Məhkəmə qərarları › İş №1(101)-949/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-949/2020

08.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-949/2020 08.09.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Məcidov X9 və Ağayev Zeynal Qurban oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx xxxxxx 1967-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməmiş, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş (Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx xxx 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş,Bakı şəhəri Qaradağ rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə cəzadan şərti olaraq vaxından əvvəl azad olunmuş, xx xxxxxx 2020-ci il tarixdə cəzasını çəkib qurtarmış) məhkumluğu ödənilməmiş, ünvan 1 qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlamış, daşımış və satmışdır. Belə ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitəni əldə edib satmaq məqsədi ilə istintaqa məlum olmayan Kolya adlı şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək sonuncudan satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 1.062,853 qram çəkidə narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, satmaq üçün əldə etdiyi heroinin bir hissəsini müvafiq olaraq 1,227 qram, 0,915 qram və 0,711 qram çəkilərə bölüb 3 ədəd şəffaf rəngli sellofan bükülülərə qablaşdırmış, xx xxx 2020ci il tarixdə saat 22:10-da Binəqədi RPİ-nin CAŞ-nın əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, Novxanı qəsəbəsi, Novxanı bağlar massivində yerləşən “Kanalüstü” adlanan ərazinin yaxınlığında saxlanılaraq Binəqədi RPİ-nə gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilərkən əlində saxladığı ağ rəngli sellofan torbanın içərisindən 1 ədəd üzərində “Aosai” sözü yazılmış qara rəngli elektron tərəzi, külli miqdarda təmiz çəkisi 1.060 qram və əynindəki qara rəngli gödəkcəsinin sol iç cibindən 3 ədəd şəffaf rəngli sellofan bükülülərdə təmiz çəkiləri 1,227 qram, 0,915 qram və 0,711 qram olan açıq qəhvəyi rəngli tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2020-ci ilin may ayının əvvəllərində dəqiq xatırlamadığı tarixdə Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazisində yerləşən yaşayış binalarının ərazisi ilə piyada gedərkən təsadüfən İran İslam Respublikasının vətəndaşı olan, özünü Kolya kimi təqdim edən şəxslə tanış olmuşdur. Aralarında söhbət zamanı Kolya adlı şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasını bildirib şəxsi istifadəsi üçün ona narkotik vasitə təşkil edə biləcəyini bildirmişdir. Bundan sonra onlar istifadələrində olan mobil nömrələri bir-birinə vermişlər. Təxminən xx xxx 2020-ci il tarixdə gecə saatlarında Kolya adlı şəxs istifadəsində olan mobil nömrəyə zəng edib Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazisində yerləşən yaşayış binalarının ərazisində məktəbə oxşar binanın kənarındakı kolluğun dibində olan daşın arxasında 1 kiloqramdan bir qədər artıq miqdarda narkotik vasitə olan heroini 1 ədəd ağ rəngli sellofan torbanın içərisində gizlətdiyini bildirmişdir. Aralarında olan danışıq nəticəsində 1 kiloqramdan bir qədər artıq olan narkotik vasitəyə görə Kolya adlı şəxsdən 3.000 manata almağa razılaşıb 1.000 manat pulu nağd şəkildə, qalan 2.000 manat pulu isə qısa zamanda ona çatdırmağına söz vermişdir. Həmin yerə getməzdən əvvəl Kolya adlı şəxs özünə məxsus hal-hazırda xatırlamadığı bank hesab nömrəsini ona verib narkotik vasitəyə görə pulu həmin hesaba göndərməyini tələb etmişdir. O, 1.000 manat pulu Kolya adlı şəxsin hesabına göndərdikdən sonra sonuncu narkotik vasitə olan heroini ağ rəngli sellofan torbada gizlətdiyi dəqiq ünvanı ona demişdir. O da Kolya adlı şəxsin təsvir etmiş olduğu həmin yerə gedib 1 ədəd ağ rəngli sellofan torbada içərisində narkotik vasitə olan heroini götürmüş və aparıb yaşadığı Sumqayıt şəhəri, 13-cü mikrorayon, 47 saylı ünvanda yerləşən 58 nömrəli mənzildə saxlamışdır. Təxminən 5-6 gün ərzində ağ rəngli sellofan torbanın içərisindəki narkotik vasitə olan heroini şəxsi istehlak miqdarında inyeksiya yolu ilə qəbul etmişdir. xx xxx 2020-ci il tarixdə axşam saat 21 radələrində həmin ağ rəngli sellofan torbanı yaşadığı mənzildən çıxarıb Bakı şəhəri, Binəqədi rayonu, Novxanı qəsəbəsi, Novxanı bağlar massivində yerləşən sahibsiz fərdi yaşayış evlərindən birinin hasarında gizlətmək qərarına gəlmişdir. Bu məqsədlə təxminən saat 22 radələrində piyada olaraq hərəkət edib Bakı şəhəri, Binəqədi rayonu, Novxanı qəsəbəsi, Novxanı bağlar massivində yerləşən “Kanalüstü” deyilən ərazinin kənarı ilə gəzib sahibsiz fərdi yaşayış evi axtarmışdır. Yol kənarı ilə piyada gəzərkən 3 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşları kimi təqdim edib üzərində narkotik vasitə olmasından şübhə edildiyi üçün üzərinə şəxsi axtarış keçirilməsi məqsədi ilə onlarla birlikdə Binəqədi RPİ-yə getməli olduğunu bildirmişlər. O da etiraz etməyərək polis əməkdaşları ilə birlikdə Binəqədi RPİ-nin inzibati binasına getmişdir. İnzibati binada yerləşən xidməti otaqların birində ona narkotik vasitələrin qəbulu, istifadəsi, saxlanması, gəzdirilməsi və satışı ilə məşğul olmaqla şübhəli olduğu barədə əməliyyat məlumatı olduğu bildirilərək şübhəli şəxs kimi hüquq və vəzifələri izah olunmuşdur. Hüquqlarının dövlət hesabına müdafiəsi üçün öz razılığı ilə ona müdaifəçi təyin edilmiş və o, həmin müdafiəçi tərəfindən hüquqlarının müdafiə olunmasına etirazının olmadığını bildirmişdir. Sonra isə polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində və geyim əşyalarında şəxsi axtarış aparılmağa başlanmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl üzərində və geyim əşyalarında qanunla dövriyyəsi qadağan edilmiş və ya məhdudlaşdırılmış əşyaları və ya sənədləri könüllü surətdə təqdim etmək təklif olunmuşdur. O da həmin vaxt əlində saxladığı ağ rəngli sellofan torbanı masanın üzərinə qoyub həmin sellofan torbanın içərisində narkotik vasitə olan heroin olmasını bildirmişdir. Torbanın içərisi açıldıqda şəffaf sellofana qablaşdırılmış narkotik vasitə olan heroin və 1 ədəd qara rəngli elektron tərəzi aşkar olunmuşdur. O, həmin torbanın içərisində olan maddənin narkotik vasitə olan heroin olmasını bildirmişdir. Sonra isə əynində olan qara rəngli gödəkcəsinin sol iç cibindən ayrı-ayrılıqda qablaşdırılmış 3 ədəd şəffaf rəngli sellofan bükülünü çıxarıb masanın üzərinə qoymuş və həmin bükülülərin içərisində olan maddənin də ağ rəngli sellofan torbanın içərisində olan açıq qəhvəyi rəngli toz şəkilli maddədən ayrılaraq qablaşdırılmış narkotik vasitə olan heroin olmasını bildirmişdir. Polis əməkdaşları ondan ağ rəngli sellofan torbanın içərisində olan heroini və əynində olan qara rəngli gödəkcəsinin sol iç cibindən çıxarıb təqdim etdiyi ayrı-ayrılıqda qablaşdırılmış 3 ədəd şəffaf rəngli sellofan bükülünün içərisində olan maddəni kimdən, nə vaxt və hansı məqsədlə əldə etməyini soruşduqda o, həmin maddəni təxminən 5-6 gün əvvəl Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazisində yerləşən yaşayış binalaranın arasındakı ərazidə məktəbə oxşar binanın kənarındakı kolluğun dibində olan daşın arxasından İran İslam Respublikasının vətəndaşı olan, adı Kolya kimi məlum olan şəxsdən 1.000 manat pulu nağd şəkildə, 2.000 manat pulu isə nisyə ödəniş etmək şərtilə razılaşmaqla şəxsi istifadəsi üçün götürərək aldığını bildirsə də, həmin narkotik vasitəni satış məqsədi ilə aldığını gizlətmişdir. Bundan sonra əynində olan tünd göy rəngli cins şalvarının sağ cibindən 1 ədəd tünd bənövşəyi rəngli “Samsung Galaxy” markalı mobil telefonu, qara rəngli gödəkcəsinin sağ çöl cibindən içərisində siqaretlər olan 1 ədəd “Winston” markalı siqaret qutusunu, 1 ədəd dəsmalı, gödəkcəsinin sol iç cibindən 1 ədəd dəsmalı, 1 ədəd eynəyi və gödəkcəsinin sağ iç cibindən içərisində siqaretlər olan 1 ədəd “Vinçester” markalı siqaret qutusunu könüllü olaraq təqdim edib həmin əşyalardan əlavə üzərində digər əşya və ya predmet olmadığını bildirmişdir. Üzərində saxladığı 1 ədəd ağ rəngli sellofan torba və əynində olan qara rəngli gödəkcəsinin sol iç cibindən ayrı-ayrılıqda qablaşdırılmış 3 ədəd şəffaf rəngli sellofan bükülü ayrı-ayrılıqda zərflərə qoyulub qablaşdırılmışdır. Zərflərin üzəri möhürlənmiş və şəxsi axtarışda iştirak edən iştirakçılar tərəfindən həmin zərflərin üzəri imzalanmışdır. Həmçinin üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuş və həmin protokol da şəxsi axtarışda iştirak edən iştirakçılar tərəfindən imzalanmışdır. O, polis əməkdaşlarına müqavimət göstərməmiş, polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki və psixi təsir göstərilməmişdir. Törətdiyi cinayət əməlindən peşmandır. Məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması özünün etirafedici ifadəsi, məhkəmə istintaqı zamanı şahidlərin ifadələri, digər istintaq hərəkətinin protokolları, ekspertiza rəyləri, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla tam sübuta yetirildi. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Binəqədi RPİ-nin CAŞ-da baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Əməliyyat aparatına Təqsirləndirilən şəxs Binəqədi rayon Polis İdarəsinin inzibati ərazisi olan Novxanı qəsəbəsində qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama, satma və istifadəsi ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Məlumat əsasında onun, Binəqədi RPİ-nin CAŞ-nin kiçik əməliyyat müvəkkilləri Şahid3 və Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində xx xxx 2020-ci il tarixdə saat 22 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Novxanı qəsəbəsi, Novxanı bağlar massivində yerləşən “Kanalüstü” deyilən ərazinin kənarında Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini polis əməkdaşı olaraq təqdim edərək həmin şəxsi Binəqədi RPİ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs da etiraz etməyərək onlarla birlikdə RPİ-nə gəlmişdir. Binəqədi RPİ-nin baş təhqiqatçısı polis kapitanı İlkin Almazovun xidməti otağında Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması, istifadəsi və satmasında şübhəli bilindiyi üçün baş təhqiqatçı İlkin Almazov tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Sonra da həmin xidməti otaqda Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş vasitəsi ilə baxış keçiriləcəyi bildirilib ona üzərində dövriyyəsi məhdudlaşdırılmış eləcə də, qanunla qadağan olunmuş hər hansı əşya varsa çıxarıb təqdim etməsi təklif edildikdə o, etiraz etmədən könüllü olaraq əlində saxladığı ağ rəngli sellofan torbanı masanın üzərinə qoyub həmin sellofan torbanın içərisində narkotik vasitə olan heroin olmasını bildirmişdir. Torbanın içərisini açdıqda şəffaf sellofanda qablaşdırılmış narkotik vasitə olan heroinə bənzər maddə və 1 ədəd qara rəngli elektron tərəzi aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin torbanın içərisində olan maddənin narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Sonra isə Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkcənin sol iç cibindən ayrı-ayrılıqda qablaşdırılmış 3 ədəd şəffaf rəngli sellofan bükülünü çıxarıb masanın üzərinə qoymuş və həmin bükülülərin içərisində olan maddənin də ağ rəngli sellofan torbanın içərisində olan açıq qəhvəyi rəngli toz şəkilli maddədən ayrılaraq qablaşdırılmış narkotik vasitə olan heroin olduğunu demişdir. Təqsirləndirilən şəxs ağ rəngli sellofan torbanın və əynində olan qara rəngli gödəkcənin sol iç cibindən çıxarıb təqdim etdiyi ayrı-ayrılıqda qablaşdırılmış 3 ədəd şəffaf rəngli sellofan bükülünün içərisində olan maddələri kimdən, nə vaxt və hansı məqsədlə əldə etməsi soruşulduqda o, həmin maddəni təxminən 2020ci ilin may ayının ortalarında Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazisində yerləşən yaşayış binalaranın arasındakı ərazidə məktəbə oxşar binanın kənarındakı kolluğun dibində olan daşın arxasından İran İslam Respublikasının vətəndaşı olan adı ona Kolya kimi məlum olan şəxsdən 1.000 manat pulu nağd şəkildə, 2.000 manat pulu isə nisyə ödəniş etmək şərtilə razılaşmaqla aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarının sağ cibindən 1 ədəd tünd bənövşəyi rəngli “Samsung Galaxy” markalı mobil telefonu, qara rəngli gödəkcəsinin sağ çöl cibindən içərisində siqaretlər olan 1 ədəd “Winston” markalı siqaret qutusunu, 1 ədəd dəsmalı, gödəkcəsinin sol iç cibindən 1 ədəd eynəyi və gödəkcəsinin sağ iç cibindən içərisində siqaretlər olan 1 ədəd “Vinçester” markalı siqaret qutusunu könüllü olaraq təqdim edib həmin əşyalardan əlavə üzərində digər əşya və ya predmet olmadığını demişdir. Təqsirləndirilən şəxs geyim paltarlarında, əşyalarında və bədənində aparılmış şəxsi axtarış zamanı hər hansı bir digər əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərində saxladığı 1 ədəd ağ rəngli sellofan torba və əynində olan qara rəngli gödəkcənin sol iç cibindən ayrı-ayrılıqda qablaşdırılmış 3 ədəd şəffaf rəngli sellofan bükülülər ayrı-ayrılıqda zərflərə qoyulub qablaşdırılmışdır. Sonra zərflərin üzəri möhürlənmiş və şəxsi axtarışda iştirak edən iştirakçılar tərəfindən həmin zərflərin üzəri imzalanmışdır. Həmçinin Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuş və o da digər iştirakçılar kimi həmin protokolu imzalamışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən videoçəkilişdən istifadə edilmişdir. Təqsirləndirilən şəxs onlara qarşı heç bir müqavimət göstərməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 Şahid1 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid2 ibtidai araşdırma orqanına verdiyi ifadəsindən görünür ki, o, Şahid1 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir (cild 1, iş vərəqə 148-150). Cinayət işinin materiallarında olan xx xxx 2020-ci il tarixli HK/1-281 saylı “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxsxx xxx 2020-ci il tarixdə Binəqədi RPİ-nin TŞ-nin baş təhqiqatçısı İlkin Almazovun xidnməti otağında əlində saxladığı içərisində narkotik vasitə olan heroini, 1 ədəd qara rəngli elektron tərəzi olan ağ rəngli sellofan torbanı və əynində olan qara rəngli gödəkcəsinin sol iç cibindən ayrı-ayrılıqda qablaşdırılmış 3 ədəd şəffaf rəngli sellofan bükülünü çıxarıb masanın üzərinə qoyaraq həmin 3 ədəd şəffaf rəngli sellofan bükülülərin içərisində olan maddənin də ağ rəngli sellofan torbanın içərisində olan açıq qəhvəyi rəngli toz şəkilli maddədən ayrılaraq qablaşdırılmış narkotik vasitə olan heroin olmasını və həmin narkotik vasitə olan heroini təxminən 5-6 gün əvvəl Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazisində yerləşən yaşayış binalaranın arasındakı ərazidə məktəbə oxşar binanın kənarındakı kolluğun dibində olan daşın arxasından İran İslam Respublikasının vətəndaşı olan adı Kolya kimi məlum olan şəxsdən 1.000 manat pulu nağd, 2.000 manat pulu isə nisyə ödəniş etmək şərtilə razılaşmaqla götürərək aldığını bildirmişdir (cild 1, iş vərəqə 32-34). Cinayət işinin materiallarında olan xx xxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs məxsus “məlumat daşıyıcısı hesab edilən mobil telefon aparatına baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs mobil telefonun kontaktında adını Kolya kimi qeyd etdiyi şəxsdən narkotik vasitə heroini əldə etmiş, daha sonra kontaktda adını Cexu kimi qeyd etdiyi şəxsə şəxsi istifadəsi üçün bir qismini satmışdır. Mobil telefon aparatına baxış zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitəni satdığını etiraf etmişdir (cild 1, iş vərəqə 98-107). Cinayət işinin materiallarında olan xx xxx 2020-ci il tarixli “CD diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, xx xxx 2020-ci il tarixdə Əhmədov X5 RPİ-nin TŞ-nin baş təhqiqatçısı İlkin Almazovun təklifinə əsasən masanın üzərində olan ağ rəngli sellofan torbanı göstərib sellofan torbanın içərisində narkotik vasitə olan heroin olmasını bildirir, sonra əyləşdiyi yerdən ayağa qalxıb üzərində saxlamaqla daşıdığı ağ rəngli sellofan torbanın ağzını açıb içərisini göstərir. Həmin vaxt sellofan torbanın içərisindən şəffaf rəngli sellofan torbaya qablaşdırılmış açıq qəhvəyi rəngli, toz şəkilli maddə və 1 ədəd qara rəngli elektron tərəzi aşkar olunur. Təqsirləndirilən şəxs həmin ağ rəngli sellofan torbanın içərisində olan maddənin narkotik vasitə olan heroin olmasını bildirir. Daha sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcəsinin sol iç cibindən ayrı-ayrılıqda qablaşdırılmış 3 ədəd şəffaf rəngli sellofan bükülünü çıxarıb masanın üzərinə qoyaraq bükülülərin içərisində olan maddənin heroin olmasını bildirir. Təqsirləndirilən şəxs CD diskə baxış keçirildikdən sonra orada olan görüntülərin həqiqəti əks etdirdiyini bildirmişdir (cild 1, iş vərəqə 108). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxx 2020-ci il tarixli 6/900 saylı rəyindən məlum olur ki, tədqiqata təqdim edilmiş üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs əlində saxladığı 1 ədəd ağ rəngli sellofan torbanın içərisində olan maddə” yazısı olan paketdəki 1 ədəd torbada təmiz çəkisi 1.060 qram açıq qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Tədqiqata təqdim edilmiş üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 3 ədəd büküm..” yazısı olan zərfdəki 3 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,227 qram, 0,915 qram və 0,711 qram ümumi təmiz çəkisi 2,853 qram açıq qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Təqsirləndirilən şəxs götürülmüş 3 ədəd bükümdə və 1 ədəd torbadaki heroinin ümumi təmiz çəkisi 1.062,853 qram (1kq 62,853 qram) təşkil edir və həmin heroinlər xarici əlamətlərinə və kimyəvi tərkibinə görə eynidir (Qeyd: Heroinin təmiz çəkiləri 1.060 qram və 2,853 qram, tədqiqata sərf edildi 0,2 qram və 0,15 qram, qalıq 1.059,8 qram və 2,703 qram, cild 1, iş vərəqə 42-45). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X6 Hüquqi Şəxsinin x xxxx 2020-ci il tarixli 1240 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmamışdır. Bunu cinayət işinin materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, şahid ifadələrində onda hər hansı psixi pozuntunun əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəliyin əlamətləri müəyyən edilməmişdir. Cinayət işinin materiallarının və aparılmış psixiatrik müayinənin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qərara gəlir ki, Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik müşahidə edilmir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətdiyi zaman onda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Həmin dövrdə Təqsirləndirilən şəxs öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və həmin əməli idarə etmək iqtidarına malik olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmamış, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşməmişdir. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqə 217-218). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikasi Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 xx xxxx 2020-ci il tarixli 1920 nömrəli rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür (cild 1, iş vərəqə 219). Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət işinin materiallarında olan əməliyyataparatındanistintaqadaxilolmuşməktubdangörünürki, Təqsirləndirilən şəxskülli miqdarda narkotik vasitə olan heroini əldə etdiyi Kolya adlı şəxsinşəxsiyyətininmüəyyənolunmasıməqsədiiləbirsıraəməliyyattədbirlərikeçirilmiş, lakinhəminşəxsimüəyyənetməkmümkünolmamışdır (cild 1, iş vərəqə 220). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş təmiz çəkisi 1.062,853 qram külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin xx xxx 2020-ci il tarixdə iş üzrə maddi sübut kimi tanınmış və tədqiqatdan sonrakı qalıq çəkisi 1062,503 qram külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin saxlanılması üçün Binəqədi RPİ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilmişdir (cild 1, iş vərəqə 124-125). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınmış videogörüntüləri özündə əks etdirən 1 ədəd CD disk, üzərindən aşkar edilərək götürülmüş “Samsung Galaxy S 6 edge” markalı “SM- G925F” modelli mobil telefon aparatı və 1 ədəd üzərində “Aosai” sözü yazılmış qara rəngli elektron tərəzi xx xxxx 2020-ci il tarixdə maddi sübut kimi tanınmış, 1 ədəd CD disk cinayət işinin materiallarına əlavə edilmiş, 1 ədəd “Samsung Galaxy S 6 edge” markalı “SM-G925F” modelli mobil telefon aparatı və 1 ədəd üzərində “Aosai” sözü yazılmış qara rəngli elektron tərəzi saxlanılması üçün Binəqədi RPİ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilmişdir (cild 1, iş vərəqə 230-231). Cinayət işinin materiallarında olan “cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında” xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitənin mənbəyi barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi ayrılmışdır (cild 1, iş vərəqə 233-234). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X2 verilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx xxx 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhəri Qaradağ rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə cəzadan şərti olaraq vaxından əvvəl azad olunmuş, xx xxxxxx 2020-ci il tarixdə cəzasını çəkib qurtarmışdır (cild 1, iş vərəqə 139-141; 203-208). Təqsirləndirilən şəxs törətdiyi həmin cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinin tələbinə görə “az ağır” cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətlərin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinin tələbinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən 2 il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər az ağır cinayət törətməyə görə məhkum olunmuş və cəzasını çəkib qurtardıqdan sonra 2 il keçmədən yenidən qəsdən ağır cinayət törətdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinin tələbinə əsasən məhkumluğu ödənilməmiş və buna görə də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin tələbinə əsasən onun əməlində cinayətlərin residivi vardır. Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi mövcud olduğundan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələblərinə əsasən ona təyin ediləcək cəzanın müddəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasının yuxarı həddinin yarısından az ola bilməz. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. O, həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, cinayət məsuliyyətindən və cəzadan azad edilməsi uçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. O, həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, cinayət məsuliyyətindən və cəzadan azad edilməsi uçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edib səmimi peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən digər hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi onun cəzasını ağırlaşdıran haldır. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx xxx 2020-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx xxx 2020-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 84-87). Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində cəzanın çəkilməsi nəzərdə tutulur. Həmin normaların tələblərinə görə Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən və əməlində cinayətlərin residivi mövcud olduğundan görə ona təyin olunacaq cəzanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəza çəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu gündən, yəni xx xxx 2020-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 114 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi sübut olan və Binəqədi rayon Polis İdarəsində saxlanılan 1.062,503 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, 1 ədəd üzərində “Aosai” sözü yazılmış qara rəngli elektron tərəzi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən məhv edilməli, 1 ədəd “Samsung Galaxy S6 edge” markalı “SM- G925F” modelli mobil telefon aparatı Təqsirləndirilən şəxs yaxın qohumlarına təhvil verilməli, 1 ədəd CD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həmin cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı xx xxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 114 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut olan və Binəqədi rayon Polis İdarəsində saxlanılan 1.062,503 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, 1 ədəd üzərində “Aosai” sözü yazılmış qara rəngli elektron tərəzi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən məhv edilsin, 1 ədəd “Samsung Galaxy S6 edge” markalı “SM- G925F” modelli mobil telefon aparatı Təqsirləndirilən şəxs yaxın qohumlarına təhvil verilsin, 1 ədəd CD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar