Məhkəmə qərarları › İş №1(101)-948/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-948/2025

14.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-948/2025 14.07.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsi, hakimlər: Əliyeva Aytən Heydər qızı (sədrlik edən), X4 və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə 22 avqust 1960-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 14:10-da açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İttihamın mahiyyəti: 1.Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda midarda narkotik vasitəni əldə edib üzərində saxlamaqla daşımışdır. 2.Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda ümumi təmiz çəkisi 1565,04 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib yaşadığı ünvan 2 ünvanına aparmış, həmin narkotik vasitə marixuanadan xeyli miqdarda 5,04 qramını üzərində saxlamaqla Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, E.Mustafayev küçəsinə qədər daşımış, Sabunçu RPİ-nin 14-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 30 sentyabr 2024-cü il saat 11:30-da həmin ünvanda saxlanılaraq 14-cü PŞ-nə gətirilmiş və üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd kibrit qutusunun içərisində qanunla qadağan edilən xeyli miqdarda 5,04 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, bundan sonra həmin vaxt verdiyi məlumat əsasında yaşadığı ünvan 2 ünvanına baxış zamanı həyətdə olan quş damında saxladığı 01 ədəd göy rəngli sellofan bükümü təqdim etmiş və həmin bükümə baxış zamanı içərisində üzərindən aşkar edilənlə tərkibinə görə eyni olan külli miqdarda ümumi təmiz çəkisi 1560,0 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Sübutların tədqiqi: 3.Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, onu yolda tutaraq 14-cü polis bölməsinə aparmışlar və orada yoxlayarkən üzərində bir kibrit qutusunda narkotik vasitə marixuana çıxmışdır. Çəkdiyindən kibrit qutusunun içində 4-5 dənə qalmış, beş qramın üzərindən bir qədər götürmüşdür. O, marixuananı quş damına qoymuş və gündə bir karobka, beş qram çəkmişdir. Onda yenə olub-olmadığını soruşmuşlar və etiraf edərək olduğunu bildirmişdir. Evə gəldikdən sonra yerini demiş və polis əməkdaşları gedib quş damında olan marixuananı götürmüşlər. O, 50 ildir marixuana çəkmiş, heç vaxt satmamış, ona görə də heç vaxt tutulmamışdır. Xəstə olduğundan daim marixuana əkmiş və əkdiyi marixuana üç aya yetişmişdir. O, astma xəstəsi olmuş və müalicə olmağa imkanı olmamışdır. İstifadə etdiyi narkotikləri özü əkmişdir. Faydası belə olmuşdur ki, çəkdikdən sonra ağrıları olmamış və işlərini görə bilmişdir. Şöbədə videoçəkiliş olmuş və həmin vaxt vəkil iştirak etmişdir. Həyətdə də çəkiliş olmuş, lakin vəkil iştirak etməmişdir. Bölmədə vəkil olanda qol çəkməsini demişlər və o da qol çəkmişdir. Satış məqsədinin yazıldığını indi bilmişdir. Müstəntiqə satış məqsədinin olmadığını və gözünün xəstə olduğunu demişdir. Polis əməkdaşarı tərəfindən ona hansısa zorakılıq olmamışdır. Əvvəllər məhkumluğu olmuş, lakin neçənci ildə məhkum olunması yadında qalmamışdır. 4.Məhkəmə iclas zalında Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, ünvan 2-də qeydiyyatda olmaqla yaşamışdır. Rəsmi olaraq işləməsə də fərdi əməklə məşğul olub maddi ehtiyaclarını ödəmişdir. Narkotik vasitə olan nəşə kimi tanınan maddəni istifadə etmişdir. Üzərində şəxsi axtarış və yaşadığı ünvanda keçirilən axtarış zamanı narkotik vasitə hesab edilən marixuana aşkar edilməsi ilə bağlı bildirmişdir ki, təxminən 1 il bundan əvvəl yaşadığı Maştağa qəsəbəsi, E.Mustafayev küçəsi, ev 3 ünvanında divarın dibində marixuana əkib becərmiş, həmin narkotik vasitəni tam bitəndən sonra yığıb yaşadığı ünvanda ağacın dibində qurudub 01 ədəd kisəyə yığaraq yaşadığı evin həyətində olan ev quşlarının saxlandığı yerdə saxlamışdır. Həmin narkotik vasitədən az -az istifadə etmişdir. xx.xx.2024-cü il tarixdə saat 11 radələrində narkotik vasitədən 01 ədəd kibrit qutusuna yığaraq Maştağa qəsəbəsi, E.Mustafayev küçəsinə çıxmış ki, gedib kənarda dəniz qırağında bir yerdə çəksin. Bu zaman iki nəfər polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edib onun narkotik vasitənin istifadəsində və daşınmasında şübhəli bilinməsini deyərək 14-cü PŞ-nə dəvət etmişlər. Polis şöbəsində onun üzərinə video çəkiliş ilə baxış keçirilmiş, üzərində olan qara rəngli şalvarın sağ yan cibindən üzərində gəzdirdiyi 1 ədəd kibrit qutusunun içərisində narkotik vasitə olan marixuana aşkar edilmişdir. Şəxsi baxış zamanı ona verilən suallara cavab olaraq həmin narkotik vasitə olan marixuanadan digər hissəsinin yaşadığı ünvanda olmasını və həmin narkotik vasitəni təqdim edə biləcəyini bildirmişdir. Polis əməkdaşları əvvəlcə üzərindən aşkar edilmiş 01 ədəd kibrit qutusnda olan marixuananı və sonra yaşadığı ünvanda quş damından aşkar edilərək götürülmüş qurudulmuş marixuananı onun və polis əməkdaşlarının iştirakları ilə qablaşdıraraq möhürlə möhürləmişlər. O verilən suallara cavab olaraq saxlanılan zaman polis əməkdaşları tərəfindən ona qarşı heç bir zorakılıq edilmədiyini, heç vaxt narkotik vasitə satmadığını və kiməsə pay vermədiyini, həyətində olan quş damından aşkar edilmiş marixuananı kiməsə satmadığını, ancaq istifadə etdiyini bildirmişdir (İ cild, səh. 60-63). 5.Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, Abasqulu adlı şəxsin narkotik vasitələrdən istifadə etməsi barədə ona əməliyyat məlumatı daxil olmuş və əməliyyat tədbirində üç nəfər iştirak etmişlər. Təqsirləndirilən şəxs 30 sentyabr 2024-cü il tarixdə ünvan 3 ünvanında saxlanılaraq 14-cü polis şöbəsinə dəvət edilmişdir. Videoçəkilişlə üzərinə baxış keçirilərkən bir kibrit qutusunda marixuana aşkar edilmişdir. Bundan sonra özü həyətindəki quş damında kisədə marixuana olduğunu etiraf etmişdir. Daha sonra videoçəkiliş vasitəsilə oraya baxış keçirilmiş, yaşadığı evdən kisədə narkotik vasitə aşkar edilmişdir. Təqsirləndirilən şəxs narkotik istifadəçisi olduğunu və öz istifadəsi üçün əkdiyini bildirmişdir. O, Abasqulunu əvvəllər tanımamışdır. Ola bilsin ki, raportu digər əməkdaşla bir yerdə tərtib etmişlər və məlumat hər ikisinə daxil olmuşdur. Əməliyyat məlumatı satış barədə yox, istifadəsi barəsində olmuşdur. Şahid3 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. 6.Məhkəmə iclasında Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, Sabunçu RPİ-nin 14-cü PŞ-da polis kapitanı rütbəsində əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs xidməti zərurətlə bağlı təsadüfən tanımış, onunla öncədən hər hansı bir münasibəti olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında 30 sentyabr 2024-cü il tarixdə həmin şöbənin əməliyyat müvəkkili Şahid1 və Şahid2 ilə birlikdə keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, E.Mustyafyev küçəsində evinin qarşısında saxılayıb 14-cü PŞ-nə aparmışlar və şönbənin inzibati binasında xidməti otaqlardan birində baş təhqiqatçı polis mayoru Samir Allahverdiyev tərəfindən dövlət hesabına dəvət edilmiş vəkilin iştirakı ilə hüquq və vəzifələri izah edildikdən sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması barədə müvafiq qərar qəbul edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə keçiriləcək axtarış və baxışda video çəkilişdən istifadə ediləcəyi deyilib polis əməkdaşının və özünün iştirakları ilə videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış aparılmazdan əvvəl təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs eləcə də digər iştirakçılara hüquq və vəzifələri izah olunmuş, Təqsirləndirilən şəxs şəxsi axtarış aparılan zaman üzərində olan qanunsuz əşyaları təqdim etməsi təklif olunmuş, əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd kibrit qutusunu çıxarıb masanın üzərinə qoymuş, üzərində aparılan şəxsi axtarış zamanı qanunla qadağan olunmuş maddə aşkar edilməmiş, yaşadığı evin həyətində narkotik vasitə olan marixuana saxladığını bildirmiş, yaşadığı Sabunçu rayonu, Maştağa qəsəbəsi, E.Mustafayev küçəsi, ev 3 ünvanında keçirilən baxış zamanı həyətdə olan ev quşlarının saxlanıldığı damdan 01 ədəd göy rəngli sellofanın içərisindən ot kütlələrini təqdim etmiş, həmin ot kütləsinin nəşə (marixuana) olduğunu deyib bir il bundan öncə yaşadığı evin həyətində əkib becərdiyini, sonradan həmin marixuananı qurudaraq yaşadığı ünvanda saxladığını, saxlanılmamışdan öncə çəkmək üçün bir kibrit qutusu götürdüyünü demişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi yaşıl rəngli qurudulmuş marixuanaya bənzər kütlələr qablaşdırılmış, Daxili İşlər Nazirliyininin möhürü ilə möhürlənmiş, üzəri şübhəli şəxs və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri uzun illər nəşə çəkdiyi üçün əkdiyini, heç kimə satmadığını, başqa heç yerdə narkotik maddə saxlamadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Şəxsi axtarış və götürmə Sabunçu RPİ-nin 14-cü PŞ-nin inzibati binasında xidməti iş otaqlarından birində, süni işıqlandırma şəraitində keçirilmiş, şəxsi axtarış və götürmə zamanı video kameradan istifadə etməklə tərəfindən video çəkiliş aparılmışdır. Baxış, axtarış və götürmə ünvan 4 ünvanında süni işıqlandırma şəraitində keçirilmiş, baxış, axtarış və götürmə zamanı video kameradan istifadə etməklə tərəfindən video çəkiliş aparılmışdır (İ cild, səh. 90-92). 7.Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, ona əməliyyat məlumatı daxil olmuş, bununla bağlı şöbənin rəisinə raportla məruzə edilərək əməliyyat qrupu yaradılmış, əməliyyat tədbirində üç nəfər iştirak etmişlər və Elçin Mustafayev küçəsi ünvanında yaxınlaşaraq şəxsi saxlamışlar. Polis şöbəsində təhqiqatçının iştirakı ilə üzərinə baxış keçirilmişdir. Bundan sonra özü ifadə verərək evində də narkotik olduğunu bildirmişdir. Daha sonra evinə baxış keçirilərkən həyətyanı sahədə olan quş damından narkotik vasitə aşkar edilmiş və ekspertizaya göndərilmişdir. Təqsirləndirilən şəxs aşkar edilənləri özünün əkib-becərdiyini bildirmişdir. Həyətdən əkili vəziyyətdə olan narkotik vasitə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs məlumat verməzdən əvvəl onların evdə narkotik olması barədə məlumatları olmamışdır. Ola bilər ki, əməliyyat məlumatı hər ikisinə daxil olmiş, ona görə digər əməkdaş əməliyyat məlumatının ona daxil olduğunu bildirmişdir. Şahid2 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. 8.Məhkəmə iclasında Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, Şahid3 ilə eyni məzmunlu ifadə vermişdir (İ cild, səh. 101-103). 9.Məhkəmə iclasında Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, Şahid3 ilə eyni məzmunlu ifadə vermişdir (İ cild, səh. 97- 99). 10.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 oktyabr 2024-cü il tarixli 7/1635 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ot” yazılar və imzalar olan zərfdə 1 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi-5,04 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Vət. Təqsirləndirilən şəxs ünvanından aşkar edilmiş ot kütləsi” yazılar və imzalar olan üzəri skoçla bağlanmış göy rəngli polietilen bağlamada ağ rəngli sintetik torbadakı 1 ədəd göy rəngli polietilen torbada təmiz çəkisi-1560,0 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitəqurudulmuş marixuanadır. Həmin göy rəngli bağalamada ağ rəngli sintetik torbadakı 1 ədəd ağ rəngli polietilen torbada təmiz çəkisi-945,0 qram bitki mənşəli kütlə narkotik vasitələrə aid deyil. Vət. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı ünvandan götürülmüş marixuanalar tərkiblərinə görə eynidir (İ cild, səh. 40-44). 11.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X13 Şəxsi Ambulator X1 25 noyabr 2024-cü il tarixli 7461 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” qərarı ilə təsdiq edilmiş 60 yaşından yuxarı olan kişilərə və 55 yaşından yuxarı olan qadınlara narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.7-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs yaş həddi ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (İ cild, səh. 104-105). 12.«Şəxsi axtarış və götürmə aparılması haqqında» 30 sentyabr 2024-cü il tarixli protokoldan və həmin istintaq hərəkətinin video-görüntülərini özündə əks etdirən CD diskdən görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd kibrit qutusunun içərisində qurdulmuş ot kütləsini təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd kibrit qutusunun içərisində olan qurudulmuş ot kütləsinin narkotik vasitə olan marixuana olduğunu, bu narkotik vasitəni təxminən bir il bundan əvvəl yaşadığı ünvanda həyətdə əkib becərdiyini və sonradan qurudaraq yaşadığı ünvanda həyətdə saxladığını və müəyyən miqdarını istifadə etmək üçün üzərində gəzdirdiyini, digər hissəsini isə yaşadığı ünvanda həyətdə saxladığını bildirmişdir. Aşkar olunmuş bir ədəd kibrit qutusunun içərisində olan qurudulmuş ot kütləsi bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür (İ cild, səh. 29-30). 13.«Axtarış və götürmə aparılması haqqında» 30 sentyabr 2024-cü il tarixli protokoldan və həmin istintaq hərəkətinin video-görüntülərinin özündə əks etdirən CD diskdən görünür ki, axtarış və götürmə aparılmasından əvvəl ünvanında axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək yaşadığı ünvanda olması ehtimal edilən narkotik vasitələri, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyətində olan ev quşların saxlandığı yerdə saxlanmış bir ədəd göy rəngli sellofanın içərisindəki kisənin içərisində olan qurudulmuş marixuanaya bənzər ot kütləsini təqdim etmişdir. Təqsirləndirilən şəxs yaşadığı evin həyətində olan ev quşların saxlandığı yerdə saxlanmış bir ədəd göy rəngli sellofanın içərisindəki kisənin içərisində olan qurudulmuş ot kütləsini təxminən bir il bundan əvvəl yaşadığı ünvanda həyətdə əkib becərdiyini və sonradan həmin marixuananı qurudaraq yaşadığı ünvanda saxladığını, müəyyən hissəsini istifadə etmək üçün üzərində gəzdirdiyini bildirmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvanın həyətində olan ev quşlarının saxlandığı yerdən aşkar edilərək götrülmüş bir ədəd kisədə olan qurudulmuş marixuanaya bənzər ot kütləsi cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan qablaşdırılıb möhürlənərək götürülmüşdür. Bundan sonra onun həyətində həmin aşkar olunmuş ot kütləsini əkdiyi yerə baxış keçirilmiş, lakin həmin yerdə əkilib becərilmə əlamətini əks etdirən, qurumuş ot kütləsi və ya ona aid olan köklər aşkar edilməmişdir (İ cild, səh. 34-35). 14.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Psixiatriya Xəstəxanası» publik hüquqi şəxsin 13 mart 2025-ci il tarixli, 3-28-29/2-2712/2025 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb. 15.«Cinayət iş üzrə əməlin tövsif edilməsi və sübutların qiymətləndirilməsi haqqında» 19 dekabr 2024-cü il tarixli qərardan görünür ki, cinayət iş üzrə 30 sentyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ümumi çəkisi 1565,04 qram olan marixuana maddi sübut kimi tanınmış, tədqiqata sərf edildikdən sonra qalıq qalmış 1564,94 qram marixuana saxlanılması üçün Sabunçu Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmişdir. 30 sentyabr 2024-cü il tarixdə tərtib edilmiş Təqsirləndirilən şəxs üzərinə və yaşadığı evə keçirilmiş şəxsi axtarış, baxış və götürmə barədə protokola əlavə edilmiş CD formatlı videogörüntü olan disklər iş üzrə mühüm əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (İ cild, səh. 106- 112). 16.«Şübhəli şəxsin tutulması haqqında» 30 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 30 sentyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild, səh. 18). 17.Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 02 oktyabr 2024-cü il tarixli, 4(008)- 603/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 30 sentyabr 2024-cü il tarixdən hesablamaqla 03 (üç) ay müddətinə “həbs" növündə qətimkan tədbiri seçilmişdir (İ cild, səh. 74-79). 18.Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 08 aprel 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən qəti olaraq 01 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 18 fevral 2022-ci il tarixli qərarı ilə “8 Noyabr - Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasınınn Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 5-ci bəndinə əsasən təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 01 il azaldılmış, 10 iyun 2022-ci il tarixdə cəza müddəti bitdiyindən idarənin qeydiyyatından çıxarılmışdır (İ cild, səh. 88-89). Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: 19.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124.1 və 125.1-ci maddələrinin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur və məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. 20.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. 21.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 22.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin.

23. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrinin, ekspertiza rəylərinin, maddi sübutların, istintaq və məhkəmə hərəkətləri protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilmiş əməl həmin Məcəllənin 234.1-1-ci maddəsinə - satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşımaya tövsif edilməlidir.

24. Belə ki, təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və ya daşımağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Cinayət tərkibini təşkil edən əlamətlərin (obyekt, obyektiv cəhət, subyekt, subyektiv cəhət) mövcudluğu məhz konkret əməlin digər cinayət əməllərindən, o cümlədən, başqa hüquqpozmalardan fərqləndirilməsinə xidmət edir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin aşkar edilmiş narkotik vasitənin məhz "satış məqsədi ilə" əldə edilməsi, saxlanması və ya daşınması ittihamın təqdim etdiyi sübutların məcmusu ilə təsdiqini tapmamış və məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlinin hüquqi tövsifi barədə cinayət təqibi orqanının qənaətini şübhə altına almışdır. 25.İbtidai istintaq orqanı tərəfindən əməl sübutların məcmusuna ittihamın həlli üçün toplanmış sübutların kifayət etməsinə əsasən qiymət verilmədən düzgün tövsif olunmamışdır. İttihamın təsdiq olunması üçün təqdim edilmiş sübutlar məhkəmə tədqiqi zamanı təqsirləndirilən şəxsin satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etməsi, saxlaması və ya daşıması nəticəsinə gəlinməsinə imkan verməmiş, təqsirləndirilən şəxsin məqsədinin məhz satış olması ilə bağlı sübutların kifayət etmədiyi qənaəti yaratmışdır. 26.İş üzrə toplanmış sübutlar yalnız Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ittiham verilməsi üçün kifayət etdiyi halda, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsə həmin Məcəllənin 234.4.3-cü maddəsi ilə ittiham vermişdir. 27.Bundan başqa, hazırki cinayət işi üzrə tərtib edilmiş ittiham aktında qeyd olunur ki, «Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün səmimi etirafından başqa iş üzrə şahid qismində dindirilmiş şəxslərin ifadələri, Təqsirləndirilən şəxs 30 sentyabr 2024-cü il tarixdə üzərinə, evinə şəxsi axtarış, baxış və götürmə aparılan zaman video görüntülər qeydə alınmış diskə baxış keçrilməsinə dair baxış protokolları, məhkəmə-bioloji ekspertizasının 01 oktyabr 2024-cü il tarixli 7/1635 nömrəli rəyi, ambulator məhkəmənarkoloji ekspertizasının 25 noyabr 2024-cü il tarixli 7461 nömrəli rəyi, aşkar edilərək narkotik vasitələrin götürülməsinə dair axtarış və götürmə haqqında protokollar, maddi sübutlar və digər istintaq materialları ilə tam sübuta yetirilmişdir». İstintaq orqanının gəldiyi göstərilən nəticə mənbəyi olmayan ümumi sözlərdən ibarət formal cümlə olmaqla iş üzrə əhəmiyyət kəsb edəcək hər hansı halı özündə əks etdirmir. Belə ki, aparılan hərtərəfli məhkəmə araşdırması zamanı istintaq orqanı tərəfindən qeyd olunan həmin sübut növlərinin heç birində Təqsirləndirilən şəxs narkotik vasitə qurudulmuş marixuananı məhz satış məqsədi ilə əldə edib saxlayaraq daşıması faktına rast gəlinməmişdir. Bundan başqa, istintaq orqanı təqsirləndirilən şəxsin istinad edilən cinayətin onun tərəfindən təqsirli olaraq törədilməsinin özünün səmimi etirafı ilə sübuta yetirildiyini qeyd etmiş, lakin həmin səmimi etirafın nədən ibarət olmasına aydınlıq gətirilməmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş iş materiallarında olan sənədlərin heç birində istintaq orqanın qeyd etdiyi kimi təqsirləndirilən şəxsin istinad edilən cinayət əməlinin onun tərəfindən təqsirli olaraq törədilməsini təsdiq edən səmimi etirafedici ifadə müəyyən edilməmişdir. Həmçinin, iş üzrə şahid qismində dindirilmiş Şahid1, Şahid2 və Şahid3 ibtidai istintaq zamanı verdikləri ifadələrində Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə əldə etdiyinə dair bir söz işlətməmişlər. Şahidlər Şahid1, Şahid2 və Şahid3 verdikləri ifadələrində Təqsirləndirilən şəxs ...aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri uzun illər nəşə çəkdiyi üçün əkdiyini, heç kimə satmadığını deməsini qeyd etmişlər. İstintaq orqanının istinad etdiyi ekspert rəylərinə aid hissədə isə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi ilə əldə edib saxlayaraq daşımasını təsdiq edən sübut növləri kimi göstərilən ekspert rəylərinə istinad edilə bilməz. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 oktyabr 2024-cü il tarixli 7/1635 nömrəli nömrəli ekspert rəyi tədqiqata təqdim edilmiş aşkar olunan kütlənin narkotik vasitə qurudulmuş marixuana olmasını təsdiq etsə də həmin narkotik vasitənin təqsirləndirilən şəxs tərəfindən satış məqsədi ilə əldə edilib saxlanılaraq daşınmasını müəyyən etmir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X13 Şəxsin Ambulator X3 barədə 25 noyabr 2024-cü il tarixli 7461 nömrəli rəyi isə Təqsirləndirilən şəxs asılılıq sindromu, narkomaniya xəstəliyinin olmasını və ərazi narkoloji dispanserində qeydiyyata alınmasının məsləhət görülməsini müəyyən edir ki, bu fakt da Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olduğunu təsdiq edir. Göstərilən rəylər ümumiyyətlə aşkar edilmiş narkotik vasitənin təqsirləndirilən şəxs tərəfindən satış məqsədi ilə əldə edilib saxlanılaraq daşınmasına dəlalət etmir. 28.İstintaq orqanı təqsirləndirilən şəxsin ittiham olunduğu əməli təqsirli olaraq törətməsinin təsdiqi olaraq istinad etdiyi digər sübut növləri kimi «aşkar edilərək narkotik vasitələrin götürülməsinə dair axtarış və götürmə haqqında protokollar, Təqsirləndirilən şəxs 30 sentyabr 2024-cü il tarixdə üzərinə, evinə şəxsi axtarış, baxış və götürmə aparılan zaman video görüntülər qeydə alınmış diskə baxış keçrilməsinə dair baxış protokolları» qeyd etmişdir. İş materiallarında olan həmin sübut növlərinin heç birində Təqsirləndirilən şəxs narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi ilə əldə edib saxlayaraq daşımasını təsdiq edən hər hansı bir ifadə işlədilməmişdir. Belə ki, məhkəmə istintaqı zamanı tədqiq edilmiş iş materiallarında olan «Şəxsi axtarış və götürmə aparılması haqqında» 30 sentyabr 2024-cü il tarixli protokolda və «Axtarış və götürmə aparılması haqqında» 30 sentyabr 2024-cü il tarixli protokolda Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitəni şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirməsi göstərilmişdir. Bu səbəbdən, məhkəmə hesab edir ki, istintaq orqanının istinad etdiyi qeyd olunan sübut növləri Təqsirləndirilən şəxs narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi ilə əldə edib saxlayaraq daşımasını təsdiq etmir. 29.Bundan başqa, istintaq orqanı təqsirləndirilən şəxsin ittiham olunduğu əməli təqsirli olaraq törətməsinin təsdiqi olaraq istinad etdiyi digər sübut növü kimi «maddi sübutlar»ı göstərmişdir. «Cinayət iş üzrə əməlin tövsif edilməsi və sübutların qiymətləndirilməsi haqqında» 19 dekabr 2024-cü il tarixli qərardan göründüyü kimi cinayət iş üzrə 30 sentyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ümumi çəkisi 1565,04 qram olan marixuana, 30 sentyabr 2024-cü il tarixdə tərtib edilmiş Təqsirləndirilən şəxs üzərinə və yaşadığı evə keçirilmiş şəxsi axtarış, baxış və götürmə barədə protokola əlavə edilmiş CD formatlı videogörüntü olan disklər maddi sübut kimi tanınmışdır. Göstərilən maddi sübutlar Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qanunla qadağan edilən narkotik vasitənin mövcudluğunu, eləcə də həmin narkotik vasitənin Təqsirləndirilən şəxs üzərindən və yaşadığı ünvandan aşkar edilməsini, Təqsirləndirilən şəxs dövriyyəsi qanunla qadağan edilən narkotik vasitəni əldə edib üzərində saxlayaraq daşımasını təsdiq edən sübut növü olsa da satış məqsədi ilə əldə edib üzərində saxlayaraq daşıması qənaətinə gəlməyə əsas vermir. 30.Bundan başqa, istintaq orqanı tərtib edilmiş ittiham aktında Təqsirləndirilən şəxs istinad edilən cinayətin onun tərəfindən təqsirli olaraq törədilməsinin «digər istintaq materialları ilə» tam sübuta yetirildiyini qeyd etmiş, lakin yenə də digər istintaq materiallarının nədən ibarət olmasına aydınlıq gətirilməmiş, məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış iş materiallarında isə təqsirləndirilən şəxsin istinad edilən cinayətin onun tərəfindən təqsirli olaraq törədilməsini təsdiq edən istintaq orqanın qeyd etdiyi kimi «digər istintaq materialları» müəyyən edilməmişdir. 31.Eyni zamanda, məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış istintaq sənədlərinin hər hansı birində Təqsirləndirilən şəxs narkotik vasitə qurudulmuş marixuananı öz şəxsi istifadəsi üçün əldə etməsini təkzib edən sübut növü və ya sübutların məcmusu müəyyən olunmamışdır. 32.«Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması-miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Qanunun bu tələbinə görə, satış dedikdə yalnız qeyd olunan üç əsas amil əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, şəxsin narkotik vasitəni və psixotrop maddəni satış məqsədilə əldə edib gəzdirməsi və saxlaması haqda nəticəyə gəlmək üçün sadalanan üç məqsəddən heç olmasa birinin mövcud olması (əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması) sübut edilməlidir. Qeyd olunan üç amildən heç biri hazırki cinayət işi üzrə müəyyən edilməsə də, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımasına dair ittiham verilmiş, təqsirləndirilən şəxsin əməlində şəxsi maraq məqsədilə narkotik vasitənin yayılmasına yönəldilmiş hərəkətlər etməsi və ya əvəzli, yaxud qazanc əldə etmək məqsədilə hər hansı hərəkətlər etməsini təsdiq edən sübut təqdim edilməmişdir. 33.“Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarının 8-ci bəndinə əsasən digər şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. 34.Qeyd olunan Plenum qərarının 9-cu bəndində qeyd edilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 35.Məhkəmə hesab edir ki, hər hansı şəxsin qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə əldə etməsi, qeyd edilən vasitənin satışı ilə məşğul olması cinayət təqibi orqanı tərəfindən mütləq qaydada mötəbər sübutlarla (məsələn, tərəzi, «müştəri» ilə telefon danışıqları, sms yazışmaları, «müştərilərin» narkotik vasitələrlə bağlı sifarişləri, «şərti alıcı» ilə bağlı hərəkətlər və sair) təsdiq olunmalıdır. 36.İş materiallarının təhlili göstərir ki, təqsirləndirilən şəxsin ondan aşkar edilərək götürülmüş narkotik vasitəni nə vaxtsa satmaq üçün alıcı axtaracağı, onunla sonradan sövdələşərək həmin narkotik vasitəni ona satacağı barədə cinayət işində hər hansı sübut mövcud deyildir. Həmçinin narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, tərəzi, «müştəri» ilə telefon danışıqları, sms yazışmaları, «müştərilərin» narkotik vasitələrlə bağlı sifarişləri, «şərti alıcı» ilə bağlı hərəkətlər etməsi barədə bir sübut olmadan satış ilə bağlı verilmiş ittiham yalnız ehtimal xarakteri daşıyır. 37.Cinayət Prosessual Məcəlllənin tələblərinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz. 38.«Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» İ siyahının 109.1-ci bəndinə görə 500 qram və yuxarı həddə narkotik vasitə olan qurudulmuş marixuana külli miqdar hesab hesab edilir. Digər mötəbər sübut növü olmadan isə yalnız bu əlamətə görə şübhəli vəziyyətdə göstərilən cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif oluna bilməz. 39.Məhkəmə sübutları ayrı-ayrılıqda tədqiq edib onları məcmu halında qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxsin külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə etməsi, saxlaması və daşıması öz təsdiqini tapsa da, bu onun həmin narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsinə dəlalət etmir. Bu baxımdan təqsirləndirilən şəxsin aşkar edilmiş narkotik vasitəni satmaq niyyətində olmasını təsdiq edən heç bir sübut olmadan, yalnız aşkar edilmiş narkotik vasitənin miqdarının külli miqdar təşkil etməsi həmin narkotik vasitənin məhz satış məqsədi ilə əldə edildiyi barədə nəticəyə gəlməyə əsas vermir. 40.Məhkəmə eyni zamanda təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X13 Şəxsin Ambulator X3 barədə 25 noyabr 2024cü il tarixli 7461 nömrəli rəyinə istinadən həmçinin Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu, narkomaniya xəstəliyinin aşkar olunması, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” qərarı ilə təsdiq edilmiş 60 yaşından yuxarı olan kişilərə və 55 yaşından yuxarı olan qadınlara narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.7-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs yaş həddi ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsinin mümkün olmaması, ərazi narkoloji dispanserində qeydiyyata alınmasının məsləhət görülməsi halına münasibət bildirərək hesab edir ki, təqsirləndirilən şəxsin belə asılılığı əməlin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə uyğunluğunu, yəni təqsirləndirilən şəxsin narkotik vasitə qurudulmuş marixuananı şəxsi istifadəsi üçün əldə edib, daşıması və saxlamasını təsdiq edən mötəbər haldır. Məhkəmə belə qənaətə gəlir ki, bu hal təqsirləndirilən şəxsin narkotik vasitə qurudulmuş marixuananı şəxsi istifadəsi üçün əldə etdiyinə dəlalət edən amil kimi qiymətləndirilməlidir. 41.Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 2011-ci il 17 mart tarixli Qərarına görə tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. 42.Beləliklə məhkəmə işin həqiqi hallarına cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi müddəalarına, sübutlar və sübutetməyə dair cinayət-prosessual normaların tələblərinə uyğun olaraq tədqiq edilmiş sübutlara əsaslanaraq, həmin sübutları müqayisəli tədqiq edib məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. 43.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. 44.“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. 45.Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. 46.Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. 47.Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə qurudulmuş marixuana əldə etməsi, saxlaması və daşıması təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri və məhkəmə istintaqında tədqiq olunmuş digər sübutlarla təsdiq olunur. 48.Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə qurudulmuş marixuana əldə etməsi, saxlaması və daşıması tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan onun törətmiş olduğu ictimai təhlükəli əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif edilməlidir. 49.Göstərilənlərə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. 50.İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, konvensiyanın 6-cı maddəsi ədalətli məhkəmə araşdırması hüququna təminat verir və məhkəmənin vəzifəsi bütövlükdə məhkəmə araşdırmasının, o cümlədən sübutların əldə edilməsinin, qiymətləndirilməsinin ədalətliliyini, müdafiə və ittiham tərəflərinin hüquq bərabərliyi təmin edilməklə çəkişmə prinsipinə əməl edilməsinin, təqsirləndirilən şəxsin sübutları mübahisə etmək, onlara etiraz etmək hüququnun təmin edilməsini araşdırmaqdır. (Bikkov v. Rusiya [GC], 4378/02, §§ 88- 90, xx.xx.2009 və Rowe və X5rşı [GC], 28901/95, § 60, AİHM 2000 İİ) 51.Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs törətmiş olduğu ictimai təhlükəli əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. 52.Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməli törətməsində təqsirliliyinin ibtidai istintaq dövründə və məhkəmə araşdırması zamanı verdiyi ifadələrin əlaqəli təhlili, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokolları, eləcə də iş materiallarında olan digər təkzibolunmaz sübutların məcmusu ilə sübuta yetirildiyini müəyyən edərək hesab edir ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinməli və təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. 53.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında cəzanı bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası olmasını, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticə olmasını qeyd etmişdir. Bundan başqa məlumdur ki, sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. 54.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 55.Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 56.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 57.Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. 58.Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. 59.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə müvafiq olaraq cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. 60.“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 83.1-ci maddəsindən göründüyü kimi məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə mindiyi gündən başlanır və bütün cəzaçəkmə müddəti ərzində və cəzaçəkmə müddətindən sonrakı dövrdə qanunla müəyyən edilmiş müddətlər çərçivəsində davam edir. 61.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsinə görə azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. 62.Göründüyü kimi Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 08 aprel 2021-ci il tarixli hökmü ilə məhkum edildiyi cinayət əməlinə münasibətdə məhkumluğu ödənilmişdir. 63.Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanı yüngüləşdirən və ağırlaşdıran halları, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyini qanuni, ədalətli və cəzanın tətbiqi məqsədinə uyğundur. 64.Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. 65.Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. 66.Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. 67.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. 68.Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbləri baxımından Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu - 30 sentyabr 2024-cü il tarixdən hesablanmalıdır. 69.Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində narkomaniyadan qeydiyyata alınmalıdır. 70.Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. 71.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. 72.Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.11-ci maddəsinə uyğun olaraq iş üzrə maddi sübut Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan, iş üzrə aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 1564,94 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananın məhv edilməsini, həmin Məcəllənin 132.1.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması zamanı çəkilən videogörüntüləri, həmçinin evə baxış və götürmə aparılması zamanı çəkilən videogörüntülərini özündə əks etdirən 02 ədəd CD formatlı diskin cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmasını əsaslı hesab edir 73.İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. 74.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. 75.Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 72 (yetmiş iki) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. 76.Məhkəmə, həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxsin məhkəmədə hüquqlarının müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. 77.Beləliklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssişlərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərara əsasən Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə icraatı dövründə göstərilən hüquqi yardımla bağlı 360 (üç yüz altmış) manat məbləğində pul vəsaiti dövlət büdcəsindən tutularaq Bakı şəhəri 12 saylıVəkil Bürosunun hesabına ödənilməlidir. 78.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı 30 sentyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 72 (yetmiş iki) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Məhkəmə icraatı dövründə göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsindən 360 (üç yüz altmış) manat Bakı şəhəri 12 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Maddi sübut olaraq Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan - iş üzrə aşkar edilərək götürülmüş, tədqiqata sərf edildikdən sonra qalıq qalmış 1564,94 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana məhv edilsin, 02 ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Hakimlər: 1.(sədrlik edən) Aytən Əliyeva

2. Elmin Rüstəmov

3. Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar