Məhkəmə qərarları › İş №1(101)-942/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-942/2021

26.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-942/2021 26.05.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Paşayev Azər İslah oğlu, (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Sadıxov Rasim Əkrəm oğlundan ibarət tərkibdə, məhkəmənin iclas katibi, məsləhətçi X3, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı İlham oğlunun, müdafiəçi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi2, yetkinlik yaşına çatmayan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Şahid1 iştirakı ilə xx xxxx 1980-cı ildə Əli-Bayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, subay, orta təhsilli, Şirvan şəhəri, Bayramlı qəsəbəsi, Sabir küçəsi, ev 42A-da qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.2.3 və 150.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs, təkrarən aşkar surətdə yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Belə ki, o, Təqsirləndirilən şəxs 22 dekabr 2019-cu il tarixdə saat 12:00 radələrindən 2020-ci ilin fevral ayınadək olan müddət ərzində aşkar surətdə yetkinlik yaşına çatmayan xx xxxxx 2004-cü il təvəllüdlü Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq bağlar yaşayış massivində yerləşən fərdi yaşayış evinin yataq otağında aralarında olan münasibəti kiməsə açıqlayacağı təqdirdə ailəsini rüsvay etməkdə hədələməklə müqavimətini qırmaq məqsədi ilə üz və gicgah nahiyəsinə əllə zərbələr endirib zor tətbiq etməklə köməksiz vəziyyətinə gətirmiş və bundan istifadə etməklə əllərini arxasına burub başını isə taxta çarpayıya tərəf dirəməklə öz cinsi ehtirasını pozğun formada təmin etmək məqsədi ilə cinsiyyət üzvünü zərərçəkmiş Zərərçəkmiş şəxs arxa keçəcək dəliyinə yeridərək onunla dəfələrlə qeyri-təbii yolla cinsi əlaqədə olmaqla Zərərçəkmiş şəxs qarşı təkrarən seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində özünü təqsirli bilməyərək göstərmişdir ki, 2018-ci ilin yay aylarından Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq massivində nömrəsiz fərdi evdə ailəsi ilə birlikdə kirayə yaşamağa başlamış, restoranda bağban işləmişdir. 01 sentyabr 2020-ci il tarixdə həyat yoldaşından boşanmışdır. Belə ki, 2019-cu ilin dekabr ayının sonuncu günləri həyat yoldaşı Şahid3 ilə aralarında münasibətlər kəskinləşmişdir. Yeni ildən iki gün əvvəl Samidə acıq edərək anası və uşaqlarla birlikdə çıxıb getmişdir. 2020-ci ilin fevral ayında o, Samidə ilə boşanmaq üçün Şirvan şəhər məhkəməsinə iddia ərizəsi vermişdir. Lakin, sonradan Samidə ilə münasibəti düzəlməsə də, həmin iddianın arxasınca məhkəməyə getməmiş və bu səbəbdən iddia ərizəsi baxılmamış qalmışdır. Lakin, ailəsi bərpa olunmamış, Samidə onunla düşmənçilik münasibətində olmuşdur. Bu nigahdan 12 yaşlı bir qız və 14 yaşlı bir oğlan övladları vardır. Qızı anası ilə, oğlan isə onunla birlikdə yaşamışdır. Şahid1 onun xalası oğludur. Azər ilə Şirvan şəhərində qonşu olmuşlar. Bakıda kirayədə yaşadığı vaxt da evləri qonşudur. O, hər zaman Azərə böyük qardaş kimi baxmışdır. Atasından əvvəl hər şeyini Azərlə məsləhətləşmiş, ailəsinə hər zaman hörmətlə yanaşmışdır. O, təxminən 2019-cu ilin oktyabr-noyabr aylarında işdən evə gələrkən, Azərin həyat yoldaşı Cəmilə ona pul verərək evə gedən zaman onlara da təndir çörəyi alıb aparmağını tapşırmışdır. O da çörəkləri alıb evə gələrkən xalası oğlu Azərgilin qapısına çatmağa 100-120 metr qalmış onun həyətindən bir nəfər cavan oğlanın çıxdığını görmüşdür. Evə yaxınlaşdıqda qapını döyərək çörəyi vermək istəmiş, qapını xalası oğlunun qızı Nailə açmışdır. Nailə qapını açdıqda boyun nahiyəsinin göyərdiyini görmüş və bilmişdir ki, onların evindən çıxan oğlanla öpüşüb, oğlan da onun boyun nahiyyəsindən sovurub. Nailə çalışmışdır ki, boynundakı qançırı o görməsin, lakin o, Nailəyə demişdir ki, «sən utanmırsan evinizə oğlan gətirisən, bu kimdir». Nailə ona həmin oğlanın Tovuz rayonundan olduğunu, həmin oğlanı sevdiyini demişdir. O, Nailənin üzünə tüpürərək, danlamışdır. Nailə şəxsi istifadəsində olan 070 384 48 83 nömrəli telefonunu ona təqdim edərək həmin oğlanın nömrəsini ona göstərmişdir ki, həmin şəxslə uzun müddətdir münasibət saxlayır, anası Cəmilə həmin oğlanı tanıyır və onların evinə elçi göndərəcəkdir. Sonra demişdir ki, əgər inanmırsa oğlana zəng vurub soruşa bilər. O, Nailənin həmin nömrəsindən qeyd olunan oğlanın mobil telefon nömrəsinə zəng etmişdir, həmin şəxs cavab vermiş və onun səsini eşidən kimi telefonu söndürmüşdür. O, dərhal öz istifadəsində olan 055 710 30 72 saylı nömrədən həmin şəxsin mobil nömrəsinə zəng etmiş, həmin şəxs telefonu götürmüş, o, telefonu açan şəxsi Nailəgilə gəlməyə dəvət etmiş, lakin həmin şəxs mobil telefon nömrəsini söndürmüş, ona cavab verməmişdir. Həmin vaxtdan bilmişdir ki, Nailə gizli şəkildə həmin şəxslə görüşürmüş. Nailəyə iradını bildirmiş və heç bir söz deməyib evə gəlmişdir. O, bu məsələ barədə Nailənin ailə üzvülərinə bir söz deməsə də, həyat yoldaşı Samidəyə demişdir. Nailənin valideyinlərinə ona görə deməmişdir ki, gənc qızdır, gələcəkdə ailə həyatı qurmalıdı, qızın taleyini korlayar, adına pis şayələr yayılar, həmçinin valideyni, yəni atası qızına xəsarət yetirər. Daha sonra həyat yoldaşı Samidə Nailəyə onu oğlanla gördüyünü demiş, Nailə isə həyat yoldaşı Samidəyə öz anası Cəmilənin onu telefonda həmin oğlanla danışan yerdə tutduğunu, anasının telefonu onun əlindən aldığını bildirmişdir. Nailə eyni zamanda həyat yoldaşı Samidəyə həmin oğlanla sevgi münasibətində olduğunu, evlənəcəyini bildirmişdir. Bu söhbətlərdən sonra o, xalası oğlugilə gec-gec getməyə başlamışdır. 2019-cu ilin dekabr ayının 28-29 tarixlərində Samidə ondan aralanıb getdikdən sonra, Samidənin anası 2020-ci ilin yanvarında işlədiyi “Retro” holdinq şirkətinin rəhbərliyinə xahiş edib onu şirkətdən işdən çıxartdırmışdır. 2020ci ilin yanvar ayının 18-19 tarixlərində o, uşaqlarının ikisini də götürüb Şirvan şəhərinə atasının evinə aparmış və həmin tarixdən o, bir daha Bakı şəhərinə gəlməmiş, yalnız iki dəfə mart ayında Bakıya gələndə Nailəgilə gedib atası Azər və əmisi Samirlə görüşmüşdür. O, mart ayında iki dəfə Nailəgilə gedəndə Nailənin atası, anası və əmisi evdə olmuşlar. 2020-ci ilin sentyabr ayında Zərərçəkmiş şəxs öz qohumu Sadiqlə birlikdə qoşularaq evlərindən qaçmış və həmin Sadiqlə 3 gün bir oteldə qalmışdır. Xəzər rayon prokurorluğuna verdiyi izahatında Zərərçəkmiş şəxs göstərmişdir ki, 2020-ci ilin sentyabrında könüllü şəkildə qohumu Sadiqlə təbii və qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. MTE-nın rəyində göstərilir ki, Zərərçəkmiş şəxs arxa keçəcəyində olan əlamətlər onunla qeyri təbii yolla cinsi əlaqədə olmağa dəlalət edir. Ekspertiza rəyində Zərərçəkmiş şəxs qeyri təbii yolla bir və ya bir neçə dəfə cinsi əlaqədə olmağı müəyyən olunmur. Bu onu deməyə əsas verir ki, Zərərçəkmiş şəxs aşkar olunmuş qeyri təbii yolla cinsi əlaqədə olmanın əlamətləri onunla qohumu Sadiq arasında baş vermiş qeyri təbii cinsi əlaqədən yaranmışdır. 2019-cu ilin dekabr ayında xalası oğlu Azər xəstələnmiş, Şirvan şəhərində xalasıgildə qalmış və onun müalicəsinə pul lazım olmuşdur. 2019-cu ilin dekabr ayının xatırlamadığı günündə xalası oğlunun həyat yoldaşı Cəmilə onun 055 710 30 72 saylı mobil nömrəsinə zəng edərək onu iş yerinə çağırmış, o, gedib Cəmilə ilə görüşmüşdür. Cəmilə bir nəfər kişinin nömrəsini ona verib bildirmişdir ki, həmin kişi 500 manat pul verəcək, danışıb gedib həmin şəxsdən pulu götürüb gətirib Cəmiləyə vermək lazımdır. O, öz mobil nömrəsindən həmin kişinin indi xatırlamadığı mobil nömrəsinə zəng edib danışmışdır. Cəmilə ona bildirmişdir ki, onunla Günəşli qəsəbəsi tərəfdə kərpic zavodu yaxınlığında görüşüb pulu ala bilər. Saat 18 radələrində o, Albalı qəsəbəsində taksiyə minərək Günəşli qəsəbəsi kərpic zavodu tərəfə getmişdir. Həmin şəxslə zəngləşib görüşmüş, kişi ona 500 manat pulu vermiş və bildirmişdir ki, bu pulu Cəmiləyə çatdırsın. O, pulu götürən kimi Cəmilənin istifadəsində olan 055 582 52 98 nömrəyə zəng vurub pulu götürdüyünü və evə tərəf gəldiyini Cəmiləyə demişdir. Cəmilə ona bildirmişdir ki, «axşam sizdə olacam gələndə pulu verərsən». Pulu götürdüyü günü o, axşam saat 19-20 radələrində həmin 500 manatı gətirib evinin giriş qapısının qarşısında şəxsən Cəmilənin özünə vermiş və evə girməyərək kirayə evin sahibi ilə görüşməyə getmişdir. Onun həmin gün Cəmiləyə pul verdiyini həyat yoldaşı Samidə də bilmişdir. Həmin vaxt Nailə də onların evində olmuşdur. Cəmilə istintaqa yalan ifadə vermişdir ki, o, pulu götürdüyü günü pulu özündə saxlamış bir gün sonra, yəni həmin günün səhəri pulu aparıb onların evində Nailəyə vermişdir. Üzləşdirmə zamanı Cəmilə ifadəsində göstərmişdir ki, o, 2019-cu ilin 21 dekabrında həmin kişidən 500 manat pulu götürmüş və 22 dekabrda saat 10-11 radələrində Cəmilənin iş yerinə gedib onunla görüşmüş, Cəmiləyə bildirmişdir ki, 500 manat evdədir üstündə deyil və guya Cəmilə ona demişdir ki, aparıb 500 manatı evdə Nailəyə versin. Əgər 22 dekabr 10-11 radələrində Cəmilə ilə iş yerində görüşmüşsə və onunla qısa danışıb çıxıb evə getmişsə, iş yerindən onun evinə piyada 5 dəqiqəlik yoldur, necə ola bilər ki, o, 12-13 arasında evə gedib pulu götürüb və Nailəyə vermişdir? O, öz qohumu Zərərçəkmiş şəxs qarşı heç bir cinsi cinayət törətməmiş, bu ona qarşı şər və böhtandır. Təqsirləndirilən şəxs ifadəsi, zərər çəkmiş şəxsin, şahidlərin ifadələri, eləcə də iş üzrə tədqiq edilmiş digər mötəbər sübutların məcmusu ilə təkzib olunur. Belə ki, məhkəmədə qanuni nümayəndəsinin iştirakı ilə zərər çəkmiş şəxs qismində dindirilmiş yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 2017ci ildən valideyinləri ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq massivində nömrəsiz fərdi evdə kirayədə yaşamışdır. 9-cu sinifdən sonra məktəbə getməmişdir. Təqsirləndirilən şəxs onun atasının xalası oğludur. Onlar Ehtibar ilə həm Şirvan şəhərində, həm də Bakı şəhərində qonşu olmuşlar. Ehtibar 2018-ci ilin yay aylarından Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Alballıq massivində nömrəsiz fərdi evdə ailəsi ilə birlikdə kirayə yaşamağa başlamışdır. Ehtibar restoranda bağban işləmiş, daimi olaraq onlara gəlib getmişdir. Aralarında hər zaman yaxşı münasibət olub, ən yaxın qohumları olmuşdur. 2019-cu ilin dekabr ayında, dəqiq tarix yadında deyil, saat 12-13 arası Ehtibar onlara 500 manat pul gətirmişdir. Həmin vaxt o, evdə tək olmuşdur. Ehtibar evə gəlib pulu gizli yerə qoymağını, anası gələndə ona verməyini bildirmişdir. O, pulları anası ilə atasının yataq otağında yerləşən şkafda paltarların altına qoymuşdur. Həmin an Ehtibar da onun arxasınca gəlmişdir. O, pulları qoyub şkafı bağlayandan sonra Ehtibar onun qolundan tutub, ona "mənimlə münasibətdə olmaq istəyərsənmi" deyə sual vermişdir. O, Ehtibara belə bir şeyin qəti şəkildə olmayacağını bildirmişdir. Ehtibar onu qucaqlamaq istəyəndə Ehtibarın sinəsindən əlləri ilə itələmişdir. Ehtibar yataq otağında olan kreslonun üzərinə yıxılmışdır. Təkrar üzərinə hücum edib onun sol üz nahiyəsinə sillə vurmuşdur, daha sonra əllərini arxaya burub başını taxt çarpayıya tərəf əymişdir. Ona heç kəsə heç bir şey deməməyini, ciddi bir şey olmayacağını, əgər desə ailəsini rüsvay edəcəyi ilə onu hədələmişdir. O, nə qədər Ehtibara yalvarsa da, müqavimət göstərsə də, Ehtibara heç bir təsiri olmamışdır. Ehtibar əllərini buraxdığı zaman dönüb Ehtibara zərbə vurmaq istəmiş, lakin Ehtibar onu atasıgilin çarpayısına itələyərək sol gicgah nahiyəsinə zərbə vurmuşdur. Zərbədən başı gicəllənmiş, huşsuz vəziyyətə düşmüşdür. Həmin vaxt olanları tam xatırlamır. Gözünü açdıqda Ehtibarın şalvarının kəmərini bağladığını görmüşdür. Yerdən əyilib salfetka götürmüşdür. Ehtibar ayaqyoluna getmiş, o, isə astaasta özünə gəlib ayağa durmuşdur. Ehtibar ayaqyolundan çıxan kimi o, hamama girib qapını bağlamışdır. Ehtibarın yenidən onunla cinsi əlaqədə olmasından qorxmuşdur. Hamamla ayaqyolu eyni otaqdadır. Hamamda o, üzünə su vurub özünə gəlməyə çalışmışdır. Hamamdan çıxdıqda Ehtibarın qonaq otağında stulda oturub siqaret çəkdiyini görmüşdür. Ehtibar ona gəlib oturmağını bildirərək, aralarında heç bir şey olmadığını, lakin aralarında yaşanan bu hadisəni kiməsə danışsa onu rüsvay edəcəyini bildirmişdir. Daha sonra evdən çıxıb getmişdir. Bundan sonra 2020-ci ilin yanvar ayı ərzində 3-4 dəfə iradəsi ziddinə zorla qeyri-təbii yolla onunla cinsi əlaqədə olmuşdur. Hər dəfə ona qarşı zor tətbiq edərkən hədə-qorxu gəlmişdir. Ehtibarın həyat yoldaşı ilə aralarında mübahisəsi yarandığından 2020-ci ilin mart ayından sonra Şirvan şəhərinə köçüb getmişlər. Həmin vaxtdan sonra arada məsafə olduğundan Ehtibar onlara gələ bilməmişdir. O, 2020-ci ilin iyun ayında dayısı oğlu Sadiqlə sevgi münasibətləri yaşamağa başlamışdır. Sadiqlə birbirlərini sevmişdir. Ailə qurmağa qərar vermişlər. Lakin Sadiqin ailəsinin onların nikahına qarşı olacağını bilib, bu barədə böyüklərə heç bir söz deməmişlər. Sadiq sentyabrın 11-i gecə onu qaçıracağını demişdir. O, Sadiq ilə razılaşmışdır. Gecə hamı yatıqdan sonra paltarlarını çantaya qoyub evdən çıxmışdır. Sadiq birlikdə məhəllədə taksiyə əyləşmiş və Bakı şəhərində yerləşən adını xatırlamadığı otelə getmişdir. Bir gecə orada qaldıqdan sonra növbəti gün başqa otelə getmişlər. İkinci oteldə qaldıqları vaxt öz istəyi ilə Sadiqlə təbii və qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. Həmin gecə cinsi əlaqədə olduqdan sonra Sadiqə 2019-cu ilin dekabr ayında atası Azərin xalası oğlu Ehtibarın onunla zorla qeyri təbii yolla cinsi əlaqədə olduğunu, daha sonra iki-üç dəfə də qeyri-təbii yolla cinsi əlaqədə olduğunu bildirmişdir. Sadiq ona ilk əvvəl inanmamış, daha sonra inanaraq ondan niyə qaçdığını soruşmuşdur. O, Ehtibarın onunla təbii yolla cinsi əlaqədə olmadığını demişdir. Daha sonra Sadiq onu ailəsinin yanına gətirmiş və baş vermiş hadisələri valideynlərinə demişdir. Sonra valideynləri polis bölməsinə Təqsirləndirilən şəxs tərəfindən ona qarşı zorakılıq edilməsi barədə şikayət etmişlər. Daha sonra ifadəsində göstərmişdir ki, Ehtibar pulu gətirməmişdən 1 gün qabaq onlar gecə Ehtibargildə qalmışlar. Pulu gətirdiyi gün isə o və anası Ehtibargilə getməmişlər. Anası həmin vaxt işdə olmuşdur. Təqsirləndirilən şəxs hər dəfə onunla anası və atasının yataq otağında yerləşən çarpayının üzərində qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. Hər dəfə Ehtibar o, evdə tək olduğu vaxtlar günorta 12-13 arası gəlmiş, müqavimət göstərməsinə baxmayaraq onunla zorakılıq göstərərək qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. Cinsi əlaqələr təxminən 4-5 dəqiqə davam etmişlər. Təqsirləndirilən şəxs öz spermasını heç vaxt onun daxilinə boşaltmamış, hər dəfə salfetə boşalmışdır. Boşalandan sonra hamam otağına daxil olmuş, salfeti ayaqyoluna atmış, sonra gah çay içmiş, gah siqaret çəkdikdən sonra evi tərk etmişdir. O, hər dəfə Ehtibarın ona etdiyi zorakılıqdan sonra ağlaya-ağlaya hamam otağına daxil olub yuyunmuşdur. Hamam otağından çıxdıqdan sonra hər dəfə Ehtibar ona cinsi əlaqə barədə heç kəsə heç bir söz deməməyini tapşırmış, onu hədələmişdir. Dayısı oğlu Sadiqlə öz istəyi ilə əvvəlcə qeyri-təbii yolla bir dəfə və təxminən bir-iki saat sonra təbii yolla bir dəfə cinsi əlaqədə olmuşdur. Etibar Adilov onunla 2019-cu ilin dekabr ayından 2020-ci ilin təxminən yanvar aynının sonuna qədər olan müddət ərzində qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2017-ci ildən həyat yoldaşı və qızı ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq massivində nömrəsiz fərdi evdə kirayədə yaşamışlar. Fərdi əməklə məşğul olmuş, ustalıq etmişdir. Təqsirləndirilən şəxs onun xalası oğludur. Onlar Ehtibargillə həm Şirvan şəhərində, həm də Bakı şəhərində qonşu olmuşlar. Ehtibar 2018-ci ilin yay aylarından Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Alballıq massivində nömrəsiz fərdi evdə ailəsilə birlikdə kirayə yaşamağa başlamış, restoranda bağban işləmiş və daimi olaraq onlara gəlib getmişdir. Aralarında hər zaman yaxşı münasibət olmuşdur. 11 sentyabr 2020ci il tarixdə evdə yatarkən, saat 02:00 radələrində həyat yoldaşı onu oyadıb qızı 2004-cü il təvəllüdlü Zərərçəkmiş şəxs evdə olmadığını bildirmişdir. O, çölə çıxıb qızını axtarmağa başlamışdır. Qızı Nailəni tapa bilməyib evə qayıtmış, həmin vaxt qızı həyat yoldaşının telefonuna mesaj yazaraq dayısı oğlu Şahid5la birlikdə könüllü getdiyini, onunla evlənəcəyini bildirmişdir. O, dərhal Sadiqin valideynlərinə zəng edərək bu barədə məlumatlarının olub-olmadığını soruşmuşdur. Sadiqin valideynləri Sadiqin maşınının həyətdə olduğunu, lakin özünün evdə olmadığını, hadisədən xəbərləri olmadığını bildirmişlər. Sadiq qızını Bakıda yerləşən ünvanını bilmədiyi kirayə tutduğu evə aparmışdır. Üç gün həmin evdə qaldıqdan sonra Sadiq qızı ilə birlikdə yaşadıqları evə gəlmişdir. Həmin vaxt evdə olmuşdur. Sadiq öz bibisinə, yəni həyat yoldaşına, qızı Nailənin bakirə olmadığını bildirmişdir. Nailə Sadiqə onu qohumları Təqsirləndirilən şəxs 2019-cu ilin dekabr ayında zorladığını, daha sonra bir neçə dəfə zorladığını bildirmişdir. Ehtibar onu qorxudaraq onunla cinsi əlaqədə olmasa oğlanla gördüyünü bildirərək, bu barədə onlara xəbər verəcəyini demişdir. O, bu məsələdən xəbər tutan kimi dərhal polis bölməsinə ərizə yazaraq Təqsirləndirilən şəxs qızı Nailəni 2019-cu ilin dekabrında zorladığını bildirmişdir. Daha sonra ifadəsində göstərmişdir ki, 2019-cu ilin dekabr ayında o, xəstələnmiş, Şirvan şəhərində atasıgilin evində qalıb müalicə almışdır. Həmin ərəfədə pul lazım olduğu üçün həyat yoldaşı Ehtibara iş yoldaşından gedib 500 manat məbləğində pul götürməsini xahiş etmiş, Ehtibar pulu götürərək onların evinə gəlmiş, həmin vaxt evdə qızı Nailə tək olmuşdur. Ehtibar qızının təkliyindən istifadə edib ona hədə-qorxu gələrək zorla onunla cinsi əlaqədə olmuşdur. Qızını qorxudaraq bu barədə heç kəsə heç bir söz deməməsini tapşırmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2017-ci ildən həyat yoldaşı və qızı ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Alballıq massivində nömrəsiz fərdi evdə kirayədə yaşamış, xadimə işləmişdir. Təqsirləndirilən şəxs onun əri Azərin xalası oğludur. Onlar Ehtibar ilə həm Şirvan şəhərində həm də Bakı şəhərində qonşu olmuşlar. Ehtibar 2018-ci ilin yay aylarından Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq massivində nömrəsiz fərdi evdə ailəsilə birlikdə kirayə yaşamağa başlamışdır. Ehtibar restoranda bağban işləmişdir. Daimi olaraq onlara gəlib getmişdir. Aralarında hər zaman yaxşı münasibət olmuşdur. 11 sentyabr 2020ci il tarixdə gecə saat 02 radələrində durub mətbəxə keçərkən evin giriş qapısının kilidinin açıq olduğunu görmüşdür. Bu zaman qızı Nailənin evdə olmadığını görüb dərhal həyat yoldaşını oyadıb qızı 2004-cü il təvəllüdlü Zərərçəkmiş şəxs evdə olmadığını bildirmişdir. Azər çölə çıxıb qızınıı axtarmağa başlamış, qızı Nailəni tapa bilməyib evə qayıtmışdır. Həmin vaxt qızı telefonuna mesaj yazaraq onun qardaşı oğlu Şahid5la birlikdə könüllü getdiyini, onunla evlənəcəyini qeyd etmişdir. O, dərhal Sadiqin valideynlərinə zəng edərək bu barədə məlumatlarının olub-olmadığını soruşmuşdur. Sadiqin valideynləri Sadiqin maşınının həyətdə olduğunu, lakin özünün evdə olmadığını və eləcə də hadisədən xəbərləri olmadığını bildirmişlər. Sadiq onun qızını Bakıda yerləşən ünvanını bilmədiyi kirayə tutduğu evə aparmışdır. Üç gün həmin evdə qaldıqdan sonra Sadiq qızı ilə birlikdə onların yaşadığı evə qayıtmışlar. Sadiq ona qızı Nailənin bakirə olmadığını, Nailənin Sadiqə həyat yoldaşı Azərin xalası oğlu Təqsirləndirilən şəxs 2019-cu ilin dekabr ayında onu zorladığını, daha sonra bir neçə dəfə zorladığını bildirmişdir. X7 qorxudaraq onunla cinsi əlaqədə olmasa oğlanla gördüyünü bildirməklə onlara bu barədə xəbər verəcəyini demişdir. Yoldaşı Azər məsələdən xəbər tutan kimi dərhal Polis Bölməsinə ərizə yazaraq Təqsirləndirilən şəxs qızı Nailəni 2019-cu ilin dekabrında zorladığını bildirmişdir. O, daha sonra göstərmişdir ki, 2019-cu ilin dekabr ayında yoldaşı Azər xəstələnmiş, dekabrın 7-də Şirvan şəhərinə gedib qaynatasıgilin evində müalicə almışdır. Həmin ərəfədə pul lazım olduğu üçün o, Ehtibara iş yoldaşından gedib 500 manat məbləğində pul götürüb evə qızı Nailəyə verməsini istəmişdir. Ehtibar pulu götürmüş, 22 dekabr tarixdə onların yaşadığı evə gəlmiş, həmin vaxt evdə qızı tək olmuşdur. Ehtibar qızı Nailənin təkliyindən istifadə edib Nailəyə hədə-qorxu gələrək zorla onunla cinsi əlaqədə olmuşdur. Sonra Nailəni qorxudaraq bu barədə heç kəsə heç bir söz deməməsini tapşırmışdır. Təqsirləndirilən şəxs göstərdikləri yalandır. Təqsirləndirilən şəxs həmin pulu qızı Nailəyə günorta vaxtı gətirib vermişdir. Nailə evdə tək olmuşdur. Ehtibar pulu gətirməmişdən bir gün qabağı qızı Nailə ilə birlikdə gecəni Ehtibargildə qalmışlar. Ehtibar pul gətirdiyi gün isə o və qızı Ehtibargilə getməmişlər. O, həmin vaxt işdə olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2005-ci ildə Təqsirləndirilən şəxsla ailə həyatı qurmuşdur. Həmin nikahdan ilk övladı olmuşdur. 01 sentyabr 2020-ci il tarixdə Ehtibarla rəsmi olaraq boşanmışdır. 2019-cu ilin dekabr ayının ortalarından faktiki olaraq ayrı yaşamışlar. Ayrılmamışdan əvvəl Ehtibar bağban işləmişdir. Ehtibarın iş rejimi saat 08:00-dan axşam 17:00-ə qədər olmuşdur.Həmin vaxtlar o da işləmişdir. Onun iş vaxtı səhər saat 05:00-dan axşam 18:00-a qədər olmuşdur. Bütün günü işdə olduğundan Ehtibarın evdə və çöldə hansı işlərlə məşğul olduğu barədə məlumatı olmamışdır. Hüseynov X4 xalası oğludur. Onlar boşanmamışdan əvvəl bir ailə kimi olmuşlar. Etibarın Nailə və Cəmilə barəsində bildirdikləri həqiqətə uyğun deyildir. Ehtibar ona Nailəni oğlanla görməsi barədə heç bir söz deməmiş, nə də Nailənin özü ona hansısa oğlanı sevdiyini bildirməmişdir. Onların aralarında belə söhbətlər olmamışdır. 2019-cu ilin dekabr ayında Ehtibar onun yanında, evlərində Cəmiləyə 500 manat pul verməmiş, onun ümumiyyətlə Ehtibarla Cəmilə arasında pul söhbətinin olmasından da xəbəri olmamışdır. Təqribən 2019-cu ilin dekabr ayının 17-25 tarixləri arası o, evdən çıxıb anasıgilə getmişdir. Nailənin həyətindən oğlan çıxması söhbəti tamamilə yalandır, Etibar bu barədə ona heç bir şey deməyib, onun bundan xəbəri olmamışdır. Təqsirləndirilən şəxs yalan danışır. Etibar 2020-ci ilin fevral ayının 18-19-dan uşaqları götürüb Şivan şəhərinə getmişdir. Rəsmi nigahdan ayrıldıqdan sonra iki azyaşlı uşağı onun himayəsindədir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, özünə məxsus olan «Mersedes 190» markalı ** MT *** dövlət nömrə nişanlı avtomaşınla taksi fəaliyyəti ilə məşqul olub ailəsini dolandırmışdır. Taksi kimi hər zaman Buzovna qəsəbəsində «Retro» holdinqin yaxınlığında durmuşdur. Təqsirləndirilən şəxs təqribən iki ildir tanşımışdır. Nailə adlı qızı ümumiyyətlə tanımamış, Nailənin atası Azəri Buzovna qəsəbəsində yaşayan şəxs kimi tanımışdır. Onunla heç bir yaxınlığı olmamışdır. O, Təqsirləndirilən şəxs şəhər istiqamətində tək harasa aparmamışdır. Ehtibarı ailəsi ilə birlikdə bir neçə dəfə Maştağa qəsəbəsi və Bilgəh qəsəbəsi ərazisinə aparıb gətirmişdir. Ehtibarın etdiyi əməldən xəbəri olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun bibisi qızıdır. O, Nailəni bir neçə dəfə məclislərdə görmüşdur. Həmin vaxtdan Nailədən xoşu gəlməyə başlamışdır. Arada bir Nailə ilə yazışmış, danışıb hal-əhval tutmuşlar. Bibisı qızı Nailə ailəsi ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq massivində kirayə yaşaymışlar. 2020-ci ilin may ayından sonra Nailə ilə aralarında münasibətlər lap yaxınlaşmışdır. Aralarında bir-birlərinə qarşı istək yaranmış, sevgi münasibətləri yaşamağa başlamışlar. Bir müddət sonra o, Nailə ilə ailə qurmağı qərara almışdır. Lakin ondan böyük qardaşının subay olduğuna görə ailəsinin onun evlənməyinə qarşı gələcəyini fıkirləşmişdir. Nailəyə onunla ailə həyatı qurmaq istədiyini, lakin ailəsinin buna razı olmayacağını bildirmişdir. Nailə ilə birlikdə qərara gəlmişlər ki, Nailəni götürüb qaçsın. Nailə də öz istəyi ilə ailə qurmağa razı olduğunu bildirmişdir. Sentyabr ayının 10-dan 11-nə keçən gecə Nailə ona yaşadıqları evin ünvanını demişdir. O, rayondan maşınla Nailəgilin yaşadığı evə gəlmişdir. Gecə saat 02 radələrində Nailə hamı yatdıqdan sonra öz çantasını götürüb yola çıxmışdır. Nailəni qarşılayıb maşına əyləşdirmiş, Bakı şəhərini yaxşı tanımadığı üçün getməyə yerləri olmamışdır. Axırda qərara gəlmişdir ki, oteldə gecələsinlər. Həmin gecə adını xatırlamadığı bir otelə gedib gecələmişlər. Həmin oteldə təmizlik işləri aparılacağı üçün növbəti gün başqa oteldə qalmışlar. Həmin oteldə Nailə ilə arasında öz istəyi ilə cinsi münasibət yaranmışdır. Cinsi münasibətdən sonra Nailənin bakirə olmadığından şübhələnmişdir. Nailədən bunun səbəbini soruşmuşdur. Nailə həmin vaxt ona atasının xalası oğlu Ehtibarla 2019-cu ildən münasibətlərinin olduğunu, onunla bir neçə dəfə cinsi əlaqədə olduğunu demişdir. O, Nailədən belə şeyin necə baş verdiyini soruşduqda Nailə ona Ehtibarın onu qorxudaraq, hədələyərək belə bir şey etdiyini bildirmişdir. Lakin o, Nailənin dediklərinin tam həqiqətə uyğun olmadığını düşünmüşdür. Nailəyə bu söhbətlərdən sonra onunla ailə qurmağının mümkün olmayacağını demişdir. Bibisi Cəmiləyə zəng edərək qızı Nailənin ona dediyi söhbətləri Cəmiləyə telefonda bildirmişdir. Nailə öz anasına ondan əvvəl mesaj yazaraq onunla ailə qurmaq üçün könüllü getdiyini bildirmişdir. Nailəni götürüb yaşadıqları evə gəlmiş və Nailəni evlərinə ötürmüşdür. Nailənin atası Azər onu hədələyib şikayət edəcəyini demişdir. Azərə Nailəyə qarşı pis heç nə etmədiyini, ailə qurmaq məqsədi ilə qızının könüllü olaraq onunla getdiyini bildirmişdir. O, Nailədən yaşını soruşduqda Nailə ona 18- 19 yaşı olduğunu demişdir. Fiziki görünüşü də Nailənin yaşının çox olduğunu göstərmişdir. Nailənin yetkinlik yaşına çatmadığını bilməmişdir. Həm də o, Nailə ilə ailə həyatı qurmaq istəmiş, Nailəyə qarşı heç bir pis niyyəti olmamışdır. Hər hansı zorakılıq etməmişdir. Nailə öz istəyi ilə onunla getmişdir. Zərərçəkmiş şəxs ilə oteldə qaldığı müddət ərzində Nailənin öz istəyi ilə, Nailəyə heç bir zorakılıq göstərmədən təbii və qeyri təbii yolla onunla cinsi əlaqədə olmuşdur. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, Azər və onun ailəsi ilə əvvəllər onlar çox mehriban olmuşlar. 2019-cu ilin dekabr ayının təxminən 23-də Bakıya gəlmiş, həmin vaxt Şahid1 onunla birgə gəlmişdir. O, Bakıya gəlməzdən əvvəl pensiyasını almış, rayonda adətən pensiyalar hər ayın 20-də yüklənmişdir. O, yolu yaxşı tanımadığına görə Şirvan şəhərində Azərlə görüşmüş və onun maşınıyla Bakı şəhərinə, Buzovna qəsbəsinə gəlmişdirlər. Həmin vaxt o, Bakıya nəvələrini rayona aparmağa gəlmişdir. Azər dekabrın 23-dən əvvəl xəstəliyinə görə rayona gəlmiş, Azərin yoldaşı ilə onun gəlini Samidə dekabrın 14 və ya 15-i ona dərman almaq üçün pul gətirmiş, həmin vaxt onların evinə gəlmişlər, lakin gecəni qalmamışlar. Azərin bir də Bakı şəhərinə getməsi vaxtını dəqiq bilmir, səhv etmirsə Azəri dekabr ayının 17 və ya 18-də atası Bakı şəhərinə aparmışdır. Üç gün sonra isə yenidən həkimə getmək üçün Şirvana qayıtmışdır. Həmin ərəfədə gəlini ilə oğlunun münasibəti barədə ona xəbər vermişlər və bilmişdir ki, gəlin acıq eləyib və atası evinə getmişdir. Həmin vaxt təxminən 2019-cu ilin dekabr ayının 17-si tarixi olmuşdur. Bakıya gələndə gəlini atası evində olmuş, o, Azərlə birgə onlara getmiş, gəlinə nə qədər yalvarsa da gəlin getməyə razı olmamış və çıxıb oğlunun qaldğı evə gəlmiş, gecəni qalmış, səhəri gün yenidən Samidənin yanına getmiş, ona yenidən yalvarıb xahişlər etmiş və Samidə onunla birgə Şirvana qayıtmağa razı olmuşdur. O, gəlinini Şirvan şəhərinə 2019-cu ilin dekabr ayının 24-də aparmışdır. 2019-cu ilin dekabr ayının 20-23-ü tarixlərdə Samidə və Cəmilə Şirvan şəhərinə gəlməmişlər. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş məhkəmə-tibb eksperti X2 ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs ilə bağlı tibbi rəyi vermiş və həmin rəyi müdafiə edir. Rəy verərkən anemnez toplayır, həmin vaxt o, zərər çəkmiş şəxsin özündən də bu barədə soruşmuşdur. Həmin xanımla bir neçə dəfə qeyri-təbii yolla cinsi əlaqədə olunması aşkar olunmuşdur. Müayinə zamanı sfinktorun boşaldığı müəyyən edilmiş, bu isə o deməkdir ki, onunla bir neçə dəfə qeyri təbii yolla cinsi əlaqədə olublar. Bu hallarda qeyri təbii yolla cinsi əlaqədə olmanın vaxtını və sayını müəyyən etmək mümkün deyildir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinə əlavə olunuş məhkəmə tibb ekspertizasının 21 sentyabr 2020ci il tarixli 470 saylı rəyindən görünür ki, 2004-cü il təvəllüdlü Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmamışdır. Qızlıq pərdəsinin anatomik quruluşu, tamlığı pozulmadan onunla cinsi əlaqəyə girməyə imkan verir. Zərərçəkmiş şəxs arxa keçəcəyində aşkar edilmiş əlamətlər onunla qeyri-təbii yolla arxa keçəcək dəliyi vasitəsi ilə cinsi əlaqədə olmağa dəlalət edir. Zərərçəkmiş şəxs bədən səthi üzərində hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilməmişdir. Cinayət işin əlavə olunmuş məhkəmə psixiatrik ekspertizasının 23 sentyabr 2020-ci il tarixli 1881 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs əqli-intellektual imkanları normaya uyğundur. O, qərarın təsviri hissəsində qeyd olunan hadisə baş verən zaman, ona qarşı edilən qanunazidd hərəkətlərin mahiyyətini başa düşmək qabiliyyətinə malik olmuşdur. Belə qənaətə gəlinir ki, baş vermiş hadisələr zamanı Zərərçəkmiş şəxs psixiemosional sferasında həyəcan, qorxu yaranmış, həmin halın yaranması Təqsirləndirilən şəxs ona qarşı etdiyi hərəkətlər (zor tətbiq edərək onunla cinsi əlaqədə olması, cinsi əlaqə zamanı çəkdiyi şəkillərlə onu rüsvay edəcəyini deyərək hədələməsi və s.) ilə şərtləşmişdir. Zərərçəkmiş şəxs sıx ünsiyyətdən çəkinmək, konfliktə meyilli olmamaq, özünəqapalılıq, öz hiss və yaşantılarını büruzə verməmək fərdi-psixi xüsusiyyətlərə malikdir. Onun idrak prosesləri (diqqət, yaddaş, qavrama, təfəkkür və s.) normaya uyğun olduğundan, o, baş vermiş hadisələri düzgün qavramaq və bu barədə düzgün məlumat vermək iqtidarında olmuşdur. Zərərçəkmiş şəxs özündən uydurmağa və başqalarının təsiri altında hərəkət etməyə meyillilik əlamətləri aşkar edilməmişdir. Cinayət işinə əlavə olunmuş məhkəmə psixiatrik ekspertizasının 19 noyabr 2020-ci il tarixli 3198 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Cinayət işi materiallarından və hal-hazırkı psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinə əlavə olunmuş məhkəmə tibb ekspertizasının 22 dekabr 2020-ci il tarixli 579 saylı rəyindən görünür ki, 1980-ci il təvəllüdlü Təqsirləndirilən şəxs bədən səthi üzərində hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilmədi. Təqsirləndirilən şəxs cinsi qabiliyyətini təsdiq edən əlamətlər müsbətdir. Təqsirləndirilən şəxs xarici cinsiyyət üzvlərində onun cinsi əlaqəyə girə bilməsinə mane ola biləcək hər hansı bir anomaliya və patologiya aşkar edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə baxışı zamanı özünü təqsirli bilməməsi ilə bağlı ifadələrini özünümüdafiə xarakterli olmaqla cinayət məsuliyyətindən yayınmağa cəhd kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 150.2.3 və 150.2.5-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, üzləşdirmə protokolları, məhkəmə-tibbi, məhkəmə-psixoloji və məhkəməpsixiatrik ekspert rəyləri, eləcə də cinayət işinin digər istintaq materialları ilə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, cinayət işinin birinci cildinin 110-111-ci vərəqlərində olan “üzləşdirmə protokolu”ndan görünür ki, 16 oktyabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs arasında keçirilən üzləşdirmə zamanı, Zərərçəkmiş şəxs bir daha istintaq zamanı verdiyi ifadəsini təsdiqləyərək, Təqsirləndirilən şəxs zor tətbiq etməklə onunla bir neçə dəfə qeyri-təbii yolla cinsi əlaqədə olduğunu onun üzünə qarşı demişdir. Bundan başqa, cinayət işinə əlavə olunmuş “ifadənin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, 19 sentyabr 2020-ci il tarixdə, Zərərçəkmiş şəxs ifadəsinin yerində yoxlanması zamanı, ifadəsini bir daha təsdiqləmiş, hadisənin yerini göstərərək hadisənin necə baş verməsini əyani təsvir etmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.2.3 və 150.2.5-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur, ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinə əlavə olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvələr məhkum olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini və iki azyaşlı uşaqlarının olmasını onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.2.3 və 150.2.5-ci maddələri ilə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə icraatın aparılması zamanı həbsdə saxlama müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın əvvəli 16 oktyabr 2020-ci il tarixdən hesablanmalı və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq cəza ilə cəzanın məqsədini təmin etmək mümkündür. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə nəzərdə tutulmuş müsadirə edilməli əmlak olmadığından yuxarıda qeyd olunan müddəa tətbiq olunmamalıdır. İş üzrə mülki iddia, məhkəmə məsrəfləri və maddi sübut yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.2.3 və 150.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Həmin cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 16 oktyabr 2020-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qadasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar