Məhkəmə qərarları › İş №1(101)-948/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-948/2020

09.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-948/2020 09.10.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Zeynal Qurban oğlu Ağayevin sədrliyi ilə, Hakimlər: X3 və Səbuhi Sabir oğlu Hüseynovdan ibarət tərkibdə, Məhəmməd Arif oğlu Kazımovun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Tərcüməçi: X2 iştirakı ilə, Təqsirləndirilən şəxs (xx xxxxxxxx 1969-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nizami rayonu T.Abbasov küçəsi, ev 4, mənzil 33 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3, 238.1 və 240.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə etmiş, daşımış və saxlamış, bundan başqa, narkotik vasitələrin və psixotrop maddələrin istehlakı üçün tiryəkxanalar təşkil etmiş, saxlamış, həmçinin, narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri satış məqsədi ilə qanunsuz əldə etmiş, saxlamış, daşımışdır. elə ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdən başlayaraq məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq kustar üsulla hazırlanmış ümumi təmiz çəkisi külli miqdarda olan 28,168 qram narkotik vasitə olan heroini, zavod üsulu ilə hazırlanmış ağ rangli dairəvi formalı ümumi təmiz çəkisi 0,08 qram olan 02 ədəd həb halında narkotik vasitə olan metadon, ümumi təmiz çəkisi 0,016 qram olan zavod üsulu ilə hazırlanmış 03 ədəd konvalyuda 16 ədəd həb halında olan psixotrop maddə fenazepam, təmiz çəkisi 0,01 qram olan zavod üsulu ilə hazırlanmış şəfaf rəngsiz maye halında narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə olan tropikamidi əldə edərək daşıyıb faktiki yaşadığı Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi 68 saylı yaşayış binasının 29 nömrəli mənzilində saxlamış, həmçinin, 2020-ci ilin mart ayının əvvəllərindən həmin mənzili narkotik vasitələr və psixotrop maddələrin istehlakı üçün elektron tərəzi, ampula və şprislər, falqadan və kağızdan hazırlanmış boru şəkilli əşyalar, damarın sıxılması üçün elastik rezin, xüsusi hazırlanmış lampa, tənzif, corab, şamlar, alışqanlar, paket kəsikləri və narkotik vasitələrin təsirini artırmaq üçün ona qatqı kimi istifadə etdikləri ağ rəngli xırda kristallardan ibarət limon duzu ilə təchiz etməklə, qanunsuz əldə etdiyi narkotik vasitə və psixotrop maddələri ayrı-ayrı bükümlərə bölərək, istehlakçıları üçün əlverişli və yararlı vəziyyətə gətirib tanışları Şahid7, Şahid8, Şahid9, Şahid10 və istintaqa məlum olmayan digər müştərilərin hər birindən 10 manat pul alaraq onlar üçün faktiki yaşadığı mənzildə narkotik vasitələr və psixotrop maddələrin istehlakı üçün tiryəkxanalar təşkil etmiş, bundan başqa, xx xxxxx 2020-ci il tarixdə qeyd olunan mənzildə satış məqsədi ilə qanunsuz əldə etməklə saxladığı 01 ədəd qırmızı qapaqlı, 1 ml həcmində şəffaf plastik qabda zavod üsulu ilə hazırlanmış şəffaf rəngsiz maye halında narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə hesab olunan 0,01 qram miqdarda tropikamidini pulunu sonra ödəmək şərti ilə Şahid10 satmış, barəsində daxil olmuş əməliyyat məlumatı əsasında xx xxxxx 2020-ci il tarixdə saat 17 radələrində Bakı şəhəri, Nizami Rayon Polis X1 Bölməsinin və 24-cü Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş birgə əməliyyat-axtarış tədbiri zamanı Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi 68 saylı yaşayış binasının qarşısında saxlanılaraq həmin binanın 29 nömrəli mənzilinə keçirilmiş baxış, şəxsi axtarış və götürmə zamanı mənzilin yataq otağındakı qoşa çarpayının üzərindən 01 ədəd sarı rəngli, üzərində «Kinder» sözü yazılmış qabın içərisində 01 ədəd bükümdə təmiz çəkisi 0,124 qram olan qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, çarpayının sağ yan hissəsində olan dolabın siyitməsindən 06 ədəd şəffaf polietilen bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 4,422 qram, 4,567 qram, 4,140 qram, 4,402 qram, 4,447 qram və 4,481 qram olan, ümumi təmiz çəkisi 26,459 qram qəhvəyi rəngli, toz şəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 ədəd 1ml-lik şprisdəki 0,3 ml həcmində, qəhvəyi rəngli maye heroin məhlulunda 0,02 qram narkotik vasitə heroin, çarpayının yanında yerləşən taxta oturacağın üzərindən 05 ədəd şəffaf polietilen bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,294 qram, 0,316 qram, 0,309 qram, 0,322 qram və 0,306 qram olan, ümumi təmiz çəkisi 1,547 qram qəhvəyi rəngli toz şəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroin, eləcə də onun özünün əynində olan qara rəngli şalvarının sol yan cibindən 01 ədəd gümüşü rəngli kağız parçasının içərisində təmiz çəkisi 0,018 qram tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, çarpayının sağ yan hissəsində olan dolabın siyirtməsindən hər bir həbdə 0,04 qram olmaqla zavod üsulu ilə hazırlanmış 02 ədəd, ümumi təmiz çəkisi 0,08 qram ağ rəngli, dairəvi formalı həb halında narkotik vasitə metadon, qoşa çarpayının üzərindən «Fenazepam» sözləri yazılmış bir həbdə 0,001 qram fenazepam olmaqla 3 ədəd konvalyuda, ağ rəngli, təsiredici maddəsinin ümumi miqdarı 0,016 qram olan zavod üsulu ilə hazırlanmış 16 ədəd həb halında psixotrop maddə fenazepam, həmin vaxt mənzildə olan Şahid10 satdığı və sonuncunun əynində olan tünd göy rəngli cins şalvarın sol arxa cibindən 01 ədəd qırmızı qapaqlı, 01 ml həcmində şəffaf plastik qabda zavod üsulu ilə hazırlanmış şəffaf rəngsiz maye halında narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə hesab olunan 0,01 qram miqdarda tropikamid, bundan başqa,yataq otağındakı masanın üzərində 3 ədəd ml.-lik istifadə olunmuş şpris, 1 ədəd «falqa» gümüşü kağız kəsiyi, 2 ədəd başıqırıq vəziyyətdə olan ampula, 1 ədəd sellofan paket kəsiyi, 1 yanı kustar üsulla deşilmiş lampa, 1 ədəd alışqan qırığı, 1 ədəd falqadan hazırlanmış boru şəkillim əşya, həmin otaqda qoşa çarpayı üzərində 5 ədəd istifadə olunmuş 1 ml.-lik şprislər, 1 ədəd paketdən 1 ml.-lik şpris, 6 ədəd 1 ml.-lik şprislər, 1 ədəd şpris iynəsi, 1 ədəd 2 ml.-lik şpris, televizor altlığında 1 ədəd «falqa» rulonu, 2 ədəd (biri istifadə olunmuş) sistem iynələri, 1 ədəd sellofanda 1 ədəd ampula qırığı, 1 ədəd 2 ml.-lik şpris, televizorun yanında yerləşən dolabın üzərindən 1 ədəd damarın sıxılması üçün elastik rezin, 1 ədəd üzərində «Meçta Xozyayki» yazısı olan içərisində ağ rəngli xırda kristallardan ibarət maddə kütləsi olan limon duzu, dolabın içərisindən 3 ədəd şpris, çarpayının yanında yerləşən taxta oturacağın üzərindən 1 ədəd elektron tərəzi, çarpayıdan pencərəyə doğru sağ tərəfdə yerləşən dolabdan 1 ədəd kağızdan düzəldilmiş başı yanmış vəziyyətdə olan boru şəkilli əşya və yataq otağındakı qatlanan çarpayının üzərində 1 ədəd şpris və başlığı aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Şahid9, Şahid10 və Şahid8 tutulmamışdan təxminən 20 gün əvvəl, Şahid7 isə 10 il olar ki, tanıyır. Onun həmin şəxslərlə normal münasibəti olmuşdur. Renat, Paşa, Rəhim onun yaşadığı mənzilə gələrək narkotik vasitəni hazırlamaqla inyeksiya yolu ilə damara vuraraq istifadə etmişlər və hətta onun yaşadığı mənzildə bir neçə dəfə gecələmişlər. Onun istifadə etdiyi kakos kimi bilinən narkotik vasitəni ona Paşa istifadə etməsi vermişdir. Bunun qarşılığında Paşa onun evində həm narkotik vasitə istifadə edir, həm də gətirdiyi narkotik vasitələri Renat vasitəsi ilə digər şəxslərə satırmış. O özü heç zaman narkotik vasitələrin satışıyla məşğul olmamışdır. Həmçinin o heç zaman narkotik vasitə olan heroindən istifadə etməmişdir. O yalnız kakos kimi bilinən narkotik vasitədən istifadə etmişdir. Onun mənzilindən aşkar edilən narkotik vasitələr Paşaya məxsus olmuşdur. Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi ifadə ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyət olduğu üçün onun ibtidai araşdırma zamanı verdiyi ifadələri məhkəmədə elan olunmuşdur. O həmin ifadəsində ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, 1 ildir narkotik vasitələrdən istifadə etsə də, yaxalanmamışdan 1 ay əvvəldən narkotik vasitə kimi bildiyi heroini damara vurmaqla istifadə edir. Tanışları Şahid9, Şahid10 və Şahid8 tutulmamışdan təxminən 20 gün əvvəl, Şahid7 isə 10 il olar ki, tanıyır, onlarla normal münasibətləri olmuşdur. Onun faktiki yaşadığı Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, ev 68 mənzil 29-da narkotik vasitənin inyeksiya yolu ilə damara vurulması üçün hər bir şərait, yəni ona məxsus olaraq damarın sıxılması üçün «Jqut», şpris, narkotik vasitə heroinin qaynadılması üçün ampulalar, xüsusi lampa, şam, və digər bunun üçün lazım olan belə əşyalar, həmçinin vasitə və maddələrin çəkilməsi üçün elektron tərəzi olmuşdur. O, həmin əşyalardan istifadə etməklə narkotik vasitəni hazırlamaqla inyeksiya yolu ilə damara vurmuşdur. Həmçinin, mənzildə yaratdığı şəraitdən istifadə edərək tanışları Renat, Paşa, Rəhim, Adil və ya tanımadığı digər şəxslər yaşadığı mənzildə narkotik vasitəni hazırlamaqla inyeksiya yolu ilə damara vurmuşlar, hətta onlar onun yaşadığı mənzildə gecələmişlər. Bundan başqa, onlar psixotrop maddələrdən də istifadə etmişlər. Onların istifadə etdikləri narkotik vasitəni Paşa təmənnasız gətirmişdir. Bunun qarşılığında Paşa onun mənzilində həm narkotik vasitədən istifadə etmiş, həm də gətirdiyi narkotik vasitələri Renat vasitəsi ilə satmışdır. Narkotik vasitənin istifadəsi üçün lazım olunan şprislər və sair əşyaları o, müxtəlif apteklərdən almışdır. Narkotik vasitələr, psixotrop maddə və güclü təsir edən maddəni Paşanın kimdən, hansı qiymətə aldığını bilmir. Ona lazım olanda özü də “Papanin” adlanan ərazidən tanımadığı şəxslərdən muxtəlif qiymətlərə narkotik vasitələr, psixotrop maddə və güclü təsir edən maddə alıb istifadə etmişdir. Hazırda bu barədə dəqiqliyi ilə göstərə bilmir, çünki xatırlaya bilmir ki, kimdən nəyi hansı qiymətə almışdır. Ona narkotik vasitə, psixotrop və güclü təsir edən maddələri satan şəxslərin anket məlumatlarını, ünvanlarını və telefonlarını bilmir, onları aldığı ünvanları göstərə bilmir, çünki bunları xatırlamır. Həmin narkotik vasitə və psixotrop maddələr təxminən xx xxxx 2020-ci il tarixdən başlayaraq alıb yaşadığı ünvana gətirmişdir. O, ifşa olunaraq yaxalandığı mənzildə xx xxxx 2020-ci il tarixdən narkotik vasitələri və psixotrop maddələrin istehlakı üçün tiyəkxana təşkil edərək saxlamışdır. Bu işdə ona başqa heç bir şəxsin köməyi olmamış, əksinə o, tutulmasından qorxaraq mənzilində tiryəkxana təşkil etməyini ailə üzvlərindən, qonşularından və tanışlarından gizlətmişdir. Belə olmuşdur ki, mənzilinə gələrək ona müraciət etmiş tanımadığı şəxslərə və Adilə narkotik vasitələr və psixotrop maddə satmışdır. Hər dəfə çəkisinə və növünə uyğun muxtəlif qiymətlərə satmışdır. Hazırda bu barədə dəqiqliyi ilə göstərə bilmir, çünki xatırlamır. Mənzilinə gələnlərin də anket məlumatları və adlarını xatırlamır. Onun mənzilinə bir çox şəxslər gəlmişlər, belə olurmuş ki, onlar ondan narkotik vasitələr alıb yaratdığı şəraitdə onlardan yerində də istifadə edirmişlər. Buna görə həmin şəxslərin hər birindən o, 10 manat pul almamış, bu barədə Paşa, Rəhim və digərlərinin ifadələrini təsdiq etmir. xx xxxxx 2020-ci il tarixdə onun yazılı razılığına əsasən mənzilində baxış, şəxsi axtarış və götürmə keçirilərkən həqiqətən də narkotik vasitələr, psixotrop maddə və güclü təsir edən maddədən başqa bir neçə mobil telefonlar və digər əşyalar götürülmüşdür. Bu əşyalardan bir qismi mənzilində onun və digər şəxslərin narkotik vasitələr, psixotrop maddə və güclü təsir edən maddədən istifadəsi üçün hazırlanmış əşyalardır, bir qismi isə bütün mənzillərdə olan məişət əşyalarıdırlar. Təqsirləndirilən şəxs əvvəlki ifadələri ilə məhkəmədə verdiyi ifadələr arasında ziddiyyəti izah edərək bildirmişdir ki, hazırda məhkəmədə verdiyi ifadələr düzgündür. İbtidai istintaq zamanı verdiyi ifadələri müstəntiq tərəfindən yazılmışdır, o da oxumadan imzalamışdır. Məhkəmədə şahid qismində ifadə vermiş sahə rəisi Şahid5 ifadəsində göstərmişdir ki, onun tərəfindən R.Rüstəmov küçəsi 68 ünvanında profilaktik söhbətlər aparılan zaman, Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi 68 saylı binanın sakinləri ona şikayətlənib bildirmişlər ki, həmin evin 29 saylı mənzilində yaşayan “İqor” adlı bina sakininin yanına mütamadi olaraq xarici görnüşlərindən narkomana bənzəyən kişi cinsli şəxslər gəlib gedirlər və binanın sakinləri İqorun bu əməllərindən bərk narahtçılıq keçirirlər, ona görə də o, bu barədə 24-cü PŞ-nə raportla müraciət etmişdir. Eləcə də xx xxxxx 2020-ci il tarixdə İqor adlı şəxsin Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, ev 68 mənzil 29 ünvanında qanusuz olaraq narkotik vasitələrin əldə edib saxlaması və satması, həmin mənzildə tiryəkxana təşkil etməsi barədə əməliyyat aparatına əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı əməliyatçılar tərəfindən müvafiq raportlarla və əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərarla rəsmiləşdirilərək bu barədə şöbə rəhbərliyi vasitəsi ilə İdarə rəhbəliyinə məruzə edilmişdir. Həmin məlumat işlənərkən İqor adlı şəxsin Təqsirləndirilən şəxs olması və yuxarıda qeyd edilən mənzildə bir-neçə şübhəli şəxslər olmaqla narkotik vasitələrin və psixotrop maddələrin istehlakı üçün tiyəkxananın təşkil olunaraq fəaliyyət göstərməsi müəyyən edilmişdir. Odur ki, əməliyyat tədbirinin keçirilməsi üçün İdarənin rəhbərliyi tərəfindən əməliyyat qrupuna Nizami RPİ-nin NMB-nin əməkdaşları da daxil edilmişdir. xx xxxxx 2020-ci il tarixdə onlar Təqsirləndirilən şəxs faktiki yaşadığı Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, ev 68 mənzil 29 ünvanına gələrək, onun özünü ünvanın 2-ci giriş qapısında görüb saxlamışlar və yazdığı razılıq ərizəsinə əsasən, dəvət olunmuş tərcüməçi və hal şahidlərinin iştirakları ilə saat 17:30-dan saat 18:30-dək həmin mənzilə baxış keçirərək orada olan şəxslərin üzərində şəxsi axtarış aparmışlar və aşkar edilmiş maddi sübutları qablaşdırıb, protokol tərtib edilməklə götürmüşlər. Baxış, şəxsi axtarış və götürmə keçirilməzdən əvvəl iştirakçıların hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra, keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi 68 saylı evin 29 saylı mənzil binanın 2-ci girişinin beşinci mərtəbəsində yerləşir. Dəvət olunmuş hal şahidlərinin iştirakları ilə Təqsirləndirilən şəxs Barisoviçin təklifinə əsasən mənzilə daxil olmuşlar, mənzilin 1 otaqlı səliqəsiz vəziyyətdə olması müəyyən edilmişdir. O cümlədən, mənzilin yataq otağında 4 nəfər kişi cinsli şəxslərin də olması müəyyən edilmişdir. Həmin şəxslərə özlərini təqdim edərək polis əməkdaşları və iki nəfər şəxsin isə hal şahidi olmalarını bildirdikdən sonra, həmin şəxslərə özlərini təqdim etmələri təklif olunmuşdur. Həmin şəxslər özlərini təqdim etdikdə Şahid8, Şahid9 Muradxan oğlu, Şahid10 və Şahid7 olduqları müəyyən edilmişdir. Bundan sonra, həmin şəxslərə də mənzildə baxış, onların üzərlərinə şəxsi axtarış aparılacağı və aşkar oluna biləcək hər hansı bir qanunsuz əşyaların götürüləcəyi elan edilmişdir. Həmin şəxslər etiraz etmədiklərini bildirmişlər. Baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs Barisoviçə mənzildə hər hansı bir qanunsuz əşya, narkotik vasitə və ya odlu silah varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs mənzildə heç bir qanunsuz əşya olmadığını bildirmişdir. Bundan sonra baxış mənzilin giriş qapısından sonra yerləşən dəhlizdə keçirilmiş, dəhlizdə heç bir qanunsuz əşya müəyyən edilməmişdir. Daha sonra mənzilin yataq otağına keçərək baxış davam etdirilmişdir. Baxış zamanı yataq otağındakı masanın üzərində 1 ədəd «LG» markalı, 2 ədəd «Nokia» markalı, 1 ədəd «Fly» markalı, 1 ədəd «Jinga» markalı, 1 ədəd «Samsung» markalı mobil telefon aparatları, 3 ədəd istifadə olunmuş şpris, 1 ədəd «falqa» gümüşü kağız kəsiyi, 2 ədəd başı qırıq vəziyyətdə olan ampula, 1 ədəd alışqan, 1 ədəd sellofan paket kəsiyi, 2 ədəd «e-manat» qəbzlərinə bükülmüş 1 ədəd bükümdə tünd qəhvəyi rəngli maddə, 1 ədəd kitabça, 1 yanı kustar üsulla deşilmiş lampa, 1 ədəd alışqan qırığı, 1 ədəd «falqa»dan hazırlanmış trubka, divar təqvimi, 1 ədəd kağız sürtgəc qırığı aşkar edilərək qablaşdırılmaqla götürülmüşdür. Daha sonra baxış davam etdirilərək həmin otaqda qoşa çarpayı üzərində 2 ədəd «Samsung» markalı mobil telefon aparatları, 5 ədəd istifadə olunmuş 1 ml.-lik şprislər, 1 ədəd telefon qovluğu, 1 ədəd istifadə olunmuş və 1 ədəd bağlı istifadə olunmamış qablaşdırılmış vəziyyətdə tənzif, 1 ədəd istifadə olunmamış əlcək, 1 ədəd "Privacy" markalı ətir, 1 ədəd sarı rəngli «Kinder» şokoladının oyuncaq qabının içərisində bir bükümdə tünd qəhvəyi rəngli maddə, «falqa» kəsiyi, üzərində «Levis» yazısı olan sellofanda 1 ədəd corab kəsiyi, 1 ədəd elastik bint, 1 ədəd paketdən 1 ml.-lik şpris, 3 ədəd konvalyutda 16 ədəd «Fenazepam» həbləri, 1 ədəd istifadə olunmamış əlcək aşkar edilərək qablaşdırılmaqla götürülmüşdür. Daha sonra çarpayının sağ yan hissəsində olan dolabcanın üzərinə baxış keçirilərkən üzərindən 3 ədəd 10 qəpiklik və 1 ədəd 20 qəpiklik olmaqla 50 qəpik pul, dolabcanın siyirməsində 1 ədəd tənzif parçası, 6 ədəd (3-də maye olmaqla) 1 ml.-lik şprislər, 1 ədəd göy rəngli qutuda 6 ədəd sellofan kəsiyinə ayrı-ayrılıqda bükülmüş qəhvəyi maddələr, 1 ədəd sellofan kəsiyinə bükülmüş 2 ədəd ağ rəngli həblər, Təqsirləndirilən şəxs deməsinə əsasən «metadon» psixotrop maddəsi, 1 ədəd «KES-MH Series» elektron tərəzi qutusu, 9 ədəd «Prima» markalı siqaretlər, 3 ədəd müxtəlif markalı kişi qol saatları, 1 ədəd «Oksen forte» həbi, 4 ədəd biri qırıq vəziyyətdə olmaqla alışqanlar, 1 ədəd şpris iynəsi, 1 ədəd 2 ml.-lik şpris aşkar edilərək qablaşdırılmaqla götürülmüşdür. Baxış davam etdirilərək otaqda olan televizor altlığında 1 ədəd «falqa» rulonu, 2 ədəd (biri istifadə olunmuş) sistem iynələri, 1 ədəd qara rəngli pul kisəsinin içərisində 26 ədəd həşarat dərmanları, 1 ədəd sellofanda 1 ədəd ampula qırığı, 1 ədəd 2 ml.-lik şpris, 3 ədəd sellofan bükümləri, 1 ədəd «falqa» kəsiyi aşkar olunaraq qablaşdırılmaqla götürülmüşdür. Baxışı davam etdirdikdə televizorun yanında yerləşən dolabın üzərindən 1 ədəd damarın sıxılması üçün elastik rezin, 1 ədəd üzərində «Meçta Xozyayki» yazısı olan içərisində ağ rəngli maddə olan şüşə balon, dolabın içərisindən 3 ədəd şpris, üzərində yazı nümunəsi olan 2 vərəq kağız, çarpayının yanında yerləşən taxta oturacağın üzərindən 1 ədəd elektron tərəzi, 1 ədəd «Kent» markalı siqaretin boş qutusu, 1 ədəd kiçik ölçülü qayçı, 2 ədəd sellofan kəsiyindəki bağlamada sarı rəngli həblər, 5 ədəd sellofan bükümündə qəhvəyi rəngli maddələr, 8 ədəd sellofan kəsikləri, 1 ədəd içində düyü dənələri qarışdırılmış və yaşıl rəngli kristallar olan ağ rəngli toz şəkilli maddə, 1 ədəd içərisində şam ərintisi olan külqabı və 1 ədəd istifadə olunmuş şam aşkar olunaraq qablaşdırılmaqla götürülmüşdür. Daha sonra çarpayıdan pencərəyə doğru sağ tərəfdə yerləşən dolabdan 1 ədəd kağızdan düzəldilmiş başı yanmış vəziyyətdə olan trubka, bir ədəd kağız parçasında sarımtıl-qəhvəyi rəngli ərinti hissəsi aşkar edilərək qablaşdırılmaqla götürülmüşdür. Daha sonra sol hissədə yerləşən dolabdan 1 ədəd kibrit qutusunda 13 ədəd sarı rəngli həblər, 20 ədəd “pantidin-akos” həbləri, yataq otağındakı qatlanan çarpayının üzərində 1 ədəd istifadə olunmuş əlcək, 1 ədəd «Katel» markalı mobil telefon aparatı, 2 ədəd alışqan, 1 ədəd şpris və başlığı aşkar edilərək qablaşdırılmaqla götürülmüşdür. Daha sonra mənzilin mətbəx otağına keçirilən baxış zamanı mətbəx mebelindən 1 ədəd içi yarı boşaldılmış siqaret sellofan paketə yerləşdirilməklə qablaşdırılıb götürülmüşdür. Baxış zamanı başqa hər hansı bir qanunsuz əşyanın olması müəyyən edilməmişdir. Daha sonra, evdə olan Şahid7 üzərində qanunsuz əşya varsa onu təqdim etməsi təklif olunmuşdur. Şahid7 üzərində heç bir qanunsuz əşya olmadığını bildirmişdir. Bundan sonra Şahid7 üzərində şəxsi axtarış aparılacağı elan olunmuş, Şahid7 heç bir etiraz etməmiş və onun üzərinə şəxsi axtarış keçirilərkən heç bir qanunsuz əşya aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya varsa onu təqdim etməsi təklif olunmuşdur, Təqsirləndirilən şəxs üzərində heç bir qanunsuz əşya olmadığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağı elan olunmuş, Təqsirləndirilən şəxs heç bir etiraz etməmiş və sonuncunun üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli şalvarının sol yan cibindən 1 ədəd kağız kəsiyində tünd rəngli kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin kağız kəsiyində olan maddənin həşiş qətranı olmasını bildirmişdir. Aşkar edilmiş büküm tərəfimizdən qablaşdırılmaqla götürülmüşdür. Daha sonra Şahid8 üzərində qanunsuz əşya varsa onu təqdim etməsi təklif olunmuş, Şahid8 üzərində heç bir qanunsuz əşya olmadığını bildirmişdir. Bundan sonra Şahid8 üzərində şəxsi axtarış aparılacağı elan olunmuş, Şahid8 heç bir etiraz etməmiş və onun üzərinə şəxsi axtarış keçirilərkən heç bir qanunsuz əşya aşkar edilməmişdir. Bundan başqa, Şahid9 Muradxan oğluna üzərində qanunsuz əşya varsa onu təqdim etməsi təklif olunmuşdur, Şahid9 üzərində heç bir qanunsuz əşya olmadığını bildirmişdir. Şahid9 üzərində şəxsi axtarış aparılacağı elan olunmuş, Şahid9 heç bir etiraz etməmiş və onun üzərinə şəxsi axtarış keçirilərkən heç bir qanunsuz əşya aşkar edilməmişdir. Bundan başqa, Şahid10 üzərində qanunsuz əşya varsa onu təqdim etməsi təklif olunmuşdur. Şahid10 üzərində heç bir qanunsuz əşya olmadığını bildirmişdir. Bundan sonra Şahid10 üzərində şəxsi axtarış aparılacağı elan olunmuş, Şahid10 heç bir etiraz etməmiş və sonuncunun üzərinə şəxsi axtarış keçirilərkən əynində olan tünd göy rəngli cins şalvarının sol arxa cibindən 1 ədəd şəffaf plastik qabda başı qırmızı rəngli içərisində maye olan qab aşkar olunmuşdur. Şahid10 həmin maddəni Təqsirləndirilən şəxs almasını bildirmişdir. Baxış keçirilməsi, şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi zamanı fotoçəkilişdən istifadə olunmuşdur. Aşkar olunmuş maddi sübutlar müvafiq qaydada qablaşdırılmış və götürülmüş, qeydlər əsasında protokol Nizami RPİ-nin 24-cü PŞ-nin baş təhqiqatçısı, polis mayoru Ramil Mehdiyev tərəfimdən Nizami RPİ-nin 24-cü PŞ-nin inzibati binasındakı xidməti iş otağıda xidməti «Acer» markalı kompüter vasitəsi ilə tərtib edilməklə «Canon» markalı printer vasitəsi ilə çap edilmişdir, iştirakçılar tərəfindən imza edilmişdir. Tərəfindən aparılmış profilaktik söhbətlərlə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi 68 saylı evin 29 saylı mənzilində narkotik vasitələri bir bükümünü 20 manata satmaqla, həmin evdə narkotik vasitə vurulmasına şərait yaratmış və buna görə müştərilərindən yer haqqı kimi 10 manat pul almışdır. Beləliklə Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri əldə edib saxlaması və satması, həmin mənzildə tiryəkxana təşkil etməsi müəyyən edilmişdir. Keçirilmiş tədbir zamanı da həmin məlumatlar təsdiq olunaraq Təqsirləndirilən şəxs cinayət başında ifşa olunmuşdur. Təqsirləndirilən şəxs və onun mənzilində olmuş Şahid10, Şahid7, Şahid8, Şahid9 törətdikləri digər cinayət əməlləri barədə başqa məlumatlar daxil olmamışdır. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2, Şahid1, Şahid3 və Şahid4 ifadələrində Şahid5 ifadəsindəki xüsusatları təsdiq etmişlər. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid12 ifadəsində bildirmişdir ki, xx xxxxx 2020ci il tarixdə saat 17 radələrində yaşadığı mənzilə gedərkən evinin yanında polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmişlər və bir nəfər şəxsin mənzilində qanunsuz olaraq narkotik vasitə istifadə etməsi və satmasında, həmin mənzildə tiryəkxana saxlamasında şübhəli olduğu üçün bu mənzilə baxış, şəxs axtarış və götürmə keçirilərkən onun hal şahidi kimi iştirak etməyini xahiş etmişlər. O, buna etiraz etməmiş, bundan sonra qeyd olunan binanın qarşısına çatdıqda polis əməkdaşları orada dayanmış Nizami rayonu R.Rüstəmov küçəsi 68 mənzil 29 ünvanda yaşayan qonşusu Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etmişlər. Polis əməkdaşları İqor Borisoviçə qanusuz olaraq narkotik vasitələrin əldə edib saxlaması və satması, mənzilində tiryəkxana təşkil etməsi barədə məlumat daxil olduğunu bildirərək onun yaşadığı mənzilə baxış, şəxsi axtarış və götürmə keçiriləcəyini bildirmişlər. İqor Borisoviç etiraz etməmişdir və bu barədə yazılı ərizə vermişdir. O, digər hal şahidi, tərcüməçi və polis əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı Nizami rayonu R.Rüstəmov küçəsi ev 68 mənzil 29 ünvana qalxmışlar. İqor mənzilin giriş qapısını açmışdır və onlar mənzilə daxil olmuşlar. Həmin vaxt mənzildə 4 nəfər tanımadığı şəxslərin olması müəyyən edilmişdir. Baxış və şəxsi axtarış tədbiri zamanı ona məlum olmuşdur ki, həmin şəxslər Şahid9, Şahid10, Şahid8 və Şahid7durlar. Polis əməkdaşları özlərini təqdim edərək polis əməkdaşları olmalarını, onların isə hal şahidləri olduğunu bildirərək evə baxış və üzərlərinə şəxsi axtarış aparılacağını bildirmişlər. Bundan sonra polis əməkdaşları tərəfindən hal şahidlərinin hüquq və vəzifələri izah olunmuş və iştirakları ilə baxış, şəxsi axtarış və götürmə keçirilmişdir. Bundan başqa baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs Barisoviçə mənzildə hər hansı bir qanunsuz əşya, narkotik vasitə və ya odlu silah varsa təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs mənzildə heç bir qanunsuz əşya olmadığını bildirmişdir. Bundan sonra baxış mənzilin giriş qapısından sonra yerləşən dəhlizdə keçirilmiş, dəhlizdə heç bir qanunsuz əşya müəyyən edilməmişdir. Daha sonra mənzilin yataq otağına keçərək baxış davam etdirilmişdir. Baxış zamanı yataq otağındakı masanın üzərində 1 ədəd «LG» markalı, 2 ədəd «Nokia» markalı, 1 ədəd «Fly» markalı, 1 ədəd «Jinga» markalı, 1 ədəd «Samsung» markalı mobil telefon aparatları, 3 ədəd ml.-lik istifadə olunmuş şpris, 1 ədəd «falqa» gümüşü kağız kəsiyi, 2 ədəd başıqırıq vəziyyətdə olan ampula, 1 ədəd alışqan, 1 ədəd sellofan paket kəsiyi, 2 ədəd «e-manat» qəbzlərinə bükülmüş 1 ədəd bükümdə tünd qəhvəyi rəngli maddə, 1 ədəd kitabça, 1 yanı kustar üsulla deşilmiş lampa, 1 ədəd alışqan qırığı, 1 ədəd «falqa»dan hazırlanmış trubka, divar təqvimi, 1 ədəd kağız sürtgəc qırığı aşkar edilərək qablaşdırılmaqla götürülmüşdür. Daha sonra baxış davam etdirilərək həmin otaqda qoşa çarpayı üzərində 2 ədəd «Samsung» markalı mobil telefon aparatları, 5 ədəd istifadə olunmuş 1 ml.-lik şprislər, 1 ədəd telefon qovluğu, 1 ədəd istifadə olunmuş və 1 ədəd bağlı istifadə olunmamış qablaşdırılmış vəziyyətdə tənzif, 1 ədəd istifadə olunmamış əlcək, 1 ədəd "Privacy" markalı ətir, 1 ədəd sarı rəngli «Kinder» şokoladının oyuncaq qabının içərisində bir bükümdə tünd qəhvəyi rəngli maddə, «falqa» kəsiyi, üzərində «Levis» yazısı olan sellofanda 1 ədəd corab kəsiyi, 1 ədəd elastik bint, 1 ədəd paketdən 1 ml.-lik şpris, 3 ədəd konvalyutda 16 ədəd «Fenazepam» həbləri, 1 ədəd istifadə olunmamış əlcək aşkar edilərək qablaşdırılmaqla götürülmüşdür. Daha sonra çarpayının sağ yan hissəsində olan dolabcanın üzərinə baxış keçirilərkən üzərindən 3 ədəd 10 qəpiklik və 1 ədəd 20 qəpiklik olmaqla 50 qəpik pul, dolabcanın siyirməsində 1 ədəd tənzif parçası, 6 ədəd (3-də maye olmaqla) 1 ml.-lik şprislər, 1 ədəd göy rəngli qutuda 6 ədəd sellofan kəsiyinə ayrı-ayrılıqda bükülmüş qəhvəyi maddələr, 1 ədəd sellofan kəsiyinə bükülmüş 2 ədəd ağ rəngli həblər, Təqsirləndirilən şəxs deməsinə əsasən «metadon» psixotrop maddəsi, 1 ədəd «KES-MH Series» elektron tərəzi qutusu, 9 ədəd «Prima» markalı siqaretlər, 3 ədəd müxtəlif markalı kişi qol saatları, 1 ədəd «Oksen forte» həbi, 4 ədəd biri qırıq vəziyyətdə olmaqla alışqanlar, 1 ədəd şpris iynəsi, 1 ədəd 2 ml.-lik şpris aşkar edilərək qablaşdırılmaqla götürülmüşdür. Baxış davam etdirilərək otaqda olan televizor altlığında 1 ədəd «falqa» rulonu, 2 ədəd (biri istifadə olunmuş) sistem iynələri, 1 ədəd qara rəngli pul kisəsinin içərisində 26 ədəd həşarat dərmanları, 1 ədəd sellofanda 1 ədəd ampula qırığı, 1 ədəd 2 ml.-lik şpris, 3 ədəd sellofan bükümləri, 1 ədəd «falqa» kəsiyi aşkar olunaraq qablaşdırılmaqla götürülmüşdür. Baxışı davam etdirdikdə televizorun yanında yerləşən dolabın üzərindən 1 ədəd damarın sıxılması üçün elastik rezin, 1 ədəd üzərində «Meçta Xozyayki» yazısı olan içərisində ağ rəngli maddə olan şüşə balon, dolabın içərisindən 3 ədəd şpris, üzərində yazı nümunəsi olan 2 vərəq kağız, çarpayının yanında yerləşən taxta oturacağın üzərindən 1 ədəd elektron tərəzi, 1 ədəd «Kent» markalı siqaretin boş qutusu, 1 ədəd kiçik ölçülü qayçı, 2 ədəd sellofan kəsiyindəki bağlamada sarı rəngli həblər, 5 ədəd sellofan bükümündə qəhvəyi rəngli maddələr, 8 ədəd sellofan kəsikləri, 1 ədəd içində düyü dənələri qarışdırılmış və yaşıl rəngli kristallar olan ağ rəngli toz şəkilli maddə, 1 ədəd içərisində şam ərintisi olan külqabı və 1 ədəd istifadə olunmuş şam aşkar olunaraq qablaşdırılmaqla götürülmüşdür. Daha sonra çarpayıdan pencərəyə doğru sağ tərəfdə yerləşən dolabdan 1 ədəd kağızdan düzəldilmiş başı yanmış vəziyyətdə olan trubka, bir ədəd kağız parçasında sarımtıl-qəhvəyi rəngli ərinti hissəsi aşkar edilərək qablaşdırılmaqla götürülmüşdür. Daha sonra sol hissədə yerləşən dolabdan 1 ədəd kibrit qutusunda 13 ədəd sarı rəngli həblər, 20 ədəd “pantidin-akos” həbləri, yataq otağındakı qatlanan çarpayının üzərində 1 ədəd istifadə olunmuş əlcək, 1 ədəd «Katel» markalı mobil telefon aparatı, 2 ədəd alışqan, 1 ədəd şpris və başlığı aşkar edilərək qablaşdırılmaqla götürülmüşdür. Daha sonra mənzilin mətbəx otağına keçirilən baxış zamanı mətbəx mebelindən 1 ədəd içi yarı boşaldılmış siqaret sellofan paketə yerləşdirilməklə qablaşdırılıb götürülmüşdür. Baxış zamanı başqa hər hansı bir qanunsuz əşyanın olması müəyyən edilməmişdir. Daha sonra evdə olan Şahid7 üzərində qanunsuz əşya varsa onu təqdim etməsi təklif olunmuşdur. Şahid7 üzərində heç bir qanunsuz əşya olmadığını bildirmişdir. Bundan sonra Şahid7 üzərində şəxsi axtarış aparılacağı elan olunmuş, Şahid7 heç bir etiraz etməmiş və sonuncunun üzərinə şəxsi axtarış keçirilərkən heç bir qanunsuz əşya aşkar edilməmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya varsa onu təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs üzərində heç bir qanunsuz əşya olmadığını bildirmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağı elan olunmuş, Təqsirləndirilən şəxs heç bir etiraz etməmiş və sonuncunun üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli şalvarının sol yan cibindən 1 ədəd kağız kəsiyində tünd rəngli kütlə aşkar edilmişdir, Təqsirləndirilən şəxs həmin kağız kəsiyində olan maddənin həşiş qətranı olmasını bildirmişdir. Aşkar edilmiş büküm qablaşdırılmaqla götürülmüşdür. Daha sonra Şahid8 üzərində qanunsuz əşya varsa onu təqdim etməsi təklif olunmuş, Şahid8 üzərində heç bir qanunsuz əşya olmadığını bildirmişdir. Bundan sonra Şahid8 üzərində şəxsi axtarış aparılacağı elan olunmuş, Şahid8 heç bir etiraz etməmiş və onun üzərinə şəxsi axtarış keçirilərkən heç bir qanunsuz əşya aşkar edilməmişdir. Bundan başqa, Şahid9 Muradxan oğluna üzərində qanunsuz əşya varsa onu təqdim etməsi təklif olunmuş, Şahid9 üzərində heç bir qanunsuz əşya olmadığını bildirmişdir. Bundan sonra, Şahid9 üzərində şəxsi axtarış aparılacağı elan olunmuş, Şahid9 heç bir etiraz etməmiş və sonuncunun üzərinə şəxsi axtarış keçirilərkən heç bir qanunsuz əşya aşkar edilməmişdir. Bundan başqa, Şahid10 üzərində qanunsuz əşya varsa onu təqdim etməsi təklif olunmuş, Şahid10 üzərində heç bir qanunsuz əşya olmadığını bildirmişdir. Bundan sonra, Şahid10 üzərində şəxsi axtarış aparılacağı elan olunmuş, Şahid10 heç bir etiraz etməmiş və onun üzərinə şəxsi axtarış keçirilərkən əynində olan tünd göy rəngli cins şalvarının sol arxa cibindən 1 ədəd şəffaf plastik qabda başı qırmızı rəngli içərisində maye olan qab aşkar olunmuşdur. Şahid10 həmin maddəni Təqsirləndirilən şəxs almasını bildirmişdir. Baxış keçirilməsi, şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi zamanı fotoçəkilişdən istifadə olunmuşdur. Aşkar olunmuş maddi sübutlar müvafiq qaydada qablaşdırılmış, götürülmüş qeydlər əsasında protokol Nizami RPİ-nin 24-cü PŞ-nin baş təhqiqatçısı, polis mayoru Ramil Mehdiyev tərəfimdən Nizami RPİ-nin 24-cü PŞ-nin inzibati binasındakı xidməti iş otağıda xidməti «Acer» markalı kompüter vasitəsi ilə tərtib edilməklə «Canon» markalı printer vasitəsi ilə çap edilmiş, iştirakçılar, o cümlədən onun tərəfindən imza edilmişdir. Baxış, şəxsi axtarış və götürmə zamanı polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs, Şahid9, Şahid10, Şahid8 və Şahid7 qarşı hər hansı bir qanunsuz hərəkətlərə və ya təsirə yol verilməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə elan olunmuş Şahid11 ifadəsində Şahid12 ifadəsindəki xüsusatları təsdiq etmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid16 ifadəsində bildirmişdir ki,o, Bakı şəhəri, Nizami rayonu, T.Abbasov küçəsi, ev 4 mənzil 33 ünvanında anası Şahid15 ilə birlikdə yaşayır. Atası Təqsirləndirilən şəxs anasının aralarında olan münasibətlər pozulduğundan, artıq yola gedə bilmədikləri üçün anası Lyudmilanın qeydiyyatda olduğu Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, ev 68 mənzil 29 ünvanına yaşamaq üçün köçmüş və həmin vaxtdan o orada tək yaşayırmış. Onun atası Təqsirləndirilən şəxs barəsində heç bir məlumatım olmamışdır və atası Təqsirləndirilən şəxs yaşadığı ünvana getməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə elan olunmuş Şahid15 ifadəsində Şahid16 ifadəsindəki xüsusatları təsdiq etmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid13 ifadəsində bildirmişdir ki, heç yerdə işləmir, buna görə də, çox vaxt yaşadığı evin həyətində oturur və qonşuları ilə söhbət edir.Onun oturduğu oturacaq iki binaların, yəni Rüstəmov küçəsi ev 66 və ev 68 ünvanların qarşısında yerləşir. Son zamanlar, yəni 2020-ci ilin mart-aprel aylarında o, diqqət yetirmişdir ki, Rüstəmov küçəsi, ev 68 ünvanının 2-ci girişinə mütamadi olaraq muxtəlif kişi cinsli şəxlər gəlib getmişlər. O, bina sakinlərini tanıdığından həmin şəxslərin binanın sakinləri olmamasını və xarici görünüşlərindən narkomanlara oxşamalarını müəyyən etmişdir.Bundan sonra həmin şəxslərdən bir neçəsini Rüstəmov küçəsi, bina 68, mənzil 29 ünvanında yaşayan İqor kimi tanıdığı qonşu ilə birlikdə görmüş və bu zaman əmin olmuşdur ki, həmin şəxslər İqorun mənzilinə gəlib gedirlər. İqor özü və onun mənzilinə gələn həmin şəxslər özlərini aparmaqdan tam olaraq narkomanlara oxşamışlar. Onların belə hərəkətləri qonşuları narahat etmişdir. Çünki binaların ümumi həyəti vardır və ailə üzvləri də həyətdə olurmuşlar. O buna görə İqorun və onun yanına gələn şəxslərin ifşa olunması məqsədi ilə bu barədə sahə inspektoru Şahid5 bildirmişdir. Şahid5 bu barədə qanuni tədbirin görüləcəyini demiş, sonra ona məlum olmuşdur ki, İqor adlı şəxs polis əməkdaşları tərəfindən ifşa olunmuş və həbs edilmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid14 ifadələrində Şahid13 ifadəsindəki xüsusatları təsdiq etmişdir. Şahid10 ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə elan olunmuşdur. O həmin ifadəsində göstərmişdir ki, əvvəllər Azərbaycan Respublikası CM-nin 234-cü maddəsi ilə müxtəlif məhkəmələr tərəfindən müxtəlif müddətlərə azadlıqdan məhrum etmə cəzalarına məhkum edilmiş, ümumilikdə 3 il cəza çəkmiş və sonuncu dəfə 2020-ci ildə Ədliyyə Nazirliyinin PX-nin Gəncə cəzaçəkmə müəssisəsindən azadlığa buraxılmışdır. Həmçinin o, təxminən 10 il olar ki, heroini kimi bildiyi narkotik vasitəni ineksiya yolu ilə damara vurmaqla istifadə edir. Təqsirləndirilən şəxs Barisoviçi təxminən 1 ay olar ki, tanımış, onunla normal münasibətləri olmuşdur. Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi 68 saylı evin 29 saylı mənzilində narkotik vasitələrin bir bükümünü 20 manata satmaqla, həmin evdə narkotik vasitə vurulmasına şərait yaratmışdır və bunun müqabilində o və digər şəxslər İqora yer haqqı kimi 10 manat pul ödəmişlər. Elə olmuşdur ki, o, İqorun yaşadığı həmin mənzildə narkotik vasitə olan heroini ineksiya yolu ilə damarına vurmaqla gecəni də həmin mənzildə qalmışdır. Həmçinin, İqorun evində narkotik vasitənin ineksiya yolu ilə damara vurulması üçün hər bir şərait, yəni damarın sıxılması üçün «Jqut», şpris, narkotik vasitə heroinin qaynadılması üçün ampulalar və digər belə əşyalar olmuşlar. O, İqora 10 manat verdikdən sonra həmin əşyalardan istifadə etməklə narkotik vasitəni hazırlamaqla ineksiya yolu ilə damarına vururmuş. Bundan başqa, qeyd etmək istəyir ki, İqor özü də narkotik vasitə istifadəçisidir. Elə olub ki, İqor onunla birlikdə narkotik vasitədən istifadə etmişlər. Lakin İqorun narkotik vasitəni və narkotik vasitənin istifadəsi üçün istifadə olunan şprislər və sair əşyaları haradan almasını bilmir. Həmin mənzildə İqora pulunu verib narkotik vasitəni istifadə etmişdir. xx xxxxx 2020-ci il tarixdə gündüz o, İqorun yaşadığı mənzilə gəlmiş və mənzilə daxil olduqda orada narkotik vasitənin istifadəçiləri olan Renat, Adil və Rəhimin də orada olmalarını görmüşdür. Sonra o, mənzildə olan zaman İqor evdən çıxaraq həyətə düşdüyünü bildirmişdir və bir qədər keçdikdən sonra İqor polis əməkdaşları ilə birlikdə mənzilə gələrək mənzilə daxil olmuşdur. Polis əməkdaşları özlərini təqdim edərək polis əməkdaşları olmalarını, yanlarında olan şəxslərin isə hal şahidləri və tərcüməçi olmalarını bildirərək evə baxış və onların üzərlərində şəxsi axtarış aparılacağını bildirmişlər. Bundan sonra, polis əməkdaşları tərəfindən onların hüquq və vəzifələri izah olunmaqla iştirakları ilə baxış keçirilmişdir. Baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs Barisoviçə mənzildə hər hansı bir qanunsuz əşya, narkotik vasitə və ya odlu silah varsa təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs mənzildə heç bir qanunsuz əşya olmadığını bildirmişdir. Bundan sonra baxış mənzilin giriş qapısından sonra yerləşən dəhlizdə keçirilmiş, dəhlizdə heç bir qanunsuz əşya müəyyən edilməmişdir. Daha sonra mənzilin yataq otağına keçərək baxış davam etdirilmişdir. Baxış zamanı yataq otağındakı masanın üzərində 1 ədəd «LG» markalı, 2 ədəd «Nokia» markalı, 1 ədəd «Fly» markalı, 1 ədəd «Jinga» markalı, 1 ədəd «Samsung» markalı mobil telefon aparatları, 3 ədəd ml.-lik istifadə olunmuş şpris, 1 ədəd «falqa» gümüşü kağız kəsiyi, 2 ədəd başı qırıq vəziyyətdə olan ampula, 1 ədəd alışqan, 1 ədəd sellofan paket kəsiyi, 2 ədəd «e-manat» qəbzlərinə bükülmüş 1 ədəd bükümdə tünd qəhvəyi rəngli maddə, 1 ədəd kitabça, 1 yanı kustar üsulla deşilmiş lampa, 1 ədəd alışqan qırığı, 1 ədəd «falqa»dan hazırlanmış trubka, divar təqvimi, 1 ədəd kağız sürtgəc qırığı aşkar edilərək qablaşdırılmaqla götürülmüşdür. Daha sonra baxış davam etdirilərək həmin otaqda qoşa çarpayı üzərində 2 ədəd «Samsung» markalı mobil telefon aparatları, 5 ədəd istifadə olunmuş 1 ml.-lik şprislər, 1 ədəd telefon qovluğu, 1 ədəd istifadə olunmuş və 1 ədəd bağlı istifadə olunmamış qablaşdırılmış vəziyyətdə tənzif, 1 ədəd istifadə olunmamış əlcək, 1 ədəd "Privacy" markalı ətir, 1 ədəd sarı rəngli «Kinder» şokoladının oyuncaq qabının içərisində bir bükümdə tünd qəhvəyi rəngli maddə, «falqa» kəsiyi, üzərində «Levis» yazısı olan sellofanda 1 ədəd corab kəsiyi, 1 ədəd elastik bint, 1 ədəd paketdən 1 ml.-lik şpris, 3 ədəd konvalyutda 16 ədəd «Fenazepam» həbləri, 1 ədəd istifadə olunmamış əlcək aşkar edilərək qablaşdırılmaqla götürülmüşdür. Daha sonra çarpayının sağ yan hissəsində olan dolabcanın üzərinə baxış keçirilərkən üzərindən 3 ədəd 10 qəpiklik və 1 ədəd 20 qəpiklik olmaqla 50 qəpik pul, dolabcanın siyirməsində 1 ədəd tənzif parçası, 6 ədəd (3-də maye olmaqla) 1 ml.-lik şprislər, 1 ədəd göy rəngli qutuda 6 ədəd sellofan kəsiyinə ayrı-ayrılıqda bükülmüş qəhvəyi maddələr, 1 ədəd sellofan kəsiyinə bükülmüş 2 ədəd ağ rəngli həblər, Təqsirləndirilən şəxs deməsinə əsasən «metadon» psixotrop maddəsi, 1 ədəd «KES-MH Series» elektron tərəzi qutusu, 9 ədəd «Prima» markalı siqaretlər, 3 ədəd müxtəlif markalı kişi qol saatları, 1 ədəd «Oksen forte» həbi, 4 ədəd biri qırıq vəziyyətdə olmaqla alışqanlar, 1 ədəd şpris iynəsi, 1 ədəd 2 ml.-lik şpris aşkar edilərək qablaşdırılmaqla götürülmüşdür. Baxış davam etdirilərək otaqda olan televizor altlığında 1 ədəd «falqa» rulonu, 2 ədəd (biri istifadə olunmuş) sistem iynələri, 1 ədəd qara rəngli pul kisəsinin içərisində 26 ədəd həşarat dərmanları, 1 ədəd sellofanda 1 ədəd ampula qırığı, 1 ədəd 2 ml.-lik şpris, 3 ədəd sellofan bükümləri, 1 ədəd «falqa» kəsiyi aşkar olunaraq qablaşdırılmaqla götürülmüşdür. Baxışı davam etdirdikdə televizorun yanında yerləşən dolabın üzərindən 1 ədəd damarın sıxılması üçün elastik rezin, 1 ədəd üzərində «Meçta Xozyayki» yazısı olan içərisində ağ rəngli maddə olan şüşə balon, dolabın içərisindən 3 ədəd şpris, üzərində yazı nümunəsi olan 2 vərəq kağız, çarpayının yanında yerləşən taxta oturacağın üzərindən 1 ədəd elektron tərəzi, 1 ədəd «Kent» markalı siqaretin boş qutusu, 1 ədəd kiçik ölçülü qayçı, 2 ədəd sellofan kəsiyindəki bağlamada sarı rəngli həblər, 5 ədəd sellofan bükümündə qəhvəyi rəngli maddələr, 8 ədəd sellofan kəsikləri, 1 ədəd içində düyü dənələri qarışdırılmış və yaşıl rəngli kristallar olan ağ rəngli toz şəkilli maddə, 1 ədəd içərisində şam ərintisi olan külqabı və 1 ədəd istifadə olunmuş şam aşkar olunaraq qablaşdırılmaqla götürülmüşdür. Daha sonra çarpayıdan pencərəyə doğru sağ tərəfdə yerləşən dolabdan 1 ədəd kağızdan düzəldilmiş başı yanmış vəziyyətdə olan trubka, bir ədəd kağız parçasında sarımtıl-qəhvəyi rəngli ərinti hissəsi aşkar edilərək qablaşdırılmaqla götürülmüşdür. Daha sonra sol hissədə yerləşən dolabdan 1 ədəd kibrit qutusunda 13 ədəd sarı rəngli həblər, 20 ədəd “pantidin-akos” həbləri, yataq otağındakı qatlanan çarpayının üzərində 1 ədəd istifadə olunmuş əlcək, 1 ədəd «Katel» markalı mobil telefon aparatı, 2 ədəd alışqan, 1 ədəd şpris və başlığı aşkar edilərək qablaşdırılmaqla götürülmüşdür. Daha sonra mənzilin mətbəx otağına keçirilən baxış zamanı mətbəx mebelindən 1 ədəd içi yarı boşaldılmış siqaret sellofan paketə yerləşdirilməklə qablaşdırılıb götürülmüşdür. Baxış zamanı başqa hər hansı bir qanunsuz əşya müəyyən edilməmişdir. Daha sonra evdə olan Şahid7 üzərində qanunsuz əşya varsa təqdim etməsi təklif olunmuş, Şahid7 üzərində heç bir qanunsuz əşya olmadığını bildirmişdir. Bundan sonra Şahid7 üzərində şəxsi axtarış aparılacağı elan olunmuş, Şahid7 heç bir etiraz etməmiş və sonuncunun üzərinə şəxsi axtarış keçirilərkən heç bir qanunsuz əşya müəyyən edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya varsa təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs üzərində heç bir qanunsuz əşya olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağı elan olunmuş, Təqsirləndirilən şəxs heç bir etiraz etməmiş və onun üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli şalvarının sol yan cibindən 1 ədəd kağız kəsiyində tünd rəngli kütlə aşkar edilmiş, Təqsirləndirilən şəxs həmin kağız kəsiyində olan maddənin həşiş qətranı olmasını bildirmişdir. Aşkar edilmiş büküm polis əməkdaşları tərəfindən qablaşdırılaraq götürülmüşdür. Daha sonra Şahid8 üzərində qanunsuz əşya varsa təqdim etməsi təklif olunmuş, Şahid8 üzərində heç bir qanunsuz əşya olmadığını bildirmişdir. Bundan sonra Şahid8 üzərində şəxsi axtarış aparılacağı elan olunmuş, Şahid8 heç bir etiraz etməmiş və onunc üzərinə şəxsi axtarış keçirilərkən heç bir qanunsuz əşya müəyyən edilməmişdir. Bundan başqa, Şahid9 üzərində qanunsuz əşya varsa təqdim etməyi təklif olunmuş, Şahid9 üzərində heç bir qanunsuz əşya olmadığını bildirmişdir. Bundan sonra, Şahid9 üzərində şəxsi axtarış aparılacağı elan olunmuş, Şahid9 heç bir etiraz etməmiş və üzərində şəxsi axtarış keçirilərkən heç bir qanunsuz əşya müəyyən edilməmişdir. Bundan başqa ona üzərində qanunsuz əşya varsa təqdim etməyi təklif olunmuş, o, üzərində heç bir qanunsuz əşya olmadığını bildirmişdir. Bundan sonra onun üzərində şəxsi axtarış aparılacağı elan olunmuşdur, o, heç bir etiraz etməmiş və üzərində şəxsi axtarış keçirilərkən əynində olan tünd göy rəngli cins şalvarın sol arxa cibindən 1 ədəd şəffaf plastik qabda başı qırmızı rəngli, içərisində maye olan qab aşkar olunmuşdir. O, həmin maddənin Təqsirləndirilən şəxs ona satmasını bildirmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən polis şöbəsinə dəvət olunmuşlar və polis şöbəsində keçirilmiş tədbirin nəticəsinə dair protokol tərtib edilmiş və o, digər iştirakçılarla birlikdə protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər. İbtidai istintaq zamanı verdiyi ifadələri məhkəmədə elan olunmuş Şahid7, Şahid8 və Şahid9 həmin ifadələrində Şahid10 ifadəsindəki xüsusatları təsdiq etmişlər. Təqsirləndirilən şəxs Borişoviç oğlunun törətdiyi cinayət əməli üzrə təqsirli olması iş üzrə dindirilmiş şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən aparılmış istintaq hərəkətlərinin protokolları, ekspert rəyi və digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Cinayət işinin materiallarında olan xx xxxxx 2020-ci il tarixli Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi 68 saylı evin 29 saylı mənzilə “baxış keçirilməsi, şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi haqqında” protokoldan görünür ki, “Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi 68 saylı evin 29 saylı mənzil binanın 2-ci girişinin beşinci mərtəbəsində yerləşir. Dəvət olunmuş hal şahidlərinin iştirakları Təqsirləndirilən şəxs Barisoviçin təklifinə əsasən mənzilə daxil olmuşlar, mənzilin 1 otaqlı səliqəsiz vəziyyətdə olması müəyyən edilmişdir. O cümlədən, mənzilin yataq otağında 4 nəfər kişi cinsli şəxslərin də olması müəyyən edilmişdir. Həmin şəxslərə özlərini təqdim edərək polis əməkdaşları və iki nəfər şəxsin isə hal şahidi olmalarını bildirdikdən sonra, həmin şəxslərə özlərini təqdim etmələri təklif olunmuşdur. Həmin şəxslər özlərini təqdim etdikdə Şahid8, Şahid9 Muradxan oğlu, Şahid10 və Şahid7 olduqları müəyyən edilmişdir. Bundan sonra, həmin şəxslərə də mənzildə baxış, onların üzərlərinə şəxsi axtarış aparılacağı və aşkar oluna biləcək hər hansı bir qanunsuz əşyaların götürüləcəyi elan edilmişdir. Həmin şəxslər etiraz etmədiklərini bildirmişlər. Baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs Barisoviçə mənzildə hər hansı bir qanunsuz əşya, narkotik vasitə və ya odlu silah varsa təqdim etməsi təklif olunmuşdur, Təqsirləndirilən şəxs mənzildə heç bir qanunsuz əşya olmadığını bildirmişdir. Bundan sonra baxış mənzilin giriş qapısından sonra yerləşən dəhlizdə keçirilmiş, dəhlizdə heç bir qanunsuz əşya müəyyən edilməmişdir. Daha sonra mənzilin yataq otağına keçərək baxış davam etdirilmişdir. Baxış zamanı yataq otağındakı masanın üzərində 1 ədəd «LG» markalı, 2 ədəd «Nokia» markalı, 1 ədəd «Fly» markalı, 1 ədəd «Jinga» markalı, 1 ədəd «Samsung» markalı mobil telefon aparatları, 3 ədəd ml.-lik istifadə olunmuş şpris, 1 ədəd «falqa» gümüşü kağız kəsiyi, 2 ədəd başıqırıq vəziyyətdə olan ampula, 1 ədəd alışqan, 1 ədəd sellofan paket kəsiyi, 2 ədəd «e-manat» qəbzlərinə bükülmüş 1 ədəd bükümdə tünd qəhvəyi rəngli maddə, 1 ədəd kitabça, 1 yanı kustar üsulla deşilmiş lampa, 1 ədəd alışqan qırığı, 1 ədəd «falqa»dan hazırlanmış trubka, divar təqvimi, 1 ədəd kağız sürtgəc qırığı aşkar edilərək qablaşdırılmaqla götürülmüşdür. Daha sonra baxış davam etdirilərək həmin otaqda qoşa çarpayı üzərində 2 ədəd «Samsung» markalı mobil telefon aparatları, 5 ədəd istifadə olunmuş 1 ml.-lik şprislər, 1 ədəd telefon qovluğu, 1 ədəd istifadə olunmuş və 1 ədəd bağlı istifadə olunmamış qablaşdırılmış vəziyyətdə tənzif, 1 ədəd istifadə olunmamış əlcək, 1 ədəd "Privacy" markalı ətir, 1 ədəd sarı rəngli «Kinder» şokoladının oyuncaq qabının içərisində bir bükümdə tünd qəhvəyi rəngli maddə, «falqa» kəsiyi, üzərində «Levis» yazısı olan sellofanda 1 ədəd corab kəsiyi, 1 ədəd elastik bint, 1 ədəd paketdən 1 ml.-lik şpris, 3 ədəd konvalyutda 16 ədəd «Fenazepam» həbləri, 1 ədəd istifadə olunmamış əlcək aşkar edilərək qablaşdırılmaqla götürülmüşdür. Daha sonra çarpayının sağ yan hissəsində olan dolabcanın üzərinə baxış keçirilərkən üzərindən 3 ədəd 10 qəpiklik və 1 ədəd 20 qəpiklik olmaqla 50 qəpik pul, dolabcanın sivirməsində 1 ədəd tənzif parçası, 6 ədəd (3-də maye olmaqla) 1 ml.-lik şprislər, 1 ədəd göy rəngli qutuda 6 ədəd sellofan kəsiyinə ayrı-ayrılıqda bükülmüş qəhvəyi maddələr, 1 ədəd sellofan kəsiyinə bükülmüş 2 ədəd ağ rəngli həblər, Təqsirləndirilən şəxs deməsinə əsasən «metadon» psixotrop maddəsi, 1 ədəd «KES-MH Series» elektron tərəzi qutusu, 9 ədəd «Prima» markalı siqaretlər, 3 ədəd müxtəlif markalı kişi qol saatları, 1 ədəd «Oksen forte» həbi, 4 ədəd biri qırıq vəziyyətdə olmaqla alışqanlar, 1 ədəd şpris iynəsi, 1 ədəd 2 ml.-lik şpris aşkar edilərək qablaşdırılmaqla götürülmüşdür. Baxış davam etdirilərək otaqda olan televizor altlığında 1 ədəd «falqa» rulonu, 2 ədəd (biri istifadə olunmuş) sistem iynələri, 1 ədəd qara rəngli pul kisəsinin içərisində 26 ədəd həşarat dərmanları, 1 ədəd sellofanda 1 ədəd ampula qırığı, 1 ədəd 2 ml.-lik şpris, 3 ədəd sellofan bükümləri, 1 ədəd «falqa» kəsiyi aşkar olunaraq qablaşdırılmaqla götürülmüşdür. Baxışı davam etdirdikdə televizorun yanında yerləşən dolabın üzərindən 1 ədəd damarın sıxılması üçün elastik rezin, 1 ədəd üzərində «Meçta Xozyayki» yazısı olan içərisində ağ rəngli maddə olan şüşə balon, dolabın içərisindən 3 ədəd şpris, üzərində yazı nümunəsi olan 2 vərəq kağız, çarpayının yanında yerləşən taxta oturacağın üzərindən 1 ədəd elektron tərəzi, 1 ədəd «Kent» markalı siqaretin boş qutusu, 1 ədəd kiçik ölçülü qayçı, 2 ədəd sellofan kəsiyindəki bağlamada sarı rəngli həblər, 5 ədəd sellofan bükümündə qəhvəyi rəngli maddələr, 8 ədəd sellofan kəsikləri, 1 ədəd içində düyü dənələri qarışdırılmış və yaşıl rəngli kristallar olan ağ rəngli toz şəkilli maddə, 1 ədəd içərisində şam ərintisi olan külqabı və 1 ədəd istifadə olunmuş şam aşkar olunaraq qablaşdırılmaqla götürülmüşdür. Daha sonra çarpayıdan pencərəyə doğru sağ tərəfdə yerləşən dolabdan 1 ədəd kağızdan düzəldilmiş başı yanmış vəziyyətdə olan trubka, bir ədəd kağız parçasında sarımtıl-qəhvəyi rəngli ərinti hissəsi aşkar edilərək qablaşdırılmaqla götürülmüşdür. Daha sonra sol hissədə yerləşən dolabdan 1 ədəd kibrit qutusunda 13 ədəd sarı rəngli həblər, 20 ədəd “pantidin-akos” həbləri, yataq otağındakı qatlanan çarpayının üzərində 1 ədəd istifadə olunmuş əlcək, 1 ədəd «Katel» markalı mobil telefon aparatı, 2 ədəd alışqan, 1 ədəd şpris və başlığı aşkar edilərək qablaşdırılmaqla götürülmüşdür. Daha sonra mənzilin mətbəx otağına keçirilən baxış zamanı mətbəx mebelindən 1 ədəd içi yarı boşaldılmış siqaret sellofan paketə yerləşdirilməklə qablaşdırılıb götürülmüşdür. Baxış zamanı başqa hər hansı bir qanunsuz əşyanın olması müəyyən edilməmişdir. Daha sonra, evdə olan Şahid7 üzərində qanunsuz əşya varsa onu təqdim etməsi təklif olunmuşdur. Şahid7 üzərində heç bir qanunsuz əşya olmadığını bildirmişdir. Bundan sonra Şahid7 üzərində şəxsi axtarış aparılacağı elan olunmuş, Şahid7 heç bir etiraz etməmiş və onun üzərinə şəxsi axtarış keçirilərkən heç bir qanunsuz əşya aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya varsa onu təqdim etməsi təklif olunmuşdur, Təqsirləndirilən şəxs üzərində heç bir qanunsuz əşya olmadığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağı elan olunmuş, Təqsirləndirilən şəxs heç bir etiraz etməmiş və sonuncunun üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli şalvarının sol yan cibindən 1 ədəd kağız kəsiyində tünd rəngli kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin kağız kəsiyində olan maddənin həşiş qətranı olmasını bildirmişdir. Aşkar edilmiş büküm qablaşdırılmaqla götürülmüşdür. Daha sonra Şahid8 üzərində qanunsuz əşya varsa onu təqdim etməsi təklif olunmuş, Şahid8 üzərində heç bir qanunsuz əşya olmadığını bildirmişdir. Bundan sonra Şahid8 üzərində şəxsi axtarış aparılacağı elan olunmuş, Şahid8 heç bir etiraz etməmiş və onun üzərinə şəxsi axtarış keçirilərkən heç bir qanunsuz əşya aşkar edilməmişdir. Bundan başqa, Şahid9 Muradxan oğluna üzərində qanunsuz əşya varsa onu təqdim etməsi təklif olunmuşdur, Şahid9 üzərində heç bir qanunsuz əşya olmadığını bildirmişdir. Şahid9 üzərində şəxsi axtarış aparılacağı elan olunmuş, Şahid9 heç bir etiraz etməmiş və onun üzərinə şəxsi axtarış keçirilərkən heç bir qanunsuz əşya aşkar edilməmişdir. Bundan başqa, Şahid10 üzərində qanunsuz əşya varsa onu təqdim etməsi təklif olunmuşdur, Şahid10 üzərində heç bir qanunsuz əşya olmadığını bildirmişdir. Bundan sonra Şahid10 üzərində şəxsi axtarış aparılacağı elan olunmuş, Şahid10 heç bir etiraz etməmiş və sonuncunun üzərinə şəxsi axtarış keçirilərkən əynində olan tünd göy rəngli cins şalvarının sol arxa cibindən 1 ədəd şəffaf plastik qabda başı qırmızı rəngli içərisində maye olan qab aşkar olunmuşdur. Şahid10 həmin maddəni Təqsirləndirilən şəxs almasını bildirmişdir. Baxış keçirilməsi, şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi zamanı fotoçəkilişdən istifadə olunmuşdur. Aşkar olunmuş maddi sübutlar müvafiq qaydada qablaşdırılmış və götürülmüş, qeydlər əsasında protokol Nizami RPİ-nin 24-cü PŞ-nin baş təhqiqatçısı, polis mayoru Ramil Mehdiyev tərəfindən Nizami RPİ-nin 24-cü PŞ-nin inzibati binasındakı xidməti iş otağıda xidməti «Acer» markalı kompüter vasitəsi ilə tərtib edilməklə «Canon» markalı printer vasitəsi ilə çap edilmiş, iştirakçılar tərəfindən imza edilmişdir. Cinayət işinin materiallarında olan cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında xx.xx.2020-ci il tarixli protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs Borişoviç həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Bakı şəhəri Nizami rayon Məhkəməsinin «həbs» qətimkan tədbirinin seçilməsi barədə xx.xx.2020-ci il tarixli qərarından məlum olur ki, Təqsirləndirilən şəxs Borişoviç barəsində həbs etmənin əvvəli xx xxxxx 2020-ci il tarixdən hesablanmaqla «həbs» qətimkan tədbiri seçilmişdir. xx xxxxx 2020-ci il tarixli 1/2090 1/2091, 1/2092, 1/2093, 1/2094, nömrəli tibbi müayinə protokollarından görünür ki, Təqsirləndirilən şəxs tərəfindən təşkil olunmuş tiryəkxana müəyyən edildikdən sonraTəqsirləndirilən şəxs özü, həmçinin müştəri kimi həmin tiryəkxanada olmuş şəxslər - Şahid7, Şahid8, Şahid9 və Şahid10 tibbi testdən keçirilərkən onların narkotik vasitənin təsiri altında olması müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Təqsirləndirilən şəxs mənzilindən götürülmüş mobil telefonlar vasitəsi ilə əlaqə saxladığı şəxslərin dairəsinin müəyyən edilməsi məqsədi ilə “xxxxxxx” MMC-dən və “xxxxxxxxxxxxxxx” MMC-dən alınmış 02 ədəd diskə baxış keçirilərkən Təqsirləndirilən şəxs istifadəsində olan telefon nömrəsi ilə Şahid7 istifadəsində olan telefonla SMS yazışmalarının və danışıqların olması, bununla da Təqsirləndirilən şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə etməsi, saxlaması, daşıması və satması, bundan başqa, narkotik vasitələrin və psixotrop maddələrin istehlakıüçün tiyəkxanalar təşkil etməsi və saxlaması faktları təsdiq olunmuşdur. Həmin DVD disklər cinayət işi üzrə xüsusi əhəmiyyət kəsb etdikləri üçün maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişlər. Cinayət işinin materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının xx xxxxx 2020-ci il tarixli 6/421nömrəli ekspert rəyindən görünür ki, xx xxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi 68 saylı yaşayış binasının 29 nömrəli mənzilə keçirilmiş baxış, şəxsi axtarış və götürmə zamanı aşkar edilərək götürülərək tədqiqata təqdim edilmiş, bir ədəd polietilen paketdəki 01 ədəd sarı rəngli, «Kinder» qabın içərisində, bir ədəd bükümdə təmiz çəkisi 0,124 qram olan qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 06 (altı) ədəd şəffaf polietilen bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 4,422 qram, 4,567 qram, 4,140 qram, 4,402 qram, 4,447 qram və 4,481 qram olan, ümumi təmiz çəkisi 26,459 qram qəhvəyi rəngli, toz şəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 05 (beş) ədəd şəffaf polietilen bükümdə, ayrı-ayrılıqda təmiz çəkisi 0,294 qram, 0,316 qram, 0,309 qram, 0,322 qram və 0,306 qram olan, ümumi təmiz çəkisi 1,547 qram qəhvəyi rəngli toz şəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 01 (bir) ədəd gümüşü rəngli kağız parçasının içərisində təmiz çəkisi 0,018 qram tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 1 (bir) ədəd, üzərində “Meçta xozayki” yazısı olan, içərisində ağ rəngli xırda kristaldan ibarət maddə kütləsi narkotik və ya psixotrop maddələrə aid olmayan limon duzudur, 2 ədəd “e-manat” qəbzlərinə bükülmüş, qəhvəyi rəngli tozşəkilli maddənin və 1 (bir) ədəd kağız kəsiyində olan sarımtıl-qəhvəyi rəngli maddənin tərkibində narkotik və ya psixotrop maddələrin komponentləri yoxdur və həmin maddələr narkotik və ya psixotrop vasitələrə aid deyildirlər, bir ədəd polietilen paketdəki düyü ilə qarışıq ağ rəngli xırda kristaldan ibarət və yaşıl rəngli maddələrin tərkibində narkotik və ya psixotrop maddələrin komponentləri yoxdur və həmin kütlə olan maddələr narkotik və ya psixotrop vasitələrə aid deyildirlər, Şahid10 üzərindən götürülmüş 01 ədəd qırmızı qapaqlı, şəffaf plastik qabda 1 ml. həcmində olan şəffaf rəngsiz maye zavod üsulu ilə hazırlanmış tropikamid tərkibli dərman preparatıdır və həmin mayedə tropikamidin miqdarı 0,01 qram təşkil edir, 01 ədəd 1 ml-lik şprisdəki 0,3 ml həcmində qəhvəyi rəngli maye heroin məhluludur və həmin məhlulda narkotik vasitə olan heroinin miqdarı 0,02 qram, digər 2 ədəd şprisdə olan şəffaf rəngsiz maye suyudur, 15 ədəd 1 ml. və 2 ədəd 2 ml. şprislərin, 3 ədəd baş hissəsi sınmış vəziyyətdə olan ampulların içərisində və 1 ədəd elektron tərəzinin üzərində narkotik vasitə olan heroinin izləri vardır, digər 1 ədəd 2 ml., 1 ədəd 2,5 ml., 2 ədəd sistem şprislərin içərisində və alışqanın, iynənin üzərində narkotik və ya psixotrop maddələrin izləri yoxdur, 1 ədəd şüşə lampanın və 1 ədəd baş hissəsi qaralmış, “folqa”-dan hazırlanmış boru şəkilli əşyada psixotrop maddə olan metamfetaminin izləri vardır, digər “folqa”-dan hazırlanmış boru şəkilli əşyada isə psixotrop və narkotik vasitələrin izləri yoxdur, təqdim olunmuş narkotik vasitə olan heroinin ümumi təmiz çəkisi 28, 168 qram təşkil edir və 6 və 5 ədəd bükümdəki heroinlər xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynidirlər, lakin kağız bükümdə olan heroinlərlə xarici əlamətlərinə və tərkibindəki komponentlərinə fərqlidirlər. Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx xxx 2020-ci il tarixli 1265 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi nəticəsində narkomaniya xəstəliyi aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs oğlu əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan sübutların qiymətləndirilməsi barədə qərardan məlum olur ki, Təqsirləndirilən şəxs öz üzərindən, mənzilindən və Şahid10 cibindən aşkar olunmuş küstar üsulla hazırlanmış ümumi təmiz çəkisi külli miqdarda olan 28,168 qram narkotik vasitə olan heroin, zavod üsulu ilə hazırlanmış ağ rangli dairəvi formalı ümumi təmiz çəkisi 0,08 qram olan 02 ədəd həb halında narkotik vasitə olan metadon, ümumi təmiz çəkisi 0,016 qram olan zavod üsulu ilə hazırlanmış 03 ədəd konvalyuda 16 ədəd həb halında olan psixotrop maddə fenazepamın, təmiz çəkisi 0,01 qram olan zavod üsulu ilə hazırlanmış şəfaf rəngsiz maye halında narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə olan tropikamid, həmçinin, 3 ədəd ml.-lik istifadə olunmuş şpris, 1 ədəd «falqa» gümüşü kağız kəsiyi, 2 ədəd başıqırıq vəziyyətdə olan ampula, 1 ədəd alışqan, 1 ədəd sellofan paket kəsiyi, 5 ədəd istifadə olunmuş 1 ml.-lik şprislər, 1 ədəd istifadə olunmuş və 1 ədəd bağlı istifadə olunmamış qablaşdırılmış vəziyyətdə tənzif, 1 ədəd içi yarı boşaldılmış siqaret, «falqa» kəsiyi, üzərində «Levis» yazısı olan sellofanda 1 ədəd corab kəsiyi, 1 ədəd elastik bint, 1 ədəd paketdən 1 ml.-lik şpris, dolabcanın siyirməsində 1 ədəd tənzif parçası, 6 ədəd (1-də maye olmaqla) 1 ml.-lik şprislər, 1 ədəd şpris və başlığı, 4 ədəd biri qırıq vəziyyətdə olmaqla alışqanlar, 1 ədəd şpris iynəsi, 1 ədəd 2 ml.-lik şpris, 1 ədəd sellofanda 1 ədəd ampula qırığı, 1 ədəd 2 ml.-lik şpris, 1 ədəd «falqa» kəsiyi, 1 ədəd damarın sıxılması üçün elastik rezin, 2 ədəd (biri istifadə olunmuş) sistem iynələri, 1 ədəd «KES- MH Series» elektron tərəzi qutusu və 1 ədəd elektron tərəzi, 1 ədəd üzərində «Meçta Xozyayki» yazısı olan şüşə balondakı limon duzu, 1 ədəd istifadə olunmuş və 1 ədəd bağlı istifadə olunmamış qablaşdırılmış vəziyyətdə tənzif narkotik vasitələr, psixotrop maddə və güclü təsir edən maddədən istifadəsi üçün hazırlanmış əşyalar cinayət işi üzrə xüsusi əhəmiyyət kəsb etdikləri üçün maddi sübut kimi tanınmışlar, həmin əşyalar və ekspertiza tədqiqatından sonra narkotik vasitə, psixotrop maddənin, güclü təsir edən maddə olan tropikamidin zərfdə qablaşdırılmış qalıqları saxlanılması üçün Nizami RPİ-nin MSSK-na təhvil verilmişdir. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs Borişoviçin Azərbaycan Respublikası CM-nin 234.4.3, 238.1 və 240.1-ci maddələrində nəzərdə tutulan əməlləri törətməsini, əməllərində cinayət tərkibinin olmasını, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən onun əməlləri Azərbaycan Respublikası CM-nin 234.4.3, 238.1 və 240.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 234.4.3, 238.1 və 240.1-ci maddələri ilə özünü təqsirli bilməməsi barədə ifadələrini özünü müdafiə məqsədi ilə uydurulmuş ifadələr kimi qiymətləndirir. Təqsirləndirilən şəxsin törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əməllərə görə təqsirli bilinib cəzalanmalıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2011-ci il 4 mart tarixli 2 №-li Qərarının 9-cu bəndinə görə, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 41.2ci və 58.3-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu və 61-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.2.-ci maddəsini əsas tutaraq hesab edir ki, təqsirləndirilən şəxs ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunduğu üçün ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəza-çəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Borişiviçnarkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2.-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Qeyd edilən normaların tələblərinə əsasən xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının CM-nin 99-1.1.ci maddəsində nəzərdə tutulmuş əm-lakı müəy-yən edilmədi-yin-dən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Azərbaycan Respublikasının CPM-nin 132.1.4-cü, 132.1.6-cı və 132.1.7-ci maddələrinə əsasən iş üzrə maddi sübut olan Nizami rayon Polis İdarəsində saxlanc yerinə təhvil verilmiş küstar üsulla hazırlanmış ümumi təmiz çəkisi külli miqdarda olan 28,168 qram narkotik vasitə olan heroin, zavod üsulu ilə hazırlanmış ağ rangli dairəvi formalı ümumi təmiz çəkisi 0,08 qram olan 02 ədəd həb halında narkotik vasitə olan metadon, ümumi təmiz çəkisi 0,016 qram olan zavod üsulu ilə hazırlanmış 03 ədəd konvalyuda 16 ədəd həb halında olan psixotrop maddə fenazepamın, təmiz çəkisi 0,01 qram olan zavod üsulu ilə hazırlanmış şəfaf rəngsiz maye halında narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə olan tropikamid, həmçinin, 3 ədəd ml.-lik istifadə olunmuş şpris, 1 ədəd «falqa» gümüşü kağız kəsiyi, 2 ədəd başıqırıq vəziyyətdə olan ampula, 1 ədəd alışqan, 1 ədəd sellofan paket kəsiyi, 5 ədəd istifadə olunmuş 1 ml.-lik şprislər, 1 ədəd istifadə olunmuş və 1 ədəd bağlı istifadə olunmamış qablaşdırılmış vəziyyətdə tənzif, 1 ədəd içi yarı boşaldılmış siqaret, «falqa» kəsiyi, üzərində «Levis» yazısı olan sellofanda 1 ədəd corab kəsiyi, 1 ədəd elastik bint, 1 ədəd paketdən 1 ml.-lik şpris, dolabcanın sivirməsində 1 ədəd tənzif parçası, 6 ədəd (1-də maye olmaqla) 1 ml.-lik şprislər, 1 ədəd şpris və başlığı, 4 ədəd biri qırıq vəziyyətdə olmaqla alışqanlar, 1 ədəd şpris iynəsi, 1 ədəd 2 ml.-lik şpris, 1 ədəd sellofanda 1 ədəd ampula qırığı, 1 ədəd 2 m.l-lik şpris, 1 ədəd «falqa» kəsiyi, 1 ədəd damarın sıxılması üçün elastik rezin, 2 ədəd (biri istifadə olunmuş) sistem iynələri, 1 ədəd «KES- MH Series» elektron tərəzi qutusu və 1 ədəd elektron tərəzi, 1 ədəd üzərində «Meçta Xozyayki» yazısı olan şüşə balondakı limon duzu, 1 ədəd istifadə olunmuş və 1 ədəd bağlı istifadə olunmamış qablaşdırılmış vəziyyətdə tənzif narkotik vasitələr, psixotrop maddə və güclü təsir edən maddədən istifadəsi üçün hazırlanmış əşyalar, güclü təsir edən maddə olan tropikamidin qalıqları məhv edilməli, “xxxxxxx” MMC-dən və “xxxxxxxxxxxxxxx” MMC-dən alınmış 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli tutulduğu vaxtdan – xx xxxxx 2020-ci il tarixdən hesablanmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri – 114 (yüz on dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi 180 (yüz səksən) manat məbləğində pul ödənilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 344-347, 349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3, 238.1 və 240.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək Cinayət Məcəlləsinin 238.1-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 240.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli xx xxxxx 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut - olan Nizami rayon Polis İdarəsində saxlanc yerinə təhvil verilmiş küstar üsulla hazırlanmış ümumi təmiz çəkisi külli miqdarda olan 28,168 qram narkotik vasitə olan heroin, zavod üsulu ilə hazırlanmış ağ rangli dairəvi formalı ümumi təmiz çəkisi 0,08 qram olan 02 ədəd həb halında narkotik vasitə olan metadon, ümumi təmiz çəkisi 0,016 qram olan zavod üsulu ilə hazırlanmış 03 ədəd konvalyuda 16 ədəd həb halında olan psixotrop maddə fenazepamın, təmiz çəkisi 0,01 qram olan zavod üsulu ilə hazırlanmış şəfaf rəngsiz maye halında narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə olan tropikamid, həmçinin, 3 ədəd ml.-lik istifadə olunmuş şpris, 1 ədəd «falqa» gümüşü kağız kəsiyi, 2 ədəd başıqırıq vəziyyətdə olan ampula, 1 ədəd alışqan, 1 ədəd sellofan paket kəsiyi, 5 ədəd istifadə olunmuş 1 ml.-lik şprislər, 1 ədəd istifadə olunmuş və 1 ədəd bağlı istifadə olunmamış qablaşdırılmış vəziyyətdə tənzif, 1 ədəd içi yarı boşaldılmış siqaret, «falqa» kəsiyi, üzərində «Levis» yazısı olan sellofanda 1 ədəd corab kəsiyi, 1 ədəd elastik bint, 1 ədəd paketdən 1 ml.-lik şpris, dolabcanın sivirməsində 1 ədəd tənzif parçası, 6 ədəd (1-də maye olmaqla) 1 ml.-lik şprislər, 1 ədəd şpris və başlığı, 4 ədəd biri qırıq vəziyyətdə olmaqla alışqanlar, 1 ədəd şpris iynəsi, 1 ədəd 2 ml.-lik şpris, 1 ədəd sellofanda 1 ədəd ampula qırığı, 1 ədəd 2 ml.-lik şpris, 1 ədəd «falqa» kəsiyi, 1 ədəd damarın sıxılması üçün elastik rezin, 2 ədəd (biri istifadə olunmuş) sistem iynələri, 1 ədəd «KES- MH Series» elektron tərəzi qutusu və 1 ədəd elektron tərəzi, 1 ədəd üzərində «Meçta Xozyayki» yazısı olan şüşə balondakı limon duzu, 1 ədəd istifadə olunmuş və 1 ədəd bağlı istifadə olunmamış qablaşdırılmış vəziyyətdə tənzif narkotik vasitələr, psixotrop maddə və güclü təsir edən maddədən istifadəsi üçün hazırlanmış əşyalar, güclü təsir edən maddə olan tropikamidin qalıqları məhv edilsin, “xxxxxxx” MMC-dən və “xxxxxxxxxxxxxxx” MMC-dən alınmış 02 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri – 114 (yüz on dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs Borişoviç oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs Borişoviçə göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi 180 (yüz səksən) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan Təqsirləndirilən şəxs Borişoviç oğluna hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarılandan 20 (iyirmi) gün sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar