Məhkəmə qərarları › İş №1(101)-947/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-947/2022

23.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-947/2022 23.06.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Mahmudov İlham Ağa oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər - “İsmayılbəyli və partnyorları” Vəkil Bürosunun vəkili X1 və Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, xx xxxx 1982-ci il tarixdə Saatlı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Saatlı rayonunun Çolpı kəndində qeydiyyatda olan, faktiki ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, halhazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci, 234.4.1-ci və 234.4.3cü maddələri ilə, xx xxxxxx 1993-cü il tarixdə Masallı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə -taksi fəaliyyəti ilə məşğul olmuş, məhkumluğu olmayan, Masallı rayonunun Sərçuvar kəndində qeydiyyatda olan, faktiki ünvan 2 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitələri əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, barələrində cinayət işi ayrı icraata ayrılmış qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma və satma barədə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, istintaqa məlum olmayan vaxtda və şəraitdə qabaqcadan əlbir olduğu qrupun digər üzvləri olan qeyriləri tərəfindən ünvan 3 ünvanda yerləşən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin «Nərimanov» filialının qarşısında iki ədəd sellofan torbalarda qoyulmuş külli miqdarda narkotik vasitələri qanunsuz əldə etmək məqsədilə həmin yerə getmək üçün taksi sürücüsü olan tanışı Təqsirləndirilən şəxs2 müraciət etmiş, sonuncu taksi kimi onu həmin ünvana aparmağa razılaşmış, Təqsirləndirilən şəxs2 idarə etdiyi «Mersedes E-Class» markalı **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobillə 28 iyun 2021-ci il tarixdə saat 01:29 dəqiqədə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin «Nərimanov» filialının qarşısına getmiş, bir müddət əvvəl aldığı xəsarətlərlə əlaqədar hərəkət qabiliyyətinin məhdudlaşması, bir ayağını yerə basa bilmədiyinə görə çəliklə hərəkət etməsi səbəbindən avtomobildən düşməyə çətinlik çəkdiyi üçün Təqsirləndirilən şəxs2 onun xahişi ilə göstərdiyi konkret yerdəki iki ədəd torbanı götürüb avtomobilə qoymuş, yəni qara rəngli sellofan torbanın içərisində külli miqdarda - 1000 qram çəkidə narkotik vasitə olan heroin və külli miqdarda - 990 qram çəkidə narkotik vasitə olan tiryək, digər sellofan torbanın içərisində külli miqdarda - 7090 qram çəkidə narkotik vasitə olan heroin, külli miqdarda - 1735 qram çəkidə narkotik vasitə olan tiryək və külli miqdarda - 1375 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədilə qanunsuz olaraq əldə etmiş, bundan sonra Təqsirləndirilən şəxs2 həmin sellofan torbalarda narkotik vasitələr olmasını bildirmiş, sonuncu qorxduğuna görə onları daşımaqdan imtina etmək istəsə də Təqsirləndirilən şəxs1 köməyinin qarşılığında ona 15 qram çəkidə narkotik vasitə olan heroin verəcəyini vəd edərək Təqsirləndirilən şəxs2 razılaşmasına nail olmuş və sonuncu ilə bir qrup şəxs halında özlərində saxladıqları həmin külli miqdarda narkotik vasitələri daşımaqda davam edərək yaşadığı ünvan 5 ünvanının qarşısına aparmış, orada avtomobili saxlayaraq külli miqdarda narkotik vasitələri düşürdüb başqa bir taksiyə qoyaraq yaşadığı ünvana aparmaq üçün daşıdıqları anda - 28 iyun 2021-ci il tarixdə saat 02:30 dəqiqədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saxlanılaraq həmin Baş İdarəyə aparılmışlar. Baş Narkotiklərlə Mübarizə İdarəsində üzərlərinə şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs1 sol əlində saxladığı qara rəngli sellofan torbadan bir ədəd bükümdə qablaşdırılmış vəziyyətdə təmiz çəkisi 1000 qram təşkil edən narkotik vasitə olan heroin, iki ədəd sellofan bükümlərdə qablaşdırılmış vəziyyətdə ayrı-ayrılıqda çəkiləri 495 qram və 495 qram olmaqla ümumi təmiz çəkisi 990 qram təşkil edən narkotik vasitə olan tiryək, Təqsirləndirilən şəxs2 sol əlində saxladığı qara rəngli sellofan torbadan yeddi ədəd bükümlərdə qablaşdırılmış vəziyyətdə ayrı-ayrılıqda çəkiləri 1010 qram, 1000 qram, 1000 qram, 1000 qram, 1005 qram, 1075 qram, 1000 qram olmaqla ümumi təmiz çəkisi 7090 qram təşkil edən narkotik vasitə olan heroin, iki ədəd bükümdə qablaşdırılmış vəziyyətdə ayrı-ayrılıqda çəkiləri 1300 qram, 435 qram olmaqla ümumi təmiz çəkisi 1735 qram təşkil edən narkotik vasitə olan tiryək, iki ədəd qara rəngli polietilen torbada qablaşdırılmış vəziyyətdə ayrı-ayrılıqda çəkiləri 895 qram, 480 qram olmaqla ümumi təmiz çəkisi 1375 qram təşkil edən narkotik vasitə olan qurudulmuş marixuana və üzərində heroin izləri olan iki ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs2 bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, barələrində cinayət işi ayrı icraata ayrılmış qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma və satma barədə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etməsi barədə məlumatsız olduğu tanışı Təqsirləndirilən şəxs1 28 iyun 2021-ci il tarixdə gecə saatlarında taksi sürücüsü kimi ona müraciət edib ünvan 3 ünvanında yerləşən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin «Nərimanov» filialının qarşısına aparmasını xahiş etmiş, o da razılaşıb idarə etdiyi «Mersedes E-Class» markalı **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Mərahim Şabazovu 28 iyun 2021-ci il tarixdə saat 01:29 dəqiqədə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin «Nərimanov» filialının qarşısına aparmış, hərəkət qabiliyyəti məhdud olan, bir ayağını yerə basa bilmədiyinə görə çəliksiz hərəkət edə bilmədiyindən avtomobildən düşməyə çətinlik çəkən Təqsirləndirilən şəxs1 çatdıqları yerdə olan iki ədəd torbanı götürüb avtomobilə qoymasını xahiş etmiş, o da həmin torbaları yerdən götürüb avtomobilə qoymuş, bundan sonra Təqsirləndirilən şəxs1 deməsindən həmin sellofan torbalarda narkotik vasitələr olmasını bilib onları daşımaqdan imtina etmək istəsə də, Təqsirləndirilən şəxs1 edəcəyi köməyinin qarşılığında ona 15 qram çəkidə narkotik vasitə olan heroin verəcəyini vəd edərək Təqsirləndirilən şəxs2 razılaşmasına nail olmuş və sonuncu Təqsirləndirilən şəxs1la bir qrup şəxs halında qanunsuz əldə etdikləri həmin külli miqdarda narkotik vasitələri özlərində saxlayıb daşımaqda davam edərək yaşadığı ünvan 5 ünvanının qarşısına aparmış, orada avtomobili saxlayaraq külli miqdarda narkotik vasitələri avtomobildən düşürdüb başqa bir taksiyə qoymaq üçün apardıqları anda - 28 iyun 2021-ci il tarixdə saat 02:30 dəqiqədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saxlanılaraq Baş İdarəyə aparılmışlar. Baş Narkotiklərlə Mübarizə İdarəsində üzərlərinə şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs1 sol əlində saxladığı qara rəngli sellofan torbadan bir ədəd bükümdə qablaşdırılmış vəziyyətdə təmiz çəkisi 1000 qram təşkil edən narkotik vasitə olan heroin, iki ədəd sellofan bükümlərdə qablaşdırılmış vəziyyətdə ayrı-ayrılıqda çəkiləri 495 qram və 495 qram olmaqla ümumi təmiz çəkisi 990 qram təşkil edən narkotik vasitə olan tiryək, Təqsirləndirilən şəxs2 sol əlində saxladığı qara rəngli sellofan torbadan yeddi ədəd bükümlərdə qablaşdırılmış vəziyyətdə ayrı-ayrılıqda çəkiləri 1010 qram, 1000 qram, 1000 qram, 1000 qram, 1005 qram, 1075 qram, 1000 qram olmaqla ümumi təmiz çəkisi 7090 qram təşkil edən narkotik vasitə olan heroin, iki ədəd bükümdə qablaşdırılmış vəziyyətdə ayrı-ayrılıqda çəkiləri 1300 qram, 435 qram olmaqla ümumi təmiz çəkisi 1735 qram təşkil edən narkotik vasitə olan tiryək, iki ədəd qara rəngli polietilen torbada qablaşdırılmış vəziyyətdə ayrı-ayrılıqda çəkiləri 895 qram, 480 qram olmaqla ümumi təmiz çəkisi 1375 qram təşkil edən narkotik vasitə olan qurudulmuş marixuana və üzərində heroin izləri olan iki ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərdi ki, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsində xidmət edən Şahid4 ilə yaxın dostluq münasibətləri vardır. Həm də həmyerlisi olan Vasifə narkotiklə bağlı işlərində dəfələrlə kömək etmiş, müəyyən məlumatlar vermişdir. Bildiyinə görə onun köməyi və məlumatları sayəsində Vasif bir neçə tədbirlər də keçirmişdir. Tutulmazdan 10 ay əvvəl sosial şəbəkə vasitəsilə Malik adlı İran vətəndaşı ilə tanış olmuşdur. Belə ki, həmin ərəfələrdə adını xatırlamadığı yaşlı bir kişi həmin Malikin narkotik vasitələrini daşımaqla, yəni qabaqcadan Azərbaycan ərazisinə keçirilib müxtəlif yerlərə yerləşdirilmiş narkotik vasitələri elə Malikin tapşırdığı pul müqabilində bir yerdən götürüb başqa yerlərə çatdırmaqla məşğul olmuşdur. Eşitdiyinə görə sonradan həmin yaşlı kişi həbs olunmuş və bundan sonra o, Malikin +98939-690- 7573 nömrəsinin «WhatsApp»ı ilə əlaqə saxlayıb onun «mal»ına görə yaşlı kişinin tutulduğunu deyib ona köməklik etməsini xahiş etmişdir. Amma Malik hər hansı kömək göstərməkdən imtina etmiş və bu səbəbdən Maliklə telefonda mübahisəsi yaranmışdır. Aradan bir müddət keçəndən sonra Malik onunla əlaqə saxlayıb cənub rayonlarının birinə narkotik vasitə qoydurduğunu və taksi kimi onu oradan götürüb apararaq Bakı şəhərindəki deyəcəyi adamlarına təhvil verməsini xahiş etmiş, bu işi görəndən sonra pul verəcəyini bildirmişdir. Əvvəlcə qorxduğu üçün bu təklifdən imtina etmiş, amma sonra razılaşmışdır. Lakin bilmədiyi səbəbdən Malik bu işdən vaz keçmiş, ona dediyi narkotik vasitəni daşıtdırmamışdır. 27 iyun 2021-ci il tarixdə Malik yenidən onunla əlaqə saxlayıb Bakı şəhərində bir yerə narkotik vasitələr qoydurduğnu, həmin narkotik vasitələri oradan götürməsini və özündə saxlamasını, sonradan deyəcəyi adamlara və ya yerlərə çatdırmasını təklif etmiş, bunun müqabilində ona yaxşı pul verəcəyini bildirmişdir. Pula ehtiyacı olduğuna görə Malikin bu təklifi ilə razılaşmışdır. Amma konkret məbləğ danışmamışlar. Bir qədər sonra Malik ona zəng edib narkotik vasitələri «Elit» Ticarət Mərkəzinin yaxınlığına qoydurduğunu demiş, bir qədər sonra o əraziyə getməsini təklif etmiş və əraziyə çatanda narkotik vasitələrin konkret qoyulduğu yerin şəklini «WhatsApp»la ona atacağını demişdir. Özünün avtomobili olmadığı, həm də tutulmazdan təxminən iki ay əvvəl yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarətlər aldığına, xəsarətlərlə bağlı sol ayağını ümumiyyətlə yerə qoya bilmədiyinə görə çəliklə gəzdiyindən tanış taksi kimi təxminən son bir il əvvəldən tanıdığı X5 zəng etmiş, 20 manat müqabilində onu şəhərdən yaşadığı Qobu qəsəbəsinə aparmasını xahiş etmiş, Vadim də razılaşmışdır. Gecə saat ikiyə işləmiş Vadimə zəng etmiş, onu mikrorayondakı «Qızıl Tac» restoranının yaxınlığından götürməsi barədə razılaşmışlar. Yəni, Vadimlə o gün əvvəlcə yalnız telefonda danışmış, əslində haraya gedəcəyinin səbəbi, məqsədi barədə heç nə bildirməmişdir və heç bir halda bunu açıb deyə də bilməzdi. Çünki, o halda Vadim qorxub onu aparmazdı. Özünün də taksi sürücüsü kimi işlədiyi vaxtlardan tanıdığı Vadimlə normal münasibətləri olmuş və o Vadimin narkotik vasitələr qəbul etdiyini bilmişdir. 28 iyun 2021-ci il tarixdə gecə saat təxminən ikinin yarısı Vadim «Mersedes» markalı avtomobili ilə dediyi kimi «Qızıl Tac» restoranının yaxınlığına gəlib onu götürmüşdür. Vadimə «Elit» Ticarət Mərkəzinin yanında bir nəfərlə görüşməli olduğunu deyib maşını əvvəlcə oraya sürməsini xahiş etmişdir. «Elit» Ticarət Mərkəzinin yanına çatandan sonra telefonda iranlı Maliklə danışmış, artıq əraziyə çatdığını bildirmişdir. Amma Malik bildirmişdir ki, bir az dəyişiklik olub, narkotik vasitələri «Elit» Ticarət Mərkəzinin yanına deyil, bir qədər aralıda olan "xxxx"ın «Nərimanov» filialının düz qarşısına ağacın dibinə qoydurub. Ona görə də həmin yerə getməli olduğunu, narkotik vasitələrin qoyulduğu yerin şəklini indi ona göndərəcəyini bildirmişdir. Siqaret alıb qayıdan Vadimə görüşməli olduğu şəxsin onu Nərimanovda gözlədiyini demiş, maşını metronun yaxınlığında olan "xxxx"ın «Nərimanov» filialının qarşısına sürməsini xahiş etmişdir. Həmin yerə çatanda Malik artıq malın bankla üzbəüz ağacın dibinə qoyulduğu dəqiq yerin şəklini «WhatsApp»la ona atmışdır. Maşını düz ağacın dibi ilə üzbəüz saxlatmış, bir ayağını yerə qoya bilmədiyi və çəliklə maşına çətinliklə minib-düşdüyü üçün Vadimə görüşməli olduğu şəxsin onun gəlməsini gözləməyərək ona çatası bir torbanı ağacın dibinə qoyub getdiyini, həmin torbanı götürüb maşına qoymasını xahiş etmişdir. Yəni, sağlıq durumu o vəziyyətdə olmuşdur ki, hətta əyilib sərbəst bir stəkan suyu götürüb içə belə bilməmişdir. Onun xahişindən sonra Vadim bir söz deməyib yerə düşüb ağacın dibindən bir torba götürüb gətirmişdir. Amma torbaya baxdıqda içində zibil olmasını görmüş, Vadimə bunun zibil torbası olduğunu deyib ağacın dibinə təkrar baxmasını xahiş etmişdir. Vadim təkrar ağacın dibinə baxmış və üzərində «McDonalds» yazısı olan iri torbanı gətirib ona vermişdir. Həmin anda Vadim şübhələnmiş və ondan torbanın içindəkinin nə olmasını soruşmuşdur. O da etiraf edib torbada narkotik vasitə olduğunu, Malik adlı iranlı tanışının oraya qoydurduğunu demişdir. Vadim qorxuya düşüb ona iradını bildirmiş, belə işi var idisə niyə ona qabaqcadan demədiyini soruşmuşdur. O da Vadimə qabaqcadan deyəcəyi halda yəqin ki qorxub gəlməyəcəyini demiş, Vadimi sakitləşdirmiş, heç bir problem olmadığını, onun Narkotiklərlə Mübarizə Baş İdarəsində Vasif adlı yaxın dostunun işlədiyini, bir problem olarsa Vasifə zəng edib həll edəcəyini bildirmiş, ona da bu köməyinin əvəzində 10-15 qram heroin verəcəyini bildirmişdir. Vadim razılaşmış, amma daha onu Qobuya aparmayacağını, birbaşa mikrorayona sürüb öz evinə gedəcəyini demiş, oradan isə başqa taksiyə minib hara istəyirsə getməsini təklif etmişdir. Razılaşmış və Vadimin evi istiqamətində getmişlər. Vadimin yaşadığı evin qabağına çatmışlar. Hər ikisi avtomobildən enmiş, ayağı ağır zədəli olduğundan və çəliklə yeridiyindən, həm də narkotik vasitənin də çəkisi çox olduğundan o, Vadim Seyfıyevdən torbanı yolun kənarında dayanmış tanımadığı taksiyə aparmaqda ona kömək etməsini xahiş etmiş, Vadim Seyfıyev də onunla razılaşmış və bundan sonra «McDonalds» torbasında olan iri qara rəngli sellofan torbanı Vadim Seyfıyev, çəkisi nisbətən az olan qara rəngli sellofan torbanı isə özü götürmüş, elə yol kənarında dayanmış tanımadığı taksiyə yaxınlaşdıqları anda bir neçə nəfər mülki geyimli şəxslər yaxınlaşmış və özlərini Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları kimi təqdim edib onları saxlamışlar. Elə oradaca Vasifə zəng vurub başına gələni demiş, az sonra Vasif özü də oraya gəlib çıxmış, vəziyyətini görmüşdür. Daha sonra polis əməkdaşları narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək onu və Vadim Seyfıyevi Baş İdarəyə aparmışlar. İdarədə onlara kiyayət qədər təsir edilmiş, çəkiliş zamanı onların dediyi qaydada danışmaları, sualları onların dediyi qaydada cavablandırmaları tapşırılmışdır. Yerində danışarkən Vasif ona idarədə kömək ediləcəyini desə də heç bir köməklik edilməmişdir. İdarədə hər ikisi şübhəli şəxs kimi tutulmuş, üzərlərinə şəxsi axtarış keçirilmişdir. Bu zaman qabaqcadan tapşırıldığı kimi ilk olaraq o, polis əməkdaşlarının təklifindən sonra əlindəki qara rəngli sellofan torbanı polis əməkdaşlarına təqdim etmiş, həmin torba polis əməkdaşları tərəfindən açıldıqda onun içərisindən bir bükümdə narkotik vasitə heroin, iki ədəd ayrı-ayrı bükümlərdə isə narkotik vasitə tiryək aşkar olunmuşdur. Sonra üzərinə şəxsi axtarış davam etdirilmiş və üzərindən ona məxsus olan «Samsung» markalı mobil telefon aparatı aşkar olunmuşdur. Daha sonra polis əməkdaşları Təqsirləndirilən şəxs2 üzərində narkotik vasitə varsa təqdim etməsini təklif etmişlər, sonuncu da bundan sonra əlindəki qara sellofanı polis əməkdaşlarına təqdim etmişdir. Təqdim etdiyi sellofan torbaya polis əməkdaşları tərəfindən baxış keçirilərkən oradan yeddi ədəd ayrı-ayrı bükümlərdə heroin, iki ədəd bükümdə tiryək, iki ədəd bükümdə nəşə kimi tanınan qurudulmuş marixuana və iki ədəd elektron tərəzi aşkar olunmuşdur. Şəxsi axtarş başa çatdıqdan sonra həm onun əlindəki sellofandan, həm də Təqsirləndirilən şəxs2 əlindəki sellofandan aşkar olunmuş narkotik vasitələr və elektron tərəzi polis əməkdaşları tərəfindən qablaşdırılaraq götürülmüşdür. Baxış zamanı da polis əməkdaşlarına Vadimin narkotik vasitələrdən məlumatsız olduğunu, onları sonradan haraya və kimə çatdırmalı olması barədə heç nə bilmədiyini, etdiyi köməyə görə ona 10-15 qram heroin verəcəyini söz verdiyini bildirmişdir. İranlı Malik də bu «malların» yerinin dəyişdirilməsinə görə ona ödənilməli olan pulun miqdarı barədə qabaqcadan dəqiq danışıb razılaşmadıqlarını, pul məsələsini sonra dəqiqləşdirməli olduqlarını bildirmişdir. Onun başına bu işin gəlməsinin səbəbkarı birbaşa Vasif olmuşdur. O, məhz Vasifə arxayın olub həmin malın arxasınca gedib götürmüşdür. Belə ki, iranlı Malik ona zəng edib konkret yerə «mal» qoyacağını deyəndən sonra o bu barədə Vasifə bildirmiş, gedib «malı» götürə bilib-bilməyəcəyni soruşmuş, Vasif də heç bir problem olmayacağını deyəndən sonra gedib həmin «malı» götürmüşdür. Narkotik vasitələrin qaçaqmalçılığına isə onun heç bir aidiyyəti olmayıb. Onda tutulmuş narkotik vasitələrin Azərbaycana haradan, nə vaxt və kimlər tərəfindən gətirilməsi barədə heç bir məlumatı yoxdur. Narkotik vasitələrin göndəriləcəyi barədə qabaqcadan Malik ona heç bir məlumat verməmişdir. Malik həmişə zəng edəndə narkotik vasitələri Bakı şəhəri ərazisində, ya da başqa konkret ərazidə qoyulduğunu demiş və dəqiq üstünə gedib çıxmaq üçün qoyluduğu yerin şəklini «WhatsApp»la atmışdır. Malik özü də ona heç vaxt narkotik vasitələrin Azərbaycana necə və kimlər tərəfindən keçirildiyini deməmişdir. Vadimin bu məsələdə iştirakı isə danışdığı qaydada ancaq taksi sürücüsü kimi qabaqcadan heç bir məlumatı olmadan narkotik vasitələrin qoyulduğu yerə onu aparıb qaytarmaqdan ibarət olmuş, götürdükləri torbada külli miqdarda narkotik vasitələr olmasını Vadim geri qayıdarkən bilmiş, o da qayıdarkən zəhmət haqqı olaraq Vadimə 10-15 qram heroin verəcəyini vəd etmişdir. Bütün göstərilənləri, ailə vəziyyətini, bu işdə heç bir günahının olmadığını, Vasifin onu arxayın etməsinə görə bu narkotik vasitələri gedib götürməsini nəzərə alıb məhkəmədən ona bəraət verilməsini xahiş edir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərdi ki, heç vaxt narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmamışdır. Amma arabir narkotik vasitədən istifadə etməsi halları olmuşdur, onları da tanımadığı şəxslərdən almışdır. Təqsirləndirilən şəxs1 tutulmazdan təxminən bir il əvvəldən tanımışdır. Belə ki, Mərahim də onun kimi taksi fəaliyyəti ilə məşğul olmuş, tez-tez eyni ərazilərdə maşın saxlayıb müştəri gözləmişlər. Birbirlərinin telefon nömrələrini də bilmişlər. Tutulmazdan iki ay əvvəl Mərahim yol-nəqliyyat hadisəsi törətmiş və avtomobili yararsız hala düşmüş, özü də bir neçə yerdən ağır yaralanmış, bildiyinə görə xeyli müddət yatmış, sonra çəliklə birtəhər hərəkət etməyə başlamışdır. Mərahim yaralandıqdan sonra uzun müddət onu görməmişdir. 2021-ci ilin iyun ayının 27-də axşam saatlarında Təqsirləndirilən şəxs1 taksi sürücüsü kimi zəng edib maşınsız olduğunu deyərək onu şəhərdən Qobuya aparmasını xahiş etmiş və bunun müqabilində ona 20 manat zəhmət haqqı verəcəyini demiş, o da razılaşıb heç bir problem olmadığını, nə vaxt haraya istəsə apara biləcəyini demişdir. Amma Mərahim bir xeyli zəng etməmiş, yalnız gecə saat ikiyə işləmiş ona zəng vurmuşdur. O, geynib çölə çıxmış, idarə etdiyi «Mersedes E-Class» markalı **-TT-*** qeydiyyat nişanlı avtomobilə minib telefonda danışdıqları kimi Mərahimi götürmək üçün saat «Qızıl Tac» restoranının yaxınlığına gedib onu gözləyən Mərahimi həmin yerdən götürmüşdür. Mərahim çəliklə hərəkət etmiş, maşına da böyük çətinliklə əyləşmişdir. Mərahim əvvəlcə «Elit» Ticarət Mərkəzinin yaxınlığında kiminləsə görüşəcəyini, sonra Qobuya gedəcəklərini bildirmişdir. Ona görə də maşını «Elit» Ticarət Mərkəzinin yanına sürmüş, oraya çatanda Mərahimin dediyi bir yerdə saxlamış və sonuncu kiminləsə telefonda danışmağa başlamışdır. O da bu vaxtdan istifadə edib yaxınlıqdakı dükanlardan birindən siqaret alıb qayıtmışdır. Maşına oturan kimi Mərahim ona avtomobili metronun «Nərimanov» stansiyası istiqamətinə sürməsini xahiş etmiş, görüşəcəyi adamın orada gözlədiyini bildirmişdir. O da «Şəki» restoranının qarşısındakı dairəyə çatıb düz keçərək "xxxx"ın «Nərimanov» fılialının qarşısına yaxınlaşmışdır. Müəyyən bir yerə çatanda Mərahim maşını saxlatmış, görüşməli olduğu şəxsin onun çatmasını gözləmədən çıxıb getdiyini və ona çatmalı olan torbanı da bir ağacın dibinə qoyduğunu demiş, dayandıqları yolun lap kənarında, həmin filialın qarşısındakı ağacın dibini göstərmiş, xəsarətlərinə görə maşından düşmək onun üçün çox çətin olduğundan həmin torbanı götürüb maşına qoymasını xahiş etmişdir. Həqiqətən Mərahim hərəkət etməkdə çox çətinlik çəkdiyindən, həm də özü də çox şübhələnmədən bir söz deməyib razılaşmış, avtomobildən düşüb ağacın dibində ilk əlinə keçən torbanı götürüb gətirib maşında Mərahimə vermiş, Mərahim torbaya baxıb onun içində zibil olduğunu, torbanı səhv götürdüyünü, ağacın dibində başqa torba olmalı olduğunu demişdir. O da yenə maşından düşüb ikinci dəfə ağacın dibinə baxmış və orada qoyulmuş üzərində «McDonalds» yazısı olan torbanı görüb götürmüş, torbanı götürəndə onun müəyyən ağırlıqda olduğunu hiss etmiş və gətirib maşında Mərahimə vermişdir. O anda baş verənlərdən şübhələnmiş və Mərahimdən torbanın içindəkinin nə olmasını soruşmuşdur. Mərahim də torbada narkotik vasitələr olduğunu etiraf etmişdir. Bu işdən qorxmuş və Mərahimə iradını bildirib bunu əvvəlcədən ona niyə demədiyini soruşmuş, maşından düşməsini tələb etmişdir. Mərahim də ona əvvəlcədən deyəcəyi halda qorxub gəlməyəcəyini düşündüyü üçün demədiyini bildirmiş, ona yalvarmış, ayağında xəsarəti olduğu üçün ağır torbanı apara bilməyəcəyini, heç olmasa başqa taksi ilə aparıb yola salmasını xahiş etmişdir. Mərahim həm də onu sakitləşdirmiş, heç bir problem olmadığını, onun Narkotiklərlə Mübarizə Baş İdarəsində həmyerlisi olan Vasif adlı yaxın dostunun işlədiyini, bir problem yaranacağı halda dərhal Vasifə zəng edəcəyini deyib onu mənzil başına, yəni Qobuya aparıb çatdırmasını xahiş etmiş, həm də bu zəhmətinin əvəzində ona 10-15 qram heroin verəcəyini bildirmişdir. Arabir narkotik vasitə qəbul etdiyinə görə, həm də uzun müddətdən bəri tanıdığı və çəliklə belə çətin hərəkət edən Mərahimi həmin vəziyyətdə qoymamaq üçün razılaşmış, amma Mərahimə daha onu heç yerə aparmayacağını, maşını birbaşa öz evinə sürüb gedəcəyini və onu da oraya qədər aparacağını bildirmiş, oradan isə başqa taksiyə minib hara istəyirsə getməsini təklif etmişdir. Mərahim razılaşmış, o da öz evləri istiqamətinə yollanmışdr. Amma torbada hansı miqdarda, hansı çəkidə, hansı növdə narkotik vasitələr olmasını, Mərahimin narkotik vasitələri kimdən almasını və kimə çatdırmalı olmasını bilməmiş, bu barədə Mərahimdən soruşmamış, Mərahim də ona heç nə deməmişdir. Yaşadığı evin qarşısına çatıb maşını saxlamış, hər ikisi avtomobildən düşmüş, yaxşı yeriyə bilməyən Mərahim ona torbanı yaxınlıqda yolun kənarında dayanmış taksiyə qədər aparmaqda ona kömək etməsini xahiş etmişdir. O da razılaşmış və bundan sonra «McDonalds» yazısı olan torbanın içiçndəki iri qara rəngli sellofan torbanı özü, çəkisi az olan qara rəngli sellofan torbanı isə Təqsirləndirilən şəxs1 götürüb yol kənarında dayanmış taksiyə doğru getdikləri zaman özlərini Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları kimi təqdim edən şəxslər yaxınlaşmış və onları saxlamışlar. Həmin vaxt Mərahim kömək etməsi üçün tələsik telefonla Vasif kimi dediyi dostunu axtarmağa başlamışdır. Daha sonra polis əməkdaşları narkotik vasitələrin dövriyyəsində şübhəli olduqlarını bildirərək onu və Təqsirləndirilən şəxs1 Baş İdarəyə aparmışlar. Orada hər ikisi şübhəli şəxs kimi tutulmuş, kifayət qədər psixoloji təsir edilmiş, onun və Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış keçirilmişdir. Qabaqcadan tapşırdıqları kimi əvvəlcə Təqsirləndirilən şəxs1 əlindəki qara rəngli sellofan torbanı polis əməkdaşlarına təqdim etmiş, həmin torba polis əməkdaşları tərəfindən açıldıqda onun içərisindən bir bükümdə narkotik vasitə heroin, iki ədəd ayrı-ayrı bükümlərdə isə narkotik vasitə tiryək aşkar olunmuşdur. Sonra Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış davam etdirilmiş və üzərindən ona məxsus olan «Samsung» markalı mobil telefon aşkar olunmuşdur. Daha sonra polis əməkdaşları ona üzərində narkotik vasitə varsa təqdim etməsini təklif etmişlər. O da əlindəki qara sellofanı polis əməkdaşlarına təqdim etmişdir. Təqdim etdiyi sellofan torbaya polis əməkdaşları tərəfindən baxış keçirilərkən oradan yeddi ədəd ayrı-ayrı bükümlərdə heroin, iki ədəd bükümdə tiryək, iki ədəd bükümdə qurudulmuş marixuana və iki ədəd elektron tərəzi aşkar olunmuşdur. Şəxsi axtarış bitdikdən sonra həm onun əlindəki sellofandan, həm də Təqsirləndirilən şəxs1 əlindəki sellofandan aşkar olunmuş narkotik vasitələr və elektron tərəzilər polis əməkdaşları tərəfindən qablaşdırılaraq götürülmüşdür. Şəxsi axtarış zamanı onlara qabaqcadan deyildiyi kimi danışmışlar, amma çəkiliş zamanı bu işə 10-15 qram heroinə görə razılıq verdiyini bildirmiş, Mərahim özü də hələ ondan əvvəl polislərin suallarını cavablandıranda onun iranlı ilə heç bir əlaqəsinin olmadığını, narkotik vasitələrin sonrakı aqibətinin nə olacağını bilmədiyini, «malı» həqiqətən Nərimanovdan mikrorayona qədər 10-15 qram heroin müqabilində maşınında gətirməyə razılıq verdiyini göstərmişdir. Onun bu narkotik vasitələrə heç bir aidiyyəti yoxdur. Heç kiminlə onları əldə etməklə bağlı qabaqcadan bir danışığı, söhbəti olmamışdır. Hadisə məhz təsvir etdiyi kimi baş vermiş və yolda geri qayıdarkən məsələnin mahiyyətini biləndən sonra Mərahimin xahişi ilə vəd olunan 10-15 qram heroinə görə razılaşıb onu avtomobilində sürüb gətirdiyinə görə böyük səhvə yol verdiyini başa düşür. İbtidai istintaq vaxtı da dəfələrlə eynilə məhkəmədə dediyi qaydada ifadələr vermiş, ilk vaxtlarda ona əməlinin cinayəti bilib xəbər verməmə kimi qiymətləndirilməklə kömək ediləcəyi söz verilmiş, ona görə də bir neçə dəfə tərtib olunmuş ifadələrinin heç birini oxumadan etibar edərək imzalamışdır. Mərahimlə də üzləşdirilmiş, üzləşmə vaxtı da həm özü, həm Mərahim hadisəni olduğu kimi danışmış, həmin «mallar» barədə hansı məqamda bilməsini açıb danışmışlar. Ona kömək ediləcəyi vədləri istintaqın sonuna kimi davam etmiş, amma ona heç bir köməklik göstərilməmişdir. Ona görə də məhkəmədən bütün bu məsələlərin ətraflı araşdırılaraq barəsində əməlinə uyğun ədalətli qərar çıxarılaraq ona bəraət verilməsini xahiş edir. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı da oxşar məzmunlu ifadələr vermiş, həm də Təqsirləndirilən şəxs1 tanıdıqdan bir müddət sonra onun narkotik vasitələrin satışı ilə məşğul olduğunu öyrəndiyini, özü narkotik vasitə qəbul etdiyindən bir neçə dəfə Mərahimdən narkotik vasitə aldığını, Mərahimin dediyi karta pul köçürməklə sonradan gedib Qobu qəsəbəsində Mərahimdən heroin götürdüyünü bildirmişdir (cild 1, iş vərəqə 94, 111). Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq törətdikləri cinayət əməlləri ilə bağlı Təqsirləndirilən şəxs1 qismən, Təqsirləndirilən şəxs2 isə faktiki tam etiraflarını, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda onlara qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir.Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Şahid1 göstərdi ki, 27 iyun 2021-ci il tarixdə Baş Narkotiklərlə Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs1 külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz olaraq satış məqsədi ilə əldə etməsi, daşıması, saxlaması və satması barədə məlumat daxil olmuşdur. Bundan sonra sonucunun olduğu yerin müəyyənləşdirilməsi və cinayət başında ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuş, qərara əsasən Şahid3 və Şahid2 ibarət əməliyyat qrupu yaradılmış və əməliyyat tədbirinin keçirilməsinə başlanılmışdır. 2021-ci ilin iyunun 27-dən 28-nə keçən gecə Təqsirləndirilən şəxs1 külli miqdarda narkotik vasitəni əldə edib əvvəlcədən onlara məlum olmayan «Mersedes E-Class» markalı **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Nəsimi rayonu istiqamətində hərəkət etməsi barədə məlumat əldə edilmiş və dərhal Təqsirləndirilən şəxs1 cinayət başında yaxalanması üçün tədbirlərə başlanılmışdır. Həmin gün ünvan 7 ünvanın yaxınlığında çəliklə hərəkət edən Təqsirləndirilən şəxs1 və yanında bir nəfər şəxsin əllərində qara sellofanla piyada getdiklərini görüb dərhal onlara yaxınlaşmışlar. İlk olaraq Təqsirləndirilən şəxs1 qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirib ona hüquq və vəzifələrini izah etmişlər, daha sonra yanındakı şəxsin şəxsiyyəti ilə maraqlananda sonuncunun «Mersedes E-Class» markalı **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobili taksi kimi idarə edən Təqsirləndirilən şəxs2 olmasını müəyyənləşdirmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs1 əlində bir ədəd qara rəngli sellofan torba, Təqsirləndirilən şəxs2 əlində isə iki ədəd qara rəngli sellofan torba olmuşdur. Hər iki şəxslə sorğu-sual etdikdə onlar əllərindəki sellofanda narkotik vasitələr olduğunu və bir müddət əvvəl Nərimanov rayon ərazisindən götürdüklərini etiraf etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Baş İdarəyə gətirilmişlər. Baş İdarədə araşdırmanın aparılması təhqiqatçı Nəcəf Aburşuya həvalə edilmiş və təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulduqdan sonra müdafiəçilərinin iştirakı ilə və videoçəkiliş vasitəsilə otaqların birində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılmışdır. Çox çətinliklə hərəkət edən Təqsirləndirilən şəxs1 bir müddət əvvəl avtomobil qəzası keçirdiyini bildirmişdir. Axtarış aparılmazdan əvvəl təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs1 üzərində narkotik vasitə və psixotrop maddələr varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra bir ayağını yerə qoya bilməyən Təqsirləndirilən şəxs1 sol əlində saxladığı qara rəngli sellofan torbanı təqdim etmiş, həmin torbanın içərisinə baxış keçirilərkən oradan bir ədəd bükümdə, açıq qəhvəyi rəngli, narkotik vasitə olan heroinə bənzər, iki ədəd bükümdə isə tünd qəhvəyi rəngli, narkotik vasitə olan tiryəkə bənzər kütlə aşkar olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs2 sol əlində saxladığı iki ədəd qara rəngli sellofan torbaları təqdim etmiş, həmin torbaların içindən yeddi ədəd bükümdə, açıq qəhvəyi rəngli, narkotik vasitə olan heroinə bənzər, iki ədəd bükümdə, tünd qəhvəyi rəngli, narkotik vasitə olan tiryəkə bənzər, iki ədəd bükümdə, açıq yaşıl rəngli, narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr və iki ədəd elektron tərəzi aşkar olunmuşdur. Təqsirləndirilən şəxs1 ondan və Təqsirləndirilən şəxs2 aşkar olumuş narkotik vasitələri İran vətəndaşı kimi bildiyi Malik adlı şəxsin Bakı şəhəri, Nərimanov rayonu ərazisində qabaqcadan yerləşdirib ona bu barədə məlumat verdiyini, tanışı olan taksi sürücüsü Təqsirləndirilən şəxs2 maşını ilə oraya gedib həmin narkotik vasitələri götürdüyünü, həmin narkotik vasitələri Malik adlı şəxslə razılaşmalarına əsasən sonradan sonuncunun deyəcəyi ünvanlara çatdırıb əvəzində pul alacağını və torbadakı heroindən 15 qramını Təqsirləndirilən şəxs2 zəhmət haqqı olaraq taksi kimi onu Nərimanova aparıb gətirdiyinə görə verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs2 də Təqsirləndirilən şəxs1 dediklərini təsdiq edərək, Mərahimin xahişi ilə onu Nərimanov rayonu ərazisinə apardığını, orada bank filialının qabağındakı ağacın dibindən torba götürdüklərini, narkotik vasitə olan torbanı götürüb gətirməkdə etdiyi köməkliyin müqabilində Mərahimin ona şəxsi istifadəsi üçün 15 qram heroin verəcəyini vəd etdiyini bildirmişdir. Bundan sonra aşkar olunmuş maddələr qablaşdırılaraq üzərləri imzalanmış, şəxsi axtarışın keçirilməsinin nəticəsinə dair təhqiqatçı tərəfindən protokol tərtib olunmuş, protokol iştirakçılar tərəfindən tanış olunduqdan sonra imzalarla təsdiq edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin digər əməkdaşları Şahid3 və Şahid2 Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadələr verərək onun göstərdiyi halları təsdiq etdilər. Məhkəmədə əlavə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid4 göstərdi ki, Təqsirləndirilən şəxs1 təxminən iki il əvvəl hələ Binəqədi rayon Polis İdarəsində xidmət etdiyi vaxtdan təsadüfən tanımışdır. Sonralar aralarında yaxın münasibətlər yaranmış və müntəzəm əlaqə saxlamışlar. O, Baş Narkotiklərlə Mübarizə İdarəsində xidmətə keçdikdən sonra həm də həmyerlisi olan Mərahim onunla daha sıx əlaqə yaratmağa və narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı ona bəzi məlumatlar verməyə başlamışdır. Mərahimin ona hansısa məlumatlar verməsi ancaq şəxsi münasibətlərə görə olmuşdur, qeyri-rəsmi xarakter daşımışdır və həqiqətən onun bəzi məlumatları əsasında lazımi əməliyyat tədbirləri keçirilmişdir. Amma müəyyən vaxtdan sonra o, Mərahimin özünün də narkotki vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasından şübhələnməyə başlamışdır. O, heç bir halda Mərahimlə hər hansı qanunsuz əməl törətməmiş, Mərahimin hansısa cinayət əməlini ört-basdır etməyə söz verməmişdir. Amma münasibətə görə onun müəyyən problemlərinin həllinə köməklik göstərmişdir. 28 iyun 2021-ci il tarixdə gecə saatlarında Təqsirləndirilən şəxs1 ona zəng edərək Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən külli miqdarda narkotik vasitələrlə tutulduğunu bildirmiş, olduğu yeri ona demiş, kömək istəmişdir. Nə baş verdiyini dəqiqləşdirmək üçün həmin yerə getmiş və ona məlum olmuşdur ki, İran İslam Respublikasının vətəndaşı vasitəsilə Nərimanov rayonu ərazisində külli miqdarda narkotik vasitələr əldə etməsi barədə daxil olmuş məlumat əsasında əməkdaşlar Şahid1, Şahid2 və Şahid3 ibarət əməliyyat qrupu yaradılmış, tədbir keçirilərək Mərahim saxlanılmışdır. Bir müddət əvvəl avtomobil qəzası keçirmiş və çəliklə güclə hərəkət edən Mərahimlə birlikdə həmin gecə onu külli miqdarda narkotik vasitələrin qoyulduğu yerə aparıb gətirmiş Vadim adlı taksi sürücüsü də tutulmuşdur. Mərahim ona əvvəlcədən Malik adlı iranlı ilə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı danışıq aparmasını, iranlıdan külli miqdarda narkotik vasitə və psixotrop maddə götürəcəyini bildirməmiş, ona bu barədə hər hansı bir məlumat verməmişdir. Mərahim öz maddi marağına görə bu cinayəti törətmişdir. Düşdüyü ağır vəziyyətdən çıxış yolu axtarmaq üçün guya ona bu barədə qabaqcadan məlumat verdiyini bildirməklə özünü müdafiə edir. Amma Təqsirləndirilən şəxs1 bu məzmunlu ifadələrinin heç bir əsası yoxdur. O, polis əməkdaşı kimi cinayətkarlıqla mübarizə aparır və heç bir halda qanunsuz əməllərə yol vermir. Mərahim hal-hazırda vaxtilə aralarında olmuş şəxsi münasibətlərdən sui-istifadə etmək istəyir. Mərahimin bu iddiaları tam əsassızdır. Dəfələrlə Mərahimi cinayət törətməkdən çəkindirmək üçün xəbərdar etmişdir. Çünki, hətta onda belə bir məlumat da olmuşdur ki, Təqsirləndirilən şəxs1 avtomobil qəzasına məhz iranlının harayasa qoyduğu narkotik vasitələri götürməyə gedərkən düşüb. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Şəxsi axtarış və götürmə aparılması haqqında 28 iyun 2021-ci il tarixli protokoldan və həmin prosessual hərəkətin videoçəkilişindən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 paltarlarında, əşyalarında və bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər varsa vermələri təklif edilmiş, bu təklifdən sonra sağ əlində çəlik tutmuş, sol ayağını isə dizdən qatlanmış vəziyyətdə xidməti otaqdakı stulun üstünə qoyaraq müvazinətini saxlamış Təqsirləndirilən şəxs1 sol əlində saxladığı qara rəngli sellofan torbanı təqdim etmiş, həmin torbanın içindən bir bükümdə narkotik vasitə olan heroinə, iki bükümdə narkotik vasitə olan tiryəkə bənzər maddələr aşkar olunaraq götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs2 sol əlində saxladığı qara rəngli sellofan torbadan yeddi ədəd bükümdə narkotik vasitə olan heroinə, iki ədəd bükümdə narkotik vasitə olan tiryəkə, iki ədəd bükümdə narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar maddələr və iki ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş narkotik vasitələri götürdüyü yerə İran İslam Respublikasının vətəndaşı olan Malik adlı şəxsin yerləşdirdiyini, aşkar olunmuş narkotik vasitələri Malikin sonradan deyəcəyi yerə pul müqabilində aparıb qoymalı olduğunu, həmin narkotik vasitələrin sonrakı aqibəti ilə bağlı Təqsirləndirilən şəxs2 heç bir məlumatı olmadığını, narkotik vasitələri götürməkdə köməyinə görə şəxsi istifadəsi üçün Təqsirləndirilən şəxs2 10-15 qram heroin verməyi vəd etdiyini bildirmişdir. Eyni məqamları Təqsirləndirilən şəxs2 də təsdiq etmişdir. Şəxsi axtarış və götürmə zamanı videoçəkiliş aparılmış və müvafiq disk cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə 46-49, 97-98). İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı verdiyi ifadə ilə oxşar məzmunlu ifadə verərək Təqsirləndirilən şəxs1 avtomobili ilə dediyi yerə sürüb ağacın altındakı sellofanı götürdükdən sonra içində nə olduğunu sonuncudan soruşduğunu, sellofanın içərisindəkinin narkotik vasitələr olduğunu bildikdən sonra əvvəlcədən ona niyə demədiyini soruşduğunu, bundan sonra avtomobili evinə tərəf sürüb Mərahimin avtomobildən düşüb başqa taksi ilə getməsini tələb etdiyini, amma Mərahimin taksiyə qədər onu ötürməyini xahiş etdiyini bildirmişdir. Üzləşdirmə zamanı Təqsirləndirilən şəxs1 da Təqsirləndirilən şəxs2 dediklərini təsdiqləmiş və narkotik vasitələri qoyulduğu yerdən götürdükdən sonra Vadimin bundan məlumatlı olduğunu bildirmişdir (cild 2, iş vərəqə 24-26 ). Məhkəmə-kimyəvi ekspertizasının 28 iyun 2021-ci il tarixli 6/2607 nömrəli rəyindən görünür ki, üzərində «Şübhəli şəxs Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərindən...» və sözləri, soyad, imzalar qeyd edilmiş bir ədəd qara rəngli sellofan torbanın içərisində: - 7 ədəd sellofan bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 1010,0 qram, 1000,0 qram, 1000,0 qram, 1000,0 qram, 1005,0 qram, 1075,0 qram, 1000,0 qram; ümumi təmiz çəkisi 7090,0 qram olan qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; - iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 1300,0 qram, 435,0 qram ümumi təmiz çəkisi 1735,0 qram olan tünd qəhvəyi rəngli maddələr xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir; - digər üzərində «Şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərindən...» sözləri qeyd edilmiş bir ədəd qara rəngli sellofan torbanın içərisində bir ədəd sellofan bağlamada təmiz çəkisi 1000,0 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İki ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 495,0 qram, 495,0 qram ümumi təmiz çəisi 990,0 qram olan qəhvəyi rəngli maddələr xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş heroin və tiryək ilə Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş heroin və tiryək xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edir. İki ədəd elektron tərəzi üzərində heroin izləri vardır. Heroin və tiryək 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in Siyahısına (Siyahı İ) daxildir. Ekspert tədqiqatından sonra heroinin qalıq çəkisi 8089,6 qram, tiryəkin qalıq çəkisi 2724,8 qram təşkil etmişdir (cild 1, iş vərəqə 62-67). Məhkəmə-bioloji ekspertizasının 28 iyun 2021-ci il tarixli 7/608 nömrəli rəyindən görünür ki, üzərində «Təqsirləndirilən şəxs2 üzərindən götürülmüş marixuanaya oxşar...» yazısı və imza olan iki ədəd qara rəngli polietilen bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 895 qram, 480 qram olan bitki mənşəli kütlələr tərkiblərinə görə eyni olub tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır, ümumi təmiz çəkisi 1375 qram təşkil edir. Ekspert tədqiqatından sonra qurudulmuş marixuananın qalıq çəkisi 1374,6 qram təşkil etmişdir (cild 1, iş vərəqə 68-72). Mobil telefonlara baxış keçirilməsi haqqında 03 iyul 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olan «Samsung A 10» markalı mobil telefon aparatının abunəçilər bölümündə İran İslam Respublikasının mobil operatoruna məxsus +98939 ******* nömrə «Malik» adı ilə qeydə alınmışdır. Mobil telefonda Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** nömrə adsızdır. Mobil telefon aparatının «WhatsApp» ani mesajlaşma mübadilə sisteminə baxış keçirilərkən müəyyən edilmişdir ki, telefonda adı «Malik» kimi qeydə alınan nömrənin istifadəçisi 27 iyun 2021-ci il tarixdə saat 18:44-də «Salam zank vor» ismarıcını göndərir. «Malik» kimi qeydə alınan nömrənin istifadəçisi 27 iyun 2021-ci il tarixdə saat 22:33-də «mənə birdənə zəng elə», saat 22:37-də «maşmı götürdün mənə bir dənə mənə yaz, yada səs göndər başına dönüm», Təqsirləndirilən şəxs1 «Malik» kimi qeydə alınan nömrənin istifadəçisinə saat 22:43-də «hazırdı Malik maşın hazırdı», «Malik» kimi qeydə alınan nömrənin istifadəçisi Təqsirləndirilən şəxs1 saat 22:44-də «yaxşı başina dönüm səbrli ol.» məzmunlu səsli mesajlar göndərmişdir. «Malik» kimi qeydə alınan nömrənin istifadəçisi Təqsirləndirilən şəxs1 saat 01:15-də narkotikin qoyulduğu yerin şəkillərini göndərir, saat 01:29-da Təqsirləndirilən şəxs1 «Malik» kimi qeydə alınan nömrənin istifadəçisinə narkotik vasitələrin qoyulduğu yerdən götürməsi barədə məlumat verir. «Malik» kimi qeydə alınan nömrənin istifadəçisi Təqsirləndirilən şəxs1 saat 01:39-dan 02:06-dək zənglər etsə də zənglər cavabsız qalmışdır (cild 1, iş vərəqə 146-150). Mobil telefonla ötürülən məlumatlara baxış keçirilməsi haqqında 28 iyul 2021-ci il tarixli protokoldan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-**, Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** telefon nömrələrindən 01 yanvar 2021-ci il tarixdən 28 iyun 2021-ci il tarixədək daxil olan və çıxan zənglərin, qəbul olunan və göndərilən SMS-lərin siyahısı, SMS mətnləri, anten əhatə dairəsi, daxil olan və çıxan zənglər siyahısına aid hər bir nömrənin sahiblərinə dair məlumatlara baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** nömrə ilə Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** nömrə arasında zənglər olmuşdur. Təqsirləndirilən şəxs1 xx.xx.2021-ci il tarixdə saat 22:38:53-də Təqsirləndirilən şəxs2 zəng etmiş 162 saniyə danışıq aparmış, saat 22:51:14-də zəng etmiş 31 saniyə danışıq aparmış, saat 23:34:44-də zəng etmiş və 29 saniyə danışıq apamışdır. Hər üç danışıq aparılarkən Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, 20 Yanvar küçəsi 15 a, «Qızıl Tac» restoranının yaxınlığındakı anten əhatə dairəsində, Vadim Seyfıyev isə Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsindəki antenin əhatə dairəsində olmuşdur. Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** nömrəyə xx.xx.2021-ci il saat 15:02:13-də istintaqa məlum olmayan şəxsin istifadəsində olan 99***-***-**-** nömrədən «Yigirdim soruwumki bu terefler ajdigdi ne ise alinirsa gelmiwken pulnan yola salim seni, hami kola axtarir tez gelsen super olar sende tutardin mende» məzmunlu, xx.xx.2021-ci il saat 19:11:17-də istintaqa məlum olmayan şəxsin istifadəsində olan 99***-***-**-** nömrədən «Salam necesen p.. Var isdeyen var mene tez xeber ver, Ne oldu sesin gelmedi gelmirsen bura getdiyini kimese demeha yaxsi birde qara var» məzmunlu, xx.xx.2021-ci il saat 12:26:21-də istintaqa məlum olmayan şəxsin istifadəsində olan 99***-***-**-** nömrədən «P.. isdeyen var bir telfonu acda» məzmunlu, xx.xx.2021-ci il saat 14:10:24-də istintaqa məlum olmayan şəxsin istifadəsində olan 99***-***-**-** nömrədən «60 manat duzeltmiwem o bayagki 3 dene kolani getir mene ama gozduyurem yig meni» məzmunlu, xx.xx.2021-ci il saat 20:20:08-də istintaqa məlum olmayan şəxsin istifadəsində olan 99***-***-**-** nömrədən «5 dene kola lazimdi, getire bilirsen? ama cekiye bax,o eksiylerimide getir qaqa» məzmunlu, xx.xx.2021-ciu il saat 23:19:57-də istintaqa məlum olmayan şəxsin istifadəsində olan 99***-***-**-** nömrədən «Qaqa 1 Saat Demiwdin 2 Saat Keçdi,bele X12 Cani,gel Cixda Day,3 Dene Kola 1 Denede Daw getir» məzmunlu, xx.xx.2021-ci il saat 01:19:28-də istintaqa məlum olmayan şəxsin istifadəsində olan 99***-***-**-** nömrədən «qaqa qurban olaram 20 manat verim mene 1 gotur ver» məzmunlu, xx.xx.2021-ci il saat 05:53:38-də istintaqa məlum olmayan şəxsin istifadəsində olan 99***-***-**-** nömrədən «Kolam qutardi Merahim ona gore deyiremki bunu 2 dene ver bir defemlik. patinin evwzine gerek kola vererdin.meni yig bidene» məzmunlu, xx.xx.2021-ci il saat 06:24:52-də istintaqa məlum olmayan şəxsin istifadəsində olan 99***-***-**-** nömrədən «Ama sen bayag dedinki fırlanib gelib verecem yenede kola.ama verdiyim maqintafona 1 dene kola ve cet pati duwmur Merahim.bu gune kimi elediylerive gore cox sagol. bu gundunen sora yalvarsamda sene mene hecne getirme qaqa.sagol ozunden mugayet ol» məzmunlu, xx.xx.2021-ci il saat 17:41:29-da istintaqa məlum olmayan şəxsin istifadəsində olan 99***- ***-**-** nömrədən «axsamin xeyir emi Elvindi, hardasan agriyiram gelim yarimi gotrum o terefnende danisag gorey 300 dene torpağ gotursey das nisye verecey ya yox. gozduyrem» məzmunlu, xx.xx.2021-ci il saat 20:23:24-də istintaqa məlum olmayan şəxsin istifadəsində olan 99***-***-**-** nömrədən «1 dene kola lazimdu puluynan tez he yox de» məzmunlu, xx.xx.2021-ci il saat 11:52:07-də istintaqa məlum olmayan şəxsin istifadəsində olan 99***-***-**-** nömrədən «Menem cavid gellem şamaxinkaya menim kolami hazirla vezyetim pisdi» məzmunlu sms-lər göndərilmişdir (cild 1, iş vərəqə 174-196). Təqsirləndirilən şəxs2 istifadəsində olmuş mobil telefonla ötürülmüş məlumatlara baxış keçirilərkən iş üzrə əhəmiyyət kəsb edən məlumatlar aşkar olunmamışdır (cild 1, iş vərəqə 174-196). Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 27 sentyabr 2021-ci il tarixli 3632 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, məcburi müalicəyə əks göstərişi yoxdur (cild 1, iş vərəqə 244- 245). Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 20 sentyabr 2021-ci il tarixli 3547 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 opioidlərdən və psixostimulyatorlardan istifadə etmə halları olub. Hal hazırda müayinə zamanı Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqə 246-247). Abşeron rayon İcra Hakimiyyəti Başçısının Qobu qəsəbə icra nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs1 haqqında heç bir yazılı və ya şifahi şikayətin daxil olmadığı, qəsəbədə yaşadığı müddətdə özünü sakit apardığı, qohum və qonşuların hörmətini qazandığı göstərilmişdir (cild 1, iş vərəqə 201). Cinayət işinin materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqələrinin və doğum haqqında şəhadətnamələrin, Tibbi-sosial ekspert komissiyasının məlumatının surətlərindən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində biri xəstə olmaqla 14 oktyabr 2017-ci il və 19 avqust 2013-cü il təvəllüdlü iki azyaşlı uşağı vardır (cild 1, iş vərəqə 199- 200, 203,205). Cinayət işinin materiallarına əlavə edilmiş Tibbi-sosial ekspert komissiyasının məlumatının surətdən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində olan 19 avqust 2013-cü il təvəllüdlü qızı sağlamlıq imkanları məhdud olan uşaqdır (cild 1, iş vərəqə 202). Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin 77 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs2 haqqında heç bir şikayətin daxil olmadığı göstərilmişdir (cild 1, iş vərəqə 208). İbtidai istintaq orqanının 12 mart 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2-ci, 234.4.1-ci və 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrı icraata ayrılmışdır (cild 2, iş vərəqə 176-178). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 216-217). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs2 Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 01 may 2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144.3-cü maddəsi ilə təqsirli bilinərək 03 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilmişdir (cild 1, iş vərəqə 218-220). İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi ilə ittiham irəli sürülərək göstərilmişdir ki, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma və satma barədə şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı «Malik» adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, aralarında olan cinayətkar razılaşmaya əsasən şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı «Malik» adlı şəxs və qeyriləri tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli külli miqdarda narkotik vasitələrin İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsi və satışının təşkil edilməsinə əvvəlcədən vəd verməklə razılığa gələrək köməklik etmiş, bu məqsədlə «Malik» adlı şəxs və qeyrilərinin naməlum vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirdiyi külli miqdarda 8090 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini, külli miqdarda 2725 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki və külli miqdarda 1375 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı ünvan 3 ünvanında yerləşən "xxxx" ASC-nin Nərimanov filialının qarşısında yerləşdirib bu barədə «WhatsApp» ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə Təqsirləndirilən şəxs1 məlumat verdikdən sonra sonuncu külli miqdarda narkotik vasitələrin əldə olunması, saxlanması, daşınması və satılması ilə bağlı tanışı Təqsirləndirilən şəxs2 ilə razılığa gələrək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə Vadim Seyfıyevin idarə etdiyi «Mersedes E Class» markalı **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobillə 28 iyun 2021-ci il tarixdə saat 01:29-da ünvan 3 ünvanında yerləşən "xxxx" ASC-nin Nərimanov filialının qarşısına gedərək oradan içərisində külli miqdarda - 1000 qram çəkidə narkotik vasitə heroin və külli miqdarda - 990 qram çəkidə narkotik vasitə tiryək olan bir ədəd qara rəngli sellofan torbanı satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlayıb daşımışdır. Lakin məhkəmə istintaqı zamanı aparılmış hərtərəfli araşdırma nəticəsində təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsi, belə bir əməlin törədilməsində iştirakı və belə iştiraka yönəlmiş hər hansı qəsdi sübuta yetirilməmişdir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə ittiham elan edərkən iş üzrə toplanmış sübutların məcmusuna düzgün istinad etməklə obyektiv, əsaslı hüquqi nəticəyə gəlsə də, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi ilə ittiham irəli sürməklə əsassız qənaətə gəlmişdir. Belə ki, iş üzrə toplanmış sübutların, bütövlükdə cinayət işinin materiallarının təhlili göstərir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini təsdiq edə biləcək hər hansı mötəbər sübut əldə olunmamışdır. Təqsirləndirilən şəxs1 qarşı ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihamın özündə belə birbaşa göstərilmişdir ki, “şəxsiyyəti istintaqla müəyyən edilməmiş «Malik» adlı şəxs və qeyrilərinin naməlum vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirdiyi külli miqdarda narkotik vasitələri ünvan 3 ünvanında yerləşən "xxxx" ASC-nin Nərimanov filialının qarşısında yerləşdirib bu barədə «WhatsApp» ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə Təqsirləndirilən şəxs1 məlumat verdikdən sonra sonuncu da həmin əraziyə gedərək külli miqdarda narkotik vasitələri qanunsuz olaraq satış məqsədi ilə əldə edib üzərində saxlayıb daşımışdır”. Göründüyü kimi, narkotik vasitəni Bakı şəhəri, Nərimanov rayonu ərazisinə bilavasitə gətirib konkret yerlərə yerləşdirən, habelə onları özünün sonradan qoyacağı yerdən götürəcək şəxslərin kim olacağı barədə hər hansı məlumatı olmayan Təqsirləndirilən şəxs1 yuxarıda təsvir olunan şəkildə çatdırma ilə bağlı hərəkəti yalnız satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə edərək daşıyıb saxlama cinayətinin tərkibi ilə əhatə olunur. Həm də məhkəmə, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə edərək daşıyıb saxlama cinayətinə münasibətdə qabaqcadan əlbir olan bir qrup şəxs halında tövsifedici əlamətinin tam sübuta yetirildiyi qənaətindədir. Qabaqcadan əldə edilən razılığın forması əməlin tövsifinə təsir etmədiyindən Təqsirləndirilən şəxs1 yalnız telefonla əlaqə saxlayıb razılıq əldə etməsi satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə edərək daşıyıb saxlama cinayətinə münasibətdə bu tövsifedici əlamətin yaranması üçün yetərlidir. Cinayətin gedişində cinayətə qoşulmaqla (cinayətin digər iştirakçıları ilə qabaqcadan cinayətin törədilməsi məqsədi ilə əlbir olmadan) cinayətdə iştirak etmiş və ya digər cinayət törətmiş şəxsin hərəkətləri cinayətin iştirakçıları (içraçıları) ilə qabaqcadan cinayət əlaqəsinə girməklə cinayəti əlbir olan qrup şəkildə törətməsi kimi qiymətləndirilməməli və həmin şəxs özünün törətdiyi konkret hərəkətlərə görə məsuliyyət daşımalıdır. Yəni, Təqsirləndirilən şəxs1 qeyriləri tərəfindən qaçaqmalçılıq cinayəti törədildikdən sonra həmin şəxslərin satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, daşıma, saxlama hərəkətlərində iştirak etmişdir və ona görə də təqsirləndirilən şəxs məhz törətdiyi sübuta yetirilən bu əməllərinə görə təqsirli bilinib cəzalandırılmalıdır. Ona görə də məhkəmə bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 irəli sürülmüş ittihamın qaçaqmalçılıq cinayəti ilə bağlı hissəsi yalnız fərziyyələrə söykənir. Məhkəmə onu da qeyd edir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs1 barəsində cinayət işini təhqiqat orqanı tərəfindən toplanmış ilkin materiallar əsasında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə başlamışdır (cild 1, iş vərəqə 1). Təhqiqat orqanın topladığı ilkin materiallarda olan bütün dəlillər də Təqsirləndirilən şəxs1 qanunsuz olaraq külli miqdarda narkotik vasitələri satış məqsədi ilə əldə edib Nəsimi rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə məlumat ətrafında cəmlənmişdir (cild 1, iş vərəqə 5-10). Yəni, qaçaqmalçılıq cinayəti ilə bağlı hər hansı məlumat belə olmamışdır və külli miqdarda narkotik vasitələrin Bakı şəhərinin Nərimanov rayonu ərazisindən əldə olunması, onların həmin yerə qabaqcadan iranlı olması ehtimal edilən Malik adlı şəxs tərəfindən yerləşdirilib gizlədilməsi barədə bütövlükdə cinayət işində olan məlumatlar yalnız Təqsirləndirilən şəxs1 ifadəsinə əsaslanır. Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin məhz 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs kimi tutulmuş (cild 1, iş vərəqə 24) və 234.4.1-ci və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir (cild 1, iş vərəqə 103-104). Təqsirləndirilən şəxs qismində dindirilərkən də Təqsirləndirilən şəxs1 özünü ona Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə təqsirli bilərək etirafedici ifadə vermişdir (cild 1, iş vərəqə 107-108). İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş yuxarıda qeyd olunan ittiham üzrə nəticəyə gələrkən məhkəmə xüsusi vurğulamağı zəruri hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 223-cü maddəsinin tələblərinə əsasən, təqsirləndirilən şəxs qismində cəlb edilmə haqqında əsaslandırılmış qərar çıxarılmalı, həmin qərarda həm də cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi göstərilməklə ittihamın mahiyyəti, cinayət bir qrup şəxs tərəfindən törədildikdə, iştirakçılığın növü göstərilməlidir. Təqsirləndirilən şəxs1 yenidən ittiham elan edilməsi haqqında 05 mart 2022-ci il tarixli qərarda isə ona ittiham elan olunarkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32,5, 206.3.2-ci maddəsinə münasibətdə bu zəruri əlamətlərin heç biri əksini tapmamış, ümumi fikir şəklində onun «satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma və satma barədə şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı «Malik» adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, aralarında olan cinayətkar razılaşmaya əsasən şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı «Malik» adlı şəxs və qeyriləri tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli külli miqdarda narkotik vasitələrin İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsi və satışının təşkil edilməsinə əvvəlcədən vəd verməklə razılığa gələrək köməklik etmiş, bu məqsədlə «Malik» adlı şəxs və qeyrilərinin naməlum vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirdiyi külli miqdarda 8090 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini, külli miqdarda 2725 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki və külli miqdarda 1375 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı ünvan 3 ünvanında yerləşən "xxxx" ASC-nin Nərimanov filialının qarşısında yerləşdirib bu barədə «WhatsApp» ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə Təqsirləndirilən şəxs1 məlumat verdikdən sonra sonuncu külli miqdarda narkotik vasitələrin əldə olunması, saxlanması, daşınması və satılması ilə bağlı tanışı Təqsirləndirilən şəxs2 ilə razılığa gələrək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə Vadim Seyfıyevin idarə etdiyi «Mersedes E Class» markalı **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobillə 28 iyun 2021-ci il tarixdə saat 01:29-da ünvan 3 ünvanında yerləşən "xxxx" ASC-nin Nərimanov filialının qarşısına gedərək oradan içərisində külli miqdarda 1000 qram çəkidə narkotik vasitə heroin və külli miqdarda 990 qram çəkidə narkotik vasitə tiryək olan bir ədəd qara rəngli sellofan torbanı satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlayıb daşıması» göstərilmişdir. Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərarın bilavasitə özündən də göründüyü kimi, təqsirləndirilən şəxsin törətdiyi israr edilən qaçaqmalçılıq cinayətinin kim tərəfindən və nə vaxt törədilməsi, cinayətin törədildiyi yer, onun törədilmə üsulu ümumiyyətlə müəyyən edilməmişdir. Şəxsə qarşı ittiham irəli sürülərkən qaçaqmalçılıq cinayətinin obyektiv cəhətinə aid olan hərəkətlərdən məhz hansının törədildiyi müəyyənləşdirilməmiş, hətta təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərarın özündə belə qeyri-müəyyənlik birbaşa əks etdirilərək narkotik vasitənin Azərbaycan Respublikasının gömrük sərhədindən ehtimalla «gömrük nəzarətindən kənar və ya ondan gizli» keçirildiyi göstərilmişdir. Yəni, cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərdən hansının törədilməsi müəyyən olunmamış, alternativ hərəkətlər məcmusu halında qeyri-müəyyən ittiham formalaşdırılmışdır. Qaçaqmalçılıq cinayətinin nə vaxt törədilməsi ilə bağlı isə ümumiyyətlə heç bir məlumat yoxdur. Hətta ibtidai istintaq orqanının özü belə bu halları rəsmən etiraf edərək sübutların qiymətləndirilməsi haqqında 04 mart 2022-ci il tarixli qərarında qeyrilərinin barəsində cinayət işinin ayrılmasını əsaslandırarkən göstərmişdir ki, aparılmış ibtidai istintaq zamanı «külli miqdarda narkotik vasitənin hansı şəraitdə, nə zaman, kimin və ya kimlərin vasitəsilə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizlin keçirilməsini… müəyyən etmək mümkün olmamışdır.» (cild 2, iş vərəqə 99). Şərh olunan hallar “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarının izah və tövsiyələrində əks olunmuş hüquqi mövqe ilə də birbaşa ziddiyyət təşkil edir. Digər tərəfdən, həmin qərarda göstərilmişdir ki, mal və ya digər əşyalar qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən keçirildikdən sonra bu barədə məlumat alaraq onları qəbul etmiş şəxsin bu cinayətin törədilməsində iştirakı müəyyən edilmədikdə, onun qaçaqmalçılıq cinayətini törətməsinə görə məsuliyyəti istisna edilir. İbtidai istintaq orqanının iştirakçılıqla bağlı mücərrəd mövqeyi də hər hansı sübuta əsaslanmır və Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitənin Azərbaycan Respublikasının gömrük sərhədindən «gömrük nəzarətindən kənar və ya ondan gizli qaçaqmalçılıqla keçirilməsinə qabaqcadan vəd etməklə köməklik etməsi»nin hansı hərəkət və ya hərəkətsizliklə edilməsi barədə hər hansı dəlil mövcud deyildir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5-ci maddəsinə əsasən, cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır. Təqsirləndirilən şəxs1 istintaqla müəyyən edilməmiş şəxslər tərəfindən və naməlum vaxtda törədilmiş külli miqdarda narkotikin dövlət sərhəddindən qaçaqmalçılıq yolu ilə keçirilməsi cinayətinin törədilməsində iştirak edərək sadalanan hərəkətlərdən hansı birini etməsi müəyyənləşdirilməmiş, ona Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi ilə ittiham elan olunarkən bu əməli törətməsinə dair Cinayət-Prosessual Məcəllənin 223-cü maddəsində nəzərdə tutulmuş zəruri elementlərin heç biri göstərilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» 6 may 2022-ci il tarixli qərarında ifadə edilmiş qəti hüquqi mövqeyə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33.3 və 34.2-ci maddələrinin mənasına görə, cinayətin iştirakçıları (təşkilatçı, təhrikçi və ya köməkçi) cinayət əməlinin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasında bilavasitə iştirak etmədiyi və ya onların əməlində cinayətin obyektiv cəhətinin tərkib əlamətlərinin mövcud olmadığı halda, əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi qiymətləndirilə bilməz. Hazırkı iş üzrə Təqsirləndirilən şəxs1 qaçaqmalçılıq cinayəti ilə bağlı obyektiv cəhəti təşkil edən hərəkətlərin icrasında bilavasitə iştirak etməməsi işin mübahisəsiz halıdır. Bununla belə, təqsirləndirilən şəxsin əməlində cinayətin obyektiv cəhətinin tərkib əlamətlərinin mövcudluğu ilə bağlı hər hansı sübut olmadığı bir halda ona ibtidai istintaq orqanı tərəfindən qabaqcadan əlbir olan bir qrup şəxs halında qaçaqmalçılıq cinayətini törətməsi ittihamı irəli sürülmüşdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33.3 və 34.2-ci maddələrinin tələbləri baxımından cinayətin iştirakçısı icraçı ilə birlikdə cinayətin obyektiv cəhətinə daxil olan hərəkətlərdə iştirak etmədikdə, yəni cinayət qabaqcadan əlbir olan iki və daha çox şəxs tərəfindən törədilmədikdə, onun əməlləri həmin Məcəllənin 32-ci maddəsinə istinad edilməklə Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsinə uyğun tövsif edilməlidir. Amma bu halda da Təqsirləndirilən şəxs1 qaçaqmalçılıq cinayətinin törədilməsində «qabaqcadan vəd etməklə köməklik göstərməsinin» hansı hərəkətlərlə ifadə olunması barədə hər hansı sübut mövcud deyildir. Digər tərəfdən, ümumiyyətlə iş üzrə ittiham aktında istinad edilən bütün sübutlar məcmusu – təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları və digər sənədlər isə Təqsirləndirilən şəxs1 tərəfindən qaçaqmalçılıq cinayətinin törədilməsinə dəlalət edən hər hansı məlumat yükü daşımır. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, «yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır». Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən «Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir.» Sübutların qiymətləndirilməsinə dair Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 145-ci maddəsində təsbit olunun qaydalara görə: «145.1. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. 145.2. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. 145.3. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.» Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM 146.1). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin təqirliliyi sübuta yetirilmədikdə, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsinin, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.2.4-cü maddəsinə əsasən həmin Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifələrindən biri kimi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin İ hissəsinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Bu maddənin İİ hissəsində isə müəyyənləşdirilmişdir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Konstitusiya normasını eynilə əks etdirən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsi həmçinin nəzərdə tutur ki, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.2-ci maddəsinə əsasən, həmin məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası tam, hərtərəfli və obyektiv olaraq tədqiq olunan sübutlar toplusuna məcmu halında qiymət verərək və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü və 42.2.4-cü maddələrinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsiri müəyyən edilmədiyindən ona bəraət verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.3.4-cü maddəsinin tələblərinə əsasən məhkəmənin bəraət hökmündə bəraət almış şəxsə cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi məsələsi və mülki iddia üzrə qərarın motivləri göstərilməlidir. Təqsirləndirilən şəxs1 cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində ona ziyan vurulması ilə bağlı məhkəməyə müraciət etməmişdir. Bəraət alması ilə əlaqədar ona cinayət təqibi orqanlarının qeyd olunan epizod üzrə qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi tələbi ilə müraciət hüququnun olması izah olunmalıdır. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri tədqiq edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, şəxsin təqsirliliyi sübuta yetirilmədikdə - şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə əsası ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi üzrə bəraət verilməli, o, məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla törətməsi təsdiq olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinə görə məhkum edilməlidir. Məhkəmə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 qarşı irəli sürülmüş qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama və daşıma ittihamı üzrə məsələni mövcud sübutların məcmusu əsasında qiymətləndirərək bu qənaətə gəlir ki, həmin şəxsin bu əməlləri qabaqcadan əlbir olan bir qrup şəxs halında deyil, bir qrup şəxs tərəfindən törədilmə kimi qiymətləndirilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsində əməlin tövsifedici əlaməti kimi həm də Cinayət Məcəlləsinin 234.2 və 234.3-cü maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 34.1-ci maddəsinə əsasən qabaqcadan razılaşmadan iki və ya daha çox icraçının birgə iştirakı ilə törədilən cinayət bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Cinayət qanununun mənasına görə qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 34.2-ci maddəsinin mənasına görə, Cinayət Məcəlləsinin 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli Qərarında eyni hüquqi mövqe əks olunmuşdur. Cinayətin gedişində cinayətə qoşulmaqla (cinayətin digər iştirakçıları ilə qabaqcadan cinayətin törədilməsi məqsədi ilə əlbir olmadan) cinayətdə iştirak etmiş və ya digər cinayət törətmiş şəxsin hərəkətləri cinayətin iştirakçıları (içraçıları) ilə qabaqcadan cinayət əlaqəsinə girməklə cinayəti əlbir olan qrup şəkildə törətməsi kimi qiymətləndirilməməli və həmin şəxs özünün törətdiyi konkret hərəkətlərə görə məsuliyyət daşımalıdır. Hazırkı cinayət işi üzrə araşdırma zamanı satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama və daşıma əməlini törətmək üçün təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhz qabaqcadan əlbir olmalarını, Təqsirləndirilən şəxs1 tərəfindən cinayətin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək cinayətin iştirakçısı kimi təqdim edilən Təqsirləndirilən şəxs2 arasında qabaqcadan əlbirlik olmasını təsdiq edən hər hansı sübut mövcud deyildir. Mübahisə edilməyən hal ondan ibarətdir ki, Təqsirləndirilən şəxs1 qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma və satma barədə qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, həm özünün avtomobili olmadığına, həm də bir müddət əvvəl yolnəqliyyat hadisəsi zamanı həm də ayağından xəsarət aldığından sərbəst hərəkət etməkdə çətinlik çəkərək çəliklə gəzdiyinə görə taksi sürücüsü kimi tanıdığı Təqsirləndirilən şəxs2 onu konkret ünvana aparmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs1 həqiqətən sərbəst hərəkət edə bilmədiyi onun üzərinə şəxsi axtarış və götürmə keçirilməsinə dair prosessual hərəkətin məhkəmə istintaqında tədqiq edilmiş videoçəkilişindən də aşkar görünür. Belə ki, şəxsi axtarışı zamanı da aidiyyəti polis qurumunun xidməti otağında sağ qoluna keçirilmiş xüsusi çəliklə hərəkət etdiyi, sol ayağını isə yerə qoymayaraq dizdən qatlanmış vəziyyətdə xidməti otaqdakı stulun üstünə söykəndiyi aşkar görünür. İçərisində külli miqdarda narkotik vasitələrin olduğu torba qoyulduğu yerdən götürülüb avtomobilə aparıldıqdan sonra içərisindəkilər barədə məlumat alan və məhz bundan sonra cinayətin törədilməsində qəsdən iştirak etməyə razılıq verən Təqsirləndirilən şəxs2 əməli qabaqcadan əlbir olan bir şəxs halında deyil, Təqsirləndirilən şəxs1la bir qrup şəxs halında törətmişdir. Yəni, Cinayət Məcəlləsinin 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, Təqsirləndirilən şəxs1 qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etməklə razılaşdıqları cinayətkar niyyətin həyata keçirilməsi üçün Təqsirləndirilən şəxs2lə qabaqcadan sövdələşməsi halı sübuta yetirilmir. Hadisənin bu mənzərəsi ibtidai istintaq mərhələsində də müəyyənləşdirilmiş, Vadim Sefiyev vəsatətlə müraciət edərək bu barədə ətraflı ifadə vermiş (cild 2, iş vərəqə 14-17, 128-130), digər Təqsirləndirilən şəxs1 da dindirilərkən tam eyni məzmunlu ifadələr verərək Təqsirləndirilən şəxs2 bildirdikləri ilə tam üst-üstə düşən ifadələr vermiş (cild 2, iş vərəqə 19-22), hər iki təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı bir daha dəqiqləşdirmələr aparılmış (cild 2, iş vərəqə 24-26) və həmin istintaq hərəkətləri nəticəsində müəyyən edilmiş hallar başqa hər hansı sübutlarla təkzib edilməmişdir. Təqsirləndirilən şəxslərin hər ikisi məhkəmə istintaqında faktki ibtidai istintaq zamanı verdikləri ifadələrini təsdiq etmişlər. Barəsində həbs qətimkan tədbiri seçilməsi haqqında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli qərarından isə müəyyən olunur ki, həmin qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəmə iclasında da Təqsirləndirilən şəxs2 narkotik vasitələri götürməkdə Təqsirləndirilən şəxs1 kömək etdiyini etiraf etmiş, narkotik vasitələri götürməyə gedəndə onun nə olduğunu Təqsirləndirilən şəxs1 ona bildirməmiş, etdiyi köməyin müqabilində sonuncu ona 15 qram heroin verməyi vəd etmişdir (cild 1, iş vərəqə 144). Cinayətdə iştiraka razılıq vermiş Təqsirləndirilən şəxs2 bilavasitə qəsdi şəxsi istehlakı üçün 15 qram heroinin əldə edilməsinə yönəlsə də, əslində taksi kimi göstərdiyi xidmətə görə zəhmət haqqı olaraq əldə edəcəyi 15 qram heroinin müqabilində dəqiq növünü və miqdarını bilməsə belə aşkar surətdə hər bir halda külli miqdar təşkil etməsi ona məlum olduğu şübhə doğurmayan narkotik vasitələrin qanunsuz olaraq satış məqsədi ilə əldə edilməsində, avtomobilində saxlamasında və daşınmasında iştirakı ilə bağlı törətdiyi əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3cü maddəsinin tərkibi ilə tam əhatə olunur. Beləliklə, Təqsirləndirilən şəxs1 planlaşdırıb icra etdiyi əməlin məhz cinayətkar niyyət kimi həyata keçirilib reallaşmasında Təqsirləndirilən şəxs2 hər hansı şəkildə maraqlı olub-olmaması məsələsi də aydınlaşdırıldıqda bu şəxsin törətdiyi əməlin qabaqcadan cinayət əlaqəsinə girməklə əlbir olan bir qrup şəklində deyil, məhz bir qrup şəxs tərəfindən törədildiyi müəyyən olunur. Sadə iştirakçılıqla həmin əməli törətmiş Təqsirləndirilən şəxs2 hərəkətlərində qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmənin hər hansı forması müəyyən olunmur. Ona görə də məhkəmə bu şəxsin törətdiyi əməlin qabaqcadan cinayət əlaqəsinə girmiş bir qrup şəklində deyil, məhz sadə iştirakçılıqla bir qrup şəxs tərəfindən törədilmiş əməl kimi qiymətləndirilməsini qanuni və əsaslı mövqe hesab edir. Bununla belə, məhkəmə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində faktiki iştirakının xarakterinin və dərəcəsinin digər Təqsirləndirilən şəxs1 ilə müqayisədə əhəmiyyətli dərəcədə fərqləndiyini qeyd edir və bu halın cəza təyini zamanı fərdi yanaşmanın əsas məqamlarından biri olaraq nəzərə alınmalı olan xüsusat kimi nəzərdə saxlayır. Şərh olunanlara əsasən məhkəmə Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsaslanmaqla, Təqsirləndirilən şəxs2 qarşı irəli sürülmüş ittihamdan qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşımaqla bağlı bəndin - Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsinin çıxarılmasını əsaslı hesab edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. X8 11-ci bəndində göstərilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməlidir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmələri tam sübuta yetirilmişdir. Onlar, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələrinin, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onların törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onları səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 himayəsində iki azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, özünü qismən təqsirli bilərək səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və himayəsindəki uşaqlardan birinin xəstə olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar qismində nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 özünü qismən təqsirli bilərək səmimi peşman olmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar qismində nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzalarını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onların barəsində seçilmiş həbs qətimkan tədbirləri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 28 iyun 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşlar, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli qərarları ilə onların barəsində həbs qətimkan tədbirləri seçilmiş, həbs etmənin əvvəlinin 28 iyun 2021-ci il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 24, 41, 140-145). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 28 iyun 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 8089,6 qram təşkil edən heroin, qalıq çəkisi 2724,8 qram təşkil edən tiryək, qalıq çəkisi 1374,6 qram təşkil edən qurudulmuş marixuana və iki ədəd elektron tərəzi məhv edilməli, şəxsi axtarış keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd DVD disk, “Azerfon” və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətləri tərəfindən təqdim olunmuş, sms yazışmalarının və anten məlumatlarının əks olunduğu 03 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, 01 ədəd ''Samsung" markalı mobil telefon aparatı Təqsirləndirilən şəxs1 ailə üzvlərinə qaytarılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.3-cü maddəsinə əsaslanmaqla, ekspertə ödənilməli olan məhkəmə məsrəfi ilə bağlı qənaətə gələrkən, iş üzrə təqsirləndirilən şəxslərin hər birinin təqsirlilik dərəcəsini nəzərə alaraq, xərcin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 fərqli paylar müəyyənləşdirməklə tutulmalı olması qənaətinə gəlir. Belə ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 103 (bir yüz üç) manat 82 (səksən iki) qəpik və Təqsirləndirilən şəxs2 40 (qırx) manat olmaqla cəmi 143 (bir yüz qırx üç) manat 82 (səksən iki) qəpik məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 63, 69 ). Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi müvafiq olaraq Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001-ci il tarixli, 31 nömrəli Qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə mərhələsində göstərilmiş 40 iş saatı həcmində hüquqi yardımla bağlı X2 vəkil işlədiyi Bakı şəhəri 17 saylı Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona 12 (on iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı 28 iyun 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32,5, 206.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi ilə bağlı hissədə təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilsin. Bəraət alması ilə əlaqədar Təqsirləndirilən şəxs1 cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın və məhkəmə xərclərinin ödənilməsi tələbi ilə müraciət hüququnun olması izah olunsun. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı 28 iyun 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübutlar: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 8089,6 qram təşkil edən heroin, qalıq çəkisi 2724,8 qram təşkil edən tiryək, qalıq çəkisi 1374,6 qram təşkil edən qurudulmuş marixuana və iki ədəd elektron tərəzi məhv edilsin; - şəxsi axtarış keçirilməsinin görüntülərini özündə əks etdirən bir ədəd DVD disk, “Azerfon” və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətləri tərəfindən təqdim olunmuş üç ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın; - bir ədəd ''Samsung" markalı mobil telefon aparatı Təqsirləndirilən şəxs1 ailə üzvlərinə qaytarılsın. Təqsirləndirilən şəxs1 103 (bir yüz üç) manat 82 (səksən iki) qəpik və Təqsirləndirilən şəxs2 40 (qırx) manat olmaqla cəmi 143 (bir yüz qırx üç) manat 82 (səksən iki) qəpik məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 17 saylı Vəkil Bürosunun hesabına vəkil X4 üçün 240 (iki yüz qırx) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surətinin onlara verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar