Məhkəmə qərarları › İş №1(101)-947/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-947/2023

18.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-947/2023 18.09.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Məcidov X11 və Məmmədzadə Səbinə Adil qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı1, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs qanuni nümayəndəsi (anası) Qanuni nümayəndə, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs nümayəndəsi (etibarnamə və order əsasında) Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, müdafiəçi - Bakı şəhəri 06 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1991-ci ildə Rusiya Federasiyası, Arxangelsk rayonunda anadan olmuş, evli, 1 (bir) azyaşlı uşağı olan, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmayan, həbs olunanadək "xxxx" MMC-də mühafizəçi işləmiş, Tovuz rayonu, Əhmədabad kəndində qeydiyyatda olan, həbs olunanadək ünvan 1-da yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxansında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, 2021-ci ilin iyul ayından etibarən mütəmadi olaraq, sonuncu dəfə 22 oktyabr 2022-ci il tarixdə ünvan 1 ünvanında yerləşən ailəsi ilə birgə yaşadığı evində ona aşkar surətdə 14 (on dörd) yaşına çatmayan, xx.xx.2008-ci il təvəllüdlü ögey qızı Zərərçəkmiş şəxs köməksiz vəziyyətindən istifadə edərək cinsiyyət orqanını sonuncunun arxa keçəcəyinə həm daxil etmə, həm də sürtmə yolu ilə sperma ifraz edərək cinsi ehtirasını təmin etməklə Zərərçəkmiş şəxs qarşı sonuncunun qollarından vuraraq zor tətbiq etməklə müqavimətini dayandırmasını tələb edərək baş verənləri digər şəxslərə deyəcəyi təqdirdə sonuncunu öldürəcəyi, o cümlədən anası Qanuni nümayəndə boşayacağı barədə hədələməklə seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, ona qarşı irəli sürülmüş ittiham şər və böhtandır. O, həyat yoldaşı Qanuni nümayəndə ilə 2011ci ildə tanış olaraq ailə qurmuşdur. Həmin vaxt Zərərçəkmiş şəxs balaca uşaq olmuşdur. O, bu balaca qızı, yəni Nurayı da öz himayəsinə götürərək böyüdüb boya-başa çatdırmışdır. Baş vermiş hadisələr barədə olan məlumatlar əvvəlcədən ona qarşı qurulmuş böhtandır. Onu şərləmişlər. Onun belə bir şey etməsi mümkün deyil. Həyat yoldaşı Aytən onu evindən, ümumiyyətlə həyatından çıxarmaq üçün bu planı quraraq onun barəsində saxta məlumatlar yaymışdır. Təqsirləndirilən şəxs cinayət prosesi iştirakçılarının suallarına cavab olaraq bildirmişdir ki, həyat yoldaşı Qanuni nümayəndə ona qarşı kişilərin bağışlamadığı hərəkəti etsə də, o, Aytəni sevdiyindən bağışlamışdır. Həmçinin Qanuni nümayəndə bacıları düzgün yolun yolçuları olmamışlar, qeyd edilən şəxslər onların evinə gəldikdə, o, bununla bağlı öz narazılığını bildirmiş, hətta Aytənin bir bacısı Ramana qəsəbəsində yaşadığı vaxt sonuncunun əri həmin bacısını başqa kişi ilə tutmuşdur. Onlar Əhmədli qəsəbəsində ev almışlar. Həmin evi Aytən öz adına rəsmiləşdirilməsini ondan istəsə də, o, evi öz adına rəsmiləşdirmişdir. Həbs edilməmişdən əvvəl o, Aytənin bacıları ilə telefonda danışaraq sərt şəkildə sözlü mübahisə etmişdir. Bundan başqa, o, Aytənin Gülnaz adlı bacısı ilə dalaşmışdır. Aytənin bacıları ilə onun arasında narazılıq yarandıqdan, eləcə də Əhmədli qəsəbəsində yerləşən ev alındıqdan sonra Aytən bacıları ilə birlikdə həmin evi ələ keçirməklə ondan qurtulmaq istəmişdir. Ona görə də Aytən bacıları ilə birlikdə belə şər və böhtan atmaqla, onu tutdurmuşdur. Zərərçəkmiş şəxs bu məsələlərdə heç bir günahı yoxdur. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınaraq elan olunmuş ittiham üzrə ona bəraət verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilməməsi, arvadı Qanuni nümayəndə öz bacıları ilə birlikdə onun aldığı evi ələ keçirmək məqsədi ilə onu şərləməsi, onun Zərərçəkmiş şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməməsi ilə bağlı hissədə verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi, işin faktiki halları və cinayət işinin materiallarında olan mötəbər sübutlarla təkzib edilən, eləcə də yalan ifadə kimi qiymətləndirir və təqsirləndirilən şəxsin bu hissədə məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Belə ki, məhkəmə istintaqında ətraflı və obyektiv araşdırılmış sübutlar əsasında Təqsirləndirilən şəxs öz müdafiəsi ilə əlaqədar iddia etdiyi halların həqiqət olmaması müəyyən edilmişdir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə məzmunda ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan azad olmaq məqsədi güdmüşdür. Belə ki, məhkəmə istintaqında qanuni nümayəndəsi vasitəsi ilə zərərçəkmiş şəxs qismində dindirilmiş yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, bu hadisələr, yəni atalığı Cümşüdün ona qarşı pis hərəkətləri 2021-ci ildə başlamışdır. Onlar təzə evə köçdükdən 1-2 ay sonra bu hadisələr başlamışdır. Onun ailəsi dörd nəfərdən ibarətdir – özü, anası, qardaşı və atalığı. İlk vaxtlar bu hərəkətlər əl-qol hərəkətləri ilə başlamış, sonradan isə atalığı Təqsirləndirilən şəxs onun cinsi orqanına toxunmağa başlamışdır. Daha sonra Cümşüd ona arxadan pis hərəkətlər etmişdir. Bu hadisələrin neçə dəfə baş verməsini o, dəqiqliklə deyə bilmir, lakin çoxlu sayda baş vermişdir. O, heç vaxt Cümşüdlə könüllü şəkildə yaxınlıq etməmişdir. Yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınmasını, eləcə də təqsirləndirilən şəxsdən şikayətçi olduğunu, təqsirləndirilən şəxslə barışmadığını, barışmaq fikrinin də olmadığını bildirərək Təqsirləndirilən şəxs ağır cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs xalasıdır. O, cinayət işi üzrə heç nə görməmiş, lakin eşitdikləri olmuşdur. Belə ki, Nuray ilk dəfə ona ağlayaraq demişdir ki, “mənə qarşı evdə belə-belə hadisələr baş vermişdir, məni incidirlər, evdə təcavüzə uğramışam”. Hətta o, əvvəllər də Nurayın narahatçılığını hiss etmiş və bu barədə Nuraydan soruşduqda, Nuray ağlayaraq ona heç bir cavab verməmişdir. 2022-ci ilin oktyabr ayında Nuray onun yaşadığı evə gəlmişdir. Həmin vaxt Nuray ona demişdir ki, “xala, sənə bir şey demək istəyirəm, evdə anam olmadığı vaxtlarda atalığım mənim ilə pis rəftar edir”. O, Nuraydan pis rəftar dedikdə, nəyi nəzərdə tutduğunu soruşmuşdur. Nuray da bildirmişdir ki, atalığı Cümşüd pis rəftar edir. Dəqiqliklə desə uşağın dediyi ondan ibarət olmuşdur ki, atalığı Cümşüd Nuraya təcavüz etmişdir. Nuray ona demişdir ki, “atalığım anam işə getdikdən sonra, yəni məktəb vaxtı başladıqdan sonra mənə imkan vermirdi ki, məktəbə gedim və məni məcbur edirdi ki, əvvəlcə onun dediklərini edim. Həmçinin mənə nə sizə, nədə ki, məktəbə getməyə icazə vermir”. O, Nuraydan “Cümşüd sənə qarşı necə təcavüz edirdi?” soruşduqda, Nuray cavab olaraq ona bildirmişdir ki, “Cümşüd mənim paltarlarımı soyundururdu, yatağa uzanmağımı mənə təklif edirdi, çox vaxt mənim ilə ayaqüstə əlaqə qururdu”. Onun bildikləri bu qədərdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Qanuni nümayəndə ifadəsində göstərdi ki, onlar 2021-ci ilin may ayında hal-hazırda yaşadıqları, yəni Əhmədli ərazisindəki evə köçmüşlər. Onun heç bir zaman ağlına gəlməzdi ki, onun əri Cümşüd qızı Nuraya qarşı hər hansı bir hiss yaşayar. Çünki o, belə bir hadisənin baş vermə ehtimalını heç vaxt düşünməzdi. 2022-ci ilin oktyabr ayına qədər X5rşı etdiyi iyrənc hərəkətlər barəsində qorxduğu üçün səsini belə çıxarmamışdır. Lakin oktyabr ayında qızı Nuray öz xalasına, yəni onun bacısına ögey atası Cümşüdün Nuraya qarşı seksual xarakterli hərəkətlər etdiyini bildirmişdir. Qızı Nurayın dediklərinə görə, ilk vaxtlar Cümşüd Nuraya zarafatcasına toxunduğunu bildirmişdir. Lakin 2022-ci ildə Cümşüd artıq qızı Nurayı soyunduraraq sonuncunun cinsi orqanına toxunmağa başlamışdır. Həmçinin qızı Nurayın dediyinə görə Cümşüd Nurayla bir neçə dəfə arxadan cinsi əlaqədə olmuşdur. Oktyabr ayında qızı Nuray öz xalasına baş verən hadisələri danışdıqdan sonra o, Nurayla danışmağa başlamış və qızı Nuraydan hadisəni ona bildirməsini istəmişdir. Qızı Nuray da ona baş verənləri danışdıqdan sonra o, Nurayı Polis bölməsinə, daha sonra isə ekspertizaya aparmışdır. Ekspertiza rəyindən də görünür ki, həqiqətən də qızı Nurayın dedikləri doğru olmuşdur. Cümşüd onun qızı Nurayla arxadan cinsi əlaqədə olmuşdur. Cümşüd evdə olan zaman tez-tez onun qızı Nuraya “ilişmişdir”. Lakin o, Cümşüdün Nurayın ögey atası olduğundan buna çox fikir verməmişdir. Məhkəmə istintaqında qanuni nümayəndəsi vasitəsi ilə şahid qismində dindirilmiş yetkinlik yaşına çatmayan Şahid3 ifadəsində göstərdi ki, onun atasının adı Cümşüd, anasının adı isə Aytəndir. Onun bacısı var və adı Nuraydır. O, Nurayı çox istəyir. Onun 10 yaşı var. Onların yaşadığı ev 3 (üç) otaqdan ibarətdir, həmçinin hamam otağı və tualet var. Atası ona başqa otağa keçib orada telefon ilə oynamağı demişdir. Nuray yatanda o, otaqdan çıxırmış, qayıdanda isə hələ də Nurayın eyni formada yatdığını görmüşdür. Nuray ona atası və anası haqqında heç nə deməmişdir. Onların evində qarına taxılan, yəni arıqlamaq üçün aparat olmuşdur. Həmin aparatı atası onunla birlikdə gedib metronun üstündən almışdır. Həmin aparatdan Nuray istifadə etmişdir. Atası Cümşüd demişdir ki, həmin aparatdan qarın arıqlaması üçün istifadə edilir. Nuray çox kök deyil, orta çəkidədir. Anası axşam işdən gələndə bilmişdir ki, atası onunla gedərək arıqlamaq üçün aparat almışdır. Nuray axşamlar aparatı taxmışdır. Lakin Nuray özü aparatı taxmamış, X10 demişdir ki, “tax”. Bir dəfə X10 zəng edib demişdir ki, “aparatı tax”. Nuray da başının ağradığını bildirmişdir. Lakin atası Cümşüd yenə də aparatı taxmasını Nuraya tapşırmışdır. Onlar (o, atası, anası və bacısı Nuray) eyni otaqda yatmışlar. Lakin Nurayın öz yatağı var, o isə anası və atası ilə birlikdə yatmışdır. O, evdə olanda Nuray ilə atası Cümşüdün hər gün yataqda uzandıqlarını görmüşdür. X10 demişdir ki, “Gəl qucuma, qucaqlayım səni”. Nuray isə atası Cümşüdlə yatmaq istəməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, cinayət işi təxminən 1 il əvvəl baş verdiyinə görə o, cinayət işi ilə bağlı təfərrüatı tam olaraq xatırlamır. Lakin o, xatırlayır ki, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs üzərində ekspertiza keçirilmişdir. Onun tərəfindən keçirilən tibbi-müayinənin nəticələri ekspertiza rəyində qeyd edilmişdir. Ekspertiza rəyində qeyd edilənlər doğrudur. O, həmin ekspertiza rəyini təstiq edir. Verilmiş suallara cavab olaraq, Şahid4 bildirmişdir ki, Zərərçəkmiş şəxs arxa dəlik nahiyəsindəki xarici büzücü əzələsinin boşalması dərmanlardan yarana bilməz. Arxa dəlik nahiyəsindəki xarici büzücü əzələsinin boşalması uzunsov bərk-küt əşyanın yeridilməsi nəticəsində əmələ gələ bilər. Ekspertiza rəyində qeyd olunmuş Zərərçəkmiş şəxs bədən səthi üzərində hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilməməsinin qeyd edilməsi Zərərçəkmiş şəxs bədən səthi üzərində hər hansı bir sıyrığın və ya başqa bir xəsarətin aşkar edilməməsini göstərir. Müayinə zamanı Zərərçəkmiş şəxs arxa keçəcəkdə qeyri-təbii yolla cinsi əlaqədə olmanı göstərən bir sıra əlamətlər aşkar edilmişdir. Bu səbəbdən də o, ekspertiza rəyində aşkar edilmiş həmin əlamətləri qeyd etmişdir. Zərərçəkmiş şəxs arxa dəlik nahiyəsindəki xarici büzücü əzələsinin boşalması müxtəlif növ uzunsov bərk-küt əşyanın yeridilməsi nəticəsində əmələ gələ bilər, lakin tam dəqiq olaraq hansı əşya ilə əmələ gələ biləcəyini deyə bilmir. Yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxsnən arxa dəlik nahiyəsindəki xarici büzücü əzələsinin boşalması yalnız təqsirləndirilən şəxsin cinsi orqanının yeridilməsi nəticəsində əmələ gəlməyə bilər, qeyd edilən xəsarətlər digər şəxslərin cinsiyyət orqanı və hər hansı bir əşyanın mütəmadi olaraq zərərçəkmiş şəxsin arxa dəlik nahiyəsinə yeridilməsi nəticəsində də, əmələ gələ bilər. Ekspertiza rəyində göstərilmiş əlamətlər və qeyd edilən arxa dəlik nahiyəsindəki xarici büzücü əzələsinin boşalması qəbizlikdən, yeniyetmə dövründə bağırsaqların inkişafı və ya insan orqanizmində baş verən digər proseslərlə ilə əlaqədar əmələ gələ bilməz. Qeyd edilən əlamətlər yalnız xaricdən daxilə hər hansı bir predmetin və cinsiyyət orqanının mütəmadi olaraq yeridilməsi nəticəsində yarana bilər. Ekspertiza rəyində göstərilmiş yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs üzərində aşkar edilən əlamətlər 1 (bir) dəfə ilə yarana bilməz, baş verən proses mütəmadi olduqda həmin əlamətlər yaranır, lakin neçə dəfəyə yarana biləcəyini tam dəqiq deyə bilmir. Bağırsaq problemi ilə bağlı mütəmadi olaraq klizma aparatından istifadə edilməsi nəticəsində arxa dəlik nahiyəsindəki xarici büzücü əzələsinin boşalması əmələ gələ bilməz. Ekspert rəyində göstərilən əlamətlər yalnız bərk-küt əşyanın zərərçəkmiş şəxsin arxa dəlik nahiyəsinə yeridilməsi nəticəsində əmələ gələ bilər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli raportdan (cild 1, iş vərəqə 4) görünür ki, həmin gün Qanuni nümayəndə Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng edərək ilk evliliyindən olan 14 yaşlı qızı Zərərçəkmiş şəxs onun əri Təqsirləndirilən şəxs tərəfindən zorlanması barədə məlumat vermişdir. xx.xx.2022-ci il tarixli ərizədən (cild 1, iş vərəqə 5) görünür ki, həmin gün Qanuni nümayəndə Xətai RPİ-nin 34-cü Polis şöbəsinə müraciət edərək qızı Zərərçəkmiş şəxs atalığı Təqsirləndirilən şəxs tərəfindən zorlandığını bildirmişdir. xx.xx.2022-ci il tarixli izahatdan (cild 1, iş vərəqə 6) görünür ki, həmin gün Qanuni nümayəndə izahat verərək qızı Zərərçəkmiş şəxs 2021-ci il tarixdən etibarən ölümlə hədəqorxu gəlinməsi, Zərərçəkmiş şəxs anasından (Qanuni nümayəndə) boşanacağını bildirməsi nəticəsində Təqsirləndirilən şəxs tərəfindən zorlandığını bildirmişdir. xx.xx.2022-ci il tarixli izahatdan (cild 1, iş vərəqə 7) görünür ki, həmin gün Zərərçəkmiş şəxs izahat verərək 2021-ci il tarixdən etibarən atalığı olan Təqsirləndirilən şəxs tərəfindən zorla cinsi əlaqəyə məruz qaldığını, bu barədə yaxın qohumlarına məlumat verməməsinin səbəbi kimi isə Təqsirləndirilən şəxs tərəfindən ona ölümlə hədəqorxu gəlinməsini və anasından boşanacağını bildirməsini göstərmişdir. xx.xx.2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 68-69) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2022-ci il tarixli üzləşdirmə protokolundan (cild 1, iş vərəqə 81-85) görünür ki, həmin gün yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmiş və həmin vaxt yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs ögey atası Təqsirləndirilən şəxs tərəfindən 2021-ci ilin iyul ayından etibarən zor tətbiq edilməklə və hədələməklə seksual xarakterli zorakılıq hərəkətlərinə məruz qaldığını Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3” X9 886 nömrəli canlı şəxsin ekspertizası barədə rəyindən (cild 1, iş vərəqə 87-89) görünür ki, 2008-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədən səthi üzərində hər hansı bir xəsarət izi aşkar edilməmişdir. Zərərçəkmiş şəxs arxa keçəcəkdə qeyri-təbii yolla cinsi əlaqədə olmanı göstərən əlamətlər aşkar edilmişdir. Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmamış, anatomik quruluşu tamlığı pozulmadan onunla cinsi əlaqəyə girməyə imkan vermir. xx.xx.2022-ci il tarixli əməlin tövsif edilməsi barədə qərardan (cild 1, iş vərəqə 91) görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.2.3-cü maddəsindən həmin Məcəllənin 150.3.3-cü maddəsinə tövsif edilmişdir. xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə barədə qərardan (cild 1, iş vərəqə 93-94) görünür ki, həmin gün Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə ittiham elan edilmişdir. xx.xx.2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəqə 111-117) görünür ki, həmin gün yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs ailə üzvləri ilə birlikdə yaşadığı ünvan 1 ünvanında yerləşən evə, yəni cinayət hadisəsinin baş verdiyi ünvana baxış keçirilmiş və evin yataq otağında olan, üzərində sperma izlərinə oxşar izlərin olduğu 1 (bir) ədəd xalça maddi sübut kimi götürülmüşdür. xx.xx.2022-ci il tarixli Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-579/2022 saylı qərarından (cild 1, iş vərəqə 124-128) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 04 noyabr 2022-ci il tarixdən hesablanmışdır. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X9 3018 nömrəli kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizası barədə rəyindən (cild 1, iş vərəqə 186-189) görünür ki, Zərərçəkmiş şəxs hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Aparılmış eksperimental-psixoloji müayinə gedişində Zərərçəkmiş şəxs əqli və psixi inkişafının normaya uyğun olmaqla yaş xüsusiyyətlərinə uyğun olduğu aşkar edilmiş, əqli və psixi inkişafı ilə əlaqədar yadda saxlamaq, təsvir etmək, qavramaq imkanına malikdir, psixi-emosional vəziyyətində situasiya ilə əlaqədar gərginlik, əhval-ruhiyyəsinin bir qədər endiyi müşahidə edilmişdir. Zərərçəkmiş şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Zərərçəkmiş şəxs cinayət törədildiyi zaman şüuruna və fəaliyyətinə təsir göstərə bilən psixi-emosional vəziyyətdə olmamışdır. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 172) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3” X9 728/2022-MTBŞ nömrəli maddi sübutların ekspertizası barədə rəyindən (cild 1, iş vərəqə 181-184) görünür ki, Təqsirləndirilən şəxs ABO sistemi üzrə qan qrupu - 0/l/-dur. Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu - B/lll/-dir. Eskpertizaya təqdim olunmuş 01 ədəd xalça üzərində sperma aşkar olunmuşdur. Bu spermanın qrup mənsubiyyəti ABO sistemi üzrə təyin olunduqda yalnız “H" antigeni alınmışdır. Bu sperma Oalfabeta/l/ qruplu şəxslə, o cümlədən Təqsirləndirilən şəxs məxsus ola bilər. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X9 3173 nömrəli kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizası barədə rəyindən (cild 1, iş vərəqə 191-193) görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Buna görə də Təqsirləndirilən şəxs ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə ifadə vermək və baş verənləri düzgün qavrayıb təsvir etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Onun məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs idrak prosesləri, dünyagörüşü, intellektual imkanlarının normaya uyğun olması müəyyən edilmiş, ümumilikdə adaptiv və ünsiyyətçil olmaqla, özünə məxsus mövqeyə və prinsipə malikdir, emosional-iradi sferasında, fərdi-psixi xüsusiyyətlərində, hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı dəyişiklik aşkar olunmur. Təqsirləndirilən şəxs cinayət əməlini tərədn zaman fizioloji affekt vəziyyətində olmamışdır. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X6-Təcrübi və Tədris Birliyinin 02 nömrəli canlı şəxsin ekspertizası barədə rəyindən (cild 1, iş vərəqə 195-196) görünür ki, Təqsirləndirilən şəxs cinsi qabiliyyətini təsdiq edən əlamətlər müsbətdir. Təqsirləndirilən şəxs cinsiyyət üzvündə onun cinsi əlaqəyə girə bilməsinə mane ola biləcək hər hansı bir anomaliya və patologiya aşkar edilməmişdir. xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi barədə qərardan (cild 1, iş vərəqə 249-256) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə irəli sürülmüş ittihamın dəyişdirilmədən saxlanılması, 1 (bir) ədəd maddi sübut kimi götürülmüş xalçanın sahibinə qaytarılması qərara alınmışdır. xx.xx.2023-cü il tarixli qəbzdən (cild 1, iş vərəqə 262) görünür ki, həmin gün Qanuni nümayəndə maddi sübut kimi tanınmış 1 (bir) ədəd xalçanı ibtidai istintaq orqanından şəxsən təhvil almışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X2 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmış, təqsirləndirilən şəxs və onun seçdiyi müdafiəçi həmin sübutlara dair öz etirazlarını bildirmişlər, o cümlədən məhkəmə istintaqında tədqiq edilmiş sübutları (ekspertiza rəyini) və irəli sürülmüş ittihamı bötüvlükdə mübahisələndirmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda hüquqi qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Belə ki, məhkəmə istintaqında araşdırılmış mötəbər sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs və Qanuni nümayəndə arasında nikah bağlanmış, bu nikahadək Qanuni nümayəndə ilk evliliyindən Zərərçəkmiş şəxs adlı qızı anadan olmuş, nikahdan sonra isə onların ümümi övladı Şahid3 anadan olmuşdur. Cümşüdlə Aytən nikaha daxil olarkən və ər-arvad kimi yaşamağa başlayarkən Zərərçəkmiş şəxs anası Qanuni nümayəndə himayəsində olduğundan Aytənin əri Təqsirləndirilən şəxs tərəfindən himayəyə götürülmüş və onlar birlikdə bir ailə kimi yaşamağa başlamışlar. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. İşin mübahisəli hallarına gəldikdə isə qeyd edilməlidir ki, ibtidai istintaq orqanı belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs 2021-ci ilin iyul ayından etibarən mütəmadi olaraq, sonuncu dəfə 22 oktyabr 2022-ci il tarixdə ünvan 1 ünvanında yerləşən ailəsi ilə birgə yaşadığı evdə ona aşkar surətdə 14 (on dörd) yaşına çatmayan, xx.xx.2008-ci il təvəllüdlü ögey qızı Zərərçəkmiş şəxs köməksiz vəziyyətindən istifadə edərək cinsiyyət orqanını sonuncunun arxa keçəcəyinə həm daxil etmə, həm də sürtmə yolu ilə sperma ifraz edərək cinsi ehtirasını təmin etməklə Zərərçəkmiş şəxs qarşı sonuncunun qollarından vuraraq zor tətbiq etməklə müqavimətini dayandırmasını tələb edərək baş verənləri digər şəxslərə deyəcəyi təqdirdə sonuncunu öldürəcəyi, o cümlədən anası Qanuni nümayəndə boşayacağı barədə hədələməklə seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamla razılaşmayaraq və həmin ittihamı bütövlükdə mübahisələndirərək bildirmişdir ki, o, Zərərçəkmiş şəxs doğma qızı kimi istəmiş, sonuncuya qarşı cinayət törətməmiş, ibtidai istintaq orqanı ona qarşı qərəzli olmaqla yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs və sonuncunun anası Qanuni nümayəndə həqiqətə uyğun olmayan verdiyi məlumatlar əsasında ona qanunsuz və əsassız ittiham elan etmiş, ona görə də ona qarşı irəli sürülmüş ittiham qanunsuz və əsassızdır. Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamın qanunsuz və əsassız olmasını, eləcə də ittihamın şər və böhtandan ibarət olmasını onunla əsaslandırmışdır ki, o, bir müddət əvvəl Əhmədli qəsəbəsində ev almış, arvadı Qanuni nümayəndə həmin evin öz adına rəsmiləşdirilməsini ondan tələb etmiş, o isə bununla razılaşmayaraq həmin evi öz adına rəsmiləşdirmişdir. Daha sonra onun arvadı Qanuni nümayəndə kişilərin bağışlamadığı bir səhv etmiş, yəni ona xəyanət etmişdir. Lakin o, Aytəni sevdiyindən sonuncunu bağışlamışdır. Həmçinin Aytənin bacıları da əxlaqsız hərəkətlər etdiklərinə görə onun Aytənin bacılarından xoşu gəlməmiş və ona görə də Aytənin bacılarının onların yaşadığı evə gəlməsinə etiraz etmişdir. Göstərilənlərə görə də onunla Aytənin, eləcə də onunla Aytənin bacıları arasındakı münasibətlər tamamilə pozulmuşdur. Nəticədə Aytən öz bacıları ilə birləşərək ona qarşı şər və böhtan atmışdır ki, o, tutulsun və bununla da onun aldığı evi ələ keçirə bilsin. Təqsirləndirilən şəxs yuxarıda göstərilən məzmunda ifadə verməklə ittihamı mübahisələndirsə də, iddia etdiyi hallarla bağlı məhkəməyə heç bir sübut təqdim etməmiş, həmçinin iddia etdiyi halların həqiqət olmasını sübuta yetirə bilməmişdir. Bunun əksinə olaraq yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs, şahidlər Qanuni nümayəndə, Şahid2, yetkinlik yaşına çatmayan Şahid3 məhkəmə istintaqında ibtidai istintaq zamanı vermiş olduqları ifadələri təsdiq edərək bildirmişlər ki, Təqsirləndirilən şəxs 2021-ci ilin iyul ayından etibarən mütəmadi olaraq, sonuncu dəfə isə 22 oktyabr 2022-ci il tarixdə birlikdə yaşadıqları ünvan 1 ünvanında yerləşən evdə dəfələrlə 14 (on dörd) yaşına çatmayan, xx.xx.2008-ci il təvəllüdlü ögey qızı Zərərçəkmiş şəxs köməksiz vəziyyətindən istifadə edərək cinsiyyət orqanını sonuncunun arxa keçəcəyinə bəzən daxil etmiş, bəzən də cinsi orqanını arxa keçəcəyinə sürtmüş, bu hərəkətləri edərək Nurayın qollarından vuraraq zor tətbiq etməklə müqavimətini dayandırmasını tələb etmiş, öz məqsədinə çatmaq üçün baş verənləri digər şəxslərə deyəcəyi təqdirdə öldürəcəyi, o cümlədən anası Qanuni nümayəndə boşayacağı barədə hədələməklə dəfələrlə seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Məhkəmə istintaqında araşdırılmış sübutlardan, həmçinin müəyyən olunmuşdur ki, Zərərçəkmiş şəxs başqa kişi cinsindən olan şəxs və ya şəxslərlə yaxın münasibət saxlamamış və görüşməmiş, başqa sözlə, intim münasibətdə olmamışdır. Qeyd edilən fakt Təqsirləndirilən şəxs tərəfindən də təsdiq edilmişdir. Bundan başqa, ibtidai araşdırma zamanı yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs barəsində ekspertiza keçirilmiş və xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3” X9 886 nömrəli canlı şəxsin ekspertizası rəyindən görünür ki, 2008-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədən səthi üzərində hər hansı bir xəsarət izi aşkar edilməmişdir. Zərərçəkmiş şəxs arxa keçəcəkdə qeyri-təbii yolla cinsi əlaqədə olmanı göstərən əlamətlər aşkar edilmişdir. Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmamış, anatomik quruluşu tamlığı pozulmadan onunla cinsi əlaqəyə girməyə imkan vermir. Zərərçəkmiş şəxs kişi cinsindən olan başqa şəxslə/şəxslərlə yaxın münasibətdə olmaması və kişi cinsindən olan başqa şəxslərin onların yaşadığı evə gəlməməsi hallarını həm ayrı-ayrılıqda, həm də bütövlükdə təkzib edə biləcək hallar məhkəmə istintaqında müəyyən edilmədiyindən, eləcə də müdafiə tərəfi göstərilən halları istisna edə biləcək sübutları məhkəməyə təqdim etmədiyindən məhkəmə belə nəticəyə gəlir ki, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs, şahidlər Qanuni nümayəndə, Şahid2, yetkinlik yaşına çatmayan Şahid3 verdiyi ifadələrin həqiqiliyinə şübhələr yoxdur və ona görə də məhkəmə həmin ifadələri mötəbər sübut kimi qəbul edir. Başqa sözlə, Zərərçəkmiş şəxs arxa keçəcəyində qeyri-təbii yolla cinsi əlaqədə olmasını göstərən əlamətlər aşkar edildiyindən və bu əlamətlərin başqa şəxsin əməlləri nəticəsində yaranmasını təsdiq edən sübut olmadığından məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs həqiqətən də yetkinlik yaşına çatmayan ögey qızı Zərərçəkmiş şəxs qarşı Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmənin qeyd edilən hissədə gəldiyi nəticə digər 2 (iki) dəlil ilə də təsdiq olunur. Birinci dəlil ondan ibarətdir ki, həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş və xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3” X9 886 nömrəli canlı şəxsin ekspertizası rəyini təsdiq edən ekspert Şahid4 ifadəsində, habelə ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs arxa keçəcəkdə qeyri-təbii yolla cinsi əlaqədə olmanı göstərən əlamətlər insan orqanizmində baş verən patoloji hallarla əlaqəli deyil, əksinə həmin əlamətlərin yaranma səbəbi - mütləq qaydada bərk küt əşyanın, o cümlədən kişi cinsiyyət orqanının anus dəliyinə daxil edilməsi və bu halın mütəmadi qaydada olması ilə bağlıdır. İkinci dəlil isə ondan ibarətdir ki, ibtidai istintaq zamanı əldə edilməklə cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilmiş telefona baxış keçirilməsi barədə protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs çəkisi nisbətən çox olduğundan, yəni kök olduğundan Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs arıqlaması üçün xüsusi avadanlıq (aparat) alınmış və Təqsirləndirilən şəxs tərəfindən Nurayın istifadəsinə verilmişdir. Daha sonra Təqsirləndirilən şəxs müxtəlif vaxtlarda Zərərçəkmiş şəxs istifadəsində olmuş mobil telefonda quraşdırılmış “Votsap” sosial şəbəkəsi vasitəsi ilə mütəmadi şəkildə mesaj yazaraq həmin aparatdan istifadə edərək arıqlamasını Nuraya tapşırmış, Zərərçəkmiş şəxs da bununla bağlı Təqsirləndirilən şəxs sanki hesabat vermişdir (neçə dəfə və neçə dəqiqə həmin aparatdan istifadə etməsi barədə). Təqsirləndirilən şəxs evdə olduğu müddət ərzində bu barədə Zərərçəkmiş şəxs soruşmağa imkanı olması, lakin bunu ev şəraitində deyil, mütəmadi şəkildə “Votsap” vasitəsi ilə mesaj yazaraq Zərərçəkmiş şəxs həmin aparatdan istifadə etməsini və sonuncudan arıqlamasını tələb etməsi açıq-aşkar ona dəlalət edir ki, Təqsirləndirilən şəxs kifayət qədər uzun müddət ərzində böyütdüyü ögey qızı Zərərçəkmiş şəxs cinsi tamah salaraq Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin obyektiv tərəfində ifadə olunan hərəkətləri icra etmiş, yəni cinayətkar məqsədinə çatmaq üçün “qurban” qismində çıxış edən Zərərçəkmiş şəxs arıqlamasını, bununla da sonuncudan öz zövgünə uyğun olmasını tələb etmişdir. Məhkəmə istintaqında şahid Qanuni nümayəndə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs arıqlaması üçün aldığı aparatdan xəbərinin olmadığını bildirsə də, Təqsirləndirilən şəxs qeyd edilən hissədə Qanuni nümayəndə dediklərini təkzib edərək həmin aparatı internet vasitəsi ilə Aytən üçün aldığını bildirmişdir. Məhkəmə bu hissədə də Təqsirləndirilən şəxs göstərdikləri ilə razılaşmayaraq qeyd edir ki, Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs arasında “Votsap” vasitəsi ilə aparılmış danışıqlardan açıq-aşkar məlum olur ki, Təqsirləndirilən şəxs dəfələrlə Zərərçəkmiş şəxs mesaj yazaraq sonuncudan aparatı taxmasını, bununla da arıqlamasını tələb etmiş, Zərərçəkmiş şəxs da Təqsirləndirilən şəxs tapşırığı əsasında həmin aparatı taxması və arıqlaması barədə hesabat vermişdir. Cinayət hadisəsinin baş verdiyi yerə gəldikdə, məhkəmə qeyd edir ki, məhkəmə istintaqında dindirilmiş şəxslərin ifadələri əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs arvadı Qanuni nümayəndə, birgə nikahdan olan azyaşlı oğlu Şahid3 və ögey qızı Zərərçəkmiş şəxs ilə birlikdə eyni evin yaşayış üçün yararlı olan otağında yaşamışdır. Həmin otaqda Təqsirləndirilən şəxs azyaşlı uşağı Özal və arvadı Aytənlə birlikdə eyni taxtda (yataqda), ögey qızı Nuray isə həmin otaqda özünə aid çarpayıda yatmışdır. Təqsirləndirilən şəxs eyni otaqda həm arvadı Qanuni nümayəndə ilə cinsi əlaqədə olmuş, həm də ögey qızı Nuraya qarşı Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin obyektiv tərəfinə aid olan hərəkətləri mütəmadi olaraq icra etmişdir. Bu məsələ təəssüf hissi doğursa da, işin müəyyən edilmiş hallarından birini təşkil edir. Həmçinin Təqsirləndirilən şəxs barəsində keçirilmiş xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X6-Təcrübi və Tədris Birliyinin 02 nömrəli canlı şəxsin ekspertizası barədə rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinsi qabiliyyətini təsdiq edən əlamətlər müsbətdir. Təqsirləndirilən şəxs cinsiyyət üzvündə onun cinsi əlaqəyə girə bilməsinə mane ola biləcək hər hansı bir anomaliya və patologiya aşkar edilməmişdir. Müəyyən edilmiş bu hal da iş üzrə mühüm əhəmiyyət kəsb etdiyindən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinsiyyət orqanında onun cinsi əlaqəyə girməsinə mane ola biləcək hər hansı anomaliya və patologiya olmadığından o, həqiqətən də Zərərçəkmiş şəxs arxa keçəcək hissəsinə öz cinsi orqanını daxil etmə və sürtmə yolu ilə Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Bir məsələyə də toxunmağı məhkəmə zəruri hesab edir. Belə ki, cinayət işinin materialları və məhkəmə istintaqında araşdırılmış mötəbər sübutlar, o cümlədən ekspertiza rəyi ilə baş vermiş cinayət hadisəsi ilə bağlı Zərərçəkmiş şəxs üzərində xəsarətlərin olmadığı müəyyən edilsə də, məhkəmə belə bir halın baş verməsini mümkün sayır və bunun səbəbi kimi Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət əməlinin üsulu və mexanizmi çıxış edir. Belə ki, əksər hallarda Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi nəticəsində zərərçəkmiş şəxsin müqaviməti nəticəsində həm təqsirləndirilən şəxsin, həm də zərərçəkmiş şəxsin üzərində xəsarətlər yaranır. Lakin araşdırılan cinayət işi üzrə Zərərçəkmiş şəxs yaşını, onun psixoloji vəziyyətini, habelə onun Təqsirləndirilən şəxsla eyni evdə yaşamasını və faktiki olaraq sonuncunu ögey atası kimi qəbul etməsini, habelə Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini Zərərçəkmiş şəxs qollarından vuraraq sonuncunu özünə tabe etməsini, eləcə də Zərərçəkmiş şəxs ölümlə hədələməsini və anası Qanuni nümayəndə boşayacağı ilə hədələməsini, ələlxüsus da bu hərəkətlərin mütəmadi şəkildə təkrarlanmasını məcmu halda nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət əməlləri nəticəsində Zərərçəkmiş şəxs üzərində xəsarət izi yaranmamış, belə xəsarətlər yaranmış olsa da, hadisənin üstündən uzun müddət keçdiyindən həmin izlər qalmamışdır. Başqa sözlə, Təqsirləndirilən şəxs yuxarıda göstərilən üsul və mexanizm əsasında Zərərçəkmiş şəxs qarşı Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti sonuncunu özünə tabe və təslim etməklə törətdiyindən faktiki olaraq böyük fiziki gücdən istifadə etməmiş, bunun əksinə olaraq Zərərçəkmiş şəxs qollarından vuraraq özünə tabe edib Zərərçəkmiş şəxs ölümlə hədələməklə və Nurayın anası Qanuni nümayəndə boşayacağı ilə hədələməklə məlum cinayət əməlini törətmişdir. Eyni zamanda cinayət işi üzrə əhəmiyyət kəsb edən hallardan biri də ondan ibarətdir ki, qanuni nümayəndəsi və mütəxəssis vasitəsi ilə məhkəmədə dindirilmiş yetkinlik yaşına çatmayan Şahid3 (Təqsirləndirilən şəxs övladı, Zərərçəkmiş şəxs qardaşı) ifadəsində və verilmiş suallara cavab olaraq bildirmişdir ki, dəfələrlə atası Təqsirləndirilən şəxs onun bacısı Zərərçəkmiş şəxs “gəl qucuma, gəl səni qucaqlayım” demiş, bacısı Zərərçəkmiş şəxs isə bununla razılaşmamışdır. Beləliklə, yuxarıda göstərilən nəticəni həm məcmu, həm də ayrı-ayrılıqda yoxlayıb və hüquqi qiymət verib məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, 2021-ci ilin iyul ayından etibarən mütəmadi olaraq, sonuncu dəfə 22 oktyabr 2022-ci il tarixdə ünvan 1 ünvanında yerləşən ailəsi ilə birgə yaşadığı evində ona aşkar surətdə 14 (on dörd) yaşına çatmayan, xx.xx.2008-ci il təvəllüdlü ögey qızı Zərərçəkmiş şəxs köməksiz vəziyyətindən istifadə edərək cinsiyyət orqanını sonuncunun arxa keçəcəyinə həm daxil etmə, həm də sürtmə yolu ilə sperma ifraz edərək cinsi ehtirasını təmin etməklə Zərərçəkmiş şəxs qarşı sonuncunun qollarından vuraraq zor tətbiq etməklə müqavimətini dayandırmasını tələb edərək baş verənləri digər şəxslərə deyəcəyi təqdirdə sonuncunu öldürəcəyi, o cümlədən anası Qanuni nümayəndə boşayacağı barədə hədələməklə seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş və cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Belə olduğu təqdirdə məhkəmə Təqsirləndirilən şəxs əməlini həmin əməl törədilərkən qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə tövsif edir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə xüsusilə ağır cinayətlər kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsinin sanksiyası həddində cəzalandırılmalıdır. Cinayət hüququ nəzəriyyəsinə görə seksual xarakterli zorakılıq hərəkətləri – cinsi ehtirası pozğun formada təmin etməyə yönələn hərəkətləri ehtiva edir. Bu cinayətin obyektiv cəhəti fiziki zor tətbiq etməklə hədələmə və ya belə bir zor tətbiü etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə seksual xarakterli zorakılıq hərəkətlərin edilməsində ifadə olunur. Burada fiziki zor tətbiq etmə dedikdə, qadının, onun yaxın qohumu olan şəxsin əl-qolunu, ayaqlarını bağlamaqla, döyməklə, bədənin müxtəlif nahiyələrinə zərbələr endirməklə, habelə sair fiziki ağır yetirməklə zərərçəkmiş şəxsə seksual xarakterli zorakılıq hərəkətlərin edilməsi başa düşülür. Zor tətbiq etməklə hədələmə isə zərərçəkmiş şəxsə, onun yaxın qohumlarına fiziki zor tətbiq ediləcəyi ilə onları qorxutmada ifadə oluna bilər. Hədə sözlə bildirilməklə, yaxud silah nümayiş etdirməklə və sair formada həyata keçirilə bilər. Zor tətbiq etməklə hədələmə zərərçəkmiş şəxsin göstərəcəyi müqaviməti əvvəlcədən neytrallaşdırmağa yönəlir. Tətbiq edilən hədə real və bilavasitə həyata keçirilə bilən olmalıdır. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsinin sanksiyasında həmin əməl törədilən vaxt 8 ildən 15 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını və 1 (bir) azyaşlı uşağının olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə, o cümlədən pozulmuş sosial ədalətin bərpasına nail olmaq olar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsində göstərilən cinayət cinayətlərin təsnifatına görə xüsusilə ağır cinayətlər sırasına daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edildiyindən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət ona təyin olunmuş cəza müddətinə daxil edilməli və Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 04 noyabr 2022-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, məhkəmə xərci (ekspertiza xərci) və mülki iddia yoxdur. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakı məhkəmə tərəfindən müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 04 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut, məhkəmə məsrəfləri, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Əli Məmmədov hakimlər Azad Məcidov Səbinə Məmmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar