Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-948/2024 28.03.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Qəniyev Faiq Əsəd oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: Qasımzadə Banu Pənah qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçisi: Femida Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1977-ci il tarixdə Ermənistan Respublikası Ararat rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay , orta təhsilli, işləməyən, məhkumluğu olmayan , ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi nömrəsiz fərdi evdə yaşamış, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqla müəyyən edilməmiş vaxtda və mənbədən, texniki cəhətdən saz vəziyyətdə və atəş üçün yararlı olan, yivli odlu silah hesab edilən, sürgüsünün və gövdəsinin sol səthində seriya-nömrəsinin həkk olunduğu sahələr sonradan kustar üsulla kənar predmet vasitəsilə silinmiş, 9 mm kalibrli olmaqla zavod üsulu ilə 1978-ci ildə keçmiş SSRİ dövlətində istehsal olunmuş, Makarov konstruksiyalı tapança, texniki cəhətdən saz vəziyyətdə və istifadə üçün yararlı olan, Makarov konstruksiyalı tapançaların komplekt hissəsi olan 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş darağı, zavod üsulu ilə 2010-cu ildə Azərbaycan Respublikasmda istehsal olunmuş, 9x18 mm kalibrli olmaqla həmin kalibrli Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançalardan atəş açmaq ücün nəzərdə tutulmuş, döyüş sursatı hesab edilən, atəş üçün yararlı olan 03 ədəd patronları qanunsuz əldə edib saxlayıb daşıyaraq üzərində gəzdirmiş və istintaqla müəyyən edilməmiş vaxtda və mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq külli miqdarda təmiz çəkisi- 6,652 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 18 mart 2023-cü il tarixdə saat 19:40-da Sabunçu RPİ-nin 13-cü polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində yerləşən «Aqat» şadlıq sarayının yaxınlığında şübhəli şəxs qismində saxlanılıb, 13-cü polis şöbəsinə gətirilərək, üzərində keçirilən şəxsi axtarış zamanı, əynində olan şalvarının sağ tərəfində kəmərə saldığı texniki cəhətdən saz vəziyyətdə və atəş üçün yararlı olan, yivli odlu silah hesab edilən, sürgüsünün və gövdəsinin sol səthində seriya-nömrəsinin həkk olunduğu sahələr sonradan kustar üsulla kənar predmet vasitəsilə silinmiş, 9 mm kalibrli olmaqla zavod üsulu ilə 1978-ci ildə keçmiş SSRİ dövlətində istehsal olunmuş, Makarov konstruksiyalı tapança, texniki cəhətdən saz vəziyyətdə və istifadə üçün yararlı olan, Makarov konstruksiyalı tapançaların komplekt hissəsi olan 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş darağ və əynində olan gödəkçənin sol yan cibindən zavod üsulu ilə 2010-cu ildə Azərbaycan Respublikasında istehsal olunmuş, 9x18 mm kalibrli olmaqla həmin kalibrli Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançalardan atəş açmaq ücün nəzərdə tutulmuş, döyüş sursatı hesab edilən, atəş üçün yararlı olan 03 ədəd patronlar və bir ədəd şəffaf sellofan bükümün İçərisində saxladığı təmiz çəkisi- 6,652 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, martın 17-si ona polis bölməsindən zəng gəlmiş və bölməyə dəvət olunmuşdur. Bir gün əvvəl, yəni martın 16-sı Goranboya yas yerinə getdiyi üçün, polis bölməsinə ayın 18-i gələ biləcəyini demişdir. 18-i səhər tezdən saat 09-da polis bölməsinə getmişdir. Ona guya qeydiyyat məsələsi ilə bağlı zəng etdiklərini demişlər. O bölməyə getdikdə onu otağa salıb, əlini qolunu bağlayıb başını skoçlamışlar. Ona fiziki təzyiq göstərərək “bu narkotiki boynuna götürməlisən” demişlər. Niyə belə etdiklərini soruşduqda “belə istəyirik, niyəsini sonra sənə deyərlər” demişlər. Martın 19-u onu saxlayaraq, 20-si bayram günü məhkəməyə aparmışlar. Polis bölməsinə niyə dəvət edildiyini və niyə ittiham etdiklərini bilmir. Özü ali təhsilli ehtiyyatda olan zabitdir. Heç vaxt narkotik istifadə etməmişdir, qanında da heç nə çıxmamışdır. O silahı bölmədə qarşısına qoyulan zaman görmüşdür. Videoçəkiliş zamanı ona təzyiq olunduğu üçün etirafedici ifadə vermişdir. İlkin ifadə verən zaman da məcbur olub qəbul etmişdir. Polis əməkdaşları özləri ifadəni öz istədikləri formada yazmışlar. Həbs qətimkan tədbiri seçilən zaman məhkəmədə ondan heç nə soruşulmamışdır. Məhkəmədə müstəntiq ondan qismən təqsirli olduğunu deməsini istəmişdir. Məhkəmədə ittihamın ona aid olmadığını demişdir, ancaq ona təzyiq olunduğu üçün qəbul etmişdir. Polis əməkdaşları barədə Baş Prokurorluğa şikayət edilmişdir. Ona guya cinayətkar olduğu üçün ittiham oluduğunu demişlər. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Sabunçu rayon Polis İdarəsinin 13-cu Polis Bölməsində əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxsi hadisə zamanı tanımışdır. 18 mart 2023-cü il tarixdə şəxsin narkotik vasitələrin dövriyyəsində şübhəli bilinməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Elmar və onun iştirakı ilə əməliyyat tədbiri keçirilmiş və şəxs Y.Əliyev küçəsində, Aqat şadlıq sarayı yaxınlığında tərəflərindən saxlanılmışdır. Onu şöbəyə dəvət edib orada təhqiqatçı və vəkilin iştirakı ilə şəxsin üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxs Y.Əliyev küçəsində hərəkət edirmiş. Hansı tərəfə doğru getdiyini xatırlamır. Şəxsi şöbəyə gətirdikdən sonra şəxsiyyəti müəyyən olunmuşdur. Şəxsin üzərinə şəxsi axtarış və götürmə təhqiqatçı tərəfindən keçirildiyi üçün şəxsi axtarışın hansı müddətdə aparıldığını da o bilir. Xatırladığı qədəri ilə dərhal şəxsin üzərinə şəxsi axtarış və götürmə keçirilmişdir. Şöbəyə aparılan zaman təqsirləndirilən şəxs maşında sərbəst oturmuşdur, ona maşında oturan zaman üstündəki narkotiki atmağa şərait yaratmamışlar. Şəxsi saxlayan zaman qoluna qandal vurulmamışdır. Təqsirləndirilən şəxs onlara heç bir müqavimət göstərməmişdir. Çəkilişdə də göründüyü kimi üstündəkiləri özü açıb polis əməkdaşlarının qarşısına qoymuşdur. Saxlanıldığı yerdən idarəyə 2-3 dəqiqəlik məsafə olmuşdur. Maşına mindirənə qədər üstünü yoxlamamışlar. Şöbəyə də aparıldıqda üstünü yoxlamamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 digər Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli olması sübuta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1-1-ci maddələri ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs onun üzərində narkotik vasitənin və silahın olmamasına dair verdiyi ifadəsi ilə məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin bir-birinə, habelə işin faktiki hallarına uyğun olan ifadələri ilə, eyni zamanda iş materiallarında olan sübutlarla təkzib olunduğundan məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşaraq, inandırıcı saymır və onun ifadəsini özünü müdafiə edilməsi kimi qiymətləndirir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası DİN-in Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 13-cu PB-nin təhqiqatçısı, polis mayoru X5 tərəfindən tərtib edilmiş “şəxsi axtarış və götürmə aparılması haqqında” 18 mart 2023-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmənin videoçəkiliş vasitəsi ilə aparılacağı barədə məlumat verilmiş, o, etiraz etmədiyini bildirdikdən sonra, onu şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan gödəkçənin sol yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş içərisində ağ rəngli kristal formalı maddə və 3 ədəd patron, şalvarının sağ tərəfində kəmərinə qoyduğu yerləşdirdiyi bir ədəd “Makarov” markalı nömrəsi silinmiş üzərində boş sandıqçası olan tapançanı təqdim etmişdir. Təqdim etdiyi 01 ədəd şəffaf rəngli sellafon açıldıqda, içərisindən ağ rəngli kristal formalı maddə aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş ağ rəngli maddəni, 3 ədəd patronu və bir ədəd üzərində nömrəsi olmayan "Makarov" markalı sandıqçası boş olan tapançanı 2 gün əvvəl Ramana qəsəbəsində yerdə ağacın dibindən tapdığını bildirmişdir. Özünün isə narkotik maddə istifadə etmədiyini, həmin maddənin içərisindəki kütlənin nə olmasından məlumatı olmadığını bildirmişdir. Daha sonra aşkar edilmiş maddə və bir ədəd tapança 3 ədəd patronu ilə birlikdə ayrı-ayrılıqda qablaşdırılmışdır. Silah da istifadə edilib edilməməsi müəyyən olunması məqsədilə qablaşdırılaraq ekspertizaya göndərilmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin materialların məhkəmə ekspertizasının xx.xx.2023-cü il tarixli 6/1681 nömrəli rəyində göstərilir ki, tədqiqata təqdim edilmiş, üzərində "Azərbaycan Respublikası DİN Zərflər üçün No160" dairəvi möhür əksi və "...Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddə; şübhəli şəxs:Təqsirləndirilən şəxs-imza, iki-imza Təhqiqatçı: İ.Babayev- imza... " yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdəki bir ədəd bükümdəki təmiz çəkisi - 6,652 qram olan ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr"in İ siyahısına siyahısına daxildir. Qeyd: Metamfetaminin təmiz çəkisi-6,652 qram, tədqiqata sərf edildİ-0,1 qram, qalıq-6,552 qram; (ekspertiza tədqiqatın dəyəri 92 (doxsan iki manat)) Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Məhkəmə-ballistik ekspertizasının 23/226 R nömrəli, xx.xx.2023-cü il tarixli rəyində göstərilir ki, tədqiqata təqdim edilmiş 01 ədəd №-si silinmiş silah zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1978-ci ildə istehsal olunmuş 9 mm kalibrli, Makarov konstruksiyalı tapançadır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Makarov konstruksiyalı tapançaların komplekt hissəsidir-darağıdır, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 03 ədəd patronlar zavod üsulu ilə Azərbaycan Respublikasında 2010-cu ildə istehsal olunmuş, 9x18 mm kalibrli olmaqla, həmin kalibrli Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş ştat patronlarıdı, döyüş sursatı hesab olunur və atəş üçün yararlıdırlar.Eksperimental atəşlər zamanı əldə olunmuş güllə və gilizlər DİN-nin KTİ-də yerləşən güllə-giliz kartotekasında olan açılmamış cinayətlər üzrə hadisə yerindən götürülmüş güllə-gilizlərlə müqyisə edilib nəticəsi haqqında Sizə məlumat veriləcəkdir. Qeyd: Tədqiqata təqdim edilmiş 03 ədəd 9x18 mm kalibrli patronlardan 01 ədədi eksperimental atəşlər zamanı istifadə olundu. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə ballistik ekspertizasının xx.xx.2023-cü il tarixli 3/1045 nömrəli rəyində göstərilir ki, Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd 9 mm kalibrli “Makarov” (“PM”) konstruksiyalı 1978ci ildə zavod üsulu ilə istehsal edilmiş silahın sürgüsünün və gövdəsinin sol səthində seriya-nömrəsinin həkk olunduğu sahələr sonradan kustar üsulla kənar predmet vasitəsi ilə dərindən silindiyindən ilkin mətini müəyyən etmək mümkün deyil, yalnız istehsal olunduğu ilin son iki rəqəmini bildirən “78” (1978-ci il) rəqəmləri müşahidə olunur. (ekspertiza tədqiqatın dəyəri 64 (altmış dörd manat)) Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 5(008)-246/2023 saylı qərarından görünür ki, Sabunçu rayon Polis İdarəsinin 13-cu PB-nin əməliyyat müvəkkili Şahid1 " təxirəsalınmaz əməliyyat keçirilməsinə dair " 18 mart 2023-cü il tarixli qərarı qanuni hesab edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan 18 mart 2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(008)-229/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə həbs növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan xx.xx.2023-сü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X6 Şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamasının xx.xx.2023-cü il tarixli, 2192 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkomanıya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan cd disklərdə olan videogörüntüyə baxış keçirilməsi haqqında 24 iyun 2023-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarış zamanı çəkilmiş video görüntülərə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs polis əməkdaşları ilə birlikdə polis bölməsindəki xidməti otağa daxil olur, əməliyyat müvəkkili Şahid1 “Sabir” adlı şəxsin üzərində odlu silah və narkotik vasitələr gəzdirməsi barədə əməliyyat məlumatı olduğunu deyərək, xx.xx.2023-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində saxladıqlarını və 13-cü polis bölməsinə gətirdiklərini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş, video çəkliş vasitəsi ilə üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmiş, müdafiəçinin iştirakı olmadan video çəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış aparılmasına etirazının olub-olmaması soruşulmuş, Təqsirləndirilən şəxs etiraz etmədiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində qanunla əldə edilməsi, saxlanılması, daşınması qadağan olunmuş əşya, predmet, maddə və ya başqa nə varsa təqdim etməsi xahiş olunmuş, təklifə əsasən Təqsirləndirilən şəxs əynində olan gödəkcənin sol yan cibindən bir ədəd şəffaf sellofan bükümü, Makarov konstruksiyalı tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş üç ədəd patronları və əynində olan şalvarının sağ tərəfində kəmərə yerləşdirdiyi bir ədəd Makarov markalı tapançanı çıxardaraq masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm açıldıqda içərisindən maddə aşkar olunmuşdur. Bundan sonra təhqiqtçı İlham Babayev tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi Makarov markalı tapançaya baxış keçirilmiş, baxış zamanı tapançanın üzərindən tapançanın komplekt hissəsi olan darağ aşkar olunmuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisindən aşkar olunmuş maddəni, eləcə də Makarov konstruksiyalı tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş üç ədəd patronları və bir ədəd üzərində darağ olan Makarov markalı tapançanı 2 gün əvvəl Ramana qəsəbəsi ərazisindən tapdığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində maddə olan büküm, Makarov konstruksiyalı tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş üç ədəd patronlar, bir ədəd Makarov markalı tapança və həmin tapançanın üzərində olan darağ təhqiqatçı İlham Babayev tərəfindən zərfə qoyularaq qablaşdırılaraq möhürlənmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 10 ay 24 gün müddətinə qazancının 15 faizi həcmində islah işi cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 2.8-ci bəndinə əsasən cəzadan azad edilib. Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 7-ci bəndinə əsasən bu qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülür. Məhkəmə eyni zamanda Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalmasına dair verdiyi ifadəsinə tənqidi yanaşaraq, inandırıcı saymır və onun ifadəsini özünü müdafiə edilməsi kimi qiymətləndirir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Bakı şəhəri Sabunçu rayon Prokurorluğunun müstəntiqi, İ dərəcəli hüquqşünas X4 tərəfindən toplanmış 423-C-23 nömrəli material əsasında tərtib olunmuş “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 01 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X3” publik hüquqi şəxsi Sabunçü rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 2038 nömrəli rəyindən Təqsirləndirilən şəxs adına tərtib olunmuş məhkumun tibbi kitabçasına və məhkəmə-tibbi ekspertizasına əsaslanaraq bədənində qeyd etdiyi xəsarət və xəsarət izləri aşkar edilməmişdir. Göstərilən xüsusatlar nəzərə alınaraq toplanmış material üzrə cinayət hadisəsi olmadığına görə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanılması rədd edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 65.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol verilmir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyi hallarını nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən ağır cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alıb barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzasını tutulduğu vaxtdan hesablanmaqla ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etməmişdir. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. İş materiallarından müəyyən edilir ki, məhkəmə ekspertizasının rəylərinin verilməsi üçün aparılmış tədqiqatın ümumi dəyəri 156 (yüz əlli altı) manat təşkil edir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və DİN–in Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin maddi sübutların saxlama kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 6,552 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 9 mm kalibrli, Makarov konstruksiyalı tapança, 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş 01 ədəd daraq, və ekspertiza tədqiqatından sonra qalıq qalmış 9x18 mm kalibrli 02 ədəd patronlar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsinə təhvil verilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilərkən, həmin istintaq hərəkətlərinin görüntülərini özündə əks etdirən 01 ədəd dvd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 156 (yüz əlli altı) manat alınıb dövlət büdcəsinə verilməli və barəsində həbs qətimkan tədbiri seçilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş üzrə mülki iddia yoxdur. hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1- 1-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 1 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1- 1-ci maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 4(dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlanıldığı hər günü azadlıqdan məhrum etmə cəzasının 1 (bir) gününə bərabər tutulmaqla, həmin günlər, yəni 07 ay təyin edilmiş cəza müddətindən çıxılmaqla, Təqsirləndirilən şəxs qəti olaraq 03(üç) il 05(beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 28 mart 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbs edilsin, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 156 (yüz əlli altı) manat alınaraq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN–in Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin maddi sübutların saxlama kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 6,552 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 9 mm kalibrli, Makarov konstruksiyalı tapança, 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş 01 ədəd daraq, və ekspertiza tədqiqatından sonra qalıq qalmış 9x18 mm kalibrli 02 ədəd patronlar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsinə təhvil verilsin, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilərkən, həmin istintaq hərəkətlərinin görüntülərini özündə əks etdirən 01 ədəd dvdd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən 20 gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Faiq Qəniyev Mahmud Ağalarov
Məhkəmə qərarları › İş №1(101)-948/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-948/2024
28.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver