Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-943/2024 23.10.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və X9-Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X7, X1, X3 dövlət ittihamçıları, Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin prokurorları X8, Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxs, xx xxxx 1967-ci ildə Cəlilabad rayonu, Buravar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli,işsiz, məhkum olmamış, ünvan 1 ünvanında qeydiyyatda olub ünvan 2ayan, barəsində həbs qətimkan tədbiri seçilib Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan, Azərbaycan Respublikası CM-nin 167-3.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktına əsasən, Təqsirləndirilən şəxs naməlum vaxtda və şəraitdə, başqa mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda ümumi təmiz çəkisi 16,945 qram olan psixotrop maddə metamfetamini satış məqsədi ilə əldə edib daşıyaraq gələcəkdə satışım həyata keçirmək üçün üzərində saxlamış, onun külli miqdarda psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin Cinayət-axtarışı üzrə əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 01 fevral 2023-cü il tarixdə saat 19:20-də o, ünvan 3 ünvanında saxlanılaraq ünvan 4n 43- cü Polis Bölməsinin inzibati binasına gətirilmiş, orada saat 21:05-də xidməti otaqda üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli gödəkcənin sağ yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı bir ədəd sellofan bükümündə ümumi təmiz çəkisi 16,945 qram olan külli miqdarda ağ rəngli, kustar üsulla hazırlanmış, həmin psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs dini ekstremist materialları saxlama və yayma məqsədi ilə naməlum şəxs və ya şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran, belə fəaliyyəti əsaslandıran və belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları saxlama və yayma məqsədi ilə dini nifrət və düşmənçiliyin salınmasına yönələn, "Əgər meydanda qalsaz qalib gələcəksiz" adlı, məzmununda Azərbaycan Respublikasının Konstitusiyasına zidd, Azərbaycanda "vilayəti-fəqih" ideologiyasına əsaslanan siyasi sistemin və dini dövlətin yaradılmasına hesablanan radikal, dini-ekstremist ideyaların mövcud olduğu dini ekstremist təyinatlı material olan bir ədəd kompakt diski istintaqa məlum olmayan vaxtda və şəraitdə, naməlum mənbədən əldə edərək gələcəkdə yaymaq üçün yaşadığı ünvan 5 ünvanında yerləşən evində saxlamış, 03 fevral 2023- cü il tarixdə saat 20:10-da Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 fevral 2023-cü il tarixli qərarı əsasında Təqsirləndirilən şəxs yaşadığı həmin ünvanda videoçəkilişdən istifadə edilməklə aparılan axtarış zamanı yataq otağında onun yaymaq məqsədi ilə əldə edərək saxladığı "Əgər meydanda qalsaz qalib gələcəksiz" adlı dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran, belə fəaliyyəti əsaslandıran və bu fəaliyyətin zəruriliyinə bəraət qazandıran həmin dini ekstremist material aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ifadələrində göstərdi ki, özünü elan olunmuş ittiham üzrə təqsirli bilmir. 01 fevral 2023-cü il tarixdə günorta radələrində, günorta namazını qıldıqdan sonra oğlunun avtomobili nasaz olduğuna görə Binəqədi rayonunda "Sentralnı" deyilən yerdə avtomobil təmiri sexinin yanında olarkən cavan oğlan onu çağıraraq xidməti vəsiqəsini göstərib, özünü polis əməkdaşı kimi təqdim edərək, onun mobil telefonunu əlindən alıb, avtomobilə əyləşdirdi. Avtomobilə əyləşdikdən sonra polis əməkdaşları tərəfindən 43-cü Polis Bölməsinə aparılmışdır. Növbətçi hissədə yerləşən otaqda bir saat gözlədikdən sonra yuxarı mərtəbədə yerləşən Xəqani adlı bölmə rəisinin müavini onu qəbul etdi. Üzərinə axtarış keçirildikdən sonra yenidən aşağı düşürtdülər. Daha sonra onu dəfələrlə Tural adlı polis əməkdaşının yanına aparıb-gətirdilər. O, növbətçi hissədə əyləşəndə axşam saatlarında şam namazı vaxtı polis əməkdaşları ona hədə-qorxu gələrək narkotik vasitəni boynuna qoydular. Onu abrımı aparmaqla hədələmişdilər. Hətəm adlı şəxs onun cibinə narkotik vasitəni qoyaraq videoçəkiliş zaman narkotikin ona aidmiş kimi üzərindən çıxartdılar. Narkoitk vasitə polis əməkdaşları tərəfindən qanunsuz yolla onun cibinə qoyulduqdan sonra vəkil gəldi. O, vəkilə olanları demiş, sonra cinayət işi materiallarında vəkildən öz razılığı ilə imtina etdiyinin yazıldığını görmüşdür. O, bu yaşına qədər televiziyadan kənar narkotik vasitə görməmişdir. Videoçəkiliş zamanı şahidlər yerdə olan gödəkçənin içərisindən narkotik vasitənin aşkarlandığını gördülər. 18 may 2023-cü il tarixində Binəqədi rayon müstəntiqi Hüseyn Novruzov ona çoxlu sənədlərə imza çəkdirtdi. Onun evində qadağan olunmuş heç bir kitab olmayıb. Hadisənin üzərində altı ay qədər müddət keçdikdən sonra evindən disk aşkarlandığı ortaya çıxdı. Diskdə olan məlumatlarda Tohid İbrahimbəylini təbliğ etdiyini dedilər. İnsan gərək təbliğ edəndə özündən yüksək olan insanı təbliğ etsin. Təbliğ etdiyi deyilənlərdən o, öz şəxsi keyfiyyətlərinə görə yüksək olmuşdur, necə onları təbliğ edə bilər!? Cinayət işi materiallarına onun onlarla üzləşməsi aparıldığını yazmışlar, lakin belə bir hal baş verməyib. Bildirmək istəyir ki, o 1993-cü ildən 1999-cu ilədək İranın Qum şəhərində "Camiyətül Mustafa" Universitetində dinşünaslıq ixtisası üzrə ali təhsil almışdır. Sonra Bişkek univeristetində şərqşünaslıq ixtisası üzrə magistr dərəcəsi almışdır. 1999-cu ildən 2019-cu ilədək Qırğızıstan Respublikasının Bişkek şəhərində qanuni dini fəaliyyətlə məşğul olmuşdur. Həmin dövlətdə 1937-ci ildən sürgün olunmuş azərbaycanlıların diasporası fəaliyyət göstərmiş və həmin diaspora 1999cu ildən onu həmin dövlətdə fəaliyyət göstərməyə dəvət etmişdir. O, dəvəti qəbul edərək oraya getmiş və sadəcə dini fəaliyyət deyil, diasporanın təşkil etdiyi bir çox tədbirlərdə iştirak etmiş, “Xocalı” faciəsi ilə bağlı söhbətlər də aparmışdır. Ömür boyu narkotik vasitə görməmiş, həmin vasitələrdən istifadə etməmişdir. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs 02 fevral 2023-cü il tarixdə qeyd etmişdir ki, ünvan 5 ünvanında yaşayır, narkotik vasitələri qəbul etməmişdir, 01 fevral 2023-cü il tarixdə saat 14 radələrində Binəqədi rayonunda "Sentralnı" deyilən yerdə avtomobil təmiri sexinin yanında olarkən ona iki nəfər mülki geyimli şəxslər yaxınlaşaraq xidməti vəsiqə göstərib özlərini polis əməkdaşları kimi təqdim edərək onu 43-cü Polis Bölməsinə aparmışlar. O, həmin polis bölməsində saat 20 radələrinə kimi qalandan sonra ona vəkil təqdim etmişlər. Vəkil gəlməmişdən əvvəl adını Hətəm kimi təqdim edən mülki paltarda olan tanımadığı polis əməkdaşı ondan əynində olan paltarlarını çıxarmağı tələb etmişdir. O da otaqların birində həmin şəxsin tələbi ilə 4-5 nəfər polis əməkdaşlarının yanında əynində olan gödəkcəni çıxarmışdır. Daha sonra köynək və maykanı qaldırıb bədənini göstərəndə həmin Hətəm adlı şəxsin onun gödəkcəsinin hansısa cibinə ağ büküm qoyduğunu görmüşdür. Vəkil polis bölməsindən gedəndən sonra polis əməkdaşları onun tanımadığı iki nəfər hal şahidini otağa gətirmişlər. Onun gödəkcəsinə baxış keçirdikdə gödəkcənin cibində saxladığı pul qabında olan 689 manat pulunu, saç darağını çıxarıb masanın üzərinə düzmüşlər. Bu zaman gödəkcənin cibindən sellofan parçasına bükülmüş bükülünü çıxarmışlar. Sonra həmin bükümü zərfin içərisinə salıb möhürləyib götürmüşlər. Ona məlum olmuşdur ki, gödəkcəsinin cibinə narkotik vasitə qoyulmuşdur. Lakin o, hər hansı sənədə imza etməmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs 19 iyul 2023-cü il tarixdə əlavə dindirmə zamanı verdiyi ifadəsində bildirmişdir ki, Cəlilabad rayonu, Buravar kəndində anadan olduqdan sonra həmin kənddə də orta təhsilini başa vurmuşdur. 3-cü sinifdən namaz qılmış, oruc tutmuş, hətta Quran oxumağa başlamışdır. Sovet dövründə dini təhsil verilməsə də qohumları molla olduqları üçün ona bu dini ayinləri öyrətmişlər. Həmin ərəfələr yaşadığı Buravar kəndinin camaatı dini əqidə baxımından İslam dininin şiə məzhəbinə aid olduqları üçün o da şiə müsəlman kimi böyümüşdür. Orta məktəbi bitirdikdən sonra dini bilgiləri kifayət qədər olduğu üçün yaşadığı kənddə, eləcə də qonşu kəndlərdə onu molla kimi tanımışlar. Çünki o, bir çox vacib dini ayinləri icra edə bilmişdir. Bu ayinlərə kəbin kəsmək, ölü namazı qılmaq və sair aiddir. 1993-cü ildən 1999-cu ilədək İranın Qum şəhərində "Camiyətül Mustafa" Universitetində dinşünaslıq ixtisası üzrə ali təhsil almışdır. Ali təhsili başa vurduqdan sonra vətənə qayıtmış və molla kimi fəaliyyətini davam etdirmişdir. Yaşadığı Cəlilabad rayonunda onun dini savadına və dini mədəniyyətinə görə nüfuzu kifayət qədər olmuşdur. Keçmiş sovet dövlətlərindən gələn nümayəndələr də onu tanımışlar. Buna görə 1999-cu ildə qərar vermişdir ki, Qırğızıstan Respublikasına qanuni dini fəaliyyət göstərmək üçün getsin. 1999-cu ildən 2019-cu ilədək Qırğızıstan Respublikasının Bişkek şəhərində qanuni dini fəaliyyətlə məşğul olmuşdur. Həmin dövlətdə 1937-ci ildən sürgün olunmuş azərbaycanlıların diasporası fəaliyyət göstərmiş və həmin diaspora 1999-cu ildən onu həmin dövlətdə fəaliyyət göstərməyə dəvət etmişdir. O da dəvəti qəbul edərək oraya getmiş və sadəcə dini fəaliyyət deyil, diasporanın təşkil etdiyi bir çox tədbirlərdə iştirak etmişdir. 2019-cu ildə Azərbaycana qayıtdıqdan sonra xırda təsərrüfatla məşğul olmağa başlamış və həmin dövrdən tutulanadək hər hansı dini fəaliyyətlə məşğul olmamış, sadəcə olaraq yaxın qohumlarının dini ayinlərində iştirak etmişdir. Azərbaycan Respublikasında hər hansı qanuni və ya qeyri-qanuni dini fəaliyyətlə məşğul olmamışdır. Dini savadı olduğu üçün yaşadığı ünvanda hamı onun hörmətini saxlamışdır. Ömrü boyu narkotik vasitə görməmiş, həmin vasitələrdən istifadə etməmişdir. Binəqədi Rayon Polis İdarəsində barəsində istintaq aparılarkən ona bildirilmişdir ki, evində yaxın qohumlarının iştirakı ilə axtarış aparılaraq bir çox dini ədəbiyyat aşkar edilmişdir. Yaşadığı evdə heç bir zaman qanunsuz, dövriyyəsi qadağan olunmuş kitab saxlamamışdır. İran İslam Respublikasına gedərkən oradan aldığı kitabları Azərbaycana gətirərkən həmin kitabları gömrükdə təqdim etmişdir. Lakin ona istintaq zamanı bildirilmişdir ki, evində axtarış və götürmə aparılarkən üç ədəd disk aşkar edilmiş və həmin diskdə olan məlumatlar, şüarlar Azərbaycan dövlətinin dünyəviçilik prinsiplərinə ziddir. Diskdə olan məlumatlarda X15 və Tohid İbrahimbəylinin fikirlərini ifadə etdiyi çağırışlar aşkar edilmişdir. Onun həmin disklərdən hər hansı məlumatı yoxdur. Heç bir zaman Azərbaycan dövlətinin əleyhinə çağırışlar etməmişdir, bu mövzuda hər hansı təbliğat aparmamışdır. Tohid İbrahimbəylinin bəzi xütbələrdə Azərbaycan dövlətinə qarşı çıxışlar etdiyini bilir. Lakin onun həmin şəxslərlə hər hansı əlaqəsi olmamışdır. Tohid İbrahimbəylinin və X15 fikirləri, Azərbaycan dövləti barədə dedikləri, təbliğatları onun fəaliyyətinə və dünyagörüşünə ziddir. Barəsində narkoloji ekspertiza təyin edilərək keçirilmiş və müəyyən olunmuşdur ki, o, heç bir zaman narkotik vasitə istifadə etməmişdir. Onun fikirləri, həyat fəaliyyəti narkotiklərin yayılmasına qarşı olmuşdur. Üzərində aşkar edilmiş narkotik vasitə polis əməkdaşları tərəfindən qanunsuz yolla onun paltarına sonradan yerləşdirilmişdir. 01 fevral 2023-cü il tarixdə iki nəfər mülki geyimli polis əməkdaşları onu 43-cü Polis Bölməsinə dəvət etmişlər. Həmin vaxt o, günorta namazını yenicə qılmışdı və namazın vaxtından yarım saat sonra olardı. Bölməyə getdikdən sonra nə üçün çağırıldığını ona bildirmədən axşam saatlarına kimi növbətçi hissədə yerləşən otaqda qalmışdır. Daha sonra onu, Xəqani adlı bölmə rəisinin müavini qəbul etmiş və onun üzərinə baxış keçirəcəyini qeyd etmişdir. Üzərində şəxsi əşyalarından başqa heç bir şey olmamışdır. Daha sonra onu özünü bölmə rəisi kimi təqdim edən şəxs qəbul etmiş və ona bildirmişdir ki, tutulmalıdır, səbəbini soruşduqda isə bir şey bildirməmişdir. Daha sonra onu Tural adlı polis əməkdaşının yanına aparmışlar və sonuncu sənədləşdirmə işləri aparmağa başlamışdır. Axşam saat 22 radələrində üzərində yenidən axtarış apardıqda üzərində olan qara gödəkcəni soyunmağını istəmişlər. O, gödəkcəni soyunduqdan sonra özünü Hətəm kimi təqdim edən şəxs həmin gödəkcənin sağ yan cibinə narkotik vasitəni qoymuş və ona bildirmişdir ki, gödəkcəni geyinsin. O da gödəkcənin cibinə narkotik vasitə yerləşdirildiyi üçün geyinməyəcəyini bildirmişdir. Sonrakı proseslərdə o, bir çox otaqlarda olmuş və yekunda ona bildirilmişdir ki, narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə ona ittiham veriləcəkdir. Gödəkcəsinə narkotik vasitənin qanunsuz olaraq yerləşdirilməsini tanıdığı Zaur adlı sahə rəisi işləyən şəxs də görmüşdür. Sənədləşdirmə işləri yekunlaşdıqdan sonra onu müvəqqəti saxlama yerinə apararkən saxlanıldığı yerdə avtomobili saxlamışlar və video çəkiliş aparmaqla ondan hadisə barədə soruşmuşlar. O da video çəkilişdə qeyd etmişdir ki, saat 14 radələrində onu dayandığı yerdən polis bölməsinə aparmışlar və cibinə narkotik vasitə yerləşdirmişlər. Çəkiliş yekunlaşdıqdan sonra onu müvəqqəti saxlama yerinə aparmışlar. Bundan başqa Təqsirləndirilən şəxs 08 sentyabr 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində yenidən dindirilərkən ifadəsində bildirmişdir ki, ona verilən ittiham yalandır, şər və böhtandır. 01 fevral 2023-cü il tarixdə saat 14 radələrində polis əməkdaşları tərəfindən tutularaq 43-cü Polis Bölməsinə gətirilmiş, lakin onun tutulmağı saat 19:20 kimi qeyd edilmişdir. Bunun araşdırılması üçün istintaq orqanından istifadəsində olan +994 50 *** ** ** mobil telefon nömrəsinin 01 fevral 2023-cü il saat 00:01-dən növbəti gün 23:59dək dəqiqliyi ilə harada, hansı ərazidə istifadəsinin, lokalizasiyasının müəyyən olunması üçün mobil operatora sorğu verməklə müəyyən edilməsini xahiş etmişdir. O, qeyd edilən mobil telefon nömrəsini "X24 5" markalı mobil telefon cihazında istifadə etmişdir. İstintaq materiallarında onun evində aşkar edilməsi qeyd edilən "Əgər meydanda qalsaz qalib gələcəksiz" adlı video material heç bir zaman evində olmayıb, həmin material olan diski onun evində axtarış aparan polis əməkdaşları qəsdən mənzilinə qoyublar. Evində ümumiyyətlə kompakt diskə yazılmış materialları oxutmaq üçün hər hansı cihaz yoxdur, ümumiyyətlə olmamışdır. Rəydə göstərilən Cəfər Sübhaninin "Müsbət və mənfi nasyunalizm - Mənfi və müsbət millətçilik", X11 "Şenaxtşenasi dər Qoran" kitabları evində heç bir zaman olmamışdır. Həmin kitabları da polis əməkdaşları bilərəkdən onun evində yerləşdirmişlər ki, barəsində mənfi fikir və yalan ittiham verilsin. Psixotrop maddənin qanunsuz dövriyyəsi ilə bağlı bütün əvvəlki ifadələrində qeyd etdiyi kimi həmin maddə onun üzərində heç bir zaman olmayıb, polis əməkdaşları tərəfindən polis bölməsinə gətirildikdə ona təqdim edilmişdir ki, həmin psixotrop maddəni daşımış və üzərində aşkar edilmişdir. Şahid5 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs xidməti vəzifələrinin icrası ilə əlaqədar olaraq tanıyır. Onunla heç bir ədavəti və yaxınlığı yoxdur. O, Təqsirləndirilən şəxs evinə baxış keçirilərəkən iştirak etmişdir. İlqarın evinə baxış zamanı disklər və kitablar aşkarlanaraq götürülmüşdür. Təqsirləndirilən şəxs evindən baxış zamanı götürülən kitablar dini məzmunda idi. Onu axtarışa iştirak etməyə idarədən müstəntiq dəvət etmişdir. O, həmin vaxt idarədə işləmişdir. İlqarın evinə baxış zamanı kriminalist də iştirak edirdi. İlqarın evindən disk tapılan otağın kimə aid olduğunu bilmir. İlqarın evindən baxış zamanı götürülən əşyaların hamısı videoçəkilişdə əks olunur. Diskin aşkar olunmasının protokolda qeyd edilməsi ilə bağlı heç nə deyə bilmir. Protokolda nə yazılıbsa, hamısını təsdiq edir. Hadisənin tarixini üzərindən uzun müddət keçdiyinə görə tam dəqiqliyi ilə xatırlamır. Hadisənin üzərindən bir ilə yaxın müddət keçib. İlqarın evinə baxış zamanı şübhəli görünən hər şey götürülmüşdür. İfadələrinə başqa əlavəsi yoxdur. İbtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq edir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid5 ibtidai istintaq zamanı göstərmişdir ki, 03 fevral 2023-cü il tarixdə Cinayət axtarışı şöbəsində əməliyyat müvəkkili kimi xidmət etdiyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsində olarkən həmin İdarənin müstəntiqi Murad Quliyev tərəfindən Təqsirləndirilən şəxs yaşadığı ünvan 6 ünvanında yerləşən mənzildə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarı ilə axtarış istintaq hərəkətində iştirak etmək üçün cəlb edilmişdir. Bu məqsədlə cəlb edilmiş digər əməkdaşlar və Təqsirləndirilən şəxs müdafiəçisi Radil Xəlilovla birlikdə 03 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs yaşadığı həmin ünvana yollanmışlar. Müstəntiq tərəfindən axtarış istintaq hərəkəti aparılarkən onların hüquq və vəzifələri izah edilmişdir. Saat 20 radələrində qeyd edilən ünvana çatmışlar. Ünvanda onları Təqsirləndirilən şəxs qardaşı X16 və digər qohumları qarşılamış, müstəntiq axtarış aparılması barədə məhkəmə qərarını Zaur Rəcova təqdim etmiş, Zaur Rəcov həmin qərarla tanış olduqdan sonra müstəntiq ünvanda hər hansı qanunsuz əşya olub-olmaması barədə soruşmuşdur. Zaur Rəcov mənzildə hər hansı qeyri-qanuni əşya və sənədlərin saxlanılmadığım qeyd etmiş və axtarış və götürmə aparılmasına hər hansı etirazının olmadığını bildirmişdir. Onlara və istintaq hərəkətinin digər iştirakçılarına hüquq və vəzifələri izah edildikdən sonra axtarış aparmağa başlamışlar. Axtarış video çəkilişlə qeydə alınmışdır. Mənzilin ikinci mərtəbəsində soldan birinci yataq otağında Təqsirləndirilən şəxs məxsus fars-ərəb əlifbası ilə tərtib edilmiş iyirmi dörd ədəd müxtəlif kitablar, dörd ədəd çərçivəyə salınmış şəkillər, iki ədəd hər biri üzərində saqqallı şəxslər olan şəkillər, bir ədəd 5000 İran rialı pul, beş ədəd ərəb-fars dilində qeydlər aparılmış vərəqlər, on səkkiz ədəd zərfdə ərəb- fars əlifbası ilə əlyazma mətnlər olan vərəqlər, ərəb-fars dilində qeydlər aparılmış bir ədəd dəftər bir ədəd kitabça götürülmüşdür. Daha sonra birinci yataq otağından ərəb-fars əlifbası ilə tərtib edilmiş doqquz ədəd kitab, bir ədəd dini portret, üzərində ağ rəngli ərəb-fars əlifbası ilə yazılar yazılmış bir ədəd qara rəngli bayraq, üç ədəd kompakt disk, ikinci yataq otağından Təqsirləndirilən şəxs məxsus olan doqquz ədəd müxtəlif vəsiqələr, bir ədəd ərəb-fars əlifbası ilə yazılar yazılmış zərfdə saxlanılan vərəq, Təqsirləndirilən şəxs fotoşəkli olan ərəb-fars dilində olan fotoşəkilli sənəd, üçüncü yataq otağından isə qara rəngli "ASUS" markalı notbuk kompüter cihazı götürülərək xüsusi qablaşdırmalara yerləşdirilmiş və qablaşdırmaların üzəri möhürlənmişdir. Bundan sonra axtarış və götürmə istintaq hərəkəti başa çatdığı üçün mənzili tərk etmişlər. Axtarış və götürmə aparılarkən istintaq hərəkətində iştirak edən şəxslər tərəfindən hər hansı şikayət, irad və ya təklif bildirilməmişdir. Şahid4 ifadələrində göstərdi ki, 01 fevral 2023-cü il tarixdə Binəqədi Rayon Polis İdarəsinə, əməliyyatçı Şahid3 Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumat daxil olmuşdur. Raportla rəhbərliyə məruzə edildikdən sonra rəhbərlik tərəfindən məlumatın icrası üçün icazə verildi və əməliyyat qrupu yaradıldı. 01 fevral 2023-cü il tarixdə axşam saat 8-9 radələrində İlqarın yaşadığı ünvanın yaxınlığında şəxsə yaxınlaşıb narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olduğu barədə şübhəli olmasını bildirib bölməyə dəvət etdilər. Bölmədə İlqara 11 saylı Vəkil Bürosundan hüquqlarını müdafiə etməsi üçün vəkil təyin edilib, lakin İlqar üzərinə baxış keçirilən zaman vəkilin iştirakından imtina etdi. Təhqiqatçının inzibati otağından hal şahidlərinin iştirakı ilə İlqarın üzərinə şəxsi axtarış keçirildi. Baxış keçirilən zaman İlqarn üzərində olan qara gödəkçənin sol yan cibindən narkotik vasitə olan büküm və bəzi kartlar aşkar olundu. Təqsirləndirilən şəxs narkotik vasitəni haradan alması ilə bağlı heç bir məlumat vermədi. Dini ədəbiyyatlar barəsində heç bir məlumatı yoxdur. Təqsirləndirilən şəxsə qarşı heç bir fiziki zor və ya psixi təzyiq olmayıb. Əməliyyat məlumatını Şahid3 əldə etmişdir, raportla rəhbərliyə məruzə etdikdən sonra onun da daxil olduğu əməliyyat qrupu yaradılmışdır. Onun əməliyyatda iştirak etməyi barəsində rəisin xəbəri var idi. Həmin ərazinin sahə rəisi olduğuna görə bütün əməliyyatlarda iştirak etmə səlahiyyəti mövcuddur. Əməliyyat məlumatı Şahid3 daxil olmuşdur, buna görə də həmin məlumatı etibarlı olub-olmamasının yoxlanılması əməliyyat məlumatı daxil olmuş şəxs tərəfindən aparılmışdır. 01 fevral 2023-cü il tarixdə axşam saat təxminən 7-8 radələrində təqsirləndirilən şəxsi saxlamışdılar. Təqsirləndirilən şəxsin üzərinə baxış keçirilən zaman narkotik aşakr olunan gödəkçə İlqarın yənində idi. İlqar vəkilin iştirakından imtina etdi. Vəkil təqsirləndirilən şəxsi görmüşdü, hətta söhbətləri də olmuşdu. Vəkilin protokolda yazdığı qeydlə bağlı məlumatı yoxdur, o, həmin gödəkçəni təqsirləndirilən şəxsin üzərində görmüşdür. Hal şahidlərinin bölməyə kim tərəfindən dəvət edildiyini bilmir. Hal şahidlərini tanımır. Təqsirləndirilən şəxsı saxlanıldığı zamanki şəraiti izah edə bilmir. Təqsirləndirilən şəxs üzərinə axtarış saxlanıldığı yerdə deyil, bölmədə keçirilmişdir. Təqsirləndirilən şəxsı saxlayan zaman orada iştirak etmişdir. Təqsirləndirilən şəxsə böhtan atmır. Məhkəmədəki və ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq edir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid4 ibtidai istintaq zamanı göstərmişdir ki, Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin sahə rəisi vəzifəsində xidmət edir. 01 fevral 2023-cü il tarixdə etimad doğuran mənbədən Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə 43- cü Polis Bölməsinin əməliyyat müvəkkili Şahid3 əməliyyat məlumatı daxil olduğundan, həmin məlumatın yoxlanılması ilə bağlı əməliyyat-axtarış tədbirlərinin keçirilməsi məqsədilə polis bölməsinin rəisinə raportla məruzə etmişdir. Bu məqsədlə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün icazə verildikdən sonra Şahid3 tərəfindən qərar qəbul edilmiş, sonuncunun rəhbərliyi ilə ikisindən ibarət əməliyyat qrupu yaradılmışdır. 01 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs gizli müşahidə etdikdən sonra saat 19:20-də sonuncunu ünvan 8 ünvanın yaxınlığında küçədə saxlayıb özlərini təqdim edərək narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair məlumatın yoxlanılması ilə əlaqədar 43-cü Polis Bölməsinə dəvət etmişlər. Polis bölməsində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs 11 saylı Vəkil bürosundan dəvət olunmuş vəkillə təmin edilmiş, hüquqları izah olunmuşdur. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi izah olunduqda sonuncu müdafiəçisinin iştirakı olmadan şəxsi axtarışın keçirilməsini istəmişdir. Bundan sonra iki nəfər vətəndaş polis bölməsinə hal şahidi qismində dəvət edilərək onlara hüquq və vəzifələri izah olunmuşdur. Daha sonra təhqiqatçının xidməti otağında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Bu zaman Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində olan əşya və ya predmetləri özü çıxarıb masanın üzərinə qoysun. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən əynində olan qara rəngli gödəkcənin sol iç cibindən içərisində 689 (altı yüz səksən doqquz) manat nağd pul, bir ədəd "Araz" marketə məxsus plastik kart, bir ədəd "Qız Qalası" maketə məxsus plastik kart, bir ədəd Təqsirləndirilən şəxs məxsus sürücülük vəsiqəsi, bir ədəd elektron sağlamlıq kartı olan şabalıdı rəngli pul kisəsi, həmin gödəkcənin sağ iç cibindən bir ədəd daraq və kağız parçalan, həmin gödəkcənin sağ yan cibindən bir ədəd avtomobil pultu, kağız parçalan və bir ədəd şəffaf sellofan bükümü və həmin gödəkcənin sağ yan cibindən qara rəngli, dediyinə görə "REDMİ" markalı mobil telefonu təqdim etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan gödəkcənin sağ yan cibindən aşkar edilmiş bir ədəd şəffaf sellofan bükümü açıldıqda içərisində ağ rəngli maddə olması müəyyən edilmişdir. Həmin sellofan bükümü kağız zərfin içərisinə qoyularaq möhürlənərək götürülmüşdür. Şəxsi axtarış və götürmə barədə protokol tərtib edilərək iştirakçılara ucadan oxunmuş və imzalanmışdır. Polis bölməsində heç kim Təqsirləndirilən şəxs üstünə narkotik vasitə bükümünü qoymamışdır. Şahid3 ifadələrində göstərdi ki, hadisə bir il əvvəl olub, tam xatırlamır. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Əməliyyatada iki nəfər iştirak etmişlər. Əməliyyata sahə rəisi ilə birlikdə getmişdir. Saat neçədə getdikləri yadında deyil. Üzərində olan vasitələri adətən şəxs özü təqdim edir, sonra üzərinə baxış keçirilir. Təqsirləndirilən şəxsla bağlı bu hal üzərindən uzun müddət keçdiyindən yadında deyil. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən vəkil yox idi. Hal şahidləri iştirak edib. Əməliyyat məlumatının məzmunu ifadəsində var. Narkotik vasitələrlə məşğul olması dedikdə, istifadə nəzərdə tutulur. Təqsirləndirilən şəxs şəxsiyyətini əməliyyat yolu ilə müəyyən etmişdirlər. İAMAS sistemdən çıxarış verilməsi yadında deyil. Gödəkçənin Təqsirləndirilən şəxs əynində olması yadında deyil. Şəxsi axtarış zamanı çəkiliş aparılmamasının səbəbini bilmir. İfadlərinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid3 ibtidai istintaq zamanı göstərmişdir ki, Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 01 fevral 2023-cü il tarixdə etimad doğuran mənbədən Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrlə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, məlumatın yoxlanılması ilə bağlı əməliyyataxtarış tədbirlərinin keçirilməsi məqsədi ilə rəhbərliyə raportla məruzə etmiş, tədbirlərin keçirilməsinə icazə verildikdən sonra tərəfindən qərar qəbul edilmiş, rəhbərliyi ilə iki nəfərdən ibarət əməliyyat qrupu yaradılmışdır. 01 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs gizli olaraq müşahidə etdikdən sonra saat 19:20-də sonuncunu ünvan 8 ünvanın yaxınlığında küçədə saxlayıb özünü təqdim edərək narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair məlumatın yoxlanılması ilə əlaqədar 43-cü Polis Bölməsinə dəvət etmişdir. Polis bölməsində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs 11 saylı Vəkil bürosundan dəvət olunmuş vəkillə təmin edilmiş, hüquqları izah olunmuşdur. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi izah olunduqda sonuncu müdafiəçisinin iştirakı olmadan şəxsi axtarışın keçirilməsini istəmişdir. Bundan sonra iki nəfər vətəndaş polis bölməsinə hal şahidi qismində dəvət edilərək hüquq və vəzifələri izah olunmuş, təhqiqatçının xidməti otağında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Bu zaman Təqsirləndirilən şəxs üzərində olan əşya və predmetləri masanın üzərinə qoymaq təklif edilmiş, sonuncunun üzərində şəxsi axtarış aparılarkən əynində olan qara rəngli gödəkcənin sol iç cibindən içərisində 689 (altı yüz səksən doqquz) manat nağd pul, bir ədəd "Araz" marketə məxsus plastik kart, bir ədəd "Qız Qalası" maketə məxsus plastik kart, bir ədəd Təqsirləndirilən şəxs məxsus sürücülük vəsiqəsi, bir ədəd elektron sağlamlıq kartı olan şabalıdı rəngli pul kisəsi, həmin gödəkcənin sağ iç cibindən bir ədəd daraq və kağız parçaları, həmin gödəkcənin sağ yan cibindən bir ədəd avtomobil pultu, kağız parçalan və bir ədəd şəffaf sellofan bükümü və həmin gödəkcənin sağ yan cibindən qara rəngli, dediyinə görə "REDMİ" markalı mobil telefonu təqdim etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan gödəkcənin sağ yan cibindən aşkar edilmiş bir ədəd şəffaf sellofan bükümü açıldıqda içərisində ağ rəngli maddə olması müəyyən edilmişdir. Həmin sellofan bükümü kağız zərfin içərisinə qoyularaq möhürlənərək götürülmüş, şəxsi axtarış və götürmə barədə protokol tərtib edilərək iştirakçılara ucadan oxunmuş və imzalanmışdır. Polis bölməsində heç kim Təqsirləndirilən şəxs geyiminə narkotik vasitə bükümünü qoymamışdır. Şahid1 ifadələrində göstərdi ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır, onun üzərinə baxış keçirilərəkən ilk dəfə orada görmüşdür. Onunla yaxınlığı və ədavəti yoxdur. İşdən evə qayıdarkən onu hal şahidi kimi bölməyə apardılar. Hal şahidi kimi onunla birlikdə bir nəfər cavan oğlan da var idi. Təqsirləndirilən şəxs üzərindən telefon, kart və büküm aşkar olundu. Bükümün nə olduğunu o görməmişdir. Ona verilən kağızda 2023-cü il yazılmışdı. İfadələrinə başqa əlavəsi yoxdur. İbtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq edir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid1 ibtidai istintaq zamanı göstərmişdir ki, ünvan 9 ünvanda yaşayır. 01 fevral 2023-cü il tarixdə saat 21 radələrində işdən evinə gedərkən Binəqədi rayonu, G. Ramazanov küçəsində yerləşən "Spar" marketin qarşısı ilə hərəkətdə olduğu zaman bir nəfər polis əməkdaşı ona yaxınlaşaraq polis bölməsinə gətirilmiş bir nəfər şəxsin üzərinə şəxsi axtarış keçirilməsində hal şahidi qismində iştirak etməyini xahiş etmiş, o, etiraz etməyərək polis əməkdaşı ilə 43-cü Polis Bölməsinə getmişdir. Orada ona və dəvət edilmiş digər hal şahidinə hüquq və vəzifələri izah edilmiş, daha sonra xidməti otaqların birində ilk dəfə gördüyü və sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxsin üzərində polis əməkdaşları onların iştirakı ilə şəxsi axtarış aparmışlar. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən sonuncu əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümünü təqdim etmişdir. Şahid6 ifadələrində göstərdi ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır, onunla yaxınlığı və ya ədavəti olmamışdır. 2023-cü ilin fevral ayında o, Təqsirləndirilən şəxs evinə baxış keçirilməsində iştirak etmişdir. Evin girişində onları Təqsirləndirilən şəxs qohumları qarşıladılar və evə baxış keçirilməsinə etiraz etmədilər. Evə baxış keçirilərkən dini kitablar, şəkillər Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqələri və ərəb-fars dilində yazılmış vərəqlər aşkar edildi. Başqa heç nə aşkar edilmədi. İfadələrinə başqa əlavəsi yoxdur. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid6 ibtidai istintaq zamanı göstərmişdir ki, 03 fevral 2023-cü il tarixdə Cinayət axtarışı şöbəsində əməliyyat müvəkkili kimi xidmət etdiyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsində olarkən həmin İdarənin müstəntiqi Murad Quliyev tərəfindən Təqsirləndirilən şəxs yaşadığı ünvan 6 ünvanında yerləşən mənzildə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarı ilə axtarış istintaq hərəkətində iştirak etmək üçün cəlb edilmişdir. Bu məqsədlə cəlb edilmiş digər əməkdaşlar və Təqsirləndirilən şəxs müdafiəçisi Radil Xəlilovla birlikdə 03 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs yaşadığı həmin ünvana yollanmışlar. Müstəntiq tərəfindən axtarış istintaq hərəkəti aparılarkən onların hüquq və vəzifələri izah edilmişdir. Saat 20 radələrində qeyd edilən ünvana çatmışlar. Ünvanda onları Təqsirləndirilən şəxs qardaşı X16 və digər qohumları qarşılamış, müstəntiq axtarış aparılması barədə məhkəmə qərarını Zaur Rəcova təqdim etmiş, Zaur Rəcov həmin qərarla tanış olduqdan sonra müstəntiq ünvanda hər hansı qanunsuz əşya olub-olmaması barədə soruşmuşdur. Zaur Rəcov mənzildə hər hansı qeyri-qanuni əşya və sənədlərin saxlanılmadığını qeyd etmiş və axtarış və götürmə aparılmasına hər hansı etirazının olmadığını bildirmişdir. Onlara və istintaq hərəkətinin digər iştirakçılarına hüquq və vəzifələri izah edildikdən sonra axtarış aparmağa başlamışlar. Axtarış video çəkilişlə qeydə alınmışdır. Mənzilin ikinci mərtəbəsində soldan birinci yataq otağında Təqsirləndirilən şəxs məxsus fars-ərəb əlifbası ilə tərtib edilmiş iyirmi dörd ədəd müxtəlif kitablar, dörd ədəd çərçivəyə salınmış şəkillər, iki ədəd hər biri üzərində saqqallı şəxslər olan şəkillər, bir ədəd 5000 İran rialı pul, beş ədəd ərəb-fars dilində qeydlər aparılmış vərəqlər, on səkkiz ədəd zərfdə ərəb-fars əlifbası ilə əlyazma mətnlər olan vərəqlər, ərəb-fars dilində qeydlər aparılmış bir ədəd dəftər bir ədəd kitabça götürülmüşdür. Daha sonra birinci yataq otağından ərəb-fars əlifbası ilə tərtib edilmiş doqquz ədəd kitab, bir ədəd dini portret, üzərində ağ rəngli ərəb-fars əlifbası ilə yazılar yazılmış bir ədəd qara rəngli bayraq, üç ədəd kompakt disk, ikinci yataq otağından Təqsirləndirilən şəxs məxsus olan doqquz ədəd müxtəlif vəsiqələr, bir ədəd ərəb-fars əlifbası ilə yazılar yazılmış zərfdə saxlanılan vərəq, Təqsirləndirilən şəxs fotoşəkli olan ərəb-fars dilində olan fotoşəkilli sənəd, üçüncü yataq otağından isə qara rəngli "ASLA" markalı notbuk kompüter cihazı götürülərək xüsusi qablaşdırmalara yerləşdirilmiş və qablaşdırmalarm üzəri möhürlənmişdir. Bundan sonra axtarış və götürmə istintaq hərəkəti başa çatdığı üçün mənzili tərk etmişlər. Axtarış və götürmə aparılarkən istintaq hərəkətində iştirak edən şəxslər tərəfindən hər hansı şikayət, irad və ya təklif bildirilməmişdir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid2 ibtidai istintaq zamanı göstərmişdir ki, 01 fevral 2023-cü il tarixdə saat 21 radələrində Binəqədi rayonu, G. Ramazanov küçəsində yerləşən "Spar" marketin qarşısı ilə piyada evinə tərəf gedən zaman bir nəfər polis əməkdaşı ona yaxınlaşaraq polis bölməsinə gətirilmiş şəxsin üzərinə şəxs axtarış aparılmasında hal şahidi qismində iştirak etməsini xahiş etmişdir. O, etiraz etməyərək həmin polis əməkdaşı ilə 43-cü polis bölməsinə gəlmişdir. Orada ona və dəvət edilmiş digər hal şahidinə hüquq və vəzifələri izah edilmiş, daha sonra xidməti otaqlardan birində ilk dəfə gördüyü və sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxsin üzərində polis əməkdaşları onların iştirakı ilə şəxsi axtarış aparmışlar. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən sonuncu əynində olan qara rəngli gödəkcənin sol iç cibindən içərisində Təqsirləndirilən şəxs şəxsi əşyaları, sağ yan cibindən bir ədəd avtomobil pultu, kağız parçaları və bir ədəd şəffaf sellofan bükümünü özü polis əməkdaşlarına təqdim etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan gödəkcənin sağ yan cibindən aşkar edilmiş bir ədəd şəffaf sellofan bükümü açıldıqda içərisində ağ rəngli maddə olması müəyyən edilmişdir. Həmin sellofan bükümü kağız zərfin içərisinə qoyularaq möhürlənmiş və götürülmüşdür. Sonra protokol tərtib edilmiş və o, protokolla tanış olduqdan sonra imzalamışdır. Şəxsi axtarış zamanı qara rəngli gödəkcə Təqsirləndirilən şəxs əynində olmuşdur. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə edilmiş: İfadələri arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Şahid2 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmiş, Şahid2 ifadəsində qeyd etdiklərini bir daha təsdiqləyərək 01 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə həyata keçirilərkən sonuncunun əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən psixotrop maddə metamfetaminin aşkar edilərək götürüldüyünü bildirmişdir. İfadələri arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Şahid1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmiş, Şahid1 ifadəsində qeyd etdiklərini bir daha təsdiqləyərək 01 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə həyata keçirilərkən sonuncunun əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən psixotrop maddə metamfetaminin aşkar edilərək götürüldüyünü bildirmişdir. İfadələri arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Şahid3 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmiş, Şahid3 ifadəsində qeyd etdiklərini bir daha təsdiqləyərək 01 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs ətrafında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində sonuncunun üzərində şəxsi axtarış və götürmə həyata keçirilərkən əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən psixotrop maddə metamfetaminin aşkar edilərək götürüldüyünü bildirmişdir. İfadələri arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Şahid4 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmiş, Şahid4 ifadəsində qeyd etdiklərini bir daha təsdiqləyərək 01 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs ətrafında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində sonuncunun üzərində şəxsi axtarış və götürmə həyata keçirilərkən əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən psixotrop maddə metamfetaminin aşkar edilərək götürüldüyünü bildirmişdir. Cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd sellofan bükümündə ümumi təmiz çəkisi 16,945 qram olan külli miqdarda ağ rəngli, kustar üsulla hazırlanmış, psixotrop maddə metamfetamin öz xüsusiyyətlərinə və əlamətlərinə, aşkar edildiyi yerə görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən maddi sübut hesab edilmişdir. Bundan başqa cinayət işi üzrə Təqsirləndirilən şəxs ünvan 10 ünvanında yerləşən evində 03 fevral 2023-cü il tarixdə aparılmış axtarış zamanı 33 ədəd ərəb-fars əlifbası ilə tərtib edilmiş kitab, 18 ədəd zərflərin içərisində 3 ədəd disk və 5 ədəd digər vərəqdə ərəbfars əlifbası ilə yazılmış qeydlər, üzərində ərəb-fars əlifbası ilə yazıları olan 1 ədəd qara rəngli parçadan hazırlanmış bayraq, üzərində ərəb-fars hərfləri ilə yazıları və möhür olan 1 ədəd kağız sənəd və Təqsirləndirilən şəxs fotoşəkili olan ərəb-fars hərfləri ilə tərtib edilmiş dini sənəd, bir ədəd notbuk aşkar edilərək götürülmüş, notbukdan başqa digər aşkar edilmiş əşyalar ekspertiza aparılması üçün göndərilmiş, Təqsirləndirilən şəxs yaşadığı mənzildən "Əgər meydanda qalsaz qalib gələcəksiz" adlı bir ədəd kompakt disklə bağlı müvafiq ekspertiza keçirildikdən sonra həmin kompakt diskdə olan məlumatların dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran material olduğu müəyyən edilmiş, qeyd edilən bir ədəd kompakt disk öz xüsusiyyətlərinə və əlamətlərinə, aşkar edildiyi yerə görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən maddi sübut hesab edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş məhkəmə fiziki-kimyəvi ekspertizasının 02 fevral 2023-cü il tarixli 6/638 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "Azərbaycan Respublikası DİN Zərflər üçün N°243" dairəvi möhür əksləri olan, "..6) Təqsirləndirilən şəxs şübhəli şəxs imza atmaqdan imtina etdi..." sözləri və imzalar qeyd edilmiş zərfin içərisində 1 (bir) ədəd bükümdə təmiz çəkisi 16,945 qram olan ağ rəngli kristal şəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş məhkəmə linqvistik-dinşünaslıq ekspertizasının 31 may 2023-cü il tarixli 4/879 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, ekspertizaya təqdim edilmiş ədəbiyyat nümunələri, CD disk və digər məlumat materialları dini təyinatlıdır. X12 "Fərhənge Qoran: Amuzeşe tərcome və təfsire Qoran", X21 Feyzulislamm "Tərcome və şərh Nəhcul-bəlağə", Əmini Nəcəfinin "Tərcome əl-Ğədir", X4 "Resaleye touzih əl-məsail", "Dastane Kərbəlayİ Kazem və hafez şodəne u dər yek ləhze", Cəfər Sübhaninin "Müsbət və mənfi nasyunalizm - Mənfi və müsbət millətçilik", X6 "Olume Qorani" və X11 "Şenaxtşenasi dər Qoran" kitabları "Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikası Qanununun tələbləri daxilində deyil. Həmçinin "əl-Usul vəl-fiqhul-muqarin" kitabının istehsal və idxal edilməsinə ixtisaslaşdırılmış satış məntəqələri vasitəsilə satışının həyata keçirilməsinə dair X22 üzrə Dövlət Komitəsinə hər hansı bir müraciət daxil olmamışdır. Eyni zamanda üç ədəd kompakt disk kustar üsulla hazırlanmışdır. Ekspertizaya təqdim edilmiş "Əgər meydanda qalsaz qalib gələcəksiz" adlı bir ədəd kompakt diskdə ölkədəki dini duruma mənfi təsir göstərə biləcək fikirlər aşkarlanmışdır. Təqdim edilmiş "Əgər meydanda qalsaz qalib gələcəksiz" adlı bir ədəd kompakt disk dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran materialdır. Azərbaycan Respublikasının X22 üzrə Dövlət Komitəsindən 09 mart 2023-cü il tarixli 3-32/2-374/2023 nömrəli müşayiət məktubu ilə daxil olmuş dinşünaslıq ekspertizasına təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus kitablar haqqında arayışın nəticə hissəsindən görünür ki, dinşünaslıq ekspertizasına təqdim edilmiş dini təyinatlı ədəbiyyat nümunələri və dini məzmunlu məlumat materiallarında dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran məlumatlar aşkar edilməmişdir. Dinşünaslıq ekspertizasına təqdim edilmiş dini təyinatlı ədəbiyyat nümunələri və dini məzmunlu məlumat materiallarından üç ədəd kompakt disk kustar üsulla hazırlanmışdır. Dinşünaslıq ekspertizasına təqdim edilmiş dini təyinatlı ədəbiyyat nümunələri və dini məzmunlu məlumat materiallarından üç ədəd kompakt diskdə aşkarlanmış videomateriallarda bəhs olunan bəzi mövzular şəriət prizmasından əsaslandırılarkən məzhəb təəssübkeşliyi də ön plana çəkilmişdir. Məsələn, X15 "Azərbaycanda baş verən proseslər haqqında" adlı müsahibəsində "Əgər Hüseyn şüarı olmasaydı torpaqları almaq olmazdı... Azərbaycanın kimliyi Hüseynçilikdir, Azərbaycanın kimliyi əhli-beytçilikdir..." və sair kimi ifadələrin işlədilməsi Azərbaycan Respublikasının dünyəvi dövlətçilik prinsiplərinə ziddir. Burada bəzi ifadələrin məzmun etibarı ilə dini ehkamçılıqla yanaşı siyasi mahiyyət daşıdığı müəyyən edilmişdir. Qeyd olunanlara nümunə kimi Tohid İbrahimbəylinin "Allahın qələbəsi hesablamadığımız yerdən Azərbaycan xalqına nazil olacaqdır" kəlməsini işlətdikdən sonra "X20" şüarı və dini bayraqlarla insanların küçəyə axışdığının təsvir edilməsi, onun çıxışı zamanı arxa fonda üzərində sual işarəsi ilə Azərbaycan Respublikasının xəritəsi, "hüseynçilər"in, "Azərbaycan İslam müqaviməti hərakatı"nın "gerbi" və "rəmzi"nin əks olunması və sair kimi video kadrların nümayiş etdirilməsini göstərmək olar. 01 fevral 2023-cü il tarixli üç vərəqdən ibarət şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcənin sağ yan cibində bir ədəd şəffaf sellofan bükümün içərisində psixotrop maddəyə bənzər ağ rəngli kristal şəkilli maddə aşkar olunaraq götürülmüşdür. Axtarış aparılması haqqında 03 fevral 2023-cü il tarixli iki vərəqdən ibarət protokoldan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 fevral 2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 ünvanında yerləşən evində axtarış istintaq hərəkəti həyata keçirilmiş və fars-ərəb əlifbası ilə tərtib edilmiş otuz üç ədəd kitablar, dörd ədəd çərçivəyə salınmış şəkillər, saqqallı şəxslər əks olunmuş iki ədəd şəkillər, bir ədəd 5000 İran rialı pul əsginası, beş ədəd ərəb-fars əlifbası ilə qeydlər aparılmış vərəqlər, on səkkiz ədəd zərflərdə ərəb-fars əlifbası ilə əlyazma vərəqləri, ərəbfars əlifbası ilə yazılmış bir ədəd dəftər və bir ədəd kitabça, bir ədəd dini portret, üzərində ağ rənglə ərəb- fars əlifbası ilə yazılar yazılmış bir ədəd qara rəngli bayraq, üç ədəd disk, Təqsirləndirilən şəxs məxsus olan doqquz ədəd müxtəlif vəsiqələr, bir ədəd ərəb-fars əlifbası ilə yazılar yazılmış zərfdə yerləşdirilmiş vərəq, Təqsirləndirilən şəxs fotoşəkli olan ərəb-fars əlifbası ilə qeydlər aparılmış sənəd, qara rəngli "ASUS" markalı notbuk istintaq zərurəti ilə əlaqədar götürülmüşdür. Məhkəmənin hüquqi qiymətləndirməsi: İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 167-3.1 və 234.4.3- cü maddələri ilə tövsif etmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibətini öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair ciinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-ci il tarixli Qərarında tövsiyə olunur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddənin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitlərin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitələrin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avdanlığın olması və işin digər halları nəzərə alınmalıdır. İttiham üzrə Təqsirləndirilən şəxs istinad olunan əməllərdə onun təqsirliliyinin sübuta yetirilməsi üçün onun qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran, belə fəaliyyəti əsaslandıran və belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları yayma məqsədi ilə saxlaması və külli miqdarda psixotrop maddə metamfetamini satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıması sübut edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs ifadələrində ittihamda nəzərdə tutulan psixotrop maddənin ona aid olmadığını, heç vaxt narkotik vasitələrdən istifadə etmədiyini, narkotik vasitələrin satışı ilə məşğul olmadığını, evindən aşkarlanan kompakt diskin ona aid olmadığını ibtidai istintaq zamanı ona psixi təsir göstərildiyini iddia etmişdir. Məhkəmədə onun bu ifadələri araşdırılarkən psixotrop maddənin və dini nifrət və düşmənçiliyin salınmasına yönələn, "Əgər meydanda qalsaz qalib gələcəksiz" adlı, məzmununda Azərbaycan Respublikasının Konstitusiyasına zidd, Azərbaycanda "vilayətifəqih" ideologiyasına əsaslanan siyasi sistemin və dini dövlətin yaradılmasına hesablanan radikal, dini-ekstremist ideyaların mövcud olduğu dini ekstremist təyinatlı material olan bir ədəd kompakt diskin Təqsirləndirilən şəxs məxsus olması öz təsdiqini tapdı, çünkü həmin diskin ona məxsus olmasını əsaslı şübhə altına alınan sübut müəyyən olunmadı. Əksinə həmin kompakt diskin Təqsirləndirilən şəxs mxusus mənzildən aşkar olunması təsdiqini tapmış və həmin diskdə qeyd olunmuş çağırışların məzmununun ona məlum olmasını Təqsirləndirilən şəxs özünün təsdiq etməsi müəyyən olunmuşdur. Məhkəmə, bu səbəbdən də həmin diskin yazılıb-hazırlanmasının Təqsirləndirilən şəxs tərəfindən icra olunduğu, lakin onun psixotrop maddəni satış məqsədi ilə əldə etməsinin təsdiqini tapmadığı qənaətinə gəlir. Məhkəmənin Təqsirləndirilən şəxs elan olunmuş ittihamda nəzərdə tutulan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 167-3.1-ci maddəsinə münasibətdə gəldiyi bu qənaət Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş məhkəmə linqvistik-dinşünaslıq ekspertizasının 31 may 2023-cü il tarixli 4/879 nömrəli rəyinin nəticə hissəsində qeyd olunmuş “"Əgər meydanda qalsaz qalib gələcəksiz" adlı bir ədəd kompakt diskdə ölkədəki dini duruma mənfi təsir göstərə biləcək fikirlər aşkarlanmışdır. Təqdim edilmiş "Əgər meydanda qalsaz qalib gələcəksiz" adlı bir ədəd kompakt disk dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran materialdır.” ekspert rəyi baxımından da əsaslıdır. Məhkəmə Təqsirləndirilən şəxs psixotrop maddəni satış məqsədi ilə əldə etməsinin öz təsdiqini tapmaması ilə bağlı gəldiyi nəticəni isə onunla əsaslandırır ki, məhkəmədə Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə ittiham tərəfindən məhkəməyə sübut təqdi olunmadı. Məhkəmənin bu mövqeyi Azərbaycan Respublikası CPM-nin 21.3-cü maddəsi baxımından da əsaslıdır. Belə ki, həmin maddəyə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Məhkəmə, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən ona psixi təsir göstərilməsi, üzərindən aşkarlanan psixotrop maddənin və evindən aşkar olunmuş kompakt diskin ona aid olmaması ilə bağlı olan ifadələri araşdırılarkən öz təsdiqini tapmadığını nəzərə alıb onun bu ifadələrini faktiki əsası olmayan, təqsirləndirilən şəxsin öz müdafiəsinə yönələn, işin faktiki halları ilə uzlaşmıyan və təyin ediləcəyini güman etdiyi cəzadan yayınmağa yönəlmiş ifadələr kimi qiymətləndirir. Çünki məhkəmədə onun bu iddiaları şahidlər Şahid3, Şahid4, Şahid5, Şahid6 və Şahid1 ifadələri ilə də təkzib olundu. Məhkəmə, Təqsirləndirilən şəxs polis əməkdaşları ilə münasibətlərini araşdılarkən onunla barəsində əməliyyat tədbirilərini həyata keçirən polis əməkdaşları arasında əmliyyat keçirilməmişdən qabaq hər hansı münasibətlərin olmaması, aralarında ədavət olmaması müəyyən olundu. Bu səbədən də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs polis əməkdaşları barəsindəki iddiaları özünün ifadə verməkdə sərbəstlik hüququndan yanlış yararlanıb özünü müdəfiə etmək cəhdi kimi qiymətləndirilməlidir. Belə ki, məhkəmə bu hallarla bağlı qeyd edir ki, təqsirləndirilən şəxs sərbəst ifadə vermək hüquna malikdir. O, bilə-bilə yalan xəbərçilik etməkdən başqa özünün müdafiəsi üçün göstərdiyi hallara görə məsuliyyət daşımır. O, xəbərçilik etdikdə isə bunu təsdiq edən sübutları da təqdim etməlidir. Əks halda özündə dəqiq faktı nəzərdə tutmayan məlumatın əsassız olaraq yoxlanılması hüquq müstəvisinə çıxarılardı. Bu da hüququ müəyyənlikdən “in abstrakto”-ya, yəni mücərəddiyə, qeyri-müəyyənliyə çevirərdi. Buna isə qanunla yol verilmir. Məhkəmə həmçinin qeyd edir ki, gəldiyi bütün nəticələri əsaslandırmalıdır, lakin bu o demək deyildir ki, məhkəmə gəldiyi nəticəyə əsas olmuş bütün halları təsvir etməlidir. Məhkəmənin bu qənaəti İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin X13rşı (19 aprel 1994-cü il) işində (51 b bəndi) gəldiyi qənaəti baxımından da əsaslıdır. Məhkəmə həmin qərarında qeyd etmişdir ki, ədalətli məhkəmə araşdırması hüquqi tələb edir ki, məhkəmə çıxardığı qərarları əsaslandırsın. Bu o, demək deyil ki, tərəflərin irəli sürdüyü hər bir arqumentə ətraflı cavab verilməlidir. Beləliklə də, məhkəmə, yuxarıda təsvir olunan sübutlar əsasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 167-3.1 və 234.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsinin sübuta yetirildiyi qənaətinə gəlir və onun əməllərini həmin maddələrlə tövsif olunmasını əsaslı sayır, ona elan olunmuş ittihamdan Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddsinin xaric edir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirli bilindiyi əməlləri qəsdən törətməsi qənaətinə gəldiyindən bu əmələ görə cinayət qanununda nəzərdə tutulan qaydada onun cəzalanmasını əsaslı sayır. Çünki onun təqsirli bilindiyi əməllərin cinayət olmasını aradan qaldıran hal, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsas müəyyən olunmadı. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus cinayət qanununun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmədə istintaq zamanı materialların məhkəmə ekspertizasının keçirilməsinə 230 (iki yüz otuz) manat xərclənməsi müəyyən olundu. Məhkəmə bu məbləğin dövlət büdcəsi hesabına ödənilməsini təmin edib, ekspertizasının keçirilməsinə sərf edilmiş 230 (iki yüz otuz) manat vəsaitin Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə qaytarılmasını əsaslı sayır. Məhkəmə, iş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Bakı şəhəri Binəqədi RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 16,945 qram psixotrop maddənin sərbəst dövriyyəsi qadağan olunmuş əşya kimi məhv edilməsini, yaddaş daşıyıcısında "Əgər meydanda qalsaz qalib gələcəksiz" adlı, məzmununda Azərbaycan Respublikasının Konstitusiyasına zidd, Azərbaycanda "vilayəti-fəqih" ideologiyasına əsaslanan siyasi sistemin və dini dövlətin yaradılmasına hesablanan radikal, dini-ekstremist ideyaların mövcud olduğu dini ekstremist təyinatlı material olan bir ədəd kompakt diskin cinayət işinin materiallarında saxlanılmasını əsaslı sayır. Məhkəmə, narkotik xassəli vasitələrin məhv edilməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq, yaradılmış komissiya tərəfindən həyata keçirilməsini nəzərə alır. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 01 fevral 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 03 fevral 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilib, barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmədə elan edilib araşdırılmış, cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi əvvəllər cinayət məsuliyyətinə cəlb edilməməsi müəyyən edildi. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 167-3.1-ci maddəsinə münasibətdə cinayəti qabaqcadan əlbir olmuş bir qrup şəxs halında törətməsi müəyyən edildi. Məhkəmə, yuxarıda göstərilən halları, həmçinin cinayət əməllərinin xarakterini və Təqsirləndirilən şəxs şəxsiyyətini xarakterizə edən məlumatları nəzərə alıb ona təqsirli bilindiyi maddələrin sanksiyalarında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini əsaslı sayır, çünki ona azadlıqdan məhrum etmə cəzasına nisbətən daha yüngül cəza təyin etmək üçün əsaslar müyəyyən olunmadı. Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Bu səbəbdən məhkəmə, ona təyin edilmiş cəzanın Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən onun tərəfindən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli olduğunu nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzalandırılmalı və barəsində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli olması qənaətinə gəldiyindən hökm qanuni qüvvəyə minənə qədər onun barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmədə elan edilib, araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş iş üzrə təyin edilmiş məhkəmə-narkoloji ekspertizasının 10 aprel 2023-cü il tarixli 2043 nömrəli rəyində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal- hazırda müayinə zamanı Rəcov X5 xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmasını əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddətini müəyyən edərkən, onun tərəfindən törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halın olmasını, o cümlədən də, təyin ediləcək cəzanın onun islah olunmasına, həyat və ailə şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 167-3.1 və 234.1-1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 167-3.1-ci maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinin tələblərinə əsasən ona təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 04 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın çəkilməsinin başlanğıcı 01 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Rəcov X5 ilə əlaqədar ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Dövlət büdcəsi hesabına məhkəmə kimyəvi ekspertizasının keçirilməsinə sərf olunmuş 230 (iki yüz otuz) manat vəsait Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə qaytarılsın. İş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Bakı şəhəri Binəqədi RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 16,945 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilsin, Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilərək götürülmüş “Əgər meydanda qalsaz qalib gələcəksiz" adlı bir ədəd dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran kompakt disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Novruz Kərimov Hakimlər: Rasim Sadıxov Leyla Əsgərova-Məmmədova
Məhkəmə qərarları › İş №1(101)-943/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-943/2024
23.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver