Məhkəmə qərarları › İş №1(101)-946/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-946/2021

05.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-946/2021 05.07.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və Hümbətov Fəhmin Zaur oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X31, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2 və Dövlət ittihamçısı1, müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1979-cu il tarixdə Gürcüstan Respublikası, Marneuli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 1 (bir) azyaşlı və 1 (bir) yetkinlik yaşına çatmayan uşağı olan, işləməyən, əvvəllər məhkum olunmuş, lakin üzərində məhkumluğu olmayan, Göygöl rayonu, Çaykənd kəndində qeydiyyatda olan, həbs olunanadək faktiki olaraq Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Ə.Bağırov küçəsi, mədən 8, ev 58-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə edib saxlamaqla daşımışdır. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs 2020-ci ilin may ayının əvvəlində şəxsiyyəti istintaqa məlum olmayan “Kamran” adlı şəxsdən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, ümumi təmiz çəkisi 33,972 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin və külli miqdarda, ümumi təmiz çəkisi 39,384 qram təşkil edən küstar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib saxlayaraq daşımış, qeyd edilən narkotik vasitə heroinin 3,944 qramını və psixotrop maddə metamfetaminin 0,502 qramını 24 may 2020-ci il tarixdə, saat 19:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisində X21 300 manata satmış, Rafiq İbadov isə öz növbəsində Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq əldə edib, saxlayaraq daşıdığı 3,944 qram çəkidə narkotik vasitə heroinin 1 (bir) ədəd bükümdə, ümumi təmiz çəkisi 0,514 qramını 26 may 2020-ci il tarixdə günorta saatlarında Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük Sovxozu ərazisində X8 və 1 (bir) ədəd bükümdə, ümumi təmiz çəkisi 0,276 qramını isə 26 may 2020-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük Sovxozu, Mehriban Qonşular küçəsində X2, Rafiq İbadov narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün 26 may 2020-ci il tarixdə Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 3-cü Polis bölməsinin əməkdaşları tərəfindən tutularaq, üzərində aparılan şəxsi axtarış, baxış və götürmə zamanı üzərindən 15 (on beş) ədəd bükümdə, ümumi təmiz çəkisi 3,154 qram narkotik vasitə heroin və 6 (altı) ədəd bükümdə, ümumi təmiz çəkisi 0,502 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz olaraq dövriyyəsində şübhəli olduğu üçün 26 may 2020-ci il tarixdə, saat 23:00da Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 3-cü Polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Ə.Bağırov küçəsində saxlanılmışdır. Təqsirləndirilən şəxs Xəzər RPİ-nin 3-cü PB-nin inzibati binasının xidməti otağına gətirilərək müdafiəçinin iştirakı ilə videoçəkilişlə üzərinə baxış keçirilən zaman sonuncunun əynindəki ağ rəngli şalvarın sağ cibindən 1 (bir) ədəd qara rəngli pulqabının içərisindən 1 (bir) ədəd elektron tərəzi, 2 (iki) ədəd şəffaf sellofan bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 9,160 qram və 20,868 qram, ümumi təmiz çəkisi 30,028 qram külli miqdar təşkil edən qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1 (bir) ədəd şəffaf və 1 (bir) ədəd sarı rəngli sellofan bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 25,763 qram və 13,119 qram, ümumi təmiz çəkisi 38,882 qram külli miqdar təşkil edən kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, uzun müddətdir ki, narkotik vasitələrdən istifadə edir. O, 26 may 2020-ci il tarixdə, günorta saat 14:00 radələrində yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Əmir Bağırov küçəsində yerləşən evin həyətində iş görən vaxt bir nəfər mülki geyimdə olan şəxs hasardan cəld şəkildə tullanaraq onun yaşadığı evin həyətinə daxil olmuş və darvazanı açmışdır. Bundan sonra çoxlu sayda şəxs darvazadan içəri daxil olmuşdur. O, bunu görüb duruxmuşdur. Həmin şəxslər həyətə daxil olan kimi onu zorla yerə yıxmışlar. Həmin şəxslər mülki geyimdə olduqlarından o, qeyd edilən şəxslərin polis olduqlarını bilməmişdir. Ona görə də o, öz növbəsində həmin şəxslərə 5-10 dəqiqə ərzində müqavimət göstərmişdir. Lakin sonradan o, həmin şəxslərin polis əməkdaşları olduqlarını bilmişdir. Bundan sonra o, polis əməkdaşlarına evdə ailə üzvlərinin olduqlarını bildirərək evə daxil olmamalarını istəmişdir. Lakin onlar “sən kimsən” deyərək zorla evə basqın etmişlər. Onun həyətinə və yaşadığı evə qanunsuz şəkildə daxil olan şəxslərə Anar adlı polis əməkdaşı rəhbərlik etmişdir. Anarın göstərişinə əsasən polis əməkdaşları onu evin yataq otağına aparmışlar və orada ondan narkotik vasitələri təhvil verməyini tələb etmişlər. Lakin onun evində narkotik vasitə olmadığından o, evdə narkotik vasitələrin olmadığını polislərə bildirmişdir. Sonra polis əməkdaşları onun əlini qandallamışlar və vəhşicəsinə döyməyə başlamışlar. Polis əməkdaşları onu biraz döydükdən sonra Anar adlı şəxs ondan evin yataq otağında masanın üzərində olan narkotik vasitələrin ona məxsus olduğunu bildirməyi, əks təqdirdə arvadını da Polis bölməsinə aparacaqlarını bildirmişdir. Bütün bunlardan sonra o, məcbur olub Anarın göstərdiyi narkotik vasitələrin ona məxsus olduğunu bildirmişdir. O, bunu bildirdikdə Anar telefonla videoçəkiliş etmişdir. Təqsirləndirilən şəxs ifadəsində, həmçinin onu da bildirdi ki, həmin vaxt o, evdə tək olmamışdır. O, ailə üzvləri ilə birgə yaşamışdır. O, heç vaxt ailəsinin yaşadığı evdə narkotik vasitə saxlamamış və narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. O, polis əməkdaşlarının qanunsuz hərəkətlərini gördükdən sonra arvadının da şərlənəcəyindən qorxmuşdur. Ona görə də o, məcbur qalıb Anarın göstərdiyi narkotik vasitələrin özünə məxsus olduğunu bildirmişdir. Polislər onun yaşadığı evə basqın edərkən və ona qarşı amansız şəkildə davranarkən həmin vaxt evdə onun arvadı və azyaşlı uşağı olmuşdur. Bütün bunlardan sonra polislər onu ağ rəngli maşına otuzdurub 3-cü Polis bölməsinə aparmışlar. O, bölmədə olanda da narkotik vasitələrin özünə məxsus olduğunu inkar etmişdir. Bundan sonra iki saat onun əl-qolunu və ağızını skoçla bağlayıb döymüşlər ki, narkotik vasitələrin ona məxsus olmasını etiraf etsin. Polislər onu bir qədər döydükdən sonra onun ağzını açmışlar və ondan şəxsiyyət vəsiqəsinin harada olduğunu soruşmuşlar. O da şəxsiyyət vəsiqəsinin yaşadığı evdə qara rəngli pulqabının içində olduğunu bildirmişdir. Sonra Anar onun arvadının telefon nömrəsini götürmüşdür. Anar onun arvadına zəng edərək qara rəngli pulqabının içində onun şəxsiyyət vəsiqəsinin olubolmadığını soruşmuşdur. Bundan başqa, Anar onun adından arvadına 1000 manat pul tapmasını demişdir. Növbəti gün onun arvadı Polis bölməsinə gəlmişdir. Arvadı ona 80 manat pul vermiş, 900 manatı özü ilə aparmışdır. Arvadı gedəndən sonra onu Polis bölməsinin rəisinin yanına aparmışlar. Rəis narkotik vasitələrin ona məxsus olduğunu etiraf etməyəcəyi təqdirdə onunla birlikdə arvadının da barəsində cinayət işinin açılacağını deyərək ona hədə-qorxu gəlmişdir. O, yenidən məcbur olub evdə narkotik vasitə saxladığını etiraf etmişdir. Sonra ona narkotik vasitələri Kamran adlı şəxsdən alıb Rafiq adlı şəxsə satmaq istəməsi barədə ifadə verməli olduğunu bildirmişlər. O da polislərin öyrətdikləri kimi edərək guya evdə saxladığı narkotik vasitələri Kamran adlı şəxsdən aldığını və sonra Rafiq adlı şəxsə satmaq istəməsi barədə ifadə vermişdir. Bundan sonra videoçəkiliş olmuşdur. O, videoçəkiliş vaxtı da bu qaydada ifadə vermişdir. O, Karman və Rafiq adlı şəxsləri tanımamışdır. O, Rafiqə narkotik vasitə satmamışdır. O, narkotik vasitədən istifadə etsə də, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Anar adlı şəxs onu şərlədiyindən o, tutulmuşdur. Bütün bu məsələyə Anar adlı polis əməkdaşı rəhbərlik etsə də, sonuncunun adı cinayət işində keçməmişdir. Bu hadisə baş verməmişdən bir müddət əvvəl o, 1 (bir) il müddətində arvadı ilə birlikdə Türkiyədə hotellərin birində işləmişdir. O, Türkiyədə eyni vaxtda üç işdə işləmişdir. Onların orada aylıq gəliri təxminən 1.000 ABŞ dolları olmuşdur. Onlar işlədiyi dövrdə xeyli məbləğdə pul qazanmışlar. Onların təxminən 22.500 manat pulu olmuşdur. O, həmin pulu yaşadığı evin yataq otağında döşəyin altına qoymuşdur. Polislər evə basqın edən və onu tutan zaman evin hər yerini dağıdaraq narkotik vasitə axtarmışlar. Lakin heç nə tapa bilməmişlər. Polislər evi axtaran zaman yataq otağında olan döşəyi də axtarmışlar. O, həmin anı görməsə də, güman etmişdir ki, polislər döşəyin altında olan 22.500 manat pulu da qanunsuz şəkildə götürmüşlər. Ona görə polislər ondan narkotik vasitəni harada saxladığını soruşduqda o, yalandan demişdir ki, “narkotik vasitə döşəyin altındadır, qaldırın baxın”. Polislər həmin vaxt döşəyi qaldıranda o, döşəyin altında 22.500 manat pulun artıq orada olmadığını görmüşdür. O, həmin vaxt əmin olmuşdur ki, polislər həmin pulu gizli şəkildə döşəyin altından götürmüşlər. Polislər onu şərləmişlər. O, narkotik vasitədən istifadə etsə də, heç vaxt narkotik vasitə satmamışdır. Polislər onun evinə basqın edən zaman evdə narkotik vasitə olmamışdır. Təqsirləndirilən şəxs son sözlə məhkəmədə çıxış edərkən özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilmiş və əməlinin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsini, həmin maddə üzrə ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsini, şahid ifadələrini, elan edilmiş şahid ifadəsini, habelə cinayət işinin materiallarında olan bütün sübutları ayrı-ayrılıqda və məcmu halda nəzərə alaraq, eləcə də onlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməməsi, polis əməkdaşlarının onun yaşadığı evə basqın edərək hədə-qərxu gəlməsi, aşkar edilmiş narkotik vasitə və psixotrop maddələrin ona məxsus olmaması, təzyiq nəticəsində həmin narkotik vasitə və psixotrop maddələrin ona məxsus olması barədə etirafedici ifadələr alınması məzmununda verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında irəli sürülmüş ittihamı mübahisələndirməklə və belə məzmunda ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, eləcə də məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, 3-cü Polis bölməsində kiçik əməliyyat müvəkkili vəzifəsində işləyir. 26 may 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş X23 və X10 üzərlərindən aşkar edilərək götürülmüş narkotik vasitələri “Rakı” ləqəbli şəxsdən aldıqlarını bildirmişlər. Həmin gün “Rakı” ləqəbli şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olması barədə məlumatın yoxlanılması məqsədi ilə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində “Rakı” ləqəbli şəxsin X27 olması və sonuncunun Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu ünvanında yaşaması müəyyən olunmuşdur. Həmin məlumat əsasında Xəzər RPİ-nin 3-cü Polis bölməsinin əməliyyat müvəkkili X14, polis sahə inspektoru X11 və ondan ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra 26 may 2020-ci il tarixdə axşam radələrində X27 Bakı şəhəri, Binə qəsəbəsi, Südçülük sovxozunda saxlanılaraq 3-cü Polis bölməsinə dəvət edilmişdir. Polis bölməsində Rafiq İbadov narkotik vasitələrin qanunsuz satışında şübhəli olduğu üçün tutulmuş və sonra xidməti otaqların birində Rafiq İbadovun üzərinə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış və götürmə aparılmışdır. Bundan sonra Rafiq İbadovun üzərindən narkotik vasitə aşkar edilmişdir. Rafiq İbadov həmin narkotik vasitələri 24 may 2020-ci il tarixdə günorta saatlarında Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yaşayan tanışı “Nazim” adlı şəxsdən həm istifadə etmək, həm də satmaq məqsədi ilə aldığını bildirmişdir. Sonra o və digər polis əməkdaşları Nazim adlı şəxsin yaşadığı Ramana qəsəbəsindəki evinə getmişlər. Onlar Nazimin yaşadığı evə çatdıqda sonuncunun yaşadığı evin həyətindən çölə çıxmaq istədiyini görmüşlər. Nazim onları görən kimi onların polis olmalarından şübhələnərək qaçmaq istəmişdir. Lakin Nazim qaçmaq istəsə də, onlar Nazimi tutmuşlar. Sonra o, çöldə hasarın yanında dayanaraq Nazimin qaçmaması üçün təhlükəsizlik tədbirləri görmüşdür. Digər iki polis əməkdaşı isə Nazimin razılığı ilə sonuncunun evinə daxil olmuşlar. O, evdə baş verənləri görməmişdir. Bir neçə dəqiqədən sonra digər polis əməkdaşları Nazimlə brilikdə gəlmişlər və onlar birlikdə 3-cü Polis bölməsinə getmişlər. Orada Nazimin üzərində şəxsi axtarış keçirilmiş və sonuncunun üzərindən 3 (üç) büküm narkotik vasitə çıxmışdır. Nazim üzərindən aşkarlanmış narkotik vasitələri bir neçə gün əvvəl satmaq məqsədi ilə aldığını bildirmişdir. Sonra həmin narkotik vasitələr qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. O da digər iştirakçılar kimi həmin protokolu imzalamışdır. O, Nazimin evində keçirilmiş baxışda iştirak etməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X15 ifadəsində göstərdi ki, o, Xəzər RPİ-nin 3-cü Polis bölməsində əməliyyat müvəkkili vəzifəsində işləyir. Onlar tərəfindən 26 may 2020-ci il tarixdə şübhəli şəxs qismində bir neçə narkotik vasitə istifadəçisi saxlanılmışdır. Polis bölməsində həmin şəxslərin üzərinə baxış və şəxsi axtarış həyata keçirilmişdir. Həmin şəxslər üzərlərindən aşkar edilərək götürülmüş narkotik vasitələri “Rakı” ləqəbli şəxsdən aldıqlarını bildirmişlər. Həmin gün “Rakı” ləqəbli şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olması barədə məlumatın yoxlanılması məqsədi ilə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində “Rakı” ləqəbli şəxsin X27 olması və sonuncunun Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu ünvanında yaşaması tərəflərindən müəyyən olunmuşdur. Həmin məlumat əsasında əməliyyat qrupu yaradılmışdır. Bundan sonra 26 may 2020-ci il tarixdə axşam radələrində X27 Bakı şəhəri, Binə qəsəbəsi, Südçülük sovxozunda saxlanılaraq 3-cü Polis bölməsinə dəvət edilmişdir. Polis bölməsində Rafiq İbadov narkotik vasitələrin qanunsuz satışında şübhəli olduğu üçün tutulmuş və sonra xidməti otaqların birində Rafiq İbadovun üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış və götürmə aparılmışdır. Həmin vaxt Rafiq İbadovun üzərindən narkotik vasitə aşkar edilmişdir. Rafiq İbadov həmin narkotik vasitəni 24 may 2020-ci il tarixdə, günorta saatlarında Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yaşayan tanışı “Nazim” adlı şəxsdən həm istifadə etmək, həm də satmaq məqsədi ilə aldığını bildirmişdir. Sonra Rafiq onların yanında Nazim adlı şəxslə telefon vasitəsilə əlaqə saxlayıb görüşmək istədiyini və narkotik vasitə əldə etmək istədiyini bildirmişdir. Sonra o və digər polis əməkdaşları Rafiqlə birlikdə Nazimin yaşadığı Ramana qəsəbəsinə getmişlər. Rafiq Nazimin yaşadığı evin qarşısındakı küçədə sonuncudan narkotik vasitə almaq istəyərkən Nazim tərəflərindən saxlanılmışdır. Nazim əməliyyat qrupunun əməkdaşları tərəfindən 3-cü Polis bölməsinə dəvət edilmişdir. Polis bölməsində Nazimin üzərində şəxsi axtarış keçirilmiş və sonuncunun üzərindən 3 (üç) büküm narkotik vasitə çıxmışdır. Həmin vaxt Nazimin üzərindən 4 (dörd) növdə narkotik vasitə aşkar edilmişdir. Sonra həmin narkotik vasitələr qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. O da digər iştirakçılar kimi həmin protokolu imzalamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 oxşar məzmunlu ifadə verməklə dindirilmiş digər şahid X9 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Novruzova (Vəliyeva) Vüsalə Bahəddin qızı ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun əridir. 26 may 2020-ci il tarixdə, saat 15:00 radələrində əri Nazim polis əməkdaşları tərəfindən tutulmuşdur. Nazim tutularkən onun övladı evdə olmuş və “Teams” proqramı ilə videokonfrans vasitəsilə məktəb dərslərinə qoşulmuşdur. O, həmin vaxt həyətdə olan telin üzərindən paltarları yığışdırmışdır. Həmin vaxt onların evində, həmçinin usta işləmişdir. Usta işıq düzəldirmiş. Əri Nazim də işığı düzəltmək üçün lazım olan ləvazimatları həmin ustaya vermişdir. Həmin vaxt o, arxaya çönmüşdür. Bu vaxt o, həyətin hasarının və darvazasının üzərindən bir neçə polis əməkdaşının heç bir icazə almadan, zorakı şəkildə həyətlərinə daxil olduqlarını görmüşdür. Həmin şəxslərin hamısı mülki geyimdə olmuşlar. Polislər həyətə daxil olduqdan sonra darvazanı açmışlar və bundan sonra digər polis əməkdaşları da həyətə daxil olmuşlar. Polislər həyətə daxil olduqdan sonra zorakı şəkildə evə daxil olmuşlar. Həmin vaxt onların uşağı evin zalında olmuş və “Teams” proqramı ilə videokonfrans vasitəsilə tədrislə məşğul olmuşdur. Əri Nazim polis əməkdaşlarının üzərinə qışqıraraq “siz kimsiniz? Evimizə nəyə görə zorakı şəkildə, icazəsiz daxil olursuz? Sizə kim evimizə bu formada daxil olmağa icazə vermişdir?” bildirmişdir. Sonra o, evə uşağı götürmək üçün daxil olan zaman polis əməkdaşı onun əlindən tutaraq çox sərt şəkildə geriyə dartmışdır. Onun uşağı epilepsiya xəstəsi olduğundan baş vermiş hadisələrin təsirindən çox qorxmuşdur. Ona qarşı zorakılıq hərəkətləri törətmiş polis əməkdaşı ondan əvvəl məhkəmədə şahid qismində ifadə vermiş polis əməkdaşı olmuşdur. Həmin polis əməkdaşı əri Nazimin əlindən bıçağı da almışdır. Həmin polis əməkdaşı hadisə zamanı mülki geyimdə olmuşdur. Anar müəllimin, eləcə də onların yaşadıqları həyətə və evə zorakı şəkildə daxil olub onlara qarşı zorakılıq hərəkətləri törətmiş polis əməkdaşlarının əksəriyyətinin siması onun yadında qalmışdır. Polis əməkdaşları evə daxil olduqdan sonra Nazim sonuncuları dayandırmaq üçün qolunu kəsməyə başlamışdır. Bundan sonra polis əməkdaşları Nazimi tutaraq yataq otağına aparmışlar. Polis əməkdaşları Nazimə qarşı zorakı hərəkətlər törədərək sonuncunun əlindən bıçağı alıb əllərini bağlamışlar. Nazim polis əməkdaşları tərəfindən yataq otağına salındıqda o və uşağı polislər tərəfindən çölə çıxarılmışdır. O, yataq otağında Nazimə qarşı hansı zorakılığın törədildiyini dəqiq görə bilməmişdir. Çünki həmin vaxt polislər qapını bağlamışlar. Sonra polislər Nazimin əllərini bağlayaraq çölə çıxarmışlar. Qonşuları da həmin vaxt onların həyətində olmuşlar. Polislər Nazimi maşına otuzduraraq hadisə yerini tərk etmişlər. Bu hadisələrin təsirindən onun uşağı 3 gün danışmamışdır. O, bu hadisələrə görə bir ildir ki, uşağını müxtəlif xəstəxanalarda müalicə etdirmişdir. Bu bir il ərzində uşağının müalicəsinə görə ona maddi və mənəvi zərər dəymişdir. Şahid1 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, Xəzər RPİ-nin 3-cü PB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 26.05.2020-ci il tarixdə narkotik vasitələrin qanunsuz olaraq dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğu üçün tutulmuş X27 bildirmişdir ki, üzərindən aşkar edilərək götürülmüş narkotik vasitələri və psixotrop maddəni Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində “Nazim” adlı şəxsdən almışdır. Eləcə də, məxfi mənbədən “Nazim” adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə onlara məlumat daxil olmuşdur. Həmin məlumat əsasında Xəzər RPİ-nin 3-cü PB-də əməliyyat qrupu yaradılmışdır. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, “Nazim” adlı şəxs xx xxxx 1979-cu il təvəllüdlü, Göygöl rayonu, Çaykənd kəndində qeydiyyatda olmaqla, faktiki olaraq Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Ə.Bağırov küçəsi, mədən 8, ev 58-də yaşayan Təqsirləndirilən şəxs olmuşdur. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 26 may 2020-ci il tarixdə, saat 23:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində saxlanılaraq 3-cü PB-nə gətirilmişdir. Polis bölməsində Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz olaraq dövriyyəsində şübhəli olduğu üçün şübhəli şəxs qismində tutulmuş və sonuncuya hüquqlarının müdafiə edilməsi üçün 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət hesabına müdafiəçi təyin edilmişdir. Daha sonra xidməti otaqda Təqsirləndirilən şəxs üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış və götürmə aparılmış, şəxsi axtarış və götürmə keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs və iştirakçılara hüquq və vəzifələri izah edildikdən sonra Təqsirləndirilən şəxs üzərində qanunla əldə edilməsi, saxlanılması və daşınması qadağan edilmiş maddə və ya əşyaların olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki ağ rəngli şalvarın sağ cibindən 1 (bir) ədəd qara rəngli pulqabını çıxaraq təqdim etmişdir. Pulqabının içərisindən 1 (bir) ədəd elektron tərəzi, 3 (üç) ədəd şəffaf sellofana və 1 (bir) ədəd sarı rəngli sellofana bükülmüş bükülülər, 3 (üç) ədəd 1 (bir) manatlıq əskinaz, 1 (bir) ədəd SSRİ buraxılışlı 10 manatlıq əskinaz, 1 (bir) ədəd özünə məxsus şəxsiyyət vəsiqəsi, 1 (bir) ədəd özünə məxsus sürücülük vəsiqəsi və 1 (bir) ədəd “Chevrolet Cruze” markalı, **-UL-*** dövlət nömrə nişanlı avtomaşına məxsus qeydiyyat şəhadətnaməsi aşkar olunmuşdur. Təqsirləndirilən şəxs aşkar olunmuş bükümlərin içində narkotik vasitənin olduğunu, 2 (iki) bükümün hər birini 20 manata, digər 2 bükümün hər birini 35 manata “Kamran” adlı şəxsdən aldığını bildirmişdir. Təqsirləndirilən şəxs “Kamran” adlı şəxsdən aldığı narkotik vasitələrdən “Rafiq” adlı şəxsə 300 manata satdığını da bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 4 (dörd) ədəd bükümün 2 (iki) ədəd bükümü tünd qəhvəyi rəngli, 2 (iki) ədəd bükümü isə ağ rəngli spesifik qoxuya malik narkotik vasitəyə bənzər maddənin olması aşkar edilmişdir. Aşkar olunmuş 3 (üç) ədəd şəffaf sellofana və 1 (bir) ədəd sarı rəngli sellofana bükülmüş bükümdəki narkotik vasitəyə bənzər maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan 1 (bir) ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 244 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olmayan digər əşya və sənədlər özünə qaytarılmışdır. Protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamışdır. Protokolun düzgünlüyü imzalarla təsdiq edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, elan edilmiş şahid ifadəsini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 26 may 2020-ci il tarixli raportdan (cild 1, iş vərəqə 8) görünür ki, “Məmməd” adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat orqanına əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 26 may 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 12) görünür ki, həmin gün faktiki olaraq Bakı şəhəri, Xəzər rayonu, Südçülük sovxozunda nömrəsiz evdə yaşayan X16 şübhəli şəxs qismində tutulması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 26 may 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 15) görünür ki, həmin gün X23 şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 26 may 2020-ci il tarixli raportdan (cild 1, iş vərəqə 36) görünür ki, “Kəmaləddin” adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat orqanına əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 26 may 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 37) görünür ki, həmin gün faktiki olaraq Bakı şəhəri, Xəzər rayonu, Südçülük sovxozunda nömrəsiz evdə yaşayan X6 şübhəli şəxs qismində tutulması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 26 may 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 40) görünür ki, həmin gün X10 şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 26 may 2020-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərardan (cild 1, iş vərəqə 56) görünür ki, “Rakı” ləqəbli şəxsin cinayət əməllərinin ifşa edilməsi məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 26 may 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 59) görünür ki, həmin gün “Rakı” ləqəbli X19 şübhəli şəxs qismində tutulması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 26 may 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 62) görünür ki, həmin gün X27 şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 26 may 2020-ci il tarixli X19 izahatından (cild 1, iş vərəqə 68) görünür ki, o, 4 aydır ki, narkotik vasitə heroindən və psixotrop maddə metamfetamindən istifadə etdiyini, həmin narkotik vasitə və psixotrop maddəni Ramana qəsəbəsində yaşayan tanışı Nazim adlı şəxsdən aldığını, sonuncu dəfə 24 may 2020-ci il tarixdə, səhər saatlarında Nazimdən 300 manata ümumilikdə 6 (altı) bükümdə narkotik vasitə aldığını bildirmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 26 may 2020-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərardan (cild 1, iş vərəqə 79) görünür ki, “Nazim” adlı şəxsin cinayət əməllərinin ifşa edilməsi məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 26 may 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 82) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 26 may 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 90) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 26 may 2020-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan (cild 1, iş vərəqə 99-100) görünür ki, həmin gün Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış və həmin vaxt Təqsirləndirilən şəxs əynindəki ağ rəngli şalvarın sağ cibindən bir ədəd qara rəngli pulqabını çıxaraq təqdim etmişdir. Pulqabının içərisindən 1 (bir) ədəd elektron tərəzi, 3 (üç) ədəd şəffaf sellofana və 1 (bir) ədəd sarı rəngli sellofana bükülmüş bükülülər, 3 (üç) ədəd 1 (bir) manatlıq əskinaz, 1 (bir) ədəd SSRİ buraxılışlı 10 manatlıq əskinaz, 1 (bir) ədəd şəxsiyyət vəsiqəsi, 1 (bir) ədəd sürücülük vəsiqəsi və 1 (bir) ədəd “Chevrolet Cruze” markalı, **-UL-*** dövlət nömrə nişanlı avtomaşına aid qeydiyyat şəhadətnaməsi aşkar olunmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 26 may 2020-ci il tarixli Təqsirləndirilən şəxs izahatından (cild 1, iş vərəqə 68) görünür ki, o, 20 ilə yaxındır ki, narkotik vasitədən istifadə etdiyini, eləcə də təxminən 2 aya yaxındır ki, narkotik vasitə satdığını, satdığı narkotik vasitəni “Kamran “ adlı şəxsdən ümumilikdə 110 manata aldığını, aldığı narkotik vasitələrdən 24 may 2020-ci il tarixdə “Rafiq” adlı şəxsə 300 manata satdığını bildirmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 27 may 2020-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/907 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 112-115) görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “saxlanılan şəxs: Təqsirləndirilən şəxs “yazısı olan paketdəki, 2 (iki) ədəd bükümdə, ümumi təmiz çəkisi 30,028 qram qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə -heroindir və 2 (iki) ədəd bükümdə, ümumi təmiz çəkisi 38,882 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Vət. Təqsirləndirilən şəxs götürülmüş heroinlər, vət. X17 götürülmüş heroinlərlə xarici əlamətlərinə və kimyəvi tərkibinə görə eynidirlər. Vət. Təqsirləndirilən şəxs götürülmüş metafetaminlər, vət. X17 götürülmüş metamfetaminlərlə xarici əlamətlərinə və kimyəvi tərkibinə görə eynidirlər. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin”, metamfetamin - “Azərbaycan Respublikasınin ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri’-in İ siyahisina daxildirlər. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 28 may 2020-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 148-149) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsinə görə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr üzrə ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 28 may 2020-ci il tarixli Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qərarına dair verilmiş çıxarışdan (cild 1, iş vərəqə 181) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 26 may 2020-ci il tarixdən hesablanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 03 avqust 2020-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 2, iş vərəqə 98-100) görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 02 iyul 2007-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinmiş və ona 4 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bundan başqa, o, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12 mart 2013-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinmiş və ona 2 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Eyni zamanda o, yeni cinayət törədərkən onun üzərində ödənilməmiş məhkumluğu olmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 22 sentyabr 2020-ci il tarixli Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qərarından (cild 2, iş vərəqə 124-126) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri 3 ay müddətinə, yəni 26 dekabr 2020-ci il tarixədək uzadılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 08 oktyabr 2020-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X33 Şəxsin Ambulator X4 2777 nömrəli rəyindən (cild 2, iş vərəqə 145-146) görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələrdən istifadə etmə hallan aşkar edilmədi. Müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 12 oktyabr 2020-ci il tarixli Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-312/2020 saylı hökmündən (cild 2, iş vərəqə 193-197) görünür ki, X1 məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,514 qram çəkidə narkotik vasitəni X17 əldə edib saxladığına və daşıdığına görə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinmiş və ona həmin maddə üzrə 10 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 12 noyabr 2020-ci il tarixli Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-366/2020 saylı hökmündən (cild 2, iş vərəqə 187-192) görünür ki, X7 məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,276 qram çəkidə narkotik vasitəni X17 əldə edib saxladığına və daşıdığına görə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinmiş və ona həmin maddə üzrə 2 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Bakı şəhəri Sabunçu rayon prokurorluğunun cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətindən (cild 2, iş vərəqə 221-222) görünür ki, cinayət hadisəsi müəyyən edilmədiyindən, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarətlərin aşkar edilməsi barədə toplanmış yoxlama materialı üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 02 dekabr 2020-ci il tarixli sübutların qiymətləndirilməsi barədə qərardan (cild 2, iş vərəqə 223-237) görünür ki, X19 əməllərinin Cinayət Məcəlləsinin 234.2, 234.4.1 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 234.4.3-cü maddəsinə tövsif edilməsi və ona həmin maddə üzrə ittihamın elan edilməsi, Təqsirləndirilən şəxs əməllərinin Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 234.4.3-cü maddəsinə tövsif edilməsi və ona həmin maddə üzrə ittihamın elan edilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 25 dekabr 2020-ci il tarixli Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qərarından (cild 2, iş vərəqə 250-256) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri daha 3 ay müddətinə, yəni 26 mart 2021-ci il tarixədək uzadılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 19 yanvar 2021-ci il tarixli sübutların qiymətləndirilməsi barədə qərardan (cild 3, iş vərəqə 19-37) görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi üzrə yenidən ittihamın elan edilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 22 yanvar 2021-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 3, iş vərəqə 72-73) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə üzrə yeni məzmunda ittiham elan edilmiş, lakin o, yeni ittihamla bağlı sənədləri imzalamaqdan imtina etmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 22 yanvar 2021-ci il tarixli xasiyyətnamədən (cild 3, iş vərəqə 58) görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 19 fevral 2021-ci il tarixli Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-755/2021 saylı məhkəmə hazırlıq iclasının qərarından (cild 3, iş vərəqə 156-163) görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəməyədək icraat zamanı kobud qanun pozuntularına yol verildiyindən, bu pozuntuların aradan qaldırılması üçün cinayət işinə baxılmasına xitam verilmiş və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Xəzər rayon prokurorluğuna qaytarılması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 01 mart 2021-ci il tarixli Bakı Ağır Cinayətlər Məhkəməsinin qanuni qüvvəsini almış 1(101)-601/2021 saylı hökmündən (cild 3, iş vərəqə 180-194) görünür ki, X27 Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi üzrə təqsirli bilinmiş və ona 6 il 10 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, təyin edilmiş cəza Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 27 noyabr 2018-ci il tarixli hökmü ilə təyin edilmiş cəza ilə qismən birləşdirilməklə ona qəti olaraq 7 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Sözügedən məhkəmə hökmündən görünür ki, Rafiq İbadova satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə edib saxlaması, daşıması və satması, yəni onun 24 may 2020-ci il tarixdə günorta saatlarında Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, ümumi təmiz çəkisi 3,944 qram təşkil edən narkotik vasitə heroin və ümumi təmiz çəkisi 0,502 qram təşkil edən psixotrop maddə metamfetamin əldə etməsi və daha sonra həmin vasitə və maddəni satması ilə bağlı ittiham irəli sürülmüş və məhkəmə istintaqında ona irəli sürülmüş ittiham təsdiq edildiyindən o, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi üzrə cəzalandırılmışdır. Başqa sözlə, qeyd edilən məhkəmə hökmü ilə Təqsirləndirilən şəxs 24 may 2020-ci il tarixdə X5 miqdarda narkotik vasitə heroin və psixotrop maddə metamfetamin satması öz təsdiqini tapmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 08 mart 2021-ci il tarixli sübutların qiymətləndirilməsi barədə qərardan (cild 3, iş vərəqə 203-222) görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi üzrə yenidən ittihamın elan edilməsi, Təqsirləndirilən şəxs 3-cü Polis bölməsinin əməkdaşları tərəfindən 26 may 2020ci il tarixdə, saat 23:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Ə.Bağırov küçəsində tutulmasının nəzərə alınması, Təqsirləndirilən şəxs X3 3,944 qram çəkidə narkotik vasitə heroinin, 0,502 qram çəkidə psixotrop maddə metamfetaminin, X19 üzərindən aşkar edilmiş 3,154 qram çəkidə narkotik vasitə heroinin, X19 Kəmaləddin Ağayevə satdığı 0,514 qram çəkidə narkotik vasitə heroinin, X19 Məmməd Şiriyevə satdığı 0,276 qram çəkidə narkotik vasitə heroinin, Təqsirləndirilən şəxs aşkar edilmiş 30,028 qram çəkidə narkotik vasitə heroinin, 38,882 qram çəkidə psixotrop maddə metamfetaminin, eləcə də 1 (bir) ədəd elektron tərəzinin maddi sübut qismində tanınmasının və saxlanılması üçün Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin saxlancına verilməsinin nəzərə alınması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 09 mart 2021-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 3, iş vərəqə 232-233) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə üzrə yeni məzmunda ittiham elan edilmiş, lakin o, yeni ittihamla bağlı sənədləri imzalamaqdan imtina etmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş nikah haqqında şəhadətnamənin surətindən (cild 2, iş vərəqə 36) görünür ki, 05 oktyabr 2017-ci il tarixdə Təqsirləndirilən şəxs X12 ilə nikaha daxil olmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X20 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əlavə şahidlərin dindirilməsi barədə müdafiəçisi vasitəsi ilə vəsatət vermiş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və seçdiyi müdafiəçi vasitəsi ilə suallar vermiş, habelə ona qarşı irəli sürülmüş ittihamı bütövlükdə mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının 1-ci Siyahısının 5-ci bəndinə və Siyahıların 2-ci Siyahısının 67-ci bəndinə əsasən - təmiz halda 2 (iki) qramdan artıq çəkidə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin külli miqdar təşkil edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. İlk növbədə məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin yalnız bir maddəsi, yəni 234.4.3-cü maddəsi üzrə ittiham irəli sürülsə də, qeyd edilən ittiham kifayət qədər mürəkkəbdir. İttihamın mürəkkəbliyi - törədilmiş əməllərə nisbətdə bir-biri ilə bağlı olan şəxslərin faktiki olaraq eyni gündə tutulmasında, həmin şəxslərin barəsində bir icraatda cinayət işinin başlanmasında, daha sonra həmin şəxslərin barəsində olan cinayət işinin ayrılmasında, eləcə də cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərin “zəncirvari” şəkildə birbiriləri ilə əlaqəli olmasında ifadə olunur. Bu səbəbdən də cinayət işi üzrə əhəmiyyət kəsb edən bütün halların ətraflı şəkildə təhlil edilməsi zəruridir. Belə ki, məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda, məlum olmayan mənbədən, məlum olmayan çəkidə və sayı məlum olmayan bükümlərdə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin və külli miqdarda psixotrop maddə metamfetamin əldə etmişdir. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs haradan, əvəzli və ya əvəzsiz qaydada, əvəzli olduğu halda hansı qiymətə, kimdən, hansı şəraitdə, hansı çəkidə, nə vaxt, təkbaşına və ya digər şəxslərlə birlikdə narkotik vasitə və psixotrop maddəni əldə etməsini müəyyən etmək mümkün olmamışdır. İbtidai istintaq zamanı ibtidai istintaq orqanı tərəfindən bu hissədə bir neçə dəfə əməliyyat tapşırıqları verilsə də, əməliyyat yolu ilə qeyd edilən hallar müəyyən edilməmişdir. Məhkəmə bu hissədə əməliyyat orqanının və ibtidai istintaq orqanının fəaliyyətini natamam fəaliyyət kimi qiymətləndirərək tənqidi yanaşır. Məhkəmə hesab edir ki, cinayətkarlıqla mübarizədə, ələlxüsus da narkotik vasitə və psixotrop maddələrin satışı ilə bağlı olan cinayət işləri üzrə bütün halların araşdırılması, o cümlədən ilkin “mənbənin” müəyyən edilməsi vacib şərtlərdən biridir. Təəssüf ki, ibtidai istintaq zamanı bu kimi vacib şərtin tələbləri yerinə yetirilməmişdir. Yuxarıda göstərilən halların müəyyən edilməsi mümkün olmasa da, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini və psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq daşıması, eləcə də 26 may 2020-ci il tarixdə onun tutulması və üzərində şəxsi axtarış keçirilərkən üzərindəki 1 (bir) ədəd qara rəngli pulqabının içərisindən 1 (bir) ədəd elektron tərəzinin, 2 (iki) ədəd şəffaf sellofan bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 9,160 qram və 20,868 qram, ümumi təmiz çəkisi 30,028 qram təşkil edən külli miqdarda narkotik vasitə heroinin, 1 (bir) ədəd şəffaf, 1 (bir) ədəd sarı rəngli sellofan bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 25,763 qram və 13,119 qram, ümumi təmiz çəkisi 38,882 qram təşkil edən külli miqdarda psixotrop maddə metamfetaminin aşkar edilməsi məhkəmə istintaqında tam şəkildə öz təsdiqini tapmışdır. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Məhkəmənin qarşısında duran başlıca vəzifə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə heroini və külli miqdarda psixotrop maddəni qanunsuz olaraq əldə edərkən, üzərində saxlayarkən və daşıyarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyən edilməsidir. Məhz bu halların müəyyən edilməsi Təqsirləndirilən şəxs əməlinin qiymətləndirilməsində və tövsifində mühüm, eləcə də başlıca rol oynayır. Bu səbəbdən də məhkəmə Təqsirləndirilən şəxs tutulmasından əvvəl onun hərəkətlərini, tutulma şəraitini, tutulması üçün səbəbləri və barəsində ibtidai istintaq aparıldığı vaxt toplanılmış sübutları ayrı-ayrılıqda və məcmu halda təhlil edilməsini vacib hesab edir. Bununla bağlı məhkəmə ilk növbədə qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllər Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə yanaşı, həmçinin həmin Məcəllənin 234.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək narkotik vasitələrin satışı ilə məşğul olduğuna görə cəzalandırılmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş şahidlər (polis əməkdaşları) 26 may 2020-ci il tarixdə Təqsirləndirilən şəxs tutularkən sonuncunun üzərindəki pulqabının içərisindən 1 (bir) ədəd elektron tərəzinin, 2 (iki) ədəd şəffaf sellofan bükümdə, ayrıayrılıqda təmiz çəkiləri 9,160 qram və 20,868 qram, ümumi təmiz çəkisi 30,028 qram təşkil edən narkotik vasitə heroinin, 1 (bir) ədəd şəffaf, 1 (bir) ədəd sarı rəngli sellofan bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 25,763 qram və 13,119 qram, ümumi təmiz çəkisi 38,882 qram təşkil edən psixotrop maddə metamfetaminin aşkar edilməsini təsdiq etmişlər. Bundan başqa, göstərilən şahidlər Təqsirləndirilən şəxs tutulmasında, o cümlədən sonuncunun barəsində keçirilmiş əməliyyat-axtarış tədbirlərində Anar adlı polis əməkdaşının iştirak etməməsini bildirirək təqsirləndirilən şəxsin ifadəsində göstərmiş olduğu əsas dəlillərdən birini inkar etmişlər. Eyni zamanda cinayət işinin materiallarında da Təqsirləndirilən şəxs tutulmasında, eləcə də onun barəsində keçirilmiş digər prosessual hərəkətlərdə Anar adlı polis əməkdaşının iştirakını təsdiq edən heç bir sübut yoxdur. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin ifadəsində göstərmiş olduğu hal (Anar adlı polis əməkdaşının əməliyyatda iştirak etməsi) həqiqətə uyğun deyil, eləcə də onun tutulmasında Anar adlı polis əməkdaşı iştirak etməmişdir. Müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs yaxın qohumu olan arvadı Vüsalə Novruzova (Vəliyeva) öz ifadəsində əri Təqsirləndirilən şəxs ifadəsində göstərmiş olduğu halları, o cümlədən Təqsirləndirilən şəxs tutulmasında Anar adlı polis əməkdaşının iştirak etməsini göstərsə də, məhkəmə hesab edir ki, əlavə şahid qismində dindirilmiş şəxsin məhkəmə istintaqında vermiş olduğu ifadə həqiqəti əks etdirmir və bu səbəbdən də məhkəmə qeyd edilən ifadəyə tənqidi yanaşır. Məhkəmə təqsirləndirilən şəxsin və onun arvadının məhkəmə istintaqında vermiş olduqları ifadələri təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsinə və müdafiəsinə yönəlmiş fəal addım kimi qəbul edir və bu səbəbdən də qeyd edilən ifadələrdə göstərilən halları obyektiv həqiqət kimi nəzərə almır. Məhkəmə qeyd edilənləri məcmu halda nəzərə alıb bir daha belə nəticəyə gəlir ki, 26 may 2020-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən həqiqətən də onun üzərindən 1 (bir) ədəd elektron tərəzi, külli miqdarda ümumi təmiz çəkisi 30,028 qram təşkil edən narkotik vasitə heroin və külli miqdarda ümumi təmiz çəkisi 38,882 qram təşkil edən psixotrop maddə metamfetamin aşkar edilərək maddi sübut kimi götürülmüşdür. Bundan başqa, məhkəmə istintaqında 24 may 2020-ci il tarixdə X19 qanunsuz olaraq 300 manat pulun müqabilində Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda, ümumi təmiz çəkisi 3,944 qram təşkil edən narkotik vasitə heroinin, eləcə də ümumi təmiz çəkisi 0,502 qram təşkil edən psixotrop maddə metamfetaminin əldə etməsi öz təsdiqini tapmışdır. X27 barəsində olan cinayət işi üzrə qeyd edilən çəkilərdə narkotik vasitə və psixotrop maddəni Təqsirləndirilən şəxs qanunsuz şəkildə əldə etdiyini inkar etsə də, qanuni qüvvəsini almış Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-601/2021 saylı hökmü ilə bu məsələyə aydınlıq gətirilmiş və onun 24 may 2020-ci il tarixdə həqiqətən də qanunsuz olaraq Təqsirləndirilən şəxs qeyd edilən çəkidə narkotik vasitə və psixotrop maddə əldə etməsi öz təsdiqini tam şəkildə tapmışdır. Ona görə də Rafiq İbadov Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cəzalandırılmışdır. Başqa sözlə, sözgedən qanuni qüvvəsini almış məhkəmə hökmü ilə Təqsirləndirilən şəxs 24 may 2020-ci il tarixdə külli miqdarda narkotik vasitə heroini, eləcə də psixotrop maddə metamfetamini qeyri-qanuni “alqı-satqı” əsasında Rafiq İbadova satması tam şəkildə öz təsdiqini tapmışdır. Həmçinin, cinayət işinin materiallarından görünür ki, 26 may 2020-ci il tarixdə Xəzər rayon Polis İdarəsinin 3-cü Polis bölməsinin əməkdaşları tərəfindən əvvəlcə Kəmaləddin Ağayev və Məmməd Şiriyev adlı şəxslər tutulmuşlar, sonra həmin şəxslərin üzərində şəxsi axtarış keçirilmiş, bu vaxt onlardan dövriyyəsi qadağan edilmiş vasitələr aşkar edilmiş, həmin şəxslər dövriyyəsi aşkar edilmiş vasitələri “Rakı” adlı şəxsdən aldıqlarını etiraf etmişlər, daha sonra əməliyyat yolu ilə “Rakı” adlı şəxsin Rafiq İbadov olması müəyyən edildikdən sonra sonuncu tutulmuş və onun üzərindən narkotik vasitə və psixotrop maddə aşkar edilmiş, sorğu-sual zamanı Rafiq İbadov həmin vasitələri 24 may 2020-ci il tarixdə Ramana qəsəbəsində yaşayan tanışı Nazim adlı şəxsdən aldığını etiraf etmiş, bütün bunlardan sonra əməliyyat yolu ilə Nazim adlı şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilərək sonuncu tutulmuşdur. Göründüyü kimi Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə və onun tutulmasına səbəb - X19 ondan narkotik vasitə heroin, eləcə də psixotrop maddə metamfetamini əldə etməsi ilə bağlı etirafı olmuşdur. Başqa sözlə, Təqsirləndirilən şəxs məhz Rafiq İbadovun onun əleyhinə vermiş olduğu ifadə əsasında tutulmuşdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ifadə verərək və cinayət prosesinin iştirakçılarının suallarını cavablandıraraq X21 300 manat pulun müqabilində narkotik vasitə heroin və psixotrop maddə metamfetamini satmasını inkar etmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Rafiq İbadova külli miqdarda narkotik vasitə heroin, eləcə də psixotrop maddə metamfetamini satmasını inkar etməklə cinayət məsuluyyətindən yaxa qurtarmaq məqsədi güdmüşdür. Məhkəmə hesab edir ki, qanuni qüvvəsini almış Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 mart 2021-ci il tarixli, 1(101)-601/2021 saylı hökmü ilə Rafiq İbadovun 24 may 2020-ci il tarixdə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə heroini, eləcə də psixotrop maddə metamfetamini alması tam şəkildə təsdiq olunduğundan, həmin məhkəmə hökmü preyudisiallıq baxımından Təqsirləndirilən şəxs törətmiş olduğu əməlinin qiymətləndirilməsində müstəsna rol oynayır. Bu səbəbdən də məhkəmə hesab edir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 mart 2021-ci il tarixli, 1(101)-601/2021 saylı hökmü Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə onun təqsirli bilinməsi və onun tərəfindən törədilmiş cinayət əməlinin tövsifində preyudisial əhəmiyyətə malikdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 mart 2021-ci il tarixli, 1(101)-601/2021 saylı hökmünün hazırki cinayət işi üzrə preyudisial əhəmiyyətə malik olması, həmçinin “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142-ci maddəsinin şərh edilməsinə” dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 yanvar 2020-ci il tarixli qərarına da uyğundur. Belə ki, göstərilən Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən preyudisiya, daha əvvəl baxılan iş üzrə sübutetmə predmetinə aid olan və qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilən halların bir daha sübuta yetirilməsi zərurətindən azad olunmanı nəzərdə tutur. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının preyudisiallığı, barəsində bu qərarın çıxarıldığı şəxslərin dairəsi ilə məhdudlaşdırılır və aşağıdakı hər üç şərtin mövcudluğu halında mümkün olur: - konkret fakt bir iş üzrə cinayət prosesinin iştirakçısının iştirak etdiyi başqa bir iş üzrə çıxarılmış və qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyən edilmiş olmalıdır; - bu fakt hər iki iş üzrə sübutetmə predmetinə aid olmalıdır; - hər iki işdə şəxsin hüquqi statusu eyni olmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə, preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Bundan başqa, həmin qərarda Konstitusiya Məhkəməsi Plenumu belə nəticəyə gəlmişdir ki, preyudisiya, daha əvvəl baxılan iş üzrə sübutetmə predmetinə aid olan və qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyənləşdirilən halların bir daha sübuta yetirilməsi zərurətindən azad olunmanı nəzərdə tutur. Məhkəmə yuxarıda göstərilənləri məcmu halda təhlil edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs həqiqətən də 24 may 2020-ci il tarixdə X21 qanunsuz olaraq 300 manat pulun müqabilində külli miqdarda, yəni 3,944 qram çəkidə narkotik vasitə heroin, eləcə də 0,502 qram çəkidə psixotrop maddə metamfetamin satmışdır. Yuxarıda göstərilənləri, eləcə də təqsirləndirilən şəxsin üzərindən 1 (bir) ədəd elektron tərəzinin aşkar edilməsini, aşkarlanmış narkotik vasitə və psixotrop maddənin ümumilikdə 4 (dörd) bükümdə olmasını, həmin vasitə və maddənin insan orqanizminə təsirini, aşkarlanmış narkotik vasitənin və psixotrop maddənin ümumi təmiz çəkisini, o cümlədən 24 may 2020-ci il tarixdə Təqsirləndirilən şəxs Rafiq İbadova külli miqdarda narkotik vasitə heroin, eləcə də psixotrop maddə metamfetam satmasını, hər iki şəxsdən aşkar edilmiş vasitə və maddələrin tərkibinə görə eyni olmasını nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs üzərindən aşkarlanmış narkotik vasitə və psixotrop maddəni öz istifadəsi üçün deyil, məhz satış məqsədi ilə qanunsuz olaraq əldə etmişdir. Əks nəticəyə gəlmək üçün məhkəmə istintaqında heç bir hal müəyyən edilməmişdir. Məhkəmə belə nəticəyə gələrkən, həmçinin ona əsaslanmışdır ki, narkomaniya xəstəliyindən əziyyət çəkən Təqsirləndirilən şəxs müxtəlif təsir gücünə malik olan narkotik vasitə heroini və psixotrop maddə metamfetamini kifayət qədər böyük çəkidə (təxminən 70 (yetmiş) dəfədən çox istifadə etmək üçün) öz şəxsi istifadəsi üçün əldə etməsi ağlabatan və inandırıcı deyil. Göstərilənləri məcmu halda nəzərə alaraq, məhkəmə bir daha belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin bütün tərkib əlaməti var. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət Prosessual Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayətin əlamətləri var, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cavan olmasını, evli olmaqla himayəsində iki uşağının olmasını, habelə yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş onun cəzasını yüngülləşdirən hallar kimi qəbul edir və qiymətləndirir. Onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal və ya hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Odur ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi üzrə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhz bu cəzanı ona təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 26 may 2020-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan olan rəyə əsasən Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut olub Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin saxlanc otağında saxlanılan 30,028 qram çəkidə narkotik vasitə heroin, 38,882 qram çəkidə psixotrop maddə metamfetamin, eləcə də 1 (bir) ədəd elektron tərəzi məhv edilməlidir. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 114 (yüz on dörd) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 26 may 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin saxlanc otağında saxlanılan 30,028 qram çəkidə narkotik vasitə heroin, 38,882 qram çəkidə psixotrop maddə metamfetamin, eləcə də 1 (bir) ədəd elektron tərəzi məhv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 114 (yüz on dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar