Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-943/2022 03.10.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakim İradə Xəlil qızı Həsənzadənin sədrliyi ilə hakimlər Əhməd Qəhrəman oğlu Quliyevdən və Azər İslah oğlu Paşayevdən ibarət tərkibdə Zülfiyyə Asif qızı Salmanzadənin katibliyi ilə dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərcüməçi X2 iştirakı ilə 1986-cı il iyunun 10-da Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, himayəsində bir nəfər azyaşlı uşağı olan, əvvəllər məhkum edilməmiş, işləməmiş, Bakı şəhəri, Nizami rayonu, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında kirayədə yaşayan, barəsində polisin nəzarəti altına vermə qismində qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3.-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İbtidai araşdırma orqanı tərəfindən ittiham irəli sürülmüşdür ki, Təqsirləndirilən şəxs o, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni və külli miqdarda psixotrop maddəni əldə edib saxlamaqla daşımışdır. Belə ki, istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq 1,116 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı və külli miqdarda 4,637 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib həmin kütlələri yaşadığı ünvan 3 ünvanına daşımaqla narkotik vasitə qurudulmuş marixuananı bir ədəd plastik qabda, psixotrop maddə metamfetamini isə beş ədəd hissəyə bölərək plastik qablarda qablaşdırıb göstərilən mənzildə saxlamış, bu barədə daxil olan məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 2021-ci il sentyabrın 15-də saat 18:15-də həyata keçirilən əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, ev 16 ünvanının yaxınlığında saxlanmış, qeyd olunan tarixdə saat 21:23-dən sonuncunun razılığı və iştirakı ilə yaşadığı ünvana baxış keçirilərkən mənzilin dəhlizində yerləşən dolabın içərisindən beş ədəd plastik qabda ayrı-ayrılıqda təmiz çəkiləri 0,907 qram, 0,875 qram, 1,033 qram, 0,525 qram və 1,297 qram olmaqla ümumilikdə külli miqdarda 4,637 qram çəkidə psixotrop maddə metamfetamin və bir ədəd plastik qabda 1,116 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə ona elan edilən ittihamda özünü təqsirli bilməyib ifadəsində göstərdi ki, o, narkotik vasitə və ya psixotrop maddə istifadə etməmiş, həmin maddələrin satışı ilə məşğul olmamışdır. Tutularkən üzərindən qanunla daşınması qadağan edilən predmet olmamaqla evindən aşkarlanan psixotrop maddə metamfetamini 2021-ci il avqustun 25-də tanışı Şahid4 saxlaması üçün ona verərək sonra gəlib götürəcəyini demiş, lakin bunun müqabilində sonuncudan hər hansı məbləğdə pul almamışdır. Onun tutulmasını aralarındakı vərəsəlik məsələsi ilə bağlı mülki mübahisəsi olan qardaşı X10 təşkil etmişdir. İş üzrə şahid qismində dindirilən hadisə ərəfəsində polis baş leytenantı olmaqla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 ifadəsində göstərdi ki, 2021-ci il sentyabrın 15-də Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olması barədə daxil olan məlumatı yoxlamaq üçün onun rəhbərliyi ilə idarənin baş əməliyyat müvəkkili polis kapitanı Şahid2 və əməliyyat müvəkkili polis baş leytenantı Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. Onlar göstərilən tarixdə saat 18 radələrində Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, ev 16 ünvanının yaxınlığında olan Təqsirləndirilən şəxs oxşar şəxsə yaxınlaşaraq özlərini təqdim edib sonuncunun şəxsiyyətini dəqiqləşdirdikdən sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirməklə sonuncunu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. Orada videoçəkilişlə müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış aparılarkən sonuncu əynində olan şalvarın ciblərindən «Samsung» markalı mobil telefonu və mənzil açarını çıxararaq təqdim etmiş, digər əşya və predmetlər aşkar olunmamışdır. Açar Təqsirləndirilən şəxs qaytarılıb mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür, sonuncu yaşadığı ünvan 3 ünvanında psixotrop maddə metamfetamin gizlətməklə saxladığını bildirdiyindən özünün razılığı ilə qeyd olunan ünvanda videoçəkilişlə müdafiəçinin iştirakı ilə baxış keçirildikdə Təqsirləndirilən şəxs mənzilin dəhliz hissəsində yerləşən dolabdakı bir ədəd çəhrayı rəngli kiçik ölçülü qadın əl çantasından altı ədəd şəffaf plastik və bir ədəd silindrik formalı şüşə qabları çıxararaq təqdim etmiş, qabların beşində psixotrop maddə metamfetamin, birində isə narkotik vasitə qurudulmuş marixuana olduğunu, psixotrop maddə metamfetamini 2021-ci il avqustun 25-də tanışı Şahid4 saxlaması üçün ona verib başqa vaxt götürəcəyini, lakin bunun müqabilində sonuncudan hər hansı məbləğdə pul almadığını, narkotik vasitə qurudulmuş marixuananı isə altı gün əvvəl Bakı şəhəri Səbail rayonunun ərazisində yerləşən «Sahil» metrostansiyasının yaxınlığında İlqar adlı şəxsdən öz şəxsi istifadəsi üçün 50 manata əldə etdiyini bildirmişdir. Aşkarlanan predmetlər zərfə qablaşdırılmaqla möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmış, tərtib edilən protokolların düzgünlüyü iştirakçıların imzaları ilə təsdiqlənmişdir. Təqsirləndirilən şəxs onlar tərəfindən saxlananda və sonradan hər hansı bir formada təzyiqə məruz qalmamışdır. İş üzrə şahid qismində dindirilən hadisə ərəfəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyən polis kapitanı Şahid2 və əməliyyat müvəkkili vəzifəsində işləyən polis baş leytenantı Şahid3 Şahid1 ilə analoji ifadələr verdilər. İş üzrə şahid qismində dindirilən Şahid4 ifadəsində göstərdi ki, o, heç bir narkotik vasitə və ya psixotrop maddə istifadə etməmişdir. 2013-cü ildən tanıdığı Təqsirləndirilən şəxs ilə əvvəllər münasibətləri normal olsa da sonuncunun psixotrop maddə metamfetamin istifadə etdiyini bildikdə əlaqələri pozulmuşdur. Bir neçə dəfə Xəyalə ona da psixotrop maddə metamfetamin qəbul etməyi təklif etsə də o, etiraz edib sonuncuya əməllərindən çəkinməsi barədə xəbərdarlıq etmişdir. O, Xəyaləyə saxlaması üçün heç bir zaman psixotrop və ya digər maddə verməmişdir. İş üzrə əlavə şahid qismində dindirilən X10 ifadəsində göstərdi ki, 2021-ci il dekabr ayının sonunda tanımadığı şəxs ona «WhatsApp» proqramı ilə zəng edib bacısı Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edib saxlaması və daşıması səbəbindən polis əməkdaşları tərəfindən tutulduğunu və bacısı haqqında cinayət işi başlandığını bildirmiş, habelə sonuncu barəsində tərtib edilən ittiham aktının, ekspertiza qərarının və məhkəmə hazırlıq iclasının qərarının surətləri onun iş yerinə tanımadığı şəxs tərəfindən çatdırılmışdır. Xəyalə on ildən çoxdur ki, onlarla birlikdə yaşamır. Belə ki, sonuncu onların ailəsinə yaraşmayan yüngül həyat tərzi keçirtdiyinə görə ayrı yaşamağa başlamış və tez-tez yaşayış yerini dəyişdiyindən Xəyalənin heç bir ünvanını tanımamışdır. 2021-ci ilin fevral ayında o, atasından xəbərsiz Xəyaləyə ev bağışlamış, sonuncu isə bir həftə ərzində evi satıb pulunu israf etmişdir. Bacısı atasının ölümündən sonra sonuncudan miras qalan payını ona verməklə əvəzində hər ay pul almağa əvvəlcə razılaşsa da sonradan fikrini dəyişdirərək əmlakı bölmək istədiyini demişdir. Xəyalənin psixotrop maddə istifadə etməsi barədə eşitmişdir. Sonuncunun onun barəsində dedikləri yalandır, belə ki, o, heç vaxt bacısı barəsində polisə şikayət etməmişdir. İş üzrə əlavə şahid qismində dindirilən X11 ifadəsində göstərdi ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Respublika Narkoloji Mərkəzi» publik hüquqi şəxsinin direktor müavinidir. 2021-ci il 22 dekabr tarixli 5224 №-li ambulator məcburi-narkoloji tibbi yoxlamasının rəyini verən komissiyasına o, sədrlik etmişdir. Aparılan yoxlama nəticəsində Təqsirləndirilən şəxs kannabioidlərin və psixotrop maddə metamfetaminin birgə qəbulu nəticəsində yaranan narkomaniya xəstəliyi aşkar olunmuşdur, sonuncunun məcburi müalicəyə ehtiyacı vardır və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Ekspertiza rəyinin verilməsi zamanı təqsirləndirilən şəxsin ifadəsi, cinayət işinin materialları, sonuncudan götürülən qan və digər analizlər nəzərdən keçirilir, lakin bu kimi analizlər «Respublika Narkoloji Mərkəzi» publik hüquqi şəxsində götürülmür. Təqsirləndirilən şəxs Romberq vəziyyətində dayanıqsız olmuş, qolları uzadılmış vəziyyətdə əl barmaqlarının titrəməsi müşahidə olunmuşdur. Sonuncu tutulduqdan xeyli müddət keçdikdən sonra ekspertizaya təqdim olunmuş, Təqsirləndirilən şəxs narkotik istifadəçisi olduğunu bildirmişdir. Məhkəmə iclasında elan olunub tədqiq edilən Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi 2021-ci il 15 sentyabr tarixli izahatda və 2021-ci il 16 sentyabr tarixli şübhəli şəxs qismindəki ifadədə ittiham olunduğu əməli qismən etiraf edib 2021-ci il sentyabrın 15-də aparılan şəxsi axtarış zamanı üzərindən hər hansı qanunsuz əşya aşkarlanmadığını, həmin tarixdə ünvan 3 ünvanında baxış vaxtı təqdim etdiyi beş ədəd şəffaf plastik qabdakı psixotrop maddə metamfetamini və bir ədəd boş silindrik formalı şüşə qabı 2021-ci il avqustun 25-də Şahid4 adlı tanışının ona müvəqqəti saxlamaq üçün verdiyini, əvəzində sonuncudan heç bir məbləğdə pul almadığını, narkotik vasitə qurudulmuş marixuananı altı gün əvvəl Bakı şəhərinin Səbail rayonundakı «Sahil» metrostansiyasının yaxınlığında tanımadığı İlqar adlı şəxsdən öz şəxsi istifadəsi üçün 50 manata əldə etməklə yaşadığı evə daşıdığını və gizlədib saxladığını, polis əməkdaşları tərəfindən hər hansı formada təzyiqə məruz qalmadığını, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmadığını, etirazları olmadığından tərtib edilən hər iki protokolu imzalarla təsdiq etdiyini bildirmiş; 2021-ci il sentyabrın 17-də təqsirləndirilən şəxs qismində dindirilərkən elan edilən ittihamda özünü təqsirli bilməsə də eyni məzmunda ifadə vermiş; göstərilən tarixdə əlavə dindirildikdə verdiyi ilkin ifadələri qismən təsdiq edərək yaşayış yeri üzrə aşkar edilən bütün narkotik maddələri 2021-ci il sentyabrın 09-da əslində İlqar adlı şəxsdən öz şəxsi istifadəsi üçün 200 manata əldə etsə də onun tutulmasında Şahid4 əlinin olduğundan şübhələndiyinə görə yalandan psixotrop maddə metamfetaminin sonuncuya məxsus olduğunu bildirmiş; 2022-ci il yanvarın 11-də və 2022-ci il martın 14-də təqsirləndirilən şəxs qismindəki ifadələrində özünü təqsirli bilmədiyini, ilk dəfə tutulduğundan həyəcanlı halda, həmin ərəfədə atası rəhmətə getdiyi üçün şok vəziyyətində olduğundan yaşadığı ünvandan aşkarlanan narkotik vasitəni və psixotrop maddəni onun evinə kimin yerləşdirdiyindən xəbərsiz olduğunu göstərmişdir (1-ci cild, iş vərəqi 62-64, 89-92, 112-115, 145-146 və 219-221; 2-ci cild, iş vərəqi 48-50). İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin 2021-ci il 15 sentyabr tarixli raportlarından, eyni tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərarından və Ə215- 007-21 №-li əməliyyat qrupunun yaradılması barədə əmrindən, habelə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2021-ci il 05 oktyabr tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmasına, satış məqsədi ilə külli miqdarda əldə edib saxlamaqla daşımasına dair daxil olan məlumatı yoxlamaq üçün əməliyyat-axtarış qrupu yaradılmış, sonuncu 2021-ci il sentyabrın 15-də saat 18:15-də Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, ev 16 ünvanının yaxınlığında saxlanaraq Baş İdarəyə gətirilmiş, məhkəmə həmin əməliyyat-axtarış tədbirinin aparılması barədə qərarı qanuni hesab etmişdir (1-ci cild, iş vərəqi 3-9 və 167-168). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin tərtib etdiyi 2021-ci il 15 sentyabr tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 2021-ci il sentyabrın 15-də saat 18:15-də Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuş, sonuncunun tutulması barədə telefon vasitəsi ilə anasına xəbər vermək hüququ təmin edilmiş, protokola əlavə və qeydlər daxil olmamışdır (1-ci cild, iş vərəqi 23). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin tərtib etdiyi 2021-ci il 15 sentyabr tarixli protokoldan görünür ki, idarənin inzibati binasında videoçəkilişlə müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılarkən sonuncu əynindəki şalvarın sol yan cibindən bir ədəd «Samsung» markalı telefonu və sağ yan cibindən mənzil açarını çıxarıb təqdim etmiş, mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülməklə açar özünə qaytarılmış, Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanında Şahid4 məxsus psixotrop maddə metamfetamini təmənnasız gizlədib müvəqqəti saxladığını bildirmiş, şikayət, təklif və protokola qeydlər daxil olmamış, bir ədəd DVD diski protokola əlavə edilmişdir (1-ci cild, iş vərəqi 39-41). İş materiallarındakı şübhəli şəxs Təqsirləndirilən şəxs 2021-ci il 15 sentyabr tarixli ərizəsindən və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin tərtib etdiyi eyni tarixli protokoldan görünür ki, videoçəkilişlə müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanında baxış və götürmə keçirilərkən sonuncu dəhlizdə yerləşən dolabın qapısını açıb çəhrayi rəngli kiçik ölçülü qadın əl çantasındakı altı ədəd şəffaf plastik və bir ədəd boş silindrik formalı şüşə qabları təqdim etmiş, beş ədəd şəffaf plastik qabdan psixotrop maddə metamfetaminə, bir ədəd şəffaf plastik qabdan isə narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddələr aşkar edildikdə Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamini və şüşə qabı ona 2021-ci il avqustun 25-də tanışı Şahid4 saxlamaq üçün verməklə sonradan gəlib geri götürəcəyini, bunun müqabilində sonuncudan hər hansı bir məbləğdə pul almadığını, narkotik vasitə qurudulmuş marixuananı altı gün əvvəl Bakı şəhərinin Səbail rayonundakı «Sahil» metrostansiyasının yaxınlığında tanımadığı İlqar adlı şəxsdən öz şəxsi istifadəsi üçün 50 manata əldə edərək yaşadığı evə daşıdığını və saxladığını bildirmiş, aşkarlanan predmetlər bir ədəd zərfə qablaşdırılıb möhürlənməklə götürülmüş, şikayət, təklif və protokola qeydlər daxil olmamış, bir ədəd DVD diski protokola əlavə edilmişdir (1-ci cild, iş vərəqi 45-49). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2021-ci il 16 sentyabr tarixli 7/943 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilib üzərində «Təqsirləndirilən şəxs yaşadığı ünvandan...» yazısı və imzalar olan zərfdəki bir ədəd şəffaf qabda olan təmiz çəkisi 1,116 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanan narkotik vasitə qurudulmuş marixuanadır, narkotik vasitə qurudulmuş marixuanın tədqiqatdan sonrakı qalığı 1,066 qram təşkil edir, ekspertiza tədqiqatının dəyəri 88,7 manatdır (1-ci cild, iş vərəqi 67-68). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2021-ci il 16 sentyabr tarixli 6/4097 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilib üzərində «Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar olunmuş maddələr» yazısı və imzalar olan paketdəki beş ədəd şəffaf qabda ayrı-ayrılıqda 0,907 qram, 0,875 qram, 1,033 qram, 0,525 qram və 1,297 qram, ümumilikdə təmiz çəkisi 4,637 qram olan külli miqdarda ağ rəngli kristallardan ibarət maddələr xarici əlamətlərinə və tərkibindəki komponentlərə görə eyni olmaqla kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, tədqiqatdan sonrakı qalığı 4,437 qram təşkil edir, bir ədəd silindrik formalı şüşə qabda metamfetaminin izləri olsa da iz şəklində olduğu üçün metamfetaminin çəkisini və bükümlərdəki metamfetaminlərlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün olmamışdır, ekspertiza tədqiqatının dəyəri 114 manatdır (1-ci cild, iş vərəqi 72-75). İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin 2021-ci il 17 sentyabr tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs qismində cəlb olunan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsində nəzərdə tutulan ittiham elan olunmuşdur (1-ci cild, iş vərəqi 96-97). İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin 2021-ci il 17 sentyabr tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qismində qətimkan tədbiri seçilməklə o, dərhal azadlığa buraxılmışdır (1-ci cild, iş vərəqi 128 və 132-133). İş materiallarında olan 2016-cı il 06 may tarixli AZ-İİİ seriyalı 766419 №-li doğum haqqında şəhadətnamənin kserusurətindən görünür ki, Təqsirləndirilən şəxs 2013-cü il 16 iyul təvəllüdlü X6 adlı övladı vardır (1-ci cild, iş vərəqi 141). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin tərtib etdiyi 2021-ci il 18 sentyabr tarixli protokoldan və 2021-ci il 20 sentyabr tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs məxsus «Samsung» markalı mobil telefona baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən hər hansı məlumat aşkarlanmamaqla göstərilən cihaz sonuncuya təhvil verilmişdir (1-ci cild, iş vərəqi 155-156). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Respublika Psixiatriya Xəstəxanası» publik hüquqi şəxsinin 2021-ci il 07 oktyabr tarixli 8558 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin tibb müəssisəsində müalicədə olmamışdır (1-ci cild, iş vərəqi 171). İş materiallarında olan Nizami Rayonu İcra Hakimiyyəti başçısının aparatının 2021-ci il 14 oktyabr tarixli xx-xx/1251 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, ev 95 ünvanındakı 7 saylı mənzili 2021-ci il martın 06-da satdığından 147 saylı MTK tərəfindən sonuncunun ailə tərkibi, yaşayış yeri haqqında arayış və xasiyyətnamə vermək mümkün olmamışdır (1-ci cild, iş vərəqi 176- 177). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 2021-ci il oktyabrın 27-də tərtib etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir (1-ci cild, iş vərəqi 180- 181). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin tərtib etdiyi 2021-ci il 08 noyabr tarixli protokoldan görünür ki, «Bakcell» məhdud məsuliyyətli cəmiyyətinin 2021-ci il 04 noyabr tarixli BKC/LGL-15283/21 №-li məktubu ilə daxil olmaqla Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə 2021-ci il iyunun 01-dən 2021-ci il sentyabrın 15-dək daxil olan və çıxan zənglərə dair məlumatları əks etdirən bir ədəd CD diskinə baxış vaxtı iş üzrə əhəmiyyət kəsb edən hər hansı məlumat aşkarlanmamışdır (1ci cild, iş vərəqi 183-185). İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin 2021-ci il 09 noyabr tarixli məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs aşkar edilən narkotik vasitə qurudulmuş marixuananı və psixotrop maddə metamfetamini onun satış məqsədi ilə əldə edib yaşadığı mənzildə saxlaması aşkar edilmiş, lakin psixotrop maddə metamfetamini və narkotik vasitə qurudulmuş marixuananı sonuncuya verməkdə şübhəli olan Sevinc və İlqar adlı şəxslərin şəxsiyyətinin müəyyən edilməsi, Təqsirləndirilən şəxs digər cinayət əməllərinin törədilməsində iştirakının olub-olmaması, yaxın əlaqələrinin müəyyən edilməsi, narkotik vasitələrin və ya psixotrop maddələrin satışında və istifadəsində şübhəli olan şəxslərlə əlaqələrinin müəyyən edilməsi, qanunsuz olaraq əldə etdiyi narkotik vasitə və psixotrop maddəni nə vaxt, kimdən, harada və hansı şəraitdə əldə etməsi, əvvəllər narkotik vasitə və ya psixotrop maddələri qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının ərazisinə keçirib-keçirməməsinin müəyyən edilməsi istiqamətində aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində müsbət nəticə əldə etmək mümkün olmamışdır (1-ci cild, iş vərəqi 186). İş materiallarında olan Bakı şəhəri MKTD-inin Səbail Rayon MKTB-inin 8 saylı MKİSinin 2021-ci il 26 oktyabr tarixli 104 №-li və Bakı şəhəri MKTD-inin Səbail Rayon MKTBinin 2021-ci il 30 oktyabr tarixli Dax-280 №-li məktublarının kserosurətlərindən görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanında qeydiyyatda deyildir və həmin ünvanda yaşamır (1-ci cild, iş vərəqi 193-194). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Respublika Narkoloji Mərkəzi» publik hüquqi şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamasının 2021-ci il 22 dekabr tarixli 5224 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərin və psixotrop maddə metamfetaminin birgə qəbulu nəticəsində yaranan narkomaniya xəstəliyi aşkar olunmaqla məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (1-ci cild, iş vərəqi 216-217). İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin 2022-ci il 14 mart tarixli sübutların qiymətləndirilməsi haqqında, habelə eyni tarixli cinayət işi materiallarından başqa material ayrılması haqqında, eləcə də təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərarlarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə yenidən ittiham elan olunmuş, sonuncunun baxış zamanı yaşadığı mənzildəki narkotik vasitəni və psixotrop maddəni təqdim etməsi könüllü təhvilvermə kimi qiymətləndirilməmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 206-cı, 234.4.1.-ci və 234.4.2.-ci maddələri, sonuncunun ailə üzvləri və yaxın qohumları barəsində Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci, 234.4.3.-cü və 307-ci maddələri, Şahid4 barəsində Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, cinayət işinin materiallarından narkotik vasitə qurudulmuş marixuananın və psixotrop maddə metamfetaminin əldə edildiyi mənbənin, həmçinin onun əməlində Azərbaycan Respublikasının CM-nin 296.2.-ci maddəsinin tərkibinin olub-olmamasının müəyyən edilməsi üçün başqa cinayət işləri ayrılmış, maddi sübut kimi tanınmaqla sonuncudan aşkar olunub götürülən narkotik vasitə qurudulmuş marixuananın və psixotrop maddə metamfetaminin tədqiqatdan sonrakı müvafiq qaydada 1,066 qram və 4,437 qram çəkidə qalıqları, üzərində psixotrop maddə metamfetaminin izləri olan bir ədəd silindrik formalı şüşə qab saxlanılması üçün idarənin maddi sübutları saxlama yerinə təhvil verilmiş, bir ədəd «Samsung» markalı mobil telefonun Təqsirləndirilən şəxs qaytarılması, maddi sübut kimi tanımadan bir ədəd CD və maddi sübut kimi tanınan iki ədəd DVD disklərinin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmışdır (2-ci cild, iş vərəqi 1-18, 21-22, 27-28 və 33-34). Məhkəməyə təqdim olunan 2022-ci il 23 may tarixli hesabatdan görünür ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili vəkili Müdafiəçi1 tərəfindən 18 iş saatı müddətində həyata keçirilmişdir. Məhkəməyə təqdim olunan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2022-ci il 06 iyun tarixli qətnaməsinin surətindən görünür ki, X7 Təqsirləndirilən şəxs qarşı və sonuncunun X9 qarşı şəxsin ləyaqətsiz vərəsə hesab edilməsi tələbinə dair ilkin iddia və qarşılıqlı iddia ərizələri təmin edilməmişdir. Məhkəməyə təqdim olunan 2016-cı il 06 may tarixli AZ-İİİ seriyalı 766419 №-li doğum haqqında şəhadətnamənin kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs 2013cü il 16 iyul təvəllüdlü X6 adlı övladı vardır. Məhkəməyə təqdim olunan «İnşaatçı 3» məhdud məsuliyyətli cəmiyyətinin 2022-ci il 06 iyul tarixli 34 №-li arayışından görünür ki, Təqsirləndirilən şəxs ünvan 5 ünvanında yerləşən «Green Palace» yaşayış kompleksinin 76 saylı mənzilində 2021-ci il oktyabrın 19-dan övladı X6 ilə kirayədə yaşayır. Məhkəməyə təqdim olunan Azərbaycan Respublikası «MBA LTD» məhdud məsuliyyətli cəmiyyəti qiymətləndirmə şirkətinin 2021-ci il 28 dekabr tarixli MB 14/1435 №li arayışından görünür ki, Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, ev 95 ünvanında doqquzmərtəbəli binada yerləşən ikiotaqlı 7 saylı mənzilin əşyalarla birgə 2021-ci il 25 fevral tarixinə bazar dəyəri 90.000 manat təşkil edir. Məhkəməyə təqdim olunan 2021-ci il 05 fevral tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin kserosurətindən görünür ki, X12 Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, ev 95 ünvanında yerləşən 7 saylı ikiotaqlı mənzili Təqsirləndirilən şəxs bağışlamışdır. Məhkəməyə təqdim olunan 2021-ci il 25 fevral tarixli alqı-satqı və ipoteka müqaviləsinin kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, ev 95 ünvanındakı 7 saylı mənzili X5 mülkiyyətinə vermişdir. Məhkəməyə təqdim olunan 2021-ci il 26 fevral tarixli AR-İİ seriyalı 002188 №-li etibarnamənin kserosurətindən görünür ki, X12 Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, ev 95 ünvanında yerləşən 7 saylı mənzil üzərində sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı, kirayə (icarə) verməyi, pulunu almağı, lazım olduqda bölgü sxemi rəsmiləşdirməyi, buna dair müqaviləni imzalamağı, pulunu almağı, isitfadə, idarə etməyi, arayışlar almağı, aldığına dair imza etməyi, bütün sənədləşdirmə işlərini aparmağı, idarə və təşkilatlarda nümayəndəsi olmağı və bu tapşırığın yerinə yetirilməsi ilə bağlı bütün hərəkətləri etməyi X9 beş il müddətinə etibar etmişdir. Məhkəməyə təqdim olunan «Azercell Telekom» məhdud məsuliyyətli cəmiyyətinin 2022-ci il 01 avqust tarixli 13712 №-li məktubundan görünür ki, ********* №-li cinayət işi üzrə ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrin ***-***-**-**, ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələri ilə 2021-ci il sentyabrın 01-dən 2021-ci il sentyabrın 15dək olan müddət ərzində əlaqəsi aşkarlanmamışdır, belə ki, ***-***-**-** saylı mobil nömrənin müqaviləsinə 2022-ci il iyulun 31-də, ***-***-**-** saylı mobil nömrənin müqaviləsinə isə 2022-ci il fevralın 12-də xitam verildiyindən hər iki nömrə hazırda deaktivdir, ***-***-**-** saylı mobil nömrə 2019-cu il martın 01-dən etibarən «Azercell» şəbəkəsinin abunəçisidir, ***-***-**-** saylı mobil nömrə 2019-cu il iyulun 01-dən 2020-ci il dekabrın 25-dək nömrə daşınma xidməti vasitəsi ilə «Bakcell» şəbəkəsinin abunəçisi olmuşdur. Məhkəməyə təqdim olunan «Bakcell» məhdud məsuliyyətli cəmiyyətinin 2022-ci il 03 avqust tarixli BKC/LGL-11568/22 №-li məktubundan görünür ki, ********* №-li cinayət işi üzrə ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrin ***-***-**-**, ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələri ilə 2021-ci il sentyabrın 01-dən 2021-ci il sentyabrın 15dək əlaqələri aşkar edilməmişdir. Məhkəməyə təqdim olunan «Azerfon» məhdud məsuliyyətli cəmiyyətinin 2022-ci il 19 avqust tarixli AZF/LGL-5798/22 №-li məktubundan görünür ki, ***-***-**-**, ***-***-**-**, ***- ***-**-**, ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələr ilə ***-***-**-**, ***-***-**-** və ***- ***-**-** saylı nömrələr arasında 2021-ci il sentyabrın 01-dən 2021-ci il sentyabrın 15-dək əlaqələr aşkarlanmamışdır. Məhkəməyə təqdim olunan «Azercell Telekom» məhdud məsuliyyətli cəmiyyətinin 2022-ci il 06 sentyabr tarixli 16882 №-li məktubundan görünür ki, ********* №-li cinayət işi üzrə ***-***-**-** saylı mobil nömrənin ***-***-**-** saylı mobil nömrə ilə 2021-ci il sentyabrın 01-dən 2021-ci il sentyabrın 15-dək əlaqəsi aşkar olunmamışdır. Məhkəmə mövcud sübutlara qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini, əməlində cinayət tərkibinin olduğunu, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətdə özünü təqsirli bilməməsinə tənqidi yanaşaraq hesab edir ki, onun göstərdikləri işin faktiki hallarına uyğun deyildir və digər mötəbər sübutlarla təkzib olunur. Məhkəmə onun bu ifadələrini özünümüdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə yalan ifadələr verməsi qənaətinə gəlir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanununun 1.0.11.-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsinin həmin Məcəllənin 237-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2021-ci 6 iyul tarixli qərarına əsasən, toplanılan narkotik tərkibli bitkilərdən və ya onların hissələrindən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda və yaxud satış məqsədi ilə istənilən miqdarda narkotik vasitənin hazırlanması və bundan sonra onun saxlanılması, daşınması, göndərilməsi, emal edilməsi, yaxud satılması kimi cinayət əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 17.1-ci maddəsinin tələblərinə müvafiq olaraq bu Məcəllənin 234 və 237-ci maddələri ilə tövsif edilməlidir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2011-ci il 4 mart tarixli 2 nömrəli qərarının 9cu bəndinə görə, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə eedilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun həmin qərarının 4-cü bəndinə görə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd edilən qərarında həmçinin göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında» 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanununun şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə İ siyahısında narkotik vasitə qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 5 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 500 qram, İİ siyahısında psixotrop maddə metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 2 qram müəyyən olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməllərini törətməsi məhkəmə istintaqında hərtərəfli araşdırılmışdır, şahidlərin və əlavə şahidlərin ifadələri, məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş özünün ibtidai araşdırmadakı ilkin izahatı, şübhəli və təqsirləndirilən şəxslər qismindəki ifadələri, maddi sübutların mövcudluğu, ekspert və tibbi yoxlamanın rəyləri, eləcə də iş üzrə başqa mötəbər sübutlarla tam təsdiq olunur. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8.1.-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 41.2.-ci və 58.3.-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsi əsasında Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasının işdə cəzanı yüngülləşdirən hal olduğunu nəzərə almaqla ilk məhkumluğunu, tək ana olmasını cəzanı yüngülləşdirən hallar kimi qəbul edir. Məhkəmə habelə hesab edir ki, Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə görə Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikasının CM-nin 79.1.-ci maddəsinə əsasən şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər istisna olmaqla, məhkəmə məhkum edilmiş hamilə qadınlar və ya on dörd yaşına qədər uşağı olan qadınlar, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər tərəfindən uşaq on dörd yaşına çatanadək cəzanın çəkilməsini təxirə sala bilər. «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair»Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79-cu maddəsində qeyd olunan şəxslərin cəzalarının çəkilməsinin təxirə salınması məsələsi həm hökm çıxarılarkən, həm də onlar cəzaçəkmə müəssisələrində cəza çəkərkən həll edilə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzası sonuncunun 2013-cü il 16 iyul təvəllüdlü övladı X6 14 yaşına çatanadək, yəni 2027-ci il iyulun 16-dək təxirə salınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs 2021-ci il sentyabrın 15-dən 2021-ci il sentyabrın 17-dək tutulduğu 02 (iki) gün Azərbaycan Respublikasının CPM-nin 158.2.1.-ci maddəsinin tələblərinə müvafiq olaraq təyin ediləcək cəzadan çıxılmalıdır. Cinayət işi üzrə məcburi-narkoloji tibbi yoxlamaya əsasən Azərbaycan Respublikasının CM-nin 93.1.-ci və 93.1.2.-ci maddələrinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan müalicə edilmək üçün tibbi xarakterli məcburi tədbirlər təyin olunmalı, o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. İş üzrə mülki iddia və ya üzərinə həbs qoyulmuş əmlak yoxdur. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99- 1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qismində qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qismində qətimkan tədbiri seçilməklə hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilməklə Təqsirləndirilən şəxs aşkar olunub götürülən narkotik vasitə qurudulmuş marixuananın və psixotrop maddə metamfetaminin tədqiqatdan sonrakı müvafiq qaydada 1,066 qram və 4,437 qram çəkidə qalıqları, üzərində psixotrop maddə metamfetaminin izləri olan bir ədəd silindrik formalı şüşə qab məhv edilməli, Təqsirləndirilən şəxs məxsus «Samsung» markalı mobil telefonun sonuncuya qaytarılması, maddi sübut kimi tanımadan bir ədəd CD və maddi sübut kimi tanınan iki ədəd DVD disklərinin cinayət işinin materiallarına əlavə olunması nəzərə alınmalıdır. İş üzrə 202,7 manat təşkil edən ekspertiza tədqiqatlarının dəyəri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli 202 №-li qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının CPM-nin 193.2.-ci və 193.4.-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Bununla da Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi1 vəkil işlədiyi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 108 manat köçürülməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2021-ci il 24 dekabr tarixli 15 saylı qərarının 56-cı bəndində göstərilir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablandığı heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan cəza müddətinə ibtidai həbs müddətindən başqa təqsirləndirilən şəxsin azadlığı faktiki məhdudlaşdırıldığı zaman da daxil olmaqla şübhəli şəxs qismində tutulduğu müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarına əsasən prosessual məcburiyyət tədbirlərinin tətbiqi qaydasında tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlanıldığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək davam edən müddət də daxildir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2006-cı il 30 mart tarixli 5 №-li qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə həmçinin təqsirləndirilən şəxs X3 təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının çəkilməsinin sonuncunun 2013-cü il 16 iyul təvəllüdlü övladı X4 14 yaşına çatanadək təxirə salınacağını nəzərə alaraq hesab edir ki, cəzaçəkmənin başlanğıcı hökmün faktiki icra olunacağı vaxtdan hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 193-cü, 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci, 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə təqsirli bilinərək 05 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun, onun 2021-ci il sentyabrın 15-dən 2021-ci il sentyabrın 17-dək tutulduğu 02 (iki) gün təyin edilmiş cəzadan çıxılmaqla üzərində 04 (dörd) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 79.1.-ci maddəsi tətbiq edilməklə 2013-cü il 16 iyul təvəllüdlü övladı X6 14 yaşına çatanadək hökmün icrası təxirə salınsın. Təqsirləndirilən şəxs övladı X6 14 yaşına çatanadək davranışına nəzarət Bakı Şəhər Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qismində qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qismində qətimkan tədbiri seçilsin. Cəzaçəkmə müddətinin başlanğıcı hökmün faktiki icra olunacağı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan müalicə edilmək üçün tibbi xarakterli məcburi tədbirlər təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə 202,7 manat təşkil edən ekspertiza tədqiqatlarının dəyəri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin Müdafiəçi1 vəkil işlədiyi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 108 manat köçürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilməklə Təqsirləndirilən şəxs aşkar olunub götürülən narkotik vasitə qurudulmuş marixuananın və psixotrop maddə metamfetaminin tədqiqatdan sonrakı müvafiq qaydada 1,066 qram və 4,437 qram çəkidə qalıqları, üzərində psixotrop maddə metamfetaminin izləri olan bir ədəd silindrik formalı şüşə qab məhv edilsin, Təqsirləndirilən şəxs məxsus «Samsung» markalı mobil telefonun sonuncuya qaytarılması, maddi sübut kimi tanımadan bir ədəd CD və maddi sübut kimi tanınan iki ədəd DVD disklərinin cinayət işinin materiallarına əlavə olunması nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İradə Həsənzadə Hakimlər Əhməd Quliyev Azər Paşayev
Məhkəmə qərarları › İş №1(101)-943/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-943/2022
03.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver