Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-949/2025 25.07.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər, X28 (sədrlik edən), X23 və X5 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi, X10 tərcüməçiliyi ilə, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1, zərər çəkmiş hüquqi şəxslər "xxxx" ASC-nin və “X1” MMC-nin nümayəndələri, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1, Təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs1ın müdafiəçisi “Universal” Vəkil Bürosunun vəkili Müdafiəçi3 və təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs2 müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2, Təqsirləndirilən şəxs və mülki cavabdehlər Təqsirləndirilən şəxs1ın və Təqsirləndirilən şəxs2 iştirakları ilə 12 may 1961-ci ildə X32 şəhərində anadan olmuş, Ukrayna Respublikası vətəndaşı, evli, biri azyaşlı olmaqla himayəsində iki yetkinlik yaşına çatmamış uşağı olan, ali təhsilli, “X24” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, ünvan 3 il tarixli qərarı ilə barəsində əvvəli 31 iyul 2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1ın Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.4-cü və 221.3-cü maddələri, xx xxxxxxxx 1960-cı ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, məhkumluğu olmayan, ünvan 4 ünvanında qeydiyyatda olmaqla ünvan 5nvanında yaşayan, ünvan 624-cü il tarixli qərarı ilə barəsində əvvəli 31 iyul 2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 949/2025 saylı, 06 may 2025-ci il tarixli qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə təqsirləndirilərək məhkəməyə verilmişdir ondan ötrü ki, o, tamah niyyəti, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xüsusilə külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə özünü geniş əlaqələrə malik işgüzar şəxs kimi təqdim edərək təsisçisi olduğu İspaniya Krallığında fəaliyyət göstərən və hazırda qanunsuz fəaliyyətinə görə Təqsirləndirilən şəxs1 beynəlxalq axtarışa elan edildiyi “X38 SL” şirkəti ilə Rusiya Federasiyasının Moskva şəhərində fəaliyyət göstərən "xxxx" Səhmdar Cəmiyyəti arasında 2019-cu ildən etibarən biznes əməkdaşlığının həyata keçirilməsinə nail olub həmin şirkətin rəhbərliyinin etibarını qazanmaqla öz cinayətkar niyyətini həyata keçirmək məqsədilə bu şirkətlər arasında olan əvvəlki razılaşmalara uyğun şəkildə daha az maliyyə dövriyyəsini əhatə edən mülki hava gəmilərinin ehtiyat hissələrinin alınaraq daşınması xidmətlərini həyata keçirdikdən sonra "Avıazapchast” Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri, Rusiya Federasiyasının vətəndaşı Nümayəndə1 (Захаренков Валерий Николаевич) ona olan etibarından sui-istifadə edərək Ukrayna ətrafında yaranmış siyasi böhranla əlaqədar Rusiya Federasiyasında fəaliyyət göstərən şirkətlər ilə Avropada fəaliyyət göstərən şirkətlər arasında əməkdaşlığın davam etdirilməsinin mümkün olmadığını bəhanə edib gələcəkdə "xxxx" Səhmdar Cəmiyyətinin bütün sifarişlərinin Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 12A ünvanında yerləşən təsisçisi və rəhbəri olduğu "X24” Məhdud Məsuliyyətli Cəmiyyətinin vasitəsilə həyata keçirilə biləcəyini bildirib cinayətkar niyyətini pərdələmək üçün sonuncu ilə "xxxx" Səhmdar Cəmiyyəti arasında Ukrayna ərazisində istehsal edilən mülki hava gəmilərinin külli miqdarda müxtəlif ehtiyat hissələrinin alınaraq daşınmasını həyata keçirib, Hindistan Respublikasında fəaliyyət göstərən şirkətlərə təhvil verəcəyi barədə 09 iyul 2020-ci il tarixli rus və ingilis dillərində tərtib olunmuş adsız müqavilə bağlanmasına və ona əlavə edilmiş razılaşmalara nail olaraq həmin sənədlərin şərtlərinə uyğun şəkildə öhdəliklərini icra edəcəyi barədə Nümayəndə1 yalan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunmuş qəsdlə Rusiya Federasiyasında fealiyyət göstərən “Remont, Obslujivaniye, X6 Komplektuyuşimi” (Ремонт, Обслуживание, Снабжение Авиации Специальными Комплектующими) Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 22 dekabr 2021-ci il tarixli müqaviləyə əsasən 5.657.744,07 avro məbləğində xüsusilə külli miqdarda pul vəsaitinin ödənilməsinə dair icra edilməyən öhdəliyinin mövcud olmasına baxmayaraq, bank hesabları və maliyyə vəziyyətinə görə problemli olan "X24” MMC-nin Bakı şəhəri, Nəsimi rayonu, ünvan 8 ünvanında yerləşən "xxxx" Açıq Səhmdar Cəmiyyətində üzərində sərbəst sərəncam vermək qabiliyyətinə malik olduğu bank hesabına 15 oktyabr 2021-ci il tarixdə həmin dövrün məzənnəsi ilə 10.831,12 manat təşkil edən 5.488 avro, 01 fevral 2022-ci il tarixdə həmin dövrün məzənnəsi ilə 11.097,96 manat təşkil edən 5.806,50 avro, 30 avqust 2022ci il tarixdə həmin dövrün məzənnəsi ilə 61.638,37 manat təşkil edən 36.260 avro, “X24” MMC-nin ünvan 9 ünvanında yerləşmiş hazırda ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətində üzərində sərbəst sərəncam vermək qabiliyətinə malik olduğu bank hesabına 28 aprel 2023-cü il tarixdə həmin dövrün məzənnəsi ilə 749.040 manat təşkil edən 400.000 avro və ünvan 10 ünvanında yerləşən "xxxx" Açıq Səhmdar Cəmiyyətində üzərində sərbəst sərəncam vermək qabiliyyətinə malik olduğu bank hesabına 09 iyun 2023-cü il tarixdə həmin dövrün məzənnəsi ilə 883.081,44 manat təşkil edən 372.800 avro olmaqla ümumilikdə həmin dövrün məzənnəsi ilə 1.515.688,89 manat təşkil edən 820.354,50 avro məbləğində pul vəsaitlərinin "xxxx" Səhmdar Cəmiyyəti tərəfindən köçürülməsinə nail olub həmin pulları ələ keçirərək verdiyi vədinə əməl etməyib öz cinayətkar niyyətini pərdələməyə xidmət edən formal razılaşmada nəzərdə tutulmuş öhdəliyinə dair heç bir iş görmədən ələ keçirdiyi pul vəsaitlərinin böyük hissəsini Avropa və Asiyada yerləşən bir neçə ölkələrdə fəaliyyət göstərən müxtəlif şirkətlərin bank hesablarına göndərmiş və şəxsi ehtiyaclarına sərf etmiş, cinayət əməlinin ifşa olunmasının qarşısını almaq məqsədilə hər dəfə müxtəlif bəhanələr edərək daşınmanın həyata keçirilməsinin ondan asılı olmayan səbəblərdən yubandığını bildirib öz cinayətkar əməllərini pərdələmə və bağlanmış formal müqavilə və razılaşmalara əsasən sifariş verməli olduğu məhsula görə yerdə qalan pul vəsaitlərini ələ keçirmək məqsədilə əlində bunu təsdiq edəcək hər hansı sənəd olmamasına baxmayaraq, 17 avqust 2023-cü il tarixdə "X24'’ MMC-nin adından "xxxx" Səhmdar Cəmiyyətinə rəsmi məktubla müraciət edərək güya məhsulların daşınması üçün hazır olması barədə məlumat vermiş, belə bir məlumat verməsinə baxmayaraq, daha sonra Ukraynada hərbi vəziyyətin elan edilməsi, həmçinin güya Ukraynada fəaliyyət göstərən ehtiyat hissələrinin alınacağı şirkətin əsas səhmdarlardan olan X11 vəfat etməsi səbəbindən sifarişin icra olunmasının mümkünsüzlüyü, həmçinin "xxxx" ASC-də olan pul vəsaitlərini həmin bank müflis olmamışdan əvvəl təyinatı üzrə istifadə etmək qabiliyyətində olmasına, həmin pullardan bir hissəsini Avropa və Asiyada yerləşən banklara köçürülməsinə nail olmasına, eləcə də Bakı şəhərində yerləşən "xxxx" ASC və "xxxx" ASC-nin bank hesablarına da müvafiq pul məbləğlərinin köçürülməsinə baxmayaraq, "xxxx" ASC-nin müflis olması səbəbindən şirkətin həmin bankdakı hesabında qalan pul vəsaitindən istifadə edə bilməməsini bəhanə gətirib qarşı tərəfə bildirməklə öz qulluq mövqeyindən istifadə edib etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş hüquqi şəxs "xxxx" Səhmdar Cəmiyyətinə 1.515.688,89 manat məbləğində xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 təkrarən tamah niyyəti etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xüsusilə külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə özünü geniş əlaqələrə malik işgüzar şəxs kimi təqdim etməklə eyni üsulla törətdiyi cinayət əməlinin davamı olaraq "xxxx" Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri və Qazaxıstan Respublikası Almatı şəhərində fəaliyyət göstərən “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin faktiki rəhbəri və direktor müavini olan Rusiya Federasiyasının vətəndaşı Nümayəndə1 (Захаренков Валерий Николаевич) ona olan etibarından sui-istifadə edərək “X2” MMC-nin bütün sifarişlərinin Azərbaycan Respublikası, Bakı şphəri, Xətai rayonu, Babək prospekti 12A ünvanında yerləşən təsisçisi və rəhbəri dduğu “X24” Məhdud Məsuliyyətli Cəmiyyətinin vasitəsilə həyata käeçirilə biləcəyini bildirib cinayətkar niyyətini pərdələmək üçün sonuncu ilə “(X1” MMC arasında Çexiya Respublikasının ərazisində istehsal edilən mülki hava gəmilərinin külli miqdarda, müxtəlif ehtiyat hissələrinin alınaraq daşınmasını həyata keçirib Qazaxıstan Respublikasında fəaliyyət göstərən şirkətlərə təhvil verəcəyi barədə 27 mart 2023-cü il tarixli rus dilində tərtib olunmuş adsız müqavilə bağlanmasına və ona əlavə edilmiş razılaşmalara nail olaraq həmin sənədlərin şərtlərinə uyğun şəkildə öhdəliklərini icra edəcəyi barədə Nümayəndə1 yalan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunmuş qəsdlə Rusiya Rederasiyasında fəaliyyət göstərən “Remont, Obslujivaniye, X6 Komplektuyuşimi” (Ремонт, Обслуживание, Снабжение Авиации (Специальными Комплектующими) Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 22 dekabr 2021-ci il tarixli müqaviləyə əsasən 5.657.744,07 avro məbləğində xüsusilə külli miqdarda pul vəsaitinin ödənilməsinə dair icra edilməyən öhdəliyinin mövcud olmasına baxmayaraq bank hesabları və maliyyə vəziyyətinə görə problemli olan “X24” MMC-nin ünvan 9 ünvanında yerləşmiş “GünayBank" Açıq Səhmdar Cəmiyyətində üzərində sərbəst sərəncam vermək qabiliyyətinə malik olduğu bank hesabına 30 mart 2023-cü il tarixdə həmin dövrün məzənnəsi ilə 1.474.160 manat təşkil edən 800.000 avro, 31 mart 2023-cü tarixdə həmin dövrün məzənnəsi ilə 1.482.720 manat təşkil edən 800.000 avro, 08 may 2023-сü il tarixdə həmin dövrün məzənnəsi ilə 93,870 manat təşkil edən 50.000 avro, 15 may 2023-cü il tarixdə həmin dövrün məzənnəsi ilə 557.820,93 manat təşkil edən 302.080 avro, 19 may 2023-cü il tarixdə həmin dövrün məzənnəsi ilə 429.490,66 manat təşkil edən 234.720 avro və 14 iyun 2023-cü il tarixdə ünvan 10 ünvanında yerləşən "xxxx" Açıq Səhmdar Cəmiyyətində üzərində sərbəst sərəncam vermək qabiliyyətinə malik olduğu bank hesabına həmin dövrün məzənnəsi ilə 1.076.425,92 manat təşkil edən 586.800 avro məbləğində olmaqla, ümumilikdə həmin dövrün məzənnəsi ilə 5.114.487,51 manat təşkil edən 2.773.600 avro məbləğində pul vəsaitlərinin “X1” MМС tərəfindən köçürülməsinə nail olub, həmin pulları ələ keçirib verdiyi vədinə əməl etməyərək öz cinayətkar niyyətini pərdələməyə xidmət edən formal razılaşmada nəzərdə tutulmuş öhdəliyinə dair heç bir iş görmədən ələ keçirdiyi pul vəsaitlərinin böyük hissəsini Avropa və Asiyada yerləşən bir neçə ölkələrdə fəaliyyət göstərən müxtəlif şirkətlərin bank hesablarına göndərmiş və şəxsi ehtiyaclarına sərf etmiş, daha sonra cinayət əməlinin ifşa olunmasının qarşısını almaq və müəyyən vaxt qazanmaq üçün pul vəsaitlərinin təyinatı üzrə göndərilməsini təsdiq edə biləcək heç bir sənəd təqdim etmədən güya vəsaitin bir hissəsini sifariş edilən məhsulların hazırlanması üçün Çexiya Respublikasında fəaliyyət göstərən şirkətlərə göndərdiyini bildirmiş, lakin bir müddət sonra bundan əvvəl bildirdiklərinin əksi olaraq pul vəsaitlərinin Çexiya Respublikasına göndərilməsi və məhsulların alınaraq daşınma üçün hazır olması barədə heç bir məlumat vermədən "xxxx" ASC-də olan pul vəsaitlərini həmin bank müflis olmamışdan əvvəl təyinatı üzrə istifadə etmək qabiliyyətində olmasına, həmin pullardan bir hissəsini Avropa və Asiyada yerləşən banklara köçürülməsinə nail olmasına, eləcə də Bakı şəhərində yerləşən "xxxx" ASC-nin bank hesabına da müvafiq pul məbləğlərinin köçürülməsinə baxmayaraq, "xxxx" ASC-nin müflis olması səbəbindən şirkətin həmin bankdakı hesabında qalan pul vəsaitindən istifadə edə bilməməsini bəhanə gətirib, qarşı tərəfə bildirməklə, öz qulluq mövqeyindən istifadə edib, etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş hüquqi şəxs “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinə 5.114.487,51 manat məbləğində xüsusilə külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 29 iyul 2024-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 12A ünvanında yerləşən “Babək Plaza” kompleksinin 5-ci mərtəbəsində təsisçisi və rəhbəri olduğu “X24" MMC-nin ofisində Rusiya Federasiyasının vətəndaşı "xxxx" Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri və “X1” MMC-nin faktiki rəhbəri Nümayəndə1 (Захаренков Валерий Николаевич) ilə ittihamda qeyd olunan öhdəliyi ilə bağlı danışan zaman həmin danışıqların sonuncunu tanımayan Təqsirləndirilən şəxs2 heç bir aidiyyəti olmadığı halda Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 ilə birlikdə Nümayəndə1 bir ay öncə rəhbəri olduğu şirkətin nümayəndəsinə geri qaytarılmalı olan pul vəsaitinin hazırda ödənilməyəcəyini izah edilməsinə baxmayaraq yenidən bu məsələ ilə əlaqədar lüzumsuz olaraq gəlməsini kobud formada bildirdikləri zaman Nümayəndə1 həmin anda vəziyyəti yumşaltmaq üçün dediyi “Təqsirləndirilən şəxs1 onları aldatması” ilə bağlı zarafatyana sözlərini cüzi səbəb kimi bəhanə edərək Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında həmin tarixdə və ünvanda saat 17:00 radələrində ofisdə olan “X1” MMC-nin direktoru Vladıslav Zyryanov (Зырянов Владислав Сергеевич) və digər şəxs Sergey Stepının (Степин Сергей Владимирович) gözləri qarşısında “Babək Plaza”-da yerləşən ofislərdə və həmin binada çalışan digər şəxslərin normal iş fəaliyyətini pozub orada olan şəxslərin ciddi narahatlığına səbəb olmaqla kobud şəkildə Nümayəndə1 ünvanına uca səslə nalayiq ifadələr işlədib söyərək ictimai qaydanı kobud surətdə pozub cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, insanlar arasında təşəkkül tapmış qarşılıqlı davranış və birgəyaşayış qaydalarını pozmaqla, ətrafdakı şəxslərə etinasızlıq göstərərək onlara qarşı laqeydliklə eqoizmlərini nümayiş etdirib heç bir əsaslı səbəb olmadan əvvəlcə Təqsirləndirilən şəxs2 masanın üzərində olan silah qismində istifadə olunan bir ədəd şüşə su qabını Nümayəndə1 istiqamətində atması nəticəsində sonuncuya sol dirsək sümüyünün cisminin sınığı kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır zərər vurmaya aid xəsarətlər yetirdikdən sonra Təqsirləndirilən şəxs1 silah qismində istifadə olunan digər bir ədəd şüşə su qabını güclü zərbə ilə Nümayəndə1 üz nahiyəsi istiqamətində atması ilə həmin qabın əvvəlcə sağ qoluna, sonra alın nahiyəsinə zərblə dəyməsi nəticəsində sonuncuya alın nahiyəsinin əzilmiş-cırılmış yarası kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərərvurmaya aid və sağ saidin dərialtı hematoması, əzilmiş yarası kimi dərəcələri təyin edilməməklə sağlamlığa zərər vurmayan xəsarətlər yetirməklə fiziki zor tətbiq etmiş, daha sonra Təqsirləndirilən şəxs1 cinayətkar əməllərini davam etdirib Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında Nümayəndə1 yenə də bədən xəsarətləri yetirərək zor tətbiq edəcəyi ilə hədələyib bir qrup şəxs tərəfindən ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik İfadə edən silah qismində istifadə olunan əşyadan istifadə etməklə zərərçəkmiş şəxsə zor tətbiq olunması və fiziki zorun tətbiq edilməsi hədəsi ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Təqsirləndirilən şəxs2 29 iyul 2024-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 12A ünvanında yerləşən “Babək Plaza” kompleksinin 5-ci mərtəbəsində tanışı Təqsirləndirilən şəxs1ın təsisçisi olduğu “X24” MMC-nin ofisində sonuncu Rusiya Federasiyasının vətəndaşı Nümayəndə1 (Захаренков Валерий Николаевич) ilə aralarında olan öhdəliklə bağlı danışdıqları zaman həmin ticarət münasibətlərinin ona heç bir aidiyyəti olmadığı halda Təqsirləndirilən şəxs1 ilə birlikdə Nümayəndə1 bir ay öncə rəhbəri olduğu şirkətin nümayəndəsinə geri qaytarılmalı olan pul vəsaitinin hazırda ödənilməyəcəyinin izah edilməsinə baxmayaraq yenidən bu məsələ ilə əlaqədar lüzumsuz olaraq gəlməsini kobud formada bildirdikləri zaman Nümayəndə1 həmin anda vəziyyəti yumşaltmaq üçün dediyi “Təqsirləndirilən şəxs1 onları aldatması" ilə bağlı zarafatyana sözlərini cüzi səbəb kimi bəhanə edərək Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs halında həmin tarixdə və ünvanda saat 17:00 radələrində ofisdə olan Vladıslav Zyryanov (Зырянов Владислав Сергеевич) və Sergey Stepının (Степин Сергей Владимирович) gözləri qarşısında “Babək Plaza”-da yerləşən ofislərdə və həmin binada çalışan digər şəxslərin normal iş fəaliyyətini pozub orada olan şəxslərin ciddi narahatlığına səbəb olmaqla kobud şəkildə Nümayəndə1 ünvanına uca səslə nalayiq ifadələr işlədib söyərək ictimai qaydanı kobud surətdə pozub cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, insanlar arasında təşəkkül tapmış qarşılıqlı davranış və birgəyaşayış qaydalarını pozmaqla ətrafdakı şəxslərə etinasızlıq göstərərək onlara qarşı laqeydliklə eqoizmlərini nümayiş etdirib heç bir əsaslı səbəb olmadan masanın üzərində olan silah qismində istifadə olunan bir ədəd şüşə su qabını Nümayəndə1 istiqamətində atması ilə həmin qabın sol qoluna zərblə dəyməsi nəticəsində sonuncuya sol dirsək sümüyünün cisminin sınığı kimi dərəcəsinə görə sağlamlığın uzun müddotə pozulmasına səbəb olan az ağır zərər vurmaya aid xəsarətlər yetirdikdən sonra Təqsirləndirilən şəxs1 silah qismində istifadə olunan digər bir ədəd şüşə su qabını Nümayəndə1 üz nahiyəsi istiqamətində atması nəticəsində sonuncuya alın nahiyəsinin əzilmiş-cırılmış yarası kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurmaya aid və sağ saidin dərialtı hematoması, əzilmiş yarası kimi dərəcələri təyin edilməməklə sağlamlığa zərər vurmayan xəsarətlər yetirməklə fiziki zor tətbiq etmiş, daha sonra Oieq Krapivin cinayətkar əməllərini davam etdirib üzərində olan bıçağı çıxarıb nümayiş etdirməklə Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs halında Nümayəndə1 yenə də xəsarət yetirərək zor tətbiq edəcəyi ilə hədələyib xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmuş və bir qrup şəxs tərəfindən ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə olunan əşyadan istifadə etməklə zərərçəkmiş şəxsə zor tətbiq olunması və fiziki zorun tətbiq edilməsi hədəsi ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs və mülki cavabdeh qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, mülki aviasiya ehtiyat hissələri biznesi ilə 2017-2018-ci illərdən məşğul olur və həmin illərdə Fransada yaşayıb. Təsisçisi və rəhbəri olduğu “X24” şirkəti yalnız mülki aviasiya ilə məşğuldur, lakin onlar istehsalçı fəaliyyəti ilə məşğul deyillər. 2024-cü ilinin iyul ayının 24-də tanışı Oleq ona zəng edərək Şahid3 zəng etdiyini, sonuncunun Moskvadan Bakıya dostunun gəldiyini və onunla görüşüb danışmaq istədiyini demişdir. O, etiraz etməmiş və sonuncuları öz ofisinə dəvət etmişdir. Görüş saat 17:00-a təyin edilmiş olsa da, saat 15:00-da Oleq ona zəng edərək görüşü saat 16:00-a keçirəcəyini demiş, o da buna etiraz etiraz etməmişdir. Görüş vaxtı o, qonaqlarını qarşılamaq üçün aşağı düşmüş, bu zaman o, Oleqin yanında gələn şəxsləri görəndə təəccüblənmişdir, çünki sonuncular onun tanıdığı şəxslər olmuşdur. Onlar birlikdə binaya qalxaraq ofisə keçmişlər. Söhbət əsnasında qonaqlardan hazırki cinayət işi üzrə zərər çəkmiş şəxs Zaxarenkov öz tələblərini irəli sürməyə başlamış, o da sonuncuya bildirmişdir ki, vəsaitlər ləğv olunmuş "xxxx"ın müxbir hesabındadır. O, öz kabinetinə buna dair sənədləri gətirmək üçün getmiş, lakin geri qayıtdıqda otaqda yalnızca Zyryanov və Oleqin olduğunu görmüşdür. O, digər qonaqlar barədə soruşduqda sonuncular ona həmin qonaqların söhbətdən məmnun qalmayaraq getdiklərini bildirmişlər. Növbəti gün Zyryanov ona zəng etmiş, bundan sonra isə görüşmək üçün yenidən ofisinə gəlmişdir. Onlar saat yarım söhbət etsələr də, aralarında heç bir mübahisə olmamışdır. Əlavə olaraq bildirir ki, 1 ay öncə Zyryanov vəkili ilə Bakıya gəlmiş və bu zaman Oleq də onlarla birlikdə olmuşdur. Bu görüşdə vasitəçiyə ehtiyac olmamışdır. 31 iyul 2024-cü il tarixdə polis əməkdaşları ofisinə gələrək general tərəfindən göndərildiklərini bildirərək bu məsələ ilə bağlı danışmaq üçün onu polis idarəsinə dəvət etmişlər. O, vəkilinə zəng edib polis əməkdaşları ilə birlikdə polis idarəsinə getmişdir. Polis idarəsində olan zaman müstəntiq onun xuliqanlıq etməsi barədə ərizə daxil olduğunu bildirmişdir. O, müstəntiqdən həmin ərizəni ona göstərməsini xahiş etsə də, sözügedən ərizə ona təqdim edilməyərək ərizənin məxfi olduğu bildirilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş ərizədə zərərçəkmiş şəxs onun adını belə qeyd etməyib. O, idarəyə gətirilib dindirilərkən zərərçəkmiş şəxsin ərizəsi olmayıb. Onunla zərər çəkmiş şəxsin şirkətləri arasında müqavilə olmuşdur və Ukraynada müharibə başlayana qədər hər şey qaydasında getmişdir. O, hətta zərər çəkmiş hüquqi şəxslərə borclu olduğu pulu şəxsi hesabından ödəməyə çalışmışdır. "xxxx"ın rəhbəri Mahmud Məmmədov ona adıkeçən bankda olan pulların əvəzində ev təklif etmişdir, lakin həmin ev onun pulunun heç 30% belə etmir. Həmçinin ona qarşı irəli sürülmüş mülki iddiaların heç birini qəbul etmir. Ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, İspaniyadakı şirkətin təsisçisi isə başqa bir şəxsdir lakin direktoru o idi, həmin şirkət ancaq mülki aviasiya işləri ilə məşğuldur. Göndərdiyi ehtiyat hissələri arasında təyyarə mühərrikləri deyil, naviqasiya cihazları olub. Razılaşmalara əsasən ehtiyat hissələri Ukraynadan Hindistana göndərilməli idi. Şirkətinin "xxxx"dan başqa "xxxx"da da hesabı var. “Bank VTB”dən da göndərişlər edib və həmin hesabı da hazırda aktivdir. Rusiyaya qarşı sanksiyalar başladığından sifarişləri qəbul bilməyib. Görüşdə o, Təqsirləndirilən şəxs2, Zavarenkov, Stepin, Şahid3 və Nümayəndə2 olub. Narazıçılıq başlayanda ofisin işçilər otağa daxil olmayıb. O, otağa daxil olanda masa qırılmamışdı və əgər qırılmış olsa idi masanı dəyişmək mümkün deyildi, çünki həmin masa sifariş ilə hazırlanmışdı. Məhkəmə iclasında təqsirləndirilən şəxs və mülki cavabdeh qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü ona qarşı elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 ilə təxminən 20 il bundan əvvəl Ukraynada tanış olmuşdur. Sonuncu ilə dövlət tədbirlərin birində tanış olmuş və aralarında yaxın münasibət yaranmışdır. Kostıantyn sonradan bir müddətlik Fransaya köçüb orada yaşamalı olmuş, daha sonra Bakıya ailəsi ilə birlikdə köçərək Bakıda yaşamışdır. Kostıantyn Azərbaycanda fəaliyyət göstərən ‘‘X24” şirkətinin təsisçisi olmuşdur. Həmin şirkət təyyarələrin təmiri və ehtiyat hissələrinin satışı ilə məşğul olmuşdur. 2024-cü ilin yay aylarında Kostıantyn "xxxx" ASC-nin pul qarşılığında Buzovna qəsəbəsində torpaq sahəsini təklif etdiyini söyləmiş və ondan həmin torpağın qiymətini öyrənməyi xahiş etmişdir. Bu zaman o, nəyə görə bankın Kostıantynə torpaq vermək istədiyini bilməmiş və bu məsələ ona maraqlı olmadığı üçün sonuncunun xahişini yerinə yetirməmişdir. Təxminən 2024-cü ilin iyun ayında Kostıantyn onunla əlaqə saxlayaraq yanına Rusiyadan görüşə borclu olduğu şirkətin direktorunun bir nəfər şəxslə birlikdə gələcəyini demiş, həmçinin şirkətin rəhbəri Vladıslav Zyryanovun yanında gələn şəxsin Azərbaycanda əlaqələrinin olduğu üçün həmin görüşdə onun da iştirak etməyini istəmişdir, çünki o, sərbəst şəkildə Azərbaycan dilində danışa və Azərbaycana bağlı adam olduğu üçün daha yaxşı ünsiyyət qura bilir. Təklifini qəbul etmiş və Kostıantynin şirkətinin ofisinin yerləşdiyi ‘‘Babək Plaza”nın 5-ci mərtəbəsinə qalxaraq otağa daxil olmuşdur. X22 və bir nəfər “Viktor” adlı şəxsin gəldiklərini görmüşdür. Vladıslav baş verən problem barədə Kostıantynə suallar verməyə başlamış, sonuncu isə bütün məsələləri izah etmişdir. Həmin görüş zamanı demək olar ki, heçnə deməmiş və görüşün sonunda Vladıslav problemin mahiyyətini başa düşərək Kostıantyn ilə razılaşaraq oradan getmişdir. Bundan sonra Kostıantyn ilə bu barədə, ümumiyyətlə, danışmamışdır. 29 iyul 2024-cü il tarixdə istifadəsində olan mobil nömrəyə tanımadığı nömrədən zəng gəlmiş, zəng edən şəxs tanışı Şahid3 olmuş və sonuncu ondan Moskva şəhərindən olan dostlarının Kostıantynlə baş tutacaq görüşdə iştirak etməyini xahiş etmişdir. Füzulinin təklifini qəbul edərək görüşdə iştirak edə biləcəyini demiş və bundan sonra Kostıantynə zəng edərək bu barədə məlumat vermişdir. Bununla da həmin gün saat təxminən 16-17 rədələrində artıq ‘‘Babək Plaza”nın qarşısında olmuşdur. Kostıantynin yanına gələn qonaqlar ilə demək olar ki, bir vaxtda oraya çatmışdır. Kostıantyn ‘‘Babək Plaza” kompleksinin birinci mərtəbəsinə düşərək gələn qonaqları və onu qarşılayıb ofisə aparmışdır. Görüşə "xxxx" şirkətinin rəhbəri “Valeriy” adlı şəxs, əvvəl görüşdüyü Vladıslav Zyryanov, Şahid3 və bir nəfər tanımadığı şəxs gəlmişdir. Onlar hamısı əyləşdikdən sonra qonaq gələn şəxslər yenidən pulun hansı səbəbdən geri qaytarılmadığını soruşmuş və Kostıantyn hər bir şeyi yenidən izah etməyə çalışmışdır. Görüş zamanı heç bir söhbət aparmamış və heç kimə heçnə deməmişdir. Söhbət zamanı Kostıantyn dediklərinin təsdiqi üçün bir neçə dəqiqəlik digər otağa keçmişdir. Kostıantyn otağı bir neçə dəqiqəlik tərk etdiyi vaxt “Valery” adlı şəxs ona qarşı naiayiq ifadələr işlədib Kostıantynin onu aldatdığını bildirdiyi üçün heç bir müzakirə aparmaq mümkün olmamışdır. Kostıantyn otaqda olmadığı vaxt Nümayəndə2 başqa yanında olan digər şəxslər ayağa durub otağı tərk edib oradan getdilər. Kostıantyn isə yenidən otağa daxil olub digər şəxslərin oradan getdiyini görərək özü ilə gətirdiyi sənədləri Vladislava təqdim etdi. Vladislav da bir neçə dəqiqə sənədlərə baxaraq həmin günün sabahı yenidən ofisdə görüşəcəklərini bildirmiş və sağollaşaraq oradan getmişdir. O və Kostıantyn təxminən 10 dəqiqə ərzində ofisdə qalıb çay içmiş, daha sonra isə o, sağollaşaraq oradan getmişdir. Həmin görüşdən sonra Kostıantyn ilə yalnız mobil telefon vasitəsi ilə danışmışdır. Kostıantyn ilə digər şirkətlərin nümayəndələri arasında hansı səbəbdən problem yaşandığını bilmir. O, heç kimi şüşə qab ilə vurmayıb. Cinayəti təsdiq edəcək nə qan izi və şahidlər var. Həmçinin ona qarşı irəli sürülmüş mülki iddianı qəbul etmir. Ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, Zaxarenkov onunla söyüş söyərək danışmış, o, da sonuncudan söyüş söyməməsini tələb etmişdir. Zaxarenkov ona tərəf gələn zaman ayağı ilişib yıxılmış və nəticədə başı dəymişdir. Bu söhbət baş verərək Kucher Kostiantyn otaqda olmamışdır. O, görüşə heç bir tərəfindən getməyib. Onu görüşə görüşə Şahid3 çağırıb. O, qonaqların Kucher Kostyantyni tanıdıqlarını bilsəydi, görüşə, ümumiyyətlə, getməzdi. Zyryanov ilə son iddia edilən hadisədən öncə görüşü olub. Məhkəmə dövlət ittihamçısını, zərər çəkmiş və mülki iddiaçı fiziki və hüquqi şəxslərin nümayəndəsini, təqsirləndirilən şəxs və mülki cavabdehləri, onların müdafiəçilərini dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs1in əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.4-cü maddəsinin tərkibi olmadığından ona həmin maddə üzrə bəraət verilməlidir, bundan başqa təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi və təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətmişdir və onların təqsiri aşağıda göstərilən sübutlarla təsdiq edilir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsindən göstərmişdir ki, idarə heyətinin sədri olduğu Moskva şəhərində fəaliyyət göstərən “Avıazapchast Səhmdar Cəmiyyəti İle Təqsirləndirilən şəxs1in arasında biznes əməkdaşlığı 2019-cu ildən başlamışdır. Həmin vaxt Təqsirləndirilən şəxs1 İspaniya Krallığında fəaliyyət göstərən “X39” və Rumıniya dövlətində fəaliyyət göstərən “Neves 77 Solution SRL” şirkətlərinin baş direktoru kimi tanımışdır. Həmin şirkətlər mülki və hərbi təyyarələrin ehtiyat hissələrinin alınması və çatdırılması işi ilə məşğul olmuşdur. Həmin vaxt "xxxx" SC-nin baş direktoru olmuş Viktor Gerukun adına “X39" şirkətinin adından əməkdaşlıq barədə məktub göndərilmişdir. Beləliklə 29 yanvar 2019-cu il tarixdə ilk dəfə "xxxx" SC ilə “X39” şirkəti arasında müqavilə bağlanmışdır. Müqaviləyə əsasən Ukrayna dövlətində istehsal edilən mülki təyyarələr üçün ehtiyat hissələri Hindistana çatdırılmalı olmuşdur. Həmin müqavilələrin şərtlərinə uyğun olaraq 2019-cu ilin mart və may aylarında ehtiyat hissələri Hindistan dövlətinə çatdırılmışdır. 2020-ci ilin iyul ayında Rusiya Federasiyasında Avropa bankları tərəfindən göndərilən pulların qəbul edilməsi və beynəlxalq səviyyədə Rusiyaya qarşı müxtəlif növ sanksiyaların tətbiq edilməsi səbəbindən “X39” şirkəti tərəfindən sifarişlərin icra edilməsinin Azərbaycanda fəaliyyət göstərən “X24” şirkətinin vasitəsi ilə həyata keçirilməsi barədə təklif edilmişdir. “X39” şirkətinin təklifini nəzərdən keçirib Təqsirləndirilən şəxs1in təsisçisi və baş direktoru olduğu “X24” şirkəti ilə 09 iyul 2020-ci il tarixdə GFT-003 nömrəli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən Ukraynanın Kiyev şəhərində fəaliyyət göstərən “Radioizmeritel” və "UKRNİİR” şirkətləri, Xmelniçkiy şəhərində fəaliyyət göstərən “Novator” şirkətində istehsal edilən mülki təyyarələrin ehtiyat hissələri 31 dekabr 2020-ci il tarixədək Hindistan dövlətinə çatdırılmalı olmuşdur. Müqaviləyə əsasən şirkət tərəfindən ümumi sifariş edilən məhsulun 70 faizi məbləğində avans şəklində ilkin ödəniş edilməli, qarşı tərəf, yəni "GFT” şirkəti sifariş edilən məhsulun göndərilməsi üçün hazır olması barədə məlumat verdikdən sonra 10 gün ərzində qalan məbləğ onların tərəfindən göndərilməli idi. Həmin müqavilə şirkətlərin adından həmin vaxt "xxxx" SC-nin baş direktoru olmuş Viktor Ceruk va "xxxx" şirkətinin direktoru olmuş Şahid6 tərəfindən imzalanmışdır. "xxxx" MMC-nin adından müqaviləyə Şahid6 tərəfindən imza edilsə də bütün danışıqlar və sövdələşmələr Təqsirləndirilən şəxs1 ilə aparılmışdır. Beləliklə müqavilə bağlandıqdan sonra 2020-2023cü illər ərzində şirkətlər arasında həmin müqaviləyə əlavə olaraq 10 ədəd müqavilələr də imzalanmış və 10 spesifikasiyada öz əksini tapmış məhsullar təyinat yerinə çatdırılmalı olmuşdur. Həmin 10 ədəd spesifikasiyada öz əksini tapmış məhsullardan 6 spesifikasiya üzrə onun şirkəti tərəfindən tam məbləğdə ödəniş edilmiş və məhsullar 2020-2021-ci illər ərzində razılaşdırılan qaydada Hindistana çatdırılmışdır. Sonradan isə qalan 4 spesifikasiya üzrə müqavilə şərtlərinə uyğun olaraq avans şəklində məhsulun ümumi qiymətinin 70 faizi məbləğində, yəni ümumilikdə 820354,50 avro məbləğində ödənişlər edilmişdir. Belə ki, "xxxx" Səhmdar Cəmiyyəti tərəfindən 15 oktyabr 2021-ci il tarixdə 5.488 avro, 31 yanvar 2022-ci il tarixdə 5.806,50 avro, 29 avqust 2022-ci il tarixdə 36.260 avro, 27 aprel 2023-cü il tarixdə 400000 avro və 06 iyun 2023-cü il tarixdə 372.800 avro olmaqla ümumilikdə 820.354,50 avro məbləğində pul vəsaiti “X24” şirkətinin Azərbaycan Respublikasında fəaliyyət göstərən bankların hesablarına avans şəklində köçürülmüşdür. Həmin ödənişlərin çoxu "xxxx" şirkətinin "xxxx"da yerləşən hesablarına, yalnız 400.000 avro məbləğində pul vəsaiti "xxxx" və 372.800 avro məbləğində pul vəsaiti "xxxx"də olan hesaba köçürülmüşdür. Beləliklə göndərilmiş ümumilikdə 820.354,50 avro məbləğində pul vəsaitindən cəmi 400.000 avro "xxxx"a köçürülmüşdür. 2023-cü ilin avqust ayında "xxxx" MMC tərəfindən şirkətə sifariş edilən məhsulların daşınması üçün hazır olması barədə məktub göndərilmişdir. Həmin vaxtadək "xxxx" şirkəti tərəfindən sifarişlərin icra edilməsi onlara məlum olmayan səbəblərə görə gecikdiyi üçün əlavə ödəniş etməmişdən əvvəl 2023-cü ilin avqust ayında şirkət tərəfindən "GFT” MMC-yə həmin məhsulların həqiqətən də hazır olmasının təsdiq edilməsi üçün məhsulların pasportlarının surəti, zavod nömrələrinin identifikasiyası üçün blokların şəkilləri və digər təsdiqedici sənədlərin göndərilməsi tələb edilmişdir. Lakin həmin məktuba heç bir cavab verilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 həm şifahi şəkildə həm də məktub şəklində məhsulların istehsal edildiyi Ukrayna dövlətində hərbi vəziyyətin elan olunduğu üçün məhsulların çatdırılmasında problemlərin yarandığını bildirmişdir. Halbuki əvvəlki məktublarda məhsulların artıq hazır olması göstərilmişdir. Bu kimi hallara görə "xxxx" şirkəti bir neçə dəfə məktublar göndərərək çatdırılma müddətinin təxirə salınacağını qeyd etmişdir. Daha sonra onların bir neçə məktubuna cavab olaraq "xxxx" MMC tərəfindən Ukrayna dövlətində Rusiya Federasiyasında fəaliyyət göstərən şirkətlərə qarşı sanksiyaların tətbiq edilməsi üçün çatdırmanın çətinləşməsi barədə bildirilmiş, konkret olaraq sifarişin hansı vaxtadək icra ediləcəyi barədə heç bir məlumat verilməmişdir. 2024-cü ilin mart ayında "GFT” şirkəti məktubla müraciət edərək güya Ukrayna Dövlətində fəaliyyət göstərən məhsulların alınacağı şirkətin əsas səhmdarlarının biri olan X11 vəfat etdiyini bildirmiş, həmin şəxslə aralarında hazır məhsulun daşınması üzrə müqavilənin bağlandığı üçün sifarişin bu səbəbdən icra edilə bilmədiyini göstərmişdir. Lakin həmin Nikolay Kolesnikovun bu proseslərdə nə kimi rol oynadığı və ümumiyyətlə, kim olması barədə heç bir məlumat verilməmişdir. Bundan başqa həmin şəxsin həqiqətən də vəfat etməsini təsdiq edən sənədlərdə təqdim edilməmişdir. Ümumiyyətlə, Təqsirləndirilən şəxs1 tərəfindən bu kimi məktubların göndərilməsi törədilmiş cinayətin ifşa edilməsinin qarşısını almaq və vaxt qazamaq məqsədini daşımışdır. 21 may 2024-cü il tarixdə razılaşmalar üzrə bütün sifarişlərin icra müddəti pozulduğu üçün "xxxx" şirkəti tərəfindən "xxxx" şirkəti ilə olan müqaviləyə xitam verilməsi və ödənilmiş avans pulun geri qaytarılması barədə məktub göndərilmişdir. Buna cavab olaraq 30 may 2024-cü il tarixdə məktubla "xxxx" şirkəti tərəfindən ödənilmiş avans pulun bir hissəsinin sifarişin icra edilməsi üçün İspaniya Krallığında fəaliyyət göstərən “X39” şirkətinə göndərilməsi, lakin həmin şirkətin İspaniyada cinayət təqibinə məruz qaldığı üçün hesablarının dondurulması və fəaliyyətinin dayandırılması barədə bildirilmişdir. Bundan əvvəl məhz Təqsirləndirilən şəxs1in təşəbbüsü ilə sifarişlərin “X39” şirkəti ilə deyil, “X24” şirkətinin vasitəsi ilə həyata keçirilməsi qərarına gəlinmiş, lakin həmin məktubunda Təqsirləndirilən şəxs1 nədənsə avans ödənişlərin bir hissəsinin “X39” şirkətinə göndərildiyini qeyd edib buna dair heç bir izah verməmişdir. Göndərilən pulun qalan hissəsi isə məktuba əsasən Azərbaycan Respublikasında lisenziyası ləğv edilmiş "xxxx"da olduğu üçün hesabın dondurulması barədə məlumat verilmişdir. İndiyədək qeyd edilən sifariş üzrə heç bir öhdəlik yerinə yetirilməmiş və tərəflərindən göndərilən xüsusilə külli miqdarda pul vəsaitləri dələduzluqla ələ keçirilmişdir. Bundan başqa 27 mart 2023-cü il tarixdə tanışı Rusiya Federasiyasının vətəndaşı Vladıslav Zyryanovun baş direktoru olduğu və hazırda onun baş direktorun müavini vəzifəsini icra etdiyi Qazaxıstan Respublikasının Almatı şəhərində fəaliyyət göstərən “X1” MMC ilə “X30” MMC arasında mülki təyyarələr üçün ehtiyat hissələrinin alınaraq çatdırılması barədə müqavilə bağlanmışdır. Həmin müqaviləyə "xxxx" şirkəti tərəfindən həmin vaxt direktor olmuş Şahid8 və “PPK” şrikəti tərəfindən direktor Şahid2 imza etmişlər. Müqavilənin şərtlərinə uyğun olaraq "xxxx" MMC tərəfindən Çexiya Respublikasında istehsal edilən məhsullar Qazaxıstana çatdırılmalı olmuşdur. Həmin müqaviləyə əlavə olaraq tərtib edilmiş spesifikasiyalara uyğun məhsullar "xxxx" şirkəti tərəfindən hissə-hissə çatdırılmalı olmuşdur. Ödənişlər müqaviləyə əlavə edilmiş spesifikasiyalara uyğun edilməli olmuşdur. Beləliklə, bütün razılaşmalara uyğun olaraq 29 mart 2023-cü il tarixdə ilk dəfə 800.000 avro, daha sonra 30 mart 2023-cü tarixdə yenidən 800.000 avro, 28 aprel 2023-cü il tarixdə 50.000 avro, həmin tarixdə 302.080 avro, 19 may 2023-cü il tarixdə 234.720 avro və sonuncu dəfə 08 iyun 2023-cü il tarixdə 586.800 avro məbləğində pul vəsaiti "xxxx" şirkətinin Azərbaycanda fəaliyyət göstərən banklardakı hesablarına göndərilmişdir. Həmin pul vəsaitləri “GunayBank”da olan hesablara göndərilmiş, yalnız sonuncu 586.800 avro məbləğində ödəniş "xxxx"də olan hesaba köçürülmüşdür. Beləliklə, şirkət tərəfindən ümumilikdə avans şəklində 2.773.600 avro məbləğində pul vəsaiti ödənilmişdir. Daha sonra "xxxx" şirkəti tərəfindən ümumi sözlərlə güya dünya üzrə yaranmış çətin siyasi vəziyyətlə əlaqədar 1 nömrəli spesifikasiya üzrə sifarişin icra müddətinin təxirə salınması barədə qeyd edilmişdir. Sonuncu dəfə sifarişin 2023-cü ilin dekabr ayının sonunadək icra ediləcəyi göstərilmişdir. Bundan sonra uzun müddət ərzində Təqsirləndirilən şəxs1 tərəfindən ümumi sözlər və bəhanələr ilə sifarişin icra edilməsinin gecikməsi barədə deyilmişdir. “X1” şirkəti tərəfindən sifarişin təcili olaraq icra edilməsi tələbi barədə 2024-cü ilin may ayında məktubla müraciət edilmiş və buna cavab olaraq "xxxx" şirkəti güya avans şəklində göndərilən pul vəsaitinin bir hissəsinin məhsulun istehsal olunması üçün göndərilməsi, digər hissəsinin isə Azərbaycanda ləğv edilmiş "xxxx"dakı hesabda dondurulması barədə məlumat verilmişdir. Lakin avans ödənişin bir hissəsinin sifarişin icra edilməsi ilə bağlı konkret olaraq hara, hansı şirkətə göndərilməsi barədə heç bir məlumat verilməmişdir. Sifarişin icra edilmədiyini görüb 14 iyun 2024-cü il tarixdə 27 mart 2023-cü il tarixli müqaviləyə xitam verilmiş və "xxxx" şirkətinə dəfələrlə ödənilən pul vəsaitinin geri qaytarılması ilə bağlı məktublar göndərilmişdir. Təqsirləndirilən şəxs1 ilə baş tutan görüşlər zamanı sonuncu şifahi olaraq güya pul vəsaitlərinin bir hissəsini Çexiya Respublikasında fəaliyyət göstərən şirkətlərin birinə göndərildiyini və məhsulun artıq hazır olacağını, ilkin olaraq Azərbaycan Respublikasına çatdırılacağını, buradan İsə Qazaxıstan dövlətinə göndəriləcəyini bildirmişdir. Həmçinin görüşlər zamanı Təqsirləndirilən şəxs1 bir neçə dəfə məhsulların artıq hazır olduğunu bildirmiş, lakin məhsulun hazır olmasını təsdiq edəcək sənədlər tələb edildikdə onları təqdim etməkdən yayınmışdır. Lakin sonuncu dəfə baş verən görüş zamanı Təqsirləndirilən şəxs1 məhsulun hazır olması və çatdırılması ilə bağlı bir söz belə deməyərək "xxxx"da olan şirkətin hesabının dondurulması səbəbindən sifarişin icra edilməsinin mümkün olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs1 konkret olaraq pulların nə vaxt qaytarılacağını söyləməmişdir. Beləliklə uzun müddət ərzində Kostıantyn müxtəlif bəhanələr ilə törətdiyi cinayət əməlinin ifşa olunmasının qarşısını almaq istədiyi üçün onları aldadıb sifarişin icra edilməsi istiqamətində heç bir tədbir görmədən göndərilən pul vəsaitlərini ələ keçirmişdir. Artıq uzun müddət ərzində külli miqdarda pul vəsaitinin ödənilməsinə baxmayaraq heç bir ehtiyat hissələri razılaşdırdıqları qaydada çatdırılmadığından 23 dekabr 2023-cü il tarixdə o və “X1" MMC-nin direktoru olan Vladıslav Zyryanov Bakı şəhərinə gələrək “Force Technology” şirkətinin ofisinin yerləşdiyi Xətai rayonu, Babək prospekti 12 A ünvanındakı “Babək Plaza’nın 5-ci mərtəbəsində olan ofisdə Kostıantyn ilə görüşmüşlər. Kucher Kostiantyn görüş zamanı tutarlı bir səbəb gətirmədən sifarişlərin gecikdiyini bildirmişdir. 01 fevral 2024-cü il tarixədək 820.354 avro məbləğində, 01 may 2024-cü il tarixədək isə 2.773.600 avro məbləğində olan sifarişlər üzrə öhdəlikləri icra edəcəklərinə dair söz vermişdir. Həmin görüşdə yalnız o, Vladıslav Zyryanov və Kostiantyn Kucher iştirak etmişdir. 2024-cü ilin iyun ayında Vladıslav Zyryanov Bakı şəhərinə gələrək “Babək Plaza”da yerləşən ofisdə Kucher Kostiantyn ilə yenidən görüşmüşdür. Həmçinin həmin görüşdə Təqsirləndirilən şəxs2 də iştirak etmişdir. Təqsirləndirilən şəxs2 güya Kucher Kostiantyn ilə əməkdaşlıq etdiyini və hər bir problemini həll etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 “X24" şirkətinin hesabının "xxxx"da yerləşdiyini və həmin bankın lisenziyasının alındığını, müflisləşdiyi üçün bütün hesabların dondurulduğunu bildirmiş, lakin buna baxmayaraq pulun geri qaytarılacağına dair zamin olduğunu söyləmişdir. Bundan sonra X17 şəhərinə qayıdaraq ona bu barədə danışmışdır. 29 iyul 2024-cü il tarixdə günorta saatlarında “Avıazapchast" şirkətinin İdarə Heyətinin üzvü Sergey Stepın və Vladıslav Zyryanov ilə birlikdə Bakı şəhərinə gəlmişlər. Hava limanında onları Sergeyin tanışı olan Şahid3 qarşılamışdır. İlkin olaraq Füzuli onları qalacaqları “İntercontinental” otelə aparmışdır. Təxminən saat 17:00 radələrində onların istəyi ilə Füzuli idarə etdiyi avtomobil ilə onları “Babək Plaza”ya aparmışdır. Orada 5-ci mərtəbəyə qalxdıqdan sonra Füzuli girişdə onları gözləmiş, o, Sergey Stepın və Vladıslav Zyryanov ilə birlikdə ofisə daxil olmuşlar. X25 və Təqsirləndirilən şəxs2 ilə görüşmüşlər. Görüş təxminən 5 dəqiqə ərzində davam etmişdir. Belə ki, o və tanışları otağa daxil olan kimi Təqsirləndirilən şəxs1in yanında olan əvvəl tanımadığı həmin Təqsirləndirilən şəxs2 sərt formada onlara müraciət edərək hər bir şeyi bir ay bundan əvvəl artıq Vladıslava izah etdiyini, belə olan halda hansı səbəbdən yenidən buraya gəldiklərini soruşmuşdur. Mülayim formada müraciət edərək baş verən problemin aydınlaşdırılması üçün gəldiyini, pul, yaxud da malların harada olduğunu soruşmuşdur. Təqsirləndirilən şəxs2 heç bir səbəb olmadan qəflətən ona və ailəsinə qarşı nalayiq ifadələr işlədərək ondan Moskva şəhərinə geri qayıtmağını tələb etmiş, həmçinin nümayişkəranə şəkildə hamının yanında onu təhqir etmiş və bu barədə heç bir söhbət aparmayacağını söyləmişdir. Oleq onlara Azərbaycanda yaşamağa imkan verməyəcəyini, Azərbaycanda qalsalar “Başına oyun açacağını”, onlar üçün yaxşı olmayacağını demişdir. Təqsirləndirilən şəxs2 müraciət edərək əsəbləşməməyini xahiş etmiş və zarafatyana rus dilində “Kostiantyn vsex nas leçit” ifadəsini işlətmişdir. Həmin ifadənin hərfi mənası “Kostiantyn bizi hamımızı müalicə edir”, lakin real mənası Təqsirləndirilən şəxs1in onları aldatması deməkdir. Bunu dedikdən sonra Oleq heç bir əsaslı səbəb olmadan daha da əsəbləşərək ona və ailəsinə qarşı olan təhqirlərini davam edib “Bəyəm mən xəstəyəm məni kimsə müalicə etsin" deyərək ona xəsarət yetirəcəyi ilə hədələməyə başlamışdır. Oleq uca səslə danışdığı üçün otağın çölündə bir neçə şəxslərin toplaşdığını hiss etmişdir. Təqsirləndirilən şəxs2 dayanmadan ona qarşı nalayiq ifadələr işlədərək qəflətən qarşısında olan masanın üzərindəki su ilə dolu olan şüşə butulkanı götürüb bərk şəkildə üzərinə atmışdır. Həmin butulka üz nahiyəsinə doğru gəlmiş və buna görə refleks halında üzünü sol əli ilə örtdükdə butulka bərk şəkildə sol qoluna dəymişdir. Əli çox şiddətli ağrımağa başlamışdır. Həmin anda Kucher Kostiantyn masanın üzərində olan digər şüşə butulkanı götürüb ona tərəf atmışdır. Bu dəfə sağ qolu ilə üzünü tutmağa çalışdır. Butulka sağ qolunun dirsək nahiyyəsinə dəydikdən sonra sürüşərək alnına dəymişdir. Bundan sonra alın nahiyəsindən qan axmağa başlamışdır. Yanında olan Sergey Stepın və Vladıslav Zyryanov ona kömək etdikləri zaman Təqsirləndirilən şəxs2 şalvarının cibində olan bıçağı çıxararaq həmin bıçaqla ona xəsarət yetirəcəyini söyləyərək hədələməyə başlamışdır. Bu zaman alnından qan axmış və vəziyyəti yaxşı olmamışdır. Yanında olan tanışlarının köməkliyi ilə otaqdan çıxmışdır. Otaqdan çıxdıqdan sonra bir çox şəxslərin səs-küyə görə otağın qapısı tərəfində toplaşdığını görmüşdür. Hətta alnından qan axdığı üçün plazada işləyən xadimələrdən biri dəsmal ilə qanını silməyə çalışmışdır. Kucher Kostiantyn və Təqsirləndirilən şəxs2 isə otaqda qalmışlar. Füzuli onu gördüyü vaxt nə baş verdiyini soruşmüş, o isə baş verənləri olduğu kimi danışmış və onu xəstəxanaya aparmasını xahiş etmişdir. Füzuli də idarə etdiyi avtomobil ilə onları Heydər Əliyev prospektində yerləşən “Yeni Klinika"ya aparmışdır. Oraya çatdığı vaxt artıq geyindiyi ağ rəngli köynək qan içində olmuşdur. Orada müayinə olunmuş və sol qolunun sümüyünün çatı, o cümlədən alnında yaranın olması müəyyən edilmişdir. Qoluna gips, alnına sarğı qoyulduqdan sonra xəstəxanadan çıxmış və müvəqqəti olaraq yaşadığı “İntercontinental” otelə yollanmışdır. Bundan başqa irəli sürdüyü mülki iddia ərizəsini müdafiə edərək bildirmişdir ki, təqsirləndirilən şəxslər tərəfindən törədilmiş qəsdən sağlamlığa az ağır zərər vurma və xuliqanlıq cinayətləri nəticəsində ona vurulmuş mənəvi zərəri Azərbaycan Respublikası məhkəmə təcrübəsi nəzərə alınmaqla 50.000 (əlli min) manat həddində qiymətləndirir. Qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs1in və Təqsirləndirilən şəxs2 cinayət əməlləri nəticəsində ona vurulmuş mənəvi zərərin əvəzi olaraq 50.000 (əlli min) manat məbləğində pulun sonunculardan tutularaq onun xeyrinə ödənilməsini xahiş etmişdir. Ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, Kucher Kostyantyn ilə münasibətləri ilk dəfə 2019-cu ildə yaranmışdır. Sonuncu İspaniyada olan şirkətin ona məxsus olduğunu bildirmişdir. Viktor Caniyev onlarla işləmirdi, sonuncu şirkətin etibarnamə üzrə nümayəndəsi idi. Viktor Caniyev "xxxx" şirkətinin heç bir danışıqlarında iştirak etməyib. Stepin Şahid3 görüşə tanışı olaraq çağırmışdı. Görüşə qədər sonuncunu tanımayıb. Birinci dəfə Təqsirləndirilən şəxs2 ilə Kucher Kostyanynin ofisində görüşüblər. Oleq görüş zamanı lazım gəlsə onun bütün pulları götürə biləcəyini demişdir. Münaqişələri təxminən iki dəqiqə çəkmişdir. Hər iki təqsirləndirilən şəxs başına şüşə butulka atıblar. Təqsirləndirilən şəxslərlə aralarında barışıq əldə olunmamışdır. Məhkəmə iclasında iştirak edən zərər çəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1, zərər çəkmiş hüquqi şəxslər "xxxx" ASC-nin və “X1” MMC-nin nümayəndələri, vəkil Müdafiəçi1 verilmiş mülki iddiaları müdafiə edərək, Təqsirləndirilən şəxs1in və Təqsirləndirilən şəxs2 cinayət əməlləri nəticəsində zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 vurulmuş mənəvi zərərin əvəzi olaraq 50.000 (əlli min) manat məbləğində pulun təqsirləndirilən şəxslərdən tutularaq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 xeyrinə, Təqsirləndirilən şəxs1in törətdiyi dələduzluq cinayəti nəticəsində zərər çəkmiş hüquqi şəxs “X1” MMC-ə vurulmuş maddi zərərin əvəzi olaraq 5.114.487,51 manat məbləğində pulun Təqsirləndirilən şəxs1dən tutularaq zərər çəkmiş hüquqi şəxs “X1” MMC-nin xeyrinə və Təqsirləndirilən şəxs1in törətdiyi dələduzluq cinayəti nəticəsində zərər çəkmiş hüquqi şəxs "xxxx" ASC-ə vurulmuş maddi zərərin əvəzi olaraq 1.515.688,89 manat məbləğində pulun Təqsirləndirilən şəxs1dən tutularaq zərər çəkmiş hüquqi şəxs "xxxx" ASC-nin xeyrinə ödənilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 ifadəsində göstərmişdir ki, Zakharenkova məxsus "xxxx" Səhmdar Cəmiyyətində hüquqşünas kimi işləyir. Bundan başqa Qazaxıstan Respublikasında həmin şirkətlərin ayrıca nümayəndəliyi olan “X1” MMC-nin əsas hüquqi məsəllərini də o həll edir. Həmin şirkətlər Rusiya Federasiyası üçün xaricdən əsasən də qərb ölkələrindən hərbi və vətəndaş aviasiyası üçün ehtiyat hisslərini digər şirkətlər vasitəsi ilə almaqla məşğul olur. Hazırda Rusiya Federasiyasına qarşı Avropa İttifaqı tərəfindən tətbiq edilmiş maliyyə sanksiyalarına görə onların şirkətlər məcbur olmuşdur ki, üçüncü dövlətlərin ərazisində yerləşən şirkətlərin vasitəsi ilə aviasiya üçün ehtiyat hissələri alsınlar. Nümayəndə1 məxsus “X1” şirkəti ilə Azərbaycan Respublikasında yerləşən və Təqsirləndirilən şəxs1in rəhbərliyi altında rəsmi fəaliyyət göstərən “X24” MMC ilə müqavilə bağlamışdır. Bu müqaviləyə əsasən həmin şirkətə avro valyutasında pul ödəyiblər və əvəzinə aviasiya üçün ehtiyat hissələri verilməli idi. Həmin vaxtdan o və Nümayəndə1 sözügedən şirkətin rəhbəri Təqsirləndirilən şəxs1 ilə danışıqlar aparmış, sonuncudan müqavilənin icrasını tələb etmişlər. Daha sonra məlum olmuşdur ki, Təqsirləndirilən şəxs1 müqaviləni icra etməyəcək və Çexiya Respublikasında istehsal edilmiş aviasiya üçün nəzərdə tutulmuş ehtiyat hissələrini Rusiya Federasiyasına ixrac etməyəcək. Buna görə də, Təqsirləndirilən şəxs1 "xxxx" və “X1” şirkətləri tərəfindən ümumilikdə ödənilmiş pulların geri qaytarmasını tələb etmişlər. Təqsirləndirilən şəxs1 pulu ödəməmək üçün müxtəlif bəhanələr gətirmişdir. Buna görə də, "xxxx" və “X1” şirkətləri “X24” MMC ilə müqavilələri ləğv etmişlər. Nümayəndə1 və Vladıslav Zyryanov ilə birlikdə 29 iyul 2024-cü il tarixdə saat 13:00 radələrində Bakı şəhərinə gəlmişlər. Bakı şəhərinə gəlməmişdən əvvəl tanışı Saşadan xahiş etmişdir ki, Bakı şəhərində onlara kömək edəcək şəxs tapsın. Saşa da Bakı şəhərində yaşayan Şahid3 xahiş etmişdir ki, onlara köməklik etsin. Buna görə də, Saşa onlara Şahid3 nömrəsini verərək zəng etməyini demişdir. O, Şahid3 zəng edərək köməklik etməsini xahiş etmişdir. Füzuli onları hava limanında qarşılayacağını demişdir. Saat 15:00 radələrində Bakı şəhərində yerləşən hava limanına eniş etdikdən sonra Şahid3 onları orada qarşılamışdır. Onlar Füzulinin idarə etdiyi avtomobil ilə “İntercontinental otel”ə gəlmiş, orada yerləşdikdən təxminən yarım saat sonra yenidən Füzuli ilə görüşmüşlər. Füzuliyə “Babək Plaza”da işlə bağlı görüşün olduğunu deyərək onları oraya aparmasını xahiş etmişlər. Füzuli saat 17:00 radələrində idarə etdiyi avtomobil ilə onları Xətai rayonu, Babək prospekti 12A ünvanında yerləşən “Babək Plaza” adlı biznes mərkəzinə aparmışdır. Orada birlikdə 5-ci mərtəbəyə qalxmış, Füzuli ofisin giriş hissəsində yerləşən otaqda onları gözləməyə başlamış, onları isə “X24" şirkətinin ofisinə daxil olmuşlar. Danışıqlar otağında Təqsirləndirilən şəxs1 və adını sonradan orada bildiyi Təqsirləndirilən şəxs2 var idi. Təqsirləndirilən şəxs2 həmin vaxt özünü Təqsirləndirilən şəxs1 kompanyonu kimi təqdim etmiş və bildirmişdir ki, birlikdə sahibkarlıq fəaliyyəti ilə məşğul olurlar. Oleqin barəsində birinci dəfə eşitdiyini demiş, sonuncu isə kobud formada ona cavab vermişdir. Həmin vaxt Təqsirləndirilən şəxs1 yanında özünü kompanyonu kimi təqdim edən Təqsirləndirilən şəxs2 uca tonla “Siz bura niyə gəlmisiniz, biz sizin hüquqşünaslarınıza hər şeyi izah etmişik” demişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 bildirmişdir ki, bütün pullar Azərbaycan Respublikası “Mərkəzi Bank” tərəfindən lisenziyası ləğv edilmiş "xxxx"da qalmışdır. Ona görə də istəsələr Rusiya səfirliyi vasitəsilə “Mərkəzi Bank”a təsir edib həmin pulları geri ala bilərlər. Onlar buna razı olmamışdır, çünki Təqsirləndirilən şəxs1 növbəti dəfə pulu ödəməmək üçün bəhanə olduğunu başa düşmüşlər. Ona görə də, bu təklifə öz neqativ münasibətlərini bildirmişlər. Həmin vaxt orada olan Nümayəndə1 Təqsirləndirilən şəxs2 jarqon dilində “Təqsirləndirilən şəxs1 səni müalicə edir.”, yəni səni aldadır demişdir. Həmin vaxt Təqsirləndirilən şəxs2 əsəbləşmiş, ayağa qalxaraq ucadan qışqırıb “Mən niyə xəstəyəm ki, məni müalicə etsinlər?” demişdir. Oleq onlara Azərbaycanda yaşamağa imkan verməyəcəklərini, Azərbaycanda qalsalar, yaxşı olmayacağını demişdir. Daha sonra Təqsirləndirilən şəxs2 danışıq masasının üzərində olan içində su olan şüşə qabını (butulkanı) götürüb Nümayəndə1 üzərinə başı istiqamətində atmış, həmin vaxt Nümayəndə1 sol qolu ilə başını tutmuş və su butulkası sol qoluna dəymişdir. Təqsirləndirilən şəxs2 ardınca isə Təqsirləndirilən şəxs1 masanın üzərində olan digər şüşə butulkanı götürüb Nümayəndə1n başına doğru atmışdır. Bu dəfə Nümayəndə1 sağ qolu ilə başını qorumağa çalışmış, nəticədə butulka sağ qolunun dirsək nahiyəsinə dəydikdən sonra sürüşərək alnına dəymişdir. Bundan sonra Nümayəndə1 alnından qan axmağa başlamış, bu zaman o və X18 Zakharenkovu təcili olaraq danışıqlar otağından çıxarıb ilk yardımı biznes mərkəzinin “resepşn” xidmətində göstərmişlər. Ofisin giriş hissəsində yerləşən Şahid3 Nümayəndə1 alnından üzünə doğru qan axdığını gördükdə nə baş verdiyini soruşmuş, Nümayəndə1 də sonuncuya baş verənləri danışmışdır. Bundan sonra onlar Şahid3 onları xəstəxanaya aparmasını xahiş etmiş, sonuncu da idarə etdiyi avtomobil ilə onları xəstəxanaya aparmış və orada Nümayəndə1ə tibbi yardım göstərilmişdir. Xəstəxanada onlara məlum olmuşdur ki, Nümayəndə1 sol əlinin bilək sümüyü sınmış və alnından xəsarət almışdır. Baş vermiş hadisə zamanı Valery Təqsirləndirilən şəxs2, yaxud Təqsirləndirilən şəxs1 qarşı heç bir fiziki təsir göstərməmiş, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 heç bir səbəb olmadan masanın üzərində olan 2 butulkanı ardıcıl olaraq Nümayəndə1 doğru ataraq ona xəsarət yetirmişlər. Təqsirləndirilən şəxs2 Nümayəndə1 ünvanına ucadan nalayıq ifadələr işlətmiş, sərt döyməklə hədələmişdir. Bu səsə ətrafda olan digər biznes mərkəzinin işçilər administratoru, xadimələr və orada olan digər bizdən başqa olan şəxslər gəlmişlər. Hadisə zamanı masanın ətrafı Nümayəndə1 qanı ilə bulaşmış, bunu ora gələn digər şəxslər görüb qorxuya düşmüşlər. Buna baxmayaraq Təqsirləndirilən şəxs2 öz əməlini davam etməyə çalışmış, ucadan Valeryni hədələməyə davam etmiş və həmin zaman onlar sonuncunu oradan çıxarmışlar. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 su butulkalarını Nümayəndə1 ataraq ətrafda olan şəxslərə öz güclərini və üstünlüklərini göstərərək sonuncunun sağlamlığı və həyatı üçün ciddi təhlükə yaratmaq istəmişlər. Təqsirləndirilən şəxs2 üzərində olan bıçaq metal rəngli düyməli, qatlanan bıçaq olmuşdur. Oleq həmin bıçağı əynində olan şalvarının sağ yan cibindən çıxarmış və açıq vəziyyətə gətirmişdir. Həmin bıçaq açıq vəziyyətdə təxminən 15-20 sm uzunluqda olmuşdur. Ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, o, tərəflər arasında müqavilələrin bağlamasında iştirak etməyib. Təqsirləndirilən şəxs2 görüşdə olması təəccüblü idi, sonuncu Kucher Kostiantynə himayədarlıq edirdi. “X24” MMC-nin "xxxx"da dondurulmuş hesabları var idi. Kucher ilə "xxxx" SC arasında 200.000 avroluq müqavilə olub və icra edilib, lakin həmin müqaviləni icra edən şirkət “X24” MMC olmayıb. Əldə edilmiş pullar Kucher Kostyantyn tərəfindən şəxsi ehtiyaclarına xərclənib. Viktor Caniyev "xxxx" SC-nin nümayəndəsidir və hüquqşunasdır, sonuncunun hansı vəzifədə işləməsi barəsində məlumatsızdır. Onlar Kucherin dələduz olduğunu zənn edərək polisə müraciət etmişlər. Şahid3 ilə ortaq dostları var, Aleksandr Karokov xahiş etmişdi ki, Şahid3 Bakıda onları qarşılasın, lakin onları dəvət edən Kucher Kostyantyn olub. Sonuncu onlara menecerləri Vikulin vasitəsi ilə müraciət edib və həmin əməkdaş da artıq işdən azad edilib. Bu dəvət barədə məlumatı ona Aleksandr Karokov vermişdi. Kucher Kostyantyn görüşə şəxsən onu yox, “Aviazapçat” SCnin nümayəndələrini dəvət etmişdi. İlk şüşə qabı Krapivin, ikincini isə Kucher atıb. Şahid3 Təqsirləndirilən şəxs2 ilə dostluq etməsini bilməyib. Şahid3 bu görüşə heç kəsi dəvət etməyib. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, 2022-ci ilin sentyabr ayından etibarən ünvan 16 ünvanında yerləşən “X1” MMC-nin direktoru vəzifəsində işləyir. Həmin şirkətin direktoru olsa da, şirkət faktiki olaraq Rusiya Federasiyasının vətəndaşı, tanışı Nümayəndə1 məxsusdur. 2023-cü ilin mart ayının əvvəllərində "xxxx" Səhmdar Cəmiyyətinin yerləşdiyi Moskva şəhərindəki ofisində Nümayəndə1 vasitəsilə Təqsirləndirilən şəxs1 ilə tanış olub. Təqsirləndirilən şəxs1 Bakı şəhərində fəaliyyət göstərən "X24” MMC-nin təsisçisi və rəhbəri idi. Həmin vaxtadək Nümayəndə1 rəhbəri olduğu "Avıazapchast” şirkəti ilə "xxxx" MMC arasında artıq müqavilə bağlanmış və orada görüşməyin məqsədi direktoru olduğu “X1” şirkəti ilə "GFT” MMC-nin əməkdaşlığı olmuşdur. Görüşdə bəzi iş məqamlarını müzakirə edərək şirkətlər arasında müqavilənin bağlanmasına razılıq verilmişdir. Beləliklə 27 mart 2023-cü il tarixdə “X24” MMC ilə “X1" MMC arasında müqavilə bağlanmışdır. "xxxx" MMC tərəfdən müqavilə həmin dövr direktor olan Şahid8 tərəfindən, “X1” MMC tərəfdən isə onun tərəfindən imzalanmışdır. Şirkətlər arasında olan razılaşmaya əsasən “X24" MMC tərəfindən müəyyən ehtiyat hissələri Qazaxıstan Respublikasına, yəni onların şirkətinə çatdırılmalı idi. Həmin malların haradan alınaraq ölkəyə gətirilməsi barədə heç bir məlumatı olmamışdır. Müqavilə elektron poçt mübadiləsi vasitəsilə imzalanmışdır. Müqavilənin 1 nömrəli spesifikasiyasına əsasən 2023-cü ildə alıcı yəni “X1” MMC ******* avro məbləğində mallar üçün avansı təchizatçı, yəni “X24” MMC-nin bank hesabına köçürmüşdür. Müqavilənin 2 saylı spesifikasiyasına əsasən 2024-cü ildə alıcı “X1” MMC 1.173.600 avro məbləğində mallar üçün avansı təchizatçı “X24” MMC-nin bank hesabına köçürmüşdür. Belə ki, şirkət tərəfindən 29 mart 2023-cü il tarixdə ilk dəfə 800.000 avro, daha sonra 30 mart 2023-cü tarixdə yenidən 800.000 avro, 28 aprel 2023-cü il tarixdə 50.000 avro, həmin tarixdə 302.080 avro, 19 may 2023-cü il tarixdə. 234.720 avro və sonuncu dəfə 08 iyun 2023-cü il tarixdə 586.800 avro məbləğində pul vəsaiti "xxxx" şirkətinin Azərbaycanda fəaliyyət göstərən banklardakı hesablarına göndərilmişdir. Həmin pul vəsaitləri "xxxx"da olan hesablara göndərilmiş, yalnız sonuncu 586.800 avro məbləğində ödəniş "xxxx"də olan hesaba köçürülmüşdür. Beləliklə şirkət tərəfindən ümumilikdə avans şəklində 2.773.600 avro məbləğində pul vəsaiti ödənilmişdir. Ödəniş edildikdən sonra dəfələrlə Təqsirləndirilən şəxs1 ilə əlaqə saxlanılmış və ilkin olaraq təxminən 2024-cü ilin əvvəllərinədək Kostıantyn sifarişin icra ediləcəyini və heç bir narahatçılığa səbəbin olmadığını bildirmişdir. Kostıantynın sözlərinə görə bütün məhsullar artıq istehsal olunmuş və daşınma üçün hazır olmuşdur. Onlar isə dəfələrlə əlaqə saxlayıb əgər məhsullar hazırdırsa bunu təsdiq edə biləcək sənəd və fotoşəkillərin təqdim edilməsini istəmiş, lakin Kostıantyn tərəfindən onların müraciətlərinə heç bir cavab verilməmişdir. Bununla da sifarişin icra edilməsi müddətləri tamamilə pozulmuşdur. Bu minvalla xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində Kostıatyn Kucher telefon danışıqlarında ona və Nümayəndə1 malların çatdırılması ilə bağlı problemlər haqqında müxtəlif məlumatlar vermişdir. Sözlərinə görə xarici mal təchizatçısına (Avropa şirkəti) qarşı sanksiyalar, xarici təchizatçının hesablarına həbs qoyulması səbəbindən sifarişin icra edilməsi gecikmişdir. Bundan əlavə Kostıantyn malların 2-4 ay gecikmə ilə çatdırılması barədə dəfələrlə vədlər vermiş, həmçinin demişdir ki, mal qismən istehsal edilib və istehsalçının anbarındadır. 2023-cü il ərzində Kostıantyn dəfələrlə onları əmin etmişdir ki, alınan 2.773.600 avro məbləğində bütün vəsaitlər malların istehsalçısına köçürülmüşdür. 2024-cü ilin yanvarından may ayına qədər, yəni müqavilənin 1 saylı spesifikasiyası ilə malın birinci hissəsinin çatdırılma müddəti başa çatdıqda Kostıantyn onlara məlumat vermişdir ki, tərəfdaşı və malın istehsalçısı barəsində aparılan araşdırmaya görə çatdırılma qeyri-mümkündür və yoxlama aparılır, lakin malların bir hissəsi istehsal edilərək istehsalçının anbarındadır. X12 ölkəsindəki anbarda yerləşməsinin təsdiqi kimi, yəni malların fotoşəkillərinin miqdarını göstərən istehsal edilmiş məhsulların inventar nömrələrinin siyahısı ilə təmin edilməsi tələbi isə Kostıantyn tərəfindən məlum olmayan səbəblərdən təmin edilməmişdir. Bütün bu problemlərə görə Kostıantyn tərəfindən müqavilənin şərtləri əhəmiyyətli dərəcədə pozulduğuna görə 27 mart 2023-cü il tarixli № 031/3xx/xx/270323 nömrəli müqavilənin 22 may 2024-cü il tarixində ləğv edilməsini bildirmişlər. Müqavilənin ləğvi ilə əlaqədar olaraq mallar üçün əvvəlcədən köçürülmüş ******* avro məbləğində avans ödənişinin qaytarılmasını tələb etmişlər. O, qeyd edilən problemlərin həlli və danışıqların aparılması üçün mən bir neçə dəfə Bakı şəhərində gəlib Kostıantyn ilə görüşmüşdür. İlk dəfə 06 noyabr 2023-cü il tarixində "xxxx" MMC-nin Bakıdakı ofisində danışıqlar aparılmışdır. Kostıantyn malların tədarükü ilə problemlər haqqında məlumat vermiş, sözlərinə görə Avropa İttifaqındakı tərəfdaş olduğu şirkətə münasibətdə hesablara həbs qoyulmuş, 2024-cü ilin aprel ayınadək malın tədarükü İlə əlaqədar məsələni həll etməyə vəd etmişdir. Daha sonra 29-30 noyabr 2023-cü il tarixlərində "xxxx" MMC-nin ofisində baş verən növbəti görüş zamanı Kostıantyn malların çatdırılması baxımından 2024-cü ilin aprelində tədarükün həyata keçirilməsi üçün bütün səyləri göstərəcəyini, işlənən malların logistikası ilə bağlı problemlərin olduğunu, 2024-cü ilin fevralında tədarük etməyi planlaşdırdığını söyləmişdir. Həmin görüşdə Nümayəndə1 da iştirak edib və görüş zamanı həmçinin "Avıazapchast” Səhmdar Cəmiyyəti tərəfindən göndərilən külli miqdarda pul vəsaitləri ilə də bağlı söhbətlər aparılmışdır. Bundan sonra 13 iyun 2024-cü il tarixində o və "xxxx" şirkətinin nümayəndəsi Caniyev Viktor adlı şəxs "xxxx" MMC-nin ofisində Kostıantynlə görüşmüşlər. Həmin görüşdə Kostıantyn ilk dəfə avansları qaytara bilmədiyini bildirmişdir. Bunun səbəbi kimi Kostıantyn ilk dəfə olaraq şirkətin bütün vəsaitlərinin ləğv prosesində olan "xxxx" ASC-nin bank hesabında olduğunu və həmin hesabların dondurulduğunu, bu səbəbdən pul vəsaitlərindən istifadə edə bilmədiyini bildirmiş, yalnız öz vəsaitlərini geri aldıqdan sonra bütün müqavilələr üzrə avansları qaytaracağına söz vermişdir. Həmin görüşdə Kostıantynın tanışı Təqsirləndirilən şəxs2 də iştirak etmişdir. Belə ki, Kostıantyn onun görüşə tək deyil Viktor ilə birlikdə gəldiyini görüb özünün də tək olmamağı üçün iş partnyoru kimi təqdim etdiyi Təqsirləndirilən şəxs2 də görüşə dəvət etmişdir. Həmin görüşdə müqavilənin ləğvi və pul vəsaitlərinin qaytarılması şərtlərini müzakirə edərkən Kostıantyn elan etmişdir ki, əsas qərarları Təqsirləndirilən şəxs2lə müzakirə edir. Təqsirləndirilən şəxs2 görüş zamanı Kostıantynın dediklərini təsdiq etmişdir. Daha sonra onlar 14 iyun 2024-cü il tarixində ofisdə yenidən Kostıantynlə görüşmüşlər. Həmin görüşdə müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinin mümkünsüzlüyü ilə əlaqədar müqavilənin ləğv edilməsi haqqında saziş imzalanmışdır. Müqavilə 14 iyun 2024-cü il tarixindən etibarən ləğv edilmiş hesab edilmişdir. Sonuncu dəfə görüşləri 29 iyul 2024-cü il tarixdə “X24” MMC-nin ofisində baş vermişdir. Həmin görüşdə o, Nümayəndə1, hüquqşünas Sergey Stepin, həmçinin əvvəl tanımadığı, görüşə dəvət edilən Şahid3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 iştirak etmişdir. İlkin olaraq Təqsirləndirilən şəxs1 “Babək Plaza” kompleksinin birinci mərtəbəsinə düşərək gələn qonaqları qarşılayıb şirkətin ofisinin yerləşdiyi 5-ci mərtəbəyə qaldırmışdır. Görüş zamanı Kostıantynin həyəcanlı olması görünmüşdür. Görüşün əvvəlində Kostıantyn əvvəllər danışıqların aparıldığını və “X1” MMC və "xxxx" SC-nin ünvanına avansların qaytarılması ilə bağlı hər şeyi ətraflı izah etdiyini demiş, Təqsirləndirilən şəxs2 də həmçinin əvvəl deyilənlərin təkrarən deyilməsinin mənası olmadığını vurğulayıb, daha əvvəl məhz 13 iyun 2024-cü il tarixdə ona və yanında olan Viktora görüşdə hər bir şeyin izah edildiyini sərt şəkildə bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs2 demişdir ki, əgər danışıqların yeni iştirakçıları, yəni Valery və Sergey avansların qaytarılması ilə bağlı sualları təkrarlamaq niyyətindədirlərsə, onda əlavə edəcək heç bir şeyi yoxdur və Kostıantyn hər bir şeyi izah etsin. Görüş zamanı Nümayəndə1 Təqsirləndirilən şəxs2 müraciət edərək zarafatyana rus dilində “Kostıantyn nas vsex leçit.” ifadəsini işlətmiş, hansı ki “Kostıantyn bizi hamımızı aldadır.” mənasını daşımışdır. Belə ki, Valerynin sözlərinə görə Kostıantyn tərəfindən malların alınması və istehsalı üçün avans kimi alınan pul vəsaitlərinin malların istehsalçılarına və malların ilk tədarükçülərinə köçürülməsi, bu pulun həqiqətən də üçüncü şəxslərə avans verilməsinə xərclənməsinə dair sübutlar bu günə qədər təqdim edilməmişdir. Oleq Valerynin bu sözlərinə sərt reaksiya vermiş və daha sonra hadisələr çox sürətlə cərəyan etmişdir. Belə ki, Oleq bərk şəkildə Valeriyin üzərinə qışqırmağa başlamış və həmin zaman qəflətən iclas otağında olan qarşısındakı şüşə su qabını götürüb bərk şəkildə Valeryn üzərinə atmışdır. Həmin şüşə qab bərk şəkildə Valeryn sol qoluna dəymişdir. Bundan sonra o, dərhal qalxaraq Valeryə tərəf getmişdir ki, kömək etsin və bu zaman qəflətən sonuncunun üzərinə ikinci dəfə şüşə su qabı atılmışdır. Həmin qab Valeryn sağ qolu və alnına dəymiş, nəticədə sonuncunun başından qan axmağa başlamışdır. İkinci şüşə qabın atılma anını görməmişdir, çünki həmin zaman artıq Valeryə tərəf getmişdir ki, sonuncuya kömək etsin, həmin ikinci qab atıldıqdan sonra masanın üzərinə baxdıqda isə Kostıantynın qarşısında olmuş şüşə qabın yerində olmadığını görmüşdür. Bu hadisədən sonra Valery, Sergey və Füzuli ofisdən getmişlər, o isə orada qalmışdır ki, Kostıantyn tərəfindən təqdim ediləcək sənədlərə baxsın. Yanında olan şəxslər otağı tərk etdikdə o, ofisdə olan bütün işçilərin səs-küyə yığıldıqlarını və narahat olduqlarını görmüşdür. Görüşün sonrakı 10 dəqiqəsində Kostıantyn və Oleq 2024-cü il iyunun 13-də dediklərini yenidən təsdiqləmişlər, lakin pulların geri qaytarılma müddətinin onlara məlum olmadığını söyləmişlər. Ertəsi gün 30 iyul 2024-cü il tarixində “X24“ MMC-nin ofisində o və Kostıantyn arasında yenidən görüş baş tutmuş və həmin görüş zamanı da Kostıantyn əvvəl dediklərini eynilə təsdiq etmişdir. Həmin tarixdə baş verən görüşdən sonra otelə getmiş və oteldən çıxaraq Bakı şəhərinin hava limanına yollanmışdır, həmin gün axşam reysi ilə Rusiyanın Moskva şəhərinə qayıtmışdır. Ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, "xxxx"dakı hesaba 5 köçürmə edilib, 6-cı dəfə pul köçürməsi “Bank VTB”ə olunub və bunu Kucher özü xahiş edib. Kucher bunun səbəbini onlara deməmişdir. İlk 2 köçürmə problemsiz həyata keçirilsə də, sonrakı köçürmələrə bank tərəfindən imtina verilmişdir. Kucher Kostyantyn onlara hazırki işlədikləri bank ilə problem olduğunu, pulu başqa banka köçürməsini demişdir. Tərəflərindən edilmiş 5 pul köçürməsində "xxxx"ın müflisləşməsi barəsində Kucher onlara heç nə deməmişdir. O, 06 noyabr 2023-cü il tarixdə "xxxx"ın müflisləşməsini öyrənmişdir. Kucher Kostyntyn tərəfindən müqavilənin öhdəlikləri icra edilməyib. Oleq ilə ilk dəfə 13 iyunda Kucherin ofisində olan zaman tanış olub. Həmin vaxt Viktor Caniyev də onunla olmuşdu. Viktor Caniyev onun qeyri-rəsmi müşaviri idi, o, sonuncunu görüşə hüquqşünas kimi çağırmışdı. X33 Kostyantyn ilə ilk dəfə iyunda görüşüb və “Aviazapçast” şirkətinin nümayəndəsi kimi çıxış edib. Sonuncu onların şirkətində rəsmi olaraq işləmir, . Viktor Caniyevə etibarnamə verilməsini həmin gün üçün o, xahiş etmişdi.13 iyun tarixli görüşdə Kucher onlara bütün məsələləri Təqsirləndirilən şəxs2 ilə danışdığını bildirmişdir. 13 iyunda baş vermiş görüşdə Kucher ondan tək gəlib gəlməyəcəyini soruşmuşdu. Kucher onun görüşə yanında müşaviri ilə gəldiyini gördükdə ona “Gözləyək Təqsirləndirilən şəxs2 gəlsin və ondan sonra söhbətimizi davam edək” demişdir. Onlar da belə etmiş, Təqsirləndirilən şəxs2 gəldikdən sonra söhbətlərini davam etdirmişlər, Kucher Oleqi partnyoru kimi təqdim etmişdi. Təqsirləndirilən şəxs2 Valery Zaxarenkova ard-arda iki şüşə su qabı atmışdı. O, Zaxarenkovun əksində, Kucher Kostyantyn isə ondan solda oturmuşdu. “Oleq teba leçit” sözündən sonra mübahisə başlamışdır. İkinci şüşə qabı kimin atdığını görməyib. Mübahisə baş verəndən sonra Stepin və Zaxarenkov getmiş, o, otaqda qalmışdı, çünki pullarla bağlı sualları vardı. Teleqramdan istifadə edir, onun vasitəsi ilə Şahid8 sənədlər göndərib. Kucher Kostyantyn ilə teleqramda yazışmaları olub, sonuncuya sənəd göndərməyib. Təqsirləndirilən şəxs2 tərəfindən heç bir təhdid olmayıb. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 2022-ci ildən hazırki tarixədək “X24'’ şirkətində hüquqşünas kimi işləyir. Ukrayna dövlətinin vətəndaşı Təqsirləndirilən şəxs1 həmin şirkətin təsisçisi və baş direktoru olmuşdur. 29 iyul 2024-cü il tarixdə həmişə olduğu kimi səhər saatlarında hamıdan tez ofisə gələrək orada hər bir şeyi yerbəyer edib işə başlamışdır. Ondan bir müddət sonra Təqsirləndirilən şəxs1 işə gəldikdə sonuncuya bir məktuba baxıb imza etməyini xahiş etmiş, lakin Kostıantyn həyəcanlı halda ofisə yanına qonaqların gələcəyini və bu səbəbdən məktuba baxmağa vaxtı olmadığını demişdir. Sənədin təcili olduğunu başa saldıqdan sonra Kostıantyn məktuba imza atmış və o da həmin məktubu götürüb Xətai Rayon Məhkəməsinə getmişdir. Orada işləri həll etdikdən sonra təxminən saat 16:00 radələrində iş yerinə qayıtmışdır. Bir saat ərzində ofisdəki otaqda işləri ilə məşğul olmuş və saat təxminən 17:00 radələrində öz kabinetində olan zaman ofisin dəhlizində, Kostıantynın əyləşdiyi kabinetin yanında səs-küy olduğunu və rus dilində nalayiq ifadələrin işlədildiyini eşitmişdir. Onun kabineti Təqsirləndirilən şəxs1 otağından demək olar ki, ən uzaqda yerləşən otaqdır. Otaqların arasında təxminən 20-25 metr məsafə var. Buna baxmayaraq Kostıantynın otağı tərəfindən aydın şəkildə mübahisənin baş verməsi, səs-küy olması və rus dilində söyüşlərdən istifadə edilməsi eşidilirdi. Otağından çıxaraq həmin tərəfə gedib hamını sakitləşdirmək istəmişdir, çünki həmin vaxt ofisdə işçi qadınlarda var idi və sonuncular aydın şəkildə səslənən bütün söyüşləri eşidirdilər. Dəhlizə çıxıb Təqsirləndirilən şəxs1 otağına çatmamış otağının giriş qapısının yanında 3-4 nəfər şəxslərin toplaşdığını, həmin tanımadığı şəxslərin rus dilində nalayiq ifadələr işlətdiyini və buna cavab olaraq Təqsirləndirilən şəxs1ın otağından da söyüşlərin eşidildiyini eşitmişdir. Giriş qapısının yanında olan şəxslərin arasında Şahid3 görmüşdür. Şahid3 idmançı olduğu üçün mübahisənin böyüməyəcəyini fikirləşmiş və buna görə oraya yaxınlaşmadan otağına qayıtmışdır. Qıraqdan bu mübahisəyə bir neçə saniyə baxdıqdan sonra iş otağına geri dönmüş və bir neçə dəqiqə sonra Kostıantynın yanına gələn şəxslər ofisdən getmişdir. Həmin gün ofisdə əvvəl tanımadığı Təqsirləndirilən şəxs2 adlı şəxsi görmüşdür. Həmin gün bir müddət işdə qaldıqdan sonra evə getmişdir. Həmin vaxt orada Kostıantynin köməkçisi Şahid8, kommersiya işlərinə nəzarət edən Sara Əhmədova, qəbul şöbəsində işləyən “Nərgiz” adlı qadın və ofisin xadiməçisi “Qəmər” adlı qadın olmuşdur. Həmin şəxslər ofisdə səs-küy və söyüşlərin olduğunu eşitmişlər, hətta nəyin baş verdiyini soruşduqda, işçilər mübahisənin mahiyyəti barədə məlumatlarının olmadığını demişdilər. Bu barədə heç bir məlumatı yox idi, çünki böyük məbləğlərdə olan sifarişlərlə yalnız Təqsirləndirilən şəxs1 özü şəxsən məşğul olurdu. Belə ki, Kostıantyn özü ilə ofisə evindən masaüstü kompüter (noutbuk) gətirərək ofisdə otağında olan monitora qoşub bütün prosesləri özü idarə edirdi, daha sonra iş günün yekununda notbuku götürüb evinə aparırdı. Hətta belə külli miqdarlarda pul vəsaitlərinin göndərilməsi barədə şirkətin direktoru Şahid5 də məlumatı olmurdu. Yalnız 19 may 2023-cü il tarixdə Qazaxıstan Respublikasının hansısa şirkəti tərəfindən 234.720 avro məbləğində pul vəsaitinin şirkətin "xxxx"da olan hesabına göndərilməsi barədə məlumatı olmuşdur. Çünki Kostıantyn özü ona tapşırmışdı ki, "xxxx" ləğv edildiyi üçün “Mərkəzi Bank"a, “Əmanətlərin Sığortalanması Fondu’’na və digər qurumlara məktublar hazırlasın ki, hesablara köçürülmüş pulları geri götürə bilsinlər. Ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, bəzi müqavilələr ilə tanış olsa da, ul köçürmələri barədə məlumatsızdır. Qazaxıstan Respublikasına məxsus şirkətdən 234.720 avro pul köçürülməsindən xəbəri olub. Nalayiq ifadələri işlədən şəxsi səsindən tanımayıb. Polis tərəfindən ona axtarış və götürmə protokolu ona təqdim edilməyib. Dava-dala, fiziki təmas və qan izləri görməyib. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 2022-ci ilin avqust ayından etibarən ofisi Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 12A ünvanında “Babək Plaza" kompleksinin 5-ci mərtəbəsində yerləşən “X24” Məhdud Məsuliyyətli Cəmiyyətində ilk dəfə Hüquq Departamentinin müdiri vəzifəsində işə başlayıb. Bundan bir il sonra təxminən 2023-cü ilin avqust ayında şirkətin icraçı direktoru vəzifəsinə keçib. Ondan əvvəl şirkətin icraçı direktoru müvəqqəti olaraq Şahid8, Elnarədən əvvəl isə Şahid6 olmuşdur. Sonuncu 2020-ci ildən 2022-ci ilədək “GFT" MMC-nin direktoru, daha sonra isə baş direktorun köməkçisi vəzifəsində işləmiş, 2022-ci ildə şirkət daxilində bəzi məsələlər üzrə yaranmış fikir ayrılığına görə Şahid6 öz istəyi ilə şirkətdən ayrılmış və həmin vaxtdan sonra "xxxx" MMC-nin işlərinə sonuncunun heç bir aidiyyəti olmamışdır. "xxxx" MMC-nin təsisçisi və faktiki olaraq rəhbəri Təqsirləndirilən şəxs1 olmuşdur. Təqsirləndirilən şəxs1 əvvəllər də Ukrayna və İspaniyada fəaliyyət göstərən şirkətlərinin vasitəsilə hava gəmilərinin ehtiyat hissələrinin alınması və daşınması işləri ilə məşğul olduğu üçün xarici ölkələrdə çox sayda iş adamlarını tanımış, bu səbəbdən "xxxx" MMCnin xarici ölkələrdə fəaliyyət göstərən digər şirkətlərlə müqavilələrin icrasını Kostıantynın özü həyata keçirmişdir. Şirkətin direktoru kimi yalnız ölkə daxilində olan sifarişlərin həyata keçirilməsini həyata keçirib bu sahədə işi təşkil etmişdir. "xxxx" MMC ilə Rusiya Federasiyasında fəaliyyət göstərən "xxxx" Səhmdar Cəmiyyəti və Qazaxıstan Respublikasında fəaliyyət göstərən “X1” Məhdud Məsuliyyətli Cəmiyyət arasında mülki hava gəmilərinin ehtiyat hissələrinin xarici ölkələrdə fəaliyyət göstərən şirkətlərdən alınaraq onların daşınması barədə müqavilələrin bağlanması barədə məlumatı olmuşdur. Bildiyi qədər həmin şirkətlər tərəfindən sifarişlərin icra olunması üçün avans şəklində nəzərdə tutulmuş bütün məbləğ hissə-hissə “GFT" MMC-nin bank hesablarına göndərilmişdir. Dəqiq olaraq hansı məbləğdə pul vəsaitlərinin göndərilməsi barədə məlumatı olmamışdır. Xarici ölkələrdə fəaliyyət göstərən şirkətlərin sifarişlərini birbaşa Təqsirləndirilən şəxs1 özü icra etmiş və sonuncudan başqa bu şirkətlər arasında baş verən proseslər barədə heç kimin ətraflı məlumatı olmamışdır. Hətta “X24" şirkətinin “Asan İmza”sı Təqsirləndirilən şəxs1 özündə idi və bunun vasitəsilə sonuncu sərbəst şəkildə şirkətin bank hesablarına göndərilən pul vəsaitlərini istədiyi kimi idarə edə bilirdi. "xxxx" Səhmdar Cəmiyyəti və “X1” MMC-nin sifarişləri üzrə şirkətin bank hesablarına göndərilən pul vəsaitlərinin Təqsirləndirilən şəxs1 tərəfindən sonradan konkret olaraq hara göndərilməsi barədə heç bir məlumatı olmamışdır. Lakin həmin şirkətlərin sifarişləri ilə bağlı Kostıantynın tapşırığı ilə adından bir neçə dəfə həmin şirkətlərə müxtəlif məzmunlu məktublar göndərilmişdir. Həmin məktublar Kostıantynın dediyi şəkildə və qaydada yazılmış, sonuncu məktublara baxdıqdan sonra tərəfindən imzalanaraq göndərilmişdir. Məktubların çox hissəsi müxtəlif səbəblərdən sifarişlərin icra olunma müddətinin təxirə salınması barədə olmuşdur. "xxxx" şirkətinin əsas bank hesabı “GünayBank" ASC-də yerləşmiş və 18 may 2023-cü il tarixdə "xxxx" müflis elan olunduğu üçün şirkət hesabda qalan külli miqdarda pul vəsaitindən istifadə edə bilməmişdir. Bununla bağlı tərəfindən bir neçə dəfə “GünayBank" ASC-yə və Əmanətlərin Sığortalanması Fonduna müraciətlər edilmiş, lakin həmin problem indiyədək öz həllini tapmamışdır. Bank hesabından istifadə edə bilmədikləri üçün bir çox sifarişlərin icra olunması mümkün olmamışdır. “Avıazapchast" Səhmdar Cəmiyyəti və “X1” MMC tərəfindən göndərilən pul vəsaitlərinin yarı hissəsinin "xxxx" ASC-də olan hesabda qalması barədə məlumatı olmamışdır. 2024cü ilin may ayından etibarən şirkətin baş direktoru olan Kostıantynin qızı Anna Kucher atası həbs edildikdən sonra şirkətin fəaliyyətinə nəzarət etmişdir. 2024-cü ilin təqribən iyul ayının 20-dən avqust ayının əvvəllərinədək məzuniyyətdə olmuş və 29 iyul 2024-cü il tarixdə şirkətin ofisində baş vermiş hadisə zamanı orada olmamışdır. Daha sonra işə qayıtdıqda işçilərin sözlərindən öyrənmişdir ki, 29 iyul 2024-cü il tarixdə Rusiya Federasiyasından gələn "xxxx" Səhmdar Cəmiyyəti və “X1” MMC-nin nümayəndələri ilə baş verən görüş zamanı mübahisə yaşanmış, ofisdə nalayiq ifadələr işlədilmiş və səs-küy olmuş, Təqsirləndirilən şəxs1 yanına gələn qonaqlar isə narazı halda ofisi tərk etmişlər. Həmin şəxslərin görüş zamanı xəsarət almaları barədə heç bir məlumatı olmamışdır. Müqavilələr üzrə məhsulların hazır olub-olmadığını bilmir. Sifarişlərə Təqsirləndirilən şəxs1 özü nəzarət edirdi və ona güvəndiyi üçün şirkətlərə məktublar onun adından yazılaraq göndərilmişdir. Ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, 2023-cü ilin iyul ayından 2024-cü ilin dekabr ayında qədər şirkətdə direktor olub. Hər iki şirkət ilə müqavilə o, şirkətdə işə başlayana qədər bağlanmışdı. Şirkətin "xxxx", "xxxx", “Bank Respublika”da hesabları olmuşdur. Hər iki şirkətin görüşlərində iştirak etməyib. Müqavilə elektron qaydada göndərilmiş və onlar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 2020-ci ilin sentyabr ayında ofisi Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 12A ünvanında “Babək Plaza” kompleksinin 5-ci mərtəbəsində yerləşən “X24” Məhdud Məsuliyyətli Cəmiyyətdə direktor vəzifəsində işə başlayıb. Daha sonra 2022-ci ildə direktorun köməkçisi vəzifəsinə keçib. Həmin şirkətin fəaliyyəti hava gəmilərinin ehtiyat hissələrinin alınması, daşınması və təmiri olmuşdur. "GFT” MMC-nin təsisçisi və faktiki olaraq rəhbəri Təqsirləndirilən şəxs1 olmuşdur. Təqsirləndirilən şəxs1 əvvəllər də Ukrayna və İspaniyada fəaliyyət göstərən şirkətlərinin vasitəsilə hava gəmilərinin ehtiyat hissələrinin alınması və daşınması işləri ilə məşğul olduğu üçün xarici ölkələrdə çox sayda iş adamları sonuncunu tanımış, bu səbəbdən “GFT" MMC-nin xarici ölkələrdə fəaliyyət göstərən digər şirkətlərlə müqavilələrin icrasını Kostıantynin özü həyata keçirmişdir. Hər hansı xarici şirkətlərlə müqavilələrin bağlanması prosesi birbaşa Şahid8 və Təqsirləndirilən şəxs1 keçmiş arvadı Olqa Volnovanın vəsaitəsilə həyata keçirilmişdir. İspaniya Krallığında yaşayan Olqa Volnova özü bir neçə dəfə şirkətə Kostıantynin yanına gəlib getmişdir. Elnarə, Olqa və mühasib “Şahid7” adlı şəxs birlikdə Kostıantyn ilə müzakirələr apararaq hansı şirkətlərlə, hansı məzmunda müqavilələrin bağlanacağını müəyyən etmişlər. Şirkətə işə qəbul olunduqda fikir vermişdir ki, Kostıantyn xarici şirkətlərlə olan sifarişləri ondan gizlətməyə çalışır, həmin razılaşmalar onun heç bir iştirakı olmadan əldə edilirdi. Bu onda böyük narahatlıq hiss yaratmışdı. Belə ki, əgər Kostıantyn hər hansı qeyri-qanuni hərəkətlərə yol verdiyi halda hərəkətləri ona da təsir göstərə bilərdi. Belə ki, Kostıantynin fikrinə görə o, direktor kimi qarşısına qoyulacaq bütün müqavilə və sənədlərə “gözü yumulu” şəkildə imza etməli idi. Kostıantynin bu kimi hərəkətlərinə etiraz etmiş və bir neçə dəfə sifarişlərin icra olunmasının gedişatı barədə maraqlanmaq istəmişdir. Lakin bunu etdikdə Kostıantyn hər dəfəsində əsəbləşərək onunla mübahisə etməyə başlamışdır. Bütün sifarişlərə Kostıantyn özü şəxsən rəhbərlik etmiş, köməkliyi isə şirkətdə işləyən Şahid8 və Şahid7 həyata keçirmişdir. Həmçinin keçmiş arvadı İspaniya Krallığında yaşayan Olqa Volnovanın da Kostıantynin işləri barədə məlumatı olmuşdur. Kostıantynin bu hərəkətləri ona qane etməmiş və o, şirkətdə olan mövqeyi ilə bağlı mübahisə etməyə başlamışdır. Belə ki, Kostıantyn şirkətin bütün işçilərini öz tərəfinə çəkərək onunla ümumiyyətlə heç bir iş görməmələrini tapşırmış, ondan gizli şirkətin adından müqavilələr bağlamışdır. Belə bir razılaşmalardan biri də Moskva şəhərində yerləşən “Avıazapchast" Səhmdar Cəmiyyəti ilə aralarında bağlanmış müqavilədir. 09 iyul 2020-ci il tarixli '‘Avıazapchast" Səhmdar Cəmiyyəti ilə müqaviləyə "xxxx" MMC tərəfindən o, imza etmişdir. Belə ki, həmin müqaviləni Kostıantynin tapşırığı ilə Şahid8 tərtib edərək imzalanması üçün onun yanına gətirib və o da həmin müqavilə və ona olan əlavələrə heç onların məzmununu belə bilmədən imza atmışdır. Razılaşmaların mahiyyəti ona aydın olmamışdır, sadəcə şirkətin direktoru vəzifəsində olduğu üçün müqavilələr tərəfindən imzalanmışdır. Daha sonra dəfələrlə Kostıantyndan həmin razılaşmalar üzrə işlərin necə getdiyin soruşduqda sonuncu bütün məlumatları ondan gizlətmiş və söhbətlərdən yayınmışdır. Həmin müqavilə üzrə hansı məbləğdə pul vəsaitlərin “GFT" MMC-nin hesabına köçürülməsi və hansı işlərin görülməsi barədə heç bir məlumatı olmamışdır. Bütün bu kimi daxili problemlərə görə 2022-ci ildə şirkətdə direktorun köməkçisi vəzifəsinə keçirilmişdir. Həmin vəzifəyə keçdikdə şirkətin direktoru Şahid8 olmuşdur. 2023-cü ilin mart ayında Kostıantynla aralarında münasibətlər pisləşdiyi üçün işdən çıxmağı ilə bağlı ərizə ilə müraciət etmiş, lakin sonuncu ona bəlli olmayan səbəblərə görə ondan işdən çıxmamağı istəmişdir. Təklifi qəbul etmiş və həmin ərəfələrdə səhhətində problem olduğu üçün əməliyyat keçirmişdir. Müalicə aldıqdan sonra şirkətə işə qayıtmış və öyrənmişdir ki, Kostiantyn müalicə aldığı zaman əmr ilə onu işdən çıxarıb. Lakin Kostıantyn istəyirdi ki, o, qeyri-rəsmi olaraq işdən çıxmağına baxmayaraq öz işinə davam etsin. Lakin o, səhhətilə bağlı işləyə bilməyəcəyini demişdir. Buna görə Kostiantyn istəmişdir ki, o, ərizə yazıb güya öz istəyi ilə işdən çıxmaq istədiyini qeyd etsin, halbuki artıq Kostıantynin əmri ilə artıq işdən azad olunmuşdu. O, ərizə yazmaqdan imtina edərək şirkətdən kompensasiya verməyini tələb etmişdir. Daha sonra isə Kostiantyn barəsində güya şirkətin işçilərini təhqir etdiyi üçün şikayət ərizəsi ilə Xətai RPl-nin 37-ci PŞ-nə müraciət etmişdir. İşçilərin bir neçəsi isə dediklərini təsdiq etmişdir. Həmin müraciət üzrə izahat vermiş və iş üzrə cinayət işinin başlanması rədd edilmişdir. Ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, 2020-ci ildə '‘Avıazapchast" Səhmdar Cəmiyyəti ilə müqavilə bağlanan zaman onun da imzası olub. Müqavilə bağlanan zaman bunu Kucher Kostyantyndən maraqlanmış, lakin sonuncu daima bunu mübahisə həddinə çatdırmışdır. Müqavilənin məzmunundan və tam şəkildə icra olunmasından xəbərsiz olub. Onun bank əməliyyatlarını təsdiq etdiyi hallar olub, lakin yol qaimələri tərəfindən imzalanmayıb. 2021-ci ildən etibarən Kucher onu işlərdən kənarda tutmağa başlayıb. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, təxminən 2022-ci ilin yaz aylarından 2023-cü ilin may ayınadək olan müddət ərzində “X24” MMC-də direktorun maliyyə işləri üzrə müavini vəzifəsində işləyib. İşlədiyi dövrdə şirkətin direktoru Şahid6 olmuşdur. "xxxx" MMC-nin təsisçisi və faktiki rəhbəri isə Kostiantyn Kucher idi. Şirkətdə əsas işi işçilərin işə qəbul edilməsi və çıxarılması, əmək haqqının hesablanması və ödənilməsi, ezamiyyət pullarının hesablaması və ödənilməsi, əsas vəsaitlərin inventarizasiyası, DSMF hesabatları və s. maliyyə hesablaşmalarından ibarət olmuşdur. 2022-ci ilin dekabr ayınadək bütün işləri Şahid6 və Kostiantyn Kucherlə müzakirə etmiş, lakin dediyi müddətdən sonra Şahid6 ilə aralarında münasibətlər pisləşdiyi üçün yalnız Kostıantyna işlər barədə məruzə etmişdir. Şahid6 ilə münasibətləri pisləşdiyi üçün artıq "xxxx" MMC-də işləməyə davam edə bilməmiş və təxminən 2023-cü ilin mart ayının əvvəllərindən etibarən artıq formal olaraq şirkətdə işləmişdir. 2023-cü ilin may ayında isə öz istəyi ilə rəsmi qaydada şirkətdən ayrılmışdır. 2023-cü ilin mart ayından may ayınadək olan müddət ərzində yalnız mənfəət vergisinin bəyannaməsi işləri ilə məşğul olmuşdur. “X24” MMC ilə Rusiya Federasiyasında fəaliyyət göstərən "xxxx" Səhmdar Cəmiyyəti arasında təyyarələrin ehtiyat hissələrinin alınaraq daşınması barədə müqavilənin bağlanması barədə məlumatı olmuşdur. Həmin müqavilənin bağlanmasında iştirak etməmiş, şirkətlər arasında razılaşma o, “GFT" MMC-də işə başladıqdan əvvəl əldə olunmuşdur. Həmin şirkətdə işlədiyi dövrdə xatırladığı qədər "xxxx" MMC tərəfindən iki dəfə "xxxx" ASC-də olan bank hesabına o qədər də böyük məbləğdə olmayan pul vəsaiti göndərilmişdir. Həmin pul vəsaitləri də "xxxx"da konvertasiya olunduqdan sonra şirkətin işçilərinin əmək haqqları, məcburi dövlət sosial sığorta haqqları, icbari tibbi sığorta haqqları, əmək məşğulluğu, ofis əşyalarının alınması və inzibati xərclərə görə xərclənmişdir. Məhz sifarişin icra edilməsi proseduru barədə heç bir məlumatı olmamışdır. Hətta "xxxx" Səhmdar Cəmiyyəti tərəfindən göndərilən külli miqdarda pul vəsaitinin müqabilində sifarişin icra edilməməsi harədə heç bir məlumatı olmamışdır. Ümumiyyətlə, "xxxx" MMC-nin bank hesablarına xarici şirkətlər tərəfindən göndərilən külli miqdarda pul vəsaitlərinin idarə edilməsi Kostıantynin özü tərəfindən aparılmışdır. Şirkətlə “X1” MMC arasında hava gəmilərinin ehtiyat hissələrinin alınaraq daşınması barədə razılaşmanın əldə edilməsi barədə heç bir məlumatı olmamışdır, 2023-cü ilin mart ayının əvvəllərindən etibarən şirkətdə fəaliyyəti yalnız mənfəət vergisinin bəyannaməsi işlərindən ibarət olmuş, “X1” MMC tərəfindən hansı məbləğdə pul vəsaitlərinin göndərildiyini bilməmişdir. Ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, əvvəllər şirkətdə ancaq maliyyə işləri üzrə müavin kimi çalışıb. "xxxx" Səhmdar Cəmiyyəti ilə bağlanan müqavilədən məlumatlı olub, lakin “X1” MMC ilə bağlanan müqavilə o, işdən çıxdıqdan sonra bağlanıb. Böyük məbləğda olmayan vəsaitlər "xxxx"dakı hesaba köçürülüb. O, işlədiyi dövrdə mühasib təyin edilmişdi. "xxxx", "xxxx", “Bank Respublika” və VTB bankda hesablarımız var idi. Şirkətdə baş vermiş dava dalaşdan xəbəri olmayıb. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, 2021-ci ildən etibarən ofisi Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 12A ünvanında yerləşən “X24” Məhdud Məsuliyyətli Cəmiyyətində müxtəlif vəzifələrdə işləyib. Təxminən 2023-cü ilin iyul ayından "xxxx" şirkətinin direktorunun köməkçisi vəzifəsində çalışıb. Həmin şirkətin baş direktoru və təsisçisi həbs edildiyi vaxtadək Təqsirləndirilən şəxs1 Antonovtch olmuşdur. 29 iyul 2024-cü il tarixdə saat təxminən 16-17:00 radələrində şirkətin ofisində yerləşən öz otağından çıxmaq istəyərkən dəhlizdə Təqsirləndirilən şəxs1, sonuncunun tanışı üzdən tanıdığı Təqsirləndirilən şəxs2 və sonuncuların yanında 4 nəfər şəxslərin ofisə gəldiklərini görmüşdür. Həmin şəxslərdən Vladıslav Zyryanov və Şahid3 tanıyırdı. Vladıslav Zyryanov "X1” Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru idi və həmin şirkət ilə "xxxx" şirkəti arasında müqavilə bağlandığı üçün bundan əvvəl ofisə gəlmişdi. Bu səbəbdən həmin şəxsi tanıyırdı. Şahid3 ilə isə şəxsi tanışlığı olmamış, sadəcə sonuncu cəmiyyət arasında tanınmış şəxs olduğundan üzdən tanımışdır. Bundan başqa Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 tanışı olduğu üçün bir neçə dəfə bu hadisədən əvvəl yanına gəlib getmişdir. Həmin şəxslərin ofisdə baş direktor Təqsirləndirilən şəxs1 otağı ilə üzbəüzdə yerləşən iclas otağına daxil olduqlarını görmüşdür. Həmin şəxslər iclas otağına daxil olduqdan bir müddət sonra otağında olduğu zaman oradan səs-küyün gəldiyini eşitmişdir. İclas otağında uca səslə nədənsə əsəbi halda söhbət getmiş və nalayiq ifadələrdən istifadə edilmişdir. Bu maraq doğurduğu üçün otağının qapısından həmin tərəfə baxmış, Təqsirləndirilən şəxs1 otağı tərəfinə baxdıqda sonuncunun otaqda olduğunu və masanın üzərində nəyisə axtardığını görmüşdür. Baş direktorun otağının divarları şüşəli olduğuna görə otaqda olduğunu görə bilmişdir. Bir neçə dəqiqə sonra isə iclas otağından 3 nəfər qonaqların əsəbi halda çıxaraq ofisdən getdiklərini görmüşdür. X19 və Təqsirləndirilən şəxs2 bir müddət ofisdə qalmışlar. Daha sonra ofisdəki vəziyyət sakitləşmiş və otağına keçib işinə davam etmişdir. "xxxx" SC və “X1" MMC ilə “GFT" MMC arasında bağlanmış müqavilələr və aparılmış pul əməliyyatları ilə bağlı bir o qədər də məlumatı olmamışdır. Bu işlərlə Təqsirləndirilən şəxs1 özü məşğul olmuşdur. “Avıazapchast" SC və “X1” MMC ilə müqavilələr bağlanmış və həmin müqavilələrə uyğun "xxxx" şirkətinin bank hesablarına müəyyən məbləğlərdə pul vəsaitləri köçürülmüş, daha sonra isə həmin pul vəsaitləri sifarişlərin icra edilməsi üçün xarici şirkətlərin hesablarına göndərilmiş, lakin sonradan "xxxx" şirkətinin hesabının yerləşdiyi "xxxx" ləğv edildiyi üçün həmin bankda olan hesab dondurulmuş və sifarişlərin icra edilməsi bu səbəbdən mümkün olmamışdır. Maliyyə işləri ilə məşğul olmadığıma görə hansı məbləğlərdə pul vəsaitlərinin hansı şirkətlərin hesabına köçürüldüyü bilməmişdir. Sadəcə şirkətin işçilərindən şifahi olaraq öyrənmişdir ki, "xxxx" SC və “X1" MMC-nin sifarişləri əsasında müəyyən məbləğlərdə pul vəsaitləri xarici şirkətlərin hesabına köçürülmüşdür. Həmin pullardan bir hissəsi bildiyi qədər Portuqaliyada fəaliyyət göstərən “X9 LDA" şirkətinə göndərilmiş, lakin həmin pulların məhz "xxxx" SC və “X1" MMC-nin sifarişləri ilə bağlı göndərilib-göndərilmədiyini bilmir. Bütün müqavilələr və öhdəiiklər üzrə məlumatlara yalnız baş direktor Təqsirləndirilən şəxs1 malik olmuş və yalnız sonuncu bu kimi işləri idarə etmişdir. Şirkətin direktoru vəzifəsində olduğu zaman Kostıantyn onu öz yanına bir neçə dəfə çağıraraq müəyyən şirkətlərə özünün dediyi məzmunda məktubların yazılmasını tələb etmişdir. Deyilən məzmunda həmin məktubları yazıb Kostıantynə göstərmiş və sonuncu məktubların məzmununu bəyəndiyi halda məktubları imzalayıb müvafiq ünvanlara göndərmişdir. Ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, “X1" MMC-ilə müqaviləni o bağlayıb. Pullar əsasən "xxxx"da olan hesaba, həmçinin “VTB bank”da olan hesaba da köçürmələr edilib. “X1" MMC-dən VTB bankdakı hesablarına 500.000 avrodan artıq məbləğ köçürülüb. “X9 LDA" şirkətinə icra üçün pul köçürülüb. “GünayBankd”akı hesablarımız 2023-cü ilin mayından dondurulub. Hər iki şirkətlə biznes danışıqlarını Kucher Kostyantyn aparıb. Müqavilələr ilə bağlı göstərişləri Kucher Kostyantyn verib. On spesifikasiyadan və beşini təhvil veriblər. Hadisə günü kimdəsə xəsarət izləri görməyib. Şirkətdə kiməsə tibbi yardım göstərilməsini eşitməyib. Hadisə günü şüşə qırılması ilə bağlı səs eşitməyib. Hadisə vaxtı Kucher Kostyantyn əlində sənədlərlə öz otağında olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, təxminən 3 il olar ki, “X24" şirkətində əmək müqaviləsi əsasında xadimə işləyir. Onu işə şirkətin əvvəlki direktoru “Elşən” adlı şəxs qəbul etmişdi. 29 iyul 2024-cü il tarixdə həmişə olduğu kimi təxminən saat 08:00 radələrində ofisə gəlmiş, oranı təmizləməyə başlamış və işə gəldikdə Təqsirləndirilən şəxs1 artıq ofisdə otağında olmuşdur. Həmin gün saat təxminən 17:00 radələrində dəhlizdə yeri siləndə ofisə təxminən 3-4 nəfər şəxslərin gəldiyini görmüşdür. Həmin şəxslər ofisə gələn kimi qəbul şöbəsinə yaxınlaşmış və Kostıantyn qonaqların gəldiyini görüb sonuncuları ofisdə olan özünün əyləşdiyi kabinet ilə üzbəüz yerləşən görüş otağına dəvət etmişdir. Qonaqların hamısı otağa daxil olmuş və o, görüş otağının yanında olan mətbəxə keçmişdir ki, qonaqlar üçün hazırlanan stəkanların təmizlənməsində köməklik göstərsin. Mətbəxdə olan zaman iclas otağında yüksək səslə danışıqların aparıldığını, səs-küy olduğunu və rus dilində nalayiq ifadələrin işlədildiyini eşitmişdir. Kim tərəfindən söyüş söyüldüyünü müəyyən edə bilməmişdir. Təxminən 5-6 dəqiqə sonra sanitar qovşağından çıxdıqda artıq səs-küyün kəsildiyini görmüş, həmin zaman Kostıantynın yanına gələn qonaqlar oradan getmişdir. Ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, qonaq gələcəyi barədə ona heç kəs heç nə deməmişdi. Stolun üzərinə plastik qabda su və salfet qoymuşdur. Gələn qonaqlardan heç kəsi tanımayıb. Təqsirləndirilən şəxs2 hadisə günü orada olmasını xatırlamır. Nalayiq ifadələr işlədilən zaman Kucher Kostyantyn öz otağında idi. Qonaqların getməsini görməyib. Heç kəsə tibbi yardım göstərməyib. Səs küy başlayanda mən sanitar qovşağını təmizləyirdi. Otaqda və ofisdə dağıntı və qan izləri görməyib. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, təxminən 2020-ci ildə “X24” MMC-də ilk dəfə baş direktorun katibəsi kimi işə başlayıb. Təxminən yarım il ərzində işlədikdən sonra arada işdən çıxmış və 2022-ci ildə yenidən həmin şirkətə qayıtmışdır. Həmin şirkətə işə bərpa olunduqda insan resursları üzrə aparıcı mütəxəssis vəzifəsinə qəbul olunmuşdur. 29 iyul 2024-cü il tarixdə saat təxminən 15-16:00 radələrində şirkətin ofisinin yerləşdiyi Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 12A ünvanında yerləşən ‘"Babək Plaza” kompleksinin 5-ci mərtəbəsində olarkən Təqsirləndirilən şəxs1 yanına qonaqların gələcəyini bildirib bu səbəbdən ofisdə olan iclas otağını hazırlamağı tapşırmışdır. Bundan sonra ofisin xadiməsi həmin otağın qapısını açaraq oranı təmizləmişdir. Təxminən yarım saat keçdikdən sonra Təqsirləndirilən şəxs1 dediyi kimi ofisə bir neçə nəfər tanımadığı qonaqlar gəlmişdir. Həmin qonaqların gəldiyini görməmiş, çünki həmin vaxt ofisdə öz otağında olmuşdur. Qonaqların gəlməsi barədə ona bildirildikdən sonra iclas otağının yanında yerləşən mətbəxə keçmişdir ki, çayı hazırlasın. Mətbəxə getdiyi vaxt Təqsirləndirilən şəxs1 otağının divarları şüşəli olduğundan sonuncunun öz otağında kimləsə mobil telefonla danışdığını görmüşdür. Mətbəxə keçib çayı hazırladığı vaxt iclas otağında səs-küy olduğunu və orada nalayiq ifadələrin səsləndiyini eşitmişdir. İclas otağında olan şəxslər bir-biri ilə çox aqressiv danışırdılar və o, oraya çay aparmağın mənası olmadığını düşünmüşdür. Həmin vaxt mətbəxin qapısı bağlı olmuş və Təqsirləndirilən şəxs1 yenidən iclas otağına qayıdıb-qayıtmamasını görə bilməmiş, lakin qapıların səsindən ona elə gəlmişdir ki, Kostıantyn iclas otağına geri dönməyib. Bir neçə dəqiqə sonra ofisə gələn qonaqlar iclas otağından çıxaraq oradan getmişlər. Mətbəxin qapısı bağlı olduğundan həmin şəxsləri görə bilməmişdir. Qonaqlar getdikdən sonra o və digər iş yoldaşları adi qaydada işlərinə davam etmişlər. Ona veirlmiş suallara cavab olaraq göstərmişdir ki, hadisə günü qonaqlar gəlməmiş otağa baxıb, stolun üzərində salfet olsa da, su qabı yox idi. Mübahisə baş verəndə Kucher Kostyantyn öz otağında idi. Qonaqların gəlib-getməkləri 5 dəqiqə çəkib. Təqsirləndirilən şəxs2 hadisə günü görüb. Qonaqlar getdikdən sonra otağa baxıb, otaqda dağıntı, qan izləri görməyib. Kiminsə xəsarət almasını görməyib. O və xadimə heç kimə tibbi yardım göstərməyib. Qonaqlar plazanı normal şəkildə, xəsarətsiz tərk ediblər. Mübahisə başlayan zaman Kucher Kostyantynin səsini eşitməyib. Qonaqlar gedəndən bir az sonra otağa daxil olub. Otağa polis əməkdaşları tərəfindən baxış mübahisə baş verən gün keçirilməyib. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 qızı ifadəsində göstərmişdir ki, təxminən 2023-cü ilin may ayından etibarən “X24” MMC-yə işə qəbul olunub. Həmin vaxtdan hadisə baş verən günə qədər şirkətdə logistika üzrə mütəxəssis vəzifəsində işləyib. Ondan əvvəl həmin vəzifəni şirkətdə heç kim icra etməmişdir. 29 iyul 2024-cü il tarixdə saat təxminən 17:00 radələrində şirkətin ofisində iş otağında olarkən bir neçə nəfər şəxslərin ofisə gəlib iclas otağına tərəf getdiklərini eşitmişdir. Konkret olaraq kimlərin və hansı məqsədlə gəldiklərini bilməmişdir. Həmin şəxslər gəldikdən bir az sonra iclas otağında səs-küy olduğunu və nalayiq ifadələrin səsləndiyini eşitmişdir. Bu maraq doğurduğu üçün otağından çıxmış, iclas otağından səslərin gəldiyini eşitmiş, bu zaman Təqsirləndirilən şəxs1 otağına tərəf baxdıqda sonuncunun öz otağında telefonla kimləsə danışdığını görmüşdür. Kostıantynın otağının divarları şüşəli olduğu üçün sonuncunun otaqda olduğunu görə bilmişdir. Bir neçə saniyə həmin tərəfə baxdıqdan sonra yenidən öz otağına qayıdıb qapını bağlamışdır. Bir neçə dəqiqə sonra isə iclas otağında olan bir neçə nəfər şəxslərin narazı halda ofisi tərk etdiklərini eşitmişdir. Bundan sonra hadisə barədə iş yoldaşlarından maraqlanmış, lakin işçilər də onun kimi mübahisənin hansı səbəbdən baş verdiyini bilməmişlər. "xxxx" Səhmdar Cəmiyyəti və “X1” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında müqavilələr o, şirkətə işə qəbul olunduqdan əvvəl bağlanmış, o, işə qəbul olunduqdan sonra isə bu razılaşmalar barədə, ümumiyyətlə, heç bir məlumat verilməmişdir. İşə qəbul olunduqdan sonra bu günədək "GFT” şirkətində öz profili üzrə heç bir işi həyata keçirməmişdir, çünki bununla bağlı uzun müddət ərzində heç bir tapşırıq və ya göstəriş verilməmişdir. Hər dəfə bu barədə Kostıantyndən soruşduqda sonuncu hər dəfə gələcəkdə sifarişlərin olacağını və işinə ehtiyac duyulacağını bildirmişdir. Şirkət ilə "xxxx" Səhmdar Cəmiyyəti və “X1” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında razılaşmanın olduğunu olmuş, lakin konkret olaraq hansı məhsulların haradan alınaraq daşınacağı, hansı məbləğdə pul vəsaitlərinin köçürülməsi və razılaşmanın digər şərtləri barədə heç bir məlumatı olmamışdır. Ona veirlmiş suallara cavab olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs2 hadisənin baş verən gün görməyib. Qonaqlar iclas otağından nalayiq ifadələr işlədərək getiblər. Nalayiq ifadələr işlədən şəxsləri üzdən görsə də, heç birini tanımayıb. Qonaqlarda və dəhlizdə qan izləri görməyib. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 məhkəməyə teleqramla müraciət edərək səhhətli ilə əlaqədar məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini, cinayət işinin ibtidai istintaqının gedişində vermiş olduğu ifadəsini təsdiq etdiyini bildirmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 məhkəmə iclasında elan olunmuş ifadəsində görünür ki, 29 iyul 2024-cü il tarixdə səhər saatlarında Moskva şəhərində yaşayan tanışı olan Saşa ona zəng edərək Moskva şəhərindən dostlarının Bakı şəhərinə gələcəklərini, həmin şəxsləri qarşılayıb köməklik etməyini xahiş etmişdir. O, razılıq verdikdən sonra Saşa onun nömrəsini “Sergey” adlı şəxsə verdiyini və Sergeyin ona zəng edəcəyini demişdir. Bundan sonra “Sergey” adlı şəxs ona zəng edərək tanışı Valery ilə birlikdə saat 15:00 radələrində “Heydər Əliyev adına X31”nda olacaqlarını demişdir. Həmin saatda o, hava limanında Sergey və Saşanı qarşılamışdır. Sergey onları ilkin olaraq “İntercontinental otel”ə aparmağını xahiş etmişdir. Otelə getdikdən sonra Sergey “Babək Plaza”da işləri ilə bağlı görüşlərinin olduğunu, buna görə də yarım saat sonra həmin ünvana gedəcəklərini demişdir. O, təxminən 40 dəqiqədən sonra yenidən həmin otelə getmişdir. Daha sonra idarə etdiyi avtomobil ilə Sergey və Valery Xətai rayonu, Babək prospektində yerləşən “Babək Plaza"ya aparmışdır. Saat 17:00 radələrində onlar həmin ünvana çatdıqdan sonra Sergey “Kostıantyn” adlı şəxslə işlə bağlı problemlərinin olduğunu və həmin şəxslə görüşdükdən sonra geri qayıdacaqlarını demişdir. Bundan sonra onlar birlikdə “Babək P!aza”nın 5-ci mərtəbəsinə qalxmışlar. Orada o, girişdə yerləşən otaqda gözləmiş, Sergey və Valery isə ofisə daxil olmuşlar. Təxminən 5-10 dəqiqə sonra ofisin daxilindən səs-küy gəlməyə başlamışdır. Söhbətin konkret nədən getdiyini bilməsə də, ofisdə olan adamlar bir-birinə rus dilində “mənim sənədlərim düzgündür, sən haqsızsan” kimi ifadələr işlətmişlər. Bu şəkildə ofisin daxilində səs-küy davam etdiyi vaxt Sergey və Valery ofisdən bayıra çıxmışlar. Həmin anda Valeryin alın rıahiyəsindən xəsarət aldığını və üzünə doğru qan axdığını görmüşdür. Sergey onları xəstəxanaya aparmağını xahiş etmişdir. O, nə baş verdiyini soruşduqda Valery ofisdə Kostıantynin və yanında olan şəxsin butulka ilə vuraraq xəsarət yetirdiklərini demişdir. Həmçinin Valery sol qolunu da tutaraq sol qolunun da sındığını demişdir. Həmin vaxt artıq binada işləyən digər adamlar da səs-küyə həmin yerə toplaşmışlar. O, bundan sonra Sergey və Nümayəndə1 “Yeni Klinika” tibb müəssisəsinə aparmışdır. Orada Valeryin alın nahiyyəsinə sarğı, sol qoluna isə gips qoyulmuşdur. Bundan sonra o, Sergey və Valery qaldıqları otelə aparmışdır. O, ofisin giriş hissəsində olan otaqda gözlədiyi üçün Nümayəndə1 ofisin daxilində konkret olaraq hansı şəraitdə xəsarət aldığını görməmişdir. Cinayət işinin materiallarında olan “Üzləşdirmə haqqında” protokoldan görünür ki, zərərçəkmiş şəxs Nümayəndə1 Təqsirləndirilən şəxs2 Andereviç arasında keçirilən üzləşdirmə istintaq hərəkəti zamanı Nümayəndə1 istintaqa verdiyi ifadəsini Təqsirləndirilən şəxs2 üzünə qarşı deyərək bir daha təsdiq etmişdir. Cinayət işinin materiallarında olan “Üzləşdirmə haqqında” protokoldan görünür ki, zərərçəkmiş şəxs Nümayəndə1 Təqsirləndirilən şəxs1 ilə arasında keçirilən üzləşdirmə istintaq hərəkəti zamanı Nümayəndə1 istintaqa verdiyi iffedəsini Təqsirləndirilən şəxs1 üzünə qarşı deyərək bir daha təsdiq etmişdir. Cinayət işinin materiallarında olan “Üzləşdirmə haqqında” protokoldan görünür ki, şahid Sergey Stepın Təqsirləndirilən şəxs2 Andereviç ilə arasında keçirilən üzləşdirmə istintaq hərəkəti zamanı Sergey Stepın istintaqa verdiyi ifadəsini Təqsirləndirilən şəxs2 üzünə qarşı deyərək bir daha təsdiq etmişdir. Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının 01 avqust 2024-cü il tarixli 421/MEŞ saylı rəyindən müəyyən edilir ki, Nümayəndə1 bədənində aşkar edilmiş xəsarətlər - sol dirsək sümüyünün cisminin sınığı, alın nahiyəsinin əzilmiş-cırılmış yarası, sağ saidin dərialtı hematoması və əzilmiş yarası bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər, onun tibbi yardım üçün Yeni Klinikaya müraciət etdiyi vaxta və 29 iyul 2024-cü il tarixdə əmələ gələ bilərdilər. Qeyd olunan xəsarətlərdən sol dirsək sümüyünün cisminin sınığı dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir; alın nahiyəsinin əzilmiş-cırılmış yarası dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir; sağ saidin dərialtı hematoması və əzilmiş yarası isə həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. Cinayət işinin materiallarında olan məhkəmə-genetik ekspertizasının 14 avqust 2024-cü il tarixli 24/1356R saylı rəyindən görünür ki, “J.Crew" ticarət markalı 01 ədəd ağ rəngli qısaqol köynəyin sol qolu üzərində aşkar edilmiş “1” nömrəli və ön hissəsində aşkar edilmiş “2”, “3”, “4” nömrəli qanabənzər ləkələr insana məxsus qan ləkələridir və həmin ləkələr müqayisəli tədqiqatın keçirilməsi üçün kifayət qədər yararlı bioloji mənşəli materialları özündə ehtiva edir. “J.Crew” ticarət markalı 01 ədəd ağ rəngli qısaqol köynəyin sol qolu üzərində aşkar edilmiş “1” nömrəli və ön hissəsində aşkar edilmiş “2”, “3”, “4” nömrəli qan ləkələri, həmin köynəyi geyinmiş kişi cinsindən olan naməlum şəxsə məxsusdur. Belə ki, qan ləkələrindən əldə edilmiş DNT profilləri DİN-nin DNT məlumat bankında olan DNT profilləri ilə eynilik təşkil etmir. “J.Crew” ticarət markalı 01 ədəd ağ rəngli qısaqol köynəyin üzərində aşkar edilmiş “1”, “2”, “3”, “4” nömrəli qan ləkələrindən əldə edilmiş DNT profilləri DİN-nin DNT məlumat bankına əlavə edildi və gələcəkdə müqayisəli tədqiqatın keçirilməsi zərurəti yaranarsa istifadə edilə bilər. Cinayət işinin materiallarında olan “Diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Daxili İşlər Nazirliyi Baş İnformasiya-Kommunikasiya idarəsindən daxil olmuş 13 avqust 2024-cü il tarixli 20/2-13868 nömrəli məktuba əlavə edilmiş, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 12A ünvanında yerləşən “Babək Plaza”nın giriş-çıxış və parklanma yerində quraşdırılmış “Üztanıma” sistemindən 29 iyul 2024-cü il tarixdə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Nümayəndə1 videogörüntüləri olan 01 ədəd diskə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, 01 ədəd CD diskə “Nümayəndə1", “Təqsirləndirilən şəxs1” və “Təqsirləndirilən şəxs2" adları altında qeyd edilmiş, içində videofayllar olan qovluqlar köçürülmüşdür. “Nümayəndə1” qovluğuna 5 ədəd, “Təqsirləndirilən şəxs1” qovluğuna 14 ədəd, "Təqsirləndirilən şəxs2" qovluğuna isə 3 ədəd videogörüntüləri əks etdirən fayllar köçürülmüşdür. “Nümayəndə1" qovluğunda olan “Plazanın qarşısı-Ziraat bank istiqaməti” adlı videofaylda cinayət işi üzrə şahid qismində dindirilmiş Sergey Stepın və Şahid3, o cümlədən zərərçəkmiş şəxs Nümayəndə1 “Babək Plaza”nın qarşısında piyada olaraq hərəkət etmələri müşahidə edilmişdir. “Əsas giriş" adlı videofaylda cinayət işi üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Sergey Stepın, Şahid3 və Nümayəndə1 ilə birlikdə plazaya daxil olmaları müəyyən edilmişdir. “Əsas çıxış” adlı videofayfa baxış zamanı Nümayəndə1 sol qol və başın alın nahiyələrindən xəsarətlər alaraq Sergey Stepın ilə birlikdə “Babək Plaza”nı tərk etməsi, o cümlədən istintaqa təqdim edilən əynində olmuş ağ rəngli köynəyin üzərində qan ləkələrinin olması müəyyən edilmişdir. Nümayəndə1 alın nahiyəsində olan qan izlərinə görə alnına sarğı qoyulmuş, o cümlədən sol qoluna da sarğı bağlanmışdır. “Çıxış C:bloku” adlı videofaylda artıq bədən xəsarətləri almış Nümayəndə1 Sergey Stepın İlə birlikdə plazanın giriş-çıxış qapısı istiqamətinə getməyi müəyyən edilmişdir. “Plazanın qarşısı-Ziraat bank istiqaməti” adlı videofaylda xəsarət almış Nümayəndə1 Sergey Stepın və Şahid3 ilə “Babək Plaza"nın qarşısında söhbət etməsi müəyyən edilmişdir. “Təqsirləndirilən şəxs2” qovluğunda olan “Əsas giriş” adlı videofaylda papaq və qara eynək geyinmiş Təqsirləndirilən şəxs2 Kuçer Kostıantyn, vaıery Zakharenkov, Sergey Stepın və Şahid3 ilə birlikdə “Babək Plaza”ya daxil olması müəyyən edilmişdir. “Restorana Plazadan giriş” adlı videofayldan Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 ilə birlikdə plazada olan pilləkənlərin yanında dayanmaqları müşahidə edilmişdir. “Əsas çıxış” adlı videofaylda videomüşahidə cihazının göstəricisinə əsasən 29 iyul 2024-cü il tarixdə saat 17;38-də Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 ilə birlikdə “Babək Plaza”nın girişçıxış qapısından çölə çıxmaqları müəyyən edilmişdir. “Təqsirləndirilən şəxs1” adlı qovluqda yuxanda qeyd edilən videogörüntülərdən əlavə “Əsas giriş” adlı videofaylda Təqsirləndirilən şəxs1m saat 17:39-da Təqsirləndirilən şəxs2 yola saldıqdan sonra yenidən “Babək Plazaya” daxil olması, 29 iyul 2024-cü il tarixdə müxtəlif vaxtlarda plazanın avtomobil dayanacağına daxil olub və oradan çıxması, müxtəlif vaxtlarda istifadəsində olan “Hyundai1’ markalı **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin bir neçə dəfə “Babək P!aza”nın avtomobil dayanacağına daxil olub oradan çıxması müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan “Baxış keçirilmə haqqında” protokoldan görünür ki, istintaq zamanı Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 12A ünvanında “Babək Plaza” kompleksinin beşinci mərtəbəsində yerləşən “X24” Məhdud Məsuliyyətli Cəmiyyətinin ofisində aparılan axtarış və götürmə istintaq hərəkəti zamanı götürülmüş sənədlər və kompüterlərə baxış keçirilmişdir. “X24” şirkətinin ofisindən götürülmüş qovluqlarda olan sənədlərə baxış zamanı istintaq üçün əhəmiyyət kəsb edən aşağıdakılar müəyyən edilmişdir: 1) “Исходящие Мин. Обороны” adlı sənəd qovluğunda: - “X26” MMC-nin direktoru Şahid6 adından X13 19 dekabr 2021-ci il tarixdə Heydər Əliyev adına hava limanında sərhəd nəzarətindən keçə bilməməsi barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinə ünvanlanmış 21 dekabr 2021-ci il tarixli məktub; - X20 Azərbaycana dəvət edilməsi və viza alınmasında köməkliyin göstərilməsi barədə Müdafiə Nazirinin müavini, Hərbi Hava Qüvvələrinin Komandanına ünvanlanmış 05 oktyabr 2021-ci il tarixli məktub; - Təqsirləndirilən şəxs1ın Azərbaycana dəvət edilməsi və çoxdəfəli viza alınmasında köməkliyin göstərilməsinə dair Müdafiə Nazirinin müavini, Hərbi Hava Qüvvələrinin Komandanına ünvanlanmış 15 avqust 2020-ci il tarixli məktub; 2) “Входящие документы 2022” adlı sənəd qovluğunda: - “Əmanətlərin Sığortalanması Fondu” tərəfindən "xxxx" MMC-yə göndərilmiş "xxxx" ASC-nin müflis elan olunması ilə bağlı “GFT’’ şirkətinin kreditor tələbinin qeydə alınması və növbəlilik qaydasında həyata keçirilməsi haqqında 11 iyun 2024-cü il tarixli məktub; - “Əmanətlərin Sığortalanması Fondu” tərəfindən göndərilmiş “X1” şirkəti tərəfindən "GFT” MMC-yə 16 may 2023-cü İl tarixdə 234.720 avro məbləğində həyata keçirilmiş avans ödənişinin hesaba köçürülməsi ilə bağlı 25 yanvar 2024-cü il tarixli məktub; Azərbaycan Respublikasının Mərkəzi Bankının "xxxx" ASC-də yerləşən hesabda olan vəsaitin “Kapital Bank“ ASC-dəki hesaba köçürülməsinə dair edilən müraciətə 02 iyun 2023-cü il tarixli cavab məktubu; 3) “Приказы 2020-2021” sənəd qovluğunda: - 01 noyabr 2021-ci il tarixindən etibarən "xxxx" MMC-nin direktoru vəzifəsində çalışan Təqsirləndirilən şəxs1ın vəzifə maaşının 4500 manat təyin edilməsi barədə 01 noyabr 2021 -ci il tarixli əmr; - Təqsirləndirilən şəxs1ın 23 oktyabr 2021-ci İl tarixdən 07 noyabr 2021-ci İl tarixədək İspaniya ölkəsinə ezam edilməsi barədə 12 oktyabr 2021-ci il tarixli əmr; - Təqsirləndirilən şəxs1ın 03 avqust 2021-ci il tarixdən 18 avqust 2021-ci il tarixədək İspaniya ölkəsində yerləşən “X38 S.L.” şirkətinə ezamiyyətə göndərilməsi barədə 26 iyul 2021-ci il tarixli əmr; - Təqsirləndirilən şəxs1ın 01 oktyabr 2020-ci il tarixdən müddətsiz "xxxx" MMC- nin baş direktoru vəzifəsinə təyin edilməsi barədə 30 sentyabr 2020-ci il tarixli əmr; 4) “K.A” adı ilə qeyd edilmiş sənəd qovluğunda: - Təqsirləndirilən şəxs1ın əmək müqaviləsi bildirişi, Rusiya Federasiyası tərəfindən verilmiş viza, Azərbaycan Respublikasının sürücülük vəsiqəsi, Fransa Respublikasının qaçqın sənədi, Fransa Respublikasının pasportu və X14 Rusiya Federasiyası pasportu və Azərbaycan Respublikasında müvəqqəti yaşama icazəsinin surəti; 5) “PPK” adı altında qeyd edilmiş sənəd qovluğunda: - “X1” şirkəti tərəfindən "xxxx" MMC-yə ünvanlanmış şirkətlər arasında bağlanmış müqavilələrə əsasən sifariş edilən malların çatdırılması ilə bağlı avans şəklində göndərilən 1.600.000 avro və 1173.600 avro məbləğində pul vəsaitinin sifarişin icra edilməməsi səbəbindən geri qaytarılmasına dair rus dilində olan 21 may 2024-cü il tarixli məktub və məhkəməyədək pretenziya; “X1” şirkəti tərəfindən göndərilən məktuba cavab olaraq "xxxx" MMC-nin avans şəklində göndərilən pul vəsaitlərinin sifarişi icra edənlərə göndərilməsi və müqavilə üzrə öhdəliklərin 2024-cü ilin aprel aymadək icra ediləcəyi barədə rus dilində olan 30 noyabr 2023-cü il tarixli məktub; - "GFT” şirkəti tərəfindən “X1” şirkətinə ünvanlanmış avans şəklində göndərilən 352.080 və 234.720 avro məbləğində pul vəsaitinin qəbul edilməsini təsdiq edən 26 may 2023-cü il tarixli məktub; - "GFT” şirkəti tərəfindən “X1” şirkətinə ünvanlanmış avans şəklində göndərilən 800000 və yenidən 800000 avro məbləğində pul vəsaitinin qəbul edilməsini təsdiq edən 31 mart 2023-cü il tarixli məktub; - "xxxx" MMC tərəfindən göndərilən avans ödənişin bir hissəsinin sifariş edilən malın hazırlanması üçün xərclənməsi, qalan hissəsinin isə ləğv edilmiş "xxxx" ASC-nin dondurulmuş hesabında saxlanılması, bununla bağlı dəfələrlə Azərbaycan Respublikasının Mərkəzi Bankına müraciət edilməsi barədə “X1" şirkətinə ünvanlanmış 31 may 2024-cü il tarixli məktub; - “X1” şirkəti tərəfindən “GFT" MMC-nin "xxxx" ASC-də olan hesabında yaranmış problemlə bağlı köməkliyin göstərilməsi barədə “Əmanətlərin Sığortalanması Fondu"na ünvanlanmış 14 iyun 2024-cü il tarixli məktub; - "xxxx" və “X1” şirkətləri arasında 27 mart 2023-cü il tarixli müqavilənin ləğv edilməsi barədə 14 iyun 2024-cü il tarixli müqavilə; - 27 mart 2023-cü İl tarixdə bağlanmış müqaviləyə 03 iyul 2023-cü il tarixli 5 nömrəli əlavə razılaşma və qəbzlər; - "xxxx" və “X3" şirkətləri arasında bağlanmış 031/3xx/xx/270323 nömrəli 27 mart 2023-cü il tarixli müqavilə; 6) “Исходящие 2023" adlı sənəd qovluğunda: - "xxxx" MMC tərəfindən göndərilmiş Rusiya Federasiyasının şirkətləri ilə bağlanmış müqavilələr üzrə avans şəklində 10151809,50 avro məbləğində pul vəsaitlərinin göndərilməsi, şirkətin bütün vəsaitlərinin yerləşdiyi lisenziyası ləğv edilmiş "xxxx" ASC-nin hesablarının dondurulması və yaranmış problemlərlə bağlı köməkliyin göstərilməsi barədə Azərbaycan Respublikası Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisinə ünvanlanmış 18 iyul 2024-cü il tarixli məktub; - “X1” şirkəti tərəfindən 19 may 2023-cü il tarixdə lisenziyası ləğv edilmiş “GünayBank" ASC-nin hesabına köçürülən 234720 avro məbləğində pul vəsaitinin geri qaytarılmasına dair “Əmanətlərin Sığortalanması Fondu”na ünvanlanmış 16 yanvar 2024cü il tarixli pretenziya; - Şahid5 "xxxx" şirkətinin direktoru vəzifəsinə təyin edilməsi, lakin bank hesabları üzrə sərəncamvermə səlahiyyətinin şirkətin baş direktoru Təqsirləndirilən şəxs1da qalması barədə 21 noyabr 2023-cü il tarixli “BTB” banka ünvanlanmış məktub; - "xxxx" ASC-nin lisenziyasının ləğv edilməsi ilə bağlı hesablarda olan vəsaitlərdən istifadə edə bilməməsi səbəbindən digər şirkətlər ilə arasında bağlanmış müqavilələr ilə bağlı öhdəlikləri yerinə yetirə bilməyəcəklərinə dair "GFT” MMC-dən "Əmanətlərin Sığortalanması Fondu"na ünvanlanmış 03 avqust 2023-cü il tarixli məktub; - "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankına ünvanlanmış 19 may 2023-cü il tarixli məktub; 7) “Уставные документы GFT” sənəd qovluğunda: - “GFT" MMC-nin nizamnaməsi. Cinayət işinin materiallarında olan “Baxış keçirilmə haqqında” protokoldan görünür ki, istintaq zamanı cinayət işi üzrə maliyyə əməliyyatları və bank hesablarının vəziyyəti barədə məlumatların ələ keçirilməsinə dair Xətai Rayon Məhkəməsinin 06 avqust 2024-cü il tarixli 5(011)-660/2024 saylı qərarı əsasında dövlət və kommersiya banklarından daxil olmuş məlumatlara baxış keçirilmişdir. Baxış zamanı Azərbaycan Respublikasında fəaliyyət göstərən dövlət və kommersiya banklarından ddə edilmiş cinayət işi üzrə əhəmiyyət kəsb edən məlumatların olması aşkar edilmişdir. Belə ki, “Əmanətlərin Sığortalanması Fondu’’dan daxil olmuş 19 avqust 2024-cü il tarixli 12-5/2-360/2024 saylı məktuba qoşma şəklində əlavə edilmiş sənədlərə baxış zamanı müəyyən edilmişdir ki, ləğv edilmiş "xxxx" ASC-də Təqsirləndirilən şəxs1ın təsisçisi olduğu "X24” MMC-yə aid AZ78GUNA********************0 hesabında 8222,31 manat; AZ85GUNA******************** hesabında 46,41 ABŞ dolları; AZ96GUNA******************** hesabında 4.639.649,67 avro; AZ42GUNA******************** hesabında 10048,4 avro; AZ15GUNA******************** hesabında 1.000 avro və AZ06GUNA******************** hesabında 266,26 rubl məbləğində pul vəsaitləri qalıq qalmışdır. “X24” MMC-yə məxsus "GünayBank” ASC-də mövcud olmuş AZ96GUNA******************** hesabına baxış zamanı aşağıdakılar müyyən edilmişdir: - 30 mart 2023-cü il tarixdə "X1” MMC tərəfindən 800000 avro və 31 mart 2023-cü il tarixdə həmin şirkət tərəfindən yenidən 800000 avro məbləğində pul vəsaiti “X24" MMCnin hesabına köçürülmüşdür; - 31 mart 2023-cü il tarixdə “X24” MMC tərəfindən 130.000 avro məbləğində pul vəsaiti İspaniya Krallığında fəaliyyət göstərən “İmportaciones Carreıra" adlı şirkətə göndərilmişdir; - 06 aprel 2023-cü i! tarixdə "xxxx" MMC tərəfindən 78.366 avro məbləğində pul vəsaiti Çİn Xalq Respublikasında fəaliyyət göstərən “X27" şirkətinə göndərilmişdir; - 06 aprel 2023-cü il tarixdə “GFT" MMC tərəfindən 52.000 avro məbləğində pul vəsaiti Qətər Dövlətində fəaliyyət göstərən “Synergy İTS W.L.L. CNT" şirkətinə göndərilmişdir; - 27 aprel 2023-cü il tarixdə "xxxx" MMC tərəfindən 100000 avro məbləğində pul vəsaiti Türkiyə Respublikasında fəaliyyət göstərən “Gareks Havacılık CNTR" şirkətinə göndərilmişdir; - 28 aprel 2023-cü il tarixdə "xxxx" Səhmdar Cəmiyyəti tərəfindən "xxxx" MMC- mn hesabına 400000 avro məbləğində pul vəsaiti göndərilmişdir; - 08 may 2023-cü il tarixdə “X1” MMC tərəfindən 50000 avro məbləğində pul vəsaiti “GFT1 MMC-nin hesabına köçürülmüşdür; - 15 may 2023-cü il tarixdə “X1” MMC tərəfindən 302080 avro məbləğində pul vəsaiti "xxxx" MMC-nin hesabına köçürülmüşdür; - 15 may 2023-cü il tarixdə "xxxx" MMC tərəfindən 100000 avro məbləğində pul vəsaiti Türkiyə Respublikasında fəaliyyət göstərən “Gareks Havacılık CNTR” şirkətinə göndərilmişdir; - 19 may 2023-cü il tarixdə “X1” MMC tərəfindən 234720 avro məbləğində pul vəsaiti "xxxx" MMC-nin hesabına göndərilmişdir; A296GUNA******************** hesabında qalıq qalan məbləğ 4639649,67 avro təşkil edir. “X24” MMC-yə və Təqsirləndirilən şəxs1a aid “GünayBank" ASC-də mövcud olmuş digər bank hesablarına baxış zamanı istintaq üçün əhəmiyyət kəsb edə biləcək digər məlumatlar aşkar edilməmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tərəfindən 20 sentyabr 2024-cü il fiarixli 2024/111/25795 nömrəli məktuba qoşma şəklində göndərilmiş sənədlərə baxış zamanı “X24” MMC-nin "xxxx"da olan AZ15AİİB******************** hesabında qalıq pul vəsaitinin olmaması, AZ45A1İB******************** hesabında isə 5,31 manat məbləğində pul vəsaitinin qalıq qalması müəyyən edilmişdir. “X24” MMC-yə məxsus "xxxx" ASC-də mövcud olmuş AZ15AİİB**********081730102 hesabına baxış zamanı aşağıdakılar müəyyən edilmişdir: - 15 oktyabr 2021-ci il tarixdə “Avıazapchast" Səhmdar Cəmiyyəti tərəfindən 5488 avro məbləğində pul vəsaiti "xxxx" MMC-nin hesabına köçürülmüşdür; - 19 oktyabr 2021-ci il tarixdə "xxxx" MMC tərəfindən 22981,80 avro məbləğində pul Məsaiti Portuqaliya Respublikasında fəaliyyət göstərən “X9 İLDA” şirkətinə göndərilmişdir; - 28 oktyabr 2021-ci il tarixdə "xxxx" MMC tərəfindən 240760 avro məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs1 təsisçisi olduğu və İspaniya Krallığında fəaliyyət göstərən “X39 SL” şirkətinə göndərilmişdir; - 04 noyabr 2021-ci il tarixdə 481520 avro məbləğində pul vəsaiti "xxxx" MMC tərəfindən fepaniya Krallığında fəaliyyət göstərən “X38 SL” şirkətinə göndərilmişdir; - 19 yanvar 2022-ci il tarixdə "xxxx" Səhmdar Cəmiyyəti tərəfindən 187200 avro məbləğində pul vəsaiti "xxxx" MMC-nin hesabına göndərilmişdir; - 25 yanvar 2022-ci il tarixdə "xxxx" MMC tərəfindən 180570 avro məbləğində pul vəsaiti İspaniya Krallığında fəaliyyət göstərən “X38” şirkətinə göndərilmişdir; - 25 yanvar 2022-cİ il tarixdə "GFT” MMC tərəfindən 4939,20 avro məbləğində pul vəsaiti Portuqaliya Respublikasında fəaliyyət göstərən “X9 LDA” şirkətinə göndərilmişdir; - 01 fevral 2022-ci il tarixdə "xxxx" Səhmdar Cəmiyyəti tərəfindən 5806,50 avro məbləğində pul vəsaiti "xxxx" MMC-nin hesabına köçürülmüşdür; - 25 fevral 2022-ci il tarixdə "GFT” MMC tərəfindən 24076 avro məbləğində pul vəsaiti fepaniya Krallığında fəaliyyət göstərən “X38” şirkətinə göndərilmişdir; - 30 avqust 2022-ci il tarixdə "xxxx" Səhmdar Cəmiyyəti tərəfindən 36260 avro məbləğində pul vəsaiti "GFT” MMC-nin hesabına köçürülmüşdür. Baxış zamanı həmçinin bir neçə dəfə müxtəlif məbləğlərdə pul vəsaitlərinin AZ15AİİB******************** hesabından "xxxx" MMC-yə məxsus "xxxx" ASC-də mövcud olan digər AZ45AİİB******************** hesabına göndərilməsi müəyyən edilmişdir. Həmin digər hesaba baxış zamanı isə hesab üzrə yalnız az məbləğlərdə şirkətin fəaliyyəti ilə bağlı (işçilərin əmək haqqısı, Dövlət Sosial Müdafiə Fonduna ödənişlər, pul köçürmələri, mobil operatorlara ödənişlər və s.) əməliyyatların həyata keçirildiyi müəyyən edilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətindən daxil olmuş məlumatlara baxış zamanı müəyyən edilmişdir ki, “X24” MMC-yə məxsus "xxxx" ASC-də mövcud olan ******************** hesabında 9617,29 manat; Təqsirləndirilən şəxs1a məxsus 2 ədəd hesablarda isə ümumilikdə 4862,32 manat məbləğində pul vəsaiti qalıq qalmışdır. “X24” MMC-yə məxsus "xxxx" ASC-də mövcud olan ******************** hesabına dair məlumatlara baxış zamanı aşağıdakılar müəyyən edilmişdir; - 09 iyun 2023-cü il tarixdə "xxxx" Səhmdar Cəmiyyəti tərəfindən 372800 avro məbləğində pul vəsaiti “GFT" MMC-nin hesabına köçürülmüşdür; - 14 İyun 2023-cü il tarixdə “X1” MMC tərəfindən 586800 avro məbləğində pu! vəsaiti “GFT’ MMC-nin hesabına göndərilmişdir: - 22 iyun 2023-cü il tarixdə "xxxx" MMC tərəfindən 170000 avro məbləğində pul vəsaiti Portuqaliya Respublikasında fəaliyyət göstərən “X9 LDA" şirkətinə göndərilmişdir; - 23 iyun 2023-cü il tarixdə "xxxx" MMC tərəfindən 180000 avro məbləğində pul vəsaiti Portuqaliya Respublikasında fəaliyyət göstərən “X9 LDA” şirkətinə göndərilmişdir; - 03 iyul 2023-cü il tarixdə "xxxx" MMC tərəfindən 160000 avro məbləğində pul vəsaiti “X9 LDA” şirkətinə göndərilmişdir; - 10 iyul 2023-cü il tarixdə "xxxx" MMC tərəfindən 180000 avro məbləğində pul vəsaiti “X9 LDA” şirkətinə göndərilmişdir; - 21 dekabr 2023-cü il tarixdə "xxxx" MMC tərəfindən 32000 avro məbləğində pul vəsaiti Türkiyə Respublikasında fəaliyyət göstərən “X42 Teknolojı və Pazarlama Limited” şirkotino göndərilmişdir; - 01 fevral 2024-cü il tarixdə "xxxx" MMC tərəfindən 40300 avro məbləğində pul vəsaiti Türkiyə Respublikasında fəaliyyət göstərən “X42 Teknolojı və Pazarlama Limited” şirkətinə göndərilmişdir. “X24” MMC-yə və Təqsirləndirilən şəxs1a aid "xxxx" ASC-də mövcud olmuş digər bank hesablarına baxış zamanı istintaq üçün əhəmiyyət kəsb edə biləcək başqa məlumatlar aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan “Yeni Klinika” X40 tərəfindən göndərilmiş tibbi sənədlərin surətindən görünür ki, Zərərçəkmiş şəxs1 29 iyul 2024-cü il tarixdə dirsək sümüyü cisminin sınığı diaqnozu ilə klinikaya qəbul edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamış, lakin cinayət işinin materiallarına əlavə edilmiş İspaniya Krallığının məhkəməsinin qərarlarından Təqsirləndirilən şəxs1 beynəlxalq axtarış elan edilməsi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs1ə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə irəli sürülmüş ittihama görə sonuncu tamah niyyəti, etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş hüquqi şəxs "xxxx" Səhmdar Cəmiyyətinə 1.515.688,89 manat - 820.364,50 avro (Müqavilənin bağlandığı tarixə Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi məzənnə ilə) məbləğində xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs1 eyni niyyətlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş hüquqi şəxs “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinə 5.114.487,51 manat – 2.773.600,00 avro (Müqavilənin bağlandığı tarixə Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi məzənnə ilə) məbləğində xüsusilə külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsi haqqında” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Məhkəmə qeyd edir ki, şəxsin əməlində cinayət tərkibinin olmasının müəyyən edilməsi üçün cinayət tərkibinin dörd vacib elementinin olması zəruridir. Belə ki, Cinayət hüquq nəzəriyyəsində cinayət tərkibi xüsusi yer tutur. Cinayət tərkibi dedikdə ictimai təhlükəli əməli cinayət kimi səciyyələndirilən, cinayət qanunu ilə nəzərdə tutulmuş obyekti və subyektiv əlamətlərinin məcmusu başa düşülür. Cinayət tərkibi isə dörd vacib elementdən ibarətdir; cinayətin obyekti, obyektiv cəhəti, subyekti və subyektiv cəhəti. Cinayətin obyekti — cinayətkarın qəsd etdiyi maraqlar, sərvətlər və ya başqa şəxslərin hüquqlarıdır. Cinayətin obyektiv cəhəti dedikdə, cinayətin törədildiyi əməl (hərəkət və ya hərəkətsizlik), cinayətkar nəticələr, habelə əməl və nəticələr arasında səbəbli əlaqə başa düşülür. Cinayətin subyekti — üzərinə törədilmiş əmələ görə cinayət məsuliyyətinin qoyulması mümkün olan şəxsdir. Söhbət cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddindən və anlaqlılıqdan gedir. şəxsin törətdiyi əmələ (hərəkət və ya hərəkətsizlik) qəsd və ya ehtiyatsızlıq formasında psixi münasibətidir. Cinayətin subyektiv cəhətinə motiv, məqsəd və emosional vəziyyət kimi əlamətlər də daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə əsasən, dələduzluq cinayəti etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmədə ifadə olunur. Həmin Məcəllənin 178.4-cü maddəsində Cinayət Məcəllənin 178.1-ci maddəsində nəzərdə tutulmuş əməlin xüsusilə külli miqdarda ziyan vurmaqla törədilməsi on ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinin mənasına görə dələduzluq cinayətində etibardan sui-istifadə etmə və aldatma özgə əmlakını talamanın üsulu kimi çıxış edir. Təqsirkar aldadaraq və ya etibardan sui-istifadə edərək zərərçəkmiş şəxsi yanılma dərəcəsinə çatdırmaqla əmlakın ona verilməsinə nail olur. Beləliklə, dələduzluq cinayətinin törədilmə üsulu kimi aldatma və etibardan sui-istifadə həmin cinayətin obyektiv cəhətinin tərkib hissələrini təşkil edir. Bundan başqa dələduzluq cinayəti subyektiv cəhətdən yalnız birbaşa qəsd formasında təqsirlə xarakterizə olunduğundan, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs1in törətməkdə ittiham olunduğu əməldə dələduzluq niyyətinin mövcudluğu sübutetmə predmetini təşkil edir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 saylı qərarında qeyd olunur ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan suiistifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Cinayət işinin mübahisəsiz hallarından görünür ki, “Avıazapchast Səhmdar Cəmiyyəti ilə Təqsirləndirilən şəxs1in arasında biznes əməkdaşlığı 2019-cu ildən başlamışdır. Belə ki, tərəflər arasında ilk müqavilə münasibətləri 29 yanvar 2019-cu il tarixdə "xxxx" SC ilə Təqsirləndirilən şəxs1in təsisçisi olduğu “X39” şirkəti arasında müqavilə ilə yaranmışdır. Həmin müqavilə şərtləri tam şəkildə icra edilmiş və bundan sonra Təqsirləndirilən şəxs1in təsisçisi və baş direktoru olduğu “X24” şirkəti ilə bağlanmış 09 iyul 2020-ci il tarixli müqavilə bağlanmış üzrə 10 ədəd müqaviləyə əlavənin altısı “X24” şirkəti tərəfindən tam icra edilmişdir. Müqaviləyə 4 əlavə isə həmin əlavələr üzrə avans ödənişləri “X30” MMCnin əsas bank hesabı “GünayBank" ASC-ə köçürüldüyündən və həmin vəsait dondurulduğundan müqavilənin 4 əlavəsi üzrə mallar sifariş edilə bilməmiş, “X24” MMCnin 4 əlavə üzrə 820.354,50 avro dəyərində icra edilməmiş öhdəliyi qalmışdır. Bundan başqa məhkəmə cinayət işinin materiallarından müəyyən edir ki, 27 mart 2023-cü il tarixdə “X1” MMC ilə “X30” MMC arasında mülki təyyarələr üçün ehtiyat hissələrinin alınaraq çatdırılması barədə müqavilə bağlanmışdır. Həmin müqavilənin ilkin hissəsi üzrə “X30” MMC tərəfindən üzərinə götürülmüş öhdəlik tam icra edilmiş, cinayət işinin materiallarında olan ***-*******5 saylı xx.xx.2023-cü il tarixli avia-qaimədən göründüyü kimi müqavilənin predmeti olan mülki təyyarələr üçün təlim stendləri “Türk hava yolları” vasitəsilə BƏƏ Dubay şəhərindən Qazaxıstan Respublikasının Almata şəhərinə çatdırılmışdır. Lakin müqavilənin digər hissəsi üzrə 2.773.600 avro pul şirkətin "xxxx" ASCdə yerləşən hesabına avans olaraq yerləşdiyindən və 2023-cü ilin yaz aylarında "xxxx" müflis elan olunduğundan şirkət hesabda qalan külli miqdarda pul vəsaitindən istifadə edə bilməmişdir. Həmçinin cinayət işinin materiallarında olan "xxxx" MMC tərəfindən “X1” şirkətinə ünvanlanmış 31 may 2024-cü il tarixli məktubdan “X1” şirkətinə onlar tərəfindən göndərilmiş avans ödənişin bir hissəsinin sifariş edilən malın hazırlanması üçün xərclənməsi, qalan hissəsinin isə ləğv edilmiş "xxxx" ASC-nin dondurulmuş hesabında saxlanılması, bununla bağlı dəfələrlə Azərbaycan Respublikasının Mərkəzi Bankına müraciət edilməsi barədə məlumat verilməsi müəyyən olunur. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 özündən asılı olmayan, hər iki şirkət tərəfindən avans olaraq ödənilmiş məbləğlərin müflis elan edilmiş "xxxx" ASC-də yerləşən bank hesabında dondurulması səbəbindən müqavilə üzrə öhdəliklərini tam icra edə bilməmişdir. Həmçinin cinayət işinin materiallarından görünür ki, "xxxx" Səhmdar Cəmiyyəti ilə Təqsirləndirilən şəxs1in təsisçisi olduğu “X39” şirkəti arasında 2019-cu ildən etibarən davamlı ticarət münasibətləri mövcud olmuş, sonuncuları arasında bağlanmış həmin ildə bağlanmış müqavilə tam, "xxxx" Səhmdar Cəmiyyəti ilə “X24” şirkəti ilə bağlanmış 09 iyul 2020-ci il tarixli və sonuncu ilə “X1” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 27 mart 2023-cü il tarixli müqavilə şərtləri qismən icra olunmuşdur. Sonuncu şirkətin 27 mart 2023-cü il tarixli müqavilənin icra olunmuş hissəsi bağlı narazılığı müqavilə üzrə məhsulun keyfiyyət və kəmiyyətinin müqavilə şərtlərinə uyğun gəlməməsi ilə bağlı olmuş, bu səbəbdən də, aralarında bağlanmış müqavilənin ləğv edilməsini və ödənilmiş pulların geri qaytarılmasını tələb etmişdir. Göründüyü kimi yuxarıda göstərilən tərəflər arasında kommersiya münasibətləri mövcud olmuşdur. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 saylı qərarının 27-ci bəndində qeyd olunur ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, “Mülki və siyasi hüquqlar haqqında” Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 16 dekabr 1966-cı il tarixdə qəbul edilmiş Beynəlxalq Paktın 11-ci maddəsinə və “İnsan hüquqlarının və X15 haqqında” Avropa Konvensiyasının 4 saylı Protokolunun 1-ci maddəsinə əsasən, heç kəs hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz. Bu baxımdan əmlakın qaytarılmaması obyektiv hallarla, yəni müflisləşmə və ya uğursuz kommersiya fəaliyyəti nəticəsində, borclunun əmlakının oğurlanması və bu kimi sair hallarla əlaqədar olmuşdursa, kreditor və borclunun qarşılıqlı münasibətləri mülki qanunvericilik əsasında tənzimlənməlidir. Qanuna müvafiq qaydada kredit, borc, girov, alqı-satqı və bu kimi başqa mülki münasibətlərdən irəli gələn müqavilə bağlandıqdan sonra şəxs digər şəxsin müqavilənin şərtlərinə zidd olan hərəkətləri nəticəsində əmlakından və ya əmlaka olan hüququndan məhrum olduqda və həmin əmlakın qaytarılması (əmlaka olan hüququnun bərpa edilməsi) iddiası ilə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etdikdə, məhkəmə bu xarakterli iddialara mülkiprossessual qanunvericiliyinin tələblərinə uyğun qaydada baxmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs1 ilə zərər çəkmiş və mülki iddiaçı olan hüquqi şəxslər "xxxx" Səhmdar Cəmiyyəti və “X1” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında məhz mülki hüquq münasibətləri mövcud olmuş və təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs1ə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə onlar arasında mübahisə məhz mülki qanunvericiliklə tənzimlənən öhdəliyin icrası ilə bağlı yaranmışdır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 saylı qərarının 1-ci bəndində qeyd olunur ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarın 5-ci bəndinə əsasən, şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Təsvir olunan qərardan görünür ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlmiş olduğu halda əməl dələduzluq kimi tövsif edilməlidir. Halbuki, mülki münasibətlərdən irəli gələn (məsələn, qanuna müvafiq olaraq bağlanmış borc, kredit, icarə və sair müqavilələr üzrə) öhdəliklərin yerinə yetirilməməsi yalnız o halda dələduzluq kimi qiymətləndirilə bilər ki, şəxsin həmin müqavilələri bağlamazdan əvvəl özgənin əmlakını və ya əmlaka olan hüququnu əvəzsiz olaraq ələ keçirmək niyyətində olması müəyyən edilmiş olsun. Qalan hallarda belə öhdəliklərin yerinə yetirilməməsi məsələsinə mülki mühakimə icraatı qaydasında baxıla bilər. Məhkəmə təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs1ə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə məhkəmə istintaqında araşdırılmış sübutlarla dələduzluq cinayətinin qeyd edilən törədilmə üsulları olan aldatma və ya etibardan sui-istifadə etmənin Təqsirləndirilən şəxs1in hərəkətlərində olması, yəni onun zərər çəkmiş hüquqi şəxsləri öz qulluq mövqeyindən istifadə edərək yanılma dərəcəsinə çatdırmaqla əmlakın ona verilməsinə nail olması müəyyən olunmur. Məhkəmə onu da qeyd edir ki, “X1” şirkətinin "xxxx" MMC-yə 21 may 2024-cü il tarixli məktub və məhkəməyədək pretenziya ünvanlaması bir daha Təqsirləndirilən şəxs1 ilə şirkət arasında məhz mülki-hüquqi münasibətlərin mövcud olduğunu təsdiq edir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarının 1, 2, 3, 4 və 5ci bəndlərində qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Dələduzluq cinayət qanununda maddi tərkibli cinayət olaraq təsbit edildiyindən, əməl özgə əmlakının aldatma yolu ilə ələ keçirilməsinə yönəldikdə, əmlakın faktiki olaraq ələ keçirilməsi (təqsirkarın həmin əmlak üzərində real olaraq sərəncam vermək imkanı əldə etməsi) anından bitmiş olur. Odur ki, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs1ə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə zərər çəkmiş hüquqi şəxslər "xxxx" ASC və “X1” MMC tərəfindən ittihamda qeyd edilən məbləğlər Təqsirləndirilən şəxs1in təsisçisi və rəhbəri olduğu “X24” MMC şirkətinin müvafiq bank hesablarına keçirilərkən sonuncuda aldatma, etibardan sui-istifadə etməklə özgə əmlakını əvəzsiz olaraq ələ keçirmə niyyəti olmadığına, sonrakı dövrdə zərər çəkmiş hüquqi şəxslərlə bağlanmış müqavilələr üzrə ödənilmiş məbləğlərin əhəmiyyətli hissəsi müflis elan edilmiş "xxxx" ASC-də dondurulduğuna və bu səbəbdən Təqsirləndirilən şəxs1 tərəfindən müqavilə şərtlərinin icra edilməməsinə görə sonuncunun bu hərəkəti CM-nin 178-ci maddəsinin dispozisiyası nöqteyi-nəzərindən cinayət hüquqi məna kəsb etməyərək əvvəlki öhdəliyin lazımınca icra olunmaması, yəni mülki-hüquqi xarakterli pozuntu kimi çıxış edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinin dispozisiyasına görə dələduzluq şəxsin etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirməsi və ya əmlak hüquqlarını əldə etməsidir. Bu konstruksiyaya görə aldatmadan, etibardan sui-istifadə edən şəxsin qəsdi birbaşa və məhz həmin üsulların köməkliyi ilə əmlakın ələ keçirilməsinə, əmlak hüquqlarının əldə edilməsinə yönəlməlidir. Odur ki, dələduzluq cinayətinin subyektiv cəhəti aldatma və etibardan sui-istifadə etməklə özgə əmlakını ələ keçirən şəxsin əmlakı ələ keçirmək niyyətinin həmin əmlakın ona verilməsinədək mövcud olmasını və buna müvafiq olaraq məqsədinin digər talama cinayətlərində olduğu kimi əmlakın əvəzsiz olaraq ələ keçirilməsinə yönəlməsini ehtiva edir. Buna baxmayaraq məhkəmə iclasında təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs1in əməlində dələduzluq cinayətini xarakterizə edən etibardan suiistifadə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə kimi əlamətlərin olmasını təsdiq edən sübutlar müəyyən edilmədi. Əksinə, məhkəmə araşdırılmış sübutlar əsasında Təqsirləndirilən şəxs1ın zərər çəkmiş hüquqi şəxslər "xxxx" Səhmdar Cəmiyyəti və “X1” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə aralarında müqavilə münasibətləri mövcud olduğunundan, müqavilə üzrə öhdəliklər qismən icra olunduğundan, həmçinin Təqsirləndirilən şəxs1ın ittiham aktında göstərilən məbləğlər müflis elan edilmiş "xxxx" ASC-də manat, dollar və avro valyutalarında dondurulduğundan Təqsirləndirilən şəxs1in Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə ittiham olunduğu cinayət əməlinin tərkib əlamətləri mövcudluğunun inkar olunduğunu, Təqsirləndirilən şəxs1inə qarşı irəli sürülmüş ittihamın məhz həmin maddəsi üzrə sonuncunun niyyətinin zərər çəkmiş hüquqi şəxslərin etibarını qazanaraq və aldadaraq əmlakını ələ keçirmək olmadığını, Təqsirləndirilən şəxs1 ilə "xxxx" Səhmdar Cəmiyyəti və “X1” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında məhz mülki münasibətlərin mövcud olduğunu müəyyən edir. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə, məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə, cinayət təqibi üzrə toplanmış və məhkəmə istintaqında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1in əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.4-cü maddəsinin tərkibi olmadığından ona həmin maddə üzrə bəraət verilməlidir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 33-cü maddəsi müəyyən edir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Həmin Məcəllənin sübutların mümkünlüyünü müəyyən edən 125-ci maddəsində təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır və əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun olaraq, milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Bu şikayətlərlə bağlı məhkəmə xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq, Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olubolmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir (“Dorson Niderlanda qarşı”, “Polufakin və Çernışov Rusiyaya qarşı”, “Lüdi İsveçrəyə qarşı”, “Van Mexelen və digərləri Niderlanda qarşı” şikayətlərlə bağlı qərarlar). Məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. Bu prinsipdən istisnalar ola bilər, lakin bu istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli, eyni zamanda təqsirləndirilən şəxs ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır və 349.4-cü maddənin tələbinə görə, məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, 349.5.2-ci maddəsinə görə bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və 349.5.3-cü maddəsinə əsasən isə məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə - məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3-cü və 221.3-cü maddələrində, Təqsirləndirilən şəxs1ın Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini qəsdən törətmişdir, həmin cinayətlər başa çatmış cinayətlərdir, Təqsirləndirilən şəxs1ın və Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlləri təsnifatına görə az ağır cinayətlərdir. Məhkəmə hesab edir ki, zərər çəkmiş şəxs Nümayəndə1 heç bir xəsarət yetirməməsi barədə Təqsirləndirilən şəxs2 və xuliqanlıq cinayətini törətməməsi, ümumiyyətlə, zərər çəkmiş şəxs Nümayəndə1la aralarında heç bir mübahisənin olmaması barədə Təqsirləndirilən şəxs1ın ifadələri işdə olan sübutlarla təsdiq olunmadığına görə qəbul edilə bilməz və cinayət məsuliyyətindən yayınmaq üçün özlərini müdafiə məqsədi ilə verilmiş sayılmalıdır. Belə ki, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri ilə Təqsirləndirilən şəxs1 zərər çəkmiş şəxs Nümayəndə1 “Təqsirləndirilən şəxs1 onları aldatması” ilə bağlı zarafatyana sözlərini cüzi səbəb kimi bəhanə edərək Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında Vladıslav Zyryanov və Sergey Stepının gözləri qarşısında “Babək Plaza”-da yerləşən ofislərdə və həmin binada çalışan digər şəxslərin normal iş fəaliyyətini pozub orada olan şəxslərin ciddi narahatlığına səbəb olmaqla kobud şəkildə Nümayəndə1 ünvanına uca səslə nalayiq ifadələr işlədib söyməsi, Təqsirləndirilən şəxs2 masanın üzərində olan silah qismində istifadə olunan bir ədəd şüşə su qabını Nümayəndə1 istiqamətində atması nəticəsində sonuncunun sağlamlığına az ağır zərər dəyməsi, Təqsirləndirilən şəxs1 silah qismində istifadə olunan digər bir ədəd şüşə su qabını güclü zərbə ilə Nümayəndə1 üz nahiyəsi istiqamətində atması ilə sonuncunun sağlamlığına yüngül və dərəcələri təyin edilməməklə sağlamlığa zərər vurmayan xəsarətlər yetirməklə fiziki zor tətbiq etməsi, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında Nümayəndə1 yenə də bədən xəsarətləri yetirərək zor tətbiq edəcəyi ilə hədələyib bir qrup şəxs tərəfindən ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən silah qismində istifadə olunan əşyadan istifadə etməklə zərərçəkmiş şəxsə zor tətbiq olunması və fiziki zorun tətbiq edilməsi hədəsi ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətləri etməsi məhkəmə istintaqı zamanı sübuta yetirilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 23 mart 2004-cü il tarixli Qərarının 5-ci bəndinə əsasən, məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən adamöldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda, xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Odur ki, xuliqanlıq niyyətilə qəsdən adam öldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2, yaxud 126.2.4 və ya 127.2.3-cü maddələri ilə tövsüf edilməlidir. Bu zaman qeyd edilən cinayətlərdən hər hansı birinin törədilməsi ilə yanaşı, təqsirləndirilən şəxsin həm də ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik etməyə səbəb olan qəsdən sair hərəkətlər də etməsi müəyyən edilərsə, onda həmin şəxsin əməli cinayətlərin məcmuyu qaydasında, həm də Cinayət Məcəlləsinin 221-ci maddəsilə tövsüf olunmalıdır. "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 №-li qərarının 3-cü bəndində qeyd edilir ki, ictimai qaydanı kobud şəkildə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair xərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Həmçinin məhkəmə xuliqanlıq cinayətinin obyektiv cəhətdən ifadə olunduğu xuliqanlıq əməlləri ilə bağlı qeyd edir ki, "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında həmçinin göstərilir ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər isə təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətlər kimi müəyyən edilmişdir. «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət İşləri və İnzibati hüquqpozmalara dair işlər üzrə Məhkəmənın 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 17 fevral 2006-cı il tarixli qərarında birmənalı olaraq göstərilmişdir ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, hər hansı cinayət əməlinin törədildiyi yer və şərait də onun xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdəndir. Belə ki, şəxsi ədavət zəminində yaranan, o cümlədən zərərçəkənin səhv əməlləri və sair hərəkətlərindən irəli gələn, ailədə, mənzildə, qohumlara və ya tanışlara qarşı təhqir, döymə, yüngül və ya az ağır bədən xəsarətləri yetirmə, əmlakı dağıtma və sair bu kimi hərəkətlər, ictimai qaydanı pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə müşayiət olunmayıbsa, xuliqanlıq kimi qiymətləndirilməməlidir. Həmin əməllər Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunmalıdır. Həmin qərarda qeyd edilir ki, maddənin dizpozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: -ictimai qaydanın kobud sürətdə pozulması, -cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi, -şəxslərin üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1ın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi sübuta yetirilmişdir. Onlar qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs1ə cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, zərər çəkmiş şəxs və mülki iddiaçı ilə aralarında barışıq olmamasını, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Bundan başqa məhkəmə cəza təyin edərkən onu da nəzərə alır ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 hadisənin baş verdiyi gün “X24" MMC-nin “Babək Plaza” kompleksində yerləşən ofisinə Təqsirləndirilən şəxs1lə görüşmək məqsədilə gələrkən digər Təqsirləndirilən şəxs2 də məhz Təqsirləndirilən şəxs1 öz ofisinə çağırmış, bundan sonra ittihamda qeyd edilən hadisə baş vermişdir. Məhkəmə Təqsirləndirilən şəxs1ın himayəsində biri azyaşlı olmaqla iki yetkinlik yaşına çatmayan uşağının olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Cinayət işinin materiallarında olan X36 idarəetmə bürosu tərəfindən verilmiş doğum aktından çıxarışdan və Azərbayca Respublikası ərazisində müvəqqəti yaşamaq üçün MYİ0736499 saylı vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs1in himayəsində 04 iyun 2018-ci il təvəllüdlü azyaşlı və 06 mart 2010-cu il təvəllüdlü bir yetkinlik yaşına çatmamış uşağı var. Təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, zərər çəkmiş şəxs və mülki iddiaçı ilə aralarında barışıq olmamasını, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 hazırki sağlamlıq vəziyyətini, sərbəst güləş üzrə Azərbaycanın və SSRİ-nin əməkdar məşqçisi, əməkdar idman ustası, on dörd dəfə Azərbaycan çempionu, veteranlar arasında dünya çempionu, fəxri bədən tərbiyəsi və idman isçisi, Heydər Əliyev adına Ukrayna-Azərbaycan Təhsil, Elmi-Mədəni, İdman Mərkəzinin təsisçisi olmasını sonuncunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Belə ki, cinayət işinin materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanası tərəfindən verilmiş 30 aprel 2025-ci il tarixli tibbi arayışın surətindən görünür ki, həbs edilmiş şəxs Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdə Bakı istintaq təcridxanasına daxil olmuş və təlimata uyğun olaraq təcridxananın Tibb-sanitar hissəsində ilkin tibbi müayinədən keçirilmişdir. İlkin tibbi müayinə zamanı o, 2009-cu ildən “Podaqra” xəs təliyi görə müalicə aldığını bildirmişdir. Müayinə nəticəsində ona “Podaqra” diaqnozu qoyulmuşdur. Təcridxanada saxlandığı dövrdə müayinələrə (EKQ, R-müayinə) cəlb olunmuş və ona ambulator müalicə təyin olunmuşdur. Dispanser qeydiyyata götürülmüşdür. xx.xx.2025-ci il tarixdə müayinələrə əsasən həkim-kardioloq tərəfindən konsultasiya olmuş və ona “Hipertoniya xəstəliyi İİİ dərəcə” diaqnozu qoyulmuş və Tibb-sanitar hissəsinə stasionar müalicəyə yazılmışdır. Hal-hazırda stasionar müalicə davam edir və həkim nəzarətindədir. Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1nə və Təqsirləndirilən şəxs2 qanunla müəyyən edilmiş qaydada, Təqsirləndirilən şəxs1a Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin olunmuş azadlıqdan məhrum etmə cəzaları qismən toplamaq yolu ilə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza müəyyən edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1nə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Sonuncu barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və X15 haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 31 iyul 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)- 536/2024 saylı, 01 avqust 2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs1nə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 31 iyul 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs2 törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, hazırki sağlamlıq vəziyyətini, sərbəst güləş üzrə Azərbaycanın və SSRİ-nin əməkdar məşqçisi, əməkdar idman ustası, on dörd dəfə Azərbaycan çempionu, veteranlar arasında dünya çempionu, fəxri bədən tərbiyəsi və idman isçisi, Heydər Əliyev adına Ukrayna-Azərbaycan Təhsil, Elmi-Mədəni, İdman Mərkəzinin təsisçisi olmasını, o cümlədən onun barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halların olub cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs2 cəza çəkmədən islah olunmasını mümkün sayır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunaraq, azadlıqdan məhrum etmə növündə təyin olunan cəza şərti olaraq tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 sınaq müddəti müəyyən olunmalı və üzərinə onun davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində ünvan 624-cü il tarixli qərarı ilə əvvəli 31 iyul 2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-949/2025 saylı, 06 may 2025ci il tarixli qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 31 iyul 2024-cü il tarixdən hazırki hökmün elan olunduğu tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı müddət Təqsirləndirilən şəxs2 təyin edilən azadlıqdan məhrum etmə növündə cəza müddətinə hesablanmamalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 25-ci bəndində qeyd edilir ki, cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməlidir. Bundan başqa məhkəmə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 vurulmuş mənəvi zərərin əvəzi olaraq 50.000 (əlli min) manat məbləğində pulun təqsirləndirilən şəxslərdən tutularaq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 xeyrinə, Təqsirləndirilən şəxs1in törətdiyi dələduzluq cinayəti nəticəsində zərər çəkmiş hüquqi şəxs “X1” MMC-ə vurulmuş maddi zərərin əvəzi olaraq 5.114.487,51 manat məbləğində pulun Təqsirləndirilən şəxs1dən tutularaq zərər çəkmiş hüquqi şəxs “X1” MMC-nin xeyrinə və Təqsirləndirilən şəxs1in törətdiyi dələduzluq cinayəti nəticəsində zərər çəkmiş hüquqi şəxs "xxxx" ASC-ə vurulmuş maddi zərərin əvəzi olaraq 1.515.688,89 manat məbləğində pulun Təqsirləndirilən şəxs1dən tutularaq zərər çəkmiş hüquqi şəxs "xxxx" ASC-nin xeyrinə tutulması barədə verilmiş mülki iddialarla bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarının 74-cü bəndinə əsasən, təqsirləndirilən şəxs barəsində CPM-in 42.1.1-ci maddəsinə müvafiq olaraq - cinayət hadisəsinin olmamasına və yaxud 42.1.3-cü maddəsinə müvafiq olaraq – onun cinayətin törədilməsinə aidiyyətinin olmamasına görə bəraət verilirsə, məhkəmə mülki iddianı rədd edir və bəraət hökmünün nəticəvi hissəsində buna dair qərar verir. Bəraət hökmü CPM-in 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsasla (əməldə cinayət tərkibinin olmamasına görə) və yaxud 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsasla (təqsirliliyinin sübuta yetirilməməsinə görə) çıxarıldıqda, eləcə də cinayət təqibinə istər bəraətverici olan, istərsə də bəraətverici olmayan əsaslarla xitam verildiyi bütün hallarda məhkəmə müvafiq qərarı bəraət hökmünün və yaxud cinayət işi üzrə icraat xitam verilməsi haqqında qərarın nəticəvi hissəsində göstərməklə mülki iddianı baxılmamış saxlayır. Odur ki, zərər çəkmiş hüquqi şəxs və mülki iddiaçılar “X1” MMC-və “X1” MMC-nin mülki iddiası baxılmamış saxlanılmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ona vurulmuş mənəvi zərərin əvəzi olaraq 50.000 (əlli min) manat məbləğində pulun təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutularaq onun xeyrinə ödənilməsinə dair iddiası təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 181.2.4-cü maddəsinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə, mənəvi ziyanın ödənilməsini tələb edə bilər. “İnsan Hüquqlarının və X15 Haqqında” Avropa Konvensiyasının 41-ci maddəsinə əsasən mənəvi zərər dedikdə, şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarının 2-ci bəndində Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X15 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmin Qərarın 4-cü bəndinə əsasən şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Habelə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002ci il tarixli qərarında qeyd etmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Məhkəmə zərər çəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 mülki iddiasına münasibətdə qeyd edir ki, Zərərçəkmiş şəxs1 təqsirələndirilən şəxs və mülki cavabdehlərin təqsiri ucbatından ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı, yəni ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olmasına və ya mənəvi iztirab, yəni sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsinə dair hər hansı bir mötəbər sübut təqdim etmədiyinə görə zərər çəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 mülki iddiası təmin edilməməlidir. Məhkəmə hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Bundan başqa məhkəmə hesab edir ki, cinayət işi üzrə mülki iddianın təmin edilməsi üçün təqsirləndirilən şəxs X8 məxsus Bakı şəhəri, Xətai rayonu, Xəqani Rüstəmov küçəsi, ev 8 ünvanında yerləşən 10 saylı mənzilin və “X24" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus "xxxx" Açıq Səhmdar Cəmiyyətində olan bank hesabının üzərinə həbs hökm qanuni qüvvəyə mindikdən sonra götürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut qismində tanınaraq Bakı Şəhər Baş Polis İdarəsinin Təchizat Şöbəsinə təhvil verilmiş zərərçəkmiş şəxs Nümayəndə1 məxsus “J.Crew” ticarət markalı 01 (bir) ədəd ağ rəngli qısaqol köynək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 12A ünvanında yerləşən “Babək Plaza" kompleksinin giriş-çıxış və parklanma yerində quraşdırılmış “Üztanıma” sistemindən 29 iyul 2024-cü il tarixdə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Nümayəndə1 videogörüntüləri köçürülmüş 01 (bir) ədəd disk Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42, 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3-cü və 221.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 təyin olunmuş azadlıqdan məhrum etmə cəzaları Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən qismən toplanmaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə və sınaq müddəti müəyyən olunmaqla Təqsirləndirilən şəxs2 təyin edilən azadlıqdan mərhum etmə cəzası şərti tətbiq edilsin. Sınaq müddəti 06 (altı) ay müəyyən edilsin və hökmün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs2 üzərində nəzarətin həyata keçirilməsi Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1in əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.4-cü maddəsinin tərkibi olmadığından ona həmin maddə üzrə bəraət verilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1ın həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 31 iyul 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Zərərçəkmiş şəxs1 vurulmuş mənəvi zərərin əvəzi qismində 50.000 (əlli min) manat məbləğində pulun Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutularaq onun xeyrinə ödənilməsi barədə mülki iddiası təmin edilməsin. “X1” MMC-nin vurulmuş maddi zərərin əvəzi qismində 5.114.487,51 manat məbləğində pulun Təqsirləndirilən şəxs1dən tutularaq onun xeyrinə ödənilməsinə dair mülki iddiası baxılmamış saxlanılsın. "xxxx" ASC-nin vurulmuş maddi zərərin əvəzi olaraq 1.515.688,89 manat məbləğində pulun Təqsirləndirilən şəxs1dən tutularaq onun xeyrinə ödənilməsinə dair mülki iddiası baxılmamış saxlanılsın. Təqsirləndirilən şəxs1ə məxsus Bakı şəhəri, Xətai rayonu, Xəqani Rüstəmov küçəsi, ev 8 ünvanında yerləşən 10 saylı mənzilin və “X24" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus "xxxx" Açıq Səhmdar Cəmiyyətində olan bank hesabının üzərinə qoyulmuş həbs hökm qanuni qüvvəyə mindikdən sonra götürülsün. İş üzrə maddi sübut qismində tanınaraq Bakı Şəhər Baş Polis İdarəsinin Təchizat Şöbəsinə təhvil verilmiş zərərçəkmiş şəxs Nümayəndə1 məxsus 01 (bir) ədəd ağ rəngli qısaqol köynək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş 01 (bir) ədəd disk Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1ə isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Elnur Nuriyev (sədrlik edən) Azər Tağıyev Kamran Muxtarov
Məhkəmə qərarları › İş №1(101)-949/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-949/2025
25.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver