahisə etməyə başlamış, atası ona siqaret çəkməyə icazə vermədiyini demiş, qardaşı da atasına onunla işi olmamasını demişdir. O, düşünmüşdür ki, söhbət orda bağlanar. Buna görə də gedib yatağında uzanmışdır. Qardaşı onun başının ağrısına görə yata bilmədiyini görmüşdür. Bundan sonra o, səs eşitmiş, atasının otağına getmiş, lakin gecikmişdir. Belə ki, o, otağa girəndə atası artıq yerdə olmuş, təxminən 2-3 dəqiqədən sonra isə qanitirmədən ölmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs ilə qonşu olmuşdur. Hadisə günü gecə saatlarında Pərvinin qardaşı Elvin onun qapısını döymüş, Elvinin əlləri qanlı olmuş və ondan kömək istəmişdir. Evin qapısı açıq olmuş, yaxın qonşu olduqları üçün o, evə girmişdir. Evə daxil olanda mərhum Rəsulun yoldaşı Səlbinaz xanımın qucağında olduğunu görmüşdür. Mərhumun bədənində kəsilmiş-deşilmiş yaralar olmuşdur. O, alpinist olduğu üçün ilkin tibbi yardım dərsləri keçmiş, ona görə də mərhum Rəsula ilkin müdaxilə etməyə çalışmışdır. Rəsulun nəbzini yoxlamış, həmin zaman nəbzi zəif də olsa vurmuş, onun bədənindəki yaralardan qan axmağa davam etmişdir. O, köynəyini götürüb yaranı sıxmağa çalışmış, sonra yaraları sıxmağı Səbinaz xanıma həvalə etmiş və telefonu evdə olduğu üçün evə gedib təcili tibbi yardıma zəng etmişdir. Yenidən hadisə yerinə qayıtmış, bu dəfə artıq qanın axması dayanmışdır. O, Rəsulun nəbzini yoxlamış, nəbzi çox zəif vurmuşdur. O, ikinci dəfə evə qayıdıb polisə zəng etmişdir.Təxminən 15 dəqiqə sonra polislə təcili tibbi yardım eyni vaxtda gəlmiş, ondan sonrakı prosesdən məlumatı olmamışdır. Məhkəmə iclasında ona verilən suallara cavab olaraq Şahid3 bildirmişdir ki, onlar üzbəüz qonşudurlar, qonşu olaraq da münasibətləri həmişə yaxşı olmuşdur. Pərvinin ailəsi ilə gediş-gəlişləri olmuş, onun qızını məktəbə Pərvinin anası Səlbinaz xanım aparıbgətirmişdir. O, həmin ailənin ailədaxili münaqişələrini heç vaxt eşitməmiş, hər biri sakit insanlar olmuş, heç birinin pis bir hərəkətini görməmişdir. Pərvinin qardaşı Elvinin bir az danışma və eşitmə qüsuru var. Elvinlə heç vaxt problem yaşamamışlar. Elvin qapını döyəndə çox həyacanlı olmuş, o, Elvinin köməyə ehtiyacı olduğunu anlamış, lakin onun özünə nəsə olduğunu düşünmüşdür. O, evə girəndə sağ tərəfdə yerləşən yataq otağında mərhumun çarpayının künc tərəfində Səlbinaz xanımın qucağında uzandığını, gözlərinin açıqolduğunu, bədənindən əsasən sinə hissəsindən qan axdığını görmüşdür. Həmin gün Pərvini ümumiyyətlə görməmişdir. O, nə baş verdiyini soruşmuş, Səlbinaz xanım Elvinin siqaret çəkməsi ilə əlaqədar mübahisə yarandığını bildirmişdir. O, Pərvinin qeyri-adekvat hərəkətini görməmiş, öz övladını həmin insanlara əmanət edəcək qədər onları yaxşı insan kimi tanımışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, tək yaşayır. Təqsirləndirilən şəxs, mərhum atası Zərərçəkmiş şəxs, anası X4, qardaşı Şahid1 onun yaşadığı mənzillə eyni mərtəbədə, yəni ünvan 1 ünvanında yaşamışlar. Səlbinaz Yusifova 2021-ci ildən demək olar hər axşam onun yaşadığı mənzilə gələrək yaşlı olduğu üçün ona baxıcılıq etmişdir. Səlbinaz Yusifova hər axşam yaşadığı mənzilin qapısını çöldən açarla kilidləyərək onun yaşadığı mənzilə gəlmiş, qapını kilidləməsinin səbəbi sübh namazında evinə gedən zaman heç kəsə mane olmamaq və heç kəsi oyatmamaq olmuşdur. Onun Səlbinaz xanımın ailəsi ilə yaxın münasibəti olmamış, sadəcə, onlarla qapı qonşusu olduğu üçün ailəsini tanıyır. Səlbinaz xanımgilin ailəsi barədə heç bir mənfi fikir eşitməmişdir. xx.xx.2023-cü il tarixdə də Səlbinaz Yusifova gecə saat 1 radələrində onun evində olarkən öz evindən səs-küy gəldiyini eşitmişlər. O, Səlbinaz xanımın evin açarını götürərək evinə getdiyini görmüş, lakin özü evdən çıxmamışdır. Bir qədər sonra Səlbinaz Yusifova onun yaşadığı mənzilə geri qayıtmış, qayıtdıqdan təxminən 30 dəqiqə sonra, yəni gecə saat 2 radələrində Səlbinaz Yusifovanın mənzilindən səs-küy gəldiyi üçün yenidən onun evindən çıxıb öz evinə keçmişdir. Bir qədər sonra evdən ağlaşma və qışqırıq səsləri eşitdiyi üçün o da mənzilə daxil olmuşdur. Mənzilə daxil olduqda Elvinlə Səlbinaz xanımı görmüş, Pərvini isə ümumiyyətlə görməmişdir. Səlbinaz xanımla Rəsulun yataq otağına daxil olduqda otağın küncündə pəncərənin yanında Səlbinaz xanımın ağlayaraq yerdə Zərərçəkmiş şəxs qucaqlamasını görmüşdür. Zərərçəkmiş şəxs yerdə qan içində, huşsuz vəziyyətdə olmuşdur. Rəsulun sinə nahiyəsindən qan fışqırmışdır. O, nə baş verdiyini soruşduqda “Rəsuldu Rəsul, yenə dalaşıblar, Pərvin eləyib, indi də qaçıb gedib” deyə bildirmişdir. Şahid1 həmin vaxt şokda olmuş, ona qardaşının atasını öldürdüyünü bildirərək əlləri ilə başını tutub evin içində gəzərək nə etdiyini bilməmişdir. Bundan sonra hadisə yerinə təcili tibbi yardım heyəti gəlmiş və Zərərçəkmiş şəxs ölümünü təsdiqləmişdir. Onların evindən tez-tez mübahisə və qışqırıq səsləri gəlmiş, mübahisələrin nə üstə olmasını bilmir. Sadəcə olaraq, Zərərçəkmiş şəxs bir qədər ağır xasiyyətli, övladlarına çox şeydə qadağa qoyan biri olduğunu bilmişdir. (cild İ, i/v: 211-213) İbtidai istintaq zamanı şahid qismində dindirilmiş məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 1988-ci ildən 6 saylı TTS-də səyyar həkim vəzifəsində çalışır. Səyyar həkim kimi vəzifəsi çağırışa uyğun olaraq tibbi yardıma ehtiyacı olan xəstələrə ilkin tibbi yardım göstərməkdən ibarətdir. 08 iyul 2023-cü il tarixdən 09 iyul 2023-cü il tarixə keçən gecə saat 3 radələrində növbədə 6 saylı TTS-in inzibati binasında olarkən “103” qaynar xəttindən zəng gələrək ünvan 2 ünvanında bıçaqlanma olması və hadisə yerində polislərin olması barədə məlumat daxil olmuşdur. O da dərhal çağırışa uyğun olaraq təcili tibbi yardım maşını ilə qeyd olunan ünvana tibb bacısı ilə bir yerdə getmiş, mənzilə daxil olduqda içəridə polis əməkdaşları və tanımadığı şəxslər olmuşdur. Mənzilin qonaq otağına daxil olduqda sağda yerləşən otağa daxil olduqda otağın küncündə yerdə arxası üstə yaşlı kişi cinsli şəxs uzanmışdır. Həmin şəxsin üzərində və ətrafında qanabənzər ləkələr müşahidə etmiş, döş qəfəsində də deşilmişkəsilmiş yaralar olmuşdur. O, dərhal həmin şəxsin yuxu arteriyasını, ürək döyüntüsünü, tənəffüsünü, göz bəbəklərini yoxlamış və sonradan adının Zərərçəkmiş şəxs olduğunu bildiyi şəxsin öldüyünü təsdiqləmiş, daha sonra şəxsin ölümünü təsdiq edən arayış tərtib etmişdir. Mənzildə olarkən mərhum Zərərçəkmiş şəxs sonradan arvadı olduğunu bildiyi, adını bilmədiyi şəxs ona “yenə dava ediblər deyəsən, mən evdə olmamışdım” demiş, xəstəlikdən əziyyət çəkən adını bilmədiyi oğlu isə “siqaret üstündə atamla qardaşım Pərvin dalaşıblar, Pərvin də atamı öldürüb.” deməsini eşitmişdir. (cild İ, i/v: 237-239) Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: - «Hadisə yerinə baxış keçirilməsi haqqında» 09 iyul 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, ev 80, mənzil 85 ünvanıdır. 85 nömrəli mənzilin yerləşdiyi blokun girişi 06 ədəd pilləkən üzərində yerləşən boz rəngli dəmir qapıdan ibarətdir. Binaya daxil olduqda beton pilləkənlər və dəmir sürahidən ibarət blok yerləşir. 85 nömrəli mənzil blokun 4-cü mərtəbəsində yerləşməklə mənzilə giriş qapısı tünd qəhvəyi rəngli dəmir qapıdan ibarətdir. Həmin qapı üzərində boz rəngli qapının açılıb-bağlanması üçün nəzərdə tutulan tutacaq var və qapının üzərində “85” yazısı vardır. Mənzilə daxil olduqda mənzilin 1 dəhliz, 3 otaq, 1 mətbəx və 1 sanitar qovşaqdan ibarət olması müəyyən edilmişdir. Dəhlizin sağ tərəfində 1 ədəd şkafın olması, şkafdan sonra isə 1 ədəd yataq otağının olması müəyyən edilmişdir. Yataq otağının sol tərəfində 01 ədəd paltarların saxlanılması üçün şkaf, otağın sağ və sol tərəflərində isə cəmi 02 ədəd çarpayı olması müəyyən edilmişdir. Həmin otağın girişi ilə üzbəüz ağ rəngli plastik materialdan olan qapı və qapıya bitişik pəncərə olması müəyyən edilmişdir. Həmin qapıdan çıxdıqda 1.5x2.0 olan eyvanın olması və eyvanın sağ və sol tərəfində şkafların olması müəyyən edilmişdir. Mənzilin dəhlizindən sol tərəfdə sanitar qovşaq və sol tərəfə uzanan dəhlizin sonunda mətbəxin olması müəyyən edilmişdir. Mətbəxin sol tərəfində 1 ədəd kran və qab yumaq üçün nəzərdə tutulmuş yer və ona bitişik mətbəx mebeli, 1 ədəd açıq vəziyyətdə pəncərə olması və pəncərənin sağ tərəfində 1 ədəd boz rəngli soyuducunun olması müəyyən edilmiş, mənzilin dəhlizinin sonunda, yəni mənzilin giriş qapısı ilə üzbəüz qəhvəyi rəngli qapıdan içəri daxil olduqda zal otağının olması müəyyən edilmişdir. Həmin zal otağının sol tərəfində 3 ədəd stul, 1 ədəd qəhvəyi rəngli masa, divardan asılmış 1 ədəd televizor, sağ tərəfdə 2 ədəd kreslo, 2 ədəd divan və divanın qarşısında 1 ədəd qısa masa olması müəyyən edilmişdir. Zal otağının sağ tərəfində 1 ədəd qəhvəyi rəngli taxta materialdan olan qapı olması müəyyən edilmişdir. Həmin otada daxil olduqda sol tərəfdə 1 ədəd stul, üst-üstə yığılmış formada yorğan və döşək dəstləri, 1 ədəd şkaf və 1 ədəd çarpayı olması, çarpayı və pəncərə yerləşən otağın arasında yerdə uzanmış halda olan meyit olması müəyyən edilmişdir. Çarpayının üzərində qanabənzər ləkələrin olması müəyyən edildiyindən kriminalist tərəfindən yataq örtüyünün həmin hissələri kəsilib götürülərək müvafiq qaydada qablaşdırılmışdır. Meyitin başının altında ağ rəngli üzərində yaşıl rəngli gül şəkilləri olan yorğan üzlüyü və meyitin döş qəfəsi üzərində boz rəngli paltarın olması müəyyən edilmişdir. Meyitin başının altında ağ rəngli üzərində yaşıl rəngli gül şəkilləri olan yorğan üzlüyü və meyitin döş qəfəsi üzərində boz rəngli paltarın üzərində qırmızı rəngli qanabənzər ləkələrin olduğundan iş üçün sübut əhəmiyyəli olması nəzərə alınaraq müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Bundan başqa isidici radiatorun turbası üzərində, divarda qırmızı rəngli qanabənzər ləkələr, həmçinin, meyitin alt hissəsində qırmızı rəngli qana bənzər ləkə izləri müşahidə olmaqla, iş üçün sübut əhəmiyyəti olması nəzərə alınaraq həmin qana bənzər ləkələr kriminalist tərəfindən pambıq tampona hopdurularaq və müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Baxışda iştirak edən mərhumun həyat yoldaşı Səlbinaz Yusifova meyitin 1968-ci il təvəllüdlü əri Zərərçəkmiş şəxs məxsus olmasını və övladları Təqsirləndirilən şəxs tərəfindən qətlə yetirildiyini, həmin bıçağı mənzilin çıxışındakı blokda yerləşən pilləkənlərin üzərindən götürüb saxladığını bildirmişdir. Hadisə zamanı istifadə edilmiş dəstəyi göy rəngli olan mətbəx bıçağını təqdim etmiş və bıçaq üzərində qırmızı rəngli qanabənzər ləkələrin olması müəyyən edilmiş və iş üçün sübut əhəmiyyətli olduğundan təqdim edilmiş bıçaq qablaşdırılaraq götürülmüşdür. Ərazidə hər hansı bir deşici-kəsici və ya iş üçün əhəmiyyətli olan hər hansı bir əşya aşkar olunmamışdır. Meyit üzərinə baxış keçirildikdə 50-60 yaşlarına uyğun gəlir. Meyitin üzərində qanabənzər ləkə izləri olan boz rəngli sviter, göy və boz rəngli şortik paltarları vardır. Meyit əllə yoxladıqda istidir, meyit ləkəsi ayaq nahiyələrində müşahidə olunur. Meyitə əllə təzyiq etdikdə rəngi avazıyır. Meyit düzgün bədən quruluşlu, kafi qidalıdır. Boynun sağ hissəsində qida borusuna yaxın, döş qəfəsinin yuxarı hissəsində və çənə nahiyəsində gözlə görünən deşilmiş-kəsilmiş yara izlərinin olması müəyyən edilmişdir. Meyitin sağ baldırının iç nahiyəsində 1 ədəd bənövşəyimtilqırmızı rəngli qançırlaşmış xəsarət izi vardır. Patoloji hərəkətlilik qeyd olunmur. Meyit üzərində gözlə görünən digər xəsarət və ya xəsarət izi aşkar edilməmişdir. Meyit daxili və xarici müayinə olunması üçün MTE və PA ETT birliyinin Nizami rayon şöbəsində göndərilmişdir. (cild İ, i/v: 04-19) - «Meyitə baxış keçirilməsi haqqında» 09 iyul 2023-cü il tarixli protokoldan görünür ki, təşrih masası üzərində əynində aşağıdaki paltarları olan meyit uzadılmışdır: Ağ rəngli qolsuz mayka, bozu rəngli uzunqol alt köynəyi və bozumtul-ağımtıl dama-dama naxışları olan şortik. Paltarın üzərində aşağıdakı zədələr vardır: 1. Qolsuz maykanın ön səthinin sağ yuxarı nahiyəsində, sağ çiyinlik tikişindən 15 sm aşağıda və sol sərbəst kənarından 4 sm məsafədə çəp-köndələn istiqamətdə yerləşən xətti şəkilli, uzunluğu 2,1 sm olan bir ədəd dəlib-keçən zədə; maykanın sol çiyinlik nahiyəsində, çiyinlik tikişindən 10 sm aşağıda bayır kənarında çəp-köndələn istiqamətdə yerləşən bir ədəd xətti şəkilli, uzunluğu 1,0 sm olan kənari zədə vardır. 2. Uzunqol alt köynəyin ön səthinin sağ yuxarı nahiyəsində, sağ çiyin tikişindən 14,5 sm aşağıda və sağ tikşindən 12 sm məsafədə çəpköndələn istiqamətdə yerləşən xətti şəkilli, uzunluğu 2,3 sm olan bir ədəd dəlib-keçən zədə vardır; Alt köynəyin sol qolunun ön səthində yuxarıda, qolun dairəvi tikişindən 1 sm məsafədə çəp-köndələn istiqamətli, xətti şəkilli, uzunluğu 1,0 sm olan bir ədəd dəlib-keçən zədə vardır. Həmin zədədən 1,8 sm aşağıda eyni xarakerli, uzunluğu 0,6 sm olan bir ədəd dəlib-keçən zədə də vardır. Paltarlar qırmızı rəngli qanabənzər maddə ilə bulaşmışdır. Meyitin əynində olan üzərlərində qanabənzər ləkələr olan 1 ədəd ağ rəngli mayka, 1 ədəd boz rəngli uzunqol kofta, 1 ədəd damalı, üzərində “Hasan Zadeh M&H 2XL” yazılmış şortik müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. Paltarları çıxardıqda meyit kişi cinslidir, düzgün bədən quruluşlu, orta köklükdədir, boyunun uzunluğu 172 sm-dir. Meyit əllədikdə soyuqdur, dəri örtüyü solğun sarımtıl-bozumtul (meyit) rəngindədir. Meyit ləkələri bədənin arxa-yan səthlərində yayılmış şəkildə yerləşməklə zəif bənövşəyi rəngdədirlər, barmaqla təzyiq etdikdə ləkələrin rəngi itir və gec öz rəngini bərpa olunur. Meyit qacıması bütün qrup əzələlərində kafi dərəcədə inkişaf etmişdir. Əl və ayaq barmaqları və dırnaqları təmizdir. Baş tükləri əsasən ağarmışdır, uzunluqları 2-4 sm-dir, təmizdirlər. Gözləri qapalıdır, hər iki göz qapaqlarının selikli qişaları açıq-çəhrayı rəngdədir. Ağlı qişaları nisbi şəffaf, ağımtıldır. Gözlərin güzekli qişası qəhvəyimtil rəngdədir, göz bəbəkləri simmetrikdir, 0,4 sm diametrindədir. Burun sümük və qığırdaqları, eləcə də kəllə tağı və üz skelet sümükləri əllədikdə tamdırlar. Burun dəlikləri və qulaq keçəcəkləri sərbəst keçiricidir. Ağzı qapalıdır, az miqdarda qan ifrazatı xaric edir. Dili diş xəttindən arxada sərbəst yerləşir, bir qədər ağımtıl-çəhrayımtıl rəngdədir. Dişlər ağımtıl rəngdədirlər, zədəsizdirlər. Qulaq qığırdaqları əllədikdə tamdırlar. Boynu bədənə müvafiqdir, bir qədər hərəkətlidir. Döş qəfəsi silindrikdir, simmetrikdir, normostenik tiplidir, əllədikdə döş sümüyündə və qabırğalarda patoloji hərəkəililik və krepitasiya qeyd olunmur. Qarnı qabırğa qövslərindən bir qədər aşağı səviyyəsindədir. Onurğa sütununda patoloji əyrilik yoxdur, əllədikdə fəqərələrdə sınıq hiss olunmur. Xarici cinsiyyət üzvləri düzgün kişi tipli inkişaf etmişdir, xəstəlik və zədə əlamətləri yoxdur. Sünnət olunub, hər iki xaya xayalıqdadır, əllədikdə adi konsistenisyalıdır. Arxa keçəcəyi zədəsizdir, aralıq nahiyəsi təmizdir. Meyitin xarici müayinəsi zamanı aşağıdakı xəsarətlər aşkar olundu: İ.Sağ gözaltı nahiyəsində köndələn istiqamətdə yerləşən nisbi düz xətt şəkilli, ölçüləri 1,0x0,1 sm olan, kənarları nahamar, tünd qırmızı qançırlı, ucları itivari olan sıyrıq; 2. Sağ yanaq nahiyəsində, sağ qulaq sırğalıqdan 6,5 sm aşağıda çəpşaquli istiqamətdə yerləşən bir ədəd iyvari formalı, ölçüləri 1,2x0,3 sm olan dəlib-keçən yara vardır. Yara kənarları hamar olub, yuxarı bucağı kütdür, əks bucağı isə iti qurtarır. Zondla yoxladıqda yara kanalı sağda sola doğru getməklə ağız boşluğuna keçərək sərbəst qurtarır. Ağız boşluğunda yara proyeksiyasına uyğun olaraq selikli qişasında tünd qırmızı rəngdə qansızmalı sahə qeyd olunur. 3. Ağzın sol bucağından 0,6 sm aşağıda çəp-şaquli istiqamətində yerləşən eyni xarakterli, ölçüləri 1,0x0,2 sm olan yara vardır. Zondla yoxladıqda yara dərialtı yumşaq toxumalarda tamamlanır, ağız boşluğuna keçmir. 4. Döş qəfəsinin ön səthinin sağ yuxarı nahiyəsində, sağ körpücüküstü nahiyəsində çəp-köndələn istiqamətində yerləşən bir ədəd iyvari formalı, ölçüləri 2,3x0,7 sm olan dəlib-keçən yara vardır. Yara kənarları hamar olub, yuxarı bucağı kütdür, əks bucağı isə iti qurtarır. Yaranın aşağı ucundan, bəzi yerlərdə fasiləli olmaqla 3,5x0,1 sm ölçüdə, üzəri qanla örtülü nazik zolaqlı səthi sıyrıq qeyd olunur (zədənin davamı). Zondla yoxladıqda İ yara kanalı yuxarıdan aşağıya və bir qədər sağdan sola doğru getməklə döş boşluğuna keçir. 5. Döş qəfəsinin ön səthinin sağ yuxarı nahiyəsində, orta körpücük xətti üzrə İİ-İİİ qabırğalararası səviyyəsində, 4 saylı yaradan 5,5 sm aşağıda və bir qədər sağda çəp- köndələn istiqamətində yerləşən bir ədəd iyvari formalı, ölçüləri 2,7x0,7 sm olan dəlib-keçən yara vardır. Yara kənarları hamar olub, sol bucağı kütdür, əks bucağı isə iti qurtarır. 6. Sol çiyin qurşağının ön səthində köndələn istiqamətində yerləşən eyni xarakterli, ölçüləri 1,0x0,3 sm olan yara vardır. Yara kənarları hamar olub, sol bucağı kütdür, əks bucağı isə iti qurtarır. 7. Sol bazunun yuxarı 1/3-nin ön səthində çəp-şaquli istiqamətində yerləşən, eyni xarakterli, ölçüləri 1,0x0,3 sm olan yara vardır. Yaranın yuxarı bucağı kütdür, əks bucağı isə iti qurtarır. 8. «7» saylı yaradan 2,3 sm sağda və bir qədər aşağıda yerləşən bir ədəd eyni xarakterli, ölçüləri 0,8x0,2 sm olan yara vardır, Yaranın bucağı kütdür, əks bucağı isə iti qurtarır. «6» və «7» saylı yaraları zondla yoxladıqda onların yara kanalların uzunluqları müvafiq olaraq təxminən 1,0 sm və 0,8 sm olub, dərialtı yumşaq toxumalarda qurtarır. 9. Sağ əlin ovuc səthində, baş barmağının əsasına yaxın nahiyəsində çəp-boylama istiqamətli, 0,7x0,2 sm ölçüdə, iyvari formalı, kənarları hamar, ucları iti olan yara vardır. Meyitin xarici müayinəsi zamanı bədən üzərində yuxarıda qeyd olunan xəsarətlərdən başqa digər xəsarət aşkar olunmadı. (cild İ, i/v: 62-64) - «Şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında» 09 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində ifadəsi yerində yoxlanılmış, Təqsirləndirilən şəxs ifadəsini hadisə yerində bir daha təsdiq edərək 09 iyul 2023-cü il tarixdə gecə saatlarında ünvan 3 ünvanında mətbəxdən bıçaq götürməsini, atası Zərərçəkmiş şəxs olduğu yataq otağına daxil olaraq orada atası Zərərçəkmiş şəxs bıçaq zərbələrini vurmasını, atası ilə əlbəyaxa olmasını, daha sonra mənzilin qapısını döyməsini, bıçağı mənzildən çıxan kimi pilləkənə doğru atdığı yeri göstərib bundan sonra blokdan çıxaraq 24-cü PŞ-yə təslim olmaq üçün getdiyini əyani olaraq ardıcıl şəkildə göstərib hadisə yerində təsvir etmişdir. (cild İ, i/v: 75-81) - «Götürmə və baxış keçirilməsi» haqqında 09 iyul 2023-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi, hadisə zamanı əynində olmuş 1 ədəd kənarları qara, ortası göy rəngli qolsuz idman maykası və 1 ədəd kənarları ağ, ortası qırmızı rəngli aşağısında «NBA» yazılmış idman şortikinə baxış keçirərkən maykanın üzərində geyimlə izləri müşahidə olunmaqla zədə aşkar edilməmiş, şortikin ön səthində və hər iki ayağının içəri tikişi üzərində sökülmüş zədə aşkar olunmuşdur. İş üzrə əhəmiyyət kəsb etdiyindən həmin paltarlar qablaşdırılaraq götürülmüşdür. (cild İ, i/v: 52- 55) - Məhkəmə-tibbi ekspertizasının 09 iyul 2023-cü il tarixli 140 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs meyitinin məhkəmə-tibbi müayinəsi zamanı onun bədənində döş qəfəsinin ön səthinin sağ körpücüküstü nahiyəsində sağ döş boşluğuna nüfuz edərək sağ ağciyərin yuxarı payını zədələyən 1 (bir) deşilmiş-kəsilmiş yara, döş qəfəsinin ön səthinin sağ yuxarı nahiyəsində döş boşluğuna nüfuz etməyən 1 (bir) ədəd deşilmişkəsilmiş yara, sağ yanaq nahiyəsində ağız boşluğuna keçən 1 (bir) ədəd, ağzın sol bucağına yaxın nahiyəsində 1 (bir) ədəd, sol çiyin qurşağının ön səthində 1 (bir) ədəd və sol bazunun yuxarı 1/3-nin ön səthində 02 (iki) ədəd deşilmiş-kəsilmiş yaralar və sağ əlin ovuc səthində 1 (bir) ədəd kəsilmiş yara və sağ gözaltı nahiyəsində sıyrığı xəsarətləri aşkar olunmuşdur. Yuxarıda qeyd olunan xəsarətlər həyatidir, ölümündən az əvvəl əmələ gələ bilərlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2023-cü il tarixə uyğun gəlirlər. Deşilmiş-kəsilmiş yaralar ülgücü və özünü biruzə verən küpü yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin, ola bilsin bıçağın) təsirindən, sağ əlin ovuc səthində olan kəsilmiş yara isə iti kənara malik hər hansı bir alətin (əşyanın, ola bilsin bıçağın tiyəsinin) təsirindən, sağ gözaltı nahiyəsində olan sıyrıq isə küt əşyanın təsirindən əmələ gələ bilərdi. Dərəcəsinə görə döş qəfəsinin sağ körpücüküstü nahiyəsində olan, sağ döş boşluğuna nüfuz edərək sağ ağciyərin yuxarı payını dəlib-keçən yara canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya, döş qəfəsinin ön səthinin sağ yuxarı nahiyəsində döş boşluğuna nüfuz etməyən bir ədəd, sağ yanaq nahiyəsində bir ədəd, ağzın sol bucağına yaxın nahiyəsində bir ədəd, sol çiyin qurşağının ön səthində bir ədəd və sol bazunun yuxarı 1/3-nin ön səthində bir ədəd deşilmiş-kəsilmiş yaralar həm ayrı-ayrılıqda, həmçinin ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir, sol bazunun yuxarı 1/3-nin ön səthində olan bir ədəd kiçik ölçülü deşilmiş-kəsilmiş yara, sağ əlin ovuc səthində bir kəsilmiş yara və sağ gözaltı nahiyəsində sıyrığı isə həm ayrı-ayrılıqda, həmçinin ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. X2 ölümünə səbəb-sağ ağciyərin yaralanması nəticəsində baş vermiş kəskin qanitirmə olmuşdur. Ölüm meyitin meyitxanadakı müayinəsindən 6-8 saat əvvəl baş verə bilərdi. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. (cild İ, i/v: 189- 197) - Məhkəmə-tibbi ekspertizasının 09 iyul 2023-cü il tarixli 635 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs sol bazunun aşağı 1/3-nin arxa səthinin və sol budun yuxarı 1/3-nin ön bayır nahiyəsinin sıyrıqları olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2023-cü il tarixdə alınmaları mümkündür və ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. Xəsarətlərin xüsusiyyətlərinə və lokalizasiyasına istinad edərək qeyd etmək olar ki, həmin xəsarətlər müxtəlif şəraitlərdə, o cümlədən qərarın təsviri hissəsində və şəxsin göstərdiyi şəraitlərdə əmələ gəlməsi mümkündür. Təqsirləndirilən şəxs bədənində aşkar edilmiş xəsarətlərin xarakterini və morfoloji əlamətlərini nəzərə alaraq demək olar ki, bu xəsarətlər qısa zaman kəsiyində yetirildiyindən onların hansı ardıcıllıqla yaranmasını təyin etmək mümkün deyildir. (cild İ, i/v: 199-201) - Kompleks məhkəmə tibbi-bioloji və kriminalistik ekspertizasının kriminalistik tədqiqinə dair 30 avqust 2023-cü il tarixli 348/2023-MTKŞ saylı ekspertiza rəyindən görünür ki, təqdim edilmiş mərhum Zərərçəkmiş şəxs məxsus uzunqol maykanın ön səthinin sağ yuxarı hissəsində bir ədəd, ön səthinin sol yarısının yuxarı hissəsində bir ədəd, sol qolunun ön səthinin yuxarı hissəsində iki ədəd deşilmiş-kəsilmiş zədə, qolsuz maykanın ön səthinin sağ yuxarı hissəsində bir ədəd, sol qolunun üzərində bir ədəd deşilmiş-kəsilmiş zədə vardır. Bu zədələr iti ucu, ülgücü və küpü olan yastı tiyə tipli deşicikəsici alətin (alətlərin) təsirindən törənmişlər. Mərhum Zərərçəkmiş şəxs məxsus paltarlarının (uzunqol mayka və qolsuz mayka) üzərində olan deşilmiş-kəsilmiş zədələrin, ekspertizaya təqdim olunmuş bıçağın tiyəsinin təsirindən, yaxud oxşar konstruktiv xüsusiyyətə malik digər alətin (alətlərin) tiyəsinin təsirindən törənməsinin mümkünlüyü inkar olunmur. Mərhum Zərərçəkmiş şəxs məxsus paltarların (uzunqol mayka və qolsuz mayka) üzərində olan deşilmiş-kəsilmiş zədələrlə onun bədəninin döş qəfəsinin ön səthinin sağ yarısında olan bir ədəd, sol çiyin qurşağının ön səthində olan bir ədəd və sol bazunun yuxarı 1/3-nin ön səthində olan iki ədəd deşilmiş-kəsilmiş yaralar yerləşməsinə görə bir-biri ilə uyğunluq təşkil edir. Mərhum Zərərçəkmiş şəxs meyiti üzərində olan digər xəsarətlər (döş qəfəsinin ön səthinin sağ yuxarı nahiyəsində olan bir ədəd, sağ yanaq nahiyəsində ağız boşluğuna keçən bir ədəd, ağzın sol bucağına yaxın nahiyəsində bir ədəd və sağ əlin ovuc səthində bir ədəd yara) bədənin paltarlarla örtülü olmayan nahiyəsində yerləşirlər. Mərhum Zərərçəkmiş şəxs məxsus şortikin üzərində zədə aşkar edilmədi. Təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus şortikin ön səthinin sol yarısında bir ədəd, ön səthinin sağ yarısının aşağı hissəsində bir ədəd cırılmış zədələr, şortikin hər iki ayağının içəri-yan tikişi üzərində və sol yarısında sökülmə zədələri var. Bu zədələr küt yaranma mexanizmi ilə paltarların həmin nahiyələrin dartılması nəticəsində törənmişlər. Təqsirləndirilən şəxs məxsus maykanın üzərində zədə aşkar edilmədi. Paltarlar üzərində olan zədələrin yetirilmə şəraitinin, o cümlədən əlbəyaxa mübarizə zamanı yetirilibyetirilməməsinin təyini istintaq orqanlarının səlahiyətinə aiddir. Təqdim edilmiş yorğan üzünün, hadisə yerindən götürülmüş boz rəngli qısaqol koftanın və yataq örtüyünün üzərində zədə aşkar edilmədi. Təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab olunmur. Bıçağın üzərində sonradan hər hansı bir əlavə və dəyişiklik edilməmişdir. Bıçağın üzərində zədə aşkar edilmədi. Təqdim edilmiş maddi sübutların üzərində məhkəmə-tibbi-bioloji tədqiqat nəticəsində aşkar edilmiş qan ləkələrinin əmələgəlmə mexanizmi aşağıdakı kimidir: hadisə yerindən götürülmüş yorğan üzünün, koftanın və yataq örtüyünün üzərində olan ləkələrdən geniş sahədə olan ləkələr qan mənbəyi ilə (qanlı səthlə) statik kontakt və fıziki-kapilyarlıq faktoru üzrə əmələ gəlmiş hopma xarakterli ləkələr, bu fonda bəzi ləkələr qan mənbəyindən (qanlı səthdən) öz ağırlığı ilə az hündürlükdən düşən damcı xarakterli ləkələr, bəzi ləkələr isə qan mənbəyi ilə (qanlı səthlə) dinamiki kontakt nəticəsində törənmiş yaxma xarakterli ləkələrdir. Təqsirləndirilən şəxs məxsus şortik üzərində olan ləkə qan mənbəyi ilə (qanlı səthlə) statik kontakt və fiziki-kapilyarlıq faktoru üzrə əmələ gəlmiş hopma xarakterli ləkədir. Mərhum Zərərçəkmiş şəxs məxsus şortik üzərində olan ləkələrdən bəzisi qan mənbəyi ilə (qanlı səthlə) səthi statik kontakt və dinamiki kontakt nəticəsində əmələ gəlmiş yaxma xarakterli ləkələr, bu fonda ön səthdə olan bəzi ləkələr qan mənbəyindən (qanlı səthdən) öz ağırlığı ilə az hündürlükdən düşən damcı xarakterli ləkələrdir. Mərhum Zərərçəkmiş şəxs məxsus uzunqol maykanın üzərində olan ləkələrin sağ yarısının ön və arxa səthinin yuxarı hissəsini, sağ qolun yuxarı hissəsini və zədələrə uyğun geniş ləkələr sahəsi qan mənbəyi ilə (qanlı səthlə) statik kontakt və fıziki-kapilyarlıq faktoru üzrə əmələ gəlmiş hopma xarakterli ləkələr, bu fonda ön səthdə olan bəzi ləkələr qan mənbəyindən (qanlı səthdən) öz ağırlığı ilə az hündürlükdən düşən damcı xarakterli ləkələr, hər iki qolunun üzərində olan ləkələr isə qan mənbəyi ilə (qanlı səthlə) dinamiki kontakt nəticəsində törənmiş yaxma xarakterli ləkələrdir. Mərhum Zərərçəkmiş şəxs məxsus qolsuz maykanın üzərində olan ləkələr qan mənbəyi ilə (qanlı səthlə) statik kontatk və fıziki-kapilyarlıq faktoru üzrə əmələ gəlmiş hopma xarakterli ləkələrdir. Təqdim edilmiş bıçağın hər iki səthində olan ləkələr qan mənbəyi ilə (qanlı səthlə) dinamiki kontakt nəticəsində törənmiş yaxma xarakterli ləkələrdir. (cild İ, i/v: 222-230) - Kompleks məhkəmə tibbi-bioloji və kriminalistik ekspertizasının bioloji tədqiqinə dair xx.xx.2023-ci il tarixli 479/2023-MTBŞ saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu - Oalfa, beta/İ/-. Ekspertizaya təqdim olunan 02 ədəd çubuqlu pambıq tampon, 01 ədəd bıçaq, hadisə yerindən götürülmüş köynək, yorğan üzü, 02 ədəd parça kəsiyi, Təqsirləndirilən şəxs məxsus şortik, Zərərçəkmiş şəxs məxsus alt mayka, alt köynək və şortik üzərində insan qanı aşkar olundu. Bu qan ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə tədqiq olunduqda “ET antigeni, əksər ləkələrdə həmçinin alfa, beta aqqlyutininləri alındı. Bu qan ləkələri Oalfabeta/İ/ qruplu şəxsə, o cümlədən zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus ola bilər. Təqdim olunan Təqsirləndirilən şəxs məxsus qolsuz kofta üzərində qana şübhəli ləkələr aşkar olunmamışdır. (cild İ, i/v: 215-220) - Lifli materialların tədqiqi ekspertizasının xx.xx.2023-cü il tarixli 6/3806 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin 1 №-li cədvəlində göstərilmişdir. Tədqiqata təqdim edilmiş, Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən şortikin səthi üzərindən aşkar edilmiş qırmızı rəngli poliester kimyəvi liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən şortikin tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən köynəyin səthi üzərindən aşkar edilmiş göy rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən şortikin tərkib liflərinə uyğun gəlirlər. (cild İ, i/v: 182-187) - Ambulator məcburi narkoloji tibbi yoxlamanın xx.xx.2023-cü il tarixli 5779 nömrəli rəyindən görünür ki, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. (cild İ, i/v: 250-252) - «Kompleks ambulator psixoloji və psixiatrik ekspertizası»nın xx.xx.2023-cü il tarixli 2086 nömrəli rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətini ambulator şəraitdə düzgün qiymətləndirmək, törətdiyi əməl dövründə anlaqlı olub-olmamasını müəyyənləşdirmək çətinlik törətdiyindən daha əsaslı və uzun müddətli müayinə məqsədi ilə onun stasionar məhkəmə-psixiatrik ekspertiza şöbəsinə göndərilməsi zəruridir. (cild İ, i/v:165-167) - «Kompleks stasionar psixoloji və psixiatrik ekspertizası»nın xx.xx.2023-cü il tarixli 119 nömrəli rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh olunan və ona ittiham edilən cinayət əməlini törətməmişdən əvvəl və törədərkən hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi patologiyadan əziyyət çəkmir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs keçirilən müayinə zamanı hər hansı psixi patologiya müəyyən edilmir. Təqsirləndirilən şəxs hal-hazırkı psixi vəziyyəti ilə əlaqədar onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh edilən və ona ittiham olunan cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Odur ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə anlaqlı hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırda öz psixi vəziyyətinə görə cinayət hadisəsini törədən və iş üçün əhəmiyyət kəsb edən halları, törətdiyi hərəkətləri düzgün qavramaq və təsvir etmək, hərəkətlərinin məsuliyyətini dərk etmək, onlara cavab vermək və rəhbərlik etmək, törətdiyi hadisə barəsində istintaqa düzgün ifadə vermək və digər məhkəməistintaq hərəkətlərində iştiak etmək qabiliyyətinə malikdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırkı psixi vəziyyətinə görə öz prosessual hüquq və vəzifələrini şəxsən həyata keçirmək və onları lazımi səviyyədə yerinə yetirmək qabiliyyətinə malikdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs halhazırda hər hansı bir psixi xəstəlik əlaməti müəyyən olunmur. Hal-hazırda Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Odur kİ, Təqsirləndirilən şəxs hal-hazırkı hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.3 və 22.2-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməli barəsində anlaqlı hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 22.1 və 21.1-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əqli intellektual imkanları normaya uyğundur. Fərdi-psixi xüsusiyyətlərində qıcığa qarşı həssaslıq, özünə qarşı laqeydlik, primitivlik və s. kimi xarakterik əlamətlər müəyyən edilir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əqli inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri müşahidə olunmur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayət əməlini törədərkən psixi-emosional halında hirslilik, qəzəb yaranmışdır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyəti (affekt) keçirməmişdir. (cild İ, i/v: 242-248) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Psixiatriya Xəstəxanası» X9 xx.xx.2023-cü il tarixli 9626 nömrəli məktubunda görünür ki, Təqsirləndirilən şəxs xəstəxanada müalicədə olmamışdır. (cild İ, i/v: 146) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Narkoloji Mərkəzi» X9 xx.xx.2023-cü il tarixli xx/xx-8757 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs mərkəzdə narkoloji qeydiyyatda yoxdur. (cild İ, i/v: 158) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Psixi Sağlamlıq Mərkəzi» X9 xx.xx.2023-cü il tarixli 5159 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs mərkəzə müraciət etməmiş və dispanser müşahidəsi aparılmayıb. (cild İ, i/v: 163) - İstintaq orqanının 11 oktyabr 2023-cü il tarixli qərarı ilə hadisə yerindən qanabənzər ləkələrdən hopdurulma üsulu ilə götürülmüş 02 ədəd steril pambıqlı çubuqlar, yataq örtüyünün hissələri, yorğan üzlüyü, meyitin döş qəfəsi üzərindən götürülmüş uzunqol köynək, Təqsirləndirilən şəxs tərəfindən könüllü təqdim olunmuş, özünə məxsus, hadisə zamanı əynində olmuş 01 ədəd qolsuz idman maykası və 01 ədəd idman şortiki, meyitə baxış keçirilərkən götürülmüş Zərərçəkmiş şəxs məxsus, hadisə zamanı əynində olmuş 01 ədəd mayka, 01 ədəd uzunqol kofta, 01 ədəd şortik, hadisə yerinə baxış zamanı X4 tərəfindən könüllü təqdim olunmaqla götürülmüş Təqsirləndirilən şəxs hadisə zamanı istifadə etdiyi 01 ədəd bıçaq maddi sübut qismində tanınmışdır. (cild İ, i/v: 260-283) Məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuş, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittihama dair öz arqumentlərini bildirmiş və ona qarşı irəli sürülmüş ittihamı tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Cinayət əməlinin tövsifi ilə bağlı məhkəmənin mövqeyi, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlməlidir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Cinayət mühakimə icraatında ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə düşən başlıca vəzifələrdən biri məhz təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsidir. Əməlin düzgün tövsif edilməsi üçün əsas isə yalnız qanun əsasında toplanılmış sübutlardır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli araşdırma zamanı təqsirləndirilən şəxsin özünün tam etirafedici ifadələri, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadəsi ilə, üzləşdirmə protokolları, ifadənin yerində yoxlanılması protokolu, eyni zamanda iş üzrə keçirilmiş ekspertizaların rəyləri və maddi sübutlarla təsdiq olunaraq, tam, hərtərəfli və obyektiv araşdırılmış və cinayət əməlinin onun tərəfindən törədilməsi məhkəmədə heç bir şübhə doğurmamışdır. Təqsirləndirilən şəxs qeyd olunan əməllərinin cinayət olmasını aradan qaldıran hallar və onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət Prosessual Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ifadələri, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Ona görə də məhkəmə, Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə tövsif edir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmiş, onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə xüsusi ilə ağır cinayətlər kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinməklə həmin maddələrin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının Baş Prokurorluğunun Kriminalistika və informasiya texnologiyaları idarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, DİN-in vahid məlumat axtarış sistemində Təqsirləndirilən şəxs məhkumluğu barədə ilkin əməliyyat məlumatları müəyyən edilməmişdir. (cild İ, i/v: 160) Beləliklə məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.8-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs həmin cinayət əməlini zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törətməsini, 59.1.10-cu maddəsinə əsasən könüllü gəlib təqsirini boynuna almasını, 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə etməsini, 59.2-ci maddəsinə əsasən onun gənc olmasını, səmimi ifadələr verib, əməlindən səmimi peşman olmasını, eyni zamanda qardaşının əlil olmasını da onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Belə ki, cinayət işinin materiallarında olan «Könüllü təslim olunma haqqında» 09 iyul 2023-cü il tarixli protokoldan görünür ki, 09 iyul 2023-cü il tarixdə saat 02:30 radələrində ünvan 3 ünvanında xx.xx.1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs şəxsi münasibətlər zəmnində atası xx.xx.1968-ci il təvəllüdlü, ünvan 3 ünvanında qeydiyyatda olan Zərərçəkmiş şəxs bıçaqla vuraraq xəsarət yetirmişdir. Törətdiyi hadisə ilə bağlı Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 03:15-də 24-cü PŞ-yə gələrək törətdiyi hadisəni şifahi şəkildə izah edərək könüllü təslim olmuşdur. (cild İ, i/v: 21) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətinin 7 saylı Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2015-ci il tarixli çıxarışından görünür ki, Şahid1 tez-tez təkrarlanan (ayda 4 dəfə) tutmalarla və ya şəxsiyyətin nəzərə çarpan dərəcədə dəyişməsi ilə müşayiət olunan epilepsiya xəstəliyindən əziyyət çəkir. (cild İ, i/v: 48-50) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə yuxarıda sadalanan yüngülləşdirici halların məcmusunu, həmçinin onun qardaşının əlil olmasını, anasının qardaşına təkbaşına baxmalı olmasını, təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın onun ailə üzvlərinə də təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddədə nəzərdə tutulmuş ən aşağı həddə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi qanuni və ədalətlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrumetmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar ciddi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 09 iyul 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 09 iyul 2023cü il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. İş üzrə maddi sübutlar- Bakı şəhəri Nizami rayon Prokurorluğunda maddi sübutlar otağında saxlanılan, hadisə yerindən qanabənzər ləkələrdən hopdurulma üsulu ilə götürülmüş 02 ədəd steril pambıqlı çubuqlar, yataq örtüyünün hissələri, yorğan üzlüyü, meyitin döş qəfəsi üzərindən götürülmüş uzunqol köynək, Təqsirləndirilən şəxs tərəfindən könüllü təqdim olunmuş, özünə məxsus, hadisə zamanı əynində olmuş 01 ədəd qolsuz idman maykası və 01 ədəd idman şortiki, meyitə baxış keçirilərkən götürülmüş Zərərçəkmiş şəxs məxsus, hadisə zamanı əynində olmuş 01 ədəd mayka, 01 ədəd uzunqol kofta, 01 ədəd şortik, hadisə yerinə baxış zamanı X4 tərəfindən könüllü təqdim olunmaqla götürülmüş Təqsirləndirilən şəxs hadisə zamanı istifadə etdiyi 01 ədəd bıçaq hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 154 (bir yüz əlli dörd) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur (i/v: cild İ, səh.158). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 154 (bir yüz əlli dörd) manat məbləğində məhkəmə məsrəfi təqsirləndirilən şəxslərdən müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə üzərinə həbs qoyulmuş və xüsusi müsadirə edilməli olan əmlak, həmçinin mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinərək ona 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilən cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 09 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübut hesab edilərək Nizami rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan hadisə yerindən qanabənzər ləkələrdən hopdurulma üsulu ilə götürülmüş 02 ədəd steril pambıqlı çubuqlar, yataq örtüyünün hissələri, yorğan üzlüyü, meyitin döş qəfəsi üzərindən götürülmüş uzunqol köynək, Təqsirləndirilən şəxs tərəfindən könüllü təqdim olunmuş, özünə məxsus, hadisə zamanı əynində olmuş 01 ədəd qolsuz idman maykası və 01 ədəd idman şortiki, meyitə baxış keçirilərkən götürülmüş Zərərçəkmiş şəxs məxsus, hadisə zamanı əynində olmuş 01 ədəd mayka, 01 ədəd uzunqol kofta, 01 ədəd şortik, hadisə yerinə baxış zamanı X4 tərəfindən könüllü təqdim olunmaqla götürülmüş Təqsirləndirilən şəxs hadisə zamanı istifadə etdiyi 01 ədəd bıçaq hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə məhkəmə məsrəfləri 154 (bir yüz əlli dörd) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Səbinə Məmmədzadə Hakimlər Əli Məmmədov Azad Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar