Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-942/2022 18.11.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 17:00-da Hakim Paşayev Azər İslah oğlunun sədrliyi ilə, hakimlər Quliyev Əhməd Qəhrəman oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X18, dövlət ittihamçıları Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokurorları Dövlət ittihamçısı və X13, müdafiəçilər Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə iştirakları ilə xx xxxxxx 1965-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilməklə, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 193-1.3.2-ci maddələri ilə, təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs tamah niyyəti ilə tanışı Neftçala rayon sakini Zərərçəkmiş şəxs2 Bakı şəhərində daşınmaz əmlak satın almaq istəyən real alıcı olduğunu bildiyi üçün, Zərərçəkmiş şəxs2 məxsus əmlakı aldatma yolu ilə ələ keçirmək qərarına gələrək, sonuncuya Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən və rəhbəri ilə yaxın münasibəti olduğu "xxxx" MTK-a məxsus tikilməkdə olan çoxmərtəbəli binanın 4-cü mərtəbəsində yerləşən mənzili göstərib sahəsinin 138 m2 olduğunu bildirməklə, tanışlıq münasibətlərinə görə 1 m2 üçün 450 manat, cəmi 55.200 manat pul qarşılığında Zərərçəkmiş şəxs2 arvadı Şahid13 adına rəsmiləşdirəcəyinə dair yalandan vəd verib aldatmaqla, aralarında yaranmış münasibətlərə görə ona olan inam və etimadından istifadə edərək, Zərərçəkmiş şəxs2 mənzilin dəyəri kimi MTK-a ödəmək adı ilə 2010-cu ilin iyul ayının sonlarında Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti 152, mənzil 35-də 55.200 manat pulu alıb xx.xx.2010-cu il tarixli “Yaşayış binasında mənzil tikintisi haqqında” müqavilə təqdim etməklə aldatma yolu ilə ələ keçirərək, Zərərçəkmiş şəxs2 külli miqdarda ziyan vurub dələduzluq etmişdir. Bundan başqa, o, eyni məqsədlə tanışı Zərərçəkmiş şəxs3 daşınmaz əmlakını girov qoyub bankdan kredit götürmək istədiyini bildiyi üçün Zərərçəkmiş şəxs3 məxsus əmlakı aldatma yolu ilə vahid qəsdlə ələ keçirmək qərarına gələrək, kredit götürməsi üçün sonuncuya köməklik edəcəyinə dair yalandan vəd verib aldatmaqla, eləcə də aralarında yaranmış “kirvəlik” münasibətlərinə görə ona olan inam və etimadından istifadə edərək, guya Zərərçəkmiş şəxs3 bank, dövlət qurumları qarşısında təmsil etmək üçün xx.xx.2007-ci ildə **********64-06101-083002 reyestr nömrəli, ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət üzrə 48.4 m2 və xx.xx.2007-ci ildə **********64-06101-083001 reyestr nömrəli, ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət üzrə 22.6 m2 ölçüdə hissələrdən ibarət Bakı şəhəri, ünvan 13 nömrəli binanın yarımzirzəmisində yerləşən dəyəri həmin dövrün rəsmi valyuta məzənnəsinə uyğun olaraq 200.000 manat olan qeyri yaşayış obyektinə dair etibarnamənin verilməsinin zəruri olduğunu bildirməklə sonuncunun inamını qazanıb xx.xx.2010-cu il tarixdə onun törətdiyi cinayətdən xəbərsiz olan tanışı Şahid10 adına 7E-2775 və 7E-2774 nömrəli baş etibarnamə almağa nail olduqdan sonra Zərərçəkmiş şəxs3 razılığı olmadan xx.xx.2010-cu il tarixdə həmin etibarnamədən istifadə etməklə Bakı şəhəri 41 saylı Notarius ofisində Şahid10 və Şahid11 arasında ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin bağlanmasını təşkil edib həmin əmlakı X28 olan borcunun qarşılığında sonuncuya vermiş, lakin həmin faktın Zərərçəkmiş şəxs3 tərəfindən kəskin narazılıqla qarşılandığını və daşınmaz əmlaka başqa şəxslərin şərik olduğunu görüb geri qaytarılmasımnı təmin etməklə, Zərərçəkmiş şəxs3 ona qarşı bir daha inam və etibar qazanıb həmin dəyərdə olan sonuncuya məxsus ünvan 2 ünvanda yerləşən 200.000 manat dəyərində daşınmaz əmlakların Mahmud Tahirova verilməsi qarşılığında Zərərçəkmiş şəxs3 113.000 manat, həmin dövrün valyuta məzənnəsinə uyğun olaraq 144.000 ABŞ dolları vermək öhdəliyini götürüb həmin pulu vermək niyyəti olmadan aldatmaqla, xx.xx.2014-cü il tarixdə Binəqədi rayonu, Ə.ünvan 3 ünvanında yerləşən Bakı şəhəri 44 saylı Notarius ofisində ünvan 2 binada ümumi sahəsi 43 m2 olan 2 nömrəli mənzil və həmin binanın yarımzirzəmisində yerləşən 56.2 m2 əsas sahədən, 50.4 m2 köməkçi sahədən ibarət qeyri yaşayış sahəsi barədə sonuncunun arvadı Şahid12 və Mahmud Tahirovun arvadı X10 arasında müvafiq olaraq xx.xx.2014-cü il tarixli AN-1№ ******* qeydiyyat nömrəli və xx.xx.2014-cü il tarixli AN-1№ ******* qeydiyyat nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin bağlanmasına nail olmaqla, Zərərçəkmiş şəxs3 külli miqdarda ziyan vurub 200.000 manat dəyərində ünvan 2 binada ümumi sahəsi 43 m2 olan 2 nömrəli mənzilini, həmin binanın yarımzirzəmisində yerləşən 56.2 m2 əsas sahədən, 50.4 m2 köməkçi sahədən ibarət qeyri yaşayış sahəsini və həmin əmlaklara olan hüquqlarını ələ keçirib təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, tamah niyyəti ilə X11 və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə, yəni dələduzluq yolu ilə ələ keçirmək məqsədilə, əvvəlcədən hazırladıqları cinayətkar plana uyğun olaraq 2017-ci ilin oktyabr ayında Bakı şəhəri, Xətai rayonu, “Ağ şəhər” yaşayış massivi, “1-ci Yaşıl ada” küçəsində tanışı Şahid3 vasitəsi ilə Şahid2 və İnterximservis” MMC-nin sabiq direktoru Şahid1 ilə görüşüb özünü iş adamı kimi təqdim etməklə, həmin şəxslərin etibarını qazanıb, cinayətkar qrupun üzvü Ramazan Allahverdiyev tərəfindən xx.xx.2017-ci il tarixdə Saatlı rayon sakini X1 adına təsis edilən, xx.xx.2017-ci il tarixli əmrlə direktoru təyin edildiyi ********** nömrəli VÖENlə fəaliyyət göstərən "xxxx" MMC və xx.xx.2017-ci il tarixdə Saatlı rayon sakini X12 adına təsis edilən, xx.xx.2017-ci il tarixli əmrlə direktoru təyin edildiyi, ********** nömrəli VÖEN-lə fəaliyyət göstərən "xxxx" MMC-nin özünə məxsus olduğunu, hər hansı xidmət göstərmək niyyəti olmadan Xəzər dənizində yerləşən “Günəşli” neft yatağında 7A saylı platformanın tikintisində mühəndislik xidmətləri göstərə biləcəyini deyib həmin cəmiyyətlərə məxsus bank hesablarını verməklə, yerinə yetiriləcək işləri birlikdə müzakirə edib sifariş üçün müqavilə layihələrinin hazırlaması və görüləcək işlərin sürətləndirilməsi məqsədi ilə qabaqcadan ödənişin həyata keçirilməsinə Zərərçəkmiş şəxs1 MMC-nin sabiq direktoru Şahid1 inandırmaqla aldadıb etibarını qazandıqdan sonra, sonuncu tərəfindən ********** nömrəli VÖEN-lə fəaliyyət göstərən və xx.xx.2013-cü il tarixdə dövlət qeydiyyata alınmış Zərərçəkmiş şəxs1 MMC-nin "xxxx" ASCdəki AZ75RBTA******************** nömrəli hesabından xx.xx.2017-ci ildə "xxxx" MMC-nin "xxxx" ASC-nin 3 saylı filialındakı AZ43GUNA******************** nömrəli hesabına 115.000 manat, eyni tarixdə UĞURLU” MMC-nin həmin filialdakı AZ90GUNA******************** nömrəli hesabına 95.000 manat, cəmi 210.000 manat pul vəsaitinin ödənilməsinə nail olaraq vahid niyyətlə aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs1 MMC-nin külli miqdarda əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında ələ keçirmiş, bundan sonra, o, X11 və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində cinayət yolu ilə, yəni dələduzluqla əldə edildiyini bilə-bilə pul vəsaitlərinin əldə edilməsinin həqiqi mənbəyini gizlətmək məqsədilə "xxxx" ASC-nin 3 saylı filialındakı "xxxx" MMC-nin AZ43GUNA******************** nömrəli hesabına köçürülmüş və köçürmə rüsumları çıxıldıqdan sonra qalan 114.770 manat pulu əvvəlcədən cinayətkar qrupun üzvləri ilə birlikdə hazırladıqları plana uyğun olaraq xx.xx.2017-ci il tarixdə cinayətkar qrupun üzvü Ramazan Allahverdiyev vasitəsilə sonuncunun xx.xx.2017-ci il tarixli əmrlə direktoru olduğu, ********** nömrəli VÖEN-lə fəaliyyət göstərən xx.xx.2017-ci il tarixdə dövlət qeydiyyatına alınmış "xxxx" MMC-nin "xxxx" ASC-nin 5 saylı filialındakı AZ26NİCB**********0001A40060 nömrəli hesabına köçürtmüş, həmin hesaba digər Cəmiyyətlərdən daxil olmuş pullarla birlikdə, cəmi 238.782,89 manat məbləğində pul vəsaitini ABŞ dollarına konvertasiya etdirməklə ümumilikdə140.220 ABŞ dollarını həmin tarixdə "xxxx" MMC-nin "xxxx" ASC-nin 5 saylı filialındakı ABŞ dolları ilə olan AZ24NİCB**********0002U40160 nömrəli hesabına, oradan isə xx.xx.2017-ci il tarixdə “İstanbul Ticaret Sicili Memurluğun”da xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmış “Asalet Otomotıv və X33 və Limited Sırketı”nin Türkiyə Respublikası, İstanbul şəhərində yerləşən “X16 Bank”dakı TR********************0003 nömrəli hesabına köçürmüş, habelə "xxxx" ASC-nin 3 saylı filialındakı "xxxx" MMC-nin AZ90GUNA******************** nömrəli hesabına köçürülmüş və köçürmə rüsumları çıxıldıqdan sonra qalan 94.810 manat pulu xx.xx.2017-ci il tarixdə cinayətkar qrupun üzvü Ramazan Allahverdiyev vasitəsilə "xxxx" MMC-nin "xxxx" ASC-nin 5 saylı filialındakı AZ26NİCB**********0001A40060 nömrəli hesabına köçürtmüş, həmin hesaba digər Cəmiyyətlərdən daxil olmuş pullarla birlikdə, cəmi 237.657,73 manat məbləğində pul vəsaitini ABŞ dollarına konversiya etdirməklə ümumilikdə 139.355 ABŞ dollarını həmin tarixdə "xxxx" MMC-nin "xxxx" ASC-nin 5 saylı filialındakı ABŞ dolları ilə olan AZ24NİCB**********0002U40160 nömrəli hesabına, xx.xx.2017-ci il tarixdə isə Ramazan Allahverdiyev vasitəsilə Türkiyə Respublikası, İstanbul şəhərində yerləşən “X16 Bank”dakı “Asalet Otomotiv və Tekstil Urunleri Sanayi və Limited Sirketi”nin “X16 Bank”dakı TR********************0003 nömrəli hesabına köçürmüş, lakin köçürülmüş həmin pul vəsaitindən köçürmə rüsumları çıxılmaqla qalan 138.664 ABŞ dolları məbləğində hissəsi xx.xx.2017-ci il tarixdə istintaqa məlum olmayan səbəbdən "xxxx" ASC-nin 5 saylı filialındakı "xxxx" MMC-nin AZ24NİCB**********0002U40160 nömrəli hesabına geri qaytarıldıqdan sonra qrup üzvü Ramazan Allahverdiyev həmin pul vəsaitini Azərbaycan manatına konversiya etdirməklə, cəmi 235.451,77 manat məbləğində pulu həmin tarixdə "xxxx" MMC-nin "xxxx" ASC-nin 5 saylı filialındakı AZ26NİCB**********0001A40060 nömrəli hesabına köçürmüş, həmin hesabdakı digər pul vəsaitləri ilə birlikdə, xx.xx.2017-ci ildə sonuncuya məxsus olan ********** nömrəli VÖEN-lə fəaliyyət göstərən və xx.xx.2017-ci il tarixdə dövlət qeydiyyatına alınmış "xxxx" MMCnin "xxxx" ASC-nin 3 saylı filialındakı AZ50GUNA******************** nömrəli hesabına 209.944 manat, ********** nömrəli VOEN-lə fəaliyyət göstərən və xx.xx.2017-ci il tarixdə dövlət qeydiyyatına alınmış "xxxx" MMC-nin "xxxx" ASC-nin 3 saylı filialındakı AZ05GUNA******************** nömrəli hesabına 25.260 manat, xx.xx.2017-ci ildə ********** nömrəli VÖEN-lə fəaliyyət göstərən və xx.xx.2017-ci il tarixdə dövlət qeydiyyatına alınmış "xxxx" MMC-nin "xxxx" ASC-nin Səbail filialındakı AZ0BBTB******************** nömrəli hesabına 6.871 manat olmaqla köçürtmüş, bundan sonra o, vahid niyyətlə cinayət əməlini davam etdirərək cinayətkar qrupun üzvü Ramazan Allahverdiyev vasitəsilə "xxxx" MMC-nin "xxxx" ASC-nin 3 saylı filialındakı AZ50GUNA******************** nömrəli hesabında olan 209.944 manat pulu, həmin hesaba digər Cəmiyyətlərdən daxil olmuş pul vəsaitləri ilə birlikdə ABŞ dollarına konversiya etdirməklə, cəmi 226.191 ABŞ dolları pulu "xxxx" MMC-nin "xxxx" ASC-nin 3 saylı filialındakı ABŞ dolları ilə olan AZ57GUNA******************** nömrəli hesabına, oradan isə xx.xx.2017-ci ildə Türkiyə Respublikasının İstanbul şəhərində yerləşən “X50 və İhracat A.S” şirkətinin “X39 Bankası A.S.”dəki TR********************0101 nömrəli hesabına, "xxxx" MMC-nin "xxxx" ASC-nin 3 saylı filialındakı AZ05GUNA******************** nömrəli hesabına köçürülmüş 25.260 manat məbləğində pul vəsaitini isə həmin hesaba digər Cəmiyyətlərdən daxil olmuş pullarla birlikdə cəmi 135.991,001 manat pulu ABŞ dollarına konversiya etdirməklə, cəmi 79.750 ABŞ dollarını "xxxx" MMC-nin "xxxx" ASC-nin 3 saylı filialındakı ABŞ dolları ilə olan AZ12GUNA******************** nömrəli hesabına, oradan isə xx.xx.2017-ci ildə Türkiyə Respublikasının İstanbul şəhərində yerləşən “Hazar İhracat və İthalat Anonim” şirkətinin “X39 Bankası A.S.”-dəki TR********************0101 saylı hesabına köçürülməsini təmin edib qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət yolu ilə əldə etdiyi külli miqdarda, cəmi 210.000 manat məbləğində pul vəsaitlərini konversiya və köçürmə yolu ilə maliyyə əməliyyatları həyata keçirməklə qabaqcadan əlbir olan bir qrup şəxslə birlikdə vahid niyyətlə leqallaşdırmışdır. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 193-1.3.2-ci maddələri ilə elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2017-ci ildə Şahid3 adlı şəxs ona zəng edərək onda olan avadanlığa müştəri olduğunu bildirmiş, bu zaman o, Vüsala həmin müştərini söhbət etmək üçün gətirməsini demişdir. O, 8-ci mikrorayon ərazisində olan çayxanada Abul adlı şəxs və onun yanında olan Rusiyadan gəlmiş şəxs ilə görüşmüş, ona malın qiymətini demiş, lakin onlar qiymətdə razılaşmamışlar. Abul ona sözügedən malı neft şirkətinə satacağını və ucuz mal axtardığını deyən zaman o, ona həmin malın Çin variantı olduğunu və həmin mala Ramazan adlı şəxsin baxdığını demişdir. O, Şahid3 ilə ofisə getməmiş, Abul ilə ofisə görüşə özü tək getmiş, Elxan adlı şəxsi nə görmüş, nə də tanımış, ağ şəhərdəki ofisdə bir Abulu tanımışdır. Sonuncu dəfə Abul ilə Moskvaya nar vurmaq məsələsi ilə bağlı görüşmüş, o da ona pulunun düzəlmədiyini demişdir. Bundan sonra o, müalicə ilə bağlı Moskva şəhərinə getmişdir. 2021-ci ildə Moskvada qalmaq müddətini artırmaq üçün hüquq mühafizə orqanlarına müraciət etmiş, bu zaman orada Azərbaycan Respublikası tərəfindən axtarışa verildiyini bilmişdir. Onu iki gün polislər saxlamış, Ramazan Allahverdiyevin və bir neçə şirkətin adını çəkmişlər, o, isə yalnız Ramazanı tanıdığını demiş və Azərbaycana getməyə razı olduğunu bildirmişdir. O, 10 ay orada qaldıqdan sonra Rusiya Baş Prokurorluğuna şikayət etmiş və daha sonra onu Bakıya gətirmişlər. O, Ramazanı iki-üç dəfə sonucunun ofisində görmüşdür. Müstəntiq onu Ramazan ilə üzləşdirəcəyini desə də, öz vəkili ona Ramazanın öldüyünü demişdir. Ramazan Allahverdiyev may ayının 14-də ölməsinə rəğmən onu axtarışa iyun ayında vermişlər. Onun bildiyi qədər onlar sözügedən avadanlığı neft şirkətinə satmaq istəmişlər, lakin sonradan nə baş verdiyindən onun xəbəri olmamışdır. O, Ramazanı tanımış, onunla su sayğacları ilə bağlı alış-verişi olmuşdur. X40 Axundov ilə tanış etmiş, lakin onların alış-verişi haqqında məlumatı olmamışdır. Abul şirkətin sahibi deyil, lakin bu işin başında olan şəxsdir. Elxana şikayət etməsini Abul demişdir. O, Elxanı yox, Abulu Ramazanla tanış etmişdir. Elxanı isə tanımır. Onun indiyə qədər Ramazanın adına olan Uğurlu MMC və "xxxx" MMC şirkətləri barəsində məlumatı olmamışdır. Ramazan ona hər hansı bir işlərini aparmaq üçün etibarnamə verməmişdir. O, Ramazanı tikintidə istifadə olunan avadanlığı alması üçün 2017-ci ildə Abul ilə tanış etmiş, onun Ramazan və Abulla birlikdə görüşləri olmamışdır. Bundan başqa, Zərərçəkmiş şəxs2la bağlı verilmiş ittiham üzrə göstərmişdir ki, 2007-ci ildə "xxxx" MTK-ya külli miqdarda armatur vermiş, bunun qarşılığında pul və mənzil almalı olmuşdur. Habil və Cahangir adlı MTK işçiləri ona mənzillər göstərmişlər və həmin mənzillərin birini o, qohumuna təklif etmişdir. Rafiq müəllim evi bəyənmiş və onlar MTK-nın qabağında müqaviləni yazaraq Rafiq müəllimin yoldaşına vermişlər. Onlar ona 5 ədəd mənzil əvəzinə 1 ədəd mənzil vermişlər. Rafiq müəllim bunları bilmişdir. Müqaviləni ona Habil adlı MTK-işçisi vermişdir. O, Rafiqdən 52.000 manat pul vəsaiti almış, lakin MTK-da olan mənzilin mübahisəli mənzil olduğunu bilməmişdir. Bundan başqa ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs3 1992-ci ildən tanıyır. Onun Qazaxıstanda olan Mamed adlı əmisi oğlu Bakıya gələrək Koroğluya pul vermiş, Koroğlu da Mamedin adına bir-iki obyekt almışdır. Sonradan Mamed ona öz adına əmlakın olduğunu və həmin əmlakı banka qoyaraq iş qurub pul qazanmaqlarını təklif etmiş və o, razılaşmışdır. O, əmlakları banka deyil, fərdi bir şəxsə vermişdir. Bir müddət sonra isə Mamedin Qazaxıstandakı vəziyyətinin pis olduğunu və burada olan mallarını satmağa gəldiyini eşitmiş və o, həmin əmlakları onların dedikləri adamın adına keçirmişdir. Koroğlu ondan ümumillikdə 100.000 pul almış və sonadan ondan obyektini qaytarmağını tələb etmişdir. O da Koroğluya borcunu qaytardıqdan sonra obyekti də qaytaracağını demişdir. Binəqədi rayonunda olan qeyri-yaşayış sahəsi Baba müəllimə verilmişdir. Şahid10 Mahmudun dostudur. X46 borcu var. Mahmud ilə Koroğlunun münasibətləri olmuşdur. Sözügedən sənədləşmə işləri 2007-ci ildə olmuşdur. Evlərin Ağalar və Bəxtiyarın adına keçirilməsindən Koroğlunun xəbəri olmuş, bu hadisə 2010-cu ildə olmuşdur. Koroğlunun pula ehtiyacı olduğu üçün ümumillikdə sonuncuya 75.000 ABŞ dollar və 21.000 manat pul vermişdir. Bununla belə, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə 24 dekabr 2021-ci il və 01 mart 2022-ci il tarixlərdə təqsirləndirilən şəxs qismində dindirilərkən ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 193-1.3.2-ci maddələri ilə elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadələrində göstərmişdir ki, “UĞURLU" və "xxxx" MMC-lərin icraçı direktoru vəzifəsində işləmiş X4 tanımır. O, bir nəfər su sayğaclarının satışı ilə məşğul olmuş Ramazan adlı şəxsi tanımış, lakin həmin şəxsin soyadı və atasının adını bilmir. Zərərçəkmiş şəxs1 MMC-nin direktoru Şahid1 tanımır, sonuncu ilə, eləcə də digər şəxslərlə hər hansı görüşü olmamışdır. O, hər hansı şəxsə qarşı dələduzluq etməmiş, Zərərçəkmiş şəxs1 MMC-ə məxsus ümumilikdə 210.000 manat məbləğində pulu ələ keçirməmişdir. O, onkoloji xəstə olduğu üçün müalicəsi ilə əlaqədar olaraq Rusiya Federasiyasına getmişdir. Bundan başqa, ifadəsində Zərərçəkmiş şəxs2 qarşı dələduzluq cinayəti törətməsi epizodu üzrə göstərmişdir ki, 2010-cu ildə tikinti şirkətlərinə, xüsusilə də "xxxx" MTK-a armatur vermiş və MTK-nın ona 100.000 ABŞ dollarından artıq borcu yaranmışdır. "xxxx" MTK tərəfindən həmin borcun əvəzində ona 2 ədəd 2 otaqlı, xatırlamadığı ünvanlarda yerləşən mənzil verilmiş, o da həmin mənzillərin bir ədədini Zərərçəkmiş şəxs2 arvadının adına yazdırmışdır. Həmin məsələ ilə bağlı Zərərçəkmiş şəxs2 ona cəmi 18.700 manat pul vermişdir. Həmin pulun 7.000 manatını yolda gedərkən Zərərçəkmiş şəxs3 ona vermiş, digər hissəsini, yəni 11.700 manatı isə Zərərçəkmiş şəxs2 Zərərçəkmiş şəxs3 evində vermişdir. Bundan başqa, ifadəsində Zərərçəkmiş şəxs3 qarşı dələduzluq cinayəti törətməsi epizodu üzrə göstərmişdir ki, Mahmud Tahirova olan borcunun müqabilində tanışı Zərərçəkmiş şəxs3 Binəqədi rayonu Svetlana Məmmədova küçəsində yerləşən obyekti verməyi, əvəzində sonuncuya borclu qalmağı təklif etmiş, Zərərçəkmiş şəxs3 də Binəqədi rayonu, Svetlana Məmmədova küçəsində yerləşən obyektini Mahmud Tahirova vermişdir. Həmin obyektin kimin adına olmasını bilməmiş, Zərərçəkmiş şəxs3 həmin obyektlə bağlı ona etibarnamə vermişdir. X17 küçəsində yerləşən obyektə Zərərçəkmiş şəxs3 əmisioğlunun şərik olduğunu bildiyi üçün həmin obyekti geri qaytarmaq qərarına gəlmişdir. Bundan sonra Zərərçəkmiş şəxs3 Nəsimi rayonu, Əlövsət Quliyev küçəsində yerləşən obyekti təklif etmişdir. 2014-cü ilin yay aylarında “Neftçi Baza”nın yaxınlığında yerləşən çayxanada o, Mahmud Tahirov və Zərərçəkmiş şəxs3lə görüşmüş, onların arasında qeyd olunan məzmunda söhbət olmuş, notariusda obyekt Mahmud Tahirovun arvadının adına keçirilmişdir. Zərərçəkmiş şəxs3 obyekti onun borcunun əvəzində verdiyi üçün sonuncuya 120.000 manat borcu yaranmışdır. X34 Məmmədova küçəsində yerləşən obyekti geri qaytarmışdır. O, Zərərçəkmiş şəxs3 olan borcundan 50.000 manata qədər ödəniş etmişdir. Növbəti günlərdə Zərərçəkmiş şəxs3 borcunu istədikdə sonuncuya borcunu ödəyə bilmədiyini demişdir. O, Rusiya Federasiyasının Moskva şəhərinə getdiyi müddətə qədər tez-tez Zərərçəkmiş şəxs3lə telefonla əlaqə saxlayıb danışmışdır. 2017-ci ilin oktyabr ayının sonlarında Zərərçəkmiş şəxs3lə sonuncu dəfə telefon əlaqəsi saxlayan zaman “Əlimdə işim var, Rusiyaya “Nar” satıb 20.000-30.000 ödəyəcəm” demiş, lakin o, xəstəliyi ilə əlaqədar Moskva şəhərinə getdiyi üçün Zərərçəkmiş şəxs3 borcunu ödəyə bilməmişdir. Müxtəlif vaxtlarda hissə-hissə ödəmələrini nəzərə aldıqda, Zərərçəkmiş şəxs3 60.000 ABŞ dolları borcu qalmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə və ibtidai istintaq zamanı verdiyi ifadələri özünümüdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı verdiyi ifadələri zərəçəkmiş şəxslər və şahid ifadələri, eləcə də tədqiq edilmiş digər mötəbər sübutların məcmusu ilə təkzib olunur. Belə ki, məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Neftçala rayonunda yaşayır, lakin oğlu Nurlan İbrahimov Bakı şəhərində ali təhsil aldıqdan bir müddət sonra müxtəlif ünvanlarda kirayədə yaşayıb diş həkimi işləmişdir. Nurlan İbrahimov kirayədə qaldığı zamanlarda sonuncunun yanına tez-tez gedib-gəlmişdir. O, Bakı şəhərinə gələrkən dostu Zərərçəkmiş şəxs3 ilə də görüşüb sonuncunun evlərində qonaq olmuşdur. Həmin ərəfədə o, oğlanları Elvin və Nurlan İbrahimova Bakı şəhərində ev almaq üçün 60.000 manat pul toplamışdır. 2010- ci ilin iyul ayının sonlarında ailə üzvləri-arvadı Şahid13 və oğlu Şahid9la birlikdə dostu Zərərçəkmiş şəxs3 evində qonaq olarkən orada Təqsirləndirilən şəxsla tanış olmuşdur. Söhbət əsasında Təqsirləndirilən şəxs Bakı şəhərində armatur satışı ilə məşğul olmaqla, tikinti şirkətlərinə armatur satdığını, Yasamal rayonu ərazisində fəaliyyət göstərən müxtəlif tikinti şirkətləri ilə münasibəti olduğu üçün həmin ərazidə tikilən binalardan ucuz qiymətə mənzil təşkil edə biləcəyini demişdir. Dostu Zərərçəkmiş şəxs3 də bu söhbətlərin şahidi olmuşdur. Təqsirləndirilən şəxs onu inandırıb etibarını qazanmış, lakin o, binaların yerləşdiyi yerə və ona təqdim edilən sənədlərə baxdıqdan sonra pul verə biləcəyini demişdir. Bundan sonra Təqsirləndirilən şəxs təklifi ilə o, oğlu Elvin və arvadı Qönçə ilə birlikdə Yeni Yasamal ərazisində yerləşən “Qismət” şadlıq sarayının yanına getmiş, orada Təqsirləndirilən şəxs “Qismət” şadlıq sarayının yaxınlığında tikilməkdə olan binanı göstərib həmin binadan mənzil təşkil edə biləcəyini demişdir. Onlar binanın yerləşdiyi yerin xoşlarına gəldiyini bildirdikdən sonra Təqsirləndirilən şəxs kənara çəkilib kiminləsə telefonla danışmış, daha sonra onların yanına gəlib həmin binanın 4-cü mərtəbəsində yerləşən 138 m2 sahəsi olan mənzili kvadratı 400 manat olmaqla 55.200 manata pula təşkil edəcəyini, həmin binanın ”Yeni Yasamal” MTK tərəfindən tikildiyini, şirkətin rəhbərinin onun dostu olduğunu, həmin MTK-ya armatur verdiyini bildirmişdir. Bundan sonra onlar dostu Zərərçəkmiş şəxs3 Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospektində yerləşən evinə qayıtmışdır. O, Zərərçəkmiş şəxs3 vəziyyəti izah edib Təqsirləndirilən şəxs təklifini bəyəndiyini və təklifin onların büdcəsinə uyğun olduğunu demiş və orada arvadı Şahid13, oğlu Şahid9, dostu Zərərçəkmiş şəxs3 və sonuncunun arvadı Reyhanın yanında 55.200 manat pulu Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs qısa müddət ərzində pulun MTK-a ödənilməsini təsdiq edən qəbzi və müqaviləni təqdim edəcəyini bildirmişdir. O, Təqsirləndirilən şəxs müqaviləni arvadı Şahid13 adına yazdırmağı xahiş etmişdir. Tarixini dəqiq xatırlamır, lakin o, pulu Təqsirləndirilən şəxs verdikdən sonrakı günlərdə sonuncu ”Yeni Yasamal” MTK-ya aid müqaviləni ona vermişdir. Həmin müqavilə ilə tanış olduqda Təqsirləndirilən şəxs onu aldatdığını, binanın 4- cü mərtəbəsini göstərib, mansard hissədən mənzil yazdırdığını və pulun MTK-ya ödənilmədiyini bilmişdir. O, bu barədə Təqsirləndirilən şəxs bildirib pulunu geri tələb etdikdə sonuncu müxtəlif bəhanələr gətirib onun pulunu ödəməkdən yayınmışdır. Sonradan Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 və digər şəxslərə qarşı dələduzluq edərək pul və əmlaklarını ələ keçirdiyini bilmişdir. Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs2 arasında keçirilmiş 01 mart 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, sonuncu ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, həmin ərəfədə "xxxx" MTK-ya armatur vermiş və MTK-nın ona 100.000 ABŞ dolları məbləğində borcu yaranmış, həmin borcun əvəzində "xxxx" MTK tərəfindən ona 2 ədəd 2 otaqlı, xatırlamadığı ünvanlarda yerləşən mənzil təklif edilmişdir. O da bu barədə dostu Zərərçəkmiş şəxs3 bildirib ev almaq istəyən olduqda həmin mənzilləri sata biləcəyini deymiş, sonuncu da Zərərçəkmiş şəxs2 ev lazım olduğunu bildirmişdir. Tarixini dəqiq xatırlamır, lakin Zərərçəkmiş şəxs3 evində qonaq olarkən Zərərçəkmiş şəxs2 ona 20.000 ABŞ dolları məbləğinə yaxın pul vermişdir. Həmin pulun 7.000 ABŞ dollarını yolda gedərkən Zərərçəkmiş şəxs3 ona avtomobildə vermiş, qalan hissəni isə sonuncunun evində Zərərçəkmiş şəxs2 almışdır. Zərərçəkmiş şəxs2 ona ümumilikdə 18.700 ABŞ dolları pul vermişdir. Həmin pulun müqabilində "xxxx" MTK tərəfindən verilmiş müqaviləni Zərərçəkmiş şəxs2 oğluna vermişdir. Yeni Yasamalda, “Qismət” şadlıq sarayının yaxınlığında yerləşən "xxxx" MTK-ya məxsus tikilməkdə olan binanın 4-cü mərtəbəsində yerləşən mənzili Zərərçəkmiş şəxs2 və ailə üzvlərinə göstərmiş, sonuncu mənzilin içərisinə baxıb arakəsmələri özünün istəyinə uyğun edəcəyini bildirmiş, hətta evin qapısını özünün qoyduracağını demişdir. Bundan başqa, Təqsirləndirilən şəxs üzləşdirmə istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs2 verdiyi "xxxx" MTK-ya məxsus xx.xx.2010-cu il tarixli müqaviləni Fuad adlı şəxsdən aldığını və müqavilənin məzmununu oxumadığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid13 və Şahid9 Zərərçəkmiş şəxs2 göstərdiyi xüsusatları təsdiq edib anoloji ifadə vermişlər. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 90-cı illərdə Sədi ilə tanış olmuş, münasibətləri yaxşı olduğu üçün sonuncunun oğlu Həsənin kirvəsi olmuşdur. O, Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti 152, mənzil 35-də yaşayır. 2010-ci ilin iyul ayının sonlarında dostu Zərərçəkmiş şəxs2 ailə üzvləriarvadı Şahid13 və oğlu Şahid9la birlikdə onların evlərində qonaq olarkən Təqsirləndirilən şəxs da onların evlərində olmuşdur. O, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxsla tanış etmişdir. Söhbət əsasında sonuncu Zərərçəkmiş şəxs2 Bakı şəhərində armatur satışı ilə məşğul olmaqla, tikinti şirkətlərinə armatur satdığını, Yasamal rayonu ərazisində fəaliyyət göstərən müxtəlif tikinti şirkətləri ilə münasibəti olduğu üçün həmin ərazidə tikilən binalardan ucuz qiymətə mənzil təşkil edə biləcəyini demişdir. Təqsirləndirilən şəxs həmin ərəfələrdə Ukrayna və digər dövlətlərdən armatur sifariş edib Bakı şəhərində müxtəlif şəxslərə satmışdır. Təqsirləndirilən şəxs təklifi ilə Zərərçəkmiş şəxs2 ailə üzvləri ilə birlikdə Yeni Yasamal ərazisində yerləşən tikintilərə baxmaq üçün getmiş, o isə evdə qalmışdır. Bir neçə saatdan sonra Zərərçəkmiş şəxs2 və digərləri onların evlərinə qayıtmışdır. Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs göstərdiyi binanı və ərazini bəyəndiyini deyib təklifin büdcələrinə uyğun olduğunu bildirmişdir. Orada onun, Reyhan, Qönçə və Elvinin yanında Zərərçəkmiş şəxs2 55.200 manat pulu Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs qısa müddət ərzində pulun MTK-ya ödənilməsini təsdiq edən qəbzi və müqaviləni təqdim edəcəyini bildirmişdir. Bir müddətdən sonra Zərərçəkmiş şəxs2 ona zəng edib sonuncunu Təqsirləndirilən şəxs aldatdığını, pulunu qaytarmasını tələb etdiyini demişdir. O da Təqsirləndirilən şəxs yaxşı insan olduğunu, ona qarşı dələduzluq etməyəcəyini bildirmiş, lakin sonradan Təqsirləndirilən şəxs həqiqətən Zərərçəkmiş şəxs2 qarşı dələduzluq edərək sonuncunun külli miqdarda pulunu ələ keçirdiyini bilmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ona kredit götürməkdə köməklik göstərəcəyini deyib onu inandırmaqla Bakı şəhəri ünvan 13 saylı binanın yarımzirzəmisində yerləşən qeyri yaşayış obyekti barədə xx.xx.2010-cu il tarixdə tanışı Şahid10 adına mülki etibarnamə almışdır. 2010-cu ilin sonlarında Sədi dələduzluq cinayəti etdiyi üçün həbs edilmiş və bir müddət cəza çəkdikdən sonra azadlığa buraxılmışdır. 2014-cü ilin təxminən aprel-may aylarında Təqsirləndirilən şəxs Mahmud Tahirov adlı şəxsə külli miqdarda borcu olduğunu, kredit təşkil etməsi üçün verdiyi etibarnamədən istifadə edərək Bakı şəhəri ünvan 13 saylı binanın yarımzirzəmisində yerləşən qeyri yaşayış obyektini Mahmud Tahirova verdiyini bilmişdir. Həmin qeyri yaşayış obyektini 155.000 ABŞ dollarına (120.000 manat) Tahir adlı şəxsdən almışdır. Həmin obyekt xx.xx.2007ci ildə **********64- 06101-083002 reyestr nömrəli, ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət üzrə 48.4 m2 və xx.xx.2007-ci ildə **********64- 06101-083001 reyestr nömrəli, ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyə üzrə 22.6 m2 ölçüdə hissələrdən ibarət olmuşdur. O, Təqsirləndirilən şəxs ilə telefon əlaqəsi saxlayıb çörək kəsdiyini, kirvə olduğunu bildirib ona qarşı nə üçün dələduzluq etdiyini soruşmuşdur. Təqsirləndirilən şəxs da məcburiyət qarşısında qaldığı üçün və Mahmud Tahirovun pulunu tələb etdiyinə görə xx.xx.2010-cu il tarixdə həmin etibarnamədən istifadə etməklə Bakı şəhəri 41 saylı Notarius ofisində Şahid10 və Şahid11 arasında ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin bağlanmasını təşkil edərək həmin əmlakı Mahmud Tahirova verdiyini demişdir. Bundan sonra o, 2014- cü ilin iyun ayının əvvəllərində Təqsirləndirilən şəxs vasitəsi ilə Nərimanov rayonu ərazisində, “Neftçi Baza” deyilən yerdə yerləşən çayxanada Mahmud Tahirovla görüşmüş, sonuncu ona Təqsirləndirilən şəxs Babək prospektində yerləşən 180 m2 sahəsi olan mənzilini 80.000 manata satdığını, həmin mənzilin pulunu sonuncudan tələb etdikdə Bakı şəhəri ünvan 13 saylı binanın yarımzirzəmisində yerləşən qeyri yaşayış obyektini verib, guya onun bağışladığını demişdir. O da “Tamamilə yalandır, mən Sədiyə heç nə bağışlamamışam” bildirmişdir. Daha sonra o, həmin obyektə dair Qazaxıstan Respublikasında yaşayan əmisioğlu Məhəmməd Paşayevlə şərik olduğunu bildirib əmlakı qaytarmasını tələb etmiş, Mahmud Tahirov isə əvəzində nə verəcəyini ondan soruşmuşdur. O, da ünvan 8 ünvanında yerləşən qeyri yaşayış obyektini təklif etmişdir. Onların arasında olmuş razılığa əsasən ünvan 8 ünvanında yerləşən qeyri yaşayış obyektinin qarşılığında X35 rayonu, Svetlana Məmmədova küçəsində yerləşən 160 m2 sahəsi olan qeyri yaşayış obyektini geri qaytarmaqla bərabər 56.000 manat ödəməli idi. Sədi isə yerdə qalan hissəni yəni 113.000 manat, həmin dövrün valyuta məzənnəsinə uyğun olaraq 144.000 ABŞ dolları vermək öhdəliyini götürmüşdür. xx.xx.2014-cü il tarixdə Bakı şəhəri 44 saylı Notarius ofisində ünvan 2 binada ümumi sahəsi 43 m2 olan 2 nömrəli mənzil və həmin binanın yarımzirzəmisində yerləşən 56.2 m2 əsas sahədən, 50.4 m2 köməkçi sahədən ibarət qeyri yaşayış sahəsi barədə arvadı X29 və Mahmud Tahirovun arvadı X10 arasında müvafiq olaraq xx.xx.2014-cü il tarixli AN-1№ ******* qeydiyyat nömrəli və xx.xx.2014-cü il tarixli AN-1№ ******* qeydiyyat nömrəli müqavilələr bağlanmış və həmin obyekt sonuncunun adına keçirilmişdir. Bundan sonra xx.xx.2014-cü il tarixdə Bakı şəhəri 41 saylı Notarius ofisində onunla Mahmud Tahirovun tanışı Şahid11 arasında “Aiqı-satqı müqaviləsinin ləğvi barədə” saziş imzalanmaqla, Mahmud Tahirov tərəfindən ünvan 13 saylı binanın yarımzirzəmisində yerləşən qeyri yaşayış obyekti ona qaytarılmışdır. Təqsirləndirilən şəxs ondan başqa digər şəxslərə qarşı dələduzluq edərək pul və əmlaklarını ələ keçirdiyini sonradan bilmişdir. O, istifadəsində olan 050 ***-**-** və 055 ***-**-** mobil telefon nömrələri ilə dəfələrlə Təqsirləndirilən şəxs məxsus "xxxx" və “Bakcell” mobil telefon nömrələrinə zəng edib pulunu verməsini demiş, lakin sonuncu müxtəlif bəhanələr gətirib pulumu verməmişdir. 2017-ci ilin oktyabr ayının sonlarında Təqsirləndirilən şəxs ilə telefon əlaqəsi saxlayıb danışan zaman 2017-ci ilin noyabr ayının 01-də onunla görüşəcəyini, borcundan bir hissəsini, yəni 30.000 ABŞ dolları (51.000 manat) ödəyəcəyini demişdir. O da Təqsirləndirilən şəxs dediklərini sevinclə qarşılamışdır. xx.xx.2017-ci il tarixdə Sədinin mobil nömrələrinə zəng etsə də, zəng çatmamışdır. Bundan sonra, o, Təqsirləndirilən şəxs mobil nömrəsinə “Sədi sən problem yaradırsan, biz kirvəyik, dedin, amma sona gələndə belə oldu, telefonu koda qoyubsan, məndən incimə” məzmunlu “SMS” yazmışdır. Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs3 arasında keçirilmiş 01 mart 2022-ci il tarixli üzləşdirmə protokolundan göünür ki, sonuncu ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. Təqsirləndirilən şəxs isə ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs3 ona borcu olmuş, lakin hazırda məbləğini dəqiq deyə xatırlamır. Zərərçəkmiş şəxs3 Binəqədi rayonu, Svetlana Məmmədova küçəsində yerləşən obyekti banka girov qoyub pul götürmək məqsədi ilə ona etibarnamə vermiş, o da həmin obyekti Mahmuda vermişdir. Svetlana Məmmədova küçəsindəki obyektə Zərərçəkmiş şəxs3 əmisi oğlunun şərik olduğunu bildiyi üçün həmin obyekti geri qaytarmağın lazım olduğu qərarına gəlmişdir. Bundan başqa 2014-cü ilin yay aylarında “Neftçi Baza”nın yaxınlığında yerləşən çayxanada Mahmud Tahirov və Zərərçəkmiş şəxs3lə görüşən zaman sonuncu Əlövsət Quliyev küçəsində yerləşən obyekti təklif etmiş, nortariusda obyekt Mahmud Tahirovun arvadının adına keçirilmişdir. Onların arasında olmuş razılığa əsasən X41 Paşayevə 56.000 ABŞ dolları pul vermiş, qalan 144.000 ABŞ dolları (113.000 manat) onun tərəfindən verilməli idi. X34 Məmmədova küçəsində yerləşən obyekti geri qaytarmışdır. O, Zərərçəkmiş şəxs3 olan borcundan müəyyən məbləğdə ödəniş etmişdir. Növbəti günlərdə sonuncu ondan borcunu istədikdə ödəyə bitmədiyini demişdir. O, Moskva şəhərinə gedən müddətə qədər tez-tez Zərərçəkmiş şəxs3lə telefon əlaqəsi saxlayıb danışmışdır. 2017-ci ilin oktyabr ayının sonlarında Zərərçəkmiş şəxs3lə sonuncu dəfə telefon əlaqəsi saxlayan zaman “Əlimdə işim var, 20.000-30.000 ödəyəcəm” demiş, lakin xəstəliyi ilə əlaqədar Moskva şəhərinə getdiyi üçün sonuncuya borcunu ödəyə bilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid12 Zərərçəkmiş şəxs3 göstərdiyi xüsusatları təsdiq edib anoloji ifadə vermişdir. Cinayət iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadələrində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 MMC-nin direktoru olduğu müddətdə Şahid2 və Şahid3 vasitəsi ilə Təqsirləndirilən şəxs tanımışdır. O, rəhbərlik etdiyi müəssisənin fəaliyyəti ilə əlaqədar mühəndislik xidmətlərinin yerinə yetirilməsi barədə tanışı Şahid3 demiş, sonuncu da bu xidmətləri yerinə yetirə biləcək şəxsin olduğunu bildirib onu Təqsirləndirilən şəxsla tanış etmişdir. 2017-ci ilin oktyabr ayının sonlarında “Ağ şəhər” ərazisində yerləşən ofisdə görüş zamanı Şahid3 Təqsirləndirilən şəxs təqdim edərək həmin şəxsin mühəndislik xidmətləri göstərə biləcəyini demişdir. Təqsirləndirilən şəxs "xxxx" və "xxxx" MMC-lərə məxsus rekvizitləri təqdim etmişdir. Həmin rekvizitlər əsasında müqavilə tərtib edilməli olsa da, işin təcili olması nəzərə alınaraq pulun köçürülməsi, müqavilənin isə hazır olduqdan sonra imzalanmasını aralarında razılaşdırılmışlar. 2017-ci ilin oktyabr ayının sonlarında Zərərçəkmiş şəxs1 MMCnin "xxxx" ASC-dəki bank hesabından "xxxx" və "xxxx" MMC-lərin "xxxx" ASC-nin 3 saylı filialındakı müvafiq bank hesablarına müvafiq olaraq 115.000 və 95.000 manat pul köçürmüş, növbəti gün, yəni 31 oktyabr 2017-ci il tarixdə müqavilələrin hazır olduğunu bildirmək üçün Təqsirləndirilən şəxs zəng etmiş, lakin sonuncuya zəng çatmamış və əlaqə yaratmaq mümkün olmamışdır. Bununla əlaqədar "xxxx" və "xxxx" MMC-lərə 03 noyabr 2017-ci ildə rəsmi məktub göndərərək, səhv ödənilmiş həmin pul vəsaitlərinin geri qaytarılmasını tələb etmiş, lakin heç bir nəticəsi olmamışdır. Ramazan Allahverdiyevi tanımır, sonuncu ilə hər hansı əlaqəsi olmamışdır. Cinayət işi üzrə Təqsirləndirilən şəxs və Şahid1 arasında keçirilmiş 10 fevral 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, sonuncu ifadələrində göstərdiyi xüsusatları təsdiq edib bildirmişdir ki, hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi, ev 49B mənzil 4-də yerləşən Zərərçəkmiş şəxs1 MMC-nin direktoru vəzifəsində işlədiyi müddətdə “Günəşli” neft platformasında mühəndislik xidmətlərinin yerinə yetirilməsi podrat qaydada Zərərçəkmiş şəxs1 MMC-ə verildiyindən tanışı Şahid3 bu xidmətləri icra edə biləcək şəxsin olduğunu bildirib onu Təqsirləndirilən şəxsla tanış etmişdir. O, 2017-ci ilin oktyabr ayının sonlarında “Ağ şəhər” yaşayış kompleksində yerləşən ofisdə Təqsirləndirilən şəxs, Şahid2 və Şahid3 ilə görüşmüşdür. Təqsirləndirilən şəxs ona "xxxx" MMC və "xxxx" MMC-lərinin olduğunu və bu işləri yerinə yetirə biləcəyini bildirmişdir. Onlar arasında müqavilə layihələrinin hazırlanması və işlərin sürətləndirilməsi məqsədi ilə qabaqcadan ödənişin həyata keçirilməsi razılaşdırılmışdır. Təqsirləndirilən şəxs "xxxx" və "xxxx" MMC- lərin "xxxx" ASC-nin 3 saylı filialındakı müvafiq bank hesablarını ona vermişdir. Bundan sonra o, rəhbərlik etdiyi Zərərçəkmiş şəxs1 MMC-nin "xxxx" ASC-dəki AZ75RBTA******************** nömrəli bank hesabından "xxxx" MMC-nin (VÖEN: **********) "xxxx" ASC-nin 3 saylı filailındakı müvafiq bank hesabına 30 oktyabr 2017-ci ildə 115.000 manat, "xxxx" MMC-nin (VÖEN: **********) "xxxx" ASC-nin həmin filialındakı müvafiq bank hesabına isə 30 oktyabr 2017-ci ildə 95.000 manat vəsait köçürmüşdür. Növbəti gün, yəni 31 oktyabr 2017-ci il tarixdə müqavilələrin hazır olduğunu Təqsirləndirilən şəxs bildirmək istəyərkən, sonuncunun mobil telefon nömrələrinə zəng çatmamışdır. Üzləşdirmə zamanı Təqsirləndirilən şəxs Şahid1 tanımadığım, eləcə də "xxxx" və "xxxx" MMC-lər barədə məlumatının olmadığını, onlar ilə heç bir əlaqəsinin olmadığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2007-2008-ci illərdə "xxxx" MMC-ni təsis edərək mühəndis məsləhəti xidməti ilə məşğul olmaqla, həmin MMC- nin icraçı direktoru vəzifəsini icra edir. Xətai rayonu ərazisində yerləşən “Ağ şəhər” deyilən ərazidə, “1-ci Yaşıl ada” küçəsində onun ofisi vardır. Onun tikinti sahəsində işləyən çoxsaylı dostları olduğu üçün həmin şəxslərdən kiməsə tikinti üçün avadanlıq, eləcə də usta və s. lazım olduqda ona zəng etmişlər. 2017-ci ilin iyul-avqust aylarında Zərərçəkmiş şəxs1 MMC-nin direktoru Şahid1lə tanış olmuş, həmin MMC Dövlət Neft Şirkətindən müəyyən sifarişlər almışdır. 2017-ci ilin sentyabr ayının sonlarında Şahid1 ona müraciət edərək Dövlət Neft Şirkətindən “Günəşli” yatağında 7 A saylı platformanın tikintisində mühəndislik xidmətinin göstərilməsi ilə bağlı sifariş aldığını, həmin xidmətin qısa müddətdə icra edilməsinə köməklik edilməsi məqsədi ilə əlavə şirkətlərə ehtiyac olduğunu bildirmişdir. O da tanışı Şahid3 zəng edib “Günəşli” yatağında 7 A saylı platformanın tikintisində mühəndislik xidmətinin göstərilməsində Zərərçəkmiş şəxs1 MMC-ə kömək göstərə biləcək adam və ya şirkət tanıyıbtanımadığını soruşmuşdur. Şahid3 Təqsirləndirilən şəxs adlı şəxsin 050 ***-**-** və 055 ***-**- ** mobil nömrələrini ona verib, onun mobil nömrəsini də (055 511-15-05) sonuncuya verəcəyini, bu işdə Təqsirləndirilən şəxs onlara kömək edə biləcəyini demişdir. O, da Şahid3 fikiri ilə razılaşmışdır. 2017-ci ilin sentyabr ayının sonlarında onun, ya da Təqsirləndirilən şəxs zəngi əsasında telefon vasitəsi ilə danışıb tanış olmuşlar. Telefon danışıqları zamanı “Günəşli” yatağında 7 A saylı platformanın tikintisində mühəndislik xidmətinin göstərilməsində Zərərçəkmiş şəxs1 MMC-yə kömək göstərə bilib-bilməyəcəyini soruşmuşdur. Təqsirləndirilən şəxs da Zərərçəkmiş şəxs1 MMC-yə kömək edə biləcəyini, müxtəlif şəxslərin adlarına olsa da, özü tərəfindən idarə edilən müxtəlif MMC-lərin ("xxxx", "xxxx" MMC və s) olmasını, şirkətlər arasında müqavilə bağlanılmasını və əvvəlcədən pulların köçürülməsinin vacib olduğunu bildirmişdir. Onunla Təqsirləndirilən şəxs arasında 2017-ci ilin sentyabr ayının sonlarında həmin ilin oktyabr ayının sonlarınadək mütəmadi olaraq telefon əlaqəsi olmuş və onlar müqavilənin şərtlərini müzakirə etmişlər. 2017-ci ilin oktyabr ayında “Ağ şəhər” deyilən ərazidə yerləşən ofisində Şahid1lə görüşüb “Günəşli” yatağında 7 A saylı platformanın tikintisində sonuncuya kömək edəcək Təqsirləndirilən şəxs adlı şəxsi tapdığını demişdir. Bundan sonra, həmin ofisdə Şahid3 iştirakı ilə Təqsirləndirilən şəxsla görüşmək barədə Şahid1lə razılaşmışdır. O, Şahid3 ilə telefon əlaqəsi saxlayıb sonuncunun iştirakı ilə “Ağ şəhər” deyilən ərazidə yerləşən ofisdə Təqsirləndirilən şəxsla görüşmək istədiyini bildirmişdir. Şahid3 də onun təklifinə etiraz etməyib Təqsirləndirilən şəxsla birlikdə “Ağ şəhər” deyilən ərazidə yerləşən ofisinə gələcəyini demişdir. 2017-ci ilin oktyabr ayında Şahid3, Təqsirləndirilən şəxs, Şahid1 və o, “Ağ şəhər” deyilən ərazidə yerləşən ofisdə görüşmüşlər. Təxminən 15-20 dəqiqədən sonra Şahid3 işinin olduğunu bildirib onlar ilə sağollaşıb getmişdir. Orada onlar Zərərçəkmiş şəxs1 MMC ilə bağlanacaq müqavilənin şərtlərini, görüləcək işləri müzakirə etmişlər. Təqsirləndirilən şəxs bir ədəd kağızda kompyuter vasitəsi ilə yazılmış "xxxx" və "xxxx" MMC-lərin rekvizitlərini, həmin MMC-lərin "xxxx" ASC-nin 3 saylı filialında olan xatırlamadığı bank hesab nömrələrini ona təqdim edib qısa müddətdə pulların həmin hesaba köçürülməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs həmin MMC-lərin özünə məxsus olduğunu bildirmişdir. O, da kağızda qeyd edilmiş həmin məlumatları Şahid1 vermişdir. Şahid1 və Təqsirləndirilən şəxs arasında olmuş razılığa əsasən tərəflər arasında müqavilənin imzalanmasından asılı olmayaraq işlər başladılmalı, sonradan müqavilə layihəsi hazır olduqda hər iki tərəf imza etməli idi. Həmin görüşdən sonrakı günlərdə Təqsirləndirilən şəxsla telefon əlaqəsi saxlayıb işlərin gedişatı ilə maraqlanmışdır. Ramazan Allahverdiyevi tanımır, sonuncu ilə hər hansı əlaqəsi olmamışdır. xx.xx.2017-ci il tarixdə Şahid1 ona zəng edib Zərərçəkmiş şəxs1 MMC-nin "xxxx" ASC-dəki AZ75RBTA******************** nömrəli bank hesabından "xxxx" MMC-nin "xxxx" ASC-nin 3 saylı filialındakı müvafiq bank hesabına 30 oktyabr 2017-ci ildə 115.000 manat, həmin tarixdə "xxxx" MMC-nin "xxxx" ASC-nin həmin filialındakı müvafiq bank hesabına isə 30 oktyabr 2017-ci ildə 95.000 manat vəsaitini qabaqcadan köçürdüyünü, müqavilə layihəsinin hazır olduğunu, lakin Təqsirləndirilən şəxs mobil telefon nömrələrinə zəng çatmadığını və sonuncu ilə əlaqə yaratmaq mümkün olmadığını demişdir. O da Təqsirləndirilən şəxsla əlaqə yaratmaq istəmiş, lakin sonuncu ilə əlaqə yarada bilməmişdir. Bununla əlaqədar "xxxx" və "xxxx" MMC-ə 03 noyabr 2017-ci ildə rəsmi məktub göndərilərək, səhv ödənilmiş həmin pul vəsaitlərinin geri qaytarılmasını tələb etmişlər, lakin heç bir nəticəsi olmamışdır. Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs və Şahid2 arasında keçirilmiş 01 mart 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, sonuncu ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək 2017-ci ilin oktyabr ayında onun Şahid3, Təqsirləndirilən şəxs və Şahid1 “Ağ şəhər” deyilən ərazidə yerləşən ofisdə görüşdüyünü, orada onların Zərərçəkmiş şəxs1 MMC ilə bağlanacaq müqavilənin şərtlərini, görüləcək işləri müzakirə etdiyini, Təqsirləndirilən şəxs müqavilə layihəsi təqdim etdiyini, sonuncunun "xxxx" və "xxxx" MMClərin rekvizitlərini, həmin MMC-lərin "xxxx" ASC-nin 3 saylı filialında olan bank hesab nömrələrini ona verib pulların həmin hesaba köçürülməsini dediyini, həmin MMC-lərin özünə məxsus olduğunu bildirdiyini, onun kağızda qeyd edilmiş həmin məlumatları Şahid1 verdiyini, növbəti günlərdə Təqsirləndirilən şəxsla telefon əlaqəsi saxlayıb işlərin gedişatı ilə maraqlanıb müqavilənin hazır olub- olmadığını soruşduğunu göstərmişdir. Üzləşdirmə zamanı Təqsirləndirilən şəxs Şahid2 tanıdığını etiraf etsə də, tanımış olsa da, mühəndislik xidmətlərinin göstərilməsi ilə bağlı heç bir görüşünün olmadığını, sonuncu ilə başqa iş üzrə görüşdüklərini bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmədə ifadəsi tədqiq edilmiş Şahid3 ifadələrində göstərmişdir ki, 2014-2015-cii illərdən dostu Nadirin vasitəsi ilə Təqsirləndirilən şəxs tanımış, sonuncu ilə heç bir ədavət və düşmənçiliyi olmamışdır. Onlar telefon nömrələrini öz aralarında paylaşmış, müxtəlif vaxtlarda “Ayna Sultanova” heykəlinin yaxınlığında yerləşən “Kəklik otu” çay evində, eləcə də müxtəlif ünvanlarda görüşmüşlər. Onun Təqsirləndirilən şəxsla zəngləşməyi əsasən hansısa aparat və ya alətin istənilməsi ilə bağlı olmuşdur. Şahid2 Zərərçəkmiş şəxs1 MMC-nin rəhbəri kimi hadisədən əvvəl tanımış, sonuncu ilə bir neçə dəfə müxtəlif yerlərdə görüşüb tikinti işləri ilə bağlı söhbət etmişdir. Şahid2 vasitəsi ilə Şahid1 tanımışdır. 2017-ci ilin təxminən avqust-sentyabr ayında Şahid2 və Şahid1lə görüşərkən sonuncular ondan müəssisənin fəaliyyəti ilə əlaqədar tikinti üçün mühəndislik xidmətlərinin yerinə yetirilməsinə görə hansısa tanıdığı şəxsin olub-olmadığını soruşmuş, o da Təqsirləndirilən şəxs nəzərdə tutub “Belə bir adam var, o bu işi yerinə yetirir” demişdir. O, Təqsirləndirilən şəxs zəng edərək mühəndislik xidməti göstərə bilib-bilməməsini soruşmuş, sonuncu ona mühəndislik xidməti göstərə biləcəyini dedikdən sonra həmin şəxsləri əlaqələndirmişdir. 2017-ci ilin oktyabr ayında o, Təqsirləndirilən şəxs və Şahid2la “Ağ şəhər” deyilən ərazidə yerləşən ofisdə görüşmüş, Şahid1 Şahid2 köməkçisi kimi tanımışdır. Orada Təqsirləndirilən şəxs Şahid2 və Şahid1lə tanış etmişdir. Bundan sonra həmin şəxslər arasında hansı danışıqların və bir-birilərinə pul köçürmələrindən məlumatı olmamışdır. 2017-ci ilin noyabr ayında Şahid2 ona zəng edərək Təqsirləndirilən şəxs harada olmasını soruşmuş, o da heç bir məlumatının olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs zəng etdikdə sonuncunun telefonuna zəng çatmamışdır. Həmin vaxt Şahid2 və Şahid1lə görüşəndə həmin şəxslər Təqsirləndirilən şəxs ümumilikdə 210.000 manat pul köçürdüklərini, sonuncu isə pulu götürüb, iş görmədən çıxıb getdiyini demişdir. Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs və Şahid3 arasında keçirilmiş 10 fevral 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, sonuncu ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. Təqsirləndirilən şəxs üzləşdirmə zamanı ifadəsində Şahid3 onu Şahid1lə deyil, Şahid2 və adını dəqiq bilmədiyi şəxslə “8-ci km”də adını xatırlamadığı restoranda tanış etdiyini, satmaq məqsədi ilə Rusiyaya “Nar” meyvəsi göndərməyi Şahid2 təklif etdiyini, lakin sonuncunun onun təklifindən imtina etdiyini, X3 iş adamının vasitəsi ilə tanıdığını, sonuncunun su sayğaclarının satışı ilə məşğul olmasını bildiyini, sifarişi əsasında Çindən gətirilmiş su sayğaclarını Ramazan Allahverdiyevə satdığını, “Ağ şəhər” deyilən ərazidə yerləşən ofisdə bir dəfə Şahid2la təklikdə görüşdüyünü, orada Şahid1 iştirak etmədiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş "xxxx" ASC-nin İdarə Heyatinin sədri Şahid4 ifadəsində göstərmişdir ki, xx.xx.2017-ci ilin tarixdən "xxxx" ASC-nin sədr müavini, xx.xx.2017ci il tarixdən isə sədr vəzifəsində işləyir. "xxxx" və "xxxx" MMC- lərin direktoru Ramazan Allahverdiyevi, eləcə də Sədi Nəciməddinovu tanımır, həmin şəxslərlə onun arasında heç bir münasibət olmamışdır. 2017-ci ilin oktyabr- noyabr aylarında "xxxx" ASC-nin sədr müavini kimi vəzifəsi, kredit və satış blokuna nəzarət etməkdən ibarət olmuşdur. Sədr kimi isə onun vəzifəsi ümumi nəzəratdən ibarət olmuşdur. Ölkə daxili köçürmələrə Bank filialının özü məsuliyyət daşıyır və özü cavabdehdir. Ölkə daxili köçürmələrə Mərkəzi ofis tərəfindən bilavasitə nəzarət edilmir. "xxxx" ASC-dəki Zərərçəkmiş şəxs1 MMC-nin AZ75RBTA******************** nömrəli hesabından xx.xx.2017-ci ildə "xxxx" ASC-nin 3 saylı filialındakı "xxxx" MMC-nin AZ43GUNA******************** nömrəli hesabına 115.000 manat, "xxxx" MMC-nin həmin filialdakı AZ90GUNA******************** nömrəli hesabına isə 95.000 manat pul köçürülmüşdür. Ramazan tərəfindən ödəniş tapşırıqlarına əsasən xx.xx.2017-ci il tarixdə 114.770 manat "xxxx" ASC- nin 3 saylı filialındakı "xxxx" MMC-nİn hesabından, xx.xx.2017-ci il tarixdə "xxxx" ASCnin 3 saylı filialındakı "xxxx" MMC-nin hesabından 94.810 manat pul "xxxx" MMC-nin "xxxx" ASC-nin 5 saylı filialındakı AZ26NİCB**********0001A40060 nömrəli hesabına köçürmüşdür. Bank köçürmələri qanun çərçivəsində və təlimata uyğun həyata keçirilmişdir. Daxili köçürmələrdə müqavilə və ya hər hansı sənəd tələb edilməyə bilər. "xxxx" ASC-nin nəzdində fəaliyyət göstərən hər bir filial və şöbənin ayrıca bank kodu olur, qanun çərçivəsində müstəqil fəaliyyət göstərir. Mərkəz tərəfindən ölkə daxili köçürmələrə bilavasitə nəzarət olunmur. Məhkəmədə şahid qismində dindirilmiş "xxxx" ASC-nin 3 saylı filialının sabiq müdiri Şahid14 ifadəsində göstərmişdir ki, Ramazan adlı şəxsi 2017-ci ilin iyun-avqust aylarından müştəri kimi tanımış, Təqsirləndirilən şəxs isə tanımır. 2017-ci ilin iyun- avqust aylarında Ramazan "xxxx" ASC-nin 3 saylı filialına gələrək bank hesabının açılması barədə müraciət etmişdir. Həmin dövrdə "xxxx" ASC- də pul köçürməsi zamanı komission haqqı digər banklara nisbətdə aşağı, yəni 0.2 faiz olmuşdur. Ona görə də, müştərilər pul köçürməsi üçün onların bankına daha çox müraciət etmişlər. Ramazan da digər müştərilər kimi onların bankına müraciət edərək icraçı direktoru olduğu müxtəlif MMC-lər üçün bank hesabları açdırmışdır. "xxxx" və "xxxx" MMC-lərin direktoru Ramazan Allahverdiyevdən başqa, həmin MMC-lərin vəzifəli şəxslərindən heç kimi tanımır. "xxxx" ASC-dəki Zərərçəkmiş şəxs1 MMC-nin AZ75RBTA******************** nömrəli bank hesabından xx.xx.2017-ci ildə "xxxx" ASC-nin 3 saylı filialındakı "xxxx" MMC-nin AZ43GUNA******************** nömrəli bank hesabına 115.000 manat, "xxxx" MMC-nin həmin filialdakı AZ90GUNA******************** nömrəli bank hesabına isə 95.000 manat pul köçürülmüşdür. Ramazan tərəfindən ödəniş tapşırıqlarına əsasən xx.xx.2017-ci il tarixdə 114.770 manat "xxxx" ASC- nin 3 saylı filialındakı "xxxx" MMC-nin hesabından, xx.xx.2017-ci il tarixdə "xxxx" ASC-nin 3 saylı filialındakı "xxxx" MMC-nin hesabından isə 94.810 manat pul "xxxx" MMC-nin "xxxx" ASC-nin 5 saylı filialındakı AZ26NİCBO**********001A40060 nömrəli hesabına köçürülmüşdür. Həmin bank əməliyyatını "xxxx" ASC-nin 3 saylı filialının bank əməliyyatçısı icra etmiş, maliyyə nəzarətçisi Xalidə Babayeva həmin ödəniş tapşırıqlarını yoxlayıb imzası ilə təsdiq etdikdən sonra ona təqdim etmişdir. O da həmin ödəniş tapşırıqlarını imza etdikdən və filialın möhrü ilə təsdiq etdikdən sonra pul köçürməsi icra edilmişdir. Ödəniş tapşırıqları müştəri tərəfindən banka təqdim edildikdən 3 gün müddətində icra edilə bilər. Ramazan tərəfindən onun rəhbərlik etdiyi bank filialına təqdim edilmiş xx.xx.2017-ci il tarixli ödəniş tapşırıqları bank tərəfindən xx.xx.2017-ci il və xx.xx.2017-ci il tarixlərdə icra edilmişdir. Ödəniş tapşırıqlarının üzərindəki xx.xx.2017-ci il və xx.xx.2017-ci il tarixli ştampfar bank əməliyyatçısı tərəfindən sənədin üzərinə vurulmuş və həmin şəxs tərəfindən imzalanmışdır. Ödəniş tapşırığında ödənişin təyinatı kimi müqavilə göstərilmişdirsə, demək həmin müqavilə mövcuddur. Həmin müqavilənin istintaqa təqdim edilməməsinin səbəbini bilmir. Ramazan Allahverdiyev "xxxx" və "xxxx" MMC-lərin bank hesablarının açılması üçün həmin MMC- lərin nizamnamələrini, dövlət reyestr xidmətindən çıxarışları, vöenləri, imza nümunələrini (notariusda təsdiqlənmiş formada), şəxsiyyət vəsiqəsinin surətini, icraçı direktor vəzifəsinə təyin edilməsi haqqında əmrini, vergi orqanlarından alınmış şəhadətnamə-dublikatı və hesab açılması üçün ərizəni banka təqdim etdikdən sonra həmin MMC-lərin bank hesabları açılmışdır. Hesabların açılması ilə bağlı ərizələri Ramazan Allahverdiyev yazmış və imzası ilə təsdiq etmişdir. Həmin ərizələrdə “Baş mühasib” qrafasındakı imzalar Xalidə Babayevaya, "xxxx" qrafasındakı imzalar ona məxsusdur. MMC-lərin milli və xarici valyuta ilə hesablarının açılması haqqındakı müqavilələr onunla Ramazan arasında bağlanmışdır. Həmin hesablar üzrə Ramazan tərəfindən müxtəlif köçürmələr edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş "xxxx" ASC-nin 3 saylı filialının Maliyyə nəzarətçisi X21 ifadəsində göstərmişdir ki, Ramazan adlı şəxsi 2017-ci ilin iyun-avqust aylarından müştəri kimi tanımış, Təqsirləndirilən şəxs tanımır. 2017-ci ilin iyun-avqust aylarında Ramazan Allahverdiyev "xxxx" ASC-nin 3 saylı filialına gələrək bank hesabının açılması barədə müraciət etmişdir. Həmin dövrdə "xxxx" ASC-də pul köçürməsi zamanı komission haqqı digər banklara nisbətdə aşağı, yəni 0.2 faiz olduğu üçün müştərilər pul köçürməsi üçün həmin banka daha çox müraciət etmişlər. Ramazan da digər müştərilər kimi onların bankına müraciət edərək müxtəlif MMC-lər üçün bank hesabları açdırmışdır. "xxxx" və "xxxx" MMC-lərin direktoru Ramazan Allahverdiyevdən başqa, həmin MMC-lərin vəzifəli şəxslərindən heç kimi tanımır. “Rabitəbank" ASC-dəki Zərərçəkmiş şəxs1MMC-nin AZ75RBTA******************** nömrəli hesabından xx.xx.2017-ci ildə "xxxx" ASC-nin 3 saylı filialındakı "xxxx" MMC-nin AZ43GUNA******************** nömrəli hesabına 115.000 manat, "xxxx" MMC-nin həmin filialdakı AZ90GUNA******************** nömrəli hesabına isə 95.000 manat pul köçürülmüşdür. Ramazan tərəfindən ödəniş tapşırıqlarına əsasən xx.xx.2017-ci il tarixdə 114.770 manat "xxxx" ASC- nin 3 saylı filialındakı "xxxx" MMC-nin hesabından, xx.xx.2017-ci il tarixdə "xxxx" ASC-nin 3 saylı filialındakı "xxxx" MMC-nin hesabından 94.810 manat pul "xxxx" MMC-nin "xxxx" ASC-nin 5 saylı filialındakı AZ26NİCBO**********001A40060 nömrəli hesabına köçürülmüşdür. "xxxx" ASC-nin 3 saylı filialında bank əməliyyatçısı Şahid6 Ramazan Allahverdiyevdən ödəniş tapşırığını qəbul edib ştamp vurub imza etmiş, daha sonra həmin sənədləri ona təqdim etmişdir. O da həmin sənədləri yoxlayıb imzası ilə təsdiq edərək filial müdirinə təqdim etmişdir. Filial müdiri Fərid həmin sənədləri imza etdikdən sonra o, sənədləri əməliyyatçıya vermişdir. Bundan sonra köçürmə əməliyyatı sistemdə yığılmışdır. O, sistemdə ödəniş taşırığının eyniliyini yenidən yoxlayıb icra edir. Ödəniş tapşırıqları müştəri tərəfindən banka təqdim edildikdən 3 gün müddətində icra edilə bilər. Ramazan Allahverdiyev tərəfindən bank filialına təqdim edilmiş xx.xx.2017-ci il tarixli ödəniş tapşırıqları bank tərəfindən xx.xx.2017-ci il və xx.xx.2017-ci il tarixlərdə icra edilmişdir. Ödəniş tapşırıqlarının üzərindəki xx.xx.2017-ci il və xx.xx.2017-ci il tarixli ştamplar bank əməliyyatçısı tərəfindən sənədin üzərinə vurulmuş və həmin şəxs tərəfindən imzalanmışdır. Ödəniş tapşırığında ödənişin təyinatı müştəri tərəfindən göstərilir. Ölkə daxili köçürmələr zamanı ödəniş təyinatında göstərilmiş sənədlər tələb edilmədiyi üçün həmin qrafada göstərilmiş sənədlərin mövcudluğunu bilmir. Ramazan Allahverdiyev "xxxx" və "xxxx" MMC-lərin bank hesablarının açılması üçün həmin MMC-lərin nizamnamələrini, dövlət reyestr xidmətindən çıxarışları, vöenləri, imza nümunələrini (notariusda təsdiqlənmiş formada), şəxsiyyət vəsiqəsinin surətini, icraçı direktor vəzifəsinə təyin edilməsi haqqında əmrini, vergi orqanlarından alınmış şəhadətnamə-dublikatı və hesab açılması üçün ərizəni banka təqdim etdikdən sonra həmin MMC-lərin bank hesabları açılmışdır. Hesabların açılması ilə bağlı ərizələri Ramazan Allahverdiyev yazmış və imzası ilə təsdiq etmişdir. Həmin ərizələrdə “Baş mühasib” qrafasındakı imzalar ona, "xxxx" qrafasındakı imzalar isə Fəridə məxsusdur. "xxxx" və "xxxx" MMC-lərin milli və xarici valyuta ilə hesablarının açılması haqqındakı müqavilələr Fərid ilə Ramazan arasında bağlanmışdır. Həmin hesablar üzrə sonuncu tərəfindən müxtəlif köçürmələr edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş "xxxx" ASC-nin 3 saylı filialının baş mütəxəssisi Şahid6 şahid Xalidə Babayevanın göstərdiyi xüsusatları təsdiq edib analoji ifadə vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş "xxxx" ASC-nin Maliyyə Departamentinin Daxili Mühasibatlıq şöbəsinin X24 mütəxəssisi Şahid7 ifadəsində göstərmişdir ki, xx.xx.2017-cı il tarixdə "xxxx" ASC-nin 5 saylı filialında hüquqi şəxslərlə iş üzrə mütəxəssis vəzifəsində işləmişdir. O, Təqsirləndirilən şəxs və Ramazan Allahverdiyevi tanımır, həmin şəxslərlə heç bir münasibəti, əlaqəsi olmamış, sonuncunu "xxxx" ASC-nin 5 saylı filialında "xxxx" MMC-ə aid hesabın açılması zamanı görmüşdür. Ramazan Allahverdiyev hesabın açılması üçün ona xatırlamadığı tarixdə müraciət edib "xxxx" MMC üçün "xxxx" ASC-nin 5 saylı filialında bank hesabı açmaq istədiyini bildirmişdir. O da Ramazan Allahverdiyevə zəruri sənədlərin siyahısını demiş, imza və möhür nümunələri üçün "xxxx"nın blankını vermişdir. xx.xx.2017-ci il tarixdə Ramazan "xxxx" MMC-nin notariusda təsdiq edilmiş nizamnaməsinin surətini, notariusda təsdiq edilmiş imza və möhür nümunələrini, notariusda təsdiq edilmiş dövlət reyestrindən çıxarışının surətini, özünün və təsisçinin şəxsiyyət vəsiqələrinin surətini, direktorun təyin edilməsi barədə əmrin, Vergilər Nazirliyi tərəfindən “Taxıbank” sisteminə göndərilmiş şəhadətnamə-dublikatını təqdim etmişdir. O da həmin sənədlərin rekvizitlərinə baxıb yerində olduğuna əmin olduqdan sonra sənədləri qəbul etmişdir. Bundan sonra xx.xx.2017-ci il tarixdə o, sistemdən çıxmış iki ədəd, ABŞ dolları və manat üzrə hesabın açılması haqqında ərizəni, ərizə anketini, Bank hesabı müqaviləsini, bank tarifləri haqqında müqavilələri, factanı Ramazan Allahverdiyevə vermiş, sonuncu da onun təqdim etdiyi sənədləri imzalayıb l‘SİRAT- 2017” MMC-nin möhürü ilə təsdiq etmişdir. O, hesabın açılması haqqında ərizələrdə özünə aid hissədə, yəni “Məsul şəxs” qrafasında imza etmişdir. Bundan sonra o, hesabın açılması haqqında sənədləri "xxxx" ASC-nin 5 saylı filialının müdiri Şahid8 təqdim etmişdir. Şahid8 sənədlər ilə tanış olduqdan sonra hesabın açılması haqqında ərizələrdə "xxxx" qarafasında və müqavilədə filial müdirinə aid qrafalarda imza etmişdir. Bundan sonra, xx.xx.2017-ci il tarixdə "xxxx" MMC-nin "xxxx" 5 saylı filialında AZ24NİCB**********0002U40160 nömrəli ABŞ dolları valyutası ilə olan və AZ26NİCB**********0001A40060 nömrəli Azərbaycan manatı ilə olan hesabları açılmışdır. Bundan başqa, xx.xx.2018-ci il tarixdə Ramazan "xxxx" MMC və “Asalet Otomotıv və X36 və Limited Sırketı” arasında bağlanmış xx.xx.2018-ci il tarixli, AS17/210-146 nömrəli müqaviləni təqdim edərək müxtəlif çeşidlərdə məişət texnikaları və tekstil məhsullarının alınması üçün sonuncu şirkətin “X20 şöbəsi”ndəki TR ********************5002 nömrəli bank hesabına pul köçürmək istədiyini bildirmiş, eləcə də həmin pul köçürməsinin icra edilməsi üçün “Asalet Otomotıv və X36 və Limited Sırketı” tərəfindən ona verilmiş 216.345 ABŞ dollarının köçürülməsi haqqında xx.xx.2017-ci il tarixli, 001 nömrəli “İnvoice”i təqdim etmişdir. O da həmin sənədlər ilə tanış olub müqavilə və “invoice”in üzərinə 4 nömrəli ştamp vurub üzərindən imza edərək 216.345 ABŞ dollarının köçürülməsi haqqında qeyd etmişdir. xx.xx.2017-ci il tarixli sifariş əsasında "xxxx" MMC-nin AZ26NİCB**********0001A40060 hesabındakı 368.853,35 manat pulu 216.345,00 ABŞ dollarına konvertasiya etmişdir. Həmin sifariş sənədinə 4 nömrəli ştamp vurub üzərindən imza etmişdir. Şahid8 həmin pulun köçürməsinə viza verdikdən sonra xx.xx.2018-ci il tarixli ödəniş tapşırığına əsasən "xxxx" MMC-nin AZ24NİCB**********0002U40160 nömrəli bank hesabından “Asalet Otomotıv və X36 və Limited Sırketı” TR ********************5002 nömrəli hesabına 216.345 ABŞ dolları köçürmə icra edilmişdir. Həmin ödəniş tapşırığına 4 nömrəli ştamp vurub üzərindən imza etmişdir. Eyni qayda da, Ramazan Allahverdiyevin müraciəti əsasında xx.xx.2017-ci il və xx.xx.2017-ci il tarixli ödəniş tapşırıqlarına əsasən "xxxx" ASC-nin 5 saylı filialındakı "xxxx" MMC-nin AZ24NİCB**********0002U40160 nömrəli bank hesabından “X16 BANK”dakı “Asalet Otomotıv və X36 və Limited Sırketı”nin TR ********************03 nömrəli hesabına 140.022 və 139.355 ABŞ dolları pul köçürülmüşdür. Həmin ödəniş tapşırığına 4 nömrəli ştamp vurub üzərindən imza etmişdir. Zahid həmin pulun köçürməsinə viza verdikdən sonra həmin əməliyyat icra edilmişdir. Aytən Əhmədova ifadəsində göstərmişdir ki, xx.xx.2017-ci il tarixli sifariş əsasında "xxxx" MMC-nin AZ26NİCB**********0001A40060 nömrəli bank hesabındakı 238.923,33 manat pulu 140.444,00 ABŞ dollarına konvertasiya etmişdir. Həmin sirafiş sənədinə 4 nömrəli ştamp vurub üzərindən imza etmişdir. xx.xx.2017-ci il tarixli sifariş əsasında "xxxx" MMC-nin AZ26NİCB**********0001A40060 nömrəli bank hesabındakı 237.797,51 manat pulu 139.774,00 ABŞ dollarına konvertasiya etmişdir. Həmin sirafiş sənədinə 4 nömrəli ştamp vurub üzərindən imza etmişdir. Ona məlum olmayan səbəbdən xx.xx.2018-ci il tarixdə sonuncu məbləğ, yəni 139.355 ABŞ dolları "xxxx" MMC-nin AZ24NİCB**********0002U40160 nömrəli bank hesabına geri qaytarılmış, həmin tarixdə Ramazan Allahverdiyevin sifarişi əsasında həmin məbləğ, yəni 139.355 ABŞ dolları 235.451,47 manat pula konvertasiya edilmişdir. Həmin sifariş sənədinə 4 nömrəli ştamp vurub üzərindən imza etmişdir. Eyni qayda da, Ramazan Allahverdiyevin müraciəti əsasında xx.xx.2017-ci il tarixli ödəniş tapşırığına əsasən "xxxx" ASC-nin 5 saylı filialındakı "xxxx" MMC-nin AZ26NİCB**********0001A40060 nömrəli hesabından "xxxx" MMC-nin "xxxx" ASC-nin 3 saylı filialındakı AZ50GUNA******************** nömrəli hesabına 209.944 manat pul köçürülmüşdür. Həmin ödəniş tapşırığına 4 nömrəli ştamp vurub üzərindən imza etmişdir. Zahid müəllim həmin pulun köçürülməsinə viza verdikdən sonra həmin əməliyyat icra edilmişdir. Pulun köçürülməsi təyinatı xx.xx.2017-ci il tarixli səhv göndərilən pulun geri qaytarılması olmuşdur. Həmçinin, Ramazan Allahverdiyevin müraciəti əsasında xx.xx.2017-ci il tarixli ödəniş tapşırığına əsasən "xxxx" ASC-nin 5 saylı filialındakı "xxxx" MMC-nin AZ26NİCB**********0001A40060 nömrəli hesabından "xxxx" MMC-nin "xxxx" ASC-nin 3 saylı filialındakı AZ50GUNA******************** nömrəli hesabına 25.260 manat pul köçürülmüşdür. Həmin ödəniş tapşırığına 4 nömrəli ştamp vurub üzərindən imza etmişdir. Zahid müəllim həmin pulun köçürməsinə viza verdikdən sonra həmin əməliyyat icra edilmişdir. Pulun köçürülməsi təyinatı xx.xx.2017-ci il tarixli M02/49 nömrəli müqavilə olmuşdur. Eləcə də, Ramazan Allahverdiyevin müraciəti əsasında xx.xx.2017-ci il tarixli ödəniş tapşırığına əsasən "xxxx" ASC-nin 5 saylı filialındakı "xxxx" MMCnin AZ26NİCB**********0001A40060 nömrəli hesabından "xxxx" MMC-nin "xxxx" ASC-nin Səbail filialındakı AZ06BBTB******************** nömrəli hesabına 6.871 manat pul köçürülmüşdür. Həmin ödəniş tapşırığına 4 nömrəli ştamp vurub üzərindən imza etmişdir. Zahid müəllim həmin pulun köçürməsinə viza verdikdən sonra həmin əməliyyat icra edilmişdir. Pulun köçürülməsi təyinatı xx.xx.2017-ci il tarixli M03/16 nömrəli müqavilə olmuşdur. "xxxx" MMC-nin "xxxx" 5 saylı filialında AZ24NİCB**********0002U40160 nömrəli ABŞ dolları ilə olan və AZ26NİCBO**********001A40060 nömrəli Azərbaycan manatı ilə olan hesabları 27.10.201-ci il tarixdə açılmışdır. Şəhadətnamədəki xx.xx.2017-ci il tarix hesabın açılması barədə cavab tarixini göstərir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmədə ifadəsi tədqiq edilmiş "xxxx" ASC-nin 5 saylı filialının müdiri Şahid8 Şahid7 göstərdiyi xüsusatları təsdiq edib analoji ifadə vermişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmədə ifadəsi tədqiq edilmiş Şahid10 ifadəsində göstərmişdir ki, dostu Mahmud Tahirovun vasitəsi ilə Təqsirləndirilən şəxsla tanış olmuşdur. xx.xx.2010-cü il tarixdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 Bakı şəhəri Binəqədi rayonu, Svetlana Məmmədova küçəsində 205 saylı yaşayış binasının yarımzirzəmisində yerləşən qeyri yaşayış obyektini verdiyini deyib həmin obyekt barədə onun adına etibarnamə almağı xahiş etmişdir. O da Təqsirləndirilən şəxs təklifinə etiraz etməmiş, təxminən 3-4 ay sonra dostu X51 Nəcimətdinovun dələduzluq edərək birinciyə məxsus yaşayış mənzilini satıb külli miqdarda ziyan vurduğunu, həmin ziyanın əvəzində Bakı şəhəri Binəqədi rayonu, Svetlana Məmmədova küçəsində 205 saylı yaşayış binasının yarımzirzəmisində yerləşən qeyri yaşayış obyektini vermək istədiyini bildirmişdir. O da Mahmud Tahirova həmin obyektin sahibinin ona etibarnamə verdiyini demişdir. Təqsirləndirilən şəxs təklifindən sonra Bakı şəhəri 41 saylı notarius ofisində onun da iştirak etdiyi formal olaraq alqı-satqı müqaviləsi bağlanmış, həmin obyekt Mahmud Tahirovun hazırda xatırlamadığı tanışına satılmış, lakin obyekt faktiki olaraq borcun əvəzində Təqsirləndirilən şəxs tərəfindən Mahmud Tahirova verilmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 razılığı olmadan həmin qeyri yaşayış obyektini borcunun əvəzində Mahmud Tahirova verdiyini sonradan bilmişdir. O, əvvəllər Təqsirləndirilən şəxsla telefon əlaqəsi saxlayıb tez-tez görüşsə də, sonuncunun dələduz olduğunu bildikdən sonra əlaqələrini kəsmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərmişdir ki, 2010-ci ilin iyul ayının sonlarında dostu Mahmud Tahirov borcun əvəzində Bakı şəhəri Binəqədi rayonu, Svetlana Məmmədova küçəsində 205 saylı yaşayış binasının yarımzirzəmisində yerləşən qeyri yaşayış obyektinin onun adına alınmasını təklif etmişdir. Bundan sonra Bakı şəhəri 41 saylı Notarius ofisində onunla Şahid10 adlı şəxs arasında “Daşınmaz əmlakın alqı-satqına dair” xx.xx.2010-cu il tarixli AN-1№ ******* qeydiyyat nömrəli müqavilə bağlanmış, Bakı şəhəri Binqədi rayonu, Svetlana Məmmədova küçəsi, 205 nömrəli binanın yarımzirzəmisində yerləşən qeyri yaşayış sahəsi ona satılmış, lakin faktiki olaraq Mahmud Tahirova verilmiş, sonradan Mahmud Tağıyevin təklifi ilə obyekti qaytarmış, lakin kimə qaytardığını xatırlamır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işində olan məhkəmə-xətşunaslıq ekspertiasın xx.xx.2018-ci il tarixli 17219 saylı rəyindən görünür ki, 1.1. Ekspertizaya təqdim olunmuş, "xxxx" ASC-dəki "xxxx" MMC-nin AZ50GUNA******************** və AZ43GUNA********************, "xxxx" MMC-nin AZ 97 GUA ******************** və AZ 90 GUNA ******************** hesablarının açılması barədə ərizələrdə “Müvəkkil şəxs” qrafasındakı imzalar; xx.xx.2017-ci il tarixli bank hesabının açılması haqqında müqavilədə "xxxx" MMC-nin rəhbəri” qrafasındakı imza; xx.xx.2017-ci il tarixli bank hesabının açılması haqqında müqavilədə "xxxx" MMC-nin rəhbəri” qrafasındakı imza; xx.xx.2017-ci il tarixli "xxxx" ASC-ə aid 2 ədəd ödəniş tapşırıqlarında “müştəriin imzası” qrafasındakı imzalar-X8 tərəfindən icra olunmuşdur. 1.2. Ekspertizaya təqdim olunmuş "xxxx" MMC-yə aid 05 iyul 2017-ci il tarixli və xx.xx.2018-ci il tarixli əmrlərdəki təsisçiyə aid imzalar- X22 tərəfindən icra olunmuşdur. 1.3. Ekspertizaya təqdim olunmuş, "xxxx" MMC-yə aid 21 avqust 2017-ci il tarixli əmrdə təsisçiyə aid imza; "xxxx" MMC-nin nizamnaməsinin kserosurətində təsisçiyə aid hissədə əks olunmuş imza-X7 tərəfindən icra olunmuşdur.
2. Ekspertizaya təqdim olunmuş, "xxxx" MMC-nin nizamnaməsinin kserosurətində təsisçiyə aid hissədə əks olunmuş imza-X22 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Cinayət işində olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən götürülmüş "xxxx" MMC-nin təsisçilərinin xx.xx.2004-cü il tarixli qərarına əsasən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, müxtəlif növ məhsulların istehsalı və realizə edilməsi, cəmiyyətin fəaliyyətində gəlirin əldə edilməsi və cəmiyyətin fəaliyyətindən əldə edilən gəlir hesabına cəmiyyətin, işçilərinin və təsisçilərinin iqtisadi maraqlarının təmin edilməsi məqsədi ilə "xxxx" MMC təsis edilmiş və X14 qanuni təmsilçi vəzifəsinə təyin edilmişdir. Cinayət işində olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən götürülmüş dövlət reyestrindən çıxarışa əsasən "xxxx" MMC xx.xx.2004-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Bakı bölgə şöbəsində 0104-P67-40657 qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış və həmin tarixdə nizamnaməsi təsdiq edilmişdir. Cinayət işində olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən götürülmüş "xxxx" MMC-nin nizamnaməsinə əsasən xx.xx.2010-cu il tarixdə cəmiyyətin nizamnaməsində dəyişiklik edilərək təsisçi X32 nizamnamə payının 100 faiz olması göstərilmişdir. Cinayət işində olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən götürülmüş dövlət reyesterindən çıxarışa əsasən xx.xx.2012-ci il tarixdə "xxxx" MMC Azərbaycan Respublikası Vergilər Nazirliyi Bakı şəhəri Vergi Departamentinin Kommersiya X25 Qeydiyyatı idarəsində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış və həmin tarixdə nizamnaməsi 2-ci redaksiyada təsdiq edilmişdir. Cinayət işində olan "xxxx" MMC-nin nizamnaməsinə xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən "xxxx" MMC ********** nömrə ilə qeydiyyata alınmış və təsisçisi X22 olmuşdur. Həmin tarixdə MMC-nin nizamnaməsi onlayn qayda da təsdiq edilmiş və nizamnamədə cəmiyyət Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan bütün fəaliyyət növləri ilə, o cümlədən xüsusi icazə alınmasını tələb edən müəyyən fəaliyyət növləri ilə yalnız müvafiq icazəni (lisenziyanı) aldıqdan sonra məşğul ola bilməsi qeyd edilmişdir. Cinayət işində olan xx.xx.2017-ci il tarixli dövlət reyestrindən çıxarışa əsasən "xxxx" MMC xx.xx.2017-ci il tarixdə təsis edilmiş, təsisçi və qanuni təmsilçi X22 olmuşdur. Cəmiyyətin hüquqi ünvanı- Saatlı rayonu, Saatlı şəhəri, H.Əliyev küçəsi, ev 114 olmuşdur. Cinayət işində olan xx.xx.2017-ci il tarixli "xxxx" MMC-nin təsisçisi X12 əmrinə əsasən X8 MMC-nin direktoru vəzifəsinə təyin edilmişdir. Cinayət işində olan xx.xx.2018-ci il tarixli "xxxx" MMC-nin təsisçisi X12 əmrinə əsasən X8 MMC-nin direktoru vəzifəsindən azad edilmiş, işçi ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Cinayət işində olan xx.xx.2017-ci il tarixli Bank hesablarının açılması barədə ərizəyə əsasən müvəkkil şəxs X8 həmin tarixdə "xxxx" ASC- nin 3 saylı filialına müraciət edərək "xxxx" MMC-nin “cari AZN” hesabının açılmasını xahiş etmişdir. Həmin tarixdə "xxxx" ASC-nin 3 saylı filialında "xxxx" MMC üçün AZ90GUNA******************** nömrəli bank hesabı açılmışdır. Cinayət işində olan xx.xx.2017-ci il tarixli Bank hesablarının açılması barədə ərizəyə əsasən müvəkkil şəxs X8 həmin tarixdə "xxxx" ASC- nin 3 saylı filialına müraciət edərək "xxxx" MMCnin “cari USD” hesabının açılmasını xahiş etmişdir. Həmin tarixdə "xxxx" ASC-nin 3 saylı filialında "xxxx" MMC üçün AZ97GUNA******************** nömrəli bank hesabı açılmışdır. Cinayət işində olan xx.xx.2017-ci il tarixli Bank hesablarının açılması haqqında müqaviləyə əsasən "xxxx" ASC-nin 3 saylı filialında "xxxx" MMC üçün Azərbaycan manatı ilə AZ90GUNA******************** nömrəli və ABŞ dolları ilə AZ97GUNA******************** nömrəli bank hesabları açılmışdır. Müqavilədə tərəf kimi "xxxx" MMC-ni X8 təmsil etmişdir. Cinayət işində olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən və "xxxx" ASC-nin 3 saylı filialından götürülmüş "xxxx" MMC-nin nizamnaməsinə əsasən həmin nizamnamə xx.xx.2017 -ci il tarixdə yeni redaksiyada təsdiq edilmiş və nizamnamədə cəmiyyət Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan bütün fəaliyyət növləri ilə, o cümlədən xüsusi icazə alınmasını tələb edən müəyyən fəaliyyət növləri ilə yalnız müvafiq icazəni (lisenziyanı) aldıqdan sonra məşğul ola bilməsi qeyd edilmişdir. Cinayət işində olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən götürülmüş xx.xx.2017-ci il tarixli dövlət reyestrindən çıxarışa əsasən "xxxx" MMC xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən qeydiyyata alınmış, təsisçi və qanuni təmsilçi Ələkbər Abdullayev olmuş və hüquqi ünvanı Saatlı rayonu, Qıraqlı kəndi olmuşdur. Cinayət işində olan xx.xx.2017-ci il tarixlə "xxxx" MMC-nin təsisçisi X1 əmrinə əsasən X8 MMC-nin direktoru vəzifəsinə təyin edilmişdir. Cinayət işində olan xx.xx.2017-ci il tarixli Bank hesablarının açılması barədə ərizəyə əsasən müvəkkil şəxs X8 həmin tarixdə "xxxx" ASC- nin 3 saylı filialına müraciət edərək "xxxx" MMCnin “cari AZN” hesabının açılmasını xahiş etmişdir. Həmin tarixdə "xxxx" ASC-nin 3 saylı filialında "xxxx" MMC üçün AZ43GUNA******************** nömrəli bank hesabı açılmışdır. Cinayət işində olan xx.xx.2017-ci il tarixli Bank hesablarının açılması barədə ərizəyə əsasən müvəkkil şəxs X8 həmin tarixdə "xxxx" ASC- nin 3 saylı filialına müraciət edərək "xxxx" MMCnin “cari USD” hesabının açılmasını xahiş etmişdir. Həmin tarixdə "xxxx" ASC-nin 3 saylı filialında "xxxx" MMC üçün AZ50GUNA******************** nömrəli bank hesabı açılmışdır. Cinayət işində olan xx.xx.2017-ci il tarixli Bank hesablarının açılması haqqında müqaviləyə əsasən "xxxx" ASC-nin 3 saylı filialında "xxxx" MMC üçün Azərbaycan manatı ilə AZ43GUNA******************** nömrəli və ABŞ dolları ilə AZ50GUNA******************** nömrəli bank hesabları açılmışdır. Müqavilədə tərəf kimi "xxxx" MMC-ni X8 təmsil etmişdir. Cinayət işində olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən götürülmüş "xxxx" MMC-nin nizamnaməsinə əsasən xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikası Azərbaycan Respublikası Vergilər Nazirliyi Bakı şəhəri Lokal Gəlirlər Departamentində "xxxx" MMC ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış və həmin tarixdə nizamnaməsi təsdiq edilmişdir. Həmin nizamnaməyə əsasən cəmiyyət Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan bütün fəaliyyət növləri ilə, o cümlədən xüsusi icazə alınmasını tələb edən müəyyən fəaliyyət növləri ilə yalnız müvafiq icazəni (lisenziyanı” aldıqdan sonra məşğul ola bilər. Cinayət işində olan "xxxx" ASC-nin 3 saylı filialından götürülmüş "xxxx" MMC- nin nizamnaməsinə əsasən xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən "xxxx" MMC ********** nömrə ilə qeydiyyata alınmış və təsisçisi X30 olmuşdur. Həmin tarixdə MMC-nin nizamnaməsi yeni redaksiyada təsdiq edilmiş və nizamnamədə cəmiyyət Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan bütün fəaliyyət növləri ilə, o cümlədən xüsusi icazə alınmasını tələb edən müəyyən fəaliyyət növləri ilə yalnız müvafiq icazəni (lisenziyanı) aldıqdan sonra məşğul ola bilməsi qeyd edilmişdir. Cinayət işində olan "xxxx" ASC-nin 3 saylı filialından götürülmüş xx.xx.2017-ci il tarixli dövlət reyestrindən çıxarışa əsasən "xxxx" MMC həmin tarixdə təsis edilmiş, təsisçi və qanuni təmsilçi X30 olmuşdur. MMC-nin hüquqi ünvanı Saatlı rayonu, Saatlı şəhəri, Zərdabi küçəsi, ev 24 olmuşdur. Cinayət işində olan xx.xx.2017-ci il tarixli "xxxx" MMC-nin təsisçisi X15 əmrinə əsasən X8 MMC-nin direktoru vəzifəsinə təyin edilmişdir. Cinayət işində olan xx.xx.2017- ci il tarixli Bank hesablarının açılması barədə ərizəyə əsasən müvəkkil şəxs X8 həmin tarixdə "xxxx" ASC-nin 5 saylı filialına müraciət edərək "xxxx" MMC-nin “cari AZN” hesabının açılmasını xahiş etmişdir. Həmin tarixdə "xxxx" ASC-nin 5 saylı filialında "xxxx" MMC üçün AZ26NİCB**********0001A40060 nömrəli bank hesabı açılmışdır.
Cinayət işində olan xx.xx.2017-ci il tarixli Bank hesablarının açılması barədə ərizəyə əsasən müvəkkil şəxs X8 həmin tarixdə "xxxx" ASC-nin 5 saylı filialına müraciət edərək "xxxx" MMCnin “cari USD” hesabının açılmasını xahiş etmişdir. Həmin tarixdə "xxxx" ASC-nin 5 saylı filialında "xxxx" MMC üçün AZ24NİCB**********0002U40160 nömrəli bank hesabı açılmışdır. Cinayət işində olan xx.xx.2017-ci il tarixli Bank hesabı müqaviləsinə əsasən "xxxx" ASC- nin 5 saylı filialında "xxxx" MMC üçün Azərbaycan manatı ilə AZ26NİCB**********0001A40060 nömrəli və ABŞ dolları İlə AZ24NİCB**********0002U40160 nömrəli bank hesabları açılmışdır. Müqavilədə tərəf kimi "xxxx" MMC-ni X8 təmsil etmişdir. Cinayət işində olan Rabitəbank” ASC-dən götürülmüş xx.xx.2017-ci il tarixli ödəniş tapşırığından görünür ki, həmin tarixdə Zərərçəkmiş şəxs1 MMC-nin "xxxx" ASC-dəki AZ75RBTA******************** nömrəli hesabından "xxxx" MMC-nin "xxxx" ASC-nin 3 saylı filialında olan AZ90GUNA******************** nömrəli bank hesabına 95.000 manat pul vəsaiti köçürülmüşdür. Ödənişin təyinatı və əsası kimi- Günəşli yatağında 7A saylı platformanın tikintisində mühəndislik xidməti göstərilmişdir. Cinayət işində olan "xxxx" ASC-dən götürülmüş xx.xx.2017-ci il tarixli ödəniş tapşırığından görünür ki, Zərərçəkmiş şəxs1 MMC-nin "xxxx" ASC-dəki AZ75RBTA******************** nömrəli hesabından "xxxx" MMC-nin "xxxx" ASC-nin 3 saylı filialında olan AZ43GUNA******************** nömrəli bank hesabına 115.000 manat pul vəsaiti köçürülmüşdür. Ödənişin təyinatı- Günəşli yatağında 7A saylı platformanın tikintisində mühəndislik xidməti göstərilmişdir. Cinayət işində olan "xxxx" ASC-nin 3 saylı filialından götürülmüş bank hesabından görünür ki, xx.xx.2017-ci il tarixdə "xxxx" MMC-nin "xxxx" ASC-nin 3 saylı filialında olan AZ90GUNA******************** nömrəli bank hesabına 95.000 manat pul vəsaiti daxil olmuş, 0.20 faiz köçürmə haqqı çıxıldıqdan sonra 94.810 manat qalmışdır. Həmin pulun köçürülməsinə əsas xx.xx.2017 -ci il tarixli M01/62 nömrəli müqavilə və “Günəşli yatağında 7A saylı platformanın tikintisində mühəndislik xidməti” olmuşdur. Cinayət işində olan "xxxx" ASC-nin 3 saylı filialından götürülmüş xx.xx.2017-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" MMC-nin "xxxx" ASC-nin 3 saylı filialında olan AZ90GUNA******************** nömrəli bank hesabından 94.810 manat pul vəsaiti xx.xx.2017-ci il tarixdə "xxxx" MMC-nin "xxxx" ASC-nin 5 saylı filialındakı AZ26NİCB**********0001A40060 nömrəli hesabına köçürülmüşdür. Ödənişin təyinatı və əsası kimi xx.xx.2017- ci il tarixli M01/62 nömrəli müqavilə göstərilmişdir. Cinayət işində olan "xxxx" ASC-nin 3 saylı filialından götürülmüş bank hesabından görünür ki, xx.xx.2017-ci il tarixdə "xxxx" MMC-nin "xxxx" ASC-nin 3 saylı filialında olan AZ43GUNA******************** nömrəli bank hesabına 115.000 manat pul vəsaiti daxil olmuş, 0.20 faiz köçürmə haqqı çıxıldıqdan sonra 114.770 manat qalmışdır. Həmin pulun köçürülməsinə əsas xx.xx.2017-ci il tarixli M01/62 nömrəli müqavilə və “Günəşli yatağında 7A saylı platformanın tikintisində mühəndislik xidməti” olmuşdur. Cinayət işində olan "xxxx" ASC-nin 3 saylı filialından götürülmüş xx.xx.2017-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" MMC-nin "xxxx" ASC-nin 3 saylı filialında olan AZ43GUNA******************** nömrəli bank hesabından 114.770 manat pul vəsaiti xx.xx.2017ci il tarixdə "xxxx" MMC-nin "xxxx" ASC-nin 5 saylı filialındakı AZ26NİCB**********0001A40060 nömrəli hesabına köçürülmüşdür. Ödənişin təyinatı kimi xx.xx.2017-ci il tarixli M01/62 nömrəli müqavilə göstərilmişdir. Cinayət işində olan "xxxx" ASC-nin 5 saylı filialından götürülmüş bank hesabından görünür ki, "xxxx" MMC-nin "xxxx" ASC-nin 3 saylı filialında olan AZ43GUNA******************** nömrəli bank hesabından "xxxx" MMC-nin "xxxx" ASC-nin 5 saylı filialındakı AZ26NİCB**********0001A40060 nömrəli hesabına köçürülmüş 114.770 manat pul vəsaiti, həmin hesaba “AZ.TAMİR”, “PARLAMENT BT”, “KLASİK- AED” və "xxxx" MMC-lərdən daxil olmuş pullarla ümumilikdə 238.782,89 manat təşkil etmiş və ABŞ dollarına konvertasiya edilərək cəmi 140.22 ABŞ dolları olmuşdur. Cinayət işində olan "xxxx" MMC və “X53 X38 Ve Tıcaret Limited Sırketı” arasında bağlanmış xx.xx.2017-ci il tarixli AS17/210- 146 saylı müqavilədən görünür ki, həmin müqavilənin ümumi dəyəri 1.966.410,00 ABŞ dolları təşkil etməklə, müqavilənin predmetini müxtəlif çeşidlərdə məişət texnikaları və tekstil məhsullarının satışı təşkil etmişdir. Həmin müqavilə əsasında "xxxx" MMC-nin "xxxx" ASC-də ABŞ dolları ilə olan AZ24NİCB**********0002U40160 nömrəli bank hesabından ümumilikdə 140.022 ABŞ dolları xx.xx.2017-ci il tarixdə Türkiyə Respublikası, İstanbul şəhərində yerləşən “X16 Bank”dakı “Asalet Otomotiv və X33 və Limited Sırketı”nin TR********************0003 nömrəli hesabına köçürülmüşdür. Cinayət işinin materiallarından görünür ki, "xxxx" MMC-nin "xxxx" ASC-nin 5 saylı filialındakı ABŞ dolları ilə olan AZ24NİCB**********0002U40160 nömrəli bank hesabından ümumilikdə 139.355 ABŞ dolları xx.xx.2017-ci il tarixdə “X16 Bank”dakı “Asalet Otomotiv və Tekstil Urunleri Sanayi və Limited Sirketi”nin TR********************0003 nömrəli hesabına köçürülmüşdür. Cinayət işində olan xx.xx.2017-ci il tarixli xarici valyutanın alınması/satılması üzrə sifariş vərəqindən görünür ki, "xxxx" MMC-nin direktoru Ramazan Allahverdiyev tərəfindən həmin dövrün valyuta məzənnəsinə uyğun olaraq (1 ABŞ dolları 1.7012 manat) 238.923,33 manat pul vəsaitinə 140.444 ABŞ dolları alınmışdır. Cinayət işində olan xx.xx.2017-ci il tarixli xarici valyutanın alınması/satılması üzrə sifariş vərəqindən görünür ki, "xxxx" MMC-nin direktoru Ramazan Allahverdiyev tərəfindən həmin dövrün valyuta məzənnəsinə uyğun olaraq (1 ABŞ dolları 1.7012 manat) 237797,51 manat pul vəsaitinə 139.774 ABŞ dolları alınmışdır. Cinayət işində olan xx.xx.2017-ci il tarixli 002 nömrəli “invoice”-dan görünür ki, sifarişin təyinatı xx.xx.2017- ci il tarixli AS17/210-146 saylı müqavilə göstərilmiş, məbləğ 140.22 ABŞ dolları təşkil etmişdir. Cinayət işində olan xx.xx.2017-ci il tarixli 003 nömrəli “invoice”-dan görünür ki, sifarişin təyinatı xx.xx.2017- ci il tarixli AS17/210-146 saylı müqavilə göstərilmiş, məbləğ 1.610.043,0 ABŞ dolları təşkil etmişdir. Cinayət işində olan xx.xx.2021-ci il tarixli xarici valyutanın alınması/satılması üzrə sifariş vərəqinə əsasən "xxxx" MMC-nin direktoru Ramazan Allahverdiyev tərəfindən həmin dövrün valyuta məzənnəsinə uyğun olaraq (1 ABŞ dolları 1.6980 manat) 235.451,47 manat pul vəsaitinə 138.664 ABŞ dolları alınmış, 693,32 ABŞ dolları komissiya haqqı tutulmuşdur. Cinayət işində olan xx.xx.2017-ci il tarixli xarici valyutanın alınması/satılması üzrə sifariş vərəqinə əsasən"xxxx" MMC-nin direktoru Ramazan Allahverdiyev tərəfindən həmin dövrün valyuta məzənnəsinə uyğun olaraq (1 ABŞ dolları 1.7010 manat) 368.853,35 manat pul vəsaitinə 216.845 ABŞ dolları alınmışdır. Cinayət işində olan xx.xx.2017-ci il tarixli ödəniş tapşırığı ilə "xxxx" MMC-nin "xxxx" ASC-nin 5 saylı filialında olan AZ24NİCB**********0002U40160 nömrəli bank hesabından 216.345 ABŞ dolları pul vəsaiti həmin tarixdə “X53 Tekstıl Urunleri Sanayi ve Tıcaret Limited Sırketfnin “Ziraat Bankası, İstanbul şubesi”dəki TR66 00010025 9378 6252 0850 02 nömrəli hesabına köçürülmüşdür. Ödənişin təyinatı kimi xx.xx.2017-ci il tarixli AS17/210-146 saylı müqavilə göstərilmişdir. Cinayət işində olan xx.xx.2017-ci il tarixli 001 nömrəli invoice əsasən sifarişin təyinatı xx.xx.2017-ci il tarixli AS17/210-146 saylı müqavilə göstərilmiş, məbləğ 216.345 ABŞ dolları təşkil etmişdir. Cinayət işində olan xx.xx.2017-ci il tarixli ödəniş tapşırığı ilə "xxxx" MMC-nin "xxxx" ASC-nin 5 saylı filialındakı AZ26NİCB**********0001A40060 nömrəli bank hesabından 25.260 manat pul vəsaiti xx.xx.2017-ci il tarixdə "xxxx" MMC-nin"xxxx"ASC-nin 3 saylı filialındakıAZ05GUNA******************** nömrəli hesabına köçürülmüşdür. Ödənişin təyinatı və əsası kimi xx.xx.2017-ci il tarixli, M02/49 nömrəli müqavilə göstərilmişdir. Cinayət işində olan xx.xx.2017-ci il tarixli ödəniş tapşırığı ilə "xxxx" MMC-nin "xxxx" ASCnin 5 saylı filialındakı AZ26NİCB**********0001A40060 nömrəli bank hesabından 209.944 manat pul vəsaiti xx.xx.2017-ci il tarixdə "xxxx" MMC-nin "xxxx" ASC-nin 3 saylı filialındakı AZ50GUNA******************** nömrəli hesabına köçürülmüşdür. Ödənişin təyinatı və əsası kimi xx.xx.2017-ci il tarixli müqavilə göstərilmişdir. Cinayət işində olan xx.xx.2017-ci il tarixli ödəniş tapşırığı ilə "xxxx" MMC-nin "xxxx" ASC-nin 5 saylı filialındakı AZ26NİCB**********0001A40060 nömrəli bank hesabından 6.871 manat pul vəsaiti xx.xx.2017-ci il tarixdə "xxxx" MMC- nin "xxxx" ASC-nin Səbail filialındakı AZ06BTB******************** nömrəli hesabına köçürülmüşdür. Ödənişin təyinatı və əsası kimi xx.xx.2017-ci il tarixli, M03/16 saylı müqavilə göstərilmişdir. Cinayət işində olan “X9 Muhabere Bürosu”nun xx.xx.2018-ci il tarixli 2018/14558 nömrəli məktubuna əlavə edilmiş “X44 Bankası” və “Asalet Otomotıv ve X33 ve Tıcaret Limited Sırketı”ə aid sənədlərə əsasən qeyd olunan şirkətin bank hesabına daxil olmuş külli miqdarda pul vəsaitlərini Azərbaycan əsilli Fuad Quliyev adlı şəxs nağd formada götürmüşdür. “Asalet Otomotıv ve X33 ve Tıcaret Limited Sırketı”nin “X44 Bankasfnda TR********************0003 nömrəli bank hesabı vardır. xx.xx.2017-ci il tarixli 08288 nömrəli Asalet Otomotıv ve X33 ve Tıcaret Limited Sırketı”nin təsisçilərinin qərarına əsasən Fuad Quliyev hissə alaraq şirkətə ortaq olmuş və şirkətin müdiri seçilmişdir. Qeyd olunan şirkət İstanbul şəhəri, Taya Hatun məhləsi, Tarakçılar küçəsi, Ekberiye han 28/408 ünvanında qeydiyyatdan keçmişdir. Cinayət işində olan 13112017-193-1615 nömrəli “Dekort”a əsasən “Asalet Otomotıv ve X33 ve Tıcaret Limited Sırketf’nin “X44 Bankasf’da olan TR********************0003 nömrəli bank hesabına "xxxx" MMC-dən 140.000 ABŞ dolları daxil olmuşdur. Cinayət işində olan “X9 Muhabere Bürosu”nun xx.xx.2018-ci il tarixli 24687673- **********000067 nömrəli məktubuna əlavə edilmiş “Ziraat Bankası” və “Asalet Otomotıv ve X33 ve Tıcaret Limited Sırketı”ə aid sənədlərə əsasən qeyd olunan şirkətin bank hesabına daxil olmuş külli miqdarda pul vəsaitlərini Azərbaycan əsilli Fuad Quliyev adlı şəxs nağd formada götürmüşdür. “Asalet Otomotıv ve X33 ve Tıcaret Limited Sırketı”nin “Ziraat Bankasf’da TR660001002**********5002 nömrəli bank hesabı vardır. Cinayət işində olan X2 xx.xx.2017-ci il tarixli ərizəsinə əsasən "xxxx", "xxxx", "xxxx" və 50 müxtəlif adlarda vergi orqanlarında qeydiyyatdan keçmiş hüquqi şəxslərlə əlaqədar dövlət orqanları qarşısında yaranacaq öhdəliklərinə görə öz üzərinə cavabdehlik götürmüşdür. Cinayət işində olan "xxxx" MTK-ya məxsus xx.xx.2010-cu il tarixli müqavilədə həmin MTK-nın Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən binasının qeyri yaşayış sahəsindən (mansard) 138 m2 hissəsi Şahid13 adına qeyd edilmiş, mənzilin pulunun 30 faizi hissəsinin ilkin, digər hissəsinin kredit formasında ödənilməsi nəzərdə tutulmuşdur. Həmin yerin ümumi dəyərinin 55.200 manat olması qeyd edilmişdir. Cinayət işində olan "xxxx" MTK-nın xx.xx.2022-ci il tarixli məktubuna əsasən Bakı şəhəri Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən "xxxx" MTK-nın tikdiyi çoxmərtəbli binadan mənzil alınması ilə bağlı Şahid13 və Zərərçəkmiş şəxs2 tərəfindən, eləcə də həmin şəxslərin adından Təqsirləndirilən şəxs tərəfindən müraciət və hər hansı məbləğdə ödəniş edilməmişdir. Həmçinin həmin tarixli "xxxx" MTK-nın məktubuna əsasən həmin MTK-nın təsisçiləri, qanuni təmsilçiləri və işçiləri arasında Fuad adlı şəxs olmamışdır. Cinayət işində olan xx.xx.2010-cu il tarixli ƏN-İ № 128679 qeydiyyat nömrəli etibarnamədən görünür ki, Zərərçəkmiş şəxs3 Bakı şəhəri, Ə.Məmmədova küçəsi, 205 nömrəli binanın yarımzirzəmisində yerləşən qeyri yaşayış sahəsinə (110784072 nömrəli çıxarış) dair Şahid10 bir il müddətində sərəncam verməyi, satmağı, dəyişməyi, ipoteka qoymağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı, bu tapşırığın yerinə yetirilməsilə əlaqədar adından ərizə verməyi və digər hərəkətləri etməyi etibar etmişdir. Cinayət işində olan xx.xx.2010-cu il tarixli ƏN-İ № 128680 qeydiyyat nömrəli etibarnamədən görünür ki, Zərərçəkmiş şəxs3 Bakı şəhəri, Ə.Məmmədova küçəsi, 205 nömrəli binanın yarımzirzəmisində yerləşən qeyri yaşayış sahəsinə (110784077 nömrəli çıxarış) dair Şahid10 bir il müddətində sərəncam verməyi, satmağı, dəyişməyi, ipoteka qoymağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı, bu tapşırığın yerinə yetirilməsilə əlaqədar adından ərizə verməyi və digər hərəkətləri etməyi etibar etmişdir. Cinayət işində olan xx.xx.2010-cu il tarixli AN-1№ ******* qeydiyyat nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Şahid10 xx.xx.2010-cu il tarixli ƏN-İ №128679 və ƏN-İ №128680 qeydiyyat nömrəli etibarnamələrlə ona etibar edilmiş Bakı şəhəri Binqədi rayonu, Svetlana Məmmədova küçəsi, 205 nömrəli binanın yarımzirzəmisində yerləşən qeyri yaşayış sahəsini Şahid11 72.000 manata satmışdır. Cinayət işində olan “Alqı-satqı müqaviləsinin ləğvi barədə” sazişdən görünür ki, xx.xx.2014-cü il tarixdə Bakı şəhəri 41 saylı Notarius ofisində Zərərçəkmiş şəxs3 və Şahid11 arasında “Alqısatqı müqaviləsinin ləğvi barədə” saziş bağlanmış, Bakı şəhəri Binqədi rayonu, Svetlana Məmmədova küçəsi, 205 nömrəli binanın yarımzirzəmisində yerləşən qeyri yaşayış sahəsi Zərərçəkmiş şəxs3 geri qaytarılmışdır. Cinayət işində olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi idarəsindən verilmiş xx.xx.2007-ci il tarixli, **********64- 06101- 083002 reyestr nömrəli, ********* qeydiyyat nömrəli dövlət reyestr çıxarışından görünür ki, Bakı şəhəri Binəqədi rayonu, Svetlana Məmmədova küçəsi, 205 nömrəli binanın yarımzirzəmisində yerləşən qeyri yaşayış sahəsinin 48.4 m2 hissəsinə dair Zərərçəkmiş şəxs3 tam mülkiyyət hüququ olmuşdur. Cinayət işində olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi idarəsindən verilmiş xx.xx.2007-ci il tarixli, **********64- 06101- 083001 reyestr nömrəli, ********* qeydiyyat nömrəli dövlət reyestr çıxarışından görünür ki, Bakı şəhəri Binəqədi rayonu, Svetlana Məmmədova küçəsi, 205 nömrəli binanın yarımzirzəmisində yerləşən qeyri yaşayış sahəsinin 22.6 m2 hissəsinə dair Zərərçəkmiş şəxs3 tam mülkiyyət hüququ olmuşdur. Cinayət işində olan xx.xx.2014-cü il tarixli AN-1№ ******* qeydiyyat nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Şahid12 ünvan 2 binanın yarımzirzəmisində 56.2 m2 əsas sahədən, 50.4 m2 köməkçi sahədən ibarət olan qeyri yaşayış sahəsini X5 48.000 manata satmışdır. Cinayət işində olan xx.xx.2014-cü il tarixli AN-1№ ******* qeydiyyat nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Şahid12 ünvan 2 binada ümumi sahəsi 43 m2 olan 2 nömrəli mənzili X5 40.000 manata satmışdır. Cinayət işində olan xx.xx.2022-ci il Daşınmaz əmlakın real bazar münasibətlərinə uyğun dəyərinin müəyyən edilməsinə dair arayışdan görünür ki, ünvan 2 ünvanda yerləşən zirzəmi tipli qeyri yaşayış sahəsinin xx.xx.2022-ci il tarixə orta bazar dəyəri 127.920 manat, 2014-cü il üçün orta bazar dəyəri 127.920 manat, həmin ünvanda yerləşən əmlakın xx.xx.2022-ci il tarixə orta bazar dəyəri 81.260 manat, 2014-cü il üçün orta bazar dəyəri 72.080 manat olmuşdur. Cinayət işində olan xx.xx.2018-ci il tarixli telefon məlumatlarına baxış protokolundan görünür ki, "xxxx" MMC-ə məxsus 050 ***-**-** mobil nömrəsi Təqsirləndirilən şəxs, 050 ***-**- ** mobil nömrəsi X6 aid olmuş, hər iki nömrəyə çox saylı zənglər daxil olmuş və həmin nömrələrdən çoxsaylı zənglər xaric olmuşdur. 2017-ci ilin oktyabr ayında müxtəlif günlərdə 050 ***-**-** mobil telefon nömrəsi “Babək pr” antena dairəsində olmuşdur. Bundan başqa, 050 ***- **-** mobil telefon nömrəsi və Zərərçəkmiş şəxs3 məxsus 050 ***-**-** və 055 ***-**-** mobil nömrələri ilə dəfələrlə qarşılıqlı telefon danışıqları və “SMS” yazışmaları olmuşdur. xx.xx.2017ci il tarixdə Zərərçəkmiş şəxs3 məxsus 050 ***-**-** mobil telefon nömrəsindən 050 ***-**-** mobil telefon nömrəsinə “Sədi sən problem yaradırsan, biz kirvəyik, dedin, amma sona gələndə belə oldu, telefonu koda qoyubsan, məndən incimə” məzmunlu “SMS” daxil olmuşdur. Təqsirləndirilən şəxs məxsus 050 ***-**-** mobil nömrəsi və Allahverdiyev Ramazan Əİİ oğluna məxsus 055 ***-**-** və 050 ***-**-** mobil telefon nömrələri arasında müxtəlif vaxtlarda telefon danışıqları olmuşdur. Məhkəmə baxışı və ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadələrində "xxxx" və "xxxx" MMC-lərin icraçı direktoru vəzifəsində işləmiş X4 tanımadığını, bir nəfər su sayğaclarının satışı ilə məşğul olmuş Ramazan adlı şəxsi tanıdığını, lakin həmin şəxsin soyadı və atasının adını bilmədiyini, eləcə də Zərərçəkmiş şəxs1 MMC-nin direktoru Şahid1 tanımadığını, sonuncu ilə və digər şəxslərlə hər hansı görüşü olmadığını, hər hansı şəxsə qarşı dələduzluq etmədiyini, Zərərçəkmiş şəxs1 MMC-ə məxsus ümumilikdə 210.000 manat məbləğində pulu ələ keçirib dələduzluq etmədiyini və ankoloji xəstə olduğu üçün müalicə ilə əlaqədar Rusiya Federasiyasına getdiyini bildirmişdir. Bununla belə, cinayət işi üzrə Təqsirləndirilən şəxs və Ramazan Allahverdiyevin istifadələrində olan mobil nömrələrə daxil olmuş və çıxmış zənglərin təhlili zamanı onlar arasında müxtəlif vaxtlarda çoxsaylı telefon danışıqlarının olması müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs1 MMC-nin sabiq direktoru Şahid1 və digər vəzifəli şəxslərin Ramazan Allahverdiyevi deyil, Təqsirləndirilən şəxs tanıdıqları, külli miqdarda pul vəsaitini sonuncunun dediyi cəmiyyətlərin bank hesablarına köçürdükləri təkzib olunmaz sübutlarlar təsdiq edilmişdir. Bundan başqa ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs Şahid2la üzləşdirilərkən sonuncunu tanıdığını, lakin mühəndislik xidmətlərinin göstərilməsi ilə bağlı onların arasında heç bir görüşün olmadığını, ona hər hansı müqavilə layihəsi təqdim edilmədiyini, Şahid2la başqa işlə görüşdüklərini bildirmişdir. Məhkəmə qeyd edir ki, Zərərçəkmiş şəxs1 MMC-dən müvafiq bank köçürmələri edildikdən dərhal sonra Təqsirləndirilən şəxs, daha sonra Ramazan Allahverdiyevin ölkə ərazisini tərk edərək eyni dövlətin, yəni Rusiya Federasiyasının ərazisinə getmələri də həmin şəxslərin qabaqcadan əlbir olan bir qrup şəxs halında əvvəlcədən cinayətkar plan hazırladıqlarını və cinayət məsuliyyətindən yayınmağa cəhd etdiklərini təsdiq edir. Bundan başqa, Təqsirləndirilən şəxs "xxxx" MTK-ya məxsus tikilməkdə olan binanın 4cü mərtəbəsində yerləşən mənzili Zərərçəkmiş şəxs2 göstərib sonuncudan 18.700 manat pul aldığı və MMC-yə məxsus müqaviləni təqdim etdiyi barədə, Zərərçəkmiş şəxs3 ünvan 13 ünvanlı binada yerləşən obyektini banka girov qoyub pul götürmək məqsədi ilə ona etibarnamə vasitəsi ilə verməsi, onun da həmin obyekti borcunun qarşılığında Mahmud Tahirova verdiyi barədə, habelə 2014-cü ilin yay aylarında “Neftçi Baza”nın yaxınlığında yerləşən çayxanada Mahmud Tahirov və Zərərçəkmiş şəxs3lə birlikdə görüşərkən sonuncunun ünvan 14 ünvanında yerləşən daşınmaz əmlakını onun Mahmud Tahirova olan borcunun əvəzində verdiyi üçün Zərərçəkmiş şəxs3 120.000 manat borcu yarandığı, razılaşmaya əsasən X27 Məmmədova küçəsində yerləşən obyekti geri qaytarmağı öhdəsinə götürdüyü, onun tərəfindən Zərərçəkmiş şəxs3 olan borcdan 50.000 manata qədər ödəniş edildiyi, 2017ci ilin oktyabr ayının sonlarında Zərərçəkmiş şəxs3lə sonuncu dəfə telefon əlaqəsi saxlayan zaman “Əlimdə işim var, Rusiyaya “Nar” satıb 20.000-30.000 ödəyəcəm” dediyi, lakin o, xəstəliyi ilə əlaqədar Moskva şəhərinə getdiyi üçün Zərərçəkmiş şəxs3 olan borcunu ödəyə bilmədiyini, sonuncuya ümumilikdə 60.000 ABŞ dolları borcu qaldığı barədə verdiyi ifadələri də onun həmin cinayət əməllərini törətməsini bir daha təsdiq edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 Yasamal rayonu, M.Xiyabani küçəsində "xxxx" MTK tərəfindən tikilmiş binanın 4- cü mərtəbəsində yerləşən mənzili satacağı vədi ilə aldadıb sonuncunun 55.200 manat pulunu dələduzluq yolu ilə ələ keçirməsi, eyni məqsədlə inam və etibardan sui istifadə etməklə Zərərçəkmiş şəxs3 ünvan 8 ünvanında yerləşən 200.000 manat dəyərində olan daşınmaz əmlakını Mahmud Tahirova verilməsini təşkil edib, obyektin dəyərini özünün ödəyəcəyi ilə aldadıb özgə əmlakını və əmlaka olan hüquqlarını ələ keçirməsi, Zərərçəkmiş şəxs1 MMC- dən 210.000 manat pulu mühəndislik xidmətlərinin yerinə yetirilməsi adı ilə alıb dələduzluq yolu ilə keçirməsi, cinayət yolu ilə əldə edildiyini bilə-bilə pul vəsaitlərini leqallaşdırması cinayət işinin materiallarında olan sübutlarla tam təsdiq edilmişdir. Təqsirləndirilən şəxs əməllərinin hüquqi tövsifinə gəldikdə isə, məhkəmə hesab edir ki, onun əməlləri ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 193-1.3.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə itihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 193-1.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi və onun həmin əməlləri törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən olunmamışdır. Məhkəmədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmuşdur. Belə ki, cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2018-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 178.3.2, 320.1, 320.2, 66.3-ci maddələri ilə təqsirli bilinərək cəzaları qismən toplanılmaqla qəti olaraq 7 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həbsdə saxlanıldığı müddət çıxılaraq üzərində 6 il 3 ay 14 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmaqla barəsində CM-in 70-ci maddəsi tətbiq edilərək cəzası 3 il müddətə sınaq müddəti ilə şərti hesab edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-in 70-ci maddəsi hökmdən xaric edilib, təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından həbsdə saxlanıldığı 1 il 02 ay 16 gün cəzadan çıxılaraq üzərində 1 il 9 ay 14 gün müddətində azadlıqdan məhrum etmə cəzası saxlanılmış, xx.xx.2014-cü ildə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan mərhum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən 6 (altı) il keçdikdə məhkumluğu olmayan hesab edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən qəsdən ağır cinayət törətmişdir. Ona görə də, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş hesab olunmalı və onun hərəkətləri cinayətin residivi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrumetmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini nəzərə alıb barəsində Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrumetmə cəza növünün əlavə cəza kimi təyin olunmasını məqsədə müvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı ağırlaşdıran halı, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə, həmin maddənin sanksiyasında nəzərdə tutulmuş qaydada azadlıqdan məhrum etmə növündə və Cinayət Məcəlləsinin 193-1.3.2-ci maddəsi ilə təqsirli bilinərək dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə, həmin maddənin sanksiyasında nəzərdə tutulmuş qaydada azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş əsas və əlavə cəzaları ayrı-ayrılıqda qismən toplamaq, əlavə cəzanı isə əsas cəzaya birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə icraatın aparılması zamanı həbsdə saxlama müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın əvvəli 18 mart 2021-ci il tarixdən hesablanmalı və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə təyin olunacaq cəza ilə cəzanın məqsədini təmin etmək mümkündür. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən cinayət mühakimə icraatında mülki iddia həmin Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur (maddə 179.1). Ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda və ya ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda, əmlakına dəymiş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır (maddə 181.1). Mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin aid olduğu məhkəmədə həmin işlə birlikdə baxılır (maddə 187.1). Cinayət işinin materiallarına əlavə edilmiş mülki iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı iddia ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs cinayət yolu ilə ələ keçirdiyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus 210.000 (iki yüz on min) manat və 500 (beş yüz) manat məbləğində ödənilmiş dövlət rüsumunun Təqsirləndirilən şəxs tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi xahiş edilmişdir. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs cinayət əməlləri nəticəsində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 210.000 (iki yüz on min) manat məbləğində maddi ziyan vurulması və və 500 (beş yüz) manat dövlət rüsumunun ödənilməsi öz təsdiqini tapmışdır. Odur ki, məhkəmə qeyd edilən mülki iddianı və iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, mülki iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin iddia ərizəsi təmin edilməli, mülki cavabdeh Təqsirləndirilən şəxs vurulmuş maddi ziyanla bağlı 210.000 (iki yüz on min) manat və 500 (beş yüz) manat məbləğində ödənilmiş dövlət rüsumu, cəmi 210.500 (iki yüz on min beş yüz) manat məbləğində pul tutularaq mülki iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir. İş üzrə digər zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyanla bağlı gələcəkdə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99- 1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə nəzərdə tutulmuş müsadirə edilməli əmlak olmadığından yuxarıda qeyd olunan müddəa tətbiq olunmamalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 183 (yüz səksən üç) manat məbləğində məhkəmə məsrəfi tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi cinayət işinə əlavə olunmuş xx.xx.2017-ci il tarixli AS17/210-146 saylı müqavilə, xx.xx.2017-ci il tarixli 001 nömrəli invoice, xx.xx.2017-ci il tarixli 002 nömrəli invoice, xx.xx.2017-ci il tarixli 003 nömrəli invoice, "xxxx" MMC-nin "xxxx" ASC-nin AZ24NİCB**********0002U40160 nömrəli bank hesabından 140.022 dollar pul vəsaitinin “Asalet Otomotıv ve X33 ve Tıcaret Limited Sırketı”nin bank hesabına köçürülməsi ilə bağlı xx.xx.2017-ci il tarixli ödəniş tapşırığı, xx.xx.2017-ci il tarixli, AS17/210- 146 nömrəli müqavilə, "xxxx" MMC-nin "xxxx" ASC-nin AZ24NİCB**********0002U40160 nömrəli bank hesabından 139.355 ABŞ dolları pul vəsaitinin “Asalet Otomotıv ve X33 ve Tıcaret Limited Sırketı”nin bank hesabına köçürülməsi ilə bağlı xx.xx.2017-ci il tarixli ödəniş tapşırığı, "xxxx" MMC-nin "xxxx" ASC-nin 5 saylı filialındakı AZ26NİCB**********0001A40060 nömrəli bank hesabından 25.260 manat pul vəsaitinin "xxxx" MMC-nin "xxxx" ASC-nin 3 saylı filialındakı AZ05GUNA******************** nömrəli hesabına köçürülməsi ilə bağlı xx.xx.2017-ci il tarixli ödəniş tapşırığı, SİRAT-2017” MMC- nin "xxxx" ASC-nin 5 saylı filialındakı AZ26NİCB**********0001A40060 nömrəli bank hesabından 209.944 manat pul vəsaiti "xxxx" MMC-nin "xxxx" ASC-nin 3 saylı filialındakı AZ50GUNA******************** nömrəli hesabına köçürülməsi ilə bağlı xx.xx.2017-ci il tarixli ödəniş tapşırığı, "xxxx" MMC-nin "xxxx" ASC-nin 5 saylı filialındakı AZ26NİCB**********0001A40060 nömrəli bank hesabından 6.871 manat pul vəsaitinin "xxxx" MMC-nin "xxxx" ASC-nin Səbail filialındakı AZ06BTB******************** nömrəli hesabına köçürülməsi ilə bağlı xx.xx.2017-ci il tarixli ödəniş tapşırığı, 13112017-193- 1615 nömrəli “Dekort”, 2593 nömrəli “Ziraat Bankası”a aid ödəmə hesabı, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 təqdim etdiyi "xxxx" MTK-ya aid xx.xx.2010-cu il tarixli müqavilə cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 68 (altmış səkkiz) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsi hesabından Müdafiəçi1 üçün 408 (dörd yüz səkkiz) manat pul onun vəkil işlədiyi Bakı şəhəri 4 saylı Vəkil bürosunun hesabına köçürülməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-354, 356 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 193-1.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası və Cinayət Məcəlləsinin 193-1.3.2-ci maddəsi ilə 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş əsas və əlavə cəzaları ayrı-ayrılıqda qismən toplamaq, əlavə cəzanı isə əsas cəzaya birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Həmin cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 18 mart 2021-ci il tarixdən hesablansın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə mülki iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin iddia ərizəsi təmin edilsin və mülki cavabdeh Təqsirləndirilən şəxs vurulmuş maddi ziyanla bağlı 210.000 ( iki yüz on min) manat və dövlət rüsumu kimi ödənilmiş 500 ( beş) manat, cəmi 210.500 (iki yüz on min beş yüz) manat məbləğində pul tutularaq mülki iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. İş üzrə digər zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyanla bağlı gələcəkdə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. İbtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 183 (yüz səksən üç) manat məbləğində məhkəmə məsrəfi tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə olunmuş xx.xx.2017-ci il tarixli AS17/210-146 saylı müqavilə, xx.xx.2017-ci il tarixli 001 nömrəli invoice, xx.xx.2017-ci il tarixli 002 nömrəli invoice, xx.xx.2017-ci il tarixli 003 nömrəli invoice, "xxxx" MMC-nin "xxxx" ASC-nin AZ24NİCB**********0002U40160 nömrəli bank hesabından 140.022 dollar pul vəsaitinin “Asalet Otomotıv ve X33 ve Tıcaret Limited Sırketı”nin bank hesabına köçürülməsi ilə bağlı xx.xx.2017-ci il tarixli ödəniş tapşırığı, xx.xx.2017-ci il tarixli, AS17/210-146 nömrəli müqavilə, "xxxx" MMC-nin "xxxx" ASC-nin AZ24NİCB**********0002U40160 nömrəli bank hesabından 139.355 ABŞ dolları pul vəsaitinin “Asalet Otomotıv ve X33 ve Tıcaret Limited Sırketı”nin bank hesabına köçürülməsi ilə bağlı xx.xx.2017-ci il tarixli ödəniş tapşırığı, "xxxx" MMC-nin "xxxx" ASC-nin 5 saylı filialındakı AZ26NİCB**********0001A40060 nömrəli bank hesabından 25.260 manat pul vəsaitinin "xxxx" MMC-nin "xxxx" ASC-nin 3 saylı filialındakı AZ05GUNA******************** nömrəli hesabına köçürülməsi ilə bağlı xx.xx.2017-ci il tarixli ödəniş tapşırığı, SİRAT-2017” MMC- nin "xxxx" ASC-nin 5 saylı filialındakı AZ26NİCB**********0001A40060 nömrəli bank hesabından 209.944 manat pul vəsaiti "xxxx" MMC-nin "xxxx" ASC-nin 3 saylı filialındakı AZ50GUNA******************** nömrəli hesabına köçürülməsi ilə bağlı xx.xx.2017-ci il tarixli ödəniş tapşırığı, "xxxx" MMC-nin "xxxx" ASC-nin 5 saylı filialındakı AZ26NİCB**********0001A40060 nömrəli bank hesabından 6.871 manat pul vəsaitinin "xxxx" MMC-nin "xxxx" ASC-nin Səbail filialındakı AZ06BTB******************** nömrəli hesabına köçürülməsi ilə bağlı xx.xx.2017-ci il tarixli ödəniş tapşırığı, 13112017-193- 1615 nömrəli “Dekort”, 2593 nömrəli “Ziraat Bankası”a aid ödəmə hesabı, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 təqdim etdiyi "xxxx" MTK-ya aid xx.xx.2010-cu il tarixli müqavilə cinayət işinin materiallarında saxlanılsın. Dövlət büdcəsi hesabından Müdafiəçi1 üçün 408 (dörd yüz səkkiz) manat pul onun vəkil işlədiyi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qadasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.