Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-942/2020 23.10.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən Mikayılov Eldar Əli oğlu, Hakimlər Abasov Əliövsəd Məzahir oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi- X10, Dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X6 və Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri “Fides” Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx xxxx 1959-cu ildə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 mənzil 15 ünvanda qeydiyyatda olmaqla yaşamış, barəsində "həbs" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə etmiş, daşımış və saxlamış,həmçinin qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini külli miqdarda əkib yetişdirərək toplamaqla kultivasiya etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 2019-cu ilin yay aylarında qanunsuz olaraq tərkibində narkotik maddələr olan istintaqa məlum olmayan sayda çətənə (kannabis) bitkisini əkib yetişdirərək onları toplayıb kultivasiya etməklə qurudaraq satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 417,456 (dörd yüz on yeddi tam mində dörd yüz əlli altı) qramdan artıq çəkidə qanunsuz olaraq narkotik vasitə-qurudulmuş marixuananı kustar üsulla hazırlayıb bir qismini özü istifadə etdikdən sonra qalan 1,660 (bir tam mində altı yüz altmış) qramını bir bükümdə üzərində saxlamaqla gəzdirmiş, 415 (dörd yüz on beş) qramını bir bükümdə yaşadığı Quba şəhəri, Dəvədabanı yayış massivində yerləşən nömrəsiz evinin həyətindəki dam örtüklərinin arasında, 0,154 (sıfır tam mində yüz əlli dörd) qram və 0,642 (sıfır tam mində altı yüz qırx iki) qramını iki bükümdə həmin evin giriş hissəsindəki tikinti materiallarının arasında gizlədərək saxlamış, bundan başqa o, xx xxxx 2020-ci il tarixdən xx xxxxx 2020-ci il tarixədək olan müddətdə yaşadığı evin həyətində əkilib-becərilməsi qadağan olunmuş külli miqdarda 36 (otuz altı) ədəd narkotik təbiətli çətənə (kannabis) bitkisini plastik qablarda əkib-yetişdirdikdən sonra bitkinin şitillərini qablardan çıxarıb həyətindəki mişar daşla əhatə olunmuş torpaq çalalarında basdıraraq aqrotexniki qaydada qulluq edib becərməklə kultivasiya etmiş, xx xxxxx 2020-ci il tarixdə, saat 18:46-da Quba RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı evin qarşısında saxlanılaraq orada üzərinə şəxsi axtarış keçirilərkən əynindəki gödəkcəsinin sol yan cibindən siqaret kağızına bükülmüş, təmiz çəkisi 1,660 (bir tam mində altı yüz altmış) qram, yaşadığı evinin həyətindəki dam örtüklərinin arasında gizlədib saxladığı 01 ədəd polietilen torbada təmiz çəkisi 415 (dörd yüz on beş) qram olan və evinin giriş hissəsindəki tikinti materiallarının arasında gizlədib saxladığı iki ədəd narıncı və şəffaf sellofan bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri- 0,154 (sıfır tam mində əlli dörd) qram və 0,642 (sıfır tam mində altı yüz qırx iki) qram olmaqla ümumilikdə 417.456 qram təşkil edən narkotik, vasitə qurudulmuş marixuana və yaşadığı evinin həyətinə baxış keçirilərkən torpağa basdırılmış 36 (otuz altı) ədəd yaş vəziyyətdə ümumi çəkisi 6,202 qram olan külli miqdarda çətənə (kannabis) bitkilərinin şitilləri aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.2.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, uzun illərdir ki, narkotik vasitə olan marixuananın istifadəçisidir. 2019-cu ilin yay aylarında yaşadığı evin yaxınlığından yerdən tapdığı çətənə toxumlarını əkib-becərmək qərarına gəlmiş və evin həyətində torpaqda çalalar düzəldərək çətənə toxumlarını əkib-becərməklə onları yetişdirib qurudaraq siqaretə doldurmaq yolu ilə istifadə etməyə başlamışdır. Lakin, əkib-becərməklə əldə etdiyi marixuananı heç kimə satmamış, yalnız özü istifadə etmişdir. xx xxxx 2020-ci il tarixdə çətənə toxumlarını ilk öncə kiçik kapron qablarda əkmiş, 2020-ci ilin aprel ayının əvəllərində isə onları kapron qablardan götürərək evin həyətində torpağa basdırmışdır. Əkdiyi toxumlardan əmələ gələn narkotik tərkibli çətənə bitkilərinə su verərək, diblərinə çürüntülü torpaq töküb yumşaldaraq və alaq otlarından təmizləyərək qulluq göstərməyə başlamışdır. Artıq əkdiyi toxumlardan 36 ədəd çətənə şitilləri yetişərək böyümüşdür. Əkdiyi çətənə bitkilərinin yaxşı yetişənlərindən yığıb qurudub özü üçün saxlamaq və qalanlarım isə məhv etmək barədə fikirləşmişdir. xx xxxxx 2020-ci il tarixdə, saat 18 radələrində yaşadığı evin qarşısında olarkən Quba rayon polis şöbəsinin əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edərək narkotik vasitələrin qanunsuz dövriyyəsində və əkilibbecərilməsində şübhəli bilindiyini demişlər. Ona hüquq və vəzifələri izah edilmiş, hüquqlarının müdafiəsi üçün vəkil İbrahim Ağamovu ona təqdim etmişlər. Üzərinə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçirəcəklərini bildirildiyi zaman etiraz etməmişdir. Sonra ona üzərində olan əşyaları könüllü təqdim etməyini təklif etmişlər. O da əynində olan qara rəngli gödəkcənin sol yan cibində olan bir ədəd "Keno" markalı siqaret qutusuna qoyduğu, qızılı rəngli kağıza bükülmüş, içərisində qurudulmuş marixuana olan bükülünü təqdim etmiş, polis əməkdaşları həmin bükülüyə baxıb, ondan həmin bükülüdə nə olduğu soruşmuşlar. Bu zaman o özü hər şeyi olduğu kimi etiraf edərək hamin bükülüdəki kütlənin marixuana olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları həmin bükülünü tərəzidə çəkərək, çəkisinin 02 qram olduğunu müəyyən edib, ağ rəngli kağız zərfə qoyaraq qablaşdırmış və bu barədə protokol tərtib olunaraq, tərəflərindən imzalanmışdır. Polis əməkdaşlarının suallarına cavab olaraq həmin kütləni yaşadığı evin həyətində əkib becərdiyini və hal-hazırda da öz yaşadığı evdə və həyətində də narkotik vasitə olan marixuana saxladığını bildirmiş və həyətində marixuana bitkisi əkdiyini etiraf etmiş və polis əməkdaşları tərəfindən yaşadığı evin həyətyanı torpaq sahəsinə baxış keçirilməsinə etirazı olmaması barədə ərizə yazaraq təqdim etmişdir. Bundan sonra polis əməkdaşları yaşadığı evin həyətinə baxışda iştirak etmək üçün dəvət edilmiş aqronom-mütəxəssisinin iştirakı ilə baxış keçirməyə başlamışlar. Əvvəlcə yaşadığı evin həyətyanı sahəsində olan tərəvəz bitkiləri üçün nəzərdə tutulmuş sahədə əkdiyi çətənə bitkilərini göstərmiş, polis əməkdaşları, vəkil və aqronommütəxəssislə birlikdə əkdiyi həmin ştillər sayıldıqda 36 ədəd olması müəyyən edilmiş, həmin ştillər mütəxəssisin iştirakı ilə basdırılmış çalalardan çıxarılaraq zərfə yığılmışdır. Həmin zərf o, vəkil və mütəxəssis tərəfindən imzalanaraq möhürlənmişdir. Daha sonra o həyətdə, dam örtüklərinin arasında saxladığı, sellofan torbada olan qurudulmuş marixuananı da göstərmiş, həmin kütlə də onun iştirakı ilə götürülərək tərəzidə çəkilmişdir. Tərəzidə həmin kütlənin sellofan torba ilə birlikdə çəkisinin 427,9 (dörd yüz iyirmi yeddi tam onda doqquz) qram olması müəyyən edildikdən sonra ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, möhürlənərək tərəflərindən imzalanmışdır. Daha sonra o yaşadığı evin giriş hissəsində tikinti ləvazimatlarının arasında olan iki ədəd şəffaf və bir ədəd qırmızı rəngli sellofan paketə bükülmüş üç büküm marixuananı təqdim etmiş, həmin bükülülər də tərəzidə çəkilərək, kütlənin üç büküm sellofan torba ilə birlikdə çəkisinin 1,9 (bir tam onda doqquz) qram olması müəyyən edilmişdir. Bundan başqa həmin bükülülərlə birlikdə olan dəmir bankanın içərisinə qoyduğu 10 ədəd toxum da onun iştirakı ilə sayılaraq, ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmışdır. Bundan sonra o, evdəki gödəkcəsinin cibində də toxumlar olduğunu deyib, həmin qolsuz gödəkcəsinin içəri cibində olan ağ rəngli balaca kauçuk qabda olan çətənə toxumlarını təqdim etmişdir. Həmin qutunun içərisində olan toxumlar qutu ilə birlikdə tərəzidə çəkildikdə çəkisinin 13,3 (on üç tam onda üç) qram olduğu müəyyən edilmişdir. Bundan sonra qutunun içərisində olan göy, qırmızı və gümüşü kağızlara bükülmüş toxumlar çıxarılmış, göy və qırmızı kağızlara bükülmüş toxumlar tərəzidə çəkilərək, çəkisinin 1,4 (bir tam onda dörd) qram olması, ağ kağıza bükülmüş toxumlar şəffaf siqaret sellofanına tökülərək çəkildiyi zaman 3,6 (üç tam onda altı) qram olması müəyyən edilmişdir. Bundan sonra toxumlar ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış və həmin zərf də tərəflərindən imzalanmışdır. Sonra polis əməkdaşları onu araşdırma aparılmasından ötrü Quba RPŞ-yə aparmış və orada ifadəsini vermişdir. Bildirir ki, aşkar olunan həmin narkotik vasitələri yalnız özü istifadə etmək üçün hazırlamış, üzərində və yaşadığı evin həyətində saxlamış və əkib-becərmişdir. Narkotik vasitələri əkib-becərməsi ilə məşğul olduğu, narkotik vasitələri hazırlayaraq saxlamağı və narkotik vasitələri kultivasiya etdiyi yer barədə heç kimin məlumatı olmamışdır. İfadəsində göstərdiyi yerlərdən başqa heç bir yerdə narkotik xassəli bitki əkməmiş və saxlamamışdır. 2019-cu ilin yay aylarında yaşadığı evin həyətində bir neçə çala qazaraq hər çalaya fərqli çətənə toxumları basdırmışdır. Ekspert rəylərinə əsasən eynilik təşkil etmədiyi müəyyən olunan qurudulmuş marixuanaları fərqli toxumlardan cücərmiş çətənə kollarından yığaraq qurutmuşdur. 2019-cu ilin yay aylarında əkdiyi çətənə toxumlarının sayını dəqiq bilməmişdir. Həmin toxumlardan cücərən 2-3 ədəd çətənə bitkisinin yarpaqlarını təxminən 2019-cu ilin payız aylarında toplayaraq qurutmuşdur. Qurutduğu marixuananı ancaq özü istifadə etdiyi üçün onun çəkisini ölçməmişdir. Özü qurutduğu marixuanadan siqaretin içinə doldurmaqla həftə ərzində 1-2 dəfə ancaq özü istifadə etmişdir. Son olaraq göstərdi ki, özü narkotik vasitə istifadəçisi olmaqla, asılı olduğunu və əməliyyat zamanı əməllərini etiraf edərək polis əməkdaşlarına hər bir qanunsuz əşyanı könüllü təqdim etdiyini nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olması özünün məhkəmədə verdiyi etirafedici ifadəsi, məhkəmədə tədqiq olunmuş şahid ifadələri, ekspertiza rəyləri və həmçinin məhkəmədə tədqiq olunmuş digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Quba RPŞ-nin Cinayət Axtarış bölməsinin baş əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, xx xxxxx 2020-ci ildə Quba şəhəri Dəvədabanı yaşayış massivində yaşayan Təqsirləndirilən şəxs Quba rayonu ərazisində qanunsuz olaraq üzərində narkotik vasitə gəzdirməsi, saxlaması istifadə etməsi və həyətyanı sahəsində əkib becərməsi barədə əməliyyat məlumatları daxil olmuşdur. Həmin məlumat əsasında Quba RPŞ-də əməliyyat qrupu yaradılmış və Quba rayon Dövlət X8 böyük məsləhətçisi Firuz Hüseynov aqronom-mütəxəssis kimi əməliyyat tədbirində iştirak etmək üçün dəvət edildi. xx xxxxx 2020-ci il tarix saat 18 radələrində əməliyyat qrupu, təhqiqatçı və dəvət edilmiş müdafiəçi ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı evin qarşısına getmişlər. Evin qarşısında video çəkiliş başlamış və təhqiqatçı X13 Zeynalova əməliyyat qrupunun üzvlərini təqdim edərək narkotik vasitələrin qanunsuz dövriyyəsində və əkilib-becərilməsində şübhəli bilindiyini bildirmiş və Təqsirləndirilən şəxs etiraz etməməsindən sonra üzərinə baxış keçirilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcəsinin sol yan cibində olan bir ədəd "Keno" markalı siqaret qutusunda, qızılı rəngli kağıza bükülmüş, içərisində qurudulmuş marixuana olan bükülünü təqdim etmişdir. Sorğu zamanı Telman həmin bükülüdəki kütlənin marixuana olduğunu bildirmişdir. Həmin bükülü '‘Konstant" markalı tərəzidə çəkildiyi zaman çəkisinin 02 (iki) qram olduğu müəyyən edilmiş və ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılaraq müvafiq protokol tərtib edilməklə, iştirakçılar tərəfindən imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütləni öz yaşadığı evin həyətində əkib-becərdiyini və hal-hazırda da öz yaşadığı evdə və həyətində də narkotik vasitə olan marixuana saxladığını, həyətində marixuana bitkisi əkdiyini etiraf etmiş və onların həyətinə və yaşadığı evə baxış keçirmək təkliflərinə etiraz etməyərək baxış keçirmək üçün onları yaşadığı evə dəvət edərək, müvafiq ərizə də yazmışdır. Evin həyətyanı sahəsinə keçdikdən sonra Təqsirləndirilən şəxs əvvəlcə yaşadığı evin həyətyanı sahəsində olan tərəvəz bitkiləri üçün nəzərdə tutulmuş sahədə əkdiyi çətənə bitkilərini göstərmişdir. Həmin ştillər mütəxəssisin iştirakı ilə sayıldıqda onların 36 ədəd olması müəyyən edilmiş və basdırılmış çalalardan çıxarılaraq zərfə yığılmışdır. Daha sonra Təqsirləndirilən şəxs həyətdəki dam örtüklərinin arasında saxladığı, sellofan torbada olan narkotik vasitə marixuananı da onlara təqdim etmişdir. Həmin kütləni sellofan torba ilə birlikdə tərəzidə çəkdikləri zaman çəkisinin 427,9 (dörd yüz iyirmi yeddi tam onda doqquz) qram olması müəyyənləşdirilmiş və bundan sonra ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılaraq möhürlənmişdir. Daha sonra o yaşadığı evin giriş hissəsində tikinti ləvazimatlarının arasında olan iki ədəd şəffaf və bir ədəd qırmızı rəngli sellofan paketə bükülmüş 03 büküm marixuananı onlara təqdim etmişdir. Həmin bükülülər sellofan torba ilə birlikdə tərəzidə çəkilərkən, çəkisinin 1,9 (bir tam onda doqquz) qram olması müəyyən edilmişdir. Bundan başqa həmin bükülülərlə birlikdə Təqsirləndirilən şəxs dəmir bankanın içərisinə qoyduğu 10 ədəd toxumu da onlara təqdim etmiş, toxumlar sayıldıqdan sonra ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evin içərisində gödəkcəsinin cibində toxumlar olduğunu bildirib, bir ədəd qolsuz gödəkcənin içəri cibində olan ağ rəngli balaca kauçuk qabda olan toxumları təqdim etmişdir. Tərəflərindən həmin qutunun içərisində olan toxumlar qutu ilə birlikdə tərəzidə çəkilmiş və çəkisinin 13,3 (on üç tam onda üç) qram olduğu müəyyənləşdirilmişdir. Qutunun içərisində olan göy, qırmızı və gümüşü kağızlara bükülmüş toxumlar çıxardılaraq, göy və qırmızı kağızlara bükülmüş toxumlar tərəzidə çəkildiyi zaman çəkisinin 1,4 (bir tam onda dörd) qram olması, ağ kağıza bükülmüş toxumların şəffaf siqaret sellofanına tökülərək çəkildiyi zaman 3.6 (üç tam onda altı) qram olması müəyyən edilmişdir. Bundan sonra həmin toxumlar ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmışdır. Daha sonra Təqsirləndirilən şəxs tərəflərindən araşdırmanın davam etdirilməsi üçün müdafiəçisi ilə birlikdə Quba RPŞ-yə aparılmışdır. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş ibtidai istintaq zamanı dindirilmiş Şahid1 ifadəsindən görünür ki, şahid məhkəmə iclasında şahid qismində dindirilmiş Quba RPŞnin Cinayət Axtarış bölməsinin baş əməliyyat müvəkkili Şahid2 ilə eyni məzmunlu ifadə verərək, tərtib edilmiş protokolların məzmununda qeyd olunan xüsusatları təsdiq etmişdir. (cild 01, iş vər. 116-119) Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən cinayət əməllərini törətməkdə təqsirli olması cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş aşağıda qeyd edilən digər sübutlarla da təsdiq olunur. Belə ki, işdə olan “Cinayət işi başlanması və icraata qəbul olunması haqqında” xx xxxxx 2020-ci il tarixli qərardan görünür ki, Quba RPİ-nin İŞ-nin müstəntiqi X11 tərəfindən toplanmış material əsasında Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.2.3-cü maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. (cild 01, iş vər.01) Quba RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili polis leytenantı Ramil Mehrəliyevin həmin Şöbənin rəisinə olan xx xxxxx 2020-ci il tarixli raportundan görünür ki, əməliyyat müvəkkili rəisinə məruzə edərək, həmin tarixdə Təqsirləndirilən şəxs Quba rayonu ərazisində qanunsuz olaraq üzərində narkotik vasitə gəzdirməsi, saxlaması, istifadə etməsi və həyətyanı sahəsində əkib becərməsi barədə əməliyyat məlumatının daxil olması barədə məlumat vermiş və göstərilənləri nəzərə alaraq Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması məqsədi ilə ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilməsini xahiş etmişdir. (Cild 01, iş vər. 08) xx xxxxx 2020-ci il tarixli “Cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsinə bilavasitə şübhə yarandığından, sonuncu həmin tarixdə saat 18.20-də şübhəli şəxs qismində tutulmuşdur.(cild 01, iş vər. 14) Təqsirləndirilən şəxs Quba RPŞ-nin rəisinə olan xx.xx.2020-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək Quba RPŞ-yə daxil olmuş məlumatla əlaqədar olaraq yaşadığı ünvana baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. (cild 01, iş vər. 25) “Şəxsi axtarışın keçirilməsi barədə” xx xxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş siqaret qutusunun içərisində olan qızılı rəngli kağıza bükülmüş içərisində marixuanaya bənzər kütlə “constant” markalı elektron tərəziyə qoyulub çəkilən zaman həmin kütlənin çəkisi birlikdə 2.0 qram olduğu müəyyən edilmiş, həmin kütlə bükülü ilə birlikdə zərfə qoyulmuş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-nə göndərilməsi üçün qablaşdırılmış və DİN-nin 67 nömrəli möhürü ilə möhürlənmiş, vəkil və Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır.(cild 01, iş vər. 26) “Baxış keçirilməsi və götürmə haqqında” xx xxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Quba RPŞ-də yaradılmış əməliyyat qrupu hadisə yerinə gedərək hadisənin baş verdiyi Təqsirləndirilən şəxs yaşadığı Quba şəhəri Dəvədabanı yaşayış massivində yerləşən evinə və həyətinə baxış keçirmiş, Təqsirləndirilən şəxs əvvəlcə yaşadığı evin həyətyanı sahəsində olan tərəvəz bitkiləri üçün nəzərdə tutulmuş sahədə əkdiyi çətənə bitkilərini göstərmiş, həmin ştillər sayıldıqda onların 36 ədəd olması müəyyən edilmiş, həmin ştillər mütəxəssisin iştirakı ilə basdırılmış çalalardan çıxarılaraq bağlamaya yığılmış, daha sonra Təqsirləndirilən şəxs həyətdə olan dum örtüklərinin arasında saxlanılan, sellofan torbada olan narkotik vasitə. marixuananı da təqdim etmiş,. Həmin kütlə tərəzidə çəkilmiş və sellofan torba ilə birlikdə çəkisinin 427,9 qram olması görünmüşdür. Paketə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Daha sonra yaşadığı evin giriş hissəsində tikinti ləvazimatlarının arasında olan iki ədəd şəffaf və bir ədəd qırmızı rəngli sellofan paketə bükülmüş üç büküm marixuananı təqdim etmiş, həmin bükülülər tərəzidə çəkilmişdir. Tərəzidə həmin kütlənin üç büküm sellofan torba ilə birlikdə çəkisinin 1,9 qram olması görünmüşdür. Bundan başqa həmin bükülülərlə birlikdə olan dəmir bankanın içərisinə qoyduğu 10 ədəd toxum da Təqsirləndirilən şəxs iştirakı ilə sayılmış, ağ rəngli kağız, zərfə qoyularaq qablaşdırılmış,video çəkiliş aparılaraq baxış protokoluna əlavə edilmişdir.(cild 01, iş vər. 27-28) xx xxxxxx 2019-cu il tarixli Quba rayon kənd təsərrüfatı nazirliyinin aqronomu X7 tərəfindən verilmiş rəydən görünür ki, xx xxxxx 2020-ci il tarixində saat 19.00 radələrində Quba RPİ-nin polis əməkdaşlarının dəvəti ilə Quba rayonu, Dəvədabanı yaşayış massivində yerləşən həyətyanı sahəyə keçirdiyi aqronomiki baxış zamanı, həyətyanı evin qabaq hissəsində müxtəlif meyvə ağacları, müxtəlif tərəvəz bitkiləri və hasarın dibini isə beş tirə hazırlanmış yer aşkarlanmış, həmin beş tirə alınmış yerdə yer səthindən təxminən 04-05 sm hündürlükdə 03-04 yarpaqlanmış şübhəli bitkilər aşkarlandı, həmin bitkilərə yaxından baxış keçirərkən orada 36 ədəd təxminən iyirmi gün bundan əvvəl əkilmiş kultivasiya yolu ilə qulluq edilmiş narkotik xassəli bitki olan marixuana bitkisinin şitilləri olduğu müəyyən edilmişdir.(cild 01, iş vər. 29) Məhkəmə-bioloji ekspertizasının xx xxxxx 2020- ci il tarixli 7/173 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "Vət. Təqsirləndirilən şəxs həyətində." əl yazılan və imzalar olan kağız paketdəki sayı 36(otuz altı) ədəd yaş vəziyyətdə ümumi çəkisi-6,202 qram olan bitki ştilləri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin ştilləridir. Aqronomun (mütəxəssisin) rəyinə əsasən təqdim olunmuş çətənə (kannabis) şitillərinə aqrotexniki qaydada qulluq olunmuşdur. (cild 01, iş vər. 42-43) Məhkəmə-bioloji ekspertizasının xx xxxxx 2020-ci il tarixli 7/174 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "Vət. Təqsirləndirilən şəxs üzərindən yazıları olan kağız, paketdəki 01 (bir) ədəd qızılı siqaret kağızına bükülmüş təmiz çəkisi- 1,660 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş üzərində ''Vət. Təqsirləndirilən şəxs həyətindən aşkar edilmiş...” yazıları olan kağız paketdəki 01 (bir) ədəd polielilen torbada təmiz çəkisi-415 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş üzərində "Vət.Təqsirləndirilən şəxs evindən...” yazıları olan kağız paketdəki 2(iki) ədəd narıncı və şəffaf sellofan bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri: 0,154 qram: 0,642 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Məmin paketdəki 01 (bir) ədəd şəffaf sellofanda ümumi çəkisi: 0,420 qram olan qarışıq kütlədə tütün hissəcikləri ilə yanaşı cüzi miqdarda narkotik təbiətli (kannabis) bitkisinin hissəcikləri vardır. Həmin çətənə (kannabis) bitkisinin hissəcikləri cüzi miqdarda olduğu üçün çəkisini müəyyən etmək və müqayisəli tədqiqat aparmaq mümkün olmadı. Təqsirləndirilən şəxs üzərindən götürülmüş bir ədəd qızılı rəngli siqaret kağızında və onun həyətindən aşkar edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. Həmin marixuanalar Təqsirləndirilən şəxs evindən götürülmüş 02 (iki) ədəd narıncı və şəffaf sellofan bükülülərdə olan marixuanalardan fərqlənirlər. Tədqiqata təqdim edilmiş üzərində "Vət. Zeynalov Telman Camaləddin oğlunun həyətindən aşkar edilmiş..." yazıları olan kağız paketdəki 01 (bir) ədəd qırmızı rəngli kağız bükülüdə sayı 10 (on) ədəd ümumi çəkisi- 0,210 qram və üzərində "Vət. Zeynalov evində olan gödəkcənin...” yazıları və imzalar olan kağız paketdəki 03 (üç) ədəd qırmızı, göy rəngli kağız və sellofan bükülüdə ümumi çəkisi 4,317 qram olan bitki toxumları çətənə (kannabis) bitkisinin toxumlarıdır, onların tərkibində narkotik aktivliyə malik komponentlər yoxdur və onlar narkotik vasitələrə aid deyildir. Çətənə (kannabis) bitkisinin toxumlarının tərkibində narkotik aktivliyə malik komponentlər olmadığı üçün onların eyni olubolmadığı sualına cavab vermək mümkün deyil. Həmin çətənə (kannabis) bitkisinin toxumları əkibbecərmə üçün yararlıdırlar. (cild 01,iş vərəq 46-49) “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında” Quba Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli şübhəli şəxs kimi tutulduğu xx xxxxx 2020-ci il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (cild 01, iş vər. 84-86) “Diskə baxış keçirilməsi haqqında” xx xxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə, yaşadığı evin həyətinə və evə baxış keçirildikdən sonra tərtib olunmuş protokola əlavə olan 1 ədəd DVD diskə təqsirləndirilən şəxsin müdafiəçisi ilə birlikdə baxış keçirilmiş, diskə baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı Quba şəhəri Dəvədabanı yaşayış massivində yerləşən evinə və həyətinə baxış keçirmiş, Təqsirləndirilən şəxs əvvəlcə yaşadığı evin həyətyanı sahəsində olan tərəvəz bitkiləri üçün nəzərdə tutulmuş sahədə əkdiyi çətənə bitkilərini göstərmiş, həmin ştillər sayıldıqda onların 36 ədəd olması müəyyən edilmiş, həmin ştillər mütəxəssisin iştirakı ilə basdırılmış çalalardan çıxarılaraq bağlamaya yığılmış, daha sonra Təqsirləndirilən şəxs həyətdə olan dam örtüklərinin arasında saxlanılan, sellofan torbada olan narkotik vasitə marixuananı da təqdim etmiş, həmin kütlə tərəzidə çəkilmiş və sellofan torba ilə birlikdə çəkisinin 427,9 qram olması görünmüşdür. Paketə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Daha sonra yaşadığı evin giriş hissəsində tikinti ləvazimatlarının arasında olan iki ədəd şəffaf və bir ədəd qırmızı rəngli sellofan paketə bükülmüş üç büküm marixuananı təqdim etmiş, həmin bükülülər tərəzidə çəkilmişdir. Tərəzidə həmin kütlənin üç büküm sellofan torba ilə birlikdə çəkisinin 1,9 qram olması görünmüşdür. Bundan başqa həmin bükülülərlə birlikdə olan dəmir bankanın içərisinə qoyduğu 10 ədəd toxum da Təqsirləndirilən şəxs iştirakı ilə sayılmış, ağ rəngli kağız, zərfə qoyularaq qablaşdırılmış, daha sonra Təqsirləndirilən şəxs evdə olan gödəkcəsinin cibində toxumlar olduğunu demiş, həmin qolsuz gödəkcənin içəri cibində olan ağ rəngli balaca kauçuk qabda olan toxumları polis əməkdaşlarına təqdim etmişdir. həmin qutuda olan toxumlar qutu ilə birlikdə eyni tərəzidə çəkilərək çəkisi 13,3 qram olduğu görünmüş, daha sonra qutunun içərisində olan göy, qırmızı və gümüşü kağızlara bükülmüş toxumlar çıxarılmış, göy və qırmızı kağızlara bükülmüş toxumlar tərəzidəçəkildiyi zaman 1,4 qram olması, ağ kağıza bükülmüş toxumlar şəffaf siqaret sellofanına tökülərək çəkildiyi zaman 3,6 qram olması görünmüşdür. (cild 01, iş vər.95-96) “Maddi sübut hesab edilməsi haqqında” xx xxx 2020-ci il tarixli qərardan görünür ki, ekspertiza tədqiqatından sonra qaytarılan 5 (beş) ədəd kağız zərfdəki (01 böyük, 04 kiçik) təmiz çəkisi 5.482 qram əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin ştilləri, təmiz çəkiləri-1.610 qram, 414,95 qram, 0.104 qram, 0.592 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qururdulmuş marixuana, çəkisi 0,390 qram qarışıq kütlə, ümumi çəkisi 4.257 qram çətənə toxumları və Təqsirləndirilən şəxs üzərinə və yaşadığı evə baxış keçirildikdən sonra tərtib olunmuş baxış protokoluna əlavə 1 ədəd DVD disk üzərində hadisənin izlərinin saxlanıldığına görə cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmışdır.(cild 01, iş vər 97-98) Azərbaycan respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə birliyi Quba Rayon Mərkəzi Xəstəxanası tərəfindən xx xxx 2020-ci il tarixli, 1371 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs, Quba Rayon Mərkəzi X1 Şöbəsinin psixiatrik kabinetində qeydiyyatda yoxdur,2000-ci ildən “Çətənə narkomanizm” diaqnozu ilə narkoloji qeydiyyatdadır.(cild 01, iş vərəqi 104) Azərbaycan Respublikası DİN BƏSİİ-dən verilmiş xx xxx 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir (cild 01, iş vər. 106-107). Quba Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli qərarından görünür ki, xx xxxxx 2020-ci il tarixdən xx xxxxx 2020-ci il tarixədək olan müddətdə Təqsirləndirilən şəxs istifadəsində olan ***- ***-**-** saylı mobil nömrəsinə daxil olan və çıxan zənglər və SMS-lər, siyahıda göstərilən abonentlərin anket məlumatları, edilən zənglər zamanı zəng edən və zəng olunan nömrələrin hansı ötürücü antenin əhatə dairəsində olması, göndərilən və qəbul edilən SMS-lərin mətnlərini əks etdirən məlumatlar “xxxxxxxx” MMC-dən götürülmüşdür.(cild 01, iş vər. 110-112) “Diskə baxış keçirilməsi haqqında” xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, ********* nömrəli cinayət işi üzrə xxxxxxxx Telekom MMC tərəfindən daxil olmuş xx xxxx 2020-ci il tarixli məktuba əlavə olan CD diskə baxış keçirilmiş, şübhəli bir hala rast gəlinməmişdir. (cild 01, iş vər. 144-149) Quba Rayon İcra Hakimiyyəti Başçısının Quba şəhər İƏD üzrə nümayəndəliyinin xx xxxxxx 2020-ci il tarixli, 1950 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba şəhər ərazisində yaşadığı müddət ərzində qonşulardan və sakinlərdən heç bir şifahi və ya yazılı şikayət və narazıçılıq daxil olmamışdır. (cild 01, iş vər. 153) Məhkəmə-psixiatrik ekspertizasının xx xxxx 2020-ci il tarixli, 1324 nömrəli rəydən görünür ki. Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin, ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Məmin dövrdə o öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək vo onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. (cild 01, iş vər. 155 -156) “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 237.2.3-cü maddələri ilə yeni məzmunlu ittihamlar elan edilmiş, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 234.4.1-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, 2019-cu ilin yay aylarında narkotik tərkibli çətənə bitkisinin əkib-becərilməsi xüsusatı üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs narkotik vasitəni kənar mənbədən əldə etməsi xüsusatı sübuta yetirilmədiyinə görə cinayət işindən narkotik vasitənin əldə edilmə mənbəsi ilə bağlı başqa cinayət işinin ayrılması məqsədəmüvafiq hesab edilməmiş, X2 və X5 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 307-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir.(cild 01, iş vər. 157- 164) Azərbaycan Respublikasının xx xxxx 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» siyahılarında “Narkotik vasitələr” siyahısında qurudulmuş marixuana-kannabisbitkilərinin 05 qramdan 500 qramadək çəkidə olnası şəxsi istehlak miqdarından artıq miqdar, «Qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər» siyahısında isə çətənə növlü bitkilərin 16 ədəd (31 hissə) və ondan yuxarı miqdarı külli miqdar hesab olunur. Məhkəmə iclasında kompüter texnikasının vasitəsilə cinayət işinin materiallarına əlavə edilmiş 01 ədəd «DVD» diskdə olan video görüntülərə baxış keçirilmiş və baxış zamanı həmin video görüntülərdə “Şəxsi axtarış keçirilməsi barədə”, “Baxış keçirilməsi və götürmə haqqında” xx xxxxx 2020-ci il tarixli protokollar və “CD diskə baxış keçirilməsi haqqında” xx xxx 2020-ci il tarixli protokolların məzmununda qeyd olunan halların əyani olaraq video görüntülərdə öz əksini tapması müəyyən edilmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxs və şahidləri dinləyərək iş materiallarını nəzərdən keçirib, iş üzrə əldə olmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə hesab edir ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olması onun özünün məhkəmə istintaqı və ibtidai istintaq zaman verdiyi etirafedici ifadələri, məhkəmə istintaqı zamanı toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələr, ekspertiza rəyləri, maddi sübutlar, tədbirlərin həyata keçirilməsini özündə əks etdirən video görüntülər və məhkəmə iclasında elan edilmiş digər sənəd və iş materialları ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməllərində təqsirini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlinin tövsifi məsələsini müzakirə edərək hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən onun törətmiş olduğu cinayət əməlləri düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1 və 237.2.3-cü maddələri ilə tövsif edilmiş və o, həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək həmin maddələrin sanksiyası həddində cəzalandırılmalı və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, törətdiyi cinayət əməlini etiraf edib peşman olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal məhkəmədə müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmçinin ağır cinayət əməlini törətməkdə təqsirli bilindiyinə görə Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Məhkəmə-narkoloji ekspertizasının keçirilməsinə dair xx xxxx 2020-ci il tarixli 1966 nömrəli rəydən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından suiistifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunsa da, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını, öz vəziyyətinə tənqidi münasibətin olmasını nəzərə alaraq həmçinin yaş həddi ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.(cild 01, iş vər. 150- 151) İş üzrə maddi sübutlar:- Quba RPŞ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən və müvəqqəti yaşadığı evdən aşkar olunaraq götürülmüş, 5 beş) ədəd kağız zərfdəki ( 01 ədəd böyük, 04 ədəd kiçik) təmiz çəkisi 5,482 (beş tam mində dörd yüz səksən iki) qram narkotik təbiətli çətənə (kannabis) bitkisinin ştilləri, təmiz çəkiləri- 1,610 (bir tam mində altı yüz on) qram, 414,95 (dörd yüz on dörd tam yüzdə doxsan beş) qram, 0.104 (sıfır tam mində yüz dörd) qram, 0,592 (sıfır tam mində beş yüz doxsan iki) qram olan qurudulmuş marixuana, çəkisi 0,390 (sıfır tam mində üz yüz doxsan) qram qarışıq kütlə, ümumi çəkisi 4,257 (dörd tam mində iki yüz əlli yeddi) qram çətənə toxumları hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və yaşadığı ev və həyətyanı sahəsinə baxış keçirildikdən sonra tərtib olunmuş baxış protokoluna əlavə 01 ədəd DVD disk cinayət işi materiallarında saxlanmalıdır. İş üzrə məhkəmə xərcləri cəmi 139 (yüz otuz doqquz) manat 64(altmış dörd) qəpik Təqsirləndirilən şəxs dövlətin xeyrinə tutulmalıdır. İş üzrə mülki iddianın və üzərinə həbs qoyulmalı əmlakın olmadığı nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 345-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-in 234.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 237.2.3-cü maddəsi ilə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli xx xxxxx 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar: Quba RPŞ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən və müvəqqəti yaşadığı evdən aşkar olunaraq götürülmüş, 5 beş) ədəd kağız zərfdəki ( 01 ədəd böyük, 04 ədəd kiçik) təmiz çəkisi 5,482 (beş tam mində dörd yüz səksən iki) qram narkotik təbiətli çətənə (kannabis) bitkisinin ştilləri, təmiz çəkiləri- 1,610 (bir tam mində altı yüz on) qram, 414,95 (dörd yüz on dörd tam yüzdə doxsan beş) qram, 0.104 (sıfır tam mində yüz dörd) qram, 0,592 (sıfır tam mində beş yüz doxsan iki) qram olan qurudulmuş marixuana, çəkisi 0,390 (sıfır tam mində üz yüz doxsan) qram qarışıq kütlə, ümumi çəkisi 4,257 (dörd tam mində iki yüz əlli yeddi) qram çətənə toxumları hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və yaşadığı ev və həyətyanı sahəsinə baxış keçirildikdən sonra tərtib olunmuş baxış protokoluna əlavə 01 ədəd DVD disk cinayət işi materiallarında saxlansın. İş üzrə məhkəmə xərcləri cəmi 139 (yüz otuz doqquz) manat 64 (altmış dörd) qəpik Təqsirləndirilən şəxs dövlətin xeyrinə tutulsun. İş üzrə mülki iddianın və üzərinə həbs qoyulmalı əmlakın olmadığı nəzərə alınsın. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Eldar Mikayılov Hakimlər: Əliövsəd Abasov Mahmud Ağalarov
Məhkəmə qərarları › İş №1(101)-942/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-942/2020
23.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver