Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-945/2022 04.05.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, Ağayev Zeynal Qurban oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 18 saylı vəkil bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxsin hüquqi varisi X2, zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi – Bakı şəhəri Verdiktum vəkil bürosunun vəkili X6, barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq olunması üçün icraat başlanılan şəxs Təqsirləndirilən şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakları ilə, məhkəmə iclasında Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini anlaqsız vəziyyətdə törətmiş Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə dair işə baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan sağlamlığına ağır zərər vurmuşdur. Belə ki, o, əziyyət çəkdiyi paranoid şizofreniya xəstəliyi səbəbindən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X19 küçəsi 155 ünvanında yerləşən Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X10 16-cı kişi şöbəsinin nəzarət palatasında saxlanılan və həmin xroniki psixi xəstəliyə xarakterik olan psixotik vəziyyətin davam etməsi səbəbindən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmayan anlaqsız şəxs Təqsirləndirilən şəxs 3 dekabr 2021ci il tarixdə saat 22:40-da onunla eyni xəstəlikdən əziyyət çəkməklə eyni palatada müalicə alan Zərərçəkmiş şəxs üzərini örtdüyü yorğanı istəməsi və sonuncunun həmin yorğanı verməməsi səbəbindən aralarında baş vermiş münaqişə nəticəsində Zərərçəkmiş şəxs baş və bədən nahiyələrinə yumruq və təpik zərbələri vuraraq ona canlı şəxslərdə sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malik olmaqla onun ölümü ilə səbəbli əlaqəsi olmayan ənsə və sağ təpə nahiyəsinin qançırları, alt dodağın sıyrığı, canlı şəxslərdə ümumilikdə və ayrı-ayrılıqda sağlamlığa yüngül zərərvurmanın əlamətlərinə malik olan sol qaş nahiyəsinin bir ədəd əzilmiş yarası, sol göz yuvasıətrafı-almacıq və sağ göz yuvasıətrafı-almacıq-yanaq nahiyələrinin dərialtı hematomaları, canlı şəxslərdə sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik olmaqla onun ölümü ilə səbəbli əlaqəli baş-beyin maddəsinin əzilməsi, baş-beyinin yumşaq qişalarına, maddəsinə və mədəciklərə qansızma, baş beyinin sol təpə-gicgah və sol alın paylarında subdural hematoma (beyinin sərt qişası altına qanın yığılması) ilə müşayiət olunan sol təpə-gicgah və alın nahiyələrinin dərialtı hematoması, baş-beyin maddəsinin əzilməsi, baş-beyinin yumşaq qişalarına, maddəsinə və mədəciklərinə qansızma xəsarəti yetirdikdən sonra sonuncu, Səhiyyə Nazirliyi “Respublika Neyrocərrahiyyə Xəstəxanası” X13 yerləşdirilərək ixtisaslı tibbi yardım almasına baxmayaraq, 16.12.2021-ci il tarixdə almış olduğu ağır xəsarətlə əlaqədar müalicə olunduğu xəstəxanada ölmüş, bununla da o, Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan ölümünə səbəb olan sağlamlığına ağır zərər vurmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi X10 30 dekabr 2021-ci il tarixli, 170 saylı stasionar məhkəmə-psixiatrik ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs psixi xəstəliyi ilə əlaqədar, sonuncunun nə istintaq dövründə, nə də məhkəmədə dindirilməsi mümkün olmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, əri Elxan Həsənov 09.02.2013-cü il tarixdə avtomobil vurması nəticəsində həlak olmuşdur. Mərhum Zərərçəkmiş şəxs isə oğludur. Elvinin təxminən 17- 18 yaşlarında qeyri adekvat hərəkətləri başlamışdır. Belə ki, Elvin rabitəsiz nitqlər qurmuş, durduq yerə gülürmüş. Həmin vaxtlar onlar Rusiyada yaşayırmışlar. Elvini Rusiyada psixiatrik xəstəxanaya aparmışlar və orada şizofren-paranoid diaqnozu qoyulmuş və “Modeteten-Depo” iynəsi yazılmışdır. Elvinə həmin iynə ayda 1 dəfə vurulurmuş. Onlar 2011-ci il tarixdə ailəlikcə Bakı şəhərinə qayıtmışlar. Bakıda olarkən də Elvinə həmin iynəni vurmaqda davam etmişlər. Əri Elxanın 2013-cü il tarixdə ölməsindən sonra oğlu Elvində psixi problemlər daha da şiddətlənmişdir. Belə ki, Elvin artıq aqressiv olmağa başlamış və evdə əşyaları qırmış, yüksək səslə danışmağa başlamışdır. Onlar Elvini 1 dəfə təxminən 2021-ci ilin əvvəllərində Maştağada yerləşən Psixiatriya Xəstəxanasına yerləşdirmişlər. Elvin orada bir müddət müalicə aldıqdan sonra Elvini həmin xəstəxanadan çıxarıb evə gətirmişlər. Lakin, Elvində psixi xəstəliklər daha da şiddətlənməyə başlamışdır. Onlar Elvini 2021-ci ilin təxminən iyul ayında yenidən Maştağa qəsəbəsində yerləşən Psixiatriya Xəstəxanasına yerləşdirmişlər və Elvin orada müalicə almağa başlamışdır. Onlar Elvinin yanına getdikdə, Zeynəb adlı tibb bacısı ona bildirmişdir ki, Elvin hələ də aqressivdir və müalicə alması lazımdır. Oğlu Zərərçəkmiş şəxs 03.12.2021-ci il tarixdə xəsarətlər alaraq Neyrocərrahiyə Xəstəxanasına yerləşdirilməsindən həmin vaxt xəbəri olmamışdır. O, növbəti gün, yəni, 04.12.2021-ci il tarixdə həmin xəstəxananın tibb bacısı Zeynəblə danışdıqda Elvinlə bağlı suallarına narahat cavab verdiyinə görə, o, həmin xəstəxanaya getmişdir. Orada ona bildirmişlər ki, Elvinə onunla eyni palatada müalicə alan digər xəstə tərəfindən xəsarət yetirilmiş və Neyrocərrahiyyə xəstəxanasına aparılmışdır. O, dərhal həmin xəstəxanaya getmiş və Elvinin orada koma vəziyyətində reanimasiya şöbəsində olduğunu görmüşdür. Elvinin heç bir nitq qabiliyyəti olmamış və Elvin həmin xəstəxanada 16.12.2021-ci il tarixdə ölmüşdür. Elvin psixiatriya xəstəxanasında qaldığı müddətdə ona kiminləsə münaqişə və ya mübahisə yaşaması barədə hər hansı bir məlumat verməmişlər. Elvin əşyaları sındırar, qışqırar, əsəbləşərmiş, lakin, heç kimsəni heç vaxt vurmazmış. Aqressivləşsə də, ailədə evdə kimisə heç vaxt vurmamışdır. Oğlunu aqressiv xəstə ilə bir palatada saxlamışlar və onlara nəzarət olunmadığından belə bir hadisə baş vermişdir. Xəstəxanada olan işçilərin səhlənkarlığı nəticəsində bu hadisə baş verdiyindən onların cəzalandırılmalarını xahiş edir. O, mütəmadi olaraq oğluna gəlib baş çəkirmiş. Hətta gəlib onu evlərinə aparmaq istədikdə, ona Zeynəb bildirmişdir ki, hələlik onun evə yazılması mümkün deyil. Хащиш едир ки, Təqsirləndirilən şəxs юмцрлцк хястяханада мцалиъядя галсын. Məhkəmə iclasında barəsində tibbi xarakterli məcburi tədbirlər tədbiq edilməli olan şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə ifadəsində göstərmişdir ki, o, 1978-ci il tarixdən Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində yerləşən Respublika Psixiatriya Xəstəxanasında işləyir. Təxminən 2016-cı il tarixdən isə 16-cı kişi şöbəsində böyük tibbi bacısı işləyir. Onun iş qrafiki səhər saat 09-dan günorta saat 15-dəkdir. İşlədiyi şöbədə əsasən ağır psixi xəstəliklərdən əziyyət çəkən kişi cinsli şəxslər müalicə alırlar. Şöbədə təxminən 70-80 nəfər şəxs müalicə alır. O, xəstələrin dərmanları vaxtı-vaxtında qəbul etməsinə, işin düzgün təşkilinə, qrafiklərə əməl olunmasına, xəstələrə qulluq edilməsinə nəzarət edir. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs da onun işlədiyi 16-cı kişi şöbəsində müalicə almışlar. Həmin şəxslər ağır psixi xəstəlikdən əziyyət çəkmişlər və narahat xəstələr olmuşlar. Emil və Elvin həmişə nəzarətdə saxlansalar da, ətrafa zərər vermişlər. Aqressiv xəstələr olduqları üçün o, həmin şəxslərə həmişə daha ciddi nəzarət edilməsi ilə bağlı sanitara bildirmişdir. Onlar aqressiv xəstə olduqları üçün Ədalət həkimin göstərişinə əsasən nəzarət otağına yerləşdirilmişlər. Həmin xəstələrə müalicə qrafikini də Ədalət həkim müəyyən etmişdir. 03.12.2021-ci il tarixdə də bildiyi qədər Ədalət həkimin müəyyən etdiyi qrafikə uyğun olaraq tibb bacısı tərəfindən psixi xəstəlik üçün olan iynələr Elvinə və Emilə vurulmuşdur. O, 03.12.2021-ci il tarixdə saat 15 radələrində iş vaxtı bitdiyindən işdən çıxmışdır. Həmin gün gecə radələrində onun mobil telefonuna növbətçi həkim Lalə zəng edərək hadisə barədə məlumat verib, bildirmişdir ki, Emil Elvinə xəsarət yetirmiş və Elvin huşsuz vəziyyətdə otaqda yerdə uzanmış, bundan sonra təcili tibbi yardım çağırılıb Elvin xəstəxanaya aparılmışdır. Həmin gün Emil də digər nevroz şöbəsinə yerləşdirilmişdir. Emil və Elvin aqressiv xəstələr olduğu üçün bir-birilərini səbəbsiz yerə vurmaq istəmiş, bir-birilərinə və həmçinin digər xəstələrə də hücum çəkmək istədikləri üçün nəzarət otağına yerləşdirilmişlər. O, hadisə baş verən gün Emil və Elvini səhər radələrində görmüş və iynə vurulduğu üçün sakitləşmişlər. Lakin, iynə vurulmadıqda aqressiv olurmuşlar. Ədalət həkimin təyinatına uyğun olaraq “Qalaperedol”, “Aminazim- Kardiomen”, “Qalaperedol-Dekonat” iynələri vurulmuşdur. Hadisə saat 23 radələrində baş vermişdir. Həmin vaxt xəstəxana işçilərindən yalnız gecə növbəsində işləyən Gülbəniz və Rövşən orada olmuşlar. 16-cı kişi şöbəsində yalnız 1 nəzarət otağı vardır. Cəmi təxminən 10 palata var və palataların hamısı xəstələrlə doludur. Ayrıca 1 otaq isə aqressiv xəstələr üçün ayrılmışdır və iynələrin, dərmanların təsiri ilə sakitləşmişlər. Həmin gün də Emil və Elvinlə Ədalət həkimin göstərişinə uyğun müalicə almışlar. Hadisənin şahidi olmamışdır. Onlar hər ikisi eyni otaqda olsalar da, onlara sakitləşdirici iynə və dərmanlar verilmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi Zaur İbadovun suallarını cavablandıraraq şahid Qanuni nümayəndə bildirmişdir ki, sanitarların xəstələrə dərman verməsinə icazə yoxdur, lakin gecə növbədə tibb bacısı olmadığından hər xəstəyə veriləcək dərmanlar sanitara verilir ki, xəstələrə paylasın. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, 2007-cı il tarixdən Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində yerləşən Respublika Psixiatriya Xəstəxanasında işləyir. 2012-ci il tarixdən isə 10-cu kişi şöbəsində müdir işləyir. 2021-ci ilin noyabr ayının son günlərindən həmçinin müvəqqəti 16-cı kişi şöbəsində də şöbə müdiri əvəzi işləyir. Onun iş saatı səhər saat 09-dan saat 15-dəkdir. İşlədiyi 16-cı kişi şöbəsində əsasən psixi xəstəliklərdən əziyyət çəkən kişi cinsli şəxslər müalicə alırlar. Orada təxminən 70-80 nəfər şəxs müalicə alır. Onun işi həmin şöbənin müdiri kimi psixi xəstələrin müalicə üsullarını seçmək, vurulacaq iynələri, dərmanları müəyyən edib tibb bacılarına göstəriş vermək və ümumilikdə şöbəyə rəhbərliyi həyata keçirməkdən ibarətdir. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs 16-cı kişi şöbəsində müalicə almışlar. Həmin şəxslər ağır psixi xəstəlikdən əziyyət çəkmişlər və narahat xəstələr olmuşlar. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs şüşələri, əşyaları qırır və həmişə nəzarətdə saxlansalar da, ətrafa zərər verirmişlər. O, həmin şəxslərin müalicə metodikasını müəyyən etmişdir. Həmin şəxslərə əsasən psixotrop dərmanlar və iynələr olan “Aminazinhalaperedol-kordiamen” və “Halaperedol-dekonat” iynələri vurulmuşdur. Aqressiv xəstələr olduqları üçün o, onlara həmişə daha ciddi nəzarət edilməsi ilə bağlı tibb bacılarına göstəriş vermişdir. Həmçinin, onlar aqressiv xəstə olduqları üçün onun göstərişinə əsasən nəzarət otağına yerləşdirilmişlər. 03.12.2021-ci il tarixdə işə gəlmiş, lakin həmin gün əsasən 10-cu şöbədə fəaliyyət göstərmişdir. 1 palata fiziki cəhətdən daha zəif, daha həssas xəstələr üçün ayrılmışdır. 1 palata isə aqressiv xəstələr üçündür, nəzarət palatasıdır. Aqressiv xəstələrin hər birinə ayrı otaq da ayrılması mümkün deyil. Emil ağır psixi xəstədir. Əsassız və səbəbsiz yerə digər şəxslərə zərər yetirə bilir. Şöbənin fiziki imkanları məhdud olduğu üçün hər xəstəni ayrı otaqda yerləşdirmək mümkün deyil.Axşam radələrində evdə olarkən ona bildirmişlər ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yumruq və təpik zərbələri vuraraq xəsarətlər yetirmiş və Zərərçəkmiş şəxs Nevrocərrahiyyə xəstəxanasına aparılmışdır. O, hadisənin birbaşa şahidi olmasa da, otağında həmin palatanın müşahidə kamerasına baxdıqda hadisənin necə baş verdiyini görmüşdür. Video görüntülərdən görünür ki, Emil Elvindən yorğanını istəmiş, Elvin yorğanını vermədiyi üçün yumruq və təpik zərbələri ilə vuraraq xəsarətlər yetirmişdir. Həmin gün hər iki xəstəyə psixatrop dərmanlar və iynələr olan “Aminazin-halaperedolkordiamen” və “Halaperedol-dekonat” iynələri vurulsa da, Təqsirləndirilən şəxs effektli təsir etmədiyi üçün aqressiv olmağa davam etmişdir. Videokamera həkimin otağında olduğundan, hadisə isə gecə oldğundan həkim olmamışdır. Zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi Zaur İbadovun suallarını cavablandıraraq Şahid1 bildirmişdir ki, palataya tibb işçiləri nəzarət edirlər. Həmin palataya videokamera vasitəsi ilə də nəzarət olunur. Hadisə günü gecə sanitar Şahid5, sanitarka Gülbəniz Əbdürrəhmanova və həkim Lalə Qasımova növbədə olmuşlar. Aqressiv xəstələrə daim iynələr vurulur, dərmanlar verilir. Təyinata əsasən 8 və 24 saat müddətə iynə vurulur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, 2016-cı il tarixdən Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində yerləşən Respublikası Psixiatriya Xəstəxanasının 16-cı kişi şöbəsində xadimə işləyir. Onun iş saatı günorta saat 15-da başlayıb, səhər saat 09-da bitir. İşlədiyi şöbədə əsasən ağır psixi xəstəliklərdən əziyyət çəkən kişi cinsli şəxslər müalicə alırlar. Orada təxminən 70-80 nəfər şəxs müalicə alır. O, şöbənin təmizliyi ilə məşğul olur və orada xadimə olaraq tək işləyir. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs da onun işlədiyi 16-cı kişi şöbəsində müalicə almışlar. Həmin şəxslər ağır psixi xəstəlikdən əziyyət çəkmişlər və narahat xəstələr olmuşlar. Onlar əşyaları qırır və həmişə nəzarətdə saxlansalar da ətrafa zərər vermişlər. Həmin şəxslərin qırdıqları əşyaları o, yığışdırdığı üçün hər ikisini yaxşı tanımışdır. 03.12.2021-ci il tarixdə saat 15 radələrində 16-cı kişi şöbəsinə gəlib işə başlayan vaxt görmüşdür ki, Elvin və Emil hər ikisi nəzarət otağındadırlar. Nəzarət otağına narahat xəstələr yerləşdirilir. Həmin otağın digər otaqlardan fərqi odur ki, nəzarət otağında sadəcə yatmaq üçün lazımlı əşyalardan başqa heç bir əşya olmur. Tualeti də orada yerləşir. Emil və Elvinin qidaları da həmin otaqda verilir. Həmin gün təxminən saat 23 radələrində bütün otaqların sanitar qovşaqlarının təmizliyini yoxlamaq üçün otaqlara girmişdir. Elvin və Emilin qaldığı otağın da sanitar qovşağının təmizliyinə baxmaq üçün həmin otağa daxil olarkən onların hər ikisinin sakit ayrı-ayrı uzanmış olduqlarını görmüşdür. Bir qədər sonra 16-cı kişi şöbəsində işləyən Rövşən onu çağıraraq xəstələrdən Emil və Elvinin dalaşdığını bildirmişdir. O, nəzarət otağı tərəfə getdikdə görmüşdür ki, Elvin başında xəsarətlə huşsuz vəziyyətdə yerdə uzanmışdır. Həmin vaxtı şöbədə yalnız o, və Rövşən olmuşlar. Digər işçilər artıq getmişlər. Rövşənlə o, gecə növbəsində işləyirlər deyə, orada olmuşlar. Elvinin huşsuz yerdə uzandığını gördükdən sonra Psixiatriya Xəstəxanasında növbədə olan həkim Laləyə məlumat verilmişdir. Lalə həkim şöbəyə gələndə Elvinin huşsuz vəziyyətdə yerdə uzandığını görmüşdür. Bundan sonra Lalə təcili tibbi yardıma zəng etmiş və təcili tibbi yardım avtomobili gəlib Elvini avtomobilə əyləşdirib xəstəxanaya aparmışdır. Emil və Elvin aqressiv xəstələr olduğu üçün onlar nəzarət otağına yerləşdirilmişlər. Emil və Elvin psixi xəstəlikdən əziyyət çəkdikləri üçün səbəbsiz yerə ətrafdakılara qarşı aqressiv davranmışlar, şöbədə əşyaları sındırmışlar. Sakitləşmələri üçün onlara iynələr vurulurmuş. Hadisə baş verərkən digər otaqda olduğundan Emil və Elvinin qaldığı otaqdan hər hansı bir səs eşitməmişdir. Nəzarət otağında yalnız Emil və Elvin olmuşlar, onlar daha aqressiv xəstələr olmuşlar. Videokamera həkimin otağında olur. Həmin vaxt otaqda həkim olmamışdır. Zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi Zaur İbadovun suallarını cavablandıraraq şahid Gülbəniz Əbdürrəhmanova bildirmişdir ki, o, hadisə günü işdə olarkən hər iki xəstəyə dərmanlarını vermişdir. Onun xəstəyə verdiyi dərmanlar həkimin təyin etdiyi dərmanlar olmuşdur. Onun verdiyi dərmanların neçə saatlıq təsiri olmasını o, bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, o, 01.02.2021-ci il tarixdən Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasının 16-cı kişi şöbəsində ordinator həkim psixiatr işləyir. Onun gündəlik iş qrafiki səhər saat 09-dan günorta saat 15-00-dək olur. İşlədiyi şöbədə əsasən ağır psixi xəstəlikdən əziyyət çəkən xəstələr müalicə olunurlar. O, ay ərzində 4 dəfə xəstəxanada növbədə qalır. Növbədə olduğu vaxt saat 15-00-dan səhər saat 09-dək olur. Hadisə günü də o, növbədə olmuşdur. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs da onun işlədiyi 16-cı kişi şöbəsində müalicə almışlar. Həmin şəxslər ağır psixi xəstəlikdən əziyyət çəkmişlər və narahat xəstələr olmuşlar. Onlar həmişə nəzarətdə saxlansalar da, ətrafa zərər vermişlər. Onlar aqressiv xəstə olduqları üçün Ədalət həkimin göstərişinə əsasən nəzarət otağına yerləşdirilmişlər. Həmin xəstələrə müalicəni də Ədalət həkim müəyyən etmişdir. 03.12.2021-ci il tarixdə saat təxminən 23 radələrində o, növbədə olarkən 16-cı kişi şöbəsində sanitar işləyən Rövşən ona məlumat vermişdir ki, nəzarət otağında saxlanılan Təqsirləndirilən şəxs həmin otaqda olan xəstə Zərərçəkmiş şəxs döyərək ona xəsarət yetirmişdir. O, dərhal həmin şöbəyə gəlmişdir. Dəhlizdə döşəmənin üstündə Zərərçəkmiş şəxs huşsuz vəziyyətdə uzanmış görmüşdür. Dərhal tibbi yardıma məlumat vermişdir. Bir qədər sonra təcili tibbi yardım avtomobili gəlib Elvini aparmışdır. Hadisədən əvvəl də onlar hər ikisi aqressiv xəstə olduqlarından bir birlərinə və ətrafda olan digər xəstələrə qarşı hücum çəkmək istəmişlər. Onlar narahat xəstələr oluduğundan nəzarət otağında saxlanılmışlar. Şöbədə cəmi 1 nəzarət otağı olduğundan onlar bir otaqda olmuşlar. O, hadisənin şahidi olmamışdır. O, hadisə günü növbətçi olduğu üçün növbətçi otağında olmuşdur. Aqressiv xəstələr iynələrin, dərmanların təsiri ilə sakitləşdirilirlər. Həmin gün də Emil və Elvin Ədalət həkimin göstərişinə uyğun müalicə almışlar. Zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi Zaur İbadovun suallarını cavablandıraraq şahid Lalə Qasımova bildirmişdir ki, hadisə günü o, qəbulda təcili gətirilən xəstəni qəbul etmişdir. Növbəni saat 15-00-da təhvil almışdır. Hadisə günü nəzarət otağından heç bir səs eşitməmiş, o, qəbulda olmuşdur. Həmin palataya videokamera vasitəsi ilə nəzarət olunur. Videokamera həkimin otağında olur. Həkim saat 5-də otağı bağlayıb gedir. Ondan sonra orada olan işçilər həmin palataya nəzarət edirlər. Sanitarlar gecə orada olduqları üçün xəstələrə gecə verilən dərmanları onlar verirlər. Sanitarların xəstələrə dərman verməyə ixtiyarları yoxdur, lakin tibb işçiləri çatışmadığından gecə növbəsində tibb içiləri olmur, ona görə də sanitarlar xəstələrin dərmanlarını verirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 2021-ci ilin may ayından Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində yerləşən Respublika Psixiatriya Xəstəxanasında 16-cı kişi şöbəsində tibbi bacısı işləyir. O, gündəlik səhər saat 09-da işə başlayıb, günorta saat 17-də işdən çıxır. Həmin şöbədə əsasən ağır psixi xəstəliklərdən əziyyət çəkən şəxslər müalicə alırlar. Orada təxminən 70-80 nəfər şəxs müalicə alır. Onun işi xəstələrə dərman paylamaq, iynələrini vurmaq, qan nümunələri götürmək və bu kimi işlərdən ibarətdir. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs onun işlədiyi 16-cı kişi şöbəsində müalicə almışlar. Həmin şəxslər ağır psixi xəstəlikdən əziyyət çəkmişlər və narahat xəstələr olmuşlar. Onlar hər ikisi şüşələri, əşyaları qırır və həmişə nəzarətdə saxlansalar da ətrafa zərər vermişlər. Aqressiv xəstələr olduqları üçün onlara ciddi nəzarət edilmişdir. Aqressiv xəstə olduqları üçün Ədalət həkimin göstərişinə əsasən nəzarət otağına yerləşdirilmişlər. 16-cı kişi şöbəsində yalnız 1 nəzarət otağı vardır. Həmin xəstələrə müalicə qrafikini də Ədalət həkim müəyyən etmişdir. 03.12.2021-ci il tarixdə də o, səhər 10 radələrində Təqsirləndirilən şəxs “Aminazin-halaperedol-kordiamen” və günorta 16 radələrində “Halaperedol-dekonat iynələri vurmuşdur. Həmin vaxt Emil nəzarət otağında olmuş və yan çarpayıda da Elvin olmuşdur. Emilə həmin iynələri vurmağına səbəb onun aqressiv olması, yəni qışqırması, özünü divara vurması, öz-özünə danışmasına görə olmuşdur. İynələr sakitləşdirməli imiş. O, iynələri vurarkən nə Emildə, nə də Elvində bir-birilərinə qarşı aqressiv hərəkətlər olmamışdır. Həmin gün eyni saatlarda eyni iynələrdən Elvinə də vurmuşdur. Elvin də aqressiv olmuş və öz-özünə danışıb, qışqırmışdır. Lakin, bir-birilərinə xəsarət yetirməmişlər. 03.12.2021-ci il tarixdə saat 17 radələrində iş vaxtı bitdiyindən evə getmişdir. Növbəti gün, Emilin Elvinə xəsarətlər yetirdiyini və Elvinin xəstəxanaya aparıldığını bilmişdir. Emil və Elvin aqressiv xəstələr olduğu üçün bir-birilərini səbəbsiz yerə vurmaq istəmiş, bir-birilərinə və həmçinin digər xəstələrə də hücum çəkmək istədikləri üçün nəzarət otağına yerləşdirilmişlər. O, hadisənin şahidi olmamışdır. Narahat xəstələr üçün cəmi bir nəzarət otağı var. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, 2018-ci il tarixdən Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində yerləşən Respublikası Psixiatriya Xəstəxanasının 16-cı kişi şöbəsində sanitar işləyir. Onun iş saatı günorta saat 15-da başlayır, səhər saat 09-da işdən çıxır. İşlədiyi 16-cı kişi şöbəsində əsasən ağır psixi xəstəliklərdən əziyyət çəkən şəxslər müalicə alırlar. Orada təxminən 70-80 nəfər şəxs müalicə alır. O, şöbədə olan xəstələrin gündəlik məişət həyatlarında köməklik edir. Onların yemək yemələrində, tualetə getmələrində və digər işlərində kömək edir. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs da işlədiyi 16-cı kişi şöbəsində müalicə almışlar. Həmin şəxslər ağır psixi xəstəlikdən əziyyət çəkmişlər və narahat xəstələr olmuşlar. Aqressiv xəstələr olduqları üçün o, həmin şəxslərə həmişə daha ciddi nəzarət etmişdir. 03.12.2021-ci il tarixdə saat 15 radələrində 16-cı kişi şöbəsinə gəlib işinə başlayan vaxt görmüşdür ki, Elvin və Emil hər ikisi nəzarət otağındadırlar. Oraya digər şəxslərə və əşyalara zərər verən xəstələr yerləşdirilir. Həmin otağın digər otaqlardan fərqi odur ki, nəzarət otağında sadəcə yatmaq üçün lazımlı əşyalar olur, əlavə qırıla biləcək əşyalar olmur. Tualet də həmin otaqda olur. Emil və Elvinin qidaları da həmin otaqda verilir. O, həmin gün təxminən 5 dəfə Emil və Elvinin qaldığı otağa daxil olmuş və hər dəfə hər ikisi sakit olmuşlar. Çünki onlara Ədalət həkimin göstərişinə əsasən sakitləşdirici dərmanlar verilmişdir. Ona Ədalət həkim dərmanları göstərir və o, gün ərzində həmin dərmanları xəstələrə verirmiş. Elvinə həmin gün, yəni 03.12.2021-ci il tarixi üçün dərman yazılmamış, Emilə isə həmin gün axşam saat 21 radələrində o, dərman aparıb vermiş və Emil həmin dərmanı içmişdir. Emil həmin vaxt normal olmuş və hər hansı aqressivlik göstərməmişdir. Həmin gün ondan əlavə xadimə Gülbəniz də işdə olmuş və Gülbəniz otaqların təmizliyinə cavabdeh olduğu üçün otaqlara girib çıxmiş və ona Elvin və Emilin olduğu nəzarət otağında hər hansı qeyri-adi hadisəylə bağlı hər hansı bir söz deməmişdir. O, özü də yarım saatdan bir bütün otaqlara daxil olub vəziyyətin nə cür olduğunu yoxlamışdır. Saat təxminən 23 radələrində otaqları yoxlayarkən nəzarət otağının qapısını açdıqda görmüşdür ki, Elvin qarnı üstə qapının yaxınlığında huşsuz vəziyyətdə yerə uzanmşdır. Üzünə baxdıqda görmüşdür ki, üz-gözündə xəsarətlər var. Həmin vaxt Emil yatağın üzərində dayanmışdır. O, Emildən Elvini niyə vurduğunu soruşduqda, Elvin onu söymüşdür. O, dərhal Gülbənizi digər otaqdan çağırmış və o xəstəxananın növbətçi həkimi Laləyə dərhal bu barədə məlumat vermişdir. Lalə də 16-cı kişi şöbəsinə gəlmiş və hadisəni gördükdən sonra təcili tibbi yardıma zəng etmişdir. Bir qədər sonra təcili tibbi yardım avtomobili gəlmiş və Elvini xəstəxanaya aparmışlar. Bundan sonra Elvindən xəbəri olmamışdır. Emil isə həmin vaxt digər şöbəyə yerləşdirilmişdir. O, hadisənin şahidi olmamış, hadisə baş verən zaman digər otaqda olmuşdur. Emil və Elvinin qaldığı otaqdan hər hansı bir səs eşitməmişdir. Hadisədən əvvəl o, onların otağına keçəndə hər ikisi yerlərində uzanmışlar. Zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi Zaur İbadovun suallarını cavablandıraraq Şahid5 bildirmişdir ki, hadisədən əvvəl o, onların otağına keçəndə hər ikisi yerlərində uzanmışlar. Gecə növbədə olarkən o da xəstələrə dərmanlarını verir. Onun tibb təhsili yoxdur. Ona hansı dərmanı hansı xəstəyə verməyini tapşırırlar, o da həmin dərmanları xəstəyə verir. Gecə növbəsində tibb bacısı olmur. O, nəzarət otağına 20-25 dəqiqədən bir gedib baxmışdır. Onların xəstəxanasında uzun illərdir ki, tibb bacısı ştatı boşdur, heç kim onların xəstəxanasında işləmək istəmir. Ona görə də o, və yaxud Lalə Qasımova həkimin təyin etdiyi dərmanları xəstələrə axşam və yaxud gecələr onlara verirmişlər. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli olan şəxsin qanuni nümayəndəsinin, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin 3-cü vərəqəsində olan Sabunçu RPİ-nin 14-cü PB-nin məsul növbətçisi, polis mayoru Asif Ələkbərovun 04 dekabr 2021-ci il tarixli raportundan görünür ki, 04.12.2021-ci ildə saat 17:01-də DİN-nin 102 xidmətinə X1 qəsəbəsi, ruhi əsəb dispanserində övladı Zərərçəkmiş şəxs onunla birlikdə xəstəxanada olan digər xəstə tərəfindən küt alətlə döyülməsi barədə məlumat vermişdir. Cinayət işinin 45-48-ci vərəqələrində olan 16 dekabr 2021-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X19 küçəsi 155 ünvanında yerləşən Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X10 16-cı kişi şöbəsidir. Şöbəyə giriş dəmir qapıdandır. Şöbəyə daxil olduqda sol tərəfdə həkim otaqları, sağ tərəfdə uzun dəhliz boyunca psixi xəstəlikdən əziyyət çəkən şəxslərin müalicə olunduğu dəhlizin sağında və solunda yerləşən palataların olduğu müşahidə edilmişdir. Cəmi 10 palata vardır. 8 palata psixi xəstəlikdən əziyyət çəkən, 1 palata psixi xəstəlikdən əziyyət çəkməklə bərabər fiziki cəhətdən zəif olan, 1 palata isə aqressiv xəstələr üçün ayrılmışdır. Aqressiv xəstələr üçün ayrılmış palatanın girişi ağ rəngli dəmir qapıdandır. Qapının yanında divarda “NƏZARƏT PALATASİ” sözləri yazılmışdır. Qapının ortasında nəzarət müşahidə üçün boşluq vardır. Palataya daxil olduqda yer kafeldir, otaq boşdur. Giriş qapısı ilə üzbəüz divarın yuxarı hissəsində pəncərə vardır. Pəncərənin altında sanitar qovşaq yerləşir. Otağın giriş qapısından sağ tərəfdən yuxarıda 1 ədəd kamera vardır. Kamera nəzarət müşahidə üçün quraşdırıldığı, üçün, həmin görüntülərə baxdıqda hadisəni əks etdirən görüntülərin olduğu müəyyən edilmişdir. Həmin görüntüləri əks etdirən video görüntülər 1 ədəd üzərində “Sun Disk” yazılmış qara rəngli USB fləşkart vasitəsilə götürülərək qablaşdırılmışdır. Baxış zamanı fotoçəkiliş aparılmışdır. Cinayət işinin 26-31-ci vərəqələrində olan 16 dekabr 2021-ci il tarixli meyitə baxış keçirilməsi haqqında protokoldan görünür ki, masa üzərində arxasıüstə Zərərçəkmiş şəxs meyiti qoyulmuşdur. Meyit düzgün bədən quruluşludur, uzanmış vəziyyətdə boyunun uzunluğu 180 sm-dir. Üzdən 35-40 yaşlarına uyğun gəlir. Meyitin dəri örtüyü solğun rəngdədir. Əllə toxunduqda meyit qoltuq büküşlərində zəif istidir. Meyit ləkələri bədənin arxa və yan səthlərində yerləşmişdir, bənövşəyimtil qeyri-müəyyən formalı qançırlar vardır. Sol qaş nahiyəsində köndələn istiqamətdə yerləşmiş 2,7x0,5 sm ölçüdə kənarları nahamar, üzərində qaramtıl-qonur rəngli qartmaq olan uzunsov formalı quru yara vardır. Göz qapaqları örtülüdür, selikli qişası hiperemiyalıdır. Bəbəkləri bərabər olub, diametri 0,5 smdir, qüzehli qişa qəhvəyi rəngdədir. Sol göz yuvasıətrafı-almacıq nahiyəsində 6,0x5,0 sm, sağ göz yuvasıətrafı-almacıq-yanaq nahiyəsində 8,0x7,0 sm ölçülərdə sarımtılbənövşəyimtil rəngli, qeyri-müəyyən formalı qançırlar vardır. Burun və ağız dəlikləri sərbəstdir. Əllə müayinə etdikdə burun və üz skeleti sümükləri tamdır. Ağzı yarımaçıqdır, ağzında olan dişləri təbiidir, tamdır. Alt dodaq nahiyəsində solda 1,0x0,6 sm ölçüdə üzəri ətraf sağlam dəri səviyyəsindən hündürdə yerləşmiş qəhvəyimtil-qonur rəngli quru qartmaqla örtülü uzunsov formalı sıyrıq vardır. Hər iki qulaq dəliyi təmizdir, əllə müayinə etdikdə qulaq seyvanı qığırdaqları tamdır. Sol qulaq seyvanı sarımtlıl-bənövşəyimtil rəngdə, qeyri-müəyyən formalı qançırlıdır. Boynu düzgün formalıdır, əllə müayinə etdikdə boyun fəqərələri tamdır. Boyunun sağ yan səthində venaya kateter qoyulmuşdur. Boyunun aşağı 1/3-nin ön səthində 2,8x0,3 sm ölçüdə, üzərində cərrahi tikişlər olan kənarları hamar, qırmızımtıl rəngli, mənfəzi seroz ifrazatlı yara vardır. Döş qəfəsi simmetrikdir, əllə müayinə etdikdə qabırğalarda və gövdənin digər skelet sümüklərində patoloji hərəkətlilik yoxdur. Qarnı döş qəfəsi səviyyəsindən aşağıda yerləşmişdir, əllə müayinə etdikdə dərisi yumşaqdır. Xarici cinsiyyət üzvləri kişi tipli olub, düzgün inkişaf etmişdir, üzərində xəsarət yoxdur. Arxa keçəcək dəliyi örtülüdür, ətraf dərisi zədəsizdir. Əllə müayinə etdikdə çanaq sümüklərində patoloji hərəkətlilik müəyyən olunmur. Hər iki yuxarı və aşağı ətraflar düzgün inkişaf etmişdir, əllə müayinə etdikdə sümükləri tamdır. Meyitin xarici müayinəsində digər xəsarətlər aşkar edilməmişdir. Cinayət işinin 49-50-ci vərəqələrində olan 16 dekabr 2021-ci il tarixli cinayət işinin materiallarına əlavə olunmuş USB fləşkartın yaddaşındakı məlumatlara baxış keçirilməsi haqqında protokoldan görünür ki, Fləşkartda 2 ədəd fayl vardır. Birinci faylı açdıqda 1 saat 7 dəqiqə 10 saniyəlik video görüntünün olduğu müəyyən olunmuşdur. Video görüntüdə 03.12.2021-ci il tarixdə saat 21.21-dən etibarən Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs qaldıqları palatanı və sonuncuların orada münaqişəsini əks etdirən görüntülər vardır. Həmin görüntülərdən görünür ki, 03.12.2021-ci il tarixdə 21:21-dən etibarən palatanın giriş qapısından sağdakı çarpayıda Təqsirləndirilən şəxs, soldakı çarpayıda isə Zərərçəkmiş şəxs yatır. Saat 21.29-da Təqsirləndirilən şəxs oyanıb, sanitar qovşağa doğru hərəkət edir. Sanitar qovşaqda su içdikdən sonra yenidən çarpayıya doğru qayıdır. Daha sonra isə Zərərçəkmiş şəxs yatdığı çarpayının baş nahiyəsinə bitişik çarpayıda uzanır və orada yatmağa davam edir və yenidən oyanıb sanitar qovşaqla üzbəüz divara söykənir. Saat 21.46-da Zərərçəkmiş şəxs oyanır və onlar söhbət etməyə başlayırlar. Saat 21.58-də Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs əlindən üzərini örtdüyü yorğanı almağa çalışır, lakin Zərərçəkmiş şəxs yorğanı Təqsirləndirilən şəxs vermir. 22.01-də Zərərçəkmiş şəxs çarpayısının örtüklərini qaydaya salmaq istədikdə Təqsirləndirilən şəxs yenidən yaxınlaşaraq Zərərçəkmiş şəxs əlindən yorğanı almağa çalışır. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs yaxasından, sonuncu isə yorğandan tutaraq palatanın giriş qapısında doğru irəliləyərək söhbət edirlər. Saat 22.01.30-da Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs üz nahiyəsindən yumruğu ilə xəsarət yetirməyəcək dərəcədə bir neçə dəfə vurur. Təqsirləndirilən şəxs hər hansı bir xəsarət yaranmır, o söhbət edərək geriyə doğru çəkilir. Saat 22.02-də Zərərçəkmiş şəxs yenidən çarpayısına uzanır. Təqsirləndirilən şəxs isə digər çarpayının üstünə çıxaraq oturur. Həmin vaxtdan etibarən saat 22.23-dək Zərərçəkmiş şəxs yatır, Təqsirləndirilən şəxs isə oyaq şəkildə gah oturur, gah da otaqda sağa sola doğru hərəkət edir. Saat 22.23.59-da Təqsirləndirilən şəxs digər çarpayıdan yorğanı götürüb yatmış olan Zərərçəkmiş şəxs yanına qoyur və Zərərçəkmiş şəxs üzərindəki yorğanı götürməyə çalışır. Bu zaman Zərərçəkmiş şəxs yuxudan oyanır və əlləri ilə yorğanı tutaraq Təqsirləndirilən şəxs verməməyə çalışır. Onlar bu şəkildə bir qədər söhbət edirlər. 22.24.40-dan etibarən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs üzərində dayanmış şəkildə qollarını tutaraq sonuncunun özünə tərəf sıxır. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs əllərindən çıxmağa çalışır. Saat 22.25.07-də Təqsirləndirilən şəxs sol qolu ilə Zərərçəkmiş şəxs tutaraq, sağ yumruğu ilə onun baş nahiyəsinə 1 dəfə yumruq zərbəsi endirir. Daha sonra bir neçə dəfə zərbə endirdikdə Zərərçəkmiş şəxs müqavimət göstərməyə çalışır. Saat 22.25.55-də Təqsirləndirilən şəxs dizlərini Zərərçəkmiş şəxs sinəsinə qoyaraq üzərinə çıxır. Saat 22.27.00-dan etibarən yumruqları və sol diz nahiyəsi ilə Zərərçəkmiş şəxs zərbələr yetirməyə başlayır. Sol diz nahiyəsi ilə 10-a yaxın, sağ yumruğu ilə də bir neçə zərbə endirir. Bundan sonra Zərərçəkmiş şəxs boğazından tutaraq boğmağa başlayır. Sağ əli də yumruq zərbələri endirməyə davam edir. Saat 22.28.00-da onlar çarpayının üzərində döşəməyə doğru yıxılırlar. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs arxasıüstə yıxır və onun yaxasından və qollarından tutmağa davam edir. 22.28.19-da video görüntü bitir. Fləşkartda 2-ci faylı açdıqda 1-ci videogörüntünün davamı müşahidə edilir. Faylda 1 saat 7 dəqiqə 9 saniyəlik videogörüntü vardır. Saat 22.28.50-dən etibarən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs üz nahiyəsinə sağ ilə yumruq zərbələri endirməyə davam edir. Bir neçə şiddətli zərbədən sonra Zərərçəkmiş şəxs üzərindən qalxaraq əlləri ilə Zərərçəkmiş şəxs başından tutub sağ ayağının dizi ilə Zərərçəkmiş şəxs baş nahiyəsinə 3 dəfə şiddətli zərbə, daha sonra isə yumruqları ilə baş nahiyəsinə də zərbələr vurmağa davam edir. Saat 22.29.09-da Zərərçəkmiş şəxs ayağa qalxdıqda sağ yumruq zərbəsi ilə Təqsirləndirilən şəxs ona zərbə endirir və zərbə nəticəsində Zərərçəkmiş şəxs giriş qapısı istiqamətində kameranın müşahidə bucağından kənara yıxılır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs doğru hərəkət edir və kameranın görüntüsündən çıxırlar. Saat 22.36.56-dan etibarən Təqsirləndirilən şəxs kameranın görüntü hissəsinə daxil olur. Saat 22.38.04-də kameranın görüntüsündən kənarda olan döşəmədə uzanmış Zərərçəkmiş şəxs üzərini yorğanla örtür. Bundan sonra çarpayıların başlıqlarını yanına yığaraq çarpayının üzərində əyləşir. Saat 22.41.13-də palataya xəstəxananın işçisi daxil olur və Təqsirləndirilən şəxsla dərhal söhbət etdikdən sonra Zərərçəkmiş şəxs yaxınlaşır. Saat 22.42.05-də Təqsirləndirilən şəxs da palatadan aparırlar. Cinayət işinin 194-202-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekpsertiza və Patoloji anatomiya birliyi X10 30 dekabr 2021-ci il tarixli, 282 nömrəli meyitin ekspertizasının rəyindən və rəyə əlavə edilmiş fotocədvəldən görünür ki, mərhum Zərərçəkmiş şəxs meyitində aşağıdakı xəsarətlər müəyyən edilmişdir: Baş-beyin maddəsinin əzilməsi, baş-beyinin yumşaq qişalarına, maddəsinə və mədəciklərə qansızma, baş beyinin sol təpə-gicgah və sol alın paylarında subdural hematoma (beyinin sərt qişası altına qanın yığılması) ilə müşayiət olunan sol təpə-gicgah və alın nahiyələrinin dərialtı hematoması; ənsə və sağ təpə nahiyələrinin qançırları, sol qaş nahiyəsinin əzilmiş yarası, sol göz yuvasıətrafı-almacıq və sağ göz yuvasıətrafı-almacıq- yanaq nahiyələrin dərialtı hematomaları, alt dodağın sıyrığı. -Xəsarətlər həyati olub, mərhumun ölümündən əvvəl bərk-küt əşya (əşyalar) təsirindən törənmişlər, müddəti qərarda göstərilən 03.12.2021-ci il tarixə uyğun gəlir. Dərəcəsinə görə: -Baş-beyin maddəsinin əzilməsi, baş-beyinin yumşaq qişalarına, maddəsinə və mədəciklərə qansızma, baş beyinin sol təpə-gicgah və sol alın paylarında subdural hematoma (beyinin sərt qişası altına qanın yığılması) ilə müşayiət olunan sol təpə-gicgah və alın nahiyələrinin dərialtı hematoması canlı şəxslərdə sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik olmaqla onun ölümü ilə səbəbli əlaqəlidir. -Sol qaş nahiyəsinin bir ədəd əzilmiş yarası; sol göz yuvasıətrafı-almacıq və sağ göz yuvasıətrafı-almacıq-yanaq nahiyələrinin dərialtı hematomaları canlı şəxslərdə ümumilikdə və ayrı-ayrılıqda sağlamlığa yüngül zərərvurmanın əlamətlərinə; ənsə və sağ təpə nahiyəsinin qançırları, alt dodağın sıyrığı isə canlı şəxslərdə sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malik olmaqla onun ölümü ilə səbəbli əlaqəsi yoxdur. -Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb başın küt travması ilə əlaqədar başbeyin maddəsinin əzilməsi, baş-beyinin yumşaq qişalarına, maddəsinə və mədəciklərinə qansızma olmuşdur. Ölüm 16.12.2021-ci il tarixdə, saat 03.20-də Respublika Neyrocərrahiyyə xəstəxanasında baş vermişdir, bu da ilkin meyit əlamətlərinə əsasən öz təsdiqini tapır. -Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. Cinayət işinin 253-267-ci vərəqələrində olan Bakı şəhəri Sabunçu Rayon prokurorluğunun müstəntiqi, İİİ dərəcəli hüquqşünas X3 28 mart 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Şahid5, Şahid2 və X4 əməllərində Azərbaycan Respublikası CM-nin 307.1-ci maddəsinin tərkib əlamətləri olmadığından barələrində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət təqibinin başlanması rədd edilmiş, Şahid1 əməlində Azərbaycan Respublikası CM-nin 314cü maddəsinin tərkib əlamətləri olmadığından barəsində Azərbaycan Respublikası CPMnin 39.1.2-ci maddəsinə əsasən cinayət təqibinin başlanması rədd edilmişdir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq zərərçəkmiş şəxsin hüquqi varisinin, barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməli şəxsin qanuni nümayəndəsinin və şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəyləri və digər sənədlərin sübüt növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə iş başlanmış şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə iş başlanmış şəxs Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə tövsüf olunmuş, onun həmin maddədə nəzərdə tutulan cinayət əməllərini törətməsi müəyyən edilir. Bununla yanaşı, məhkəmə kollegiyası iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisinin, barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməli şəxsin qanuni nümayəndəsinin və şahidlərin ifadələri ilə yanaşı ekspert rəylərini də nəzərə alır. Cinayət işinin 52-53-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi X10 15 dekabr 2021-ci il tarixli, 2998 saylı ambulator məhkəmə-psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixi vəziyyətini ambulator şəraitdə düzgün qiymətləndirilməsinin çətinliyini və yoxlanılan şəxsin “Şizofreniya paranoid forma” diaqnozu ilə müalicədə olmasını nəzərə alaraq ekspert qarşısında qoyulmuş sualları cavablandırmaq məqsədilə onun stasionar məhkəməpsixiatrik ekspertiza şöbəsinə göndərilməsi zəruridir. Cinayət işinin 204-208-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi X10 30 dekabr 2021-ci il tarixli, 170 saylı stasionar məhkəmə-psixiatrik ekspertizasının rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh edilən və ona ittiham edilən cinayət əməlini törədən zaman «Paranoid şizofreniya» xəstəliyindən əziyyət çəkmişdir. Paranoid şizofreniya xəstəliyi xroniki gedişli olmaqla, çox vaxt cavan yaşlarda meydana çıxan və bütün ömür boyu psixotik əlamətlərlə gedərək, xəstələrin fəaliyyətinə əhəmiyyətli dərəcədə təsir edən klinik mənzərə ilə səciyyələnir. Xəstəliyin gedişində sayıqlama fikirləri (təqib, təsir, münasibət və s.), hallüsinasiya (hədələyici və imperativ xarakterli «səslər»), özünü dini və siyasi şəxslərlə eyniləşdirmək, fövqəlinsan bacarıqları barədə fikirlər söyləmək ən çox ifadə olunan əlamətlərdir ki, bunların hamısı Təqsirləndirilən şəxs qeydə alınır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman xroniki psixi xəstəlik hesab olunan paranoid şizofreniya xəstəliyindən əziyyət çəkmişdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs ona ittiham edilən cinayət əməlini törədərkən əziyyət çəkdiyi paranoid şizofreniya xəstəliyi nəticəsində öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Buna görə Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməli barəsində anlaqsız hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əziyyət çəkdiyi paranoid şizofreniya xəstəliyi xroniki gedişli xəstəlikdir. Təqsirləndirilən şəxs cinayət əməlini törətdiyi dövrdə onda həmin xəstəliyin kəskinləşməsi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin xəstəliyə xas olan psixotik əlamətlərin (sayıqlama fikirləri, hallüsinasiyalar) təsiri altında olmuşdur. Bu səbəbdən Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs əziyyət çəkdiyi «Paranoid şizofreniya» formasında xroniki psixi xəstəliyə xarakter olan psixotik vəziyyətin hal-hazırda davam etdiyi, onun özü və ətrafdakılar üçün təhlükəli hesab edildiyi üçün stasionar şəraitdə məcburi müalicəyə ehtiyacının yarandığı müəyyənləşir. Hal-hazırkı psixi vəziyyətinə görə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.4-cü maddəsinə əsasən ixtisaslaşdırılmış psixiatriya stasionarında intensiv müşahidə altında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əziyyət çəkdiyi paranoid şizofreniya xəstəliyi hazırkı cinayət əməlini törətməzdən xeyli əvvəl yaranmışdır. Təqsirləndirilən şəxs həmin xroniki psixi xəstəliyə xarakter olan psixotik vəziyyətin davam etməsi səbəbindən hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında deyildir. Təqsirləndirilən şəxs hal-hazırkı psixi durumu onunla istintaq hərəkətlərinin aparılmasına imkan vermir. Belə ki, Təqsirləndirilən şəxs cinayət hadisəsini və iş üçün əhəmiyyət kəsb edən halları, etdiyi hərəkətləri düzgün qavramaq və təsvir etmək, hərəkətlərinin məsuliyyətini dərk etmək, onlara cavab vermək və rəhbərlik etmək, həmçinin öz prosessual hüquq və vəzifələrini şəxsən həyata keçirmək və onları lazımi səviyyədə yerinə yetirmək, digər məhkəmə-istintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malik deyildir. Cinayət işinin 129-cu vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanası X11n daxil olmuş 17 yanvar 2022-ci il tarixli, 504 nömrəli məktubdan görünür kİ, Zərərçəkmiş şəxs arxiv məlumatına görə 24.03.2021- 21.05.2021-ci il, 27.06.2021-0312.2021-ci il tarixlərdə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olub. Diaqnoz: Şizofreniya paranoid forma. Yanaşı: NSD Yoğun bağırsağın qıcıqlanma sindromu.Ağır kəllə-beyin travması. Təqsirləndirilən şəxs dəfələrlə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olub. Təqsirləndirilən şəxs sonuncu dəfə 30.12.2021-ci il tarixdə xəstəxanaya stasionar müalicəyə qəbul olunub. Hal-hazırda müalicəsi davam edir. Diaqnoz: Şizofreniya paranoid forma. Beləliklə də, məhkəmədə sübuta yetirilmişdir ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini həqiqətən də törətmiş, lakin, bunu edərkən anlaqsız vəziyyətdə olmuş və hazırda da anlaqsızdır. Məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlini anlaqsız vəziyyətdə törətməsini nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.1-ci maddəsinə əsasən, ona tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və Azərbaycan Respublikası CM-nin 95.0.4-cü maddəsinə və Azərbaycan Respublikası CPM-nin 477.3 maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli, barəsində ixtisaslaşdırılmış psixiatriya stasionarında intensiv müşahidə altında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməlidir. Cinayət işinin 192-ci vərəqəsində olan Göyçay RİHB-nın Göyçay şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində hər hansı şikayət olmamışdır. Cinayət işinin 113-cü vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 04 yanvar 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Cinayət işinin 82-83-cü vərəqələrində olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli, 4(008)-1041/2021 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 88-90-cı vərəqələrində olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli, 4(008)-1042/2021 saylı qərarı ilə Təqsirləndirilən şəxs tibb müəssisəsinə, yəni, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzinə yerləşdirilmişdir. Cinayət işinin 209-211-ci vərəqələrində olan Bakı şəhəri Sabunçu Rayon Prokurorluğunun müstəntiqi, İİİ dərəcəli hüquqşünas X3 14 fevral 2022-ci il tarixli tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə işin başlanması haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üsrə iş başlanmışdır. Cinayət işinin 233-236-cı vərəqələrində olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 21 fevral 2022-ci il tarixli, 4(008)-143/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs prosessual fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. Cinayət işinin 241-244-cü vərəqələrində olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 22 fevral 2022-ci il tarixli, 4(008)-142/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs xüsusi tibb müəssisəsinə, yəni, psixiatriya stasionarına yerləşdirilmişdir. Hal-hazırda Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” X11 saxlanılır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” X11 saxlanılması və onun xüsusi tibb müəssisəsinə yerləşdirilməsi nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd USB Fləşkartın cinayət işi materiallarına əlavə edilib saxlanılması nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə d,övlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə məhkəmə xərci yoxdur. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həl etməlidir. Həmin məcəllənin 99.1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə ödənilməlidir: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3-cü maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Cinayət əməlini anlaqsız vəziyyətdə törətmiş Təqsirləndirilən şəxs məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, cinayət yolu ilə əldə etdiyi əmlakları müəyyən edilməmişdir. Buna əsasən məhkəmə hesab edir ki, ona xüsusi müsadirə tətbiq olunmamalıdır. Azərbaycan Respublikası CM-nin 94-cü maddəsinə əsasən psixi pozuntusu olan şəxslərə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması və ya psixi vəziyyətinin yaxşılaşdırılmasından, habelə həmin şəxslər tərəfindən yeni cinayət törədilməsinin qarşısının alınmasından ibarətdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 468, 470, 472-474 və 477-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: xx xxxx 1980-ci il tarixdə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olmaqla, hazırda Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X19 küçəsi 155 ünvanında yerləşən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” X11 saxlanılan – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini anlaqsız vəziyyətdə törətdiyindən cinayət məsuliyyətindən azad edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.4-cü maddəsinə Təqsirləndirilən şəxs ixtisaslaşdırılmış psixiatriya stasionarında intensiv müşahidə altında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilsin. Təqsirləndirilən şəxs Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” X11 saxlanılması və onun xüsusi tibb müəssisəsinə yerləşdirilməsi nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd USB Fləşkartın cinayət işi materiallarına əlavə edilib saxlanılması nəzərə alınsın. Qərardan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Azad Məcidov Hakimlər: Zeynal Ağayev Səbuhi Hüseynov
Məhkəmə qərarları › İş №1(101)-945/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-945/2022
04.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver