Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-948/2022 20.05.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən Məhəmməd Hüseyn oğlu Əkbərov, X16 Qəniyev və İlham Ağa oğlu Mahmudovdan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X14, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 14 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1980-ci ildə Kürdəmir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işsiz, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, faktiki ünvan 5 yaşayış sahəsində nömrəsiz fərdi yaşayış evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxil edilən ümumi təmiz çəkisi 19.606 qram psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 30 sentyabr 2021-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 19:30-da ünvan 2 ünvanının yaxınlığında saxlanılaraq Baş İdarəyə gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman onun satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda, ümumilikdə 19.606 qram çəkidə psixotrop maddə metamfetamin əynindəki qara rəngli gödəkcənin sol yan cibindən 01 ədəd bükümdə, həmçinin səthində psixotrop maddə metamfetamin izləri olan bir ədəd elektron tərəzi ona məxsus olan əl çantasının içərisindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, tutulmamışdan təxminən 4 ay əvvəldən psixotrop maddə olan metamfemindən istifadə etməyə başlamış və əhvalruhiyyəsi yaxşı olsun deyə onu qəbul etmişdir. Ali təhsilli olmaqla, o, 8 il müddətində doğulduğu Kürdəmir şəhərində yerləşən 5 saylı orta məktəbdə ibtidai sinif müəllimi işləmişdir. 2015-ci ildə həyat yoldaşı X11 və birgə nikahlarından olan iki övladı ilə Bakı şəhərinə köçmüşlər. Həmin vaxtlarda övladları azyaşlı olduğuna görə, onların qayğılarına baxmaq üçün heç bir yerdə işləməmiş, lakin son illər ərzində müxtəlif sahələrdə işləməklə ailəsini dolandırmışdır. Həyat yoldaşı Nicat Atakişiyev 2021-ci ildə dələduzluq əməlini törətdiyinə görə cinayət məsuliyyətinə cəlb olunaraq həbs olunmuşdur. Həmin vaxt o, övladları ilə birlikdə valideyinlərinin evinə köçmüş və onlarla birlikdə yaşamışdır. 2021-ci il ərzində həm anası, həm də doğma qardaşının dünyalarını dəyişmələrindən, həmçinin həyat yoldaşının həbs olunmasından sonra o, ağır depressiya vəziyyətinə düşmüşdür. Təxminən dörd ay əvvəl gözəllik salonunda hazırda adını xatırlamadığı qadından psixotrop maddə olan metamfetaminin depressiya vəziyyətindən çıxmağa köməyinin olması barədə eşitdikdən sonra o, həmin qadından metamfetaminin haradan əldə etmək mümkün olması barədə maraqlandığı zaman, sonuncu ona İran İslam Respublikasının vətəndaşı adını “Araz” kimi dediyi şəxsin əlaqə nömrəsini vermişdir. Hazırkı iş üzrə həbs olunmamışdan əvvəl həmin nömrə ilə əlaqə saxlayıb istədiyi çəkidə maddənin pulunu ödəyib ödəniş qəbzinin şəklini WhatsApp ani mesajlaşma mübadiləsi sitemi vasitəsilə göndərmək yolu ilə cəmi 2 dəfə psixotrop maddə olan metamfetamin almışdır. İran İslam Respublikasının vətəndaşı olan “Araz” adı ilə tanıdığı şəxs qramını 20 (iyirmi) manat müqabilində satdığı psixotrop maddə olan metamfetamini Bakı şəhərində müxtəlif ünvanlara qoyduraraq, WhatsApp proqramı vasitəsilə göndərdiyi bir ədəd Kapital Banka məxsus olan karta tərəfindən etdiyi ödənişi aldıqdan sonra, ona psixotrop maddəni qoyduğu ünvanı deyərək həmin yerin şəklini göndərmişdir. Daha sonra o, şəxsin dediyi ünvanlara gedərək metamfetamini götürmüş və artıq dozada qəbul etməmək üçün üzərində gəzdirdiyi elektron tərəzi ilə miqdarını ölçmüşdür. Əldə etdiyi maddənin bir hissəsini folqa kağızının içərisinə doldurub daha sonra onu qızdırmaq yolu ilə yaranmış tüstunü nəfəsinə çəkmək yolu ilə qəbul etmişdir. Bu yolla 3 ay ərzində eyni qaydada “Araz” adlı şəxsdən 2 dəfə psixotrop maddə almışdır. Həbs olunmamışdan əvvəl işlədiyi “Sibirskoye Zdorovye” şirkətində etdiyi satışlardan ona düşən faizləri almasından əlində bir qədər pul olduğu üçün biraz artıq çəkidə maddə almaq qərarına gəlmiş və 30 sentyabr 2021-ci il tarixdə 360 (üç yüz altmış) manat pulu “Araz” adlı şəxsin hesabına yükləməklə ondan 20 qram psixotrop maddə almışdır. Həmin maddəni günorta saatlarında Araz adlı şəxsin dediyi yerdən yəni Bakı şəhəri, Qaraçuxur qəsəbəsində tanımadığı yerdən götürmüşdür. Yaşlı atasının və övladlarının psixotrop maddədən istifadə etdiyi zaman onu görəcəklərindən qorxduğuna görə o, bir bükümdə olan psixotrop maddə olan metamfetaminin bir hissəsinin elektron tərəzi ilə miqdarını ölçüb, folqa kağızına doldurmaqla insanların olmadığı yerdə gizlənərək, istifadə etmiş, qalan hissəsini isə üzərində saxlamışdır. İstifadə etdiyi psixotrop maddə metamfetamini istifadə etdikdən sonra həmin gün saat 19:30-da yaşadığı evə getmək istədiyi zaman ünvan 2 ünvanının yaxınlığında bir neçə nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq kim özünü təqdim etməyini xahiş etmiş, o da özünü təqdim etdikdən sonra həmin şəxslər də özlərini təqdim edib Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını deyərək onun narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə məlumatın olduğunu deyərək onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər o da etiraz etməyərək onlarla getmişdir. İdarəyə çatanda o, xidməti iş otaqlarının birinə aparılaraq, təhqiqatçı tərəfindən tutulmağının səbəbi barədə məlumatlandırılmış daha sonra isə ona hüquqlarının müdafiə edilməsi üçün vəkillərin siyahısını təqdim olunmuşdur. Daha sonra təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah olunaraq üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Videoçəkiliş aparılmaqla keçirilmiş şəxsi axtarış zamanı təhqiqatçı ona üzərində olan əşyaları təqdim etməyini xahiş etmiş o, da masaya yaxınlaşaraq əynində olan qara rəngli gödəkcənin sol yan cibindən bir ədəd içərisində psixotrop maddə metamfetamin olan bükümü, daha sonra sağ çiyninə asdığı qadın çantasını açmış və onun içərisindən bir ədəd elektron tərəzini, 01 ədəd qəbzi, pullarını, mobil telefonunu və qadın aksesusarlarını təqdim etmişdir. Təqdim etdiyi psixotrop maddəni həmin gün İran İslam Respublikasının vətəndaşı şəxsiyyət barədə məlumatı olmadığı “Araz” adlı şəxsdən aldığını, qəbzin isə həmin şəxsə psixotrop maddə almaq üçün etdiyi ödənişə dair qəbzin olduğunu, elektron tərəzinin isə psixotrop maddədən istifadə etdiyi zaman miqdarını ölçmək üçün lazım olduğu üçün aldığını bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən psixotrop maddə olan büküm təhqiqatçı tərəfindən zərfə qablaşdırılaraq götürülmüş, qəbz və telefonu da götürülsə də, pulları və qadın aksesuarları isə özünə geri qaytarılmışdır. Polis əməkdaşları tərəfindən saxlanıldığı və idarəyə gətirildiyi zaman ona qarşı heç bir təsir və təziq olmamışdır. Bir daha bildirir ki, heç vaxt narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Psixotrop maddə metamfetamindən həyatında qısa müddət ərzində ardıcıl olaraq baş vermiş ağır hadisələr nəticəsində düşdüyü dözülməz psixoloji vəziyyətə görə istifadə etməyə başlamışdır. Himayəsində olan iki yetkinlik yaşına çatmamış yeniyetmənin anası və həmçinin həyatını uşaqların tərbiyyələndirilməsi və təhsil almasına həsr etmiş bir insan kimi həyatdə düşdüyü maddi vəziyyətdən asılı olmayaraq, o, heç vaxt bu yolla qazanc əldə etmək barədə düşünməzdi. Törətdiyi əməldən peşmandır. Həyat yoldaşının uzun müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla, birgə nikahlarından olan yetkinlik yaşına çatmamış iki övladının onun himayəsində olmasını nəzərə alaraq, barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 30 sentyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş məlumatda Abşeron rayonu Xırdalan şəhəri, S.Bəhlulzadə küçəsində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədilə narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması barədə göstərilmişdir. Təqsirləndirilən şəxs müəyyən edilib ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar çıxarıldıqdan sonra, 30 sentyabr 2021-ci il tarixdə həmin qərarın icra edilməsi məqsədilə keçirilmiş tədbirlər nəticəsində saat 19:30-da ünvan 2 ünvanının yaxınlığında xarici görünüşcə Təqsirləndirilən şəxs oxşar bir nəfər şəxs müəyyən edilərək saxlanılmışdır. Təqsirləndirilən şəxs özünün təqdim etdikdən sonra sonuncuya üzərində qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələr daşıması barədə məlumat daxil olduğunu bildirib onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs buna etiraz etməmiş, onlarla birlikdə idarəyə gəlmişdir. Baş Müttəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gəldikdən sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş və dövlət hesabına dəvət edilmiş vəkilin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, dövriyyəsi qadağan olunmuş yaxud sübut əhəmiyyəti kəsb edə biləcək hər hansı əşya və ya maddə varsa könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcənin sol yan cibindən 01 ədəd bükümü və çiynindən asdığı əl çantasında olan 2 ədəd Samsung markalı mobil telefon, elektron tərəzi və hazırda xatırlamadığı digər şəxsi əşyaları təqdim etmiş və sorğu sual zamanı təqdim etditi psixotrop maddə olan metamfetamini şəxsiyyəti barədə məlumatı olmadığı İran İslam Respublikasının vətəndaşı “Araz” adlı şəxsdən aldığını, həmin şəxsi təxminən 4 ay tanıdığını, ondan bu müddət ərzində cəmi 2 dəfə şəxsi istifadəsi üçün psixotrop maddə metamfetamini aldığını, aşkar olunmuş maddəni 360 (üç yüz altmış) manata həmin şəxsin dediyi hesaba pul yüklədikdən sonra “Araz” adlı şəxsin dediyi yerdən götürdüyünü, aşkar olunan elektron tərəzinin isə həmin maddələri alan zaman çəkisinin müəyyən edilməsi üçün daşıdığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış və qanunsuz hər hansı bir əşya və ya predmet aşkar edilməmiş və götürülməmişdir. Daha sonra aşkar olunmuş büküm zərfə qoyulub qablaşdırılmış və üzəri bütün iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra isə şəxsi axtarış həyata keçirilməsi barədə protokol tərtib edilmiş, həmin protokol ucadan oxunmuş, hər hansı bir əlavə və ya qeyd daxil olmamış və düzgünlüyü bütün iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs saxlanılaraq onlar tərəfindən idarəyə dəvət olunduğu zaman heç bir müqavimət göstərməmiş və könüllü olaraq üzərində saxladığı psixotrop maddə olan metamfetamin və elektron tərəzini təqdim etmişdir. Tərəfimizdən Təqsirləndirilən şəxs psixotrop maddəni ona satmış, gözəllik salonlarının birində adını xatırlamadığı qadın vasitəsilə nömrəsini əldə etdiyi “Araz” adlı şəxsin müəyyən edilərək ifşa olunması ətrafında keçirilmiş əməliyyat-axtarış tədbirbirləri zamanı müsbət nəticə əldə olunmamışdır. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədilə narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması barədə məlumat daxil olsa da, onlar tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı idarəyə daxil olmuş məlumatın yalnız Təqsirləndirilən şəxs psixotrop maddələr əldə edərək saxlaması və daşıması hissəsində təsdiq olunması müəyyən olunaraq, sonuncunun əldə etdiyi psixotrop maddəni hər hansı bir şəxsə satması barədə məlumat öz təsdiqini tapmamışdır. Təqsirləndirilən şəxs Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində olduğu zaman ona qarşı hər hansı bir fiziki və ya psixi təsir olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Mehdi oğlu ifadəsində göstərdi ki, 30 sentyabr 2021-ci il tarixdə Abşeron rayonu Xırdalan şəhəri, S.Bəhlulzadə küçəsində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədilə narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması barədə məlumat daxil olmuş, həmin məlumat tərəfindən rəsmiləşdirilmiş və əməliyyat qrupu yaradılmışdır. Həmin qrupa əməliyyat müvəkkili Şahid1 daxil olmuş, qrup üzvlərinə keçiriləcək əməliyyat tədbiri zamanı nə cür hərəkət etmələri barədə təlimatlandırılmışlar. Keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində həmin şəxsin ünvan 2 ünvanının yaxınlığında olması barədə məlumat daxil olduqdan sonra qeyd olunan yerə getmişlər. Həmin gün saat 19:30-da qeyd olunan ünvanın yaxınlığında xarici görünüşü Təqsirləndirilən şəxs oxşar şəxsə yaxınlaşaraq anket məlumatlarını soruşmuşlar. Təqsirləndirilən şəxs özünün təqdim etdikdən sonra sonuncuya üzərində qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələr daşıması barədə məlumat daxil olduğunu bildirib onu BMCMİ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs buna etiraz etməmiş, onlarla birlikdə BMCMİ-nə gəlmişdir. Baş İdarədə Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələr saxlamasında şübhəli olması ehtimal edildiyindən onun üzərinə şəxsi axtarış keçirilməsi məqsədilə raportla məruzə etmiş, raportun icrası İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat Bölməsinin baş təhqiqatçısı Mirata Seyidova həvalə edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təhqiqatçının xidməti iş otağına aparmışlar. Orada təhqiqatçı Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edib vəkillərin siyahısını təqdim etmiş, sonuncu siyahıda olan vəkillərdən istənilən vəkil tərəfindən hüquqlarının müdafiə edilməsinə etiraz etmədiyini bildirmiş, bundan sonra Yusif Allahverdiyev və Partnyorları Vəkil Bürosunun vəkillərindən Ərəstun İskəndərov dəvət edilmiş və Təqsirləndirilən şəxs təqdim olunaraq həmin vəkilə etirazının olub-olmaması soruşulmuşdur. Bu zaman Təqsirləndirilən şəxs vəkilə etiraz etmədiyini bildirmiş, bundan sonra sonuncuya qanunsuz olaraq üzərində narkotik vasitə və psixotrop maddə saxlamaqla gəzdirməsində şübhəli bilindiyi və bununla bağlı videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış aparılacağı bildirilmiş, sonuncu buna etiraz etmədiyini, üzərinə şəxsi axtarış aparılmasına razı olduğunu demişdir. Bundan sonra qərara əsasən ona təklif edilmişdir ki, üzərində qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə varsa könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs üzərində psixotrop maddə olduğunu qeyd edərək, əynində olan qara rəngli gödəkcənin sol yan cibindən 01 ədəd bükümü təqdim etmiş, çiynindən asdığı əl çantasını təqdim etməsi xahiş olunmuşdur. Çantaya baxış keçirilən zaman oradan 2 ədəd Samsung markalı mobil telefon, elektron tərəzi, güzgü, qəbz, pullar və fanar aşkar olunmuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu demiş, həmin büküm açıldıqda onun içərisində psixotrop maddə metamfetamin olması müşahidə olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddəni İran İslam Respublikasının vətəndaşı Araz adlı şəxsdən aldığını, həmin şəxsi təxminən 4 aydır tanıdığını, ondan şəxsi istifadəsi üçün psixotrop maddə aldığını, aşkar olunmuş maddəni 360 (üç yüz altmış) manata həmin şəxsin dediyi hesaba pul yüklədikdən sonra Araz adlı şəxsin dediyi yerdən götürdüyünü, aşkar olunan elektron tərəzinin isə həmin maddələri alan zaman çəkisinin müəyyən edilməsi üçün daşıdığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən qanunsuz əşya aşkar edilməmiş, sonuncunun üzərindən aşkar olunmuş psixotrop maddə və elektron tərəzi qablaşdırılaraq götürülmüş, bundan başqa qəbz, mobil telefonlar da götürülsə də, qalan əşyalar ozünə geri qaytarılmışdır. Bundan sonra baxış keçirilməsinin nəticəsinə dair təhqiqatçı tərəfindən protokol tərtib olunmuş, protokol iştirakçılara ucadan oxunmuş və protokola qeydlər daxil olmamış, protokol düzgün tərtib edildiyindən imzalarla təsdiq edilmişdir. Təhqiqatçı tərəfindən sorğu sual olunduğu zaman Təqsirləndirilən şəxs İran İslam Respublikası vətəndaşı olan şəxsiyyəti barədə məlumatı olmadığı “Araz” adlı şəxsin əlaqə məlumatlarını gözəllik salonarının birində adını xatırlamadığı qadından aldığını bildirmişdir. Tərəfimizdən həmin məlumatın təqsdiq olunaraq “Araz” adlı şəxsin ifşa olunması ətrafında əməliyyat-axtarış tədbirləri keçirilsə də, müsbət nəticə əldə olunmamışdır. Təqsirləndirilən şəxs psixotrop maddənin satışı ilə məşğul olması barədə məlumat təsdiq olunmamışdır. Təqsirləndirilən şəxs Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində olduğu zaman ona qarşı hər hansı bir fiziki və ya psixi təsir olmamışdır. Təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən cinayət əməlini törətməkdə təqsirli olması cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edilmiş aşağıda qeyd edilən digər sübutlarla da təsdiq olunur. “Şübhəli şəxsin tutulması haqqında” 30.09.2021-ci il tarilxi qərardan görünür ki, 30.09.2021-ci il tarixdə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satış məqsədi ilə əldə edilməsində, saxlanılmasında, daşımasında və satılmasında şübhəli bilinən Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilərək həmin gün saat 19:30-da ünvan 2 ünvanında saxlanılaraq Baş İdarəyə gətirlimiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməsinə şübhə yarandığından tutulması qərara alınmışdır (cild 01, iş vər. 09). “Şübhəli şəxsin tutulması haqqında” 30 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 30.09.2021-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs kimi tutulmuş, tutmanın əsası kimi Təqsirləndirilən şəxs satış məqsədilə külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilib saxlanılmasında və gəzdirilməsində şübhəli olması olmuşdur (cild 01, iş vər 17). “Şəxsi axtarış və götürmə aparılması haqqında” 30.09.2021-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə keçirilməzdən əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol yan cibində q ədə bükümdə olan psixotrop maddə olan metamfetaminə oxşar maddəni və 1 ədəd elektron tərəzini təqdim edərək, həmin psixotrop maddə olan metamfetamini anket məlumatlarını dəqiq bilmədiyi İran İslam Respublikasının vətəndaşı “Araz” adlı şəxsdən öz istifadəsi üçün aldığını, həmin şəxslə təxminən 4 ay əvvəl sosial şəbəkədə tanış olduğunu və sonradan həmin şəxslə aralarında münasibət yarandığını, sonradan həmin şəxsdən öz istifadəsi üçün bir neçə dəfə psixotrop maddə metamfetamin aldığını, həmçinin sonuncu dəfə 30 sentyabr 2021-ci il tarixdə “Araz” adlı şəxslə “WhatsApp” ani mesajlaşma proqramı vasitəsilə əlaqə saxlayıb ona 20 qram çəkidə psixotrop maddə metamfetamin sifariş verdiyini, həmin gün saat 17 radələrində “Araz” adlı şəxsin bildirdiyi ünvana, yəni Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ərazisində gizlədildiyi yerdən gedib götürdüyünü və bundan təxminən 1 saat sonra aldığı psixotrop maddənin 360 manat məbləğində pulunu “Araz” adlı şəxsin verdiyi bank hesabına köçürdüyünü, üzərindən aşkar edilmiş elektron tərəzidən aldığı psixotrop maddələrin çəkisinin ölçülməsində istifadə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş 1 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddə və 1 ədəd elektron tərəzi araşdırma üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. Baxış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcəck digər əşya və sənədlər aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi aşkar edilmiş 1 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddə və 1 ədəd elektron tərəzi bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 6 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış saat 21:50-də başlamış və 22:24-də bitmişdir. (cild 01, iş vər 25-28) Məhkəmə-kimyəvi ekspertizasının 01 oktyabr 2021-ci il tarixli 6/4340 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “... Təqsirləndirilən şəxs üzərindən..." sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 19.606 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Bir ədəd elektron tərəzinin səthində psixotrop maddə metamfetaminə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmadı. İz mikrohissəcikləri ilə maddə nümunələrinin müqayisəli tədqiqatı aparılmadığından bu barədə qoyulmuş sual cavablandırılmadı. Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (siyahı İ) daxildir. Qeyd: metamfetaminin təmiz çəkisi – 19.606 qr, tədqiqata sərf olundu – 0.050 qr, qalıq – 1.556 qr. (cild 01, iş vər. 38-44) “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 02 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsi 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir. (cild 01, iş vər 57-58) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-987/2021 saylı, 02 oktyabr 2021-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 30 sentyabr 2021-ci il tarixdən hesablanaraq «həbs» qətimkan tədbiri seçilmişdir. (cild 1, iş vər. 76-80). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 09.10.2021-ci il tarixli tələbnamə arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (cild 01, iş vər 90) Cinayət işinin materiallarına əlavə olunmuş X6 və X7 məxsus doğum haqqında şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2 yetkinlik yaşına çatmamış övladı vardır (cild 01, iş vər. 121-122) İşdə olan “cinayət işinin istintaq materiallarına əlavə edilmiş diskə baxış keçirilməsi haqqında” 19.11.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə müstəntiq tərəfindən "xxxx" MMC-dən daxil olmuş 29.11.2021-ci il tarixli 23142 saylı məktubla daxil olmuş məlumatlara baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** saylı mobil telefon nömrəsi ilə müxtəlif mobil telefon nömrələri arasında həm telefon danışıqları, həm də sms mətn yazışmaları olmuşdur. Baxış zamanı cinayət işi üzrə əhəmiyyət kəsb edən hal aşkar olunmamışdır. (cild 01, iş vər. 125) İşdə olan DİN-nin BMCMİ-nin İstintaq və Təhqiqat İdarəsinin rəis müavini, polis polkovniki Fariz Vəliyevin DİN-nin BMCMİ-nin İstintaq və Təhqiqat İdarəsinin rəisinə olan 23.11.2021-ci il tarixli məktubundan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə istintaqı aparılan cinayət işi üzrə 30 sentyabr 2021-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 19,606 qram çəkidə psixotrop maddə olan metafetamini nə vaxt, harada və kimdən, hansı şəraitdə əldə etməsini, əvvəllər narkotik vasitələrin satışı ilə məşğul olub-olmadığını, onun narkotik vasitələrin satışı və ya istifadəsi ilə məşğul olmasını görə biləcək şahidlərin dairəsini və digər cinayətlərin törədilməsində iştirakını, Təqsirləndirilən şəxs narkotik vasitələrin, psixotrop maddələrin satışı və qəbulunda şübhəli olan şəxslərlə əlaqələrinin yoxlanılması, eləcə də Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə etməsi, saxlaması, daşıması və satmasında iştirakı olan cinayətin digər iştirakçılarının şəxsiyyətinin, onların bu cinayətdə iştirakının və rolunun müəyyən edilməsi və külli miqdarda psixotrop maddənin mənbəyinin müəyyən edilməsi istiqamətində idarənin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilsə də müsbət nəticə əldə olunmamışdır. Verilən tapşırıqla bağlı əməliyyat-axtarış tədbirlərinin davam etdiyildiyi, müsbət nəticə əldə olunduğu təqdirdə əlavə olaraq məlumat veriləcəyi bildirilmişdir. (cild 01, iş vər. 130) Məhkəmə-narkoloji ekspertizasının 20.12.2021-ci il tarixli 5206 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetaminin qəbulu nəticəsində asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 01, iş vər. 161-162). “Cinayət işindən başqa cinayət işinin ayrıca icraata ayrılması və icraata götürülməsi haqqında” 17.03.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs götürülmüş psixotrop maddələrin mənbəyinə dair cinayət işinin materiallarından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmış və ibtidai istintaqın davam etdirilməsi üçün icraata qəbul edilmişdir. (cild 01, iş vər. 173-174) İşdə olan Azərbaycan Respublikası İcbari Tibbi Söğorta üzrə Dövlət Agentliyi ”Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquqi şəxs “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” X19 həkimi X3 tərəfindən verilmiş 07.12.2021-ci il tarixli arayışdan görünür ki, 1947-ci il təvəllüdlü X2 hepatomeqaliya, hepatoz, pankreatit əlaməti və prostat vəzinin hiperplaziyası diaqnozu qoyulmuşdur. İşdə olan Kürdəmir şəhər R.Quliyev adına 5 nömrəli tam orta məktəbin direktor əvəzi Ə.A.Həmidov tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, 2003-2008-ci il arası Kürdəmir şəhər R.Quliyev adına 5 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi işləmiş Təqsirləndirilən şəxs işlədiyi dövrdə nümunəvi təhsil işçisi olmuş, öz ixtisasını sevmiş, öz ixtisasını dərindən bildiyi üçün bütün şagirdlərin və valideyinlərin arasında dərin hörmət qazanmış, heç bir valideyin və şagirdlə münaqişəsi olmamış, istər məktəbdə, istərsə də rayon təhsil sektorunda öz işini dərindən bilən bir işçi kimi tanınmış, bir çox müəllimləröz işini onun tövsiyyələri əsasında qurmuş, haqqında heç bir intizam tənbehi nəzərdə tutulmamış, nümunəvi fəaliyyətinə və iş intizamına görə yüksək nüfuz qazanmışdır. Məhkəmə baxışı zamanı tədqiq edilmiş 01 ədəd “DVD” diskdə olan video görüntülərdə “Şəxsi axtarış və götürmə aparılması haqqında” 30 sentyabr 2021-ci il tarixli protokolun məzmununda qeyd olunan halların əsas etibarı ilə əyani olaraq öz əksini tapması müəyyən edilmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxs və şahidləri dinləyərək iş materiallarını nəzərdən keçirib, iş üzrə əldə olunmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə hesab edir ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması onun özünün mahiyyət etibarı ilə qismən etirafedici ifadəsi, məhkəmə istintaqı zamanı toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, şahidlərin məhkəmə iclasında verdikləri ifadələr, ekspertiza rəyləri, maddi sübutlar, istintaq hərəkətlərinin həyat keçirilməsinə dair protokolların məzmunu, şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı qeydə alınan videogörüntülər və məhkəmə iclasında elan edilmiş digər sənəd və iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla bağlı, narkotik vasitə və psixotrop maddəni satış məqsədi olmadan əldə edib, saxlamaqla, daşıdığı barədə məhkəmə baxışı zamanı verdiyi ifadələrinə tənqidi yanaşaraq hesab edir ki, onun bu kimi ifadələri cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədi ilə verilmiş və onun yuxarıda qeyd edilən cinayət əməlini, yəni satış məqsədi ilə qanunsuz olaraq, külli miqdarda narkotik vasitə olan heroini əldə edib, özündə saxlayıb daşımaqda təqsirli olması iş üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq edilmiş yuxarıda qeyd edilən obyektiv subutların məcmusu ilə tam təsdiq olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2 nömrəli qərarının 9-cu bəndinə əsasən təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi və işin digər halları nəzərə alınmalıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11 maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrinin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətdir. Qanunun mənasına görə, narkotik vasitələrin satışı dedikdə yalnız qeyd olunan maddələrin əvəzli, qazanc əldə etmək, yaxud şəxsi maraq məqsədi ilə yayılması başa düşülür. Bu isə o deməkdir ki, şəxsin narkotik vasitələri satış üçün əldə edib gəzdirməsi haqqında nəticəyə gəlmək üçün onun məhz sadalanan məqsədlərin hər hansı birini izləyərək narkotik vasitələri əldə edib gəzdirməsi sübut edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun yuxarıda qeyd olunan həmin tövsiyyələri, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun müddəalarını və işin faktiki hallarını, yəni əməliyyat axtarış və ibtidai istintaq hərəkətlərinin aparılmasına dair protokolların məzmununu, Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə verdiyi hadisələrin baş vermə yeri, vaxtı və ardıcıllığına və işin hallarına uyğun etirafedici ifadələri, Təqsirləndirilən şəxs üzərindən aşkarlanıb götürülmüş narkotik vasitə və psixotrop maddələrin miqdarını, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmasına əsaslı şübhələr olduğuna dəlalət edən sübutları qarşılıqlı şəkildə tədqiq və təhlil edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan cinayət əməllərinin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və təqsirləndirilən şəxsin məhkəmə baxışında heç bir mötəbər hala əsaslanmayan ifadələri ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Məhkəmə həmin tövsiyyələri və işin faktiki hallarını, yəni Təqsirləndirilən şəxs üzərindən yuxarıda göstərilən şəraitdə külli miqdarda olmaqla cəmi 19,606 qram psixotrop maddə metamfetamin aşkar edilmiş olmasını, eləcə də digər halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs həmin psixotrop maddəni məhz satış məqsədi ilə əldə etmiş olduğu təsdiq olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlinin tövsifi məsələsini müzakirə edərək hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilmiş və o, həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə müvafiq olaraq məhkəmə Təqsirləndirilən şəxs ali təhsilli olmaqla uzun müddət ibtidai sinif müəllimi işləməsi, himayəsində iki yetkinlik yaşına çatmamış övladının olmasını əvvəllər məhkum olunmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, törətdiyi əməldən peşman olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirməklə ona cəza təyin edərkən nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun cəzasını ağırlaşdıran hal məhkəmədə müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ilk dəfə ağır cinayət əməlini törətməkdə təqsirli bilindiyi nəzərə alınaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli faktiki olaraq azadlığının məhdudlaşdırıldığı 30 sentyabr 2021-ci il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübutlar: Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasında saxlanılmaqla tədqiqatdan sonra qalıq qalan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş tədqiqat zamanı 0.050 qram sərf edildikdən sonra 19.556 qram qalmış psixotrop maddə metamfetamin, 01 ədəd elektron tərəzi məhv edilməli, 01 ədəd qəbz və Təqsirləndirilən şəxs üzərinə 30.09.2021-ci il tarixdə keçirilmiş şəxsi axtarış zamanı qeydə alınmış videogörüntünün əks olunduğu DVD-disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərcləri cəmi 81,82 (səksən bir manat səksən iki qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01.02.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilmiş 50 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına 300 (üç yüz) manat məbləğində pul köçürülməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı Qərarının 17-ci bəndində göstərilmişdir ki, azadlıqdan məhrum etmə cəzasna məhkum edilən şəxslərin himayəsində yetkinlik yaşına çatmayan baxımsız uşaqlar olduqda, hökmün nəticəvi hissəsində onların qohumları, yaxud digər şəxslərin və ya idarələrin himayəsinə verildikləri də göstərilməlidir. Bununla yanaşı Azərbaycan Respublikası CPM-nin 160.1-ci maddəsinə əsasən valideynin və ya ailəni dolandıran şəxsin həbsə alınması, habelə cinayət prosesini həyata keçirən orqanın digər hərəkətləri nəticəsində nəzarətsiz, baxımsız qalmış və həyat üçün zəruri vəsaitlərdən məhrum olunmuş yetkinlik yaşına çatmamış, habelə əmək qabiliyyəti olmayan şəxslərin himayə olunmaq hüququ vardır və həmin orqan bu hüququ Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Əmək qabiliyyəti olmayan şəxslərin dövlət sosial müdafiə orqanına və ya tibb müəssisəsinə müvəqqəti yerləşdirilməsinin, onlara nəzarət və qulluq edilməsinin təşkil olunması barədə cinayət prosesini həyata keçirən orqanın göstərişləri qəyyumluq və himayəçilik orqanları və onların vəzifəli şəxsləri üçün məcburidir. Cinayət prosesini həyata keçirən orqan yetkinlik yaşına çatmamışları və əmək qabiliyyəti olmayan şəxsləri qohumlarının razılığı ilə onların himayəsinə etibar etməyə haqlıdır. Cinayət işinin materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs həyat yoldaşı X11 Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1410/2021 saylı 23 noyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 32.4, 312.2.-ci maddələri ilə təqsirli bilinməklə qəti olaraq 08 (səkkiz) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Hazırki iş üzrə Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-987/2021 saylı, 02 oktyabr 2021-ci il tarixli qərarı həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan övladları 01 dekabr 2005-ci il təvəllüdlü X6 və 24 oktyabr 2007-ci il təvəllüdlü X8 Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə şübhəki şəxs qismində tutulanadək anaları Təqsirləndirilən şəxs və babaları X4 ilə ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 5 yaşayış sahəsində nömrəsiz fərdi yaşayış evində yaşamışlar. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs və Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1410/2021 saylı 23 noyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 32.4, 312.2.-ci maddələri ilə təqsirli bilinməklə qəti olaraq 08 (səkkiz) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş həyat yoldaşı X9 digər qohumları uşaqları himayəyə götürmə barədə məhkəməyə müraciət etmədiklərinə görə təqsirləndirilən şəxsin himayəsində olan yetkinlik yaşına çatmayan övladları 01 dekabr 2005-ci il təvəllüdlü X6 və 24 oktyabr 2007-ci il təvəllüdlü X5 babaları X1 yanında qalmaları nəzərə alınmalı və onların gələcəkdə himayəyə verilmə məsələsi Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti Başçısının Aparatı yanında Qəyyumluq və Himayəçilik üzrə Daimi Komissiyaya həvalə edilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 30 sentyabr 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsi tətbiq edilməklə iş üzrə maddi sübut olmaqla Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasında saxlanılmaqla tədqiqatdan sonra qalıq qalan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş tədqiqat zamanı 0.050 qram sərf edildikdən sonra 19.556 qram qalmış psixotrop maddə metamfetamin, 01 ədəd elektron tərəzi məhv edilməli, 01 ədəd qəbz və Təqsirləndirilən şəxs üzərinə 30.09.2021-ci il tarixdə keçirilmiş şəxsi axtarış zamanı qeydə alınmış videogörüntünün əks olunduğu DVD-disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərcləri cəmi 81,82 (səksən bir manat səksən iki qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 330 (üç yüz) manat məbləğində pul köçürülsün. Təqsirləndirilən şəxs və Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1410/2021 saylı 23 noyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 32.4, 312.2.-ci maddələri ilə təqsirli bilinməklə qəti olaraq 08 (səkkiz) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş həyat yoldaşı X9 digər qohumları uşaqları himayəyə götürmə barədə məhkəməyə müraciət etmədiklərinə görə təqsirləndirilən şəxsin himayəsində olan yetkinlik yaşına çatmayan övladları 01 dekabr 2005-ci il təvəllüdlü X6 və 24 oktyabr 2007-ci il təvəllüdlü X5 babaları X1 yanında qalmaları nəzərə alınsın və sonuncuların gələcəkdə himayəyə verilmə məsələsi Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti Başçısının Aparatı yanında Qəyyumluq və Himayəçilik üzrə Daimi Komissiyaya həvalə edilsin. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Məhəmməd Əkbərov Hakimlər: Faiq Qəniyev İlham Mahmudov
Məhkəmə qərarları › İş №1(101)-948/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-948/2022
20.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver