Məhkəmə qərarları › İş №1(101)-944/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-944/2022

31.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-944/2022 31.10.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi - Salmanov Rahib Vaqif oğlunun sədrliyi ilə, hakimlər - Hacıyev Siyavuş Həbib oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi - X6, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X5, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə,, xx xxx 1989-cu ildə Ağcabədi rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan və ünvan 2 barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılanb Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.2, 126.2.4 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs, 27 noyabr 2021-ci il tarixdə saat 01 radələrində Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 32/1 ünvanda yerləşən içtimai yer olan “Şahzadə” restoranının qarşısında onunla birlikdə həmin restoranda ofisiant işləyən Zərərçəkmiş şəxs2 həmin gün ona restoranda kofe verməməsini bəhanə edərək, heç bir əsaslı səbəb olmadan özünün şəxsiyyətini Zərərçəkmiş şəxs2 şəxsiyyətinin fövqündə qoymaqla öz üstünlüyünü nümayiş etdirmək məqsədilə özünü ətrafdakılara qarşı qoyub, onlara münasibətdə laqeydliyini ifadə etməklə cəmiyyətə qarşı açıq-açığa hörmətsizlik edib, birgəyaşayış qaydalarını və əxlaq normalarını pozaraq nalayiq ifadələr işlətməklə Zərərçəkmiş şəxs2 ilə mübahisə edib restorandan götürdüyü təyinatı istintaqa məlum olmayan bıçağı silah qismində istifadə edərək zor tətbiq etməklə hədələyib həmin bıçaqla Zərərçəkmiş şəxs2 üzərinə hücum etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli xuliqanlıq hərəkətləri etmiş, bunu görən Zərərçəkmiş şəxs1 onun tutub qanunsuz hərəkətlərinin qarşısını almaq istəyərkən, sonuncuya müqavimət göstərərək ictimai qaydanın pozulmasının qarşısını alan şəxsə qarşı zor tətbiq edilməsi ilə müşayiət edilən xuliqanlıq hərəkətlərini davam etdirib əlində olan bıçağı silah qismində istifadə edərək aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik göstərməklə, insanlara qarşı etinasızlıq nümayiş etdirib Zərərçəkmiş şəxs1 ictimai borcunu yerinə yetirməsini cüzi səbəb kimi bəhanə edərək xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurmaq məqsədi ilə həmin bıçaqla Zərərçəkmiş şəxs1 döş qəfəsindən bir dəfə vuraraq sonuncuya insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid sol tərəfli hemotoraks və hemiperikard ilə müşayiət olunan ürəyin tamponadası ilə ağırlaşmış ürəyin sol mədəciyinin deşilmiş-kəsilmiş yarası ilə nəticələnən döş qəfəsinin sol yarısının daxilə nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş yarası ilə nəticələnən xəsarət yetirərək qəsdən sağlamlığa ağır zərər vurmaqla xuliqanlıq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs oğlu ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilmiş və ibtidai istintaq zamanı verdiyi ifadəsini təstiq etdiyini bildirmişdir. O, törətdiyi əmələ görə səmimi peşmançılıq çəkir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs oğlunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. O, ifadəsində göstərmişdir ki, Bakı şəhərində yerləşən şadlıq evində inzibatçı işləyərək ailəsini dolandırmışdır. Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 32\1 ünvanında yerləşən “Şahzadə” şadlıq sarayında inzibatçı işləmişdir. Şahid1, Zərərçəkmiş şəxs1, Şahid5, Şahid3, İspər Bayramov və Şahid7 tanımışdır. Onlar “Bakı Plaza” şadlıq sarayında ofisiant işləyirlər. Zərərçəkmiş şəxs2 isə “Şahzadə” şadlıq sarayında işləyir. Ərhunla dostluq, münasibətlərində olmuşdur. Bir neçə dəfə işdən gec çıxanda Ərhun kirayə qaldığı evdə qalmışdır. Ərhunla heç bir düşmənçilik münasibətləri olmamışdır. 26 noyabr 2021-ci il tarixdə “Şahzadə” şadlıq sarayında toy mərasimi keçirilmişdir. Həmin vaxt Ərhun foedə olan barda çay və kofe hazırlayıb toy iştirakçılarına təqdim etmişdir. Toyun gedişatı zamanı ofisiantı yanına çağıraraq bir fincan kofe gətirməsini xahiş etmişdir. Bir qədər keçmiş ofisiant geri gəlmiş və bildirmişdir ki, Ərhun kofe vermir. Bundan sonra özü Ərhunun yanına getmiş və sonuncuya demişdir “nə səbəbə mənə kofe süzüb vermədin”. Ərhun da bildirmişdir ki, Elşad müəlimin göstərişidir, heç bir işçiyə toy zamanı çay və kofe verilməsin. Ərhuna Elşad ilə eyni vəzifəni daşıdıqlarını bildirmişdir.Ərhun da yenə kofe verməyərək özünün götürməsini demişdir.Bundan sonra ofisianta kofe hazırlayıb gətirməsini bildirmişdir.Ofisiant da kofeni hazırlayıb gətirmiş və həmin kofeni toy iştirakçısına vermişdir. Həmin vaxt Ərhun toydan sonra söhbət edəcəklərini demişdir. Heç bir fikir verməmiş və işinə davam etmişdir. 27 noyabr 2021-ci il tarixdə saat 01 radələrində şadlıq evinin zalının işıqlarını Elşadla söndürüb hər yana diqqət edərək getməyə hazırlaşmışdır. Şadlıq sarayının qarşısına düşdükdə bir neçə nəfər şəxsin şadlıq sarayının qarşısında toplaşdığını görmüşdür. Bu vaxtı Elşad içəriyə salıb demişdir ki, küçəyə çıxmasın. Ərhun da küçəyə çıxmağı səsləmişdir. Lakin Elşad buna imkan verməmişdir. Bu vaxtı Ərhun şadlıq evinin sarayının birinci mərtəbəsinə daxil olmuş və onlar orada mübahisə etməyə başlamışdır. Onlar mübahisə edərək küçəyə çıxmışlar. Şadlıq sarayının qapısının yanında Ərhun orada olan işçilərin yanında nalayiq ifadələrlə söyüb təhqir etmişdir. Onların çox olmasından ehtiyat edərək içəriyə keçib birinci mərtəbədə olan mətbəxə keçmiş, orada moykanın üzərindən tutacağının və tiyəsinin uzunluğunu dəqiq xatırlamadığı taxta materialında bıçağı götürüb küçəyə qaçmışdır. Mətbəxə gedib qayıtmağı 1-2 dəqiqə çəkmişdir. Birinci mərtəbədə olan bara baxmışdır ki, bıçaq tapsın, lakin tapa bilmədikdə mətbəxə keçmişdir. Təkrar restorandan küçəyə çıxmışdır. Ərhun yenə də təhqir etmişdir. Əlində olan bıçaqla Ərhunun arxasınca qaçmışdır. Bu zaman Ərhunun yanında olan dəqiq xatırlamadığı bir nəfər şəxs təpik atmış, lakin geri çəkildiyi üçün təpik dəyməmişdir. Uşaqların ətrafından fırlanaraq Ərhunun üzərinə qaçmış, bu vaxtı sonradan adını bildiyi Zərərçəkmiş şəxs1 qarşını kəsərək sakitləşdirməyə və bu hərəkətlərinin qarşısını almaq məqsədi ilə yumruqla vurmuşdur. Əlindəki bıçaqla İbrahimin sinə nahiyəsindən qəsdən vurararaq ona bədən xəsarəti yetirmişdir. Elşad qolundan tutub şadlıq sarayına aparmışdır. Elşad onun əlindən bıçağı alıb özündə saxlayaraq ona İbrahimi bıçaqla vurduğunu demişdir. Şadlıq evinin qapısını bağlamışdır.O, da arxa qapıdan qaçmışdır.Beləliklə yaxınlıqda olan taksiyə əyləşəb Nəsimi rayonu 3-cü mikraroyan ərazisinə getmişdir.Oradanda Ağcabədi rayonuna getmək üçün taksiyə 80 manat pul vermişdir. 27 noyabr 2021-ci il saat 05 radələrində Ağcabədi rayonuna çatmışdır. Rayonda qohumları evin getmişdir. Kürəkəni Rəhmana Bakıda iş yoldaşını bıçaqladığını demişdir. Lakin onlar inanmamışdır. Səhər açılanda Ağcabədi rayon polis şöbəsindən zəng edib polisə dəvət etmişlər. Polislərin İbrahimi bıçaqla vurduğu üçün axtardıqlarını bildiyindən ailəsi ilə görüşüb polis şöbəsinə getmişdir. Həmin günü Bakı şəhəri, Nizami rayon polis idarəsinin 23-cü PB-nin əməkdaşları gəlib Bakı şəhəri Nizami RPİ-nə gətirmişlər.Hadisə 27 noyabr 2021-ci il tarixdə saat 01 radələrində Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 32\1 ünvanda yerləşən “Şahzadə” şadlıq sarayının qarşısında baş vermişdir. Hadisəyə səbəb Zərərçəkmiş şəxs2 bir fincan kofe verməməsi səbəbindən aralarında yaranmış narazılıq olmuşdur. Ərhun isə toydan sonra söhbət edəcəyini bildirmişdir. İbrahimi “Bakı Plaza” şadlıq evində ofisiant işləyən ərəfələrdən tanımışdır. Onunla heç bir düşmənçiliyi və ədavəti olmamışdır. Ərhuna heç bir bədən xəsarəti yetirməmişdir. Lakin Ərhun yumruqla sifət nahiyəsindən bir dəfə zərbə ilə vurmuşdur. Hadisə zamanı qabaq dişi sınmışdır. Hadisə zamanı bıçaq axtarmaq üçün şadlıq evinin birinci mərtəbəsində yerləşən bara baxmış, lakin tapa bilmədikdə həmin mərtəbədə mətbəxə daxil olmuş və moykanın üzərindən bıçaq tapmışdır. Bıçağın əlamətlərinə gəldikdə isə tutacağı və tiyəsinin uzunluğunu dəqiq xatırlamır, lakin tutacağı taxta materialından olmuşdur. Hadisə vaxtı Elşad şadlıq sarayına aparmış və bıçağı əlindən almışdır. Uşaqların ətrafından fırlanaraq Ərhunun üzərinə qaçmış, bu vaxtı sonradan adını bildiyi Zərərçəkmiş şəxs1 qarşını kəsərək sakitləşdirməyə və bu hərəkətlərinin qarşısını almaq məqsədi ilə yumruqla vurmuşdur.Əlimdəki bıçaqla İbrahimin sinə nahiyəsindən qəsdən vurararaq ona bədən xəsarəti yetirmişdir. Əsəbləşdiyi üçün mətbəxdən bıçağı götürmək bir anda ağlına gəlmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs1 ibtidai istintaqda verdiyi verdiyi ifadəsini təstiq etdiyini bildirmişdir. Həmçinin, cavan olduğuna görə Təqsirləndirilən şəxslə barışdığını, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını qeyd etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. O, ifadəsində göstərmişdir ki, Lənkəran rayon, Separadi kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Xətai rayonu, ünvan 5 ünvanında ailəsi ilə birgə yaşayır, subaydır və Azərbaycan Dövlət İqtisad Üniversetinin, Maliyyə-Mühasibat fakültəsinin İİİ kurs tələbəsidir. Boş vaxtlarında Bakı şəhərində yerləşən restoranlarda ofsiant kimi işləyir. Qazandığı məvaciblə şəxsi və təhsilə aid ehtiyaclarını ödəyir. Müxtəlif şadlıq evlərində o, cümlədən Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən “Bakı Plaza” şadlıq evində və “Şahzadə” şadlıq evində ofisiant işləmişdir. Ağır cərrahi əməliyyat keçirdiyi üçün yaddaşı zəifləmişdir. Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs, Şahid2, Şahid4, Şahid5, Şahid3, Şahid7 və Şahid1 tanıyır. Həmin şəxslərin hamısı ilə münasibətləri normal olmuş, heç bir düşmənçiliyi və ədavəti olmamışdır. xx.xx.2021 -ci il tarixdə Hani demişdir ki, “Ərhun mobil telefon vasitəsi ilə zəng edərək şadlıq evinin baş ofisiantı Təqsirləndirilən şəxs ilə mübahisə etdiyini Cəmilin onunla toydan sonra söhbət edəcəyini bildirmişdir”. Bundan sonra 27 noyabr 2021-ci i! tarixdə saat 01 radələrində iş yoldaşları Şahid3, Şahid7, Şahid1 ilə birlikdə taksi avtomobilə Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 32\1 ünvanda yerləşən “Şahzadə” şadlıq evinin qarşısına getmişlər. Şadlıq evinin qarşısında Ərhunu gördükdə sonuncu baş verənlər haqqında danışmışdır. Sonra o, Ərhun və Hani birlikdə “Şahzadə” şadlıq evinin foesinə daxil olmuşlar. X21 bayıra çağırmış, lakin sonuncu gəlməmişdir. Elşad isə Ərhunla Cəmilin mübahisə etmələrini görərək onlara yaxınlaşıb iradlarını bildirmişdir. Şadlıq evinin birinci mərtəbəsində Ərhun Cəmilə etdiyi hərəkətlərin səhv olmasını bildirmişdir. Onlar şadlıq evindən küçəyə çıxmışlar. Bu vaxtı Cəmil də çıxmış və Ərhunu nalayiq ifadələrlə təhqir etməyə başlamışdır. Ərhun da onun bu sözlərinə görə söyüb təhqir edərək yumruqla Cəmilin sifət nahiyəsində bir dəfə vurmuşdur. Cəmil isə heç bir söz demədən şadlıq evinə getmişdir. 3-4 dəqiqə sonra Cəmil təkrar küçəyə çıxaraq uca səslə Ərhunu təhqir edərək üzərinə gəldikdə onun sağ əlində dəqiq əlamətlərini xatırlamadığı bıçağı görmüşdür. Cəmilin onu tanıdığını bilərəkdən özü onu sakitləşdirmək məqsədi ilə Cəmilin qarşısını kəsərək bıçağı əlindən almaq istədikdə sonuncu onların ətrafından fırlanaraq Ərhunun üzərinə qaçmışdır. Bu zaman Cəmili sakitləşdirmək və onun bu hərəkətlərinin qarşısını almaq məqsədi ilə yumruqla Cəmilin sifət nahiyəsindən bir dəfə vurmuşdur. Cəmil isə əlindəki bıçaqla sinə nahiyəsindən qəsdən bir dəfə vurmuşdur. Bundan sonra 2-3 addım hərəkət etdikdən sonra huşunu itirərək yerə yıxılmış və sonradan baş verənləri xatırlamamışdır. Sonradan ona məlum olmuşdur ki, tanışları onu taksi avtomaşını ilə “X22” klinikasına aparmış klinikada ilkin yardım göstərildikdən sonra təcili tibbi yardım avtomobili ilə X15 aparıb cərrahi əməliyyat etmişlər. Hadisə xx.xx.2021-ci il tarixdə saat 01 radələrində Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 32\1 ünvanında yerləşən “Şahzadə” şadlıq evinin qarşısında baş vermişdir. Hadisəyə səbəb Təqsirləndirilən şəxs dəfələrlə Ərhun ilə şit zarafatlar etməsi olmuşdur. Bildirir ki.Zərərçəkmiş şəxs2 Haniyə həmin vaxt mobil telefonla zəng edərək baş xidmətçi Cəmil ilə mübahisə etdiyini və Cəmildən qorxduğu üçün toydan sonra “Şahzadə” şadlıq evinə gəlməyini xahiş etmişdir.O, da uşaqlarla qoşulub şadlıq evinə getmişdir. O, Cəmili sakitləşdirmək və onun hərəkətlərinin qarşısını almaq məqsədi ilə yumruqla Cəmilin sifət nahiyəsindən vurmasını bildirmişdir. Hadisədən əvvəl Cəmil Ərhunun üzərinə hücum çəkmişdir.Cəmil onların ətrafından fırlanaraq Ərhunun üzərinə qaçdıqda o, Cəmili sakitləşdirmək və onun bu hərəkətlərinin qarşısını almaq məqsədi ilə yumruqla Cəmilin sifət nahiyəsindən bir dəfə vurmuşdur.Cəmil isə əlindəki bıçaqla onun sinə nahiyəsindən qəsdən vurmuşdur.Bundan sonra o, 2-3 addım hərəkət etdikdən sonra huşunu itirərək yerə yıxılmış və sonra baş verənləri xatırlamır. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs2 ibtidai istintaqda verdiyi verdiyi ifadəsini təstiq etdiyini bildirmişdir. Həmçinin o, Təqsirləndirilən şəxslə barışdığını, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını qeyd etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. O, ifadəsində göstərmişdir ki, Biləsuvar rayonu, Zəhmədabad kəndində qeydiyyatda olmaqla Sabunçu rayonu, Ramana qəsəbəsi nömrəsiz evdə kirayə yaşayır və subaydır. Maddi durumu yaxşı olmadığı üçün Bakı şəhərində yerləşən restoranlarda ofisiant işləyir. Gündəlik qazandığı məvaciblə həm kirayə pulu vermiş, eyni zamanda rayonda yaşayan ailəsinə maddi köməklik etmişdir. Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 32\1 ünvanında yerləşən “Şahzadə” şadlıq evində ofisiant işləyir. Şahid1 dostudur. Zərərçəkmiş şəxs1 isə Haninin tanışıdır. İbrahim ilə tanışlığı Haniyə görə yaranmışdır. Təqsirləndirilən şəxs isə “Şahzadə” şadlıq evinin baş ofsiantı işləyir. Cəmil daima xoşagəlməz zarafatlar etmiş, sonuncunun zarafat etməsini qəbul etməmişdir. Bir neçə dəfə də Cəmilə iradlarını bildirmişdir. Lakin Cəmil hərəkətlərini davam etdirmişdir. Bu barədə şadlıq evinin inzibatçısı Elşada da məlumat vermişdir. Elşad isə Cəmilə onunla zarafat etməməsini demiş, lakin Cəmil Elşadın sözlərinə məhəl qoymayaraq hərəkətlərinə davam edirmişdir. 26 noyabr 2021 -ci il tarixdə “Şahzadə” şadlıq evində toy mərasimi keçirilmişdir. Həmin vaxtı foedə olan barda çay və kofe hazırlayıb toy iştirakçılarına təqdim etmişdir. Toy başlamazdan əvvəl Elşad ofisiantların heç birinə toy zamanı çay və kofe verməməyi tapşırmışdır. Elşadın sözünə əsasən heç bir ofisianta çay və kofe verməmişdir. Lakin toyun gedişatında Cəmil yaxınlaşaraq bir fincan kofe istəmişdir. Cəmilə Elşadın tapşırığını çatdırdıqda Cəmil nalayiq ifadələrlə təhqir edərək bildirmişdir ki, “Elşad müəllim heç kimdi mənə kofe süz". Cəmilə Elşad sonra irad tutacağında ehtiyyat edərək kofe verməmişdir. Cəmil bundan sonra “toy bitsin sən görəcəksən” demiş və getmişdir. Cəmilin dediklərini Elşada bildirmişdir. Elşad bundan sonra Cəmil gələcəyi halda sonuncuya kofe verə biləcəyini demişdir. Yenidən foedə olan bara qayıtmış və toyun qurtarmasını gözləmişdir. Toy qurtardıqdan sonra inzibaçı pulları vermişdir. Həmin vaxtı Cəmilin adlarını bilmədiyi dostları yaxınlaşaraq sonuncu ilə nə probleminin olduğunu soruşmuşlar. Həmin şəxslərə demişdir ki, şadlıq sarayı söhbət yeri deyil. Həmin vaxtı adını bilmədiyi bir nəfər ofisiant yumruğu zalda masanın üzərinə vuraraq çıxıb getmişdir. Cəmil yenə də söhbət edərik demişdir. Onların çox olmasından ehtiyat edərək dostu Şahid1 zəng edərək təklədiklərini bildirmiş və gəlməsini xahiş etmişdir. Hani isə “Bakı" restoranında toyda olduğunu və toy qurtardıqdan sonra gələcəyini bildirmişdir. 27 noyabr 2021-ci il tarixdə saat 01 radələrində şadlıq sarayının qarşısında Haninin gəlməsini gözləmişdir. Həmin vaxt Hani taksi avtomaşını ilə gəlmişdir. Həmin vaxtı Haninin yanında dostu Zərərçəkmiş şəxs1, Şahid5, Şahid3, İspər Bayramov və Şahid7 da olmuşdur. Haniyə baş verənlər haqqında danışmışdır. Bundan sonra Cəmili bayıra çağırmış, lakin Cəmil gəlməmişdir. Elşad isə onları mübahisə etmələrini görərək yaxınlaşıb mübahisə etmələrinə imkan verməmişdir. Bundan sonra şadlıq sarayının birinci mərtəbəsində Cəmilə etdiyi hərəkətlərin səhv olmasını bildirirərək onu təhqir etmiş və restorandan çıxıb getmişdir. Həmin vaxtı orada olan şəxslərə “söhbət bitib gedəyin” dedikdə, Cəmil təkrar küçəyə çıxaraq nalayiq ifadələrlə təhqir etməyə başlamışdır. Cəmilin bu sözlərinə görə söyüb təhqir edərək yumruqla sifət nahiyəsində bir dəfə vurmuşdur. Cəmil İsə heç bir söz demədən şadlıq sarayının içərisinə getmişdir. Təxminən 3-4 dəqiqə sonra Cəmil təkrar restorandan küçəyə çıxmış və uca səslə təhqir edərək bıçaqla üzərinə gəlmişdir. Hani Cəmilin əlində bıçaqla üzərinə gəldiyini görüb onun qarşısını kəsməyə çalışaraq təpiklə vurmaq İstəmişdir. Lakin təpik Cəmilə dəyməmişdir. Cəmil orada olan şəxslərin ətrafından fırlanaraq üzərinə qaçdıqda İbrahim Cəmili sakitləşdirmək və onun bu hərəkətlərinin qarşısını almaq məqsədi ilə yumruqla Cəmili vurmuşdur. Cəmil isə əlindəki bıçaqla İbrahimin sinə nahiyəsindən qəsdən vurararq ona bədən xəsarəti yetirmişdir. Bu vaxtı İbrahim 2-3 addım hərəkət etdikdən sonra yerə yıxılmışdır. Tez İbrahimə yaxınlaşdıqda sonuncunun burnundan, dodağından və sinə nahiyəsindən qan axmasını görmüşdür. Cəmil dərhal şadlıq sarayına daxil olmuş və qapıları arxadan bağlamışdır. Mirağa onlara bildirmişdir ki, heç kim heçnə etməsin. İmkan verin Cəmil sərbəst çıxıb getsin. Cəmil şadlıq sarayının qapısından çıxıb getmişdir. Onlar isə yoldan keçən taksi avtomaşınını saxladıb bıçaq xəsarəti alan İbrahimi avtomobilə əyləşdirib “X22" klinikasına aparmışlar. Klinikada İbrahimə ilkin yardım göstərildikdən sonra təcili tibbi yardım maşını ilə X13 Mərkəzə aparıb cərrahi əməliyyat etmişlər.Hadisə 27 noyabr 2021-ci il tarixdə saat 01 radələrində Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 32\1 ünvanında yerləşən “Şahzadə” şadlıq evinin qarşısında baş vermişdir. Hadisəyə səbəb Təqsirləndirilən şəxs dəfələrlə onunla xoşagəlməz zarafatlar etməsi ilə başlamış və həmin günü toyda ona bir fincan kofe verməməyi olmuşdur. Cəmil toydan sonra “sənə göstərərəm” dedikdən sonra Cəmildən ehtiyat etdiyi üçün dostu Şahid1 toydan sonra şadlıq sarayına gəlməsini xahiş etmişdir. Çünki şadlıq sarayında işləyən digər ofsiantlar Cəmilin tərəfini tutmuşlar. Şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, o, Masallı rayonu, Xarmandalı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Xətai rayonu, Kənd Əhmədli qəsəbəsi, nömrəsiz evdə kirayə yaşayır. Subaydır. Valideynlərinin hər ikisi Masallı rayonunda yaşayır.Maddi durumları yaxşı olmadığı üçün Bakı şəhərində yerləşən restoranlarda ofsiant işləyir.Gündəlik qazandığı məvaciblə həm kirayə pulu verir eyni zamanda rayonda yaşayan ailəsinidə maddi köməklik edir.Hazırda isə Bakı şəhəri, Xətai rayonu, “Bakı Plaza” şadlıq evində ofisiant işləyir. Zərərçəkmiş şəxs2 dostudur. Təqsirləndirilən şəxs isə “Şahzadə” şadlıq evində baş ofsiant işləməsini bilirmiş. Cəmil ilə şəxsi tanışlığı olmamışdır.Zərərçəkmiş şəxs1 onunla birlikdə “Bakı Plaza” şadlıq evində ofisiantı işləyir. xx.xx.2021-ci il tarixdə dostum Ərhun ona zəng edərək şadlıq evinin baş ofisiantı Təqsirləndirilən şəxs ilə mübahisə etdiyini Cəmilin onunla toydan sonra söhbət edəcəyini bildirmişdir.Ərhun ona şadlıq evində işləyən digər ofisiantlarından Cəmilin sözünü dediyi üçün onlardan ehtiyat etdiyini bildirmiş və onu toydan sonra şadlıq evinə dəvət etmişdir.O, isə “Bakı Plaza” restoranında toy bitdikdən sonra oraya gələcəyini demiş və sağollaşmışdır.O, bu barədə iş yoldaşlarına demişdir. Beləliklə xx.xx.2021-ci il tarixdə saat 01 radələrində iş yoldaşlarım Zərərçəkmiş şəxs1, Şahid5, Şahid3, İspər Bayramov və Şahid7 birlikdə taksi avtomaşını ilə Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 32\1 ünvanında yerləşən “Şahzadə” şadlıq evinin qarşısına getmişlər.Şadlıq evinin qarşısında Ərhunu görmüşdür. Ərhun baş verənlər haqqında ona damşmışdır.Bundan sonra Ərhun Cəmili bayıra çağırmış lakin Cəmil gəlməmişdir.Elşad isə Ərhunla Cəmilin mübahisə etmələrini görərək onlara yaxınlaşıb iradlarını bildirmişdir.Şadlıq evinin birinci mərtəbəsində Ərhun Cəmilə etdiyi hərəkətlərin səhv olmasını dedikdə Elşad onlara bayırda gözləməyini onların hər ikisi söhbət edib indi çıxacağını söyləmişdir.Bundan sonra Ərhun çölə çıxararq söhbətin qurtardığını bildirmişdir.Lakin Cəmil təkrar bayıra çıxdıqda Ərhunu nalayiq ifadələrlə təhqir etməyə başlamışdır.Ərhun da onun bu sözlərinə görə söyüb təhqir edərək yumruqla Cəmilin sifət nahiyəsində bir dəfə vurmuşdur.Cəmil isə heç bir söz demədən şadlıq evinə getmişdir. Təxminən 3-4 dəqiqə sonra Cəmil təkrar restorandan bayıra çıxmış və uca səslə Ərhunu təhqir edərək üzərinə gəlmişdir.O, Cəmilin Ərhunun üzərinə gəldiyini görüb onun qarşısını kəsməyə çalışaraq təpiklə onu vurmaq istədikdə təpik dəyməmişdir.Cəmil uşaqların ətrafından fırlanaraq Ərhunun üzərinə qaçmış bu vaxtı İbrahim onun qarşısını kəsmişdir.O, Cəmilin əlində bıçaq 'görməmişdir.Cəmil yerdən qalxıb geri çəkiləndə yanımızda olan uşaqlar Cəmilin qolundan tutdular.Həmin vaxtı İbrahimdə 2-3 addım hərəkət etdikdən sonra yıxılmışdır.O, tez İbrahimə yaxınlaşdıqda onun burnundan, dodağından və sinə nahiyəsindən qan axmasını görmüşdür. Cəmil dərhal şadlıq evinə daxil olmuş və qapıları arxadan bağlamışdır. Lakin Mirağa bildirmişdir ki, heç kim heçnə etməsin.İmkan verin Cəmil sərbəst çıxıb getsin. Beləliklə Cəmil şadlıq evinin hansı qapısından çıxıb getməsini bilməmişdir.Onlar isə yoldan keçən taksi avtomaşınını saxlatdıraraq bıçaq xəsarəti alan İbrahimi maşına əyləşdirib “X22” klinikasına aparmışlar. Klinikada İbrahimə ilkin yardım göstərildikdən sonra təcili tibbi yardım maşını ilə onu X15 aparıb cərrahi əməliyyat etmişlər. Hadisə xx.xx.2021-ci il tarixdə saat 01 radələrində Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 32\1 ünvanında yerləşən “Şahzadə” şadlıq evinin qarşısında baş vermişdir.Hadisəyə səbəb Təqsirləndirilən şəxs dəfələrlə Ərhun ilə şit zarafatlar etməsi olmuş və həmin günü toyda ona bir fincan kofe süzüb verməməyi olmuşdur. Ona Zərərçəkmiş şəxs2 həmin vaxt zəng edərək baş ofisiant Cəmil ilə mübahisə etdiyini və Cəmildən qorxduğu üçün toydan sonra “Şahzadə” şadlıq evinə gəlməyimi xahiş etmişdir. Mübahisə zamanı Cəmilə təpiklə vurmaq istəmişəm lakin təpik ona dəyməmişdir.Hadisə zamanı heç bir xəsarət almamışdır.O, Cəmilin əlində bıçaq görməmiş və İbrahimi bıçaqla vurmasını da görməmişdir. Hadisədən əvvəl Cəmil Ərhunun üzərinə hücum çəkən zaman mən onu təpiklə vurmaq istəmiş lakin təpik Cəmilə dəyməmişdir.Cəmil isə uşaqların ətrafından fırlanaraq Ərhunun üzərinə qaçdıqda İbrahim onun qarşısını kəsmişdir.Cəmili yerə yıxdı.Hadisə də həmin vaxtı baş verdi.Lakin mən Cəmilin bıçaqla İbrahimi vurmasını görmədim.İbrahim yerdən qalxıb 2-3 addım hərəkət edib yerə yıxıldıqda onun ağzından, burnunda və sinə nahiyəsindən qan axmasını görmüşdür. Şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, o, Gədəbəy rayonu, Düzrəsullu kəndi qeydiyyatda olmaqla, Bakı şəhəri, Yeni Ramana, Şuşa qəsəbəsi, nömrəsiz evdə kirayə yaşayır. Subaydır.Ata və anası vəfat etmişlər. Xalası onu və bacısını qəyyumluğa götürüb saxlayır. Hazırda Bakı şəhəri, Xətai rayonu, “Bakı Plaza” şadlıq evində xidmətçi işləyir.Zərərçəkmiş şəxs2, Şahid1 onun tanışlarıdır. Təqsirləndirilən şəxs isə “Şahzadə” şadlıq evində baş ofsiant işləməsini bilirmiş. Zərərçəkmiş şəxs1 da onunla birlikdə “Bakı Plaza” şadlıq evində xidmətçi işləyir eyni zamanda tələbə yoldaşıdır. xx.xx.2021-ci il tarixdə Hani ona bildirmişdir ki, “Ərhun zəng edərək şadlıq evinin baş xidmətçisi Təqsirləndirilən şəxs ilə mübahisə etdiyini Cəmilin onunla toydan sonra söhbət edəcəyini” demişdir. Beləliklə xx.xx.2021-ci il tarixdə saat 01 radələrində o, iş yoldaşları Zərərçəkmiş şəxs1, Şahid1, X2 və Şahid7 ilə birlikdə taksi avtomaşını ilə Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 32\1 ünvanında yerləşən “Şahzadə” şadlıq evinin qarşısına getmişlər.Şadlıq evinin qarşısında Ərhunu görmüşlər.Ərhun baş verənlər haqqında onlara danışmışdır.Bundan sonra Ərhun Cəmili bayıra çağırmışdır.Lakin Cəmil gəlməmişdir.X14 mübahisə etmələrini görərək onlara yaxınlaşıb iradlarını bildirmişdir.Şadlıq evinin birinci mərtəbəsində Ərhun Cəmilə etdiyi hərəkətlərin səhv olmasını dedikdə Elşad onlara bayırda gözləmələrini onların hər ikisi söhbət edib indi çıxacağını demişdir.Onlar isə şadlıq evindən bayıra çıxmışlar.Bir az keçmiş Ərhun çölə çıxmış və söhbətin qurtardığını demişdir.Lakin Cəmil təkrar bayıra çıxdıqda Ərhunu nalayiq ifadələrlə təhqir etməyə başlamışdır.Ərhun da onun bu sözlərinə görə söyüb təhqir edərək yumruqla Cəmilin sifət nahiyəsində bir dəfə vurmuşdur.Cəmil isə heç bir söz demədən şadlıq evinə getmişdir.Təxminən 3-4 dəqiqə sonra Cəmil təkrar restorandan bayıra çıxmış və uca səslə Ərhunu təhqir edərək “siz məni təkləmisiz, indi sizə göstərərəm” demişdir.Onu da qeyd edir ki,o, Cəmilin əlində bıçağı görmüşdür.X16 üzərinə gəldiyini görüb onun qarşısını kəsməyə çalışaraq təpiklə onu vurmaq istədi lakin təpik dəyməmişdir.Cəmil onların ətrafından fırlanaraq Ərhunun üzərinə qaçdıqda İbrahim Cəmili sakitləşdirmək və onun bu hərəkətlərinin qarşısını almaq məqsədi ilə yumruqla Cəmili vurmuşdur.Cəmil isə əlindəki bıçaqla İbrahimin sinə nahiyəsindən qəsdən vurmuşdur.Bundan sonra onları aralaşdırmışlar.Bu vaxtı İbrahim 2-3 addım hərəkət etdikdən sonra yerə yıxılmış və o, tez İbrahimə yaxınlaşdıqda onun burnundan, dodağından və sinə nahiyəsindən qan axmasını görmüşdür.Cəmil isə dərhal şadlıq evinə daxil olaraq qapıları arxadan bağlamışdır.Onlar isə yoldan keçən taksi avtomaşınını saxlatdıraraq bıçaq xəsarəti alan İbrahimi maşına əyləşdirib “X22” klinikasına aparmışlar.Klinikada İbrahimə ilkin yardım göstərildikdən sonra təcili tibbi yardım maşını ilə onu X15 aparıb cərrahi əməliyyat etmişlər. Hadisə xx.xx.2021-ci il tarixdə saat 01 radələrində Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 32\1 ünvanında yerləşən “Şahzadə” şadlıq evinin qarşısında baş vermişdir.Hadisəyə səbəb Təqsirləndirilən şəxs dəfələrlə Ərhun ilə şit zarafatlar etməsi olmuş və həmin günü toyda ona bir fincan kofe süzüb verməməyi olmuşdur. Zərərçəkmiş şəxs2 Haniyə həmin vaxt zəng edərək baş xidmətçi Cəmil ilə mübahisə etdiyini və Cəmildən qorxduğu üçün toydan sonra “Şahzadə” şadlıq evinə gəlməyini xahiş etmişdir.O, isə uşaqlarla qoşulub şadlıq evinə getmişdir.Hadisə zamanı o, Cəmili vurmamış və heç bir xəsarət almamışdır.Hadisədən əvvəl Cəmilin onların ətrafından fırlanaraq Ərhunun üzərinə qaçdıqda İbrahim Cəmili sakitləşdirmək və onun bu hərəkətlərinin qarşısım almaq məqsədi ilə yumruqla Cəmili vurmuşdur.Bu vaxt Cəmil isə əlindəki bıçaqla İbrahimin sinə nahiyəsindən qəsdən vurmuşdur. Bundan sonra onları aralaşdırmışlar.Bu vaxtı İbrahim 2-3 addım hərəkət etdikdən sonra yerə yıxılmışdır.O, tez İbrahimə yaxınlaşdıqda onun burnundan, dodağından və sinə nahiyəsindən qan axmasını görmüşdür.Cəmil isə dərhal şadlıq evinə daxil olmuş və qapıları arxadan bağlamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Ağdam rayonu, Mərzili kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi göz xəstəxanası yataqxanasında yaşayır. Subaydır. Ailədə 5 nəfərdilər.Hazırda Bakı şəhəri, Xətai rayonu, “Bakı Plaza” şadlıq evində ofisiant işləyir.Zərərçəkmiş şəxs2, Şahid1 mənim tanışlarımdır. Təqsirləndirilən şəxs isə “Şahzadə” şadlıq evində baş ofsiant işləməsini bilirmiş.Zərərçəkmiş şəxs1 da onunla birlikdə “Bakı Plaza” şadlıq evində ofisiant işləyir eyni zamanda tələbə yoldaşıdır.xx.xx.2021-ci il tarixdə İbrahim ona bildirmişdir ki, Ərhun Haniyə zəng edərək şadlıq evinin baş ofisiantı Təqsirləndirilən şəxs ilə mübahisə etdiyini Cəmilin onunla toydan sonra söhbət edəcəyini bildirmişdir. Beləliklə xx.xx.2021 -ci il tarixdə saat 01 radələrində o, iş yoldaşları Zərərçəkmiş şəxs1, Şahid1, X2 və Şahid7 birlikdə taksi avtomaşını ilə Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 32\1 ünvanında yerləşən “Şahzadə” şadlıq evinin qarşısına getmişlər.Şadlıq evinin qarşısında Ərhunu görmüşlər. Ərhun baş verənlər haqqında onlara danışmışdır.Bundan sonra Ərhun Cəmili bayıra çağırmışdır. Lakin Cəmil gəlməmişdir. X14 mübahisə etmələrini görərək onlara yaxınlaşıb iradlarını bildirmişdir.Şadlıq evinin birinci mərtəbəsində Ərhun Cəmilə etdiyi hərəkətlərin səhv olmasını dedikdə Elşad onlara bayırda gözləmələrini onların hər ikisi söhbət edib indi çıxacağını söyləmişdir.Onlar isə şadlıq evindən bayıra çtxmışlar.Bir az keçmiş Ərhun çölə çıxaraq söhbətin qurtardığını demişdir. Lakin Cəmil təkrar bayıra çıxaraq Ərhunu nalayiq ifadələrlə təhqir etməyə başlamışdır.Ərhun da onun bu sözlərinə görə söyüb təhqir edərək yumruqla Cəmilin sifət nahiyəsində bir dəfə vurmuşdur.Cəmi! isə heç bir söz demədən şadlıq evinə getmişdir.Təxminən 3-4 dəqiqə sonra Cəmil təkrar restorandan bayıra çıxaraq uca səslə Ərhunu təhqir etmiş və “siz məni təkləmisiz, indi sizə göstərərəm” demişdir.Cəmil onların ətrafından fırlanaraq Ərhunun üzərinə qaçdıqda İbrahim Cəmili sakitləşdirmək və onun bu hərəkətlərinin qarşısını almaq məqsədi ilə yumruqla Cəmili vurmuşdur. Cəmil isə əlindəki bıçaqla İbrahimin sinə nahiyəsindən qəsdən vurmuşdur. Bundan sonra onları aralaşdırmışlar.Bu vaxtı İbrahim 2-3 addım hərəkət etdikdən sonra yerə yıxılmışdır.O, tez İbrahimə yaxınlaşdıqda onun burnnundan, dodağından və sinə nahiyəsindən qan axmasını görmüşdür.Cəmil dərhal şadlıq evinə daxil olaraq qapıları arxadan bağlamışdır.O, da uşaqlara Cəmili axtarmamalarmı İbrahimə köməklik göstərmələrini bildirmişdir. Onlar yoldan keçən taksi avtomaşınını saxlatdıraraq bıçaq xəsarəti alan İbrahimi maşına əyləşdirib “X22” klinikasına aparmışlar. Klinikada İbrahimə ilkin yardım göstərildikdən sonra təcili tibbi yardım maşını ilə onu X15 aparıb cərrahi əməliyyat etmişlər. Hadisə xx.xx.2021-ci il tarixdə saat 01 radələrində Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 32\1 ünvanında yerləşən "Şahzadə” şadlıq evinin qarşısında baş vermişdir.Hadisəyə səbəb Təqsirləndirilən şəxs dəfələrlə Ərhun ilə şit zarafatlar etməsi olmuş və həmin günü toyda ona bir fincan kofe süzüb verməməyi olmuşdur. X1 həmin vaxt zəng edərək baş ofisiant Cəmil ilə mübahisə etdiyini və Cəmildən qorxduğu üçün toydan sonra “Şahzadə” şadlıq evinə gəlməsini xahiş etmişdir.O, da İbrahim həmin şadlıq evinə getdiyi üçün onlara qoşulub getmişdir. Hadisə vaxtı o, Cəmili vurmamış eyni zamanda heç bir xəsarət almamışdır.O, Cəmilin əlində bıçaq görmüşdür. Həmçinin hadisə vaxtı Cəmilin İbrahimi bıçaqla vurmasını da görmüşdür.Hadisədən əvvəl Cəmil onların ətrafından fırlanaraq Ərhunun üzərinə qaçdıqda İbrahim Cəmili sakitləşdirmək və onun bu hərəkətlərinin qarşısını almaq məqsədi ilə yumruqla Cəmilin vurmağa başlamışdır.Cəmil isə əlindəki bıçaqla İbrahimin sinə nahiyəsindən qəsdən vurmuşdur. Bundan sonra onları aralaşdırmışlar. Bu vaxtı İbrahim 2-3 addım hərəkət etdikdən sonra yıxılmışdır. Şahid qismində dindirilmiş Şahid4 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi, 264 saylı evdə qeydiyyatda olmaqla ailəsi ilə yaşayır. Ailəlidir. 3 övladı var.Hazırda Bakı şəhəri, Xətai rayonu, “Şahzadə” şadlıq evində inzibatçı işləyir.Təxminən 2-3 ay olar ki, o, həmin şadlıq evində işləyir.Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs, Şahid1, Zərərçəkmiş şəxs1, X3 və Şahid7 tanıyır.Onların heç biri ilə düşmənçiliyi və ədavəti olmamışdır. Qeyd edir ki, X7 və Təqsirləndirilən şəxs mənimlə birgə “Şahzadə” şadlıq evində xidmətçi işləyirmişlər.Digər adları qeyd olunan şəxslər isə “Bakı Plaza” şadlıq evində xidmətçi işləyir.O, Ərhun və Cəmilin bir-biri ilə şit zarafat etməsini bilirmiş.Hər dəfə Ərhun ona Cəmilin onunla zarafat etməməsi barədə bildirdiyi üçün o, da Cəmilə belə hərəkətlərinə son qoymasını xahiş etmişdir.Bir müddət sakitlik olsada lakin sonradan onlar arasında yenə mübahisələr yaranırdı.O, şadlıq evində toy mərasimi keçirilən zaman barda fəaliyyət göstərənlərə toyun geduiaştı zamanı xidmətçilərə çay və kofe verməməsini tapşırdığını qeyd etmişdir.Ona görə ki, toy zamanı bütün xidmətçilər bara yığışıb çay və kofe içdiklərindən toya gələnlər narahat olurmuşlar. xx.xx.2021 -ci il tarixdə şadlıq evində toy mərasimi keçirilirdi. O, toydan öncə Ərhunu yanına çağırıb bildirmişdir ki, barda “xidmət edərsən”. Eyni zamanda xidmətçilərin heç birinə çay və kofe verməməsini tapşırmışdır. Bundan sonra o,toyun keçirilməsinə nəzarət etmişdir. Toyun gedişatı zamanı Ərhun ona yaxınlaşaraq “Cəmilin ondan kofe istəməsini lakin o, Cəmilə kofe süzüb vermədiyini” bildirmişdir. O, da Ərhuna yaxşı etməsini demiş və bundan sonra Ərhun çıxıb getmişdir. Təxminən saat 23 radələrində toy bitmişdir.Onlar şadlıq evində təmizlik işləri gördükdən sonra işçilərin maaşlarını vermək üçün şadlıq evinin İ mərtəbəsinə düşmüşdür.Bu vaxtı həmin mərtəbədə Ərhun və Cəmilin bir biri ilə mübahisə etmələrini görmüşdür.O, tez onlara yaxınlaşaraq burada nə baş verməsini dedikdə Ərhun isə ona Cəmilə bir kəlmə söz deyib gedirəm demişdir.O, da onların hər ikisinə sakitcə söhbət etmələrini bildirmişdir.Lakin bir anda şadlıq evinin pəncərəsinə baxdıqda bayırda onun işlədiyi şadlıq evinin xidmətçiləri ilə yanaşı “Bakı Plaza” şadlıq evinin xidmətçilərinidə görmüşdür. Söhbət zamanı Ərhun Cəmili nalayiq ifadələrlə təhqir etmişdir. Cəmil də Ərhuna heç bir söz demədən söhbətin bitdiyini deyib foedə oturacaqda əyləşmişdir.O, isə bundan sonra paltarını dəyişib taksi sifariş edən zaman kiminsə “vurdu” deməsini eşitmişdir. Bundan sonra o,tez bayıra qaçmış və yerdə Zərərçəkmiş şəxs1 uzanıqlı vəziyyətdə görmüşdür.Bu vaxtı bilmişdir ki, Cəmil bıçaqla İbrahimi vurdu.Cəmil şadlıq evinə qaçıb girdikdə mən onun arxasınca gedib ona bildirdim ki, “çıx cəhənnəm ol çölə, bizi zibilə salma”.Bundan sonra İbrahimi orada olan uşaqlar taksiyə qoyub xəstəxanaya apardılar.Mən isə taksiyə minib evə getdim.Növbəti günü mən İbrahimin klinik tibbi xəstəxanada ürəyindən cərrahi əməliyyat olmasını bildim. Hadisə xx.xx.2021-ci il tarixdə saat 01 radələrində Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 32\1 ünvanında yerləşən “Şahzadə” şadlıq evinin qarşısında baş vermişdir.Hadisəyə səbəb Təqsirləndirilən şəxs dəfələrlə Ərhun ilə şit zarafatlar etməsi olmuş və həmin günü toyda ona bir fincan kofe süzüb verməməsi olmuşdur. Hadisədən sonra o, Cəmilin əlindən bıçaq almamışdır.Ümumiyyətlə Cəmilin əlində bıçaq görməmişdir.Onu da bildirir ki, o, Cəmilə “indi polislər gələcək qaç get burdan” deməmişdir.Bunu Cəmilin üzünədə deyə biləcəyini qeyd etmişdir. Şahid qismində dindirilmiş Şahid5 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, o, Saatlı rayonu, Axundov Fətəli kənd kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Xətai rayonu, Kənd Əhmədli qəsəbəsi, nömrəsiz evdə kirayə yaşayır.Subaydır. Valideyini Saatlı rayonu, Axundov Fətəli kənd kəndində yaşayır. Maddi durumları yaxşı olmadığı üçün Bakı şəhərində yerləşən restoranlarda ofsiant işləyir.Gündəlİk qazandığı məvaciblə həm kirayə pulu verir eyni zamanda rayonda yaşayan ailəsinədə maddi köməklik edir.Hazırda isə Bakı şəhəri, Xətai rayonu, “Bakı Plaza” şadlıq evində xidmətçi işləyir. Zərərçəkmiş şəxs2, Şahid1 onun dostudur. Təqsirləndirilən şəxs isə “Şahzadə” şadlıq evində baş ofsiant işləməsini bilirmiş.Cəmil ilə şəxsi tanışlığı olmamışdır.Zərərçəkmiş şəxs1 da onunla birlikdə “Bakı Plaza” şadlıq evində xidmətçi işləyir. xx.xx.2021-ci il tarixdə Ərhun Şahid1 zəng edərək şadlıq evinin baş xidmətçisi Təqsirləndirilən şəxs ilə mübahisə etdiyini Cəmilin onunla toydan sonra söhbət edəcəyini bildirmişdir.O, şadlıq evində işləyən digər xidmətçilərində Cəmilin sözünü dediyi üçün onlardan ehtiyat etdiyini bildirmiş və Hanini toydan sonra şadlıq evinə dəvət etmişlər.Hani isə “Bakı Plaza” restoranında toyda olduğunu toy qurtarsın oraya gələcəyini deyərək sağollaşmışdır.Ona Hani bu barədə dedikdə bilmişdir.xx.xx.2021-ci il tarixdə saat 01 radələrində iş yoldaşları Zərərçəkmiş şəxs1, Şahid1, Şahid3, İspər Bayramov və Şahid7 birlikdə taksi avtomaşını ilə Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 32\1 ünvanında yerləşən “Şahzadə” şadlıq evinin qarşısına getmişlər.Şadlıq evinin qarşısında Ərhunu görmüşdür.Ərhun baş verənlər haqqında onlara danışmışdır. Bundan sonra Ərhun Cəmili bayıra çağırmışdır.Lakin Cəmil gəlmədikdə X14 mübahisə etmələrini görərək onlara yaxınlaşıb iradlarını bildirmişdir.Şadlıq evinin birinci mərtəbəsində Ərhun Cəmilə etdiyi hərəkətlərin səhv olmasını demişdir. Elşad isə onları bayırda gözləmələrini onların hər ikisinin söhbət edib indi çıxacağını bildirmişdir.Onlar isə şadlıq evindən bayıra çıxmışlar. Bir az keçmiş Ərhun çölə çıxmış və söhbətin qurtardığını demişdir. Lakin Cəmil təkrar bayıra çıxdıqda və Ərhunu nalayiq ifadələrlə təhqir etməyə başlamışdır. Ərhun da onun bu sözlərinə görə söyüb təhqir edərək yumruqla Cəmilin sifət nahiyəsində bir dəfə vurmuşdur.Cəmil isə heç bir söz demədən şadlıq evinə getmişdir.Təxminən 3-4 dəqiqə sonra Cəmil təkrar restorandan bayıra çıxaraq uca səslə Ərhunu təhqir edərək “siz məni təkləmisiz, indi sizə göstərərəm" demişdir. Cəmil onların ətrafından fırlanaraq Ərhunun üzərinə qaçdıqda İbrahim Cəmili sakitləşdirmək və onun bu hərəkətlərinin qarşısını almaq məqsədi ilə yumruqla Cəmili vurmağa başlamışdır.Cəmil isə əlindəki bıçaqla İbrahimin sinə nahiyəsindən qəsdən vurmuşdur.Bundan sonra onları aralaşdırmışlar. Bu vaxtı İbrahim 2-3 addım hərəkət etdikdən sonra yıxılmışdır. O, tez İbrahimə yaxınlaşdıqda onun burnundan, dodağından və sinə nahiyəsindən qan axmasım görmüşdür. Cəmil dərhal şadlıq evinə daxil olaraq qapıları arxadan bağlamışdır.Mirağa isə onlara bildirmişdir ki, heç kim heçnə etməsin.İmkan verin Cəmil sərbəst çıxıb getsin. Beləliklə Cəmil şadlıq evinin hansı qapısından çıxıb getməsini bilməmişdir. Onlar isə yoldan keçən taksi avtomaşınını saxlatdıraraq bıçaq xəsarəti alan İbrahimi maşına əyləşdirib “X22” klinikasına aparmışlar.Klinikada İbrahimə ilkin yardım göstərildikdən sonra təcili tibbi yardım maşını ilə onu “X15” aparıb cərrahi əməliyyat etmişlər. Hadisə xx.xx.2021-ci il tarixdə saat 01 radələrində Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 32\1 ünvanında yerləşən “Şahzadə” şadlıq evinin qarşısında baş vermişdir. Hadisəyə səbəb Təqsirləndirilən şəxs dəfələrlə Ərhun ilə şit zarafatlar etməsi olmuş və həmin günü toyda ona bir fincan kofe süzüb verməməyi olmuşdur. Zərərçəkmiş şəxs2 Haniyə həmin vaxt zəng edərək baş xidmətçi Cəmil ilə mübahisə etdiyini və Cəmildən qorxduğu üçün toydan sonra “Şahzadə” şadlıq evinə gəlməyini xahiş etmişdir. Hadisə vaxtı o, Cəmili vurmamış eyni zamanda heç bir xəsarət almamışdır.O, Cəmilin əlində bıçaq görmüşdür. Həmçinin hadisə vaxtı Cəmilin İbrahimi bıçaqla vurmasını da görmüşdür. Hadisədən əvvəl Cəmil onların ətrafından fırlanaraq Ərhunun üzərinə qaçdıqda İbrahim Cəmili sakitləşdirmək və onun bu hərəkətlərinin qarşısını almaq məqsədi ilə yumruqla Cəmilin vurmağa başlamışdır.Cəmil isə əlindəki bıçaqla İbrahimin sinə nahiyəsindən qəsdən vurmuşdur. Bundan sonra onları aralaşdırmışlar.Bu vaxtı İbrahim 2-3 addım hərəkət etdikdən sonra yıxılmışdır. Şahid qismində dindirilmiş Şahid6 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, o, Masallı rayonu, Kəlbihüseynli kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev 31, mənzil 59-da ailəm ilə birgə yaşayır. Atası 2012-ci il tarixdə vəfat etmişdir.Zərərçəkmiş şəxs2, Şahid1, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs1, X2,Şahid7 və digərlərini tanıyır. Onlarla münasibətləri normal olmuş heç bir düşmənçiliyi və ədavəti olmamışdır. O, Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 32\1 ünvanında yerləşən "Şahzadə" şadlıq evində toyda dizayner işləyir. xx.xx.2021-ci il tarixdə saat 01 radələrində “Şahzadə” şadlıq evində toyda olmuşdur.Toy bitdikdən sonra şadlıq evinin giriş hissəsində foedə olan zaman bayırda şadlıq evinin xidmətçilərinin biri biri ilə mübahisə etmələrini görmüşdür. Bu vaxtı Cəmil şadlıq evinə daxil olmuş və mətbəxə keçmişdir. Bir neçə dəqiqədən sonra Cəmil mətbəxdən bayıra çıxaraq kütlənin üzərinə getmişdİr. Həmin an o, da bayıra çıxmışdır. Cəmil uca səslə Ərhunu təhqir edərək “siz məni təkləmisiz, indi sizə göstərərəm” demişdir.X16 üzərinə gəldiyini görüb onun qarşısını kəsməyə çalışaraq təpiklə onu vurmaq istədikdə təpik Cəmilə dəyməmişdir. Cəmil onların ətrafından fırlanaraq Ərhunun üzərinə qaçdıqda İbrahim Cəmili sakitləşdirmək və onun bu hərəkətlərinin qarşısım almaq məqsədi ilə yumruqla Cəmili vurmuşdur. Cəmil isə əlindəki bıçaqla İbrahimin sinə nahiyəsindən qəsdən vurmuşdur. Bundan sonra onları aralaşdırmışlar. Bu vaxtı İbrahim 2-3 addım hərəkət etdikdən sonra yerə yıxılmışdır. O, tez İbrahimə yaxınlaşdıqda onun burnundan, dodağından və sinə nahiyəsindən qan axmasını görmüşdür. Cəmil isə dərhal şadlıq evinə daxil olaraq qapıları arxadan bağlamışdır. Onlar isə yoldan keçən taksi avtomaşınını saxlatdıraraq bıçaq xəsarəti alan İbrahimi maşına əyləşdirib “X22” klinikasına aparmışalr. Klinikada İbrahimə ilkin yardım göstərildikdən sonra təcili tibbi yardım maşını ilə onu X15 aparıb cərrahi əməliyyat etmişlər. xx.xx.2021-ci il tarixdə saat 01 radələrində Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 32\1 ünvanında yerləşən “Şahzadə” şadlıq evinin qarşısında baş vermişdir.Hadisəyə səbəb Təqsirləndirilən şəxs dəfələrlə Ərhun ilə şit zarafatlar etməsi olmuş və həmin günü toyda ona bir fincan kofe süzüb verməməyi olmuşdur. O, Cəmili vurmamışdır. Hadisə zamanı isə heç bir xəsarət almamışdır. O, Cəmilin əlində bıçaq görmüşdür.Hadisə zamanı onun İbrahimi bıçaqla vurmasını da görmüşdür.Lakin bıçağın əlamətlərini dəqiq xatırlamır. Cəmil onların ətrafından fırlanaraq Ərhunun üzərinə qaçdıqda İbrahim Cəmili sakitləşdirmək və onun bu hərəkətlərinin qarşısını almaq məqsədi ilə yumruqla Cəmili vurmuşdur.Cəmil isə əlindəki bıçaqla İbrahimin sinə nahiyəsindən qəsdən vurdu. Bundan sonra biz onları aralaşdırdıq.Bu vaxtı İbrahim 2-3 addım hərəkət etdikdən sonra yerə yıxıldı.Mən tez İbrahimə yaxınlaşdıqda onun burnundan, dodağından və sinə nahiyəsindən qan axmasını gördüm.Cəmil dərhal şadlıq evinə daxil oldu və qapıları arxadan bağladı. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, o, Ağdam rayonu, Pərioğullar kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi göz xəstəxanası yataqxanasında yaşayır. Subaydır. Ailədə 4 nəfərdilər. Hazırda Bakı şəhəri, Xətai rayonu, “Bakı Plaza” şadlıq evində xidmətçi işləyir.Zərərçəkmiş şəxs2, Şahid1 mənim tanışlarıdır.Təqsirləndirilən şəxs isə əvvəllər görmüşdür. Lakin onunla heç bir münaisbəti olmayıb.Zərərçəkmiş şəxs1 da onunla birlikdə “Bakı Plaza” şadlıq evində xidmətçi işləyir. xx.xx.2021-ci il tarixdə Mirağa ilə birlikdə "Şahzadə” şadlıq evinə getdim.Beləliklə xx.xx.2021-ci il tarixdə saat 01 radələrində o, iş yoldaşları Zərərçəkmiş şəxs1, Şahid1, X4 və Şahid3 birlikdə taksi avtomaşını ilə Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 32\1 ünvanında yerləşən “Şahzadə” şadlıq evinin qarşısına getmişlər.Şadlıq evinin qarşısında Ərhunu görmüşlər.Ərhun baş verənlər haqqında onlara danışmışdır. Bundan sonra Ərhun Cəmili bayıra çağırmışdır.Lakin Cəmil gəlmədikdə X14 mübahisə etmələrini görərək onlara yaxınlaşıb iradlarını bildirmişdir.Şadlıq evinin birinci mərtəbəsində Ərhun Cəmilə etdiyi hərəkətlərin səhv olmasını demişdir.Elşad isə onları bayırda gözləmələrini onların hər ikisi söhbət edib indi çıxacağını söyləmişdir.Onlar isə şadlıq evindən bayıra çıxmışlar.Bir az keçmiş Ərhun çölə çıxdıqda söhbətin qurtardığını demişdir.Lakin Cəmil təkrar bayıra çıxmış və Ərhunu nalayiq ifadələrlə təhqir etməyə başlamışdır.Ərhun da onun bu sözlərinə görə söyüb təhqir edərək yumruqla Cəmilin sifət nahiyəsində bir dəfə vurmuşdur.Cəmil isə heç bir söz demədən şadlıq evinə getmişdir.Təxminən 3-4 dəqiqə sonra Cəmil təkrar restorandan bayıra çıxmış və uca səslə Ərhunu təhqir edərək “siz məni təkləmisiz, indi sizə göstərərəm” demişdir. Cəmil onların ətrafından fırlanaraq Ərhunun üzərinə qaçdıqda İbrahim Cəmili sakitləşdirmək və onun bu hərəkətlərinin qarşısını almaq məqsədi ilə yumruqla Cəmili vurmuşdur. Cəmil isə əlindəki bıçaqla İbrahimin sinə nahiyəsindən qəsdən vurmuşdur.Bundan sonra onları aralaşdırmışlar. Bu vaxtı İbrahim 2-3 addım hərəkət etdikdən sonra yerə yıxılmışdır. O, tez İbrahimə yaxınlaşdıqda onun burnundan, dodağından və sinə nahiyəsindən qan axmasını görmüşdür.Cəmil dərhal şadlıq evinə daxil olaraq qapıları arxadan bağlamışdır.Mirağa da uşaqlara Cəmili axtarmamalarını İbrahimə köməklik göstərməsini bildirmişdir. Onlar yoldan keçən taksi avtomaşınını saxlatdıraraq bıçaq xəsarəti alan İbrahimi maşına əyləşdirib “X22” klinikasına aparmışlar.Klinikada İbrahimə ilkin yardım göstərildikdən sonra təcili tibbi yardım maşını ilə onu X15 aparıb cərrahi əməliyyat etmişlər. Hadisə xx.xx.2021-ci il tarixdə saat 01 radələrində Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 32\1 ünvanında yerləşən “Şahzadə” şadlıq evinin qarşısında baş vermişdir.Hadisəyə səbəb Təqsirləndirilən şəxs dəfələrlə Ərhun ilə şit zarafatlar etməsi olmuş və həmin günü toyda ona bir fincan kQfe süzüb verməməyi olmuşdur. Zərərçəkmiş şəxs2 Haniyə həmin vaxt zəng edərək baş xidmətçi Cəmil ilə mübahisə etdiyini və Cəmildən qorxduğu üçün toydan sonra “Şahzadə” şadlıq evinə gəlməsini xahiş etmişdir. O, da İbrahim həmin şadlıq evinə getdiyi üçün onlara qoşulub getmişdir. Hadisə vaxtı o, Cəmili vurmamış eyni zamanda heç bir xəsarət almamışdır.O, Cəmilin əlində bıçaq görmüşdür.Həmçinin hadisə vaxtı Cəmilin İbrahimi bıçaqla vurmasını da görmüşdür.Hadisədən əvvəl Cəmil onların ətrafından fırlanaraq Ərhunun üzərinə qaçdıqda İbrahim Cəmili sakitləşdirmək və onun bu hərəkətlərinin qarşısını almaq məqsədi ilə yumruqla Cəmilin vurmağa başlamışdır.Cəmil isə əlindəki bıçaqla İbrahimin sinə nahiyəsindən qəsdən vurmuşdur.Bundan sonra onları aralaşdırmışlar. Bu vaxtı İbrahim 2-3 addım hərəkət etdikdən sonra yıxılmışdır. Cinayət işinin 24-26-cı vərəqlərində olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılması zamanı o, 27 noyabr 2021- ci il tarixdə saat 01 radələrində Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 32/1 ünvanda yerləşən “Şahzadə” şadlıq sarayının qarşısında Zərərçəkmiş şəxs1 şadlıq sarayından götürdüyü bıçaqla bir dəfə bıçaqla vurduğunu deyərək hadisə yerini göstərmiş, bu barədə protokol tərtib olunmuş və fotoşəkillər çəkilib protokola əlavə olunmuşdur. Cinayət işinin 120-122-ci vərəqlərində olan məhkəmə tibbi ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "xxxx" birliyi X18 verdiyi 14 dekabr 2021-ci il tarixli 1068 saylı rəydən məlum olur ki, Zərərçəkmiş şəxs1 sol tərəfli hemotoraks və hemiperikard ilə müşayiət olunan ürəyin tamponadası ilə ağırlaşmış ürəyin sol mədəciyinin deşilmiş-kəsilmiş yarası ilə nəticələnən döş qəfəsinin sol yarısının daxilə nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş yarası olmuşdur. Qeyd edilən xəsarət deşici-kəsici əşyanın, ola bilsin ki, bıçağın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən tarixdə tarixdə, yəni xx.xx.2021-ci il tarixdə yaranması mümkündür, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilir. Lokalizasiyasına və xaraketrinə əsasən demək olar ki, xəsarətin şəxsi öz boyu hündürlüyündən yıxılması və eləcə də özü tərəfindən özünə yetirməsi nəticəsində yaranması inkar olunur. Cinayət işinin 129-131-ci vərəqlərində olan məhkəmə tibbi kriminalsitik ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "xxxx" birliyi X18 verdiyi 17 yanvar 2022ci il tarixli 17-MTKŞ/2022 saylı rəydən məlum olur ki, Zərərçəkmiş şəxs1 məxsus köynəyin və maykanın ön səthində, solda bir ədəd deşilmiş-kəsilmiş zədə aşkar olundu. Bu zədə küpü, kafi itilikdə olan ülgücü və iti ucu olan yastı tiyə tipli deşici-kəsici alətin, ola bilsin ki, bıçağın tiyəsinin təsirindən törənmişdir. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus şalvarın üzərində zədə və zədə izləri aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus köynəyin və döş qəfəsinin sol yarısının daxilə nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası ilə yerləşmə nahiyələrinə gör, nisbi olaraq üst-üstə düşürlər. Cinayət işinin 143-147-ci vərəqlərində olan məhkəmə tibbi bioloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "xxxx" birliyi X18 verdiyi 24 yanvar 2022-ci il tarixli 22/2022-MTBŞ saylı rəydən məlum olur ki, ekspertizaya maddi sübutlar kimi təqdim edilmiş Zərərçəkmiş şəxs1 cins şalvarı, “futbolka” tipli köynəyi və ağ rəngli maykası üzərində insan qanı ləkələri aşkar olundu. Həmin qan ləkələrində qrup göstəriciləri ABO sistemi üzrə tədqiq olunduqda B (İİİ) qrupunu əsas xaralteriza edən B sntigeni və alfa aqqlyutinini alındı. Beləliklə, bu qan B(lll) qruplu şəxsə, o cümlədən, Zərərçəkmiş şəxs1 məxsus ola bilər. Cinayət işinin 104-107-ci vərəqlərində olan kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi" X18 verdiyi 21 yanvar 2022-ci il tarixli 146 saylı rəydən məlum olur ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs qərarda təsvir olunan cinayət əməlini törədən zaman onda hər hansı psixi (ruhi) xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs həmin dövrdə öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs iş üçün əhəmiyyət kəsb edən halları düzğün qavrayıb təsvir etmək və onlar barəsində istintaqa düzgün ifadə vermək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs göstərilən cinayəti törədərkən onda hər hansı psixi (ruhi) xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərini faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Hal-hazırda Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar edilmir. Ünsiyyətçillik, inadkarlıq, hövsələsizlik, emosionallıq, söz götürməmək, tənqid və təhqirə qarşı həssaslıq kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Onun fərdi-psixi xüsusiyyətlərində özündən uydurmağa və başqalarının təsiri altında hərəkət etməyə meyillilik aşkar edilmədi. Təqsirləndirilən şəxs əqli imkanları normaya uyğundur, o, baş verən hadisələri adekvat olaraq qavramaq, təsvir etmək və bu barədə düzgün ifadə vermək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs ona ittiham olunan əməli törədən vaxt fizioloji affekt vəziyyətində olmamışdır. Hadisə zamanı Təqsirləndirilən şəxs şüur və davranışlarına təsir göstərə bilən psixi-emosional halda olmamışdır. Cinayət işinin 75-ci vərəqində olan 29 noyabr 2021-ci il tarixli götürmə aparılması barədə protokolda bildirilir ki, Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 32/1 ünvanda yerləşən “Şəhzadə” adlı şadlıq sarayında olan müşahidə kameralarında qeydə alınmış görüntü bir ədəd CD diskə köçürülərək götürülmüşdür. Cinayət işinin 76-cı vərəqində olan 29 noyabr 2021-ci il tarixli protokolda bildirilir ki, Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 32/1 ünvanda yerləşən “Şəhzadə” adlı şadlıq sarayında olan müşahidə kameralarından götürülmüş bir ədəd diskə Qulİyuev Cəmil Salah oğlu və müdafiəçisinin iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, 27 noyabr 2021-ci il tarixdə saat 01 radələrində Bakı şəhəri, Nizami rayonu, Babək prspekti 32\1 ünvanınd,a yerləşən “Şahzadə” şadlıq evinin qarşısında Təqsirləndirilən şəxs ilkin olaraq Zərərçəkmiş şəxs2 ilə mübahisə etmiş, sonra işlədiyi şadlıq sarayının içərisinə daxil olub bir neçə dəqiqə sonra geri qayıtmış, onun əlində bıçaq vardır, orada olan Zərərçəkmiş şəxs1 onu sakitləşdirmək istədikdə bıçaqla sonuncunun ürək nahiyəsindən vurmuşdur. İş üzrə maddi subut olan CD diskə məhkəmə iclasında baxış keçirilmişdir. CD diskdə olan görüntülər işin hallarına uyğundur. Cinayət işinin 79-cu vərəqində olan 29 noyabr 2021-ci il tarixli götürmə aparılması barədə qərardan görünür ki, hadisə zamanı Zərərçəkmiş şəxs1 əynində olan paltarları 1 saylı tibbi mərkəzdən götürülmüşdür. Cinayət işinin 101-ci vərəqində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X12 04 dekabr 2021-ci il tarixli 1426 saylı məktubundan məlum olur ki, Təqsirləndirilən şəxs arxiv məlumatlarına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb. Cinayət işinin 175-182-ci vərəqlərində olan qərardan görünür ki, hadisə baş verən zaman Zərərçəkmiş şəxs1 əynində olmuş və üzərində deşilmiş-kəsilmiş zədələr olan bir ədəd köynək və bir ədəd mayka maddi sübut kimi tanınmışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 bıçaqla vurmasını əks etdirən bir ədəd “CD” disk sübut kimi tanınmışdır. Cinayət işinin 104-105-ci vərəqlərində olan DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq tövsif olunmuş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.2, 126.2.4 və 221.3-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək ona həmin maddələr ilə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Cinayət işinin 37, 70-73-cü vərəqlərində olan protokol və qərardan görünür ki, Təqsirləndirilən şəxs 27 noyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, sonradan barəsində həbs qətimkan tədbiri seçilmişdir. Zərərçəkmiş şəxslərlə barışıq əldə etməsi, zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və tələblərinin olmaması, əməlindən peşman olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, ağırlaşdırıcı halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı 27 noyabr 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Maddi sübut kimi tanınaraq Bakı şəhəri Nizami RPi-nin saxlanc ambarına təhvil verilmiş hadisə baş verən zaman Zərərçəkmiş şəxs1 əynində olmuş və üzərində deşilmişkəsilmiş zədələr olan bir ədəd köynək və bir ədəd mayka məhv edilməli, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 bıçaqla vurmasını əks etdirən bir ədəd “CD” cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə Müdafiəçi üçün 300 AZN (üç yüz manat) fəaliyyət göstərdiyi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.2, 126.2.4 və 221.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək CM-nin 126.2.2, 126.2.4-cü maddələri ilə 07 (yeddi) il 06 (altı) ay azadlıqdan məhrum etmə cəzasına, CM-nin 221.3-cü maddəsi ilə 03 (üç) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 08 (səkkiz) il 06 (altı) ay azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin başlanğıcı 27 noyabr 2021-ci il tarixdən hesablansın, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut kimi tanınaraq Bakı şəhəri Nizami RPi-nin saxlanc ambarına təhvil verilmiş hadisə baş verən zaman Zərərçəkmiş şəxs1 əynində olmuş və üzərində deşilmişkəsilmiş zədələr olan bir ədəd köynək və bir ədəd mayka məhv edilsin, 01 ədəd “CD” cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə Müdafiəçi üçün 300 AZN (üç yüz manat) fəaliyyət göstərdiyi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Rahib Salmanov

2. Siyavuş Hacıyev

3. Mahmud Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar