Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-946/2025 14.02.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X3 (sədrlik edən), X14 və X5 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx 1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, heç bir yerdə işləməmiş, subay, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, 05 mart 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 07 mart 2024-cü il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, 27 may 2024-cü il tarixdən 29 may 2024-cü il tarixədək təqsirləndirilən şəxs qismində saxlanılmış, 07 sentyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-552/2024 saylı, 09 sentyabr 2024-cü il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci, 234.4.2-ci və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda İran İslam Respublikasının vətəndaşı olması ehtimal edilən «Səccad» adlı şəxslə cinayət əlaqəsinə girib, qabaqcadan əlbir olub bir qrup şəxs halında, satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddələri və narkotik vasitələri əldə etmə, saxlama, daşınma və satması barədə razılığa gəlib, həmin cinayəti həyata keçirilməsi üçün istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı olması ehtimal olunan «Səccad» adlı şəxsdən, digər naməlum şəxslərə satmaq məqsədi ilə istintaqa məlum olmayan vaxtda və ünvandan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 1,373 qram psixotrop maddə metamfetamini, təmiz çəkisi 1,20 qram narkotik vasitə qurudulmuş marixuananı əldə edib saxlayaraq daşımış, 05 mart 2024-cü il tarixdə saat 17:00 radələrində özünü şübhəli apardığına görə Sabunçu RMl-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhic bağları 9-cu dalanda saxlanılaraq Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, ünvan 2 ünvanda yerləşən Sabunçu RPİ-nin 42-ci polis bölməsinin binasına gətirilmiş, orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli idman gödəkçəsinin sağ yan cibindən 4 bükümdə ayrı ayrılıqda 0,348 qram, 0,252 qram, 0,516 qram, 0,257 qram olmaqla ümumi təmiz çəkisi 1,373 qram xeyli miqdarda kustar üsulla hazırlanmış xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olan psixotrop maddə metamfetamin və 4 bükümdə ayrı ayrılıqda 0,44 qram, 0,22 qram, 0,25 qram, 0,29 qram olmaqla ümumi təmiz çəkisi 1,20 qram bitki mənşəli kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış tərkiblirinə görə eyni olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilib götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən istintaqa məlum olmayan vaxtda İran İslam Respublikasının vətəndaşı olması ehtimal edilən «Səccad» adlı şəxslə cinayət əlaqəsinə girib, qabaqcadan əlbir olub bir qrup şəxs halında, satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddələri və narkotik vasitələri əldə etmə, saxlama, daşınma və satması barədə razılığa gəlib, həmin cinayəti həyata keçirilməsi üçün istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı olması ehtimal olunan «Səccad» adlı şəxsdən, digər naməlum şəxslərə satmaq məqsədi ilə istintaqa məlum olmayan vaxtda və ünvandan qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 1845,0 qram narkotik vasitə qurudulmuş marixuananı, xeyli miqdarda təmiz çəkisi 0,923 qram psixotrop maddə metamfetamini, xeyli miqdarda təmiz çəkisi 0,536 qram narkotik vasitə heroini əldə edib saxlayaraq daşımış, 07 sentyabr 2024-cü il tarixdə saat 20.25 radələrində Azərbaycan Respublikası DİN-nin BNMİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində dənizkənarında saxlanılaraq orada «Vaz 2107» markalı avtomobilinə axtarış keçirilən zamanı avitomobilin qabağ oturacağın altında 2 ədəd bağlamada ayrı ayrılıqda 1000,0 qram, 845,0 qram olmaqla ümumi təmiz çəkisi 1845,0 qram küllü miqdarda bitki mənşəli kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış tərkiblərinə görə eyni olan narkotik vasitə qurudulmuş marixuana, bir bükümdə təmiz çəkisi 0,923 qram xeyli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, bir bükümdə təmiz çəkisi 0,536 qram xeyli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci, 234.4.2-ci və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitələrin istifadəsi ilə məşğul olduğu ərəfədə təxminən iki il olar ki, X10 ilə tanış olmuş və sonuncu ilə sevgili münasibətində olmuşlar. Solmaz özü də narkotik vasitələrin və psixotrop maddələrin istifadəsi ilə məşğul olmuşdur. Sonuncu istifadə etdiyi narkotik vasitələri və psixotrop maddələri İran İslam Respublikasının vətəndaşı “Səccad” adlı şəxsdən almışdır. O da həmçinin narkotik vasitələrin istifadəsi ilə məşğul olduğuna görə Solmaz onu İran İslam Respublikasının vətəndaşı “Səccad” adlı şəxslə tanış etmiş, ona Səccadın istifadəsində olan +98914 *** ** ** saylı nömrəni vermişdir. 2024-cü ilin yanvar ayında X10 narkotik vasitətələrin istifadəsi ilə məşğul olduğuna görə polis əməkdaşları tərəfindən tutulmuş və barəsində Sabunçu RPİ-nin istintaq şöbəsində cinayət işi başlanmış, hazırda azadlıqdan məhrum edilmişdir. Sonuncu 2024-cü ilin yanvar ayında həbs olunandan sonra o, İran İslam Respublikasının vətəndaşı “Səccad” adlı şəxslə əlaqə saxlayıb sonuncudan müxtəlif növlü narkotik vasitələri və psixotrop maddələri almışdır. Səccadı heç vaxt görməmiş, yalnız «whatsapp» yazışmaları ilə əlaqə saxlamışdır. 05 mart 2024-cü il tarixdə günorta vaxtlarında Səccadla əlaqə saxlayıb narkotik vasitələri və psixotrop maddələri əldə etmək üçün Binəqədi rayonun ərazisinə getmişdir. Sonuncu lokasiyanı göndərmiş, o, işarələnmiş şəkillə həmin yeri tapıb orada gizlədilmiş bir paketdə 4 ədəd bükümdə olan psixotrop maddə metamfetamini, 4 ədəd bükümdə olan narkotik vasitə quruldulmuş marixuananı götürmüşdür. Narkotik vasitələri və psixotrop maddələri götürüb Nardaran qəsəbəsinə qayıdanda saat 17:00 radələrində Nardaran qəsəbəsi Ləhic bağları 9-cu dalanda olduğum zaman üzərində olan psixotrop maddə metamfetaminin bir bükümünü istifadə etmək istəmiş, həmin vaxt iki nəfər polis əməkdaşları yaxınlaşıb özünü şübhəli apardığını bildirərək ondan şəxsiyyətini təsdiq edən sənədi təqdim etməyini tələb etmişlər. Üzərində narkotik vasitə qurudulmuş marixuana və psixotrop maddə metamfetamin olduğuna görə qorxmuş, buna görə sonunculardan iti addımlarla uzaqlaşmağa saxlayan zaman, həmin şəxslər onu saxlayıb Sabunçu RPİ-nin 42-ci polis şöbəsinə gətirmişlər. Polis şöbəsinin inzibati binasında polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra dəvət olunmuş vəkilin iştirakı ilə hüquq və vəzifələri izah olunmuş, bundan sonra üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. O, axtarışda vəkilinin iştirak etməsini istəməmişdir. Vəkil bölmənin xidməti otağından çıxanda üzərində videoçəkiliş ilə axtarış keçirilmiş və axtarış zamanı əynində olan qara rəngli idman gödəkçəsinin sağ yan cibindən bir ədəd selofan paketində içərisində 4 bükümdə narkotik vasitə qurudulmuş marixuana və 4 büküm psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Bundan əlavə olaraq şəxsi axtarış zamanı üzərindən bir ədəd ***-***-**-** istifadə etdiyi “Honor” markalı mobil telefon aparatı aşkar olunaraq götürülmüşdür. Digər epizod üzrə üzrə özünü qismən təqsirli bilir. Belə ki, üzərində narkotik vasitə olsa da ittihamda qeyd edilən miqdarda olmayıb. Belə ki 05 sentyabr 2024-cü il tarixdə günorta saatlarında yenə də «whatsapp» vasitəsi ilə İran İslam Respublikasının vətəndaşı “Səccad” adlı şəxslə əlaqə saxlamış və sonuncudan narkotik vasitə istəmişdir. 05 sentyabr 2024-cü il tarixdə axşam saat 18:00 radələrində idarə etdiyi ağ rəngli “Vaz 2107” markalı **-CE-*** dövlət nömrə nişanlı avtomobil ilə Səccadın tələbi əsasında göndərilmiş lokasiya üzrə Abşeron rayonu, Masazır qəsəbəsi deyilən yerə gedib orada göndərilmiş işarə olunan fotoşəkildə göstərilən iki ədəd selofan torbada olan yapışqan lentlə bağlanmış içərisində narkotik vasitə qurudulmuş marixuananı götürmüşdür. 07 sentyabr 2024-cü il tarixdə axşam saatlarında tanışı X11 ilə görüşüb Pirşağı qəsəbəsinə dəniz kənarına getmişlər. Sonuncunun avtomobilində narkotik vasitə olmasında xəbəri olmamışdır. Nərminlə birlikdə maşının içərisində oturan zaman polis əməkdaşı onlara yaxınlaşmış və qapını açıb ona yumruq zərbəsi vurmuşdur. Ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, narkotik vasitələrdən təxminən 2-3 ildir ki, istifadə edir. Adətən istifadə etdiyi narkotik vasitə marixuanadır. “Səccad” adlı İran vətəndaşının onun üçün yerləşdirdiyi, içərisində narkotik vasitə olan bağlamaya 500-600 manat pul vermişdir. O, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmayıb. Polis idarəsində olarkən polis əməkdaşları tərəfindən ona fiziki və psixi təzyiq göstərilib. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1-ci, 234.4.2-ci və 234.4.3-cü maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri özünün qismən etirafedici ifadəsi ilə yanaşı aşağıda göstərilən sübutlarla təsdiq edilir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis mayoru Şahid1 ifadəsində göstərmişdir ki, 07 sentyabr 2024-cü il tarixdə İdarəyə daxil olmuş əməliyyat məlumatında göstərilmişdir ki, ünvan 4 ünvanda qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin istifadəsi və satışı ilə məşğul olur. Həmin məlumata əsasən polis idarəsində əməliyyat qrupu yaradılmışdır. 07 sentyabr 2024-cü il tarixdə, saat 20.25 radələrində keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs tərəflərindən Sabunçu rayonu Pirşağı qəsəbəsində dənizkənarında ağ rəngli «Vaz 2107» markalı **-CE-*** dövlət nömrə nişanlı avtomobilin yaxınlığında saxlanılmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs yanında özünü onlara X6 təqdim edən bir qadın olmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olduğu barədə əməliyyat məlumatında X8 adı qeyd olunmamışdır. Təqsirləndirilən şəxs saxlanılan zamanı videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmiş, keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən bir ədəd «Honor» markalı mobil telefon aparatı götürülmüş, həmin mobil telefon aparatının üzərində ***-***-**-** saylı sim nömrə istifadə olunmuşdur. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin mobil telefon aparatı və nömrə onun özünə məxsusdur, özü istifadə edir. Bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi ağ rəngli «Vaz 2107» markalı **-CE-*** dövlət nömrə nişanlı avtomobilinə baxış keçirilən zamanı avtomobilin salonunda qabağ sağ oturacağının altından 2 ədəd bağlama aşkar olunmuşdur. Həmin bağlamalar tərəflərindən elektron tərəzidə ölçülmüş və hər iki bağlamanın ümumi çəkisi 1 (bir) kiloqram 923 (doqquz yüz iyirmi üç) qram müəyyən olunmuşdur. Həmin bağlamaların içərisində spesifik iyli tünd yaşıl rəngli ota oxşar olan maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs bildirmişdir ki həmin maddə narkotik vasitə qurudulmuş marixuanadır, həmin narkotik vasitəni sosial şəbəkələrdə tanış olduğu İran İslam Respublikasının vətəndaşı «Səccad» adlı şəxsdən almışdır. Təqsirləndirilən şəxs bildirmişdir ki, “Səccad” adlı şəxs təxminən 2 gün əvvəl ona həmin narkotik vasitəni göndərmişdir, o da narkotik vasitəni Masazır deyilən yerdən küçədən lokasiya vasitəsi ilə götürmüşdür. “Səccad” adlı şəxs ona həmin narkotik vasitəni göndərəndə «whatsapp» vasitəsi ilə onunla əlaqə saxlayaraq bildirmişdir ki, narkotik vasitə qurudulmuş marixuananı hissə-hissə bölüb deyilən yerlərə qoymalıdır, buna görə də narkotik vasitəni paylayıb qurtarandan sonra Səccad ona 2000 manat məbləğində pulu verməyə söz vermişdir. Təqsirləndirilən şəxs həmin şərtlərə razılaşmışdır. Təqsirləndirilən şəxs bildirmişdir ki, yanında olan Nərmin Babayeva tanışıdır, “Səccad” adlı şəxsi tanımır, Nərminlə aralarında narkotik vasitələrin alışı, satışı, istifadəsi mövzusu barədə heç bir söhbətlər olmayıb, avtomobilindən aşkar olunaraq götürülmüş iki bağlamada olan narkotik vasitə qurudulmuş marixuananın olduğundan xəbərsiz olmuşdur. X22 Kərimovun dediklərini təsdiq edərək Mehdinin avtomobilindən aşkar olunaraq götürülmüş narkoitik vasitədən məlumatsız olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs avtomobilindən aşkar olunaraq götürülmüş iki bağlamada olan narkotik vasitə qurudulmuş marixuana qablaşdırılaraq götürülmüş, Təqsirləndirilən şəxs BNMİ-nin inzibati binasına gətirilmiş, yanında olan Nərmin Babayeva isə izahatın alınması məqsədi ilə idarəyə dəvət olunmuşdur. İdarənin xidməti otağında Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş, dövlət tərəfindən vəkillə təmin olunaraq hüquq və vəzifələri izah olunmuş, bundan sonra iş üzrə məhkəmə bioloji ekspertizası təyin olunmuşdur. Ekspertizanın tədqiqatından sonra müəyyən olumuşdur ki, Təqsirləndirilən şəxs avtomobilində iki bağlamada olan maddə narkotik vasitə qurudulmuş marixuanadır, həmin bağlamaların birində isə bir büküm 0,923 qram çəkidə psixotrop maddə metamfetamin və bir bükümdə 0,536 qram narkotik vasitə heroindir. Təqsirləndirilən şəxs saxlanılan zamanı ona güc tətbiq olunmayıb. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid2 Şahid1 ifadəsini təsdiq edərək sonuncu ilə anoloji məzmunlu ifadə vermişdir. Cinayət işinin ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Sabunçu Rayon Mühafizə İdarəsinin polis nəfəri Şahid4 ifadəsində göstərmişdir ki, 05 mart 2024-cü il tarixində, saat 16 radələrində xidmət yoldaşı, polis nəfəri, polis serjantı Şahid3 birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhic bağları, 9-cu dalanda xidmət apardıqları zaman bir nəfər şəxsin dayandığını, özünü şübhəli apardığını görüb sonuncuya yaxınlaşmışlar. Özlərini təqdim edərək Sabunçu RMİ-nin əməkdaşları olduqlarını bildirmiş və həmin şəxsdən özünü təqdim etməsini xahiş etmişlər. Bu zaman həmin şəxs həyəcanlı şəkildə özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Onlar sonuncudan şəxsiyyətini təsdiq edən sənədi təqdim etməsini xahiş etmişlər. Təqsirləndirilən şəxs üzərində şəxsiyyət vəsiqəsinin olmadığını bildirərək tələsdiyini deyərək onlardan yayınmağa çalışmışdır. Təqsirləndirilən şəxs özünü həyəcanlı aparmasından şübhələnmiş və sonuncuya şəxsiyyətinin dəqiqləşdirilməsi üçün bölməyə getməyi təklif etmişlər. Bu zaman Təqsirləndirilən şəxs həyəcanlı şəkildə təkrarən tələsdiyini deyərək oradan getmək istəmişdir. Ancaq onlar Təqsirləndirilən şəxs hərəkətlərindən şübhələnmiş və üzərində qanunla əldə edilməsi, saxlanılması, daşınması qadağan edilən maddə, əşya və ya predmet olması ehtimalını nəzərə alaraq birlikdə Sabunçu RPİ-nin 42-ci PB-nə getməyi tələb etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs onlarla razılaşmış və Sabunçu RPİ-nin 42-ci PB-nə gemişdir. Bölmədə Təqsirləndirilən şəxs şəxsiyyəti barədə məlumatlar dəqiqləşdirilmiş və sonuncunun gətirilməsi ilə bağlı raport yazaraq bölmənin Növbətçi hissəsinə təqdim etmişlər. Raport üzrə araşdırmanın aparılması bölmənin baş təhqiqatçısı, polis mayoru Zaur Quliyevə həvalə edilmişdir. Zaur Quliyev tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması ilə bağlı qərar qəbul edilmiş, sonuncuya şübhəli şəxs qismində tutulması ilə bağlı hüquq və vəzifələri izah edilərək dövlət hesabına müdafiəçi dəvət edilmişdir. Müdafiəçi X13 gəldikdən sonra baş təhqiqatçı Zaur Quliyev tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş və barəsində şəxsi axtarış aparılacağı izah edilərək bununla bağlı qərar qəbul edilmişdir. Qərar qəbul edildikdən sonra Təqsirləndirilən şəxs şəxsi axtarışın videoçəkilişlə həyata keçiriləcəyi bildirilərək etirazının olub-olmaması soruşulmuş. Təqsirləndirilən şəxs videoçəkilişlə, vəkilinin iştirakı olmadan şəxsi axtarışın keçirilməsinə etirazının olmadığını bildirdikdən sonra üzərində qanunla saxlanılmasına icazə verilməyən maddə, əşya və predmetin olub-olmaması soruşulmuş və olduğu halda təqdim etməsi təklif edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman sviterinin sağ yan cibindən 01 ədəd sellofan paketi təqdim etmiş, həmin paketdən 04 ədədindən yaşılımtıl rəngli bitki mənşəli maddə, 04 ədədindən isə ağ rəngli kristal şəkilli maddələr olan, ümumilikdə 08 ədəd xırda bükümlər aşkar edilmişdir. Təqsirləndirilən şəxs bükümdə olan maddələrin nə olduğu soruşulan zaman o, bükümdə olan maddələrin “nəşə” və “patı-daş” olduğunu, onu 05 mart 2024-cü il tarixdə tanımadığı İran İslam Respublikası vətəndaşının 20 manat müqabilində ona Binəqədi rayonu ərazisindən göndərdiyi məkana gedərək götürdüyünü bildirmiş, bundan sonra aşkar edilmiş maddələr baş təhqiqatçı Zaur Quliyev tərəfindən qablaşdırılmış, daha sonra müvafiq protokol tərtib edilmişdir. Cinayət işinin ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Sabunçu Rayon Mühafizə İdarəsinin polis nəfəri Şahid3 Şahid4 ifadəsini təsdiq edərək istintaq zamanı eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan DVD diskə məhkəmə iclasında baxış keçirilərkən, həmçinin “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına və avtomobilinə baxış keçirilməsinə dair” 07 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası DİN-nin BNMİ-nin əməkdaşları saxlanılan şəxs Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunduqdan sonra Bakı şəhəri Sabunçu rayonu Pirşağı qəsəbəsi dənizkənarı ərazidə Təqsirləndirilən şəxs üzərinə və “Vaz 2107” markalı **-CE-*** dövlət nömrə nişanlı avtomobilinə axtarış keçirilir və axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarının cibindən bir ədəd “Honor” markalı mobil telefon aparatı (Təqsirləndirilən şəxs videoçəkiliş zamanı bildirir ki, həmin mobil telefon aparatının üzərində ***-***-**-** sim nömrə istifadə olunur) “Vaz 2107” markalı **-CE-*** dövlət nömrə nişanlı avtomobilin salonundan qağab sağ oturacağın alt hissəsində iki ədəd bağlamada içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər olan maddə aşkar olunaraq götürülür. Videoçəkiliş zamanı Təqsirləndirilən şəxs bala əli oğlu bildirir ki, onun avtomobilindən aşkar olunaraq götürülmüş iki bağlamada olan maddə narkotik vasitə qurudulmuş marixuanadır, həmin narkotik vasitəni 2 gün əvvəl Abşeron rayonunu Masazır ərazisindən götürmüşdür, həmin narkotik vasitəni ona sosial şəbəkəsi vasitəsi ilə tanış olduğu İran İslam Respublikasının vətəndaşı “Səccad” adlı şəxs göndərmiş, aralarında olan razılaşmaya əsasən, həmin narkotik vasitə qurudulmuş marixuananı Səccadın göstərişi əsasında ona deyilən məkanlara qoymalı, bunun müqabilində Səccad ona 2000 manat məbləğində pul verməli idi. Həmin videogörüntüdə Təqsirləndirilən şəxsla birlikdə saxlanılan X4 Kərimovun avtomobilində aşkar olunaraq götürülmüş narkotik vasitə qurudulmuş marixuanadan xəbərsiz olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs Nərmin Babayevanın dediklərini təsdiq edərək Nərmin Babayevanın göstərilən cinayətdən xəbərsiz olduğunu göstərmişdir. Cinayət işinin materiallarında olan DVD diskə məhkəmə iclasında baxış keçirilərkən, həmçinin 05 mart 2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra Sabunçu RPİ-nin 42-ci PB-nin inzibati otaqlarından birində onun üzərinə şəxsi axtarış aparılmazdan əvvəl baş təhqiqatçı, polis mayoru Zaur Quliyev polis əməkdaşlarına, daha sonra saxlanılan Təqsirləndirilən şəxs özlərini təqdim etməsini bildirilir. Bundan sonra Təqsirləndirilən şəxs özünü təqdim edir və ondan saxlanılmasının səbəblərinin ona aydın olub-olmaması soruşulur. O, narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz əldə etməkdə, üzərində gəzdirməkdə şübhəli olduğu üçün saxlanılmasının ona aydın olduğunu bildirir. Bundan sonra Təqsirləndirilən şəxs özünün xahişi ilə vəkilinin iştirakı olmadan, eləcə də videoçəkilişlə şəxsi axtarış keçiriləcəyi bildirilir və bununla bağlı etirazının olub-olmaması soruşulur. Təqsirləndirilən şəxs etirazının olmadığını bildirdikdən sonra üzərində qanunla saxlanılmasına icazə verilməyən maddə, əşya və ya predmetin olub-olmaması soruşulur və olduğu halda təqdim etməsi təklif edilir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman sviterinin sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofanı təqdim edir. Həmin sellofana baxış keçirilən zaman ümumilikdə 08 ədəd büküm aşkar edilir. Polis mayoru Zaur Quliyev tərəfindən bükümdə olan maddələrin nə olduğu soruşulur, o, bükümdəki maddənin “nəşə” və “patı-daş” olduğunu, onu 05 mart 2024-cü ii tarixdə tanımadığı İran İslam Respublikası vətəndaşının 20 manat müqabilində ona Binəqədi rayonu ərazisindən göndərdiyi məkana gedərək götürdüyünü bildirir. Bükümlərə baxış keçirildiyi zaman 04 ədəd bükümdən yaşılımtıl rəngli bitki mənşəli maddə, 04 ədəd bükümdən isə ağ rəngli kristal şəkilli maddə aşkar edildi. Cinayət işinin materiallarında olan məhkəmə kimyəvi ekspertizasının 06 mart 2024cü il tarixli 3-16-16/2-6/1334 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 4 (dörd) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,348 qram, 0,252 qram, 0,516 qram, 0,257 qram ümumi təmiz çəkisi 1,373 qram ağ rəngli kristalşəkilli maddələr xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Ekspertiza tədqiqatından sonra psixotrop maddə metamfetaminin qalan təmiz çəkisi 1,173 qram müəyyən olmuşdur. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. Cinayət işinin materiallarında olan məhkəmə bioloji ekspertizasının 06 mart 2024-cü il tarixli 3-16-16/2-7/369 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 4(dörd) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,44 qram, 0,22 qram, 0,25 qram, 0,29 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddəlr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə -qurudulmuş marixuanadır. Həmin marixuananın ümumi çəkisi 1,20 qramdır. Tədqiqata təqdim olunmuş 4(dörd)ədəd şəffaf sellofan bükümlərdə olan marixuanalar tərkiblərinə görə eynidirlər. Ekspertiza tədqiqatından sonra narkotik vasitə qurudulmuş marixuananın qalan təmiz çəkisi 1,12 qram müəyyən olmuşdur. Cinayət işinin materiallarında olan məhkəmə fiziki-kimyəvi və bioloji ekspertizasının 08 sentyabr 2024-cü il tarixli 3-16-16/2-6/4503-7/1499 saylı rəyində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs götürülmüş 2 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 1000,0 qram, 845,0 qram ümumi təmiz çəkisi 1845,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır, həmin marixuana kütlələri bioloji tərkibinə və xarici görünüşlərinə görə öz aralarında eynilik təşkil edirlər; 01 ədəd bükümdə təmiz çəkisi 0,923 qram olan ağ rəngli , kristalşəkilli maddələr kustar üsulla nazırlanmış psixotrop maddə metamfetaminldir; 01 ədəd bükümdə təmiz çəkisi 0,536 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Ekspertiza tədqiqatından sonra narkotik vasitə qurudulmuş marixuananın qalan təmiz çəkisi 1844,8 qram, psixotrop maddə metamfetaminin qalan təmiz çəkisi 0,873 qram, narkotik vasitə heroinin qalan təmiz çəkisi 0,486 qram müəyyən olmuşdur. Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizanın 3730 saylı xx.xx.2024-cü il tarixli rəyinə əsasən Təqsirləndirilən şəxs opioidlərin və Psixostimulyatorların qəbulu nəticəsində asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan “Mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, 01 ədəd «Honor» markalı mobil telefon aparatına baxış keçirilərkən müəyyən olunur ki, həmin mobil telefon aparatının üzərində ***-***-**-** saylı sim nömrəsi var, mobil telefon aparatının «whatsapp» yazışmaları pozulmuşdur, kontaktlar bölməsində «Aydın K +98 *** *** ** **», «Ehmed İ.r +98 *** *** ** **», «İra +98 *** *** ** **», «Meryem Bacı +98 *** *** ** **», «Set +98 *** *** ** **», «Seccat +98 *** *** ** **» cəmi 6 ədəd İran İslam Respublikasına aid olan nömrələr mövcuddur. Cinayət işinin materiallarında olan “Mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, bir ədəd «Honor» markalı mobil telefon aparatına baxış keçirilərkən müəyyən olmuşdur ki, həmin mobil telefon aparatının üzərində ***-***-**-** saylı sim nömrəsi var, mobil telefon aparatının «whatsapp» yazışmaları pozulmuşdur, kontaktlar bölməsində «Set +98 *** *** ** **», «Seccat +98 *** *** ** **» cəmi 2 ədəd İran islam Respublikasına aid olan nömrələr mövcuddur. Cinayət işinin materiallarına əlavə olunmuş "xxxx" MMC-dən götürülmüş bir ədəd CD diskə olan məlumatlara baxış keçirilərkən müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı nömrəsinə daxil olan sms mətnlərdən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olur. Belə ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı nömrəyə aşağıdakı məzmundan ismarıclar göndərilmişdir: “1 qram ot düzəlt......ayrı ayrı.....2 qram ot düzəlt”, “Bir bas ot harasa çıx qoy”, “3dənə bir bas ot birde 01 kola cox yoxa 01”, “Bir bas ot am manatlıq kola 10 manatlıq das duzelt qoy tukanın qabagna sahibcun”. “5 qram ot duzelt xeber ele mene tez”, “Guli oyaqsan Sa 1 Cekimlik verde banqa gedecem”, “Guli 2dene 10 das duzeler”, “Qaqa 50 manatlıq basıva donerem 80 manat varlaridi yol pulu 28 manat edir”, “Hemenkiyerde di kola xaladennikdə”, “Guli 3dene yari das 120manat var duzeler”, “ne olacaq əlməstanmənim pulmu atıb sizə qaldığnız yeridə bilirəm”, “Qaqas teli AC heden yoxdan dede 15m bir maliyeti yoxdu. Ye. 15m bele pul deyildiki durub adami aldadasan”, “Neyseye qaqas Adam drazit olur dedin kelmem kelmedi verecem yeqin ki buvaxda kimi coxdan goturmus olarsan ev azinan bir cavab de adami itizarda qoyma” Cinayət işinin materiallarında olan Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Kərimov X9 rayon məhkəməsinin xx.xx.2017-cİ il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1,177.2.2,177.2.3,177.2.4-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törətməsində təqsirli bilinib 03 il 03 ay müddətində azadlıqdan məhrum edilmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci, 234.4.2-ci və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi özü tərəfindən inkar edilsə də şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, narkotik vasitələrin satışı ilə məşğul olmaması, 07 sentyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutularkən üzərində ittiham aktında qeyd edilmiş miqdarda narkotik vasitələrin və psixotrop olmaması, polis əməkdaşları tərəfindən fiziki və psixi təzyiqlərə məruz qalması barədə Təqsirləndirilən şəxs ifadəsi işdə olan sübutlarla təsdiq olunmadığına görə qəbul edilə bilməz və özünümüdafiə məqsədi ilə verilmiş sayılmalıdır. Belə ki, iş materiallarından 07 sentyabr 2024-cü il tarixdə videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış və baxış zamanı aşkar edilmiş, qablaşdırılıb üzəri imzalanaraq möhürlənmiş bir ədəd zərfdəki bükümlərin və bir ədəd papirosun narkotik vasitə tərkibli olub-olmamasının müəyyən edilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə göndərilməsi və məhkəmə fiziki-kimyəvi və bioloji ekspertizasının 08 sentyabr 2024-cü il tarixli 3-16-16/2-6/4503-7/1499 saylı ekspert rəyinə əsasən ekspertiza təhqiqatına göndərilmiş 2 ədəd bükümlərdə narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananın ümumi təmiz çəkisinin 1845,0 qram, 01 ədəd bükümdə ağ rəngli, kristalşəkilli maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin təmiz çəkisi 0,923 qram və 01 ədəd bükümdə qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroinom təmiz çəkisinin 0,536 qram olması təşkil etməsi müəyyən olunur. Bundan başqa “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının 26-cı bəndinə əsasən, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini mötəbər sübut qismində qəbul edir və sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsindən də görünür ki, təxminən 3 ildir ki, narkotik vasitələrin və psixotrop maddələrin istifadəsi ilə məşğul olmağa başlamışdır. Narkotik vasitələrin istifadəsi ilə məşğul olduğu ərəfədə o təxminən iki il olar ki, X10 ilə tanış olmuşdur və Solmazla oğlan-qız münasibətində olurdular. Solmaz özü də narkotik vasitələrin və psixotrop maddələrin istifadəsi ilə məşğul olurdu. Solmaz istifadə etdiyi narkotik vasitələri və psixotrop maddələri İran İslam Respublikasının vətəndaşı «Səccad» adlı şəxsdən alırdı. O, özü də narkotik vasitələrin istifadəsi ilə məşğul olduğuna görə Solmaz onu İran İslam Respublikasının vətəndaşı «Səccad» adlı şəxslə tanış etmişdir. Solmaz ona Səccadın istifadəsində olan +98914 ***- **-** saylı nömrəni vermişdir. O da Səccadla «whatsapp» vasitəsi ilə əlaqə saxlamağa başlamışdır. 2024-cü ilin yanvar ayında X10 narkotik vasitətələrin istifadəsi ilə məşğul olduğuna görə polis əməkdaşları tərəfindən tutulmuş və barəsində Sabunçu RPİ-nin istintaq şöbəsində cinayət işi başlanmışdır. Solmaz Nəcəfova hazırda azadlıqdan məhrum edilmişdir və onun Solmazla əlaqəsi yoxdur. Solmaz 2024-cü ilin yanvar ayında həbs olunandan sonra o, İran İslam Respublikasının vətəndaşı «Səccad» adlı şəxslə əlaqə saxlayıb sonuncudan müxtəlif növlü narkotik vasitələri və psixotrop maddələri alırdı. Səccadı heç vaxt görməmiş, sonuncu ilə yalnız «whatsapp» yazılmaları ilə əlaqə saxlamışdır. Rəsmi olaraq heç bir yerdə işləmədiyinə görə o, narkotik vasitələri əldə etmək üçün öz tələbatlarını ödəməyə çətinlik çəkməyə başlamış, Səccad da ona iş təklif edib bildirmişdir ki, ona narkotik vasitələri və psixotrop maddələri göndərəcək, o, həmin maddələri götürüb özündə saxlayacaq, Səccadın göstərişi ilə həmin narkotik vasitələri və psixotrop maddələri Səccadın ona dediyi məkanlara gizlədib həmin yerlərin lokasiyalarını və işarələnmiş fotoşəkilləri çəkib Səccada göndərməliydi. Sonuncu ona demişdir ki, pulun əvəzinə də ona narkotik vasitələri verəcək ki, o, həmin vasitələri istifadə etsin, bu işi gördüyünə görə əldə etdiyi narkotik vasitələrə pul xərcləməyəcək. O, sonuncu ilə razılaşmışvə bu şərtlə Səccadla işləməyə başlamışdır. Sonuncu ilə istifadəsində olan +98 *** *** ** **, +98 938 *** ** ** saylı nömrələri ilə «whatsapp» vasitəsi ilə əlaqə saxlamış, o özü isə ***-***-**-** saylı nömrəni istifadə edirdi. Sonuncu ilə danışandan sonra təhlükəsizlik baxımdan «whatsapp» yazışmaları pozurdu. 05 mart 2024-cü il tarixdə günorta vaxtlarında o, Səccadla əlaqə saxlayıb narkotik vasitələri və psixotrop maddələri əldə etmək üçün Binəqədi rayonun ərazisinə getmişdir. Səccad ona lokasiyanı göndərmış və o, işarələnmiş şəkillə həmin yeri tapıb orada gizlədilmiş bir paketdə 4 ədəd bükümdə olan psixotrop maddə metamfetamini, 4 ədəd bükümdə olan narkotik vasitə quruldulmuş marixuananı götürmüşdür. Həmin narkotik vasitələri Səccad ona göndərdi ki, öz üzərində saxlasın, bir hissəsini özünə götürsün, qalan hissəni isə ona deyilən məkanlara yerləşdirsin. O, narkotik vasitələri və psixotrop maddələri götürüb Nardaran qəsəbəsinə qayıdanda saat 17:00 radələrində Nardaran qəsəbəsi, Ləhic bağları 9-cu dalanda olduğu zaman, üzərində olan psixotrop maddə metamfetaminin bir bükümünü istifadə etmək istəmiş, həmin vaxt ona iki nəfər polis əməkdaşları yaxınlaşıb özünü şübhəli apardığını ona bildirərək ondan şəxsiyyətini təsdiq edən sənədi onlara təqdim etməyini tələb etmişlər. Onun üzərində narkotik vasitə qurudulmuş marixuana və psixotrop maddə metamfetamin olduğuna görə qorxmuş, buna görə onlardan iti addımlarla uzaqlaşmağa başlayanda, həmin şəxslər onu saxlayıb Sabunçu RPİ-nin 42-ci polis şöbəsinə gətirmişlər. Polis şöbəsinin inzibati binasında o, polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra dəvət olunmuş vəkilin iştirakı ilə ona hüquq və vəzifələri izah olunmuşdur. Sonra ona bildirilmişdir ki, üzərinə şəxsi axtarış keçiriləcək və o vəkilin həmin axtarışda iştirak etməsini istəməmişdir, çünki üzərində narkotik vasitə qurudulmuş marixuana və psixotrop maddə metamfetamin saxlanılmışdır. Vəkil bölmənin xidməti otağından çıxanda üzərinə videoçəkilişlə axtarış keçirilmiş və axtarış zamanı əynində olan qara rəngli idman gödəkçəsinin sağ yan cibindən bir ədəd selofan paketində içərisində 4 bükümdə narkotik vasitə qurudulmuş marixuana və 4 büküm psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Bundan əlavə olaraq şəxsi axtarış zamanı üzərindən bir ədəd ***-***-**-** istifadə etdiyi «Honor» markalı mobil telefon aparatı aşkar olunaraq götürülmüşdür. Polis əməkdaşlarının suallarına cavab verərək üzərindən aşkar olunaraq götürülmüş 4 bükümdə narkotik vasitə qurudulmuş marixuananı və 4 bükümdə psixotrop maddə metamfetamini tanımadığı İran İslam Respublikasının vətəndaşından öz istifadəsi üçün 20 manata aldığını bildirmişdir. Bundan sonra barəsində Sabunçu RPİ-nin istintaq şöbəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanılmış və o, həmin iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və barəsində başqa yerə getməmək haqqında iltizam növlü qətimkan tədbiri seçilmişdir. Barəsində cinayət işinin istintaqının aparıldığına baxmayaraq o, yenə də narkotik vasitələrin və psixotrop maddələrin istifadəsi ilə məşğul olmağa davam etmişdir. Belə ki, 05 sentyabr 2024-cü il tarixdə günorta saatlarında o, yenə də «whatsapp» vasitəsi ilə İran İslam Respublikasının vətəndaşı “Səccad” adlı şəxslə əlaqə saxlamış və sonuncu ona demişdir ki, ona iki kiloqrama yaxın, iki ədəd bağlamada narkotik vasitə qurudulmuş marixuananı göndərəcək, həmin narkotik vasitəni götürüb özündə saxlamalıdır, narkotik vasitənin bir hissəsini özü qəbul edib istifadə edə bilər, digər hissəni isə ona dediyi məkanlara gizlətməlidir və həmin məkanların lokasiyanı və işarələnmiş fotoşəkillərini ona göndərməlidir, buna görə də o, bu işi bitirəndən sonra ona 2000 manat məbləğində pulun verəcəyini bildirmişdir. O, sonuncu ilə razılaşmış və 05 sentyabr 2024-cü il tarixdə, axşam saat 18:00 radələrində idarə etdiyi ağ rəngli «Vaz 2107» markalı **-CE-*** dövlət nömrə nişanlı avtomobili ilə Səccadın tələbi əsasında ona göndərilmiş lokasiya üzrə Abşeron rayonu, Masazır qəsəbəsi deyilən yerə gedib orada ona göndərilmiş işarə olunan fotoşəkildə göstərilən iki ədəd selofan torbada olan yapışqan lentlə bərkidilmiş vəziyyətdə olan içərisində narkotik vasitə qurudulmuş marixuannanı götürmüşdür. Bağlamaların yoxlamaq üçün birini götürüb açaraq oradan qurudulmuş marixuananın bir hissəsini özü üçün götürmüşdür. Bundan sonra həmin narkotik vasitələri avtomobilinin salonunda qabağ sağ oturacağın altına gizlətmişdir. 07 sentyabr 2024-cü il tarixdə, axşam saatlarında tanışı X11 ilə görüşüb Pirşağı qəsəbəsinə dəniz kənarına getmişdir. Həmin vaxt o, idarə etdiyi ag rəngli «Vaz 2107» markalı **-CE-*** dövlət nömrə nişanlı avtomobili ilə olmuşdu və 05 mart 2024-cü il tarixdə saat 18:00 radələrində Masazır qəsəbəsindən götürdüyü, Səccadın ona göndərdiyi iki ədəd bağlamada olan narkotik vasitə qurudulmuş marixuananı avtomobilinin qabağ sağ oturacağın altında gizlətmişdir. X1 xəbəri olmamışdır ki, avtomobilində narkotik vasitə saxlanılır. Nərminlə birlikdə dəniz kənarına gəlib avtomobildən düşüb avtomobilimin ətrafında gəzişib söhbət edən zamanı onlara 3 nəfər mülkü geyimdə olan şəxslər yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim etmişlər. Həmin polis əməkdaşları ona bildirmişdir ki, o, narkotik vasitələrin istifadəsində və satışında şübhəlidir. Sonuncular videoçəkiş apararaq onun üzərinə şəxsi axtarış aparmağa başlamışlar. O, etiraz etmədiyinə görə həmin şəxslər onun üzərinə şəxsi axtarış aparan zamanı ona məxsus olan ***-***-**-** saylı nömrə ilə istifadə etdiyi bir ədəd «Honor» markalı mobil telefon aparatı aşkar olunaraq götürülmüşdür. Həmin vaxt üzərindən heç bir qeyri-qanuni əşya aşkar olunmamışdır. Bundan sonra polis əməkdaşları onun razılığı ilə idarə etdiyi ağ rəngli «Vaz 2107» markalı **-CE-*** dövlət nömrə nişanlı avtomobilinə baxış keçirən zamanı avtomobilinin salonunda olan qabaq sağ oturacağın altında iki ədəd bağlamada narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. O, polis əməkdaşlarına bildirmişdir ki, həmin maddə narkotik vasitə qurudulmuş marixuanadır. Həmin narkotik vasitəni ona tanışı İran İslam Respublikasının vətəndaşı Səccad vermişdir, o, marixuananı iki gün əvvəl yəni 05 sentyabr 2024-cü il tarixdə Abşeron rayonu Masazır qəsəbəsindən götürmüşdür. Səccadla aralarında olan razılaşmaya əsasən həmin narkotik vasitəni Səccadın ona dediyi yerlərə qoymalı idi, bu işi bitirəndən sonra isə Səccad ona 2000 manat məbləğində pulu göndərməyə söz vermişdir. Bundan sonra onun avtomobilindən aşkar olunaraq götürülmüş iki ədəd bağlamada olan narkotik vasitə qurudulmuş marixuana qablaşdırılaraq götürülmüşdür. O da polis əməkdaşları ilə birlikdə BNMİ-nin inzibati binasına getmiş, Nərmin Babayeva isə sərbəst buraxılmış, özü polis əməkdaşları tərəfindən BNMİ-nə izahatın alınması məqsədi ilə dəvət olunmuşdur. Polis idarəsinin inzibati binasında şübhəli şəxs qismində tutulmuş və dövlət tərəfindən hüquqlarını müdafiə edilməsi üçün vəkillə təmin olunmuşdur. Polis əməkdaşları tərəfindən tərtib olunmuş sənədlərlə tanış olaraq sənədləri vəkilin iştirakı ilə imzalamışdır. Onun özünün də məlumatı və xəbəri olmayıb ki, həmin iki ədəd bağlamanın içərisində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin var, Səccad da ona bu barədə heç nə deməmişdir. Həmin iki ədəd bağlamanı Səccad ona göndərəndə bildirmişdir ki, orada narkotik vasitə qurudulmuş marixuana var. O da bağlamanın birini açmamışdır. İdarə etdiyi «Vaz 2107» markalı **-CE-*** dövlət nömrə nişanlı avtomobil onun özünə məxsusdur, avtomobili o, öz şəxsi vəsaiti hesabına almışdır, amma sürücülük vəsiqəsi olmadığına görə avtomobili bir ünvanda yaşadığı qardaşı X7 adına sənədləşdirmişdir, istintaqa verdiyi 09 sentyabr 2024-cü il tarixli ifadəsində göstərdiyi kimi, onun Səccada 3000 manat məbləğində pulu verməyə imkanı olmayıb. Səccad həmin narkotik vasitəni ona pulsuz göndərmişdir ki, o həmin narkoitik vasitəni özündə saxlasın, lazım olan hallarda Səccad ona məkanları göndərməli idi və o həmin məkanlara Səccadın ona dediyi miqdarda narkotik vasitə qurudulmuş marixuananı qoymalı idi. Bu işi bitirəndən sonra Səccad ona 2000 manatı zəhmət haqqı kimi verməli idi. İlkin ifadəsində o özünü müdafiə etmək üçün bildirmişdi ki həmin narkotik vasitəni öz istifadəsi üçün almışdı. "xxxx" MMCdən götürümüş istifadəsində olan ***-***-**-** saylı nömrəsinə daxil olan sms mətnləri barədə bildirmişdir ki, həqiqətəndə narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmuşdur. Polis bölməsinə gətirilən zamanı və polis əməkdaşları tərəfindən saxlanılan zamanı ona təzyiq olunmayıb, o heç bir bədən xəsarətlərini almamışdır, onu polis bölməsində döyən olmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - şahidlərin ifadələri, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları, cinayət işinin digər materialları ilə təkzib olunur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı, yəni satış məqsədi ilə külli miqdarda narkotik vasitə olan marixuananın əldə etməsinə dair ibtidai istintaqın ilkin mərhələsində dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etiraf ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Həmçinin aparılmış araşdırma zamanı polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs münasibətdə bu və ya digər qanunzidd əməl törətmələri müəyyən olunmadı. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir.Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci, 234.4.2-ci və 234.4.3-cü maddələri ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməlidir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş müvafiq siyahıya əsasən qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 5 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 500 qramdır. Həmçinin narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin kütləsi 0,15 qram təşkil etdikdə - şəxsi istehlak miqdarından artıq miqdarda, 2 qram olduqda isə külli miqdarda hesab olunur. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci, 234.4.2-ci və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş əməlləri qəsdən törətmişdir, həmin əməllər başa çatmış, təsnifata görə ağır cinayətlərdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci, 234.4.2-ci və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci, 234.4.2-ci və 234.4.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59cu və 61-ci maddələrində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilmədi. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu müddət həbsdə saxlama müddətinə daxil edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 05 mart 2024-cü il tarixdən 07 mart 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu, 27 may 2024-cü il tarixdən 29 may 2024-cü il tarixədək təqsirləndirilən şəxs qismində saxlanıldığı ümumilikdə 04 (dörd) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq təyin olunmuş cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs üzərində qəti olaraq müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 07 sentyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 09 sentyabr 2024-cü il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 07 sentyabr 2024-cü il tarixdən hesablanması qərara alınmışdır. Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 07 sentyabr 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Məһkəmə һesab edir ki, iş üzrə müsadirə edilməli əmlak yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. İş üzrə maddi sübut olub Sabunçu Rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş Təqsirləndirilən şəxs məxsus 01 (bir) ədəd “Honor” markalı mobil telefon cəzasını çəkib qurtardıqdan sonra Təqsirləndirilən şəxs və ya hökm qanuni qüvvəyə mindikdən sonra özünün razılığı ilə ailə üzvlərinə qaytarılmalıdır. İş üzrə maddi sübut olub Sabunçu Rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş, ekspert tədqiqatından sonra ayrı-ayrılıqda qalıq çəkiləri 1844,8 qram və 1,12 qram təşkil edən narkotik vasitə - qurudulmuş marixuana, 0,486 qram təşkil edən narkotik vasitə heroin, 1,173 qram və 0,873 qram təşkil edən psixotrop maddə - metamfetamin məhv edilməlidir. Bundan başqa iş üzrə maddi sübut qismində tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş 03 (üç) ədəd “DVD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 246 (iki yüz qırx altı) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında hüquqlarını müdafiə etmiş Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi pulsuz hüquqi yardıma görə 15 (on beş) iş saatı üçün 90 (doxsan) manat məbləğində vəsait Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci, 234.4.2-ci və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 05 mart 2024-cü il tarixdən 07 mart 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu, 27 may 2024-cü il tarixdən 29 may 2024-cü il tarixədək təqsirləndirilən şəxs qismində saxlanıldığı ümumilikdə 04 (dörd) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq təyin olunmuş 06 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzasından çıxılsın və Təqsirləndirilən şəxs qəti olaraq 05 (beş) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 07 sentyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut qismində tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş 03 (üç) ədəd “DVD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. İş üzrə maddi sübut qismində tanınaraq Sabunçu Rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş ayrı-ayrılıqda qalıq çəkiləri 1844,8 qram və 1,12 qram təşkil edən narkotik vasitə - qurudulmuş marixuana, 0,486 qram təşkil edən narkotik vasitə - heroin, 1,173 qram və 0,873 qram təşkil edən psixotrop maddə - metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut qismində tanınaraq Sabunçu Rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş Təqsirləndirilən şəxs məxsus 01 (bir) ədəd “Honor” markalı mobil telefon cəzasını çəkib qurtardıqdan sonra Təqsirləndirilən şəxs və ya hökm qanuni qüvvəyə mindikdən sonra özünün razılığı ilə ailə üzvlərinə qaytarılsın. Təqsirləndirilən şəxs 246 (iki yüz qırx altı) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə iclasında göstərdiyi pulsuz hüquqi yardıma görə 15 (on beş) iş saatı üçün 90 (doxsan) manat məbləğində vəsait Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Elnur Nuriyev (sədrlik edən) Azər Tağıyev Kamran Muxtarov
Məhkəmə qərarları › İş №1(101)-946/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-946/2025
14.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver