Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-947/2024 05.02.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Məcidov X16 və Məmmədzadə Səbinə Adil qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1996-cı ildə Cəlilabad rayonu, Privolnoye kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində 2 (iki) azyaşlı uşağı olan, natamam orta təhsilli, İİ qrup əlil, əvvəllər məhkum olunmayan, həbs olunanadək fərdi əməklə məşğul olmuş, Cəlilabad rayonu, Privolnoye kəndində qeydiyyatda olan, həbs olunanadək Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Bağlar massivində nömrəsiz fərdi yaşayış evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 03 saylı İstintaq Təcridxansında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, digər şəxsi qəsdən öldürməyə cəhd etmiş, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, o, xx.xx.2023-cü il tarixdə, saat 21:00 radələrində Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Bağlar massivində yerləşən “Emra” adlı kafenin yaxınlığında tanışı 1996-cı il təvəllüdlü Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı sonuncunun onun ünvanına nalayiq ifadələr işlətməsindən hiddətlənərək, Zərərçəkmiş şəxs qisas alıb qəsdən öldürmək məqsədilə üzərində gəzdirdiyi təyinatı istintaqa məlum olmayan bıçaqla törətmək niyyətində olduğu əməlin cinayət xarakterini və hüquqaziddliyini, bu əməlin törədilməsi ilə zərərçəkmişin ölümünə səbəb olacaq ictimai təhlükəli nəticələrin baş verməsini qabaqcadan görərək və bunları arzu edərək Zərərçəkmiş şəxs öldürülməsinə yönəlmiş bilavasitə niyyətlə hərəkət edərək, günün əlverişli olan axşam vaxtından istifadə etməklə qaranlıq və heç kəsin olmadığı yeri seçib, həmin cinayətkar niyyətini həyata keçirmək məqsədilə qəsdən sonuncunun bədəninin müxtəlif nahiyələrinə ardıcıl olaraq zərbələr endirərək sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid döş qəfəsinin sol yarısının ön divarının daxilə nüfuz etməyən 01 (bir) ədəd, həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmaya aid daxili qanaxma və sol tərəfli hemopnevmotoraks ilə müşayiət olunan sol ağciyərin yuxarı payının zədələnməsi ilə nəticələnmiş döş qəfəsinin sol yarısının ön divarının sol plevra boşluğuna (daxilə) nüfuz edən 01 (bir) ədəd, daxili qanaxma, diafraqmanın sol yarısının, mədənin ön divarının, qaraciyərin sol payının zədələnməsi ilə müşayiət olunan döş qəfəsinin sol yarısının ön divarının sol plevra boşluğuna və qarın boşluğuna (daxilə) nüfuz edən 01 (bir) ədəd (cəmi 02 ədəd) deşilmiş-kəsilmiş yara bədən xəsarətlərini yetirmiş, həmin vaxt zərərçəkmiş şəxsin qışqırtı səsinə köməyə gələcək kənar şəxslər tərəfindən ifşa olunacağından ehtiyat edərək dərhal hadisə yerindən uzaqlaşdığından, həmçinin təcili və təxirəsalınmaz tibbi yardım briqadası tərəfindən zərərçəkmiş şəxs vaxtında xəstəxanaya çatdırılaraq ixtisaslı tibbi yardım göstərilməklə həyatını xilas etmək mümkün olduğundan, cinayəti törətməyə yönəlmiş qəsdən etdiyi əməllərini öz iradəsindən asılı olmayan səbəblərə görə cinayətkar niyyətini başa çatdıra bilməyib Zərərçəkmiş şəxs qəsdən öldürməyə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs ilə dost olmuşdur. O, Mircavadın atası ilə də tanışdır. Hadisə baş verdiyi gün, yəni 15 iyul 2023-cü il tarixdə o, işdən qayıtdıqda kafeyə getmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs və Şahid2 da həmin kafedə əyləşmişlər və spirtli içki qəbul etmişlər. Daha sonra o, Şahid2 ilə söhbət edərkən Bəxtiyar kafe sahibinin 5 (beş) manat 40 (qırx) qəpik pul aldığını və Mircavaddan da 30 (otuz) manatdan artıq pul aldığını demişdir. Sonra o, Bəxtiyara Mircavaddan 30 (otuz) manatdan artıq pul ödəyib-ödəməməsini dəqiqləşdirməsini, əgər kafe sahibinin Mircavaddan artıq pul aldığı təqdirdə bunu dəqiqləşdirib geri qaytarılmasının vacib olduğunu bildirmişdir. Bir qədər sonra onların yanına Mircavad gəlmişdir. O, Mircavaddan kafeyə ödədiyi pul barədə, yəni Mircavadın 30 (otuz) manatdan artıq pulu və Bəxtiyarın əvəzinə 5 (beş) manat 40 (qırx) qəpiyi də kafe sahibinə veribvermədiyini soruşmuşdur. Mircavad bu məsələnin ona aidiyyəti olmadığını bildirərək qışqırmağa başlamış, sonra isə ona demişdir ki, “sənlik deyil, bu məsələni özümüz bilərik”. O, Mircavada küçədə olduqlarını və buna görə də qışqırmamasını bildirmişdir. Mircavad isə dayanmadan qışqırmağa davam etmişdir. X3 kafeyə ödədikləri pul barədə ona danışmasına görə əsəbiləşmişdir. O, Bəxtiyara Mircavadın spirtli içkinin təsiri altında olduğunu, buna görə də Mircavadla danışmağın mümkün olmadığını bildirib Bəxtiyardan Mircavadı evə aparmasını istəmişdir. Mircavad isə Bəxtiyarla getməyərək qışqırmağa davam etmişdir. O, Mircavada “səni döyərəm” deyə bildirmişdir. Bir qədər sonra Bəxtiyar Mircavadı aparmışdır. Lakin Mircavad bir daha onun yanına geri qayıtmış və söhbət etmək üçün onu kənara çağırmışdır. O, Mircavada sonuncunun içkili vəziyyətdə olduğunu və sabah görüşüb danışmaqlarının daha doğru olacağını demişdir. Mircavad isə ona qarşı əsəbi davranışlarını davam etdirmişdir. Buna görə o, Mircavada 1 (bir) sillə vurmuşdur. Həmin vaxt ətrafda olan şəxslərdən biri, yəni Əhliman adlı şəxs də Mircavadın içkili olduğunu görərək Mircavada oradan uzaqlaşmasını və problem yaratmamasını bildirmişdir. Daha sonra Mircavad onun yanından uzaqlaşmışdır. Bir qədər sonra o, Mircavadın bıçaq taparaq onun yanına qayıtdığını görmüşdür. Onun da üzərində həmin vaxt bıçaq olmuşdur. Mircavad onun yanına qayıtdıqdan sonra onu davaya dəvət etmişdir. O, yenidən Mircavada sonuncunun hazırda içkili oldğunu və sabah görüşmələrinin daha uyğun olacağını demişdir. Daha sonra Mircavad onu davaya dəvət edərək “gəl, görüm kimi çırpırsan?”. O, bir daha Bəxtiyara Mircavadı evə aparmasını və Mircavadla hal-hazırda danışmağın mümkün olmadığını demişdir. Mircavad isə yenə də evə getməmiş, əksinə onun üstünə qışqırmağa davam etmişdir. O, həmin vaxt yorğun olmuşdur. Bundan sonra o, yenə Mircavada sillə vurmuşdur. O, Mircavada sillə vurduqdan sonra Mircavad ona söyüş söyməyə başlamışdır. Daha sonra o, Mircavada 3 (üç) bıçaq zərbəsi endirmişdir. Qaranlıq olduğundan o, bıçaq zərbələrini Mircavadın harasına endirdiyini görməmişdir. Səhv etmirsə, o, Mircavada bıçaq zərbələrini sonuncunun böyründən vurmuşdur. Onun Mircavadı öldürmək kimi fikri olmamışdır. O, Mircavadı bıçaqladıqdan sonra Əhlimana Mircavadı bıçaqladığını bildirib Mircavadı xəstəxayana aparmasını xahiş emtişdir. Sonra o, evə doğru hərəkət etmişdir. O, evə doğru gedərkən qarşısına X14 avtomobili çıxmış və həmin avtomobildə olan həkimə yaralı şəxsin yaxınlıqda olduğunu bildirmişdir. Lakin o, X14 əməkdaşlarına yaralı şəxsin onun tərəfindən bıçaqlandığını deməmişdir. Sonra o, X14 əməkdaşlarını Mircavadın olduğu yerə çatdırmışdır. Bundan sonra Əhliman və başqa şəxslər X9 Yardım avtomobilinə yerləşdirərək xəstəxanaya aparmışlar. O isə Polis bölməsini tanımadığı üçün yaşadığı evə getmişdir. Bir qədər sonra, yəni təxminən 1-2 saat sonra polis əməkdaşları onun yaşadığı evə gələrək onu saxlamışlar. O da Mircavadı bıçaqladığını polis əməkdaşlarına bildirmişdir. O, Mircavadı yaraladığı bıçağı qorxusundan çölə atmış, lakin bıçağı hara atdığını xatırlamır. Hazırda o, Mircavadla barışmış, sonuncuya vurulmuş ziyan ödənilmiş, ona görə də Mircavadın ona qarşı heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınaraq əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilməsini və həmin maddə ilə ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilməməsi, bunun əksinə olaraq özünü Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilərək Zərərçəkmiş şəxs qəsdən öldürməyə cəhd etməməsi ilə bağlı hissədə verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi, işin faktiki halları və cinayət işinin materiallarında olan mötəbər sübutlarla təkzib edilən, eləcə də yalan ifadə kimi qiymətləndirir və təqsirləndirilən şəxsin qeyd edilən hissədə verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Belə ki, məhkəmə istintaqında ətraflı və obyektiv araşdırılmış sübutlar əsasında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qəsdən öldürmək kimi niyyətinin olmaması və sonuncunu qəsdən öldürməyə cəhd etməməsi ilə bağlı ifadəsində göstərdiklərinin yalan olması müəyyən edilmişdir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə məzmunda ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yayınmaq məqsədi güdmüşdür. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 15 iyul 2023-cü il tarixdə o, işdən qayıtdıqdan sonra kafeyə getmişdir. Sonra o, qohumu Yaqubov İntiqama zəng edərək sonuncunu həmin kafeyə pivə içmək üçün dəvət etmişdir. Həmin gün axşam o, atası ilə birlikdə toy məclisinə getməli olmuşdur. Atası axşam saat 20:00-21:00 radələrində gəlmişdir. Onlar həmin vaxt 4 (dörd) bokal pivə içmişlər. Atası gəldikdən sonra o, daha pivə içməmişdir. Sonra o, çölə çıxmış və sonra yenidən kafeyə qayıtdıqda, onun oturduğu masada Bəxtiyarın oturduğunu görmüşdür. Həmin vaxt Bəxtiyar özünə də pivə sifariş vermişdir. Buna görə də o, öz hesabını ödəyərək masadan qalxmışdır. O, öz hesabını ödəsə də, Bəxtiyarın hesabını ödəməmişdir. Daha sonra o, bərbərxanaya getmişdir. Lakin orada sıra çox olduğu üçün o, yenidən başqa kafeyə getmiş və həmin kafedə Yaqubov İntiqamla nərd oynamışdır. Həmin vaxt Şahid2 ona yaxınlaşaraq Bəxtiyarın digər kafedə olan hesabını ödəyib-ödəməməyini soruşmuşdur. O da Bəxtiyara sonuncunun hesabını ödəmədiyini demişdir. Sonra o, kafedən çıxıb mobil nömrəsinə kontur vurmaq istəyərkən Təqsirləndirilən şəxs və Bəxtiyarın kafenin qarşısında olduqlarını görmüşdür. O, Bəxtiyara “sənin hesabını nəyə görə ödəməliyəm” deyə sual vermişdir. Bu vaxt Elvin hesabı ödəyərkən niyə 5 (beş) manat ödəmədiyini ondan soruşmuşdur. O da pul ödəyib-ödəməməyinin Elvinə aidiyyəti olmadığını bildirmişdir. Bu zaman onunla Elvin arasında mübahisə yaranmışdır. Bəzən olub ki, o, Elvinlə kafedə oturub yemək yedikdən sonra Elvinlə bir-birilərinin pulunu ödəmişlər. Elvin ona “5 (beş) manatı da ödəsəydin nə olardı?” dedikdə, o, Elvinə demişdir ki, “bu məsələ sənlik deyil”. Elvin də bundan sonra ona oradan getməyini və sabah söhbət edəcəklərini deyərək ona qarşı söyüş söymüşdür. O da həmin söyüşü Elvinin özünə qaytarmışdır. Daha sonra Elvin ona “sənin başını kəsərəm” deyərək ona qarşı hədə-qorxu gəlmişdir. Sonra Bəxtiyar onların yanına gələrək onları aralamaq istəmişdir. Bu vaxt o, Bəxtiyarı itələmiş və söymüşdür. Bütün bu olanların səbəbkarının Bəxtiyar olduğunu o, Bəxtiyara demişdir. Yəni mübahisənin Bəxtiyara görə yarandığını o, Bəxtiyara demişdir. Sonra o, bıçaq tapmaq üçün Elvin və Bəxtiyarın yanından uzaqlaşmışdır. Girdiyi bir mağazada satıcı onun həyəcanlı olduğunu görərək ona bıçaq satmamışdır. Sonra o, kafeyə geri qayıtmış və orada Elvini görmüşdür. Bundan sonra o, mübahisəni aydınlaşdırmaq üçün Elvini çölə çağırmışdır. O, Elvinlə kənara keçdiyi vaxt, Elvin ona qarşı yenə də söyüş söyərək əl çəkməsini ondan istəmişdir. O, bir daha həmin söyüşü Elvinə qaytarmışdır. Bu zaman o, Əhlimanın qışqıraraq onların yanına gəldiyini görmüşdür. Həmin vaxt Elvin ona bıçaq zərbəsi endirmişdir. Lakin o, Elvinin ona bıçaqla vurduğu anı görməmişdir. Sonra nə baş verdiyini o, xatırlamır. O, Təqsirləndirilən şəxs ilə barışmış, ona vurulmuş ziyan ödənilmiş, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınaraq təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs ibtidai istintaq orqanına vermiş olduğu və məhkəmə istintaqında elan edilməklə tədqiq edilmiş ifadəsindən görünür ki, o, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Bağlar massivində nömrəsiz fərdi evdə ailə üzvləri ilə birlikdə yaşayır. Hazırda rəsmi olaraq işləmir, fərdi əməklə məşğul olub özünü və ailəsini dolandırır. Hər hansı bir şəxslə arasında düşmənçilik və ədavət yoxdur. O, Təqsirləndirilən şəxs yaşadıqları məhəllənin sakini kimi təxminən 5 ildir ki, tanıyır. Elvinlə arasında məlum hadisəyə kimi hər hansı bir mübahisə və münaqişə olmamışdır. Əksinə onlar hər dəfə birbirilərini görəndə mehriban şəkildə salamlaşıb hal-əhval tutmuşlar. Məlum hadisə günü, yəni xx.xx.2023-cü il tarixdə, saat təxminən 17:00 radələrində o, işdən çıxıb yaşadığı məhəllənin yaxınlığında yerləşən “Məxməri” kafesinə getmişdir. O, kafedə olan zaman qohumu İntiqama zəng vurub kafeyə gəlməsini və bir az istirahət etməklərini demişdir. Az sonra qohumu İntiqam kafeyə gəlmiş və onlar birlikdə oturub bir neçə boka pivə içmişlər. Daha sonra kafeyə onun atası Cəbrayıl da gəlmişdir. O, tualetə gedib qayıdanda görmüşdür ki, təxminən 10 ildir ki, tanıdığı məhəllə sakini Bəxtiyar da onların əyləşdiyi masada əyləşmişdir. Bəxtiyar da özü üçün pivə və məzələr sifariş etmişdir. Onun üzərində həmin vaxt pul az olduğuna görə o, Bəxtiyarla salamlaşdıqdan sonra öz yedikləri və içdikləri şeylərin pulunu ödəyib kafedən çıxmışdır. Ertəsi gün, yəni xx.xx.2023-cü il tarixdə onun xalası oğlunun toyu olacağı üçün o, atasını bərbərə aparmalı olmuşdur. Bərbərdə müştəri çox olduğundan atası evə qayıtmış, o isə qohumu İntiqamla birlikdə bərbərin yaxınlığında yerləşən “Emra” kafeyə getmişdir. Məqsədləri kafedə çay içmək olmuşdur. Kafedə oturduqları zaman Bəxtiyar ora gələrək ondan “Məxməri” kafesindən çıxan zaman Bəxtiyarın sifariş etdiyi şeylərin də pulunu ödəyib-ödəmədiyini soruşmuşdur. O isə pulu az olduğundan ödəmədiyini demişdir. Bəxtiyar bundan sonra kafedən çıxmışdır. Daha sonra o, mobil telefonuna kontur yükləmək üçün çölə çıxanda görmüşdür ki, Bəxtiyarla Elvin “Emra” kafesinin yanında dayanıb söhbət etmişlər. O, Elvinlə salamlaşmış və həmin vaxt Elvin ondan “Məxməri” kafesində Bəxtiyarın hesabını ödəyib-ödəmədiyini soruşmuşdur. O da hesabı ödəmədiyini bildirmiş, eləcə də Elvinə “Bəxtiyara borcum yoxdur ki, onun hesabını da ödəyim” demişdir. Bu sözünün cavabında Elvin ona “d....yob, get sabah səninlə söhbət edəcəm” demişdir. O isə Elvinə həmin söyüşü geri qaytarmışdır. O, Elvinə cavab qaytaranda Elvin ona “sənin başını kəsəcəm” demişdir. O, bu sözdən qorxuya düşüb özünü müdafiə etmək üçün bıçaq axtarmağa başlamışdır. O, orada yerləşən marketə girmiş və oradan meyvə-tərəvəz satanlardan bıçaq istəmişdir. Lakin meyvətərəvəz satanlar onun Elvinlə mübahisə etdiyini görüb ona bıçaq verməmişlər. Sonra o, “Emra” kafesinin yaxınlığında Elvinin daş səki üzərində tək halda oturduğunu görmüşdür. O, Elvinə nəyə görə “sənin başını kəsərəm” dediyini soruşduqda, Elvinlə onun arasında sözlü mübahisə yaranmışdır. Həmin vaxt hər ikisi kafenin arxa tərəfində yerləşən dalana tərəf getmiş və dalanın başında mübahisə edərkən Elvin qəflətən onu sol tərəfindən vurmuşdur. Elvin həmin zərbənin ardınca ikinci və üçüncü zərbəni də ona yetirmişdir. Sonuncu zərbədən sonra bədəni boşalmağa başlamışdır. O, əynindəki ağ rəngli köynəyə baxanda köynəyin qan içində olduğunu görmüşdür. Həmin vaxt o, Elvinin onu bıçaqla vurduğunu bilmiş, çünki yalnız həmin vaxt Elvinin əlinə fikir verdikdə bıçağı görmüşdür. Səsə yaxınlıqdakı insanlar gəlmişdir. O, özünü itirdiyindən və halsızlaşdığından onların münaqişəsinə müdaxilə edib onları ayıranları xatırlaya bilməmişdir. Yalnız o, yadında qalmışdır ki, onu X14 avtomaşınına mindirib xəstəxanaya aparmışlar. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Elvin onun kürəkənidir və sonuncu çox tərbiyəli və sakit insandır, lakin Elvinin psixoloji xəstəliyi var. Elə olur ki, Elvin xəstələyi ilə əlaqədar olaraq özündən tez-tez çıxır, əsəbi olur və qarşısındakı insanı sanki tanımır. Onun bir oğlu var və həmin oğlu müharibə iştirakçısıdır. Elvin hər zaman onun oğlundan da ona qarşı hörmətlə yanaşmışdır. Onu ən çox təəssüfləndirən hal Elvinin hazırda həbsdə olmasıdır. Elvin buna layiq bir insan deyil. O, xərçəng xəstəliyindən əziyyət çəkir, yaxın keçmişdə bir qızı evində qaz partlayışı nəticəsində vəfat etmiş və qızının iki uşağı hazırda onun himayəsindədir. Elvin də hazırda həbsdədir və 2 (iki) uşağı var. Elvinin də iki uşağının bütün qayğıları onun üzərindədir. Hadisə ilə bağlı onu deyə bilər ki, o, hadisə yerində olmamışdır. O, Elvini qeyd edilən hadisəni törətdikdən sonra evdə gördüyü zaman Elvin ağlamışdır. O, Elvindən nəyə görə ağladığını soruşduqda, Elvin Zərərçəkmiş şəxs içkili olduğundan onun namusunu söydüyünü və bu səbəbdən də Zərərçəkmiş şəxs sinə-qarın nahiyəsindən bıçaqlayaraq yüngül xəsarət yetirdiyini bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, cinayət hadisəsi baş verdiyi andan bir qədər əvvəl o, çayxanada domino oynamışdır. Bu vaxt Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs arasında həmin çayxananın qapısının qarşısında dava düşmüş, yəni Elvinlə Mircavad əlbəyaxa olmuşlar. O, davanın səbəbini həmin vaxt bilməmişdir. Dava zamanı o, Təqsirləndirilən şəxs sakitləşdirərək həmin çayxananın içərisində özünün yanında əyləşdirmiş və sonra Elvinlə birlikdə çay içmişdir. Bundan sonra Təqsirləndirilən şəxs onun yanından ayağa qalxaraq həmin çayxananın qapısının önündə əyləşmişdir. O da çayxayanada domino oynamağa davam etmişdir. Sonra Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında yenidən dava düşmüş və o da daxil olmaqla, bütün çayxanadakı şəxslər Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs ayırmaq məqsədilə küçəyə çıxmışlar. Həmin vaxt düşmüş olan dava səbəbilə küçədə möhkəm səs-küy olmuşdur. O, Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs yaxınlaşan zaman Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs arasında artıq müəyyən qədər bir məsafə olmuşdur. Bu zaman o, Zərərçəkmiş şəxs qaranlıq səbəbilə çox da yaxşı görməmiş, lakin Mircavadın divarın qarşısında yaralı bir şəkildə olduğunu görmüşdür. Bu vaxt o, Zərərçəkmiş şəxs yaxınlaşmamış və sonuncudan heç nə soruşmamışdır. Bu davadan bir müddət sonra o, bilmişdir ki, Zərərçəkmiş şəxs məhz Təqsirləndirilən şəxs tərəfindən bıçaqlanmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs atasıdır. Oğlu Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən bıçaqlanan zaman o, evdə olmuşdur. O, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 5 (beş) manata görə bıçaqladığını sonradan öyrənmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqladıqdan bir müddət sonra Təqsirləndirilən şəxs ailə üzvləri onların yaşadıqları evə gələrək Təqsirləndirilən şəxs adından ondan və oğlu Zərərçəkmiş şəxs üzr istəmişlər. Onlar da Təqsirləndirilən şəxs bağışlamışlar. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, bıçaqlanma hadisəsindən bir qədər əvvəl pivə içmək məqsədilə kafeyə daxil olmuş və bu zaman həmin kafedə Zərərçəkmiş şəxs də pivə içdiyini görmüşdür. Bundan sonra o, Zərərçəkmiş şəxs ilə birgə həmin kafedə əyləşərək pivə içmişdir. Sonra Zərərçəkmiş şəxs öz hesabını kafe sahibi Əkrəm adlı şəxsə ödəyərək çıxıb getmişdir. Təxminən 10-15 dəqiqə sonra o da kafe sahibi Əkrəm adlı şəxsə öz hesabını ödəyərək çıxıb getmişdir. Onun hesabı 7 (yeddi) manat olmuşdur. O, həmin hesabı ödəmişdir. Bundan sonra o, kafedən çıxıb başqa bir kafeyə yollanmışdır. Kafeyə çatan zaman o, həmin kafenin önündə Təqsirləndirilən şəxs əyləşdiyini görmüşdür. Bu vaxt o, Təqsirləndirilən şəxslə söhbət etməyə başlamışdır. Həmin söhbət əsnasında Təqsirləndirilən şəxs ona artıq bu gündən spirtli içkidən və tütün məhsullarından istifadə etməyəcəyini bildirmişdir. O da Təqsirləndirilən şəxs bu qərarını dəstəkləyərək Elvinlə din barədə söhbət etməyə başlamışdır. O, Təqsirləndirilən şəxslə söhbət edən zaman birdən Təqsirləndirilən şəxs demişdir ki, “deyəsən, bayaq kafedə Mircavad öz hesabını verən zaman mənim də hesabımı verdi, kafe sahibi Əkrəm isə məndən ikinci dəfə hesab aldı”. Təqsirləndirilən şəxs isə ona bu məsələni Zərərçəkmiş şəxs deməli olduğunu bildirmişdir. O da heç bir problem olmadığını demişdir. Bundan 10-15 dəqiqə sonra onların yanına Zərərçəkmiş şəxs yaxınlaşmışdır. Bu zaman Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs Mircavadın onun yerinə hesab ödəməsi barədə tam da dəqiq xatırlamadığı bir şəkildə fikir bildirmişdir. Zərərçəkmiş şəxs isə ona və Təqsirləndirilən şəxs “qələtinizi edin” formasında cavab qaytarmışdır. Zərərçəkmiş şəxs “qələtinizi edin” sözündən sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs öz narazılığını bildirməyə başlamışdır. Bundan sonra o, Zərərçəkmiş şəxs qucaqlayaraq kafenin önündən uzaqlaşdırmışdır. Sonra Zərərçəkmiş şəxs ondan buraxmasını xahiş etmişdir. Buna görə də o, Zərərçəkmiş şəxs buraxmışdır. Daha sonra Zərərçəkmiş şəxs onunla söhbət etdiyi kafenin qarşısında əyləşmiş, o isə atasının çağırışı ilə evə getmişdir. Sonra taksi sürücüsü olan Muxtar adlı şəxs ona zəng edərək Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqladığını bildirmişdir. O, özü Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqladığını görməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, bıçaqlanma hadisəsi yay günündə baş vermişdir. O, evdə olan zaman Zərərçəkmiş şəxs ona zəng edərək özünün kafedə olduğunu bildirib onu da kafeyə dəvət etmişdir. O da Zərərçəkmiş şəxs dəvəti ilə kafeyə getmişdir. O, kafedə olan zaman həmin kafeyə Şahid2lə Şahid4 da gəlmişdir. O, Zərərçəkmiş şəxs ilə birlikdə həmin kafedə pivə içmişdir. O, cəmi 1 (bir) bokal pivə içmişdir. Daha sonra o, Zərərçəkmiş şəxs ilə birlikdə nərd oynamaq məqsədilə başqa bir kafeyə getmişdir. Onlar başqa kafedə əyləşdikdən sonra Zərərçəkmiş şəxs mobil telefonunun konturunu artırmaq məqsədilə küçəyə çıxmışdır. Zərərçəkmiş şəxs küçəyə çıxmasından təxminən 5-10 dəqiqə keçdikdən sonra o, Zərərçəkmiş şəxs hələ də kafeyə qayıtmadığını görüb narahat olmuş və bu səbəbdən də Mircavada zəng etmişdir. Lakin Zərərçəkmiş şəxs onun zənginə cavab verməmiş, çünki Zərərçəkmiş şəxs mobil telefonu kafedəki masanın üzərində qalmışdır. Daha sonra küçədə səs-küy düşmüş və o da həmin səs-küyün səbəbini öyrənmək məqsədilə kafedən çölə çıxmışdır. O, kafedən küçəyə çıxan zaman ətrafdakı şəxslər ona Zərərçəkmiş şəxs bıçaqlandığını söyləmişlər. Amma o, həmin vaxt Zərərçəkmiş şəxs görməmiş, çünki təcili və təxirəsalınmaz tibbi yardım briqadası artıq Zərərçəkmiş şəxs xəstəxanaya aparmışdır. Bundan sonra o, təcili və təxirəsalınmaz tibbi yardım briqadasının Zərərçəkmiş şəxs aparmış olduğu xəstəxanaya getmiş və orada öyrənmişdir ki, Təqsirləndirilən şəxs bıçaqla Zərərçəkmiş şəxs vurmuşdur. Şahid3 ibtidai istintaq orqanına vermiş olduğu və məhkəmə istintaqında elan edilməklə tədqiq edilmiş ifadəsindən görünür ki, o, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Bağlar massivində nömrəsiz fərdi evdə ailə üzvləri ilə birlikdə yaşayır. Hazırda o, qardaşına məxsus yük maşını ilə tikinti sahələrinə mişar daşları daşıyıb satışı ilə məşğul olaraq ailəsini dolandırır. Evdə 3 qardaşdırlar. Onun heç kəslə düşmənçiliyi və ədavəti yoxdur. O, Təqsirləndirilən şəxs təxminən 1 ildir ki, tanıyır. Elvin onun qonşusu Nazimin kürəkənidir. Zərərçəkmiş şəxs ilə onun arasında münasibət olmasa da, o, Mircavadı daş karyerindən fəhlə kimi tanıyır və görüşəndə salamlaşmışdır. Ümumiyyətlə məlum hadisəyə qədər o, Elvinlə Mircavadın arasında hər hansı bir mübahisə və ya münaqişə olmasının şahidi olmamış, bununla bağlı kənar şəxslərdən də bir söz eşitməmişdir. Məlum hadisə günü, yəni xx.xx.2023-cü il tarixdə, təxminən saat 20:00 radələrində o, bir məhəllədə yaşadığı tanışları ilə yaşadığı məhəllədə yerləşən “Emra” adlı kafedə əyləşib çay içə-içə domino oynamışdır. Bu zaman Elvin və Mircavad söhbət etmişdir. Həmin vaxt orada Mircavadla Elvinin arasında sözlü mübahisə yaranmışdır. Hətta həmin vaxt Mircavad Elvinə qarşı söyüş də söymüşdür. Ona görə də onlar Elvini kafeyə öz yanlarına çağırmışlar, Mircavad isə harasa çıxıb getmişdir. Elvin bir qədər onların yanında oturduqdan sonra yenidən kafedən çölə çıxıb kafenin qarşısında olan daş səkinin üzərində əyləşmişdir. Elvin çölə çıxdıqdan təxminən 15 dəqiqə sonra o, kiminsə “dava düşdü”deyə səs eşitmiş və dərhal çölə çıxıb səs gələn istiqamətə, yəni “Emra” adlı kafenin arxa tərəfinə gedən zaman Elvinin kafenin arxasında Mircavadla münaqişə etdiyini görmüşdür. O, dərhal müdaxilə edib tərəfləri ayırmasına baxmayaraq, ətraf qaranlıq olduğundan heç nəyi dəqiqliklə görmək mümkün olmamışdır. Daha sonra Mircavad “Emra” adlı kafeyə doğru gəldikdə, həmin yer işıqlı olduğu üçün o, Mircavadın üst-başının qan içində olduğunu görmüşdür. Qan görmək ona pis təsir etdiyindən o, dərhal oradan uzaqlaşmışdır. Daha sonra o, tanışlarından eşitmişdir ki, həmin vaxt təsadüfən əraziyə çağırışa gəlmiş X14 avtomaşınına Mircavadı mindirib xəstəxanaya aparmışlar. Həmin vaxtdan sonra o, nə Elvini, nə də Mircavadı görməmişdir. Mübahisə bildiyi qədəri ilə yalnız Elvinlə Mircavad arasında baş vermişdir. Onun baş vermiş hadisədə hər hansı bir şəkildə iştirakı olmamışdır. O, yalnız tərəfləri sakitləşdirməyə çalışmışdır. O, Elvinlə Mircavad arasındakı mübahisənin konkret olaraq hansı səbəbdən baş verməsini bilmir, çünki sonuncularla daimi münasibət saxlamamışdır. Məlum hadisə qaranlıq ərazidə baş verdiyindən o, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs konkret olaraq hansı alətlə xəsarət yetirdiyini bilmir. Məlum hadisə vaxtı o, Elvinin əlində hər hansı bir kəsici-deşici alət görməmişdir. Məlum hadisə vaxtı o, Elvinin əynində ağ rəngli köynək və cins şalvar, Zərərçəkmiş şəxs əynində isə qara rəngli şalvar və ağ köynək olduğunu xatırlayır. O, Elvinin əynindəki paltarların üzərində qan ləkələri və zədələr olduğunu görməmiş, Mircavadın əynindəki paltarlar isə qan içində olmuşdur. O, həmin vaxt öz əynində hansı paltarlar olduğunu xatırlamır. Onun paltarları zədələnməmiş, üzərində hər hansı ləkə olmamışdır. Hadisə baş verən yer qaranlıq olduğundan hadisə zamanı Elvinin dəqiq olaraq Mircavadın bədəninin hansı nahiyələrinə xəsarət yetirməsindən onun məlumatı olmamışdır. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs spirtli içki içməsi və narkotik vasitə istifadəçisi olması ilə bağlı onun məlumatı yoxdur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, elan edilmiş şahid ifadəsini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növü kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli raportdan (cild 1, iş vərəqə 3) görünür ki, həmin gün saat 23:12-də Sabunçu xəstəxanasından tibb bacısı Rzayeva zəng edərək bildirmişdir ki, xx.xx.1996-cı il təvəllüdlü Zərərçəkmiş şəxs döş qəfəsindən bıçaqlanması səbəbi ilə xəstəxanaya yerləşdirilmişdir. xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 15) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması qərara alınmışdır. xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 25) görünür ki, Təqsirləndirilən şəxs həmin gün şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2023-cü il tarixli əməlin tövsif edilməsi haqqında qərardan (cild 1, iş vərəqə 27) görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə tövsif edilmişdir. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 28-29) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə ittiham elan olunmuş və o, həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. xx.xx.2023-cü il tarixli Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-342/2023 saylı qərarından (cild 1, iş vərəqə 46-47) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli onun tutulduğu vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablanmışdır. xx.xx.2023-cü il tarixli əməlin tövsif edilməsi haqqında qərardan (cild 1, iş vərəqə 48) görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə tövsif edilmişdir. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan (cild 1, iş vərəqə 105-106) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə yeni məzmunda ittiham elan edilmişdir. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəqə 125-130) görünür ki, həmin gün Təqsirləndirilən şəxs cinayət hadisəsinin baş verdiyi yerdə törətdiyi əməlin üsulu və mexanizmi barədə ətraflı məlumat verməklə törətdiyi cinayət əməlini etiraf etmişdir. xx.xx.2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəqə 145-151) görünür ki, cinayət hadisəsinin baş verdiyi əraziyə, yəni Bakı şəhəri, Xəzər rayonu, Şüvələn qəsəbəsi, Bağlar massivi, 9-cu döngənin giriş hissəsinə baxış keçirilmişdir. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA X10 Şəxsin 852 nömrəli canlı şəxsin ekspertizası rəyindən (cild 1, iş vərəqə 180-181) görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində travma almasını göstərən hər hansı bir xəsarət aşkar edilməmişdir. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 57) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X12 kompleks ambulator məhkəmə-psixiatrik və məhkəməpsixoloji ekspertizasının 2324 nömrəli rəyindən (cild 1, iş vərəqə 196-199) görünür ki, Təqsirləndirilən şəxs cinayət hadisəsi baş verən zaman fizioloji affekt vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman onun şüuruna və fəaliyyətinə mühüm təsir göstərə biləcək emosional vəziyyətdə olmamışdır. Hadisə zamanı psixi-emosional halında hirslilik yaranmış, həmin halın yaranması situasiya ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs yüngül əqli gerilik (yüngül debillik dərəcəsində oliqofreniya) aşkar olunur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarına malik olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikasının CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X11 Şəxsin Ambulator 5486 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 183- 184) görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərdən istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA X10 Şəxsin 1030 nömrəli canlı şəxsin ekspertizası rəyindən (cild 1, iş vərəqə 186-189) görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər – daxili qanaxma və sol tərəfli hemopnevmotoraks ilə müşayiət olunan sol ağciyərin yuxarı payının zədələnməsi ilə nəticələnmiş döş qəfəsinin sol yarısının ön divarının sol plevra boşluğuna (daxilə) nüfuz edən 1 ədəd; daxili qanaxma, diafraqmanın sol yarısının, mədənin ön divarının, qaraciyərin sol payının zədələnməsi ilə müşayiət olunan döş qəfəsinin sol yarısının ön divarının sol plevra boşluğuna və qarın boşluğuna (daxilə) nüfuz edən 1 ədəd (cəmi 2 ədəd ) deşilmiş-kəsilmiş yaraları, döş qəfəsinin sol yarısının ön divarının daxilə nüfuz etməyən 1 ədəd deşilmiş-kəsilmiş yarası deşici-kəsici alət (ola bilsin bıçaq) təsirindən törənmiş, törənmə müddətləri onun “X13” X15 müraciətdən az əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun gələ bilər. Qeyd olunan xəsarətlərdən daxili qanaxma və sol tərəfli hemopnevmotoraks ilə müşayiət olunan sol ağciyərin yuxarı payının zədələnməsi ilə nəticələnmiş döş qəfəsinin sol yarısının ön divarının sol plevra boşluğuna (daxilə) nüfuz edən 1 ədəd; daxili qanaxma, diafraqmanın sol yarısının, mədənin ön divarının, qaraciyərin sol payının zədələnməsi ilə müşayiət olunan döş qəfəsinin sol yarısının ön divarının sol plevra boşluğuna və qarın boşluğuna (daxilə) nüfuz edən 1 ədəd ( cəmi 2 ədəd ) deşilmiş-kəsilmiş yaraları həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmaya; döş qəfəsinin sol yarısının ön divarının daxilə nüfuz etməyən 1 ədəd deşilmiş-kəsilmiş yarası isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddirlər. Xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər kənar şəxs tərəfindən yetirilmişdir. Zərərçəkmiş şəxs xəsarətlər yetirilərkən bədənin müxtəlif duruş vəziyyətlərində ayaqüstü, yarıoturaq və sair ola bilərdi. Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərdən sonra qısa müddət ərzində aktiv hərəkətlər etmə iqtidarında olmuşdur. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA X10 Şəxsin 376/2023-MTKŞ nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 191-194) görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin ön hissəsinin orta-aşağı nahiyəsində 1 (bir) ədəd deşilmiş-kəsilmiş zədə aşkar edilmişdir. Bu zədə iti ucu, iti ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin, ola bilsin ki, bıçağın təsirindən əmələ gəlmişdir. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin ön hissəsinin orta-aşağı nahiyəsində aşkar edilmiş 3 (üç) ədəd deşilmiş-kəsilmiş zədə onun bədəninin döş qəfəsinin sol yarısının ön divarında olan 3 (üç) ədəd deşilmiş-kəsilmiş yaraları ilə yerləşmə nahiyələrinə görə nisbi olaraq üst-üstə düşürlər. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus şalvar üzərində hər hansı bir əhəmiyyət kəsb edən zədə aşkar olunmamışdır. xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 214-236) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddələri ilə yeni məzmunda ittiham elan edilməsi, cinayət hadisəsi zamanı Zərərçəkmiş şəxs əynində olmuş 1 (bir) ədəd tünd boz rəngli, üzərində qara kəməri ola cins şalvar və 1 (bir) ədəd ağ rəngli qolsuz idman köynəyi maddi sübut kimi tanınaraq saxlanılması üçün Bakı şəhəri Xəzər rayon prokurorluğunun saxlanc otağına təhvil verilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan (cild 1, iş vərəqə 237-238) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə yeni məzmunda ittiham elan edilmişdir. xx.xx.2023-cü il tarixli ərizədən (cild 2, iş vərəqə 41) görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış, ona vurulmuş ziyan ödənilmiş, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Nikah haqqında şəhadətnamənin surətindən (cild 1, iş vərəqə 40) görünür ki, Təqsirləndirilən şəxs ilə X1 arasında nikah bağlanmışdır. Xasiyyətnamədən (cild 1, iş vərəqə 165) görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Şəxsiyyət vəsiqələrinin surətlərindən (cild 1, iş vərəqə 39) görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2015-ci il təvəllüdlü Hüseyn və xx.xx.2017-ci il təvəllüdlü Zeynəb adlı övladı var. Tibbi-Sosial Ekspert Komissiysı tərəfindən verilmiş arayışdan (cild 1, iş vərəqə 169) görünür ki, Təqsirləndirilən şəxs İİ dərəcəli əlildir (oliqofreniya, ağır debillik dərəcəsi). Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondan ibarətdir ki, hər kəsin Əsas Qanunda və digər normativhüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X5 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin xx.xx.2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, təqsirləndirilən şəxs açıq məhkəmə iclaslarında onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuş, eləcə də müxtəlif vəsatətlər vermişdir. Bundan başqa, təqsirləndirilən şəxs şəxsən və müdafiəçi vasitəsilə onun əleyhinə olan sübutlara dair etiraz edərək irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə görə qanuni qüvvəsini almış məhkəmə hökmü olmadan heç kəs cinayət törətməkdə təqsirli sayıla bilməz. Konstitusiyanın bu müddəası baxımından ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmünün qanuni, əsaslı və ədalətli olması demokratik və hüquqi dövlətdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən hüquqi qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından Cinayət Qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsində sübut edilməli olan hallardan biri kimi cinayət hadisəsinin baş vermə faktının müəyyən edilməsi nəzərdə tutulmuşdur. Cinayət hüququ nəzəriyyəsinə görə cinayət hadisəsi dedikdə: müəyyən yerdə, müəyyən zamanda, müəyyən üsulla törədilən və müəyyən nəticəyə gətirib çıxaran hərəkət və ya hərəkətsizlik başa düşülür. Cinayət hadisəsinin sübut edilməsi zamanı hər hansı hadisənin baş verməsinin, hadisənin baş vermə anının, gedişinin və nəticəsinin, baş vermiş hadisənin əlamətlərinin Cinayət Qanununda göstərilən konkret cinayət tərkibinin əlamətlərinə uyğun gəlməsinin, cinayət niyyətinin həyata keçirilməsi mərhələsinin müəyyən edilməsi zəruridir. Cinayət məsuliyyəti o zaman yaranır ki, törədilmiş əməlin əlamətləri ilə Cinayət Qanununda göstərilən konkret cinayət tərkibinin əlamətləri üst-üstə düşmüş olsun. Şəxsin cinayət törətmək niyyəti onun konkret əməlində təzahür etmirsə, cinayət məsuliyyəti yarana bilməz. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmiş, yəni bıçaqdan istifadə etməklə Zərərçəkmiş şəxs qəsdən öldürməyə cəhd etmişdir. Belə ki, məhkəmə istintaqında obyektiv şəkildə araşdırılmış mötəbər sübutlarla müəyyən edilmişdir ki, cinayət hadisəsi baş verməmişdən əvvəl Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs bir-birilərini tanımışlar və onların arasında normal münasibətlər olmuşdur. Lakin xx.xx.2023-cü il tarixdə onların arasında sözlü mübahisə yaranmışdır. Sözlü mübahisəyə səbəb Təqsirləndirilən şəxs özünə aid olmayan məsələ ilə bağlı Zərərçəkmiş şəxs irad bildirməsi, iradın qarşılığında isə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs təhqir etməsi olmuşdur. Həmçinin sözlü mabahisə zamanı Zərərçəkmiş şəxs alkoqol sərxoşluğu vəziyyətində olmuşdur. Göstərilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Təqsirləndirilən şəxs Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Bağlar massivində yerləşən “Emra” adlı kafenin yaxınlığında Zərərçəkmiş şəxs ilə sözlü mübahisə etdikdən sonra sonuncudan qisas almaq məqsədilə üzərində gəzdirdiyi təyinatı istintaqa məlum olmayan bıçaqla qəsdən Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə ardıcıl olaraq zərbələr endirərək sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid döş qəfəsinin sol yarısının ön divarının daxilə nüfuz etməyən 01 (bir) ədəd, həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmaya aid daxili qanaxma və sol tərəfli hemopnevmotoraks ilə müşayiət olunan sol ağciyərin yuxarı payının zədələnməsi ilə nəticələnmiş döş qəfəsinin sol yarısının ön divarının sol plevra boşluğuna (daxilə) nüfuz edən 01 (bir) ədəd, daxili qanaxma, diafraqmanın sol yarısının, mədənin ön divarının, qaraciyərin sol payının zədələnməsi ilə müşayiət olunan döş qəfəsinin sol yarısının ön divarının sol plevra boşluğuna və qarın boşluğuna (daxilə) nüfuz edən 01 (bir) ədəd (cəmi 02 ədəd) deşilmiş-kəsilmiş yara bədən xəsarətlərini yetirmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 3 (üç) bıçaq zərbəsi endirməsi cinayət işinin materialları ilə tam şəkildə təsdiq olunur. Belə ki, həm Təqsirləndirilən şəxs, həm Zərərçəkmiş şəxs, həm də şahidlər məhkəmədə ifadə verərək Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 3 (üç) bıçaq zərbəsi endirməsini bildirərək bu faktı təsdiq etmişlər. Həmçinin iş üzrə keçirilmiş canlı şəxsin ekspertiza rəyi ilə də Təqsirləndirilən şəxs bıçaqla Zərərçəkmiş şəxs ardıcıl olaraq 3 (üç) bıçaq zərbəsi endirməsi təsdiq olunmuşdur. Ona görə də göstərilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaq zərbələri endirdikdən sonra sonuncu qışqırmağa başlamış və bu səs-küyə ətrafda olan şəxslər gəlmişlər. Göstərilən fakt məhkəmədə şahid qismində dindirilmiş X4 və Şahid6 ifadələri, eləcə də digər Şahid3 ibtidai istintaq orqanına vermiş olduğu və məhkəmə istintaqında elan edilməklə tədqiq edilmiş ifadəsi ilə tam şəkildə təsdiq olunmuşdur. Belə ki, göstərilən şahidlər təsdiq etmişlər ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə dava edən zaman möhkəm səs-küy düşmüş, sonra Zərərçəkmiş şəxs ucadan qışqırmağa başlamış, ona görə də birinci olaraq Zərərçəkmiş şəxs dostu Şahid3, sonradan isə İntiqam Yaqubov və Şahid6, habelə başqa şəxslər Elvinlə Mircavadın olduqları yerə gəlmişlər. Qışqırtı səsinə köməyə gəlmiş Şahid3 Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ayırdığından, başqa sözlə, Təqsirləndirilən şəxs cinayətkar niyyətini başa çatdırmağa mane olduğundan və Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb ediləcəyindən qorxduğundan dərhal hadisə yerindən uzaqlaşmışdır. Bu hissədə qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs cinayətkar məqsədinə çatmamasının səbəbi məhz göstərilən hallar çıxış edir. Belə ki, Zərərçəkmiş şəxs qışqıraraq kömək istəməsəydi, bununla da orada səs-küy yaranmasaydı və Şahid3 Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ayırmasaydı Təqsirləndirilən şəxs cinayətkar məqsədinə çatmaq üçün başladığı fəal hərəkətləri başa çatdıraraq Zərərçəkmiş şəxs qəsdən həyatdan məhrum edəcəkdi. Bundan sonra Zərərçəkmiş şəxs xəstəxanaya çatdırılmış və orada ona göstərilən tibbi yardımın sayəsində sonuncunun həyatı xilas olmuşdur. Bununla da Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Təqsirləndirilən şəxsin törətmiş olduğu əməlinin tövsifi məsələsinə gəldikdə, məhkəmə bir neçə məsələni xüsusilə vurğulamağı zəruri hesab edir. Birinci məsələ ondan ibarətdir ki, Təqsirləndirilən şəxs cinayət hadisəsi baş verənədək bıçaqla silahlanmışdır. İkinci məsələ ondan ibarətdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ardıcıl olaraq 3 (üç) bıçaq xəsarəti yetirmiş, həmin xəsarətlər sonuncunun həyatı üçün təhlükəli olan orqanlara yetirilmişdir. Həmçinin Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sonuncu üçün gözlənilməz halda, anda və şəraitdə bıçaqla xəsarət yetirməsi bilavasitə Təqsirləndirilən şəxs niyyətini nümayiş etdirən vacib haldır. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilk bıçağı endirdiyi andan niyyəti Zərərçəkmiş şəxs qisas alaraq sonuncunu qəsdən öldürmək olmuşdur. Üçüncü məsələ isə ondan ibarətdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bir neçə dəfə bıçaqla xəsarət yetirdikdən sonra sonuncu Təqsirləndirilən şəxs müqavimət göstərməmiş, əksinə gücdən düşərək hərəkətsizlik nümayiş etdirmişdir. Dördüncü məsələ isə ondan ibarətdir ki, Təqsirləndirilən şəxs cinayətkar məqsədinə çatmasına mane olan hallar Zərərçəkmiş şəxs qışqıraraq kömək istəməsi və yaranmış səs-küyə ətrafdakı şəxslərin, eləcə də Şahid3 hadisə yerinə gələrək onları birbirindən ayırması olmuşdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs qisas niyyəti ilə Zərərçəkmiş şəxs həyat üçün təhlükəli olan nahiyələrinə bıçaqla zərbələr endirməsini, bıçaq zərbələrini müxtəlif vəziyyətlərdə yetirməsini, öz hərəkətlərini davam etdirməklə sonuncuya ümumilikdə 3 (üç) bıçaq zərbəsi vurmasını, Zərərçəkmiş şəxs qışqıraraq kömək istəməsini və yaranmış səsküyə ətrafdakı şəxslərin gəlməsini, vaxtında tibbi yardım göstərildiyindən zərərçəkmiş şəxsin ölməməsini, o cümlədən, yetirilən bədən xəsarətlərinin sayını, həyat üçün mühüm orqana xəsarət yetirilməsini, təqsirkarla zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətlərini məcmu halda təhlil edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayətkar məqsədini həyata keçirmək üçün, yəni Zərərçəkmiş şəxs qəsdən həyatdan məhrum etmək üçün sonuncuya qarşı real şəkildə fəal hərəkətlər etmişdir. Lakin nəticədə Təqsirləndirilən şəxs öz iradəsindən asılı olmayan səbəblərə görə cinayətkar niyyətini başa çatdıra bilməmiş və bununla da Zərərçəkmiş şəxs qəsdən öldürməyə cəhd etmişdir. Cinayət hüququ nəzəriyyəsinə görə cinayət etməyə cəhdin, adətən üç obyektiv əlaməti fərqləndirilir. Birinci əlamət - əməlin bilavasitə cinayət törətməyə yönəldilməsidir. Yəni bu o deməkdir ki, cinayət etməyə cəhddə törədilən əməllə dispozisiyada göstərilən cinayətin obyektiv cəhəti qismən icra edilmiş olur. Cinayət etməyə cəhdin ikinci obyektiv əlaməti - əməlin başa çatmamasında ifadə olunur. Bu isə o deməkdir ki, cinayət etməyə cəhddə cinayətin obyektiv cəhəti özünün sonrakı inkişafını davam etdirə bilmir. Məhz bu əlamət cinayət etməyə cəhdi başa çatmış cinayətlərdən fərqləndirir. Cinayət etməyə cəhdin başa çatan cinayətdən fərqləndirilməsi həm də bu növdən olan cinayətlərin əlamətlərini nəzərdə tutan tərkibin qurulmasından asılıdır. Əgər cinayət etməyə yönələn cəhd maddi quruluşa malik olan tərkiblərdə nəzərdə tutulan cinayətin törədilməsinə yönəldilmişdirsə, ictimai təhlükəli nəticə baş vermir. Məsələn, başqasını öldürmək məqsədi ilə hər hansı silahdan istifadə edilərək zərərçəkmiş şəxsə xəsarət və ya xəsarətlər yetirilirsə, bu zaman zərərçəkmiş şəxsin ölümü baş vermir. Yəni cinayət etməyə cəhddə qanunda nəzərdə tutulan ictimai təhlükəli nəticə baş vermir. Lakin buradan nəticə çıxarmaq olmaz ki, cinayət etməyə cəhddə ümumiyyətlə nəticə olmur. Cinayət etməyə cəhdin üçüncü obyektiv əlaməti - qəsdin şəxsin iradəsindən asılı olmayan səbəblər üzündən başa çatmamasında ifadə olunur. Bu əlamətin mənasına görə qəsdin kəsilməsi, başa çatmaması şəxsin öz təşəbbüsü ilə, cinayəti başa çatdırmaqdan imtina etməyə dair daxilən qəbul etdiyi qərarla bağlı olmur. Qəsdin qarşısını alan, onu başa çatdırmağa imkan verməyən amillər meydana gəlir. Qəsdi dayandıran belə amillər şəxsin iradəsindən asılı olmayaraq yaranır. Cinayətə cəhdi başa çatdırmağa imkan verməyən hallar olduqca müxtəlif ola bilər. Bu, cinayəti başa çatdırmaq üçün şəxsin hazırladığı alət və vasitənin yararsız olması ilə, cinayətin predmetinin olmaması ilə, zərərçəkmiş şəxsin ciddi müqavimət göstərməsi və digər hərəkətləri ilə əlaqədar ola bilər. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsində nəzərdə tutulan cinayətin bütün əlamətləri mövcuddur, həmin cinayət həqiqətən baş vermiş və qeyd edilən cinayət əməli onun tərəfindən törədilmişdir. Bu cinayətin törədilməsində məhz o, təqsirlidir. Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmamış cinayətdir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən o, Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsində nəzərdə tutulmuş sanksiya həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Məhkəmə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, hər bir cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, cavan, evli olmaqla himayəsində 2 (iki) azyaşlı uşağının olmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını, İİ qrup əlil olmasını, onun zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsə vurulmuş ziyanın ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdıqda (Cinayət Məcəlləsinin 59.1.12-ci maddə) və zərərçəkmiş şəxsə vurulmuş ziyan tamamilə ödənildikdə (Cinayət Məcəlləsinin 59.1.13-cü maddə) təqsirləndirilən şəxsə təyin ediləcək cəza onun təqsirli bilindiyi maddədə nəzərdə tutulmuş cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edildiyindən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə maddi sübut olub Bakı şəhəri Xəzər rayon prokurorluğunda saxlanc otağında saxlanılan və hadisə vaxtı Zərərçəkmiş şəxs əynində olmuş 1 (bir) ədəd tünd boz rəngli, üzərində qara kəməri olan cins şalvar və 1 (bir) ədəd ağ rəngli qolsuz idman köynəyi məhv edilməlidir. İş üzrə məhkəmə məsrəfləri və mülki iddia yoxdur. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan digər əmlakı məhkəmə tərəfindən müəyyən edilmədi. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 7 (yeddi) il 10 (on) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 16 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut olub Bakı şəhəri Xəzər rayon prokurorluğunda saxlanc otağında saxlanılan və hadisə vaxtı Zərərçəkmiş şəxs əynində olmuş 1 (bir) ədəd tünd boz rəngli, üzərində qara kəməri olan cins şalvar və 1 (bir) ədəd ağ rəngli qolsuz idman köynəyi məhv edilsin. İş üzrə məhkəmə məsrəfləri, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Əli Məmmədov Hakimlər Azad Məcidov Səbinə Məmmədzadə
Məhkəmə qərarları › İş №1(101)-947/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-947/2024
05.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver