Məhkəmə qərarları › İş №1(101)-947/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-947/2020

21.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-947/2020 21.10.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ BakıAğır Cinayətlər Məhkəməsi: sədrlik edən hakim: Xankişiyev Mirzə Aslan oğlu, hakimlər: Mahmudov İlham Ağa oğlu və Qəniyev Faiq Əsəd oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi: X10, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin ağır cinayətlər məhkəmələrində Dövlət İttihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi, Pro-Bono vəkil bürosunun vəkil X6 və Zərərçəkmiş şəxs3 Allahverən oğlu, zərərçəkmiş şəxslərin hüquqi varisləri Şahid1, X12 və X7 iştiraklarıilə xx.xx.1979-cu ildə Abşeron rayonu, Giləzi kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, ailəli, əvvəllər məhkum olunmamış, Xızı rayonu, Giləzi kəndində qeydiyyatda olan və hazırda AR ƏN PX-nin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət icinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: TəqsirləndirilənşəxsTəqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə, saat 20:10-da «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərini pozaraq narkotik vasitə olan marixuananın istehlakı təsirindən sərxoş vəziyyətdə idarə etdiyi «Kamaz-55102» markalı, ** BA *** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Baki-Quba-Dağıstan sərhəddi yolunun Xızı rayonu ərazisindən keçən 76-cı kilometrliyində həmin yola Quba rayonu istiqamətində hərəkət zolağının sağ tərəfindən birləşən ikinci dərəcəli yol ilə baş yola doğru hərəkət edərkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 77-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozub eyni əhəmiyyətli olmayan yollarin kəsişdiyi yolayrıcında, ikinci dərəcəli yolla hərəkət edən nəqliyyat vasitəsinin sürücüsü, baş yolla yolayrıcına yaxınlaşan nəqliyyat vasitələrinə, onların sonrakı hərəkət istiqamətindən asılı olmayaraq yol verməli olduğu halda bu tələblərə əməl elməmiş, hadisənin qarşısını almağa texniki imkanı olsa da buna əməl etməmiş, belə ki, baş yola 10-15 km/saat sürətlə daxil olaraq yolu sağdan sola keçərək həmin yerdə yolların hərəkət istiqamətlərini bir-birindən ayıran metal konstruksiyalı məhəccərin sökülmüş yerindən Bakı şəhəri istiqamətində olan hərəkət yoluna daxil olmaq istəyərkən idarə etdiyi «Kamaz 55107» markalı yük avtomobilinin arxa sol yan küncü ilə Quba rayonu istiqamətində 90-100 km/saal sürəli ilə hərəkətdə olan X2 idarə etdiyi «Vaz-21104» markalı, ** OS *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsi ilə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan həmin avtomobildə olan sərnişinlər-Əİiyeva Oksana Gülağa qızına həmin günü, saat 21:50 radələrində Siyəzən RMD.Vl-də ölümünə səbəb olan baş beyinin əzilməsi, baş beyin maddəsinə və qişaları altına qansızma, baş beyinin travmatik ödemi, kəllə əsası sümüklərinin sınıqları, alın, sağ gicgah, burun, çənə, çənəaltı nahiyyənin sınıqları kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər, Zərərçəkmiş şəxs1 həmin günü, saat 22:20 radələrində Siyəzən RMDM-də ölümünə səbəb olan açıq kəllə- beyin travması, kəllə tağı sümüyünün kəllə əsasına keçən açıq, qəlpəli, basılmış sınığı, baş beyinin əzilməsi, baş beyinin maddəsinə və qişaları altına, beyin kötüyünnə qansızmaları, burun sümüklərinin qapalı, yerini dəyişən sınıqları, alın nahıyyəsinin əzilmiş-cırılmış yarası, sol üst göz qapağının və sol gözün iç küncünün əzilmiş yaraları, sağ gözün üst göz qapağının, burun, sağ yanaq, boyun nahiyyələrinin sıyrıqları kimi həyat üyün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər, «Vaz-21104» markalı, ** OS *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X4 xx.xx.2019-cu il tarixdə yaşadığı Xaçmaz rayonu, (yləgir kəndindəki evində ölümünə səbəb olan baş-beyin toxumasına və beyinin sətr kəskin ödemi ilə alın nahıyyəsinin sıyrıqları, alt çənə nahiyyəsinin əzilmiş yarası və burun sümüyünün sınığı kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər yetirmiş. Zərərçəkmiş şəxs3 Allahverən oğluna məxsus olan «Kamaz 551 12» markalı, ** BA *** dövlət qeydiyyat nişanlı yük avtomobilinə 1890 (bir min səkkiz yüz doxsan) manat. X4 məxsus «Yaz-21 104» markalı, ** OS *** dövlət qeydiyyat nişanlı avtomobilə 3853 (üç min səkkiz yüz əlli üç) manat miqdarda maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs məhkəmə iclasında ifadə verərək göstərdi ki, xx xxxxxx 2019-cu il tarixdə, saat 20 radələrində Xızı rayonu, Giləzi kəndi ərazisində yerləşən kərpic zavodundan idarə etdiyi "Kamaz-55102" markalı yük avtomobili ilə, bibisi oğlu Şahid2 ilə birlikdə Kərpic- zavod ərazisindən çixıb torpaq yolla Bakı-Quba-İ Dağıstan sərhəddi yoluna doğru Bakı şəhərinə yola düşmüşdür. Bakı-Quba-Dağıstan sərhəddi yolunun kənarına çatıb yolun kənarında dayanıb yolda Quba rayonu istiqamətində hərəkət edən nəqliyyat vasitələrinin keçib getməsini gözləmiş, nəqliyyat vasitələri ötüb keçdikdən sonra yola baxıb yolla Quba rayonu istiqamətilə yalnız bir nəqliyyat vasitəsinin uzaqdan gəldiyini görmüş, həmin nəqliyyat vasitəsi gələnə qədər sərbəst qaydada idarə etdiyi avtomobil ilə yolu keçib qarşıda yolun hərəkət istiqamətlərini bir-birindən ayıran dəmir məhəccərin sökülmüş yerindən əks hərəkət yoluna daxil olaraq Bakı şəhəri istiqamətində hərəkətini davam etdirəcəyini fikirləşərək bu məqsədlə idarə etdiyi avtomobili dayandığı yerdən hərəkətə gətirib təxminən 10-15 km/ saat sürətlə yola daxil olaraq yolu sağdan sola keçməyə başlamış, idarə etdiyi avtomobil ilə yolun solunda olan dəmir məhəccərin sökülmüş yerinə daxil olub əks hərəkət yolunda maşınları gözləmişdir. Həmin vaxt əyləc səsi eşitmiş, həmin an Quba rayonu istiqamətində hərəkət edən nəqliyyat vasitəsinin idarə etdiyi avtomobilin arxa sol yan küncünə dəydiyini görmüş, dərhal avtomobildən yerə düşmüş, idarə etdiyi avtomobillə "Vaz-21 010" markali avtomobilin toqquşduğunu görmüşdür. Həmin minik avtomobili, əvvəl dəmirə sonra onun idarə etdiyi avtomobilə dəymişdir. "Vaz-21 010” markalı avtomobil toqquşmadan sonra zərbənin təsirindən yolun Quba rayonu istiqamətində olan hərəkət zolağında fırlanaraq Bakı şəhəri istiqamətində dayanmış, avtomobilin sürücü sükanının arxasında bir kişi və arxa sərnişin oturacağında iki nəfər qadin sərnişin olmuşdur. Hər üç şəxs ağır xəsarət almışlar. Yoldan keçən tanımadığı adamların və bibisi oğlunun köməkliyi ilə birlikdə xəsarət alan şəxsləri avtomobildən çıxararaq hadisə yerinə gəlmiş TTY avtomobili ilə Siyəzən rayon xəstəxanasına yola salmışdır. O, özü isə hadisə yerində dayanıb polis əınakdaşlarını gözləmişdir. Sonradan xəsarət almiş iki qadının xəstəxanda vəfat etdiklərini eşitmişdir. Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməlini törətməsi məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs və zərərçəkmiş şəxslərin hüquqi varislərinin ifadələri, şahid ifadəsi, ekspert rəyləri və digər sübutlarlakifayət qədər sübuta yetirilmişdir. Məhkəmə iclasında zərərçəkmişşəxsqismindədindirilmişZərərçəkmiş şəxs3 Allahverən oğlu göstərdi ki, o, xx xxxxx 2014-cü il tarixdə 15000 manata «Kamaz 55102« markalı yük avtomobili almış, həmin vaxt Gürcüstan Respublikasında yaşadıgı üçün avtomobili öz adına sənədləşdirə bilmədiyindən avtomobili Xızı rayonu Məşədhəsən kəndində daimi qeydiyyatda olan və yaşayan atası X3 adına sənədləşdirmişdir. Avtomobili atasının adına sənədləşdirsə də avtomobil üzərində atasının heç bir mülkiyyət və sərəncam vermə hüququ olmamış, avtomobilin faktiki sahibi o, özü olmuş, avtomobil üzərində sərncam vermək hüququ ona məxsus olmuşdur. O, xx xxx 2019-cu il tarixdə avlomobli sürmə etibarnaməsi ilə Xızı rayonu, Giləzi kəndində yaşayan Təqsirləndirilən şəxs vermişdir. Aralarında olan razılaşmaya görə Rəhim avtomobilin üzərində xırda qaynaq işləri gördürüb gələcəkdə yük daşımaqla məşğul olacaqmış. Gürcüstan Respublikasında olduğu zaman Rəhimin sürmə etibarnaməsi ilə verilən avtomobil ilə yük aparan zaman Bakı-Quba-Dağıstan sərhəddi yolunun Siyəzən rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi törətdiyini eşitmiş, bundan sonra Azərbaycan Respublikasına gəlmişdir. Rəhimin Xızı rayonu, Giləzi kəndindəki kərpic zavodundan kərpic aparan zaman ikinci dərəcəli yoldan baş yola çıxaraq baş yolda hərəkətdə olan başqa bir avtomobil ilə toqquşduğunu və həmin avtomobildə olan şəxslərin öldüklərini eşitmişdir. Məhkəmə iclasında zərəçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X13 göstərdi ki, Mərhum Zərərçəkmiş şəxs1 onun qızıdır, Xaçmaz şəhərindəki “Ağ Saray" Estetik Mərkəzdə vizajist-usta işləmişdir. xx xxxxxxx 2019-cu il tarixdə, günorta qızı Günay iş yoldaşı Zərərçəkmiş şəxs2 ilə birlikdə kürəkəni Hümmət Savalanovun idarə etdiyi "Vaz- 21104" markalı avtomobil ilə estetik mərkəzə bəzi xırda-para əşyalar almaq üçün Bakı şəhərinə gəlmişlər. Həmin günü axşam, saat 20:40 radələrində Günaygil Bakı şəhərindən Xaçmaz rayonuna qayıdarkən Xizı rayonu ərazisində Hümmətin idarə etdiyi avtomobillə yolu sağdan sola keçmək istəyən «Kamaz» markalı yük avtomobili ilə toqquşması nəticəsində, qızı Günayın, Hümmətin və Oksananın xəsarət alaraq Siyəzənə aparılmaları barədə məlumat veriləndən sonra dərhal ora getmiş, bir müddət sonra Oksananın və qızı Günayın aldıqları xəsarətlərdən vəfat etdiklərini eşitmişdir. Məhkəmə iclasında zərəçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə o, oğlu Hümmət, gəlini Günay və Günayın iş yoldaşı Zərərçəkmiş şəxs2 ilə birlikdə oğlu Hümmətin idarə eldiyi «Vaz 21104» markalı, ** OS *** dvlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhərinə gəlmişlər. O, Qaradağ rayonu ərazisində yerləşən «Meyvəli» bazarda avtomobildən düşmüş, oğlu Hümmət, gəlini Günay və Günayın iş yoldaşı Oksana işlədikləri atletik mərkəz üçün bəzi əşyalar almaq üçün Bakı şəhərinə getmişlər. Hava qaralan vaxt, oğlu Hümmət zəng vurub Xaçmaz şəhərinə qayıtmaq istədiklərini demiş, ondan işlərini qurtarıb-qurtarmadığını soruşmuş, o, bir qədər işi olduğunu, Xaçmaz rayonuna sabah qayıdacağını bildirmişdir. O, Bakı şəhərində qalmış, Hümmətgil Xaçmaz rayonuna yola düşmüşlər. Həmin günü axşam saat 20:50-də oğlu Hümmətin Bakı-Quba-Dağıstan sərhəddi yolunun Xızı rayonu ərazisindən keçən hissəsində yol qəzasına uğradığı barədə məlumatı eşidən kimi dərhal xəstəxanaya getmiş, oğlu Hümmətin idarə etdiyi «Vaz 21 104» markalı, ** OS *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Quba rayonu istiqamətində hərəkətdə olduğu zaman ikinci dərəcəli yoldan baş yola çıxan «Kamaz» markalı avtomobil ilə toqquşduğunu öyrənmişdir. Əvvəlcə Oksana, təxminən bir saat sonra gəlini Günay aldıqları xəsarətlərdən rəhmətə getmiş, oğlu Hümmət bir müddət xəstəxanada müalicə olunduqdan sonra Bakı Medikal Plaza xəstəxanasında müalicəsini davam etdirməsinə baxmayaraq rəhmətə getmişdir. Məhkəmə iclasında zərəçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə qızı Oksana iş yoldaşı Günayla birlikdə Günayın əri Hümmətin idarə etdiyi «Vaz-21104» markalı, ** OS *** dövlət qeydiyyat nişanlı avtomobil ilə işlədikləri Estetik Mərkəz üçün lazım olan əşyaları almaqdan ötrü Bakı şəhərinə getmişlər. Həmin gün axşam saat 20:50-də Hümmətin idarə etdiyi avtomobilin Xızı rayonu ərazisində, yolu keçmək istəyən «Kamaz.» markalı avtomobillə toqquşması barədə məlumat verilmiş, onlar dərhal Siyəzən rayon Mərkəzi xəstəxanasına getmişlər. Hadisə vaxtı qızı Oksana rəhmətə getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə dayısı oğlu Təqsirləndirilən şəxsla birlikdə Xızı rayonu, Giləzi kəndi ərazisində yerləşən kərpic zavoda getmiş, həmin zavodda Rəhimin idarə etdiyi Kamaz-55102“ markalı, ** BA *** dövlət qeydiyyat nişanlı yük avtomobilinə ümumi çəkisi 15 ton olan 1500 ədəd kərpic yükü doldurub Bakı şəhərinə yola düşmüşlər. Avtomobili Rəhim idarə etmişdir. O, Rəhimin idarə etdiyi yük avtomobilinə əyləşmiş, avtomobildə başqa sərnişin olmamışdır. Rəhimin idarə etdiyi yük avtomobili Kərpic zavod ərazisindən çıxıb torpaq yolla Bakı-Quba-Dağıstan sərhəddi yoluna doğru hərəkətə başlamış, Bakı- Quba-Dağıstan sərhəddi yolunun kənarına çatıb yolun kənarında dayanmışlar. Rəhim yolda Quba rayonu istiqamətində hərəkət edən nəqliyyat vasitələrinin ötüb getmələrini gözləmiş, nəqliyyat vasitələri ötüb keçdikdən sonra avtomobili hərəkətə gətirib təxminən 10-15 km saat sürətlə yolu sağdan sola keçməyə başlamış, yola daxil olanda yolda Quba rayonu istiqamətində yalniz bir nəqliyyat vasitəsinin hərəkət etdiyini görmüşlər. Həmin nəqliyyat vasitəsi ilə Rəhimin idarə etdiyi avtomobil arasında xeyli aralı məsafə olmuşdur. Rəhim həmin nəqliyyat vasitəsi çatana qədər yolu keçib dəmir çəpərin söküldüyü yerdən əks hərəkət yoluna keçərək Bakı şəhəri istiqamətində hərəkət edə biləcəyini fikirləşərək yük avtomobilini yolun sağında dayandığı yerdən hərəkətə gətirib yolu sağdan sola keçərək yolun ortasına çatana yaxın yolda, Quba ravonu istiqmamətində hərəkət edən minik avtomobili Rəhimin idarə etdiyi avtomobilə yaxınlaşmış, həmin avtomobilin sürəti yüksək, təxminən saatda 90- 100 km. olmuşdur. Rəhmin idarə etdiyi yük avtomobili dəmir çəpərin sökülmüş yerinə daxil olub əks hərəkət yoluna keçmək istəyərkən yolda tormoz səsi eşitmişlər. Quba istiqamətində hərəkət edən minik avtomobili sürətlə gəlib Rəhimin idarə etdiyi avtomobilin arxa sol küncü ilə toqquşmuş, Rəhim avtomobili dərhal saxlamış, yerə düşəndə Rəhimin idarə etdiyi avtomobillə toqquşan nəqliyyat vasitəsinin “Vaz-21104” markalı. ** OS *** dövlət qeydiyyat nişanli avtomobil olduğun görmüşlər. Həmin avtomobil əvvəl yolun solunda olan dəmir mühəccirlərə, daha sonra isə Rəhimin idarə etdiyi avtomobilə dəymiş, avtomobilin sükanının arxasında sürücü kişi və arxa sərnişin oturacağında iki nəfər qadın olmuşdur. Məhkəmə istintaqı zamanı tədqiq lunmuş xx.xx.2019-cu il tarixli 319 saylı sərxoşluq vəziyyətinin müayinəsi aktından görünür ki, hadisə zamanı Təqsirləndirilən şəxs sidiyində THC (marixuana) aşkar edilmiş, o, narkotik vasitə olan marixuananın istehlakı nəticəsində sərxoş olmuşdur. Məhkəmə istintaqı zamanı tədqiq lunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibb X1 HTT Birliyinin Xızı rayon şöbəsinin xx.xx.2019-cu il tarixli, 08 saylı rəyindən görünür ki, müayinə zamanı Zərərçəkmiş şəxs1 meyiti üzərində həyatla bir araya sığmayan xəsarətlər-açıq kəllə-beyin travması, kəllə tağı sümüyünün kəllə əsasına keçən açıq, qəlpəli, basılmış sınığı, baş beyinin əzilməsi, baş beyinin maddəsinə və qişaları altına, beyin kötüyünə qansızmalar, burun sümüklərinin qapalı, yerini dəyişən sınıqları, alın nahiyyəsinin əzilmiş-cırılmış yarası, sol üst göz qapağının və sol gözün iç küncünün əzilmiş yaraları, sağ gözün üst göz qapağının, burun, sağ yanaq, boyun nahivyələrinin sıyrıqları müəyyən edilmişdir. Müəyyən edilmiş xəsarətlər ümumilikdə həyatidirlər bərk küt əşyanın təsiri nəticəsində törənmişlər. xx.xx.2019-cu il tarixdə yol-nəqliyyat hadisəsi şəraitində, salonunda olduğu avtomobilin digər avtomobillə toqquşması nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər, mərhumun ölümü ilə bir başa səbəbli əlaqəlidir. Zərərçəkmiş şəxs1 ölümünə səbəb həyatla bir araya sığmayan xəsarətlər-açıq kəlləbeyin travması, kəllə tağı sümüyünün kəllə əsasına keçən açıqqəlpəli, basılmış sınığı, baş beyinin əzilməsi, baş beyinin maddəsinə və qişaları altına, beyin kötüyünə qansızmalar olmuşdur. Zərərçəkmiş şəxs1 ölümü onun meyitinin meyitxanada müayinəsi keçirilən vaxtdan (xx.xx.2019-cu il, saat 02:30-dan) təxminən 4-6 saat əvvəl baş vermişdir. Zərərçəkmiş şəxs1 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı zamanı etil spirti aşkar edilməmişdir. Məhkəmə istintaqı zamanı tədqiq lunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibb X1 HTT Birliyinin Xızı rayon şöbəsinin xx.xx.2019-cu il tarixli, 09 saylı rəyindən görünür ki, müayinə zamanı Zərərçəkmiş şəxs2 meyiti üzərində baş beyinin əzilməsi, baş beyin maddəsinə və qişaları altına qansızma, baş beyinin travmatik ödemi, kəllə əsası sümüklərinin sınıqları, alın, sağ gicgah, burun, çənə, çənəaltı nahiyyənin sıyrıqları müəyvən edilmişdir. Müəyyən edilmiş xəsarətlər ümumilikdə həyatidirlər, xx.xx.2019-cu il tarixdə salonunda olduğu avtomobilin digər avtomobillə toqquşması nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər, mərhumun ölümü ilə bir başa səbəbli əlaqəlidir. Zərərçəkmiş şəxs2 ölümünə səbəb başın küt travması nəticəsində baş beyinin əzilməsi, baş beyin maddəsinə və qişaları altına qansızmalar, baş beyin maddəsinin travmatık ödemi, kəllə əsası sümüklərinin sınığı olmuşdur. Zərərçəkmiş şəxs2 ölümü onun meyitinin meyitxanada müayinəsi keçirilən vaxtdan (xx.xx.2019-cu il, saat 03:00-dan) təxminən 4-6 saat əvvəl baş vermişdir. Zərərçəkmiş şəxs2 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı zamanı etil spirti və narkotik maddələr aşkar edilməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTH və PA birliyi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 2944/K nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsində metil, etil, propil, butil, amil spirtləri, barbutil turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon. 1.4 benzodiazepin törəmələri, salisilatlar və kannabinoid (çətənə bitkisindən alman və təbii mənşəli narkotik vasitə esab edilən) aşkar edilməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA HTT Birliyinin Xaçmaz rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu ii tarixi. 51 saylı rəydən görünür ki, müayinə zamanı X2 meyiti üzərində baş-beyin toxumasına və beyinin sərt qişasının kəskin ödemi ilə alın nahiyyəsinin sıyrıqları, alt çənə nahiyyəsinin əzilmiş yarası və burun sümüyünün sınığı müəyyən edilmişdir. Müəyyən edilmiş xəsarətlər ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmaya aid olub ölümündən az əvvəl güclü küt əşya təsirindən törənməklə xx.xx.2019-cu il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi. X2 ölümünə səbəb almış olduğu yuxanda qeyd olunan xəsarətlər nəticəsində başbeyin toxuması və beyinin sərt qişasının kəskin ödemi olmuşdur, ölümün baş vermə müddəti müayinədən 8-12 saat əvvələ uyğun gəlir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə fkspertixası Mərkəzi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 57 nömrəli rəydən görünür ki, «Kamaz 55102» markalı. ** BA *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-cı hissəsinin 3-cü bəndinin və 77-ci maddəsinin 1 -ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət elməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili narkotik vasitənin təsirnindən sərxoş vəziyyətdə idarə eldiyindən onun hərkəllərində «Yol hərəkəti haqqında» Azərbayean Respublikasının Qanununun 37-ci maddəsinin 1 -ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. «Vaz-21 104» markalı ** OC *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X2 hadisənin qarşısını almağa texniki imkanı olmuş və onuıı hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Nəqliyyat vasitələrinin ilkin kontakt anında «Kamaz 55102» markalı, ** BA *** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinin arxa sol sahəsi ilə «Vaz-21104» markalı ** OC *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol sahəsi (sol yan hissəsi) arasında toqquşma təxminən 95-100 dərəcəli bucaq altında baş vermişdir. Beləliklə, məhkəmə iclasında təqsirləndirilən şəxsin özünün, zərərçəkmşin və zərərçəkmişin hüquqi varisinin vermiş olduğu ifadə, digər protokol vəmateriallar üzrə toplanmış sübutların məcmusu Təqsirləndirilən şəxs elan olunmuş ittihamın əsasını təşkil etdiyinə görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunan cinayət əməlini törətməsi kifayət qədər sübut olunmuşdur. Cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.4-cü maddəsi ilə tövsif edilməli və həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cəza təyin edərkən onun əməlində cəzanı ağırlaşdıran və yüngülləşdirən halların olması müəyyən olmadı. İş üzrə Zərərçəkmiş şəxs3 Allahverən oğlu və zərərçəkmişin hüquqi varisi X17 qəzə Təqsirləndirilən şəxs qarşı şikayətlərinin və tələblərinin olmamasını bildirmişlər. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən olunmadı. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsi, əməlindən peşiman olması, Zərərçəkmiş şəxs3 Allahverən oğlu və zərərçəkmişin hüquqi varisi X17 qəzə ilə barışıq əldə etməsi onun cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Azərbaycan Respublikasının Cinayət Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuşdur, odur ki, Təqsirləndirilən şəxs təyin ediləcək cəzaçəkmə müddətinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu, yəni xx xxxxxx 2019cu il tarixdən hesablanmalıdır. Məhkəməhesabedirki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaümumirejimli cəzaçəkməmüəssisəsindəçəkilməlidir. İşüzrəməhkəməxərcləri 250 manattəqsirləndirilənşəxs Təqsirləndirilən şəxsdövlətinxeyirinətutulmalıdır. İşüzrəmaddisübutolan «Kamaz-55102» markalı. ** BA *** dövlət qeydiyyat nişanlı yük avtomobilinin sahibi Zərərçəkmiş şəxs3 Allahverən oğluna qaytarılması nəzərə alınmalıdır. Məhkəməistintaqızamanı “İnsanhüquqlarınıvəəsasazadlıqlarınınmüdafiəsihaqqında” Konvensiyanın 6-cımaddəsinin 3-cühissəsinincbəndinə, AzərbaycanRespublikasıCPM-nin 19-cumaddəsinin 19.4.4-cü bəndinə və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cümaddələrinintələblərinəzərəalınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərəödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ciil tarixli, 31 nömrəli qərarına 3.05.2018-ciil tarixdə edilmiş dəyişikliklərəəsasən Təqsirləndirilən şəxsmüdafiəçisiqismindəişəburaxılmışvəonunhüquqlarınımüdafiəetmişPro-Bono vəkilbürosununvəkiliX5, yardım göstərdiyi üçün dövlət büdcəsinin hesabından Pro-Bono vəkilbürosununhesabına 108 (yüz səkkiz) manat pulödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-346, 349, 351-354 və 356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 3 (üç) il müddətənəqliyyatvasitələriniidarəetməhüququndanməhrumedilməklə08(səkkiz) il 06 (alıt) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2019-cu il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İşüzrəməhkəməxərcləri 250 manattəqsirləndirilənşəxs Təqsirləndirilən şəxsdövlətinxeyirinətutulsun. İşüzrəmaddisübutolan «Kamaz-55102» markalı. ** BA *** dövlət qeydiyyat nişanlı yük avtomobilinin sahibi Zərərçəkmiş şəxs3 Allahverən oğluna qaytarılması nəzərə alınsın. X5, hüquqi yardım göstərdiyi üçün dövlət büdcəsinin hesabından Pro-Bono vəkil bürosunun hesabına 108 ( yüz səkkiz) manat pulödənilsin. Hökmdən, elanolunduğuandanTəqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar