Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-943/2025 30.07.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Vüqar Elbrus oğlu (sədrlik edən), X7 və Əliyeva Aytən Heydər qızından ibarət tərkibdə, məhkəmə iclas katibi – X1, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, 4 fevral 1975-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, Ağsu Rayon Məhkəməsinin 14 iyun 2023-cü il tarixli, 1(016)-36/2023 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törətməsində təqsirli bilinib 8 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli, 7(010)-843/2023 saylı qərarı ilə çəkilməmiş azadlıqdan məhrum etmə cəzasının 1(bir) ay 27(iyirmi yeddi) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, cəzasını çəkmiş, lakin məhkumluğu ödənilməmiş və üzərindən qanunla müəyyən edilmiş qaydada götürülməmiş, işləməyən, Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi AB yaşayış sahəsi ev 56 mənzil 39-da qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs (FİN:xxxxxxx) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 30 iyul 2025-ci il tarixdə, saat 10:25-də Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 1 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i:
1. Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq məlum olmayan tarixdə, vaxtda və mənbədən külli miqdarda təmiz çəkisi 4,067 qram olan narkotik vasitə heroini əldə edib saxlayaraq daşımış, 16 avqust 2024-cü il tarixdə, saat 00:30 radələrində özünü şübhəli apardığına görə Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin (bundan sonra mətndə - Sabunçu RPİ-nin 13-cü PŞ) əməkdaşları tərəfindən Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Yavər Əliyev küçəsində nömrəsiz evin qarşısında saxlanılaraq ünvan 1 ünvanında yerləşən Sabunçu RPİ-nin 13-cü PŞ-nin inzibati binasına gətirilmiş, orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan şalvarının sağ yan cibindən bir bükümdə təmiz çəkisi 4,067 qram çəkidə külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasaitə heroin aşkar edilib götürülmüşdür. Tərəflərin bildirdiyi və təqdim etdiyi işin halları və dəlilləri:
2. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 15 avqust 2024-cü il tarixdə, saat 21-22 radələrində Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Yavər Əliyev küçəsində saxlanılmış, saxlanılarkən üzərində narkotik vasitə olmamış, habelə həmin vaxt qeyd edilən ünvana narkotik vasitə almaq üçün getməmişdir. Belə ki, o, Bakıxanov qəsəbəsində “Stansiya Razin” adlandırılan yerdə dayanarkən post patrul xidmətinin polisləri ona yaxınlaşaraq nə etməsi ilə maraqlanmış, daha sonra ona əl-qol ataraq zorla mobil telefonunu əlindən almışlar. O, polis əməkdaşları tərəfindən saxlanıldıqdan dərhal sonra şöbəyə aparılmamış, sonuncular onun əvvəllər məhkum olunmasını bilib buraxılması üçün ondan pul istəmiş, hətta pulu tapması üçün şərait yaradıb 2-3 saat gözləmiş, o da polis əməkdaşlarına pul verə bilmək üçün bir-iki yerə zəng etmiş, lakin tələb olunan pulu tapa bilməmiş, bu səbəbdən polislər tərəfindən şöbəyə aparılmışdır. Şöbədə üzərində videoçəkilişlə şəxsi axtarış istintaq hərəkəti keçirilərkən polis əməkdaşları nəyi, necə tapşırmışlarsa, elə də etməklə demişdir. Polis əməkdaşları onu Azərbaycan Respulikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə sənədləşdirəcəklərini deyib təqdim etdikləri sənədlərə imza çəkdirmişlər. Polis əməkdaşları onu döymüş, lakin bədəni üzərində hər hansı xəsarəti yaranmamışdır. O, saxlanıldığı yerə saat 21 radələrinədək fəaliyyət göstərən bazardan müvafiq əşyalar alıb evə getmək niyyətində olmuşdur. Ondan heç kim narkotik vasitə istəməmiş, eləcə də özü heç kimə narkotik vasitə verməmişdir. O, polislərə pul vermək üçün qardaşına zəng edib “Gəl, səninlə işim var demiş”, lakin qardaşı onun yanına gəlməmişdir. Polis əməkdaşları onun üzərində olan 50 manat pulu da götürmüşlər.
3. Verilən suallara cavab olaraq təqsirləndirilən şəxs E.A.Abdullayev ifadəsinə əlavə edərək göstərdi ki, polis əməkdaşları 15 avqust 2024-cü il tarixdə, saat 21-22 radələrində onun evinə girmiş, üzərində olan 50 manata yaxın pulunu da götürmüşlər. O, polis əməkdaşlarının ondan tələb etdikləri pulu verə bilməmişdir. O, üzərində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı müdafiəçinin iştirakından imtina etməmişdir. ***-***-**-** mobil telefon nömrəsini təxminən 2 gün istifadə etmişdir. Belə ki, ***-***-**-** mobil telefon nömrəsi ona məxsus olmamış, həmin nömrəni iki gün əvvəl yerdən taparaq istifadə etmişdir.Hadisə məhkəmədə bildirdiyi kimi baş vermiş, ibtidai istintaq dövrü zamanı verdiyi ifadələrini isə təsdiq etmir. Belə ki, o, tutulmazdan əvvəl 10 ildir narkotik vasitələrdən istifadə etmiş, lakin saxlanılarkən üzərində hər hansı narkotik vasitə olmamışdır. O, əvvəllər də narkotik vasitə istifadə etməsi ilə əlaqədar məhkum olunmuş, 15 avqust 2024-cü il tarixdə də tutulduqdan sonra bilmədiyi səbəbdən buraxılmışdır. Belə ki, o, tutulduqdan sonra ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən rayon prokurorunun qəbuluna aparılmamışdan əvvəl müvəqqəti saxlama yerində ibtidai istintaqı aparan müstəntiqə “yükləndiyini” bildirmiş, lakin prokurora bu barədə heç nə deməmişdir. Azad olunduqdan sonrakı müddətdə müstəntiq onu ümumiyyətlə çağırmamış, uzun müddətdən sonra evində olarkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. ***-***-**-** saylı mobil telefon nömrəsi qardaşı Şahid3 məxsusdur. Qardaşı Xəyyamla tutulmazdan əvvəl danışıb buraxılması üçün pul istəmiş, lakin Xəyyam pul tapa bilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş polis əməkdaşı Şahid1 onun saxlanılmasında ümumiyyətlə iştirak etməmişdir. Belə ki, onu post patrul xidməti bölüyünün əməkdaşları saxlayaraq Şahid1 təhvil vermişlər. Qardaşı Şahid3 zəng etdiyi mobil telefon nömrəsini yerdən tapmışdır. O, saxlanılarkən narkotik vasitə götürməyə getmiş, lakin götürə bilməmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən müalicə olunaraq tam sağalmaq istədiyini bildirərək yaşını və xəstəliyini nəzərə alaraq məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi.
4. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə verdiyi 16 avqust 2024-cü il tarixli izahat və şübhəli şəxs qismində, eləcə də 17 avqust 2024 vı 4 dekabr 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində verdiyi izahat və ifadələri arasında kəskin ziddiyyətlər olduğundan həmin izahat və ifadələr elan edilərək tədqiq edilmişdir. Təqsirləndirilən şəxs həmin izahat və ifadələrdə göstərmişdir ki, təxminən 10 ildir müxtəlif növdə narkotik vasitələrin və psixotrop maddələrin istifadəsi ilə məşğul olur. Buna görə də əvvəllər məhkum olunmuş, cəzasını tam çəkib qurtarandan sonra azadlığa buraxılmışdır. Təxminən 3 ildir ***-***-**-** saylı sim nömrəni işlədir. Özünə məxsus olan “Honor” markalı mobil telefon aparatında yüklədiyi vatsap proqramında da ***-***-**-** saylı nömrəni istifadə etmişdir. Narkotik vasitələri tanımadığı şəxslərdən almışdır. Bir neçə gün əvvəl sosial şəbəkələrdə İran İslam Respublikasının vətəndaşları ilə tanış olaraq həmin şəxslərdən narkotik vasitə almaq istəmişdir. Həmin şəxslə vatsap vasitəsi ilə əlaqə saxlamış, onların mobil telefon nömrələrini isə öz mobil telefonunun yaddaş kitabçasında “+98911 *** ** ** Ramin”, “+98914 *** ** ** Əhməd” kimi qeyd etmişdir. Buna görə də, 15 avqust 2024-ci il tarixdə 4 qram çəkidə narkotik vasitə heroini almaq məqsədi ilə Ramin adlı şəxsin istifadəsində olan +98911 *** ** ** nömrəsi ilə vatsap vasitəsi ilə əlaqə saxlamış, Ramin ona xatırlamadığı kart hesabı göndərmiş, o da Raminə xatırlamadığı ödəmə terminalı vasitəsi ilə 200 manat göndərmişdir. Həmin şəxs ona Bakıxanov qəsəbəsində yerləşən məkanın “lokasiyasını” göndərdikdən sonra o, narkotik vasitəni 15 avqust 2024-cü il tarixdə axşam saatlarında götürmüşdür. Narkotik vasitə heroin bir bükümdə “Stimul Hospitalı” yaxınlığında gizlədilmişdir. Narkotik vasitəni götürəndən sonra onu qəbul etmək üçün əlverilişli şərait axtarmışdır. 16 avqust 2024-cü il tarixdə, saat 00:30 radələrində Yavər Əliyev küçəsində gəzişən zamanı iki nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim edib şəxsiyyətini təsdiq edən sənədi ondan istəmişdir. O, üzərində narkotik vasitə heroin olduğundan sonunculardan uzaqlaşmağa çalışmış, lakin saxlanılaraq Sabunçu RPİ-nin 13-cü PŞ-yə gətirilmişdir. O, şöbənin inzibati binasında polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulmuş, bundan sonra dəvət olunmuş vəkilin iştirakı ilə ona hüquq və vəzifələri izah olunaraq üzərinə şəxsi axtarış istintaq hərəkətinin keçiriləcəyi bildirilmişdir. O, üzərində narkotik vasitə heroin saxladığından müdafiəçinin həmin axtarışda iştirak etməsini istəməmişdir. Müdafiəçi xidməti otaqdan çıxdıqdan sonra üzərində videoçəkilişlə axtarış keçirilmiş, axtarış zamanı əynində olan şalvarının sağ yan cibindən bir ədəd bükümdə narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Polis əməkdaşlarının suallarına cavab olaraq üzərindən aşkar olunmuş maddənin narkotik vasitə heroin olduğunu, həmin maddəni öz şəxsi istifadəsi üçün İran İslam Respublikasının tanımadığı Ramin adlı vətəndaşından 200 manata aldığını bildirmişdir. Həmin narkotik vasitə heroin ondan aşkar olunaraq götürülməklə ekspertizaya göndərilmişdir. Bu barədə protokol tərtib olunmaqla protokolu və zərfi imzalamışdır. Həmçinin üzərinə keçirilmiş şəxsi axtarış zamanı ondan özünə məxsus olan bir ədəd ***-***-**-** saylı nömrə ilə istifadə etdiyi “Honor” markalı mobil telefon aparatı götürülmüşdür. Həmin telefonla özünü İran İslam Respublikasının əməkdaşı kimi təqdim edən şəxslə vatsap vasitəsi ilə əlaqə saxlamışdır. O, üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə heroini əlverişli anda qəbul etməsi üçün öz istifadəsi məqsədilə əldə etmişdir. Onun əldə etdiyi narkotik vasitə heroini başqa şəxsə satmaq fikri olmamışdır. Polis bölməsinə gətirilərkən, eləcə də polis əməkdaşları tərəfindən saxlanılarkən ona hər hansı təzyiq göstərilməmiş, heç bir bədən xəsarəti almamış, habelə onu polis bölməsində döyən olmamışdır (Cild 1, iş vərəqi (bundan sonra mətndə - i.v.) 27-38; 46-48; 57-59; 125- 127;).
5. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir.
6. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə hüquqi qiymət verilməsini zəruri hesab edir.
7. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Sabunçu RPİ-nin 13-cü PŞ-nin əməliyyat müvəkkili polis leytenantı Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, 16 avqust 2024-cü il tarixdə, saat 00:30 radələrində Sabunçu RPİ-nin 13-cü PŞ-nin əməliyyat müvəkkili Şahid2la birlikdə inzibati ərazidə xidmət aparan zaman Sabunçu rayonu Bakıxanov qəsəbəsi Y.Əliyev küçəsində bir nəfər şəxsin özünü şübhəli aparmasını görmüş, həmin şəxs zahiri görünüşünə və davranışlarına əsasən narkotik vasitələrin və psixotrop maddələrin istifadəsi ilə məşğul olan şəxsə oxşadığından həmin şəxsə yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim edib şəxsiyyətini təsdiq edən sənəd istəyəndə həmin şəxs üzərində sənəd olmadığını bildirib onlardan iti addımlarla uzaqlaşmağa başlamışdır. Həmin şəxsin hərəkətləri şübhə doğurduğundan onlar həmin şəxsi saxlayıb Sabunçu RPİnin 13-cü PŞ-yə gətirmişlər. Polis şöbəsində həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs tərəflərindən tutulub polis şöbəsinə gətirilərkən üzərində hər hansı qeyri-qanuni əşya varsa, tullaya bilməməsi üçün ciddi nəzarətləri altında olmuşdur. Sabunçu RPİ-nin 13-cü PŞ-nin xidməti otağında Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq dövlət hesabına müdafiəçi ilə təmin olunmuşdur. Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə hüquq və vəzifələri izah olunduqdan sonra videoçəkilişlə üzərində axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməmişdən əvvəl Eldar ərizə ilə müraciət edərək istintaq hərəkətini müdafiəçinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən 1(bir) ədəd sellofan bükümü aşkar olunmuşdur. Həmin bükümdə spesifik iyli qəhvəyi rəngli narkotik vasitə heroinə oxşar olan maddə aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq ondan aşkar olunaraq götürülmüş 1(bir) ədəd bükümdə olan maddənin narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni şəxsi istifadəsi üçün vatsap vasitəsi ilə əlaqə saxladığı İran İslam Respublikasının vətəndaşından 200 manata alıb üzərində gəzdirdiyini bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən bir ədəd “Honor” markalı mobil telefon aparatı götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs götürülmüş narkotik vasitə heroinə bənzər olan maddə qablaşdırılaraq götürülməklə ekspertizaya göndərilmişdir. Bu barədə protokol tərtib edilərək təhqiqatçı tərəfindən ucadan oxunmaqla imzalanmışdır. Ekspertiza tədqiqatından sonra Təqsirləndirilən şəxs götürülmüş maddənin narkotik vasitə heroin olması məlum olmuşdur. Təqsirləndirilən şəxs tutulandan sonra ətrafında keçirilmiş əməliyyat tədbirləri nəticəsində onun tutulmamışdan əvvəl narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması müəyyən olunmuşdur. Bu səbəbdən Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş həmin narkotik vasitə heroini satış məqsədi ilə əldə etməsini güman edir. Təqsirləndirilən şəxs qarşı tərəflərindən hər hansı zor tətbiq olunmamışdır.
8. Verilən suallara cavab olaraq Şahid1 ifadəsinə əlavə edərək göstərdi ki, 16 avqust 2024-cü il tarixdə, gecə saat 00:30 radələrində polis əməkdaşı Şahid2la birlikdə Bakıxanov qəsəbəsi Yavər Əliyev küçəsində xidmətdə olarkən bir nəfər şəxsin zahiri görünüşü, o cümlədən gecə saatlarında həmin ərazidə gəzib dolaşması, eləcə də təkrarən həmin küçədən keçərək nəsə axtarması onlarda sonuncunun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına şübhə yaratmış, bu səbəbdən həmin şəxs tərəflərindən saxlanılaraq özünü təqdim etməsi təklif edilmiş, lakin şəxs bu təklifdən boyun qaçırdığından “BMW” markalı avtomobillə şöbəyə aparılaraq orada şəxsiyyəti müəyyən edilmiş, şübhəli şəxs qismində cəlb edilərək üzərində şəxsi axtarış istintaq hərəkəti aparılmaqla üzərindən bir ədəd bükümdə nakrotik vasitə heroin aşkar olunmuşdur. Təqsirləndirilən şəxs tərəflərindən tək halda saxlanılmış, saxlanılarkən onlardan yayınmağa çalışmış, lakin digər hər hansı müqavimət göstərməmişdir. Təqsirləndirilən şəxs onlardan əvvəl başqa şəxslər, o cümlədən post patrul xidməti bölüyünün əməkdaşları tərəfindən saxlanılaraq onlara təhvil verilməsi halı olmamışdır. Təqsirləndirilən şəxs saxlanılmazdan əvvəl narkotik vasitələrin satışı ilə məşğul olması barədə hər hansı əməliyyat məlumatı daxil olmamış, birinci təsadüfən onlar tərəfindən ərazidə xidmət apararkən saxlanılmışdır. Təqsirləndirilən şəxs saxladıqdan sonra onu iki saat gözlədib pul tələb edilməsi halı olmamış, eləcə də qardaşına zəng etməsinin şahidi olmamışdır. Təqsirləndirilən şəxs tutulduqdan sonra narkotik vasitələri satması barədə məlumat əldə olunsa da, bu barədə konkret olaraq hər hansı sübut təqdim edə bilmir. Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə istintaq hərəkətinin müdafiəçinin iştirakı olmadan keçirilməsini xahiş etmiş və bu barədə hər hansı etiraz etməmişdir.
9. Məhkəmədə şahid qismində dindirilmiş Sabunçu RPİ-nin 13-cü PŞ-nin əməliyyat müvəkkili polis leytenantı Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu və Şahid1la oxşar məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etdi.
10. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun doğma qardaşıdır, sonuncu ilə birlikdə yaşamaqla hər hansı ədavəti və ya düşmənçiliyi yoxdur, lakin onunla xasiyyətləri uyğun olmadığından aralarındakı münasibət soyuqdur. O, 16 avqust 2024-cü il tarixdə Yeni Günəşli ərazisində dostu ilə parkda gəzişərkən axşam saatlarında qardaşı ona zəng edərək “Razin” ərazisində olduğunu, polislər tərəfindən tutulduğunu, habelə sonuncuların ondan pul tələb etdiklərini deyərək onlara “hörmət edib” buraxılmasında köməklik etməsini xahiş etmiş, o isə qardaşının zənginə acıqla etiraz edərək bir evdə yaşamaqlarına baxmayaraq ona salam belə verməməsini, dostlarından kömək istəməsini, bir daha ona zəng etməməsini bildirmişdir. Qardaşı ona zəng edərkən polislərin ondan nə qədər məbləğdə pul tələb etmələrini deməmişdir. Bir neçə gün sonra qardaşı evə buraxılmış, arabir idarəyə gedib gəlmişdir. Eldar buraxıldığı müddətdə polis əməkdaşları tərəfindən hansı şəraitdə saxlanılması barədə danışmamış, yalnız saxlanılarkən üzərində narkotik vasitə olmamasını, üzərinə narkotik vasitə qoyulduğunu, bu barədə prokurora məlumat verdikdən sonra buraxılmasını bildirmişdir. 2024-cü ilin təxminən noyabr ayında polis əməkdaşları evə gələrək Eldarın evdə olub-olmaması ilə maraqlanıb onu evdən götürüb aparmışlar. Eldar buraxıldıqdan sonra ancaq evdə olmuş, hər hansı başqa yerə getməmişdir. O, Eldarın istifadəsində olmuş mobil telefon nömrəsini əzbər bilmir, 050 253 56 89 saylı mobil telefon nömrəsi isə onun istifadəsində olmuşdur. Eldar əvvəllər də saxlanılmış, lakin buraxılması adı ilə ondan ilk dəfə pul istəmişdir. Eldar həmin hadisə baş verərkən cəzasını çəkib qurtarmışdı. Eldar əvvəllər evli olsa da, sonradan boşanmış, arabir narkotik vasitələrdən istifadə etmiş, lakin satışı ilə məşğul olmamışdır. O, Eldarla telefon vasitəsilə nadir hallarda əlaqə saxlamış, sonuncunun mobil telefon nömrəsini öz telefonunda qeydiyyata almamış, bu səbəbdən nömrəsini dəqiq bilmir. Eldar hadisə günü onunla özü şəxsən əlaqə saxlamış, polis əməkdaşları ilə danışmamışdır. Eldar əlaqə saxladığı mobil telefon nömrəsini təzə almış, daha əvvəl istifadə etdiyi nömrəni itirmişdir.
11. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:
12. “Cinayət işinin başlanması və icraata qəbul olunması haqqında” qərardan görünür ki, 16 avqust 2024-cü il tarixdə, saat 00:30 radələrində Təqsirləndirilən şəxs saxlanılaraq üzərində şəxsi axtarış keçirilən zaman əynində olan şalvarın sağ yan cibindən 1 (bir) ədəd bükümdə təmiz çəkisi külli miqdarda 4,067 qram olan narkotik vasitə heroinin aşkar edilməsi faktına görə Sabunçu RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi polis mayoru X9 tərəfindən 16 avqust 2024-cü il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılaraq icraata qəbul edilməklə istintaqı aparılmışdır (Cild 1, i.v.1;).
13. Sabunçu RPİ-nin 13-cü PŞ-nin əməliyyat müvəkkilləri polis leytenantları Şahid2 və Şahid1 tərəfindən tərtib edilmiş 16 avqust 2024-cü il tarixli raportda göstərilmişdir ki, həmin tarixdə Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Y.Əliyev küçəsində bir nəfər vətəndaşın özünü şübhəli apardığını görərək onu saxlamışlar. Həmin şəxsə özlərini təqdim edərək şəxsiyyət vəsiqəsini təqdim edilməsini xahiş etdikdə həmin şəxs şəxsiyyət vəsiqəsinin üzərində olmadığını bildirərək onlardan yayınmağa çalışmışdır. Həmin şəxsin adı və soyadının nə olmasını soruşduqda onlardan təkrar yayınmağa çalışdığını görmüşlər. Həmin şəxsin üzərində qanunla saxlanılması və daşınması qadağan edilən əşya və ya maddənin olmasından şübhələnərək onu Sabunçu RPİ-nin 13-cü PŞ-yə gətirmiş, şöbədə həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir(Cild 1, i.v.3).
14. “Şübhəli şəxsin tutulması haqqında” 16 avqust 2024-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 01:20-də Sabunçu RPİnin 13-cü PŞ-nin təhqiqatçısı polis kapitanı X10 tərəfindən müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili X5 iştirakı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutularaq hüquq və vəzifələri ətraflı izah edilmiş, Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı 16 avqust 2024-cü il tarixdə, saat 00:30-dan tutulmuş hesab edilmişdir (Cild 1, i.v.6;14;).
15. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 16 avqust 2024-cü il tarixli protokoldan görünür ki, qeyd edilən tarixdə qəbul edilməklə müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs elan edilmiş müvafiq qərar əsasında həmin gün, saat 01:40-dan 02:00-dək Sabunçu RPİ-nin 13-cü PŞ-nin təhqiqatçısı polis kapitanı X10 tərəfindən həmin şöbənin əməliyyat müvəkkilləri polis leytenantları Şahid2 və Şahid1 iştirakı ilə Sabunçu RPİ-nin 13-cü PŞ-nin inzibati binasında xidməti iş otaqlarından birində videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı ona paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd şəffaf sellofana bükülmüş qara rəngli spesifik iyə malik maddəni çıxarıb təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bükümdə olan maddənin narkotik vasitə olan “kakos” olduğunu, həmin maddəni öz istifadəsi üçün adını və ünvanını bilmədiyi İran İslam Respublikası vətəndaşının vatsap vasitəsilə göndərdiyi “konumdan” 200 manat pul plastik kart hesabına ödəniş etməklə alıb şəxsi istifadəsi üçün üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Aşkar olunmuş bükümdəki narkotik vasitəyə bənzər maddə təhqiqatçı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılmaqla Azərbaycan Resublikası Daxili İşlər Nazirlyinin “Zərflər üçün” 160 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış davam etdirilərkən həmçinin Təqsirləndirilən şəxs əynindəki boz rəngli şalvarın sol yan cibindən üzərində “nar” mobil operatoruna aid sim kart nömtəsi olan “Honor” markalı mobil telefon aparatı aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 (bir) ədəd mobil telefon aparatı üzərindəki sim kartla birlikdə araşdırma üzrə əhəmiyyət kəsb etdiyindən təhqiqatçı tərəfindən götürülmüşdür. Şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Şəxsi axtarış və götürmə istintaq hərəkəti xidməti iş otaqlarından birində, gecə vaxtı, süni işıqlandırma şəraitində keçirilmişdir. Protokolda şəxsi axtarış və götürmə zamanı istifadə edilən videoçəkilişin əks olunduğu məlumat daşıyıcısının protokola əlavə edilməsi qeyd olunmuşdur. Bu barədə tərtib edilmiş protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, protokol düzgün tərtib edilmiş, doğruluğu imzalarla təsdiq edilmiş, müdafiəçi həmin protokolla sonradan tanış olaraq bu barədə imzalamışdır (Cild 1, i.v. 23-26;40;).
16. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 16 avqust 2024-cü il tarixli protokolda əks olunan istintaq hərəkəti videoçəkilişlə aparılmış və bununla bağlı bir ədəd “DVD” formatlı disk istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən müddəti 6 dəqiqə 53 saniyə olan həmin videoçəkilişin əks olunduğu bir ədəd diskdəki videogörüntüyə müstəntiq Orxan Səmədov tərəfindən baxış keçirilməsinə dair 16 avqust 2024-cü il tarixli protokolla, eləcə də həmin diskdəki videogörüntülərə məhkəmədə Təqsirləndirilən şəxs və digər proses iştirakçılarının iştirakı ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin üzərində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntüdə öz əksini tapmışdır. Videogörüntülərdən Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı xarici görkəminin səliqəli olması, sərbəst olmaqla suallara rahat və ətraflı şəkildə cavab verməsi, onun hər hansı fiziki, psixi və sair təsirə məruz qalması müəyyən edilməmişdir. Eyni zamanda, videogörüntülərdən Təqsirləndirilən şəxs istintaq hərəkəti zamanı üzərindən aşkar olunmuş narkotik vasitəni şəxsi istifadəsi məqsədilə qramı 50 manatdan hesablanmaqla təxminən 200 manat müqabilində əldə etdiyini vurğulaması müəyyən olunmuşdur (Cild 1, i.v. 40-41;).
17. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə fiziki-kimyəvi (materialların məhkəmə) ekspertizasının 3-16-16/2-6/4183 saylı, 16 avqust 2024-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN-nin 160 dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş.. Təqsirləndirilən şəxs (imza)” yazısı və imzalar olan zərfdəki 1(bir) ədəd bükümdə təmiz çəkisi 4,067 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Heroinin təmiz çəkisi - 4,067 qram, tədqiqata istifadə olundu - 0,1 qram, qalıq - 3,967 qram. Aparılmış tədqiqatın dəyəri 114 (bir yüz on dörd) manatdır (Cild 1, i.v. 30-34;).
18. “Materialın aidiyyəti üzrə göndərilməsi haqqında” 16 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində toplanmış 1 HK-1909 nömrəli material aidiyyəti üzrə cinayət işinin başlanması məsələsinin həll edilməsi üçün Sabunçu RPİ-nin İstintaq Şöbəsinə göndərilmişdir (Cild 1, i.v.38;).
19. “Mobil telefon aparatlarına baxış keçirilməsi haqqında” 16 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş üzərində ***-***-**-** saylı sim nömrə olan “Honor” markalı mobil telefon aparatına baxış keçirilmiş, baxış zamanı mobil telefonun “kontaktlar” hissəsində İran İslam Respublikasına aid olan “+98911 *** ** ** RAMİN”, “+98914 *** ** ** AXMED” qeydiyyatlı cəmi 2 nömrənin mövcud olması müəyyən edilmişdir. Bundan əlavə, vatsap bölməsində “+98911 *** ** ** RAMİN” adlı abonentlə aralarında olan yazışmadan görünür ki, Təqsirləndirilən şəxs həmin şəxsin göndərdiyi predmeti 15 avqust 2024-cü il tarixdə axşam saatlarında Bakıxanov qəsəbəsində “Stimul Hospitalın” yaxınlığında götürdüyü aşkar olunmuşdur. Baxış zamanı iş üzrə maraq kəsb edən başqa məlumatlar aşkar olunmamışdır. Protokolda baxış zamanı mobil telefon aparatının 3 ədəd fotoşəkilinin çəkilməklə protokola əlavə edilməsi qeyd olunmuşdur (Cild 1, i.v. 42-45;). Həmin mobil telefona məhkəmə baxışı üzrə məhkəmə iclası zamanı tərəflərin iştirakı ilə baxış keçirilərkən protokolda qeyd edilmiş halların öz əksini tapmaqla, Ramin adlı şəxsin Təqsirləndirilən şəxs 16 avqust 2024-cü il tarixdə, saat 22:20-də narkotik vasitənin olduğu məkanın ünvanını göndərməsi müəyyən edilmişdir.
20. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 17 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə müdafiəçisinin iştirakı ilə ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunaraq hüquq və vəzifələri ətraflı olaraq izah edilmişdir (Cild 1, i.v. 49-50;).
21. “Vəsatətlərin müdafiə edilməsindən imtina edilməsi haqqında” 17 avqust 2024-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Sabunçu rayon prokuroru baş ədliyyə müşaviri İbrahim Ləmbəranski tərəfindən müstəntiq O.Səmədov tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair verilmiş vəsatətin müdafiə edilməsindən imtina edilmişdir. Həmin qərarda göstərilmişdir ki, Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilir, törətdiyi cinayət əməlinə görə peşmandır, Bakı şəhərində yaşayış yeri var. Təqsirləndirilən şəxs həbsdə saxlanılmasına lüzum olmadığından o, saxlanıldığı müvəqqəti saxlanılma yerindən azad edilməlidir (Cild 1, i.v.63-64;).
22. “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqımda” 17 avqust 2024-cü il tarixli qərar və iltizamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmişdir (Cild 1, i.v. 65-67;).
23. “Ambulator məcburi-məhkəmə narkoloji ekspertizasının” 20 avqust 2024-cü il tarixli, 5708 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Həmin rəyin təsviriəsaslandırıcı hissəsindən görünür ki, Təqsirləndirilən şəxs deməsinə görə təxminən 10 ildir narkotik vasitə heroini və psixotrop maddə metamfetamini inyeksiya yolu ilə dərialtına vurmaqla istifadə edir, narkotik vasitə metadonu müalicə məqsədi ilə qəbul edir, əvvəllər narkotik vasitə olan tiryəkdən istifadə etmişdir (Cild 1, i.v.80-81;).
24. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsi tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin 26 avqust 2024-cü il tarixli cavabından və iş materiallarına əlavə edilmiş müvafiq hökm və qərardan görünür ki, Təqsirləndirilən şəxs Ağsu Rayon Məhkəməsinin 14 iyun 2023-cü il tarixli, 1(016)-36/2023 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli, 7(010)-843/2023 saylı qərarı ilə cəzasının çəkilməmiş 1 (bir) ay 27 (iyirmi yeddi) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, 12 fevral 2024-cü ildə isə cəza müddəti başa çatmışdır (Cild 1, i.v. 85- 86; Cild 2;).
25. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” X13 12 sentyabr 2024-cü il tarixli, 11177 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə qeyd edilən xəstəxanada müalicədə olmamışdır (Cild 1; i.v 88;).
26. “Maddi sübut kimi tanınması haqqında” 25 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 1 (bir) ədəd bükümdə təmiz çəkisi 4,067 qram narkotik vasitə heroin iş üzrə maddi sübut kimi tanınmaqla ekspertiza tədqiqatından sonra narkotik vasitə heroinin 3,967 qram çəkidə olan qalıq hissəsi təqsirləndirilən şəxsin maddi sübutlarla tanış edildikdən sonra saxlanması üçün Sabunçu RPİ-yə təhvil verilməsi, həmçinin Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən 1 (bir) ədəd “DVD” diskin iş üzrə maddi sübut kimi tanınmaqla saxlanılması üçün cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır (Cild 1, i.v. 90-91;).
27. “Sənədlərə baxış keçirilməsi haqqında” 1 noyabr 2024-cü il tarixli protokolda göstərilmişdir ki, "xxxx" MMC-dən götürülmüş Təqsirləndirilən şəxs istifadəsində olan ***- ***-**-** saylı mobil telefon nömrəsindən əldə edilmiş məlumatlardan sonuncunun narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması müəyyən olunmuşdur. Həmçinin anten məlumatlarından Təqsirləndirilən şəxs 15 avqust 2024-cü il tarixdə axşam saatlarında Bakıxanov qəsəbəsində Yavər Əliyev küçəsində olduğunu müəyyən edilmişdir (Cild 1, i.v. 98-107; 108;). Qeyd edilən müvafiq məhkəmə qərarı ilə əldə edilmiş məlumatlara məhkəmə baxışı üzrə məhkəmə iclasında tərəflərin iştirakı ilə baxış zamanı Təqsirləndirilən şəxs konkret olaraq əldə etdiyi narkotik vasitə heroini satış məqsədi ilə əldə edərək üzərində saxlayıb daşımasına dair hər hansı məlumat aşkar edilməmiş, tutulmazdan bir neçə ay əvvələ, eləcə də 10-15 gün əvvələ aid, narkotik vasitə və ya psixotrop maddələrin şəxsi istehlakı məqsədi ilə əldə edilməsi ilə bağlı ehtimal edilə bilən mesajlaşmaların olması müəyyən edilmişdir. “Google maps” proqramından çıxarışdan müəyyən olunur ki, qeyd edilən tarixdə Təqsirləndirilən şəxs istifadəsində olmuş (077) ***- **-** mobil telefon nömrəsinin anten əhatə dairəsi onun ittihamda göstərilən tutulduğu yerə uyğun gəlir (Cild 2;).
28. “Qətimkan tədbirinin şərtlərini pozmuş təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi haqqında”, “Cinayət işinin icraatının dayandırılması haqqında” 1 noyabr 2024 və “Cinayət işinin icraatının təzələnməsi haqqında” 3 dekabr 2024-cü il tarixli qərarlardan görünür ki, 1 noyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə barəsində olan cinayət işi üzrə icraat dayandırılmış, Təqsirləndirilən şəxs 3 dekabr 2024-cü il tarixdə, saat 14:30 radələrində yaşadığı ünvanın yaxınlığında saxlanılaraq Sabunçu RPİ-nin müvəqqəti saxlama yerinə təhvil verilmiş, həmin tarixdə cinayət işi üzrə icraat təzələnərək ibtidai istintaqı davam etdirilmişdir (Cild 1, i.v. 109-110; 112-114;).
29. “İş üzrə toplanmış sübutlara qiymət verilməsi haqqında” 3 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə tövsif edilməklə ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilməsi qərara alınmışdır (Cild 1, i.v. 116-117;).
30. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” 4 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan yeni ittiham elan olunmuşdur (Cild 1, i.v. 118-119;). Həmin qərardan görünür ki, Təqsirləndirilən şəxs qərarı imzalamaqdan imtina etmişdir.
31. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4 dekabr 2024-cü il tarixli, 4(008)- 718/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 3 dekabr 2024-cü il tarixdən hesablanmaqla 1 (bir) ay 16 (on altı) gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsindən görünür ki, Təqsirləndirilən şəxs göstərmişdir ki, narkotik vasitənin əvvəl ona məxsus olmasını bildirsə də, hazırda ona məxsus deyildir. Ümumiyyətlə narkotik vasitəni satmaq niyyəti yoxdur, istintaqdan yayınmayacaqdır, məhkəmədən vəsatətin təmin olunmamasını xahiş etmişdir (Cild 1, i.v. 133; Cild 2;).
32. “İş üzrə toplanmış sübutlara qiymət verilməsi haqqında” 5 dekabr 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işinin materiallarından qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini Təqsirləndirilən şəxs satmış naməlum şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə digər cinayət işinin ayrılması, eləcə də Təqsirləndirilən şəxs götürülmüş 1 (bir) ədəd “Honor” markalı və üzərində olan ***-***-**-** sim nömrə sübut əhəmiyyəti kəsb etdiyindən məhkəmənin hökmünə qədər Sabunçu RPİ-nin İŞ-də saxlanılması qərara alınmışdır (Cild 1, i.v. 141- 145;).
33. “Cinayət işinin materiallarından cinayət işinin ayrılması haqqında” 5 dekabr 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işinin materiallarından qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini Təqsirləndirilən şəxs satmış naməlum şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* saylı başqa cinayət işinin ayrılması qərara alınmışdır (Cild 1, i.v. 146-147;).
34. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə müstəntiq O.A.Səmədov tərəfindən 17 dekabr 2024-cü il tarixdə tərtib edilmiş ittiham aktından görünür ki, həmin ittiham aktı 20 dekabr 2024-cü il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilərək baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir (Cild 1, i.v.160-166;).
35. Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 yanvar 2025-ci il tarixli məhkəmə hazırlıq iclasının qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkəməyə verilməklə cinayət işi məhkəmə baxışına təyin edilmişdir (Cild 2;).
36. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasından daxil olmuş 9647/2024 saylı tibb kitabçasından görünür ki, Təqsirləndirilən şəxs 6 dekabr 2024-cü il tarixdə istintaq təcridxanasına gətirilmiş, tibbsanitar hissəsində ilkin tibbi müayinədən keçirilərək adına tibbi kitabça açılmışdır. Həmin kitabçanın 12-ci bəndində göstərilmişdir ki, Təqsirləndirilən şəxs xəsarət almadığını bildirmişdir. Həmin kitabçanın 13-cü bəndində göstərilmişdir ki, baxış zamanı Təqsirləndirilən şəxs yuxarı və aşağı ətraflarında postinyeksion ləkələr aşkar olunmuşdur (Cild 2;).
37. Müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid3 istifadəsində olmuş mobil telefon nömrəsinə dair müvafiq məlumatlar "xxxx" MMC mobil telefon operatorundan götürülərək tərəflərin iştirakı ilə məhkəmə iclasında baxış keçirilməklə tədqiq edilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, Şahid3 istifadəsində olmuş (050) ***-**-** mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olmuş (077) ***-**-** mobil telefon nömrəsi arasında 15 avqust 2024-cü il tarixdə 22:50:13 radələrində danışıqlar aparılması müəyyən olunmuşdur (Cild 2;). Əməlin tövsifi və digər hüquqi məsələlər:
38. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.
39. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.
40. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən milli qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilib-keçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir.
41. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, təqsirləndirilən şəxs açıq məhkəmə iclaslarında onun əleyhinə olan bütün sübutların tədqiqində seçdiyi müdafiəçiləri ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuş, o cümlədən müdafiə hüququnun həyata keçirilməsi ilə əlaqədar müdafiəçilərinin vasitəsi ilə məhkəməyə yeni sübutlar təqdim etmişdir. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində müdafiə tərəfinə imkan yaradılmışdır. Eyni zamanda müdafiə tərəfi məhkəmə istintaqında irəli sürülmüş ittihamı bütövlükdə mübahisələndirmişdir.
42. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CMin) 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.
43. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir.
44. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə - CPM-in) 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər.
45. Həmçinin Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.
46. CM-in 234.4.3-cü maddəsi satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmaya görə cinayət məsuliyyətini müəyyən edir. Həmin maddənin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulmuşdur.
47. Məhkəmə tədqiq olunmuş sübutlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilməmişdir.
48. Belə ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə ittiham verilmişdir ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini əldə etmiş, saxlamış və daşımışdır. Lakin ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs narkotik vasitə heroini məhz satış məqsədi ilə əldə etməsi barədə nəticəyə gələrkən iş materiallarında olan hər hansı mötəbər sübuta istinad etməməklə yanaşı, təqsirləndirilən şəxsə bununla bağlı verdiyi ittihamda şəxsin həmin maddə ilə təqsirliliyini müəyyən edən hər hansı dəlil belə göstərməmişdir.
49. Məhkəmə, ibtidai istintaq orqanının sübutları qiymətləndirilməsinə dair mövqeyi ilə bağlı qeyd edir ki, ibtidai istintaq orqanı hökmün 29 və 32-ci bəndlərində göstərilmiş qərarlarda, cinayət qanununun normalarına və vahid məhkəmə təcrübəsinə istinad edərək təqsirləndirilən şəxsin əməlində “satış məqsədinin” sübuta yetirlməsini göstərməyə çalışsa da, əksinə toplanmış sübutlar və istinad etdiyi normalar, həmçinin hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsindən irəli gələn izah və tövsiyələr, təqsirləndirilən şəxsin əməlində “satış məqsədinin” olmadığını təsdiq edir. Belə ki, müstəntiq hökmün 29 və 32ci bəndlərində göstərilmiş qərarlarda təqsirləndirilən şəxsin əməlində narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması nəticəsinə gələrkən, hökmün 27-ci bəndində qeyd edilmiş məhkəmə qərarı ilə əldə edilmiş mobil telefon operatorunun təqdim etdiyi məlumatlara istinad etmişdir. Halbuki, həmin məlumatlar məhkəmə istintaqı zamanı tədqiq edilərkən qeyd edilən sms-mesajların məzmunundan təqsirləndirilən şəxsin narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmasına dair ibtidai istintaq orqanı tərəfindən gəlinmiş qənaətin konkret olaraq hansı sms-mesaja əsaslanması, həmin sms-mesajı göndərən və ya qəbul edən şəxslərin şəxsiyyətinin müəyyən edilərək müvafiq suallar ətrafında dindirilməsi, bununla bağlı müvafiq əməliyyat tapşırığı verilərək cavabın alınması, təqsirləndirilən şəxsin başqa şəxslərlə (istehlakçılarla) razılığın mövcudluğu, satış üçün narkotik vasitənin çəkilib xırda bağlamalarda hazırlanması və sair hallar iş materialları ilə müəyyən edilməmişdir. Əksinə qeyd edilən müvafiq məhkəmə qərarı ilə əldə edilmiş məlumatlara məhkəmə baxışı üzrə məhkəmə iclasında tərəflərin iştirakı ilə baxış zamanı Təqsirləndirilən şəxs konkret olaraq əldə etdiyi narkotik vasitə heroini satış məqsədi ilə əldə edərək üzərində saxlayıb daşımasına dair hər hansı məlumat aşkar edilməmiş, yalnız tutulmazdan bir neçə ay əvvələ, eləcə də 10- 15 gün əvvələ aid, narkotik vasitə və ya psixotrop maddələrin yalnız şəxsi istehlakı məqsədi ilə əldə edilməsi ilə bağlı ehtimal edilə bilən jarqon ifadələrlə mesajlaşmaların olması müəyyən edilmişdir.
50. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli 8 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd edilən plenum qərarında yuxarıda təsvir olunan halların, o cümlədən narkotik vasitənin miqdarının ayrıca olaraq deyil, “başqa sübutlarla yanaşı” nəzərə alınması vurğulanmışdır.
51. Plenumun hüquqi mövqeyinə görə, özü-özlüyündə narkotik vasitənin və ya psixotrop maddənin külli miqdar təşkil etməsi təqsirkar şəxsin satış məqsədi ilə hərəkət etməsinə dəlalət edən hal kimi qiymətləndirilə bilməz. Belə nəticəyə gəlmək üçün bütün diqqətəlayiq halların məcmusundan çıxış etmək lazımdır. O cümlədən, külli miqdarda narkotik vasitəni əldə edib saxlayan, daşıyan şəxsin özünün narkotik istehlakçısı olmaması, başqa şəxslərlə (istehlakçılarla) razılığın mövcudluğu, satış üçün narkotik vasitənin çəkilib xırda bağlamalarda qablaşdırılması kimi hallar da müəyyən olunduqları təqdirdə, başqa sübutlarla birlikdə götürülməklə şəxsin məhz satış məqsədilə narkotik vasitəni əldə edib saxlamasına dəlalət edən əsaslar kimi nəzərdən keçirilə bilərlər.
52. Halbuki, istintaq orqanı Təqsirləndirilən şəxs verdiyi ittihamda və cinayət təqibi ilə bağlı topladığı materiallarda təqsirləndirilən şəxs tərəfindən narkotik vasitə satacağı istehlakçılarla saxlanıldığı dövrdə razılığın əldə edilməsi, narkotik vasitənin çəkilib çoxsaylı xırda bükümlərdə saxlanılması, həmçinin onda tərəzinin və digər vasitələrin olması ilə bağlı ümumiyyətlə heç bir dəlil və sübut gətirməmişdir. Eyni zamanda, ittiham tərəfi Təqsirləndirilən şəxs mobil telefonundan aşkar edilmiş qanunsuz predmetlərin satışı ilə məşğul olması ehtimal edilə bilən mesajları göndərmiş şəxslərlə təqsirləndirilən şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı real əlaqələrinin olub-olmamasını, habelə həmin şəxslərin şəxsiyyətlərinin müəyyən etmək məqsədilə zəruri istintaq hərəkətləri (şəxsiyyətləri müəyyən edilib dindirilməmiş və həmin mesajları göndərmiş şəxslərlə əlaqələrinə aydınlıq gətirilməmişdir) yerinə yetirməyərək nəticəsi barədə bu və ya digər qərar qəbul etməmişdir.
53. Bundan başqa, istintaq orqanı hökmün 29 və 32-ci bəndlərində göstərilmiş qərarlarda təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərkən “istintaq zamanı Təqsirləndirilən şəxs özünün müdafiəsi üçün gətirdiyi dəlil narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmaması və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsidir. ... Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsinin çıxarışlarından görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vastələr və psixotrop maddələrin əldə etməsi və satışı ilə məşğul olmuşdur..” cümlələri ilə öz gəldiyi nəticəni əsaslandırmağa çalışsa da, gəldiyi həmin qənaətin nəyə əsaslanmasını göstərməmiş, bu məqsədlə hər hansı digər araşdırma aparmamış, aşkar edilmiş mesajları göndərmiş şəxslərlə təqsirləndirilən şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı real əlaqələrinin olub-olmamasını, habelə həmin şəxslərin şəxsiyyətlərinin müəyyən etmək məqsədilə zəruri istintaq hərəkətləri (şəxsiyyətləri müəyyən edilib dindirilməmiş və həmin mesajları göndərmiş şəxslərlə əlaqələrinə aydınlıq gətirilməmişdir) keçirilməmiş, o cümlədən həmin mesajlar barədə ümumiyyətlə təqsirləndirilən şəxsin mövqeyi aydınlaşdırılmamış, faktiki olaraq real əsası olmayan sübutlara istinad edib ehtimallar əsasında yanlış qənaətə gəlmişdir. Eyni zamanda məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma orqanının Təqsirləndirilən şəxs mobil telefonunda aşkar edilmiş, onun tutulmasından uzun müddət əvvəl (bir neçə ay əvvələ, o cümlədən sonuncu dəfə isə 10 gün əvvələ uyğun gələn) ünvanlanmış mesajların mətnlərinin heç bir araşdırma aparmadan üzərində aşkar edilmiş və iş materiallarına və özünün deməsinə əsasən saxlanılmazdan qısa müddət əvvəl əldə etdiyi narkotik vasitənin satış məqsədi ilə əldə etməsini təsdiq edən sübut kimi qəbul edilməsi yalnız fərziyyə və ehtimallara əsaslanmış, hər hansı digər sübutlarla öz təsdiqini tapmamış, eləcə də hökmün 19-cu bəndində qeyd edilmiş Təqsirləndirilən şəxs mobil telefonuna baxış zamanı da onun narkotik vasitələrin satışı ilə məşğul olmasına və ya əldə etdiyi narkotik vasitəni satış məqsədi ilə əldə etməsinə dair hər hansı sübut aşkar edilməmişdir.
54. Başqa sözlə, istintaq orqanı təqsirləndirilən şəxsin əməlində CM-in 234.4.3-cü maddəsinin tərkibinin olması qənaətinə gələrkən, yalnız təqsirləndirilən şəxsin mobil telefonunda aşkar olunmuş mənbəyi və mötəbərliyi müəyyən olunmamış mesajların (qeyrimüəyyən) olmasına istinad etsə də, özü özlüyündə yalnız bu əlamət “satış məqsədinin” qeyd-şərtsiz sübutu kimi əsas götürülə bilməz.
55. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı üzərində videoçəkilişlə şəxsi axtarış istintaq hərəkəti aparılarkən üzərindən aşkar edilmiş narkotik vasitəni mobil telefonla əlaqə saxladığı iranlı şəxsdən şəxsi istifadəsi məqsədilə bir qramı 50 manata olmaqla ümumilikdə 200 manata yaxın pul verib aldığını göstərmişdir. İstintaq orqanının sübut qismində istinad etdiyi istintaq hərəkətlərinin protokolları, şahid ifadələri, ekspert rəyləri, maddi sübutlar və digər sənədlərdə də, təqsirləndirilən şəxsin narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsini təsdiq edən mötəbər heç bir sübut və dəlil yoxdur və həmçinin hər hansı belə bir sübut məhkəmə baxışında da, ittiham tərəfindən təqdim edilməmişdir.
56. Məhkəmə, ibtidai istintaq orqanının bu qənaətini əsassız hesab edərək qeyd edir ki, şəxsin mobil telefonundan aşkar edilmiş şəxsiyyətləri müəyyən edilərək barələrində hər hansı istintaq hərəkəti aparılmamış şəxslərlə təqsirləndirilən şəxsin tutulmazdan uzun müddət əvvələ dair yazışmalarını əks etdirən mesajlarının olması, digər mötəbər sübutların olmadığı bir halda əməlin satış məqsədilə əldə edilmə kimi qiymətləndirilməsi üçün əsas vermir. Eyni zamanda, hər hansı əməliyyat-axtarış tədbirinin gedişində deyil, yalnız narkotik vasitə və psixotrop maddələri istifadə etməsi şübhəsi ilə saxlanılmış, opioidlərin və psixostilmulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromunarkomaniya xəstəliyindən əziyyət çəkən təqsirləndirilən şəxsin üzərində külli miqdarda narkotik vasitələrin aşkar edilməsi şəxsin əldə edərək üzərində saxlamaqla daşıdığı narkotik vasitəni satış məqsədi ilə əldə etməsi qənaətinə gəlməyə kifayət etmir. Bu barədə məhkəmə iclasında dindirilmiş, təqsirləndirilən şəxsin saxlanılmasında iştirak etmiş polis əməkdaşları da ifadələrində Təqsirləndirilən şəxs barəsində sonuncu saxlanılmazdan əvvəl narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmasına dair onlarda hər hansı məlumatın olmadığını, sonradan Təqsirləndirilən şəxs narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmasına dair məlumatlar əldə etdikləri, lakin konkret olaraq həmin məlumatlarla bağlı hər hansı sənəd və ya digər sübut təqdim edə bilməcəyəklərini bildirmişlər. Qeyd edilən hallar bütövlükdə şəxsin əməlində satış məqsədinin olması kimi qiymətləndirilməsi üçün əsas vermir.
57. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir.
58. Halbuki, məhkəmə istintaqı zamanı araşdırılmış sübutlarda və iş materiallarında Təqsirləndirilən şəxs tərəfindən ondan aşkar edilmiş narkotik vasitəni əvəzli və ya qazanc əldə etmək, yaxud sair şəxsi maraq məqsədi ilə yayılmasına yönəlmiş hər hansı hərəkət edilməsini təsdiq edən heç bir sübut müəyyən edilməmişdir.
59. Məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli CMin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir.
60. Məhkəmə bu nəticəyə gələrkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli 8 nömrəli Qərarının müddəalarını da rəhbər tutur.
61. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Siyahıların” İ siyahısının 83-cü bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə heroinin xeyli miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi 2 qram və xüsusilə külli miqdar daxil olmaqla aşağı həddinin isə 800 qram olması müəyyən edilmişdir.
62. CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, CPM-in 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmçinin CPM-in 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir.
63. CPM-in 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir.
64. CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.
65. CPM-in 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin.
66. CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir.
67. “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur.
68. CPM-in 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144 və 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir.
69. Məhkəmə, gəldiyi nəticələri həm prosessual normaların tələbləri baxımından, həm də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və X4 haqqında” Avropa Konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının müddəaları baxımından da əsaslı hesab edir.
70. Belə ki, “Kondraşinanın Rusiya Federasiyasına qarşı” işində də Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin.
71. X15 Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X14rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.
72. “Avropa İnsan Hüquqları Məhkəməsinin gələcək fəaliyyətinə dair Brayton Bəyannaməsi”nin 7-ci bəndində qeyd edilmişdir ki, “Milli səviyyədə Konvensiyanın müddəalarının tam həyata keçirilməsi üzv dövlətlərdən qanun pozuntularının qarşısını almaq üçün effektiv tədbirlərin görülməsini tələb edir. Bütün qanunvericilik və siyasətin inkişafı, həmçinin dövlət qulluqçuları tərəfindən öz xidməti vəzifələrinin icrası elə səviyyədə olmalıdır ki, bu Konvensiyanın müddəalarının tam icrasına imkan versin. Üzv dövlətlər Konvensiyanın müddəalarının mümkün pozulması hallarının qarşısını almaq üçün hüquqi müdafiə vasitələrini təmin etməlidirlər. Milli məhkəmələr və tribunallar Konvensiyanı və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu nəzərə almalıdırlar. Bütün bu tələblər məcmu halda Konvensiyanın müddəalarının pozulması hallarının qarşısını ala bilər. Bu isə məhkəməyə əsaslı müraciətlərin sayının azalmasına gətirib çıxarmaqla iş yükünün də kəmiyyətinin aşağı düşməsinə səbəb olacaqdır”.
73. CPM-in 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.
74. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə Təqsirləndirilən şəxs əməlinin CM-in 234.1-1-ci maddəsinin tərkib əlamətlərinə uyğun gəldiyini qeyd edərək, onun əməlinin CMin 234.1-1-ci maddəsi ilə tövsif edilməsini qanuni və ədalətli hesab edir.
75. Qeyd olunanlarla bağlı məhkəmə Təqsirləndirilən şəxs əməlinin CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməsini əsaslı və qanuni hesab edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir.
76. CM-in 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşımaya görə cinayət məsuliyyətini müəyyən edir.
77. Həmin Məcəllənin 234.1-1-ci maddəsi isə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. Həmin maddənin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulmuşdur.
78. Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş əməli qəsdən törətmiş, həmin əməl başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir.
79. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli Qərarının müddəalarını da rəhbər tutur.
80. Məhkəmə, Təqsirləndirilən şəxs “Şəxsi axtarış və götürmə” istintaq hərəkəti zamanı aşkar edilmiş narkotik vasitənin ona məxsus olmaması, ümumiyyətlə saxlanılarkən üzərində narkotik vasitə olmaması, 15 avqust 2024-cü il tarixdə post patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılaraq sonuncuların ondan buraxılması üçün pul etmələrini, bununla əlaqədar qardaşına zəng edib ondan yardım istəməsini, habelə gah ittihamda göstərilən yerdə yerləşən dayanacağın yanında olarkən, gah da evində olarkən saxlanılması, həmçinin gah ittihamda göstərilən ünvana narkotik vasitə əldə etmək məqsədilə getməsi, gah da “bazardan zəruri digər predmetləri almağa getməsinə” dair məhkəmə icraatı zamanı verdiyi biri digərini təsdiq etməyən kəskin ziddiyyətli ifadələri, ***- ***-**-** saylı mobil telefon nömrəsinin ona məxsus olmamaqla yerdən taparaq istifadə etməsi, ibtidai istintaq zamanı polis əməkaşları tərəfindən təzyiqə məruz qalaraq döyülməsi ilə bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi ağır cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun CM-in 234.1-1-ci maddəsi ilə olan cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Eyni zamanda, Təqsirləndirilən şəxs post patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılarkən buraxılması üçün ondan pul tələb edilərək həmin pulu tapa bilməsindən ötrü ona bir neçə saat müddətə şərait yaradılmasını bildirsə də, qeyd olunan hal sonuncunun şəxsi mülahizələrindən başqa digər hər hansı mötəbər sübutla öz təsdiqini tapmadığından bütövlükdə təkzib olunur. Belə ki, işin ədalətli araşdırılmasının təmin edilməsi məqsədi ilə məhkəmənin müvafiq qərarı əsasında iş üzrə müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid3 istifadəsində olan (050) ***-**-** saylı mobil telefon nömrəsi ilə 1 avqust 2024-cü il tarixdən 1 sentyabr 2024-cü il tarixədək olan aparılmış danışıqlar əldə edilərək təhlil edildikdə sonuncu ilə təqsirləndirilən şəxs arasında 15 avqust 2024-cü il tarixdə 22:50:13 radələrində danışıqların olması müəyyən olunmuşdur. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 16 avqust 2024-cü il tarixdə, saat 00:30 radələrində Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Y.Əliyev küçəsində olarkən Sabunçu RPİ-nin 13-cü PŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq həmin idarəyə aparılması, həmin tarixdə saat 01:20-də şübhəli şəxs qismində tutularaq üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilməsi müəyyən edilmişdir. Həmçinin məhkəmə Şahid3lə Təqsirləndirilən şəxs doğma qardaş olmaqla eyni evdə yaşamalarını nəzərə alaraq sonuncuların 15 avqust 2024-cü il tarixdə məhz Təqsirləndirilən şəxs saxlanılmasından əvvəl saat 22:50:13 radələrində öz aralarında danışıqlar aparmasını tam təbii hal hesab edir. Odur ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi hər hansı digər sübutla öz təsdiqini tapmayan ziddiyyətli ifadələrində qeyd etdiyi xüsusatlar rədd olunmalıdır. Bundan başqa, Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra barəsində 3 aydan artıq müddətə həbslə əlaqədar olmayan, yəni başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbirinin seçilməsinə baxmayaraq həmin müddət ərzində hər hansı hüquq mühafizə orqanına və ya digər şəxsə şikayət etməmişdir.
81. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının 24-cü bəndində göstərilmişdir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Həmin qərarın 26-cı bəndində göstərilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür.
82. Avropa İnsan Hüquqları Məhkəməsinin “Andandonskinin Rusiyaya qarşı” iş üzrə 28 sentyabr 2006-cı il tarixli, həmçinin “Saidinin Fransaya qarşı” iş üzrə 20 sentyabr 1993-cü il tarixli qərarlarında izah edilir ki, sübutların mümkünlüyü daxili qanunvericilik tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma və məhkəmə istintaqı mərhələsində əldə edilən, milli məhkəmələr tərəfindən sübut kimi qəbul edilən şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər.
83. Avropa İnsan Hüquqları Məhkəməsinin “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiyanın” (Avropa Konvensiyası) 6-cı maddəsi ilə əlaqədar “X2rşı” işi ilə bağlı qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər.
84. Halbuki, Təqsirləndirilən şəxs saxlanılarkən və bundan sonra hər hansı xəsarətinin olması və ya ona qarşı hər hansı fiziki, psixi və sair zorakılıq tətbiq edilməsinə dair hər hansı mötəbər sübut müəyyən edilməmişdir. Habelə, hökmün 15-16-cı bəndlərində qeyd edilən mötəbərliyi şübhə altına alına bilinməyən məhkəmədə tədqiq edilmiş sübutlarla da Təqsirləndirilən şəxs saxlanılarkən və ondan sonra hər hansı fiziki, psixi və sair təzyiq və təsirə məruz qalması öz təsdiqini tapmamışdır. Məhkəmə xüsusilə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilməsini, onun sərbəst olaraq barəsində hər hansı qanunsuzluq baş verdiyi halda müvafiq dövlət orqanlarına və sair qurumlara müraciət etmək imkanının olmasına baxmayaraq, belə halların olması müəyyən edilməmişdir.
85. Qeyd edilənlərə əsasən, məhkəmə təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur.
86. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-1-ci maddəsi ilə tövsif edilməli və o həmin maddə ilə təqsirli bilinərək cəzalanmalıdır.
87. Beləliklə, məhkəmə kollegiyası, iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər:
88. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alır.
89. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.
90. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır.
91. CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır.
92. CM-in 83-cü maddəsinin tələbinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur.
93. Məhkəmə CM-in 59.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin yaşını, narkomaniya xəstəliyindən müalicə olunaraq normal həyat şəraitinə qayıtmaq istəyini bildirməsini və məhkəmə icraatı zamanı davranışını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.
94. Məhkəmə CM-in 61.1.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin əməlində cinayətlərin residivinin olmasını onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edir (bax hökmün 24, 91-92-ci bəndlərinə). Həmin Məcəllənin 65.1 və 65.2-ci maddələrinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz.
95. Qeyd edilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş məhz azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər.
96. Məhkəmə həmçinin təqsirləndirilən şəxsin cəzaçəkmə müəssisəsinin növünün də müəyyən edilməsinin zəruriliyini qeyd edir.
97. CM-in 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayətlər kimi təsnif edilmişdir.
98. CM-in 56.1.3-cü maddəsinin tələbinə görə azadlıqdan məhrum etmə növündə cəza cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.
99. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, CPM-in 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanmalıdır. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6).
100. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 16 avqust 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, müstəntiqin 17 avqust 2024-cü il tarixli qərarı ilə barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4 dekabr 2024-cü il tarixli qərarı ilə onun barəsində 1 (bir) ay 16 (on altı) gün müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu 3 dekabr 2024-cü il tarixdən hesablanmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır.
101. Məhkəmə, CPM-in 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin CM-in 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 16 avqust 2024-cü il tarixdən 17 avqust 2024-cü il tarixədək şübhəli şəxs qismində tutularaq saxlanıldığı 2 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılaraq ona qəti cəza təyin edilməli və təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 3 dekabr 2024-cü il tarixdən hesablanmalıdır.
102. Məhkəmə hökmün 23-cü bəndində qeyd edilən ekspertiza rəyini və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, CM-in 93-1-ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır.
103. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olmaqla Sabunçu RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan, tədqiqatlardan sonra qalıq çəkisi 3,967 qram olan narkotik vasitə heroin məhv edilməli, 1 (bir) ədəd “Honor” markalı mobil telefon Təqsirləndirilən şəxs, o, etiraz etmədikdə isə ailə üzvlərinə və ya onun digər qohumlarına qaytarılmalı, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı aparılmış videoçəkilişin əks olunduğu 1 (bir) ədəd disk, "xxxx" və "xxxx" MMC-yə məxsus 2 (iki) ədəd disk hazırkı cinayət işinin materiallarında saxlanılmalıdır.
104. CPM-yə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır.
105. Məhkəmə hesab edir ki, CPM-in 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 114 (bir yüz on dörd) manat məbləğində məhkəmə məsrəflərinə aid olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir.
106. İş üzrə mülki iddia verilməmiş və üzərinə həbs qoyulmuş əmlak yoxdur.
107. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır.
108. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və X4 haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müəddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir.
109. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318, 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 16 avqust 2024-cü il tarixdən 17 avqust 2024-cü il tarixədək şübhəli şəxs qismində tutularaq saxlanıldığı 2 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılaraq üzərində qəti olaraq 3 (üç) il 11(on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 3 dekabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olmaqla Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılan tədqiqatlardan sonra qalıq çəkisi 3,967 qram olan narkotik vasitə heroin məhv edilsin, 1 (bir) ədəd “Honor” markalı mobil telefon Təqsirləndirilən şəxs, o, etiraz etmədikdə isə ailə üzvlərinə və ya onun digər qohumlarına qaytarılsın və 3 (üç) ədəd disk hazırkı cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 114 (bir yüz on dörd) manat məbləğində məhkəmə məsrəfi olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddianın, üzərinə həbs qoyulmuş əmlakın və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu, hökmün surətinin Təqsirləndirilən şəxs isə verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.