Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-946/2024 14.05.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Əsgərova-X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X5, müdafiəçi Azərbaycan Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə açıq məhkəmə iclasında xx.xx.2005-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.2 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 23 iyun 2023-cü il tarixdə saat 22 radələrində ünvan 2 ünvanının qarşısında tanışları Şahid2 və Şahid1 ilə birlikdə dayanan zaman tanışı Zərərçəkmiş şəxs həmin ərazidən keçdiyini gördükdə, bir gün əvvəl, yəni 22 iyun 2023-cü il tarixdə sonuncu ilə aralarında yaranmış sözlü mübahisədə Zərərçəkmiş şəxs ona qarşı işlətdiyi söyüşü cüzi səbəb kimi bəhanə edərək, öz üstünlüyünü ona, eləcə də ətrafdakılara nümayiş etdirmək məqsədi ilə Zərərçəkmiş şəxs yaxınlaşaraq ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, hamı tərəfindən qəbul edilmiş davranış qaydalarına, əxlaq normalarına saymamazlıq və laqeydlik göstərərək üzərində gəzdirdiyi silah qismində istifadə olunan soyuq silah hesab edilməyən məişət təyinatlı bıçağı çıxarıb ictimai yer olan küçədə, çoxsaylı yaşayış binalarının əhatəsində sakinlərin, ətrafda olan, küçə ilə hərəkət edən şəxslərin rahatlığının pozulmasına, onlarda təşviş yaratmaqla mənafelərinə toxunulmasına səbəb olan hərəkətləri ilə, silah qismində istifadə etdiyi məişət təyinatlı bıçaqdan istifadə etməklə Zərərçəkmiş şəxs qarşı zor tətbiq etməklə, Zərərçəkmiş şəxs qəsdən öldürmək qərarına gəlib törətmək niyyətində olduğu əməlin xarakterini və hüquqaziddliyini, bu əməlin törədilməsi ilə zərərçəkmişin ölümünə səbəb olacaq ictimai təhlükəli nəticələrin baş verməsini qabaqcadan görərək və bunları arzu edərək, sonuncunun öldürülməsinə yönəlmiş bilavasitə niyyətlə hərəkət edərək, Zərərçəkmiş şəxs xuliqanlıq niyyəti ilə qəsdən öldürmək məqsədilə əlində tutduğu bıçaqla sonuncunun bədəninin müxtəlif nahiyələrinə ardıcıl olaraq zərbələr endirərək, ölümlə birbaşa səbəbli əlaqəli, həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmaya aid döş qəfəsinin sol yarısının bayır səthində arxa qoltuqaltı xətti üzrə V-Vİ qabırğaarası nahiyədən döş boşluğuna nüfuz edərək sol ağciyərin arxa aşağı payını zədələməsi ilə müşayiət olunan daxilə nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yara, qarının ön divarının sağ yarısından qarın boşluğuna nüfuz edən böyük piyliyin, bağırsaq müsariqəsinin və yoğun bağırsağı dəlib keçən daxilə nüfuz edən, kəskin qanitirmə ilə müşayiət olunan bir ədəd (cəmi 2 ədəd ağır dərəcəli) deşilmiş-kəsilmiş yara, həmçinin canlı şəxslərdə sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərini daşıyan sol bazunun orta üçdə birinin arxa səthində bir ədəd səthi kəsilmiş yara xəsarətləri yetirmiş, Zərərçəkmiş şəxs qaçdığını gördükdə əlində bıçaq onun arxasınca qaçaraq, sonuncunun ictimai yer sayılan ünvan 3 ünvanının qarşısında yerə yıxıldığını görüb zərbələrini davam etdirmək istəsə də, onun arxası ilə gəlmiş qonşuluqda yaşayan Şahid3 fəal müdaxiləsi nəticəsində əlavə xəsarət yetirə bilməyərək hadisə yerini tərk etmiş, Zərərçəkmiş şəxs müalicə üçün çatdırıldığı “X12” publik hüquqi şəxsində görülən tədbirlərə baxmayaraq həmin gün saat 23:15-də aldığı xəsarətlər səbəbindən kəskin qan itirmədən ölməsi ilə Zərərçəkmiş şəxs xuliqanlıq niyyəti ilə qəsdən öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmiş, eyni zamanda silah qismində istifadə olunan əşyadan istifadə edərək zor tətbiq olunması və belə zorun tətbiq olunması hədəsi ilə müşayiət olunan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri ilə xuliqanlıq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs Montin qəsəbəsində yaşamış qonşusu kimi tanımış, münasibətləri yaxşı olmuş, hadisəyə qədər aralarında heç bir münaqişələri olmamışdır. O, narkomandır., marixuanadan istifadə edir. Hikmət də narkoman olmuş, ona marixuananı Hikmət təklif etmişdir. Hadisədən bir gün əvvəl Hikmət ona istifadə etmək üçün marixuana vermiş, həmin marixuananı o evində saxlamışdır. Hadisədən əvvəlki 1 ay ərzində təxminən 3-4 dəfə Hikmətlə görüşüb narkotik vasitə olan marixuana qəbul etmişlər. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə saat 23 radələrində Hikmətlə yaşadıqları məhəllədə görüşmüş, görüşdükləri zaman birlikdə istifadə etmələri üçün Hikmətdən götürdüyü az miqdarda marixuananı istifadə etmək üçün məhəllədə heç kəsin olmadığı yerdə oturmuşlar. Hikmət marixuananı tütünlə qarışdırıb iki yerə bölərək çəkmək üçün hazırlamışdır. Həmin vaxt o artıq qalan narkotik vasitəni götürüb öz cibinə qoymuşdur. Hikmət onun narkotik vasitəni cibinə qoymasını özünə hörmətsizlik kimi qəbul edib öz iradını bildirmişdir. O, Hikmətə bu fikrinin düzgün olmadığını, hörmətsizlik kimi qəbul etməməsini demişdir. Bununla bağlı aralarında mübahisə yaranmışdır. Hikmətə fikrinin səhv olmasını bildirdikdə, “sən mənə səhv-düz öyrədəcəksən?” deyərək üzərinə gəlmişdir. Narkotik vasitəni Hikmətə vermək istədikdə, Hikmət onu təhqir edərək çıxıb getməyini tələb etmişdir. Hikmətdən nə edəcəyini soruşduqda, yenə də təhqir edərək boğazından tutub itələmişdir. Bunu görən 2 nəfər tanımadığı şəxs gəlib onları ayırmışdır. Həmin vaxt Hikmət onun ailəsinə söymüş və “səni birdə buralarda görsəm öldürəcəm” demişdir. O, buna çox əsəbiləşmiş, lakin həmin vaxt heçnə demədən oradan çıxıb evinə getmişdir. Hikmət isə, hazırladığı narkotik vasitə ilə orada qalmışdır. Hikmətin kənar şəxslərin yanında ona qarşı belə bir hərəkət edərək ailə üzvlərini təhqir etməsindən çox əsəbiləşmiş və bu hərəkətə layiq olmadığımı düşünmüşdür. Üzərində qalan narkotik vasitəni istifadə etdikdən sonra evinə gedib yatmışdır. xx.xx.2023-cü il tarixdə saat 18 radələrində yuxudan oyanmışdır. Oyandıqdan sonra bir gün əvvəl baş verən hadisəni fikirləşdikdə səhv hərəkət etmədiyini düşünüb Hikmətlə görüşərək bu söhbətə aydınlıq gətirmək istəmişdir. Hikmətlə söhbət etməyə gedərkən yaşadığı evdən mətbəx bıçağını götürüb şalvarının kəmərinin arasına salmışdır. Hikmətin saat 22 radələrində işdən evə gəldiyini bildiyi üçün təxminən 1 saat əvvəlcədən onun yaşadığı məhəllənin girişinə gedib gəlməsini gözləməyə başlamışdır. xx.xx.2023-cü il tarixdə saat 21:30 radələrində Hikmətin yaşadığı məhəllənin girişində dayandığı zaman eyni məhəllədə yaşadığı Elşən, Əlimuxtar, Kənan və Samir onun yanına gəlmişlər. Onlara “çıxın gedin burdan, işim var” demişdir. X10 və Kənanı aparıb yola salıb geri qayıtmışdır. Elşən və Samir oradan getməyərək ondan nə işinin olduğunu soruşmuşlar. Elşən və Samirə heçnə deməmiş, onlarla söhbət etdiyi zaman təxminən saat 22 radələrində Hikmətin gəldiyini görmüş, Hikmət onlara tərəf yaxınlaşdıqda, çatmağına az qalmış üzərində olan bıçağı çıxarıb onun üzərinə getmiş və sağ əlində tutduğu bıçaqla Hikmətə iki zərbə vurmuşdur. Məqsədi Hikməti öldürmək deyil, yaralamaq olmuşdur.Samir və Elşən araya girib onları ayırmaq istəmiş, bu zaman Hikmət qaçmağa başlamış və o da Hikmətin arxasınca qaçmışdır. Lakin Hikmət az bir məsafə qaçaraq yerə yıxılmışdır. Hikmətə yaxınlaşmaq istəyərkən məhəllədə yaşayan Sarvan adlı şəxs onu tutub saxlamış və o, oradan uzaqlaşmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınaraq dindirilmiş X7 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi tanımır, onu əvvəllər görməmişdir. Zərərçəkmiş şəxs isə onun oğlu olmuşdur. Sonradan bilmişdir ki, Təqsirləndirilən şəxs onun oğlu ilə Montində qonşu olmaqla yaxşı münasibətləri olmuşdur. Onun oğlu tanınmış idmançı olmuş, heç vaxt narkotik vasitə qəbul etməmişdir. Mümkün deyil ki, oğlu Təqsirləndirilən şəxs narkotik versin və aralarında bununla bağlı dava-dalaş baş versin. Onda olan məlumata görə oğlunun Fatehlə dava etmək üçün qonşuları Şahid2 çağırmışdır. Onun məqsədini bilməmişdir. Onu da bildirir ki, oğlunu Samir məhəlləyə çağırdıqdan sonra Fateh oğluna bıçaqla xəsarət yetirmiş, oğlu ondan uzaqlaşmaq istədikdə Fateh onu təqib etmişdir. Hikməti məhəllədəki qonşular Fatehdən qorumuş, hətta onlardan biri Hikməti öz maşınına mindirib əvvəl «Funda», sonra isə «Zəfəran» klinikalarına aparmış, lakin ordakı həkimlər Hikməti qəbul etməmişlər. Sonda Hikmət kliniki xəstəxanaya çatdırıldıqda artıq keçinmişdir. Qeyd etmək istəyir ki, 23 iyun 2023-cü il tarixdə təxminən saat 22 radələrində arvadı Dinarə ona zəng edərək, Hikmətin bıçaqlandığını bildirmişdir. Dərhal evinə gəlmiş, artıq küçədə polis əməkdaşları və çoxsayda insanların toplaşdığını görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və mərhum Zərərçəkmiş şəxs uşaqlıqdan tanımışdır. Onlarla birlikdə Montində yaşamış, eyni məktəbdə oxumuşlar. Hikmətlə Fatehin münasibətləri gördüyü qədərilə çox yaxşı olmuşdur. Onların arasında hər hansı mübahisə, dava-dalaşın şahidi olmamışdır. Hadisə barədə onu deyə bilər ki, hadisə günü rayondan Bakıya qayıtmış, axşam məhəlləyə çıxdıqda Fatehlə rastlaşmışdır. Onların yanında daha bir dostları Şahid1 da olmuşdur. Hadisə yerinə məhəllə uşaqlarından Əlimuxtar və Kənan da gəlmiş, lakin bir müddət onların yanında olub çıxıb getmişlər. Bu vaxt Hikmətin telefonla danışaraq onlara yaxınlaşmasını görmüşdür. Fatehin anidən üzərindən bıçaq çıxarmasını görmüş, onun qolundan tutmuş, lakin Fateh bıçaqla ona tərəf hərəkət etdiyi üçün geri çəkilmiş, bu anda Fatehin Hikmətin qarın nahiyyəsinə sağ əlindəki bıçaqla bir zərbə vurduğunu görmüşdür. Həmin anda həyəcanlanaraq özünü itirib kənara çəkildikdə, Hikmət qaçmağa başlamış, Fateh və Elşən də onun arxasınca qaçmışlar. O isə hadisədən qorxduğu üçün evinə getmişdir. Səhəri gün Hikmətin aldığı bıçaq zərbəsindən öldüyünü bilmişdir. Fateh və Hikmətin narkotik vasitələrdən istifadə etməsinin şahidi olmamış və etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs uşaqlıqdan tanımışdır. Hikmətlə eyni sinifdə oxuduqları və həmyaşıd olduqları üçün münasibətləri yaxşı olmuş, Fatehlə isə, münasibəti olmamışdır. Hikmətlə Fatehin arasında hər hansı mübahisə, dava-dalaşın şahidi olmamış və eşitməmişdir. xx.xx.2023-cü il tarixdə təxminən saat 22 radələrində dostu Şahid7lə birlikdə quşları saxladığı yerdən çıxıb namaz qılmaq və yemək yemək üçün yaxınlıqda yerləşən “Odeion” kafesinə tərəf getmişlər. Dükanın qarşısında onlarla eyni məhəllədə yaşayan Elşəni və Fatehi görmüşlər. Bu şəxslərlə salamlaşmış və dostu Şahid7lə onlardan aralandıqları zaman Elşən demişdir ki, bir azdan Hikmət gələcək, Fatehlə razborkası vardır. Lakin o, buna ciddi əhəmiyyət verməyərək dostu Kənanla namaz qılmağa getmişlər. Təxminən yarım saatdan sonra namaz qııb məhəlləyə çıxdıqda eşitmişdir ki, Fateh Hikməti bıçaqlamış və sonuncunu xəstəxanaya aparmışlar. İstər Təqsirləndirilən şəxs, istərsə də Zərərçəkmiş şəxs narkotik vasitə istifadə və satmaları barədə məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs uşaqlıqdan tanımışdır. Onlarla eyni məktəbdə oxumuş, hər ikisi ilə münasibətləri yaxşı olmuşdur. Hikmətlə Fatehin arasında hər hansı mübahisə, davadalaşın şahidi olmamış və eşitməmişdir. Həmçinin onların narkotik aludəçiləri olmasından da məlumatı olmamışdır. xx.xx.2023-cü il tarixdə təxminən saat 22 radələrində dostu Şahid6lə birlikdə quşları saxladığı yerdən çıxıb namaz qılmaq və yemək yemək üçün yaxınlıqda yerləşən “Odeion” kafesinə tərəf getmişlər. Dükanın qarşısında onlarla eyni məhəllədə yaşayan Elşəni və Fatehi görmüşlər. Bu şəxslərlə salamlaşmış və dostu Şahid6lə onlardan aralandıqları zaman Elşən demişdir ki, bir azdan Hikmət gələcək, Fatehlə razborkası vardır. Lakin o, buna ciddi əhəmiyyət verməyərək dostu Əlimuxdarla namaz qılmağa getmişlər. Təxminən yarım saatdan sonra namaz qııb məhəlləyə çıxdıqda eşitmişdir ki, Fateh Hikməti bıçaqlamış və sonuncunu xəstəxanaya aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs doğma əmisidir. Qardaşı Vəkil nigah zamanı soyadını dəyişib “Məmmədov” kimi qeyd etdirmişdir. O, qardaşı Vəkil ilə Montin qəsəbəsində eyni həyətdə, ayrı evlərdə yaşayırlar. 23 iyun 2023-cü il tarixdə saat 22 radələrində evində istirahət etdiyi zaman qonşusu Sarvan zəng edib Fatehin bir nəfəri bıçaqladığını demişdir. Çölə çıxıb digər Montin sakini olan Zərərçəkmiş şəxs xəstəxanaya aparıldığını, Fatehin isə hadisədən sonra harasa çıxıb getdiyini bilmişdir. Xəstəxanaya aparılmış Hikmətin arxasınca Sarvanla birlikdə getmiş, bir xəstəxanada Hikməti həkimlər qəbul etməmiş, oradan Hikməti başqa bir xəstəxanaya aparmışlar, sonda Hikmət keçinmişdir. Bundan sonra məhəlləyə qayıdıb Fatehi axtarmağa başlamışdır, onu evlərin arxasından keçən dəmir yolunun ərazisindən aşkar etmiş, onu tənbeh etmiş və özü ilə məhəlləyə gətirib artıq oraya gəlmiş polis əməkdaşlarına təqdim etmişdir. Qardaşı oğlu Fatehin narkotik vasitə istifadə etməsindən məlumatı olmamışdır. Fatehin Hikmət adlı şəxslə münasibətləri barədə də heç bir məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs ilə qonşuluqda yaşadığından onları uzun müddətdir ki, tanıyır, onların hər ikisi ilə normal münasibətləri olmuşdur. Fatehlə mərhum Hikmətin münasibətləri normal olmuş, onların bir-biri ilə mübahisə etmələrini görməmiş, həmçinin onların narkotik vasitələrin aludəçisi olmalarından heç bir məlumatı olmamış, bunu ümumiyyətlə hiss etməmişdir. Belə də ki, onların hər ikisindən yaşca böyük olmuş və onlarla sıx münasibətləri olmamışdır. O, boş vaxtlarında məhəllədə qonşuların gətirdiyi velosipedlərin təmiri ilə məşğul olurdu. 23 iyun 2023-cü il tarixdə təxminən saat 22 radələrində məhəllədə yaşadığı evin qarşısında velosiped düzəldərkən küçədən səs-küy gəldiyini eşitmiş və ağ köynəkdə Hikmətin qabaqda, arxasınca da qara köynəkdə olan Fatehin qaçdığını, onlardan bir qədər arxada isə, qonşuluqda yaşayan Elşənin qaçdığını görmüş və Elşənin “Sarvan əmi kömək elə” dediyini eşitmişdir. Dərhal velosipedlə onların arxasınca getmişdir. Yeni tikili binadan sonrakı “Nöqtə” adlı mağazanın yanında Hikmətin yerə yıxıldığını, Fatehin isə əlində bıçaq Hikmətin üzərinə getdiyini görmüşdür. O, Fatehin Hikmətin üzərinə gəlmək istədiyini görüb onun qarşısına keçmiş, Fateh əvvəlcə onu tanımadığı üçün “gəlməyin, vuracam” deyə qışqırmış, Fatehin bıçaq olan sağ əlindən tutaraq ona qışqıraraq «Fateh, bu mənəm Sərvan əmiyəm » demiş, bu zaman Fateh onu tanımış və “o məni niyə boğurdu”deyərək onu buraxmasını, evinə gedəcəyini demişdir. Həmin vaxt Hikmətdən xırıltı səsi gəldiyini eşitdiyi üçün və köməklik etmək üçün Fatehi kənara çəkib Hikmətə yaxınlaşmışdır. Hikmətin qarınından və sol qoltuqaltı nahiyəsindən qan gəldiyini görüb özünün köynəyini çıxararaq Hikmətin yaralarını sıxmışdır. Bundan sonra hadisə yerinə gəlmiş Hikmətin yaxın dostu Rüfətə qışqıraraq demişdir ki, evinin yanındakı maşını dərhal sürüb bura gətirsin, belə ki, maşının açarı da maşının açar yerində olmuşdur. Artıq bu vaxt Fateh oradan uzaqlaşmışdır. Rüfət avtomobili gətirdikdən sonra Elşən və Rüfətlə köməkləşib xəstəxanaya aparmaq üçün Hikməti avtomobilə yerləşdirmişlər. Öncə Hikməti özəl olan «Funda», sonra «Zəfəran» klinikalarına aparmış, lakin bu klinikalar Hikməti qəbul etməmiş, bundan sonra X11 Mərkəzə aparmış, orada Hikməti avtomobildən endirmiş, həkimlər dərhal Hikməti xərəyə qoyaraq əməliyyata aparmışlar. Bir qədər sonra isə xəstəxanaya hüquq-mühafizə orqanları əməkdaşları gəlmiş və Hikmətin artıq öldüyü məlum olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərində təqsirliliyi qismən özünün, zərərçəkmiş şəxsin hüqui varisinin və şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Belə ki, xx.xx.2023-cü il tarixli Bakı şəhəri Nərimanov RPİ-nin rəisi vəzifəsini müvəqqəti icra edən şəxsə ünvanlanmış HK-1 №1917-li nömrəli raportdan müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə saat 23:15 radələrində DİN-nin 102 zəng sisteminə KTMdən həkim Şirinova məlumat verərək ünvan 5 ünvanında yaşayan Zərərçəkmiş şəxs qarın nahiyyəsinin kəsilmiş-deşilmiş yarası ilə müraciət etmiş və xəstəxanada vəfat etmişdir. Məhkəmədə elan edilib araşdırılmış “hadisə yerinə baxışin keçirilməsi haqqında» xx.xx.2023-cü il tarixli protokoldan müəyyən olunur ki, “Zərərçəkmiş şəxs Bakı şəhəri, Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsindən Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi “X12” publik hüquqi şəxsinə aparılmışdır. Həmin küçədə yer torpaq və asfalt örtüklüdür, asfalt örtüyü qurudur. Küçənin hər iki tərəfində yaşayış binaları, mağazalar və ictima iaşə obyektləri yerləşir. Hadisənin baş verdiyi küçədə, yəni ünvan 6 ünvanın qarşısında asfalt örtük üzərində qanabənzər ləkələrin olması müəyyən edilmişdir. Həmin yerdə olan qanabənzər ləkələrdən 01 ədəd nümunə xüsusi tampon vasitəsilə müvafiq qaydada götürülmüşdür. Əlavə olaraq hadisə yerinin yaxınlığında “TŞ6-119” şəhər video kameralarının olması müəyyən edilmişdir. Hadisə yerinə baxış zamanı başqa iş üçün əhəmiyyət kəsb edən hər hansı bir hal, predmet və əşya aşkar olunmadı. “Samsung” markalı fotoaparatdan istifadə edilməklə, hadisə yerinin foto şəkilləri çəkilmiş və protokola əlavə edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış “meyitə baxış keçirilməsi haqqında» xx.xx.2023-cü il tarixli protokoldan müəyyən olunur ki, meyitin üzərində olan xəsarətlər: döş qəfəsinin sol yarısının bayır səthindən arxa qoltuqaltı xəti üzrə V-Vİ qabırğaarası nahiyyədə köndələn bir qədər çəp istiqamətdə 2,5x0,7 sm ölçüdə, qırmızımtıl rəngdə, xətvari formada kənarları hamar, bir ucu iti digər ucu küt 01 (bir) ədəd deşilmiş, deşilmişkəsilmiş yara, qarnın ön divarının ön orta xətdən 2 sm sağa, göbəkdən 3 sm yuxarıda, pəncənin daban nahiyyəsindən 108 sm yuxarıda, boylama bir qədər çəp istiqamətində 3,5x0,7 sm ölçüdə, mənfəsindən böyük piyliyin hissəsi çölə çıxan, qırmızımtıl rəngdə, xətvari formada kənarları hamar, bir ucu iti digər ucu küt 01 ədəd deşilmiş-kəsilmiş yara, sol bazunun orda üçdə birinin arxa səthində köndələn bir qədər çəp istiqamətdə 2,5x02 sm ölçüdə, qırmızımtıl rəngdə xətvari formada, kənarları hamar, bir ədəd səthi kəsilmiş yara, meyitin xarici müayinəsi zamanı digər xəsarət aşkar edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış “götürmə və baxış keçirilməsi haqqında» xx.xx.2023-cü il tarixli protokoldan müəyyən olunur ki, hadisə zamanı Zərərçəkmiş şəxs əynində 01 ədəd üzərində “Genesso” yazısı yazılmış qana bənzər maddə ilə bulaşmış göy rəngli qısaqol köynək, bir ədəd üzərində “performance UA” yazısı yazılmış qana bənzər maddə ilə bulaşmış ağ rəngli köynəj, 01 ədəd qara rəngli parça materialdan olan idman şalvarı, 01 ədəd üzərində “Tommy Hilfiger” yazısı yazılan üzəri naxışlı qara rəngli alt paltarı, bir cüt ədəd qara rəngli corab, bir cüt qara rəngli üzərində ağ naxışlar olan ayaqqabı, bir ədəd üzərində qara naxışlar olan mavi rəngli parça olmuşdur.Eyni zamanda baxış zamanı Zərərçəkmiş şəxs məxsus qara rəngli parça materialdan olan idman şalvarının sol yan cibindən bir ədəd ağ rəngli kağıza bükülmüş içərisində qurudulmuş halda ot şəkilli, narkotik vasitə marixuanaya bənzər maddə aşkar edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci PŞ-dən Bakı şəhəri Nərimanov rayon prokurorluğuna daxil olmuş 3/2-6788 nömrəli xx.xx.2023-cü il tarixli məktubdan ünvan 7 ünvanının qarşısında öldürülməsi faktı əsasında həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan hadisəni törətməkdə şübhəli bilinən xx.xx.2005-ci il təvəllüdlü Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılmışdır. Məhkəmədə elan edilib araşdırılmış “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında» xx.xx.2023-cü il tarixli protokoldan müəyyən olunur ki, 24 iyun 2023cü il tarixdə saat 04:50-də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilinərək tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış “şübhəli şəxsin dindirilməsi protokolu» xx.xx.2023-cü il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə dindirilən zaman xx.xx.2023-cü il tarixdə öz yaşadığı evdən 01 ədəd mətbəx bıçağı götürərək şalvarının kəmərinin arasına salmış və Zərərçəkmiş şəxs yaşadığı məhəlləyə getmişdir.Hikmətin gəldiyini görmüş, Hikmətin çatmağına az qalmış üzərində olan bıçağı çıxarıb onun üzərinə getmiş və sağ əlində tutduğu bıçaqla Hikmətə biri qarın nahiyyəsindən, digəri isə görə bilmədiyi iki zərbə vurmuşdur. Yanındakı şəxslər onu ayrmaq istəmələrinə baxmayaraq əlindəki bıçağı görüb kənara çəkilmişlər, Zərərçəkmiş şəxs qaçmağa başlamış və Təqsirləndirilən şəxs onun arxasınca düşmüşdür. Hikmət yerə yıxılmış, Fateh onun üzərinə gedən zaman məhəllərində yaşayan Sarvan adlı şəxs onu tutub saxlamış və onu oradan uzaqlaşdırmışdır.Protokol sonda oxunmuş və Təqsirləndirilən şəxs ifadənin onun sözləri ilə doğru yazıldığını öz imzası ilə təsdiq etmişdir. Məhkəmədə elan edilib araşdırılmış “götürmə və baxış keçirilməsi haqqında» xx.xx.2023-cü il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs əynində olmuş bir ədəd qara rəngli cins şalvar, bir ədəd qara rəngli üzərində “DG” yazısı yazılmış köynək, bir ədəd ağ rəngli mayka, bir ədəd üzərində “Berrak” yazısı yazılan qara rəngli alt paltarı olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış “baxış keçirilməsi haqqında» xx.xx.2023-cü il tarixli protokoldan müəyyən olunur ki, baxış keçirilmiş bıçağın dəstəyi qəhvəyi rəngli olmaqla uzunluğu 114 mm, eni 24 mm-dir. Bıçağın tiyəsi iti uclu olub, sərt materialdan hazırlanmışdır. Bıçağın tiyəsinin üzərində hər iki hissədə qanabənzər ləkələrin olması müşahidə olunur. Həmin bıçaq müqayisəli tədqiqata təqdim edilməsi üçün qablaşdırılaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış “şübhəli şəxsin ifadəsinin yerində yoxlanması barədə» xx.xx.2023-cü il tarixli protokoldan müəyyən olunur ki, şübhəli şəxs Təqsirləndirilən şəxs mübahisə etdiyi yerləri əyani olaraq göstərilməsi bildirildikdən sonra o Bakı şəhəri Nərimanov rayonu İ.Hidayətzadə küçəsinə getməli olduğunu bildirmişdir. Sonuncu Zərərçəkmiş şəxsla görüşdüyü və ona xəsarət yetirdiyi yeri (ünvan 8 ünvanın qarşısı), sonuncunu vurduqdan sonra qaçdığı istiqaməti, Zərərçəkmiş şəxs yerə yıxıldığı yeri ( ünvan 9 ünvanın qarşısı) əyani olaraq göstərmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs ifadəsinin hadisə yerində yoxlanması zamanı ibtidai istintaqa verdiyi ifadəsi arasında əsaslı ziddiyət müəyyən edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmədə elan edilib araşdırılmış “diskə baxış keçirilməsi barədə” xx.xx.2023-cü il tarixli protokoldan müəyyən olunur ki, “TŞ6-119” nömrəli təhlükəsiz şəhər videokameralarında qeydə alınmış görüntülərə baxış keçirilmiş və 23 iyun 2023-cü il tarixdə saat 21:54:50-dən 21:55:09-dək olan müddət ərzində bir nəfər ağ köynəkli şəxsin qaçması, onun arxasınca əlində bıçaq olan bir nəfər qara rəngli köynəkli şəxsin, ardınca digər qara köynəkli şəxsin qaçması və bir qədər arxadan isə, velosipetlə olan şəxsin getməsi müşahidə olunmuşdur.Məhkəmə iclasında qeyd olunan protokolla əlaqədar Təqsirləndirilən şəxs bildirmişdir ki, əlində bıçaq olan şəxs o olmuş və Zərərçəkmiş şəxs təqib etmişdir. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Bakı şəhər Narkoloji Mərkəzi” X9 daxil olmuş xx.xx.2023-cü il tarixli məktubdan müəyyən olunur ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs BŞNM-də qeydiyyatda yoxdurlar. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli 64 nömrəli rəyindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs meyitinin məhkəmə tibbi ekspertizası zamanı aşağıdakı xəsarətlər aşkar olundu: döş qəfəsinin sol yarısının bayır səthində, arxa qoltuqaltı xətti üzrə V-Vİ qabırğaarası nahiyədən döş boşluğuna nüfuz edərək sol ağciyərin arxa aşağı payını zədələnməsi ilə müşayiət edilən 1 (bir) ədəd, qarının ön divarının sağ yarısından qarın boşluğuna nüfuz edən böyük piyliyin, bağırsaq müsariqəsinin və yoqun bağırsağı dəlib keçən 1 (bir) ədəd, cəmi daxilə nüfuz edən 2 (iki) ədəd deşilmiş-kəsilmiş yaralar, sol bazunun orta üçdə birinin arxa səthində 1 (bir) ədəd səthi kəsilmiş yara vardır. Cəmi 3 ədəd. Digər xəsarət aşkar olunmadı. Bu xəsarətlər həyatidir, deşilmiş-kəsilmiş yaralar bir kənarı iti, digər kənarı isə küt olan deşici-kəsici alətin (alətlərin) təsirindən, səthi kəsilmiş yara isə iti kənarlı alətin təsirindən törənmişlər, belə ki, bu deşilmiş-kəsilmiş yaralar hamısı ekspertizaya təqdim edilmiş bıçağın və ya ona oxşar bıçağların təsirindən törənə bilərdi. Qeyd olunan xəsarətlərdən döş qəfəsinin sol yarısının bayır səthində, arxa qoltuqaltı xətti üzrə V-Vİ qabırğaarası nahiyədən döş boşluğuna nüfuz edərək sol ağciyərin arxa aşağı payını zədələnməsi ilə müşayiət edilən 1 (bir) ədəd, qarının ön divarının sağ yarısından qarın boşluğuna nüfuz edən böyük piyliyin, bağırsaq müsariqəsinin və yoqun bağırsağı dəlib keçən edilən 1 (bir) ədəd, cəmi 2 (iki) ədəd deşilmiş-kəsilmiş yaralar dərəcəsinə görə ayrı-ayrılıqda və ümumilikdə canlı şəxslərdə, sağlamlığa AĞİR zərər vurmanın əlamətlərini, sol bazunun orta üçdə birinin arxa səthində 1 (bir) ədəd səthi kəsilmiş yara isə, canlı şəxslərdə sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərini daşıyır. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb döş qəfəsinin sol yarısının bayır səthində arxa qoltuqaltı xətti üzrə V-Vİ qabırğaarası nahiyədən döş boşluğuna nüfuz edərək sol ağciyərin arxa aşağı payını, qarının ön divarının sağ yarısından qarın boşluğuna nüfuz edən böyük piyliyin, bağırsaq müsariqəsinin və yoqun bağırsağı dəlib keçməsi nəticəsində baş vermiş kəskin qanitirmə olmuşdur. Ölümün baş vermə müddəti meyitin meyitxanada müayinə olunduğu vaxtdan təqribən 2-4 saat əvvələ uyğun gəlir. Zərərçəkmiş şəxs döş qəfəsinin sol yarısının bayır səthində olan deşilmiş-kəsilmiş yara kanalının istiqaməti arxadan önə, soldan bir qədər sağa və yuxarıdan bir qədər aşağıya doğrudur, yara kanalının uzunluğu 10 sm-ə qədər ola bilərdi, qarının ön divarının sağ yarısında olan deşilmişkəsilmiş yara kanalının istiqaməti öndən arxaya bir qədər sağdan sola, yuxarıdan bir qədər aşağıya doğrudur, yara kanalının uzunluğu 12 sm-dən çox ola bilərdi. Xəsarətlərin qarşılıqlı mübarizə və ya özünü müdafiə xarakterli olub-olmamasının məhkəmə-tibbi morfoloji xüsusiyyətləri yoxdur. Mərhum Zərərçəkmiş şəxs qeyd olunan xəsarətləri aldıqdan sonra qısa müddətdə sərbəst hərəkət etmək iqtidarında olmuşdur, bir neçə dəqiqədən bir neçə on dəqiqə civarında ola bilərdi. Mərhum Zərərçəkmiş şəxs döş qəfəsinin sol yarısının bayır səthində arxa qoltuqaltı xətti üzrə döş boşluğuna nüfuz edərək sol ağciyərin aşağı payının arxa səthin zədələnməsi ilə müşayiət edilən yaranı alarkən ayaqüstü vəziyyətdə, həmin deşilmiş-kəsilmiş yaranı yetirən şəxsə qarşı arxası ola bilərdi. Qarının ön səthinin sol yarısında olan qarının ön divarının sağ yarısından qarın boşluğuna nüfuz edən böyük piyliyin, bağırsaq müsariqəsinin və yoğun bağırsağı dəlib keçən yaranı alarkən ayaqüstü vəziyyətdə, həmin deşilmiş-kəsilmiş yaranı yetirən şəxsə qarşı qarşı-qarşıya ola bilərdi. Digər xəsarəti isə o müxtəlif vəziyyətlərdə ala bilərdi. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, fenilkilamin qrupuna aid olan amfetamin və metamfetamin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli 796 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində hər-hansı bir xəsarət aşkar edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 2255 saylı rəyindən müəyyən olunur ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Bunu cinayət işi materialları, anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Aparılmış eksperimental-psixoloji müayinə gedişində idrak prosessləri, dünyagörüşü, intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. O, iş üçün əhəmiyyətli halları düzgün qavraya, təsvir edə və bu barədə məlumat verə bilər. Kinlilik, inadkarlıq, emosionallıq, özünə qarşı hörmət tələb etmək kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində qeyd edilmiş ictimai təhlükəli əməli törətdiyi zaman xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində qeyd edilmiş ictimai təhlükəli əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs öz əməlinin faktiki xarakterini və ictimai təhlükəsizliyini tam dərk etmək və həmin əməli idarə edə bilmək iqtidarında olmuşdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və həmin hərəkətləri idarə etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs cinayət işi üzrə istintaq hərəkətlərində iştirak edə bilər. Təqsirləndirilən şəxs söz götürməmək, özünə qarşı hörmət tələb etmək, inadkarlıq, hirslilik, laqeydlik, qıcığa qarşı həssaslıq, kinlilik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Qərarın təsviri hissəsində qeyd olunan əməli törədən zaman Təqsirləndirilən şəxs psixi-emosional vəziyyətində fərdi-psixi xüsusiyyətləri fonunda situasiya ilə əlaqədar hirslilik halı yaranmışdır. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023cü il tarixli 4693 nömrəli rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs kannabinoidlərdən istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-tibbi bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli 462/2023-MTBŞ saylı rəyindən müəyyən olunur ki, zərərçəkmiş Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu- Abeta(İİ). Təqsirləndirilən şəxs təqdim olunan şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən qan qrupu-B(İİİ). Ekspertizaya təqdim olunan 01 ədəd tənzif tampon, 01 ədəd bıçaq, 01 ədəd xovlu əl dəsmalı, Zərərçəkmiş şəxs məxsus idman şalvarı, kofta və köynək üzərində insan qanı ləkələri aşkar olundu. Bu qan ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə tədqiq olunduqda «A» antigeni, bəzi ləkələrdə həmçinin beta aqqlyutinini alındı. Bu qan ləkələri Abeta /İİ/ qruplu şəxsə, o cümlədən zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus ola bilər. Tədqiqata təqdim olunan Zərərçəkmiş şəxs məxsus 01 cüt corab, trusik, 01 cüt ayaqqabı(krasovka), Təqsirləndirilən şəxs məxsus şalvar, kofta, alt mayka və 01 cüt corab üzərində isə qana şübhəli ləkələr aşkar olunmadı. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli 3-16-16/2-7/1065 saylı rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş bir ədəd papirosda tütün ilə qarışıqda təmiz çəkisi 0,09 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana vardır. Təqsirləndirilən şəxs keçirilmiş ekspertiza rəyləri ilə tanış olmuş və heç bir vəsatəti olmadığını bildirərək imzası ilə təsdiq etmişdir. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhər Nərimanov RPİ-nin 18-ci PŞ-dən Bakı şəhəri Nərimanov rayon prokurorluğuna ünvanlanan 09 oktyabr 2023-cü il tarixli məktubundan müəyyən olunur ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılmış Təqsirləndirilən şəxs hadisə zamanı cinayətin aləti olmuş bıçağı və özünə məxsus “Redmi” markalı mobil telefonu təqdim etmişdir. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs narkotik vasitələrdən istifadə edibetməmələri, həmin narkotik vasitələri kimlərdən əldə etmələri ilə bağlı yaşadıqları ərazidə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hələlik müsbət nəticə əldə edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış “sübutların qiymətləndirilməsi haqqında” 10 oktyabr 2023-cü il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş bir ədəd qara rəngli cins şalvar, bir ədəd qara rəngli üzərində “DG” yazısı yazılmış köynək, bir ədəd ağ rəngli mayka, bir ədəd üzərində “Berrak” yazısı yazılan qara rəngli tuman, Zərərçəkmiş şəxs məxsus bir ədəd üzərində “Genesso” yazısı yazılmış qana bənzər maddə ilə bulaşmış göy rəngli qısaqol köynək, bir ədəd üzərində “performance UA” yazısı yazılmış qana bənzər maddə ilə bulaşmış ağ rəngli köynək, bir ədəd qara rəngli parça materialdan olan idman şalvarı, bir ədəd üzərində “Tommy Hilfiger” yazısı yazılan üzəri naxışlı qara rəngli tursik, bir cüt qara rəngli corab, bir cüt qara rəngli üzərində ağ rəngli naxışlar olan ayaqqabı, bir ədəd üzərində qara naxışlar olan mavi rəngli parça, hadisə yerində aşkar olunmuş qan ləkələrinin götürüldüyü 01 ədəd pambıq tampon, cnayətin aləti olmuş bir ədəd bıçaq, habelə Təhlükəsiz Şəhər Xidmətinin TŞ6-119 nömrəli kameralarına aid 03 ədəd DVD disk iş üçün əhəmiyyət kəsb etdiyindən sübut növü kimi tanınmış və Nərimanov rayon prokurorluğunda saxlanılmışdır. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs məhkumluğuna dair tələbnməndən müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs səciyyələndirən hallar aşağıdakılardır: xx.xx.2005-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, əvvəllər məhkum olunmamışdır. Qeydiyyatda olduğu ünvandan müsbət xarakterizə olunur. Məhkəmədə elan edilib araşdırılmış Zərərçəkmiş şəxs səciyyələndirən hallar aşağıdakılardır: xx.xx.2003-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 11 ünvanında qeydiyyatda olmaqla yaşamış, qeydiyyatda olduğu ünvandan müsbət xarakterizə olunur. Məhkəmə iş üzrə toplanmış bütün sübutlara və işin obyektiv hallarına qiymət verməklə belə nəticəyə gəlir ki, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs əməllərini Azərbaycan Respublikası CM-nin 120.2.2 və 221.3-cü maddələri ilə düzgün olaraq tövsif etmiş və Təqsirləndirilən şəxs bu maddələrlə ilə cəza təyin edilməlidir. Belə ki, «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2002-ci il tarixli, 3 nömrəli Qərarının 6-cı bəndinə əsasən, Qəsdən adam öldürmə o vaxt CM-nin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Həmin Plenumunun qərarının 6-cı bəndinə əsasən əgər təqsirkar xuliqanlıq niyyəti ilə adam öldürməklə yanaşı ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıqaşkar hörmətsizliyə səbəb olan sair qəsdən hərəkətlər də etmişdirsə (başqalarına qarşı zor tətbiq etmək, belə zor tətbiqi ilə hədələmək, özgə əmlakını məhv etmə yaxud zədələmə və s.) belə əməl CM-nin 120.2.2-ci maddəsi ilə yanaşı 221-ci maddəsinin də tərkibini yaradır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri məhz bu qaydada, CM-nin 120.2.2 və 221.3-cü maddələri ilə tövsif olunmalı və ona bu maddələrlə, yəni cinayətlərin məcmusu ilə 66-cı maddəsi ilə hər bir cinayətə görə ayrılıqda təyin edilmiş cəzaları, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qətim cəza təyin edilməldir. Həmçinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011 tarixli qərarına əsasən cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Xuliqanlıq obyektiv cəhətdən CM-in 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Cinayət hüququnda ictimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur. Zor tətbiq etmə dedikdə isə döymə, sağlamlığa zərər vurma, eləcə də zərərçəkmişə fiziki təsir göstərən digər zorakı hərəkətlər başa düşülməlidir. Xuliqanlıq zamanı zor tətbiq etmə hədəsi fiziki zor tətbiq etmək niyyətinin sözlərlə və ya hərəkətlərlə ifadə olunmasıdır. Hədəyə görə məsuliyyət o zaman yaranır ki, bu hədənin həyata keçirilməsi üçün real əsaslar olsun. CM-in 221.3-cü maddəsi xuliqanlığın digər tövsifedici əlaməti qismində bu cinayət əməlinin silah və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədilməsini nəzərdə tutur. Silah qismində istifadə olunan əşyalara istənilən əşyalar, o cümlədən təsərrüfatməişət təyinatlı (balta, yaba, mətbəx bıçağı və s.), eləcə də kərpic, daş, dəmir, çubuq, bir sözlə, tətbiqi həyat və ya sağlamlıq üçün təhlükə yaradan bütün əşyalar aid edilir. “Silah qismində istifadə edilən əşyaların” anlayışına Konstitusiya Məhkəməsi Plenumunun B.Yusifovanın şikayəti üzrə 17 fevral 2006-cı il tarixli Qərarında aydınlıq gətirilmişdir. Həmin Qərara əsasən silah qismində istifadə edilən əşyalar konstruksiya cəhətdən digər məqsədlər üçün, o cümlədən istehsalat təsərrufat-məişət məqsədi ilə və yaxud da ümumiyyətlə hər hansı müəyyən məqsədlərə yönəlməyən, istehsal və emal olunmayan, yəni təbiətdə mövcud olan əşyalardır. Bu əşyalar silah deyil, bununla belə hər hansı məhvetmə xüsusiyyətinə, yəni soyuq və ya başqa silah növünə xas olan bəzi xüsusiyyətlərə malikdir və onların siyahısı hədsizdir. Silah qismində istifadə edilən əşyanın məhvetmə xüsusiyyətinə malik olması, onu bu xüsusiyyətə malik olmayan digər əşyalardan fərqləndirən əsas və mütləq şərtdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin “tətbiq etməklə” müddəası xuliqanlıq hərəkətləri zamanı silah və ya silah qismində istifadə edilən əşyaların vasitəsi ilə sağlamlığa zərər vurulmasını, yaxud həyat və ya sağlamlıq üçün real təhlükə yarandığı halları ehtiva edir. Təqsirləndirilən şəxs verdiyi ifadəsindən müəyyən olunur ki, o, Zərərçəkmiş şəxsla birlikdə istifadə ediləcək narkotik vasitə ilə əlaqədar aralarında yaranmış mübahisəyə görə evindən götürüb Zərərçəkmiş şəxs xəsarət yetirmək məqsədilə üzərində gəzdirdiyi bıçaqla onunla görüşən və əlində heç bir alət olmayan, Təqsirləndirilən şəxs heç bir təhlükə yaratmayan Zərərçəkmiş şəxs ardıcıl olaraq bir neçə dəfə bıçaqla xəsarət yetirmiş, özünü xilas etmək istəyən və ondan qaçıb uzaqlaşmaq istəyən Zərərçəkmiş şəxs arxasınca bıçaq əlində qaçmışdır ki, sonuncuya yenə xəsarətlər yetirsin. Nəticədə xəstəxanaya ağır xəsarətlərlə çatdrılan Zərərçəkmiş şəxs bu xəsarətlərdən keçinmişdir. Beləliklə, Təqsirləndirilən şəxs silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə etməklə xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs qəsdən öldürmüş, yəni onu qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59.1.2-ci maddəsinə əsasən cinayəti yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsini onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etməmişdir. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi X7 təqsirləndirilən şəxsi bağışlamadığını və Təqsirləndirilən şəxs cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməlini törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən hər bir şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cinayətin törədilməsində rolunu və iştirakçılıq dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, təyin olunan cəzanın onun islah edilməsinə və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. «İnsan Hüquqlarının və X4 haqqında» Avropa Konvensiyasının yaşamaq hüququ adlanan 2-ci maddəsinin 1-ci bəndində göstərilmişdir: «Hər kəsin yaşamaq hüququ qanunla qorunur. Heç kəs qanunla ölüm cəzası nəzərdə tutulmuş cinayət törətməyə görə, məhkəmə tərəfindən çıxarılmış belə hökmün icrasından başqa həyatından məhrum edilə bilməz». Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 2 nömrəli qərarının 2-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası «İnsan Hüquqlarının və X4 haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuridiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdikdən sonra yuridiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 27-ci maddəsində yaşamaq hüququ konstitusiya təminatlarından biri kimi öz əksini tapmışdır. Həmin maddənin İ bəndində göstərilmişdir ki, hər kəsin yaşamaq hüququ vardır. Bu isə bir daha əsas verir ki, həmin maddədə göstərilən digər hallar istisna olmaqla hər hansı bir şəxs başqa şəxsi yaşamaq hüququndan, yəni həyatdan məhrum edə bilməz. Bu hüququ təqsirli olaraq pozanlar isə cəza təhdidi altında qadağan olunmuş ictimai – təhlükəli əməl törətməklə, mövcud cinayət qanunvericiliyinin müvafiq normaları ilə cəzaya məruz qalır. Cinayət Məcəllənin 86-cı maddəsinin tələblərinə görə yetkinlik yaşına çatmayana cəza təyin edərkən, məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən olunmuş hallardan başqa, həmin şəxsin həyat və tərbiyyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən, cinayəti törətmiş şəxslər haqqında tətbiq olunan cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və cinayətin törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət işində olan Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsindən müəyyən olunur ki, o, xx.xx.2005-ci il təvəllüdlü olmaqla, hadisə törətdiyi xx.xx.2023-cü il tarixə yetkinlik yaşına çatmamış, hal hazırda isə yetkinlik yaşına çatmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 84-cü maddəsi 14 yaşından 18 yaşına kimi olan şəxsləri yetkinlik yaşına çatmayanlar qrupuna aid edərkən, onların kifayət qədər əqli yetkinliyə çatmadıqlarını və həyat təcrübələrinin az olmasını nəzərə almışdır. Buna görə də, qanunvericilik yetkinlik yaşına çatmayanın törətdiyi cinayətə görə əməlinin tövsifində, məsuliyyətinin həllində və cəza təyinində onların əqli və iradəvi xüsusiyyətlərinin məhkəmələr tərəfindən nəzərə alınmasını məcburi sayır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.5-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə yetkinlik yaşına çatmayanlara on ildən çox olmayan müddətə təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlini törətdiyi zaman yetkinlik yaşına çatmamış şəxs olduğunu nəzərə alaraq hesab edir ki, ona cəza təyin edildikdə CM-nin 120.2.2-ci maddəsi ilə 10 il azadlıqdan artıq və ya aşağı müddətə məhrum etmə cəzası təyin olunmamalı, digər CM-nin 221.3-cü maddəsilə təyin olunan cəza isə CM-nin 120.2.2ci maddə ilə təyin olunan cəza ilə əhatə olunmaqla qəti cəza təyin edilməlidir. Belə ki, “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 30 iyun tarixli 4 №li qərarın 12-ci bəndinə əsasən yetkinlik yaşına çatanadək cinayət törətmiş şəxs barəsində CM-nin 63, 66 və 67-ci maddələrinin müddəalarına uyğun olaraq cəza təyin edilərkən nəzərə alınmalıdır ki, başa çatmış cinayətə görə cəzanın müddəti və miqdarı CM-nin 85-ci maddəsində nəzərdə tutulan həddən yuxarı ola bilməz. Bu baxımdan yetkinlik yaşına çatanadək cinayət törətmiş şəxs barəsində cinayətlərin və ya hökmlərin məcmusu üzrə cəza təyin edilərkən qəti cəza 10 il müddətinə azadlıqdan məhrumetmədən çox olmamalıdır. Məhkəmə göstərilənləri və Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində nəzərdə tutulan cəzanın məqsədlərinə nail olmaq məqsədilə ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 120.2.2 və 221.3-cü maddələri ilə CM-nin 85.5-ci maddəsinə əsasən cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs islah olunması onun cəmiyyətdən təcrid olunması yolu ilə mümkündür. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinin tələblərinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanır və təqsirləndirilən şəxsin ev dustaqlığında saxlanıldığı müddət onu həbsdə saxlama müddətinə daxildir. Həmin məcəllənin 158.3-cü maddəsinə əsasən şəxsin həbsdə, ev dustaqlığında saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Həmin Məcəllənin 158.3 və 158.6-cı maddələrinin tələblərinə əsasən isə şəxsin həbsdə saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə nəzərə alır ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.2 və 221.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini yetkinlik yaşına çatmayan dövrdə törətmiş, lakin hal hazırda o şəxsiyyət vəsiqəsində qeyd olunmuş məlumatlara əsasən yetkinlik yaşına çatmış şəxsdir. Məhmə nəzərə alır ki, “Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünün məhkəmələr tərəfindən təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 iyun 2002-ci il tarixli 2 saylı Qərarının 12-ci bəndinə əsasən yetkinlik yaşına çatmadığı dövrdə qəsdən cinayət törətmiş şəxs (o cümlədən xüsusilə ağır cinayət) hökm çıxarılan vaxt yetkinlik yaşına çatarsa və azadlıqdan məhrum etmə cəzasına məhkum edilərsə, o, cəzasını çəkmək üçün ümumi rejimli cəzaçəkmə müəssisəsinə göndərilməlidir. Belə olan halda Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəslərində çəkməlidir. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan halda iş üzrə maddi sübut olan və Bakı şəhəri Nərimanov rayon prokurorluğunda saxlanılan Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş bir ədəd qara rəngli cins şalvar, bir ədəd qara rəngli üzərində “DG” yazısı yazılmış köynək, bir ədəd ağ rəngli mayka, bir ədəd üzərində “Berrak” yazısı yazılan qara rəngli tuman, Zərərçəkmiş şəxs məxsus bir ədəd üzərində “Genesso” yazısı yazılmış qana bənzər maddə ilə bulaşmış göy rəngli qısaqol köynək, bir ədəd üzərində “performance UA” yazısı yazılmış qana bənzər maddə ilə bulaşmış ağ rəngli köynək, bir ədəd qara rəngli parça materialdan olan idman şalvarı, bir ədəd üzərində “Tommy Hilfiger” yazısı yazılan üzəri naxışlı qara rəngli tursik, bir cüt qara rəngli corab, bir cüt qara rəngli üzərində ağ rəngli naxışlar olan ayaqqabı, bir ədəd üzərində qara naxışlar olan mavi rəngli parça, hadisə yerində aşkar olunmuş qan ləkələrinin götürüldüyü 01 ədəd pambıq tampon, cinayətin aləti olmuş bir ədəd bıçaq məhv edilməli , DVD disklər iş üçün əhəmiyyət kəsb etdiyindən sübut növü kimi cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.2 və 221.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinməklə, Azərbaycan Respublikası CM-nin 120.2.2-ci maddəsi ilə 10 (on) il müddətə, CM-nin 221.3cü maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 24 iyun 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Nərimanov rayon prokurorluğunda saxlanılan Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş bir ədəd qara rəngli cins şalvar, bir ədəd qara rəngli üzərində “DG” yazısı yazılmış köynək, bir ədəd ağ rəngli mayka, bir ədəd üzərində “Berrak” yazısı yazılan qara rəngli tuman, Zərərçəkmiş şəxs məxsus bir ədəd üzərində “Genesso” yazısı yazılmış qana bənzər maddə ilə bulaşmış göy rəngli qısaqol köynək, bir ədəd üzərində “performance UA” yazısı yazılmış qana bənzər maddə ilə bulaşmış ağ rəngli köynək, bir ədəd qara rəngli parça materialdan olan idman şalvarı, bir ədəd üzərində “Tommy Hilfiger” yazısı yazılan üzəri naxışlı qara rəngli tursik, bir cüt qara rəngli corab, bir cüt qara rəngli üzərində ağ rəngli naxışlar olan ayaqqabı, bir ədəd üzərində qara naxışlar olan mavi rəngli parça, hadisə yerində aşkar olunmuş qan ləkələrinin götürüldüyü 01 ədəd pambıq tampon, cinayətin aləti olmuş bir ədəd bıçaq məhv edilsin, DVD disklər iş üçün əhəmiyyət kəsb etdiyindən sübut növü kimi cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rasim Sadıxov Hakimlər: Novruz Kərimov Leyla Əsgərova-Məmmədova
Məhkəmə qərarları › İş №1(101)-946/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-946/2024
14.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver