Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-944/2023 02.10.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibləri X1, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin böyük prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı1, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, müdafiəçilər - "Kiçikbəyov və partnyorları" Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1, Bakı şəhəri, "Mərkəz" Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakı ilə, xx xxxx 1997-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam-orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2da yaşamış, 04 noyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin 05 noyabr 2022-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin nin 234.4.1 və 234.4.3-cü maddələri, xx xxxxxx 1987-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin 08 oktyabr 2019cu il tarixli hökmünə əsasən, Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 2 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 66.2 və 66.5-ci maddələrinə əsasən, qəti olaraq 2 il 1 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmuş, Bakı şəhəri, Xəzər rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli qərarına əsasən, azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 2 ay 1 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, işləməyən, ünvan 3 ünvanında qeydiyyatda olmaqla, ünvan 4ında yaşamış, 04 noyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində saxlanılmış, Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin 05 noyabr 2022-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə etmə, saxlama, daşıma və satma barədə tanışı Təqsirləndirilən şəxs2 və qeyriləri ilə razılıq əldə edib cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən o, Təqsirləndirilən şəxs2la birlikdə məlum olmayan vaxtda və şəraitdə Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən “İdeal" şadlıq evinin yaxınlığında yerləşdirilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxil olan külli miqdarda - 9630 qram çəkidə narkotik vasitə heroini və “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxil olan külli miqdarda - 990 qram çəkidə psixotrop maddə metamfetamini satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, cinayətkar razılaşmaya uyğun olaraq əldə etdikləri maddələri Təqsirləndirilən şəxs1 üzərində saxlamaqla ünvan 5 ünvanının yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 04 noyabr 2022-ci il tarixdə saat 22:15-də yuxarıda qeyd olunan ünvanda saxlanılaraq BMCMİ-nə gətirilmişlər. Orada 05 noyabr 2022-ci il tarixdə saat 00:40-dan etibarən şəxsi axtarış və götürmə keçirilən zaman Təqsirləndirilən şəxs1 kürək nahiyəsindən asdığı qara rəngli idman çantasından satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdıqları 8 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1000 qram, 985 qram, 1580 qram, 1030 qram, 2090 qram, 985 qram, 980 qram və 980 qram olmaqla, ümumi təmiz çəkisi külli miqdarda 9630 qram olan narkotik vasitə heroin və 1 ədəd bükümdə külli miqdarda təmiz çəkisi 990 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 08 oktyabr 2019-cu il tarixli hökmünə əsasən, Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 2 il 1 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə və Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli qərarına əsasən 2 ay 1 gün şərti olaraq vaxtından əvvəl azad olunmasına baxmayaraq, məhkumluğu ödənilmədən və qanunla müəyyən edilmiş qaydada götürülmədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə etmə, saxlama, daşıma və satma barədə tanışı Bəhmən adlı şəxs və qeyriləri ilə razılıq əldə edib cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən o, məlum olmayan vaxtda və şəraitdə Bəhmən adlı şəxsin Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən "Meyvəli" bazarının yaxınlığında yerləşdirdiyi “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxil olan külli miqdarda - 6,746 qram çəkidə narkotik vasitə heroini və “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxil olan 1,727 qram çəkidə psixotrop maddə metamfetamini satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, bundan başqa o, təkrar satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə etmə, saxlama, daşıma və satma barədə tanışı Təqsirləndirilən şəxs1 və qeyriləri ilə razılıq əldə edib cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən o, Təqsirləndirilən şəxs1la birlikdə məlum olmayan vaxtda və şəraitdə Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən “İdeal" şadlıq evinin yaxınlığında yerləşdirilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxil olan külli miqdarda - 9630 qram çəkidə narkotik vasitə heroini və “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in l siyahısına daxil olan külli miqdarda - 990 qram çəkidə psixotrop maddə metamfetamini satış məqsədi ilə qanunsuz olaraq əldə etmişlər. Cinayətkar razılaşmaya uyğun olaraq əldə etdikləri maddələri Təqsirləndirilən şəxs1 üzərində saxlamaqla ünvan 5 ünvanının yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 04 noyabr 2022-ci il tarixdə saat 22:15-də yuxanda qeyd olunan ünvanda saxlanılaraq BMCMİ-nə gətirilmişlər. Orada 05 noyabr 2022-ci il tarixdə saat 00:40-dan etibarən şəxsi axtarış və götürmə keçirilən zaman Təqsirləndirilən şəxs1 kürək nahiyəsindən asdığı qara rəngli idman çantasından satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdıqları 8 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1000 qram, 985 qram, 1580 qram, 1030 qram, 2090 qram, 985 qram, 980 qram və 980 qram olmaqla, ümumi təmiz çəkisi külli miqdarda, yəni 9630 qram olan narkotik vasitə heroin və 1 ədəd bükümdə külli miqdarda, yəni təmiz çəkisi 990 qram olan psixotrop maddə metamfetamin, Təqsirləndirilən şəxs2 əynindəki şalvarın sağ yan cibindən isə satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 1 ədəd bükümdə külli miqdarda - təmiz çəkisi 6,746 qram olan narkotik vasitə heroin və təmiz çəkisi 1,727 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 oğlu elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirdi ki, o, əvvəlcədən pulunu verdiyi 1 qram narkotik vasitəni almağa gedən zaman polis əməkdaşları tərəfindən tutulmuşdur. Polis əməkdaşları onu tutduqdan sonra idarəyə gətirmiş və orada ittihamda göstərilən narkotik vasitəni onun üzərinə qoyaraq ondan aşkar olunduğunu bildirmişlər. Sualları cavablandıran Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı təzyiq altında ifadə verdiyini, həmin vaxt müdafiəçinin iştirak etdiyini və vəkilə təzyiqlərə məruz qaldığını dediyini, heç yerə şikayət etmədiyini, «şüşə» kimi tanıdığı narkotik vasitədən iki ildir ki, istifadə etdiyini, narkotik vasitəni tanımadığı şəxslərdən «Şamaxinka» deyilən yerdən telefonla zəng edib aldığını, «İdeal» şadlıq sarayının yanında saxlanıldığını, iranlıya narkotik vasitə sifariş verdiyini, onunla danışan zaman həmin şəxsin iranlı olduğunu hiss etdiyini, narkotik vasitəni iranlıdan 30 manata almalı olduğunu, narkotik vasitəni qoyduqları yerdən gedib götürəcəyini, narkotik vasitənin pulunu iranlının kartına köçürdüyünü, narkotiki Adəmlə birlikdə götürməyə getdiyini, narkotik vasitədən istifadə etdiyini Adəmin də bildiyini, Adəmə narkotik vasitə almağa getdiyini demədiyini, polis əməkdaşları tərəfindən tutulan zaman hələ narkotik vasitəni götürmədiyini, polis idarəsində videoçəkiliş olduğunu, bu zaman vəkilin də iştirak etdiyini, polis işçilərinin ona qarşı nəyə görə qərəzli olduğunu bilmədiyini, Adəmə polislər tərəfindən təzyiqlər olunmasını görmədiyini, Adəmin üzərindən narkotik vasitənin aşkar olunduğunu bilmədiyini, polis əməkdaşlarının sumkada 10 kq narkotik vasitə olduğunu dediklərini, həmin vaxt onun halı olmadığı üçün narkotik vasitəni nəyə görə onun boynuna qoyduqlarını soruşa bilmədiyini, Adəmin əvvəllər «mal» götürdüyünü, iranlı ilə «WhatsApp» tətbiqi vasitəsi ilə əlaqə saxladığını, polis əməkdaşları əvvəlcə onun üzərindən narkotik vasitə aşkar olunmadığını gördükdən sonra həmin 10 kq narkotiki onun üstünə yüklədiklərini, lakin bunu nəyə görə etdiklərini bilmədiyini, müstəntiqin yanında sərbəst ifadə verdiyini, lakin ifadəsini oxumadan imzaladığını, buna baxmayaraq müstəntiqə narkotik vasitənin ona məxsus olmadığını dediyini məhkəməyə bildirdi. İfadələri arasında ziddiyyətlər olduğuna görə məhkəmə iclasında təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq edildi. Həmin ifadəsində Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilən ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Təqsirləndirilən şəxs2 uşaqlıqdan tanıyır. Belə ki, onunla eyni məhəllədə yaşamışlar. 2-3 il olar ki, “şüşə” adı ilə tanıdığı psixotrop maddə metamfetamindən istifadə edir. Adəm də həm heroindən, həm də metamfetamindən istifadə etmişdir. Onlar çox vaxt Adəmlə birlikdə narkotik vasitədən istifadə etmişlər. O, əvvəllər istifadə etdiyi maddələri Yasamal rayonu ərazisində tanımadığı şəxslərdən, son dövrlərdə isə “İnstagram” sosial şəbəkəsindən tanış olduğu iranlı şəxslərdən almışdır. Həmin iranlı şəxslərin adları yadında qalmamışdır. Təxminən 1 ay olar ki, ona “Whatsapp”da tanımadığı nömrədən ismarıc gəlmişdir. Həmin şəxs özünü ona iranlı kimi təqdim etmiş və Azərbaycana narkotik göndərdiyini bildirmişdir. Həmin şəxs ona təklif etmişdir ki, onun həm istifadəsi üçün, həm də satış üçün narkotik göndərsin və həmin narkotiki sataraq pulunu ona göndərsin, iranlı isə həmin puldan ona xeyir versin. O, əvvəlcə iranlının dediyi ilə razılaşmamış, sonradan maddi cəhətdən sıxıntılar çəkdiyindən onunla razılaşmışdır. İranlı ona xəbər gözləməyi, mal Bakıya çatanda ona deyəcəyini bildirmişdir. 04 noyabr 2022-ci il tarixdə saat təxminən 17 radələrində iranlı onunla əlaqə saxlamış və demişdir ki, gün ərzində ona malın yerini deyəcək ki, gedib həmin malı götürsün. Həmin vaxt onun yanında dostu Adəm də olmuşdur. O, bu barədə Adəmlə danışmış və Adəmə demişdir ki, bu işdə ona kömək etsin. Çünki Adəmin yaşı ondan çox olmuş və düşünmüşdür ki, Adəm ona köməklik edə bilər. Adəm buna etiraz etməmiş və kömək edəcəyini demişdir. Hətta Adəm bu barədə onun telefonu ilə iranlı ilə də danışmışdır. Həmin gün saat 21 radələrində iranlı onunla əlaqə saxlamış və malın artıq yerləşdirildiyini bildirmişdir. İranlı malın yerinin fotoşəklini və konumunu onun telefonuna göndərmişdir. Mal Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən “İdeal” şadlıq evinin yaxınlığında divarın yanında gizlədilmişdir. O, Adəmlə həmin yerə getmiş və oradan həmin malı aşkar etmişlər. Mal qara rəngli idman çantasında olmuşdur. Çantanı götürüb çiynindən asmış və piyada hərəkət etməyə başlamışlar. Bir qədər getmişlər ki, 5 nəfər mülki geyimdə olan şəxs onlara yaxınlaşıb Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib onlardan anket məlumatlarını soruşmuşlar. Onlar özlərini təqdim etdikdən sonra polis əməkdaşları onun və Təqsirləndirilən şəxs2 narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduqlarını bildirib, barələrində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onları tanış etmişlər. O, yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib bildirmişdir ki, hazırda üzərində “kakos” və “şüşə” adı ilə tanıdığı maddələr vardır. Eləcə də Təqsirləndirilən şəxs2 da üzərində “kakos” və “şüşə” adı ilə tanıdığı maddələr olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları onları Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. Onlar buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə həmin idarəyə gəlmişlər. Polis idarəsində onun və Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmişlər və şübhəli şəxs qismində tutulmuşlar. Onlara hüquq və vəzifələri izah olunmuşdur. Sonra videoçəkilişdən istifadə edilməklə onun və Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı o, üzərində, yəni kürək nahiyəsindən asdığı qara rəngli idman çantasının içərisində “kakos” və “şüşə” adı ilə tanıdığı narkotik vasitə və psixotrop maddə olduğunu bildirib, əynində olan idman şalvarının sağ yan cibində olan 1 ədəd “Huavei” markalı mobil telefonu, əynində olan idman şalvarının sol yan cibində olan 10 manat pulu və kürək nahiyəsindən asdığı 1 ədəd qara rəngli idman çantasını çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. O, təqdim etdiyi qara rəngli idman çantasının içərisində “kakos” və “şüşə” adı ilə tanıdığı narkotik vasitə və psixotrop maddə olduğunu bildirmişdir. Təqdim etdiyi idman çantasına baxış keçirilən zaman çantanın içərisindən üzəri yapışqan lentlə bağlanmış 1 ədəd sarı rəngli sellofan bağlama və üzəri yapışqan lentlə bağlanmış 2 ədəd qara rəngli sellofan bağlama aşkar edilmişdir. Həmin qara rəngli sellofan bağlamalar açıldıqdan hər bir bağlamanın içərisindən 4 ədəd üzəri yapışqan lentlə bağlanmış sellofan bağlamalar aşkar olunmuşdur. Aşkar edilmiş ümümilikdə 9 ədəd üzəri yapışqan lentlə bağlanmış sellofan bağlamalar iştirakçıların şahidliyi ilə açıldıqda 8 ədəd selofan bağlamanın içərisindən narkotik vasitə heroin və 1 ədəd selofan bağlamanın içərisindən isə psixotrop maddə metamfetamin aşkar edilmişdir. Şəxsi axtarış davam etdirilərkən onun üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Bundan sonra üzərindən aşkar olunmuş 8 ədəd sellofan bağlamada olan narkotik vasitə heroin və 1 ədəd selofan bağlamada olan psixotrop maddə metamfetamin polis əməkdaşları tərəfindən aşkar edildiyi idman çantasında qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Eyni zamanda aşkar edilmiş 10 manat pul onun özünə qaytarılmışdır. Şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş “Huavei” markalı mobil telefon polis əməkdaşları tərəfindən götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərində “kakos” və “şüşə” adı ilə tanıdığı narkotik vasitələr olduğunu bildirib, əynində olan boz rəngli cins şalvarının sağ yan cibində olan 02 ədəd şəffaf sellofan bükümü, əynində olan şalvarının sol yan cibində olan 01 ədəd “Samsung” markalı mobil telefonu və 10 manat pulu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs2 təqdim etdiyi 02 ədəd sellofan bükümün içində "kakos” və “şüşə” adı ilə tanıdığı narkotik vasitələr olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs2 təqdim etdiyi 02 ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda birinci sellofan bükümün içərisindən narkotik vasitə heroin və ikinci sellofan bükümün içərisindən isə psixotrop maddə metamfetamin aşkar edilmişdir. Şəxsi axtarış davam etdirilərkən onun üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş 01 ədəd sellofan bükümdə olan narkotik vasitə heroin və 01 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetamin polis əməkdaşları tərəfindən 01 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Eyni zamanda aşkar edilmiş 10 manat onun özünə qaytarılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş “Samsung” markalı mobil telefon polis əməkdaşları tərəfindən götürülmüşdür. Bundan sonra sorğu zamanı o, üzərindən aşkar edilmiş narkotik vasitə olan heroini və psixotrop maddə metamfetamini adını və digər anket məlumatlarını bilmədiyi İran İslam Respublikasının vətəndaşından aldığını, belə ki, həmin şəxslə təxminən 1 ay əvvəl mobil telefon vasitəsi ilə tanış olduğunu, sonradan həmin şəxslə aralarında münasibət yarandığını, həmin şəxsin 04 noyabr 2022-ci il tarixdən saat 17:00- 18:00 radələrində “Whatsapp” ani mesajlaşma proqramı vasitəsi ilə onunla əlaqə saxlayıb ona külli miqdarda “kakos” və “şüşə” adı ilə tanıdığı narkotik vasitə və psixotrop maddə göndərməyi, həmin narkotik vasitəni və psixotrop maddəni Bakı şəhərində götürməyini və satışını təşkil etdikdən sonra əldə etdiyi pulu onun dediyi bank hesabın köçürməyini, narkotik vasitələrin və psixotrop maddələrin satışından əldə olunan puldan ona müəyyən məbləğdə xeyir verəcəyini təklif etdiyini, o isə həmin vaxtı yanında olan tanışı Təqsirləndirilən şəxs2 bu barədə məlumat verərək İran İslam Respublikasının vətəndaşı tərəfindən göndəriləcək narkotik vasitələrin və psixotrop maddələrin birlikdə satışını təşkil etmələrini təklif etdiyini, tanışı Təqsirləndirilən şəxs2 onun təklifi ilə razılaşaraq sonuncunun özünündə həmin şəxslə narkotik vasitələrin və psixotrop maddələrin göndərilməsi ilə bağlı onun mobil telefonu vasitəsi ilə danışdığını, daha sonra o, Təqsirləndirilən şəxs2 və İran İslam Respublikasının vətəndaşı arasında narkotik vasitələrin və psixotop maddələrin birlikdə satışını təşkil etmələri barədə razılıq əldə etdikdən sonra həmin şəxsin həmin günü təxminən saat 21:00 radələrində yenidən onunla əlaqə saxlayıb narkotik vasitələri və psixotrop maddələri Bakı şəhərində qoyduğu yerin fotoşəkillərini və xəritə üzrə məkanı mobil telefon vasitəsi ilə ona göndərdiyini və həmin günü təxminən saat 22:00 radələrində tanışı Təqsirləndirilən şəxs2la birlikdə taksi avtomobili ilə Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən “İdeal” şadlıq evinin yaxınlığına gəlib həmin ərazidə divarın yanında gizlədilmiş qara rəngli idman çantasının içərisində olan narkotik vasitələri və psixotrop maddələri götürüb idman çantasını kürək nahiyəsinə asıb Təqsirləndirilən şəxs2la birlikdə həmin ərazidən uzaqlaşdıqdan sonra yolda piyada getdikləri zaman polis əməkdaşları tərəfindən saxlanıldıqlarını bildirmişdir. Həmçinin sorğu zamanı Təqsirləndirilən şəxs2 onun dediklərini təsdiq edib aralarında tanışlıq münasibətlərinin olduğunu, onun tanışı olan İran İslam Respublikasının vətəndaşı tərəfindən göndərilən narkotik vasitələrin və psixotrop maddələrin birlikdə satışını təşkil etmək barədə onunla razılaşdıqdan sonra 04 noyabr 2022-ci il tarixdə təxminən saat 22:00 radələrində birlikdə Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən “İdeal” şadlıq evinin yaxınlığına gəlib həmin ərazidə divarın yanında gizlədilmiş qara rəngli idman çantasının içərisində olan narkotik vasitələri və psixotrop maddələri götürüb oradan uzaqlaşaraq birlikdə piyada hərəkət etdikləri zaman polis əməkdaşları tərəfindən saxlanıldıqlarını qeyd etmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş 01 ədəd sellofan bükümdə olan narkotik vasitə heroini və 01 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetamini digər anket məlumatlarını dəqiq bilmədiyi “Bəhrəm” adlı İran İslam Respublikasının vətəndaşından aldığını, belə ki, həmin şəxslə təxminən 2 ay əvvəl sosial şəbəkədə tanış olduğunu, sonradan həmin şəxslə aralarında münasibət yarandığını və 04 noyabr 2022-ci il tarixdən “Whatsapp” ani mesajlaşma proqramı vasitəsi ilə həmin şəxslə əlaqə saxlayıb pulunu sonradan vermək şərti ilə ona narkotik vasitə heroin və psixotrop maddə metamfetamin sifariş verdiyini, sonra həmin şəxs tərəfindən onun mobil telefonuna narkotik vasitənin və psixotrop maddənin gizlədildiyi yerin fotoşəkilləri və xəritə üzrə məkan göndərildiyini, bundan sonra həmin günü saat 16:00 radələrində həmin şəxsin verdiyi məlumat əsasında Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən “Meyvəli” bazarın yaxınlığına gedib orada işıq dirəyinin yanında gizlədildiyi yerdən narkotik vasitə və psixotrop maddəni götürüb özü istifadə etmək məqsədilə üzərində saxlayıb daşıdığını bildirmişdir. Təqsirləndirilən şəxs2 onun üzərində 01 ədəd sellofan bükümdə narkotik vasitə heroin və 01 ədəd sellofan bükümdə psixotrop maddə metamfetamin olmasından onun məlumatının olmadığını qeyd etmişdir. Sorğu zamanı o da Təqsirləndirilən şəxs2 dediklərini təsdiq edib onun üzərində 01 ədəd sellofan bükümdə narkotik vasitə heroin və 01 ədəd sellofan bükümdə psixotrop maddə metamfetamin olmasından əvvəlcədən məlumatının olmadığını bildirmişdir. Bundan sonra onların üzərilərinə şəxsi axtarış və baxış keçirilməsi barədə protokol tərtib olunmuş, protokol düzgün tərtib edildiyi üçün o və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. İstintaq zamanı verilən suallara cavab olaraq bildirmişdir ki, aşkar edilmiş maddələri satış məqsədi ilə əldə etmişdir. İranlı şəxslə görüşməmiş, onun nə adını, nə də digər anket məlumatlarını bilmir. Əvvəllər narkotik vasitə və ya psixotrop maddələrdən yalnız istifadə etmiş, lakin sonuncu dəfə əldə etdiklərini satacaqmış. Adəmin əvvəllər bu işlə məşğul olub-olmadığını bilməmiş, amma Adəm əldə etdiyi maddələrin satılmasında ona köməklik edəcəkmiş. Üzərində narkotik vasitə və psixotrop maddə olmasını yalnız onların ikisi bilmişdir. Adəmin üzərində narkotik vasitə və psixotrop maddə olmasından xəbəri olmamışdır. Başqa heç yerdə narkotik vasitə və ya psixotrop maddə saxlamır. "xxxx" MMC-yə məxsus ***-***-**-** və "xxxx" MMC-yə məxsus ***-***-**-** mobil nömrələrindən istifadə etmişdir. Nə saxlanılan zaman, nə də üzərinə şəxsi axtarış keçirilən zaman heç bir fiziki və ya psixi təzyiqə məruz qalmamışdır. Saxlanılan zaman polis əməkdaşlarına heç bir müqavimət göstərməmişdir (cild 1, iş vərəqi 120-125). Elan olunmuş ifadə ilə bağlı sualları cavablandıran Təqsirləndirilən şəxs1 dindirmə protokolundakı imzaların və sonda yazılmış qeydlərin ona məxsus olduğunu, lakin həmin ifadəni təsdiq etmədiyini, müstəntiqin onun dediklərini yazmadığını və protokolu oxumadan imzaladığını bildirdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 oğlu elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, şəxsi axtarışı zamanı təqdim etdiyi 5 qram narkotik vasitə onun özünə məxsusdur. Həmin narkotik vasitəni öz istifadəsi üçün almışdır. Hadisə baş verən gün polis işçiləri onları «İdeal» şadlıq evinin yanında tutmuş və polis idarəsinə gətirmişlər. Orada polis əməkdaşları onlara təzyiq göstərib ittihamda göstərilən narkotik vasitəni onların boynuna qoymuşlar. Verilən sualları cavablandıran Təqsirləndirilən şəxs2 bildirdi ki, o, istintaq zamanı təzyiq altında ifadə vermişdir. Polis əməkdaşları onları saxlayarkən sağ ayağından xəsarət almışdır. Saxlanılarkən polis işçilərinə təqdim etdiyi 5 qram heroin ona məxsus olmuşdur. Həmin narkotiki o, İran vətənda Bəhmən adlı şəxsdən almışdır. Bəhmən narkotik vasitənin olduğu yerin konumunu ona atmış, o da, gedib həmin yerdən narkotiki götürdür. Polis işçiləri tərəfindən saxlanılarkən o, Məhəmmədin üzərində narkotik vasitə olduğunu bilməmişdir. Polis idarəsində ona təzyiq göstərilməsi barədə vəkilinə və sanksiya veriləndə hakimə bildirməmişdir. Həmçinin bu barədə heç yerə şikayət etməmiş, məhkəmənin başlanmasını gözləmişdir. O, hadisə günü Bəhməndən narkotiki alandan sonra evə gəlmiş, sonra Məhəmməd onunla əlaqə saxlamış və onlar bağa getmək üçün taksi sifariş vermişlər. Həmin vaxt o, Məhəmməddə narkotik vasitə olmasından xəbəri olmamış, həmçinin onda 5 qram narkotik olduğunu Məhəmməd bilməmişdir. İfadələri arasında ziddiyyətlər olduğuna görə məhkəmə iclasında təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq edildi. Həmin ifadəsində Təqsirləndirilən şəxs2 elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 2019-cu ildə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hökmü ilə CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 2 il 1 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2021-ci il tarixdə azadlığa çıxmışdır. Təxminən 1 il olar ki, heroin və metamfetamindən istifadə edir. Təqsirləndirilən şəxs1 uşaqlıqdan tanıyır. Belə ki, onunla eyni məhəllədə yaşayır. Məhəmməd də metamfetamindən istifadə etmişdir. Onlar çox vaxt Məhəmmədlə birlikdə narkotik vasitədən istifadə etmişlər. O, əvvəllər istifadə etdiyi maddələri Yasamal rayonu ərazisində tanımadığı şəxslərdən almışdır. Son dövrlərdə istifadə edəcəyi maddələri “İnstagram" sosial şəbəkəsindən tanış olduğu iranlı şəxslərdən almışdır. Təxminən 2 ay olar ki, o, Bəhmən adlı iranlı şəxs ilə tanış olmuşdur. Həmin şəxsdən bir neçə dəfə öz istifadəsi üçün narkotik vasitə almışdır. Sonuncu dəfə 04 noyabr 2022-ci il tarixdə o, Bəhmənlə əlaqə saxlayıb öz istifadəsi üçün narkotik vasitə sifariş vermişdir. Bəhmən də həmin günü ona mal göndərmiş və göndərdiyi malı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində «Meyvəli» bazarının yaxınlığında işıq dirəyinin altında gizlətmişdir. O, təxminən saat 16 radələrində gedib həmin malı oradan götürüb üzərində saxlamışdır. Sonra o, Məhəmmədlə əlaqə saxlamış və onunla görüşmüşdür. Onunla görüşdükdə üzərində mal olduğunu ona deməmişdir. Onlar birlikdə olduqları zaman saat təxminən 17-18 radələrində Məhəmmədə zəng gəlmiş və o, telefonla danışmışdır. Danışandan sonra Məhəmməd ona demişdir ki, zəng edən iranlı şəxsdir və satmaq üçün ona mal göndərir. Məhəmməd ona demişdir ki, ona bu məsələdə kömək etsin, əldə etdikləri gəliri öz aralarında bölsünlər. O da, razılaşmışdır. Bundan sonra onun özü də Məhəmmədin telefonundan iranlı şəxs ilə danışmışdır. Həmin gün saat 21 radələrində iranlı Məhəmmədlə əlaqə saxlamış və malın artıq yerləşdirildiyini bildirmişdir, iranlı malın yerinin fotoşəklini və konumunu Məhəmmədin telefonuna göndərmişdir. Mal Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən “İdeal” şadlıq evinin yaxınlığında divarın yanında gizlədilmişdir. O, Məhəmmədlə həmin yerə getmiş və oradan həmin malı aşkar etmişlər. Mal qara rəngli idman çantasında olmuşdur. Məhəmməd çantanı götürüb çiynindən asmış və piyada hərəkət etməyə başlamışlar. Bir qədər getmişlər ki, 5 nəfər mülki geyimdə olan şəxs onlara yaxınlaşıb DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin əməkdaşları olduqlarını bildirib onlardan anket məlumatlarını soruşmuşlar. Onlar özlərini təqdim etdikdən sonra polis əməkdaşları onun və Təqsirləndirilən şəxs1 narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduqlarını bildirib, barələrində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onları tanış etmişlər. Onlar yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib bildirmişlər ki, hazırda üzərilərində “kakos” və “şüşə” adı ilə tanıdıqları maddələr vardır. Eləcə də Təqsirləndirilən şəxs1 da üzərində “kakos” və “şüşə” adı ilə tanıdığı maddələr olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları onları Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinə dəvət etmişlər. Onlar buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə həmin idarəyə gəlmişlər. Polis idarəsində onun və Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmişlər və şübhəli şəxs qismində tutulmuşlar. Onlara hüquq və vəzifələri izah olunmuşdur. Sonra videoçəkilişdən istifadə edilməklə onun və Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərində, yəni kürək nahiyəsindən asdığı qara rəngli idman çantasının içərisində “kakos” və “şüşə” adı ilə tanıdığı narkotik vasitə və psixotrop maddə olduğunu bildirib, əynində olan idman şalvarının sağ yan cibində olan 1 ədəd “Huavei” markalı mobil telefonu, əynində olan idman şalvarının sol yan cibində olan 10 manat pulu və kürək nahiyəsindən asdığı 1 ədəd qara rəngli idman çantasını çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi qara rəngli idman çantasının içərisində “kakos” və "şüşə” adı ilə tanıdığı narkotik vasitə və psixotrop maddə olduğunu bildirmişdir. Onun təqdim etdiyi idman çantasına baxış keçirilən zaman çantanın içərisindən üzəri yapışqan lentlə bağlanmış 1 ədəd sarı rəngli selofan bağlama və üzəri yapışqan lentlə bağlanmış 2 ədəd qara rəngli selofan bağlama aşkar edilmişdir. Həmin qara rəngli selofan bağlamalar açıldıqdan hər bir bağlamanın içərisindən 04 ədəd üzəri yapışqan lentlə bağlanmış selofan bağlamalar aşkar olunmuşdur. Aşkar edilmiş ümümilikdə 9 ədəd üzəri yapışqan lentlə bağlanmış selofan bağlamalar iştirakçıların şahidliyi ilə açıldıqda 8 ədəd selofan bağlamanın içərisindən narkotik vasitə heroin və 1 ədəd selofan bağlamanın içərisindən isə psixotrop maddə metamfetamin aşkar edilmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs1 üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Bundan sonra onun üzərindən aşkar olunmuş 8 ədəd selofan bağlamada olan narkotik vasitə heroin və 1 ədəd selofan bağlamada olan psixotrop maddə metamfetamin polis əməkdaşları tərəfindən aşkar edildiyi idman çantasında qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Eyni zamanda aşkar edilmiş 10 manat pul onun özünə qaytarılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş “Huavei" markalı mobil telefon polis əməkdaşları tərəfindən götürülmüşdür. Bundan sonra polis əməkdaşları tərəfindən onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı o, üzərində “kakos” və “şüşə” adı ilə tanıdığı narkotik vasitələr olduğunu bildirib, əynində olan boz rəngli cins şalvarının sağ yan cibində olan 2 ədəd şəffaf selofan bükümü, əynində olan şalvarının sol yan cibində olan 1 ədəd "Samsung” markalı mobil telefonu və 10 manat pulu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. O, təqdim etdiyi 2 ədəd selofan bükümün içində "kakos” və “şüşə” adı ilə tanıdığı narkotik vasitələr olduğunu bildirmişdir. Təqdim etdiyi 2 ədəd selofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda birinci selofan bükümün içərisindən narkotik vasitə heroin və ikinci selofan bükümün içərisindən isə psixotrop maddə metamfetamin aşkar edilmişdir. Şəxsi axtarış davam etdirilərkən onun üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Bundan sonra onun üzərindən aşkar olunmuş 1 ədəd selofan bükümdə olan narkotik vasitə heroin və 1 ədəd selofan bükümdə olan psixotrop maddə metamfetamin polis əməkdaşları tərəfindən 1 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Eyni zamanda aşkar edilmiş 10 manat pul onun özünə qaytarılmışdır. Şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş “Samsung” markalı mobil telefon polis əməkdaşları tərəfindən götürülmüşdür. Bundan sonra sorğu zamanı Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş narkotik vasitə olan heroini və psixotrop maddə metamfetamini adını və digər anket məlumatlarını bilmədiyi İran İslam Respublikasının vətəndaşından aldığını, həmin şəxslə təxminən 1 ay əvvəl mobil telefon vasitəsi ilə tanış olduğunu, sonradan həmin şəxslə arasında münasibət yarandığını, həmin şəxsin 04 noyabr 2022-ci il tarixdən saat 17:00- 18:00 radələrində “Whatsapp” ani mesajlaşma proqramı vasitəsi ilə onunla əlaqə saxlayıb ona külli miqdarda “kakos” və “şüşə” adı ilə tanıdığı narkotik vasitə və psixotrop maddə göndərməyi, həmin narkotik vasitəni və psixotrop maddəni Bakı şəhərində götürməsini və satışını təşkil etdikdən sonra əldə etdiyi pulu onun dediyi bank hesabın köçürməsini, narkotik vasitələrin və psixotrop maddələrin satışından əldə olunan puldan ona müəyyən məbləğdə xeyir verəcəyini təklif etdiyini, özünün isə həmin vaxt yanında olan tanışı, yəni ona bu barədə məlumat verərək İran islam Respublikasının vətəndaşı tərəfindən göndəriləcək narkotik vasitələrin və psixotrop maddələrin birlikdə satışını təşkil etmələrini təklif etdiyini, onun bu təklifi ilə razılaşaraq onun özünündə həmin şəxslə narkotik vasitələrin və psixotrop maddələrin göndərilməsi ilə bağlı onun mobil telefonu vasitəsi ilə danışdığını, daha sonra o, Təqsirləndirilən şəxs1 və İran İslam Respublikasının vətəndaşı arasında narkotik vasitələrin və psixotop maddələrin birlikdə satışını təşkil etmələri barədə razılıq əldə etdikdən sonra həmin şəxsin həmin günü təxminən saat 21:00 radələrində yenidən onunla əlaqə saxlayıb narkotik vasitələri və psixotrop maddələri Bakı şəhərində qoyduğu yerin fotoşəkillərini və xəritə üzrə məkanı mobil telefon vasitəsi ilə ona göndərdiyini və həmin günü təxminən saat 22:00 radələrində onunla birlikdə taksi avtomobili ilə Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən “İdeal” şadlıq evinin yaxınlığına gəlib həmin ərazidə divarın yanında gizlədilmiş qara rəngli idman çantasının içərisində olan narkotik vasitələri və psixotrop maddələri götürüb idman çantasını kürək nahiyəsinə asıb onunla birlikdə həmin ərazidən uzaqlaşdıqdan sonra yolda piyada getdikləri zaman polis əməkdaşları tərəfindən saxlanıldıqlarını bildirmişdir. Həmçinin sorğu zamanı o da Təqsirləndirilən şəxs1 dediklərini təsdiq edib aralarında tanışlıq münasibətlərinin olduğunu, Təqsirləndirilən şəxs1 tanışı olan İran islam Respublikasının vətəndaşı tərəfindən göndərilən narkotik vasitələrin və psixotrop maddələrin birlikdə satışını təşkil etmək barədə onunla razılaşdıqdan sonra 04 noyabr 2022-ci il tarixdə təxminən saat 22:00 radələrində birlikdə Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən “İdeal” şadlıq evinin yaxınlığına gəlib həmin ərazidə divarın yanında gizlədilmiş qara rəngli idman çantasının içərisində olan narkotik vasitələri və psixotrop maddələri götürüb oradan uzaqlaşaraq birlikdə piyada hərəkət etdikləri zaman polis əməkdaşları tərəfindən saxlanıldıqlarını, polis əməkdaşları tərəfindən saxlanılan zaman tutulmaqdan qorxub qaçmaq istəyərkən yıxılıb sağ ayaq nahiyəsində xəsarət aldığını qeyd etmişdir. Bundan əlavə o, üzərindən aşkar edilmiş 1 ədəd selofan bükümdə olan narkotik vasitə heroini və 1 ədəd selofan bükümdə olan psixotrop maddə metamfetamini digər anket məlumatlarını dəqiq bilmədiyi “Bəhrəm” adlı İran İslam Respublikasının vətəndaşından aldığını, həmin şəxslə təxminən 2 ay əvvəl sosial şəbəkədə tanış olduğunu, sonradan həmin şəxslə aralarında münasibət yarandığını və 04 noyabr 2022-ci il tarixdən “Whatsapp” ani mesajlaşma proqramı vasitəsi ilə həmin şəxslə əlaqə saxlayıb pulunu sonradan vermək şərti ilə ona narkotik vasitə heroin və psixotrop maddə metamfetamin sifariş verdiyini, sonra həmin şəxs tərəfindən onun mobil telefonuna narkotik vasitənin və psixotrop maddənin gizlədildiyi yerin fotoşəkilləri və xəritə üzrə məkan göndərildiyini, bundan sonra həmin günü saat 16:00 radələrində həmin şəxsin verdiyi məlumat əsasında Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən “Meyvəli” bazarın yaxınlığına gedib orada işıq dirəyinin yanında gizlədildiyi yerdən narkotik vasitə və psixotrop maddəni götürüb özü istifadə etmək məqsədilə üzərində saxlayıb daşıdığını bildirmişdir. O, üzərində 1 ədəd selofan bükümdə narkotik vasitə heroin və 1 ədəd selofan bükümdə psixotrop maddə metamfetamin olmasından Təqsirləndirilən şəxs1 məlumatının olmadığını qeyd etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs1 da onun dediklərini təsdiq edib onun üzərində 1 ədəd selofan bükümdə narkotik vasitə heroin və 1 ədəd selofan bükümdə psixotrop maddə metamfetamin olmasından əvvəlcədən məlumatının olmadığını bildirmişdir. Bundan sonra onların üzərilərinə şəxsi axtarış və baxış keçirilməsi barədə protokol tərtib olunmuş, protokol düzgün tərtib edildiyi üçün o və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs2 verilən suallara cavab olaraq bildirmişdir ki, aşkar edilmiş maddələrdən üzərində olanları şəxsi istifadə üçün əldə etmiş, Məhəmməddən aşkar edilənləri isə satış məqsədi ilə əldə etmişdir, iranlı şəxslə görüşməmiş, onun adının Bəhrəm olduğunu bilmiş, başqa anket məlumatlarını bilməmişdir. Əvvəllər yalnız narkotik vasitə və ya psixotrop maddələrdən istifadə etmiş, lakin sonuncu dəfə əldə etdiklərini satacaqmış. Məhəmmədin əvvəllər bu işlə məşğul olubolmadığını bilməmişdir. Üzərində narkotik vasitə və psixotrop maddə olmasını yalnız onların ikisi bilmişdir. Üzərində narkotik vasitə və psixotrop maddə olmasından Məhəmmədin xəbəri olmamışdır. Başqa heç yerdə narkotik vasitə və ya psixotrop maddə saxlamır. "xxxx" MMC-yə məxsus ***-***-**-** və "xxxx" MMC-yə məxsus ***-***-**-** mobil nömrələrindən istifadə etmişdir. O, nə saxlanılan zaman, nə də üzərinə şəxsi axtarış keçirilən zaman heç bir fiziki və ya psixi təzyiqə məruz qalmamışdır. O, saxlanılan zaman qaçmağa cəhd göstərmiş və yıxıldığından qaça bilməmişdir. Üzərində ciddi bir xəsarəti yoxdur, lakin yıxılan zaman ayağında yüngül xəsarət yaranmışdır (cild 1, iş vərəqi 136-141). Elan olunmuş ifadə ilə bağlı sualları cavablandıran Təqsirləndirilən şəxs2 dindirmə protokolundakı imzaların ona məxsus olduğunu, həmin ifadədə Məhəmməd barədə dediklərini təsdiq etmədiyini, müstəntiqin onun dediklərini yazmadığını və protokolu oxumadan imzaladığını bildirdi. İbtidai istintaq zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs1 ilə şübhəli şəxs Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə keçirilmiş və həmin istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs1 istintaqa verdiyi sərbəst ifadəsini bir daha Təqsirləndirilən şəxs2 üzünə qarşı deməklə təsdiq etmişdir (cild 1, iş vərəqi 106-109). İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs2 05 noyabr 2022-ci il tarixdə məhkəmə-tibb ekspertizasından keçərkən xx.xx.2022-ci il tarixdə saat 22:15-də Yasamal rayonu ərazisində saxlanılarkən qaçdığını və yıxılaraq sağ dizinin sıyrıldığını bildirmişdir (cild 2, iş vərəqi 39). Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərdi ki, 04 noyabr 2022-ci il tarixdə Yasamal rayon sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmaları bərədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatla əlaqədar əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edilmiş və onun rəhbərliyi ilə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna ondan başqa idarənin əməliyyat müvəkkilləri Şahid4, Şahid1, Şahid5 və Şahid2 daxil edilmişlər. 04 noyabr 2022-ci il tarixdə saat 22 radələrində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Yasamal rayonu, A.M.Şərifzadə küçəsində olması müəyyən edilmiş və həmin yerə gedərək saat 22:15-də Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oxşar iki nəfərin piyada hərəkət etdiklərini müəyyən etmişlər. Onlara yaxınlaşıb özlərini təqdim etmiş və kim olmalarını soruşmuşlar. Həmin şəxslərdən biri qaçmağa cəhd göstərmiş, amma onu saxlanılmışlar. Bundan sonra həmin şəxslər özlərini təqdim edərək Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 olduqlarını bildirmişlər. Qaçmağa cəhd göstərən şəxs Təqsirləndirilən şəxs2 olmuş, qaçarkən yıxılıb ayağını zədələmişdir. Həmin şəxsləri qərarla tanış edib BMCMİ-nə gətirmişlər. Orada müdafiəçilərin iştirakı ilə hüquq və vəzifələri izah edilmiş və təhqiqatçı tərəfindən videoçəkilişlə üzərində şəxsi axtarış aparılmışdır. Əvvəlcə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış keçirilmiş, Məhəmməd kürək nahiyəsindən asdığı qara rəngli idman çantasının içərisində “kakos” və “şüşə” adı ilə tanıdığı narkotik vasitə və psixotrop maddə olduğunu bildirib, həmin çantanı, əynində olan şalvarın ciblərində olan 1 ədəd “Huavei” markalı mobil telefonu və 10 manat pulu təqdim etmişdir. Çantaya baxış keçirilən zaman içərisindən ümumilikdə 9 ədəd üzəri yapışqan lentlə bağlanmış selofan bağlamalar aşkar edilmişdir. Bağlamalar açıldıqda 8 ədəd bağlamanın içərisində narkotik vasitə heroinə oxşar maddələr və 1 ədəd selofan bağlamanın içərisində isə psixotrop maddə metamfetaminə oxşar maddə müəyyən olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş maddələr çantaya yığılaraq qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. 10 manat pul Təqsirləndirilən şəxs1 özünə qaytarılmış, “Huavei” markalı mobil telefon isə götürülmüşdür. Şahid3 ifadəsində həmçinin göstərdi ki, bundan sonra Təqsirləndirilən şəxs2 üzərində olması ehtimal edilən qanunla dövriyyəsi qadağan edilmiş əşyaları könüllü surətdə təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs2 üzərində “kakos” və “şüşə” adı ilə tanıdığı narkotik vasitələr olduğunu bildirib, əynində olan boz rəngli cins şalvarın ciblərindən 2 ədəd şəffaf selofan bükümü, 1 ədəd “Samsung” markalı mobil telefonu və 10 manat pulu çıxarıb təqdim etmişdir. Həmin 2 ədəd selofan büküm açıldıqda birinci selofan bükümün içərisində narkotik vasitə heroinə oxşar maddə və ikinci selofan bükümün içərisindən isə psixotrop maddə metamfetaminə oxşar maddə olması müşahidə edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş maddələr qablaşdırılmış, möhürlənmiş və imzalanmışdır. 10 manat pul Təqsirləndirilən şəxs2 özünə qaytarılmış, “Samsung” markalı mobil telefon isə götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş narkotik vasitə olan heroini və psixotrop maddə metamfetamini adını və digər anket məlumatlarını bilmədiyi İran İslam Respublikasının vətəndaşından aldığını, həmin şəxsin 04 noyabr 2022-ci il tarixdən saat 17:00-18:00 radələrində “Whatsapp” ani mesajlaşma proqramı vasitəsi ilə onunla əlaqə saxlayıb narkotik vasitə və psixotrop maddə göndərməyi, həmin narkotik vasitəni və psixotrop maddəni Bakı şəhərində götürməsini və satışını təşkil etdikdən sonra əldə etdiyi pulu onun dediyi bank hesabına köçürməsini, narkotik vasitələrin və psixotrop maddələrin satışından əldə olunan puldan ona müəyyən məbləğdə xeyir verəcəyini təklif etdiyini, özünün həmin vaxtı yanında olan tanışı Təqsirləndirilən şəxs2 bu barədə məlumat verərək İran İslam Respublikasının vətəndaşı tərəfindən göndəriləcək narkotik vasitələrin və psixotrop maddələrin birlikdə satışını təşkil etməklərini təklif etdiyini, tanışı Təqsirləndirilən şəxs2 onun təklifi ilə razılaşaraq, sonuncunun özünün də həmin şəxslə narkotik vasitələrin və psixotrop maddələrin göndərilməsi ilə bağlı onun mobil telefonu ilə danışdığını bildirmişdir. Məhəmməd həmçinin demişdir ki, onlar arasında razılıq əldə edildikdən sonra iranlı həmin gün təxminən saat 21 radələrində yenidən onunla əlaqə saxlayıb narkotik vasitələri və psixotrop maddələri Bakı şəhərində qoyduğu yerin fotoşəkillərini və xəritə üzrə məkanı mobil telefon vasitəsi ilə ona göndərdiyini və həmin gün təxminən saat 22:00 radələrində tanışı Təqsirləndirilən şəxs2la birlikdə Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən “İdeal” şadlıq evinin yaxınlığına gəlib həmin ərazidə divarın yanında gizlədilmiş qara rəngli idman çantasının içərisində olan narkotik vasitələri və psixotrop maddələri götürüb idman çantasını kürək nahiyəsinə asıb Təqsirləndirilən şəxs2la birlikdə həmin ərazidən uzaqlaşdıqdan sonra yolda piyada getdikləri zaman polis əməkdaşları tərəfindən saxlanıldıqlarını bildirmişdir. Həmçinin sorğu zamanı Təqsirləndirilən şəxs2 da Məhəmmədin dediklərini təsdiq etmiş, Təqsirləndirilən şəxs1la narkotik vasitələri götürüb oradan uzaqlaşmaq istəyərkən polis əməkdaşları tərəfindən saxlanıldıqlarını, polis əməkdaşları tərəfindən saxlanılan zaman o, tutulmaqdan qorxub qaçmaq istəyərkən yıxılaraq sağ ayaq nahiyəsində xəsarət aldığını qeyd etmişdir. Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş 1 ədəd selofan bükümdə olan heroini və 1 ədəd selofan bükümdə olan metamfetamini “Bəhrəm" adlı İran vətəndaşından aldığını, 04 noyabr 2022-ci il tarixdən “Whatsapp” ani mesajlaşma proqramı vasitəsi ilə həmin şəxslə əlaqə saxlayıb pulunu sonradan vermək şərti ilə ona heroin və metamfetamin sifariş verdiyini, sonra həmin şəxs tərəfindən onun mobil telefonuna narkotik vasitənin və psixotrop maddənin gizlədildiyi yerin fotoşəkilləri və məkan göndərildiyini, bundan sonra həmin günü saat 16 radələrində həmin şəxsin verdiyi məlumat əsasında Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən “Meyvəli” bazarın yaxınlığına gedib orada işıq dirəyinin yanında gizlədildiyi yerdən narkotik vasitə və psixotrop maddəni götürüb özü istifadə etmək məqsədilə üzərində saxlayıb daşıdığını bildirmişdir. Təqsirləndirilən şəxs2 onun üzərində olan maddələrdən məlumatı olmadığını qeyd etmişdir. Bundan sonra keçirilmiş şəxsi axtarışla bağlı protokol tərtib olunmuş və protokol düzgün tərtib edildiyindən imzalarla təsdiq edilmişdir. Şahid3 suallara cavab olaraq bildirdi ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saxlanılarkən və polis idarəsində olduqları müddətdə onlara qarşı heç bir fiziki və ya psixoloji təzyiq olunmamışdır. Təqsirləndirilən şəxs2 saxlanılan zaman qaçmağa cəhd göstərsə də, bunu edə bilməmiş və saxlanılmışdır. Bundan başqa onlar heç bir müqavimət göstərməmiş və onlara qarşı fiziki və psixi zorakılıq hallarına yol verilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkilləri Şahid4, Şahid1 və Şahid2 04 noyabr 2022-ci il tarixdə saat 22 radələrində şübhəli şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müəyyən edilərək saxlanılmaları və üzərində şəxsi axtarış keçirilən zaman külli miqdarda narkotik vasitə və psixotrop maddələrin aşkar edilərək götürülməsi zamanı əməliyyat qrupunun üzvləri kimi iştirak etdiklərini bildirərək, həmkarları Şahid3 ifadəsi ilə oxşar məzmunlu ifadə verdilər. Həmçinin Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili, iş üzrə Şahid5 məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq edildi. O, həmin ifadəsində Şahid3 məhkəmə iclasında verdiyi ifadə ilə oxşar məzmunlu ifadə vermişdir (cild 2, iş vərəqi 17-19). Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan şəxsi axtarış və götürmə aparılması haqqında 05 noyabr 2022-ci il tarixli protokola əsasən, 04 noyabr 2022-ci il tarixdə saat 22:15-də Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ünvan 5 ünvanının yaxınlığında saxlanılaraq Baş idarəyə gətirilmişlər və orada onların üzərinə keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 kürək nahiyəsindən asdığı qara rəngli idman çantasının içərisindən 8 ədəd selofan bağlamada narkotik vasitə heroinə oxşar maddə, 1 ədəd selofan bağlamada psixotrop maddə metamfetaminə oxşar maddə, əynində olan idman şalvarının sağ yan cibindən 1 ədəd “Huavei” markalı mobil telefon və əynində olan idman şalvarının sol yan cibindən 10 manat pul aşkar edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 üzərinə keçirilən şəxsi axtarış zamanı onun əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən birinin içərisində narkotik vasitə heroinə oxşar maddə, digərinin içərisində isə psixotrop maddə metamfetaminə oxşar maddə olmaqla 2 ədəd şəffaf selofan büküm, əynində olan şalvarın sol yan cibindən 1 ədəd “Samsung” markalı mobil telefon və 10 manat pul aşkar edilmişdir. Qeyd edilən maddələr və 2 ədəd mobil telefon götürülmüş, pullar isə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qaytarılmışdır. Şəxsi axtarış və götürmə istintaq hərəkəti 05 noyabr 2022-ci il tarixdə saat 00:40-da başlamış və həmin tarixdə saat 01:40-da başa çatmışdır. Videogörüntülərin qeydə alındığı 1 ədəd DVD disk iş üzrə sübut qismində tanınaraq cinayət işinə əlavə olunmuşdur (cild 1, iş vərəqi 44-48). Məhkəmə-kimyəvi ekspertizasının 05 noyabr 2022-ci il tarixli 6/6421 nömrəli rəyindən görünür ki: Tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün № 6” li dairəvi möhür əksi, “şübhəli şəxs: Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş 1 ədəd selofan bükümdə narkotik vasitə heroinə oxşar maddə və 1 ədəd selofan bükümdə psixotrop maddə metamfetaminə oxşar maddə “yazısı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 6,746 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 1 (bir) ədəd bükümdə təmiz çəkisi 1,727qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün № 6” li dairəvi möhür əksi, “şübhəli şəxs: Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 8 ədəd selofan bükümdə narkotik vasitə heroinə oxşar maddə və 1 ədəd selofan bükümdə psixotrop maddə metamfetaminə oxşar maddə” yazısı və imzalar olan qara rəngli çantadakı: - 8 (səkkiz) ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 1000 qr, 985 qr, 1580 qr, 1030 qr, 2090 qr, 985 qr, 980 qr, 980 qr, ümumi təmiz çəkisi 9630 qram (9kq 630qr) qəhvəyi rəngli maddələr kütlələri kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; -1 (bir) ədəd bağlamada təmiz çəkisi 990 qram sarımtıl-ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Vət. Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş 1 (bir) ədəd bükümdə olan heroin və Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş 8 (səkkiz) ədəd bağlamada olan heroinlər xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə fərqlidirlər. Vət. Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş 1 (bir) ədəd bükümdə olan metamfetamin və Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş 1 (bir) ədəd bağlamada olan metamfetamin xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə fərqlidirlər. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxildirlər (cild 1, iş vərəqi 69-75). Məhkəmə-narkoloji ekspertizasının 19 dekabr 2022-ci il tarixli 7699 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 2, iş vərəqi 31-32). Məhkəmə-narkoloji ekspertizasının 04 fevral 2023-cü il tarixli 624 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 opioidlərin, psixostimulyatorların və kannabinoidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 2, iş vərəqi 42-43). İbtidai istintaq orqanının 10 noyabr 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 6,646 qram narkotik vasitə heroin, qalıq çəkisi 1,627 qram psixotrop maddə metamfetamin, qalıq çəkisi 9629,76 qram təşkil edən narkotik vasitə heroin və qalıq çəkisi 989,8 qram təşkil edən psixotrop maddə metamfetamin maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanılmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin Maddi sübutları saxlama yerinə təhvil verilmişdir (cild 1, iş vərəqi 182-184). Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid3 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərar qanuni hesab edilmişdir (cild 1, iş vərəqi 195). Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə əməliyyataxtarış tədbirinin aparılması barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid3 tərəfindən qəbul edilmiş və həmin İdarənin rəisi Əbülfət Rzayev tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli qərar qanuni hesab edilmişdir (cild 1, iş vərəqi 201-202). İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 aşkar edilmiş külli miqdarda narkotik vasitə və psixotrop maddələrin əldə edilmə mənbəyinin müəyyən edilməsi məqsədi ilə əməliyyat tapşırığı verilmiş, təhqiqat orqanının xx.xx.2022-ci il tarixli 007-15085- 1222 nömrəli cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında mütəmadi olaraq narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmaları, Təqsirləndirilən şəxs1 aşkar edilmiş narkotik vasitə və psixotrop maddələri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birlikdə adı məlum olmayan İran İslam Respublikasının vətəndaşından əldə etmələri, həmçinin Təqsirləndirilən şəxs2 aşkar edilmiş narkotik vasitə və psixotrop maddələri sonuncunun “Bəhmən” adlı şəxsdən əldə etməsi, iranlı şəxslərin narkotik vasitə və psixotrop maddələri müxtəlif şəxslər vasitəsi ilə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirərək Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 verməsi aşkar edilmişdir. Lakin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 digər cinayət əməllərinin törədilməsində iştiraklarının olub-olmamaları, yaxın əlaqələrinin müəyyən edilməsi, narkotik vasitə və psixotrop maddələrin satışında və istifadəsində şübhəli olan şəxslərlə əlaqələrinin müəyyən edilməsi, İran İslam Respublikası vətəndaşlarının, o cümlədən “Bəhmən” adlı şəxsin şəxsiyyətini, həmçinin narkotik vasitə və psixotrop maddələri Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirən şəxslərin şəxsiyyətlərinin müəyyən edilməsi istiqamətində aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində müsbət nəticə əldə etmək mümkün olmamışdır (cild 1, iş vərəqi 219). Cinayət işinə əlavə olunmuş 01 dekabr 2022-ci il tarixli baxış protokolundan görünür ki, Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin qərarı əsasında "xxxx" MMC-dən daxil olmuş CD diskdə olan məlumatlara baxış keçirilən zaman Təqsirləndirilən şəxs1 istifadəsində olmuş 051 401-09-12 saylı mobil telefon nömrəsinə 01 yanvar 2022-ci il tarixdən 04 noyabr 2022-ci il tarixədək daxil olan və çıxan zənglərdə, həmçinin SMS mətnlərində narkotik vasilərin və psixotrop maddələrin satışı ilə bağlı olan iş üçün əhəmiyyət kəsb edən çoxsaylı məlumatların mövcud olması müəyyən edilmişdir. Bu səbəbdən istintaq orqanı tərəfindən həmin disk maddi sübut kimi tanınmış və Cinayət işinə əlavə olunmuş 30 yanvar 2023-cü il tarixli baxış protokolundan görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı əsasında "xxxx" MMC-dən daxil olmuş CD diskdə diskdə olan məlumatlara baxış keçirilən zaman Təqsirləndirilən şəxs1 istifadəsində olmuş 070 438-38-00 saylı və Təqsirləndirilən şəxs2 istifadəsində olmuş 070 200-95-86 mobil telefon nömrəsinə 01 yanvar 2022-ci il tarixdən 04 noyabr 2022-ci il tarixədək daxil olan və çıxan zənglərdə, həmçinin SMS mətnlərində narkotik vasilərin və psixotrop maddələrin satışı ilə bağlı olan iş üçün əhəmiyyət kəsb edən çoxsaylı məlumatların mövcud olması müəyyən edilmişdir. Bu səbəbdən istintaq orqanı tərəfindənhəminCD disk maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir (cild 2, iş vərəqi 28-30, 65). İş materiallarında olan Yasamal rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 56 saylı Mənzil Kommunal İstismar Sahəsindən verilmiş 25 noyabr 2022-ci il tarixli xasiyyətnamədən, həmçinin 247 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 ünvan 6 ünvanında atası X3 və anası X2 ilə birlikdə qeydiyyatsız yaşayır və Təqsirləndirilən şəxs1 barəsində 56 saylı Mənzil Kommunal İstismar Sahəsinə heç bir şikayət daxil olmamışdır (cild 2, iş vərəqi 4-5). Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 66.2 və 66.5-ci maddəsinə əsasən təqsirli bilinərək 2 il 1 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə 2 ay 1 gün şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. Cinayət işinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli tələbnaməyə əsasən, Baş idarənin statistik-informasiya bazasında Təqsirləndirilən şəxs1 məhkumluğu barədə məlumat yoxdur (cild 1, iş vərəqi 206-207). Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib, əvvəlcədən pulunu verdiyi 1 qram narkotik vasitəni almağa gedən zaman polis əməkdaşları tərəfindən tutulduğunu, polis əməkdaşları onu tutduqdan sonra idarəyə gətirdiklərini və orada ittihamda göstərilən narkotik vasitəni onun üzərinə qoyaraq ondan aşkar olunduğunu bildirdiklərini, ibtidai istintaq zamanı təzyiq altında ifadə verdiyini, lakin heç yerə şikayət etmədiyini, polis əməkdaşlarının sumkada 10 kq narkotik vasitə olduğunu ona dediklərini, həmin vaxt onun halı olmadığı üçün narkotik vasitəni nəyə görə onun boynuna qoyduqlarını soruşa bilmədiyini, polis əməkdaşları əvvəlcə onun üzərindən narkotik vasitə aşkar olunmadığını gördükdən sonra həmin 10 kq narkotiki onun üstünə yüklədiklərini, lakin bunu nəyə görə etdiklərini bilmədiyini, müstəntiqin yanında sərbəst ifadə verdiyini, lakin ifadəsini oxumadan imzaladığını, müstəntiqə də narkotik vasitənin ona məxsus olmadığını dediyini bildirərək öz müdafiəsi üçün dəlillər gətirdi. Həmçinin məhkəmədə Təqsirləndirilən şəxs2 da öz müdafiəsi üçün dəlillər gətirərək yalnız üzərindən aşkar olunmuş narkotik vasitəyə görə özünü qismən təqsirli bildiyini, Təqsirləndirilən şəxs1 aşkar olunması bildirilən külli miqdarda narkotik vasitələr və psixotrop maddələr barədə heç bir məlumatı olmadığını bildirdi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, hökmün təsviriəsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə kollegiyası müdafiə tərəfinin gətirdiyi həmin dəlillərlə bağlı qeyd etməyi lazım bilir ki, iş materiallarına görə həm Təqsirləndirilən şəxs1, həm də Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulub videoçəkiliş aparılmaqla müdafiəçilərin iştirakı ilə şəxsi axtarışları zamanı özləri heç bir kənar təsir olmadan ittihamda qeyd olunmuş narkotik vasitələri və psixotrop maddələri polis əməkdaşlarına təqdim etmişlər. Həmin maddi sübutlar prosessual qaydada qablaşdırılaraq götürülmüş, videoçəkilişlə ilkin sorğu zamanı hər iki şübhəli şəxs sərbəst şəkildə narkotik vasitələri və psixotrop maddələri hansı qaydada, kimdən, harada və hansı məqsədlə əldə etmələri barədə bir-birinə uyğun gələn izahatlar vermişlər. İbtidai istintaq zamanı şübhəli şəxs və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şəxsi axtarış zamanı aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin onlara məxsus olduğunu, onları satmaq məqsədilə İran vətəndaşı kimi tanıdıqları şəxslərdən aldıqlarını bildirmişlər. Cinayət işinə əlavə olunmuş və məhkəmədə tədqiq edilmiş çoxsaylı SMS və votsap yazışmalarının məzmunundan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həbs olunmamışdan əvvəlki dövrdə istifadələrində olan mobil telefonlardan istifadə etməklə müxtəlif şəxslərlə narkotik vasitələrin və psixotrop maddələrin alqı-satqısı barədə çoxsaylı yazışmalar aparmış, həmin yazışmalardan aydın olur ki, müraciət edən şəxslər məhz Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitələrin satıcısı kimi müraciət etmiş, sonuncu isə, həmin şəxsləri narkotik vasitə və psixotrop maddələrlə təmin etmişlər. Ona görə də, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadələrdən fərqli ziddiyyətli ifadələr verməsini təqsirləndirilən şəxslərin məsuliyyətdən yayınmaq və ya cəzalarnı yüngülləşdirmək üçün seçdikləri müdafiə taktikası kimi qiymətləndirir, təqsirləndirilən şəxslərin ibtidai istintaq zamanı verdikləri etirafedici ifadələri iş üzrə obyektiv həqiqəti əks etdirən sübutlar kimi qəbul edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarında məhkəmələrə tövsiyyə olunur ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxslərin narkotik vasitələri və psixotrop maddələri məhz satış məqsədi ilə əldə edib saxlaması və daşıması nəticəsinə gələrkən, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı onlardan aşkar olunmuş narkotik və psixotrop maddələrin özlərinə məxsus olduğunu, həmin maddələri satmaq məqsədilə İran vətəndaşı kimi tanıdığı şəxslərdən aldıqlarını səmimi etiraf etmələrini, həmçinin aşkar olunmuş maddələrin həm narkotik vasitə heroin, həm də psixotrop maddə metamfetamin olmaqla 2 ayrıayrı növlərdə olmasını, onların hər birinin ayrı-ayrı bağlamalara bükülməsini, həmçinin aşkar olunmuş narkotik və psixotrop maddələrin kütləsinin külli miqdar anlayışından dəfələrlə artıq olmasını nəzərə alır. Şərh olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxslərin törətdikləri əməllər düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlərdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onların cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini qəsdən törətmələri tam sübuta yetirilmişdir. Onlar qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidirlər. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəzalar təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onların törətdikləri cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzaların onların islah olunmalarına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır, cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi, cinayətlərin residivi isə onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinin tələbinə görə, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. İş materiallarına görə Təqsirləndirilən şəxs2 Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 66.2 və 66.5-ci maddəsinə əsasən təqsirli bilinərək, 2 il 1 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə 2 ay 1 gün şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. Göründüyü kimi, Təqsirləndirilən şəxs2 Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin hökmünə əsasən məhkum edilməsinə baxmayaraq, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmədən və ya götürülmədən yenidən qəsdən ağır cinayət törətmişdir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs1 ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində, Təqsirləndirilən şəxs2 isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli, CM-nin 56.1.3-cü maddəsinə əsasən, cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə cəzanın çəkilmə yeri ciddi cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 04 noyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulmuş və 05 noyabr 2022-ci il tarixdə onlara ittiham olunaraq məhkəmənin qərarı ilə hər ikisi barəsində həbs qətimkan tədbiri seçilmişdir. Həmin vaxtdan hal-hazıra qədər hər iki təqsirləndirilən şəxs həbsdə saxlanılır. Həmçinin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 04 noyabr 2022-ci il tarixli tarixdən başlayaraq həbsdə saxlanıldıqları bütün müddət onlara təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə kollegiyası məhkəmə-narkoloji ekspertizasının 19 dekabr 2022-ci il tarixli 7699 nömrəli və 04 fevral 2023-cü il tarixli 624 nömrəli rəyin rəyini əsas tutaraq hesab edir ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 psixostimulyatorların qəbulu nəticəsində, Təqsirləndirilən şəxs2 isə opioidlərin, psixostimulyatorların və kannabinoidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunduğundan, onların narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan və məcburi müalicəyə əks göstərişləri olmadığından Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, onların hər ikisi barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və onlar ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidirlər. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin maddi sübutları saxlama yerinə təhvil verilməklə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 6,646 qram narkotik vasitə heroin, qalıq çəkisi 1,627 qram psixotrop maddə metamfetamin, qalıq çəkisi 9629,76 qram təşkil edən narkotik vasitə heroin və qalıq çəkisi 989,8 qram təşkil edən psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut olan 1 ədəd DVD formatlı disk və "xxxx" və "xxxx" MMC-dən daxil olmuş 2 ədəd CD disklər iş materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə ibtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı 114 (yüz on dörd) manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 114 (yüz on dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada, yəni hər birindən 57 (əlli yeddi) manat tutularaq dövlət büdcəsinə köçürülməlidir. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib, 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs1 təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 04 noyabr 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib, 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 təyin olunmuş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs2 təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 04 noyabr 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş iş üzrə maddi sübutlar: - Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülməklə ekspertiza tədqiqatlarından sonra qalıq qalan 6,646 qram narkotik vasitə heroin, 1,627 qram psixotrop maddə metamfetamin, qalıq çəkisi 9629,76 qram olan narkotik vasitə heroin və qalıq çəkisi 989,8 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin; - İş üzrə "xxxx" və "xxxx" MMC-dən daxil olmuş 2 ədəd CD disklər, şəxsi axtarış və götürmə zamanı çəkilmiş videogörüntülərin qeydə alındığı 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə məsrəfləri hesab edilən 114 (yüz on dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada, yəni hər birindən 57 (əlli yeddi) manat tutularaq dövlət büdcəsinə köçürülsün. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Səbuhi Hüseynov
Məhkəmə qərarları › İş №1(101)-944/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-944/2023
02.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver