Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-945/2023 17.05.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Namazov Fərid Arif oğlunun sədrliyi, hakimlər Quliyev Əhməd Qəhrəman oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X8, dövlət ittihamçıları- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokurorları X9 və Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri, “Mərkəz” Vəkil Bürosunun vəkili X5, zərərçəkmiş şəxsin hüquqi varisi X7, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1974-cü il tarixdə Ermənistan Respublikası, Masis rayonu, Zəhmət kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Rusiya Federasiyası Moskva şəhər məhkəməsinin xx.xx.1997-ci il tarixli hökmü, Rusiya Federasiyası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.1997-ci il tarixli qərarı, Rusiya Federasiyası prezidentinin xx.xx.1999-cu il tarixli əfv fərmanı və Moskva şəhər məhkəməsinin xx.xx.2007-ci il tarixli qərarı Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014cü il tarixli qərarı ilə Azərbaycan Respublikasının ərazisində tanınaraq X13 Sosialist Respublikasının Cinayət Məcəlləsinin 102-ci maddəsinin “a, q, e, i, n” bəndləri, 146-cı maddəsinin 2-ci hissəsinin “a, b, v, q” bəndləri və 40-cı maddəsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.5, 120.2.6, 120.2.10, 181.2.1, 181.2.2, 181.2.5, 181.3.3 və 66.3-cü maddələri ilə uyğunlaşdırılmaqla, həmin maddələrlə təqsirli bilinib ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Həbsxanasında cəza çəkməklə hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, məhkum olaraq cəza çəkdiyi Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsində yerləşən Penitensiar Xidmətinin Həbsxanasının 4-cü korpusunun 94 nömrəli kamerasında onunla eyni kamerada cəza çəkən məhkum Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə, saat 11 radələrində ünvansız söyüşlər söyməsini aydınlaşdırmaq üçün həbsxananın nəzarətçiləri çağırmasını Zərərçəkmiş şəxs ona irad tutduğuna görə cüzi səbəbi bəhanə edərək özünün şəxsiyyətini başqa şəxsin fövqündə qoyub birgə yaşayış qaydalarını pozaraq onu cəzalandırmaq qərarına gəlib xuliqanlıq niyyəti ilə, eyni saat radələrində, onunla mübahisəyə başlayıb Zərərçəkmiş şəxs üzündən bir neçə yumruq zərbəsi vurmuş, daha sonra idman fəndi işlədib qaldıraraq onu başının üstündən atıb yerə yıxmış, sonuncu yıxıldığı yerdən qalxıb həmin vaxt kameranın giriş qapısının qarşısındakı dolabın üzərindəki stəkanı götürüb onun üstünə gəldikdə Zərərçəkmiş şəxs əlində olan stəkanı ondan alıb, eyni zamanda onu arxası üstə yerə yıxıb üzərində oturaraq sağ əlində tutduğu stəkanın arxa hissəsi ilə onun başına ard-arda zərbələr vurub ona ölümlə səbəbli əlaqəsi olmayan, həm ümumilikdə, həm də ayrı- ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərini daşıyan, dərəcəsi təyin olunmayan sağ yanaq, sol qaşüstü nahiyənin qançırı və səthi əzilmiş yaraları, sağ saidin bayır səthinin və sağ çiyin nahiyəsinin səthi kəsilmiş yaraları, həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sol qulaqüstü nahiyənin əzilmiş, sağ qaşüstü nahiyənin kəsilmiş yaraları, sağ alın-gicgah nahiyəsinin hematoması, baş vermiş ölümlə birbaşa səbəbli əlaqəli, həyat üçün təhlükəli, sağlamlığa ağır zərər vurmaya aid baş beynin travmatik ödemi, baş beyin əzilməsi və subaraxnoidal qansızmaları, sərt qişanın cırılması ilə müşayiət olunan sol təpə nahiyəsinin basılmış çoxqəlpəli sınığı, sol gicgah-təpə nahiyəsinin əzilmiş-cırılmış yarası və qançırı xəsarətləri yetirilmiş, həmin vaxt səs-küyə kameraya gəlmiş həbsxana əməkdaşlarının müdaxiləsinə baxmayaraq Zərərçəkmiş şəxs qəsdən həyatdan məhrum etmək niyyəti ilə hərəkətləri davam etdirərək ona baş nahiyəsindən zərbələr vurmağa davam etmiş, həbsxana əməkdaşlarının onu bibər qazı və əl qandalı istifadə edərək zərərsizləşdirməsindən sonra Zərərçəkmiş şəxs həmin gün Penitensiar Xidmətin Müalicə Müəssisəsinə yerləşdirilib sonrakı müddətdə ixtisaslı tibbi yardım göstərilərək cərrahi əməliyyat olunsa da, aldığı xəsarətlərdən xx.xx.2022-ci il tarixdə, saat 21:50-də Müalicə Müəssisəsində ölmüş və bununla da Zərərçəkmiş şəxs xuliqanlıq niyyəti ilə qəsdən öldürüb həyatdan məhrum etmişdir. İşin halları: Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra- Cinayət Məcəlləsi) 126.3-cü maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2014-cü ildən Penitensiar Xidmətin Həbsxanasında cəza çəkir. Zərərçəkmiş şəxslə 2018-ci ildən eyni kamerada cəza çəkmiş, aralarındakı münasibət normal olmuşdur. Əvvəllər aralarında hər hansı mübahisə, münaqişə olmamışdır. O, heç vaxt siqaret çəkməmiş, Zərərçəkmiş şəxs isə siqaret çəkən olduğuna görə siqaret olmayanda əsəbləşən, söyüş söyən biri olmuşdur. Zərərçəkmiş şəxs siqaret çəkdiyindən, Həbsxananın rəisi gündəlik norma 10 ədəd siqaret olmasına baxmayaraq, 1 qutu siqaret vermişdir. O, siqaret çəkməsə də, digər kamera yoldaşları, yəni Zərərçəkmiş şəxs və Şahid4 siqaret çəkmişlər. Hadisə günü, yəni xx.xx.2022-ci il tarixdə səhər vaxtı Zərərçəkmiş şəxs 1 qutu siqaret, Şahid4 isə bir qutu kibrit verilmiş, Şahid4 siqaretini kibritlə yandırdıqdan sonra Zərərçəkmiş şəxs birgə siqaret yandırmasını təklif etdikdə, Zərərçəkmiş şəxs də siqaretini yandırmışdır. Şahid4 kibrit qutusunu cibinə qoyub yuxarı çıxaraq öz yerinə uzanmış və Zərərçəkmiş şəxs həmin gün az sayda kibrit verildiyinə görə, yatıb oyandıqdan sonra birgə siqaret çəkə biləcəklərini demişdir. Yarım saat sonra Zərərçəkmiş şəxs oturduğu yerdə siqaret çəkməyə görə söyüş söyməyə başlamış, Şahid4 isə həmin vaxt yatmışdır. Zərərçəkmiş şəxs söyüş söyərkən heç kimin adını çəkmədiyindən, o, sonuncudan kimi söydüyünü soruşduqda, cavablandırmamış, sanki ondan küsmüşdür. O, məcbur qalaraq qapını döyüb nəzarətçini çağırmış, məqsədi isə Zərərçəkmiş şəxs ondan qorxmadığına görə nəzarətçinin sonuncunu sakitləşdirməsi və kamerada söyüş söyülməsinin qarşısını almaq olmuşdur. Nəzarətçini çağırmaqda digər məqsədi isə Zərərçəkmiş şəxs söyüş söydüyünü eşitdikdən sonra nəzarətçiyə günahkar olduqlarını bildirmək olmuşdur. Əgər kibrit verilsəydi, Zərərçəkmiş şəxs söyüş söyməzdi. Nəzarətçi Zərərçəkmiş şəxs kibrit verməyərək “karmuşka”-nı, yəni nəfəsliyi örtüb getmişdir. Bundan sonra Zərərçəkmiş şəxs ona kamerada satqınlıq etdiyini, çöldəkilərə, yəni “paqonlulara” satdığını deyib onu günahkar saydıqda, o da satqın olmadığını, dövləti söyə bilməyəcəyini, dövlətdən ötrü canını qoyduğunu dedikdə, Zərərçəkmiş şəxs şəxsən onu və anasını söymüşdür. Bu səbəbdən, o, Zərərçəkmiş şəxs cəzalandırıb söyüşlərini dayandırmaq məqsədilə sifətinə bir neçə yumruq zərbəsi vurmuşdur. Zərərçəkmiş şəxs öldürmək niyyəti olmamışdır. Həmin vaxt Zərərçəkmiş şəxs yaxasından tutub alnını onun burnuna yaxınlaşdırdıqda kəllə vurmaq istədiyini başa düşüb burnu sınmasın deyə başını əymiş və Zərərçəkmiş şəxs güləş fəndi ilə qaldırıb yerə çırpmışdır. Zərərçəkmiş şəxs həmin vaxt onun yaxasından yapışmasaydı, yerə yıxmazdı. O, Zərərçəkmiş şəxs yerə çırpdığından başı tualetin pilləkəninə dəydiyinə görə başı partlayıb qan gəlmişdir. O, yerdə qanı görüb Zərərçəkmiş şəxs ayağa qaldırdıqdan sonra nə istədiyini soruşaraq davanın qurtarmasını istəmişdir. Təxminən 2 dəqiqə müddətində o, Zərərçəkmiş şəxs qanını təmizləməyə çalışdığından, nəzarətçini çağırmamışdır. Daha sonra Zərərçəkmiş şəxs onun başını yarması üçün stəkan götürüb ona hücum etdiyinə görə o, məcbur qalıb özünü müdafiə etmək üçün Zərərçəkmiş şəxs qolunu burub stəkanı əlindən aldıqdan sonra stəkanı qoymağa yer tapmayıb Zərərçəkmiş şəxs başına vurub sındırmaq qərarına gəlmişdir. Həbsxananın kamerasının döşəməsi parketdir. Məqsədi stəkanı Zərərçəkmiş şəxs başında sındırmaq olduğundan, 3 dəfə stəkanla yavaşca Zərərçəkmiş şəxs başına vurmuşdur. O, stəkanı bir dəfə yerə bərk vursa idi, sına bilərdi. Ancaq o, əvvəlcə stəkanı Zərərçəkmiş şəxs alnına yavaşca, ardınca başının böyür tərəfinə, 2-3 dəfə də Oleqin baş nahiyəsinə vurmuşdur. Zərərçəkmiş şəxs başına stəkanı bərk vurmağa ürəyi gəlməmiş, həmin an nəzarətçilər qapını açıb əlindəkini atmasını qışqırdıqlarından, o, stəkanı atmış, əlinə qandal vurulub növbətçi otağına aparılmışdır. Dava vaxtı hücumu ilk o etdiyi üçün xəsarət almamış, əsəb gərginliyi yarandığı üçün özünü daha güclü hiss etmişdir. Nəzarətçilər gəlməsə idilər, Zərərçəkmiş şəxs vurmağa davam etməyəcəkdi. Nəzarətçilərin tez yaxınlaşmalarının səbəbi nəfəslikdən uzaqlaşmamaları, hadisənin necə yekunlaşmalarını gözləmələri olmuşdur. O, növbətçi otağında izahat verdiyi vaxt Zərərçəkmiş şəxs həkim otağına təxliyyə edilmiş, orada başı sarıldıqdan sonra Həbsxananın rəis müavininə 4-cü korpusda dava olması barədə məlumat verildiyindən, rəis müavini onları yanına çağırmış, ilk öncə Zərərçəkmiş şəxs, daha sonra o aparılmışdır. O, Zərərçəkmiş şəxs 150-200 metr məsafədə yeriyərək getdiyini görmüş, Zərərçəkmiş şəxs sağlam olmuşdur. O, Zərərçəkmiş şəxs qəsdən öldürmək istəməmiş, mübahisə 2 sentyabr 2022-ci il tarixdə olmuş, Zərərçəkmiş şəxs isə 7 gün sonra, yəni 9 sentyabr 2022ci il tarixdə ölmüşdür. O, Rusiya Federasiyasında adam öldürmək cinayətinə görə tutulduğundan, qaydaları bilməsi səbəbindən ona qəsdən adam öldürməyə görə verilən ittihamla razı olmamışdır. O, Zərərçəkmiş şəxs düzgün müalicə aparılmaması səbəbindən ölmüş, Zərərçəkmiş şəxs döydüyünə görə peşman olmuşdur. Həmin vaxt kamera yoldaşı Şahid4 oyansa da, gözünü açmayıb üzünü divara tərəf çevirərək yatmağa davam etməklə mübahisəyə qarışmaq istəməmişdir. İstintaq vaxtı ifadə verərkən ona hər hansı təzyiq olmamış, ifadəsi düzgün yazılmış, ifadəsindəki əlyazma ilə olan yazı və imza ona məxsus olmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra- Cinayət-Prosessual Məcəlləsi) 327.1.3-cü maddəsinə əsasən, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadə ilə məhkəmə iclasında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyət olduğundan, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsində hadisənin yaranma səbəbi ilə bağlı məhkəmədə verdiyi ifadəsinə oxşar məzmunda ifadə versə də, baş vermiş hadisənin gedişatı ilə bağlı fərqli məzmunda ifadə verərək iki əli ilə ard-arda Zərərçəkmiş şəxs sifət nahiyəsinə üç yumruq zərbəsi vurduğunu, Zərərçəkmiş şəxs cavab olaraq yumruq atsa da, onu vura bilmədiyini, ona heç bir zərbənin dəymədiyini, daha sonra Zərərçəkmiş şəxs ard-arda üz nahiyəsinə daha güclü üç yumruq zərbəsi vurduğunu, sonuncunun baş nahiyəsindən sümük sınığı səsi gəldiyini hiss etdiyini, çənəsinin sındığını düşündüyünü, Zərərçəkmiş şəxs iki əli ilə bərk formada onun sinəsindən yapışdığına görə onu başla vura biləcəyini ehtimal etdiyindən məcbur qalıb hər iki əli ilə Zərərçəkmiş şəxs belindən tutub qaldıraraq güləş fəndi ilə başının üstündən geri atdıqda sonuncunun başının kameranın pilləkəninin kənarına dəydiyini, geri çevriləndə döşəmənin qana bulandığını gördüyünü, Zərərçəkmiş şəxs üzünü tutub, “bunu istəyirdin?!” sözlərini dediyini, yerdən qalxıb başını yumasını, bir də ana söyüşü söyməməsini söylədikdə, Zərərçəkmiş şəxs yerdən qalxıb bir ədəd şəffaf stəkanı götürərək hücum edib onu vurmaq istədikdə stəkanı əlindən aldıqdan sonra stəkanı ağız hissəsi sağ əlinin ovucunun içində qaldığı şəraitdə tutduğunu, Zərərçəkmiş şəxs sağ əli onun sol qoltuq altında qaldığından işlətdiyi idman fəndindən çıxa bilmədiyini, stəkanın arxası ilə Zərərçəkmiş şəxs başının sol tərəfinə ard-arda dörd-beş zərbə vurduğunu, Zərərçəkmiş şəxs yerə yıxıldıqdan sonra sinəsinin üzərində oturaraq “mənə söyürdün?!” deməklə yenidən əlindəki şəffaf şüşədən olan stəkanla başından daha bir neçə dəfə vurduğu zaman nəzarətçilərin qapını açıb daxil olduğunu, buna rəğmən Zərərçəkmiş şəxs baş nahiyəsinə stəkanla zərbələr vurmağa davam etdiyini, nəzarətçinin bibər qazı vurmasından sonra dayandığını bildirmişdir. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi X7 verdiyi izahatında göstərmişdir ki, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, həmin şəxsi tanımır, qanunamüvafiq qərarın qəbul olunmasını məhkəmədən xahiş edir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Həbsxanasının korpus üzrə baş nəzarətçisi vəzifəsində, ədliyyə baş giziri rütbəsində xidmət edir. xx.xx.2022-ci il tarixdə Penitensiar Xidmətin Həbsxanasının 4-cü korpusunda xidmətdə olduğu vaxt məhkumlar növbə ilə gəzintiyə aparılıb-gətirilmişdir. O, korpusun dəhlizində gəzərkən 94 nömrəli kamerada qışqırıq səsini eşidib kameranın qapısını açması üçün böyük nəzarətçini çağırmışdır. Belə ki, qaydalara əsasən, kameranın açarı yalnız nəzarətçidə olur. Həmin vaxt Şahid1 başqa məhkumu gəzintidən gətirdiyindən, həmin məhkumu kameraya salıb 94 nömrəli kameraya yaxınlaşaraq açarla qapını açmış, kameranın qarşısında o, Şahid1 və digər nəzarətçilər dayanmışdır. Kamera iki qapıdan ibarət olmaqla, içəri tərəfdəki qapı dəmir barmaqlıq, digəri isə seyfdir. Şahid1 seyf qapını açdıqda dəmir barmaqlıq qapıdan içəri aydın göründüyündən, həmin vaxt Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qapının qarşısında, tualetin pilləkənlərinin önündə yerə yıxıb, sinəsində oturaraq sağ əlində olan şəffaf şüşə stəkanla sonuncunun başına ard-arda zərbələr vurduğunu, yerin qan olduğunu görmüşlər. Şahid1 dəmir barmaqlıqlı qapını açdıqdan sonra içəri daxil olmuşlar. Şahid1 isə açar onda olduğuna görə kameraya daxil olmamışdır. Onların içəri daxil olmalarına baxmayaraq, Təqsirləndirilən şəxs hərəkətlərini dayandırmayıb Zərərçəkmiş şəxs başına zərbə vurmağa davam etdiyindən, o, dərhal Təqsirləndirilən şəxs üzünə bibər qazı sıxmış, bundan sonra Təqsirləndirilən şəxs arxadan əl qandalı vurub kameradan bayıra çıxartmışlar. Qapı açıldıqda Zərərçəkmiş şəxs başının partladığını, yerin qan olduğunu görmüşdür. O, bibər qazını sıxanadək stəkan Təqsirləndirilən şəxs əlində olmuş və vurmaqda davam etmişdir. Şahid1 siqnal vasitəsi ilə “həyəcan” verib geri qayıtmış, onlar Zərərçəkmiş şəxs yerdən qaldırdıqda, huşu yerində olmuşdur. Bu barədə növbətçi hissəyə məlumat verildikdən sonra, həkim gəlmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Həbsxanasında tərbiyə işinin təşkili şöbəsinin böyük inspektoru vəzifəsində, ədliyyə leytenantı rütbəsində xidmət edir. 2022-ci ilin sentyabr ayında dəqiq xatırlamadığı tarixdə Həbsxananın 4-cü korpusunda xidmət apardığı vaxt Təqsirləndirilən şəxs saxlanıldığı kameradan qışqırıq səsləri, hay-küy eşitdiklərindən gəzintidə olan məhkum kamerasına qaytarılmışdır. Onlar səs-küy olan kameraya yaxınlaşaraq qapıları açdıqda Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yerə yıxıb baş nahiyəsinə ardıcıl olaraq stəkanla vurduğunu, Təqsirləndirilən şəxs hərəkətlərini saxlamağı tələb etsələr də, vurmaqda davam etdiyini görüb gözyaşardıcı bibər qazını sıxmış, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs aralamışlar. Zərərçəkmiş şəxs yerə yıxılmış vəziyyətdə olmuş, başından qan axmışdır. Təqsirləndirilən şəxs dayanmasına səbəb bibər qazından istifadə olmuş, əks halda sonuncu hərəkətlərinə davam edəcəkdi. O, Zərərçəkmiş şəxs çölə çıxartmış, həmin vaxt Zərərçəkmiş şəxs sağ olmuş, Zahidikəhriz Abişevi isə kamerada üzü divara saxlamışdır. Daha sonra təcili olaraq həkimə xəbər verilmiş, yaralı məhbusun başı sarıldıqdan sonra tibb sanitar hissəsinə aparılmışdır. Kamerada olmuş digər məhbus isə hadisə vaxtı çarpayının üstünə uzanıb heç nə etməmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs qapı açıdığı vaxt əlindəki stəkanı yerə atdığını, aparılmaq üçün nəzarətçiləri gözlədiyini, dayanmış olsa belə, gözünə bibər qazının sıxıldığını desə də, Şahid3 təqsirləndirilən şəxsin üzünə qarşı yalan danışdığını, qapı açıldığı zaman Təqsirləndirilən şəxs stəkanla Zərərçəkmiş şəxs baş nahiyəsinə vurduğunu, ayırdıqdan sonra stəkanın əlindən düşdüyünü bildirmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 şahidlər Şahid3 və Şahid2 ilə oxşar məzmunlu ifadə verərək Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs baş nahiyəsinə stəkanla vurmasını təsdiqləmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxsla 4-5 il müddətində eyni kamerada cəza çəkmişlər. Hadisə baş verən vaxt yatdığından, mübahisəni eşitmədiyinə görə mübahisəni görməmiş, ayıldıqda nəzarətçilərin içəridə olduğunu, Zərərçəkmiş şəxs döşəmədə uzandığını və başının qan olduğunu görmüşdür. Sonradan Təqsirləndirilən şəxs soruşduqda anasına Zərərçəkmiş şəxs söyüş söydüyünü bildirmişdir. Zərərçəkmiş şəxs həmişə söyüş söyən biri olmuşdur. Təqsirləndirilən şəxs niyə məhz həmin gün Zərərçəkmiş şəxs döyməyi barədə məlumatı yoxdur. Zərərçəkmiş şəxslə Təqsirləndirilən şəxs arasında əvvəllər dava-dalaş olduğunu görməmiş, həmişə çox mehriban olmuşlar. Zərərçəkmiş şəxs başını həkim sarıdıqdan sonra kameraya gətirilmiş, sağ-salamat ayaq üstə dayanmışdır. Davadan sonra Zərərçəkmiş şəxs sağ-salamat görmüşdür. Cinayət-Prosessual Məcəlləsinin 329.1-ci maddəsinə əsasən, şahid məhkəməyədək icraat zamanı verdiyi ifadə ilə məhkəmə iclasında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyət olduğundan, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Şahid4 hadisənin yaranma səbəbi ilə bağlı Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsinə oxşar məzmunda ifadə versə də, məhkəməyədək icraat zamanı verdiyi ifadəsində baş vermiş hadisənin gedişatı ilə bağlı fərqli məzmunda ifadə verərək o, yerində uzanıb yatacağını dedikdən sonra Zərərçəkmiş şəxs dodağının altında deyinməsini eşitdiyini, birdən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sual verərək kimi söydüyünü soruşub kameranın qapısını döyərək nəzarətçiləri çağırdığını, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ünvansız söyüşlər söydüyünü nəzarətçiyə izah etdiyini, nəzarətçi səbrli olmasını, sakitləşməsini bildirib getdikdən sonra, o, yataqda üzü divara tərəf uzanıb yuxuladığını, birdən səsə ayılıb yataqda yerindən çevrilərək tualetə tərəf baxdıqda Zərərçəkmiş şəxs yerdə tualetin pilləkənlərin qarşısında uzandığını, Təqsirləndirilən şəxs sonuncunun üstündə oturduğunu və sağ əlindəki şəffaf şüşə stəkanla başına ard-arda dəfələrlə vurduğunu gördüyünü, ətrafın qan olduğunu, yataqdan düşüb yaxınlaşdığını, həmin vaxt nəzarətçilərin içərin daxil olaraq bibər qazından istifadə etdiklərini, Təqsirləndirilən şəxs güclə tutaraq dayandırdığını, mübahisə müddətində Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs xəsarət yetirdiyini görmədiyini bildirmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış keçirilən yer Bakı şəhəri, Nizami rayonu, Böyükşor qəsəbəsi, 8-ci köndələn küçəsində yerləşən Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Müalicə Müəssisəsinin “İntensiv Terapiya” şöbəsidir. Şöbənin qapısı metal materialdan iki taylı olmaqla yaşıl rəngdədir, qapıdan içəri daxil olduqda biri sağda, biri solda olmaqla iki palata müşahidə olunur. Baxış iştirakçısı Şahin Nağıyev məhkum Zərərçəkmiş şəxs müalicə aldığı sağ tərəfdə yerləşən palatanı göstərmişdir. Palatanın qapısı plastik materialdan olmaqla ağ rənglidir. Qapıdan içəri daxil olduqda palatanın qapı ilə üzbəüz olan divarda iki ədəd pəncərəsinin olması müşahidə olunmuşdur. Palatada səkkiz ədəd çarpayı mövcuddur, çarpayılar arasında ümumilikdə beş ədəd kiçik dolabçalar mövcuddur. Həmin çarpayılardan qapıdan daxil olduqda sol tərəfdən divara bitişik ikinci çarpayıda meyit vardır, baxış iştirakçısı Şahin Nağıyev meyitin Zərərçəkmiş şəxs məxsus olduğunu bildirmişdir. Meyitin əynində tünd rəngli cins şalvar, qara rəngli köynək vardır, ağzı açıqdır, sol təpə nahiyəsində sarğı vardır. Meyit ətraflı xarici və daxili müayinə edilməsindən ötrü Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi X3 X16 Birliyinin Nizami rayon şöbəsinə göndərilmişdir. (Cild 4- 5) xx.xx.2022-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, təşrih masası üzərində əynində qara rəngli qısaqol mayka, tünd rəngli şalvar olan meyit uzadılmışdır. Paltarları çıxardıqda meyit kişi cinslidir. Zəif qidalıdır. Düzgün bədən quruluşludur. Meyit əlləndikdə soyuqdur. Meyit qacıması bütündür, adətən yoxlanılan qrup əzələləri yaxşı inkişaf etmişdir. Meyit ləkələri bədənin arxa yan tərəfində göyümtülbənövşəyi rəngdədir. Əllə təzyiq etdikdə rəngi avazıyır. Meyitin gövdəsinin arxa səthində sol bud nahiyəsində genişsahəli qırmızımtıl-qaramtıl rəngli yataq yaraları vardır. Saçları qısadır. Ağımtıl rəngdədir. Gözləri yarımaçıqdır. Açıq qəhvəyimtil rəngdədir. Ağzı yarımaçıqdır. Hər iki çənədə dişləri qeyd olunmuşdur. Yerləri hamar və sığallıdır. Boynu bədənə müvafiqdir. Az hərəkətlidir. Döş qəfəsi silindrikdir. Dinometrikdir. Qarın döş səviyyəsindən aşağıdır. Əllədikdə yumşaqdır. Xarici cinsiyyət üzvləri düzgün kişi tipli inkişaf etmişdir. Püllük keçmişdə sünnət olmuşdur. Arxa keçəcəyi nəcislidir. Uzun borulu sümükləri əllədikdə tamdır. Sol ayağının baş barmağı nahiyəsində güdül qeyd olunur. Hər iki dirsək çuxurlarında və sağ əlin üst səthində damar gedişi boyunca üzəriləri nöqtə şəkilli qurumuş qanla örtülü yaralar (iynə yerləri) vardır. Meyitin üzərində aşağıdakı xəsarətlər qeyd olunmuşdur. Sol gicgah-təpə sərhəddində üzərində çoxsaylı qara rəngli tikişləri olan ayparavari yara yeri (cərrahi əməliyyat) vardır. Cərrahi əməliyyatın ətrafında bozumtulbənövşəyi rəngli qançırlar vardır. 2 ədəd sol qulaqüstü nahiyədə üzərində yaralar vardır. Sağ qaşüstü nahiyədə üzəri qanla örtülü kənarları nahamar yara vardır. Sağ alın gicgah nahiyəsində göyümtül-bozumtul rəngli qançır vardır. Sol qaşüstü nahiyədə 2 ədəd birbirinə yaxın çəp yerləşən ətrafları bənövşəyi-bozumtul rəngli qançırla örtülü nahamar kənarlı səthi yaralar vardır. (Cild 13-15) xx.xx.2022-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsində yerləşən Penitensiar Xidmətin Həbsxanasının 4-cü nömrəli korpusunda yerləşən 94 nörməli kameradır. Kameranın iki qapısı vardır. Hər iki qapı dəmir materialdandır. İkinci qapı dəmir barmaqlıq formasındadır. Baxışda iştirak edən Təqsirləndirilən şəxs həmin kamerada qaldığını və hadisələrin orada baş verdiyini, yəni onun orada Zərərçəkmiş şəxs Surxayevıçə xəsarət yetirdiyini bildirmişdir. Kameraya daxil olduqdan sonra oraya ümumi baxış keçirilmişdir. Məlum olmuşdur ki, otaqda üç yataq dəsti vardır. Onlardan biri iki mərtəbəli, digəri isə bir mərtəbəlidir. İki mərtəbəli olan yataq girişdən baxdıqda sol-uzaq küncdə, girişə paralel divar boyunca, tək yataq isə girişdən sol-yaxın küncdə sol divar boyunca qoyulmuşdur. Tək nəfərli yatağın qarşısında stol vardır. Girişdən solda, divar boyunca şkaf qoyulmuşdur və onun üzərində gündəlik istifadə edilən məişət əşyaları vardır. Girişin qarşısında tualet vardır. Tualetə qalxmaq üçün iki pillə vardır və pillələr kafel materialla üzlənmişdir. Tualetin qapısı çölə-bayıra açılır. Tualetin sağ və arxa divar otağın divarlarından ibarətdir, sol divarı isə bir metr hündürlüyündə tikilidir. Girişdən sağda döşəmə üzərində şkaf və ondan hündürdə, üst hissəsində, divara bərkidilmiş televizor vardır. Şkafda stəkan və gündəlik istifadə edilən qablar vardır. Bundan başqa, otaqda müxtəlif gündəlik istifadə edilən əşyalar və geyimlər vardır. Təqsirləndirilən şəxs orada özünün, Zərərçəkmiş şəxs və onlarla bir kamerada qalan Şahid4 yataqlarını göstərmişdir. Məlum olmuşdur ki, o, özü iki mərtəbəli yatağın birinci mərtəbəsindən, Şahid4 onun ikinci mərtəbəsindən, Zərərçəkmiş şəxs isə tək olan yataqdan istifadə etmişdir. Daha sonra Təqsirləndirilən şəxs hadisə zamanı Zərərçəkmiş şəxs yumruqla vurduğu yeri, idman fəndi işlədərək onu yıxdığı yeri, Zərərçəkmiş şəxs Suıyaveyeviçin başının dəydiyi yeri, sonuncu yerdən qalxdıqdan sonra şüşə stəkanı götürdüyü yeri, Zərərçəkmiş şəxs Surxaveyiçin əlindən stəkanı aldıqdan sonra onu yıxdığı və ona başından zərbələr vurduğu yeri göstərmişdir. Məlum olmuşdur ki, Zərərçəkmiş şəxslə o, mübahisə edərkən onlar kameranın mərkəzindən bir qədər giriş qapısına yaxm yerdə olublar, orada Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bir neçə dəfə baş nahiyəsindən zərbə vurmuş, sonra isə fənd işlədərək onu yerə yıxmışdır. Eyni zamanda məlum olmuşdur ki, Zərərçəkmiş şəxs başı tualetin qarşısındakı pilləkənlərə dəyib. Həmçinin, Zərərçəkmiş şəxs stəkanı girişdən sağdakı şkafın üzərindən götürübdür. Təqsirləndirilən şəxs hadisə zamanı istifadə etdiyi stəkanın yeri barədə soruşduqda o bildirmişdir ki, hadisədən sonra o, cərimə təcridxanasına göndərilib. Oradan qayıtdıqdan sonra hadisə zamanı istifadə etdiyi stəkanı otaqda görüb, həmin stəkan hazırda yatağın qarşısındakı masanın üzərindədir, kamerada istifadə etdikləri stəkanlar rənginə və formasına görə bir-birindən fərqlidir, onun hadisə zamanı istifadə etdiyi stəkan da formasına və digər əlamətlərinə tək olub və ikinci elə bir stəkan olmayıbdır. Ona görə də həmin stəkanı dərhal tanıyıb. Həmin stəkanı masanın üzərində olan digər stəkanların içində indi göstərə və onu təqdim edə bilər. Bundan sonra Təqsirləndirilən şəxs masanın üzərində olan stəkanları masada sıra ilə düzmüş və hadisə zamanı Zərərçəkmiş şəxs baş nahiyəsindən vurduğu stəkanı göstərərək təqdim etmişdir. Həmin stəkan şəffafdır, üzərində özündən olan naxışları vardır, üzərində hər hansı qanabənzər ləkə yoxdur. Stəkanın ətəyində diametri 4,5 sm, ağız hissəsində diametri 7,4 sm, hündürlüyü isə 9 smdir. Stəkan qablaşdırılaraq götürülmüşdür. (Cild 1, iş vərəqə 110-112) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Müalicə Müəssisəsinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, məhkum Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə X2 daxil olmuş və xx.xx.2022-ci il tarixdə saat 21:50-də Müalicə müəssisəsində ölmüşdür. (Cild 1, iş vərəqə 32) Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Həbsxanasından daxil olmuş məlumatdan görünür ki, qeyd edilən hadisə saat 11:30 radələrində baş vermişdir. (cild 1, iş vərəqə 30- 31) xx.xx.2022-ci il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, ona həmin maddə ilə ittiham elan edilmişdir. (Cild 1, iş vərəqə 159-160) xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. (Cild 1, iş vərəqə 254-255) Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyi” X14 Nizami rayon şöbəsinin xx.xx.2022-ci il tarixli, 151 nömrəli ekspert rəyindən görünür ki, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Müalicə Müəssisəsi tərəfindən tərtib edilmiş 2627/22 nömrəli stationar xəstənin tibbi kartasındakı məlumatlara əsasən, Zərərçəkmiş şəxs həmin Müalicə Müəssisəsi xx.xx.2022-ci il tarixdə, saat 15:52-də “Açıq kəllə beyin travması. Baş beynin çoxsaylı əzilməsi. Baş beynin kompressiyası. Komatoz vəziyyət” diaqnozu ilə, təcili etapla, hədsiz ağır vəziyyətdə daxil olmuşdur. Həmin gün kəllənin ön və yan proyeksiyada çəkilmiş rentenoqramalarında - sol tərəfdə kəllə daxili horizontal maye + hava səviyyəsi izlənilir. Alın təpə nahiyədə yumşaq toxumaların şişkinliyi ilə müşayiət olunan sümüküstlüyünün çoxşaxəli zədələnməsi (çartlar) qeyd olunur. Sol alın cibi pnevmatizasiyası pozulub (yəni kəllə daxili qansızma, yan mədəciyinin cırılması istisna edilmir). xx.xx.2022-ci il tarixdə xəstədə “Basılmış sümük qəlpələrinin xaric edilməsi. Sərt qişa deffektinin tikilməsi. Yaranın təkrar işlənməsi” cərrahi əməliyyatı icra olunmuşdur. Sonrakı günlər xəstənin vəziyyəti ağır olaraq qalmışdır. Xəstəyə “açıq kəllə beyin travması, baş beyin əzilməsi, sol alın və sol təpə nayihəsinin çoxsaylı qəlpəli sınıqları, pnevmotizasiyası, sol alın təpə nahiyəsinin cırılmış-əzilmiş yarası. Baş beyin əzilməsi fonunda yaranmış ürək-damar tənəffüs çatızmalığı” son klinik diaqnozu qoyulmuşdur. Aparılmış intensiv reanimasiya müalicə tədbirlərinə baxmayaraq xəstə əsas xəstəliyinin fonunda yaranmış ürək damar tənəffüs çatışmazlığından xx.xx.2022-ci il tarixdə, saat 01:50 radələrində ölmüşdür. Zərərçəkmiş şəxs meyitində baş beynin travmatik ödemi, baş beyin əzilməsi və subaraxnoidal qansızmaları, sərt qişanın cırılması ilə müşayiət olunan sol təpə sümüyünün basılmış çoxqəlpəli sınığı, sol gicgahtəpə nahiyəsinin əzilmiş-cırılmış yarası və qançırı, sol qulaqüstü nahiyənin əzilmiş yarası, sol qaşüstü nahiyənin qançır və səthi əzilmiş yaraları, sağ qaşüstü nahiyənin kəsilmiş yarası, sağ alın-gicgah nahiyəsinin hematoması, sağ yanaq nahiyəsinin qançırı, sağ saidin bayır səthinin və sağ çiyin nahiyəsinin səthi kəsilmiş yaraları olduğu müəyyən edilmişdir. Qeyd edilən xəsarətlər həyatidir, sağ qaşüstü nahiyənin kəsilmiş, sağ saidin bayır səthinin, sağ çiyin nahiyəsinin səthi kəsilmiş yaraları iti kənara malik olan əşyanın (əşyaların, ola bilsin şüşə qəlpələrinin) təsirindən, digər xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, tibbi sənədlərdə göstərilən müddətdə, yəni xx.xx.2022-ci il tarixdə alınması mümkündür. Sağ yanaq nahiyəsinin qançırı, sol qaşüstü nahiyənin qançır və səthi əzilmiş yaraları, sağ saidin bayır səthinin və sağ çiyin nahiyəsinin səthi kəsilmiş yaraları həm ayrıayrılıqda, həm də ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərini daşıyır və dərəcəsi təyin olunmayan xəsarətlərə aid edilir, baş vermiş ölümlə səbəbli əlaqəsi yoxdur. Dərəcəsinə görə sol qulaqüstü nahiyənin əzilmiş yarası, sağ qaşüstü nahiyənin kəsilmiş yarası və sağ alın-gicgah nahiyəsinin hematoması həm ayrı-ayrılıqda, həm də ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmanın əlamətlərini daşıyır və baş vermiş ölümlə səbəbli əlaqəsi yoxdur. Dərəcəsinə görə baş beynin travmatik ödemi, baş beyin əzilməsi və subaraxnoidal qansızmalar, sərt qişanın cırılması ilə müşayiət olunan sol təpə nahiyəsinin basılmış çoxqəlpəli sınıq, sol gicgah-təpə nahiyəsinin əzilmiş-cırılmış yarası və qançırı ümumilikdə həyat üçün təhülükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərini daşıyır və baş vermiş ölümlə səbəbli əlaqəsi vardır. Zərərçəkmiş şəxs uzun müddət stasionar müalicə aldığından ondan qan götürülüb məhkəmə-kimya laboratoriyasına göndərmək məqsədə müvafıq uyğun olmamışdır. Zərərçəkmiş şəxs aşkar edilmiş sol gicgah-təpə nahiyəsinin tikilmiş yarası, sol təpədə basılmış sümük qəlpələri xaric edilərək defektin yaranması, sərt qişanın tikilmiş yarası, hər iki dirsək çuxurunun, sol saidin ön səthinin, sağ əlin üst səthinin nöqtəşəkilli yaraları göstərilmiş tibbi yardım izləri hesab oluna bilərlər. Zərərçəkmiş şəxs gövdəsinin arxa sol yarısında və sol budun yuxarı 3/1-nin arxa səthində geniş sahəli yataq yaraları aşkar edilmişdir. Bunlar şəxsin uzun müddət arxası üstə uzanıqlı vəziyyətdə olması və həmin nahiyələrdə qan təchizatının pozulması ilə əlaqədardır. Zərərçəkmiş şəxs ölümünə xx.xx.2022-ci il tarixdə almış olduğu açıq kəllə beyin travması ilə əlaqədar baş beyin əzilməsi və subaraxnoidal qansızmalarla müşayiət olunan sol təpə sümüyünün basılmış sınığı nəticəsində baş beynin travmatik ödemi və həyati vacib olan beyin mərkəzlərinin sıxılması olmuşdur. Ölüm xx.xx.2022-ci il tarixdə, saat 01:50-də Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Müalicə Müəssisəsində baş vermişdir, bu da meyitdə gedən ilkin dəyişikliklərdə öz əksini tapır. (Cild 1, iş vərəqə 52-57) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X14 xx.xx.2023-cü il tarixli, 203 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Aparılmış eksperimental-psixoloji müayinə gedişində Təqsirləndirilən şəxs idrak proseslərinin (yaddaş, diqqət, qavrama, təfəkkür və s) intelektinin normaya uyğun olması müəyyən edilir, emosional-iradi sferasında qıcığa qarşı həssaslıq aşkar olunur, hövsələsizlik, inadkarlıq, tez özündən çıxma, eqosentrizm, soyuqqanlılıq, kobudluq, konfliktə və mübahisəyə meyillik, kinlilik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs, həmçinin ona ittiham olunan əməl dövründə, hər hansı bir psixi xəstəlik və ya fəaliyyətinin müvəqqəti pozulması, kəmağıllılıq və s. psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə o, cinayət işi üzrə istintaq hərəkətlərində iştirak etmək iqtidarındadır, həmçinin prosessual fəaliyyət qabiliyyətlidir. Təqsirləndirilən şəxs cinayət törədən zaman psixi-emosional halında qəzəb, aqressiya yaranmışdır. Həmin anın yaranması onda müəyyən edilən xasiyyətin psixopatik cizgiləri fonunda situasiya ilə şərtləşmişdir. (Cild 1, iş vərəqə 206-209) '‘Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyi’" X14 Komisyon Ekspertizalar şöbəsinin xx.xx.2023-cü il tarixli, 19/KEŞ nömrəli ekspertin rəyindən görünür ki, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Müalicə Müəssisəsində Zərərçəkmiş şəxs adına tərtib edilmiş tibbi sənədlərdən görünür ki, ona “Açıq kəllə beyin travması. Baş beynin çoxsaylı əzilməsi. Baş beynin kompressiyası. Komatoz vəziyyət” diaqnozu aparılmış müvafiq müayinələr əsasında düzgün təyin edilmişdir. Təyin edilmiş diaqnoza uyğun olaraq onun üzərində “Basılmış sümük qəlpələrinin xaric edilməsi. Sərt qişa deffektinin tikilməsi. Yaranın təkrar işlənməsi” cərrahi əməliyyatı aparılmışdır. Əməliyyat taktiki və texniki cəhətdən düzgün icra olunmuşdur. Əməliyyatdan sonra xəstənin vəziyyəti ağır olmuş, aparılan intensiv reanimasiya müalicə tədbirlərinə baxmayaraq vital funksiyaları bərpa etmək mümkün olmamış və bioloji ölüm baş vermişdir. Zərərçəkmiş şəxs meyiti müayinə olunmuş və onun ölümünə səbəb “xx.xx.2022-ci tarixdə almış olduğu açıq kəllə beyin travması ilə əlaqədar baş beyin əzilməsi və subaraxnoidal qansızmalarla müşayiət olunan sol təpə sümüyünün basılmış sınığı nəticəsində baş beynin travmatik ödemi və həyati vacib olan beyin mərkəzlərinin sıxılması”nın olduğu müəyyən edilmişdir ki, bununla da aparılmış müalicələrlə baş vermiş ölüm arasında səbəbli əlaqə olmamışdır. Zərərçəkmiş şəxslə aparılmış müayinə və müalicələr səhiyyə sistemində qüvvədə olan müvafiq təlimat qaydalarına uyğun olmuşdur. Zərərçəkmiş şəxs əməliyyatdan sonra göstərilmiş ixtisaslı tibbi yardımlar onun vəziyyətinin ağırlığına uyğun olmuşdur. (Cild 1, iş vərəqə 211-218) xx.xx.2023-cü il tarixli “Zərər çəkmiş şəxsin hüquqi varisi kimi tanımaq haqqında” qərardan görünür ki, Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X7 zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs hüquqi varisi qismində tanınmışdır. (Cild 1, iş vərəqə 223-224) Səhiyyə Nazirliyi Azərbaycan Respublikasının “Respublika Psixiatrik Xəstəxanası” X14 xx.xx.2022-ci il tarixli, 11361 nömrəli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs göstərilən xəstəxanada müalicə almamışdır. Zərərçəkmiş şəxs həmin xəstəxanada xx.xx.2011-xx.xx.2011 və xx.xx.2012-xx.xx.2012-ci illərdə “alkoqol qəbulu nəticəsində davranış pozuntusu” diaqnozu ilə stasionar müalicə olunmuşdur. (Cild 1, iş vərəqə 192) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X14 xx.xx.2022-ci il tarixli, xx/xx-15848 nömrəli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs mərkəzdə müalicə almamışdır, qeydiyyatda yoxdur. (Cild 1, iş vərəqə 200) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X1 xx.xx.2022-ci il tarixli, 1/2405 nömrəli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs həmin xəstəxanaya müraciət etməmişlər. (Cild 1, iş vərəqə 201) Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Həbsxanasından Təqsirləndirilən şəxs barəsində verilmiş xx.xx.2022-ci il tarixli xasiyyətnamədən görünür ki, o, həbsxanaya xx.xx.2014-cü il tarixdə gətirilmişdir. O, xasiyyətcə çılğın, hiyləgər, məhkum yoldaşları və müəssisə əməkdaşları ilə münasibətdə qeyri-səmimidir, əməkdaşlara hücum etməyə, girov götürməyə, şər-böhtan atmağa, təxribat xarakterli hərəkətlər etməklə münaqişə yaratmağa, müəssisəsinin normal iş fəaliyyətini pozmağa və qaçmağa meyllidir, törətmiş olduğu əməlində peşmançılıq hissi keçirməsi müşahidə olunmur və barəsində dəfələrlə cərimə təcridxanasına keçirilmə tənbeh tətbiq edilmişdir, islah yoluna qədəm qoymamışdır. (Cild 155-156) Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin həbsxanasından Zərərçəkmiş şəxs barəsində verilmiş xasiyyətnamədən görünür ki, o, həbsxanaya xx.xx.2013-cü il tarixdə gətirilmişdir. O, xasiyyətcə çılğın, hiyləgər, məhkum yoldaşları və müəssisə əməkdaşları ilə daxil olmuş münasibətdə qeyri-səmimidir, törətmiş olduğu əməlində peşmançılıq hissi keçirməsi müşahidə olunmur, islah yoluna qədəm qoymamışdır. (Cild 157) Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnamə və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Rusiya Federasiyası Moskva şəhər Məhkəməsinin xx.xx.1997-ci il tarixli hökmü, Rusiya Federasiyası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.1997-ci il tarixli qərarı, Rusiya Federasiyası prezidentinin xx.xx.1999cu il tarixli Əfv fərmanı və Moksva şəhər məhkəməsinin xx.xx.2007-ci il tarixli qərarı olmuş və həmin qərarlar Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ilə Azərbaycan Respublikasının ərazisində tanınmışdır. Eləcə də, sonuncu qərarla X13 Sosialist Respublikasının Cinayət Məcəlləsinin 102-ci maddəsinin a, q, e, i, n bəndləri, 146-cı maddəsinin 2-ci hissəsinin “a,b,v,q bəndləri və 40-cı maddəsi Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri, yəni 120.2.1, 120.2.4, 120.2.5, 120.2.6, 120.210, 181.2.1, 181.2.2, 181.2.5, 181.3.3-cü və 66.3-cü maddəsi ilə uyğunlaşdırılaraq tənzimlənmiş və Təqsirləndirilən şəxs ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. (Cild 1, iş vərəqə 86-92, 203) xx.xx.2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, hadisə yerindən götürülmüş Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs oğlunu xuliqanlıq niyyəti ilə qəsdən öldürərkən istifadə etdiyi bir ədəd şüşə stəkan öz xüsusiyyətinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxtına və ya üzərində hadisənin izlərinin saxlanıldığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halları müəyyən etdiyindən maddi sübut kimi tanınmışdır. Həmin maddi sübut Qaradağ rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılır. (cild 1, iş vərəqə 232-251) Məhkəmənin hazırlıq iclasında Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Əməlin tövsifi və hüquqi məsələlər: Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən, hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, Konvensiyanın 6-cı maddəsi ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. Həmin maddəyə görə, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Avropa məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilibqiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların qanunsuz yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçi vasitəsi ilə suallar verilmiş, eyni zamanda öz lehinə ifadə verə biləcək şahidi dindirilmək imkanı təqdim edilmiş, öz alibisini sübut etmək üçün ona şərait yaradılmışdır. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibətini öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Təqsirləndirilən şəxs özünü ona irəli sürülmüş ittihamda, yəni xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə cinayətinə görə təqsirli bilməmiş qəsdən sağlamlığa ağır zərərvurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda cinayətini törətdiyi hesab etmişdir. Təqsirləndirilən şəxs öz iddiasını onunla əsaslandırmışdır ki, Zərərçəkmiş şəxs öldürmək niyyəti olmamışdır. Zərərçəkmiş şəxs sifətinə bir neçə yumruq zərbəsini vurmasının səbəbi onu və anasını söydüyünə görə cəzalandırıb söyüşlərini dayandırmaq istəyi, güləş fəndi ilə qaldırıb yerə çırpmasının səbəbi isə Zərərçəkmiş şəxs onun burnuna kəllə vurmaq niyyəti, Zərərçəkmiş şəxs baş nahiyəsinə stəkanla yavaşca zərbələr vurmasının səbəbi isə sonuncu stəkanla ona hücum etdiyinə görə, məcbur qalıb özünü müdafiə etməsi olmuş, Zərərçəkmiş şəxs vurmaq ürəyindən gəlməmiş, nəzarətçilər gəlmədiyi təqdirdə də, həmin hərəkətləri davam etdirməmək niyyətində olmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadələrini yoxlamışdır. Belə ki, o, istintaq orqanına verdiyi ifadəsində həmin xüsusatlarla bağlı bildirmişdir ki, Zərərçəkmiş şəxs onu və anasını söydüyünə görə, iki əli ilə ard-arda onun sifət nahiyəsinə 3 yumruq zərbəsi vurmuş, daha sonra Zərərçəkmiş şəxs ona yumruq atdığını görüb yenidən ard-arda üz nahiyəsinə daha güclü 4 yumruq zərbəsi vurduqda, Zərərçəkmiş şəxs baş nahiyəsindən sümük sınığı səsi gəldiyindən çənəsinin sındığını başa düşmüşdür. O, dayandıqda Zərərçəkmiş şəxs iki əli ilə bərk formada onun sinəsindən yapışdıqda güləş fəndi ilə başının üstündən geri atmış, həmin vaxt Zərərçəkmiş şəxs başı kameradakı tualetin pilləsinin kənarına dəymiş, daha sonra Zərərçəkmiş şəxs stəkanı götürüb ona hücum etməsini gördüyündən idman fəndi ilə qolundan tutaraq stəkanı əlindən almış, daha sonra idman fəndi ilə Zərərçəkmiş şəxs müqavimətini qırıb stəkanın arxası ilə başının sol tərəfindən ard-arda 4-5 zərbə vurmuş, yerə yıxıldıqdan sonra sonuncunun üzərində oturmuş, bir neçə dəfə “mənə söyürdün?” sualını deyib yenidən əlindəki stəkanla başına bir neçə dəfə vurmuş, həmin vaxt nəzarətçilər otağa daxil olmuşlar. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X6 xx.xx.2022-ci il tarixli, 151 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs meyitinin məhkəmə-tibbi ekspertiza müayinəsı zamanı bədənində baş beynin travmatik ödemi, baş beyin əzilməsi və subaraxnoidal qansızmaları, sərt qişanın cırılması ilə müşayiət olunan sol təpə sümuyünün basılmış çoxqəlpəli sınığı, sol gicgah-təpə nahiyəsinin əzilmiş-cırılmış yarası və səthi əzilmiş yaraları, sağ qaşüstü nahiyənin kəsilmiş yarası, sağ alın-gicgah nahiyəsinin hematoması, sağ yanaq nahiyəsinin qançırı, sağ saidin bayır səthinin və sağ çiyin nahiyəsinin səthi kəsilmiş yaraları həyatidir, sağ qaşüstü nahiyənin kəsilmiş və sağ saidin bayır səthinin, sağ çiyin nahiyəsinin səthi kəsilmiş yaraları iti kənara malik olan əşyanın (əşyaların, ola bilsin sınmış şüşə qəlpələrinin) təsirindən, digər xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, tibbi sənədlərdə göstərilən müddətdə, yəni xx.xx.2022-ci il tarixdə alınmaları mümkündür. Göründüyü kimi, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs öldürmək niyyəti olmadığını məhkəmə baxışında bildirsə də, onun törətmiş olduğu bədən xəsarətlərinin həyati olmaqla, müvafiq rəyə əsasən, ölümlə birbaşa səbəbli əlaqəsi vardır. Habelə, Təqsirləndirilən şəxs özünü təqsirli bilmədiyini, hadisə vaxtı özünü müdafiə etdiyini, zorakılığı davam etdirmək istəmədiyini, öldürmək niyyətinin olmadığını bildirsə də, məhkəmə həmin hissədə onun ifadəsinə tənqidi yanaşır. Belə ki, məhkəmə hesab edir ki, əməlin zəruri müdafiə vəziyyətində edilən hərəkət kimi qiymətləndirilməsi üçün qəsd mövcud olmalıdır. Mövcud qəsd başlamış, davam edən və hələ başa çatmamış ictimai təhlükəli əməldir. Ona görə də qəsd başa çatmışdırsa və belə vəziyyət təqsirkar tərəfindən dərk edilirsə, qəsd edənin həyatdan məhrum edilməsi ümumi əsaslarla Cinayət Məcəlləsinin 120-ci maddəsi ilə cinayət məsuliyyətinə səbəb olur. Cinayət işinin materialları və məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələrindən də görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs əlindən stəkanı aldıqdan sonra sonuncunun qəsdi başa çatmış, bununla da Təqsirləndirilən şəxs özünü müdafiə hüququ aradan qalxmış, bundan sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs baş nahiyəsinə ardıcıl olaraq stəkanla dəfələrlə zərbələr vurmuş, nəzarətçilərin dayanmasını tələb etmələrinə baxmayaraq həmin zorakılığa davam etdirmiş, yalnız nəzarətçilərin aktiv müdaxiləsindən öz iradəsindən asılı olmayan səbəbdən qəsdlə əhatə olunan ictimai təhlükəli əməlini davam etdirə bilməmişdir. Habelə, təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadəsində Zərərçəkmiş şəxs baş nahiyəsinə stəkanı yavaşca vurduğunu deməsi də iş üzrə toplanmış digər sübutlarla öz təsdiqini tapmır. Belə ki, ekspert rəyində qeyd olunan Zərərçəkmiş şəxs baş nahiyəsində yaranmış xəsarətlər Təqsirləndirilən şəxs “yavaş” formada vurduğu zərbələrlə yaranması absurddur, ağlabatan deyil. Məhkəmə qeyd etməyi zəruri bilir ki, şahidlər Şahid1, Şahid2 və Şahid3 məhkəmə baxışında verdiyi ifadələrlə Təqsirləndirilən şəxs istintaq zamanı verdiyi ifadə üst-üstə düşür. Bu səbəbdən, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yavaş zərbələr vurmasını, özünü təqsirli bilmədiyini, özünü müdafiə etmək istədiyini, zorakılığı davam etdirmək, zərərçəkmiş şəxsi öldürmək niyyətinin olmadığını deməsini həqiqətəuyğun olmayan, işin digər halları ilə təsdiqlənməyən hal kimi qiymətləndirmiş, göstərdikləri mötəbər sübutlarla təkzib edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadəsində Zərərçəkmiş şəxs mübahisə baş verdiyi vaxtdan bir neçə gün sonra müalicənin doğru aparılmaması səbəbindən öldüyünü iddia etsə də, '‘Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyi’" X14 Komisyon Ekspertizalar şöbəsinin xx.xx.2023-cü il tarixli, 19/KEŞ nömrəli rəyi əsasında müəyyən edilmişdir ki, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Müalicə Müəssisəsində Zərərçəkmiş şəxs qoyulmuş müvafiq diaqnoz aparılmış müvafiq müayinələr əsasında düzgün təyin edilmişdir. Təyin edilmiş diaqnoza uyğun olaraq onun üzərində müvafiq cərrahi əməliyyat aparılmışdır. Əməliyyat taktiki və texniki cəhətdən düzgün icra olunmuşdur. Əməliyyatdan sonra xəstənin vəziyyəti ağır olmuş, aparılan intensiv reanimasiya müalicə tədbirlərinə baxmayaraq vital funksiyaları bərpa etmək mümkün olmamış və bioloji ölüm baş vermişdir. Zərərçəkmiş şəxs meyiti müayinə olunmuş və onun ölümünə səbəb “xx.xx.2022-ci tarixdə almış olduğu açıq kəllə beyin travması ilə əlaqədar baş beyin əzilməsi və subaraxnoidal qansızmalarla müşayiət olunan sol təpə sümüyünün basılmış sınığı nəticəsində baş beynin travmatik ödemi və həyati vacib olan beyin mərkəzlərinin sıxılması”nın olduğu müəyyən edilmişdir ki, bununla da aparılmış müalicələrlə baş vermiş ölüm arasında səbəbli əlaqə olmamışdır. Həmin rəydən də göründüyü kimi, Zərərçəkmiş şəxs müalicə düzgün aparılmış, onun ölümünə səbəb xx.xx.2022-ci il tarixdə, Təqsirləndirilən şəxs tərəfindən aldığı xəsarətlər olmuşdur. Bu səbəbdən, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ölümünə səbəbin düzgün aparılmayan müalicənin olmasını deməsi digər sübutlarla öz təsdiqini tapmamış, təkzib edilmişdir. Yuxarıda təsvir olunanlar onu ehtiva edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında ifadə verərkən səmimi olmamış, əksinə qanunsuz əməllərini ört-basdır etmək məqsədi ilə ziddiyyətli ifadə verməklə, çaşqınlıq yaratmaq məqsədi güdmüşdür. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsinə zidd olaraq məhkəmə istintaqında başqa məzmunda ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Bu səbəbdən, məhkəmə cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratmış, məhkəmə sübutetmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürür. Məhkəmə baxışı zamanı təqsirsizik prezumpsiyası rəhbər tutulmuş, Cinayət- Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxılmış və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edilmiş, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanmış, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh ediləcəyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəlinmişdir. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, digər sənədləri də mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, iş üzrə məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmamışdır. Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Beləliklə, məhkəmə cinayət işinin materiallarında olan, cinayət təqibi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından Cinayət Qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə, yəni xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə görə ittiham irəli sürülmüşdür. Cinayət Məcəlləsinin 120.2.2-ci madddəsinə görə, xuliqanlıq niyyəti ilə qəsdən adam öldürdükdə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etdikdə müvafiq cinayətin tərkibi yaranır. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2002-ci il tarixli Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun qərarından görünür ki, qəsdən adam öldürməni ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurmadan fərqləndirmək lazımdır. Nəzərə almaq lazımdır ki, qəsdən adam öldürmədə təqsirkarın niyyəti zərərçəkmişi həyatdan məhrum etməyə yönəldiyi halda, Cinayət Məcəlləsinin 126.3-cü maddəsində nəzərdə tutulan əməldə ölümün baş verməsinə münasibəti ehtiyatsızlıqda ifadə olunur. Burada təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. “Ağır, az ağır və yüngül xəsarət növlərinin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli Qərarının 1.2-ci maddəsində həyat üçün təhlükəli olan xəsarətlərin (kəllə boşluğuna keçən yaralar (baş beyin toxumasının zədələnib-zədələnməməsindən asılı olmayaraq; kəllə tağı və kəllə əsası sümüklərinin tam sınıqları; baş beynə təzyiq edilməsi (sıxılması) və ya edilməməsi (sıxılmaması) ilə nəticələnən ağır dərəcəli beyin əzilmələri, beyin kötüyünün zədələnməsi simptomları ilə müşayiət edilən orta dərəcəli beyin əzilmələri və digər) siyahısı göstərilmişdir. Cinayət işinin materialları və məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələrindən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs baş nahiyəsinə ardıcıl olaraq əlində olan stəkanla dəfələrlə zərbələr vurmuş, nəzarətçilərin dayanmasını tələb etmələrinə baxmayaraq həmin zorakılığa davam etmiş, yalnız bibər qazından istifadə edildikdən sonra qanunsuz davranışlarını sonlandırmışdır. Həmin zorakılıq nəticəsində Zərərçəkmiş şəxs həyat üçün mühüm əhəmiyyəti olan orqanlarına xəsarətlər yetirilmiş, müvafiq ekspert rəyinə əsasən, baş beynin travmatik ödemi, baş beyin əzilməsi və subaraxnoidal qansızmalar, sərt qişanın cırılması ilə müşayiət olunan sol təpə nahiyəsinin basılmış çoxqəlpəli sınıq, sol gicgah-təpə nahiyəsinin əzilmiş-cırılmış yarası və qançırı xəsarətlərini almışdır. Hadisədən əvvəl bir-birlərinə zorakılıq etmələri müəyyən olunmamış, nəzarətçilər tərəfindən bibər qazı istifadə edilməklə aralanadək Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs baş nahiyəsinə stəkanla vurmaqda davam etmişdir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X14 xx.xx.2023-cü il tarixli, 203 nömrəli ekspert rəyinin nəticəvi hissəsində 5-ci suala (Təqsirləndirilən şəxs hansı fərdi-psixi xüsusiyyətlərə malikdir?) cavabda Təqsirləndirilən şəxs hövsələsizlik, inadkarlıq, tez özündən çıxmaq, eqosentrizm, soyuqqanlılıq, kobudluq, konfliktə və mübahisəyə meyllilik, kinlilik kimi fərdi xüsusiyyətlərə malik olması, 6-cı suala (Təqsirləndirilən şəxs fərdi-psixi xüsusiyyətlərini nəzərə alaraq, o, hadisədən az əvvəl hansı psixi-emosional halda olmuşdur və bu hansı amillərlə şərtlənmişdir? cavabda Təqsirləndirilən şəxs cinayət törədən zaman psixiemosional halında qəzəbin, aqressiyanın yarandığı, həmin halın yaranması onda müəyyən edilən xasiyyətin psixopatik cizgiləri fonunda situasiyası ilə şərtləşdiyi qeyd edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs hövsələsiz, kinli, konfliktə və mübahisəyə meylli olduğundan Zərərçəkmiş şəxs qəzəb və aqressiya ilə dəfələrlə vurmaqla, niyyəti zərərçəkmiş şəxsi qəsdən həyatdan məhrum etməyə yönəlmiş, nəticədə Təqsirləndirilən şəxs qəsdən adam öldürmə cinayətini törətmişdir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun qərarından görünür ki, Cinayət Məcəlləsinin 120.2-ci maddəsindəki tövsifedici əlamətlər və həmin Məcəllənin 121-123, 135-ci maddələrində göstərilən yüngülləşdirici hallar olmadan törədilən qəsdən adam öldürmə cinayətləri (məsələn, xuliqanlıq niyyəti olmadan, mübahisə və dalaşma zamanı, qısqanclıq üzündən, qisas almaq məqsədilə, şəxsi münasibətlər zəminində yaranmış nifrət, paxıllıq, ədavət üzündən törədilən) Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə tövsif edilməlidir. Həmin Plenum qərarına görə, qəsdən adam öldürmə o vaxt Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir. (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Məhkəmə qeyd edir ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs arasında əvvəllər dalaşma və mübahisənin olması həm təqsirləndirilən şəxsin, həm də şahid ifadələrinə əsasən müəyyən edilməmiş, aralarında qısqanclıq, qisas, şəxsi münasibətlər zəminində yaranmış nifrət, paxıllıq, ədavət aşkarlanmamışdır. Məhkəmə baxışı zamanı həmçinin, hadisə vaxtı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı hər hansı zorakılıq etməsi müəyyən edilməmiş, Təqsirləndirilən şəxs bədən səthində xəsarət yaranmamışdır. Zərərçəkmiş şəxs mübahisənin başlanmasına təşəbbüs etməmiş, davam etdirilməsində maraqlı olmamışdır. Təqsirləndirilən şəxs məhkəmə baxışı və məhkəməyədək icraat zamanı verdiyi ifadələrində, eləcə də Şahid4 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində Zərərçəkmiş şəxs siqaret çəkə bilmədiyinə görə ünvansız söyüş söydüyünü demişlər. Təqsirləndirilən şəxs özünü digər şəxsdən üstün tutub söyüşün kimə ünvanlandığını soruşmaq və digər hərəkətlər etməklə mübahisənin təşəbbüskarı olmuş, cüzi səbəbi bəhanə gətirərək qəsdən münaqişə yaradıb Zərərçəkmiş şəxs baş və digər nahiyələrinə öldürmək məqsədilə yumruq və stəkanla dəfələrlə vurmaqla qəsdən zərərçəkmiş şəxsi həyatdan məhrum etmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin məhkəmə baxışı zamanı və məhkəməyədək icraat zamanı verdiyi ifadələrinə və digər sübutlara əsasən belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsinə düzgün tövsif edilmiş, onun həmin cinayət əməlini törətməsi və əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Belə ki, Təqsirləndirilən şəxs o, məhkum olaraq cəza çəkdiyi Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsində yerləşən Penitensiar Xidmətinin Həbsxanasının 4-cü korpusunun 94 nömrəli kamerasında onunla eyni kamerada cəza çəkən məhkum Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə, saat 11 radələrində ünvansız söyüşlər söyməsini aydınlaşdırmaq üçün həbsxananın nəzarətçiləri çağırmasını Zərərçəkmiş şəxs ona irad tutduğuna görə cüzi səbəbi bəhanə edərək özünün şəxsiyyətini başqa şəxsin fövqündə qoyub birgə yaşayış qaydalarını pozaraq onu cəzalandırmaq qərarına gəlib xuliqanlıq niyyəti ilə, eyni saat radələrində, onunla mübahisəyə başlayıb Zərərçəkmiş şəxs üzündən bir neçə yumruq zərbəsi vurmuş, daha sonra idman fəndi işlədib qaldıraraq onu başının üstündən atıb yerə yıxmış, sonuncu yıxıldığı yerdən qalxıb həmin vaxt kameranın giriş qapısının qarşısındakı dolabın üzərindəki stəkanı götürüb onun üstünə gəldikdə Zərərçəkmiş şəxs əlində olan stəkanı ondan alıb, eyni zamanda onu arxası üstə yerə yıxıb üzərində oturaraq sağ əlində tutduğu stəkanın arxa hissəsi ilə onun başına ard-arda zərbələr vurub ona ölümlə səbəbli əlaqəsi olmayan, həm ümumilikdə, həm də ayrıayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərini daşıyan, dərəcəsi təyin olunmayan sağ yanaq, sol qaşüstü nahiyənin qançırı və səthi əzilmiş yaraları, sağ saidin bayır səthinin və sağ çiyin nahiyəsinin səthi kəsilmiş yaraları, həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sol qulaqüstü nahiyənin əzilmiş, sağ qaşüstü nahiyənin kəsilmiş yaraları, sağ alın-gicgah nahiyəsinin hematoması, baş vermiş ölümlə birbaşa səbəbli əlaqəli, həyat üçün təhlükəli, sağlamlığa ağır zərər vurmaya aid baş beynin travmatik ödemi, baş beyin əzilməsi və subaraxnoidal qansızmaları, sərt qişanın cırılması ilə müşayiət olunan sol təpə nahiyəsinin basılmış çoxqəlpəli sınığı, sol gicgah-təpə nahiyəsinin əzilmiş-cırılmış yarası və qançırı xəsarətləri yetirilmiş, həmin vaxt səs-küyə kameraya gəlmiş həbsxana əməkdaşlarının müdaxiləsinə baxmayaraq Zərərçəkmiş şəxs qəsdən həyatdan məhrum etmək niyyəti ilə hərəkətləri davam etdirərək ona baş nahiyəsindən zərbələr vurmağa davam etmiş, həbsxana əməkdaşlarının onu bibər qazı və əl qandalı istifadə edərək zərərsizləşdirməsindən sonra Zərərçəkmiş şəxs həmin günü Penitensiar Xidmətin Müalicə Müəssisəsinə yerləşdirilib sonrakı müddətdə ixtisaslı tibbi yardım göstərilərək cərrahi əməliyyat olunsa da, aldığı xəsarətlərdən xx.xx.2022-ci il tarixdə, saat 21:50-də Müalicə Müəssisəsində ölmüş və bununla da Zərərçəkmiş şəxs xuliqanlıq niyyəti ilə qəsdən öldürüb həyatdan məhrum etmişdir. Ona görə də, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə, ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət-Prosessual Məcəlləsinin 351.3.4-cü maddəsinə əsasən, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarından görünür ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. “Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli Qərarına əsasən, cinayət qanunvericiliyinə görə, hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir. Cinayət Məcəlləsinin 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsində nəzərdə tutulan cinayətin bütün tərkib əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə xüsusilə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 120.2.2ci maddəsi ilə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsinin dispozisiyasına görə, həmin əməli törətmiş şəxs on dörd ildən iyirmi ilədək müddətə və ya ömürlük azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən, cəzası yüngülləşdirən hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hal kimi xüsusilə təhlükəli residiv müəyyən edilmişdir. Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ilə X13 Sosialist Respublikasının Cinayət Məcəlləsinin 102-ci maddəsinn a, q, e, i, n bəndləri, 146-cı maddəsinin 2-ci hissəsinin “a,b,v,q bəndləri və 40-cı maddəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri, yəni 120.2.1, 120.2.4, 120.2.5, 120.2.6, 120.2.10, 181.2.1, 181.2.2, 181.2.5, 181.3.3-cü və 66.3-cü maddəsi ilə uyğunlaşdırılaraq tənzimlənmiş və Təqsirləndirilən şəxs ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət Məcəlləsinin 18.3.3-cü maddəsinə əsasən, qəsdən ağır və ya xüsusilə ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs tərəfindən yenidən xüsusilə ağır cinayətin törədilməsi cinayətin xüsusilə təhlükəli residivini yaradır. Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə qeyd edir ki, Penitensiar Xidmətinin Həbsxanasından verilmiş xasiyyətnaməyə əsasən Təqsirləndirilən şəxs xasiyyətcə çılğın, hiyləgər, məhkum yoldaşları və müəssisə əməkdaşları ilə münasibətdə qeyri-səmimidir, əməkdaşlara hücum etməyə, girov götürməyə, şər-böhtan atmağa, təxribat xarakterli hərəkətlər etməklə münaqişə yaratmağa, müəssisəsinin normal iş fəaliyyətini pozmağa və qaçmağa meyllidir, törətmiş olduğu əməlində peşmançılıq hissi keçirməsi müşahidə olunmur və barəsində dəfələrlə cərimə təcridxanasına keçirilmə tənbeh tətbiq edilmişdir, islah yoluna qədəm qoymamışdır. Habelə, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı törətdiyi xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə cinayət əməlini törətmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs əvvəllər törətdiyi əmələ görə təyin edilmiş cəza ilə islah olunmamış, yenidən şəxsiyyət əleyhinə cinayət törəmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayət əməlinin ağırlığını və işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Odur ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi üzrə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhz bu cəzanı ona təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Cinayətlərin təsnifatına görə Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15.5-ci maddəsinə əsasən, xüsusilə ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Cinayət Məcəlləsinin 67.4-cü maddəsinə əsasən, hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Cinayət Məcəlləsinin 67.6-cı maddəsinə əsasən, ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxs yeni cinayət törətdikdə, yeni təyin edilən cəza ömürlük azadlıqdan məhrum etmə cəzası ilə əhatə olunur. Cinayət Məcəlləsinin 56.1.5-ci maddəsinə əsasən, ömürlük azadlıqdan məhrum edilmiş şəxslər üçün cəzanın həbsxanalarda çəkilməsi müəyyən edilir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı həbsxanada çəkməlidir. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi tanınaraq, Bakı şəhəri Qaradağ rayon prokurorluğunda saxlanılan 1 (bir) ədəd stəkan məhv edilməlidir. Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); 99-1.1.2-ci maddəsinə əsasən isə şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak, habelə həmin əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Bununla belə, hazırki iş üzrə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayət-Prosessual Məcəlləsinin 356.6-cı maddəsinə əsasən, təqsirləndirilən şəxs ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edildikdə, ona əfv haqqında vəsatət qaldırmaq hüququ izah edilir. Göstərilənlərə əsasən və Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona həmin maddə ilə 18 (on səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs hazırki iş üzrə təyin olunmuş 18 (on səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzası Cinayət Məcəlləsinin 67.6-cı maddəsinə əsasən, Rusiya Federasiyası, Moskva şəhər məhkəməsinin xx.xx.1997-ci il tarixli hökmü, Rusiya Federasiyası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.1997-ci il tarixli qərarı, Rusiya Federasiyası prezidentinin xx.xx.1999-cu il tarixli əfv fərmanı və Moskva şəhər məhkəməsinin xx.xx.2007-ci il tarixli qərarı Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014cü il tarixli qərarı ilə Azərbaycan Respublikasının ərazisində tanınaraq X13 Sosialist Respublikasının Cinayət Məcəlləsinin 102-ci maddəsinin “a, q, e, i, n” bəndləri, 146-cı maddəsinin 2-ci hissəsinin “a, b, v, q” bəndləri və 40-cı maddəsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.5, 120.2.6, 120.2.10, 181.2.1, 181.2.2, 181.2.5, 181.3.3 və 66.3-cü maddələri ilə uyğunlaşdırılmaqla, həmin maddələrlə təqsirli bilinərək təyin edilmiş ömürlük azadlıqdan məhrum etmə cəzası ilə əhatə olunsun. Təqsirləndirilən şəxs əfv haqqında vəsatət qaldırmaq hüququ izah edilsin. Təqsirləndirilən şəxs cəzasını həbsxanada çəksin. Təqsirləndirilən şəxs ömürlük azadlıqdan məhrumetmə cəzasını çəkməsi nəzərə alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınaraq, Bakı şəhəri Qaradağ rayon prokurorluğunda saxlanılan 1 (bir) ədəd stəkan məhv edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Fərid Namazov Hakimlər Əhməd Quliyev Telman Hüseynov
Məhkəmə qərarları › İş №1(101)-945/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-945/2023
17.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver