Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-948/2021 30.07.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ 30 iyul 2021-ci il Bakı şəhəri Hakim Əliyev Hafiz Samir oğlunun sədrliyi ilə, hakimlər Ağayev Zeynal Qurban oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuror-metodisti, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi-Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Babalı oğlunun iştirakı ilə, xx xxxxxx 1994-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, işləməmiş, əvvəllər məhkum olunmayan, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İ.Hacıyev küçəsi ev 39-da qeydiyyatda olmaqla həbs olunanadək həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını xüsusilə külli miqdarda ziyan vurmaqla gizli talayıb oğurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 2020-ci ilin aprel ayından 2020-ci ilin avqust ayına qədər olan müddətdə vahid niyyətlə əhatə olunmuş qəsdlə ünvan 1 ünvanında yerləşən mənzilin ikinci mərtəbəsindəki yataq otağına girişdən solda olan paltar şkafının sol tərəfində yerləşən çəkməcədən və həmin şkafın sağ hissəsində qoyulmuş dəmir seyfi binanın qarajına aparıb burada arxa hissəsini icarəyə götürdüyü laqonda ilə kəsərək həmin seyfin içərisindən Zərərçəkmiş şəxs məxsus olan 01 ədəd 9.500 manat dəyərində “Heydər Əliyev”-in şəkli təsvir edilmiş 31,107 qram çəkidə qızıl xatirə sikkəsi; 03 ədəd hər birinin qiyməti 4.500 manat təşkil edən ümumi çəkisi 17 qram olmaqla 750 əyyarlı qarışıq rəngli qaşlarla bəzədilmiş 13.500 manat dəyərində qızıl üzüklər; 01 ədəd 2.400 manat dəyərində “12 həftə” adlanan 12 ədəd xırda halqadan ibarət ümumi çəkisi 25 qram olmaqla 750 əyyarlı qızıl qolbaq; 01 ədəd 6.000 manat dəyərində “ərəb komplekti” adlanan ümumi çəkisi 40 qram olmaqla 750 əyyarlı qızıl dəsti; 01 cüt sırğa, 01 ədəd üzük, 01 ədəd boyunbağı və 01 ədəd qolbaqdan ibarət 5.500 manat dəyərində ümumi çəkisi 30 qram olmaqla 750 əyyarlı sadə qızıl dəsti; 01 ədəd 10.000 manat dəyərində briliant qaşlarla bəzədilmiş 40 qram olmaqla 750 əyyarlı qızıl qolbaq; 01 ədəd 1.500 manat dəyərində 08 qram olmaqla 585 əyyarlı qızıl qolbaq; 01 ədəd üzük və 01 cüt sırğadan ibarət 5.500 manat dəyərində üzəri qara briliant qaşlarla bəzədilmiş ümumi çəkisi 17 qram olmaqla 750 əyyarlı qızıl dəsti; 01 cüt 10.000 manat dəyərində üzəri briliant qaşlarla bəzədilmiş ümumi çəkisi 30 qram olmaqla 750 əyyarlı qızıl sırğa; 01 ədəd klon, 01 ədəd boyunbağı və 01 ədəd qolbaqdan ibarət 6.000 manat dəyərində ümumi çəkisi 50 qram olmaqla 750 əyyarlı qızıl dəsti; 01 ədəd “leviziya” adlanan 5.800 manat dəyərində 20 qram olmaqla 750 əyyarlı ağ qızıldan ibarət boyunbağı; 01 ədəd “leviziya” adlanan 3.000 manat dəyərində 22 qram olmaqla 750 əyyarlı sarı qızıldan ibarət boyunbağı, 01 ədəd “təkər” formalı 5.000 manat dəyərində üzəri xırda briliant qaşlarla bəzədilmiş 11 qram olmaqla 750 əyyarlı qızıl kişi üzüyü; 01 ədəd 4.500 manat dəyərində üzəri 05 ədəd briliant qaşla bəzədilmiş 13 qram olmaqla 750 əyyarlı qızıl kişi üzüyü; 01 ədəd 12.000 manat dəyərində üzəri 01 ədəd briliant qaşla bəzədilmiş 8 qram olmaqla 750 əyyarlı qızıl üzük, hər birinin qiyməti 42.500 manat təşkil edən 127.500 manat dəyərində 02 karatlıq 03 ədəd briliant qaş, hər birinin qiyməti 24.000 manat təşkil edən 72.000 manat dəyərində 01 karatlıq 03 ədəd briliant qaş; 01 cüt 5.000 manat dəyərində üzəri mavi rəngli qaşla bəzədilmiş 6 qram olmaqla 750 əyyarlı qızıl sırğa, 01 ədəd 3.000 manat dəyərində üzəri 01 ədəd böyük firuzə qaşla bəzədilmiş qızıl üzük, 01 ədəd 20.000 manat dəyərində üzəri tülpan formalı brilant qaşla bəzədilmiş 15 qram olmaqla 750 əyyarlı qızıl üzük, 01 cüt sırğa və 01 ədəd üzükdən ibarət 25.000 manat dəyərində günəş formalı, üzəri briliant qaşlarla bəzədilmiş 26 qram olmaqla 750 əyyarlı qızıl dəsti; 01 ədəd üzük və 01 ədəd klondan ibarət 6.000 manat dəyərində üzərində “qurbağa” şəkli olan yarpaq formalı üzəri qara briliantla bəzədilmiş 30 qram olmaqla 750 əyyarlı qızıl dəsti; 01 ədəd 8.000 manat dəyərində “spiral” formalı üç hissədən ibarət üzəri xırda briliant qaşlarla bəzədilmiş 20 qram olmaqla 750 əyyarlı qızıl üzük; 01 ədəd 5.000 manat dəyərində “aleksandriya” adalanan 05 qram olmaqla 585 əyyarlı qızıl üzük, 01 ədəd 2.600 manat dəyərində “paxlavaya” oxşar “kvadrat” formalı 05 qram olmaqla 585 əyyarlı qızıl üzük; 01 ədəd 3.000 manat dəyərində 25 qram olmaqla 585 əyyarlı qızıl boyunbağı; 01 ədəd 2.800 manat dəyərində 20 qram olmaqla 585 əyyarlı qızıl qolbaq; 01 ədəd 1.500 manat dəyərində üzəri qırmızı qaşla bəzədilmiş 04 qram olmaqla 585 əyyarlı qızıl üzük; 06 ədəd hər birinin qiyməti 1.800 manat təşkil edən ümumi 10.800 manat dəyərində hər biri 8 qram olmaqla 585 əyyarlı qızıl boyunbağılar; 01 cüt 1.400 manat dəyərində 09 qram olmaqla 585 əyyarlı qızıl sırğa; 01 cüt 900 manat dəyərində 03 qram olmaqla 585 əyyarlı qızıl uşaq sırğası; 01 ədəd 500 manat dəyərində üzərində “Muhamməd” yazısı olan 5 qram olmaqla 585 əyyarlı qızıl qolbaq; 01 ədəd 300 manat dəyərində 5 qram olmaqla 585 əyyarlı sadə qızıl uşaq qolbağı; 01 ədəd 350 manat dəyərində üzərində “ay və “günəş” fiqurları olan 6 qram olmaqla 585 əyyarlı qızıl uşaq qolbağı; 01 ədəd 5.000 manat dəyərində “çalma” formalı üzəri xırda briliant qaşlarla bəzədilmiş 08 qram olmaqla 585 əyyarlı qızıl üzük; 01 ədəd 5.000 manat dəyərində üzəri xırda briliant qaşlarla və 01 ədəd göy rəngli qaşla bəzədilmiş 12 qram olmaqla 750 əyyarlı qızıl üzük; 01 cüt 15.000 manat dəyərində üzəri böyük briliant qaşlarla bəzədilmiş 10 qram olmaqla 750 əyyarlı qızıl sırğa; 01 ədəd 1.400 manat dəyərində “paxlava” formalı 05 qram olmaqla 585 əyyarlı qızıl üzük; 01 ədəd 2.600 manat dəyərində üzəri 02 ədəd mirvari qaşla bəzədilmiş klon olan 07 qram olmaqla 750 əyyarlı qızıl boyunbağı; 01 ədəd 3.700 manat dəyərində “buğa” formalı klonu olan 10 qram olmaqla 750 əyyarlı qızıl boyunbağı; 01 ədəd 4.500 manat dəyərində 25 qram olmaqla 750 əyyarlı ağ qızıldan ibarət boyunbağı; 01 cüt sırğa, 01 ədəd klon və 01 ədəd üzükdən ibarət 6.500 manat dəyərində üzəri xırda briliant qaşlarla bəzədilmiş ümumi çəkisi 15 qram olmaqla 750 əyyarlı qızıl dəsti; 01 ədəd boyunbağı, 01 cüt sırağ və 01 ədəd üzükdən ibarət 65.000 manat dəyərində üzəri 50 ədəd briliant qaşlarla bəzədilmiş ümumi çəkisi 50 qram olmaqla 750 əyyarlı qızıl dəsti; 01 cüt sırğa, 01 ədəd boyunbağı, 01 ədəd qolbaq və 01 ədəd üzükdən ibarət 70.000 manat dəyərində üzəri böyük briliant qaşlarla bəzədilmiş “kəpənək” formalı ümumi çəkisi 60 qram olmaqla 750 əyyarlı qızıl dəsti; 01 cüt sırğa, 01 ədəd üzük, 01 ədəd klondan ibarət 11.000 manat dəyərində üzəri xırda briliant qaşlarla bəzədilmiş “fontan” formalı ümumi çəkisi 20 qram olmaqla 750 əyyarlı qızıl dəsti; 01 cüt 4.500 manat dəyərində üzəri xırda qara briliant qaşlar bəzədilmiş “qurbağa” formalı 08 qram olmaqla 750 əyyarlı qızıl sırğa; 01 ədəd 3.700 manat dəyərində “zəncir” formalı 08 qram olmaqla 585 əyyarlı qızıl qolbaq; 01 cüt 6.600 manat dəyərində üzəri xırda briliant qaşlarla və ağ mirvari qaşla bəzədilmiş 18 qram olmaqla 750 əyyarlı qızıl sırğa; 01 ədəd 6.700 manat dəyərində üzərində böyük briliant qaşı olan 07 qram olmaqla 750 əyyarlı qızıl üzük; 01 ədəd 7.000 manat dəyərində 40 qramlıq 585 əyyarlı qızıl qadın saatı; 01 ədəd 20.000 manat dəyərində “Pather Philip” markalı 50 qramlıq 585 əyyarlı qızıl kişi saatı; 01 ədəd 18.000 manat dəyərində üzəri böyük briliant qaşla bəzədilmiş “çobanyastığı” formalı 10 qram olmaqla 750 əyyarlı qızıl üzük; 01 ədəd 25.000 manat dəyərində üzəri böyük briliant qaşla bəzədilmiş 12 qram olmaqla 750 əyyarlı qızıl üzük; 01 ədəd üzük və 01 cüt sırğadan ibarət 12.000 manat dəyərində üzəri briliant qaşlarla bəzədilmiş “pələng” formalı 12 qram olmaqla 750 əyyarlı qızıl dəsti; hər birinin qiyməti 1.000 təşkil edən 114 ədəd 114.000 manat dəyərində “onluq” qızıl qəpik; hər birinin qiyməti 3.000 manat təşkil edən 28 ədəd 84.000 manat dəyərində “on beşlik” qızıl qəpik; hər birinin qiyməti 500 manat təşkil edən 08 ədəd 4.000 manat dəyərində “beşlik” qızıl qəpik; 01 ədəd 5.000 manat dəyərində üzəri briliant qaşlar və 02 ədəd mirvari qaşla bəzədilmiş “qartal ayağı” formasında ümumi çəkisi 06 qram olmaqla 750 əyyarlı qızıl üzük; 01 ədəd 4.000 manat dəyərində “üçbucaq” formalı klonu olan 08 qram olmaqla 750 əyyarlı qızıl qoyunbağı; 01 ədəd 8.000 manat dəyərində üzəri xırda briliant qaşlarla bəzədilmiş “sipiral” formalı 12 qram olmaqla 750 əyyarlı qızıl üzük; 01 cüt 3.600 manat dəyərində yarı “halqa” formalı 07 qram olmaqla 585 əyyarlı qızıl sırğa; 01 ədəd (01 tay) 5.000 manat dəyərində üzərində 06 ədəd böyük briliant qaşlarla bəzədilmiş 06 qram olmaqla 585 əyyarlı qızıl sırğa; 01 cüt 4.200 manat dəyərində “armudu” formalı 12 qram olmaqla 585 əyyarlı sırğa; 01 cüt sırğa, 01 ədəd üzük və 01 ədəd qolbaqdan ibarət 26.000 manat dəyərində üzəri briliant qaşlarla bəzədilmiş ümumi çəkisi 50 qram olmaqla 750 əyyarlı qızıl dəstini gizli formada götürüb talayaraq ümumilikdə Zərərçəkmiş şəxs 946.850 manat ( doqquz yüz qırx altı min səkkiz yüz əlli manat) məbləğində xüsusilə külli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, o Zərərçəkmiş şəxs 31.12.2019-cu il tarixdən Yasamal rayonu ərazisində yerləşən İzmir restoranında görüb tanımışdır. Həmin vaxtdan onların yaxın münasibətləri yaranmışdır. Onlar təxminən 2 ay müddətində sevgili kimi münasibətdə olduqdan sonra qərara gəlmişlər ki, Zərərçəkmiş şəxs məxsus ünvan 2 ünvanında birlikdə yaşasınlar. Onlar birlikdə yaşadıqları müddət ərzində Zülfiyyə ona arada biraz xərcləmək üçün pul vermişdir. Onlar bir müddət bir yerdə yaşadıqdan sonra özünə avtomobil almaq qərarına gəlmişdir. Avtomobil almaq üçün pul tapa bilmədiyinə görə qərar vermişdir ki, Zülfiyyənin yataq otağında, paltar dolabının içərisində olan seyfdən və həmin dolabda olan çəkməcədən pul götürsün. O həmin seyfin kodunu bilmədiyindən seyfin qapısını aça bilməmişdir. Artıq onlar birlikdə evdə yaşadıqları üçün həmin mənzilin açarını Zülfiyyə özü ona vermişdir ki, o evə istədiyi vaxt girib çıxa bilsin. Həmin açar yalnız onda və Zülfiyyədə olmuşdur, açarın bir nüsxəsi də xadimədə olmuşdur. 23.05.2020-ci il tarixdə Zülfiyyə evdə olmayan vaxt sonuncunun gündəlik istifadə etdiyi qızıl-zinət əşyalarının içərisindən yataq otağında yerləşən paltar şkafı ilə üzbəüz olan dolabdan 01 ədəd xüsusi qablaşdırmada olan brilliant qaşı götürüb oğurlamışdır. Həmin dolabı açarla bağlamaq mümkün olsa da açarı da elə həmin şkafda gözlə görünən yerdə olmuşdur. Həmin açar vasitəsilə çəkməcəni açıb birilliant qaşı gizli olaraq götürmüşdür. Bundan sonra həmin qaşı Əkbərə 7.500 manat müqabilində satmışdır. Əkbərin həmin briliant qaşı aldığını gördükdən sonra Əkbərə bildirmişdir ki, onda bundan çox var alsa yenə gətirər. Əkbər ondan həmin qızıl-zinət əşyalarını haradan əldə etdiyini soruşduqda o Əkbərə həmin qızıl-zinət əşyalarını yaşadığı bir qadına məxsus olduğunu və həmin qadından oğurladığını, gətirib Əkbərə sata bilcəyini bildirmişdir. Əkbər isə ona demişdir ki ucuz qiymət verəcəyi halda həmin qızılları ondan ala bilər. 28.05.2020-ci il tarixdə o yenə də Zülfiyyənin evdə olmadığı vaxt sonuncunun gündəlik qızıl-zinət əşyalarının içərisindən çəkməcədən fontan formalı 01 ədəd üzük, sırğa və klondan ibarət qızıl dəstini gizli formada götürüb həmin qızılları da Əkbərə gətirib satmaq istədiyini bildirmişdir. Əkbər onun həmin qızılı oğurladığını bildiyi üçün ona qızıla görə az pul təklif etdiyindən o Əkbərlə ilk öncə razılaşmamış, lakin sonra həmin qızılı heç kimə sata bilməyəcəyini başa düşdüyü üçün o Əkbər ilə razılaşıb qeyd etdiyi qızıl dəsti 4.600 manat pul müqabilində satmışdır. Bir neçə gün sonra o görmüşdür ki, artıq Zülfiyyənin gündəlik istifadə etdiyi qızıllarının içərisindən oğurluq etsə Zülfiyyə qızıllarının azalmasını görüb ondan şübhələnəcəkdir. Bu səbəbdən qərara gəlmişdir ki, Zülfiyyənin yataq otağında olan seyfi aparıb həmin seyfin arxa nazik dəmir hissəsini laqonda ilə kəsərək içərisindəkiləri götürsün. Buna görə də o 2020-ci ilin iyun ayının əvvəllərində günorta vaxtı Zülfiyyə evdə olmayanda seyfi götürüb yaşadıqları binanın altında olan Zülfiyyəyə məxsus qaraja aparmışdır. Həmin qarajın qapısının açarı da onda olduğu üçün həmin qarajın qapısını rahatlıqla açmışdır. Qarajda laqonda ilə seyfin arxasında olan bir qədər nazik dəmir hissəsini kvadrat formasında kəsmişdir. O həmin kəsdiyi hissədən seyfin içərisində olan qızılların hamısını götürüb qablarını seyfin içərisinə atmışdır. Lakin 04 ədəd qızıl zinət əşyasını öz qabları ilə birlikdə götürmüşdür. Bundan sonra o seyfi özüylə gətirdiyi “sxoy svarka” ilə yüngülvari qaynaqla qaynaqlamış və seyfin arxa hissəsini qismən də olsa bərpa etmişdir. Daha sonra seyfin içərisindən oğurladığı qızılları qarajda olan həmin vaxtı onun istifadəsində olan Zülfiyyənin mülkiyyətində olan “Porche” markalı 99PC166 qeydiyyat nişanlı avtomobilin sürücünün ön oturacağının arxa cibində gizlətmişdir. Seyfi yataq otağından götürdüyü yerə qoymuşdur ki, heç kim oğurluqdan şübhələnməsin. Növbəti gün Zülfiyyənin seyfindən oğurladığı qızıl-zinət əşyalarını yəni, sünbül formalı qolbaq və boyunbağıdan ibarət dəsti, həmçinin 01 cüt sırğa və klondan ibarət dəsti əvvəldə Zülfiyyədən oğurladığı qızılları satdığı Nərimanov rayonu, Atatürk prospektində yerləşən Əkbər adlı zərgərə aparmışdır. Əkbər həmin qızıllara baxıb ardıcıl olaraq göstərdiyi birinci dəstə 14700 manat və ikinci dəstə isə 11000 manat pul verib həmin qızılları oğurluq olduğunu bilə-bilə ondan almışdır. O həmin qızılları satıb əldə etdiyi pulları Zülfiyyə ilə bir yerdə yaşadığı evdə saxlayırmış ki, qalan qızılları da satıb özünə avtomobil alsın. Zülfiyyə həmin pulları görüb haradan əldə etdiyini soruşduqda o sonuncuya bildirmişdir ki, dostuyla şərik iş görüb qazanmışdır. Bundan sonra o ayrı-ayrı vaxtlarda həmin Şahid1 seyfdən oğurladığı 4 ədəd briliant qaşı 37.000 manata, 1 ədəd dəyərində “Heydər Əliyev"in təsviri əks olunmuş qızıl sikkəni 2600 manata və 100 ədəd ümumilikdə qızıl onluqları 74.920 manata, 4 ədəd qızıl 15-liyi hər biri 1050 manat olmaqla ümumilikdə 4.200 manata satmışdır. Bundan sonra Əkbər sonuncu dəfə onda qalan sonuncu 20 ədəd “onluq” qızılı Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospektində Ağa adlı şəxsin idarə etdiyi ağ rəngli “Chevrolet” markalı, dövlət qeydiyyat nişanın son rəqəmləri 800 olan sedan avtomobillə gəlib görüşərək orada avtomobilin içərisində baxıb 17.000 manat müqabilində Ağayla birlikdə almışdır. Həmin vaxt o 20 ədəd “onluq” qızılı Ağaya vermiş, Ağa idarə etdiyi avtomobilin içərisində qızıllara baxıb daha sonra orada da birinin qiyməti 850 manat olmaqla ümumilikdə 17.000 manat pulu Ağa Əkbərlə birlikdə ona vermişdir. Bir müddət sonra o əlində qalan Zülfiyyədən oğurladığı 583 əyarlı qızılları satmaq üçün Əkbərə gətirsə də qiymətdə razılaşmadıqları üçün o həmin qızılları “MUM” adlanan yerdə 4.800 manat pul müqabilində Kazım adlı şəxsə satmışdır. O əldə etdiyi pulları təxminən 15-20 iyul 2020-ci il tarixlərdə 2018-ci il buraxılışlı “Mercedes G-Klass” markalı **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobili ilkin 60.000 ABŞ dolları pulu avtomobil salonunun sahibi Elşada ödəyərək lizinq şirkətinə məxsus həmin avtomobili kreditlə almışdır ki, həm Zülfiyyə həm də özü istifadə etsin. O həmin pulun 2.000 manatını tarixini dəqiq bilmədiyi vaxtda Elşadın avtomobili ona həmin avtomobili nümayiş etdirdiyi özünə məxsus qarajda Zülfiyyənin yanında, 60.000 ABŞ dolları pulu isə avtomobilləri icarə verilməsi ilə məşğul olan Abbasın yanında Elşadın işlətdiyi avtomobil salonunda sonuncuya vermişdir. Onlar Elşadla belə razılaşmışlar ki, üç ay müddətində 48.000 ABŞ dollarını Elşada verməklə hər ay üçün 4.800 ABŞ dolları ödəməklə 16 aya həmin avtomobili onun mülkiyyətinə keçəcəkmiş. Lakin tutulduğu üçün həmin ödənişləri ödəyə bilməmiş, lakin istintaqın gedişində özü həmin lizinqdə olan istintaqda saxlanılan avtomobilin Zülfiyyə xanıma veriməsi üçün özü ifadə vermişdir ki, guya 60.000 ABŞ dolları pulu guya Elşada verməmişdir, lakin bu yalnışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o ünvan 3 ünvanında 14 ildir ki, yaşayır. Son 6 ildir ki, həyat yoldaşından ayrı tək yaşayır. Son bir ildir ki, övladları ondan ayrı yaşayırlar, arada onun da yanıma gəlib dedirlər. Ondan başqa 7-8 ildir ki, evində xadimə kimi işləyən Günel xanım olur. Onun mənzilinin açarı özündən başqa Günel xanımda var. Təqsirləndirilən şəxs ilə 2019-cu ilin dekabrın son günlərində “İzmir” restoranında olan zaman tanış olmuşlar. Həmin vaxtı Tural özünü ona çox imkanlı, geniş əlaqələrə malik şəxs, valideynlərinin imkanlı işlərdə çalışan şəxs kimi tanıtmışdır. Həmin vaxtdan sonra onun Turalla normal münasibətləri yaranmışdı. Lakin buna baxmayaraq Tural onun evinə onsuz gəlib-gedə bilməzmiş yəni, Turalda onun mənzilinin açarı heç vaxt olmamışdır. Təqsirləndirilən şəxs 2020-cı ilin fevral-mart aylarında çantası və pul qabından dəfələrlə müəyyən məbləğdə pullar oğurlamışdır. Belə ki, əvvəllər çantasında və ya pul qabında pullar əksik olduğu zaman ya özü xərclədiyini, ya da hardasa düşürtmüş olduğunu fikirləşmişdir. Lakin sonralar Turaldan şübhələnməyə başlamış və bir gündə məbləğini tam bildiyi qədər pul çantasına qoyub yoxlamaq qərarına gəlmişdir. Pulun yenidən əksik olduğunu görüb Turalın pulları oğurladığına tam əmin olmuşdur. Bundan sonra aralarında mübahisə yaranmış, hətta Tural üzr istətmək üçün öz valideynlərini onun yanına göndərmişdir. Valideynləri də Turalın gənc olduğunu, səhv etdiyini və bağışlanmağını ondan xahiş etmişlər. Ümumilikdə isə çantasından bir neçə dəfəyə olmaqla 10.000 (on min) manat məbləğində pul 2020-ci ilin fevral və yaxud mart ayında dəqiq bilmədiyi yerlərdə birlikdə olduqları zaman oğurlamışdır. Bu hadisələrdən sonra Tural ona tövbə etdiyini bildirmiş və münasibətləri yenidən normala dönmüşdür. Evində işləyən Günel xanımın onu xəbərdar etməsi ilə o yataq otağında olan paltar şkafında olan dolabından və burada yerləşən seyfindən 04 avqust 2020-ci il tarixdə qızıl-zinət əşyalarının oğurlanmasını aşkar etmişdir. Həmin vaxtı Turalı dərhal evinə çağırıb polisə şikayət edəcəyini dedikdə Tural ona hər şeyi etiraf edib həm paltar şkafında olan çəkməcədəki həm də seyfində olan qızıları o evdə olmayan zaman gizli formada oğurladığını etiraf etmiş. Tural ona demişdir ki, yataq oatğında olan paltar şkafında yerləşən seyfini qarajına aparıb burada seyfin arxa hissəsini kəsərək buradan da bütün qızıllarını oğurlamış və hamısını satmışdır. Onun seyfində və şkafinda olmuş qızıl-zinət əşyalarının siyahısı aşağıdakı kimidir: 1 ədəd qızıl “Heydər Əliyev” medalyonu 31.107 qram çəkidədir-9500 manat; 3 ədəd qızıl üzük qarışıq rəngli qaşlarla- 3x4.500 (biri)-13.500 manatdır. Həmin üzüklərin hər birinin ümumi çəkisi 17 qram olmaqla, əyyarları 750 əyyarlıdır, hər birinin üzərində iki iri mirvari qaş və digər xırda birliant qaşlar olmuşdur, hər birinin 13 qramı qızıldan digər 4 qramı isə qaşlardan ibarət olmuşdur. 12 həftə adlanan 1 ədəd qolbaq 2.400 manat. Həmin qolbağın ümumi çəkisi 25 qram olmaqla 750 əyyarlıdır, üzərində hər hansı bir qiymətli qaş yoxdur, bu zinət əşyası on iki ədəd xırda halqadan ibarətdir.1 ərəb komplekti adlanan qızıl dəsti 6.000 manatdır. Bu zinət əşyası ümumilikdə 40 qramlıq 750 əyyarlıdır, ümumi çəkisi 40 qramdır, həmin zinət əşyasının forması ərəb əlifbası formasında olan sözlərdən ibarət şəbəkə şəklindədir. 1 dəst sadə qızıl dəsti 5.500 manat. Həmin qızıl zinət əşyası bir cüt sırqa, bir üzük, bir boyunbağı və bir qolbaqdan ibarətdir. Ümumi çəkisi 30 qram olmaqla 750 əyyarlıdır. 1 ədəd qızıl qolbaq briliant qaşlarla – 10.000 manat. Həmin zinət əşyası sarı və ağ qızılla qarşıq üzərində xırda çoxlu sayda biriliant qaşlar olmaqla çəkisi 750 əyyarlı 40 qramdır. 1 ədəd qızıl qolbaq 1.500 manatdır, ümumi çəkisi 08 qram olmaqla 585 əyyarlıdır. 1 ədəd üzük və 1 cüt sırğadan ibarət qızıl dəsti 5.500 manatdır. Həmin zinət əşyasının ümumi çəkisi 17 qram 750 əyyarlı olmaqla üzərində 3 qram qara rəngli biriliant qaşlar var. 1 cüt qızıl sırğa 10.000 manatdır. Həmin zinət əşyası briliant qaşlarla bəzədilmiş, yumru yarpaq formalı qədimi zinət əşyasıdır, ümumi çəkisi 30 qram olmaqla 750 əyyarlıdır. 1 dəst qızıl: klon (kvadrat sallanan), sep, “yumru kimi setkalı” formalı qolbaqdan ibarət olmaqla 6000 manatdır. Həmin dəstə ümumi çəkisi 50 qramlıq 750 əyyarlı qızıldan ibarət qolbaq, boyunbağı və klon daxildir, zinət əşyası təmiz qızıldan ibarətdir, üzərində qiymətli qaş yoxdur. 1 ədəd “leviziya” adalanan boyunbağı 5.800 manatdır. Həmin zinət əşyası 20 qram olmaqla 750 əyyarlı ağ qızıldan ibarətdir. 1 ədəd qızıl setka formalı lezviya adlanan boyunbağı 3000 manatdır. Həmin zinət əşyası 22 qram 750 əyyarlı sarı qızıldan ibarətdir. 1 ədəd “təkər” formalı kişi üzüyü 5.000 manatdır. Bu zinət əşyası 11 qram olmaqla 750 əyyarlı sarı qızıldan ibarətdir, üzərində xırda biriliant qaşlardan var. 1 ədəd kişi üzüyü 4500 manatdır. Həmin zinət əşyası 13 qram olmaqla 750 əyyarlı sarı qızıldan olub üzərində 5 ədəd biriliant qaş vardır. 1 ədəd qadın üzüyü 12.000 manatdır. Həmin zinət əşyası 8 qram olmaqla 750 əyyarlıdır, üzərində bir karata yaxın biriliant qaş vardır. 6 ədəd sertifikatlı vakuum qutuda briliant qaşlar 2 karatlıq 3 ədəd olmaqla x (biri 42.500 manat)= 127.500 manat; 1 karatlıq 3 ədəd olmaqla x (biri 24.000 manat)= 72.000 manat ümumilikdə 127.500+72.000=199.500 manat. 1 cüt üzərində mavi qaş olan ağ qızıldan barət sırğa 5.000 manatdır. Həmin zinət əşyası 6 qram olmaqla 750 əyarlıdır. Qaş qiymətli olsa da onun materialı dəqiq bilinmir. 1 ədəd üzərində böyük firuzə qaş olan ağ qızıldan ibarət üzük 3.000 manatdır. Həmin zinət əşyasının 10 qram 750 əyyarlı ağ qızıldan olmaqla üzərində bir ədəd böyük firuzə qaş olmuşdur. 1 ədəd üzərində 1 karatlıq ortada “tülpan” formasında briliant qaş olan ağ qızıldan üzük 20.000 manatdır. Həmin zinət əşyası 15 qram olmaqla 750 əyyarlı qızıldan ibarətdir və üzərində bir karatlıq biriliant qaş vardır. 1 cüt “günəş” formasında sırğa və üzükdən ibarət dəst 25.000 manat. Həmin zinət əşyası ümumilikdə 26 qram olmaqla 750 əyyarlı ağ qızıldan ibarət bir cüt sırğa və üzükdən ibarət olub üzüyün üzərində bir karatlıq birliant qaş vardır. 1 ədəd üzərində qara birilinat və yaşıl qaşlardan ibarət yarpaq və yarpaq üzərində qurbağa təsviri olan klon və üzük dəsti -6.000 manat. Həmin zinət əşyasının ümumi çəkisi 30 qram olmaqla 750 əyyarlıdır. 1 ədəd “spiral” formalı üç hissədən ibarət briliant qaşlı hərəkətli üzük-8.000 manat. Həmin zinət əşyasının ümumi çəkisi 20 qram olaqla 750 əyyarlı sarı qızıldan ibarətdir və üzərində xıra bilirant qaşlar vardır. 1 ədəd “aleksandriya” adalanan rəng dəyişən qədimi üzük 5.000 manatdır. Həmin zinət əşyası 5 qram olmaqla 585 əyyarlı sarı qızıldan ibarətdir. 1 ədəd “kvadrat” formalı “paxlavaya” oxşar üzərində xırda birliant qaşlar olan qadın üzüyü– 2.600 manatdır. Bu zinət əşyası 5 qram 585 əyyarlıdır. 1 ədəd tros qızıl sep 3.000 manatdır. Bu zinət əşyası 25 qram olmaqla 585 əyyarlı sarı qızıldan ibarətdir. 1 ədəd qızıl tros qolbaq 2.800 manatdır. Bu zinət əşyası 20 qram 585 əyyarlı sarı qızıldan ibarətdir. 1 ədəd qiymətli qırmızı qaşlı qızıl üzük 1.500 manatdır. Bu zinət əşyası 4 qram olmaqla 585 əyyarlıdır. 6 ədəd qızıl qadın sepləri 6x1.800=10.800 manat. Hər biri 8 qram 585 əyyarlı sarı qızıldan ibarətdir. 1 cüt qızıl sırğa 1.400 manatdır. Həmin zinət əşyası 9 qram 585 əyyarlı sarı qızıldan ibarətdir. 1 cüt uşaq qızıl sırğası 900 manatdır. Həmin zinət əşyası 3 qram olmaqla 585 əyyarlıdır. 1 ədəd “Muhamməd” yazılı qolbaq 500 manatdır. Həmin zinət əşyası 5 qram olmaqla 585 əyyarlı sarı qızıldan ibartədir. 1 ədəd yazısız uşaq qolbağı 300 manat. Həmin zinət əşyası 5 qram olmaqla 585 əyyarlı sarı qızıldır. 1 ədəd üstündən “ay günəş” fiqurları sallanan formalı qız uşaq qolbağı-350 manatdır. Həmin zinət əşyası 6 qram olmaqla 585 əyyarlı sarı qızıldan ibarətdir. 1 ədəd “çalma” formalı üzərində briliant qaşlar olan qızıl üzük 5.000 manatdır. Həmin zinət əşyası 8 qram olmaqla 750 əyyarlı imiş, üzərində xırda biriliant qaşlar olmuşdur. 1 ədəd kənarı briliant qaşlar və göy qaş olan qızıl nişan üzüyü 5.000 manatdır. Həmin zinət əşyası 12 qram olmaqla 750 əyyarlıdır, üzərində xırda biriliant qaşlar və bir ədəd böyük qaş olmuşdur. 1 bir cüt sırğa və üzərində 1,5 karatlıq tək qaş briliant olan üzükdən ibarət dəst 15.000 manatdır. Həmin zinət əşyasının ümumi çəkisi 10 qram olmaqla 750 əyyarlıdır, üzərindəki bilirlinat qaş isə 1,5 karatlıq olmuşdur. 1 ədəd paxlava formalı qızıl üzük 1.400 manatdır. Həmin zinət əşyası 5 qram olmaqla 585 əyyarlı sarı qızıldan ibarətdir. 1 ədəd üzərində mirvari klon olan boyunbağı 2.600 manatdır. Həmin zinət əşyasının ümumi çəkisi 7 qram olmaqla 750 əyyarlı sarı qızıldan ibarətdir, üzərində iki ədəd xırda mirvari qaşlar olmuşdur. 1 ədəd buğa formalı klonu olan boyunbağı 3.700 manatdır. Həmin zinət əşyası 10 qram olmaqla 750 əyyarlıdır. 1 ədəd ağ qızıldan ibarət boyunbağı 4.500 manatdır, 25 qram olmaqla 750 əyyarlıdır. 1 cüt üzərində qara rəngli xırda brilyant qaşlar sırğa, klon və üzükdən ibarət dəst 6.500 manatdır. Ümumi çəkisi 15 qram olmaqla 750 əyyarlıdır, ağ qızıldan ibarətdir, üzərində xırda biriliant qaşlar var. 1 briliant dəsti zinət 65.000 manatdır. Həmin zinət əşyası 1 ədəd boyunbağı, bir cüt sırğa və bir üzükdən ibarətdir, üzərində hər biri bir sot olmaqla 50 ədəd briliant qaş vardır. Ümumi təmiz çəkisi isə 50 qram 750 əyyarlıdır, ağ qızıldan ibarətdir. 1 briliant dəsti 70.000 manatdır. Həmin zinət əşyası kəpənək formalı ağ qızıldan ibarət bir cüt sırğa, boyunbağı, qolbaq və üzükdən ibartədir. Ümumi çəkisi 60 qram olmaqla 750 əyyarlıdır, üzərində ümumi 1,5 karatlıq biriliant qaşlar vardır. 1 qızıl dəsti 11.000 mantdır. Həmin zinət əşyası 1 cüt sırğa, 1 ədəd üzük, bir dədə fontan formalı klondan ibarət olmaqla ümumi çəkisi 20 qramdır, 750 əyyarlıdır, sarı və ağ qarışıq qızıldan ibarətdir, üzərində xırda biriliant vardır. 1 cüt “qurbağa” formalı alt hissəsindən hərəkətli üzərində qara birilant qaşlar olan sırğa 4500 manatdır. Ümumi çəkisi 8 qram olmaqla 750 əyyarlıdır, üzərində xırda birliant qaşlar vardır. 1 ədəd zəncir formalı sarı qızıl qolbağı 3.700 manatdır, ümumi çəkisi 8 qram olmaqla 585 əyyarlıdır. 1 cüt üzərində yumurta formasında birilinat qaş, aşağısında ağ mirvari qaş olan sırğa 6.600 manatdır. Həmin zinət əşyası 750 əyyarlı 18 qram olmaqla ağ qızıldan ibartədir, üzərində xırda birliant qaşlar və mirvari qaş vardır. 1 ədəd hündür formalı briliant qaşlı üzük 6.700 manatdır. Həmin zinət əşyası 7 qram olmaqla 750 əyyarlıdır, ağ qızıldan ibarətdir və üzərində 1 karatlıq birliant qaş vardır. 1 ədəd qızıl qadın saatı 7.000 manatdır. Həmin zinət əşyasının 40 qram olmaqla 585 əyyarlı sarı qızıldan ibarətdir. 1 ədəd “Pathek Philip” markalı, qızıl kişi saat 20.000 manatdır. Ümumi 50 qram 585 əyyarlı sarı qızıldan ibarətdir. 1 ədəd “ramaşka” formalı ortasında 1,5 karatlıq briliant qaş olan üzük 18.000 manatdır. Ümumi çəkisi 10 qram olmaqla 750 əyyarlı ağ qızıldan ibarətdir. 1 ədəd üzərində halqanın içində 1,5 karatlıq briliant qaş olan üzük 25.000 manatdır. Ümumi çəkisi 12 qram 750 əyyarlı ağ qızıldan ibartədir və üzərində 1,5 karatlıq birliant qaş vardır. 1 ədəd üzərində biriliant qaşlar olan “pələng” formalı üzük və bir cüt sırğadan ibartə dəst 12.000 manatdır. Ümumi çəkisi 12 qram olmaqla 750 əyyarlı sarı qızıldan ibartədir. 100 ədəd qızıl onluq bağlı formada (1600 və 1800-cü illərdə istehsal edilmiş)- 100x1.000= 100.000 manat 50 ədəd seyfdə şkafda 10-luq 14 ədəd olmaqla x (biri 1000 manat)= 14.000 manat; 15-lik 28 ədəd olmaqla x (biri 3000 manat)= 84.000 manat; 5lik 8 ədəd olmaqla x (biri 500 manat)= 4000 manat. 1 ədəd qartal ayağı formasının içərisində hər birində bir ədəd qara mirvari qaş olan qızıl qadın üzüyü 5.000 mnatdır. Həmin zinət əşyasının ümumi çəkisi 6 qram olmaqla 750 əyyarlı sarı qızıldan ibarətdir və üzərində xırda birliant qaşlar,həmçinin iki ədəd hər biri təxminən 1 sm diametrində olan mirvari qaşlar vardır. 1 ədəd üçbucaq formalı klonla sarı rəngli boyunbağı 4.000 mantdır. Ümumi çəkisi 8 qram olmaqla 750 əyyarlıdır, üzərində biriliant qaşlar vardır. 1 ədəd hündür sipral formalı üzərində xırda biriliant qaşla olanağ qızıldan ibarət üzük 8.000 manatdır. Ümumi çəkisi 12 qram olmaqla 750 əyyarlıdır, üzərində ümumi 1 karatlıq birliant daş vardır. 1 cüt naxışlı, yarı halqa, yarı sep formalı sırğa 3.600 manatdır. Həmin zinət əşyası 7 qram olmaql 585 əyyarlı sarı qızıldan ibarətdir. 1 tay üzərində 1,5 karatlıq biriliant qaş olan sarı sırğa 5.000 manatdır. Həmin zinət əşyası 6 qram 585 əyyarlı sarı qızıldan və üzərində 1,5 karatlıq 6 biriliant qaşdan ibarətdir. 1 cüt sarı armudu formalı ortasında hərəkətli hisə olan sarı qızıldan ibarət sırğa 4.200 manatdır. Ümumi çəkisi 12 qram olmaqla 585 əyyarlı sarı qızıldan ibartədir. 1 ədəd üzərində daşlarla olan boyunbağı, bir cüt sırğa, bir ədəd üzük, bir ədəd qolbaqdan ibarət dəst qiyməti 26.000 mnaatdır. Ümumi çəkisi 50 qram olmaqla 750 əyyarlıdır üzərində üzərində 1 karatlıq birliant qaşlar vardır. Həmçinin bildirirəm ki, oğurlanmış zinət əşyalarının üzərində olan biriliant qaşlar hamısı əla növə daxil olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Gənclik metrostansiyasının yaxınlığında qızıl alış-satışı ilə məşğul olur. Gündəlik iş fəaliyyətində hər hansı şəxsdən və ya mağazadan orta bazar qiymətinə uyğun qiymətləndirməklə qızıl alır, həmin qızılın üzərinə bir qədər qiymət qoyub həmin qızılı satmaqla gəlir əldə edir. Hər hansı bir şəxsdən qızıl alan zaman adətən həmin qızılla birlikdə ya satan şəxsin vəsiqəsinin şəklini çəkir, ya da həmin şəxsin şəxsiyyət vəsiqəsinin surətini alaraq alış aktı tərtib edib həmin aktda qızılları qeyd edərək satıcını bu yazının altından imza etdirir. Təqsirləndirilən şəxs adlı şəxsi təxminən 2020-ci ilin aprel ayından bir müştəri kimi tanımış, sonradan onun mağazasına gəlib getdikcə onların normal münasibətləri yaranmışdır. Tural özünü DYP əməkdaşı kimi ona təqdim etdiyindən və özünü hər zaman polis zabiti kimi apardığından Turala inanıb buna görə sonuncuya hörmətlə yanaşmış, Tural xidməti vəsiqəsini göstərməyə cəhd etsə də o buna mane olub vəsiqə göstərməsinə ehtiyac bilməmişdir. Tural özü hər zaman bahalı müxtəlif nəqliyyat vasitəsləri yəni, ağ və yaşıl rəng olmaqla “Porshe Panamera” markalı iki ədəd, yeni model qara rəngli “Range Rover” markalı, “Mersedes S klass” markalı, 10YY029 qeydiyyat nişanlı “Mersedes G klass” markalı avtomobil ilə müxtəlif vaxtlarda onun mağazasına gəlmiş və özünün imkanlı şəxs kimi təqdim etmişdir. Tural əvvəlcədən ona bildirmişdir ki, ona satdığı qızıl-zinət əşyaları özünə məxsusdur, əvvəlcə vəzifəsini dəyişmək istədiyi üçün pula ehtiyacı olmasını, daha sonra qeyd etdiyi “Range Rover” markalı avtomobillə qəza törətdiyi üçün həmin avtomobilin təmirinə pul lazım olmasını bildirib həmin qızılları satmaq istədiyini bildirmişdir. O, Turaldan qızılları adətən şəxsiyyət vəsiqəsi ilə satdığı qızılın şəklini çəkərək qeydiyyata almışdır. 2020-ci ilin təxminən aprel ayında Tural ilk olaraq salxım formalı sarı qızıldan ibarət iki ədəd qolbaq, üzərində xırda biriliant qaşlar olan ağ qızıldan ibarət bir ədəd qadın üzüyü, üzərində dəyərsiz yəni, çerkon qaşı olan sarı qızıldan ibarət iki ədəd qadın üzüyü, təxminən səkkiz ədəd nazik halqa formalı sarı rəngli qızıldan ibarət qolbaqlar, üzərində dəyəri olmayan mirvari qaş və xırda birilliantlar olan ağ qızıldan ibarət bir cüt sırğa və üzərində xırda birilliant qaşlar olan üç hissəli ilan formalı qadın üzüyünü gətirərək ona satmaq istədiyini bildirmişdir. O, həmin zinət əşyalarını hazırda xatırlamadığı qiymətlə lakin bazara qiymətinə uyğun qiymələndirib dəyərini ödəməklə Turaldan almış və həmin qızılların onun vəsiqəsi ilə birlikdə şəklini telefonuna çəkmişdir. Lakin bir neçə saat sonra Tural onunla əlaqə saxlayıb həmin qızılları satmamağını, bundan əlavə başqa qızıl-zinət əşyalarını gətirəcəyini bildirmişdir. Turalın istəyinə uyğun olaraq o həmin qızılları satmayıb özünə geri qaytarmışdır. Bu qızılların şəkli də Turalın vəsiqəsi ilə birgə onun telefonunun yaddaşında olmalıdır. Tural dediyi kimi həmin günü əlavə başqa qızılları ona satacağını desə də ona heç bir qızıl satmamışdır. Təxminən 23.05.2020-ci il tarixdə o işlədiyi Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 2A ünvanında yerləşən zərgər mağazasında olan zaman Tural onunla əvvəlcədən əlaqə saxlayıb ona yaxınlaşaraq 1 ədəd 1,57 karat briliant qaş göstərib satmaq istədiyini bildirmişdir. O adının Turaldan təqdim etdiyi brilliant qaşı nə məqsədlə satdığını soruşduqda Tural həmin briliant qaşı özünə məxsus olduğunu və pula ehtiyacı olduğu üçün satdığını bildirmişdir. Onu da demişdir ki, Tural həmin qaşı ondan qabaq işlədiyi ərazidə başqa mağazalara da göstərmiş, bu ona Turalın deməsindən məlum olmuşdur. Onda Turalın həmin qaşın özünə məxsus olmasına inanaraq 7500 manat müqabilində almışdır. Tural özü ona bildirmişdir ki, həmin qaşa görə Mərkəzi Univermaqda 6.000 manat təklif ediblərmiş. Həmin qaşı alan zaman o Turalın vəsiqəsnin surətini alaraq alış aktı tərtib edib bu aktda özü qaşın karatını və qiymətini yazıb qiymətini qeyd etmişdir, bundan sonra o və Tural həmin aktı imzalamışlar. Bundan bir neçə gün sonra yəni, təxminən 28.05.2020-ci tarixdə Tural yenidən onun işlədiyi mağazaya gələrək ona fontan formalı üzük və sırğa kulondan ibarət qızıl dəsti göstərib satmaq istədiyini bildirmişdir. O həmin qızıl dəstinin özünə məxsus olduğuna inanıb 7000 manat pul müqabilində həmin qızıl dəstini Turldan almışdır. Bundan bir neçə gün sonra Tural yenidən başqa bir avtomobillə mağazanın qarşısına gələrək əlində bir neçə qızıl əşyası göstərib bildirmişdir ki, yaxın vaxtlarda yol nəqliyyat hadisəsi törədib “Range Rover” markalı avtomobili əzildiyi üçün külli miqdarda ziyana düşdüyünə görə həmin qızılları satır. Tural onu inandırmaq üçün telefonunda olan əzilmiş avtomobilinin şəkillərini görsətmişdir. O, Turalın həqiqətən idarə etdiyi avtomobilin əzildiyini görüb inanmışdır. Turalın ona göstərdiyi şəkillərdə həm də qəza keçrimiş xərəkdə olan bir qadın da olmuşdur. Bundan sonra o Turala inanaraq təqdim etdiyi bir ədəd sünbül formalı qolbağı və boyunbağıdan ibarət qızıl dəstini 14700 manat, bir cüt salxım formalı sırğa və kulondan ibarət olan dəsti 11000 manat, bir ədəd “Heydər Əliyev”in şəkli təsvir edilmiş xatirə qızıl sikkəsini 2.600 manata, hər birinin qiyməti 9250 manat olan 4 ədəd brilliant qaşı ümumilikdə 37000 manat Turaldan almışdır. Tural qeyd etdiyi sonuncu qızıl-zinət əşyaları və dörd ədəd brilliant qaşı ayrı-ayrı vaxtlarda gətirib ona satmışdır. Bundan sonra Tural ayrı-ayrı vaxtlarda ona ümumilikdə 85240 manat dəyərində qızıl onluq və on beşlikdən ibarət 100 ədəd qızıl qəpiyin özünə məxsus olmasına inandırıb satmışdır. Tural ona 48 ədəd original 8 ədəd kəsilmiş qızıl onluq, 20 ədəd bir və 20 ədəd bir olmaqla qızıl onluq, 4 ədəd qızıl on beşlik olmaqla ümumilikdə 100 ədəd qızıl qəpik satmışdır. Tural daha sonra satmaq üçün ona müxtəlif qızıl-zinət əşyaları gətirsə də, onlar qiymətdə razılaşmadıqları üçün Tural həmin qızılları başqa zərgərlərin yanına aparmışdır. Ümumiyyətlə o aldığı malların qiymətini dedikdə Tural malları ona verməmişdir. Yəqin ki gedib başqa zərgərlərə göstərmiş, yaxşı pul verdiyinə görə həmin malları başqa zərgərlərə satmışdır. Sonuncu dəfə təxminən 2020-ci ilin iyul ayında o Turaldan Bakı şəhəri, Yasamal rayonu, H.Cavid parkının yanında Ağanın iştirakı ilə əvvəldən bildirdiyi 100 ədəd qızıl onluqların sonuncu 20 ədədini 10.000 ABŞ dolları və 1.100 manat pul müqabilində satmışdır. Onun həmin vaxtı avtomobili təmirdə olduğu üçün Turalın çağırışı ilə Ağanın idarə etdiyi “Cehrovet” markalı avtomobillə həmin parkın yanına getmiş, qızıl onluqları Turaldan alarkən Ağa da həmin qızıl onluqlara baxıb fikrini bildirmişdir. Bundan sonra o Turaldan heç bir qızıl-zinət əşyası almamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdi ki, 10 ildən çoxdur ki, fiziki şəxs kimi vergi ödəyəcisi olaraq qızıl alış-satışı ilə məşğul olur. Onun işlədiyi mağaza Mərkəzi Univermaqda girişdə yerləşir. Burada o həm lom kimi, həm də qızıl-zinət əşyası kimi alıb üstünə bir qədər pul qoymaqla satır. Təqsirləndirilən şəxs 18 iyun 2020-ci il tarixdə tanımışdır. Belə ki, həmin günü Tural idarədə etdiyi “BMW X7” markalı avtomobil ilə gəlib univermağa daxil olmuş və ona yaxınlaşmışdır. Həmin vaxtı Tural əvvəlcə salamlaşıb sonra ona qızıl alıb almadığını soruşmuşdur. O da ala biləcəklərini demişdir. Bu zaman Tural özünə məxsus olduğunu, ailəsində problem olmasını bildirib qızılları satmaq istədiyini bildirmişdir. Həmin vaxtı Tural ona “Patek Philip” markalı İsveç istehsalı kişi qızıl saatı təqdim etmişdir. O da həmin qızıla baxıb 35-40 qram arası qızıl olmasını, həmçinin bu saatın brend saat olmasını müəyyən etmişdir. Onun brend saatlardan yaxşı başı çıxdığı üçün heç kimlə məsləhətləşməmişdir. O saata əvvəlcə 8500 manat pul verə biləcəyini desə də sonda Turalla həmin saatı 10.000 manata ala biləcəyinə razılaşmışdır. Bundan sonra şəxiyyətini vəsiqəsini tələb etmiş və aldıqları zinət əşyasını alış aktı ilə rəsmişləşdirmişdir. Tural da həmin akta imza etmişdir. Bundan sonra ondan istifadədə olan ********** saylı mobil telefon nömrəsini alıb əgər yenə qızıl satası olsa müraciət edə biləcəyini soruşmuş, o da bildirmişdir ki, əgər qızıl gətirsə ala bilər. O qızıl saatı Turaldan aldıqdan təxminən bir gün sonra univermaqda təsadüfi gəlmiş şəxsə 11.300 manata satmışdır. Bundan təxminən 2-3 gün sonra karantinə görə Mərkəzi Univermaq fəaliyyətin dayandırmış, onlar da yalnız onlayn satış həyata keçirirmişlər. Təxminən 1-2 gün sonra Tural onunla gecə saatlarında əlaqə saxlayıb özünə məxsus 100 ədəd onluq qızıl olmasını bildirib ondan neçəyə ala biləcəyini soruşmuş, o da həmin vaxtı Turala konkret cavab verməyib səhəri günü əgər gətirsə baxıb konkret söz deyə biləcəyini bildirmişdir. O belə cavab versəmdə Tural onunla əlaqə saxlamamış, o da Turala zəng vurmamışdır. Təxminən birinci alışdan 10 gün sonra Tural onunla telefon əlaqəsi saxlayıb işdə olub-olmadığını soruşmuşdur, bu zaman o işdə olduğunu demiş, bu zaman unvermaqdan bayırda olan dostu Azərin mağazasında olduğunu bildirib Turalı da ora dəvət etmişdir. Bu zaman Tural yeni model Galenvagen markalı avtomobillə ora gəlmişdir. Bu zaman özü ona bildirmişdir ki, həmin avtomobili yeni almışdır. Bu zaman Tural polisə işə düzələcəyini bildirib pula ehtiyacı olmasını, ona görə də özünə məxsus olan qadın qızıl zinət əşyalarını lom kimi satmaq istədiyini bildirmişdir. Bu zaman Tural ona tək tay sırğa, bir ədəd sep klon, bir ədəd üzük və boyunbağını vermişdir. O da həmin qızılları çəkib çəkisinə uyğun olaraq təxminən 70-80 qram olduğu üçün 4.300 manata ala biləcəyini demişdir. Bundan sonra o Turala yenə də rəsmiləşdirmək üçün yeni akt tərtib etməli olduqlarını desə də Tural tələsdiyini bildirib əvvəlki akta onsuzda imza etdiyini və buna görə də həmin akta hazırda satdığı qızılları qeyd etməyini xahiş etmişdir. Tural bir daha aktı nəzərdə keçirib qızılların ona təqdim etmiş, bunun müqabilində Turala 4.300 manat pul vermişdir. Bundan sonra onun Turalla heç bir əlaqəsi olmamış, Turalla telefonlada danışmamış və görüşməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdi ki, zərgərlik fəaliyyəti ilə məşğul olaraq ailəsini dolandırır. O, zərgər kimi Səbail rayonu ərazisində yerləşən “MUM” qızıl alqısatqı mağazasında işləyir. Şahid1 təxminən 5-6 il bundan əvvəl qızıl-zinət əşyaların alış-satışı ilə bağı münasibətlər çəçivəsində tanımışdır. Əkbərdə onu mütəxəsis bir zərgər kimi tanıyır. 2020-ci ilin iyul ayının əvvəllərində Əkbər ona yaxınlaşaraq bildirmişdir ki, Yasamal rayonu, H.Cavid prospektində “onluq” qızıl satan bir şəxslə görüşəcək bu məqsədlə ondan mütəxəssis kimi getməyini xahiş etmişdir. Onda qızıldan başı çıxan bir adam kimi Əkbərə etiraz etməyib Əkbərlə getməyə razılıq vermişdir. Bundan sonra Əkbər ona məxsus avtomobilə əyləşmiş və onlar Yasamal rayonu, H.Cavid prospektinə gedib H.Cavid parkının yanında dayanıb gözləməyə başlamışlar. Bu zaman Əkbər mobil telefon ilə kiməsə zəng etmişdir. Həmin zəngdən bir-iki dəqiqə keçməmiş markasını və qeydiyyat nişanını xatırlamadığı qara rəngli avtomobil gəlib onun sağ hissəsində sərnişin olan tərəfdən paralelində dayanmışdır. Həmin avtomobildə sürücüdən başqa heç kəs olmamışdır. Bu zaman Əkbər avtomobildən yerə düşmədən pəncərdən başını çıxardıb həmin avtomobildə olan sonradan polis idarəsində adının Tural olduğunu öyrəndiyi şəxslə söhbət etməyə başlamışdır. Həmin vaxt o telefonla başını qatdığı üçün həmin şəxslərin nə barədə söhbət etməsiə fikir verməmişdir. Əkbər və Tural bir qədər söhbət etdikdən sonra Əkbər ona avtomobilin içərsində 20 ədəd “onluq” qızıl təqdim etmişdir ki, bir mütəxəssis gözü ilə həmin qızıllara baxıb keyfiyyəti barədə məlumat versin. Onda həmin qızllara baxaraq keyfiyyətli olmasını Əkbərə bildirmişdir. Bundan sonra Əkbər onun avtomobilindən düşərək yanlarında olan qara rəngli Turalın idarə etdiyi, avtomobilə əyləşmişdir. Həmin şəxslər Turalın avtomobilində bir qədər söhbət etdikdən sonra Əkbər gəlib onun avtomobilində oturmuş və onlar ordan çıxıb getmişlər. O yol boyu Əkbərlə söhbət etsə də həmin qızılları hansı qiymətə və kimdən alması barədə heç bir sual verməmişdir. O Əkbəri aparıb “Gənclik” metrostansiyasmm yaxınlığında düşürdükdən sonra çxıb evinə getmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, 1993-cü ildə X6 ilə ailə həyatı qurmuş, birgə nikahlarından 1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs və 1996-cı il təvəllüdlü Rəhimli Elvin dünyaya gəlmişdir. O ailəsiylə birlikdə qeydiyyatda olduğu ünvanda iki otaqdan ibarət fərdi yaşayış evində yaşayır. Həmçinin ev ona atasından qalmışdır və hazırda ona məxsusdur. Evinin mülkiyyətini təsdiq edən yalnız onun adına olan “ev kitabçası” vardır. 2020-ci ilin avqustun ilk vaxtlarına qədər Nərimanov rayonu, Çermet körpüsü yaxınlığında olan tikinti bazarında olan mağazanı icarə əsasında işlətmişdir. Hazırda həmin mağaza sökülmüş və o da işləmir. Oğlu Təqsirləndirilən şəxs konkret olaraq rəsmi heç bir yerdə işləmir. Lakin bildiyinə görə müəyyən maklerlik fəaliyyəti ilə məşğul olur, müəyyən şəxslərə “rent a car” şirkətlərindən avtomobillər götürülməsində köməklik göstərməklə qazanc əldə etmişdir. Təxminən 2020-ci ilin mart-aprel aylarından tarixini dəqiq bilmədiyi vaxtdan Turalın özünün deməsində bilirmiş ki, Turalın təxminən 50 yaşlarında Zülfiyyə adlı xanımla kişi qadın münasibəti olmasını bilmişdir. O bir ata kimi oğluyla Zülfiyyənin münasibətini aydınlaşdırmaq üçün Zülfiyyə ilə də görüşmüşdür. Ona həmin vaxtdan məlum olmuşdur ki, Turalla Zülfiyyə sevgilidirlər. Tural həmin vaxtlardan etibarən daimi olaraq evdə qalmır, bəzi vaxtlarda da Zülfiyyənin yaşadığı evdə qalmışdır. Zülfiyyə xanımla oğlu tanış olmazdan əvvəl bəzi vaxtlarda bahalı maşınlar sürür, bunun nə olmasını soruşan zaman isə dostunun rent a car şirkətindən avtomobil götürdüyünü bildirmişdir. Lakin Zülfiyyə xanımla münasibəti yarandıqdan sonra yəni, 2020-ci ilin mart-aprel aylarından etibarən artıq bahalı maşınlar sürdüyünü, bahalı telefonlar işlətdiyini, çoxlu pul xərclədiyini görmüşdür. 04 avqust 2020-ci il tarixdə polis ona zəng vuraraq Turalın Zülfiyyənin evindən bir milyonluq qızıl-zinət əşyalarını oğurladığı üçün tutulmasını bildirmişdir. Oğlu Turalın mülkiyyətində hər hansı bir əmlak və yaxud avtomobil yoxdur. Həmçinin, Tural öz mülkiyyətində olmasa da hər hansı bir əmlak almamış, həmçinin, əldə etdiyi pullardan onlara ciddi məbləğdə heç bir pul xərcləməmişdir. Onun və ailə üzvlərinin Turalın oğurluq cinayəti törməsindən məlumatları olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs yaşadığı ünvan 5 ünvanında əvəllər həftədə iki dəfə, sonradan isə həftədə bir dəfə əksər vaxtlarda həftənin üçüncü günü təmizlik işləri görmüşdür. Bəzi vaxtlarda isə həftənin həmin günü onun və yaxud Zülfiyyə xanımın istəyinə uyğun olaraq razıığı əsasında dəyişmişdir. O, Təqsirləndirilən şəxs isə hadisədən cəmi bir neçə ay əvvəl Zülfiyyə xanımın sürücüsü kimi tanımışdır. O təmizlik işləri gördüyündən və Zülfiyyə xanım ona etibar etdiyindən ona evə rahat girib çıxmağı üçün həmin mənzilin açarını da vermişdir. O adətən saat 11:00-dan saat 20:00-a kimi həmin evdə işləmişdir. Onun Zülfiyyə xanımın təmizlik işləri apardığı mənzil mansard hissə və alt mərtəbədəki mənzil olmaqla iki mərtəbədən ibarətdir. İkinci mərtəbədə pilləkənlə qalxdıqda qarşıda Zülfiyyə xanımın öz yataq otağı vardır. Həmin otağa girişdən solda olan divarın qarşısında bir ədəd paltar şkafı yerləşir. Həmin şkafın içərisində bir ədəd boz rəngli təxminən bir metr hündürlüyündə elektron seyf var olmuşdur. Ümumiyətlə Zülfiyyə xanım özünə məxsus gündəlik istifadə etdiyi qızılzinət əşyalarını həm mənzilə girişdə sağ tərəfdə yerləşən daşdan hazırlanmış qabın içərisində və yaxud öz yataq otağında güzgülü termonun üstünə qoymuşdur. Sseyfdə nə olmasını bilməmişdir. 2020-ci ilin təxminən may ayında o seyfin qoyulduğu yerdə şüşə qırıqlarınn olmasını görmüşdür. Seyfin qarşısına tökülmüş şüşə və daş qırıntılarını təmizləmişdir. Lakin növbəti dəfələrdə yenə də seyfin önündə daş qırıntıları əmələ gəlmişdir. Hər dəfə bu barədə Zülfiyyə xanıma demək istəsə də əksər vaxtlarda o evdə təmizlik işləri apararkən evdə olmadığı üçün bəzi vaxtlarda onun yadından çıxdığından Zülfiyyəyə bu barədə məlumat verməmişdir. 04 avqust 2020-ci il tarixdə saat 13 radalərində Zülfiyyə xanımda evdə olan zaman o da təmizlik işləri aparmışdır. Bu vaxt Zülfiyyə xanım ona müraciət edib qeyd etdiyi seyfin ətrafında olan şüşə qırıntılarını da təmizləməyini xahiş etmişdir. O, Zülfiyyə xanıma bildirmişdir ki, artıq uzun müddətdir ki, həmin seyfin ön tərəfində şüşə və daş qırıntılarının olmasını görür, o hər dəfə orada olan kiçik daş qırıntılarının və şüşə qırıntılarını təmizləsə də növbəti dəfələrdə yenə də həmin qırıntılarının burada olmasını görür. Seyfin qapısı bağlı olduğu üçün bu hala o qədərdə önəm verməmişdir. Bu vaxt onunla birlikdə yataq otağına gəlmiş, birlikdə seyfi şkafda ön tərəfə çəkib çevirdikdə seyfin arxasında ailə şəkillərinin olmasını, həmin şəkillərin şüşə çərçivələrinin qırılmasını bundan başqa seyfin arxasında və önündə olan daş qırıntılarına oxşayan daha böyük daş qırıntılarının olmasını görmüşlər. Onlar seyfin arxa hissəsində kəsiyin olmasını, həmin kəsiyin həmin yerə yenidən qaynaq edilməsini lakin bu hissəsinin bir hissəsinin qopuq formada olmasını görmüşlər. Bundan sonra Zülfiyyə xanım seyfin içini açmış, çoxlu sayda qızıl-zinət əşyalarının qabları olmasını və burada heç bir qızıl-zinət əşyasının olmamasını görmüşlər. Bu zaman Zülfiyyə qışqıraraq bütün qızıllarının oğurlanmasını demişdir. Daha sonra həyacanlı formada mənzilin birinci mərtəbəsinə düşüb burada Zülfiyyə xanımın sürücüsü kimi tanıdığı Tural adlı şəxsə zəng vurub qızıllarını oğurladığını bildirib dərhal evə gəlməsini istəmişdir. Zülfiyyə xanımın zəngindən təxminən 20 dəqiqə sonra Tural evə gəlmişdir. Tural evə gələrkən özü də tez-tez Zülfiyyə xanıma zəng vurur, Zülfiyyə xanımında vəziyyəti yaxşı olmadığı üçün telefona o cavab verib Turalı tez gəlməsini bildirəndə Tural ona demişdir ki, Zülfiyyə xanımı heç yerə zəng etməyə imkan verməsin və gəlib Zülfiyyəni sakitləşdirəcəyini bildirmişdir. Bundan sonra Tural evə çatıb Zülfiyyə xanımı sakitləşdirməyə, narahat olmamasını, kim oğurluq edibsə həmin şəxsi tapdıracağını, əgər tapılmasa qızılları alıb yerinə qoyulacağını bildirirərək Zülfiyyəni sakitləşdirməyə çalşmışdır. Bundan sonra Zülfiyyə xanım ona polisə zəng vurub məlumat verməyini istədikdə o telefonu götürüb mətbəx tərəfə keçən zaman Tual onun arxasınca gəlib polisə zəng vurmamağını, belə olan halda ora çoxlu sayda polislərin gələcəyini, həm onun həm də Turalın başının arğıyacağını demişdir. O, Turala əhəmiyyət verməyib polisə zəng vuran zaman ona və Zülfiyyə xanıma mane olmağa çalışsa da onlar polisə məlumat vermişlər. Hətta guya Tural özü məlumat verəcəyini deyib ev telefonunu qulağana qoyub guya polisə zəng vurduğunu desə də ev telefonuna artıq polisə zəng olunduğu üçün polis tərəfindən evə zəng gəlmiş, həmin vaxtı da onlar başa düşmüşlər ki, Tural guya özünü polisə zəng vururmuş kimi göstərsə də bunu etmirmiş. Bundan sonra hadisə yerinə polis əməkdaşları gələrək hadisə yerini müayinə edərkən məlum olmuşdur ki, həmin seyfin arxa hissəsi qaynaq olunaraq kəsilib və həmin hissə yenidən yerinə qaynaq vasitəsilə bərkidilmişdir. Seyfin ətrafında olan daş qırıntıları da seyfin dəmir divarlarının daxilində olan daş qırıntılarıdır. Sonradan ona məlum olmuşdur ki, Tural özü hər şeyi etiraf edərək seyfin içərisində və açarla bağlı şkafda olan qızıl-zinət əşyalarını oğurlayaraq müxtəlif şəxslərə satmışdır. O da hər dəfə seyfi təmzləməyinə baxmayaraq seyfin özünə də ətrafında toz və daş qırıntıları yaranmasına səbəb Turalın bu seyfin içərisində olan qızılları hər dəfə götürəndə içərisində olan daş qırıntıları seyfin önünə və ətrafına tökülmüşdür. Hadisədən iki həftə qabaq Zülfiyyə xanım ona qeyd etdiyi yataq otağında olan paltar şkafındakı açarla bağlanmış çəkməcənin açarının onun görüb gərmədiyini soruşmuş, o da görmədiyini demişdir. Polislər həmin yerə gələn zaman Zülfiyyə xanım ona şkafın həmin çəkməcəsində olan qızıllarında oğurlanmasını bildirmiş, lakin bu zaman həmin çəkməcənin açıq və yaxud bağlı olmasını o dəqiq bilməmişdir. Mənzilin açarı, Zülfiyyə xanımda, oğlunda və onda olmuşdur. Bundan başqa həmin açarın kimdə olmasını bilmir. Lakin Zülfiyyə xanım ona demişdir ki, Turala heç bir açar verməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs ilə 1995-ci ildə ailə həyatı qurmuş, 2008-ci ildə faktiki olaraq boşanmışlar, lakin hazırda formal olaraq rəsmi sənədlərdə onlar evlidir, boşanmaq üçün rəsmi olaraq müraciət etmişdir. Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi məhəllə 554, ev 26, mənzil 126-da qeydiyyatda olasa da həmin ünvanın yaxınlığında övladlarıyla birlikdə yaşayır. O uzun illərdi hazırdada rəhbəri olduğu "xxxx" MMC və digər şirkətlər vasitəsilə tikiniti işi ilə məşğul olur, qeydiyyatda olduğu və hazırda yaşadığı mənzillərin yerləşdiyi binaları da onun rəhbərlik etdiyi tikinti şirkəti tərəfindən tikilmişdir. Onun hər zaman gəlirləri yaxşı olmuş, buna görə də əlamətdar günlərdə və başqa vaxtları mütəmadi olaraq keçmiş həyat yoldaşına hədiyyə olaraq həmçinin, övladlarının adına müxtəlif ən çox Bakı şəhərindən, bəzi vaxtlarda xarici ölkələrdən müxtəlif dəyərli qızıl-zinət əşyaları almışdır. Həmin zinət əşyaları da təbii olaraq həyat yoldaşına məxsus olmaq onun tərəfindən Zülfiyyənin də hazırda yaşadığı onun da qeydiyyatda olduğu ünvanda hazırda saxlanılmışdır. Həmin evdə ailəmlə birlikdə yaşadığı dövrdə qızıl-zinət əşyaları və digər dəyərli əşyaların saxlanılması üçün seyf olmuşdur, lakin sonradan həmin seyfin dəyişdirilməsi ona dəqiq olaraq məlum deyildir. Övladları bəzi vaxtlarda anası ilə əlaqə saxladığı üçün 2020-ci ilin avqust ayında Zülfiyyəyə məxsus qızıl-zinət əşyalarının oğurlanmasını eştimiş, lakin məsələnin mahiyyətindən çoxda məlumatı olmamışdır. Bu hadisə ilə bağlı məlumatı çox sonradan olmuş, o ümumiyyətlə bu hadisə ilə bağlı heçnə bilmir. Oğurlanmış qızıl zinət əşyalarından əksəriyyəti onun tərəfindən Zülfiyyə xanıma hədiyyə kimi, bəziləri isə qohum və yaxın şəxslər tərəfindən hədiyyə olaraq alınmışdı. Həmin zinət əşyalarının qiyməti ilə bağlı ümumiyyətlə yadında deyil, lakin Zülfiyyə qadın olduğu üçün və həmin zinət əşyaları özündə olduğundan yəqin ki, həmin qızılların qiyməti ilə bağlı doğru məlumat verir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun doğma bacısıdır, Zülfiyyə xanım hər zaman qızıl-zinət əşyalarını almağı həm də istifadə etməyi çox sevmişdir. Buna görə də Zülfiyyənin hər zaman çoxlu sayda qızıl-zinət əşyaları olmuşdur. Bununla bağlı bildirmişdir ki, həmin qızıl-zinət əşyalarını Zülfiyyə xanıma həm həyat yoldaşı Yaşar özü bilavasitə almış, həmçinin Yaşarın verdiyi pullarla Zülfiyyə özü almış, həm də müxtəlif əlamətdar günlərdə qohum və tanışları hədiyyə olaraq Zülfiyyə xanıma qızıl-zinət əşyaları almışlar. Zülfiyyə xanımda övladlarının gələcəyi üçün istifadə etdiyi zinət əşyaları ilə yanaşı həm də 150-yə yaxın qızıl onluqlar, bir və iki karatlıq olmaqla ümumi olaraq altı ədəd biriliant qaşlar olması onun dəqiq yadındadır. Zülfiyyə özü dəfələrlə ona demişdir ki, ona məxsus daimi istifadə etmədiyi qızıl-zinət əşyaları daimi olaraq aşadığı evin ikinci mərtəbəsində olan yataq otağında olan paltar şkafının içərisinə qoyulmuş seyfdə və elə həmin seyfin qoyulduğu şkafda açarla bağlı dolabda saxlayırmış. Digər ümumi istifadə etdiyi qızıl-zinət əşyaları isə həmin şkafın açıq hissəsində açıq şəkildə qoyulmuşdur. O sözü gedən hadisədən iki ay əvvəl Turalı Zülfiyyə xanımın köməkçisi kimi tanımışdır. Turalla qiyabi formada normal münasibətləri olmuşdur. 2020-ci ilin avqust ayının əvvəlində o növbəti dəfə bacısı Zülfiyyə ilə əlaqə saxlayan zaman yaşadığı evdə olan seyfdəki və dolabdakı bütün qızıl-zinət əşyalarını Tural gizli şəkildə oğurlamış və başqa şəxslərə satmışdır, polis tərəfindən bu hərəkətinə görə Tural həbs edilmişdi. Məhkəmədə şahid qismində dindirilmiş İş üzrə şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, o ümumilikdə 20 il olmaqla son 7 ildir ki, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi ticarət cərgəsində yerləşən ofisində vergi ödəyicisi olan fiziki şəxs kimi yəni VÖEN vasitəsilə qızıl alış-satışı və lombard fəaliyyəti ilə məşğul olur. Onun hazırda sırf qızıl alış-atışı və lombard fəaliyyəti ilə məşğul olmaq üçün Vergilər Nazirliyində qeydiyyatdan keçmiş ********** nömrəli fiziki şəxsin sahibkarlıq uçotu haqqında şəhadətnaməsi qüvvədədir. Onun öz ofisində fəaliyyəti adətən yalnız daxili bazardan yəni, müxtəlif vətəndaşların satdığı və mağzalarda bir qədər ucuz qiymətə aldığı qızıl-zinət əşyalarını alıb həmin məhsulların üzərinə bir qədər pul qoymaqla sataraq gəlir əldə etməkdən ibarətdir. O bu işlə uzun müddət məşğul olduğu üçün həmin ticarətin bütün xüsusiyyətlərini dərindən bilir. O özü mağazadan hər hansı bir qızıl-zinət əşyası almaq istədikdə həmin məhsulun qanuni qəbzini, tələb edilən məhsullarda sertifikatını tələb edib alır, hər hansı bir vətəndaşdan aldıqda isə həmin məhsulların qanunsuz yolla əldə edilməsinin qarşısını almaq üçün vətəndaşdan şəxsiyyətini təsdiq edən sənədi tələb etməklə həmin sənədin əsasında şəxsin öz xətti ilə yazılmaq şərti ilə alış aktı adlalanan sənəd satıcı ilə onun arasında tərtib edilir. Bu zaman həmin şəxs öz xətti ilə bu sənədin məzmununa həmin qızıl-zinət əşyasının özünə məxsus olmasını həmin əşyanı qanuni yolla əldə etməsini, bu məhsulla bağlı gələcəkdə yarana biləcək hər hansı bir problemə görə məsuliyyət daşımasını qeyd edib imzalayır. Həm hüquq mühafizə orqanları həm də bu işlə uzun müddət məşğul olan şəxslərin tövsiyəsi ilə bu cür sənədləşmə aparılır, bu qaydalara da bütün qanuni qızıl alqı-satqısı ilə məşğul olan şəxslər riayət edir. Əgər uzun müddət qızıl alqı-satqısı ilə məşğul olan şəxs həcmindən asılı olmayaraq qızıl alış-satışı zamanı bu sənədləşməsini aparmırsa deməli burada həmin şəxsin başqa marağı vardır. Bu sənədləşmə yəni, hər hansı qanunsuz yolla əldə edilmiş əmlakın onlar tərəfindən alınmasının qarşısını alır və bu halı bütün qızılçılar bir qayda kimi bilir və əməl edirlər. Hər bir ticarətdə olduğu kimi hər hansı bir qızıl-zinət əşyasını alarkən həmin əşyanın satışından qazanc əldə etmək üçün bir qədər ucuz qiymətə almağa çalışsalar da bu heçdə həmin gün üçün real bazar qiymətindən fərqlənməməli zinət əşyasının real qiymətinə uyğun olmalıdır. Yəni, hər gün üçün qızılın əyyarlarına yəni, tərkibinin təmizlik dərəcəsinə uyğun olaraq qiyməti müəyyən edilir. Hər gün üçün məzənnə “London” birjasına uyğun tənzimlənir, onlar da müxtəlif mobil tətbiqlər məsələn “kitco” mobil tətbiqi vasitəsilə bu məzənnəni öyrənirlər. Burada qızılın bir unsiyasının yəni, 900 əyyarlıq qızılın bir qramının qiyməti göstərilir. Ümumilikdə zinət əşyalarında olan bütün qızıllar daxili bazarımızda 585, 750 və 900 əyyar olmaqla üç yerə bölünür. Həmin əyyarlar qızılın tərkibində əlavə qatqıların nə dərəcədə olmasını göstərir. Ən çox qatqısı olan əyyar 585, ən az qatqısı olan əyyar isə 900-dür. Əgər həmin gün üçün qızılın bir unsiyası məsələn 57 ABŞ dolları kimi müəyyən eidlibsə bu məzənnə ilə 900 əyyarlı qızılın bir qramı 57 ABŞ dolları təşkil edir. Həmin gün üçün 585 əyyarlı qızılın qimyətini müəyyən etmək lazım olduqda şərti olaraq bir unsiya qızılın qiyməti 57 ABŞ dollarıdırsa bu rəqəmi əyyara uyğun olaraq tərkibində bir qram qızıla görə 700 ml qram mis və gümüş qatqısı olduğu üçün 1.7 rəqəminə bölür daha sonra əldə edilmiş nəticəni dolların həmin dövrün məzənnəsinə yəni məsələn 1.7-də vurub nəticədə 585 əyyarlı qızılın bir qramı üçün nəticəni əldə edirlər. Həmin gün üçün 750 əyyarlı qızılın qiymətini müəyyən etmək lazım olduqda şərti olaraq bir unsiya qızılın qiyməti 57 ABŞ dollarıdırsa bu rəqəmi əyyara uyğun olaraq tərkibində bir qram qızıla görə 500 ml qram mis və gümüş qatqısı olduğu üçün 1.5 rəqəminə bölür daha sonra əldə edilmiş nəticəni dolların həmin dövrün məzənnəsinə yəni, məsələn 1.7-də vurub nəticədə 750 əyyarlı qızılın bir qramı üçün nəticəni əldə edirlər. Bu hesabla əgər bir unsiya qızıl 57 dollar müəyyən edilibsə 585 əyyar üçün hesablama: 57:1.7X1.7=57 manat, 750 əyyar üçün isə: 57/1.5X1.7=67,6 manat kimidir. Onlar bu cür hesablamanı lom yəni, xammal kimi qızlın alış və satışında edirlər. Yəni alıb satdıqları qızıl-zinət əşyası əzilibsə, köhnə modeldisə, istifadəyə yararsızdısa həmin qzıllar yenidən hazırlanması üçün ərintiyə verildiyindən həmin qiymət məzənnəyə uyğun bu cür hesablanır. Zinət əşyasının qiyməti sadəcə onun xammal qiyməti ilə deyil, üzərində olan qaşların növü, keyfiyyəti, ölçüsü, təmizliyi və həmin zinət əşyasının əl işi və ya məhşur marka olması ilə qiymətləndirilir. Yəni, həmin zinət əşyası alınıb satılarkən bu xüsusiyyətlər əsas götürülür. Məsələn qram əyyarı az olan əşya məhşur brend olarsa və eksqluziv modeldirsə bu zaman həmin zinət əşyası qiyməti iki və ya daha çox dəfə baha ola bilər. Onların daxili bazarda qaşlardan qiymətli olanı demək olar ki, yalnız birliant hesab edilir ki, həmin qaşlar da sotuna və karatına yəni qaşın üst hissədən diametrinə və təmizliyinə yəni, qaşa lupa ilə baxdıqda daxilində ləkə olmaması ilə qiymətləndirilir. Karat sot ölçüsü xüsusi elektorn ştanger aləti vasitəsilə ölçülür. Bir karat biliriliant 100 (yüz) sotdur. Biriliant qaşın qiyməti ümumi dünya birjasında nəzərdə tutulmur. Ümumi olaraq birliant qaşın qiyməti bir ədəd böyük bir karatlıq qaş üçün şəffaflıq dərəcəsinə uyğun olaraq 25.000-30.000 manat müəyyən edilir, bir ədəd böyük iki karatlıq qaş üçün şəffaflıq dərəcəsinə uyğun olaraq 100.000-110.000 manat müəyyən edilir, bir ədəd böyük üç karatlıq qaş üçün şəffaflıq dərəcəsinə uyğun olaraq 150.000-200.000 manat müəyyən edilir. Kiçik 10 sota qədər olan birilant qaşlar ümumilikdə bir karat təşkil edirsə bunun qiyməti şəffalıq dərəcəsinə uyğun olaraq 5.000-10.000 manat, 10-30 sot arası kiçik qaşlar ümumilikdə bir karat təşkil edirsə bunun qiyməti şəffalıq dərəcəsinə uyğun olaraq 10.000-15.000 manat, 30 sot-1 karat arası kiçik daşlar ümumilikdə bir karat təşkil edirsə bunun qiyməti şəffalıq dərəcəsinə uyğun olaraq 20.000-25.000 manat dəyərləndirlir. Bundan başqa Azərbaycanda "xxxx" MMC tərəfindən istehsal edilmiş üzərində Heydər Əliyevin şəkli təsvir edilmiş xatirə sikkəsi 900 əyyarlı olur. Həmçinin bildirirəm ki, zavod üsulu istehsal edilmiş beşlik, onluq, onbeşlik adlanan keçmiş SSRİ-də istehsal edilmiş bir qədər köhnə “Nikolay”, yenisi isə “Xuruşov” olmaqla ölkə rəhbəri olmuş şəxslərin dövründə həmin şəxslərin şəkilləri təsvir edilmiş qızıl qəpiklərin əyyarı 900 olur, qeyd etdiyim iki cür qızıl qəpiklərin bir birindən qiymətinə görə çoxda fərqlənmir. Həmin qızıl qəpiklər qədimi hesab edildiyi üçün həmin dövrün məzənnəsinə uyğun hesablanmır, standart olaraq “Nikolay” adlandırılan beşlik 750-800 manat, onluq 1500-1600 manat, on beşlik qızıl qəpiklərin qiyməti isə 2000-2500 manat təşkil edir. Bu qiymtlər artıq 2015ci ildən bəri belədir. “Xuruşov” adlandırlıan qəpiklər isə “Nikolay” adlandırılan qəpiklərdən təxminən 50-100 manat olmaqla fərqlənir, yəni ucuz olur. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yerinə baxış keçirilərkən Zərərçəkmiş şəxs məxsus ünvan 3 ünvanında yerləşən mənzilin ikinci mərtəbəsində olan yataq otağına girişdən sol tərəfdə yerləşən paltar şakafının içərisində qapısı açıq, arxa hissəsi kəsik vəziyyətdə dəmir seyfin olması, seyfin içərisində qızıl-zinət əşyalarının boş qablarının olması və burada hər hansı bir qızıl-zinət əşyasının olmaması müəyyən edilmişdir.(cild 2, vərəqə 6-14) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 10 noyabr 2020-ci il tarixli protokoldan görünür ki, şahid qismində dindirilmiş Şahid2 tərəfindən Yasamal RPİ-nin İstintaq şösbəsinə könüllü olaraq təqdim edilmiş 01 ədəd açıq bənövşəyi, sarı rəngli və tünd bənövşəyi rəngli qaşları olan ağ rəngli üzük, bir ədəd üst-üstə sarı ürək formalı üzərində xırda ağ rəngli qaşlar olan klonu olan sarı rəngli boyunbağı zərərçəkmiş şəxs X5 onun yaşadığı evdən ona məxsus talanmış qızıllarla eynilik təşkil edib etməməsinin müəyyən edilməsi üçün təqdim edildiyi zaman Zərərçəkmiş şəxs ona tədim edilmiş qızıl-zinət əşyalarına oxşar predmetləri nəzərdə keçirərək Şahid2 istintaqa könüllü olaraq təqdim etdiyi bir ədəd üzük və bir ədəd klonu olan boyunbağını tanıyıb ona məxsus olan talanmış əmlaklardan olmasını bildirmişdir. (cild 1, vərəqə 53) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 23 may 2020 və 28 may 2020-ci il tarixli Təqsirləndirilən şəxs və Şahid1 arasında bağlanmış alış aktlarından görünür ki, bu aktlar hər iki tərəfindən imzalansa da birinci aktda ümumiyətlə heç bir qızıl-zinət əşyası qeyd edilməmiş, ikinci aktda isə yalnız 1,57 karatlıq biriliant qaş qeyd edilb qarşısında 7.500 manat qiymət qeyd edilmişdir. (cild 1, vərəqə 197-198) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş baxış keçirilməsi haqqında protokoldan görünür ki, Cinayət işi üzrə təqsirləndirilən şəxs Şahid1 məxsus ağ rəngli “İphone X” markalı mobil telefona baxış keçirilən zaman telefon rəhbərində Təqsirləndirilən şəxs istifadəsində olmuş ********** mobil telefon nömrəsində “Tural Qai” adı kimi qeyd edilmiş şəxslə olan votçap yazışmalarının olması müəyyən edilmişdir. Həmin “votçap” ani mesajlaşma proqramı vasitəsilə edilmiş yazışmalar 02 aprel 2020-ci il tarixdən 01 avqust 2020-ci il tarixə kimi davam edir. Həmin yazışmalarda Təqsirləndirilən şəxs tərəfindən Şahid1 müxtəlif qızıl-zinət əşyalarının fotoşəkilləri göndərilməklə həmin zinət əşyalarının qiymətləri soruşulur, həmçinin müxtəlif zamanlarda müxtəlif məqsədlər üçün borc olaraq pullar istənilib alınır. Həmin yazışmalardan cinayət təqibi üçün əhəmiyyət kəsb edən hallardan 19 aprel 2020-ci il tarixdə Təqsirləndirilən şəxs Əkbər Salamova bəyaq verdiklərini verməməyini, ona 156 qram axşam ya sabah gətirəcəyini bildirir sonuncu isə onunla razılaşır. 26 aprel 2020-ci il tarixdə Təqsirləndirilən şəxs 18k nə olmasını soruşur, Əkbər cavabında 750 prob olmasını deyir, Təqsirləndirilən şəxs belə olan halda biriliant olmasını soruşur, Ə.Salamanov baxmaq lazım olmasını çox vaxt çirkon (dəyəri olmayan) olmasını bildirir, Təqsirləndirilən şəxs ******* yazıldığını, Şahid1 bunun kod olmasını bildirir, Təqsirləndirilən şəxs biriliant olanda nədən bilindiyini soruşur, Şahid1 cavabında aparata vurmaq lazım olmasını baxıb deyəcəyini bildirir, bundan sonra Təqsirləndirilən şəxs zinət əşyasının şəkilini göndərir və üstündəkilərin neçə qram olmasını və biriliant olmasını soruşur, Şahid1 qaşının çox olmasını, biriliant ola biləcəyini bildirib baxmaq üçün gətirməyini istəyir, Təqsirləndirilən şəxs biriliantın və qızılın nə qədər olmasını neçiyə ala biləcəyini bildirdikdə Şahid1 gətirməsini baxıb qiymətləndirəcəyini bildirir. 18 may 2020-ci il tarixdə Təqsirləndirilən şəxs qızıl onluqların neçiyə olmasını bildirəndə Ə.Salamanov natura (original) olduğu halda 800 manat, kəsmə olduğun halda 640 manata ala biləcəyini, hər birinin çəkisinin 8,6 qram olmasını bildirir, Təqsirləndirilən şəxs xüsusi qablaşdırmada bir ədəd biriliant qaşın şəklini Şahid1 göndərir, Şahid1 həmin qaşı 5.000 manata ala biləcəyini bildirib, hörmət yazır. 19 iyun 2020-ci il tarixdə Təqsirləndirilən şəxs qara iri qaşın üzərində biriliant qaşlar olan zinət əşyasını Şahid1 göndərib bunun nə olmasını soruşur, Şahid1 qara qaşın prostoy (qiymətsiz) olmasını bildirib Təqsirləndirilən şəxs həmin qaşın qiymətli olmasını təkid etdikdə Şahid1 o bu hala gülüb həmin qaşın qiymətsiz olmasını bildirir. 17 iyun 2020-ci il tarixdə Təqsirləndirilən şəxs adətən hər hansı əşyada nəmliyi çəkmək və bu əşyalara həşaratların düşməməsi üçün xüsusi qablaşdırmaların içərisinə qoyulan xüsusi paket içərisində kristal formalı maddəni göndərib həmin əşyanın nə olmasını soruşub bunu səhvən qiymətli zinət əşyası olduğunu bildirib satmaq istədiyini bildirir, Şahid1 belə bir şeyi ilk dəfədir ki, gördüyünü, həmin paketin içini açaraq baxmağı ona məsləhət görüb, başqaları ilə də maraqlandığını, lakin bunun nə olmasını bilmədiyi bildirir. Təqsirləndirilən şəxs istifadəsində olmuş “G7 LG” markalı mobil telefona baxış zamanı Şahid1 istifadəsində olan ********** saylı mobil telefona baxış zamanı Şahid1 telefonunda olan eyni yazışmalar müəyyən edilsə də Təqsirləndirilən şəxs mobil telefonunda olan Şahid1la olan votçap yazışması 02 aprel 2020-ci il tarixdən 18 may 2020-ci il tarixə kimi davam edir. Şahid1 istifadəsində olan mobil telefondan 10 vərəqdən ibarət 1-dən 41-ə kimi nömrələri əhatə edən 41 ədəd fotoşəkil çıxarış edilərək protokola əlavə edilmiş, həmin yazışmalarda olan səs yazıları müvafiq olaraq bu çıxarışların arxasına stenoqram formasında qeyd edildi. Bundan başqa Şahid1 istifadəsində olan mobil telefonun şəkillərin olduğu xüsusi mobil tətbiqdən həmin telefonla çəkilmiş Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsi ilə birlikdə çəkilmiş və əlamətlərinə görə Zərərçəkmiş şəxs məxsus qızıl-zinət əşyalarına oxşar zinət əşyalarının fotoşəkilləri 24 vərəqədə 1-dən 43-ə kimi 43 ədəd fotoşəkil çıxarış edilərək əlavə edildi. (cild 3, vərəqə 38-72) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabından gürünür ki, Təqsirləndirilən şəxs məhkum olunması barədə məlumat yoxdur. (cild 2, iş vərəqə 190) Məhkəmə, təqsirləndirilən şəxs Tural X1 məxsus onun göstərdiyindən az miqdarda və dəyərinə görə daha az dəyərli əmlakı talaması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. Məhkəmə, tədqiq olunmuş sübutlara əsasən hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.4-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən cinayət qanunvericiliyinin maddi və prosessual normalarının tələbləri ilə yanaşı, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli qərarının” izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, həmin qərarın 1- ci bəndində göstərilmişdir ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Sözügedən qərarın 2-ci bəndində göstərilmişdir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Həmçinin qərarın 7-ci bəndində göstərilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq cinayəti bitmiş hesab edilir. Məhkəmə hazırkı iş üzrə sübutları məcmu halında qiymətləndirərkən, eyni zamanda Ali Məhkəmə Plenumunun həmin tövsiyələrini də nəzərə alır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.4-cü maddələsi ilə nəzərdə tutulmuş cinayət əməllərinin törətməsi tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.4-cü maddəsi ilə cinayətlər isə xüsusilə ağır cinayətlər kateqoriyasına aid edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsinə görə cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada, qeyd olunan maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, gənc yaşda olmasını, dəymiş ziyanı qismən ödəməsi onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddələsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 04 avqust 2020-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06 avqust 2020-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəlinin 104 avqust 2020-ci il tarixdən hesablanması qərara alınmışdır. (cild 1, iş vərəqə 37, 88-90). Ona görə də məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 04 avqust 2020-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Bakı şəhəri Bakı şəhər Baş Polis idarəsinin Təchizat şöbəsində saxlanılan 01 ədəd seyf və Şahid2 tərəfindən könüllü olaraq təqdim edilmiş 01 ədəd açıq bənövşəyi, sarı rəngli və tünd bənövşəyi rəngli qaşları olan ağ rəngli üzük, bir ədəd üst-üstə sarı ürək formalı üzərində xırda ağ rəngli qaşlar olan klonu olan sarı rəngli boyunbağı Zərərçəkmiş şəxs qaytarılmalı, Bakcell” MMC-nin 06 yanvar 2021-ci il tarixli BKC/LGL-406/21 saylı və "xxxx" MMC-nin 07 yanvar 2021-ci il tarixli 221 saylı məktublarına əlavə edilmiş 02 ədəd disk cinayət işində saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən 109,50 (yüz doqquz manat əlli qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. (cild 2, iş vərəqə 222). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. İş üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs nümayəndəsi vəkil Nümayəndə tərəfindən 937850 ( doqquz yüz otuz yeddi min səkkiz yüz əlli) manat məbləğində mülki iddia verilmişdir. Vurulmuş maddi zərərlə bağlı, hazırkı cinayət işi üzrə zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs nümayəndəsinin mülki iddiası vardır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia həmin Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 181.1-ci maddəsinə əsasən ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda və ya ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda, əmlakına dəymiş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. Zərərçəkmiş şəxsin (mülki iddiaçı) nümayəndəsi qanunun bu və digər tələblərinə əməl etməklə mülki iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və vurulmuş maddi ziyana görə Təqsirləndirilən şəxs 937850 (doqquz yüz otuz yeddi min səkkiz yüz əlli) manat tutularaq ona ödənilməsini xahiş etmişdir. Məhkəmə mülki idda ilə bağlı məsələləri müzakirə edərək və mövcud sübutların məcmusu əsasında irəli sürülmüş ittiham həcmində ümumilikdə 946850 (doqquz yüz qırx altı min səkkiz yüz əlli) manat ziyan vurulmasının təsdiqini tapmasını, Təqsirləndirilən şəxs tərəfindən 9000 (doqquz min) manat məbləğdə pulun zərərçəkmiş şəxsə ödənməsini da nəzərə alaraq bu nəticəyə gəlir ki, mülki iddia təmin olunmalı, təqsirləndirilən şəxs X4 vurulmuş ziyanla bağlı 937850 (doqquz yüz otuz yeddi min səkkiz yüz əlli) manat tutularaq zərərçəkmiş Zərərçəkmiş şəxs ödənilməlidir. İş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 12 (on iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və qəti cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 04 avqust 2020-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut olub Bakı şəhər Baş Polis idarəsinin Təchizat şöbəsində saxlanılan 01 ədəd seyf və Şahid2 tərəfindən könüllü olaraq təqdim edilmiş 01 ədəd açıq bənövşəyi, sarı rəngli və tünd bənövşəyi rəngli qaşları olan ağ rəngli üzük, bir ədəd üst-üstə sarı ürək formalı üzərində xırda ağ rəngli qaşlar olan klonu olan sarı rəngli boyunbağı Zərərçəkmiş şəxs qaytarılsın, Bakcell” MMC-nin 06 yanvar 2021-ci il tarixli BKC/LGL-406/21 saylı və "xxxx" MMCnin 07 yanvar 2021-ci il tarixli 221 saylı məktublarına əlavə edilmiş 02 ədəd disk cinayət işində saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən 109,50 (yüz doqquz manat əlli qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilsin. Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs nümayəndəsi vəkil Nümayəndə 937850 ( doqquz yüz otuz yeddi min səkkiz əlli) manat məbləğində verdiyi mülki iddia təmin edilsin. İş üzrə xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Hafiz Əliyev Hakimlər: Zeynal Ağayev Səbuhi Hüseynov
Məhkəmə qərarları › İş №1(101)-948/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-948/2021
30.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver