Məhkəmə qərarları › İş №1(101)-947/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-947/2025

20.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-947/2025 20.10.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əsgərova-X7 (sədrlik edən), Sadıxov Rasim Əkrəm oğlu və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçları- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı1 və Dövlət ittihamçısı2, ölmüş zərərçəkmiş şəxsin hüquqi varisi X5 və onun nümayəndəsi - Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, Təqsirləndirilən şəxs1 qanuni nümayəndəsi Qanuni nümayəndə1, Təqsirləndirilən şəxs2 qanuni nümayəndəsi Qanuni nümayəndə2, müdafiəçilər – Azərbaycan Respublikasının Vəkillər Kollegiyası “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi2 və “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxx 2008-ci il tarixdə İmişli şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, işləməyən, subay, İmişli rayonu, Sarxanlı kəndində qeydiyyatda olan, faktiki ünvan 1 ünvanda yaşamış, barəsində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 iyun 2024-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1, və xx xxxx 2008-ci il tarixdə Füzuli şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, işləməyən, subay, ünvan 3 ünvanda qeydiyyatda olan, faktiki ünvan 4 ünvanda yaşamış, barəsində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 iyun 2024-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.1-ci, 120.2.2-ci və 228.4-cü (Cinayət Məcəlləsinə 07 mart 2025-ci il tarixdə edilmiş dəyişikliklərə qədər qüvvədə olan)maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında, xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmüşlər, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişlər, eləcə də qanunsuz olaraq soyuq silah əldə etmiş və gəzdirmişlər. Belə ki, Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdə saat 23 radələrində tanışı Təqsirləndirilən şəxs2 doğum gününü qeyd etmək məqsədilə sonuncu ilə Bakı şəhəri, Nəsimi rayonu, metronun “Əcəmi” stansiyasının yaxınlığında görüşərək “Huqqa” restoranına getmək üçün xx.xx.2024-cü il tarixdə saat 00 radələrində “McDonalds” adlı iaşə obyektinin qarşısından keçərkən hər ikisinin tanışları Şahid3 və Şahid2 həmin yerdə əvvəllər tanımadıqları bir neçə şəxslə söhbət etmələrini görüb onlara yaxınlaşaraq həmin şəxslərlə salamlaşdıqları vaxt, əvvəllər tanımadığı və həmin vaxt yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olan Zərərçəkmiş şəxs ilə də görüşüb salamlaşarkən sonuncunun Təqsirləndirilən şəxs2 “sən kimsən?, mən mikrorayon uşağıyam dağıtdığım arxa dayanmır” deməsi və sonuncunun Zərərçəkmiş şəxs bu sözü ilə bağlı irad tutmasından sonra aralarında yaranmış sözlü mübahisəyə aydınlıq gətirmək üçün Zərərçəkmiş şəxs təklifi ilə Təqsirləndirilən şəxs2lə birlikdə “Əcəmi" metrostansiyasının arxa tərəfində yerləşən bir mərtəbəli tikilinin arxasına getdikdən sonra Zərərçəkmiş şəxs onlara İrad tutmasını bəhanə edib heç bir əsaslı səbəb olmadan ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə sonuncunu, Təqsirləndirilən şəxs2lə birlikdə qabaqcan əlbir olan bir qrup şəxs halında, xuliqanlıq niyyəti ilə qəsdən öldürmək qərarına gəlmiş, bu məqsədlə əvvəlcə o, istintaqla müəyyən edilməyən vaxtda və istintaqla müəyyən edilməyən mənbədən əldə edərək üzərində gəzdirdiyi, soyuq silah hesab edilən ümumi təyinatlı qatlanan ov bıçağını çıxarıb tiyəsini açıb həmin bıçaqla Zərərçəkmiş şəxs sol yan nahiyəsinə bir dəfə zərbə vurmaq istəyərkən həmin vaxt bıçağın Zərərçəkmiş şəxs üzərində olan “İphone7” markalı mobil telefonunun arxa hissəsinə dəyməsinə görə sonuncunun zərbədən yayınaraq onun əlindəki bıçağı almağa çalışdığını görən Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs tutaraq hərəkətini və müqavimət imkanını məhdudlaşdırmasını görüb bundan istifadə edərək yenidən əlindəki bıçaqla zərbə vuraraq Zərərçəkmiş şəxs ölümünə səbəb olan qarın nahiyəsinin sağ yarısının ön səthində, qarın boşluğuna nüfuz edərək yoğun bağırsağı və qaraciyəri yaralayaraq toxumasında kor qurtaran, kəskin qanitirmə törədən, sağlamlığa ağır zərər vurmaya aid olan deşilmişkəsilmiş yarası və sağ saidin aşağı 1/3-nin bayır səthinin dərəcəsi təyin edilməyən kəsilmiş yarası xəsarətləri yetirmiş, bu vaxt sonuncu aktiv şəkildə müqavimət göstərərək onun yeni zərbələr vurmasına mane olduğundan cinayətkar niyyətlərini başa çatdırmaq üçün Təqsirləndirilən şəxs2 istintaqla müəyyən edilməyən vaxtda və istintaqla müəyyən edilməyən mənbədən əldə edərək üzərində gəzdirdiyi, soyuq silah hesab edilən ümumi təyinatlı qatlanan ov bıçağını çıxarıb həmin bıçaqla Zərərçəkmiş şəxs sol bud nahiyəsinə bir dəfə zərbə vurub sol budun orta 1/3-nin ön səthində, bud əzələni və böyük dərialtı venanı yaralayan, sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid deşilmiş-kəsilmiş yarası xəsarəti yetirməsindən sonra Zərərçəkmiş şəxs onların zərbələrindən yayınmaq üçün qaçaraq oradan uzaqlaşmasını görərək Təqsirləndirilən şəxs2lə birlikdə cinayətkar qəsdini davam etdirmək üçün ardınca qaçsalar da Zərərçəkmiş şəxs yaxınlıqda olan tanışları Şahid1 və Şahid2 yanına getməsini gördükdən sonra həmin cinayət əməllərinin onlar tərəfindən törədiləcəyinin aşkar olunacağını bilərək Təqsirləndirilən şəxs2lə birlikdə hadisə yerini tərk etmiş, Zərərçəkmiş şəxs həmin vaxt Şahid1 tərəfindən təcili yardım avtomobili ilə X20 PHŞ-yə çatdırılmasına baxmayaraq həmin tarixdə X16 ölməsinə səbəb olmaqla Təqsirləndirilən şəxs2lə qabaqcadan əlbir olan bir qrup şəxs halında xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmiş, eləcə də qanunsuz olaraq soyuq silah hesab edilən ümumi təyinatlı qatlanan ov bıçağını əldə etmiş və gəzdirmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdə saat 23 radələrində tanışı Təqsirləndirilən şəxs1 ilə öz doğum gününü qeyd etmək məqsədilə Bakı şəhəri, Nəsimi rayonu, Əcəmi metrostansiyasının yaxınlığında görüşərək “Huqqa” restoranına getmək üçün xx.xx.2024-cü cü il tarixdə saat 00 radələrində “McDonalds” adlı iaşə obyektinin qarşısından keçərkən hər ikisinin tanışları Şahid3 və Şahid2 həmin yerdə əvvəllər tanımadıqları bir neçə şəxslə söhbət etmələrini görüb onlara yaxınlaşaraq həmin şəxslərlə salamlaşdıqları vaxt, əvvəllər tanımadığı və həmin vaxt yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olan Zərərçəkmiş şəxs ilə də görüşüb salamlaşarkən sonuncunun ona “sən kimsən?, mən mikrorayon uşağıyam dağıtdığım arxa dayanmır” deməsi və onun Zərərçəkmiş şəxs bu sözü ilə bağlı irad tutmasından sonra aralarında yaranmış sözlü mübahisəyə aydınlıq gətirmək üçün Zərərçəkmiş şəxs təklifi ilə Təqsirləndirilən şəxs1lə birlikdə “Əcəmi” metrostansiyasının arxa tərəfində yerləşən bir mərtəbəli tikilinin arxasına gedərək Zərərçəkmiş şəxs onlara irad tutmasını bəhanə edib heç bir əsaslı səbəb olmadan ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə sonuncunu, Təqsirləndirilən şəxs1lə birlikdə qabaqcan əlbir olan bir qrup şəxs halında, xuliqanlıq niyyəti ilə qəsdən öldürmək qərarına gəlmiş, bu məqsədlə Təqsirləndirilən şəxs1 istintaqla müəyyən edilməyən vaxtda və istintaqla müəyyən edilməyən mənbədən əldə edərək üzərində gəzdirdiyi, soyuq silah hesab edilən ümumi təyinatlı qatlanan ov bıçağı ilə Zərərçəkmiş şəxs sol yan nahiyəsinə bir dəfə zərbə vurmaq istəyərkən həmin vaxt bıçağın Zərərçəkmiş şəxs üzərində olan “lphone7” markalı mobil telefonunun arxa hissəsinə dəyməsinə görə sonuncunun zərbədən yayınaraq Təqsirləndirilən şəxs1 əlindəki bıçağı almağa çalışdığını görərək Zərərçəkmiş şəxs tutmaqla hərəkət və müqavimət imkanını məhdudlaşdırıb Təqsirləndirilən şəxs1 ona bıçaqla zərbə vurmasına şərait yaratması nəticəsində Təqsirləndirilən şəxs1 bıçaqla zərbə vuraraq Zərərçəkmiş şəxs ölümünə səbəb olan qarın nahiyəsinin sağ yarısının ön səthində, qarın boşluğuna nüfuz edərək yoğun bağırsağı və qaraciyəri yaralayaraq toxumasında kor qurtaran, kəskin qanitirmə törədən, sağlamlığa ağır zərər vurmaya aid olan deşilmiş-kəsilmiş yarası və sağ saidin aşağı 1/3-nin bayır səthinin dərəcəsi təyin edilməyən kəsilmiş yarası xəsarətlərini yetirməsinə nail olmuş, bununla belə Zərərçəkmiş şəxs aktiv şəkildə müqavimət göstərərək Təqsirləndirilən şəxs1 yeni zərbələr vurmasına mane olduğundan cinayətkar niyyətlərini başa çatdırmaq üçün istintaqla müəyyən edilməyən vaxtda və istintaqla müəyyən edilməyən mənbədən əldə edərək üzərində gəzdirdiyi, soyuq silah hesab edilən ümumi təyinatlı qatlanan ov bıçağını çıxarıb həmin bıçaqla Zərərçəkmiş şəxs sol bud nahiyəsinə bir dəfə zərbə vurub sol budun orta 1/3- nin ön səthində, bud əzələni və böyük dərialtı venanı yaralayan, sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid deşilmiş-kəsilmiş yarası xəsarəti yetirməsindən sonra Zərərçəkmiş şəxs onların zərbələrindən yayınmaq üçün qaçaraq oradan uzaqlaşmasını görərək Təqsirləndirilən şəxs1lə birlikdə cinayətkar qəsdini davam etdirmək üçün ardınca qaçsalar da Zərərçəkmiş şəxs yaxınlıqda olan tanışları Şahid1 və Şahid2 yanına getməsini gördükdən sonra həmin cinayət əməllərinin onlar tərəfindən törədiləcəyinin aşkar olunacağını bilərək Təqsirləndirilən şəxs1lə birlikdə hadisə yerini tərk etmiş, Zərərçəkmiş şəxs həmin vaxt Şahid1 tərəfindən təcili yardım avtomobili ilə X20 PHŞ-yə çatdırılmasına baxmayaraq həmin tarixdə X16 ölməsinə səbəb olmaqla Təqsirləndirilən şəxs1lə qabaqcadan əlbir olan bir qrup şəxs halında xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmiş, eləcə də qanunsuz olaraq soyuq silah hesab edilən ümumi təyinatlı qatlanan ov bıçağını əldə etmiş və gəzdirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, hadisə baş verən gün Elmidarın ad gününə gedərkən “McDonalds”ın yanında tanışlarını görüb salamlaşmışlar. Nicat adlı şəxs də orada olmuşdur. Nicat onlara həmin ərazinin vəziyyətinə özü nəzarət elədiyini söylədikdə o, sonuncuya cavab olaraq “lap yaxşı Allah köməyin olsun” demişdir. Nicatın onların cavabından xoşu gəlmədiyi üçün narazılığını bildirmişdir. O, isə Nicata söz-söhbət yaratmağa ehtiyac olmadığını bildirmşdir. Nicatın adını orada olarkən bilmişdir. Hamı onu Niko ləqəbi ilə çağırmışdır. Nicat üstünə gələrkən Elmidar onu qırağa çəkərək problem yaratmamağını, onun Nicatın dostu olduğunu demiş və onlar razılığa gəlmişlər. Daha sonra Elmidar Muradla söhbət edən zaman Nicat təkrarən onun yanına gəlib təhqiredici ifadələr işlətmişdir. Ona yumruqla xəsarət yetirdiyinə görə bıçaqla Nicatın ayaq nahiyəsinə xəsarət yetirmişdir. Lakin təkrarən üstünə gəldiyindən Nicata ikincı bıçaq xəsarəti yetirməyə cəhd etsə də bıçağın Nicatın üstündə nəyəsə dəyib qatlandığını hiss etmiş və bıçaq yerə düşmüşdür. Üçüncü dəfə yetirdiyi bıçaq zərbəsi ilə Nicatın qarın nahiyəsinə zərbə yetirmişdir. Hadisə baş verən zaman qaranlıq olmuşdur. Elmidar ilə Murad onları ayırmağa çalışmışlar. Nicat qaçmağa başlamışdır. Elmidar elə başa düşmüşdür ki, Nicat onu bıçaqlayıb. O, Elmidara Nicatı vurduğunu demişdir. Nicat qışqıraraq onlara təhqir edici ifadələr işlətməyə başlamışdır. Elmidara hadisənin necə olduğunu danışmış və ondan getməyini istəmişdir. Daha sonra gedib paltarlarını dəyişmişdir. Onlar Suraxanıya gedəndə orada tutulmuşlar. X6 gözü qarşısında ona fiziki şiddət göstərmişlər. Təqsirləndirilən şəxs1 məhkəmədə ona ünvanlanan sualları cavablandırarkən bildirmişdir ki, həbs olunana kimi mikrorayonda yaşamışdır. Nicat adlı şəxsi tanımamışdır. Mübahisəni birinci Nicat başlatmışdır. Nicatın əlində heç nə olmamışdır. Özü isə son 2-3 ay olardı ki, üzərində ov bıçağı gəzdirmişdir. Ov bıçağını gəzdirməyinə hər hansısa səbəb olmamışdır. Ov bıçağını həyətdə bıçaq satan şəxsdən almışdır. Elmidar tərəfindən Nicata xəsarət yetirilməmişdir. Əliyə təcili tibbi yardım çağırmağını o təklif etmişdir. Ona kənarda söhbət etməklərini Nicat təklif etmişdir. Əli, Elxan və Murad adı şəxslər onlarla metronun arxa tərəfinə keçmişlər. Elmidarın üzərində bıçaq olmasından xəbəri olmamışdır. Nicata vurduğu bıçaq zərbələri arasındakı müddət təxminən 5-6 saniyə olmuşdur. Nicatı öldürmək məqsədi olmamışdır. Özünü müdafiə etmək məqsədilə dəfələrlə bıçaq zərbəsi vurmuşdur. Hadisə baş verdikdən sonra polis əməkdaşları onları Nəsimi rayon Polis İdarəsinə aparmışlar. Qanuni nümayəndənin iştirakı ilə dindirilsə də baş əməliyyatçı və yanındakı 4 nəfər şəxs tərəfindən döyülmüş, narkotiklə bağlı onları həbs edəcəklərinə dair hədə qorxu gəlmişlər. Məhkəmə iclasında elan edilərək tədqiq edilən Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixli şübhəli şəxs qismində verdiyi ifadəsində və xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1-ci maddəsi ilə təqsirli bilərək bildirmişdir ki, ünvan 5 ünvanında ailəsi ilə, yəni atası, anası, qardaşı və bacısı ilə birlikdə yaşayır. 266 saylı tam orta məktəbin 9-cu sinfini 2023-cü il tarixdə bitirmiş və təhsilini davam etdirməmişdir. Ailəsi maddi cəhətdən imkansız olduğu üçün həmin vaxtdan müxtəlif yerlərdə, “kiosklarda” gecə növbəsində satıcı işləmişdir. Məhkumluğu olmamışdır. Son 3 aydır ki, Nəsimi rayonu, 3-cü mkr dairəsində yerləşən kioskda gecə növbəsində satıcı işləyir. İş saatı axşam saat 21:00-dan səhər saat 09:00-a qədərdir. Təqsirləndirilən şəxs2 1 il olar ki, mikrorayon uşağı kimi tanımışdır. Təxminən son 3 ayda isə birlikdə vaxt keçirmiş, çay evində oturmuşlar. Elmidarın xx.xx.2024-cü il tarixdə ad günü olmuşdur. Lakin, işdə olduğu üçün Elmidarın ad günündə iştirak edə bilməmişdir. Buna görə də xx.xx.2024-cü il tarixdə axşam saatlarında ad gününü qeyd etmək üçün görüşmüşlər. Belə ki, həmin gün işdən də icazə almış və işə xx.xx.2024-cü il tarixdə saat 01-02 radələrində gedəcəkmiş. xx.xx.2024- cü il tarixdə saat 23 radələrində Elmidarla “Əcəmi” metrostansiyası yaxınlığında görüşmüşlər. Planları o olmuşdur ki, 4-cü mkr dairəsində olan kafelərdən birinə gedib ad gününü qeyd etsinlər. Görüşdükdən sonra həmin istiqamətdə gəzməyə başlamışlar. Əcəmi metrostansiyası yaxınlığında olan “Mcdonalds" restoranının qarşısından keçəndə mikrorayon uşağı kimi tanıdıqları Əli, Elxan və adını bilmədiyi 4-5 nəfər oğlan orada dayanıb söhbət etmişlər. Bir oğlan isə orada olan motoskletə söykənmişdir. Həmin uşaqlara yaxınlaşıb tək- tək əllə salamlaşmışlar. Elmidarla sonradan adının Nicat olduğunu öyrəndiyi şəxs görüşəndə Nicat Elmidara “sən kimsən?" demiş, Elmidar da mikrorayon uşağı olduğunu demişdir. Nicat isə lağ edərək gülmüş və demişdir ki, “mən də mikrorayon uşağıyam, dağıtdığım arxa dayanmır”. Elmidar isə Nicata “sən kimsən ki, belə hərəkət edirsən” demiş, Nicat isə əvvəlcə “istəyirsən qıraqda sənə göstərim necə edirəm” demiş, sonra isə ardınca onu göstərib “sən buna güvənirsən belə?, gəl sənə göstərim" demişdir. Bundan sonra Nicat qabağa düşüb Əcəmi metrostansiyası çıxışının arxa tərəfinə doğru pilləkənlərlə yuxarıya qalxmışdır. O və Elmidar da Nicatın arxasınca getmişlər. Orada olan digər oğlanlar da onların arxalarınca gəlib sonra dayanmışlar. Həmin şəxslərdən təxminən 40-50 metr məsafədə aralanmışlar. Nicat o və Elmidarla üzbəüz dayanmışdır. Elmidar Nicata “sən mənimlə zarafat edirsən? mən sənə salam verirəm, sən durduq yerə belə edirsən” demişdir. Nicat isə “Sən kimsən mən səninlə məzlənim” demiş və ardınca həm ona, həm də Elmidara ağır söyüşlər işlətmişdir. Səni belə edərəm demişdir. Söhbət zamanı Nicat sol əlini arxa tərəfində saxlayıb onlarla söhbət etmişdir. Ardıcıl söyüşlər söydükdə və əli də arxada olduğu üçün onları vura biləcəyindən ehtiyat etmişdir. Qəfildən söyüş söyərək sağ əli ilə onun üzündən zərbə endirmişdir. O isə Nicatın onu bıçaqla vuracağından ehtiyat etmişdir. Buna görə də arxa tərəfdən şalvarın içərisinə saldığı açılıb-bağlanan cib çıxağını çıxartmış və tez əli ilə açıb Nicata zərbə endirmişdir Lakin, bıçaq kəmər ya da Nicatın telefonuna tuş gəlmiş və bıçaq qatlanıb sağ əlini zədələmişdir. Bıçağı yenidən açmaq üçün vaxt itirməmək məqəsdilə bıçağın iti yerini sol əli ilə açdıqda sol əlinin içərisi kəsilmiş və qanamışdır. Nicat əl zərbələri ilə onları vurmaq istədiyi üçün Elmidar Nicatı tutmuşdur. Bıçağı açan kimi, ikinci dəfə Nicatın qarın nahiyəsindən vurmuş və xəsarət yetirmişdir. Bunlar hamısı bir anda olmuşdur. O, Nicatın qarnına vurduqdan dərhal sonra Elmidar da bel nahiyəsində, şalvarına keçirtdiyi və onun bıçağına oxşar bıçağı çıxardıb Nicatın sol budundan zərbə endirərək xəsarət yetirmiş və Nicat qışqıraraq geri çəkilmişdir. Nicatın qarnına xəsarət yetirdikdən sonra onun bıçağı yerə düşmüş, hadisə vaxtı həmçinin Nicat və onlar bir-birlərinə yumruq və təpik zərbələri vurmuşlar. Bıçaq zərbələrindən sonra Nicat onlardan aralanmış və qaçmışdır. O da bıçağını götürmüş və Elmidarla birlikdə Nicatın arxasınca qaçmışlar. Lakin, bədənində elə ciddi bir xəsarəti olmamışdır. Bıçaq zərbələrindən sonra Nicat onlardan aralanmış və onları söyməyə başlamışdır. Elmidarla birlikdə Nicatın arxasınca getdikdə görmüşdür ki, Nicatın qarnından və ayağından qan axır. Belə olduqda başa düşmüşdür ki, Nicata xəsarət yetirmişdir. Bunu görəndə Elmidarla birlikdə qaçıb yerdən bıçaqları götürmüş və binaların arasına girmişər. Məhəllədə pişiyin su qabında olan su ilə o, öz bıçağını yumuşdur. Çünki, üzərində qan olmuşdur. Elmidar da öz bıçağını yumuşdur. Bundan sonra Nəsimi rayon Dövlət Təhlükəsizlik Xidmətinin inzibati binası ilə üzbəüz olan məhəlləyə girmişlər. Orada söküntü işləri aparılan yerin yaxınlığında hər iki bıçağı da yerə qoyub üzərini daşla örtmüşlər. Əli kəsildiyi üçün hadisə vaxtı əynində olan ağ rəngli uzunqol köynək və boz rəngli cins şalvar qan olmuşdur. Buna görə də Elmidarla birlikdə tanışı Qəmbərin evinə getmişlər. Binanın qarşısında Elmidar onu gözləmiş, o da evdə heç kim olmadığını bilib qaz sayğacının içərisində olan açarla tanışı Qəmbərin kirayədə yaşadığı mənzilə daxil olmuşdur. Əynində olan qanlı köynək və şalvarı çıxardıb orada olan və yəqin ki, Qəmbərə məxsus olan və hal-hazırda əynində olan tünd yaşıl rəngli köynəyi və tünd göy rəngli cins şalvarı geyinib evdən çıxmışdır. Elmidarla birlikdə əvvəlcə “Nizami” metrostansiyası tərəfdə olan kafelərdən birində oturub çay sifariş etmişlər. Çay içdikdən sonra isə Elmidar Nihad adlı Yeni Suraxanıda yaşayan tanışına zəng edib onun evinə gələcəyini bildirmişdir. Bundan sonra tanımadıqları taksi ilə həmin ünvana getmişlər. Saat 04-05 radələri olarmış. Nihat onları evə qəbul etmiş, Nihata hadisə barədə məlumat verməmiş və evə gecikdikləri üçün onun evində qalmaq istədiklərini demişlər. Nihat da etiraz etməmişdir. Əlindəki qanla bağlı isə ehtiyatsızlıqdan kəsildiyini demişdir. Bir-iki saat yatdıqdan sonra polis əməkdaşları gəlib onları tapmışlar və polis əməkdaşlarının dəvətləri ilə Nəsimi RPİ-yə getmişlər. İdarədə olanda törtədikləri əməli etiraf edib bıçağın və hadisə vaxtı əynində olan paltarın yerini demişlər. Bundan sonra isə bıçağı və palatarı götürüb Nəsimi rayon prokurorluğuna gəlmişlər. Ona verilən suallara cavab olaraq bildirmişdir ki, Nicat ağır söyüşlər söydüyü və əlini də belində saxladığı üçün onları bıçaqla vuracağından ehtiyat edib Nicata xəsarət yetirmişlər. Lakin, Nicatda hər hansı bıçaq olmamışdır. Çünki, Nicat əlini belindən çəkib onun üzünə yumruq vurmuşdur. Bundan sonra o, Nicatı vurmuşdur. Onun və Elmidarın Nicata xəsarət yetirməkdə məqsədləri özərini müdafiə etmək olmuşdur. Çünki, Nicat özü onlara sataşıb söhbətə çağırmış və onları söymüşdür. İlk zərbəni də Nicat vurmuşdur. Baş vermiş hadisənin şahidi orada olan təqribən 4-5 nəfər şəxs olmuşdur. Onlardan Əli və Elxanın adlarını bilir. Nicat söyüşü dayandırmadığı üçün onlar Nicatın arxasınca getmişlər. Lakin, qarnından qan axdığını görüb qaçmışlar. Hadisə bir anda baş vermişdir. O, Nicata xəsarət yetirəndə Elmidar da Nicatı tutmuşdur. Lakin, qarnından xəsarət yetirdikdən sonra belə Nicat dayanmamışdır. Buna görə də Elmidar da Nicatın ayağından zərbə endirmişdir. İstintaq zamanı Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdə verdiyi ifadəsində özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilərək əvvəlki ifadəsindən fərqli olaraq bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 00:10 radələrində “Əcəmi” metrostansiyasmın çıxışının arxa tərəfində bir mərtəbəli tikilinin arxasında o, Elmidar və Nicat olmuşdur. Əli Elxan və Murad isə tikilinin digər tərəfində, onlardan 20-30 metr məsafədə pilləkənlərin yanında dayanmışlar. Tikilinin arxasında Elmidar Nicata “sən mənimlə məzələnirsən?” demiş, Nicat isə Elmidara söz demək istəyəndə uşaqlardan kim isə tikilinin arxasına gəlmiş, Elmidar onlara “gözləyin uşaqları geri qaytarım gəlirəm” deyərək onlardan aralanıb tikilinin arxasındakı kiçik pilləkənin yanına getmişdir. Elmidar ondan təxminən 10 metr məsafədə aralanmışdır. Elmidar uşaqları geri qaytarmaq üçün gedən kimi Nicat ona söyüş söyərək “sən Elmidarın yanında nə .... eləyirsən” demiş və sağ əli ilə onun üz və baş nahiyəsinə vurmuşdur. Özünü müdafiə etmək üçün əlini qaldırmış, lakin Nicata gücü çatmayacağını görüb əvvəlcədən üzərində gəzdirdiyi açılıbbağlanan cib bıçağını çıxardıb bıçağı açaraq Nicatın ayağından bir dəfə zərbə endirmiş, lakin bıçaq sərt bir şeyə dəyib qatlanaraq sağ əlini kəsmiş, Nicat zərbələrini dayandırmadığı üçün bıçağın tiyəsini yenidən açaraq Nicatın sol buduna zərbə endirib xəsarət yetirmişdir. Nicata sanki heçbir şey olmamış və onu vurmağa davam etmişdir. Nicatın ayağından bıçaqla zərbə vurduqdan sonra sonuncu bıçağı onun əlindən almaq üçün biləyindən tutmuş, o da əlini geri çəkib yenidən Nicatın ayağından zərbə vurmaq istədikdə Nicat onun üstünə gəlmiş və bıçaq Nicatın qarın nahiyəsinə girmişdir. Elə bu vaxt Elmidar kömək üçün onun yanına qaçdıqda Nicat Elmidarı görüb onu itələyərək tikilinin digər tərəfinə qaçmışdır. Həmin vaxt bıçağı yerə düşmüş, Elmidar isə ondan qabağa keçib Nicatın arxasınca qaçmışdır. O da Nicatgilin arxasınca qaçmışdır. Açıqlığa çıxdıqda Nicatın qarnından qan axdığını görmüşdür. Nicat ona baxıb "sən məni qarnımdan vurdun?" demiş və yenə də söyüş söymüşdür. Elmidarla o isə Nicatın qarnından qan axdığnı görüb geri tikilinin arxasına qaçmışlar və yerdə olan bıçağını götürdükdən sonra oradan qaçıb getmişlər. Binaların arasından keçdikdə Elmidara demişdir ki, “sən get sənlik bir şey yoxdur, səni də tutacaqlar". Elmidar isə “bəs dost deyilik? Səni tək qoya bilmərəm” demişdir. Məhəllədə pişiyin su qabında olan su ilə bıçağının üzərində olan qanı yumuşdur. Elmidarın bıçağı isə həmin vaxt öz üzərində olmuşdur. Bundan sonra Nəsimi rayon Dövlət Təhlükəsizlik Xidmətinin inzibati binası ilə üzbəüz olan məhəlləyə girmişlər. Orada söküntü işləri aparılan yerin yaxınlığında o, bıçağını yerə qoymuş, Elmidara isə “bıçağını ver səninkini də gizlədim, sonra bizə problem olmasın" demişdir, Elmidar isə həmin vaxt bıçağını açıb bıçağa baxmışdır. O da bıçağı Elmidarın əlindən alıb bağlayıb daşın altına qoymuşdur. Ona verilən suallara cavab olaraq bildirmişdir ki, əvvəlki ifadələrində hadisənin şokunda olduğu üçün hadisənin necə baş verdiyini tam ifadə edə bilməmişdir. Çünki, həmin vaxt gecə ərzində yuxusuz və yorğun olmuşdur. Lakin, sonradan hadisəni ətraflı fikirləşdikdə yadına düşmüşdür ki, Elmidar Nicata xəsarət yetirməmişdir. Çünki, o Nicata xəsarət yetirəndə Elmidar onun yanında olmamışdır. Elmidar bıçağını yumamışdır. Çünki, bıçaqdan istifadə etməmişdir. Sadəcə olaraq Elmidar onunla Nicatın dalaşdığını görüb bıçağını çıxartmış və Nicatın üzərinə qaçmışdır. Baş vermiş hadisəni Elmidardan başqa heç kim görməmişdir. Çünki, Nicata xəsarət yetirəndə yanında heç kim olmamışdır. Elmidar isə o Nicatın qarnından xəsarət yetirdikdən sonra Nicat ondan aralandıqda gəlmişdir, Elmidar Nicatın arxasınca qaçdığı üçün o da Nicatın arxasınca qaçmışdır. Nicatın arxasınca başqa hər hansı məqsədlə qaçmamışdır. O Nicata xəsarət yetirərkən Elmidar Murada nə isə demişdir. Onun Nicatı öldürmək niyyəti olmamışdır. İstintaq zamanı Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il verdiyi ifadələrində özünü yalnız Azərbyacan Respublikası Cinayət Məcəlləsinin 120.1 və 228.4-cü maddələri ilə təqsirli bilərək bildirmişdir ki, Zərərçəkmiş şəxs xəsarət yetirdiyi bıçağı bir neçə ay əvvəl tanımadığı şəxsdən səhv etmirsə 10 manat qarşılığında almışdır. O, Nicatı hadisə baş verən vaxtadək heç vaxt tanımamış və görməmişdir. Hadisə vaxtı Elmidar ondan aralıda dayanmışdır. Kiməsə söz demişdir. Buna görə müdaxilə edə bilməmişdir. Lakin, Nicatla arasında olan davanı görən kimi Elmidar onun yanına gəlmiş və Nicat da qaçmşdır. O, Nicata bıçaqla xəsarət yetirəndə Elmidar ondan təxminən 10 metr aralıda dayanmışdır. Hadisədən sonra evinə getdikləri Nihad adlı şəxsi tanımır. Nihad Elmidarın tanışı olmuşdur. Getdikləri ev də yadında deyildir Özünə məxsus “İphone 13 Pro Max” mobil telefonun şifrəsini hadisədən sonra dəyişdiyi üçün şifrəni isə xatırlamır, ona görə də telefonu aça bilmir. Zərərçəkmiş şəxs qətlə yetirməklə bağlı Təqsirləndirilən şəxs2lə aralarında əvvəlcədən razılaşma olmamışdır. Elmidarla Nicatın yaxın kontakda olduğunu xatırlamır. Ola bilər ki, “McDonalds” restoranının qarşısından tikiliyə qədər gedrəkən Elmidarla Nicat qabaqda birlikdə getmişlər. Lakin, bir-birlərinə toxunduqlarını xatırlamır. O, hər hansı səbəb olmadan bıçağı üzərində gəzdirmişdir (cild 1, iş vərəqə 90-93, cild 2, iş vərəqə 46-49, 71-74). Məhkəmə iclasında və ibtidai istintaq dövründə verdiyi ifadələri arasındakı ziddiyyəti Təqsirləndirilən şəxs1 polis əməkdaşları tərəfindən müstəntiqin gözü qarşısında döyülməyi ilə əsaslandırmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, iyun ayının 25-i Təqsirləndirilən şəxs1lə görüşmüşlər. “Mcdonalds” istiqamətində gedərkən dostlarını görüb salamlaşmışlar. Daha sonra Zərərçəkmiş şəxs və Şahid1 gəlmişdir. Zərərçəkmiş şəxs onlardan harda qaldıqlarını soruşmuş, o da həmin ərazidə qaldığını deyəndə Nicat həmin qaldıqları əraziyə özünün nəzarət elədiyini bildirmişdir. Zərərçəkmiş şəxs hadisə zamanı sərxoş vəziyyətdə olmuşdur. Nicat onlara yuxarı tikililər tərəfə getməyi təklif edəndə artıq başa düşmüşdür ki, onun məqsədi yaxşı deyil. Lakin Nicat təklif etdiyi əraziyə gedərkən belə məqsədi barışıq yönümlü olmuşdur. Zərərçəkmiş şəxs əlini belində saxlayaraq söhbət etmişdir. O, əvvəlcə Zərərçəkmiş şəxs sonuncunu taksi ilə evinə yola salmağı təklif etmişdir. Lakin Zərərçəkmiş şəxs Qismətin üzərinə gedərək ona qarşı təhqiredici sözlər səsləndirmiş, Qismət ona belə sözlər deməməyini bildirməsinə baxmayaraq Zərərçəkmiş şəxs Qismətin üzərinə getmiş, o, Şahid1 Qismətlə Nicatı ayırmaqları olduqlarını təklif etmişdir. Daha sonra Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 yumruq vurub qaçmasını müşaiyət etmiş, Qismətin əlində qan görəndə isə elə bilmişdir ki, Nicat Qisməti bıçaqla vurub qaçmışdır. Amma Qismət özü Nicatı bıçaqla vurduğunu demişdir. O, Təqsirləndirilən şəxs1 özünə gəlməsi üçün ona su almış və gözləmişdir ki, Qismət atasına zəng edib məsələni ona bildirsin. Daha sonra Qismətlə Suraxanı rayonuna getmiş,orada rastlaşdıqları tanışlarından birinin evinə gedib əl üzlərini yuyub ona dalaşdıqlarını bildirmişlər. Sonra isə polis əməkdaşları tərəfindən saxlanılmışlar. Onlar tutulduqdan sonra polis əməkdaşları onlara təzyiq göstərmişdir. Polis əməkdaşları onlara Zərərçəkmiş şəxs öldüyünü dedikdən sonra sonuncunun ölümündən xəbərləri olmuşdur. Üzərində bıçaq olsa da o, Zərərçəkmiş şəxs nə döyməmiş, nə də vurmamışdır. Daşıdığı bıçaq isə ona tanışları tərəfindən hədiyyə edilmişdir. Təqsirləndirilən şəxs2 məhkəmədə ona ünvanlanan sualları cavablandırarkən bildirmişdir ki, hadisə günü o, Zərərçəkmiş şəxs, Qismət, Şahid1, Elxan Ələsgərov və Şahid3 tikililər tərəfə getmişlər. Hadisə baş verənə qədər Zərərçəkmiş şəxs tanımamışdır. Hadisə olan zaman orada olan şəxslərdən Elxan Ələsgərov və Şahid3 tanıyır. O, hadisə vaxtı özünü Zərərçəkmiş şəxs müdafiə etmək məqsədilə cibində daşıdığı bıçağı çıxartmışdır. Həmin bıçaq ona hədiyyə verilmiş, bıçağın ov bıçağı olduğunu bilməmişdir. O, heç vaxt kiməsə bıçaq çəkməmişdir. Qismət Zərərçəkmiş şəxs bıçaqlayanda görməmiş, hadisədən sonra Zərərçəkmiş şəxs bədənində və Təqsirləndirilən şəxs1 üzərində qan görmüşdür. Zərərçəkmiş şəxs bıçaqlananda Şahid1 də onların yanında olmuşdur. Qismətin onun üzərində bıçaq olmağından, onun da Təqsirləndirilən şəxs1 üzərində bıçaq olmağından xəbəri olmamışdır. Zərərçəkmiş şəxs ona münasibətdə deyil, Təqsirləndirilən şəxs1 ünvanına təhqir edici ifadələr işlətmişdir. Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs1 əlbəyaxa olmaları təxmini 10 saniyə çəkmişdir. Elxan Ələsgərov və Şahid3 onlardan aralı məsafədə dayanmışlar. Qismət ilə onun Zərərçəkmiş şəxs xəsarət yetirmək fikirləri olmamışdır. Üzərində olan bıçağı “Əcəmi”də aşağı məhlələrdə daşın altına qoymuşdur. Ona məxsus bıçağa Təqsirləndirilən şəxs1 qanı dəymişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X5 nümayəndəsi tərəfindən mülki iddia ərizəsi verilmişdir. Lakin məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquq varisi təqsirləndirilən şəxslərlə barışmasını, onlara qarşı şikayət və tələbinin olmamasını, tərəfindən verilmiş mülki iddiadan imtina etməsini bildirmişdir. Zərərçəkmiş şəxsin hüquq varisinin nümayəndəsi hadisənin ittiham aktında göstərilən qaydada yəni, zərərçəkmiş şəxsin bir qrup şəxs halında Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən xuliqanlıq niyyəti ilə töldürürlməsini bildirməklə təqsirləndirilən şəxslərə qanunla müəyyən edilmiş həddlərdə cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki, hadisə günü axşam saatlarında zərərçəkmiş şəxslə görüşüb birlikdə gəzdikdən sonra, metronun “Memar Əcəmi” stansiyası yaxınlığına getmişlər və kafedə oturmuşlar. O, dönər almağa getmiş və qayıtdıqdan sonra Nicat və Qismətin söhbət etdiyini görmüşdür. O da Elmidarla 5-6 metr uzaqda söhbət edərkən həmin vaxt Qismət Nicatı bıçaqla vurmuşdur.Bıçaqlandıqdan sonra Elmidarla o, həmin yerə tərəf qaçmışlar. Şahid1 məhkəmədə ona ünvanlanan sualları cavablandırarkən bildirmişdir ki, Nicat tikilinin arxa tərəfində Qismətlə birlikdə olmuşdur. Elmidarla onlardan 5-6 metr uzaqlıqda söhbət etmişdir. Nicat və Qismətin nə danışdığını eşitməmiş, mübahisə etdiklərini görməmişdir. Qismət Nicatı bıçaqladığı zaman uzaqdan “aaa” səsini eşitmişlər. Elmidar Nicat və Qismətin olduğu yerə tərəf qaçmış, o isə tikili olan yerin arxa tərəfindən qaçaraq həmin yerə getmişdir. Elmidar onunla söhbət edəndə əlində bıçaq olduğunu görməmişdir. Nicat hadisə günü pivə içmiş, Elmidar və Qismət ayıq vəziyyətdə olmuşdur. Nicata tikilinin arxasına gedib söhbət etməyi Qismət təklif etmişdir. Nicat və Qismət tikilinin arxasına gedəndə Elmidar getməmiş və Elmidar ondan nə məsqədlə orda olduğunu soruşduqda Nicatın dostu olduğunu bildirmişdir.O, Elmidarla söhbət edəndə arxa tərəfdə Əli və Elxan dayanmışdır. Nicat hadisə günü iki dəfə tanımadıqları şəxslərlə mübahisə etmişdir. Qismət Elmidara “öləcək bu dəqiqə gəl qaçaq” demişdir. Tikilinin arxa tərəfindən qaçaraq hadisə yerinə çatdıqda Elmidarın əlində bıçaq olduğunu görmüşdür.Nicat onu kimin bıçaqla vurduğunu onda deməmişdir. Nicatı xəstəxanaya apardıqdan sonra polis əməkdaşları onu Polis İdarəsinə aparmışlar. Polis İdarəsində olarkən Elmidarı və Qisməti görmüşdür. Polis əməkdaşları tərəfindən Elmidara qarşı hər hansı təzyiq olduğunu görməmişdir. Polis əməkdaşları hadisənin onun tərəfindən törədildiyini güman edərək onu 2 gün Polis İdarəsində saxlamışlar. Nicatın bıçaqlandığı vaxt səsini eşitmişdir və həmin yerə getdiyi zaman Qismətin əlində bıçaq olmuşdur. Nicat və Qismətdən başqa onların yanında heç kim olmamışdır. Hadisə gününə kimi təqsirləndirilən şəxsləri tanımamışdır.Elmidarın əlində bıçaq görmüşdür. Qismətlə Nicatın arasındakı mübahisəni dönər almağa getdiyi üçün görməmişdir. Heç kimin adın çəkmədən Nicat “siz məni bıçaqladız” demişdir. Xəstəxanaya çatdırılan zaman Nicatın yanında ondan başqa heç kim olmamışdır. Məhkəmə iclasında elan edilərək tədqiq olunan Şahid1 ifadəsindən görünür ki, xx.xx.2024-cü il tarixdə yaşadığı evin yaxınlığında, 246 nömrəli məktəbin parkında gəzərkən saat 21 radələrində Zərərçəkmiş şəxs həyətdəki çardaqda oturduğunu görmüşdür. Nicat həmin vaxt pivə mağazasından aldığı pivəni içirmiş. Yaxınlaşıb Nicatla görüşmüş, bir az hal-əhval tutduqdan sonra bir yerdə məhəllədə gəzib, söhbətləşmişlər. Nicat spirtli içki qəbul etdiyi üçün sərxoş olduğu görünmüşdür. Əcəmi metrostansiyası yaxınlığında adını bilmədiyi kafelərdən birində birlikdə pivə içmişlər. O, bir bakal pivə İçmişdir. Sonra yenidən gəzərək dönər yemiş və nəhayət saat 00:00 radələrində artıq Əcəmi metrostasniyası yaxınlığında olan “MCdonalds” restoranının yanında olmuşlar. Orada Nicatın tanışları Elxan və adını bilmədiyi digər 4-5 nəfər olmuşdur. O, onlarla həmin vaxt tanış olmuş, söhbətləşmişlər. Bu vaxtı sonradan adlarının Qismət və Elmidar olduğunu öyrəndiyi və əvvəllər tanımadığı oğlanlar onların yanlarından keçirmişlər. Həmin şəxslər onlarla salamlaşmışlar. X18 səbəbini bilmədiyi məsələyə görə mübahisə etmişlər. Elmidar Nicata “mən sənə göstərərəm” demiş, Nicat isə “sən kimsən mənə göstərirsən" demişdir. Elmidar isə həmin ərazinin palajeniyasına baxdığını demişdir. Bundan sonra hamısı yavaş-yavaş Əcəmi metrostansiyasmın arxa tərəfinə, pilləkənlərlə qalxaraq getmişlər. Bir qədər getdikdən sonra Nicat Elmidar və Qismətlə onlardan aralaşmış və həmin vaxt Nicat “gəlmə, çaşıb gələrsən” demişdir. Nicatın sözündən belə başa düşmüşdür ki, öz söhbətini özü həll etmək istəmişdir. Bundan sonra Nicat, Qismət və Elmidar metronun tikilisinin arxa tərəfinə keçmişlər. Baxdıqda görünməmişlər. Onlar da pilləkənlərin yanında dayanmışlar. Bir-iki dəqiqə sonra Elxan ona demişdir ki, “get bax gör nə olub?". O da nə baş verdiyini görmək üçün həmin tikilinin arxa tərəfinə gəlmişdir. Həmin vaxt Elmidar və Qismət Nicatla üzbəüz dayanıb söhbət etmişlər. Elmidar çönüb ona demişdir ki, “salamatçılıqdır, get”. Elmidar bu sözü ona deyəndə Qismətlə Nicat sakitcə söhbət etmişlər. Elmidar da düz onların yanında dayanmışdır. O, fikirləşmişdir ki, mübahisə edib sonra hərə öz yoluna gedər. Buna görə də digər oğlanlanların yanına, pilləkənin baş hissəsinə qayıtmışdır. Elxan da yanında olmuşdur. Bundan iki-üç dəqiqə sonra Nicatın qışqırıq səsi gəlmişdir ki, “siz mənə bıçaq çıxardırsız ala?” Tez tikilinin arxa tərəfinə qaçmışlar. Elxan ondan qabaq tikilinin arxa tərəfinə çatmış, o isə çatanda tikilinin digər tərəfində Nicat, arxasınca isə Elmidar və Qismətin qaçdığını görmüşdür. Elxan ona tikilinin o biri tərəfindən getməsini demiş, o da geri qayıdıb tikilinin digər tərəfinə, açıq əraziyə keçdikdə görmüşdür ki, Nicat dayanıb və qarnından qan axır. Bu vaxt Qismət və Elmidar isə Nicatdan 7-8 metr aralıda olmuş və hər ikisinin də əlində bıçaq olmuşdur. Nicat onlara söyüş söymüşdür. Qismət və Elmidar Nicatın üzərinə cummaq istədikdə onu və Nicatdan axan qanı görüb geri qayıdıb qaçmışlar. Qaçanda da Qismət “öləcək, öləcək” demişdir. Bundan sonra heç birini görməmişdir. Elxan da artıq orada olmamışdır. Digər uşaqları da görməmişdir. Nicatın yanında ondan başqa heç kim olmamışdır. Nicatın qarnında qan axsa da pilləkənləri özü düşmüş və Əcəmi dairəsi tərəfə getmişdir. Nicat “Bakcell” mağazasının yanında dayanmış, ətrafda olan şəxslərdən biri təcili yardıma zəng etmişdir. Təcili yardım gələnə qədər Nicatı tanımadığı şəxsin avtomobilinə mindirmiş, hərəkət etdikdə yolda təcili yardımı görüb saxlatmış və Nicatı təcili yardımla Semaşkaya aparmışlar. Lakin, Nicatın həyatını xilas etmək mümkün olmamışdır. Ona verilən suallara cavab olaraq bildirmişdir ki, Nicata kimin xəsarət yetirdiyini görməmişdir. Lakin, Nicat Qismət və Elmidarla davası zamanı xəsarət almışdır və sonuncu dəfə Nicat onları söyəndə hər ikisinin də əlində bıçaq olmuşdur. Nicat bıçaqlandıqdan sonra o, Nicatın yanına getdikdə Elmidarla Qismətin əllərində bıçaq Nicatın üstünə gəlmək istədiklərini görmüşdür. Lakin, Elmidar və Qismət onu və Nicatın qarnından qan axmağını görüb geri qayıtmışlar. Hadisə vaxtı onlar elə yerdə dayanmışlar ki, Nicatgil ümumiyyətlə görünməmişdir. Yalnız Nicat qışqırdıqdan sonra o və Elxan həmin tərəfə qaçmışlar. Lakin, heç biri hadisəni görməmişlər. Çünki, Elxan və o, oraya çatanda artıq Nicat tikilinin arxasından dönmüş, Elmidarla Qismət də Nicatın arxasınca getmişlər. Elmidar ifadəsində yalan demişdir. Elmidar ona “salamatçılıqdı get” deyəndə Qismətlə Nicat söhbət etmişlər. O, hadisə vaxtı orada olan şəxslərdən Elxanı həmin gün tanımışdır. Digər sayını xatırlamadığı 4-5 nəfər isə tanımır (cild 1, iş vərəqə 139-141). Elan olunmuş ifadə ilə bağlı Şahid1 ona ünvanlanan sualları cavablandırarkən bildirmişdir ki, cinayət əməlinin törədilməsində adının çəkilməsini istəmədiyi üçün istintaq zamanı verdiyi ifadə ilə məhkəmə iclasında verdiyi ifadəsi arasında ziddiyət var.“Ərazinin palajeniyasına mən baxıram” sözü deyilmiş, lakin həmin sözü kimin dediyini xatırlamır. Nicat əvvəlcədən “Murad bizim yanımıza gəlmə” demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadə verərək göstərmişdir ki, hadisə günü dostu Elxanla evə doğru gedərkən Nicat və Muradla qarşılaşmışlar, daha sonra Qismət və Elmidar gəlmiş və onlarla da görüşmüşlər. Daha sonra Qismət, Elmidar və Nicat yuxarı tərəfə getmişlər, lakin sonra Murad onların yanına gəlmişdir.Nicat içkili olduğuna görə onlar Muraddan dostu Nicatın yanına getməsini istəmişlər. Murad onların yanına getdiyi zaman Elmidar Muradıın qarşısına gəlmiş və onunla söhbət etməyə başlamışdır.Elmidarla Murad söhbət etdiyi zaman Nicatın qışqırıq səsi gəlmiş, sonuncu əlini qarnına tutmuş şəkildə tikilinin arxasından çıxaraq onlara tərəf gəlməyə başlamış, onun arxasınca isə Qismət gəlmişdir. Nicat nalayiq ifadələr işlətmiş, bundan sonra Elmidar bıçaq çıxartmışdır. Şahid3 məhkəmədə ona ünvanlanan sualları cavablandırarkən bildirmişdir ki, o, həm təqsirləndirilən şəxslərlə, həm də zərərçəkmiş şəxslə dost olmuş,amma Muradı tanımamışdır. Hadisə baş verən zaman gecə saat 11-12 radələri olmuşdur. Nicat və Qismət arasında mübahisənin necə başladığını eşitməmişdir. Hadisə baş verən yerdən onların dayandıqları yerin arasında 10-15 metr məsafə olmuşdur. Qismət və Elmidar yuxarıya doğru qaçmağa başlamışlar. Bıçaqla Nicatı kimin vurduğunu görməmişdir. Nicatın qışqırıq səsini eşitmişlər. Nicat qışqırıb nalayiq ifadələr işlətdikdən sonra Elmidar bıçaq çıxartmışdır. Elxan onun yanında olmuşdur. Elmidar və Muradın söhbət etdiyi görünmüşdür. Tikilinin arxa tərəfindən ilk öncə Nicat, daha sonra isə Qismət gəlmişdir. Elmidar tərəfindən Nicata bıçaq zərbəsi vurulmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərmişdir ki, hadisə günü axşam saatlarında Əli ilə birlikdə metronun “Memar Əcəmi” stansiyası yaxınlığına getmişlər, bu zaman Nicat və Muradla qarşılaşıb görüşdükdən sonra Elmidarla Qismət gəlmiş, onlarla da görüşdükdən sonra Nicat Qismətlə mübahisə etmişdir. Elmidar, Nicat və Qismət metronun arxa tərəfinə doğru getmişlər. O isə Əli və Muradla birlikdə olmuş, lakin sonra onlar nə olduğunu bilmək üçün Muradı onların yanına göndərmişlər. Elmidar, Qismət və Murad tikintinin arxa hissəsinə keçmişlər, lakin Murad oraya yaxınlaşdığı zaman Elmidar Muradın qarşısına keçmişdir. Murad və Elmidar açıqlıq hissəyə çıxmışlar. 5-6 saniyə sonra Nicatın qışqırıq səsləri gəlmişdir.Nicat və Qismət tikilinin arxasında olmuşlar.Nicatın qışqırıq səsindən sonra Nicat qaçmış və hamısı birlikdə açıqlığa çıxmışlar.Onlar açıqlığa çıxandan sonra Nicat artıq vurulmuş və o, qışqıraraq nalayiq ifadələr işlətmişdir.Nicat həmin nalayiq ifadələri Qismətə bildirmişdir. Elmidar və Murad hadisə baş verən zaman tikilinin arxasında olmamışlar, onların gözü qarşısında söhbət etmişlər. Nicat və Qismət açıqlığa çıxandan sonra hamısı eyni yerə toplaşmışlar. Nicatı xəstəxanaya kimin apardığını bilmir. İlk öncə Nicat Muradla birlikdə pilləkənlərdən düşərək qaçmışlar. Qismət və Elmidar həmin dəqiqə qaçmışlar.Nicat ona heçnə deməmişdir. Şahid2 məhkəmədə ona ünvanlanan sualları cavablandırarkən bildirmişdir ki, hadisə vaxtı Qismətin əlində bıçaq görmüşdür. Açıqlığa çıxdıqdan sonra Nicat nalayiq ifadələr işlətdiyi zaman Elmidar bıçaq çıxartmışdır. Nicatın bıçaqla vurulduğu anı görməmişdir.Hadisənin baş verməsinin səbəbini bilmir. Elmidar pilləkənlərin yanında gözlərinin qarşısında Muradla söhbət etmişlər. Elmidarın və Qismətin üzərində bıçaq olduğunu əvvəlcədən bilməmişdir. Nicatın yaralandığı bilinmişdir,çünki qarnını tutmuşdur və köynəyinin qan olduğu görünmüşdür. Nicatın ayağından yaralanmağından məlumatı yoxdur. Nicat nalayiq ifadələr işlətdiyi zaman Elmidar həmin zaman bıçaq çıxartmış, Əli ilə o Elmidarın qarşısına keçmiş, bundan sonra Elmidar bıçağı bağlayıb getmişlər. Nicat hadisə baş verən zaman içkili vəziyyətdə olmuşdur. Nicat Elmidardan hara uşağı olduğunu soruşmuş və Elmidar da ona Əcəmi uşağı olduğunu söylədikdə Nicat ona “vorzakon olarsan,avara olarsan,vəziyyətə baxarsan” demiş, daha sonra yuxarıya qalxaraq söhbət etmək məqsədilə getmişlər və onlara yaxınlaşmamaqlarını demişlər. Əvvəlcə Nicat,Elmidar və Murad yuxarıya doğru getmişlər. Murad oraya yaxınlaşdığı zaman Elmidar Muradı qarşılamış, onlar söhbət etməyə başlamışlar və saniyələr sonra qışqırıq səsləri gəlmişdir. Nicat və Qismət açıqlığa çıxdıqdan sonra Elmidar və Murad onların arxasınca fırlanıb gəlmişlər. Açıqlığa çıxdıqdan sonra Nicatın və Elmidarın əlində bıçaq görməmişdir. Nicat nalayiq ifadələr işlətdiyi zaman Elmidar bıçaq çıxartmış və onlar onun qarşısına keçib buna maneə olmuşlar. Murad onların yanına getməmişdən öncə onların olduqları yerlə onların arasında nə qədər məsafə olduğunu bilmir. Murad onların yanına getməmişdən əvvəl orada qışqırıq səsləri olsa idi həmin səsləri eşidə bilərdilər. Elmidar Muradla söhbət etməmişdən öncə tikilinin arxasından qışqırıq səsləri gəlməmişdir. Murad onların yanına getməmişdən öncə tikilinin arxasında olan adi söhbət səslərin eşidə bilərdilər. İbtidai istintaq dövründə ona hər hansı bir təzyiq olmamışdır.İfadə verərkən yanında ancaq müstəntiq olmuşdur. İfadə verdikdən sonra oxuyub imzalamışdır. Məhkəmə iclasında elan edilərək tədqiq olunan Şahid2 ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs ilə 3 ildir ki, dost olmuşdur. xx.xx.2024-cü il tarixdə saat 00 radələrində Əcəmi metrostasniyası yaxınlığında olan “McDonalds" restoranının yanında bolt kuriyerlərinin yanında dayanıb uşaqlarla söhbət etmişdir. Həmin vaxt Nicat da tanımadığı və adını sonradan öyrəndiyi tanışı Muradla ora gəlmişdir. Salamlaşıb söhbətləşmişlər. Nicat sərxoş olmuş, hətta onunla da əllə zarafat etmişdir. Sərxoş olduğu üçün Nicata bir söz deməmişdir. Təxminən 10-15 dəqiqə sonra isə sonradan adının Qsimət olduğunu öyrəndiyi oğlan və uzaqdan tandığı, adını bildiyi Elmidar gəlmiş və hamı ilə görüşmüşlər. Nicat Elmidara “harada qalırsan” demiş, Elmidar da Əcəmidə qaldığını demişdir. Bundan sonra Nicat “baxma avara olarsan” deyərək Elmidara lağ eləmiş, bundan sonra Nicatla Elmidarın mübahisələri yaranmış və pilləkənlərlə metronun çıxışının arxa tərəfinə getmişlər. Onlar da arxalarınca getmişlər. Lakin, sonuncu pilləkəni qalxdıqda Nicat ona və Murada “gəlməyin, özüm söhbət edəcəm” demişdir. O da həm Elmidardan, həm də Nicatdan dava etməmələrini xahiş etmişdir. Lakin, fikir verməmişlər və orada olan tikilinin arxasına keçmişlər. Onların yanlarında ora görünməmişdir. Bir-iki dəqiqə sonra qarşılıqlı qışqırıq səsləri gəlmişdir. Tez həmin tərəfə getdikdə görmüşdür ki, Elmidar və Qismət Nicatın arxasınca qaçırlar. Nicat açıqlığa çıxdıqda görmüşdür ki, qarnından qan gəlir. Həmin vaxt Murad da orada olmuşdur. Nicat o və Murad artıq bir yerdə olmuşlar. Elmidar və Qismət isə əllərində bıçaqla Nicatın üstünə gəlmək istəmişlər. Lakin, onları görüb geri qayıtmışlar və qaçmışlar. Bundan sonra Nicatla Murad pillkəndən düşərək aşağı getmişlər. Nicat özü getdiyi üçün ciddi problemi olmadığını düşünmüşdür. Elə bu vaxt hadisə qutarandan sonra Əli adlı tanışı səsə gəlmiş və nə olduğunu soruşmuşdur. Sonra isə Nicatın vəziyyətinin ağır olmadığını fikirləşib məhəlləyə getmişlər. Lakin, sonradan məlumat vermişlər ki, Nicat ölmüşdür. O, Nicata kimin xəsarət yetirdiyini görməmişdir. Lakin, Qismət və Elmidarla davası zamanı xəsarət almışdır və sonuncu dəfə Nicat onları söyəndə hər ikisinin də əlində bıçaq olmuşdur. Nicat bıçaqlandıqdan sonra o, Nicatın yanına getdikdə Elmidarla Qismətin əllərində bıçaq Nicatın üstünə gəlmək istədiklərini görmüşdür. Lakin, onu, Muradı və Nicatın qarnından qan axmağamı görüb geri qayıtmışlar. Hadisə vaxtı onlar elə yerdə dayanmışlar ki, Nicatgil ümumiyyətlə görünməmişdir. Yalnız Nicat qışqırdıqdan sonra o və Murad o tərəfə qaçmışlar. Elmidar və Qismət də Nicatın arxasınca qaçmışlar. Elan olunmuş ifadə ilə bağlı Şahid2 ona ünvanlanan sualları cavablandırarkən bildirmişdir ki, həmin vaxt iki gün ərzində Polis Şöbəsində qaldığı üçün həyəcanlı olmuş, ona problem olmasın deyə ifadə vermişdir. O, müraciət edib özü ifadəsini dəyişdirmişdir. O, stressli olduğu üçün səhv ifadə vermişdir. Elmidar və Qisməti sadəcə görmüşdür, onların telefon nömrələri onda olmamışdır. Qismət və Elmidarın tutulması barədə Polis Bölməsində xəbərdar olmuşdur. Təqsirləndirilən şəxslərin qohumları birinci ifadəsini verdikdən sonra onunla əlaqə saxlamamışdır. Elmidar səbəbsiz yerə tutulduğu üçün ifadəsini dəyişmişdir. İzahatını jek vasitəsilə ibtidai istintaq orqanına göndərmişdir. İfadəsini dəyişməklə bağlı ona təsir göstərilməmişdir. Gecəni bölmədə qalmışdır. Məhkəmədə verdiyi ifadə düzgündür. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, işin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. 26 iyun 2024-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yeri ünvan 6 ünvanıdır. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 3-13). 26 iyun 2024-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs xəsarət almasından sonra özlərinə məxsus cib bıçaqlarını ünvan 7 ünvanında küçədə daşın altında gizlətdiklərini bildirmişlər və əyani şəkildə qeyd olunan ünvanda daşın altında gizlədilmiş 02 ədəd eyni növ cıb bıçağını göstərmişlər. Təqsirləndirilən şəxs2 üzərində xüsusi yazı olan bıçağın ona, Təqsirləndirilən şəxs1 isə yazı olmayan bıçağın ona məxsus olmasını bildirmişdir. Bundan başqa həmin prtokoldan görünür ki, təqsirləndirilən şəxslərin hadisə zamanı əynində olan paltarları dəyişdikləri ünvana da baxış keçirilmiş, həmin paltarlar qanuna müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 26-32). 26 iyun 2024-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, tiyəsi üzərində “Yusif_exe” yazısı yazılan 01 ədəd bıçağın tiyəsi üzərində gözlə görünən qana bənzər ləkələr vardır.Bıçağın ümumi uzunluğu 27 sm, dəstəyin uzunluğu 12,5 sm-dir. Bıçaq açılıb-qatlanan tiplidir. Tiyəsi üzərində hər hansı yazısı olmayan 01 ədəd bıçağın üzərində gözlə görünən qana bənzər ləkələr yoxdur. Bıçağın ümumi uzunluğu 27 sm, dəstəyin uzunluğu 12,5 sm-dir. Bıçaq açılıb-qatlanan tiplidir. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 33-34). 26 iyun 2024-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs məxsus 01 ədəd “İphone 7” markalı mobil telefona baxış zamanı telefonun üzərində olan qabın və mobil telefonun arxa hissəsində kiçik ölçülü dəliyə bənzər zədə olduğu müəyyən edilmişdir. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 35). 26 iyun 2024-cü il tarixli üzləşdirmə haqqında protokoldan görünür ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs1 göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 00:10 radələrində metronun “Əcəmi” stansiyasının arxa tərəfində Nicat o və Elmidarla üzbəüz dayanmışdır. Elmidar Nicata demişdir ki, “Sən mənimlə zarafat edirsən? Mən sənə salam verirəm, sən durduq yerə belə edirsən”. Nicat isə “Sən kimsən mən səninlə məzələnim” demiş və ardınca həm ona, həm də Elmidara ağır söyüşlər işlətmiş, “Səni belə edərəm” demişdir. Söhbət zamanı sol əlini arxa tərəfində saxlayıb onlarla söhbət etmiş, ardıcıl söyüşlər söydükdə və əli də arxada olduğu üçün üzərində bıçaq ola biləcəyindən, onları vura biləcəyindən ehtiyat etmişdir. Qəfildən söyüş söyərək sol əli ilə üzündən zərbə endirmişdir. Şalvarının arxa tərəfdən içərisinə saldığı bağlanıb açılan cib bıçağını sağ əli ilə çıxartmış və tez açıb Nicata zərbə endirmişdir. Lakin, bıçaq kəmər ya da Nicatın telefonuna tuş gəlmiş və bıçaq qatlanıb sağ əlini zədələmişdir. Bıçağı yenidən açmaq üçün vaxt itirməmək məqsədilə bıçağın iti yerini sol əli ilə açdıqda sol əlinin içərisi kəsilmiş və qanamışdır. Nicat əl zərbələri ilə onları vurmaq istədiyi üçün Elmidar onu tutmuşdur. Bıçağı açan kimi, ikinci dəfə Nicatın qarın nahiyyəsindən vurmuş və xəsarət yetirmişdir. Bunlar hamısı bir anda olmuşdur. O, Nicatın qarnına vurduqdan dərhal sonra Elmidar da bel nahiyyəsində, şalvarına keçirtdiyi və onun bıçağına oxşar bıçağı çıxardıb Nicatın sol budundan zərbə endirib xəsarət yetirmiş və Nicat qışqıraraq geri çəkilmişdir. Nicatın qarnına xəsarət yetirdikdən sonra onun bıçağı yerə düşmüşdür. Hadisə vaxtı həmçinin Nicat və onlar bir-birilərinə yumruq və təpik zərbələri vurmuşlar. Bıçaq zərbələrində sonra Nicat onlardan aralanmış və qaçmışdır. O da bıçağını götürmüş və Elmidarla birlikdə Nicatın arxasınca qaçmışlar. Qarnını əli ilə tutmuşdur. Lakin, onları hələ də söymüşdür. Əlini açdıqda qarnından qan axdığını görmüşlər. Onda Nicata xəsarət yetirdiklərini bilmişlər. Bunu görəndə Elmidarla birlikdə qaçıb binaların arasına girmişlər. Təqsirləndirilən şəxs2 isə üzləşdirmə zamanı Təqsirləndirilən şəxs1ın yalan dediyini bildirmişdir. Belə ki, o, göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 00:10 radələrində Qismət o və Nicat birlikdə metronun “Əcəmi” stansiyasının arxa tərəfinə pilləkənlərlə qalxmışlar. Nicat onları həmin yerə aparmışdır. Nicatın üzü saqallı dostu da onlarla gəlmişdir. O, hətta həmin oğlana Nicatı aparmasını, içkili olduğunu demişdir. Lakin, sonuncu əhəmiyyət verməmişdir. Artıq uşaqlardan təqribən 15-20 metr məsafədə dayanmışlar. Lakin, aralarında metronun tikilisi olmuşdur. Saqallı oğlan da yanlarında olmuşdur. Həmin vaxt o, Nicatın dostuna çevrilib nə məqsədlə burada olduğunu soruşmuşdur. Çünki, həmin oğlan Nicatın içkili olduğunu görüb onu aparmamışdır. Həmin vaxt Nicat onunla üzbəüz olmuş və ona “Mən mikrorayon uşağıyam, mənə heç kim heç nə deyə blməz” demişdir.Onlar sözlə mübahisə etmişlər. Qismət də yanında olmuşdur. Üzünü çevirib Nicatın dostuna “sən burda neylirsən” deyəndə bir də görmüşdür ki, Nicat qarnını tutub kənara çəkilib. O, arxasınca qaçdıqda üzünü ona çevirb əlini qarnından çəkdikdə qan axdığını görmüşdür. Başa düşmüşdür ki, Qismət bıçaqla Nicatı vurub. Qanı görəndən sonra qaçmaq istəmişlər. Bu vaxt Nicat onlara ağır söyüşlər söymüşlər. O da əvvəlcədən üzərində açılıb-bağlanan cib bıçağını çıxarıb söyüşlərin qarşılığında onu vurmaq istəmişdir. Həm də Nicatı söymüşdür. Söyüşlərinə cavab vermədiyini və qarnından qan axdığını görüb qorxaraq Qismətlə birlikdə oradan uzaqlaşmışlar (cild 1, iş vərəqə 97-99). 26 iyun 2024-cü il tarixli götürmə aparılması haqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 hadisə vaxtı üzərində olmuş 01 ədəd göy rəngli cins şalvar, 01 ədəd qara rəngli qısaqol köynək 01 ədəd sellofan torbaya yerləşdirilməklə götürülmüşdür. Təqsirləndirilən şəxs2 hadisə vaxtı əynində 01 ədəd göy rəngli cins şalvar, 01 ədəd qara rəngli qısaqol köynək olduğunu və hadisədən onra həmin paltarları dəyişmədiyini bildirmişdir. Paltarlar üzərində hər hansı zədə və xəsarət aşkar edilməmişdir (cild 1, iş vərəqə 101). 26 iyun 2024-cü il tarixli götürmə aparılması haqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 hadisədən sonra paltarlarını dəyişərək geyindiyi 01 ədəd “Thom Browni” markalı tünd yaşıl rəngli uzunqol köynək və 01 ədəd boz rəngli cins şalvar 01 ədəd sellofan torbaya yerləşdirilməklə götürülmüşdür. Təqsirləndirilən şəxs1 hadisə vaxtı əynində olan paltarları dəyişərək hadisədən sonra 01 ədəd “Thom Browni” markalı tünd yaşıl rəngli uzunqol köynək və 01 ədəd boz rəngli cins şalvar geyindiyini bildirmişdir. Paltarlar üzərində hər hansı zədə və xəsarət aşkar edilməmişdir (cild 1, iş vərəqə 103). 26 iyun 2024-cü il tarixli baxış keçirilməsi haqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 hadisə zamanı əynində olmuş 01 ədəd “Fun Vien” markalı göy rəngli cins şalvar, 01 ədəd “Gadironi” markalı ağ rəngli uzunqol köynək, hadisədən sonra paltarını dəyişərək geyindiyi 01 ədəd “Thom Browni” markalı tünd yaşıl rəngli uzunqol köynək və 01 ədəd boz rəngli cins şalvara baxış keçirilmişdir. Baxış zamanı 01 ədəd “Fun Vien” markalı göy rəngli cins şalvarın, 01 ədəd “Gadironi” markalı ağ rəngli uzunqol köynəyin, 01 ədəd “Thom Browni” markalı tünd yaşıl rəngli uzunqol köynək və 01 ədəd boz rəngli cins şalvarın üzərində qana bənzər ləkələr aşkar edilmişdir. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 104-108). 26 iyun 2024-cü il tarixli baxış keçirilməsi haqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 hadisə vaxtı əynində olmuş 01 ədəd göy rəngli cins şalvar və 01 ədəd qara rəngli qısaqol köynəyə baxış keçirilmişdir. Baxış zamanı 01 ədəd göy rəngli cins şalvar və 01 ədəd qara rəngli qısaqol köynəyin üzərində qana bənzər ləkələr aşkar edilmişdir. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 109-111). 04 iyul 2024-cü il tarixli baxış keçirilməsi haqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 məxsus “İphone 13 Pro Max” markalı mobil telefona baxış zamanı mobil telefonun şifrəsi olduğu üçün açılması mümkün olmamışdır. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkil çəkilərək protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 232-233). 04 iyul 2024-cü il tarixli baxış keçirilməsi haqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 məxsus “İphone 11” markalı mobil telefona baxış zamanı telefonun zənglər bölməsinə daxil olduqda xx.xx.2024-cü il tarixdə saat 04:48-dən əvvəl olan zənglərin mövcud olmadığı, saat 04:48-dən sonra 06 radələrinədək Elii adlı şəxslə WhatsApp vasitəsilə zənglərin olduğu, bundan sonrakı zənglərin isə saat 12 radələrindən sonra edildiyi və cavabsız zənglər olduğu müəyyən edilmişdir. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkil çəkilərək protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 234-235). 27 iyun 2024-cü il tarixli yetkinlik yaşına çatmayan şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 ifadəsinin yerində yoxlanması istintaq hərəkəti keçirilərkən cinayət hadisənin baş vermə hallarını və şəraitini hadisə yerində əyani şəkildə göstərmişdir. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 164-168). 27 iyun 2024-cü il tarixli yetkinlik yaşına çatmayan şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 ifadəsinin yerində yoxlanması istintaq hərəkəti keçirilərkən cinayət hadisənin baş vermə hallarını və şəraitini hadisə yerində əyani şəkildə göstərmişdir. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 169-173). 26 iyul 2024-cü il tarixli məhkəmə tibbi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 bədən səthində aşkar edilmiş xəsarət- sağ dirsək oynağı nahiyəsinin səyrığı bər küt əşyanın təsirindən müayinədən bir günə qədər əvvəl əmələ gəlmişdir, müayinə olunan şəxsin göstərdiyi tarixdə və şəraitdə əmələ gələ bilərdi, sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin olunmur (cild 2, iş vərəqə 10-12). 26 iyul 2024-cü il tarixli məhkəmə tibbi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 bədən səthində aşkar edilmiş xəsarətlər-sol əlin, sol əlin İİ və İİİ barmaqlarının kəsilmiş yaraları iti kənarlı alətin (əşyanın) təsirindən, sağ dirsək oynağı nahiyəsinin sıyrığı bərk küt əşyanın təsirindən müayinədən 1-2 gün əvvəl əmələ gəlmişdirlər qərarın təsviri hissəsində qeyd olunan və şəxsin göstərdiyi tarixdə və şəraitdə əmələ gələ bilərdilər, həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələr təyin olunmur (cild 2, iş vərəqə 15-17). 26 iyun 2024-cü il tarixli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs meyitində aşağıdaki xəsarətlər aşkar edilmişdir: - Qarın nahiyəsinin sağ yarısının ön səthində, orta xəttdən 2 sm sağda, ayaqaltından 113 sm yuxarıda yerləşən (3,2x0,9sm ölçüdə) deşilmiş-kəsilmiş yara qarın boşluğuna nüfuz edərək yoğun bağırsağı və qaraciyəri yaralayaraq toxumasında kör qurtarır. Yara kanalının ümumi uzunluğu 9-11 sm-dir, istiqaməti öndən-arxaya, bir qədər aşağıdanyuxarıya və soldan-sağa doğrudur. Yara saat siferblatının “1” və “7” rəqəmlərini birləşdirən xətt üzrə yerləşmişdir; - Sol budun orta 1/3-nin ön səthində, ayaqaltından 46 sm yuxarıda yerləşən (3,2x0,8sm ölçüdə) deşilmiş-kəsilmiş yara bud əzələni və böyük dərialtı venanı yaralayır. Yara kanalının ümumi uzunluğu 6-8 zsm-dir, istiqaməti öndən-arxaya, aşağıdan-yuxarıya və bir qədər sağdan-sola doğrudur. - Qeyd edilən xəsarətlər həyatidirlər, Zərərçəkmiş şəxs ölümündən az əvvəl, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə əmələ gəlmişdirlər. Qeyd edilən xəsarətlər deşici-kəsici əşya (alət) ilə yetirilmiş ən azı 2 (iki) zərbə nəticəsində əmələ gəlmişdirlər. Qarın nahiyəsində olan yara dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdir, Zərərçəkmiş şəxs ölümü ilə səbəbli əlaqəlidir. Sol bud nahiyəsində olan yara isə dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmanın əlamətlərinə malikdir, Zərərçəkmiş şəxs ölümü ilə səbəbli əlaqəsi yoxdur. - Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş deşilmiş-kəsilmiş yaralar iti ucu, iti ülgücü və küpü olan, yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişdirlər, ola bilsin ki, ekspertizaya maddi sübut qismində təqdim edilmiş bıçaqların və ona oxşar digər bıçaqların tiyəsinin deşici-kəsici təsirindən törənmələri mümkündür. Zərərçəkmiş şəxs meyitində aşkar olunmuş xəsarətlər qısa zaman kəsiyində yetirildiyindən xəsarətlərin ardıcıllığı barədə fikir söyləmək mümkün olmadı. - Meyitin bədən səthində aşkar edilmiş digər xəsarət: sağ saidin aşağı 1/3-nin bayır səthinin kəsilmiş yarası həyatidir, ölümündən az əvvəl iti kənara malik olan alətin (əşyanın) təsirindən əmələ gəlmişdir, sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malik olduğu üçün dərəcəsi təyin edilmir, Zərərçəkmiş şəxs ölümü ilə səbəbli əlaqəsi yoxdur. - Zərərçəkmiş şəxs ölümünün bilavasitə səbəbi qarın nahiyəsinin daxilə nüfuz edərək qaraciyəri və yoğun bağırsağı yaralayaraq kəskin qanitirmə törədən deşilmiş- kəsilmiş yarası olmuşdur. İlkin meyit əlamətlərinin inkişaf səviyyəsinə əsasən və ölümün kəskin qanitirmə nəticəsində baş verməsini nəzərə alaraq demək olar ki, Zərərçəkmiş şəxs ölümü onun meyitinin meyitxanada müayinəsi başlanandan (xx.xx.2024-cü il tarixdə saat 09:00da) təxminən 8-12 saat əvvəl baş vermişdir. - Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanın məhkəmə-kimya tədqiqatı nəticəsində 0,9%-li etil spirti aşkar edilmişdir. Etil spirtinin qanda aşkar edilmiş qatılığı Zərərçəkmiş şəxs sağlığında yüngül dərəcəli alkoqol sərxoşluğuna səbəb ola bilərdi. Narkotik və güclü təsirə malik maddələr aşkar edilməmişdir. -“Dava-dalaş” hüquqi məfhum olduğundan məhkəmə-tibbi baxımından qiymətləndirilməsi mümkün olmamışdır və bu halın hüquq müstəvisində qiymətləndirilməsi məqsədəmüvafiqdir (cild 2, iş vərəqə 20-29). 09 avqust 2024-cü il tarixli məhkəmə-genetik ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs məxsus - 01 (bir) ədəd “Dolce Gabanna” ticarət markalı cins şalvar, 01 (bir) ədəd “Adidas” ticarət markalı ağ rəngli kəsilmiş köynək, 01 (bir) ədəd “Boxerland” ticarət markalı boz rəngli tuman və 01 (bir) cüt qara rəngli ayaqqabı, Təqsirləndirilən şəxs1 hadisə zamanı əynində olmuş - 01 (bir) ədəd “Fliun Vien” ticarət markalı cins şalvar, 01 (bir) ədəd “Gadironi” ticarət markalı ağ rəngli uzunqol köynək, hadisədən sonra paltarını dəyişərək geyindiyi - 01 (bir) ədəd “V” ticarət markalı tünd göy rəngli cins şalvar və 01 (bir) ədəd “Thom Browni” ticarət markalı uzunqol yaşıl rəngli köynək, Təqsirləndirilən şəxs2 hadisə zamanı əynində olmuş - 01 (bir) ədəd “Zara” ticarət markalı göy rəngli cins şalvar və 01 (bir) ədəd qara rəngli qısaqol köynək, tiyəsi üzərində “Yusiff exe” qeydləri həkk edilmiş 01 (bir) ədəd açılıb-qatlanan bıçağın tiyəsi üzərində aşkar edilmiş qanabənzər ləkələrin, həmçinin 05 (beş) ədəd pambıq tampon və 01 (bir) ədəd salfet üzərində olan qanabənzər ləkələrin tərkibində insan qanına xas olan hemoqlobin zülalı aşkar edildi. 01 (bir) ədəd açılıb-qatlanan bıçağın tiyəsi üzərində insan qanına xas olan hemoqlobin zülalı aşkar edilmədi. “4” və “5” №-li tamponlara hopdurulmuş qan nümunələri, Zərərçəkmiş şəxs məxsus - 01 (bir) ədəd "Dolce Gabanna” ticarət markalı cins şalvar üzərində, 01 (bir) ədəd “Adidas” ticarət markalı ağ rəngli kəsilmiş köynək üzərində, “Boxerland” ticarət markalı boz rəngli tuman üzərində, 01 (bir) cüt qara rəngli ayaqqabının sağ və sol tayları üzərində üzərində, Təqsirləndirilən şəxs1 hadisə zamanı əynində olmuş - 01 (bir) ədəd “Gadironi” ticarət markalı ağ rəngli uzunqol köynəyin sağ qolaltı hissəsində, sağ qolu və sağ biləyi üzərində aşkar edilmiş qan ləkələri Zərərçəkmiş şəxs məxsusdur. Təqsirləndirilən şəxs1 hadisə zamanı əynində olmuş - 01 (bir) ədəd “Fliun Vien” ticarət markalı cins şalvarın sol ayağının bud və baldır hissələrinin ön səthində, sol ön cibinin kənarında və astarında, sol ayağının bud və baldır hissələrinin arxa səthində, sağ ayağının diz hissəsində, sağ ayağının balağının ön və arxa səthində, sağ ayağının diz nahiyyəsinin arxa səthində, 01 (bir) ədəd “Gadironi” ticarət markalı ağ rəngli uzunqol köynəyin ətəyinin sağ ön səthində, sol biləyi üzərində, ətəyinin sol ön səthində, ətəyinin arxa səthi üzərində, Təqsirləndirilən şəxs1 hadisədən sonra paltarını dəyişərək geyindiyi - 01 (bir) ədəd “V” ticarət markalı tünd göy rəngli cins şalvarın sol və sağ ayaqlarının ön səthində sol ayağının bud nahiyəsinin arxa səthində, sol ayağının baldır nahiyəsinin arxa səthində, sağ arxa cibinin aşağı hissəsində, sol və sağ ön ciblərinin astarında, 01 (bir) ədəd “Thom Browni” ticarət markalı uzuqol yaşıl rəngli köynəyin sağ ön hissəsində, ön hissəsində düymə bağlanan ilgək yerində, sol biləyində aşkar edilmiş qan ləkələri, eləcə də Təqsirləndirilən şəxs2 hadisə zamanı əynində olmuş 01 (bir) ədəd “Zara” ticarət markalı göy rəngli cins şalvarın sağ və sol diz hissələrində, 01 (bir) ədəd qara rəngli qısaqol köynəyin ön hissəsində aşkar edilmiş qan ləkələri və tiyəsi üzərində “Yusiff exe” qeydləri həkk edilmiş 01 (bir) ədəd açılıb-qatlanan bıçağın tiyəsi üzərində aşkar edilmiş qan ləkəsi Təqsirləndirilən şəxs1 (Nəsimi RPİ-nin xx.xx.2024-cü il tarixli 3-13-51/2- 20048/2024 №-li məktubla tədqiqata təqdim edilmişdir) məxsusdur. Tiyəsi üzərində “Yusiff exe" qeydləri həkk edilmiş 01 (bir) ədəd açılıb-qatlanan bıçağın dəstəyi üzərində müqayisəli tədqiqatın keçirilməsi üçün kifayət qədər yararlı bioloji mənşəli materiallar mövcuddur və həmin bioloji mənşəli materiallar Təqsirləndirilən şəxs2 (Nəsimi RPİ-nin xx.xx.2024-cü il tarixli 3-13-51/2-20048/2024 №-li məktubla tədqiqata təqdim edilmişdir) məxsusdur. 01 (bir) ədəd açılıb-qatlanan bıçağın tiyəsi üzərində müqayisəli tədqiqatın keçirilməsi üçün kifayət qədər yararlı bioloji mənşəli materiallar mövcuddur və həmin bioloji mənşəli materiallar həm Zərərçəkmiş şəxs, həm də Təqsirləndirilən şəxs1 məxsusdur. 01 (bir) ədəd salfet üzərində aşkar edilmiş qan ləkələri kişi cinsindən olan naməlum şəxsə məxsusdur və əldə edilmiş DNT profili DİN-nin DNT məlumat bankında olan DNT profilləri ilə eynilik təşkil etmir. Təqsirləndirilən şəxs2 hadisə zamanı əynində olmuş 01 (bir) ədəd “Zara” ticarət markalı göy rəngli cins şalvarın sol və sağ arxa cibləri üzərində aşkar edilmiş qan ləkələri kişi cinsindən olan digər naməlum şəxsə məxsusdur və əldə edilmiş DNT profilləri DİN-nin DNT məlumat bankında olan DNT profilləri ilə eynilik təşkil etmir. Ekspertizaya təqdim edilmiş “1", “2", “3" №-li tamponlardan və 01 (bir) ədəd açılıbqatlanan bıçağın dəstəyi üzərindən götürülmüş tədqiqat nümunələrindən əldə edilmiş nəticələrə əsasən müəyyən olundu ki, həmin nümunənin tərkibində müqayisəli molekulyargenetik tədqiqatın keçirilməsi üçün kifayət qədər yararlı bioloji mənşəli material mövcud deyildir və deqradasiya əlamətləri müşahidə edilir. Bu səbəbdən təqdim edilmiş ‘T, “2", “3” №-li tamponlardan və 01 (bir) ədəd açılıb-qatlanan bıçağın dəstəyi üzərindən götürülmüş tədqiqat nümunələri üzərində müqayisəli molekulyar-genetik tədqiqatın keçirilməsi mümkün olmamışdır (cild 2, iş vərəqə 76-91). 04 oktyabr 2024-cü il tarixli məhkəmə tibbi-kriminalistik eskpertizasının rəyindən görünür ki, təqdim edilmiş Təqsirləndirilən şəxs2 məxsus qısaqol koftanın və cins şalvarın üzərində zədə aşkar edilmədi.Təqsirləndirilən şəxs1 məxsus iki ədəd uzunqol köynəyin və iki ədəd cins şalvarın üzərində zədə aşkar edilməmişdir.Mərhum Zərərçəkmiş şəxs məxsus qısaqol koftanın ön səthində müxtəlif istiqamətli, tibbi müdaxilə zamanı yetirilməyə uyğun gələn çoxsaylı zədələr var, bu zədələr fonunda üzərində digər zədə aşkar edilməmişdir. Mərhum Zərərçəkmiş şəxs məxsus belində kəməri olan cins şalvarın və tumanın üzərində zədə aşkar edilməmişdir. Təqdim edilmiş hər iki bıçaq zavod üsulu ilə hazırlanmış, ümumi təyinatlı qatlanan ov bıçaqlarıdır və deşici-kəsici xassəyə malik soyuq silahdırlar (cild 2¸iş vərəqə 188-193). 26 sentyabr 2024-cü il tarixli məhkəmə-lifli materialların tədqiqi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs1 məxsus olduğu qeyd edilən şalvarın üzərindən aşkar edilmiş tündgöy rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən şalvarın tərkib liflərinə uyğun gəlirlər.Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən köynəyin üzərindən aşkar edilmiş tünd yaşıl rəngli təbii pambıq lifləri cins əlamətlərinə görə Təqsirləndirilən şəxs1 məxsus olduğu qeyd edilən köynəyin tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs2 məxsus olduğu qeyd edilən geyim əşyalarının üzərindən aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur. Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən köynəyin üzərindən aşkar edilmiş qara rəngli poliester kimyəvi lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs2 məxsus olduğu qeyd edilən köynəyin tərkib liflərinə uyğun gəlirlər (cild 2, iş vərəqə 195-200). 09 sentyabr 2024-cü il tarixli kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 ona ittiham olunan cinayət əməlini törədən zaman xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs2 ictimai təhlükəli əməl zamanı öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl barəsində anlaqlı hesab edlməlidir. Təqsirləndirilən şəxs2 hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs2 barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs2 ona itiham olunan əməlindən sonra hər-hansı psixi xəstəlik müəyən edilmir. Təqsirləndirilən şəxs2 öz hərəkətlərinin xarakterini dərk etmək və onları idarə etmək qabiliyyətindədir. Elmidar Məmmədqulyevin əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21.3-cü maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs2 hərəkətləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 22-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs2 əqli-intellektual imkanları normaya uyğundur. Fərdi-psixi xüsusiyyətlərinə görə ekstravertə daha yaxındır ( psixi fəaliyyətin xarici aləmə yönəlməsi). İnadkarlıq, özünə qarşı hörmət tələb etmək, eqosentrizm kimi xarakterli xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs2 cinayət əməlini törətdiyi zaman psixi-emosional sferasında qıcığa qarşı həssaslıq, hirslilik, qəzəb yaranmış, həmin halın yaranması situasiya ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs2 cinayət əməlini törədərkən fizioloji affekt (qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyəti) halında olmamışdır (cild 2, iş vərəqə 206-209). 09 sentyabr 2024-cü il tarixli kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 ona ittiham olunan cinayət əməlini törədən zaman xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs1 ictimai təhlükəli əməl zamanı öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində anlaqlı hesab edlməlidir. Təqsirləndirilən şəxs1 hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs1 barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs1 ona itiham olunan əməlindən sonra hərhansı psixi xəstəlik müəyən edilmir. Təqsirləndirilən şəxs1 öz hərəkətlərinin xarakterini dərk etmək və onları idarə etmək qabiliyyətindədir. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21.3-cü maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs1 hərəkətləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 22-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs1 əqli-intellektual imkanları normaya uyğundur. Fərdi-psixi xüsusiyyətlərinə görə ekstravertə daha yaxındır. Emosianallıq, tez qərar vermək, qıcığa qarşı həssaslıq kimi xarakterli xüsusiyyətlərə malikdir. Qismət Nağyev cinayət əməlini törətdiyi zaman psixi-emosional sferasında qıcığa qarşı həssaslıq, hirslilik, qəzəb yaranmış, həmin halın yaranması situasiya ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs1 cinayət əməlini törədərkən fizioloji affekt (qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyəti) halında olmamışdır (cild 2, iş vərəqə 210-213). 19 noyabr 2024-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə aparılmış əhəmiyyətli telefon danışıqları aşağıdakılardır: ********** **********36 2024-06-25 15:32:41 36 saniyə ********** **********36 2024-06-25 16:12:42 29 saniyə ********** **********36 2024-06-25 17:53:52 46 saniyə ********** **********36 2024-06-25 22:47:11 13 saniyə(zəng edilən) 4-cü mkr,R.Celiyev küç. ********** **********36 2024-06-26 00:39:34 41 saniyə(hər iki şəxs) 2 və 3-cü mkr,H.B.Əliyev küç. ********** **********36 2024-06-26 00:45:01 113 saniyə(zəng edilən) 2 və 3-cü mkr, H.B.Əliyev küç.zəng 4-cü mkr, 20 Yanvar küç. ********** **********36 2024-06-26 00:48:14 180 saniyə(zəng edilən) 2 və 3-cü mkr,H.B.Əliyev küç. zəng 4-cü mkr, R.Celiyev küç ********** **********36 2024-06-26 00:58:33 47 saniyə(zəng edilən) Cavadxan küç, zəng edən H.B.Ə. küç. ********** **********36 2024-06-26 01:20:51 44 saniyə(zəng edilən) H.B.Ə. küç. zəng edən 4-cü mkr, R.Celiyev küç ********** **********36 2024-06-26 02:27:25 58 saniyə(zəng edilən) 4-cü mkr,H.Seyidzadə, Cavadxan küç. Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdə aşağıdakı anten dairələrində olmuşdur: Saat 04:24-04:28-Balababa Məcidov küçəsi,Murtuza Muxtarov küçəsi. Saat 05:24-Şərq Bazarının arxası. Saat 05:25-Xətai prospekti 172,Messenat holdinq. Saat 05:27-Heydər Əliyev pr. Saat 06:58-Yeni Suraxanı. Baxış zamanı müəyyən edildi ki,Zərərçəkmiş şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə xx.xx.2024-cü il tarixdə hər hansı danışıq aparılmamış, xx.xx.2024cü il tarixdə isə yalnız saat 06:06-dan sonra Zərərçəkmiş şəxs anası Ülviyyə Bədəlovanın istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən bir neçə dəfə zəng edilmişdir.Zərərçəkmiş şəxs xx.xx.2024 və xx.xx.2024-cü il tarixdə aşağıdakı anten dairələrində olmuşdur: xx.xx.2024-cü il saat 17:47-dək Fatmayi qəsəbəsi xx.xx.2024-cü il saat 21:33 Binəqədi rayonu, S.Məmmədova-Dağıstanlı küçələrinin kəsişməsi xx.xx.2024-cü il saat 02:15-dən 06:30-dək Nəsimi r.H.B.Əliyev və R.Cəlilov küçələri (cild 3, iş vərəqə 13). 29 noyabr 2024-cü il tarixli şahidin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Şahid1 ifadəsinin yerində yoxlanması istintaq hərəkəti keçirilərkən cinayət hadisənin baş vermə hallarını və şəraitini hadisə yerində əyani şəkildə göstərmişdir. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 3, iş vərəqə 36-39). 30 noyabr 2024-cü il tarixli üzləşdirmə haqqında protokoldan görünür ki, ibtidai istintaq zamanı Şahid1 ilə Təqsirləndirilən şəxs2 arasında keçirilmiş üzləşdirmə istintaqı hərəkəti zamanı Şahid1 ifadəsində göstərdiyi xüsusatları təqsirləndirilən şəxsin üzünə qarşı deyərək təsdiq etmişdir (cild 3, iş vərəqə 45-49). 29 noyabr 2024-cü il tarixli istintaq eksperimenti aparılması haqqında protokoldan görünür ki, istintaq zamanı ifadələr arasında olan ziddiyyətin aradan qaldırılması, Zərərçəkmiş şəxs xəsarət yetirilməsi zamanı təqsirləndirilən şəxslərin və şahidlərin harada dayanması və baş vermiş hadisəni görmək imkanlarının olub-olmamasının müəyyən edilməsi məqsədilə xx.xx.2024-cü il tarixdə istintaq eksperimenti keçirilmişdir. İstintaq eksperimentində iştirak edən və cinayət işi ilə hər hansı əlaqələri olmayan X12 və X9 ünvan 6 ünvanında, “Moskva” Univermağının arxa tərəfində hadisənin baş verdiyi birmərtəbəli tikilinin yanında istintaq eksperimentinin keçirilməsində iştirak etdilər. Belə ki, Şamil Qədimov bir mərtəbəli tikilinin arxa tərəfində olan kiçik pilləkənin arxasında, yəni Təqsirləndirilən şəxs2 ifadəsinin yerində yoxlanması zamanı göstərdiyi və hadisə vaxtı olduğu yerdə dayandı. Vəli Mədədov isə istintaq zamanı şahid qismində dindirilmiş Şahid1, Elxan Əlisəgərov və Şahid3 ifadələrində qeyd etdikləri kimi hadisə vaxtı həmin tikilidən 20-30 metr məsafədə olan pilləkənlərin yanında dayandı. Müəyyən edildi ki, Vəli Mədədovun dayandığı yerdən Şamil Qədimovun dayandığı yer görünmür. Bununla da müəyyən edildi ki, hadisə baş verərkən, yəni xx.xx.2024-cü il tarixdə saat 00:10 radələrində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 bir mərtəbəli tikilinin arxasında Zərərçəkmiş şəxs xəsarət yetirməsi zamanı şahidlər Şahid1, Şahid3 və Elxan Əlisəgərovun təqsirləndirilən şəxsləri görmək imkanları olmamışdır (cild 3, iş vərəqə 40- 44). 01 dekabr 2024-cü il tarixli şahidin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Şahid3 ifadəsinin yerində yoxlanması istintaq hərəkəti keçirilərkən cinayət hadisənin baş vermə hallarını və şəraitini hadisə yerində əyani şəkildə göstərmişdir. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 3, iş vərəqə 65-67). 01 dekabr 2024-cü il tarixli üzləşdirmə haqqında protokoldan görünür ki, ibtidai istintaq zamanı şahidlər Şahid1 ilə Şahid3 arasında keçirilmiş üzləşdirmə istintaqı hərəkəti zamanı Şahid1 ifadəsində göstərdiyi xüsusatları , yəni Nicatdan qışqırıq səsi gələndə pilləkənin yanında yalnız özü və Elxanın olduğunu, Əlinin orda olmadığını, Qismət Elmidar və Nicatın arasına heç kimin girməməsini Şahid3 üzünə qarşı deyərək təsdiq etmişdir (cild 3, iş vərəqə 68-70). Bakı şəhər 266 nömrəli tam orta məktəb tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə həmin məktəbin doqquzuncu sinfinə daxil olmuş,dərsə davamiyyəti zəif olmuş, sinif yoldaşları ilə münasibət qurmaqda çətinlik çəkmiş, davranışlarında özünəqapanıqlılıq, davranış pozuntusu müşahidə edilmiş, 9-cu sinfi bitirdikdən sonra xx.xx.2023-cü il tarixdə valideynin ərizəsi ilə məktəbdən xaric edilmişdir (cild 3, iş vərəqə 92). Bakı şəhər 9 nömrəli tam orta məktəb tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 2015-ci il tarixdə həmin məktəbin birinci sinfinə daxil olmuş və həmin məktəbdə təhsil almış, 11-ci sinifdə təhsil almış, müsbət xarakterizə olunmuşdur (cild 3, iş vərəqə 94). Mehdiabad qəsəbə 3 nömrəli tam orta məktəb tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, X13 xx.xx.2022-ci il tarixdə həmin məktəbin 9-cu sinfinə daxil olmuş, oxuduğu müddət ərzində müəllimləri və sinif yoldaşları ilə münasibəti yaxşı olmuş, dərsə davamiyyəti zəif, qiymətləri kafi olmuş və 9-cu sinfi bitirməyi haqqında ümumi orta təhsil attestatı almışdır (cild 3, iş vərəqə 95). 28 noyabr 2024-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X23 məktubundan görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Zərərçəkmiş şəxs göstərilən mərkəzdə narkoloji qeydiyyatda olmamışdır (cild 3, iş vərəqə 102). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olan 27 noyabr 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır ( cild 3, iş vərəqi 97-98). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olan 27 noyabr 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır ( cild 3, iş vərəqi 99-100). 13 dekabr 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, 02 ədəd bıçaq, Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş tünd göy rəngli 01 cüt ayaqqabı, “Dolce Gabbana” markalı,üzrində kəmər olan 01 ədəd tünd göy rəngli cins şalvar, “Adidas” markalı, tibbi müdaxilə zamanı kəsilmiş 01 ədəd ağ rəngli, qısaqol köynək, 01 ədəd “Boxerland” markalı, boz rəngli Təqsirləndirilən şəxs1 haidsə zamanı əynində olmuş 01 ədəd “Fun Vien” markalı boz rəngli cins şalvar,01 ədəd “Gadironi” markalı, ağ rəngli uzunqol köynək, hadisədən sonra paltarını dəyişərək geyindiyi 01 ədəd “Thom Browni” markalı tünd yaşıl rəngli uzunqol köynək və 01 ədəd boz rəngli cins şalvar, Təqsirləndirilən şəxs2 hadisə zamanı əynində olmuş 01 ədəd göy rəngli cins şalvar, 01 ədəd qara rəngli qısaqol köynək, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Zərərçəkmiş şəxs məxsus 03 ədəd “İphone” markalı mobil telefonlar, 01 ədəd salfet,4 və 5 nömrəli tamponlar, Zərərçəkmiş şəxs məxsus 01 ədəd tamponda qan nümunəsi maddi sübut kimi tanınmış və Nəsimi rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılmışdır (cild 2, iş vərəqə 139-159). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının CM-nin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulan qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə əməlinə görə cinayət məsuliyyəti həmin əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə Cinayət Məcəlləsinin 120.2.1-ci maddəsində, xuliqanlıq niyyəti ilə törədildikdə Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsində nəzərdə tutulmuşdur. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli, 3 saylı qərarının 3-cü bəndində göstərilir ki, qəsdən adam öldürməni ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurmadan fərqləndirmək lazımdır. Nəzərə almaq lazımdır ki, qəsdən adam öldürmədə təqsirkarın niyyəti zərərçəkmişi həyatdan məhrum etməyə yönəldiyi halda, Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsində nəzərdə tutulan əməldə ölümün baş verməsinə münasibəti ehtiyatsızlıqda ifadə olunur. Burada təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Həmin qərarın 5-ci bəndində göstərilir ki, qəsdən adam öldürmə cinayəti CM-nin 120.2.1-ci maddəsi ilə tövsif edilməli olduğu hallarda nəzərə almaq lazımdır ki, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) anlayışları CM-nin 34-cü maddəsində şərh edilmişdir. Qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayətlərdə qabaqcadan əlbir olan cinayətin icraçısı (icraçıları) ilə birlikdə digər iştirakçılar cinayətin təşkilatçıları, təhrikçiləri və köməkçiləri qismində çıxış edə bilərlər. Belə şəxslərin əməlləri cinayətin törədilməsində onların eyni vaxtda birgə icraçı kimi iştirak etdiyi hallar istisna olmaqla CM-nin 32-ci maddəsinə istinad edilməklə 120.2.1-ci maddəsi ilə tövsif edilməlidir. Həmin qərarın 6-cı bəndində göstərilir ki, qəsdən adam öldürmə o vaxt CM-nin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 2-ci bəndində qeyd edilir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkəmə Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2lə bir qrup şəxs halında zərərçəkmiş şəxsə Zərərçəkmiş şəxs xəsarət yetirməməsi barədə hər iki təqsirləndirilən şəxs və onların müdafiəçilərinin dəlillərini iş üzrə toplanmış sübutlarla qarşılıqlı şəkildə müqayisə edib qiymətləndirərək iş materialları ilə təkzib olunması barədə qənaətə gəlməklə ibtidai istintaq orqanının gəldiyi nəticə ilə razılaşır. İş materiallarından görünür ki, Zərərçəkmiş şəxs xəsarət yetirmiş şəxsin(və ya şəxslərin) aşkar edilməsi barədə əməliyyat tapşırığına əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində istintaqa təhvil verilmiş, zərərçəkmiş şəxsin ölməsi səbəbindən dindirilməsi mümkün olmadığından, bütün şahidlərdən əvvəl təqsirləndirilən şəxslər dindirilmişdir. Hadisə barədə təqdim edilmiş ilkin ərizələrində Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs qətlə yetirən şəxsin Təqsirləndirilən şəxs1 olduğunu bildirsə də sonuncu Zərərçəkmiş şəxs ölümü ilə nəticələnən hadisəni törədilməsində Təqsirləndirilən şəxs2 də iştirak etməsini qeyd etmiş, hər iki təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İbtidai istintaq dövrünün əvvəllərində Təqsirləndirilən şəxs1 şübhəli, təqsirləndirilən şəxs qismində dindirilərkən, Təqsirləndirilən şəxs2lə üzləşdirilərkən, ifadəsi yerində yoxlanılarkən, barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətə baxılarkən də Zərərçəkmiş şəxs qarın nayihəsinə xəsarətin özü, ayaq nahiyəsinə xəsarətin isə Elmidar Quliyev tərəfindən yetirilməsini təsdiq etmişdir. İbtidai istintaqın sonrakı mərhələlərində Təqsirləndirilən şəxs1 ifadəsini dəyişdirərək Zərərçəkmiş şəxs xəsarətin yalnız özü tərəfindən yetirildiyini bildirərək əvvəlki verdiyi ifadələri dəyişdirməsi səbəbi kimi hadisələrin şokunda olmasını göstərmiş, məhkəmə iclasında isə polis əməkdaşları tərəfindən döyülməsi ilə əlaqədar qeyd edilən məzmunda ifadə verdiyini söyləmişdir. İrlandiyanın İngiltərəyə qarşı işi üzrə 20 mart 2018-ci il tarixli Avropa Məhkəməsinin qərarında göstərilmişdir ki, sübutun qiymətləndirməsi üçün “əsaslı şübhələrdən kənar” standartını rəhbər tutaraq sübutetmə prosesini həyata keçirən məhkəmə belə sübut qismində yalnız işin faktiki halları ilə uyğun olan və ya həmin hallarla təkzib edilməyən, habelə, kifayət qədər güclü, aydın əlamətlərə məxsus olan hallar istifadə edə bilər. Bu nöqteyi nəzərdən sübutların toplanılması zamanı tərəflərin davranışı da nəzərdən keçirilməlidir. Məhkəmə əvvəla qeyd edir ki, Təqsirləndirilən şəxs1 yetkinlik yaşına çatmayan şəxs olduğuna görə onun dindirilməsində yalnız müdafiəçi və müstəntiq deyil, həmçinin qanuni nümayəndəsi Qanuni nümayəndə1 iştirak etmişdir. Bu onun işgəncəyə məruz qalması nəticəsində Elmidar Quliyevlə bir qrup şəxs halında zərərçəkmiş şəxsə xəsarət yetirilməsini bildirməsi barədə ifadələrinin mötəbərliliyini şübhə altına alır. Bundan başqa Təqsirləndirilən şəxs1 polis əməkdaşları tərəfindən döyüldüyünü bildirsə də ibtidai istintaqın heç bir mərhələsində döyülməsi barədə aidiyyəti üzrə hüquq mühafizə orqanlarına şikayət etməmişdir. Əksinə o şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələri üzləşdirmə istintaq hərəkəti zamanı da inadla Təqsirləndirilən şəxs2 üzünə demişdir. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 da zərərçəkmiş şəxsə onunla birgə xəsarət yetirilməsini təkcə dindirmə və üzləşdirmə istintaq hərəkətinin keçirilməsi ilə bağlı müstəntiqə deyil, həmçinin barəsində həbs qətimkan tədbiri seçilməsi barədə qərar qəbul edən hakimə də söyləmiş, hər hansı fiziki və ya psixi zorakılığa məruz qaldığı barədə məlumat verməmişdir. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 ibtidai istintaqın heç bir mərhələsində etiraf edici ifadələr verməsə də müdafiəçisi tərəfindən işgəncəyə məruz qalıb- qalmamasına dair məhkəmə tibbi ekspertiza keçirilməsi barədə vəsatət verilmiş, lakin həmin vəsatətlər verilənədək Təqsirləndirilən şəxs2, həmçinin Təqsirləndirilən şəxs1 haqqında məhkəmə tibbi ekspertiza təyin edildiyindən vəsatət təmin edilməmişdir. Müayinə olunarkən nə Təqsirləndirilən şəxs2, nə Təqsirləndirilən şəxs1 həkimə üzərilərindən aşkar edilən xəsarətlərin işgəncə nəticəsində yarandığını bildirməmişlər. Belə ki, Təqsirləndirilən şəxs1 müayinə zamanı xx.xx.2024-cü il tarixdə saat 01-02 radələrində Nəsimi rayonu ərazisində, metronun “Əcəmi” stansiyasının yaxınlığında tanımadığı şəxsin onu döydüyünü, onun da bıçaqla sonuncunu vurmaq istəyərkən bıçağın onun öz əlini zədələdiyini, hadisə zamanı sağ dirsək nahiyəsinin yol kənarındakı dəmir turbalara dəyərək xəsarət aldığını bildirmişdir. Təqsirləndirilən şəxs2 isə müayinə zamanı xx.xx.2024-cü il tarixdə saat 01-02 radələrində Nəsimi rayonu ərazisində, metronun “Əcəmi” stansiyasının yaxınlığında tanımadığı şəxslə mübahisə etdiyini, mübahisə zamanı hər hansı xəsarət almadığını, Nəsimi rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerində ehtiyatsızlıqdan yıxılaraq sağ dirsək nahiyəsindən xəsarət aldığını bildirmişdir. Hər iki rəydə xəsarətlərin təqsirləndirilən şəxslərin göstərdiyi şəraitdə alınmasının mümkünlüyü öz əksini tapmışdır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs2 müdafiəçisi hüquqlarını müdafiə etdiyi şəxsin məruz qaldığı yumruq və ya təpik zərbələri nəticəsində sağ qulağında eşitməsinin itməsini iddia etsə də müayinə olarkən Təqsirləndirilən şəxs2 bu xüsusatı da onu müayinə edən həkimin - tibbi ekspertin nəzərinə çatdırmamışdır. Digər tərəfdən Təqsirləndirilən şəxs2 ibtidai istintaq dövründə işgəncəyə məruz qalması barədə özünün və valideynlərinin müraciəti əsasında araşdırma aparılmış və 26 noyabr 2024-cü il tarixdə cinayət işinin başlanılmasının hissəvi olaraq rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Qərar qəbul edilərkən 26 iyul 2024-cü il tarixli məhkəmə tibbi ekspertiza rəyi, Zərərçəkmiş şəxs naməlum şəxslər tərəfindən bıçaqlanaraq qətlə yetirilməsi barədə daxil olmuş əməliyyat məlumatı üzrə sonuncuya xəsarət yetirən şəxslərin Elmidar Quliyev və Təqsirləndirilən şəxs1 olmalarını müəyyən edildiyi üçün hər iki şəxsin polis idarəsinə gətirilməsi, orada hər iki şəxsin törətdiyi əməli etiraf etdikləri üçün Nəsimi rayon Prokurorluğuna təhvil verilərək cinayət məsuliyyətinə cəlb edilməsi , həmin zaman onlara işgəncə verilməməsi barədə Nəsimi rayonu polis idarəsinin cinayət-axtarış şöbəsinin əməliyyat müvəkkili polis baş leytenantı Xudaverdi Hənifəyevin izahatları əsas götürülmüşdür. Təqsirləndirilən şəxs1 işgəncəyə məruz qalması barədə müraciəti olmadığından onun haqqında ümumiyyətlə belə bir araşdırma mövcud olmamışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs1 ibtidai istintaq dövründə şübhəli və təqsirləndirilən şəxs qismində dindirmə protokollarının Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən mötəbərliliyinin şübhə altına alınması üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə belə qənaətə gələrkən həmçinin Təqsirləndirilən şəxs2 hadisədən sonrakı davranışına dair, yəni Təqsirləndirilən şəxs1lə birgə hadisə yerindən qaçması, hər ikisinin özlərinə məxsus aləti eyni yerdə gizlətməsi, polis əməkdaşları tərəfindən yaxalanadək birbirindən ayrılmaması kimi işin faktiki hallarına istinad edir. Məhkəmə istintaqında tədqiq edilmiş şahid ifadələri ilə əlaqədar məhkəmə bildirir ki, şahidlərdən ən birinci yetkinlik yaşına çatmayan Şahid1 qanuni nümayəndəsinin iştirakı ilə dindirilmiş (26 iyun 2024-cü il tarixdə), sonuncu hadisə yerində özünün, Elxanın və adını bilmədiyi dörd-beş nəfərin olduğunu, Nicat, Elmidar və Qismətin söhbət üçün onların görə bilmədiyi tikilinin arxasına keçdiyini, bir qədər sonra Nicatın uca səslə “siz məni bıçaq çıxarırsız ala” deməsindən sonra tikiliyə yaxınlaşarkən Nicatın qaçdığını, Elmidarla Qismətin isə onun dalıyca qaçdığını, Elxanın da onların arxasınca qaçdığını, açıqlığa çıxarkən artıq Nicatın qarnından qan axdığını, təqsirləndirilən şəxslərin hər ikisinin əlində bıçaq olduğunu görmüşdür. Elə həmin tarixdə qanuni nümayəndəsinin iştirakı ilə yetkinlik yaşına çatmayan şəxs Şahid2 dindirilmiş, o da Şahid1la eyni məzmunlu ifadə vermişdir. Lakin sonradan Şahid2 ərizə göndərərək yenidən ifadə vermək istədiyini bildirmiş və 22 iyul 2024-cü il tarixdə təkar dindirilərək ifadəsini dəyişmiş, hadisə günü Nicatın Qismət ilə söhbət etdikdən sonra tikilinin arxasından qarnını tutaraq çıxdığı zaman Elmidarın Muradla söhbət etdiyini, Nicat söyüş söydükdən sonra Elmidar bıçaq çıxararaq Nicatın üstünə getmək istəsə də Əli ilə onun Nicatla Elmidarın arasına girdiyini qeyd etmişdir. Daha sonra müdafiə tərəfinin vəsatəti ilə şahid qismində Şahid3 da dindirilməsi xahiş edilmiş, hətta təqsirləndirilən şəxsin müdafiəçisi vəsatətinə Şahid2 sonradan dəyişdirərək verdiyi izahatı məzmunda Şahid3 izahatı əlavə edilmiş, vəsatət əsasında Şahid3 ibtidai istintaq dövründə şahid qismində dindirilmiş, o da hadisə günü Nicatın Qismət ilə söhbət etdikdən sonra tikilinin arxasından qarnını tutaraq çıxdığı zaman Elmidarın Muradla söhbət etdiyini, Nicat söyüş söydükdən sonra Elmidarı bıçaq çıxararaq Nicatın üstünə getmək istəsə də Əli ilə onun Nicatla Elmidarın arasına girdiyini qeyd etmişdir. İbtidai istintaq dövründə Şahid3 və Şahid1 üzləşdirilmiş, sonuncu Əliyə yalan danışdığını, Nicatdan qışqırıq səsi gələrkən özünün və Elxanın pilləkənin yanında olduğunu, Əlinin orda olmadığını, Qismət Elmidar və Nicatı heç kimin aralamadığını bildirmişdir. Şahid1 ibtidai istintaq dövründə Təqsirləndirilən şəxs2lə iki dəfə üzləşdirilmiş, ifadəsində göstərilən xüsusatları sonuncunun üzünə deyərək bir daha təsdiq etmişdir. Şahid3 və Şahid2 22 iyul 2024-cü il tarixdə dindirilərkən verdiyi ifadələri məhkəmə istintaqı zamanı təsdiq etsə də Şahid1 məhkəmə iclasında ifadələrini dəyişərək digər iki şahidin verdiyi məzmunda ifadə vermişdir. İfadəsinin dəyişməsi səbəbini isə cinayət işində adının hallanmaması ilə əlaqələndirmişdir. Halbuki Şahid1 ibtidai istintaq dövründə dəfələrlə dindirilərək, üzləşdirmə, ifadələrinin yerində yoxlanması istintaq hərəkətlərində iştirak edərək ilkin ifadəsini təsdiq etmişdir. Həmin istintaq hərəkətlərinin nəticələrinin isə Cinayət-Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən mötəbərliliyini şübhə altına alacaq hər hansı dəlil məhkəməyə təqdim etməmişdir. Məhkəmə onun məhkəmə istintaqı dövründə ibtidai istintaq zamanı verdiyi ifadəsini dəyişdirmə səbəbi kimi cinayət işində adının hallanmasını istəməməsi barədə dediklərini isə “ağlabatan” hesab etmir ona görə ki, cinayət işi materiallarında onun törədilmiş cinayət hadisəsinə hər hansı formada aidiyyəti barədə ifadələrə rast gəlinməmiş, şübhəli, təqsirləndirilən şəxs qismində cəlb edilməmişdir. Beləliklə, məhkəmə Şahid3 18 iyul 2024-cü il, Şahid2 22 iyul 2024-cü il tarixli dindirmə protokollarında qeyd etdiklərini və Şahid3, Şahid2, Şahid1 məhkəmə iclasında verdiyi ifadələri təqsirləndirilən şəxsin Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən yaxa qurtarması, Təqsirləndirilən şəxs1 vəziyyətinin yüngülləşdirilməsi istiqamətində verilmiş ifadə kimi qəbul edir və həmin ifadələrin həqiqəti əks etdirməməsi barədə qənaətə gəlir. Belə ki, əvvəla məhkəmənin təşəbbüsü ilə əldə edilmiş telefon danışıqlarının məzmunundan görünür ki, hadisə baş verdikdən üç saat sonra təqsirləndirilən şəxsin istifadəsində olan 050 *** ** ** saylı (telefon nömrəsi Təqsirləndirilən şəxs2 atası Qanuni nümayəndə2 adına qeydiyyata alınmışdır) telefon nömrəsindən Şahid3 istifadəsində olan ********** saylı telefon nömrəsinə (telefon nömrəsi Şahid3 atası Anar Məmmədovun adına qeydiyyata alınmışdır) saat 00:39 radələrində 41, 00:48 radələrində 182 saniyəlik müddəti əhatə edən telefon danışıqlarına rast gəlinir. Bundan başqa yuxarıda da göstərildiyi kimi həmin şahidin, yəni Şahid3 izahatı istintaqa məlum olmazdan əvvəl Təqsirləndirilən şəxs2 müdafiəçisinin vəsatətinə əlavə edilməklə istintaq orqanına göndərmişdir. Məhkəmə həmin şahidlə Təqsirləndirilən şəxs2lə hadisədən sonra da ilk və daha sıx danışıqlarının olmasını nəzərə alaraq hesab edir ki, onun ifadəsinin məzmunu əvvəldən təqsirləndirilən şəxsin müdafiəsi istiqamətində formalaşdırılmışdır. Məhkəmə belə qənaətə gələrkən həm də onu əsas götürür ki, Şahid2 08 sentyabr 2025-ci il tarixdə məhkəmə iclasında şahid kimi dindirilməzdən əvvəl elə həmin tarixdə gecə saat 02:34 radələrində istifadəsində olan ***- ***-**-** saylı mobil telefon nömrəsindən Şahid3 istifadəsində olan ********** saylı telefon nömrəsi ilə əlaqə saxlamışdır. Cinayət işi materialları ilə tanış olmaq hüququ yalnız cinayət prosesi tərəfləri kimi müdafiə və ittiham tərəfinə məxsusdur. Şahidlər belə hüquqlara malik deyildir. Məhz bu səbəbdəndir ki, şahidlərin məhkəmə iclasında ayrı-ayrılıqda dindirilməsi, həbs qətimkan tədbirinin seçilməsi əsaslarından biri kimi onun şahidlərə təsir etmək imkanları və s. kimi müddəalar cinayət prosessual qanunvericilikdə yer almışdır. Bu normaların məqsədi şahidlərin birinin digəri tərəfindən verilmiş ifadənin məzmunu ilə tanış olması imkanının aradan qaldırılmasıdır. Hazırki iş üzrə Şahid2 son bir il ərzində ilk dəfə məhz məhkəmə iclasına gəlməzdən əvvəl müdafiə tərəfinin istintaqa təqdim etdiyi və o, məhkəmə iclasına dəvət edilənədək artıq məhkəmə iclasında ifadə vermiş Şahid3la əlaqə saxlaması onun məhkəmədə verdiyi ifadələrin həqiqətə uyğunluğunu şübhə altına alır. Digər tərəfdən Şahid2 məhkəmə iclasında ibtidai istintaq dövründə ifadəsini dəyişdirməsi səbəbi kimi Polis Şöbəsində həyəcanlı olması səbəbindən səhv ifadə verməsi ilə əlaqələndirərək onun təqsiri üzündən kiminsə cinayət məsuliyyətinə cəlb edilməsini istəmədiyi üçün təqsirləndirilən şəxslərin və ya onun qohumlarının təsiri olmadan yenidən dindirilməsini özünün xahiş etdiyini qeyd etsə də onun təqsirləndirilən şəxslərlə heç bir əlaqəsi olmadığı, hadisədən əvvəl onlarla hər hansı tanışlığı olmadığı təqdirdə onların tutulması, barələrində cinayət işinin xitam olunmaması, cinayət işinin aidiyyəti üzrə hansı istintaq orqanında araşdırılması barədə məlumatlara necə sahib olması barədə sualları cavablandıra bilməmiş, ərizəsini jek vasitəsilə göndərdiyini qeyd etmişdir. Halbuki ərizənin göndərildiyi poçt zərfindən də görünür ki, ərizə birbaşa Nəsimi rayon prokuroru Həsən Hənəfiyevə ünvanlanmışdır. Məhkəmə iclasında müdafiə tərəfinin əsas dəlillərindən biri də təqsirləndirilən şəxslərə məxsus paltarların qanunvericiliyə uyğun olmayan qaydada götürülməsinə istinad edilmiş və 26 sentyabr 2024-cü il tarixli məhkəmə-lifli materialların ekspertizası rəyinin sübutların sıyahısından çıxarılmasının xahiş edilməsi olmuşdur. Müdafiə tərəfi dəlillərini əsaslandırarkən bildirmişdir ki, təqsirləndirilən şəxslərə məxsus paltarlar qablaşdırılmadan və hal şahidləri olmadan götürülmüşdür. Bundan başqa dəfələrlə keçirilmiş ekspertiza nəticəsində həmin paltarların bir-birinə qarışmaq ehtimalı olmuşdur. Məhkəmə müdafiə tərəfinin dəlilləri ilə əlaqədar qeyd edir ki, Cinayət-Prosessual Məcəlləsinin 129-cu maddəsinə əsasən maddi sübutlar götürülərkən mümkün qədər qablaşdırılır. Qanunun mənasından aydın olur ki, maddi sübutların qablaşdırılmasının mümkünlüyü götürüldüyü şəraitə, maddi sübutun həcminə, məzmununa uyğun həll edilir. Hal şahidlərinin iştirakı olmadan əşyaların götürülməsi ilə bağlı məhkəmə qeyd edir ki, qeyd edilən istintaq hərəkəti protokolu məhkəmə iclasında tədqiq edilərkən təqsirləndirilən şəxslərin hər ikisinə protokola əlavə edilmiş paltarların onlara məxsus olub-olmaması aydınlaşdırılmış, müvafiq paltarlar onların iradəsinə əsasən təhvil verildiyi müəyyən edilmişdir. Göründüyü kimi götürülmüş və ekspetizaya təqdim edilmiş paltarların təqsirləndirilən şəxslərə məxsus olması işin mübahisəsiz halını təşkil edir. Digər tərəfdən götürmə protokolalrından görünmüşdür ki, həm zərərçəkmiş şəxslər, həm təqsirləndirilən şəxslərə məxsus paltarlar ayrı-ayrı şəkildə torbalara qoyulmuş, ekspertiza rəyindən isə aydın olmuşdur ki, həm zərərçəkmiş şəxslər, həm təqsirləndirilən şəxslərə məxsus paltarlar ayrı-ayrı bağlamalarda onlara təqdim edilmişdir ki, bu da həmin paltarların qarışmasını istisna edir. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs2 müdafiəçisi bir tərəfdən götürmə qaydalarına riayət edilməməsinə görə 26 sentyabr 2024-cü il tarixli məhkəmə-lifli materialların ekspertizasının sübutlar siyahısından xaric edilməsini xahiş etsə də digər tərəfdən məhz həmin götürmə protokolları əsasında götürülmüş paltarlar barəsində verilmiş 09 avqust 2024-cü il tarixli məhkəmə-genetik ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs2 məxsus nə bıçaq, nə də paltarları üzərində Zərərçəkmiş şəxs aid qan nümunələrinin aşkar edilməməsini əsas götürərək sonuncuya bəraət verilməsini xahiş etməklə ziddiyyətli mövqedən çıxış etmişdir. Məhkəmə, yalnız məhkəmə iclasında tədqiq edilən və müqayisəli şəkildə qanuna müvafiq qaydada dindirilən təqsirləndirilən şəxs və şahid ifadələrini, ekspertiza rəylərini, xəsarətlərin yetirilmə lokalizasiyasını, hadisənin hər hansı motiv olmadan törədilməsini, təqsirləndirilən şəxslərin zərərçəkmiş şəxsə xəsarət yetirməsini dayandırma səbəblərini, hadisədən sonrakı davranışlarını, yəni hər iki təqsirləndirilən şəxsin özünə məxsus olan bıçağı gizlətmələri, qaçaraq gizlənmələri, tutulan anadək birgə olmaları kimi işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bir qrup şəxs halında Zərərçəkmiş şəxs xuliqanlıq niyyətilə qəsdən həyatdan məhrum etmiş və qanunsuz olaraq soyuq silah əldə etmiş və gəzdirmişlər. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.1-ci, 120.2.2-ci və 228.4-cü (Cinayət Məcəlləsinə 07 mart 2025-ci il tarixdə edilmiş dəyişikliklərə qədər qüvvədə olan) maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmələri tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən təsnifatına görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.1-ci və 120.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməli xüsusilə ağır, Cinayət Məcəlləsinin 228.4-cü maddəsində nəzərdə tutulan cinayət əməli böyük ictimai təhlükəli törətməyən cinayətlər kateqoriyasına daxildir. Qeyd olunan əməllər təqsirləndirilən şəxslər tərəfindən qəsdən törədilmişdir və başa çatmış cinayətlərdir. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.1-ci, 120.2.2-ci və 228.4-cü (Cinayət Məcəlləsinə 07 mart 2025-ci il tarixdə edilmiş dəyişikliklərə qədər qüvvədə olan) maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onların şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işi materiallarına əlavə edilmiş 03 sentyabr 2025-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi X2 Qismət Hümmət oğlu tərəfindən ona dəymiş ziyanın atası Qanuni nümayəndə1 tərəfindən tam ödənildiyini, Təqsirləndirilən şəxs1 ilə barışdığını, ona qarşı iddia, şikayət və tələbinin olmadığını, gələcəkdə də olmayacağını bildirmişdir. Cinayət işi materiallarına əlavə edilmiş 20 oktyabr 2025-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi X1 Elmidar Vahab oğlu tərəfindən ona dəymiş ziyanın atası Qanuni nümayəndə2 tərəfindən tam ödənildiyini, Təqsirləndirilən şəxs2 ilə barışdığını, ona qarşı iddia, şikayət və tələbinin olmadığını, gələcəkdə də olmayacağını bildirmişdir. Cəza təyin edərkən məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət törədərkən yetkinlik yaşına çatmamalarını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.2-ci, zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquq varisi ilə barışıq əldə etmələrini Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır və qiymətləndirir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.5-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə yetkinlik yaşına çatmayanlara on ildən çox olmayan müddətə təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrində göstərilən cəzanı yüngülləşdirən hallar olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinyət törədərkən yetkinlik yaşına çatmamaları, zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquq varisi ilə barışıq əldə etmələri kimi cəzasını yüngülləşdirən halların olması, barəsində cəzalarıını ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edir ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1-ci, 120.2.2-ci və 228.4-cü (Cinayət Məcəlləsinə 07 mart 2025-ci il tarixdə edilmiş dəyişikliklərə qədər qüvvədə olan) maddələri ilə həmin Məcəllənin 85.2-ci və 60–cı maddəsinin tələbləri nəzərə alınmaqla azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.4-cü maddəsinə əsasən ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş yetkinlik yaşına çatmayan oğlanlar cəzalarını ümumi rejimli tərbiyə müəssisələrində çəkirlər. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzanı ümumi rejimli tərbiyə müəssisəsində çəkməlidirlər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 26 iyun 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşlar (cild 1, iş vərəqi 57-58, 83-84), Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 iyun 2024-cü il tarixli qərarı ilə onların barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 26 iyun 2024-cü il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 267-270). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 26 iyun 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, cinayət işi üzrə maddi sübut olub, Bakı şəhəri Nəsimi rayon prokurorluğunun maddi sübutlar otağına saxlanılması üçün verilmiş 02 ədəd bıçaq, Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş tünd göy rəngli 01 cüt ayaqqabı, “Dolce Gabbana” markalı,üzrində kəmər olan 01 ədəd tünd göy rəngli cins şalvar, “Adidas” markalı, tibbi müdaxilə zamanı kəsilmiş 01 ədəd ağ rəngli, qısaqol köynək, 01 ədəd “Boxerland” markalı, boz rəngli Təqsirləndirilən şəxs1 haidsə zamanı əynində olmuş 01 ədəd “Fun Vien” markalı boz rəngli cins şalvar,01 ədəd “Gadironi” markalı, ağ rəngli uzunqol köynək, hadisədən sonra paltarını dəyişərək geyindiyi 01 ədəd “Thom Browni” markalı tünd yaşıl rəngli uzunqol köynək və 01 ədəd boz rəngli cins şalvar, Təqsirləndirilən şəxs2 hadisə zamanı əynində olmuş 01 ədəd göy rəngli cins şalvar, 01 ədəd qara rəngli qısaqol köynək, 01 ədəd salfet,4 və 5 nömrəli tamponlar, Zərərçəkmiş şəxs məxsus 01 ədəd tamponda qan nümunəsi məhv edilməli, 03 ədəd “İphone” markalı mobil telefonlar isə Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Zərərçəkmiş şəxs ailə üzvlərinə qaytarılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.17 və 346.1.21 ) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də mülki iddianın həlli və məhkəmə xərclərinin ödənilməsidir. İş materiallarından görünür ki, ölmüş zərərçəkmiş şəxsin hüquq varisi X10 tərəfindən qanunla müəyyən edilmiş qaydada mülki iddia verilmişdir. Mülki iddia ərizəsində o, 50.000 manat məbləğində maddi ziyan, 100000 manat məbləğində mənəvi ziyanın təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 tutularaq ona ödənilməsini xahiş etmişdir. Lakin öz çıxışında zərərçəkmiş şəxsin hüquq varisi həmin mülki iddiadan imtina etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 186.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia vermiş şəxs məhkəmə hökm çıxarmaq üçün müşavirə otağına gedənədək cinayət təqibi üzrə icraatın istənilən anında digər şəxslərin hüquqları və qanuni mənafeləri pozulmursa, iddiadan imtina etməyə haqlıdır. Həmin Məcəllənin 186.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən mülki iddiadan imtina edilməsinin qəbulu cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə icraata xitam verilməsinə səbəb olur və müvafiq şəxsləri cinayət mühakimə icraatında təkrar iddia vermək hüququndan məhrum edir. Odur ki, məhkəmə hesab edir ki, zərərçəkmiş şəxsin hüquq varisinin mülki iddiadan imtina etməsi əsası ilə mülki iddia üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Cinayət-Prosessual Məcəlləsinin 198.4-cü maddəsinə əsasən yetkinlik yaşına çatmamış şəxs məhkum olunarkən onun qanuni nümayəndələrinin bu şəxsin davranışına zəruri nəzarət həyata keçirilmədiyindən cinayətin törədilməsi sübuta yetirilərsə, məhkəmə məsrəflərinin ödənilməsi onların üzərinə qoyula bilər. Hazırki cinayətin təqsirləndirilən şəxslərin qanuni nümayəndələrinin bu şəxsin davranışına zəruri nəzarət həyata keçirilməməsi nəticəsində baş verməsi sübuta yetirilmədiyindən məhkəmə hesab edir ki, iş üzrə 89 (səksən doqquz) manat məbləğində ekspertiza xərci dövlət büdcəsinə aid edilməlidir (cild 2, iş vərəqə 196). Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmə zamanı onun hüquqları dövlət büdcəsi vəsaiti hesabına “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 28 aprel 2025-ci il tarixədək göstərilmiş xidmət müqabilində 6 manat, 28 aprel 2025-ci il tarixdən sonra 11 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə mərhələsində göstərilmiş 64 (24+40) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Müdafiəçi2 işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 584 (144+440) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.1-ci, 120.2.2-ci və 228.4-cü (Cinayət Məcəlləsinə 07 mart 2025-ci il tarixdə edilmiş dəyişikliklərə qədər qüvvədə olan) maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Cinayət Məcəlləsinin 120.2.1-ci, 120.2.2-ci maddələri ilə 7(yeddi) il 6(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 228.4-cü (Cinayət Məcəlləsinə 07 mart 2025-ci il tarixdə edilmiş dəyişikliklərə qədər qüvvədə olan) maddəsi ilə 6(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplanmaqla Təqsirləndirilən şəxs1 qəti olaraq 7(yeddi) il 9(doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsi müddətinin başlanğıcı 26 iyun 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə ümumi rejimli tərbiyə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.1-ci, 120.2.2-ci və 228.4-cü maddələri (Cinayət Məcəlləsinə 07 mart 2025-ci il tarixdə edilmiş dəyişikliklərə qədər qüvvədə olan) ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Cinayət Məcəlləsinin 120.2.1-ci, 120.2.2-ci maddələri ilə 7(yeddi) il 6(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 228.4-cü maddəsi (Cinayət Məcəlləsinə 07 mart 2025-ci il tarixdə edilmiş dəyişikliklərə qədər qüvvədə olan) ilə 6(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplanmaqla Təqsirləndirilən şəxs2 qəti olaraq 7(yeddi) il 9(doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsi müddətinin başlanğıcı 26 iyun 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli tərbiyə müəssisəsində çəksin. Zərərçəkmiş şəxsin hüquq varisi X10 tərəfindən verilmiş mülki iddiadan imtina etməsi ilə əlaqədar mülki iddia üzrə icraata xitam verilsin. İş üzrə maddi sübutlar: - Bakı şəhəri Nəsimi rayon prokurorluğunun maddi sübutlar otağına saxlanılması üçün verilmiş 02 ədəd bıçaq, Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş tünd göy rəngli 01 cüt ayaqqabı, “Dolce Gabbana” markalı,üzrində kəmər olan 01 ədəd tünd göy rəngli cins şalvar, “Adidas” markalı, tibbi müdaxilə zamanı kəsilmiş 01 ədəd ağ rəngli, qısaqol köynək, 01 ədəd “Boxerland” markalı, boz rəngli Təqsirləndirilən şəxs1 haidsə zamanı əynində olmuş 01 ədəd “Fun Vien” markalı boz rəngli cins şalvar,01 ədəd “Gadironi” markalı, ağ rəngli uzunqol köynək, hadisədən sonra paltarını dəyişərək geyindiyi 01 ədəd “Thom Browni” markalı tünd yaşıl rəngli uzunqol köynək və 01 ədəd boz rəngli cins şalvar, Təqsirləndirilən şəxs2 hadisə zamanı əynində olmuş 01 ədəd göy rəngli cins şalvar, 01 ədəd qara rəngli qısaqol köynək, 01 ədəd salfet,4 və 5 nömrəli tamponlar, Zərərçəkmiş şəxs məxsus 01 ədəd tamponda qan nümunəsi məhv edilsin; - Bakı şəhəri Nəsimi rayon prokurorluğunun maddi sübutlar otağına saxlanılması üçün verilmiş Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Zərərçəkmiş şəxs məxsus 03 ədəd “İphone” markalı mobil telefonlar onların ailə üzvlərinə qaytarılsın. 89 (səksən doqquz) manat məbləğində ekspertiza xərci dövlət büdcəsinə aid edilsin. Məhkəmə mərhələsində göstərilmiş 64 (altmış dörd) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Müdafiəçi2 işlədiyi “Mərkəz” Vəkil Bürosunun hesabına 584 (beş yüz səksən dörd) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 isə hökmün surətinin onlara verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Leyla Əsgərova-Məmmədova Rasim Sadıxov Novruz Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar