Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-945/2024 03.06.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Əsgərova-Məmmədova Leyla Səyavuş qızının sədrliyi ilə, hakimlər Sadıxov Rasim Əkrəm oğlu və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə2, müdafiəçi - “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1990-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, ali təhsilli, işləməyən, ünvan 1 ünvanında yaşamış, barəsində Bakı şəhəri Yasamal rayon məhkəməsinin 17 iyun 2023-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 186.1 və 234.1-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmiş, saxlamış, daşımış və özgənin əmlakını qəsdən məhv etməklə zərərçəkmiş hüquqi şəxsə xeyli miqdarda ziyan vurmuşdur. Belə ki, o, satış məqsədi olmadan qanunsuz olaraq şəffaf rəngli polietilen bükümdə təmiz çəkisi 7,056 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən külli miqdarda heroini əldə edib üzərində saxlamaqla daşımış, bundan başqa 15 iyun 2023-cü il tarixdə saat 13:14 dəqiqədə Zərərçəkmiş şəxs MMC-yə məxsus ünvan 3 ünvanında fəaliyyət göstərən “Bravo” marketin binasına daxil olub satış salonunda spirtli içkilər satılan bölməyə yaxınlaşaraq heç bir səbəb olmadan həmin bölmədə piştaxtaya düzülmüş bir ədədinin qiyməti 15 manat olan 02 ədəd 0,7 litr ölçülü “Celsius Lyuks” arağını, bir ədədinin qiyməti 17 manat olan 04 ədəd 1 litr ölçülü “X23” arağı, bir ədədinin qiyməti 9 manat olan 03 ədəd 0.5 litr ölçülü “Zimoff” arağı, bir ədədinin qiyməti 10 manat olan 05 ədəd 0.7 litr ölçülü “Qusi-Qusi” arağı, bir ədədinin qiyməti 8 manat olan 06 ədəd 0.5 litr ölçülü “Mameddoff Klassik” arağı, bir ədədinin qiyməti 10 manat olan 05 ədəd 0.5 litr ölçülü “Ambarnaya Vodka” arağı, bir ədədinin qiyməti 47 manat olan 03 ədəd 0.5 litr ölçülü “Grey Cardinal” arağı, bir ədədinin qiyməti 108 manat olan 02 ədəd 1 litr ölçülü “Grey Goose” arağı, bir ədədinin qiyməti 80 manat olan 04 ədəd 0.7 litr ölçülü “Grey Goose” arağı, bir ədədinin qiyməti 78 manat olan 05 ədəd 0.7 litr ölçülü “Belvedere” arağı, bir ədədinin qiyməti 72 manat olan 04 ədəd 0.7 litr ölçülü “Onegin” arağı, bir ədədinin qiyməti 67 manat olan 04 ədəd 1 litr ölçülü “X9” arağı, bir ədədinin qiyməti 62 manat 7 olan 03 ədəd 1 litr ölçülü “Ortodoks” arağı, bir ədədinin qiyməti 58 manat olan 03 ədəd 1 litr ölçülü “Koskenkorva Orginal” arağı, bir ədədinin qiyməti 57 manat olan 05 ədəd 0.7 litr ölçülü “Ketel One” arağı, bir ədədinin qiyməti 51 manat olan 05 ədəd 0.7 litr ölçülü “Finlandia Platinum” arağı, bir ədədinin qiyməti 52 manat olan 03 ədəd 0.7 litr ölçülü “Koskenkorva Organik” arağı, bir ədədinin qiyməti 50 manat olan 03 ədəd 0.7 litr ölçülü “Ortodoks” arağı, bir ədədinin qiyməti 51 manat olan 04 ədəd 0.7 litr ölçülü “X9” arağı, bir ədədinin qiyməti 47 manat olan 02 ədəd 1 litr ölçülü “X17” arağı, bir ədədinin qiyməti 40 manat olan 04 ədəd 0.5 litr ölçülü “X9” arağı, bir ədədinin qiyməti 37 manat olan 03 ədəd 1 litr ölçülü “Nemiroff Pshenicnaya” arağı, bir ədədinin qiyməti 35 manat olan 02 ədəd 0.7 litr ölçülü “X17” arağı, bir ədədinin qiyməti 33 manat olan 03 ədəd 0.75 litr ölçülü “X14 Etiketli” arağı, bir ədədinin qiyməti 33 manat olan 05 ədəd 0.75 litr ölçülü “X7 Etiketli” arağı, bir ədədinin qiyməti 33 manat olan 05 ədəd 1 litr ölçülü “Bulbas” arağı, bir ədədinin qiyməti 33 manat olan 03 ədəd 0.7 litr ölçülü “X18” arağı, bir ədədinin qiyməti 30 manat olan 03 ədəd 0.5 litr ölçülü “X17” arağı, bir ədədinin qiyməti 29 manat olan 04 ədəd 0.5 litr ölçülü “X4” arağı, bir ədədinin qiyməti 29 manat olan 04 ədəd 0.7 litr ölçülü “X24” arağı, bir ədədinin qiyməti 26 manat olan 05 ədəd 0.7 litr ölçülü “X8” arağı, bir ədədinin qiyməti 28 manat olan 04 ədəd 0.75 litr ölçülü “Zerno Permalko” arağı, bir ədədinin qiyməti 25 manat olan 03 ədəd 0.5 litr ölçülü “Sekretnıy Kupaj” arağı, bir ədədinin qiyməti 26 manat olan 04 ədəd 0.5 litr ölçülü “X18” arağı, bir ədədinin qiyməti 25 manat 03 ədəd 0.5 litr ölçülü “X7 Etiketli” arağı, bir ədədinin qiyməti 24 manat olan 03 ədəd 0.7 litr ölçülü “X25” arağı, bir ədədinin qiyməti 22 manat olan 04 ədəd 0.5 litr ölçülü “Moskovskaya Osobaya” arağı, bir ədədinin qiyməti 23 manat olan 04 ədəd 0.5 litr Ölçülü “X24” arağı, bir ədədinin qiyməti 19 manat olan 02 ədəd 1 litr ölçülü “Xortıca Platımum” arağı, bir ədədinin qiyməti 19 manat olan 05 ədəd 0.5 litr ölçülü “Bulbas” arağı, bir ədədinin qiyməti 16 manat olan 04 ədəd 1 litr ölçülü “Green Leaf’ arağı, bir ədədinin qiyməti 17 manat olan 03 ədəd 1 litr ölçülü “Record Klassik” arağı, bir ədədinin qiyməti 17 manat olan 03 ədəd 1 litr ölçülü “Record Soft” arağı, bir ədədinin qiyməti 14 manat olan 05 ədəd 1 litr ölçülü “White Water” arağı, bir ədədinin qiyməti 16 manat olan 4 ədəd 1 litr ölçülü “Legenda” arağı, bir ədədinin qiyməti 16 manat olan 04 ədəd 1 litr ölçülü "Organik Alfa” arağı, bir ədədinin qiyməti 14 manat olan 02 ədəd 1 litr ölçülü “Prime” arağı, bir ədədinin qiyməti 16 manat olan 03 ədəd 1 litr ölçülü “Mameddoff Organik” arağı, bir ədədinin qiyməti 16 manat qəpik olan 05 ədəd 1 litr ölçülü “Yakor Bio” arağı, bir ədədinin qiyməti 15 manat olan 05 ədəd 1 litr ölçülü “Flagman” arağı, bir ədədinin qiyməti 14 manat olan 05 ədəd 0.75 litr ölçülü “White Water” arağı, bir ədədinin qiyməti 13 manat olan 06 ədəd 1 litr ölçülü “X22” arağı, bir ədədinin qiyməti 13 manat olan 02 ədəd 1 litr ölçülü “Suxov” arağı, bir ədədinin qiyməti 16 manat olan 06 ədəd 1 litr ölçülü “İstirmaya Russkaya” arağı, bir ədədinin qiyməti 13 manat olan 02 ədəd 1 litr ölçülü “X21” arağı, bir ədədinin qiyməti 16 manat olan 07 ədəd 1 litr ölçülü “Ecoline” arağı, bir ədədinin qiyməti 16 manat olan 06 ədəd 0.7 litr ölçülü “Banketnaya” arağı, bir ədədinin qiyməti 15 manat olan 04 ədəd 1 litr ölçülü “İstinnaya Organik” arağı, bir ədədinin qiyməti 16 manat olan 01 ədəd 0.7 litr ölçülü “Xortica Platinium” arağı, bir ədədinin qiyməti 13 manat olan 02 ədəd 1 litr ölçülü “Bio Organic” arağı, bir ədədinin qiyməti 14 manat olan 06 ədəd 0.7 litr ölçülü “Yakor Jemcuk” arağı, bir ədədinin qiyməti 13 manat olan 03 ədəd 0.7 litr ölçülü “Record Soft” arağı, bir ədədinin qiyməti 13 manat olan 03 ədəd 0.7 litr ölçülü “Green Leaf’ arağı, bir ədədinin qiyməti 12 manat olan 03 ədəd 1 litr ölçülü “İstinnaya Chistaya” arağı, bir ədədinin qiyməti 15 manat olan 05 ədəd 1 litr ölçülü “Organik Green” arağı, bir ədədinin qiyməti 14 manat olan 05 ədəd 0.7 litr ölçülü “Organik Alfa” arağı, bir ədədinin qiyməti 13 manat olan 03 ədəd 0.7 litr ölçülü “Legenda” arağı, bir ədədinin qiyməti 13 manat olan 05 ədəd 0.5 litr Ölçülü “White Water” arağı, bir ədədinin qiyməti 11 manat 04 ədəd 0.7 litr ölçülü “Mameddoff Organik” arağı, bir ədədinin qiyməti 13 manat olan 06 ədəd 0.7 litr ölçülü “Ecoline” arağı, bir ədədinin qiyməti 12 manat olan 06 ədəd 0.7 litr ölçülü “İstinnaya Russkaya” arağı, bir ədədinin qiyməti 12 manat olan 06 ədəd 0.7 litr ölçülü “Yаkor Bio” arağı, bir ədədinin qiyməti 12 manat olan 06 ədəd 0.7 litr ölçülü “Flagman” arağı, bir ədədinin qiyməti 12 manat olan 04 ədəd 0.5 litr ölçülü “X5” arağı, bir ədədinin qiyməti 11 manat olan 04 ədəd 0.5 litr ölçülü “X10” arağı, bir ədədinin qiyməti 12 manat olan 05 ədəd 0.7 litr ölçülü “İstinnaya Organik” arağı, bir ədədinin qiyməti 10 manat olan 03 ədəd 0.7 litr ölçülü “Suxov” arağı, bir ədədinin qiyməti 11 manat olan 08 ədəd 0.7 litr ölçülü “Rasputin Premium” arağı, bir ədədinin qiyməti 12 manat olan 04 ədəd 0.7 litr ölçülü “Mameddoff Silver” arağı, bir ədədinin qiyməti 12 manat olan 04 ədəd 0.7 litr ölçülü “İstinnaya Chistaya” arağı, bir ədədinin qiyməti 10 manat olan 03 ədəd 0.5 litr ölçülü “Record Klassik” arağı, bir ədədinin qiyməti 10 manat olan 03 ədəd 0.5 litr ölçülü “Record Soft” arağı, bir ədədinin qiyməti 10 manat olan 05 ədəd 0.7 litr ölçülü “Mameddoff Ananas etirli” arağı, bir ədədinin qiyməti 10 manat olan 06 ədəd 0.5 litr ölçülü “Yakor Jemcuk” arağı, bir ədədinin qiyməti 10 manat olan 05 ədəd 0.7 litr ölçülü “Mameddoff Quş üzümü etirli” arağı, bir ədədinin qiyməti 10 manat olan 04 ədəd 0.5 litr ölçülü “Legenda” arağı, bir ədədinin qiyməti 10 manat olan 02 ədəd 0.7 litr ölçülü “Myaqkaya” arağı, bir ədədinin qiyməti 9 manat olan 06 ədəd 0.5 litr ölçülü “Flagman” arağı, bir ədədinin qiyməti 8 manat olan 03 ədəd 0.5 litr ölçülü “X22” arağı, bir ədədinin qiyməti 8 manat olan 05 ədəd 0.5 litr ölçülü “Suxov” arağı, bir ədədinin qiyməti 9 manat olan 04 ədəd 0.5 litr ölçülü “İstinnaya Organik” arağı, bir ədədinin qiyməti 9 manat 04 ədəd 0.5 litr ölçülü “Oligarch” arağı, bir ədədinin qiyməti 9 manat olan 06 ədəd 0.5 litr ölçülü “Yakor Bio” arağı, bir ədədinin qiyməti 9 manat olan 03 ədəd 0.5 litr ölçülü “Organic Green” arağı, bir ədədinin qiyməti 9 manat olan 04 ədəd 0.5 litr ölçülü “İstinnaya Chistaya” arağı və bir ədədinin qiyməti 7 manat qəpik olan 02 ədəd 0.5 litr ölçülü “X21” arağı əli ilə vurub sındırmaqla qəsədən məhv edib zərəçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-yə 8425 manat, yəni xeyli miqdarada maddi ziyan vurmuş, marketin əmkdaşlarının məlumatı əsasında saat 13:29 dəqiqədə həmin yerə gəlmiş Azərbaycan Respublikası DİN-nin X19 Alayının 6-cı patrul bölüyünün əməkdaşları tərəfindən saxlanılaraq Yasamal RPİ-nin 29-cu PŞ-nin inzibati binasına gətirilmiş, şöbənin inzibati binasında üzərinə şəxsi axtarış və götürmə aparılarkən əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən satış məqsədi olmadan, qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı bir ədəd bükümdə təmiz çəkisi 7,056 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən külli miqdarda heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərmişdir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 186.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətmişdir. Belə ki, “Bravo” marketin qarşısında cavan uşaqların “Go Vodka” adlanan spirtli içkiləri qəbul etdiyini gördüyündən həmin marketə daxil olaraq spirtli içkiləri dağıtmışdır. Bu hərəkətindən sonra mühafizəçi tərəfindən saxlanılmışdır. Mühafizəçi onu marketin arxa çıxışına apardıqdan 40 dəqiqə sonra polis əməkdaşları tərəfindən saxlanılmışdır. Narkotik vasitə əldə etməsi, daşıması və saxlaması ilə əlaqədar ona elan edilmiş ittihamı qəbul etmir. Belə ki, şəxsi axtarış zamanı üzərindən aşkar edilən narkotik vasitə ona məxsus deyildir, həmin narkotik vasitə polis əməkdaşları tərəfindən onun cibinə qoyulmuşdur. Polis bölməsində olarkən üzərində bank kartı və mobil telefon olmuşdur. Polis əməkdaşları tərəfindən üzərinə baxış hadisədən 1 gün sonra Mehman adlı vəkilin iştirakı ilə keçirilmişdir. Polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir fiziki və ya psixi təzyiq göstərilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən sübutların toplanması məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadə verərək bildirmişdir ki, 15 iyun 2023-cü il tarixdə günorta saatlarında 29-cu Polis Şöbəsinin çağırışı ilə Yeni Yasamaldakı “Bravo” Hipermarketdə bir şəxsin xuliqanlıq etməsilə bağlı daxil olan əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs saxlanılaraq 29-cu Polis Şöbəsinə gətirilmişdir. O, hadisə yerinə gedən zaman artıq spirtli içkilər İkram tərəfindən dağıdılmış vəziyyətdə olmuşdur. Şəxsi axtarış istintaq hərəkətində iştirak etməmişdir. X12 təhvil verən zaman ondan etdiyi hərəkətin səbəbini soruşduqda sonuncu, hər şeyin ideal olmasını istədiyini bildirmişdir. Narkotik vasitə ilə bağlı onda hər hansı məlumat olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadə verərək göstərmişdir ki, marketdə qeyri-qida bölməsində olarkən Təqsirləndirilən şəxs spirtli içkilər olan hissəyə yaxınlaşaraq içkiləri əli ilə qırdığını görmüşdür. Həmin hərəkəti ilə əlaqədar təqsirləndirilən şəxs mühafizəçilər tərəfindən saxlanılmışdır. Polis əməkdaşları tərəfindən İkram aparılan zaman sonuncunun əlləri bağlı olmamışdır. Məhkəmə iclasında elan edilərək tədqiq edilən şahid qismində dindirilmiş Şahid4 ibtidai istintaq dövründə verdiyi ifadələrdən görünür ki, o, X6 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki, market meneceri olaraq fəaliyyət göstərmiş, hadisə baş verən gün rəflərin arxasından gələn səs tərəfə yaxınlaşarkən Təqsirləndirilən şəxs bahalı içkiləri əli ilə yerə salıb sındırarkən görmüş, sonuncunu dayandırdıqdan sonra Təqsirləndirilən şəxs içkinin haram olduğunu və cənnətə düşmək istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs marketdə olan spirtli içkiləri dağıtması ilə bağlı polis əməkdaşlarına mühafizə xidmətindən məlumat verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadə verərək göstərmişdir ki, 29-cu Polis Bölməsindən daxil olan bir nəfər şəxsin Bravo Hipermaketdə içkiləri dağıdıb marketə ziyan vurması ilə bağlı məlumata əsasən hadisə yerinə yaxınlaşmış və həmin vaxt təqsirləndirilən şəxs artıq marketin mühafiəzçiləri tərəfindən saxlanılmışdır. Təqsirləndirilən şəxsi 29-cu Polis Şöbəsinə aparıb təhvil vermişlər. Təqsirləndirilən şəxs tərəfindən ona müqavimət göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadə verərək göstərmişdir ki, təqsirləndirilən şəxs Bravo marketdə spirtli içkiləri dağıtdığı üçün X20 əməkdaşları tərəfindən saxlanılaraq Polis Şöbəsinə gətirilmiş, 15 iyun 2023-cü il tarixdə, Polis Şöbəsində təqsirləndirilən şəxsin üzərinə videoçəkiliş vasitəsilə baxış keçirilmiş və nəticədə onun üzərindən narkotik vasitə aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs barəsində cinayət törədilməsi ilə əlaqədar əməliyyat məlumatı daxil olmamışdır. Təqsirləndirilən şəxsin narkotik vasitələrdən istifadə etməsindən şübhələndikdən sonra barəsində raport yazılmış, qeydiyyat kitabçasına qeydlər edildikdən sonra təhqiqatçıya təhvil verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 ifadə verərək göstərmişdir ki, təqsirləndirilən şəxs Bravo marketdə spirtli içkiləri dağıtdığı üçün polis əməkdaşları tərəfindən Polis Şöbəsinə gətirilmiş, rəisə bu barədə raportla məruzə edildikdən sonra təqsirləndirilən şəxsin üzərinə narkotik vasitələrin daşınmasında şübhəli şəxs kimi baxış keçirilmişdir. Təqsirləndirilən şəxsin üzərində vəkilin iştirakı ilə videoçəkiliş vasitəsilə baxış keçirilmiş və şəxsi axtarış zamanı təqsirləndirilən şəxsin üzərindən narkotik vasitə aşkar olunaraq götürülmüş, təqsirləndirilən şəxs üzərindən aşkar edilən həmin narkotik vasitənin ona aid olmaması bildirilmişdir. Məhkəmə iclasında elan edilərək tədqiq edilən Şahid2 və Şahid3 ibtidai istintaq dövründə verdiyi ifadələrdən görünür ki, xx.xx.2023-cü il tarixdə xidmətində olduqları zaman saat 13:14 radələrində Bravo marketdə mühafizə xidmətində olarkən marketin içərisində səs-küyün olmasını eşitmişlər və səsin gəldiyi istiqamətə getmiş və orada müştəri qismində marketə gəlmiş təxminən 35-40 yaşlı kişi cinsli şəxsin spirtli içkilər sektorunda spirtli içkiləri qəsdən sındırıb məhv etməsini görmüşlər. Şahid2 ora gələrək spirtli içkiləri sındıran şəxsə yaxınlaşaraq ondan hərəkətlərini dayandırmağı tələb etmişdir. Həmin şəxs də Şahid2 bu tələbindən sonra hərəkətlərini dayandırmış və onu inzibatçı otağına aparmışlar. Orada məlum olmuşdur ki, həmin şəxs Təqsirləndirilən şəxsdur. Hadisə ilə bağlı marketin meneceri Şahid1 kömək göstərilməsi üçün dərhal DİN-nin 102 xidmətinə telefonla zəng edib məlumat vermiş, məlumatla əlaqədar az müddət keməmiş, yəni saat 13.29 radələrində hadisə yerinə DİN-nin X20 polis əməkdaşları köməyə gəlmişlər, tədbir görülməsi üçün Təqsirləndirilən şəxs həmin polis əməkdaşlarına təhvil vermişlər. Polis əməkdaşları həmin şəxsi 29-cu PŞ-yə aparacaqlarını bildirmişlər və avtopatrul avtomobillərinə mindirib aparmışlar, Təqsirləndirilən şəxs polis əməkdaşlarına və onlara müqavimət göstərməmişdir. Təqsirləndirilən şəxs marketin spirtli içkilər bölməsində spirtli içkiləri sındırarkən təhlükəsizlik kameraları tərəfindən qeydə alınmışdır, hadisə yerinə baxış keçirilərkən həmin videogörüntülər diskə köçürülərək polis əməkdaşlarına təqdim edilmişdir.Təqsirləndirilən şəxs hansı səbəbə görə marketə gələrək spirtli içki məhsullarını qırmaqla məhv etməsinin səbəbini bilmir. Marketdə işləyən şəxslərlə onun heç bir ədavəti, düşmənçiliyi və qərəzçiliyi olmamışdır. Marketdə olan zaman heç kəsə xəsarət yetirməmişdir.Bravo marketdə Təqsirləndirilən şəxs saxlayarkən onun üzərinə baxış keçirməmişlər və onun üzərində hansı əşyalar olmasını soruşmamışlar. Onun cibində olmuş narkotik vasitə barədə məlumatları olmamışdır. Təqsirləndirilən şəxs Bravo marketdə tərəflərindən saxlanılarkən onun əlində və üzərində Samsung A70 markalı mobil telefon görməmişdir. Təqsirləndirilən şəxs polis əməkdaşlarına tərəflərindən təhvil verilərkən onun əllərini qandallamamışlar. Təqsirləndirilən şəxs üzərinə polis əməkdaşları və ya digər şəxslər tərəfindən cibinə narkotik vasitə qoyulub- qoyulmaması barədə, üzərində Samsung A70 markalı mobil telefon və bank kartları olub-olmaması barədə heç bir məlumata malik deyillər. Məhkəmə iclasında elan edilərək tədqiq edilən Şahid8 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, polis mayoru rütbəsində Bakı şəhəri Yasamal RPİ-nin 29-cu PŞnin məsul növbətçi vəzifəsində xidmət edir. Belə ki, 15 iyun 2023-cü il tarixdə növbədə olarkən saat 13:16-da DİN-nin 102 xidmətində Yasamal RPİ- nin 29-cu PŞ-nin növbətçi hissəsinə Bakı şəhəri, Yasamal rayonu Ə.Əhmədov küçəsi 19 ünvada yerləşən «Bravo» marketin müdiri Şahid1 müştəri qismində həmin marketə daxil olan şəxsin marketin spirtli içkilər satılan vitrinindən( rəfindən) içkiləri qəsdən yerə ataraq sırdırması barədə məlumat daxil olmuşdur. Dərhal radiostansiya vasitəsilə Bakı şəhəri Yasamal rayonu ərazisində həmin marketin yerləşdiyi ünvanın yaxınlığında avtomarşrutla xidmət aparan X19 Alayının 6-cı Polis bölməsinin əməkdaşlarına məlumat verərək həmin marketə gedərək hadisəni törədən şəxsin saxlanılması və tədbir görülməsi üçün 29-cu PŞ-nə gətirilməsinə göstəriş vermişdir. Az müddət keçməmiş «Bravo» marketin əməkdaşları tərəfindən saxlanılmış Təqsirləndirilən şəxs X19 Alayının 6-cı Polis bölməsinin avtomarşrutla xidmət aparan əməkdaşları həmin gün saat 13:30-da təhvil alaraq 29-cu PŞ-nə gətirmişlər. Həmin polis bölməsinin əməkdaşı polis serjantı Şahid6 Təqsirləndirilən şəxs gətirilməsi və növbətçi hissəyə təhvil verilməsi barədə PŞ-nin rəhbərliyə raport yazmışdır. Təqsirləndirilən şəxs növbətçi hissədə üzərində olan əşyalar barədə məlumat verməsini bildirmişdir. Təqsirləndirilən şəxs qeyri adekvat hərəkətlər edərək üzərində olan əşyalar barədə məlumat verməkdən imtina etmiş və dövlət tərəfindən ona vəkil təqdim olunmadığı halda üzərində olan əşyalarla bağlı heç bir məlumat verməyəcəyini bildirərək özünü şübhəli aparmağa başlamışdır. Təqsirləndirilən şəxs narkotik vasitə və ya psixotrop maddələrdən istifadə etmiş vəziyyətdə olmasına və üzərində saxlamaqla daşımasına əsaslı şübhələr olduğundan raportla rəhbərliyə məruzə etmişdir. Onun və X19 Alayının 6-cı Polis bölməsinin polis nəfəri polis serjantı Şahid6 raportları ilə əlaqədar rəhbərlik tərəfindən zəruri təhqiqat hərəkətlərinin keçirilməsi üçün 29-cu Polis şöbəsinin baş təhqiqatçısı polis mayoru X2 həvalə olunmuşdur. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs hüquqlarının izah edilərək vəkillə təmin olunması üçün zəruri təhqiqat hərəktələrinin aparılması üçün xidməti otağına dəvət etmişdir. Təhlükəsizlik tədbirlərinin görülməsi üçün xidmətdə olan CA üzrə əməliyyat müvəkkili polis leytenantı Şahid10 sahə inspektoru polis mayoru Elvin Əsgərli və polis serjantı Şahid6 da həmin təhqiqat hərəkətlərinin aparılmasında iştirak etmişlər. Baş təhqiqatçı Samir Balakişiyev şübhəli şəxs Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Təqsirləndirilən şəxs öz seçimi əsasında dövlət büdcəsi hesabına təyin olunmuş Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili X3 29-cu PŞ-nə dəvət etmişdir, Təqsirləndirilən şəxs dəvət olunmuş vəkil Mehman Muradovu təqdim etmiş və o da, təqdim olunan vəkil Mehman Muradov tərəfindən hüqüqlarının müdafiə edilməsinə etiraz etmədiyini bildirmişdir. Müdafiəçinin, qeyd olunan polis əməkdaşlarının iştirakı ilə üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmişdir, Sonradan məlum olmuşdur ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən bir bükümdə narkotik vasitəyə bənzər maddə aşkar edilərək götürülmüşdür. Sonradan eşitmiş ki, Təqsirləndirilən şəxs aşkar olunub götürülmüş bükümün içərisində olan maddə ekspertizaya təqdim olunmuş və ekspertizadan alınmış rəyə əsasən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs aşkar olunub götürülmüş bükümün içərisində olan maddə narkotik vasitə olan heroindir. Təqsirləndirilən şəxs saxlanılaraq polis bölməsinə gətirilərkən və 29cu Polis şöbəsində ona qarşı heç bir təziq olunmamış və ona heç bir zorakılıq göstərilməmişdir. O, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş həmin narkotik vasitə hesab edilən heroinin mənbəsi barədə məlumatı olmamasını, hardan əldə etməsini bilmədiyini, Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilərkən və növbətçi hissədən təhqiqatçının otağına aparılan vaxtı onun əllərinə də heç kəs qandal vurmadığını bildirmiş, polis əməkdaşları və ya digər şəxslər tərəfindən onun cibinə narkotik vasitə qoyulmamışdır. Növbətçİ hissədə onun üzrənə axtarış keçirilməmiş və orada ondan telefon və bank kartları götürülməmişdir. Polis şöbəsinə gətirilən zaman onun üzərində Samsung A70 markalı mobil telefonu olmamış və götürülməmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. 15 iyun 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokol və ona əlavə edilmiş həmin istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən 1 ədəd DVD diskdən görünür ki, Bakı şəhəri, Yasamal rayonu Ə.Əhmədov küçəsi 19 ünvada yerləşən «Bravo» marketin spirli içki bölməsində olan içkiləri qəsdən yerə ataraq sındırması ilə əlaqədar DİN-nin X19 Alayının 6-cı Polis bölməsinin əməkdaşları tərəfindən 15 iyun 2023cü il tarixdə saat 13:30 radələrində tutularaq Yasamal rayon Polis İdarəsinə 29-cu Polis Şöbəsinin inzibati binasına gətirilmiş Təqsirləndirilən şəxs üstünə həmin gün, saat 15:30da ‘"Samsung A20 S” markalı mobil telefon vasitəsi ilə çəkiliş aparılmaqla keçirilmiş şəxsi axtarış zamanı əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd ağ rəngli şəffaf seloffan paketə bükülmüş bükümün içərisində narkotik vasitəyə oxşar maddə aşkar olunaraq götürülərək qablaşdırılmışdır. Protokol Təqsirləndirilən şəxs İstisna olmaqla bütün iştirakçılar tərəfindən imzalanmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs «Bravo» marketdə rəflərə satış üçün yerləşdirilmiş spirtli içkiləri yerə atıb sındırdığına görə polis əməkdaşları tərəfindən tutularaq polis şöbəsinə gətirildiyini, lakin təqdim etdiyi bükümün ona məxsus olmadığından, həmin büküm və bükümün içərisində olan maddədən xəbərsiz olduğunu bildirmişdir (cild 1, iş vərəqə 31-32). 15 iyun 2023-cü il tarixli “hadisə yerinə baxış” protokolundan, həmin protokola əlavə edilmiş CD-R diskdən və fotoşəkillərdən görünür ki, hadisə yeri Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsi 19 ünvada yerləşən «Bravo» marketdir. Həmin marketin ümumi sahəsi 1600 kvadrat metrdir. Marketin içərisində məhsullar təyinatı üzrə sektorlarda olan piştaxtalara (vitrinlərə) yığılmışdır. Marketin 2 nömrəli sektorunda müxtəlif növlü spitli içkilərin vitrinə yığılması, müxtəlif adlarda və markalarda spirtli içki məhsullarının sındırılması müşahidə olunur. Belə ki, fotoşəkillərdə «Bravo» marketin spirtli içki şüşələri yerləşdirilmiş vitrinin və vitrinin qarşısının hadisədən sonrakı görünüşü əks olunmuşdur, belə ki, vitrində içki şüşələrinin yerlərinin boş qalması, vitrinin qarşısında döşəməyə dağıdılmış içki şüşələrinin sınmış qalıqları görünür. CD-R markalı diskin yaddaşına yerləşdirilmiş bir ədəd «WhatsApp-Video 2023-06-15 at 16.02.37» adlanan video görüntü parçası 01 dəqiqə 28 saniyə müddəti əhatə edir. ünvan 5 ünvanda yerləşən «Bravo» marketdə spirtli içkilər yerləşdirilmiş spirtli içkilər satılan bölməsində vitrinlər əks olunur, tabloda tarix xx.xx.2023-cü il, saat 13:14:00-u göstərirərkən , üzü saqqalı, hündür boy, əyninə qara rəngli şalvar və qara rəngli uzunqol köynək geyinmiş şəxs gələrək xx.xx.2023cü il, saat 13:14:11-də üzünü spirtli içkilər yerləşdirilmiş vitrinə tərəf tutub vitrinə baxması, marketə olan qadın müştərinin onun qarşısından ötüb keçməsi, daha sonra həmin yerə başqa ağ qısaqol köynək geyinmiş kişi müştəri gələrək vitrinə baxması, xx.xx.2023-cü il, saat 13:14:35- də üzü saqqalı, hündür boy, əyninə qara rəngli şalvar və qara rəngi uzunqol köynək geyinmiş şəxs vitrinə yığılmış şüşələri vitrindən yerə atmaqla sındırmağa başlaması, ağ qısaqol köynək geyinmiş kişi müştəri oradan uzaqlaşıb getməsi, saat 13:14:41-də marketin əməkdaşı həmin yerə gələrək kənarda dayanıb şüşələri sındıran həmin şəxsdən hərəkətlərini dayandırmağı tələb etməsi, saat 13:15:01-də əks tərəfindən marketin digər əməkdaşı vitrindən spirtli içkiləri sındıran şəxsə yaxınlaşdıqda şüşələri sındıran həmin şəxs hərəkətlərini dayandıraq marketin əməkdaşına tabe olaraq onunla ilə birlikdə oradan getməsi, tabloda xx.xx.2023-cü il, saat 13:29:37 əks olunduqda X19 alayının 2 nəfər polis əməkdaşlarının marketin qapısına yaxınlaşması və marketin əməkdaşı tərəfindən vitrinə yığılmış içki şüşələrini yerə atıb sındıran üzü saqqalı hündür boy, əyninə qara rəngli şalvar və qara rəngli uzunqol köynək geyinmiş şəxsi polis əməkdaşlarına təhvil verməsi və xx.xx.2023-cü il, saat 13:29:49-da vidogörüntünün tamamlanması müşahidə olunur (cild 1, iş vərəqi 44-49). 17 iyun 2023-cü il tarixli məhkəmə-kimyəvi ekspertiza rəyindən görünür ki, Təqsirləndirilən şəxs aşkar olunub-götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 7,056 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Ekspertiza tədqiqatından sonra heroinin qalıq çəkisi 7,006 qram təşkil etmişdir (cild 1, iş vərəqə 55-59). Zərərçəkmiş hüquqi şəxsZərərçəkmiş şəxs MMC-nin “Bravo” marketində xx.xx.2023cü il tarixdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs MMC-nin “Bravo” marketə sındırdığı qeyd olunan spirtli içki məhsullarının qiymətləri xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs MMC-nin Bravo marketinin əməkdaşları - marketin Meneceri Şahid1, şöbə başçısı Şahid4 və satıcı Şahid5 tərəfindən tərtib edilmiş akta göstərildiyi kimi, ümumilikdə 8638 manat 34 qəpik miqdarında ziyan dəyməsi kimi qiymətləndirilmişdir (cild 1, iş vərəqə 180-201). 28 avqust 2023-cü il tarixli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki,ekspertiza təyini haqqında qərarda göstərilən spirtli içkilərin orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 8425,00 manat müəyyən edilmişdir(cild 1,iş vərəqə 167-169). 21 sentyabr 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 7,056 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 7,006 qram təşkil edən həmin narkotik vasitə heroinin saxlanılması üçün Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin “maddi sübutların saxlanması otağına təhvil verilmişdir. Təqsirləndirilən şəxs barəsində həyata keçirilmiş şəxsi axtarış və götürmə hərəkəti istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən bir ədəd “DVD” formatlı disk və Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsi 19 ünvada yerləşən «Bravo» marketdə hadisə yerinə baxış zamanı təhlükəsizik kameraları tərəfindən qeydə alınmış videogörüntülərin yaddaşına köçürüldüyü bir ədəd “CD-R” disk maddi sübut kimi tanınaraq cinayət İşinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə 180-201). Ambulator məhkəmə-psixiatrik ekspertizasının 11 avqust 2023-cü il tarixli rəyinə əsasən müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və sair sübut edir. Belə ki, İ. F.Hüseynov əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırkı müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən olunmur. Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır.Təqsirləndirilən şəxs cinayət törədərkən öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarına malik olmuşdur . Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 -ci maddəsinin təsiri altına düşmür (cild 1, iş vərəqə 170-172). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 07 avqust 2023-cü il tarixli tələbnaməsindən görünür ki, 7 noyabr 2020-ci il tarixdə Sabunçu rayon Polis İdarəsində Təqsirləndirilən şəxs barəsində Azəbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsilə olan icraata həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən xitam verilmişdir (cild 1, iş vərəqə 150-151). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 29-cu Polis şöbəsinin 19 sentyabr 2023-cü il məktubundan görünür ki,keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində hadisə vaxtı hadisəni müşahidə etmiş “Bravo” marketdə spirtli içkilər bölməsində müştəri qismində olmuş ağ qısaqol köynək geyinmiş kişinin şəxsiyyətin və olduğu yeri,Təqsirləndirilən şəxs məxsus “Samsung A70” markalı mobil telefon və bank kartlarının olduğu yeri və ya əldə edən şəxsin şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. Belə ki,Təqsirləndirilən şəxs 29-cu Polis şöbəsinə gətirilərkən və növbətçi hissədə olarkən üzərindən heç bir əşya götürülməmiş və ifadəsində qeyd etdiyi əşyalar olmamışdır.Təqsirləndirilən şəxs narkotik vasitəni əldə etdiyi mənbəni,bu sahədə onunla alış-veriş edən şəxslərin şəxsiyyətləri və olduğu yerləri müəyyən etmək hələlik mümkün olmamışdır(cild 1,işvərəqə 179). Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Xeyli miqdarda ziyan vurmaqla özgə əmlakını qəsdən məhv etmə və ya zədələmə əməllərinə görə cinayət məsuliyyəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.1ci maddəsində nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeydinə əsasən həmin Məcəllənin 186-cı maddəsində göstərilmiş “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ başa düşülür. Azərbayvan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın 1-ci Siyahısının 5-ci bəndinə əsasən - təmiz halda 2 (iki) qram və daha artıq çəkidə narkotik vasitə heroin külli miqdar təşkil edir. Məhkəmə, təqsirləndirilən şəxs narkotik vasitənin və psixotrop maddənin ona məxsus olmaması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Lakin Təqsirləndirilən şəxs tərəfindən qəsdən məhv edilmiş əmlakın dəyərinin, yəni zərərçəkmiş şəxsə vurulmuş ziyanın məbləğinin hesablanması ilə əlaqədar məhkəməəmtəəşünaslıq ekspertizasının rəyini əsas götürür və hesab edir ki, Azərbaycan Supermarket» MMC-yə 8425 manat məbləğində ziyan vurulmuşdur. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 186.1 və 234.1-1ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. Həmin əməllər Təqsirləndirilən şəxs tərəfindən qəsdən törədilmişdir, başa çatmış cinayətlərdir, təsnifata görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 186.1-ci maddəsində nəzərdə tutulan böyük ictimai təhlükə törətməyən, 234.1-1-ci maddəsində nəzərdə tutulan əməllər isə ağır cinayət hesab olunur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 186.1-ci və 234.1-1-ci maddəsinin sanksiyası həddində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işi materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 9 iyul 2012-ci il təvəllüdlü, 20 fevral 2019-cu il təvəllüdlü və 31 yanvar 2018-ci il təvəllüdlü azyaşlı uşaqları vardır. Məhkəmə təqsirləndirilən şəxsin himayəsində 3 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə təqsirləndirilən şəxsinn himayəsində üç azyaşlı uşağının olmasını nəzərə alaraq hesab edir ki, cəzanın məqsədlərinə nail olmaq məqsədilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.1 və 234.1-1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddində cəza təyin li və həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 15 iyun 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş (cild 1, iş vərəqə 20), Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 iyun 2023-cü il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 15 iyun 2023-cü il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 94-98). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs oğluna təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 15 iyun 2023-cü il tarixdən hesablanmalıdır. Ambulator məhkəmə-narkoloji ekspertizasının 11 avqust 2023-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Halhazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əziyyət çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqə 163-164). Məhkəmə qeyd edilən rəyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin maddi sübutların saxlanması otağına təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 7,006 qram təşkil edən heroin məhv edilməli, Təqsirləndirilən şəxs barəsində həyata keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən bir ədəd “DVD” disk, ünvan 6 ünvanında yerləşən “Bravo” marketdə hadisə yerinə baxış keçirilməsinin videogörüntülərini özündə əks etdirən bir ədəd “CD-R” disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.17 və 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10, ) məsələlərdən biri də verilmiş mülki iddianın həlli və məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə xərcləri haqqında məsələni həll edərkən, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsdən 142 manat (yüz qırx iki) məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 56, 166). Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məhkəmə zamanı “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə mərhələsində göstərilmiş 50 (əlli) iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi vəkil işlədiyi “Femida” Vəkil Bürosunun hesabına 300 (üç yüz) manat məbləğində pul köçürülməlidir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi Nümayəndə2 məhkəməyə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi ilə bağlı mülki iddia ərizəsi təqdim edərək Zərərçəkmiş şəxs MMC-yə vurulmuş 8638,34 (səkkiz min altı yüz otuz səkkiz manat, otuz dörd qəpik) miqdarında maddi ziyanın Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs MMC-nin xeyrinə ödənilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 181.1-ci maddəsinə əsasən ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda və cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır. Məhkəmə, verilmiş mülki iddia ilə bağlı hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət əməli nəticəsində zərərçəkmiş şəxs “Azərbaycan Supermarket» MMCyə 8425 manat ziyan vurulması müəyyən edildiyindən Zərərçəkmiş şəxs MMC tərəfindən verilmiş mülki iddia qismən təmin edilməli, vurulmuş maddi ziyana görə Təqsirləndirilən şəxs 8425 manat pul vəsaiti tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs MMC-yə ödənilməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 186.1 və 234.1-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 186.1-ci maddəsi ilə 1 (bir) il müddətinə 234.1-1-ci maddəsi ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzalar qismən toplanmaqla ona qəti olaraq 3(üç) il 6 (altı)ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 15 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübutlar: - Bakı şəhəri Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin maddi sübutların saxlanması otağına təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 7,006 qram təşkil edən heroin məhv edilsin; -Təqsirləndirilən şəxs barəsində həyata keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən bir ədəd “DVD” disk, ünvan 6 ünvanında yerləşən “Bravo” marketdə hadisə yerinə baxış keçirilməsinin videogörüntülərini özündə əks etdirən bir ədəd “CD-R” disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 142 (yüz qırx iki) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Azərbaycan Supermarket” MMC tərəfindən verilmiş mülki iddia qismən təmin edilsin , Təqsirləndirilən şəxs 8425 manat pul vəsaiti tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs MMC-yə ödənilsin. Məhkəmə mərhələsində göstərilmiş 50 (əlli) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri “Femida” Vəkil Bürosunun hesabına vəkil Müdafiəçi üçün 300 (üç yüz) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Leyla Əsgərova-Məmmədova Rasim Sadıxov Novruz Kərimov
Məhkəmə qərarları › İş №1(101)-945/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-945/2024
03.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver