Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-949/2022 25.05.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi: Bayramlı Ləman Bünyad qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X4 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi: Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, İşləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvan yaşamış, barəsində «həbs» növündə qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 238.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanda yerləşən evində narkotik vasitələrin və psixotrop maddələrin İstehlakı üçün tiryəkxana təşkil edərək saxlamış, bundan başqa istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsüz olaraq ümumi təmiz çəkisi külli miqdarda 573,228 qram narkotik vasitə-heroin, ümumi təmiz çəkisi külli miqdarda 119,638 qram psixotrop maddə-metamfetamin əldə edib saxlayaraq daşımış, bir hissəsini isə yaşadığı evində gizlətmiş, 12 iyul 2021-ci il tarixdə saat 11 radəlrində həmin külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddələrdən 06 (altı) ədəd kağız bükümdə ümumi təmiz çəkisi 4,978 qram olan heroini 03 (üç) ədəd kağız bükümdə ümumi təmiz çəkimi 0,276 qram psixotrop maddə metamfetamini qardaşı X12, 01 (bir) ədəd kağız bükümdə təmiz çəkisi 0,978 qaram narkotik vasitə heroini tanışı X6, 05 (beş) ədəd kağız bükümdə ümumi təmiz çəkisi 2,630 qram heroini, 03 (üç) ədəd kağız bükümdə ümumi təmmiz çəkisi 0,342 qram psixotrop maddə metamfetamini X13, 05 (beş) ədəd kağız bükümdə ümümi təmiz çəkisi 2,750 qram narkotik vasitə heroin 04 (dörd) ədəd kağız bükümdə ümumi təmiz çəkisi 0,346 qram psixotrop maddə metamfetami X21, 03 (üç) ədəd kağız bükümdə ümumi təmiz çəkisi 6,301 qram narkotik vasitə heroini 03 (üç) ədəd kağız bükümdə ümumi təmiz çəkisi 0,452 qram psixotrop maddə metamfetamini X14, 05 (beş) ədəd kağız bükümdə ümumi təmiz çəkisi 2,403 qram heroini, 04 (dörd) ədəd kağız bükümdə ümumi təmiz çəkisi 0,753 qram psixotrop maddə metamfetamini X3, həmçinin həmin şəxslərin narkotik vasitələrin və psixotrop maddələrin istehlakı üçün şərait yaratmış, həmin gün saat 11:30-da Bakı şəhəri Suraxanı rayon polis idarəsinin Narkotiklərlə mübarizə bölməsinin və Cinayət axtarış şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələr və psixotrop maddələri satış məqsədi ilə əldə etməsi, saxlaması, daşıması və evində tiryəkxana təşkil etməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı evində saxlanılaraq Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Balandin 42 ünvanda yerləşən Bakı şəhəri Suraxanı RPİ-nin inzibati binasına gətirilərək üzərində şəxsi axtarış keçirilərkən əynində olan boz rəngli damalı şortikinin sağ yan cibindən 05 (beş) ədəd kağız bükümdə 01 (bir) ədəd sellofan bükümdə ümumilikdə 06 (altı) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi külli miqdarda 5,624 qram, 0,714 qram, 0,540 qram, 0, 264 qram, 0,415 qram, 0,591 qram ümumi təmiz çəkisi külli miqdarda 8,148 qram olan kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitəheroin, digər 05 (beş) ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,127 qram, 0,217 qram, 0,075 qram, 0,046 qram, 0,218 qram ümumi təmiz çəkisi 0,683 qram xarici görnüş əlamətlərinə və kimyəvi təkib komponentlərinə görə eynilik təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, əməliyyat tədbiri davam etdirilərək yaşadığı ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində axtarış və götürmə aparılarkən qonaq otağındakı divanın altından 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi külli miqdarda 541,8 qram kustar üsulla hazırlanmış narkotik vasitə-heroin, 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi külli miqdarda 114,6 qram kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin 02 (iki) ədəd sellofan bükümdə və plastik qabın içərisində 02 (iki) ədəd kağız bükümdə ümumilikdə 04 (dörd) ədəd bükümdə ayrıayrılıqda təmiz çəkisi 1,861 qram, 1,326 qram, 0,024 qram, 0,029 qram ümumi təmiz çəkisi külli miqdarda 3,240 qram bir-biri ilə xarici görnüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə-heroin, 05 (beş) ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,346 qram, 0,382 qram, 0,608 qram, 0,731 qram, 0,119 qram ümumi təmiz çəkisi külli miqdarda 2,186 qram xarici görnüş əlamətlərinə və kimyəvi tərkib komponentlərini görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin və üzərində narkotik vasitə-heroin izləri olan bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, o, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Səhər saatları olarmış və o həmin vaxt yatırmış. 50-60 nəfər əllərində beyzbol çubuğu ilə onun evinə daxil olmuşlar. O, həmin şəxslərdən kim olduqlarını soruşmuş, onlar isə polis əməkdaşı olduqlarını bildirmişlər. Onlar silah çıxartmışlar. Bu vaxt o da bıçaq çıxartmışdır və qarın nahiyyəsini kəsmişdir. X30 Xidmətinin avtomobilinə əyləşdirmişlər. Qardaşlarını isə döyə-döyə evdən çıxartmışlar. Onlar polis bölməsinə aparmışlar. Polis bölməsində üzərinə narkotik vasitələr yerləşdirmişlər. Məcburiyyət qarşısında qalıb onların üzərinə yerləşdirdikləri narkotik vasitənin ona məxsus olduğunu bildirmişlər. Bundan sonra gecə saat 24 radələrində anasını buraxmışlar. Saxlanıldığı gün onun üzərində narkotik vasitə olmamışdır. Polis əməkdaşları qardaşlarına, anasına və ona təzyiq göstərdikləri üçün üzərinə yerləşdirdikləri narkotik vasitənin videoçəkiliş zamanı ona məxsus olduğunu bildirmişdir. O, narkotik vasitə istifadəçisi olmuş və öz şəxsi istifadəsi üçün narkotik vasitə almışdır. Sonuncu dəfə saxlanıldığı gün səhər oyanıb narkotik vasitə vurub yatmışdır. Narkotik vasitəni tanımadığı şəxsdən alırdı. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 238.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməliyyat müvəkkili işləmişdir. 12 iyul 2021-cİ il tarixdə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Narkotiklərlə X15 Faiq Azər oğlunun evində qanunsuz olaraq tiryəkxana təşkil etməsi, qanunsuz olaraq narkotik vasitələr əldə edib gəzdirməsi və satması barədə əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs barəsində təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün əməliyyat qrupu yaradılmış və İbrahimov Anarın rəhbərliyi ilə o və digər əməkdaşlar Sultanov Əfqan, Şahid2, Şahid4, Şahid5 ibarət əməliyyat qrupu yaradılmışdır. 12 iyul 2021-ci il tarixdə Təqsirləndirilən şəxs onun yaşadığı ünvan 1-da saxlamışlar. Bundan əlavə Təqsirləndirilən şəxs evində 6-7 nəfəri də saxlamışlar. Təqsirləndirilən şəxs və onun evində olan şəxsləri polis idarəsinə aparmışlar. Polis idarəsində Təqsirləndirilən şəxs üzərinə videoçəkilişdən istifadə olunmaqla müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs əynində olan şortikinin cibindən 11 (on bir) ədəd büküm aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkarlanan bükümlər zərfə qoyularaq zərf möhürlənmişdir, bu barədə protokol tərtib olunmuşdur. Protokolun məzmunu ilə tanış olaraq protokolu və möhürlənmiş zərfin üzərini imzalamışlar. Bundan sonra Təqsirləndirilən şəxs razılığ ilə onun yaşadığı evə onların iştirakı ilə baxış keçirilmiş və axtarış aparılmışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evində 04 (dörd) ədəd şəffaf sellofanda, 01 (bir) ədəd plastik qabın içərisində 07 (yeddi) ədəd siqaret kağızı bükümlərində narkotik vasitəyə oxşar kütlələr və 01 (bir) ədəd elektron tərəzi aşkar edilib götürülmüşdür. Təqsirləndirilən şəxs evindən aşkar edilib götürülən bükümlər və bir ədəd elektron tərəzi zərfə qoyulmuş, zərf möhürlənmiş, bu barədə protokol tərtib olunmuşdur. Əməliyyat məlumatı əməliyyat qrupunun rəhbəri İbrahimov Anara daxil olmuşdur. Təqsirləndirilən şəxs tiryəkxana təşkil etməkdə, qanunsuz olaraq narkotik vasitələr əldə edib gəzdirməkdə və satmaqda şübhəli imiş. Şərait olmadığı üçün Təqsirləndirilən şəxs üzərinə saxlanıldıqdan sonra dərhal baxış keçirə bilməmişlər. Onlar Faiqin evinə narkotik vasitə yerləşdirməmişlər. Polis əməkdaşları beyzbol çubuğu ilə Təqsirləndirilən şəxs evinə daxil olmamışlar. Təqsirləndirilən şəxs yaşadığı evdə 2 itin olması və Faiqin onu hər dəfə saxlamaq istədikdə bıçaq çıxartması səbəbilə əllərində dubinka ilə Faiqin evinə getmişlər. Onlar hər dəfə Faiqi tutmaq istəyəndə o, əlindəki bıçağı bədəninə tutaraq və yaxud da qaçmaqla onlardan yayınmışdır. Onlar Təqsirləndirilən şəxs döyməmiş, onun anasını tutmamışlar. Onlar Faiqin evinə daxil olarkən sayları çox olmuşdur. Təqsirləndirilən şəxs evində tiryəkxana təşkil etdiyini aşkar etmişlər və orada 6-7 nəfər şəxsi tutmuşlar, ibtidai istintaqda verdiyi ifadəsini təsdiqləyir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 12 iyul 2021-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Narkotiklərlə X15 Faiq Azər oğlunun evində qanunsuz olaraq tiryəkxana təşkil etməsi, qanunsuz olaraq narkotik vasitələr əldə edib gəzdirməsi və satması barədə əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs barəsində təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün əməliyyat qrupu yaradılmış və İbrahimov Anarın rəhbərliyi ilə o, digər əməkdaşlar Sultanov Əfqan, Şahid2, Şahid4, Şahid1 ibarət əməliyyat qrupu yaradılmışdır. 12 iyul 2021-ci il tarixdə Təqsirləndirilən şəxs onun yaşadığı ünvan 1-da saxlamışlar. Bundan əlavə Təqsirləndirilən şəxs evində 6-7 nəfəri də saxlamışlar. Təqsirləndirilən şəxs və onun evində olan şəxsləri polis idarəsinə aparmışlar. Polis idarəsində Təqsirləndirilən şəxs üzərinə videoçəkilişdən istifadə olunmaqla müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs əynində olan şortikinin cibindən 11 (on bir) ədəd büküm aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkarlanan bükümlər zərfə qoyularaq zərf möhürlənmiş, bu barədə protokol tərtib olunmuşdur. Protokolun məzmunu ilə tanış olaraq protokolu və möhürlənmiş zərfin üzərini imzalamışlar. Bundan sonra Təqsirləndirilən şəxs razılığ ilə onun yaşadığı evə polis əməkdaşlarının iştirakı ilə baxış keçirilmiş və axtarış aparılmışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evində 04 (dörd) ədəd şəffaf sellofanda, 01 (bir) ədəd plastik qabın içərisində 07 (yeddi) ədəd siqaret kağızı bükümlərində narkotik vasitəyə oxşar kütlələr və 01 (bir) ədəd elektron tərəzi aşkar edilib götürülmüşdür. Təqsirləndirilən şəxs evindən aşkar edilib götürülən bükümlər və bir ədəd elektron tərəzi zərfə qoyulmuş, zərf möhürlənmiş, bu barədə protokol tərtib olunmuşdur. O, Təqsirləndirilən şəxs evinə daxil olan zaman əməliyyat tədbirində iştirak etmişdir. Əməliyyat məlumatı Təqsirləndirilən şəxs tiryəkxana təşkil etməsi, qanunsuz olaraq narkotik vasitələri əldə edib istifadə etməsi və satması barədə olmuşdur. Təqsirləndirilən şəxs evinə daxil olarkən saat 11-12 radələri imiş. Təqsirləndirilən şəxs evinə daxil olarkən 4-5 nəfər olmuşlar, həmin vaxt Təqsirləndirilən şəxs nə işlə məşğul olduğunu xatırlamamışdır. Şərait olmadığı üçün Təqsirləndirilən şəxs üzərinə saxlanıldıqdan sonra dərhal baxış keçirə bilməmişlər. İbtidai istintaqda verdiyi ifadəsini təsdiqləyir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2, Şahid3 digər şahidlər Şahid1 və Şahid5 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 238.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli olması sübuta yetirilir və onun törətmiş olduğu cinayət əməlləri istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 238.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs onda narkotik vasitənin olmaması, evində və ümumiyyətlə özünü narkotik vasitənin satışında təqsirli bilməməsinə dair verdiyi ifadəsi ilə məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin biri-birinə, habelə işin faktiki hallarına uyğun olan ifadələri ilə, eyni zamanda iş materiallarında olan sübutlarla təkzib olunduğundan məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşaraq, inandırıcı saymır və onun ifadəsini özünü müdafiə edilməsi kimi qiymətləndirir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan 12.07.2021-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan Bakı şəhəri Suraxanı RPİ-nin TŞ-nin təhqiqatçısı, polis kapitanı Suad Həmzəyev tərəfindən tərtib olunmuş 12 iyul 2021-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd boz rəngli damalı şortikin sağ yan cibindən 10 ədəd siqaret kağızad bükülmüş narkotik vasitəyə bənzər kütlə və sol yan cibindən 01 ədəd şəffaf sellofanda büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 45 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi 11 ədəd bükümdə olan narkotik vasitəyə bənzər kütləni iranlı vətəndaşdan onlayn olaraq öz şəxsi istifadəsi üçün əldə edib üzərində saxlamış və gəzdirmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs yaşadığı evində də narkotik vasitələr olduğunu bildirmişdir. Şəxsi axtarış zamanı sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və ya sənəd aşkar edilməmişdir. Şəxsi axtarış və götürmə həyata keçirilən zaman qeydə alınmış videogörüntülər 01 ədəd DVD Diskə köçürülərək cinayət işi materiallarına əlavə edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan 12.07.2021-ci il tarixli “evinə baxış keçirilməsi və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilmiş, baxış zamanı həmin evin qonaq otağında qoyulmuş divanın altından 04 (dörd) ədəd şəffaf sellofan torba, bir ədəd içərisində siqaret kağızı bükümləri olan plastik qab və bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Aşkar edilib götürülən şəffaf sellofan torba və plastik qabın içərisindəki bükülülərə baxıldıqda da məlum olmuşdur ki, sellofan torbanın və plastik qabın içərisindəki bükümlərin içərisində narotik vasitə heroinə və psixotrop maddə metamfetaminə oxşar kütlələr vardır. Aşkar edilib götürülən kütlələr və bir ədəd elektron tərəzi zərflərə qoyularaq zərflər möhürlənmişdir. Təqsirləndirilən şəxs evindən aşkar edilib götürülən narkotik vasitə heroini və psixotrop maddə metamfetamini İran İslam Respublikası vəndaşından aldığını bildirmişdir. Baxış və götürmə həyata keçirilən zaman qeydə alınmış videogörüntülər 01 ədəd DVD Diskə köçürülərək cinayət işi materiallarına əlavə edilmişdir. Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 iyul 2021-ci il tarixli, 6/2828 nömrəli rəyindən görünür ki: tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №45” dairəvi möhür əksi və “Təqsirləndirilən şəxs üzərindən...” sözləri soyad və imzalar qeyd edilmiş zərfi açdıqda 5 ədəd kağız bükümdə bir ədəd sellofan bükümdə ümumilikdə 6 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 5,624 qram, 0,714 qram, 0,540 qram, 0,264 qram, 0,415 qram, 0,591 qram ümumi təmiz çəkisi 8,148 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər 5 ədəd kağız bükümdə ayrıayrılıqda təmiz çəkisi 0,127 qram, 0,217 qram, 0,075 qram, 0,046 qram, 0,218 qram ümumi təmiz çəkisi 0,683 qram ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixtrop maddə metamfetamindir. Üzərində “Azərbaycan Respublikası DİN zərflər üçün 45" dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs evindən...” sözləri , soyad və imzalar qeyd edilmiş 4 ədəd zərf təqdim edilmişdir(zərflər şərti olaraq işarələnmişdir): 1№-li paketdə 1 ədəd sellofan bükümdə təmiz çəkisi 541,8 qram olan açıq qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 2 №-li zərfdə 1 ədəd sellofan bükümdə təmiz çəkisi 114,6 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 3 №-li zərfdə 2 ədəd sellofan bükümdə və plastik qabın içərisində 2 ədəd kağız bükümdə ümumilikdə 4 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 1,861 qram, 1,326 qram, 0,024 qram, 0,029 qram ümumi təmiz çəkisi 3,240 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər 5 ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,346 qram, 0,382 qram, 0,608 qram, 0,731 qram, 0,119 qram ümumi təmiz çəkisi 2,186 qram olan ağ rəngli kristallik kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasıərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 İyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Bir ədəd elektoron tərəzidə narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğu üçün çəkisini müəyyən etmək mümkün olmamışdır. Təqdim edilmiş təmiz çəkiləri 5,624 qram, 0,714 qram, 0,540 qram 0,264 qram 0,415 qram, 0,591 qram 1,861 qram, 1,326 qram, 0,024 qram 0,029 qram heroinlər bir-biri ilə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, təmiz çəkisi 541,8 qram olan heroin ilə xarici görnüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə fərqlidirlər. Təqdim edilmiş metafetaminlər xarici görünüş əlamətlərinə və kimyəvi komponentlərinə görə eynilik təşkil edir. Qeyd: heroinin ümumi təmiz çəkisi 553,188 qram, tədqiqata sərf edildi 0,11 qram, qalıq 553,078 qram, Metamfetaminİn ümumi təmiz çəkisi 117,469 qram, tədqiqata sərf edili 0,11 qram, qalıq 117,359 qram. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan 13.07.2021-ci il tarixli “Diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, üzərində şəxs axtarış aparılan şəxs Təqsirləndirilən şəxsdur və şəxsi axtarış və götürmə zamanı o, əynində olan tünd boz rəngli damalı şortikin sağ yan cibindən 10 ədəd siqaret kağızadaki bükülmüş narkotik vasitəyə bənzər kütləni və sol yan cibindən 01 ədəd şəffaf sellofanda bükülünü çıxarıb təqdim etmişdir. Bükümlər açılıb baxıldıqda məlum olmuşdur ki, bükümlərin içərisində narotik vasitə heroinə və psixotrop maddə metamfetaminə oxşar kütlələr vardır. Aşkar edilib götürülən kütlələr bir ədəd zərfə qoyularaq möhürlənmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülən narotik vasitə heroini və psixotrop maddə metamfetamini İran İslam Respublikası vətəndaşından aldığını bildirmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan 13.07.2021-ci il tarixli “Diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, axtarış Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanda aparılır. Baxış zamanı Təqsirləndirilən şəxs evinin qonaq otağında qoyulmuş divanın altından 04 (dörd) ədəd şəffaf sellofan torba, bir ədəd içərisində siqaret kağızı bükümləri olan plastik qab və bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Aşkar edilib götürülən şəffaf sellofan torba və plastik qabın içərisindəki bükülülərə baxılır. Aşkar edilib götürülən kütlələr və bir ədəd elektron tərəzi zərflərə qoyularaq zərflər möhürlənmişdir. Təqsirləndirilən şəxs evindən aşkar edilib götürülən narkotik vasitə heroini və psixotrop maddə metamfetamini İran İslam Respublikası vəndaşından aldığını bildirmişdir. Cinayət işində olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 4(010)-318/2021 saylı 14.07.2021- ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 12 iyul 2021-ci il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə həbs növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikasi Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsinin 02.09.2021-ci il tarixli, 3205 №-li rəyindən görünür ki, müayinə zamani Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asililiq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 iyul 2021-ci il tarixli, 6/3039 nömrəli rəyindən görünür ki: tədqiqata təqdim edilmiş üzərində “....X7..." sözləri olan 1 №-li zərfdəki 5 ədəd bükümdə ümumi təmiz çəkisi 2,650 qram, üzərində “...X2 ..” sözləri olan 2 №-li zərfdəki 3 ədəd bükümdə ümumi təmiz çəkisi 6, 211 qram, üzərində “...Vət.X19..." sözləri olan 3 №-li zərfdəki 3 ədəd bükümdə ümumi təmiz çəkisi 4,918 qram, üzərində “...Vət. X11...” sözləri olan 4 №-li zərfdəki 5 ədəd bükümdə ümumi təmiz çəkisi 2,580 qram, üzərində “....Vət. X8 ...” sözləri olan 5 №-li zərfdəki 5 ədəd bükümdə ümumi təmiz çəkisi 2,303 qram, üzərində “....Təqsirləndirilən şəxs üzərindən ...’’ sözləri olan 6 №-li zərfdəki 6 ədəd bükümdə ümumi təmiz çəkisi 8,088 qram, üzərində “...Təqsirləndirilən şəxs evindən...” sözləri olan zərfdə 2 ədəd sellofan bükümdə və plastik qabın içərisində 2 ədəd kağız bükümdə ümumilikdə 4 ədəd bükümdə ümumi təmiz çəkisi 3,200 qram, üzərində “...X1 ...” sözləri olan 7 №-li zərfdəki 1 ədəd bükümdə ümumi təmiz çəkisi 0,928 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroinlər kimyəvi komponent tərkiblərinə görə eynidirlər. 6 №-li zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 541,79 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə 1,2,3,4,5,7 və 6 nömrəli zərfdəki heroinlərdən fərqlidir. Üzərində “...X7...” sözləri olan 1 №-li zərfdəki 4 ədəd bükümdə ümumi təmiz çəkisi 0,266 qram olan, üzərində “...X2...” sözləri olan 2 №-li zərfdəki 3 ədəd bükümdə ümumi təmiz çəkisi 0,362 qram olan üzərində “...Vət. X19...” sözləri olan 3 №-li zərfdəki 3 ədəd bükümdə ümumi təmiz çəkisi 0,216 qram olan , üzərində “...Vət. X11 ...’’sözləri olan 4 №-li zərfdəki 3 ədəd bükümdə ümumi təmiz çəkisi 0,282 qram olan, üzərində “...Vət. X8...” sözləri olan 5 №-li zərfdəki 4 ədəd bükümdə ümumi təmiz çəkisi 0,673 qram olan, üzərində “...Təqsirləndirilən şəxs üzərindən ...’’ sözləri olan 6 nömrəli zərfədki 5 ədəd bükümdə ümumi təmiz çəkisi 0,633 qram olan, üzərində “...Təqsirləndirilən şəxs evindən ...” sözləri olan bir ədəd zərfdə bir ədəd sellofan bükümdə təmiz çəkisi 114,59 qram olan və bir ədəd 5 ədəd bükümdə ümumi təmiz çəkisi 2,136 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminlər kimyəvi komponent tərkiblərinə görə eynidirlər. Qeyd: 6 №-li zərfdəki heroinin ümumi təmiz çəkisi 553,078 qram, tədqiqata sərf edildi 0,11 qram, qalıq 552,968 qram, 6 №-li zərfdəki metamfetaminİn ümumi təmiz çəkisi 117,359 qram, tədqiqata sərf edili 0,11 qram, qalıq 117,249 qram. Cinayət işində olan 12 yanvar 2022-ci il tarixli “Üzləşdirmə haqqında” protokollardan görünür ki, şahidlər: Şahid1 Abidin oğlu, X17, Şahid2 Əlİsgəndər oğlu, Şahid4 və Şahid5 Təqsirləndirilən şəxs ilə üzləşmələrində də ifadələrində göstərmiş olduqları xüsusatları bir daha təsdiq etmişlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini halları nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alıb barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzasını tutulduğu vaxtdan, yəni 12 iyul 2021-ci il tarixdən hesablanmaqla, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən və hal ağırlaşdıran hallar müəyyən etməmişdir Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” 07.03.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evindən aşkar olunaraq götürülmüş ümumi təmiz çəkisi qalıq 552,968 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, ümumi təmiz çəkisi 117,249 qram ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 01 ədəd üzərində heroin izləri olan elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.1-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli, Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 146,82 (yüz qırx altı səksən iki) manat alınıb dövlət büdcəsinə verilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti və evinə baxış və götürmə istintaq hərəkəti keçirilərkən, həmin istintaq hərəkətlərinin video çəkilişi zamanı qeydə alınmış və içərisində görüntülər olan 02 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 238.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 238.1-ci maddəsi ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 9 (doqquz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli tutulduğu vaxtdan 12 iyul 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 146,82 (yüz qırx altı səksən iki) manat alınaraq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evindən aşkar olunaraq götürülmüş ümumi təmiz çəkisi qalıq 552,968 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, ümumi təmiz çəkisi 117,249 qram ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 01 ədəd üzərində heroin izləri olan elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti və evinə baxış və götürmə istintaq hərəkəti keçirilərkən, həmin istintaq hərəkətlərinin video çəkilişi zamanı qeydə alınmış və içərisində görüntülər olan 02 ədəd DVD Diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən 20 gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Cavid Hüseynov Eldar İsmayılov
Məhkəmə qərarları › İş №1(101)-949/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-949/2022
25.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver