Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-949/2024 15.05.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin böyük prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı1 və həmin idarənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs, müdafiəçilər – Bakı şəhəri, 13 saylı Vəkil bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri, 2 saylı Vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx xxxxxx 1996-cı ildə Cəlilabad rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, 10 aprel 2023-cü il tarixli tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin 12 aprel 2023-cü il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi və tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq külli miqdarda narkotik vasitələr əldə etmə, saxlama, daşıma və satma barədə adı “Qaya” kimi məlum olan İran İslam Respublikasının vətəndaşı və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək, həmin şəxslərin qabaqcadan bildirilmiş ünvanda gizlədərək saxladıqları külli miqdarda - 1275 qram çəkidə narkotik vasitə tiryək, külli miqdarda - 5010 qram çəkidə qurudulmuş marixuana və 295 ədəd “Methadone 40” göstəriciləri olan dərman blisterlərdə tərkibində narkotik vasitə metadonun təsir maddəsinin ümumi miqdarı 118 qram təşkil edən ümumilikdə 2950 ədəd külli miqdarda açıq-qəhvəyi rəngli həbləri ona deyiləcək yerlərə yerləşdirmək üçün məlum olmayan tarixdə və şəraitdə satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla yaşadığı ünvan 1 ünvanına daşımış, bundan sonra əldə etdiyi həmin maddələrdən bir bükümdə 265 qram çəkidə narkotik vasitə tiryəki ayırıb satış üçün qablaşdıraraq üzərində, qalan maddələri isə yaşadığı evdə gizlətməkə saxlamış, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə daxil olmuş məlumat əsasında həmin idarənin əməkdaşları tərəfindən 10 aprel 2023-cü il tarixdə saat 21:00-da keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanının yaxınlığında saxlanılaraq qeyd edilən idarəyə dəvət edilmiş, orada xidməti otaqların birində həmin tarixdə saat 22:40-dan etibarən Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli qısaqol gödəkçənin sağ yan cibindən bir ədəd bükümdə 265 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə tiryək aşkar olunaraq götürülmüş, 11 aprel 2023-cü il tarixdə saat 00:10-dan etibarən onun yaşadığı ünvan 3 ünvanında yerləşən evə özünün razılığı və icazəsi ilə keçirilən baxış zamanı evin giriş hissəsindən sol tərəfdə yerləşən avtomobil qarajının sol tərəfindəki soyuducunun içərisində saxladığı beş ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 940 qr., 960 qr., 1035 qr., 1040 qr., 1035 qr., olmaqla ümumi təmiz çəkisi 5010 qr. təşkil edən külli miqdarda eyni tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, bir ədəd bükümün içərisində iki ədəd bağlamada, hər birinin ayrı- ayrılıqda təmiz çəkisi 400 qr. və 610 qr., olmaqla, ümumi təmiz çəkisi 1010 qr. təşkil edən külli miqdarda həm öz aralarında, həm də Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə tiryəklə eyni tərkibli olan kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, 295 ədəd “Methadone 40” göstəriciləri olan dərman blisterlərdə tərkibində narkotik vasitə metadonun təsir maddəsinin ümumi miqdarı 118 qram təşkil edən ümumilikdə 2950 ədəd eyni tərkibli külli miqdarda açıq-qəhvəyi rəngli həblər və üzərində narkotik vasitə tiryəkə məxsus izlər olan bir ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, taksi fəaliyyəti ilə məşğuldur və müştəri kimi tanıdığı uşaqları müxtəlif ünvanlara aparmışdır. Onları 2-3 dəfə maşınla aparandan sonra həmn uşaqlar ona istədiyindən artıq pul verməyə başlamışlar. Bundan sonra o, həmin uşaqların başqa işlərlə məşğul olduqlarını bilmişdir. Bundan sonra o, yenə də onları maşınla aparmış, iranlı ilə əlaqə saxlamışdır. Həmin uşaqlar guya öz telefonlarının zaryadkası qurtardığını deyərək onun telefonu ilə yazışmalar aparmışlar. Bunlar təxminən 5-6 ay əvvəl olmuşdur. Bundan sonra o, həmin şəxsləri bir daha aramamışdır. Bir gün maşın ustada olarkən o, maşını göturməyə getmişdir. Polis işçiləri onu profilaktoriyanın həyətində tutmuş, üstündə heç nə olmaya-olmaya onu Baş Narkotiklərlə Mübarizə idərəsinə gətirmişlər. Orada ona demişlər ki, ya silah, ya da ki, 800 qram nəşəni boynuna götürməlisən. Sonra polis işçisi içəri otağa girib çıxmış, ona 800 qram nəşəni götürsə, işi asan olacağını bildirmişdir. O da, bu işləri dəqiq bilmədiyi üçün həmin narkotikin özünə məxsus olduğunu demişdir. Videoçəkiliş olmuş, polis işçilərinin özləri həyətə girib və evə baxış keçirmişlər. Bu zaman evdəkilərin xəbəri olmamış, qaraja baxış keçirəndən sonra oradan narkotik çıxarmışlar. Sonra ikinci dəfə gecə qayıdıb çəkiliş etmişlər, bu zaman soyuducudan artıq mallar çıxmışdır. Birinci çəkiliş olanda o, 800 qram nəşəni brynuna götürməsi barədə razılaşdıqlarını xatırlatmış, bundan sonra çəkilişi dayandırmışlar. Daha sonra onu aşağı düşürüb maşına mindirmişlər və təzyiq göstərmişlər. Ona demişlər ki, 800 qram və ya 5 kq-ın fərqi yoxdur, ona köməklik edəcəklər. Verilən sualları cavablandıran Təqsirləndirilən şəxs bildirdi ki, polis əməkdaşları onu 10 aprel 2023-cü il tarixdə saat 7-8 radələrində profilaktoriyanın həyətində tutmuşlar. Onun yaşadığı ünvanla saxlanıldığı yer arasında təxminən 1-1,5 km məsafə vardır. Baş idarədə ona 800 qr. narkotik vasitəni boynuna götürməyi təklif etmişlər, o da, məcbur olub polis işçiləri ilə razılaşmışdır. İdarədə onun üstünə baxış keçirilmiş, lakin heç nə aşkar olunmamışdır. Çəkilişdə onun cibinə tiryək qoymuşlar, lakin konkret kimin qoyduğunu xatırlamır. Baş idarədə ona qarşı təzyiqlər göstərilmiş, indiyə qədər də böyrəyində ağrılar vardır. Məhkəməyə sanksiyaya gedəndə ona söz verməmişlər. Ona göstərilən təzyiqlərlə bağlı heç yerə şikayət etməmişdir. O, iranlı ilə yazışmamışdır. İranlı ilə narkotik vasitəni harasa qoymağı barədə görə razılaşmışdır. İranlı hər kiloqram narkotikə görə ona 500 manat pul vermişdir. Tutulduğu gündən əvvəl də o, iki dəfə iranlının dediyi yerlərdən narkotik vasiətələri götürüb ona deyilən ünvanlara qoymuşdur. Bundan əvvəl o, 2 kq narkotik vasitə qoymuş, dost-tanışlara marixuananı pulsuz vermişdir. Polis işçiləri tərəfindən baxış keçirilərkən üstündə olan və evdən aşkar olunmuş narkotik vasitələri polis işçiləri özləri qoymuşlar. Onu polis işçiləri tutanda profilaktoriyada olan ustalar bunu görmüşlər. İfadələri arasında ziddiyyətlər olduğuna görə məhkəmə iclasında təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələri tədqiq olunmuşdur. Təqsirləndirilən şəxs həmin ifadələrində ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, təxminən 7-8 aydır özünü ona “Qaya” kimi təqdim edən bir nəfər İran İslam Respublikasının vətəndaşı ilə tanış olmuşdur. Belə ki, həmin ərəfədə ona “Vhatsapp” mobil tətbiqində tanımadığı bir nömrədən mesaj gəlmiş və həmin “Qaya” adlı şəxs ona tanışlıq verərək, narkotik vasitələrin alveri ilə məşğul olduğunu bildirib birlikdə işləməyi təklif etmişdir. O, ilk əvvəl həmin şəxsin təklifini rədd etsə də, sonradan pula ehtiyacı olduğu üçün məcbur olub bu təklifi qəbul etmişdir. Danışıqları belə olmuşdur ki, həmin şəxs ona İrandan Bakıya narkotik vasitələr göndərəcək və o, həmin malları götürüb özündə saxlamaqla sonradan həmin şəxsin dediyi vaxtlarda müxtəlif ünvanlara yerləşdirməklə ayrı-ayrı adamlara çatdırılmasını təmin etməli və çatdırdığı narkotik maddələrin hər kilosuna görə ona 500 manat pul verəcəkmiş. Qeyd etmişdir ki, ‘‘Qaya" ilə tanışlıqları 7-8 ay olmasına baxmayaraq iş birlikləri son 1- 2 ay ərzində baş tutmuşdur. Həmin dövr ərzində o, həmin şəxslə təxminən ümumilikdə 20-25 dəfə bu cür formada iş görmüşdür. Adətən narkotik maddələri Zabrat qəsəbəsində gizlədilmiş müxtəlif yerlərdən gedib götürmüş və sonradan da Razin qəsəbəsində ayrı-ayrı yerlərə atmışdır. Qeyd etmişdir ki, özündə olan elektron tərəzi vasitəsilə həmin şəxsin göndərdiyi maddələri götürəndən sonra qablaşmanm tamlığını pozmadan tərəzinin üzərinə qoyub çəkisini görüntü şəklində özünə yollamışdır ki, aralarında söz-söhbət olmasın. Sonuncu dəfə isə tutulmamışdan bir gün əvvəl yenidən “Qaya”nın tapşırığı ilə o, Abşeron rayonu, Müşfiq qəsəbəsinə gedərək növbəti dəfə gizlədilmiş maddələri götürüb yaşadığı evə gətirmiş və evin zirzəmisi kimi olan qarajda saxladıqları kiçik ölçülü soyuducunun içərisində gizlədib saxlamışdır ki, ailə üzvlərindən kimsə xəbər tutmasın. 10 aprel 2023-cü il tarixdə saat təxminən 21 radələrində o, yaşadığı ünvan 1 ünvanın yaxınlığında olan zaman ona mülki geyimli şəxslər yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin vaxt onun narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirmişlər. Orada o, müdafiəçi ilə təmin edilmişdir. Baş İdarədə üzərinə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarışın videoçəkiliş əsasında aparılması barədə ona məlumat verilmiş və o, buna heç bir etiraz etməmişdir. Bundan sonra üzərində qanunla qadağan olunan hər hansı əşya, predmet olubolmaması olduğu təqdirdə təqdim etməsi təklif edilmiş və o, əynində olan qolsuz gödəkçənin sağ yan cibində saxladığı bir bükümdə olan tiryək adlı narkotik maddəni çıxarıb təqdim etmişdir. Bundan sonra üzərinə baxış davam etdirilmiş, əlavə olaraq iki ədəd mobil telefon, bir ədəd açar və nağd pul aşkar edilmişdir. Təqdim etdiyi bükümə baxılmış, içərisində tünd qəhvəyi rəngli kütlənin olması müəyyən edilmişdir. Təqdim etdiyi büküm tərəziyə qoyularaq çəkilmiş və sonra həmin maddə içi boş olan zərfə qoyularaq möhürlənmiş və o, həmin zərfin üzərini imzalamışdır. Ona izah olunaraq mobil telefonları götürülmüş, açarlarla nağd pul isə özünə qaytarılmışdır. Şifahi sorğu zamanı o, həmin bükümün özünə məxsus olduğunu, “Qaya” adlı İran İslam Respublikasının vətəndaşının tapşırığı ilə bir gün əvvəl Abşeron rayonu, Müşviq qəsəbəsi deyilən yerdə gizlədilmiş ünvandan götürdüyü narkotik maddələrin üstündən götürüb üzərində saxladığını, həmin maddələrin qalan hissəsini yaşadığı ünvanda gizlətdiyini, “Qaya” adlı şəxsin göndərdiyi həmin maddələri aralarında razılaşdırdıqları pul müqabilində lazım olan yerlərə qoymaq məqsədi ilə götürdüyünü bildirmişdir. Daha sonra bu barədə protokol tərtib edilmiş və etirazı olmadığı üçün həmin protokolu imzalamışdır. Bundan sonra ona bildirilmişdir ki, yaşadığı evə baxış keçirilməlidir və o, ərizə yazaraq buna etiraz etmədiyini bildirmişdir. Ona görə də onlar elə həmin tərkibdə onun yaşadığı ünvan 5 ünvanında yerləşən evə yollanmışlar. Oraya çatanda videoçəkilişlə evə baxış keçirilməyə başlanmışdır. Qeyd etmişdir ki, evə baxışda həmçinin həmin vaxt evdə olan atası Şahid3 də iştirak etmişdir. Həmin vaxt ona təklif edilmişdir ki, həmin sözügedən maddələri təqdim etsin. Ona görə də o, evin zirzəmi hissəsində avtomobil saxlamaq üçün nəzərdə tutulmuş yerdə sol tərəfdə yerləşən kiçik ölçülü soyuducunu açaraq daxilində gizlətdiyi bütün, ümumilikdə yeddi ədəd bağlamanı təqdim etmişdir. Həmin bağlamalar ayrı-ayrılıqda açılaraq içərilərinə baxış keçirilən zaman məlum olmuşdur ki, beş ədəd bağlamada “nəşə” adlandırılan narkotik vasitə, bir ədəd bağlamada “tiryək” və bir ədəd bağlamada 295 ədəd metadon dərman yarpaqları aşkar olunmuşdur. Bundan əlavə, o, soyuducuda olan bir ədəd elektron tərəzini də təqdim etmişdir. Sonra həmin maddələr ayrılıqda olaraq elektron tərəzidə çəkilmiş və elektron tərəzi ilə birlikdə qablaşdırılaraq götürülmüşdür. Orada iştirak edən şəxslər də onunla birlikdə həmin bağlamanın üzərində aparılan qeydi imzalamışlar. Daha sonra evin digər yerlərinə baxış keçirilsə də, əlavə olaraq iş üzrə əhəmiyyət kəsb edən əşya və ya predmet maddə aşkar olunmamışdır. Həmin maddələr barədə sorğu edilən zaman o, bir daha qeyd etmişdir ki, həmin maddələri “Qaya” adlı İran İslanı Respublikasının vətəndaşının vasitəsilə əldə etmiş, sonradan ona deyiləcək yerlərə qoymalı olmuş və bunun müqabilində pul əldə edəcəkmiş. Bu barədə protokol tərtib edilərək tərəflərindən imzalanmışdır (cild 1, iş vərəqi 89-92). Elan olunmuş ifadə ilə bağlı sualları cavablandıran Təqsirləndirilən şəxs dindirmə protokolundakı imzaların özünə məxsus olduğunu, lakin təzyiqlər altında olduğuna görə həmin ifadəni oxumadan imzaladığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 Zakir oğlu ifadəsində göstərdi ki, Baş idarəyə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, narkotik vasitələrin saxlanması və daşınması, həmçinin satışı ilə məşğul olması barədə əməliiyat məlumatı daxil olmuşdur. Onlar tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində Təqsirləndirilən şəxs saxlanılaraq Baş idarəyə gətirilmişdir. Üzərinə baxış keçirilərkən Sübhan özü könüllü olaraq üzərində olan bir büküm tiryəkə bənzər maddəni çıxarıb təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs İran vətəndaşı «Qaya» adlı şəxsin göstərişi ilə Müşfiq qəsəbəsindən ona vəd edilən pul müqabilində müxtəlif ünvanlara yerləşdirmək məqsədi ilə narkotik vasitələri əldə etdiyini bildirmişdir. Bundan sonra Sübhan yaşadığı evdə də narkotik vasitə saxladığını demiş, buna görə əməliyyat qrupunun üzvləri və təhqiqatçı ilə birlikdə onun yaşadığı ünvana yollanmışlar. Həmin evə baxış keçirilərkən külli miqdarda marixuanaya bənzər maddələr, tiryəkə bənzər maddələr və metadon həbləri, həmçinin bir ədəd tərəzi aşkar olunaraq götürülmüşdür. Verilən sualları cavablandıran Şahid1 istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini, marixuananın çəkisinin təxminən 5 kq olduğunu, Sübhanın İran vətəndaşının tapşırığı narkotik vasitələri ona deyilən ünvanlara yerləşdirdiyini bildirdiyini, evə baxış keçirilərkən Sübhanın atasının da iştirak etdiyini, Sübhanı axşam saat 8-9 radələrində saxladıqlarını, sonra Baş idarəyə dəvət etdiklərini, Sübhanın Zabratda saxlanılmadığını bildirdi. Məhkəmə iclasında şahid - Azərbaycan Respublikası DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunarkən, onun şübhəli şəxs Təqsirləndirilən şəxs müəyyən edilərək saxlanılması, Baş idarəyə gətirilərək üzərində şəxsi axtarış və yaşadığı ünvana baxış keçirilməsi, bu zaman ondan külli miqdarda narkotik vasitə tiryək, marixuana və metadon həblərinin aşkar olunaraq götürlüməsi ilə bağlı keçirilmiş əməliyyat tədbirində iştirak etdiyi, bununla bağlı həmkarı Şahid1 məhkəmədəki ifadəsi ilə oxşar məzmunlu ifadə verdiyi müəyyən olundu. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, polis əməkdaşları onun oğlu Sübhanı maşınını düzəltdirdiyi yerdə tutmuşlar, daha sonra evə gətirərək qarajı axtarmışlar. Onun evə gəldiyimi gördükdə Sübhanın ağzını tutmuşlar ki, səsini çıxarmasın. O, gəlib evə keçəndən sonra Sübhanı yenidən polis idarəsinə aparmışlar. Daha sonra yenidən Sübhanı gətirərək qaraja baxış keçirmişlər və həmin vaxt narkotik vasitələr aşkar olunmuşdur. Birinci dəfə çəkilişlə soyuducu açılanda, Sübhan oradakı narkotik vasitələri görmüş və onlara irad bildirib, axı belə deyilmədiyini bildirmiş, bundan sonra polis işçiləri çəkilişi dayandırmışlar və Sübhanı aşağı düşürmüşlər. Həmin vaxt Sübhanı həyətdə olan qara maşının içinə mindirmişlər. İkinci dəfə gələndə Sübhan soyuducunu açmış və narkotik vasitənin özünə məxsus olduğunu bildirmişdir. Müstəntiqə ifadə verəndən sonra onu oxuyub imzalamışdır. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş 11 oktyabr 2023-cü il tarixli üzləşdirmə protokollarına əsasən, Təqsirləndirilən şəxs ilə Azərbaycan Respublikası DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları Şahid1 Zakir oğlu və Şahid2 arasında keçirilmiş həmin istintaq hərəkətləri zamanı, sonuncular istintaqa verdikləri sərbəst ifadələrini təqsirləndirilən şəxsin üzünə qarşı bir daha təsdiq edərək onu ifşa etmişlər (cild 1, iş vərəqi 213-216, 217-220). Cinayət işinə əlavə edilmiş 10 aprel 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokola əsasən, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Sabunçu rayonu ərazisində onların dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında, Təqsirləndirilən şəxs DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 10 aprel 2023-cü il tarixdə ünvan 5 ünvanının yaxınlığında saxlanılaraq, Baş idarənin inzibati binasına gətirilmiş və üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki göy rəngli qısaqol gödəkçəmıı sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 265 qram təşkil edən narkotik vasitə tiryək aşkar edilərək götürülmüşdür (cild 1, iş vərəqi 32- 34). Cinayət işində olan evə baxış keçirilməsi və götürmə aparılması haqqında 11 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Sabunçu rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında, Təqsirləndirilən şəxs Baş Narkotiklərlə Mübarizə idarəsinin əməkdaşları tərəfindən 10 aprel 2023-cü il tarixdə saxlanılaraq Baş idarəyə gətirilib üzərinə keçirilmiş şəxsi axtarış zamanı yaşadığı Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən evdə də narkotik maddələr saxladığını və həmin evə baxış keçirilməsinə etirazı olmadığım bildirmiş, bununla əlaqədar qeyd edilən ünvana keçirilmiş baxış zamanı evin girişindən sol tərəfdə yerləşən avtomobil saxlamaq üçün nəzərədə tutulmuş qaraj hissəsində soyuducunun içərisindən beş ədəd bükümlərdə, hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 940 qr., 960 qr., 1035 qr., 1040 qr., 1035 qr. olmaqla, ümumi təmiz çəkisi 5010 qr. təşkil edən narkotik vasitə qurudulmuş marixuana, iki ədəd bükümlərdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 400 qr. və 610 qr., olmaqla ümumi təmiz çəkisi 1010 qr. təşkil edən narkotik vasitə tiryək, üzərində “Methadone 40” göstəricisi olan 295 ədəd blisterdə 2950 ədəd «17M40» göstəricisi olan dərman həbləri və səthində narkotik vasitə tiryəkə məxsus izlər olan bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür (cild 1, iş vərəqi 40-41). İbtidai istintaq orqanının 16 oktyabr 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə, həmçinin yaşadığı evə baxış və götürmə zamanı qeydə alınmış videogörüntülərin əks olunduğu iki ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə olunmuşdur (cild 1, iş vərəqi 35, 42, 253-272). Kompleks məhkəmə-kimyəvi və məhkəmə-bioloji ekspertizasının 11 aprel 2023-cü il tarixli 6/2123 nömrəli rəyindən görünür ki: - tədqiqata təqdim edilmiş, üzərində “...Təqsirləndirilən şəxs üzərindən aşkar olunan...” sözləri olan kağız paketdəki bir ədəd bükümdə təmiz çəkisi 265 qram olan tünd qəhvəyi rəngli qətranabənzər maddə kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir; - bir ədəd polietilen torbadakı 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 400 qr., və 610 qr., ümumi təmiz çəkisi 1010 qram olan tünd qəhvəyi rəngli qətranabənzər maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə tiryəkdir; - üzərində “Methadone 40” göstəricisi olan 295 ədəd blisterdə 2950 ədəd açıq qəhvəyi rəngli üzərində «F/M40» göstəricisi olan dərman həblərinin əsas təsiredici maddəsi metadondur və həmin həblərin tərkibində metadonun təsir maddəsinin ümumi miqdarı 118 qram təşkil edir, bir ədəd elektron tərəzinin səthində narkotik vasitə tiryəkə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmadı. Kağız paketdəki və polietilen torbadakı narkotik vasitə tiryəklər xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olub, ümumi təmiz çəkisi 1275 qramdır. Qeyd: Kağız paketdəki tiryəkin təmiz çəkisi - 265 qr., tədqiqata sərf edildi - 0,100 qr., qalıq: 264,9 qr. Torbadakı tiryəkin ümumi təmiz çəkisi - 1010 qr., tədqiqata sərf edildi - 0,100 qr., qalıq - 1009,9 qr. Torbadakı metadon həblərinin ümumi sayı - 2950 həb, tədqiqata sərf edildi - 5 ədəd həb, qalıq - 2945 ədəd həb (cild 1, iş vərəqi 49-55). Kompleks məhkəmə-kimyəvi və məhkəmə-bioloji ekspertizanın 11 aprel 2023-cü il tarixli 6/518 nömrəli rəyindən görünür, tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı evdən...” yazısı və imzalar olan polietilen torbadakı 5 (beş) ədəd polietilen bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri: 940 qram, 960 qram, 1035 qram, 1040 qram, 1035 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır, ümumi çəkisi 5010 qramdır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidir. Bir ədəd elektron tərəzinin üzərində çətənə (kannabis) bitkisinin hissəcikləri yoxdur. Qeyd: Marixuananın ümumi çəkisi - 5010 qram (l-5 №li ob.), tədqiqata istifadə olundu - 0,5 qram, (hər obyektdən 0,1 qram), qalıq - 5009,5 qram (cild 1, iş vərəqi 56-60). İbtidai istintaq orqanının 15 aprel 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış, həmçinin yaşadığı evə baxış zamanı aşkar edilərək götürülmüş 1275 qram çəkidə narkotik vasitə tiryək, 5010 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və 295 ədəd “Methadone 40” göstəriciləri olan dərman blisterlərdə tərkibində narkotik vasitə metadon olan ümumilikdə 2950 ədəd həblər, həmçinin bir ədəd elektron tərəzi iş üzrə maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatlarından sonra qalıq qalan 5009,5 qram narkotik vasitə qurudulmuş marixuana, 1274,8 qram narkotik vasitə tiryək, tərkibində narkotik vasitə metadon olan 2945 ədəd həblər və bir ədəd elektron tərəzi təyinatı məsələsi həll edilənədək saxlanması üçün Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmişdir (cild 1, iş vərəqi 119-120, 125). Ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 5035 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqi 209-210). Cinayət işinə əlavə edilmiş telefon danışıq məlumatlarına baxış keçirilməsi haqqında 25 iyul 2023-cü il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olmuş xx.xx.2023-cü il tarixli BKC/LGL- 9964/25 saylı məktubla 1 ədəd diskdə təqdim olunmuş Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə 12 aprel 2022-ci il tarixdən 12 aprel 2023-cü il tarixədək olan müddət ərzində olan məlumatlara baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs qəbul etdiyi qısa SMS-lərin içərisində ***-***-**-** GSM nömrənin abunəçisinin xx.xx.2022-ci il tarixdə tarixdə “X3. Necesen ? Narahat eledimse uzrlusay. Brat xais elirem o tereflere getsen ya nese alindir bilsen. Menimcunde o defekinnen goturde. fır deyem 20 de cixandayigacam seni. Alinsada sagol alinmasada . And ola qardaş yana xais elirem” yazmış olduğu SMS-ə cavab olaraq “Axşamın xeyir Yox e, heçne alınmır, həmin adam tutulub” sözlərini yazması məlum olmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs öz növbəsində İran İslam Respublikasına məxsus +**********17 GSM nömrənin abunəçisinə xx.xx.2022-ci il tarixdə “Kimdi?...Emi sensen?... Sabaha qaldi hersey??” nömrənin abunəçisinə xx.xx.2023-cü il tarixdə “Gelirem yoldayam çatana yaxin sene deyecem cix esmiranin yanindaki köşkün qarşisina verim” mətnli mesajlar yazması müəyyən edilmişdir. Ona görə də, baxış zamanı müəyyən edilmiş sübut əhəmiyyəti kəsb edən məlumatları özündə əks etdirən həmin bir ədəd CD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 172- 174, 253-272). Mobil telefon aparatlarına baxış keçirilməsi haqqında 13 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş bir ədəd “Redmi” markalı mobil telefon aparatı işlənmiş vəziyyətdədir, plastmas-şüşə gövdəli, sensor dizaynlı, daxili antenalı, daxili yaddaşlı və rəqəmsal fotokameralıdır. Mobil telefon işlək vəziyyətə gətirilərək daxilində olan məlumatlara baxış keçirilən zamanı çoxsaylı kontaktların, o cümlədən də adı “Culinin” kimi qeyd olunmuş +**********654 saylı və “Meysem” kimi qeyd olunmuş +**********706 saylı İran İslam Respublikasına məxsus olan GSM nömrəli kontaktların, müxtəlif fotoşəkil və videofayllarin olması müəyyən edilmişdir. Həmin telefonun daxili yaddaşına keçirilmiş baxış zamanı məlum olmuşdur ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı GSM nömrə ilə qeydiyyatdan keçmiş “Whatsapp” ani mesajlaşma ünsiyyət mobil telefon tətbiqi vardır. Həmin mobil tətbiqin “söhbətlər” bölməsinə keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs çoxsaylı istifadəçilərlə həm yazılı, həm də səsli yazışmalarının olması məlum olmuşdur. Konket olaraq isə adı kontaktlar siyahısında “Çina Razin” kimi qeyd olunmuş ***-***-**-** saylı GSM nömrə ilə qeydiyyatdan keçmiş istifadəçi arasında danışıqların dialoq pəncərəsində həmin abunəçinin Təqsirləndirilən şəxs müxtəlif tarixlərdə «salam qardaşım nətərsən? necə edək ondan bir dənə lazımdır..Jıəə 70~lik mənim qardaşım...götür özündə saxla mən səndən gəlib Razində götürərəm...pulu atdım..gör gəldi?...uşaqlar burda idi tema lazım idi dedim görüm qaqam nə edir..ay Sübhan mənim qardaşım gör nə deyirəm pulum o qədər yoxdur, bir 10-15 manat pulum var nə olar bir baş ondan götürüb başımı açardım imkan vanın?” səsli mesajlarına Təqsirləndirilən şəxs “...özün bilirsən də alınmır indilər, eybi yox alındıraram” səsli mesaj yollamış, adı kontaktlar siyahısında qeyd olunmamış ***-***-**-** saylı GSM nömrə ilə qeydiyyatdan keçmiş istifadəçi arasında danışıqların dialoq pəncərəsində həmin abunəçinin Təqsirləndirilən şəxs 17 mart 2023-cü il tarixdə “abi, həmiş şeydən var?həminkindən imenno axırıncıdan?varsa bir paket götürüm gələndə” səsli mesajına Təqsirləndirilən şəxs “abim onsuz odur da., bir şey ki köhnələr var idi e y adındı?sən heç də..sən indi 10 ildir bunu edirsən, 2 il edənə bu bəs edir də, prosta səndə fıs vermir... bir şey ki o köhnənin hamısı qurtardı daha, təzə qalıb..təzə də 90-100 qiymətinə gedir, bir dənə sənsən 70 gedən...var...prosta istəyirsənsə indidən denən mən bilim də..Razinə qayıdım ya yox oralarda olum ya yox... ” səsli mesaj yollamış, adı kontaktlar siyahısında “Vezz” kimi qeyd olunmuş ***-***-**-** saylı GSM nömrə ilə qeydiyyatdan keçmiş istifadəçi arasında danışıqların dialoq pəncərəsində həmin abunəçinin Təqsirləndirilən şəxs 04 aprel 2023-cü il tarixdə “sözüm var...25...2 qr, 5 manat da sənə dizel pul u... de mənə alınırsa... 50 manatlıq almaq 5 qr” mesajına Təqsirləndirilən şəxs “ikimizin canına and ola bayaqdan onunla danışıram alındırmır...hə..5...50 manatlıq bu səfərlik etmək olar...” səsli mesaj yollamış, adı kontaktlar siyahısında “Mesi” kimi qeyd olunmuş ***-***-**-** saylı GSM nömrə ilə qeydiyyatdan keçmiş istifadəçi arasında danışıqların dialoq pəncərəsində həmin abunəçinin Təqsirləndirilən şəxs 16 mart 2023-cü il tarixdə “salam ur ey im. ..ha ra!ardasan ?...7 0... S ub i onu 100 manatlıq ede bilersen? Amma ozuve layiq” mesajına Təqsirləndirilən şəxs “Tam..narahat olma” mesaj yollamış, adı kontaktlar siyahısında “Braaat” kimi qeyd olunmuş ***-***-**-** saylı GSM nömrə ilə qeydiyyatdan keçmiş istifadəçi arasında danışıqların dialoq pəncərəsində həmin abunəçinin Təqsirləndirilən şəxs 27 fevral 2023-cü il tarixdə “qardaşım ... torpaqdan varındı? Mənə sroçnu daş lazımdıe qardaşım” səsli mesajına Təqsirləndirilən şəxs “görüm neynirəm” səsli mesaj yollamış, danışıq dialoqunun nəticəsində məlum olur ki, Təqsirləndirilən şəxs həmin abunəçiyə "daş” tapa bilmədiyini, ancaq “obiri var” deməsi məlum olmuşdur. Adı kontaktlar siyahısında qeyd olunmamış ***-***-**-** saylı GSM nömrə ilə qeydiyyatdan keçmiş istifadəçi arasında danışıqların dialoq pəncərəsində həmin abunəçinin Təqsirləndirilən şəxs 14 mart 2023-cü il tarixdə “onun malını qoy...bütün əsəblərim korlandı...qoy rahat yerə götürsün..onu həll elə mənə denən...” mesajına Təqsirləndirilən şəxs “...əsəbləşmə...gedirəm..Razinə gedirəm.. 100 qoyacam da düzdü?” səsli mesaj yollamış, sonradan həmin abunəçiyə bir ədəd ağ rəngli kağız bağlamanın fotoşəklini göndərmiş, 06 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs “bu daşlar başımıza oyun açır...səndən bir belə ayın-oyun götürürük belə bir şey olmamışdı, son bu həftə var ha kimə veririk narazılıq edir..buna yağ qatıblar nədi...sən bunu kimdən götürmüsən? həmişəki adamdan göt ürməmisənki?özüdə zəhər di bu acıdı...saralırdı həmişən, bu indi qaralır...yaşdı...klientlər hamısı narazdqı edir bu pul qazanılası şey deyil, ancaq elə söyüş payı, bu elədirsə sənə daha nə zəng edək, nə də işləyək, özün bilirsən ki həmişə səninlə işləmişik...təzə falqa ilə də yoxlayır! ar..bunun alıverini eləmək olmur...çəkən alır, obirisi alır...onsuzda bu fərli başlı iş deyil...biraz da şey qatanda özümüzə söyüş söydürməyək...hər yetəndən götürmə də..həmişəki adamından götür..səndə həmişə yaxşı olurdu..məni də zibilə salırsan..belə olmaz axı..təmiz zir-zibildir” səsli mesaj yollamış, adı kontaktlar siyahısında “Bro” kimi qeyd olunmuş ***-***-**-** saylı GSM nömrə ilə qeydiyyatdan keçmiş istifadəçi arasında danışıqların dialoq pəncərəsində həmin abunəçinin Təqsirləndirilən şəxs 16 noyabr 2023-cü il tarixdə “ala bu ot neydi ala..ot diyirəme.." mesajına Təqsirləndirilən şəxs “hee yaxşıdı” mesaj yollamış, adı kontaktlar siyahısında "Elvin Senan” kimi qeyd olunmuş ***-***-**-** saylı GSM nömrə ilə qeydiyyatdan keçmiş istifadəçi arasında danışıqların dialoq pəncərəsində həmin abunəçiyə Təqsirləndirilən şəxs 18 dekabr 2023-cü il tarixdə “abi bunula danışdım bu başqasıdır..hunda alınır..bu da elə hil baha vermir..amma 50-dən aşağı vermir..nə deyim..anmuı 5 0-1 iy i də normalnı verir” səsli mesajına həmin abunəçi “a brat neynirənıe o qədərini...l0 manatlıq bir şey versində..danış denən az lazımdıda” mesaj yollamış, adı kontaktlar siyahısında “Nuru Qabqacaq Cin” kimi qeyd olunmuş ***-***-**-** saylı GSM nömrə ilə qeydiyyatdan keçmiş istifadəçi arasında danışıqların dialoq pəncərəsində həmin abunəçinin Təqsirləndirilən şəxs 19 mart 2023-cü il tarixdə “nagarsan brat...qaqaya bir dənə həll ele..gəl hörmədi də eliyəcəm dünənkinin də bugünkinin də...20 m verəcəm 2 dəfə!ik..da çəkmiyəcəm..axırıncı dəfədir ona görə almıram” mesajına Təqsirləndirilən şəxs “onu bütöv elə də..bütöv edəsən bəlkə?” səsli mesaj yollayaraq “30 ele de.. 10-u o vaxtdan vermirsən...3Ö hazır ele narmal getirrem” yazmış, adı kontaktlar siyahısında “Elmar Elnur” kimi qeyd olımnıuş ***-***-**-** saylı GSM nömrə ilə qeydiyyatdan keçmiş istifadəçi arasında danışıqların dialoq pəncərəsində həmin abunəçinin Təqsirləndirilən şəxs 07 oktyabr 2022-ci il tarixdə “dunenki 15 diyclen alınar qardaşım?,,.!5 manatım var qardaşımsan incitmə də məni...tez bazar görüşək də... ” mesajına Təqsirləndirilən şəxs “abi elə alınmır da., mə ni pis vəziyyətdə qoyursan...yenə iki eləsəydin... bilmirəm yenə sorıtşacam” mesaj yollamış, adı kontaktlar siyahısında “X5” kimi qeyd olunmuş ***-***-**-** saylı GSM nömrə ilə qeydiyyatdan keçmiş istifadəçi arasında danışıqların dialoq pəncərəsində həmin abunəçinin Təqsirləndirilən şəxs 09 mart 2023-cü il tarixdə “dolamısan yeke oğlansan lomkada...Suphan..gele bilmirdinse harasa qoyardın...gelib özüm götürərədim” mesaj yollamış, adı kontaktlar siyahısında qeyd olunmamış ***-***-**-** saylı GSM nömrə ilə qeydiyyatdan keçmiş istifadəçi arasında danışıqların dialoq pəncərəsində həmin abunəçinin Təqsirləndirilən şəxs 13 mart 2023-cü il tarixdə “yarı lazım idi.„gor neynirsən brat...birz onu sıx..denən 25 var” səsli mesajına Təqsirləndirilən şəxs “prosta abi sən indidən pulu at ki sən gəlib 40 dəqiqə, yarımsaat gözləməyən də” səsli mesaj yollamış, adı kontaktlar siyahısında “X4” kimi qeyd olunmuş ***-***-**-** saylı GSM nömrə ilə qeydiyyatdan keçmiş istifadəçi arasında danışıqların dialoq pəncərəsində həmin abunəçinin Təqsirləndirilən şəxs 16 yanvar 2023-cü il tarixdə “gecəyığmışdım qaqa..dünən sənə demişdimə qara...ondan nətər etmək olar bir dənə alınar?...mənə bir dənə lazımdı...mən satmağa almırame, özüm atmaq üçün alıram” səsli mesajına Təqsirləndirilən şəxs “abi o, 50-dən aşaı vermir..5 dəndən aşağı vermir...yoxe abi o elə verir, bir dənəyə görə...qəbul etmir...” səsli mesaj yollamış, adı kontaktlar siyahısında “Emi” kimi qeyd olunmuş +**********3 saylı GSM nömrə ilə qeydiyyatdan keçmiş istifadəçi arasında danışıqların dialoq pəncərəsində həmin abunəçinin Təqsirləndirilən şəxs 07 dekabr 2022-ci il tarixdə “ağzını aç biraz qoy hava dəysin..quruyacaq..narahatçılıq olmayacaq elə bilirəm., iy çəkilsin..sonra ver yaxşı olacaq... daşın imkan olsa pulunu düzəlt...qafan mallarım qoy elə də qalsın...əl vurma., .götürəcəm onları səndən...onsuz xarab çıxdı...mən sənə abırlı ot verərəm” səsli mesajına Təqsirləndirilən şəxs "əmi işlər belə də normal...qara var idie bizdə..lap deyirdim onun əvəzinə nəsə... bilmirəm necə... nizamla... əlimi vururam yaşdı.. nəm kimidir... atapleniyanın yanına qoysam olar da yəqin...otu iki nəfərə verdim 200-200, çubuqlarını təmizlədim hərəsi hardasa i60-165 oldu...adam getdi səhəri gün zəng elədi ki, gəl götür bunu heçnədir...obiri adam da...heçnə də.,.dünən pulu vurmaq istədim amma dedim gözləyim...həmişə götürən adamdır...mənə kart atardın sənə duzun pulundan 2 qalmışdı da min də atım sənə qalsın min” səsli mesaj yollamış, adı kontaktlar siyahısında qeyd olunmamış ***-***-**-** saylı GSM nömrə ilə qeydiyyatdan keçmiş istifadəçi arasında danışıqların dialoq pəncərəsində həmin abunəçinin Təqsirləndirilən şəxs 17 dekabr 2022-ci il tarixdə “qaqa duz lazımdı duz qoş elemek olar?” səsli mesaj yollamış, adı kontaktlar siyahısında qeyd olunmamış 051- ***-**-** saylı GSM nömrə ilə qeydiyyatdan keçmiş istifadəçi arasında danışıqların dialoq pəncərəsində həmin abunəçinin Təqsirləndirilən şəxs 07 noyabr 2022-cİ il tarixdə “qardaşım orda yarı şey etmək olar? Pul yoxdur ona görə deyirəm yarı götürərdim...heç olmasa 30 verərdim yarıya.kola istəyirdime brat” səsli mesajına Təqsirləndirilən şəxs “yarı ancaq duzu verir abi” səsli mesaj yollamış, adı kontaktlar siyahısında qeyd olunmamış ***-***-**-** saylı GSM nömrə ilə qeydiyyatdan keçmiş istifadəçi arasında danışıqların dialoq pəncərəsində həmin abunəçinin Təqsirləndirilən şəxs 29 oktyabr 2022-ci il tarixdə “yarım götürəcəm...şey yaxşı olsun” mesajına Təqsirləndirilən şəxs “yarı vermiryarıolsa bele 40 olacaq” mesaj yollamış, adı kontaktlar siyahısında “İran Pul” kimi qeyd olunmuş +**********0 saylı GSM nömrə ilə qeydiyyatdan keçmiş istifadəçi arasında danışıqların dialoq pəncərəsində həmin abunəçiyə Təqsirləndirilən şəxs 09 yanvar 2023-cü il tarixdə “əmi axşamın xeyir,„necəsən?kart atardın pul vuracam” səsli mesaj yollamış, adı kontaktlar siyahısında qeyd olunmamış ***-***-**-** saylı GSM nömrə ilə qeydiyyatdan keçmiş istifadəçi arasında danışıqların dialoq pəncərəsində həmin abunəçinin Təqsirləndirilən şəxs 29 avqust 2022-ci il tarixdə “qaqa 05 kola dedim də bayaq sənə„dedim 20 manatı var 05 kola.„nə qədər vaxta gəlirsən qaqaş?” səsli mesajına Təqsirləndirilən şəxs “at kartagedirəm” səsli mesaj yollamış, danışıq dialoqunun nəticəsində məlum olur ki, Sübh an Quliyev həmin abunəçiyə “mal götürəcəm də tut da söhbəti.,.mal gətirirəm” bildirmiş, adı kontaktlar siyahısında “İran Qardasi” kimi qeyd olunmuş +**********08 saylı İran İslam Respublikasına məxsus GSM nömrə ilə qeydiyyatdan keçmiş istifadəçi arasında danışıqların dialoq pəncərəsində həmin abunəçinin Təqsirləndirilən şəxs 05 avqust 2021-ci il tarixdə “salam Reza dedi ki, bu nömrəyə zəng at vatsapla,.,” səsli mesaj yollaması məlum olmuşdur. Bundan başqa, mobil telefona yüklənmiş “Whatsapp Business” mobil tətbiqində aparılmış danışıqlara baxış keçirilmiş, lakin iş üzrə sübut əhəmiyyəti kəsb edən hallar aşkar edilməmişdir. Mobil telefonun daxili yaddaşına keçirilmiş baxış zamanı həmin cihazın vasitəsilə çəkilmiş fotogörüntülərin içərisində zahiri əlamətlərinə görə dövriyyəsi qadağan olunmuş maddələrin bir neçə bükümlərdə çəkilmiş fotogörüntüləri aşkar edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs məxsus olan 1 ədəd “Redmi” markalı mobil telefon cihazı iş üzrə maddi sübut kimi tanınaraq saxlanması üçün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmişdir (cild 1, iş vərəqi 140-147, 253-272). Bakı şəhəri, Sabunçu rayon Məhkəməsinin 14 aprel 2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 tərəfindən qəbul edilmiş əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında 10 aprel 2023-cü il tarixli qərar qanuni hesab edilmişdir (cild 1, iş vərəqi 112). İstintaq orqanı tərəfindən verilmiş əməliyyat tapşırığının cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş külli miqdarda narkotik vasitələri satış məqsədi ilə əldə edib saxladığına, bu kimi maddələrin qanunsuz dövriyyəsində İran İslam Respublikası vətəndaşı olan “Qaya” adlı şəxslə birgə əlaqələrinin olmasına və fəaliyyət göstərmələrinə, digər naməlum şəxslər vasitəsi ilə İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə Təqsirləndirilən şəxs göndərdiyinə, sonuncunun narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə qanunsuz əldə etdikdən sonra bu kimi maddələri qanunsuz daşıma fəaliyyəti ilə məşğul olmasına və qanunsuz saxlamasına dair əlavə məlumatlar əldə edilmişdir. Lakin “Qaya” adlı şəxsin, eləcə də cinayətin digər iştirakçılarının şəxsiyyətlərinin, onların yaxın əlaqələrinin müəyyən edilməsi hələlik mümkün olmamışdır (cild 1, iş vərəqi 153). İbtidai istintaq orqanının xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarından istintaqa adı “Qaya” kimi məlum olan şəxs və qeyrilərinin barəsində qabaqcadan əlbir olan bir qrup şəxsin külli miqdarda narkotik vasitələri istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə edib satış məqsədi ilə Bakı şəhərinin Sabunçu rayonu ərazisinə daşıyaraq saxlaması xüsusatına görə Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi ayrıca icraata ayrılmışdır (cild 1, iş vərəqi 274-275). Cinayət işinə əlavə edilmiş 09 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılan zaman işgəncələrə və digər qanunsuz hərəkətlərə məruz qalması barədə təqsirləndirilən şəxs qismində əlavə dindirilərkən göstərdiyi halların yoxlanılması məqsədilə Bakı şəhəri, Səbail rayon prokurorluğu tərəfindən araşdırma aparılmış və həmin araşdırmanın nəticəsi olaraq, şəxsin ifadəsində göstərdiyi xüsusatlar öz təsdiqini tapmadığından və toplanmış materialda cinayət hadisəsi müəyyən edilmədiyindən 164-C-23 saylı material üzrə cinayət işinin başlanması rədd edilmişdir (cild 1, iş vərəqi 191-195). Elektron Məhkəmə portalından çıxarılmış məlumatdan, həmçinin iş materiallarına əlavə edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailəlidir, himayəsində xx.xx.2021-ci il təvəllüdlü bir azyaşlı uşağı vardır, yaşadığı ərazi üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik informasiya idarəsindən alınmış 06 iyun 2023-cü il tarixli tələbnamədən görünür ki, idarənin statistik-informasiya bazasında Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat mövcud deyildir (cild 1, iş vərəqi 149). Məhkəmə iclasında Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib, polis işçiləri tərəfindən saxlanılarkən onun üzərində narkotik vasitə olmadığını, Baş idarədə ona 800 qr. narkotik vasitəni boynuna götürməyi təklif etdiklərini, ona qarşı edilən təzyiqlərə görə məcbur olub polis işçiləri ilə razılaşdığını, idarədə onun üstünə baxış keçirildiyini, lakin heç nə aşkar olunmadığını, çəkilişdə onun cibinə tiryək qoyduqlarını, lakin konkret kimin qoyduğunu xatırlamadığını, Baş idarədə ona qarşı təzyiqlər göstərildiyini, məhkəməyə sanksiyaya gedəndə ona söz verilmədiyini, ona göstərilən təzyiqlərlə bağlı heç yerə şikayət etmədiyini, iranlı ilə yazışmadığını, polis işçiləri tərəfindən baxış keçirilərkən üstündə olan və evdən aşkar olunmuş narkotik vasitələri polislərin özlərinin qoyduqlarını bildirərək öz müdafiəsi üçün dəlillər gətirdi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, hökmün təsviriəsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin gətirdiyi həmin dəlillərlə bağlı qeyd etməyi lazım bilir ki, iş materiallarına görə Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulub videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçirilərkən özü heç bir kənar təsir olmadan ittihamda qeyd olunmuş narkotik vasitəni polis əməkdaşlarına təqdim etmiş, həmin videoçəkiliş zamanı yaşadığı ünvanda da külli miqdarda narkotik vasitələr olduğunu bildirərək, evə baxış keçirilməsinə etiraz etməmişdir. Bundan sonra bütün proses iştirakçıları ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanında yerləşən evə atasının icazəsi və iştirakı ilə videoçəkiliş aparılmaqla baxış keçrilmiş, baxış zamanı Təqsirləndirilən şəxs evin giriş hissəsindən sol tərəfdə yerləşən avtomobil qarajının sol tərəfindəki soyuducunun içərisində gizlətdiyi beş ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuananı, bir ədəd bükümün içərisində iki ədəd bağlamada kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki, 295 ədəd “Methadone 40” göstəriciləri olan dərman blisterlərdə külli miqdarda metadon həblərini və bir ədəd elektron tərəzini təqdim etmişdir. Həm şəxsi axtarış, həm də evə baxış zamanı aşkar olunmuş maddi sübutlar prosessual qaydada qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs ilkin izahatında, həmçinin şübhəli şəxs və təqsirləndirilən şəxs qismində istintaqa ilkin ifadələrində üzərindən və yaşadığı ünvandan aşkar edilmiş narkotik vasitələrin ona məxsus olduğunu, onları tutulmamışdan bir gün əvvəl “Qaya” adlı İran İslanı Respublikasının vətəndaşının tapşırığı ilə Abşeron rayonu, Müşfiq qəsəbəsində gizlədilmiş yerdən götürərək yaşadığı evə gətirdiyini, həmin şəxsi tutulmamışdan 7-8 ay əvvəldən tanıdığını və təxminən 20-25 dəfə işbirliyində olub narkotik vasitələrin daşınıb yerləşdirilməsi ilə məşğul olduğunu, şəxsi axtarış və baxış zamanı aşkar olunmuş narkotik vasitələri də “Qaya” adlı İran vətəndaşının tapşırığı ilə sonradan ona deyiləcək yerlərə qoymalı olduğunu və bunun müqabilində pul əldə edəcəyini bildirmişdir. Eləcə də, təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, həmin məhkəmə iclasında verdiyi izahatında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli hesab etdiyini, əməlindən peşman olduğunu, aşkar olunmuş narkotik vasitələri İran vətəndaşından 1 kiloqramını 500 manata aldığını bildirmişdir. Bundan başqa, məhkəmənin sorğusu əsasında Təqsirləndirilən şəxs saxlanıldığı Bakı İstintaq təcridxanasından onun tibbi kitabçasının surəti tələb olunmuş və məhkəmə iclasında həmin sənəd tədqiq edilmişdir. Tibbi kitabçadakı qeydlərdən görünür ki, müayinə zamanı təqsirləndirilən şəxs həbs olunmazdan əvvəl zədə almadığını bildirmiş, həmçinin baxış zamanı bədən səthində hər hansı xəsarətlər və zədələr qeydə alınmamış, heç bir şikayəti olmadığını qeyd etmişdir. Bakı şəhəri, Səbail rayon prokurorluğunun 09 avqust 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılan zaman işgəncələrə və digər qanunsuz hərəkətlərə məruz qalması barədə istintaqa verdiyi əlavə ifadəsində göstərdiyi hallarla əlaqədar araşdırma aparılmış və həmin araşdırmanın nəticəsi olaraq, şəxsin ifadəsində göstərdiyi xüsusatlar öz təsdiqini tapmadığından və toplanmış materialda cinayət hadisəsi müəyyən edilmədiyindən 164-C-23 saylı material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmçinin qeyd edilməlidir ki, məhkəmə baxışı zamanı Sübhan Qulyevin istifadəsində olmuş mobil telefon aparatının «Votsapp» tətbiqi vasitəsilə aparılmış SMS yazışmaları və səsli yazışmalar, eləcə də "xxxx" MMC-dən daxil olmuş 1 ədəd diskdə təqdim olunmuş Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə daxil olan və çıxan yazışmalara dair məlumatlar tədqiq olunarkən, Təqsirləndirilən şəxs müxtəlif şəxslərlə, o cümlədən İran mobil operatoruna məxsus mobil nömrə sahibləri ilə narkotik vasitələrin alqı-satqısına dair çoxsaylı yazışmaların olması müəyyən edilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin xx.xx.2006-cı il tarixli “Andandonski Rusiyaya qarşı” işi üzrə qərarında qeyd edilmişdir ki, təqsirləndirilən şəxs tərəfindən ibtidai istintaq və məhkəmə baxışında müdafiə hüququ pozulmamaqla verilmiş ifadələr məhkəmə tərəfindən yekun qərar qəbul edilərkən sübut kimi nəzərə alınmaqla, bu, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin və 3-cü bəndinin “d” yarımbəndinin pozuntusu hesab edilə bilməz. Qeyd olunanlara əsaslanan məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadələrə münasibətdə ziddiyyətli ifadə verməsini, özünün polis əməkdaşları tərəfindən döyülməsi və təzyiqlərə məruz qalması nəticəsində cinayət əməlini etiraf etməsi barədə bildirdiklərini onun məsuliyyətini yüngülləşdirmək üçün seçdiyi müdafiə taktikası kimi qiymətləndirir, iş üzrə digər sübutlarla təsdiq olunduğuna görə onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini iş üzrə obyektiv həqiqəti əks etdirən sübut kimi qəbul edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarında məhkəmələrə edilən tövsiyyələrə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin narkotik vasitələri məhz satış məqsədi ilə əldə edib saxlaması və daşıması nəticəsinə gələrkən, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ondan aşkar olunmuş narkotik vasitələrin özünə məxsus olduğunu, onları tutulmamışdan bir gün əvvəl “Qaya” adlı İran İslanı Respublikasının vətəndaşının tapşırığı ilə Abşeron rayonu, Müşfiq qəsəbəsində gizlədilmiş yerdən götürərək yaşadığı evə gətirdiyini, həmin şəxsi tutulmamışdan 7-8 ay əvvəldən tanıdığını və təxminən 20-25 dəfə işbirliyində olub narkotik vasitələrin daşınıb yerləşdirilməsi ilə məşğul olduğunu, şəxsi axtarış və baxış zamanı aşkar olunmuş narkotik vasitələri də “Qaya” adlı İran vətəndaşının tapşırığı ilə sonradan ona deyiləcək yerlərə qoymalı olduğunu və bunun müqabilində pul əldə edəcəyini səmimi etiraf etməsini, həmçinin aşkar olunmuş maddələrin narkotik vasitələr olmaqla 3 ayrı-ayrı növlərdə olmasını, onların hər birinin çəkilib ayrıayrı bağlamalara qablaşdırılmasını, həmçinin aşkar olunmuş narkotik vasitələrin kütləsinin külli miqdar həcmindən dəfələrlə artıq olmasını nəzərə alır. Şərh olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilmədi. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını, həmçinin ailəli olmaqla ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını və yaşadığı ərazi üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq cəzanın başlanğıcı 10 aprel 2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tutulmuş və hal-hazıra qədər həbsdə saxlanılır. Həmçinin Təqsirləndirilən şəxs 10 aprel 2023-cü il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə kollegiyası məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 5035 nömrəli rəyini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmadığından, narkomaniya xəstəliyindən əzab çəkmədiyindən və narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmadığından, onun barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş maddi sübutlar - Təqsirləndirilən şəxs şəxsi axtarışı, həmçinin yaşadığı evə baxış zamanı aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 5009,5 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 1274,8 qram çəkidə narkotik vasitə tiryək, tərkibində narkotik vasitə metadon olan 2945 ədəd həblər və bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 1 ədəd «Redmi» markalı mobil telefon aparatı onun ailə üzvlərinə qaytarılmalı, həmçinin şəxsi axtarış və baxış zamanı qeydə alınmış videogörüntülərin əks olunduğu 2 ədəd DVD disk və "xxxx" MMC-dən daxil olmuş 1 ədəd SD disk iş materiallarında saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatları 159,82 (yüz əlli doqquz) manat 82 qəpik dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 159,82 (yüz əlli doqquz) manat 82 qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə olduğu bütün müddət cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 10 aprel 2023-cü il tarixli tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Cinayət işi üzrə maddi sübutların taleyi aşağıdakı qaydada həll edilsin: - Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin maddi sübutları saxlama yerinə təhvil verilməklə Təqsirləndirilən şəxs şəxsi axtarışı, həmçinin yaşadığı evə baxış zamanı aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 5009,5 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 1274,8 qram çəkidə narkotik vasitə tiryək, tərkibində narkotik vasitə metadon olan 2945 ədəd həblər və bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin; - 1 ədəd «Redmi» markalı mobil telefon aparatı Təqsirləndirilən şəxs ailə üzvlərinə qaytarılsın; - şəxsi axtarış və baxış zamanı qeydə alınmış videogörüntülərin əks olunduğu 2 ədəd DVD disk və "xxxx" MMC-dən daxil olmuş 1 ədəd SD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri hesab edilən 159,82 (yüz əlli doqquz) manat 82 qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Səbuhi Hüseynov
Məhkəmə qərarları › İş №1(101)-949/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-949/2024
15.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver