Məhkəmə qərarları › İş №1(101)-943/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-943/2023

30.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-943/2023 30.05.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Həsənzadə İradə Xəlil qızı və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: Qasımzadə Banu Pənah qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs Rəfail oğlunun müdafiəçisi: Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1982-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmayan, Naxçıvan Muxtar Respublikasının Şərur rayonu, Zeyvə kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Xəzər rayonu, Binə atçılıq massivi, nömrəsiz fərdi evdə yaşamış, barəsində «həbs» növündə qətimkan tədbiri seçilməklə 3 saylı istintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Rəfail oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs Rəfail oğluna ittiham verilmişdir ona görə ki, o istintaqa məlum olmayan vaxtda şəxsiyyəti istintaqa “Fariz” kimi məlum olan İran İslam Respublikasının vətəndaşı ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri İran İslam Respublikasının ərazisindən Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirmələrinə dair sövdələşib, bu barədə razılaşdıqdan sonra qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, bundan sonra şəxsiyyəti istintaqa “Fariz” kimi məlum olan şəxs istintaqa məlum olmayan üsullarla Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirməklə satış məqsədi ilə külli miqdarda, yəni ümumi təmiz çəkisi 2015 qram (2kq 15qr) kustar üsulla hazırlanmış narkotik vasitə heroini və külli miqdarda, yəni ümumi təmiz çəkisi 638,686 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini Azərbaycan Respublikasının ərazisinə göndərmiş və istintaqa məlum olmayan üsulla Abşeron rayonu, Saray qəsəbəsi ərazisinə qoydurmuş, istintaqa məlum olmayan vasitə ilə Təqsirləndirilən şəxs bu barədə məlumatlandırmış, istintaqa məlum olmayan vaxtda qrupun üzvü Təqsirləndirilən şəxs təmiz çəkisi 2015 qram (2kq 15qr) kustar üsulla hazırlanmış narkotik vasitə heroini və ümumi təmiz çəkisi 638,686 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini Abşeron rayonu ərazisindən götürməklə satış məqsədi ilə qanunsuz olaraq əldə edərək,üzərində saxlamaqla daşımış, daha sonra həmin psixotrop maddələrin üzərindən 23,686 qramını götürərək satış məqsədilə üzərində saxlamaqla daşımış, 31 oktyabr 2022-ci il tarixdə, saat 15:40 radələrində Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yaşayış massivində yaşadığı evin yaxınlığında piyada hərəkət edən zaman saxlanılaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına aparılmış və həmin gün saat 18:00 radələrində Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasında xidməti otaqların birində müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində videoçəkiliş ilə keçirilmiş şəxsi axtarış zamanı onun əynində olan şalvarın sağ yan cibindən bir bükümdə təmiz çəkisi 23,686 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, 31 oktyabr 2022-ci il tarixdə saat 20:00 radələrində Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının iştirakı ilə Cabbarov Orxan Rəfayıl oğlunun Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yaşayış massivində yerləşən yaşadığı evə baxış keçirilmiş və həmin vaxt evin yataq otağında olan taxta konstruksiyalı dolabın içərisindən iki ədəd plastik qabda ayrı-ayrılıqda təmiz çəkiləri 1000 qram və 1015 qram, ümumi təmiz çəkisi 2015 qram (2kq 15qr) qəhvəyi rəngli tozşəkilli maddələr kütlələri kimyəvi komponenetlərinə görə və xarici əlamətlərinə görə eynilik təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd plastik qabda təmiz çəkisi 615 qram ağ rəngli kristallardan ibarət maddə kütləsi kimyəvi komponenetlərinə görə və xarici əlamətlərinə görə eynilik təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, eləcə də üzərində heroinin və metamfetaminin izləri olan iki ədəd elektron tərəzi və üzərində heroinin izləri olan bir ədəd çay qaşığı aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Rəfail oğlu ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, yaşadığı yerdə, yəni Binə atçılıq qəsəbəsində olan zaman, məhəlləyə bir avtomobil daxil olmuş və sonra qayıtmışdır. Onların yanından keçib evə gedəndə onu saxlamışlar. Avtomobili dayandırmış, onlardan biri düşüb yanına gəlmiş, vəsiqəsini göstərərək polis əməkdaşı olduğunu demişdir. Ondan istifadə edən olub-olmadığını soruşmuş və o da istifadə etdiyini demişdir. O ona bu ərazidə ora-bura narkotik vasitə atıldığını, həmin atan şəxsləri müəyyən etmək üçün ona köməklik etməyini istəmişdir. Onu idarəyə aparmışlar, bir gün saxlamışlar, səhərsi gün buraxmışlar. Onlara kömək edəcəyini demişdir. Onlar ondan Səftər və digər adını xatırlamadığı şəxsi tapmaq üçün onlara kömək etməyini istəmişlər. O da kömək edəcəyini demişdir. Ona o adam nə desə, onu da etməli olduğunu demişlər və o da onlarla razılaşmışdır. Gedib narkotiki götürəndə onun özünü tutmuşlar. Hadisə belə olmuş, başqa onda heç nə tutmamışlar. Onların özləri ona demişdirsə, o da gedib gətirmişdir, görüşüb götürəcəklərini demişlər. Onun qol çəkib razılaşmağına səbəb o olmuşdur ki, onu qol çəkmədiyi təqdirdə ailə üzvləri ilə birgə narkotik vasitə satırmış kimi rəsmiləşdirəcəklərmiş. Ona nömrə vermişlər və həmin nömrə ilə əlaqə saxlayıb danışmağını istəmişlər, nömrə Rusiya Federasiyasının mobil operatoruna məxsus imiş. “Whatsapp” mobil tətbiqi vasitəsilə əlaqə saxlamışlar. Narkotik Saray qəsəbəsində imiş və oradan gedib götürmüşdür. Onlara zəng edərək gətirdiyini demişdir. Balaca dondurma qutusunda 1 kiloqram 300 qram nə olduğunu bilmədiyi maddə imiş, maddəni götürdüyü şəxsi görməmişdir. Videoçəkilişdə razılaşmışdır, evdə heç nə olmamış, özləri idarədən gətirib onu evdə şkafa qoymuşlar, çəkilişdə şkafdan çıxartmış, evə qoyduqları ilə razılaşmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə polis polkovnik-leytenantıdır. Orxan barəsində narkotik vasitənin dövriyyəsi ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat qrupu yaradılmışdır. Xəzər rayonu, Binə atçılıq qəsəbəsində Orxan adlı şəxs evinin yaxınlığında saxlanılaraq polis idarəsinə aparılmışdır. Polis idarəsində onun üzərinə baxış keçirilmişdir və baxış keçirilməsi zamanı şalvarının sağ yan cibindən 1 bükümdə narkotik vasitəni könüllü olaraq təqdim etmişdir. Videoçəkiliş zamanı o, yaşadığı ünvanda da narkotik vasitə saxladığını bildirmişdir. Təhqiqatçı tərəfindən əməliyyat qrupunun və vəkilin iştirakı ilə yaşadığı evinə baxış keçirilmişdir. Evdə narkotik vasitə aşkar olunaraq götürülmüşdür. İran İslam Respublikasının vətəndaşı olan şəxsdən əldə etdiyini və deyilən yerə qoyduğunu demişdir. Orxanın saxlanıldığı yerdə şərait olmadığından, hal şahidləri olmadığından onun üzərinə həmin ünvanda baxış keçirilməmişdir. Orxanı idarəyə gətirdikdən dərhal sonra onun üzərinə baxış keçirildi. 30-40 dəqiqəlik yoldur. Təqsirləndirilən şəxsə təzyiq göstərilməmişdir. İbtidai istintaqda şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında Dövlət ittihamçısı yekun nitqi söyləyərək, Təqsirləndirilən şəxs Rəfail oğluna Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi üzrə verilmiş ittihamdan Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən imtina edərək, cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə Təqsirləndirilən şəxs Rəfail oğlunun təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi üzrə Azərbaycan Respublikası CPM-nin 43.1.1-ci maddəsinə əsasən cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 43.1.1-ci maddəsinə əsasən dövlət ittihamçısı və xüsusi ittihamçısı cinayət təqibindən imtina etdikdə məhkəmə baxışı gedişində cinayət təqibinə xitam verilməlidir. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Rəfail oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olması sübuta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq qeyd olunan maddələr ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs Rəfail oğlunun məhkəmə prosesində guya narkotik vasitənin ona məxsus olmaması barədə verdiyi ifadəsini inandırıcı saymır və hesab edir ki, o cinayət məsuliyyətindən yayınmaq üçün digər sübutlarla öz təsdiqini tapan ilkin ifadələrindən imtina edir. Təqsirləndirilən şəxs Rəfail oğlu ibtidai istintaqda narkotik vasitələrin ona məxsus olması barədə etirafedici ifadələr vermişdir. İbtidai istintaqda Təqsirləndirilən şəxs Rəfail oğlu ona Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham elan edilərkən özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, uzun müddətdir ki, narkotik vasitə və psixotrop maddə qəbul edir. 31 oktyabr 2022-ci il tarixdə saat 15:40 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə atçılıq yaşayış massivində yerləşən yaşadığı evin yaxınlığında piyada hərəkət edən zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini ona polis əməkdaşı kimi təqdim edərək onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək, xidməti vəsiqələrini göstərib, barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib onu BNMİ-nin inzibati binasına dəvət etmişlər. O da etiraz etməyib polis əməkdaşları ilə birlikdə BNMİ-nə getmişdir. Bundan sonra idarədə olarkən dəvət olunmuş müdafiəçinin iştirakı ilə o, şübhəli şəxs qismində tutulmuş və ona hüquq və vəzifələri elan olunmuş buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra onun, polis əməkdaşlarının və dəvət olunmuş müdafiəçinin iştirakları ilə üzərinə şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı əvvəlcə ona üzərində olan qanunla qadağan olunmuş əşya varsa təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra o, əynində olan şalvarın sağ yan cibindən 01 ədəd bükümdə metamfetamini təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan həmin şalvarın sol yan cibindən 01 ədəd içərisində ***-***-**- ** saylı nömrəsi olan “Samsung” markalı mobil telefon, 01 ədəd açar və 5 manat pul aşkar edilərək götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Sonra aşkar olunmuş həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri onun, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 01 ədəd “Samsung” markalı mobil telefon bu barədə ona izah verildikdən sonra götürülmüş, 01 ədəd açar və 5 manat pul isə özünə geri qaytarılmışdır. Sorğu zamanı üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni tanıdığı İran İslam Respublikası vətəndaşı olan “Fariz” adlı şəxsin vasitəsi ilə bir gün bundan əvvəl, yəni xx.xx.2022-ci il tarixdə əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağına görə “Fariz” adlı şəxsin ona istifadəsi üçün narkotik vasitə verəcəyini, “Fariz” adlı şəxsi təxminən bir ay olar ki, tanıdığını, həmçinin Bakı şəhəri, Xəzər rayonunda yaşadığı evdə narkotik maddə olduğunu, həmin evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Bundan sonra polis əməkdaşları və müdafiəçi ilə birlikdə yaşadığı evə getmişlər. Həmin vaxt həyat yoldaşı Gülnarə İbrahimova evdə olmuşdur. O, həyat yoldaşı Gülnarə İbrahimova evə baxış keçirilməsinə heç bir etirazının olmaması barədə ərizə verdikdən sonra polis əməkdaşları ona evdə saxladığı narkotik vasitələri təqdim etməsini təklif etmişlər. Bu təklifdən sonra o, evdə yataq otağında olan taxta konstruksiyalı dolabın içərisindən 02 ədəd qabda heroini, 01 ədəd qabda metamfetamini, 01 ədəd qaşığı və 02 ədəd elektron tərəzini təqdim etmişdir. Daha sonra həmin kütlələr, 01 ədəd qaşıq və 02 ədəd elektron tərəzi qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş və üzəri onun, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. Sonra yaşadığı evin digər hissələrinə baxış keçirilmiş və narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. Sorğu zamanı aşkar olunmuş kütlələrin və elektron tərəzilərin özünə məxsus olduğunu, həmin kütlələri tanıdığı İran İslam Respublikası vətəndaşı olan “Fariz” adlı şəxsin vasitəsi ilə bir gün əvvəl Abşeron rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini bildirmişdir. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 01 noyabr 2022-ci il tarixli, 6/6314 saylı rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində: Azərbaycan Respublikası DİN Zərflər üçün 7№”-li dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs təqdim etdiyi kütlə” yazısı və imzalar olan kağız paketdəki 1(bir) ədəd bükümdə təmiz çəkisi 23,686 qram ağ rəngli kristallardan ibarət maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir.Tədqiqata təqdim edilmiş üzərində: Azərbaycan Respublikası DİN Zərflər üçün 7№”-li dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs təqdim etdiyi kütlələr və 2 ədəd elektron tərəzi” yazısı və imzalar olan polietilen bağlamadakı, -2(iki) ədəd plastik qabda ayrı-ayrılıqda təmiz çəkiləri 1000qr və 1015qr, ümumi təmiz çəkisi 2015qram (2kq 15qr) qəhvəyi rəngli tozşəkilli maddələr kütlələri kimyəvi komponentlərinə və xarici əlamətlərinə görə eyni olub,kustar üsulla hazırlanmış narkotik vasitə heroindir,-1 (bir) ədəd plastik qabda təmiz çəkisi 615 qram ağ rəngli kristallardan ibarət maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, - 2(iki) ədəd elektron tərəzinin üzərində heroinin və metamfetaminin , bir ədəd çay qaşığının üzərində isə heroinin izləri vardır. İz şəklində olduğu üçün heroinin və metamfetaminin təmiz çəkilərini və bükümlərdəki heroinlərlə və metamfetaminlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş metamfetaminin ümumi təmiz çəkisi 638,686 qram təşkil edir və həmin metamfetamin kimyəvi komponentlərinə və xarici əlamətlərinə görə eynidir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən, heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr "in, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxildirlər. Qeyd:-üzərindən aşkar edilmiş metamfetaminin təmiz çəkisi 23,686 qram, tədqiqata sərf edildi-0,1qram, qalıq-23,586 qram, yaşadığı evdən aşkar edilmiş heroinin təmiz çəkisi 1000 qram və 1015 qram, tədqiqata sərf edildi hər maddədən 0,2qr, qalıqlar-999,8 qram və 1014,8 qram, metamfetaminin təmiz çəkisi 615 qram, tədqiqata sərf edildi-0,2qr, qalıq-614,8 qram. (Ekspertiza tədqiqatının dəyəri 114 (yüz on dörd) manat) Cinayət işi materiallarında olan ambulator məcburi narkoloji ekspertizasının 12 noyabr 2022-ci il tarixli, 6776 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin təsdiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İİİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür Cinayət işi materiallarında olan iş üzrə təyin edilmiş ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli 3214 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, Öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işində olan şəxsi axtarış və götürmə aparılması haqqında 31 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən 01 ədəd bükümdə ağ rəngli, kristal şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra onun üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan həmin şalvarın sol yan cibindən l(bir) ədəd içərisində ***-***-**-** simkart nömrəsi olan “Samsung” markalı mobil telefon, l(bir) ədəd açar və 5 manat pul aşkar edilərək götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı sonuncunun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi metamfetaminə bənzər kütlə elektron tərəzidə çəkilmişdir. Metamfetaminə bənzər kütlənin çəkisi 25,70(iyirmi beş tam yüzdə yetmiş) qram olmuşdur. Sonra aşkar olunmuş həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri şübhəli şəxs, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 ədəd “Samsung” markalı mobil telefon bu barədə sonuncuya izah verildikdən sonra götürülmüş, l(bir) ədəd açar və 5(beş) manat pul isə Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni tanıdığı İran İslam Respublikası vətəndaşı olan “Fariz” adlı şəxsin vasitəsi ilə 1 gün bundan əvvəl, əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağına görə “Fariz” adlı şəxsin ona istifadəsi üçün narkotik vasitə verəcəyini, “Fariz” adlı şəxsi təxminən 1 ay olar ki, tanıdığını, həmçinin Bakı şəhəri, Xəzər rayonunda yaşadığı evdə narkotik maddə olduğunu, həmin evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Cinayət işində olan evə baxış və götürmə aparılması haqqında 31 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs evdə yataq otağında olan taxta konstruksiyalı dolabın içərisindən 2(iki) ədəd qabda açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroinə bənzər kütləni, l(bir) ədəd qabda ağ rəngli kristal şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər kütləni, l(bir) ədəd qaşığı və 2(iki) ədəd elektron tərəzini təqdim etmişdir. Sonra həmin kütlələr elektron tərəzidə çəkilmişdir. Heroinə bənzər kütlənin çəkisi ümumilikdə 2(iki) kq 119(yüz on doqquz) qram, metamfetaminə bənzər kütlənin çəkisi 656(altı yüz əlli altı) qram olmuşdur. Daha sonra həmin kütlələr, l(bir) ədəd qaşıq və 2 (iki) ədəd elektron tərəzi qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş və üzəri şübhəli şəxs, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. Sonra Təqsirləndirilən şəxs yaşadığı evin digər hissələrinə baxış keçirilmiş və narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq aşkar olunmuş kütlələrin və elektron tərəzilərin özünə məxsus olduğunu, həmin kütlələri tanıdığı İran İslam Respublikası vətəndaşı olan “Fariz” adlı şəxsin vasitəsi ilə tutulduğu gündən 1 gün əvvəl, Abşeron rayonu, Saray qəsəbəsi ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağına görə “Fariz” adlı şəxsin ona istifadəsi üçün narkotik vasitə verəcəyini, “Fariz” adlı şəxsi təxminən 1 ay olar ki, tanıdığını, yaşadığı evdə narkotik vasitə saxlamasından heç kimin məlumatı olmadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs arvadı X3 ona verilən suallara cavab olaraq yaşadığı evdə narkotik vasitə və psixotrop maddə olmasından məlumatı olmadığını, əri Təqsirləndirilən şəxs ona yaşadıqları evdə narkotik vasitə və psixotrop maddə saxlamasını demədiyini bildirmişdir. Cinayət işində olan dİskə baxış keçirilməsi haqqında 05 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili X4, Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin X.M.İ.Ü baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid1, Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 iştirakları ilə cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərinə Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun təhqiqatçısı, polis mayoru X7 tərəfindən şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən 01 ədəd bükümdə ağ rəngli, kristal şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra onun üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan həmin şalvarın sol yan cibindən 1 ədəd içərisində özünün dediyinə görə ***-***-**-** simkart nömrəsi olan “Samsung” markalı mobil telefon, 1 ədəd açar və 5 manat pul aşkar edilərək götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı onun üzərindən əlavə olaraq qanunla qadağan edilmiş hər hansı əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi metamfetaminə bənzər kütlə elektron tərəzidə çəkilmiş, metamfetaminə bənzər kütlənin çəkisi 25,70(iyirmi beş tam yüzdə yetmiş) qram olmuşdur. Sonra aşkar olunmuş həmin kütlə təhqiqatçı tərəfindən içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri iştirakçılar tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 ədəd “Samsung” markalı mobil telefon təhqiqatçı tərəfindən götürülmüş, 1 ədəd açar və 5 manat pul isə Təqsirləndirilən şəxs qaytarılmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni tanıdığı İran İslam Respublikası vətəndaşı olan “Fariz” adlı şəxsin vasitəsi ilə tutulduğu gündən 1 gün əvvəl, əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağına görə “Fariz” adlı şəxsin ona istifadəsi üçün narkotik vasitə verəcəyini, “Fariz” adlı şəxsi təxminən 1 ay olar ki, tanıdığını, həmçinin Bakı şəhəri, Xəzər rayonunda yaşadığı evdə narkotik maddə olduğunu, həmin evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Cinayət işində olan diskə baxış keçirilməsi haqqında 10 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yaşayış massivində yerləşən nömrəsiz fərdi evdə onun özünün, arvadı X2, Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili X4, Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin X.M.İ.Ü baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid1, Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 iştirakları ilə Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun təhqiqatçısı, polis mayoru X7 tərəfindən baxış və götürülmə aparılmışdır. Baxış və götürülmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs sözügedən evdə olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənəddləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs evdə yataq otağında olan taxta konstruksiyalı dolabın içərisindən 1 ədəd sellofanın içərisinə qoyulmuş 2(iki) ədəd plastik qabda açıq qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər kütləni, l(bir) ədəd plastik qabda ağ rəngli kristal şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər kütləni, l(bir) ədəd qaşığı və 2(iki) ədəd elektron tərəzini təqdim etmişdir. Sonra həmin kütlələr elektron tərəzidə çəkilmiş, içərisində heroinə bənzər kütlələr olan plastik qablardan birinin çəkisi l(bir) kq 66(altmış altı)qram, digərinin çəkisi l(bir) kq 53(əlli üç)qram, yəni ümumilikdə çəkisi 2(iki) kq 119(yüz on doqquz) qram, içərisində metamfetaminə bənzər kütlə olan plastik qabın çəkisi 656(altı yüz əlli altı) qram olmuşdur. Daha sonra həmin kütlələr, l(bir) ədəd qaşıq və 2 (iki) ədəd elektron tərəzi qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Sonra Təqsirləndirilən şəxs yaşadığı evin digər hissələrinə baxış keçirilmiş və narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq aşkar olunmuş kütlələrin və elektron tərəzilərin özünə məxsus olduğunu, həmin kütlələri tanıdığı İran İslam Respublikası vətəndaşı olan “Fariz” adlı şəxsin vasitəsi ilə tutulduğu gündən 1 gün əvvəl, Abşeron rayonu, Saray qəsəbəsi ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağına görə “Fariz” adlı şəxsin ona istifadəsi üçün narkotik vasitə verəcəyini, “Fariz” adlı şəxsi təxminən 1 ay olar ki, tanıdığını, yaşadığı evdə narkotik vasitə saxlamasından heç kimin məlumatı olmadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs arvadı X3 ona verilən suallara cavab olaraq yaşadığı evdə narkotik vasitə və psixotrop maddə olmasından məlumatı olmadığını, əri Təqsirləndirilən şəxs ona yaşadıqları evdə narkotik vasitə və psixotrop maddə saxlamasını demədiyini bildirmişdir. Cinayət işində olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş qohumluq məlumatlarını əks etdirən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs Rəfail oğlunun himayəsində xx.xx.2011-ci il təvəllüdlü X8, xx.xx.2007-ci il təvəllüdlü X5 və xx.xx.2006-ci il təvəllüdlü X6 adlı 3 yetkinlik yaşına çatmayan övladı var. Məhkəmə Təqsirləndirilən şəxs Rəfail oğluna cəza təyin edərkən onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Təqsirləndirilən şəxs Rəfail oğlunun törətdiyi cinayətlər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən ağır cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işi materiallarında olan 31 oktyabr 2022-ci il tarixli “tutma haqqında” protokoldan müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs Rəfail oğlu şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs Rəfail oğlunun himayəsində üç yetkinlik yaşına çatmayan uşağının olmasını, 3-cü qrup əlil olmasını işdə cəzanı yüngülləşdirən halllar kimi qiymətləndirir. Məhkəmə təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs Rəfail oğluna cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alıb barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzasını tutulduğu vaxtdan, yəni 31 oktyabr 2022-ci il tarixdən hesablanmaqla, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini məqsədə müvafiq sayır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan Xəzər rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanan qalıq-23,586 qram metamfetamin, qalıqlar-999,8 qram və 1014,8 qram heroin, qalıq-614,8 qram metamfetamin hökm qanuni qüvvəsini alandan sonra məhv edilməli, 2 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, Təqsirləndirilən şəxs Rəfail oğlundan ekspertiza xərci təşkil edən 114 (yüz on dörd) manat alınıb dövlət büdcəsinə verilməli və barəsində seçilmiş həbs qətimkan tətbiri dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Rəfail oğlunun təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi üzrə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.1-ci maddəsinə əsasən cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs Rəfail oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 31 oktyabr 2022-ci il tarixdən hesablansın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Rəfail oğlunun barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs Rəfail oğlundan ekspertiza xərci təşkil edən 114 (yüz on dörd) manat alınaraq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan Xəzər rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanan qalıq-23,586 qram metamfetamin, qalıqlar-999,8 qram və 1014,8 qram heroin, qalıq- 614,8 qram metamfetamin hökm qanuni qüvvəsini alandan sonra məhv edilməli, 2 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) İradə Həsənzadə Mahmud Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar