Məhkəmə qərarları › İş №1(101)-943/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-943/2020

15.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-943/2020 15.10.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: Hüseynova Aytac Faiq qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə X9 məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X6, Zərərçəkmiş şəxs və nümayəndəsi X1 Müdafiəçilər: Müdafiəçi1, Müdafiəçi2, Müdafiəçi4 və Müdafiəçi3 iştirakları ilə, xx xxxxxxx 1988-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, məhkum olunmamış, Bakı şəhəri, Yasamal rayonu, Şahid5 küçəsi, ev 81, mənzil 14-də qeydiyyatda olmaqla yaşamış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsi ilə, xx xxxx 1985-ci ildə Kürdəmir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, Kürdəmir rayonu, Atakişili kəndində qeydiyyatda olmaqla yaşamış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsi ilə, xx xxxxxx 1992-ci ildə Kürdəmir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, Kürdəmir rayonu, Atakişili kəndində qeydiyyatda olmaqla yaşamış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsi ilə, xx xxxx 1996-cı Bərdə rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, Bərdə rayonu, Kətəlparaq kəndində qeydiyyatda olmaqla yaşamış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 qohumu X2 evlənmək məqsədi ilə oğurlanması barədə Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və şəxsiyyəti istintaqla araşdırılan qeyiriləri ilə razılıq əldə edib cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, aralarında əldə olunmuş razılaşmaya uyğun olaraq cinayətkar qrupun üzvlərindən Təqsirləndirilən şəxs1 qohumu Şəbinə Mehdiyevanı oğurladıqdan sonra bir müddət gizli saxlamaq üçün Şahid3 məxsus Bakı şəhəri. Binəqədi rayonu, Fatmayi qəsəbəsi, bağlar massivində yerləşən 971 nömrəli bağ evini kirayələmiş və cinayətin törədilməsində istifadə olunması üçün «Pegasos» Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus «Mersedes Benz G 500» markalı, **-AZ-*** dövlət qeydiyyat nişanlı avtomobili icarəyə götürmüş, həmçinin, oğurladıqdan sonra səs-küy salacağı və müqavimət göstərəcəyi halda Şəbinə Mehdiyevamn müqavimətini qırmaq məqsədi ilə istifadə etmək üçün ümumi həcmi 2,0 ml olan 2 ədəd birdəfəlik şprisdə sakitləşdirici və yuxugətirici təsirə malik difenhidramin (dimedrol) məhlulunu əldə etmiş, xx xxxxxx 2019-cu ii tarixdə saat 23 radələrində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 39 ünvanında yerləşən «Biz-Bizə» restoranında Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və cinayətkar qrupun şəxsiyyəti istintaqla araşdırılan digər üzvləri görüşüb Şəbinə Mehdiyevanı nə vaxt, harada və hansı şəraitdə oğurlamaq barədə danışıq aparıb, hər birinin cinayətin törədilməsində iştirakı və rolunu dəqiqləşdirməklə öz aralarında vəzifə bölgüsü aparmış, əvvəlcədən aralarında əldə olunmuş razılaşmaya əsasən cinayətkar qrup üzvləri xx xxxxxx 2019-cu il tarixdə saat 06 radələrində Şəbinə Mehdiyevamn yaşadığı ünvan 2 ünvanının qarşısında görüşərək, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 Təqsirləndirilən şəxs1 atası Şahid5 məxsus olan və cinayətkar qrupun şəxsiyyəti istintaqla araşdırılan üzvü tərəfindən idarə edilən «Saipa 132 EX» markalı, **-GE-*** dövlət qeydiyyat nişanlı avtomobildə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 isə sonuncunun idarə etdiyi «Mercedes Benz G500» markalı, **-AZ-*** dövlət qeydiyyat nişanlı avtomobildə əyləşib müşahidə aparmaqla Şəbinə Mehdiyevamn evdən çıxmasını gözləmiş, həmin gün saat 10:30 radələrində Şəbinə Mehdiyeva evdən çıxaraq sürücü Şahid2 idarə etdiyi «Toyota Camry» markalı, **-PP-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşib getdikdən sonra Təqsirləndirilən şəxs1 cinayətkar qrupun digər üzvləri ilə birlikdə hər iki avtomobillə arxadan onları təqib etmiş və yol boyu ayrı-ayrı avtomobillərlə hərəkət edən Təqsirləndirilən şəxs2 istifadəsində olan +**********15 və Təqsirləndirilən şəxs3 istifadəsində olan +**********00 saylı mobil telefon nömrələri arasında fasiləsiz davam edən telefon danışıqları ilə cinayətkar qrup üzvləri hadisələrin gedişi barədə öz aralarında müzakirə aparmaqla, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 vasitəsilə verdiyi konkret göstərişlərə əsasən əvvəlki planlarından bir qədər kənara çıxaraq cinayəti konkret olaraq harada və hansı şəraitdə həyata keçirəcəklərini qətiləşdirmiş, «Toyota Camry» markalı, **-PP-*** dövlət qeydiyyat nişanlı avtomobil ünvan 3 ünvanının qarşısında dayanıb Şəbinə Mehdiyeva avtomobildən yerə düşdükdən sonra cinayətkar qrup üzvlərinin əvvəlcədən öz aralarında əldə etdikləri razılaşmaya əsasən Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 salonunda olduqları cinayətkar qrupun istintaqla araşdırılan üzvünün idarə etdiyi «Saipa 132 EX» markalı, **-GE-*** dövlət qeydiyyat nişanlı avtomobili qəsdən «Toyota Camry» markalı, **-PP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücü tərəfdən qapısına tam yaxın məsafədə saxlayıb sürücü Şahid2 avtomobildən yerə düşməsinin və onlara mane ola bilmək imkanının qarşısını almış, yaranmış vəziyyətdən istifadə edən Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 idarə etdiyi «Mercedes Benz G500» markalı, **-AZ-*** dövlət qeydiyyat nişanlı avtomobildən tez yerə düşərək həmin ünvanda yerləşən «Boutique One» mağazasına daxil olmaq istəyən Şəbinə Mehdiyevanı arxadan əllərini bədəninə birləşik vəziyyətdə qucaqlayıb tutaraq ayaqlarını yerdən üzüb iradəsinə zidd şəkildə məcburi qaydada «Mercedes Benz G500» markalı avtomobilə əyləşdirdikdə sürücü Şahid2 törədilən cinayətin qarşısını almaq məqsədi ilə sükan arxasından deyil, məcbur qalıb avtomobilin sağ qabaq qapısından yerə düşüb Təqsirləndirilən şəxs2 yaxınlaşaraq Şəbinə Mehdiyevanı «Mercedes Benz G500» markalı avtomobildən düşürtməyə çalışdıqda Təqsirləndirilən şəxs1 sükan arxasında oturmuş vəziyyətdə arxasındakı Şəbinə Mehdiyevanm əynində olan gödəkcənin papağından tutub özünə tərəf çəkməklə avtomobildən düşməsinin qarşısını almış, bu zaman Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və həmin vaxt hadisə yerində olan cinayətkar qrupun şəxsiyyəti istintaqa məlum olmayan digər üzvləri Şəbinə Mehdiyevanm oğurlanmasına mane olmağa çalışan sürücü Şahid2 tutaraq «Mercedes Benz G500» markalı avtomobildən uzaqlaşdırmış, bundan istifadə edən Röyal X10 məcburi qaydada «Mercedes Benz G500» markalı avtomobilin arxa oturacağına tam şəkildə əyləşdirib özü də yanında oturaraq sağ qolundan sıxmaqla sağ bazunun aşağı 1/3 hissəsinin bayır səthinin qançırı ilə nəticələnən sağlamlığa zərər vurmayan xəsarət və fiziki ağrı yetirməklə zor tətbiq edib müqavimət göstərməsinin qarşısını almış, Təqsirləndirilən şəxs1 dərhal «Mercedes Benz G500» markalı avtomobili idarə edərək bir qədər irəli sürdükdə onların uzaqlaşdığını görən Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və cinayətkar qrupun şəxsiyyəti istintaqla araşdırılan digər üzvləri Şəbinə Mehdiyevanm artıq oğurlanıb aparıldığını yəqin etdiklərindən sürücü Şahid2 buna heç bir maneçilik törədə bilməyəcəyi üçün sərbəst buraxmış, cinayətkar qrupun digər üzvləri hadisə yerində qalmaqla Təqsirləndirilən şəxs4 bir qədər qarşıda işıqforun qırmızı işığında dayanmış Təqsirləndirilən şəxs1 idarə etdiyi «Mercedes Benz G500» markalı avtomobilin sağ qabaq oturacağına əyləşdikdən sonra Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 əvvəlcədən planlaşdırdıqları kimi Şəbinə Mehdiyevanı məcburi qaydada əyləşdirdikləri «Mercedes Benz G500» markalı avtomobillə ünvan 3 ünvanının qarşısından iradəsinə zidd şəkildə qanunsuz olaraq Təqsirləndirilən şəxs1 idarə etdiyi həmin avtomobillə əvvəlcədən kirayələdikləri Bakı şəhəri, Binəqədi rayonu, Fatmayi qəsəbəsi, bağlar massivində yerləşən 971 nömrəli bağ evinə aparıb orada qabaqcadan əlbir olan bir qrup şəxs halında iradəsindən kənar surətdə qanunsuz olaraq saxlayaraq adam oğurluğu cinayətini törətmiş, baş vermiş adam oğurluğu cinayəti haqqında daxil olmuş məlumat əsasında həmin gün, yəni xx xxxxxx 2019-cu il tarixdə Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində zərərçəkmiş şəxs Şəbinə Mehdiyeva cinayətkar qrup üzvləri tərəfindən oğurlanaraq iradəsinə zidd şəkildə saxlanıldığı Bakı şəhəri, Binəqədi rayonu, Fatmayı qəsəbəsi, bağlar massivində yerləşən 971 nömrəli bağ evində aşkar olunaraq azad edilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmişTəqsirləndirilən şəxs1 özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, qohumu X5 ilə ailə qurmaq məqsədi olub. Ancaq həm qızın özü, həm də ailəsinin razı olmayacağını bildiyi üçün onu el dilində desək, qaçırtmaq qərarına gəldi. Onun başqa niyyəti olmayıb. Sadəcə ailə qurmaq istəmişdir. Bundan sonra bu məsələ barədə tanışı Təqsirləndirilən şəxs2 ilə Abşeron rayonu, Hökməli qəsəbəsi, Hökməli dairəsinin yanında görüşüb söhbət edən zaman qohumu Şəbinə Mehdiyeva ilə ailə qurmaq niyyətində olduğunu, lakin qızın valideynləri buna narazı olacağına görə qaçırmaq istədiyini bildirdi. Səbinənin bu məsələdən xəbəri olduğunu və onu öz razılığı əsasında qaçıracağını dedi. Röyal da ona kömək edə biləcəyini dedi. O Röyala onlara əlavə kömək lazım olacağını dedi. xx xxxxxx 2019-cu il tarixdə saat 21 radələrində o mobil telefon vasitəsi ilə əlaqə saxlayıb Royalla birlikdə Səbinənin qaçırmasında iştirak edən digər şəxslərlə Bakı şəhəri, Nizami rayonunda yerləşən Qara Qarayev metro stansiyasının yaxınlığında görüşməyi təklif etdi. Röyal etiraz etmədi və saat 22 radələrində qeyd olunan ünvanın yaxınlığında Royalla görüşdü. Bir qədər sonra adının Röyalın qardaşı Təqsirləndirilən şəxs3 əvvəllər tanımadığı iki nəfər şəxslərlə birlikdə gəldi və həmin adamları onlarla tanış etdi. Onlar bir yerdə yeyib-içdilər. Onlara da Röyala dediyi kimi qaçırtma hadisəsindən Səbinənin xəbəri olduğunu, heç bir problem olmayacağını, ailə qurmaq məqsədilə etdiyini dedi. O Röyalgilə Səbinəni qaçırmağı səhəri günə planlaşdırdığını bildirib yaşadığı ünvanın qarşısında xx xxxxxx 2019-cu il tarixdə səhər saat 06 radələrində görüşmək istədiyini dedi. Səhərisi gün, yəni xx xxxxxx 2019-cu il tarixdə saat 06 radələrində Röyal və Nurani, Natiq və adını bilmədiyi bir nəfər şəxs yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Şahid5 küçəsi, 81 saylı ünvanın qarşısına gəlib onunla görüşdülər. xx xxxxxx 2019cu il tarixdə saat 06 radələrində icarəyə götürdüyü «Mercedes-Benz-Qalenwaqen» markalı, **-AZ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək, Səbinənin yaşadığı ünvana getdi. Onun idarə etdiyi maşında Röyal, Natiq və o idi. “Saipa” markalı, **-GE-*** dövlət qeydiyyat nişanlı avtomobili isə adını bilmədiyi ayıqsürücü idarə edirdi. Maşını Bakı şəhəri, Yasamal rayonunda yerləşən binaların birinin yaxınlığına saxlayıb kənardan həmin binanın çıxışını izləməyə başladılar. Bir qədər həmin ünvanın yaxınlığında Səbinənin evdən çıxmasını gözləsələr də, Səbinə evdən çıxıb işə getmədi. Nurani və ayıq sürücü isə atasına məxsus olan avtomobildə qalıb gözləməyə davam etdilər. Həmin günü, saat təxminən 10:20 radələrində Səbinənin yaşadığı ünvanın qarşısında gözləyərkən, Səbinənin ailə sürücüsü idarə etdiyi “Toyota Camry” markalı avtomaşınla evin qarşısına gəldi. Bundan sonra Səbinə evdən çıxaraq həmin avtomaşına əyləşdi. O idarə etdiyi avtomaşınla və ayıq sürücünün idarə etdiyi atasına məxsus olan digər avtomobil Toyota markalı avtomobilin arxasıca düşdülər, saat təxminən 10:35 radələrində Bakı şəhəri, Səbail rayonunda yerləşən “Təzəbəy” hamamının qarşısına həmin avtomobilə çatdılar. Adını bilmədiyi sürücü idarə etdiyi “Toyota Camry” markalı avtomaşını saxladıqda Şəbinə həmin avtomobildən düşən zaman “Saipa” markalı avtomaşını idarə edən “Toyota Camry” markalı avtomaşını sıxdı. Röyal Səbinəyə yaxınlaşıb onu onun idarə etdiyi avtomobilə gətirib otuzdurdu. O avtomaşından düşmədi. Səbinə onun idarə etdiyi avtomobilin arxa sağ sərnişin yerinə otuzdurulan kimi, o həmin yerdən uzaqlaşdı. Daha sonra idarə etdiyi maşınla Abşeron rayonu, Fatmayi bağlarında yerləşən kirayə götürdüyü bağ evinə getdilər. Həmin vaxt onun idarə etdiyi avtomobildə Röyal, Səbinə və Natiq olub. Həmin evə daxil olmamışdan əvvəl Natiqi oradan yola saldı. Həmin bağ evinə o Səbinə və Röyal daxil oldu. Bağ evində olarkən, Səbinə anasına olduğu yer barədə məlumat verib, anası isə Səbinənin atasına bildirib. Bir qədər vaxt keçdikdən sonra polis əməkdaşları olduqları ünvana gələrək, onları polis bölməsinə dəvət etdilər. Avtomobilinə baxış keçirilən zaman aşkar edilmiş iki ədəd şprisdəki maye dimedrol idi və hər ehtimala görə avtomobilə qoymuşdu ki, Səbinə çox səs eləsə onu sakitləşdirmək üçün istifadə etsin. O özbaşına olaraq Zərərçəkmiş şəxs qaçırtmışdır. O özünü adam oğurluğuna görə deyil, özbaşınalıq etdiyinə görə təqsirli bilir. Əməlindən peşmandır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, 2017-ci ilin sentyabr ayından ailəsi ilə birlikdə yaşadığı Abşeron rayonu, Hökməli qəsəbəsinə köçdükdən sonra orada, yəni Hökməli dairəsi adlanan yerdə yerləşən qəssab dükanını icarəyə götürüb işlədib ailəsini dolandırırdı. Təxminən 2019-cu ilin oktyabr ayının əvvəlində dostu Təqsirləndirilən şəxs1 ilə etdiyi söhbət zamanı Elmar ona qohumu Şahid1 qızı Zərərçəkmiş şəxs ilə bir-birlərini sevdiklərini, ancaq Zərərçəkmiş şəxs valideyinləri buna narazı olduqlarına və qızı ona vermək istəmədiklərini görə qızı qaçırtmaq istədiyini dedi və Səbinənin qaçırılma hadisəsinə razı olduğunu bildirdi. O Elmara ehtiyyat etdiyini üçün, ona kömək edə bilməyəcəyini bildirdi. Bundan sonra bir neçə dəfə Elmar ondan yenə köməklik etməyini istəsə də, razılaşmadı. Bir dəfə telefonda danışan zaman Elmar ona dedi ki, qohumu Bəhruz, yəni Səbinənin atası onun atası Şahmurun qucağında böyüyüb, atası ilə Səbinənin qaçırılması ilə bağlı danışdıqda atası ona dedi ki, “heç bir problem yoxdur, siz qaçırın gerisindən narahat olmayın, heç kim sizi tutdura bilməz”. Lakin yenə də Elmara razılıq vermədi. Tutulmamışdan təxminən bir neçə gün qabaq Elmar atası Şahmurla birlikdə onun yanına gəldilər, söhbət zamanı Elmar onu atasına təqdim edərək, etibarlı bir adam olduğunu, Səbinəni onunla birlikdə qaçıracağını dedi. O da şikayət oluna biləcəklərini, tutulacaqlarını soruşduqda, Şahmur da onu bir daha əmin etdi ki, narahatçılıq üçün əsas yoxdur və bildirdi ki, Səbinənin atası Bəhruz onun qardaşı oğludur, onun qucağında böyüyüb, şikayət edə bilməz. Bundan sonra Elmara razılıq verdi. Elmar əlavə adam da lazım olduğunu deyəndə, o qardaşı Nurani ilə danışıb ondan köməklik istədi və heç bir problem olmayacağını Nuraniyə dedi. xx xxxxxx 2019-cu il tarixdə saat 21 radələrində Elmar mobil telefon vasitəsi ilə əlaqə saxlayıb, Bakı şəhəri, Nizami rayonunda yerləşən Qara Qarayev metro stansiyasının yaxınlığında görüşmək istədiyini dedi. O etiraz etmədi. Bundan sonra qardaşı Nurani ilə əlaqə saxlayıb, Qara Qarayev metro stansiyasının yaxınlığında görüşməyi təklif etdi. xx xxxxxx 2019-cu il tarixdə saat 22 radələrində yuxarıda həmin ünvanın yaxınlığında Elmarla görüşdülər. Bir neçə dəqiqə keçdikdən sonra həmin ünvanın yaxınlığına Nurani iş yoldaşı Təqsirləndirilən şəxs4la birlikdə gələrək onlarla görüşdü. Nurani onları Natiqlə tanış etdi. Bir qədər yeyibiçdikdən sonra Elmar Səbinəni qaçırmağını səhəri günə planlaşdırdığını bildirib, özünün yaşadığı ünvanın qarşısında xx xxxxxx 2019-cu il tarixdə səhər saat 06 radələrində görüşmək istədiyini dedi. İçkili olduqları üçün restoranın qarşısında 20 manata ayıq sürücü ilə razılaşdılar və xx xxxxxx 2019-cu il tarixdə saat 06 radələrində o, Nurani, Natiq və ayıq sürücü Elmarın yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Şahid5 küçəsi, 81 saylı ünvanın qarşısına gəlib onunla görüşdülər. Natiq Zərərçəkmiş şəxs qaçırılmasına köməklik göstərməsi ilə bağlı razılıq verəndə içkili idi. Elmar atasına məxsus olan “Saipa” markalı, 99- GE- 724 dövlət qeydiyyat nişanlı avtomobilin açarlarını ayıq sürücüyə verdi, həmin maşında ayıq sürücü və qardaşı Nurani var idi. xx xxxxxx 2019-cu il tarixdə saat 06 radələrində Elmar icarəyə götürdüyü «Mercedes-Benz-Galenwaqen» markalı, **-AZ-*** dövlət qeydiyyat nişanlı avtomobildə maşında o, Elmar və Natiq Səbinənin yaşadığı ünvana getdilər. Ayıq sürücü Elmarın atasına məxsus “Saipa” markalı, **-GE-*** dövlət qeydiyyat nişanlı, Nuraninin də içində olduğu avtomobili darə edərək arxalarınca gəldi. Onlar Bakı şəhəri, Yasamal rayonunda yerləşən binaların birinin yaxınlığına saxlayıb kanardan həmin binanın çıxışını izləməyə başladılar. Bir qədər həmin ünvanın yaxınlığında Səbinənin evdən çıxmasını gözləmələrinə baxmayaraq o, evdən çıxıb işə getmədi. O və Natiq Elmarın idarə etdiyi avtomobildə idilər. Nurani və ayıq sürücü isə Elmarın atasına məxsus olan avtomobildə qalıb gözləməyə davam etdilər. xx xxxxxx 2019-cu il tarixdə, saat təxminən 10:20 radələrində həmin ünvanın qarşısında gözləyərkən, Zərərçəkmiş şəxs ailə sürücüsü idarə etdiyi “Toyota Camry” markalı avtomaşınla evin qarşısına gəldi. Bundan sonra Zərərçəkmiş şəxs evdən çıxaraq həmin avtomaşına əyləşdi. Həmin avtomobil həyətdən avtomobil yoluna çıxıb hərəkət etməyə başladı. Elmar idarə etdiyi avtomobillə və digər ayıq sürücünün idarə etdiyi avtomobil Toyota markalı avtomobilin arxasıca düşdülər. Saat təxminən 10:35 radələrində Bakı şəhəri, Səbail rayonunda yerləşən “Təzəbəy” hamamının qarşısında həmin avtomobilə çatdılar. Zərərçəkmiş şəxs sürücüsünün idarə etdiyi “Toyota Camry” markalı avtomaşını saxladıqda, Səbinə həmin avtomobildən düşən zaman “Saipa” markalı avtomaşını idarə edən “Toyota Camry” markalı avtomaşını sıxdı. Bu zaman o Səbinəyə arxadan yaxınlaşıb onu Elmarın idarə etdiyi avtomobilə gətirib otuzdurdu. Həmin an Elmar idarə etdiyi avtomaşından düşmədi. Səbinə Elmarın idarə etdiyi avtomobilin arxa sağ sərnişin yerinə otuzdurulan kimi Elmar həmin yerdən uzaqlaşdı. Bundan sonra Elmarın idarə etdiyi maşınla Abşeron rayonu, Fatmayi bağlarında yerləşən kirayə götürülən evə getdilər. Avtomobildə olarkən, Zərərçəkmiş şəxs dedikləri və hərəkətlərindən Elmarın onlara yalan danışdığını, Zərərçəkmiş şəxs hadisədən xəbəri olmadığını başa düşdü. Zərərçəkmiş şəxs Elmara onu qardaşı kimi gördüyünü, onunla ailə qurmaq niyyəti olmadığını bildirdi. Həmin an Elmarın idarə etdiyi avtomobildə o, Səbinə, Elmar və Natiq idi. Həmin evə daxil olmamışdan əvvəl Natiqi oradan yola saldılar. Həmin bağ evinə o, Səbinə və Elmar daxil oldular. Bağ evində olarkən Zərərçəkmiş şəxs mobil telefonu vasitəsilə anasına olduğu yer barədə məlumat verdi. Bir qədər vaxt keçdikdən sonra polis əməkdaşları onları polis bölməsinə dəvət etdilər. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 onun qardaşıdır. Təqsirləndirilən şəxs1 2019-cu ilin noyabr ayının əvvəllərində tanımış, həmin vaxta qədər Elmarla heç bir tanışlığı və şəxsi ədavəti olmayıb. Təqsirləndirilən şəxs4 isə uzun müddətdir ki, tanıyır. O da onun kimi ət mağazasında qəssab işləyir. 2019-cu ilin noyabr ayının əvvəllərində qardaşı Röyal Elmarla birlikdə onun yaşadığı evin yanında görüşdükləri zaman, Elmar və Röyal ona dedilər ki, Elmarın qohumunda istədiyi qız var və həmin qızla ailə qurmaq istəyir, lakin qızın valideynləri razı olmadığı üçün Elmar qızı qaçırmaq istəyir. O Elmardan valideynlərinin xəbəri olub olmamasını soruşduqda, Elmar ona, atasının da xəbəri olduğunu bildirdi. Onun yanında mobil telefonla Elmar atasına zəng etdi, telefonu mikrafona qoyaraq atası ilə danışdı və Səbinəni qaçırmaq istədiyini dedikdə atası dedi ki, narahat olmayın siz qızı qaçırın, heç kim sizi tutdura bilməz. Elmarın atası dedi ki, Səbinənin atası Bəhruz onun qucağında böyüyüb, bu səbəbdən heç bir şikayət olmayacaq. Bundan sonra o Elmara bu işdə kömək etməyə razılıq verdi. Törətdiyi əməldə cinayət tərkibi olduğunu bilmirdi, əgər bilsəydi heç vaxt belə iş görməzdi. Kimin hansı işi yerinə yetirəcəyi barədə konkret bir plan yox idi. Elmarın onlara dediyinə əsasən qız özü gəlib maşına oturmalı idi, əgər kənar müdaxilə olsaydı onlar araya girəcəkdilər. xx xxxxxx 2019-cu il tarixdə saat 20 radələrində işdən sonra Natiqlə Zabrat-1 qəsəbəsində görüşdülər. Daha sonra qardaşı Röyal zəng vurdu və dedi ki, «Neftçilərdə oturmuşuq, çörək yeyirik, səndə gəl çörək yeyək». Qardaşı Röyal Elmarın da onun yanında olduğunu dedi. Saat təxminən 21-22 radələrində o Natiqlə birlikdə Röyalgilin yanına getdilər. Qardaşı Röyalın yanına gedəndə Natiq də, o da içkili idilər. Natiqin onun Elmarla qız qaçırtma məsələsində razılığa gəldiyindən xəbərsiz idi. O, ümumiyyətlə, Elmarı tanımırdı.Kafedə Röyalla Elmar idi. Orada çörək yeyib araq spirtli içkisi içdilər. Həmin kafedə də bir daha qız qaçırma barədə danışıqlar aparıldı, Elmar qızı səhəri gün qaçırmağı planlaşdırdığını dedi. Həmin gün gecə 03-04 radələrinə qədər yeyib içdikləri üçün evə getmədilər. Maşında yatdılar, Natiq də maşında yatmışdı.Saat təxminən 7- 8 radələrində Röyal və X20 prospektində görüşdülər, onlar görüşəndə Röyalla Elmar iki ədəd avtomobillə gəlmişdi, «Mersedes Benz G» markalı avtomobili Elmar idarə edirdi, digəri isə «Saipa» markalı avtomobil idi, onu isə adını bilmədiyi ayıq sürücü idarə edirdi, həmin avtomobili isə Röyal idarə etmişdir. Natiq və o Saipa markalı avtomobildə əyləşmişdilər, avtomobili isə ayıq sürücü idarə edirdi. Qəbul etdiyi spirtli içkinin miqdarı çox olduğu üçün onu arxada yuxu tutmuşdu. Bir də səsə ayıldı ki, Röyal kiminləsə yolun ortasında süpürləşir. O da yuxudan ayılıb onları aralaşdırdı. Röyalgil Mersedes benz G markalı avtomobillə oradan getdilər, o da taksiyə əyləşib evinə getdi. Daha sonra baş verənlərdən xəbəri olmayıb. Sonradan eşitdi ki, Röyalı tutublar. Səhəri gün onu Bakı Şəhər Baş Polis İdarəsinə dəvət etdilər. O Zərərçəkmiş şəxs maşına otuzdurulmağını görməmişdir, o sadəcə Səbinə xanımın şoferi ilə Röyalı ayırmışdır. Ordan da taksi ilə evinə getmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs4 özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən bazarın yaxınlığında yerləşən Əli adlı şəxsin işlətdiyi qəssabxanada ona köməklik edir. Hadisəyə qədər Təqsirləndirilən şəxs3 təxminən 5 və ya 6 ay olardı ki, tanıyır. Nuranini təsadüfən tanımışdır, o Nurani ilə birinci dəfə Sabunçu qəsəbəsində bazarın yaxınlığında tanış olmuşdur. Təxminən xx xxxxxx 2019-cu ildə Nurani onu şəhərə apardı. Orada çörək yedikdən sonra səhərə kimi kafedə oldular. Səhəri günü Zərərçəkmiş şəxs qaçırıldığı avtomobildə o qarşıda əyləşmişdi. Səbinəyə qarşı heç bir hərəkət etməmişdir, Səbinə həqiqətən də avtomobildə qışqıraraq ağlayırdı, sükan arxasında əyləşən Təqsirləndirilən şəxs1 onu buraxmasını tələb edirdi. Bundan sonra birlikdə dəniz kənarında yerləşən evlərdən birinə getdilər. Oraya çatanda avtomobildən düşməmiş, Nuraninin qardaşı Röyala ona yol pulu verməsini bildirdi. O da Təqsirləndirilən şəxs1 pul istədi, həmin şəxs də cibindən 20 manat pul çıxarıb verərək onu yola saldı. O da oradan bir yol avtomobilinə əyləşib Azadlıq metrostansiyasına getdi, oradan da 8555 nömrəsinə zəng edərək taksi sifariş verib birbaşa iş yerinə getdi, daha sonra baş verənlərdən xəbəri olmayıb. Hadisədən bir gün qabaq Nurani, Röyal, Elmar və o yeyib-içən zamanı yüksək miqdarda spirtli içki qəbul etdiyi üçün həmin gün masa arxasında danışılanları xatırlamır. Əvvəlcədən Zərərçəkmiş şəxs qaçırılması barədə heç bir söhbətdə iştirak etməmişdir. Bu barədə içkili olduğu zaman danışılıb. Zərərçəkmiş şəxs maşına oturdulan zaman onun qaçırıldığı başa düşdü. İçkili olduğu üçün çox şeyi görməmişdir. Maşında Röyal, o, Elmar və Səbinə idi. Hadisədən əvvəlki gün digər Nurani, Röyal və Elmarla yeyib-içən zaman qaçırılma hadisəsinin planlaşdırıldığından xəbərsiz idi. O əvvəcə digər maşında yatmışdı, daha sonar Elmarın idarə etdiyi maşına əyləşəndə Zərərçəkmiş şəxs qaçırıldığını başa düşdü. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 onun atasının əmisi oğludur, onunla heç bir başqa münasibəti olmamışdır. Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 əvvəllər tanımamış, onlarla heç bir münasibəti və şəxsi ədavəti olmamışdır. xx xxxxxx 2019-cu il tarixdə saat 10:20 radələrində o ailə üzvləri ilə birlikdə yaşadığı Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşmlı küçəsi 107 saylı binada yerləşən 5 nömrəli mənzildən çıxaraq ailə sürücüləri Şahid2 idarə «Toyota Camry» markalı ** PP *** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşib ünvan 5 ünvanında yerləşən «Təzə bəy» hamamı ilə üzbəüz yerləşən mağazaya getmişdir. Təxminən 15 dəqiqə müddətində həmin ünvana çatmışlar, o avtomobildən düşən kimi bir kişi cinsinə mənsub olan şəxs onu qucaqlayaraq onlara məxsus avtomobilin arxasında dayanmış «Mersedes Benz G» markalı avtomobilə doğru aparmağa başlamış, o nə qədər müqavimət göstərmək istəsə də gücü çatmamış, bu zaman qışqıraraq ətrafdan kömək istəmiş, onu avtomobilə əyləşdirən zaman onun səsinə gəlmiş sürücüləri Fuad onu avtomobildən düşürmək istəsədə digər şəxslər ona imkan verməmiş, həmin vaxt «Mersedes Benz G» markalı avtomobilin sükanı arxasında əyləşmiş qohumu Təqsirləndirilən şəxs1 onun əynində olan gödəkcənin papağından tutaraq buna imkan verməmiş, həmin vaxt Röyal adlı şəxs onu tam şəkildə avtomobilə əyləşdirəndən sonra Elmar avtomobili idarə etmiş, onun yanında Röyal adlı şəxs, sükan arxasında Elmar əyləşmiş, bir qədər irəlidə işıqforda isə qaçaraq bir nəfərdə qabaq oturacaqda əyləşəndən sonra Elmar avtomobili idarə etməyə davam etmiş, o nə qədər yolda gedən zaman Elmara onu buraxması barədə yalvarsa da buna imkan verməmiş, Elmar ilk olaraq öz atasına zəng vurmuş, danışıq zamanı o kənardan qışqıraraq atası ilə danışmaq istədiyini bildirmiş, bu zaman Elmarın atası icazə verməmişdir ki, o atası ilə danışsın. Bundan sonra Bakı şəhəri, novxanı bağlarından keçəndən sonra dəniz kənarında bir bağ evinə gəlmişlər, orada Elmar cibindən çoxlu sayda pul çıxarıb hazırda yadında olmayan məbləğdə pulu avtomobildə qabaqda əyləşmiş şəxsə verərək onu yola salmış, özləri isə onun yanında qalmışlar. Bundan sonra başqa çıxış yolu olmadığından həmçinin onu hədələdiklərindən həm öz atasına həm də ki, Elmarın atası ilə telefonla danışaraq guya könüllü gəldiyini demiş, Elmar isə ona söz vermişdir ki, bəs əgər belə danışsa onu qaytaracaqdır. Bundan sonra Elmargil ona nisbətən inanmışlar və mobil telefonu masanın üzərində qoyub çölə çıxmışlar, bu da fürsətdən istifadə edərək anasına «VVhatsap» proqramı vasitəsilə məkan göndərmiş və bundan sonra bir neçə dəqiqə keçmiş polis əməkdaşları ilə birlikdə atası da gəlib onu azad etmişlər. Təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs3na qarşı şikayət və tələbi yoxdur, digər təqsirləndirilən şəxslərə qanunvericiliklə nəzərdə tutulmuş qaydada ağır cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qızıdır. Təqsirləndirilən şəxs1 isə əmisioğludur. Təqsirləndirilən şəxs1 əvvəllər onun ailə sürücüsü olub. Elmar qızı Səbinənin təxminən 2009-cu ildən 2010cü ilədək sürücüsü olub, həmişə Səbinəni hazırlığa aparıb. Onunla həmişə münasibətləri normal olub. Elmarı işdən çıxardıqdan sonra Elmarın nə işlə məşğul olmasından xəbəri olmayıb. Ümumiyyətlə heç vaxt Elmar və ya onun ailəsi tərəfindən qızı Səbinə ilə bağlı bizə elçi gələn olmayıb, heç bir adamla da sifariş göndərməyiblər ki, Elmar qızı Səbinə ilə ailə həyatı qurmaq istəyir. Təqsirləndirilən şəxs2 ümumiyyətlə tanımır. xx xxxxxx 2019-cu ildə saat təxminən 11 radələrində iş yerində olan zaman sürücüsü Fuad ona zəng vuraraq məlumat verdi ki, bəs qızı Səbinəni zorla maşına mindirib aparıblar. O onadedi ki, bir neçə dəqiqə qabaq Bakı şəhəri, Səbail rayonu, Ş.Şamil küçəsində avtomobili saxlayıb, Səbinə avtomobildən düşüb mağazaya girən zaman bir avtomobil sürücü tərəfdən avtomobilə yaxınlaşaraq sıxıb Fuadın avtomobildən düşməsinin qarşısını alıb, bir nəfər isə Səbinəni arxadan tutaraq onların avtomobilinin arxasında dayanmış qara rəngli Mersedes G 500 markalı avtomobilə əyləşdirmək üçün aparıb. Fuad sərnişin tərəfdən avtomobildən düşüb mane olmaq istəyəndə isə başqa iki nəfər şəxs Fuadı tutub kənara aparıb. Səbinəni isə avtomobilə əyləşdirib aparıblarmışlar. Fuad ona dedi ki, Mersedes G 500 markalı avtomobili idarə edən şəxs əmisioğludur. Ancaq adını demədi. O da fikirləşib kim ola biləcəyini düşündü və təxmin elədi ki, bu Elmardır. Ehtimal etdi ki, yəqin evlənmək məqsədilə qaçırıb. Buna görə də birinci Elmarın atası Şahmura zəng vurdu və ona izah etdi ki, oğlu qızını qaçırdıb, ona de ki, dərhal qızı qaytarsın geri. Şahmur isə ona dedi ki, xəbəri yoxdur, Elmarı uzun müddətdir ki, görmür. Bundan sonra bu barədə polisə məlumat vermək üçün iş yerindən çıxdı. Polis bölməsinə çatana yaxın bir daha Şahmura zəng edərək, oğlu Elmarla danışıb danışmamasını soruşdu. Şahmur dedi ki, Elmar telefonuna cavab vermir. Polis bölməsində şikayət etmək istəyəndə ona dedilər ki, artıq bu işdən xəbərdardırlar. O bölmədə olan zaman Şahmur özü ona zəng edərək dedi ki, qızı ora gətirəcəklər və ora gəlməsini bildirdi. O Şahmura qızın səsini eşitmək istədiyini deyəndə, Şahmur ona xəstəxanada olduğunu dedi. Bir qədər gözlədikdən sonra tanımadığı nömrədən zəng gəldi, telefonu açanda gördü ki, qızı Səbinədir. Səbinə ona dedi ki, o “könüllü gəlmişdir, polisi geri çək və Şahmur əmigilə get”. O təəccübləndi daha sonra danışığından başa düşdü ki, yanında adam var və təzyiq altında onunla bu məzmunda danışır. 15-20 dəqiqədən sonra Səbinə yenə də ona zəng vurub Elmarla ikisi gəlidiyini deyəndə, o Səbinəyə evə gəlməsini, sonradan istəsə onunla gedə biləcəyini dedi. Səbinə də heç nə demədi. Daha sonra isə qızı Səbinə hansısa bir yolla öz mobil telefonu ilə yoldaşına və hazırda nişanlısı olan şəxsə VVhatsapp mobil tətbiqi vasitəsilə məkan göndərib. Yoldaşı Sevda da bu barədə dərhal ona məlumat verdi. Bundan sonra onunla birlikdə 9-cu PB-nin əməkdaşları da həmin ünvana getdiər. O çöldə dayandı, polislər evdən qızını çıxartdılar. Daha sonra qızı Səbinə ilə söhbət edən zaman o bir daha qeyd etdi ki, onu zorla qaçırıblar, lakin ona evdə hədə qorxu gələrək, onunla danışdırıblar ki, guya könüllü olaraq qaçıb. Əslində isə onu zorla qaçırıblar. Qızının qaçırılmasının evlənmək məqsədilə deyil, maddi maraq üçün edildiyini düşünürəm. Əgər ailə qurmaq məqsədi ilə qaçırılmış olsaydı qaçırılmamışdan qabaq elçi gələrdilər və ya qızın özünə bu barədə bir söz deyərdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, oğlu Təqsirləndirilən şəxs1 təxminən 1 il olardı ki, Abşeron rayonu Hökməli qəsəbəsində özü üçün inşa etdiyi evdə yaşayır. Təxminən 3 və ya 4 il bundan qabaq oğlu Elmar bir qız istəyib, həmin qız da əvvəllər bir dəfə ailəli olub boşanıb. Ona görə də onun buna könlü olmadı, lakin sonradan oğlunun xətrinə razılaşdı. Təxminən 4 və ya 5 ay nişanlı qalsalar da sonradan Elmar nişanı qaytardı. Bundan sonra da evlənmədi. Elmar heç kimlə nişanlı olmayıb və ya kimisə istəməsi barədə ona bir söz deməyib. Şahid1 Bəhrəm oğlu onun qardaşı oğludur. Bəhruz və onun ailəsi ilə heç bir yaxın münasibətləri, gediş gəlişləri yoxdur. Oğlu Elmar əvvəllər onların yanında işləyib, lakin sonradan ayrılıb və onların, ümumiyyətlə, münasibətləri korlanıb. X14, Təqsirləndirilən şəxs3 və X7 əvvəllər tanımamışdır. Elmar tutulan gün səhər saat 06 radələrində gördü ki, Elmar çıxıb gedir, hara getdiyini soruşduqda dedi ki, işi var, işinin dalınca gedir. O gedəndən sonra evdə yatdı. Saat təxminən 10-11 radələrində evdə olan zaman ona Səbail Rayon Polis İdarəsinin 9-cu polis bölməsindən bir polis əməkdaşı zəng edərək, harada olduğunu soruşanda evdə olduğunu və evinin yerini izah etdi. Bir qədər sonra oğlunun həm sinif yoldaşı, həm də dostu olan Samir evinə gələrək, X4 qaçırması barədə məlumat verdi. Həmin vaxta qədər bu barədə heç bir məlumatı olmayıb. Bundan sonra halı pisləşdi, onu 1 saylı şəhər klinik xəstəxanasına apardılar. Orada olan zaman Bəhruzun qızı Səbinədən zəg gəldi. Hansı nömrədən zəng vurduğunu xatırlamır. Səbinə ona Elmarla onlara gəldiyini və atasının gələcəyini dedi və o da etiraz etmədi. Bundan sonra evə qayıtdı, ancaq onlar gəlib çıxmadı. Həmin gün axşam çağı eşitdi ki, artıq Elmar həbs olunub. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki,Şahid1 onun sinif yoldaşı olub, onun ailə sürücüsü işləyir. Təqsirləndirilən şəxs1 cəmi bir dəfə hansısa məclisdə görmüş, onu qiyabi olaraq tanıyır. Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 əvvəllər ümumiyyətlə tanımamışdır. O işə başlayanda eşitmişdi ki, ondan qabaq Bəhruzun sürücüsü əmisioğlu Təqsirləndirilən şəxs1 olub, ancaq sonradan Bəhruz Elmarı sürücülükdən çıxarıb. O hər gün saat təxminən 7 radələrındə Bəhruzun yaşadığı binanın qarşısına gedir, ilk olaraq əgər Bəhruzun qızı Zərərçəkmiş şəxs işə gedəcəksə, onu götürüb Bakı Xarici Dairəvi yolla aparıb Biləcəri qəsəbəsində yerləşən Müdafiə Nazirliyinin idarəsinə düşürür. xx xxxxxx 2019-cu ildə Şahid1 işə, kiçik qızını məktəbə, arvadı Sevda xanımı da işə düşürtdükdən sonra binanın yanına geri qayıtdı. Bir qədər gözləyəndən sonra Səbinə aşağıya düşüb avtomobilə əyləşdi. Səbinə avtomobilə əyləşən kimi ondan Səbail rayonu, Ş.Şamil küçəsində yerləşən «Təzə bəy» hamamının qarşısına sürməyini istədi və bildirdi ki, orada hamamla üzbəüz mağaza var, həmin mağazaya getməlidir. O da etiraz etməyərək, razılaşdı. Həmin yerə çatdıqda maşını üzü «İçərişəhər» metrostansiyası tərəf hamamla üzbəüz yolun sağ kənarında dayanmış qara rəngli avtomobili keçib irəlidə sağda saxladı və arxa sağ oturacaqda əyləşən Səbinə avtomobildən düşüb mağazaya doğru hərəkət etməyə başladı, o isə avtomobildən düşüb siqaret çəkib Səbinəni gözləmək istəyən zaman gördü ki, açıq boz rəngli nömrəsi yadında olmayan Saipa markalı avtomobil idarə etdiyi avtomobili sürücü tərəfdən sıxdı və avtomobilin qapısını aça bilmədi. Həmin vaxt Saipa markalı avtomobildə sürücüdən başqa yanında bir nəfər əynində qırmızı rəngli üst geyimi olan şəxs oturmuşdu. Sürücünü dəqiq görməsə də onun yanında oturan qırmızı köynəkli adama diqqətlə fikir verdiyi üçün onun kim olmasını dəqiq gördü. Bundan sonra Səbinə tərəfə baxan zaman gördü ki, bir nəfər Səbinəni qucaqlayıb arxada dayanmış qara rəngli Mersedes G markalı avtomobilə tərəf aparır. Tez sağ tərəfdən oturacağa keçib avtomobildən düşdü və Səbinəyə kömək etmək üçün həmin avtomobilə yaxınlaşdı, Saipa markalı avtomobildən iki nəfər nəfər biri arxada oturan kök balaca boy, digəri isə sürücünün yanında əyləşmiş qırmızı üst geyimində olan şəxs onu tutmuşlar və o Səbinəni avtomobildən düşürə bilməmiş, Səbinəni avtomobildən düşürmək istəyəndə sonradan adının Röyal olduğunu bildiyi şəxs ona mane oldu və o Səbinəni avtomobildən düşürə bilmədi. Səbinəni qucağında avtomobilə aparan Royalda Mersedes G markalı avtomobilin arxa oturacağına əyləşəndən sonra Elmar avtomobili idarə edib sürməyə başlamış, onu isə tutanlar imkan verməmişlər. Onu Röyalla ayırmağa çalışan şəxs isə sonradan onu buraxıb Saipa markalı avtomobilə əyləşdi və oradan uzaqlaşıb çıxıb getdi, digəri onu tutanlardan balaca boy kök olan şəxs onu buraxıb irəliye qaçdı. O təcili olaraq birinci Sevda xanıma məlumat verdi, daha sonra isə Bəhruzun iş yerinə getdi. Oradan isə Bəhruzla birlikdə 9-cu polis bölməsinə gedərək şikayət ərizəsi yazdı. Orada olanlardan Elmarı tanıdığı üçün Bəhruza bu barədə məlumat verdi. Daha sonra baş verənlərdən xəbəri olmayıb. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6ifadəsində göstərmişdir ki,Təqsirləndirilən şəxs1 onun ögey oğludur. Elmarın atası Şahid5lə 1995-ci ildə ailə həyatı qurmuşlar. Şahmurun onlar ailə quranda 3 oğlan övladı var idi, Elmar, Elman və Elnur. Elmar böyüyəndən sonra Şahmurun qardaşı oğlu Bəhruzun sürücüsü işləməyə başladı. Bir neçə il bundan qabaq Elmar Yeganə adlı bir qız istəyirdi. Yeganə əvvəl bir dəfə ailəli olmuşdu. Elmar gəlib onlara bu barədə deyəndən sonra onlar Yeganə haqqında maraqlandılar və onun əvvəl ailəli olub boşandığını öyrəndilər. Buna görə X19 ilə ailə qurmasına narazılıq edirdi, ancaq sonradan razılaşdı. Elçilik olduqdan sonra bir il keçdi ancaq Şahmur razı olmadığı üçün qız nişanı qaytardı və Elmarla Yeganənin münasibəti pozuldu. Elmarın tutulmamışdan bir ay qabaq mağazada olarkən Elmar ona Bəhruzun qızı Səbinə ilə ailə qurmaq istədiyini dedi. Elmar Bəhruzla münasibətləri olmadığı üçün qızını verməz deyə düşünürdü. Ola bilsin ki, bu səbəbdən Səbinəni qaçırmaq fikrinə düşüb. Elmarın atasının bu məsələdən xəbəri yox idi. Bəlkə də olub, amma onun bu barədə məlumatı yoxdur. Ancaq bilir ki, Elmar qaçırma hadisəsinə qədər heç vaxt Səbinəyə sevgisini etiraf etməyib. xx xxxxxx 2019-cu il tarixdə qızı Elnurə Şahmuru 16 saylı poliklinikaya müayinə aparmışdı, sonra isə birbaşa evə qayıtmışdılar. Təxminən bir iki saatdan sonra qızı Elnurə ona zəng edərək məlumat verdi ki, bəs Elmargili Səbinəni qaçırdıqları üçün tutublar. Elmardan başqa digər təqsirləndirilənləri tanımır. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 oğunun və Təqsirləndirilən şəxs4Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsi nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olmaları sübüta yetirilir və onların törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsi ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1un Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4özlərini adam oğurluğunda təqsirli bilməmələriə dair ifadələrinə tənqidi yanaşır və onların ifadəsini özlərini müdafiə edilməsi kimi qiymətləndirir. Cinayət işində olan iş üzrə təyin edilmiş məhkəmə fonoskopik ekspertizasının x xxxx 2020-ci il tarixli 4/78 saylı rəyindən görünür ki, Ekspertizaya təqdim olunmuş 2 ədəd mobil telefonda olan mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnlərində «K1» kimi işarə olunmuş diktorun səsi və nitqi Təqsirləndirilən şəxs1 məxsusdur. Ekspertizaya təqdim olunmuş 2 ədəd mobil telefonda olan mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnlərində «K2» kimi işarə olunmuş diktorun səsi və nitqi Təqsirləndirilən şəxs2 məxsusdur. Ekspertizaya təqdim olunmuş 2 ədəd mobil telefonda olan mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnlərində «K3» kimi işarə olunmuş diktorun səsi və nitqi X3 məxsusdur. Ekspertizaya təqdim olunmuş 2 ədəd mobil telefonda olan mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnlərində «K5» kimi işarə olunmuş diktorun səsi və nitqi Şahid5 məxsusdur. Ekspertizaya təqdim olunmuş 2 ədəd mobil telefonda olan mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnlərində «Q1» kimi işarə olunmuş diktorun səsi və nitqi X8ma məxsusdur. Ekspertizaya təqdim olunmuş 2 ədəd mobil telefonda olan mübahisəli fonoqramlardakı danışıqlarda Təqsirləndirilən şəxs4 məxsus səs və nitqin olub-olmamasım müəyyən etmək mümkün olmadı. Ekspertizaya təqdim olunmuş 2 ədəd mobil telefonda olan mübahisəli fonoqramlardakı danışıqlarda montaj əlamətləri müəyyən olunmadı. Ekspertizaya təqdim olunmuş 2 ədəd mobil telefonda olan mübahisəli fonoqramlardakı danışıqlarda iştirak edən Qİ diktorunun danışıq materiallarında əvvəlcədən hazırlanmış nitq üçün xarakterik əlamətlər qeydə alınmışdır. “**********00_2019_1 l_14_10_33_58„out” adlı mübahisəli fonoqramdakı danışıqlarda iştirak edən Qİ diktorunun danışıq materiallarında danışıq anında fiziki təsir əlamətləri qeydə alınmışdır. Ekspertizaya təqdim olunmuş 2 ədəd mobil telefonda olan mübahisəli fonoqramlardakı danışıqlarda iştirak edən və adından eyniləşdirici tədqiqat aparılacaq şəxslərin danışıq materiallarının tədqiqi zamanı diktorların hər-hansısa təsir edici maddələrin təsiri altında olması əlamətləri müşahidə olunmur. Cinayət işində olan iş üzrə təyin edilmiş məhkəmə kimyəvi ekspertizasının xx xxxxxx 2019-cu il tarixli 29369 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş ümumi həcmi 2,0 ml olan iki ədəd şprisdəki mayenin tərkibində difenhidramin (dimedrol) müəyyən edildi. Hər iki şprisdəki maye eni tərkiblidir. Tədqiqata təqdim edilmiş üzərində «valerianı nastoyka 30 ml» yazısı olan şüşə qabın içərisində 25 ml maye valerian dərman vasitəsidir. Tədqiqata təqdim edilmiş üzərində «korvalol 25ml» yazısı olan şüşə qabın içərisində 10 ml maye korvalol dərman vasitəsidir. Tədqiqata təqdim edilmiş üzərində «bonaqua» yazısı olan plastmas qabdakı 70 ml maye sudur. Plastik butulkadakı maye, korvalol, Valerian dərman vasitələri narkotik, psixotrop və güclü təsir edən maddələrin siyahısına aid deyildir və tərkiblərinə görə müxtəlifdirlər. Cinayət işində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Təhlükəsiz Şəhər Xidmətinin TŞ1-021.2 və TŞ 1-084.2 kodlu müşahidə kameralarının görüntülərinin əks olunduğu 4 ədəd kompakt diskə baxış keçirilərək, müəyyən edilmişdir ki, üzərində TŞ 1-021- 2 (1) kompakt diskin içərisində 2 ədəd ayrı faylda video görüntünün əks olunduğu müəyyən olundu. Birinci görüntü xx.xx.2019-cu il tarixdə saat 10:29:59 dəqiqədə başlayır və 10:35:26 dəqiqədə başa çatır. Görüntülərin əks olunduğu müşahidə kamerası Ş.Şamil küçəsində yerləşən Təzə bəy hamamının sol tərəfində quraşdırılmış təhlükəsiz şəhər kamerasıdır. Baxış zamanı görüntüdə iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı bir görüntü aşkar edilmədi. İkinci video fayl xx.xx.2019-cu il tarixdə saat 10:35:26 dəqiqədə başlayır və 10:40:44 dəqiqədə başa çatır. Görüntünün 01 dəqiqə 22-ci saniyəsində qara rəngli Toyota Camry markalı avtomobil görünür və həmin avtomobil yolun sağ kənarında dayanmış qara rəngli Volksvagen Passat markalı avtomobilin qarşısına keçib dayandıqda görüntünün 01 dəqiqə 29-cu saniyəsində qara rəngli Mersedes G markalı avtomobil görüntüyə daxil olur və onun qarşısında açıq boz rəngli Saipa markalı avtomobil görüntüyə düşür, Saipa markalı avtomobil ilk əvvəl Toyota Camry markalı avtomobilin arxasında saxlamaq istəsədə sonradan sürücü tərəfdən avtomobilin yanında saxlayır, Mersedes G markalı avtomobil isə Toyota Camry markalı avtomobilin arxa hissəsində dayanır, görüntünün 01 dəqiq 40 saniyəsində Mersedes G markalı avtomobilin qabaq sağ oturacağından artıq şəxsiyyəti istintaqla müəyyənləşmiş Təqsirləndirilən şəxs2 düşərək qaçaraq mağazanın qarşısına tərəf yaxınlaşır və görüntünün 01 dəqiqə 40 saniyəsində Təqsirləndirilən şəxs2 əynində açıq rəngli gödəkcə olan artıq şəxsiyyəti istintaqla müəyyən edilmiş X5m qucağında Mersedes G markalı avtomobilə doğru yaxınlaşır, görüntünün 01 dəqiqə 59-cu saniyəsində artıq şəxsiyyəti istintaqla müəyyən edilmiş Nəcəfov X15 G markalı avtomobilə qaçaraq yaxınlaşır və avtomobilin hərəkət etməsinə mane olmaq istəyir, qapını açdıqda iki nəfər şəxs onu tutaraq avtomobilin hərəkət etməsinin qarşısını almasına imkan vermirlər, görüntünün 02 dəqiqə 33cü saniyəsində Mersedes G markalı avtomobil hərəkət edərək kameranın görüntüsündən uzaqlaşır, görüntünün 03 dəqiqə 14-cü saniyəsində Toyota Camry markalı avtomobil hərəkət edərək görüntünün müşahidə dairəsindən uzaqlaşır. Daha sonra TŞ 1-021-2 (2) kompakt diski kompyuterin disk qəbul edicisinə yerləşdirildi və həmin kompakt diskdə bir ədəd videofayl olduğu müəyyən edildi, həmin fayl açıldıqda içərisində həmin yerin görüntüsü 14.11,2019-cu il tarixdə saat 10:40:44 dəqiqədə başlayır və 10:44:59 dəqiqədə başa çatır. Görüntüyə baxış zamanı iş iüzrə əhəmiyyət kəsb edən hər hansı bir hal müşahidə edilmədi. TŞ 1-084-2 (1) kompakt diskdə iki ədəd videofayl olduğu müəyyən edildi, həmin görüntülərin əks olunduğu müşahidə kamerası Ş.Şamil küçəsindən üzü İçəri şəhər metrosu istiqamətində hərəkət etdikdə, birinci işıqfora quraşdırılmış təhlükəsiz şəhər kamerasıdır. Birinci fayl açıldıqda içərisində həmin yerin görüntüsü xx.xx.2019-cu il tarixdə saat 10:29:58 dəqiqədə başlayır və 10:33:17 dəqiqədə başa çatır. Görüntüyə baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən hər hansı bir hal müşahidə edilmədi. İkinci fayla baxış zamanı görüntünün həmin tarixdə 10:33:17 dəqiqədə başlayır və 10:36:41 dəqiqədə başa çatır. Görüntüyə baxış zamanı iş iüzrə əhəmiyyət kəsb edən hər hansı bir hal müşahidə edilmədi. Daha sonra TŞ 1- 084-2 (2) kompakt diski kompyuterin disk qəbul edicismə yerləşdirildi və həmin kompakt diskdə üç ədəd videofayl olduğu müəyyən edildi. Birinci fayl 10:36:41 -də başlayır və 10:40:00 dəqiqədə başa çatır. Görüntünün 14-cü saniyəsində Toyota Camry markalı avtomobilin aralıdan dayandığı görünür, onun sol tərəfində açıq boz rəngdə Saipa markalı avtomobil arxa hissəsində isə qara rəngli Mersedes G markalı avtomobil dayanır, görüntünün 01 dəqiqə 13-cü saniyəsində Saipa markalı avtomobil işıqfora yaxınlaşır və əks hərəkət zolağı ilə giriş qadağandır nişanının tələbinə zidd hərəkət yoluna daxil olur, Mersedes G markalı avtomobilin yanında isə bir nəfər əynində qırmızı rəngli üst geyimi olan və şəxs və bir nəfər də artıq şəxsiyyəti istintaqla müəyyən edilmiş Təqsirləndirilən şəxs4 Şahid2 tutaraq avtomobilə yaxınlaşmasına imkan vermir, görüntünün 01 dəqiqə 23-cü saniyəsində Mersedes G markalı avtomobil hərəkət edib iışqfora çatır və işıqforun qırmızı işığında dayanır, görüntünün 01 dəqiqə 30-cu saniyəsində Təqsirləndirilən şəxs4 qaçaraq Mersedes G markalı avtomobilə yaxınlaşır və qabaq sağ oturacaqda əyləşir, görüntünün 01 dəqiqə 40cı saniyəsində Mersedes G markalı avtomobil hərəkət edərək kameranın müşahidə dairəsindən uzaqlaşır. Görüntünün 02 dəqiqə 03 saniyəsində qara rəngli qəza işıqları yanılı vəziyyətdə Toyota Camry markalı avtomobil işıqfora yaxınlaşıb qırmızı işıqda dayanır və görüntünün 02 dəqiqə 44-cü saniyəsində hərəkət edərək kameranın müşahidə dairəsindən uzaqlaşır. Digər iki ədəd fayla baxış keçirilsədə iş üzrə əhəmiyyət kəsb edən hər hansı bir hal müəyyən edilməmişdir. Cinayət işində olan mobil telefona baxış keçirilməsi haqqında xx xxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 istifadəsində olan Samsung J 2 markalı telefona baxış keçirilmişdir. Telefona baxış zamanı «Call Recorder» proqramının mövcud olduğu müəyyən edilərək həmin proqramda qeydə alınmış bəzi telefon danışıqlarının qısa məzmunundan müəyyən olunur ki, xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixədək aparılmış danışıqların səs yazısı olduğu müəyyən olundu. Yuxarıda qeyd olunan müddətdə digər Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** nömrəsi ilə aparılan ilk danışıq xx xxxxxx 2019-cu il tarixdə saat 7:08 dəqiqədə olmuş, zəngin müddəti 47 saniyə davam etmişdir. Hər iki təqsirləndirilən şəxslər arasında aparılmış danışıqlar dinlənilmiş, iş üzrə əhəmiyyət kəsb edən danışıqların məzmunu protokola qeyd olunur. İş üzrə təyin edilmiş məhkəmə fonoskopik ekspertizasının x xxxx 2020-ci il tarixli 4/78 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs1 şərti olaraq K 1, Təqsirləndirilən şəxs2 isə K 2 şərti adı verilmişdir. xx xxxxxx 2019-cu ildə saat 17:16 dəqiqədə aparılan danışıq zamanı Təqsirləndirilən şəxs1 başqa bir şəxslə danışıb danışmadığı Təqsirləndirilən şəxs2 soruşur, o isə cavabında deyir ki, danışıb rayondadır, hələlik işləri vardır, Elmar bildirir ki, onda ikimiz aparmalıyıq, çox adam lazım deyil, avtomobilə plyonka vurdurandan sonra harda tutsalar götürməyi Röyala təklif edir, o da heç bir problem olmadığını deyir. Danışığın sonrakı məzmununda danışıqlar ümumi qaydada gedir. xx xxxxxx 2019-cu il saat 22:05 dəqiqədə aparılan danışıq zaman Elmar Röyala bildirir ki, indi nə planlaşdırdın, mən maşını birinci günə danışım, o da cavabında heç bir problem olmadığını deyir. xx xxxxxx 2019-cu il tarixli 22:09 dəqiqədə aparılan danışıq zamanı Röyal deyir ki, mən onunla danışdım, bir təhər onu yola gətirmişəm, görüş təklif etdim, o da dedi ki, uşaqların ikisi rayondadırlar, qoy gəlsinlər, sonra görüşək danışaq. Həmçinin deyir ki, onun 35 və ya 36-cı bölmədə problemi var imiş, ona görə ehtiyyat edirmiş. Bu zaman Elmar bildirir ki, sən ona demədin ki, bizim bölməlik işimiz yoxdur, Royalda cavabında deyir ki, mən ona dedim bundan sonra ürəkləndi və razılaşdı. Bu zaman Elmar bildirir ki, artıq bu işi uzatmaq olmaz, uzağı bir ikinci gün həll etmək lazımdır. xx xxxxxx 2019-cu il tarixdə saat 23:47 dəqiqədə danışıq zamanı Elmar Royaldan soruşur ki, danışdın onunla, Röyal cavabında deyir ki, danışmışam, razılaşmırdı, razılaşdırmışam, sonra Elmar atası ilə də danışdığını və məsələni tez bir zamanda həll etmək lazım olduğunu bildirir, Röyal səbrli olmaq lazım olduğunu, gözlənilməyən anda gözlənilməyən bir işin ortaya çıxacağını deyir, zarafata salaraq gülərək deyir ki, ona uzanan əlləri kəsərəm, başa düşdündə «d», Elmar başa düşdüyünü bildirir. xx xxxxxx 2019-cu il tarixdə saat 16:16 dəqiqədə aparılan danışıq zamanı Elmar soruşur ki, danışdın onlarla, Royalda cavab verir ki, danışmışam, axşam görüşəcəyik, qardaşım burdadı, onlar yox, axşam görüşüb söhbət edərik. xx xxxxxx 2019-cu ildə saat 18:48 dəqiqədə aparılan danışıq zaman Röyal Elmardan harada olmasını soruşaraq bu tərəflərə gəlib gəlməyəcəyini soruşur, o da birazdan gələcəyini deyir, Röyal cavabında Sabunçuya getmək lazım olduğunu, həmçinin bir xeyirli işində olduğunu, işlədiyi dükanın müqavilə məsələləri ilə bağlı 13-18-dək bağlı olacağını və bunun da işin xeyrinə olduğunu bildirir, həmçinin dediyi kimi gözləməkdə səbrli olmaqda fayda olduğunu ifadə edir. Həmçinin Samiri də gətirib gətirməyəcəyini soruşur, Elmarda Samirə ehtiyac olmadığını, laızmdırsa gətirə biləcəyini bildirir, Royalda ehtiyac olmadığını dediyi üçün Elmar özlərinin bu məsələni həll etmələrini bildirir, Röyal da onunla razılaşaraq Samirin gəlməməsini deyir. xx xxxxxx 2019-cu ildə saat 12:23 dəqiqədə aparılan danışıq zamanı Elmar Royaldan soruşur ki, nə oldu sənin adamlarından xəbər çıxmadı, Royalda harada olmasını soruşur, Elmarda Dərnəgüldə olduğunu soruşur, Elmar yenə də adamların harada olduğunu soruşur, abed vaxtı görüşəcəklərini deyir. xx xxxxxx 2019-cu ildə saat 15:39 dəqiqədə aparılan danışıq zamanı Elmar nə olduğunu soruşur, Röyal cavabında and içərək cavab vermədiyini, hətta başqa nömrə ilə də yığdığını deyir. xx xxxxxx 2019-cu İldə saat 18:28 dəqiqədə aparılan danışıq zamanı Röyal qardaşı xəstə olduğu üçün rayona gedib səhər qayıdacağını deyir, Elmarda maşını götürdüyünü,qara Qallinvagen götürdüyünü, səhər avtomobilin onda olacağını deyir, bu zaman Royalda Qaliq sürmək istədiyini deyərək «D» hərfi işarə edir, Elmar yanında kim olduğunu soruşur, Röyal tək taksidə getdiyini deyir, Elmarda sabah uşaqların gəlib gəlməyəcəyini soruşduqda Röyal cavab verir ki, gələcəklər, gəlməsələr onların hamısını gedib təpiyimin altına salacam. xx xxxxxx 2019-cu ildə saat 03:10 dəqiqədə danışıq zamanı Elmar Röyala deyir ki, sabah günorta gələcəm, gedib o evə baxmaq lazımdır, Royalda onun fikirləri ilə razılaşır. xx xxxxxx 2019-cu ildə saat 12:59 dəqiqədə danışıq zamanı Elmar Royaldan harada olduğunu soruşur, Royalda cavabında dükanda olduğunu 15 kiloqram ət qaldığını satılmadığını deyir, Elmar bəs gedib ora baxmaq lazım olduğunu, sudan zadan alıb oraya qoymaq lazım olduğunu deyir, Royalda cavabında nədi ki, gedəndə yoldan alıb apararıq, axşam boşluq olan vaxt getmək lazım olduğunu bildirir, Eİmar Royaldan soruşur ki, danışmısan onlarla Royalda deyir ki, danışmışam, axşam görüşəcəyik. Həmçinin Elmar deyir ki, onlara de narahat olmasınlar şirinlikləri olacaq. xx xxxxxx 2019-cu ildə saat 14:09 dəqiqədə aparılan danışıq zamanı Elmar Royaldan soruşur ki, sənin qardaşın maşın sürə bilmir, bəs Qalinvangeni oradan kim sürüb aparacaq, Royalda deyir ki, narahat olma biri sürər, o birilər sürə bilir, Elmar cavabında saat neçədə görüşəcəklərini soruşur, bu zaman Royalda gecə saat 04 radələrində görüşəcəklərini deyir. xx xxxxxx 2019-cu ildə saat 18:10 dəqiqədə aparılan danışıq zamanı Röyal Elmardan harada olmasım soruşur, daha sonra deyir ki, qardaşım zəng eləmişdi və deyirdi ki, saat 10dan sonra gələcəyik o tərəfə. xx xxxxxx 2019-cu ildə saat 20:53 dəqiqədə aparılan danışıq zamanı Röyal Elmardan harada olmasını soruşur, Elmarda avtomobili götürdüyünü Liderin yanında olduğunu deyərək onların nə vaxt gələcəklərini soruşur, bu zaman Röyal deyir ki, mən bekar adamam evdəyəm, Hökməlidə, məni də götür birazdan onlarda şəhərə gəlsinlər görüşək. xx xxxxxx 2019-cu ildə saat 05:27 dəqiqədə aparılan danışıq zamanı Röyal Elmardan durub durmadığını soruşur, daha sonra isə deyir ki, çörək yeyərək çıxır, görüş yerini «papamn restoranının yanını təyin edirlər.» xx xxxxxx 2019-cu ildə saat 05:58 dəqiqədə aparılan danışıq zamanı Röyal Elmardan harada olmasını soruşur, o da deyir ki, ikinci variantı göstərirəm, indi qayıdıram. Təqsirləndirilən şəxs3 istifadəsində olan ***-***-**-** nömrəsi ilə aparılan danışıq zamanı aşağıdakılar müəyyən edildi: xx xxxxxx 2019-cu ildə saat 17:13 dəqiqədə aparılan danışıq zamanı Röyal deyir ki, Elmarla danışıb, əgər ona zəng vursa rayonda olduğunu bildirsin, işləri olduğu üçün gəlmədiyini desin. xx xxxxxx 2019-cu il tarixdə saat 17:59 dəqiqədə aparılan danışıq zamanı digər şəxs Təqsirləndirilən şəxs3 bildirir ki, əgər elədirsə uşaq var, ona deyilsin, pulu verilsin, bizlər çəkilək kənarda duraq, həmin şəxs Öz işi həll etsin. Bizlik problem olmasın, Röyal isə cavabında deyir ki, sənlik deyil, sən çəkil dur kənara guya qorxursan. xx xxxxxx 2019-cu il tarixdə 22:04 radələrində aparılmış danışıq zamanı Röyal deyir ki, bu mənim başımı aparıb, gəlin bunun işini həll edək, sız neçə nəfərsiniz, Nurani cavabında deyir ki, 3 nəfərdi biri rayondadır, Röyal görüşüb söhbət etməyi təklif etdikdə Nurani deyir ki, qoy uşaqlar gəlsin sonra görüşək, həmçinin onun telefon nömrəsini istəyir ki, mən ondan zəmanət almaq istəyirəm, mən özüm heç uşaqlar tutular problem olar, bu zaman Röyal bildirir ki, narahat olma zəmanət artıq alınıb, prezident aparatından belə bu işdən xəbərdardırlar. Həmçinin bildirir ki, sən ilk öncə onunla danışan zaman deyərsən ki, mən onun imkanlı vəzifəli şəxs olmasından qorxduğum üçün razılıq vermirdim. xx xxxxxx 2019-cu ildə saat 18:07 dəqiqədə aparılan danışıq zamanı Nurani soruşur ki, nə vaxt görüşəcəyik, Röyal da cavabında uşaqların gəlib gəlmədiyini soruşur, Nurani də gəldiklərini deyəndən sonra Röyal axşam görüşə biləcəklərini deyir. xx xxxxxx 2019-cu ildə saat 18:41 dəqiqədə aparılan danışıq zamanı Nurani nə vaxt görüşəcəklərini soruşur, Royalda uşaqların gəlib gəlmədiyini soruşur, o da cavabında gəldiklərini deyəndən sonra axşam görüşə biləcəklərini və danışdığımız kimi sən deyərsən ki, işin hansı bölmədədi, o məsələni bir zəngə həll edərik, Samirə deyərik, atası zəng edib həll edər. xx xxxxxx 2019-cu ildə saat 20:08 dəqiqədə aparılan danışıq zamanı Nurani Royaldan harada olduğunu soruşur, o da işdə olduğunu bildirir, bu zaman Nurani istəyirsənsə biz gələk ora ifadəsini işlədir, həmin vaxt Royalda gəldə deyərək cavab verir. xx xxxxxx 2019-cu ildə saat 21:06 dəqiqədə Röyal Nuranidən harada olmasını soruşur, Nurani də evdə olduğunu deyir, bəs nə vaxt gələcəklərini soruşur, o da bu gün gələ bilməyəcəklərini deyərək Kürdəmir rayonuna getdiklərini sabah günorta gələcəklərini deyir, Röyal da niyə xəbər etmədiklərini, adamları bura çağırdığını bildirir. 11 noyabr2019-cu ildəsaat16:42dəqiqədəaparılandanışıq zamanıRöyalNuranidən soruşur ki, niyə gəlmədiniz, o da cavab versədə səsi anlaşılmır, daha sonra Röyal yenidən soruşur ki, axşam demədin ki, günorta gələcəyik, Nuraninin cavabı anlaşılmır, Röyal hə yaxşı deyərək dəstəyi yerə qoyur. xx xxxxx 2019-cuildəsaat18:30dəqiqədə aparılan danışıqzamanı NuraniRoyaldan harada olmasını soruşur, o da işdə olduğunu deyir. Bu zaman Nurani deyir kı, siz gələcəksiniz ya biz, o da deyir ki, gəlirsinizsə siz gəlin, bu zaman Nurani deyir ki, biz saat 8də hamımız bir yerdə olacağıq, 3 nəfər olacağıq, bir nəfər avariya ilə bağlı gələ bilməyəcək, həmin şəxsin əsas adam olduğunu deyir, bu zaman Röyal həmin şəxsin şofer olmasını soruşur, Nurani dəcavab verir ki, hər üçü maşınsürə bilir, xeyr şofer deyil. 11noyabr 2019-cu ildəsaat20:53dəqiqədəaparılandanışıqzamanıRöyalNuranidən harada olmasını soruşur, o da cavabında dükanda olduğunu bildirir. xx xxxxxx 2019-cu ildə saat 20:34 dəqiqədə aparılan danışıq zamanı Nurani Royaldan soruşur ki, birdən problem olar, quyruğu qapı arasında qalanda problem yaradar, bu zaman Röyal deyir ki, narahatçılıq üçün heç bir əsas yoxdur, sığortası vardır, narahat olmamasını bildirir, həmin vaxt Nurani də nəsə başa düşülməyən cümlə işlədir, Röyal cavabında ondan narahat olmamasını bildirir. xx xxxxxx 2019-cu ildə saat21:59dəqiqədəaparılan danışıq zamanıRöyalNuranidən harada olmasınısoruşaraqQaraQarayevəgələ biləcəyini soruşur, bu zamanNuranidə razılaşdığı üçün Röyal deyir ki, onda gəlin Qara Qarayevə. xx xxxxxx 2019-cu ildə saat 22:31 dəqiqədə danışıq zamanı Nurani Royaldan harada olmasını soruşduqda Röyal deyir ki, Neftçilərə çatmamış, İnterturan tərəfə dönün, daha sonra birinci aradan geri qayıdın, dostluğu keçən kimi Bizim pivə yeri var oradayıq. xx xxxxxx 2019-cu ildə saat 22:40 dəqiqədə aparılan danışıq zamanı Nurani Röyala deyir ki, biz bizə kafenin qarşısındayıq, o da deyir ki, girin içəri kabinetə. xx xxxxxx 2019-cu ildə saat 07:43dəqiqədəaparılan danışıq zamanı RöyalNuranidən yerinin rahat olub olmamasını soruşur, o da hə cavabım verəndən sonra deyir ki, maşının içərisinə diqqətlə baxırsınız, əgər başqa adam çox guman ki, atası olacaq olsa siz heç nə etmirsiniz, atasını işə düşürüb qayıdandan sonra Sədərək yolunda vuracağıq. xx xxxxxx 2019-cu ildə saat 07:52 dəqiqədə aparılan danışıq zamanı Röyal deyir ki, nəsə gec oldu, biriniz düşün diqqət çəkmədən baxın görün, maşın xoddudu, ya yox, yaman gec oldu. xx xxxxxx 2019-cu ildə saat 07:53 dəqiqədə danışıq zamanı Nurani deyir ki, maşm xodu deyil, Royalda hə yaxşı deməklə gözləmələrini tapşırır. xx xxxxxx 2019-cu ildə saat 08:07 dəqiqədə aparılan danışıq zamanı Röyal səbrli olmalarını, gözləmələri avtomobili söndürüb dayanmalarını bildirir. xx xxxxxx 2019-cu ildə saat 08:20 dəqiqədə aparılan danışıq zamanı Röyal Nuranidən soruşur ki, avtomobilin içini görür, ya yox, Nurani də cavabında xeyr görmədiklərini bildirir. xx xxxxxx 2019-cu ildə saat 08:22 dəqiqədə aparılan danışıq zamanı Röyal deyir ki, abdoy verməyin, maşm hazırlaşır ki, tormozun işığı iki dəfə yansa bilin kı, maşm tərpəndi. xx xxxxxx 2019-cu ildə saat 08:23 dəqiqədə aparılan danışıq zamanı Röyal deyir ki, adboy vermə, mikrafona qoy, Nurani də deyir ki, yaxşı, həmin vaxt Röyal deyir ki, atası ilə çıxacaq, bu zaman kənardan üçüncü şəxs (Kİ) deyir ki, maşın xoddanıb ya yox, bu zaman Röyal deyir ki, onda atası çıxacaq, diqqətli olun, üçüncü şəxs (Kİ) də deyir ki, dəqiq baxın ki, qız minəcək ya yox. Bu zaman Nurani deyir ki, hazırlaşır uje, həmin vaxt Röyal soruşur ki, neçə nəfər minib, bu zaman Nurani deyir ki, heç kim minməyib, kənardan üçüncü şəxs(Kİ) deyir ki, indilərdə harda olsa çıxacaq, svetafora qədər vurmaq lazım deyil. Onda atası çıxacaq, bunu eşidən Röyal Nuraniyə deyir ki, svetafora qədər vurmursuz maşını, ora qədər atası da maşında olacaq, plan qaldı, Sədərək yoluna, Nuranidə cavabında deyir ki, maşın indi düz böyrümüzdədir, bu zaman kənardan üçüncü şəxs deyir ki, siz dəqiq baxın ki, maşına qız kiminlə minəcək, Nurani də deyir ki, dəqiq görə bilirik. Axırda Röyal deyir ki, konturum qurtardı və bununla danışıq bitir. xx xxxxxx 2019-cu ildə saat 08:44 dəqiqədə aparılan danışıq zamanı Nurani deyir ki, Bəhruzla balaca mindi maşina, bu zaman Röyal deyir ki, balaca getdi baxçaya fikir verməyin, o tərəfə baxmayın qoy çıxıb getsin. Bu zaman Röyal deyir ki, bu heç yaxşı olmadı, Nurani də deyir ki, belə olmağı yaxşı oldu ki, bildik ki, kişi işdədir, bu zaman Röyal deyir ki, o pis oldu evdə olmağı rahat idi, maşın gedib 15 dəqiqəyə qayıdacaq, narahat olma, maşmı söndür, benzin qurtarar. xx xxxxxx 2019-cu ildə saat 09:01 dəqiqədə aparılan danışıq zamanı kənardan bir nəfər hansı mənada deməsi məlum olmayan 150 yox e 175 min ifadəsini işlədir, Röyal telefonda Nuraniyə deyir ki, biriniz gəlin bura işim var. xx xxxxxx 2019-cu ildə saat 09:09 dəqiqədə aparılan danışıq zamanı Röyal Nuraniyə deyir ki, bax o 222 çıxıra qabağınızda elə edin o şübhələnməsin, Nurani də cavabında a yox e kimdi, bizdən şübhələnən ifadəsini işlədir, o da şillə vuranlardandır. xx xxxxxx 2019-cu ildə saat 09:37 dəqiqədə aparılan danışıq zamanı Röyal Nuraniyə deyir ki, şover ordadır, yoxsa Nurani də cavabında hə deyir, bu zaman Röyal nə iş görür deyə soruşur, binanın altında gözləmə yerində gözləyir, Nuranidə deyir ki, gözlüyürsə deməli çıxacaq indilərdə. xx xxxxxx 2019-cu ildə saat 09:52 dəqiqədə aparılan danışıq zamanı Röyal Nuranidən soruşur ki, mindi maşina Nurani də cavabında arvadı idi deyir, Röyal dəqiq arvad idi soruşur, bu zaman kənardan üçüncü şəxs (Kİ) deyir ki, gözləsinlər mən gedim dalınca baxım, Röyal Nuraniyə deyir ki, siz burada gözləyin. xx xxxxxx 2019-cu ildə saat 09:53 dəqiqədə apaorılan danışıq zamanı Röyal Nuranidən soruşur ki, kök qadın idi sarı, Nurani də hə kök qadındı, tək mindi, onun dalınca nahaq gedirsiniz. xx xxxxxx 2019-cu ildə saat 10:24 dəqiqədə aparılan danışıq zamanı Röyal deyir ki. harda udobnu olanda qız içində olan maşını vurun, Nuram də nətəhər deyə soruşur, Royalda cavabında hara udobnu olsa maşını vurarsınız, kənardan üçüncü şəxs (Kİ) deyir ki, uje qayıtdıq köhnə plana, Royalda deyir ki, çəm düşdü vurun maşını, Nuranidə cavabında yaxşı deyir. xx xxxxxx 2019-cu ildə saat 10:31 dəqiqədə aparılan zaman Nurani deyir ki, maşın çıxır, bu zaman Röyal deyir ki, görürük arxamzdayıq. kənardan üçüncü şəxs (kl) deyir ki, denən Sədərəkdə vuraq, Royalda ona cavab verir ki, Sədərəyə getmir axı. xx xxxxxx 2019-cu ildə saat 10:32 dəqiqədə aparılan danışıq zamanı Röyal deyir ki, telefonu adboy verməyin, vur deyəndə vurarsınız, tələsməyin, bu zaman kənardan üçüncü şəxs (kl) deyir ki, polis Royalda Nuraniyə deyir ki, qai var qabaqda tələsməyin, üçüncü şəxs (kl) Sədərək yoluna çıxsın, Sədərək yolunda. xx xxxxxx 2019-cu ildə saat 10:33 dəqiqədə aparılan danışıq zamanı Röyal deyir ki, səbrli olun, işə getmədi, kənardan üçüncü şəxs (kl) deyir ki, sağa dönsə qabaqda Qai dayanır, Royalda onun sözlərini Nuraniyə deyir və telefonu adboy verməməyi deyir, bir qədər sonra kənardan üçüncü şəxs (kl) deyir ki, denən şəhərdi hələ vurmasın, Royalda onun dediklərini Nuraniyə çatdırır. Royalda deyir ki, tələsməyin bəlkə salona düşəndə götürdük, gözləyin, sola düşdü, kənardan üçüncü şəxs (kl) deyir ki, denən vursun, Royalda onun sözünü təkrarlayır, üçüncü şəxs (kl) deyir ki, gecikdi, bu zaman Röyal uca səslə vurma gecdi deyir, Nuranidə deyir ki, vurmaq olmur, kamera var, Royalda kamera var bir vaqonifadəsini işlədir, bu zaman kənardan üçüncü şəxs (kl) deyir ki, day uje bura şəhərdi, Royalda Nuraniyə deyir ki, çox dirəmə, Röyal deyir ki, dayandı, kənardan üçüncü şəxs (kl) Royaldan soruşur ki, götürə bilərsən burada Royalda deyir hə, üçüncü şəxs (kl) deyir ki, ver maşını qapısına, Royalda onun dediklərini Nuraniyə çatdırır, kənardan qadın qışqırıq səsləri (Ql) gəlir, həmin qadm eləmə deyərək səs çıxarır, üçüncü şəxs (kl) həmin vaxt qadınadeyir ki, sakit dur, bu zaman qadın «Elmar sənə qurban olum, Elmar deyərək yalvarır, bu zaman qadın Elmar oğurladı, Elmar oğur!adı» deyərək bir neçə dəfə qışqırır, üçüncü şəxs (kl) kiməsə deyir ki, kömək elə, bu zaman kənardan kimsə otur maşina deyərək qışqırır. Bu zaman kənardan bir nəfər qışqırır ki, «Elmar oğraşlıq eləmə», bu zaman kimsə sür sür deyir, həmin vaxt qadın yalvararraq buraxılmasını xahiş edir. Qadın «Elmar mən sənə pis olmamışam, Elmar». Bu zaman üçüncü şəxs (kl) Şəbinə sakit ol ifadəsini işlədir. Bu zaman kənardan bir nəfər deyir ki, sür. Qadın həmin vaxt deyir ki, «bir dənə söz deyim, Elmar məni neyniyəssən». Üçüncü şəxs «narahat olma Səbinə» ifadəsini işlədir. Həmin vaxt qadın bir dənə söz deyim deyəndə zəng bitir. xx xxxxxx 2019-cu ildə saat 10:39 dəqiqədə aparılan danışıq zamanı Röyal deyir ki, çıxın aradan, Adilə də denən, bu zaman qadın səsi kənardan eşidilir ki, yalvararaq evli olduğunu bildirir, Röyalm dediklərinə cavab olaraq Nurani deyir ki, biz çıxmışıq oradan, o uşaqlara da deyin çıxsınlar, Röyal hansı nömrəyə demək lazım olduğunu soruşur, bu zaman Nurani cavabında bayaq yığdığın nömrələrdən birinə yığ deyərək cavab verir. xx xxxxxx 2019-cu ildə saat 10:46 dəqiqədə aparılan danışıq zamanı kənardan qadın üçüncü şəxsdən (kl) soruşur ki, «mənimlə nə işin var o da heç bir işi olmadığını, heç bir niyyəti olmadığını bildirir», bu zaman qadın üçüncü şəxsdən «mənimlə evlənmək niyyətində yoxdu» sualını verir, üçüncü şəxsdə cavabında yox deyir, qadın deyir ki, mən sənə qardaş gözü ilə baxıram, bu zaman telefon danışığı zamanı Röyal deyir ki, maşını götürüb uzaqlaşdırın ordan. xx xxxxxx 2019-cu ildə saat 10:49 dəqiqədə aparılan danışıq zamanı kənardan qadınla kişinin danışığı düşür, kişi qadından soruşur ki, kimdi sənin istədiyin, qadında da deyir ki, Xəyalın əmisi oğlu, Sabir əminin oğlu. xx xxxxxx 2019-cu ildə saat 10:55 dəqiqədə aparılan danışıq zamanı Röyal soruşur ki, götürdünüz maşını, o da hə cavabını verir, bu zaman kənardan kimsə soruşur ki, Adil yanındadır, Royalda onun sözlərini Nuraniyə çatdırır, o da cavabında hə cavabını verir, bu zaman Röyal şoveri də soruşur, həmin şəxs deyir ki, o qaçıb gedib. Bu zaman Röyal deyir ki, açar səndədir, o da hə cavabını verir, Röyal deyir ki, maşını aparıb atın Yasamala. Həmin danışıq zamanı kənardan qadınla kişinin danışığı da eşidilir və qadın kişidən soruşur ki, «məni kim qaçıracaqdı», kişi də cavab vermir, bundan sonra soruşur ki, qohum idi yad, lakin kişi heç bir cavab vermir. xx xxxxxx 2019-cu ildə saat 11:01 dəqiqədə aparılan danışıq zamanı Röyal hə deyə cavab verir, Adilin nömrəsini istəyir, o isə vermir, bu zaman kənardan kişi səsli diktor soruşur ki, maşını çıxarıblar ordan yaşamalda bir yerdə saxlasınlar. xx xxxxxx 2019-cu ildə saat 11:03 dəqiqədə aparılan danışıq zamanı zəng edən şəxs nömrə istəyir, bu zaman Röyal 050 ifadəsini işlədir, daha sonra başqa bir şəxsə telefonu verir, o da deyir ki, ay Nurani ona zəng çatmır, sən bir oralara fırlan gör hardadır. Nuranidə harada olduqlarını soruşanda həmin şəxs bilmədiyini deyir. Danışıq zamanı kənardan qadının yalvararaq kişidən onu nə vaxt buraxacağım soruşur, kişi də cavabında axşama buraxacağını bildirir, bu zaman qadın deyir ki, sən məni burax mən atama deyəcəm bu işə heç kimi qatmasın. xx xxxxxx 2019-cu ildə saat 11:24 dəqiqədə aparılan danışıq zamanı Nurani Röyala deyir ki, maşının yanına polislər tökülüb, o da deyir ki, onda uzaqlaşın, bu zaman Nurani onu heç kimin görmədiyini deyir, belə olan halda Nurani deyir ki, onda kənarda izlə. Həmin danışıq zamanı kənardan qadınla kişinin danışığı da qeyd olunmuşdur, qadın anlaşılmayan nəsə kişidən soruşur və daha sonra deyir ki, çatan kimi telefonu ver, atama deyim, atam həll eləsin, canından üstün tutmayacaq. xx xxxxxx 2019-cu ildə saat 11:29 dəqiqədə aparılan danışıq zamanı Nurani deyir ki, polislər maşını yolun kənarına park etdilər, bizdə dayanmışıq, Röyal heç bir problem olmadığını deyir, Nurani çatıb çatmadıqlarını soruşur, Royalda çatdıqlarını təsdiq edir. xx xxxxxx 2019-cu ildə saat 11:31 dəqiqədə aparılan danışıq zamanı Röyal maşım hara apardıqlarını deyir, sonra deyir ki, qoy aparsınlar, Nurani harada olduqlarını soruşur, o da telefonda yerlərini deyə bilməyəcəyini deyir və qardaşı yola salacağını bildirir. Şahid5 istifadəsində olan ***-***-**-** nömrəsi ilə aparılan danışıq aşağıdakı kimidir: xx xxxxxx 2019-cu ildə saat 13:08 dəqiqədə aparılan danışıq zamanı Təqsirləndirilən şəxs1 (Kİ) deyir ki, ata mənəm Elmar, məni üzürlü hesab elə mən Səbinəni götürmüşəm, sənə sözü var səninlə danışmaq istəyir. Daha sonra telefonu qadına verir, X5 (Ql) deyir ki, biz Elmarla bacı qardaş kimi oturmuşuq, papama zəng edin, çağırtdır yanma, Elmar məni qorumaq üçün gətirib, papama de ki, polisi zadı çəksin, bizdə gələk sizə orada danışaq, sonra soruşur ki, sən evdəsən, telefonda Şahid5 (k5) xəstə olduğunu vəziyyətinin pis olduğunu dedikdə, Şəbinə qadın deyir ki, bildim e vəziyyətin pisdir, papada gəlsin, biz söhbətimizi edəkdə, onda Elmara de ki, məni gətirsin sizə gələk söhbət edək. Elmarı da danlama, o mənim qardaşımdı, qardaşım olaraq da qalacaq, papama de polisi qatmasın bu işə, papama denən.Şahid1 istifadəsində olan ***-***-**-** nömrəsi ilə aparılan danışıq aşağıdakı kimidir: xx xxxxxx 2019-cu ildə saat 13:21 dəqiqədə aparılan danışıq zamanı X5 (Ql) alo papa mənəm Səbişdir, Elmar məni öz istəyimlə qaçırmışdır, mən Şahmur əmiylə danışdım məni ora gətirəcək, polisi bu işə qatma, həəəə, həəəə, deyərək uzadır, Elmar məni gətirəcək Şahmur əmigilə gətirəcək. Həmçinin Şəbinə deyir ki, papa söz verirsən də mənə ki, polisi çəkəcəksən. Cinayət işində olan mobil telefona baxış keçirilməsi haqqında xx xxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olan Samsung A 6 markalı telefona baxış keçirilmişdir. Telefona baxış zamanı «Call Recorder» proqramının mövcud olduğu müəyyən edilərək həmin proqramda qeydə alınmış bəzi telefon danışıqlarının qısa məzmundan müəyyən ollunur ki, x xxxxxxx 2019-cu ildə saat 20:10:58 dəqiqədə aparılan danışıq zamanı Təqsirləndirilən şəxs2 (k2) danışıqda Təqsirləndirilən şəxs1 (Kİ) məsələnin nə yerdə olduğunu atası ilə danışıb danışmadığını soruşur, Elmar atası ilə danışmadığını, bu iş qurulub qurtarandan sonra atasına xəbər verəcəyini bildirir. Həmçinin danışıq zamanı Elmar deyir ki, atam deyir ki, Bəhruzla Özün danışasan bəlkə, bu zaman həm Elmar həm də ki, Röyal həmin fikirlə razılaşmırlar və Elmar təklif edir ki, hər bir halda məsələni həll etmək lazımdır, bu zaman Röyal deyir ki, bircə adam oğurluğunda adımız hallanmayıb, onda da hallanar, Röyal Elmardan soruşur ki, adam oğurluğunun maddəsi 129 deyil, daha sonra Röyal təklif edir ki, qızın hərəkət istiqamətlərini maraqlan, qızı götürən kimi telefonu əlindən alınmalıdır, həmçinin sən də telefonu qoyarsan bir adi zəng gedib zəng gələn telefon alarsan təxminən bir həftə onu istifadə edərsən, Elmarda onun dedikləri ilə razılaşır, həmçinin danışığın əvvəllində Elmarda deyir ki, Samirlə də danışmışam, əgər problem olsa atası onunla danışar. x xxxxxxx 2019-cu ildə saat 21:19:58 dəqiqədə aparılan danışıq zamanı Elmar deyir ki, bəs mənim maşınım hərəkət etməsi üçün bir sürücü lazımdır, sənin qardaşın idarə edə bilər, Röyal isə cavabında deyir ki, qardaşım maşın sürə bilmir, Elmar isə Novruza deyə biləcəyini lakin Novruzun ağ ciyər olduğunu bildirir. xx xxxxxxx 2019-cu ildə saat 19:53:50 dəqiqədə aparılan danışıq zamanı Röyal soruşur ki, neynirdin məni evə baxmağa görə axtarırdın, Elmar hə deyərək cavab verir, bu zaman Elmar deyir ki, olmaze şəhərdə olmaz, bu zaman Röyal deyir yoxe onların evlərini deyirdim, binaya baxardıq, bəlkə blokdan götürdük elə. xx xxxxxxx 2019-cu ildə saat 19:13:13 dəqiqədə aparılan danışıq zamanı Elmar Royaldan xahiş edir ki, su problemini həll etmək üçün Yaşara zəng vurub danışsın, həmin vaxt Röyal and aman edərək konturu olmadığını bildirir və deyir ki, ölürəm bircə bu qızı sən qaçırtsaydın, qurtarardıq.oktyabr 2019-cu ildə saat 23:33:28 dəqiqədə aparılan danışıq zamanı Röyal Elmardan soruşur ki, məsələ nə yerdə qaldı, Elmar deyir ki, evi gözləyirəm də. Röyal Elmardan soruşur ki, hələ verməyib evi. Elmarda deyir ki, yox verməyib kombinin çəkilməyini gözləyir. xx xxxxxxx 2019-cu ildə saat 21:43:01 dəqiqədə aparılan danışıq zamanı Röyal Elmardan soruşur ki, iş nə yerdə qaldı, Elmarda deyir ki, hələ evin açarını verməyib, Royalda deyir ki, ayə day qurtarda bu məsələni, bizdə o villanın çörəyini yeyəkdə, Elmarda deyir ki, həll edəcəyik, Röyal bu zaman gülərək deyir ki, sənin üçün qızı qaçıranda birini də özüm üçün gətirəcəm, həqiqi onu da etmək olare bir qız gətirək salaq bunun yanma o da vay şüvən salsın, sonradan ərizəsini alaq, ona da desin ki, bəs məni də pula görə qaçırıblar, atama dedim pulu verdi, buraxdılar, o da onu başa salacaq ki, yazdə səni də pula görə qaçırıblar, aparıb qoyacaqlar yerinə. Elmar isə cavabında deyir ki, ondansa qızı gətirmək lazımdır ora ki, onu başa salsın. Elmar onda deyir ki, onda day niyə uzadırıq, mən açığı fikirləşirdim ki, birdən başa düşməz, Royalda deyir ki, niyə başa düşmür, başa salacağıq başa düşəcək, Elmarda deyir ki, dur gəl söhbət edəkdə. xx xxxxxxx 2019-cu ildə saat 12:09:36 dəqiqədə aparılan danışıq zamanı Elmar Röyala deyir ki, mən indi atamla danışdım, o da dedi ki, işini görə qələt edirlər, gəlsə ancaq anası gələ bilər, o da .... yeyir, Röyal soruşur ki, dedin ki, sən Royalla olacam, Elmar isə cavabında xeyr deyir və əlavə olaraq deyir ki, bircə dedim ki, artıq fikrimi qətiləşdirmişəm, uzağı 15 günə məsələni həll edəcəm. Həmçinin deyir atam dedi ki, onlar mənə heç bir söz deyə bilməzlər, atamla onlar əmi oğludular axı, deyir dinamit qoyub partladaram. Röyala təklif edir ki, artıq rahat işimizi görə bilərik. Həmçinin Elmar deyir ki, gedib nə deyəcək deyəcək əmim oğlun tutdururam, sən məsələn gedib Bəhruzu tutdursan sənin üzünə tüpürməzlər, mən də deyirəm tüpürərlər, ona da tüpürəcəklər, həmçinin deyir ki, .... yeyir, heç nə edə bilməzlər. Həmçinin Royalda deyir ki, mən gözləyirəm ki, məni tutsunlar, mən Bəhruzla üzbəüz gəlmək istəyirəm, həmçinin Elmar deyir ki, bu gün mən uje maraqlanacam ki, necə götürəcəyik, necə edəcəyik, maşın işini həll edəcəm, Röyal deyir ki, o artıq sənin işindir, lap Qobunun içində maşım dəyişmək olar. Bu zaman Elmar deyir ki, mən ona görə deyirəm ki, sənin qardaşın bizi müşayiət edərdi, Qobuya kimi gəldik, Qobuda düşürüb mindirdik qardaşının maşınına ordan o tərəfə onunla apardıq. Həmçinin qoy Elnurda gəlir, onunla söhbət edəcəm, bəlkə mənə arendaya bir taksi tapıb verər, pulunu ödəyərəm. Bu zaman Röyal deyir ki, bu iş elə bir işdir ki, bu işdə gərək rasxod edəsən, nəyəsə nail olmaqdan ötrü nədənsə keçəsən. xx xxxxxx 2019-cu ildə saat 18:55:41 dəqiqədə aparılan danışıq zaman Röyal Elmara deyir ki, bu məsələni gəl tez bu məsələni həll edək, heç bir adama ehtiyac yoxdu, tez bir zamanda həll edək, bu vəziyyətdən qurtaraq, o qızı mən özüm tək götürəcəm, heç bir adama da ehtiyac yoxdu, bu zaman Elmar deyir ki, yox bizə adam lazımdır, Röyal etiraz edəndə Elmar deyir ki, bizə köməyə adam lazım olacaq gərək ağılla iş görək, Röyal isə deyir ki, day bir qızı götürə bilməyəndən sonra day nə oldu. Həmçinin Röyal deyir ki, .... Bəhruzun ağzını, o kimdir ki, qız getməlidir. Şahid5 istifadəsində olan ***-***-**-** nömrəsi ilə aparılan danışıq zamanı aşağıdakılar müəyyən edildi: xx xxxxxx 2019-cu ildə saat 10:44:28 dəqiqədə aparılan danışıq zamanı kənardan bir qadın səsi (Ql) yalvarır ki, ata ilə danışaq. Bu zaman telefonda Elmar Şahmura deyir ki, mən getdim Səbinəni götürdüm, atası ilə danışmaq istəyir, Şahmur da cavabında deyir ki, nə danışmaq istiyir atası ilə danışmasın. Bundan başqa whatsapp proqramı ilə aparılan yazışmalara baxış zamanı Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** nömrəsi ilə aparılan danışıqlara baxış zamanı müəyyən olunur ki, xx xxxxxxx 2019-cu ildə saat 15:05 dəqiqədə aşağıdakı məzmunda 3 ədəd səsli mesaj göndərilmişdir: «qaqa nətərsən, ordan baxginən üzbəüz tikinti mağazasına 3-4 metr kəndir götürdə, nazik, əl ayaq bağlamağa», «bax gör skoç var, skoç ağıza vurma, qalın skoç olsun» «qalın deyəndə yapışqanı möhkəm olan də» xx xxxxxxx 2019-cu ildə saat 15:57 dəqiqədə aşağıdakı məzmunda SMS-ə cavab verilmişdir: «ayə onun işi asantdı, gör nəyin dərdini çəkirsən, iki dəqiqəlk işdi» xx xxxxxxx 2019-cu ildə saat 13:52 dəqiqədə «Röyal adamlarma denən 2 günü proses baş tutmalıdır» səsli mesaj göndərilib xx xxxxxxx 2019-cu Üdə saat 13:53 dəqiqədə «....-siniz, bir qonaqlıq verin, sonar yoxa, siz mənə komandası vermisiniz bu gün» səsli SMS-lə cavab verilib xx xxxxxxx 2019-cu ildə saat 13:54 dəqiqədə «zarafatı qoy qırağa ciddi söz deyirəm)) səsli SMS göndərilib xx xxxxxxx 2019-cu ildə saat 13:53 dəqiqədə «demişəmdə, demişəm ki, ayın 1-də qızı götürməliyik, söhbət ölməlidir)) səsli SMS-lə cavab verilibdir. xx xxxxxxx 2019-cu ildə saat 19:09 dəqiqədə «sənə ip demişdim, skoç demişdim,hazırlamısan onları)) məzmunlu səsli mesaj göndərilib. Cinayət işində olan xx xxxxxx 2019-cu il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan xx xxxxxx 2019-cu il tarixli “axtarışda olan şəxsin tutulması haqqında” protokoldan müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan xx xxxxxx 2019-cu il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs4 cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan xx xxxx 2020-ci il tarixli axtarışda olan şəxsin tutulması baradə protokoldan müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs4 cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1na, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4na cəza təyin edərkən, cinayətin məqsədi və motivini, təqsirkarların cinayətin törədilməsində rolunu nəzərə alıb barələrində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdətutulmuşazadlıqdanməhrumetməiləəlaqədarcəzanınseçilməsinivəcəzalarını tutulduqları vaxtdan hesablanmaqla, ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkmələrinimümkün hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3na qarşı şikayət və tələbin olmamasını, Təqsirləndirilən şəxs3 himayəsində 2 azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs2 himayəsində 3 azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs1 əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla ) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197 və 198cimaddələrinəəsasənekspertəverilməliolanməbləğməhkəməməsrəflərinəaidolduğundan, məhkəmətərəfindənməhkumunüzərinəqoyulabilər. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar olan və Bakı Şəhər Baş X13 anbarında saxlanılan Mercedes benz G 500” markalı ** AZ *** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar edilmiş 2 ədəd birdəfəlik şprisdə 2 ml ümumi həcmi olan difenhidramin (dimedrol) məhlulunun ekspertiza tədqiqatından sonrakı qalığı 0,4 ml olan difenhidramin (dimedrol) məhv edilməli, Təqsirləndirilən şəxs1 məxsus «Samsung A 6» markalı, digər Təqsirləndirilən şəxs2 məxsus «Samsung J 2» markalı mobil telefon təqsirləndirilən şəxslərin yaxın qohumlarına təhvil verilməli, cinayət işində olan 29369 saylı xx.xx.2019-cu il tarixli, 29367 saylı xx.xx.2019-cu il tarixli və 4/78 saylı xx.xx.2020-ci il tarixli “Ekspertiza xərclərinə dair” bildirişlərə əsasən ekspertiza xərci təşkil edən 424,94 (dörd yüz doxsan dörd manat, iyirmi dörd qəpik) təqsirləndirilən şəxslərdən məcburi qaydada hər birindən müştərək qaydada alınıb dövlət büdcəsinə verilməli və barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia verilməmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsiilənəzərdətutulancinayət əməllərinin törədilməsində təqsirli bilinib, 10 (on) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2019-cu tarixdənhesablansın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət 144.2.3-cü maddəsi ilənəzərdətutulancinayət əməllərinin törədilməsində təqsirli bilinib, 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2019-cu tarixdənhesablansın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Mansu roğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsi ilənəzərdətutulancinayət əməllərinin törədilməsində təqsirli bilinib, 8 (səkkiz) ilmüddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2019-cu tarixdənhesablansın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsi ilənəzərdətutulancinayət əməlinin törədilməsində təqsirli bilinib, 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli xx xxxx 2020-ci il tarixdənhesablansın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar olan və Bakı Şəhər Baş X13 anbarında saxlanılan Mercedes benz G 500” markalı ** AZ *** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar edilmiş 2 ədəd birdəfəlik şprisdə 2 ml ümumi həcmi olan difenhidramin (dimedrol) məhlulunun ekspertiza tədqiqatından sonrakı qalığı 0,4 ml olan difenhidramin (dimedrol) məhv edilsin, Təqsirləndirilən şəxs1 məxsus «Samsung A 6» markalı, digər Təqsirləndirilən şəxs2 məxsus «Samsung J 2» markalı mobil telefon təqsirləndirilən şəxslərin yaxın qohumlarına təhvil verilsin. İş üzrə məhkəmə məsrəflərini təşkil edən 424,94 (dörd yüz doxsan dörd manat, iyirmi dörd qəpik) ekspertizaxərci Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 müştərək qaydada tutularaq dövlət büdcəsinə keçirilsin. Hökmdən 20 gün müddətində BakıAğırCinayətlərMəhkəməsivasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar