Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-95/2020 17.08.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakim İradə Xəlil qızı Həsənzadənin sədrliyi ilə hakimlər Əhməd Qəhrəman oğlu Quliyevdən və Azər İslah oğlu Paşayevdən ibarət tərkibdə Zülfiyyə Asif qızı Salmanzadənin katibliyi ilə dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə X16 Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Pharid Gajıevin, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 yetkinlik yaşına çatmayan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3, onun qanuni nümayəndəsi olan zərər çəkmiş şəxsin hüquqi varisi X3 və sonuncunun nümayəndəsi olan Azərbaycan Respublikası Vəkillər X11 Vəkil Bürosunun vəkili X4 müdafiəçilər Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Xırdalan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə 1968-ci il iyulun 12-də Dəvəçi rayonunun Siyəzən şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Siyəzən rayonu, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində ev dustaqlığı qismində qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263-1.4.-cü və 264-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsiinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 2019-cu il martın 15-də saat 1320 radələrində Bakı-Quba- Dağıstan sərhəd yolunun Sumqayıt şəhəri X21 qəsəbəsinin ərazisindən keçən 44.9-cu kilometrliyində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərinə əməl etməyib nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi «QAZ-31029» markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Quba rayonu istiqamətində yolun sağ hərəkət zolağında 70 km/saat sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozmuş, yəni hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməli, göstərilən zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün mane yaratmamaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bu tələbləri yerinə yetirməmiş, hadisənin qarşısını almağa texniki imkanı olsa da qeyd edilən tələblərə əməl etməyərək 90 km/saat sürətlə ötmə əməliyyatı apardığı vaxt sağ hərəkət zolağından sol hərəkət zolağına tərəf manevr etməklə nəqliyyat vasitəsinin sol yan hissəsi ilə eyni istiqamətdə sol hərəkət zolağında hərəkət edən, Zərərçəkmiş şəxs6 idarə etdiyi «X27» markalı **-EA-*** dövlət qeydiyyat nişanlı avtomaşının sağ yan hissəsi ilə toqquşduqdan sonra sürücüsü idarəetməni itirmiş və həmin nəqliyyat vasitəsi idarə olunmaz vəziyyətdə yolun sağ tərəfinə istiqamətlənib hərəkət yolunun sağ kənarına çıxaraq qabaq hissəsi ilə yolun sağ ehtiyat hissəsində dayanan «Kamaz-53212» markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşmuş, nəticədə o, ehtiyatsızlıqdan «X27» markalı **-EA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Zərərçəkmiş şəxs6 başın küt travması, sol gicgah sümüyünün kəllə əsasına keçən qəlpəli sınığı, baş-beyinə qansızma, çənə sümüyünün qəlpəli yerdəyişən sınığı, alın nahiyəsinin geniş ölçülü əzilmiş-cırılmış yarası və dərialtı hematoması, sol gicgah nahiyəsinin dərialtı hematoması, çənəaltı nahiyənin əzilmiş-cırılmış yarası, döş qəfəsinin ön səthinin, sol qalça tini nahiyəsinin sıyrıqları, qabaq sərnişin oturacağında əyləşən Zərərçəkmiş şəxs7 başın küt travması, sol gicgah sümüyünün kəllə əsasına keçən qəlpəli sınığı, baş-beynə qansızma, baş-beynin hissəvi evakuasiyası, sol bud sümüyünün yerdəyişən sınığı, sol gicgah nahiyəsinin geniş ölçülü və sol dirsək oynağı nahiyəsinin əzilmiş-cırılmış yaraları, döş qəfəsinin ön səthinin qançırı, sol əlin arxa səthinin sıyrıqları kimi insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər yetirməklə iki şəxsin hadisə yerində ölmələrinə, arxa sərnişin oturacaqlarında əyləşən Zərərçəkmiş şəxs4 sol bazu sümüyünün distal ucunun açıq oynaqdaxili yerdəyişən sınığı, üzün sıyrılmış yarası kimi insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya, Zərərçəkmiş şəxs5 sağ mil sümüyünün tipik yerinin qapalı yerdəyişən sınığı, alt çənənin sınığı, çənəaltı, alın, sol təpə nahiyələrinin əzilmiş yaraları kimi sağlamlığa az ağır zərərvurmaya və Zərərçəkmiş şəxs3 sol qaşın əzilmiş, sol əlin İİİ və V barmaqlarının kəsilmiş yaraları, sol bazunun, üzün əziyi və sıyrıqları kimi sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirilməsinə səbəb olmuş, Zərərçəkmiş şəxs1 məxsus «Kamaz-53212» markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomaşına 4.189 manat, Zərərçəkmiş şəxs2 məxsus «X27» markalı **-EA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 18.500 manat miqdarında ziyan vurmuş və «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozub yol-nəqliyyat hadisəsi yerindən qaçmışdır. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263-1.4.-cü və 264-cü maddələri ilə ona elan olunan ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, sürücülük vəsiqəsi olmadan özünə məxsus qara rəngli «QAZ-31029» markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməklə daşıdığı mal-heyvan dərisinin alışı və satışı ilə məşğul olur. 2019-cu il martın 15-də saat 08 radələrində yaşadığı ünvan 1 ünvanında avtomaşınının arxa oturacaq hissəsinə heyvan dərisi yükləyib saat 10 radələrində Bakı şəhərinin Binəqədi rayonuna çatmış, buradakı dəri sexinə mal-heyvan dərisini təhvil verdikdən sonra geri qayıtmaq üçün yola düşərək Bakı-Quba-Dağıstan sərhəd yoluna çıxmaqla hərəkətə başlamışdır. Hava yağmursuz və aydın, yol quru olmuş, o, sağ hərəkət zolağında tək sürmüş, heç bir yükü olmamış, arxada «Hyundai Jounty» markalı **-TA-*** dövlət qeydiyyat nişanlı mikroavtobus hərəkət etmiş, Sumqayıt şəhəri X21 qəsəbəsinin ərazisindən keçən hissədə «X27» markalı **-EA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol hərəkət zolağı ilə onun qarşısına keçib sürətini azaltdığını gördükdə onu ötmüş, göstərilən ərazidə yerləşən qəbiristanlığın yaxınlığına çatana qədər belə hal üç-dörd dəfə baş vermiş, «X27» markalı avtomaşın gah sürətlə ötərək keçmiş, gah da keçəndən sonra qarşıda sürətini kəskin şəkildə azaltmaqla qəza nişan işığını yandırmış və onu ötüb keçməyinə mane olmuşdur. Saat 1320 radələrində o, təxminən 70 km/saat sürətlə sağ hərəkət zolağında, arxada isə qeyd edilən «Hyundai Jounty» markalı mikroavtobus hərəkətdə olmuşlar. Qəflətən yolun sol zolağında hərəkət edən «X27» markalı avtomobilin yanından keçdiyi zaman bərk taqqıltı səsi gəldikdən sonra sürüşərək idarə etdiyi avtomaşının qarşısından sağa tərəf istiqamətlənməklə yolun kənarında dayanan avtomobilə tərəf getməsini görmüş, yoluna davam edib 2-3 kilometr irəli sürmüş, çox qorxduğundan yolun kənarında saxlayaraq su içməklə evinə doğru hərəkət etmiş, Siyəzən rayonunun ərazisindəki «Beşbarmaq piri» deyilən yerdən keçəndə həmin «Hyundai Jounty» markalı mikroavtobusun orada dayandığı nəzərinə çatdıqda hərəkəti saxlamış, sürücüyə yaxınlaşıb bir az söhbət edərək uzaqlaşmışdır, bir saat keçmiş polisdən zəng vurulmaqla onu əvvəl Siyəzən Rayon Polis Şöbəsinə, sonradan Baş Dövlət X31 dəvət etmişlər. Hadisə baş verərkən qəzanın təqsiri ucbatından törənməsini düşünmədiyindən avtomaşının hərəkətini saxlamadan çıxıb getmişdir. X1 olduğundan müddətsiz birinci qrup əlildir, qayğısına ondan başqa qalacaq heç kim olmadığı üçün o, Dövlət X23 Siyəzən rayon şöbəsindən ölkə Prezidenti tərəfindən təyin olunan 50 manat məbləğində təqaüd alır. Özünü günahkar saymasa da hər şeyini sataraq kirayədə yaşamaqla zərər çəkmiş şəxsin hüquqi varisinə və zərər çəkmiş şəxslərə vurulan maddi ziyanı və çəkdikləri zərərin əvəzini ödəməyə çalışır. İş üzrə zərər çəkmiş şəxsin hüquqi varisi qismində dindirilən X8 ifadəsində göstərdi ki, ünvan 2 ünvanında ailəsi ilə birlikdə yaşayır. Övladları Vahid, Mikayıl və Zərərçəkmiş şəxs3lər 2019-cu il mart 16-da Quba rayonundakı qohumlarının toy məclisinə, bir gün əvvəl Mikayılın göstərilən rayonda yaşayan əsgərlik yoldaşıgilə qonaq getməyi planlaşdırıb 2019-cu il martın 15-də səhər saatlarında «Renta Car» firmasında icarələdikləri «X27» markalı **-EA-*** dövlət qeydiyyat nişanlı avtomobillə yola düşərək özləri ilə qonşuları Zərərçəkmiş şəxs4 da aparmışlar. Bir neçə vaxt isə ötmüş saat 1320 radələrində Bakı-Quba-Dağıstan sərhəd yolunun Sumqayıt şəhəri X21 qəsəbəsinin ərazisindən keçən hissəsində Vahidin idarə etdiyi avtomaşının eyni istiqamətdə hərəkət edən «QAZ-31029» markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil, daha sonra idarəetməni itirib yolun sağ kənarına çıxaraq orada dayanan «Kamaz-53212» markalı **- BL-*** dövlət qeydiyyat nişanlı avtomaşın ilə toqquşmasını eşitmişdir. Qəza nəticəsində Vahid və Mikayıl hadisə yerində ölmüş, Fərid, Cabir və yoldan götürdükləri Zərərçəkmiş şəxs5 adlı şəxs xəsarət almaqla X29 X17 aparılmışlar. 2019-cu il martın 16-da Vahidi və Mikayılı Bakı şəhərinin Sabunçu rayonundakı Balaxanı kənd qəbiristanlığında dəfn etmişlər. Sonradan Vahidin öz hərəkət zolağı ilə sürdüyü «X27» markalı avtomobili sağındakı «QAZ-31029» markalı avtomaşının oğlunun yoluna keçib sıxaraq vurduqda dayanmadan hadisə yerindən qaçmasını bilmişdir. İş üzrə zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs4 zərər çəkmiş şəxsin hüquqi varisi qismində dindirilən X8 ilə analoji ifadə verməklə yanaşı onun 2019-cu il martın 15-də saat 1230 qonşuları Vahid, Mikayıl və yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs3 qardaşları ilə bərabər Bakı şəhərindən «Renta Car» firmasından icarəyə götürülən ağ rəngli «X27» markalı **-EA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Quba rayonu istiqamətində yola düşdüyünü, sürücü yerində Vahidin, sonuncunun yanında Mikayılın, arxa sol oturacaqda Fəridin, arxa sağ tərəfdə isə özünün əyləşdiklərini, Bakı şəhərindəki «Şamaxinka» adlanan ərazidə avtomaşın dayandığı zaman yolüstəki hərbi hissədə düşürməsini xahiş edən, adını sonradan bildiyi Zərərçəkmiş şəxs5 adlı şərnişinin salonun arxa orta oturacağına mindiyini, Vahidin Bakı-Quba-Dağıstan sərhəd yolu ilə hərəkətə başlayıb saat 1320 radələrində Sumqayıt şəhəri X21 qəsəbəsinin ərazisində sol hərəkət zolağında sürərkən yolun sağ hərəkət zolağındakı «QAZ-31029» markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin ani olaraq öz hərəkət zolağını dəyişməklə onların hərəkət zolağına daxil olduğunu və sol qabaq yan hissəsi ilə getdikləri nəqliyyat vasitəsinin arxa sağ yan hissəsindən vurduğunu, Vahidin «bərk tutun» qışqırdığını və toqquşma nəticəsində əlindən sükan çıxdığından avtomaşının idarəolunmaz vəziyyətdə yolun sağına istiqamətlənib yolun sağ hissəsində dayanan yük avtomobilinin arxa hissəsinə zərbə ilə çırpıldığını, huşunu itirərək ayılanda təcili tibbi yardım maşınının gəlməklə onu X29 X17 apardığını, bir neçə gündən sonra hadisə nəticəsində Mikayılın və Vahidin vəfat etmələri, Cəbinin az ağır və Fəridin yüngül xəsarətlər almaları ona məlum olduğunu, özünə ağır xəsarət yetirildiyini göstərdi. İş üzrə zərər çəkmiş şəxs qismində dindirilən yetkinlik yaşına çatmayan 2003-cü il 26 iyun təvəllüdlü Zərərçəkmiş şəxs3 zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 ilə eyni məzmunlu ifadə verdi. İş üzrə zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs5 zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs4 və yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs3 ilə oxşar ifadə verib əlavə olaraq 2018-ci ilin iyul ayında həqiqi hərbi xidmətə çağırıldığını və hazırda N №-li hərbi hissədə xidmət etdiyini, atasının ölümünün yas mərasimi ilə əlaqədar 2019-cu il martın 10-dan 2019-cu il martın 15-nə kimi qulluq etdiyi hərbi hissənin komandiri tərəfindən ona verilən məzuniyyət vaxtı yaşadığı Kürdəmir rayonuna getməklə qayıtdığı avtomobilin qəzaya uğradığını, huşunu itirməklə 7-8 gündən sonra hərbi hospitalda özünə gəldiyini göstərdi. İş üzrə zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, 2019-cu il martın 15-də günorta saatlarında «BC» dərəcəli sürücülük vəsiqəsi ilə özünə məxsus «Kamaz-53212» markalı **-BL-*** dövlət qeydiyyat nişanlı yük avtomaşınını Bakı- Quba-Dağıstan sərhəd yolu ilə Quba rayonu istiqamətində idarə edib Sumqayıt şəhəri X21 qəsəbəsinin ərazisindən keçərkən sürət ötürücüsündə nasazlıq yarandığından yolun kənarında yerləşən «Linkoil» yanacaqdoldurma məntəqəsinin yaxınlığındakı ehtiyat hissədə avtomobili saxlamış, saat 1315 radələrində marketdən şirniyyat alaraq geri qayıtmaqla arxaya baxdıqda yolun sağ zolağında hərəkət edən «QAZ-31029» markalı **- BB-*** dövlət qeydiyyat nişanlı avtomaşının daxil olduğu sol hərəkət zolağında hərəkətdə olan «X27» markalı **-EA-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşması nəticəsində həmin avtomaşın idarəetməni itirib yolun sağına çıxaraq qabaq hissəsi ilə onun «Kamaz-53212» markalı yük avtomobilinin arxa hissəsini zərbə ilə vurmuş, «QAZ- 31029» markalı avtomaşın isə saxlamadan uzaqlaşmışdır. Hadisə yerində toplanan şəxslərin köməyi ilə «X27» markalı avtomobildə olan şəxsləri çölə çıxarmışdır, sürücü və yanındakı şəxs artıq ölmüşlər, digər üç nəfər sərnişin xəsarətlər almışdır. İş üzrə zərər çəkmiş şəxs qismində dindirilən Pharid Gajıev ifadəsində göstərdi ki, 2018-ci il avqustun 10-da 18.000 manat müqabilində aldığı «X24» markalı **-EA-*** dövlət qeydiyyat nişanlı avtomaşını 2019-cu il fevralın 23-də Bakı şəhəri, Xətai rayonu, X35 küçəsi, 1 «b» ünvanındakı «Səxavət-022» məhdud məsuliyyətli cəmiyyətinin sahibi Şahid1 ayda 700 manat ödəmək şərti ilə icarəyə vermişdir. 2019-cu il martın 15-də Səxavət zəng etməklə həmin avtomobili Quba rayonuna gedib-gəlmək üçün 2 günlük kirayə verdiyi Zərərçəkmiş şəxs6 bir neçə nəfər şəxslə birlikdə Bakı-Quba-Dağıstan sərhəd yolunun Sumqayıt şəhəri X21 qəsəbəsinin ərazisində yol-nəqliyyat hadisəsinə düşməsi barədə onu məlumatlandırmışdır. İş üzrə şahid qismində dindirilən Şahid1 zərər çəkmiş şəxs Pharid Gajıev ilə uyğun ifadə verib bundan savayı 2016-cı il martın 7-dən «Səxavət-022» məhdud məsuliyyətli cəmiyyətini açıb müxtəlif markalı avtomaşınların yalnız sürücülük vəsiqəsi olan şəxslərə yol vərəqəsinə əsasən kirayə verilməsi ilə məşğul olduğunu, 2019-cu il martın 15-də saat 10-da əvvəllər müştəri kimi tanıdığı Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs7 yaxınlaşaraq Quba rayonuna gedib-qayıtmaqdan ötrü 2 günlük avtomobil icarələməyi istədiklərini, Vahidin texniki cəhətdən tam saz vəziyyətdə olan «X27» markalı **-EA-*** dövlət qeydiyyat nişanlı avtomaşını seçməklə günü 50 manat ödəmək şərti ilə 2019-cu il 15 mart tarixli 9236 saylı müqavilə əsasında saat 1010-da təhvil götürdüyünü, göstərilən şəxslərin bir neçə saatdan sonra Bakı-Quba-Dağıstan sərhəd yolunun Sumqayıt şəhəri X21 qəsəbəsinin ərazisində yol-nəqliyyat hadisəsi zamanı vəfat etmələrini, arxa oturacaqda əyləşən sərnişinlərin xəsarətlər aldıqlarını öyrənməsini bildirdi. İş üzrə şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, o, «CD» kateqoriyalı sürücülük vəsiqəsi ilə 10 ildir «Uğurlu Yol» şirkətində sürücü işləyir. 2013-cü ildən yol vərəqəsi əsasında ona verilən ağ rəngli «Hyundai Jounty» markalı **-TA-*** dövlət qeydiyyat nişanlı avtobusu idarə edib Bakı şəhərindən Qusar rayonuna sərnişin daşıması ilə məşğuldur. 2019-cu il martın 15-də saat 1245 radələrində idarə etdiyi «Hyundai Jounty» markalı avtobusla Bakı Beynəlxalq Avtovağzal Kompleksindən çıxaraq marşrut xətti üzrə Qusar rayonu istiqamətində Bakı-Quba-Dağıstan sərhəd yolunda sağ hərəkət zolağı ilə 50-60 km/saat sürətlə Quba rayonu istiqamətində hərəkətdə olarkən içərisində 4-5 nəfər cavan uşaq olan ağ rəngli «X27» markalı avtomobil 60-70 km/saat sürətlə sol hərəkət zolağından onu ötməklə keçmiş, Sumqayıt şəhəri X21 qəsəbəsinin ərazisində yerləşən qəbiristanlığın yanından sürəndə yolun sağ hərəkət zolağı ilə 30-40 km/saat sürətlə hərəkət edən həmin avtomaşını sol hərəkət zolağı ilə ötüb keçərək 1-2 km getmiş, yolun sol hərəkət zolağı ilə təxminən 80 km/saat sürətlə Quba rayonu istiqamətində gedərkən «Hyundai Elantra» markalı avtomobil yolun enli hissəsində təxminən 90 km/saat sürətlə onun sağından keçməklə təkrarən sol zolağa daxil olmuş, yolun sağ hərəkət zolağında hərəkət edən qara rəngli «QAZ-31029» markalı avtomaşının sürücüsü idarə etdiyi nəqliyyat vasitəsini sola istiqamətləndirib qabaq sol küncü ilə «Hyundai Elantra» markalı avtomobilin arxa sağ yanına dəydikdə göstərilən avtomaşının yolun sağ tərəfinə sürərək kənarda dayanan «Kamaz» markalı yük avtomobilin arxa hissəsinə çırpılmasını görmüşdür. İdarə etdiyi avtobusda sərnişinlər olduğundan, eyni zamanda «QAZ-31029» markalı avtomaşının sürücüsü hadisə yerində saxlamamaqla hərəkətlərini davam etdirmişlər, bir neçə kilometr gedib yolun sağında həmin «QAZ-31029» markalı avtomobilin dayandığı gözünə çarpmışdır. O, avtobusu Siyəzən rayonunun ərazisindəki «Beşbarmaq piri» deyilən yerdə saxlayaraq aşağı düşən sərnişinləri gözlədiyi vaxt oraya gələn «QAZ-31029» markalı avtomaşının sürücüsü yaxınlaşmaqla söhbət etməyə başlayıb ilk öncə «Ay da, saxlamadım, gərək dayanardım» bildirərək «Az qala vurub aşıracaqdı məni» söyləmişdir. Sonuncunun möhkəm qorxduğunu hiss etmiş, sərnişinlər artıq avtobusa mindiklərindən sürməklə uzaqlaşmışdır. İş üzrə əlavə şahid qismində dindirilən X22 ifadəsində göstərdi ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkə-mə Ekspertizası Mərkəzinin yol-nəqliyyat hadisələrinin ekspertizaları şöbəsinin böyük eksperti, ali texniki təhsilli, 14.1 «Yol-nəqliyyat hadisələri hallarının tədqiqi» ixtisası üzrə 1992-ci ildən ekspert iş stajına malik olmaqla yüksək dərəcəli ekspertdir, İ dərəcəli ədliyyə qulluqçusudur. 2019-cu il 10 aprel tarixli 9375 nömrəli yol-nəqliyyat hadisəsinin məhkəmə ekspertizasının rəyini o, vermişdir. Sürücü Zərərçəkmiş şəxs6 idarə etdiyi «X27» markalı **-EA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs idarə etdiyi «QAZ-31029» markalı **-BB-*** dövlət qeydiyyat nişanlı və sürücü Zərərçəkmiş şəxs1 idarə etdiyi «Kamaz-53212» markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomaşınları ilə toqquşması üzrə cinayət işinin materiallarını nəzərdən keçirib müəyyən etdi ki, sürücü Təqsirləndirilən şəxs hərəkətlərində tədqiq olunan şəraitdə «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuş; sürücü Təqsirləndirilən şəxs «QAZ-31029» markalı avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən və hadisədən sonra hadisə yerindən qaçdığından onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin və 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş; sürücü Zərərçəkmiş şəxs6 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərini texniki-nöqteyi nəzərdən tədqiq etməyə lüzum olmamış; sürücü Zərərçəkmiş şəxs1 hadisənin qarşısının alınması ilə hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etməmişdir. O, verdiyi ekspertiza rəyini təsdiq edir. İş materiallarındakı Baş İstintaq və X25-Nəqliyyat Hadisələrinə dair İşlər üzrə (YNHDİÜ) İstintaq və Təhqiqat Şöbəsinin tərtib etdiyi 2019-cu il 15 mart tarixli protokoldan görünür ki, yol-nəqliyyat hadisəsinin baş verdiyi Bakı-Quba-Dağıstan sərhəd yolunun Sumqayıt şəhəri X21 qəsəbəsinin ərazisindən keçən 44.9-cu kilometrliyinə baxış keçirildikdə yol örtüyünün eninin 09 metr, hərəkət zolaqlarının sayının iki, hərəkət hissəsinin eninin 09 metr, yolun hərəkət hissəsinin üfüqi və düz, eyni istiqamətdə hərəkət axınını ayırmaq üçün yolun ortasında uzununa qırıq-qırıq xətlər, yolun sementbeton örtüklü və quru olmaqla toqquşmanın Bakı-Quba-Dağıstan sərhəd yolunun Quba rayonu istiqamətinin hərəkət zolağındakı yolun sağ çiynində, yolun sağ kənarından 1,40 metr məsafədə baş verməsi, «X27» markalı **-EA-*** dövlət qeydiyyat nişanlı avtomobilin Quba rayonu istiqamətində hərəkətdə olmaqla arxa hissəsinin yolun hərəkət hissəsində, «Kamaz-53212» markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilin yolun sağ çiynində dayanmaqda qabaq hissəsinin yolun sağ ehtiyat hissəsində olması müəyyən edilmiş; hadisə yerinin sxemi və fotocədvəllər protokola əlavə olunmuşdur (1-ci cildin 7-19-cu vərəqləri). İş materiallarındakı Baş İstintaq və Təhqiqat İdarəsinin YNHDİÜ İstintaq və Təhqiqat Şöbəsinin tərtib etdiyi 2019-cu il 15 mart tarixli protokoldan görünür ki, «X27» markalı **- EA-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən ön və yan hissələrinin, damının əzilmiş və dağılmış, arxa sağ qanadının, arxa sağ qapısının üzərində əzilmə və batma izləri olmaqla məsafəölçəninin göstəricisinin, sükan, idarə və tormoz sistemlərinin dağılmış, işıq sisteminin sınmış və dağılmış, arxa yan şüşələri istisna olmaqla qalan şüşələrinin sınmış və qırılmış vəziyyətdə olması müəyyən edilmiş; fotocədvəllər protokola əlavə olunmuşdur (1-ci cildin 20-28-ci vərəqləri). İş materiallarındakı Baş İstintaq və Təhqiqat İdarəsinin YNHDİÜ İstintaq və Təhqiqat Şöbəsinin tərtib etdiyi 2019-cu il 15 mart tarixli protokoldan görünür ki, «Kamaz-53212» markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirildikdə arxa hissəsinin əzilmiş və zədələnmiş, arxa sol farasının sınmış vəziyyətdə olması müəyyən edilmiş; fotocədvəllər protokola əlavə olunmuşdur (1-ci cildin 29-34-cü vərəqləri). İş materiallarında olan 2019-cu il 15 mart tarixli 803 nömrəli və 807 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktlarından görünür ki, Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs hadisə zamanı alkoqol sərxoşluğu vəziyyətində olmamışlar (1-ci cildin 36-cı və 38-ci vərəqləri). İş materiallarındakı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin kserosurətindən görünür ki, buraxılışı 1993-cü il olan qara rəngli «QAZ-31029» markalı **- BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Təqsirləndirilən şəxsdir (1-ci cildin 63-cü vərəqi). İş materiallarındakı Baş İstintaq və Təhqiqat İdarəsinin YNHDİÜ İstintaq və Təhqiqat Şöbəsinin tərtib etdiyi 2019-cu il 15 mart tarixli protokoldan, Sumqayıt Şəhər Məhkəməsinin 2019-cu il 16 mart və 2019-cu il 16 aprel tarixli qərarlarının surətlərindən görünür ki, Təqsirləndirilən şəxs 2019-cu il martın 15-də saat 2100-da Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.4-cü və 264-cü maddələrində nəzərdə tutulan əməlləri törətməkdə şübhəli şəxs qismində tutulub barəsində əvvəli 2019-cu il martın 15dən hesablanmaqla seçildiyi həbs qətimkan tədbiri həmin tarixdə ev dustaqlığı ilə əvəz edilmişdir (1-ci cildin 79-80-ci və 145-147-ci, 2-ci cildin 2-5-ci vərəqləri). İş materiallarındakı Baş İstintaq və Təhqiqat İdarəsinin YNHDİÜ İstintaq və Təhqiqat Şöbəsinin tərtib etdiyi 2019-cu il 16 mart tarixli protokoldan və məhkəməyə təqdim olunan diskə keçirilmiş baxışdan görünür ki, 2019-cu il martın 15-də saat 1320 radələrində Bakı- Quba-Dağıstan sərhəd yolunun Sumqayıt şəhəri X21 qəsəbəsinin ərazisindən keçən 44.9-cu kilometrliyində baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar olaraq göstərilən ərazidə yerləşən «Linkoil» yanacaqdoldurma məntəqəsində quraşdırılıb ətraf, o cümlədən Bakı-Quba yolunda hadisə baş verdiyi ərazini göstərən videomüşahidə kameralarına və müşahidə qurğusu aparatına baxış keçirilərkən müşahidə kameralarının mərkəzləşdirilmiş aparatının və monitorunun yanacaqdoldurma məntəqəsinin içərisindəki müşahidə və nəzarət məntəqəsi otağında yerləşməsi, müşahidə kameralarının birləşdiyi «Hikvizion» markalı mərkəzi aparata LC markalı müşahidə monitorunun birləşdirilməsi, monitorda 16 müşahidə kamerası olmaqla 14-cü sırada yerləşən videomüşahidə kamerasının Bakı- Quba-Dağıstan sərhəd yolunun Sumqayıt şəhəri X21 qəsəbəsinin ərazisindən keçən 44.9-cu kilometrliyindəki ərazini göstərməsi, saat 1319-da «X27» markalı avtomobilin yolun sol hərəkət zolağı ilə hərəkətdə olaraq qarşıda yolun sağ hərəkət zolağı ilə hərəkət edən «QAZ-31029» markalı avtomobili ötüb keçmək istədiyi vaxt «QAZ-31029» markalı avtomobilin, öz hərəkət zolağından sol hərəkət zolağına istiqamətləndiyindən, sol hərəkət zolağında hərəkət edən «Hyundai Elantra» markalı avtomobil ilə, «X27» markalı avtomobilin «QAZ-31029» markalı avtomobilin qabaq hissəsindən idarəolunmaz halda yolun sağına keçərək yolun sağ ehtiyat hissəsində dayanan «Kamaz-53212» markalı yük avtomobilinin arxa hissəsi ilə toqquşduqdan sonra «QAZ-31029» markalı avtomobilin sürücüsünün hadisə yerindən qaçması, hadisə zamanı toqquşan nəqliyyat vasitələrinin arxasınca mikroavtobusun hərəkət etməsi, yolun kənarında nəqliyyat vasitələri və adamların olması müəyyən edilmiş, «Linkoil» yanacaqdoldurma məntəqəsindən götürülməklə yol-nəqliyyat hadisəsini özündə əks etdirən disk protokola əlavə olunmuşdur (1-ci cildin 92-95-ci vərəqləri). İş materiallarındakı Baş İstintaq və Təhqiqat İdarəsinin YNHDİÜ İstintaq və Təhqiqat Şöbəsinin tərtib etdiyi 2019-cu il 16 mart tarixli protokoldan görünür ki, 2019-cu il martın 15-də saat 1320 radələrində Bakı-Quba-Dağıstan sərhəd yolunun Sumqayıt şəhəri X21 qəsəbəsinin ərazisindən keçən 44.9-cu kilometrliyində baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar şahid Zərərçəkmiş şəxs1 ifadəsi yerində yoxlanıldıqda hadisə zamanı yolun sol hərəkət zolağındakı yolun ortasında olan qırıq-qırıq ağ xətlərdən sola doğru 0,90 metr məsafədə «QAZ-31029» markalı avtomobil ilə «X27» markalı avtomobilin toqquşması, «X27» markalı avtomobilin toqquşma nöqtəsindən sola doğru istiqamətlənib 42,5 metr məsafə qət edərək yolun sağ ehtiyat hissəsində dayanan «Kamaz-53212» markalı yük avtomobilinin arxa hissəsi ilə yolun sağ kənarından 1,50 metr məsafədə toqquşması, «X27» markalı avtomobil ilə «QAZ-31029» markalı avtomobilin toqquşma anında Zərərçəkmiş şəxs1 yolun sağ ehtiyat hissəsində, toqquşma yerindən 26 metr məsafədə olmaqla nəqliyyat vasitələrinin gəlməsini və toqquşmasını görməsi müəyyən edilmiş, hadisə yerinin sxemi və fotocədvəllər protokola əlavə olunmuşdur (1-ci cildin 96-104-cü vərəqləri). İş materiallarındakı Baş İstintaq və Təhqiqat İdarəsinin YNHDİÜ İstintaq və Təhqiqat Şöbəsinin tərtib etdiyi 2019-cu il 16 mart tarixli protokoldan görünür ki, «QAZ-31029» markalı **-BB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə baxış keçirilərkən avtomobilin qabaq sol qanadında, arxa sol qapısında, arxa sol qanadında sürtünmə, zədələnmə, batıq izlərinin olması müəyyən edilmiş, fotocədvəllər protokola əlavə olunmuşdur (1-ci cildin 105-111-ci vərəqləri). İş materiallarında olan Baş İstintaq və Təhqiqat İdarəsinin YNHDİÜ İstintaq və Təhqiqat Şöbəsinin 2019-cu il 16 mart tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikasının CM-nin 263-1.4.-cü və 264-cü maddələrində nəzərdə tutulan ittiham elan olunmuşdur (1-ci cildin 118-120-ci vərəqləri). İş materiallarında olan AD seriyalı 132687 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və 2018-ci il 10 avqust tarixli etibarnamənin kserosurətlərindən görünür ki, buraxılışı 2012-ci il olan «X33» markalı **-EA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X9 həmin nəqliyyat vasitəsini idarə etmək, bağışlamaq, ipoteka qoymaq, onun üzərində sərəncam vermək, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, bu tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar onun adından ərizə vermək və digər hərəkətlər etmək hüquqları Zərərçəkmiş şəxs2 1 il müddətinə vermişdir (1-ci cildin 173-cü vərəqi). İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət X30 Qeydiyyat-İmtahan İdarəsinin 2019-cu il 30 mart tarixli 29070-1219 №-li məktubunun kserosurətindən görünür ki, kompüter uçot bazasına görə Zərərçəkmiş şəxs6 2016-cı il iyunun 02-də AD seriyalı 064546 nömrəli «BC» kateqoriyalı sürücülük vəsiqəsi verilmiş; Təqsirləndirilən şəxs sürücülük vəsiqəsinin verilməsi, sonuncunun nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməsi və ya sürücülük hüququnun məhdudlaşdırılması barədə məlumat qeydə alınmamışdır (1-ci cildin 222-ci vərəqi). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X5 2019-cu il aprelin 03-də tərtib etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Dəvəçi Rayon Xalq Məhkəməsinin xx xxxxxx 1996-cı il tarixli hökmü əsasında Azərbaycan Respublikasının CM-nin 214-cü maddəsinin 4-cü hissəsi ilə təqsirli bilinib Azərbaycan Respublikasının CM-nin 23-1-ci maddəsinə əsasən mütləq əməyə cəlb edilməklə 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına şərti məhkum olunmuş; məhkumluğu ödənilmişdir (1-ci cildin 232-ci vərəqləri). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2019-cu il 10 aprel tarixli 9375 nömrəli ekspert rəyindən görünür ki, «QAZ-31029» markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində tədqiq olunan şəraitdə «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuş; sürücü Təqsirləndirilən şəxs göstərilən avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən və hadisədən sonra hadisə yerindən qaçdığından onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin və 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş; «X27» markalı **-EA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs6 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərini texniki-nöqteyi nəzərdən tədqiq etməyə lüzum olmamış; «Kamaz-53212» markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 hadisənin qarşısının alınması ilə hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etməmişdir; ekspertiza tədqiqatının dəyəri 109 manatdır (1-ci cildin 244-cü vərəqi). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin 2019-cu il 15 aprel tarixli 003-4217-1219 nömrəli məktubundan və ona əlavə olunmaqla üzərində «Sony DVD-R 120 min/4,7 GB» sözləri yazılmış bir ədəd ağ rəngli diskə baxış keçirilməsinə dair Baş İstintaq və Təhqiqat İdarəsinin YNHDİÜ İstintaq və Təhqiqat Şöbəsinin tərtib etdiyi 2019-cu il 22 aprel tarixli protokoldan görünür ki, «03.04.19 N 005-7573» yazısı olan bir ədəd qovluğun içərisindəki 53bb959 adlı faylda «QAZ-31029» markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin 25 ədəd görüntüsü ilə 2019-cu il martın 15-də saat 08:48:56-da Bakı-Quba yolunun 87,7ci kilometrindəki «Beşbarmaq piri» adlanan yerdə, 08:54:46-da Bakı-Quba yolunun 85,9cu, 09:02:28-də 77,8-ci, 09:28:46-da 46,5-ci, 09:36:59-da 35,6-cı, 09:44:43-də 26-cı, 09:49:29-da 21-ci, 09:51:54-də 17-ci, 09:55:03-də 15-ci kilometrlərində Bakı istiqamətində, 13:01:59-da Bakı-Quba yolunun 20,7-ci, 13:14:23-də 35,6-cı, 13:43:33-də 77,8-ci, kilometrlərində Quba istiqamətində, 17:35:22-də Bakı-Quba yolunun 87,7-ci, 18:13:00-da 46,5-ci kilometrlərində Bakı istiqamətində, 18:18:20-də Bakı-Quba yolunun Sumqayıt şəhəri X2N qəsəbəsinin, N nömrəli hərbi hissəsinin yanında Sumqayıt istiqamətində, 18:37:24-də Sumqayıt şəhəri, Sülh küçəsi, Dövlət Gömrük İdarəsinin yanında, 18:37:29-da Sumqayıt şəhəri, Sülh küçəsi, şəhərə giriş istiqamətində, 18:45:47də Sumqayıt şəhəri, Azərbaycan küçəsi ilə Bakı küçəsinin kəsişməsində, 18:49:19-da və 18:49:20-də Sumqayıt şəhəri, Sülh küçəsi, «Azərboru» zavodunun qarşısında, 18:50:26da Sumqayıt şəhəri, Sülh küçəsi, şəhərin girişində və çıxışında, 18:56:54-də Bakı-Quba yolunun 26-cı, 19:03:48-də 21-ci, 19:06:20-də 17-ci kilometrlərində Bakı hərəkətdə olması; ** EA *** adlı faylda «Hyundai Elantra» markalı **-EA-*** dövlət qeydiyyat nişanlı avtomobilin 10 ədəd görüntüsü ilə 2019-cu il martın 15-də 11:30:13-də Bakı şəhəri, Rixard Zorge küçəsi ilə Üzeyir Hacıbəyli küçəsinin, 11:44:53-də Bakı şəhəri, Puşkin küçəsi ilə 28 May küçəsinin, 12:01:25-də Bakı şəhəri, Səməd Vurğun küçəsi ilə Bakıxanov küçəsinin, 12:12:13-də Bakı şəhəri, Bülbül prospekti ilə Üzeyir Hacıbəyli küçəsinin kəsişmələrində, 12:29:13-də Bakı şəhəri, Ziya Bünyadov prospekti, «Qızlar» yanacaqdoldurma məntəqəsinin yaxınlığında «20 Yanvar» dairəsi istiqamətində, 12:30:23-də Heydər Əliyev prospekti, «Şəfa» stadionunun yaxınlığında, 12:43:19-da Bakı şəhəri, Əbdülvahab Salamzadə küçəsindəki körpü, Yasamal Rayon Polis İdarəsinin qarşısında, 12:46:21-də Bakı şəhəri, Həsənbəy Zərdabi küçəsi, Qələbə kinoteatrının qarşısında «20 Yanvar» dairəsi istiqamətində 12:59:50-də Bakı-Quba yolunun 15-ci, 13:04:10-da 20,7-ci kilometrlərində Quba istiqamətində hərəkətdə olması TŞ xidmətinin videoqeydiyyat sistemi vasitəsi ilə qeydə alınmışdır (2-ci cildin 13-cü, 15-ci və 19-21-ci vərəqləri). İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 2019-cu il 24 aprel tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilən həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunması haqqında Sumqayıt Şəhər Məhkəməsinin 2019-cu il 16 aprel tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır (2-ci cildin 25-26-cı vərəqləri). İş materiallarında olan Baş İstintaq və Təhqiqat İdarəsinin YNHDİÜ İstintaq və Təhqiqat Şöbəsinin 2019-cu il 01 may tarixli qərarından, eyni tarixli arayışından və qəbzdən görünür ki, «QAZ-31029» markalı **-BB-*** dövlət qeydiyyat nişanlı, «X33» markalı **-EA-*** dövlət qeydiyyat nişanlı və «Kamaz-53212» markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobillər maddi sübut kimi tanınmış, sonuncu avtomaşın saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs1 təhvil verilmişdir (2-ci cildin 56-58-ci vərəqləri). İş materiallarındakı «Pitstop» avtoservisinin tərtib etdiyi 2019-cu il 04 may tarixli 928/2029 nömrəli sifariş üzrə aktdan görünür ki, «X33» markalı avtomobilə baxış keçirilərkən həmin avtomaşın tam yararsız vəziyyətdə olmaqla göstərilən dövr üçün bazar qiyməti təxminən 18.500 manat təşkil edir (2-ci cildin 69-cu vərəqi). İş materiallarındakı Siyəzən Rayonu İcra Hakimiyyəti başçısının X26 Ərazi Dairəsi üzrə nümayəndəsinin tərtib etdiyi 2019-cu il 03 may tarixli 882 nömrəli arayışdan və eyni tarixli 882 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailəsi ilə birlikdə ünvan 1 ünvanında qeydiyyatdadır, fərdi əməklə məşğuldur, ailədə və ictimaiyyət arasında özünü nümunəvi aparır, zəhmətsevərdir, rayon tədbirlərində fəal iştirak edir, barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır (2-ci cildin 71-ci və 73-cü vərəqləri). İş materiallarında olan Siyəzən Rayon Mərkəzi Poliklinikasının 2019-cu il 04 may tarixli 202 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs 2-ci tip şəkərli diabet xəstəsi olmaqla dispanser qeydiyyatındadır (2-ci cildin 72-ci vərəqi). İş materiallarında olan Azərbaycan Respublikası Əmək və X19 Nazirliyinin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətinin 14 saylı X34 Komissiyasının SER TSE-01 406596 nömrəli arayışının kserosurətindən görünür ki, X14 ümumi xəstəliyə görə müddətsiz birinci qrup əlildir (2-cildin 74-cü vərəqi). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X12 Sumqayıt Şəhər MTE və PA şöbəsinin meyitin ekspertizasına dair 2019-cu il 15 mart tarixli 28 nömrəli və 29 nömrəli ekspert rəylərindən müvafiq qaydada görünür ki, 1998-ci il 26 may təvəllüdlü Zərərçəkmiş şəxs6 meyitinin bədəni üzərində başın küt travması, sol gicgah sümüyünün kəllə əsasına keçən qəlpəli sınığı, baş-beyinə qansızma, çənə sümüyünün qəlpəli yerdəyişən sınığı, alın nahiyəsinin geniş ölçülü əzilmiş-cırılmış yarası və dərialtı hematoması, sol gicgah nahiyəsinin dərialtı hematoması, çənəaltı nahiyəsinin əzilmiş-cırılmış yarası, döş qəfəsinin ön səthinin, sol qalça tini nahiyəsinin sıyrıqları, habelə 1995-ci il 11 may təvəllüdlü Zərərçəkmiş şəxs7 meyitinin bədəni üzərində başın küt travması, sol gicgah sümüyünün kəllə əsasına keçən qəlpəli sınığı, baş-beyinə qansızma, baş-beynin hissəvi evakuasiyası, sol bud sümüyünün yerdəyişən sınığı, sol gicgah nahiyəsinin geniş ölçülü və sol dirsək oynağı nahiyəsinin əzilmiş-cırılmış yaraları, döş qəfəsinin ön səthinin qançırı, sol əlin arxa səthinin sıyrıqları kimi xəsarətlər həyatidir, küt əşya təsirindən törənməklə 2019-cu il martın 15-də baş verən yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə aiddir və qeyd edilən hadisə ilə birbaşa əlaqəlidir; Zərərçəkmiş şəxs6 ölümünə səbəb almış olduğu başın küt travması, sol gicgah sümüyünün kəllə əsasına keçən qəlpəli sınığı, baş-beyinə qansızma, Zərərçəkmiş şəxs7 ölümünə səbəb almış olduğu başın küt travması nəticəsində sol gicgah sümüyünün kəllə əsasına keçən qəlpəli sınığı, baş-beynin hissəvi evakuasiyası, baş-beyinə qansızma olmuşdur, ölüm meyitin müayinədən 4-6 saat əvvələ uyğundur; meyitlərdən götürülən qanda etil spirti və narkotik maddələr aşkar edilməmişdir; fotocədvəllər rəylərə əlavə olunmuşdur (2-ci cildin 80-84-cü və 86-91-ci vərəqləri). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X12 Sumqayıt Şəhər MTE və PA şöbəsinin canlı şəxsin ekspertizasına dair 2019-cu il 04 may tarixli 584 nömrəli, 382 nömrəli və 381 nömrəli ekspert rəyindən müvafiq qaydada görünür ki, 2000-ci il 10 may təvəllüdlü Zərərçəkmiş şəxs5 bədəni üzərindəki sağ mil sümüyünün tipik yerinin qapalı yerdəyişən sınığı, alt çənənin sınığı, çənəaltı, alın, sol təpə nahiyələrinin əzilmiş yaraları, 1995-ci il 01 mart təvəllüdlü Zərərçəkmiş şəxs4 bədəni üzərindəki sol bazu sümüyünün distal ucunun açıq oynaqdaxili yerdəyişən sınığı, üzün sıyrılmış yarası kimi xəsarətlər bərk küt əşyanın (əşyaların), 2003cü il 26 iyun təvəllüdlü Zərərçəkmiş şəxs3 bədəni üzərindəki sol qaşın əzilmiş, sol əlin İİİ və V barmaqlarının kəsilmiş yaraları, sol bazunun, üzün əziyi və sıyrıqları kimi xəsarətlərdən sol əlin İİİ və V barmaqlarının kəsilmiş yaraları iti kənarlı əşyanın, sol qaşın əzilmiş yarası, sol bazunun, üzün əziyi və sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən törənməklə 2019-cu il martın 15-də baş verən yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi, müəyyən edilən xəsarətlər dərəcəsinə görə Zərərçəkmiş şəxs5 sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərərvurmanın, Zərərçəkmiş şəxs4 insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın, Zərərçəkmiş şəxs3 sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmanın əlamətlərinə aiddir (2-ci cildin 93-94-cü, 96-97-ci və 106-107-ci vərəqləri). İş materiallarındakı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-trasoloji ekspertizasına dair 2019-cu il 06 may tarixli 9110/9279 nömrəli rəyindən görünür ki, qara rəngli «QAZ-31029» markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol arxa qapı hissəsindəki ağ rəngli boya sürtünməsi izi zəif əks olunduğu və azlıq təşkil etdiyinə görə «X27» markalı **-EA-*** dövlət qeydiyyat nişanlı avtomobilin boya örtüyü ilə müqayisəli tədqiqat aparmaq mümkün olmamışdır; ağ rəngli «X27» markalı **-EA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ arxa qanad və sağ arxa qapısında olan qara rəngli sürtünmə izləri «QAZ-31029» markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin boya örtüyünün qara rəngli emal qatı ilə rənginə və tərkibinə görə uyğun olaraq ümumi cins mənsubiyyətinə malikdir, ekspertiza tədqiqatının dəyəri 260 manatdır (2-ci cildin 99-104-cü vərəqləri). İş materiallarında olan Baş İstintaq və Təhqiqat İdarəsinin YNHDİÜ İstintaq və Təhqiqat Şöbəsinin 2019-cu il 09 may tarixli arayışlarından və 2019-cu il 10 may tarixli qəbzlərdən görünür ki, 2019-cu il martın 15-də saat 1320 radələrində Bakı-Quba-Dağıstan sərhəd yolunun Sumqayıt şəhəri, X21 qəsəbəsi ərazisindən keçən 44.9-cu kilometrliyində baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar saxlanılmaqla buraxılmasına icazə verilən «X33» markalı **-EA-*** dövlət qeydiyyat nişanlı və «QAZ-31029» markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilləri müvafiq qaydada X15 və Təqsirləndirilən şəxs heç bir təmir aparmamaq şərti ilə təhvil almışlar (2-ci cildin 108-111-ci vərəqləri). İş materiallarında olan Baş İstintaq və Təhqiqat İdarəsinin YNHDİÜ İstintaq və Təhqiqat Şöbəsinin sübutların qiymətləndirilməsi haqqında 2019-cu il 10 may qərarından görünür ki, ********* cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CMnin 263-1.4.-cü və 264-cü maddələri ilə yenidən ittiham elan edilmiş; Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs1 əməllərində cinayət tərkibi olmadığından barələrində cinayət təqibinin başlanması rədd edilmiş; «X33» markalı **-EA-*** dövlət qeydiyyat nişanlı avtomobilin faktiki sahibi Pharid Gajıev hesab edilmiş; 2019-cu il martın 15-də saat 1320 radələrində Bakı-Quba-Dağıstan sərhəd yolunun Sumqayıt şəhəri, X21 qəsəbəsi ərazisindən keçən hissəsində baş vermiş yol-nəqliyyat hadisəsini qeydə alan «Linkoil» yanacaqdoldurma məntəqəsinin kamerasının videogörüntüsü olan disk və 2019-cu il 15 aprel tarixli 003-4217-1219 saylı məktubla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətindən daxil olmuş TŞ kameraları ilə qeydə alınmış «QAZ-31029» markalı **-BB-*** dövlət qeydiyyat nişanlı və «X33» markalı **-EA- *** dövlət qeydiyyat nişanlı avtomobillərin görüntüləri olan üzərində «Sony DVD-R 120 min/4.7 GB» sözləri yazılmış bir ədəd ağ rəngli disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilərək saxlanılmışdır (2-ci cildin 112-123-cü vərəqləri). İş materiallarında olan Baş İstintaq və Təhqiqat İdarəsinin YNHDİÜ İstintaq və Təhqiqat Şöbəsinin 2019-cu il 10 may qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263-1.4.-cü və 264-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona yeni məzmunda ittiham elan edilmişdir (2-ci cildin 138- 140-cı vərəqləri). Məhkəməyə təqdim olunmuş Azərbaycan Respublikasının Əmək və X19 Nazirliyi yanında Dövlət X23 Siyəzən rayon şöbəsinin **********9 nömrəli 2019-cu il 19 iyun tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs İ qrup gözdən əlil olan həyat yoldaşı X10 qulluq etdiyi üçün Dövlət X23 Siyəzən rayon şöbəsindən prezident təqaüdünü alır. Məhkəməyə zərər çəkmiş şəxsin hüquqi varisi X8 tərəfindən təqdim edilən notariat qaydasında təsdiq olunmuş 2019-cu il 09 dekabr tarixli və 2020-ci il 23 yanvar tarixli ərizələrdən görünür ki, o, Təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı heç bir şikayəti yoxdur və gələcəkdə də olmayacaqdır, təqsirləndirilən şəxsə daha yüngül cəza verilməsinə etirazı yoxdur. Məhkəməyə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 tərəfindən təqdim edilən notariat qaydasında təsdiq olunmuş 2019-cu il 12 dekabr tarixli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəməyə zərər çəkmiş şəxs Pharid Gajıev tərəfindən təqdim edilən notariat qaydasında təsdiq olunmuş 2020-ci il 10 yanvar tarixli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı heç bir şikayəti, iddiası, tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. Məhkəməyə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 tərəfindən təqdim edilən notariat qaydasında təsdiq olunmuş 2020-ci il 23 yanvar tarixli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı heç bir şikayəti, iddiası, tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. Məhkəməyə Siyəzən Rayon İcra Hakimiyyəti başçısının X26 ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən təqdim edilmiş 2020-ci il 07 fevral tarixli 367 №-li arayışdan görünür ki, Təqsirləndirilən şəxs və onun İ qrup əlil olan həyat yoldaşı X14 Siyəzən şəhəri, Nizami küçəsi, 38 №-li evdə kirayə yaşayırlar. Məhkəməyə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 tərəfindən təqdim edilən notariat qaydasında təsdiq olunmuş 2020-ci il 12 fevral tarixli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı heç bir şikayəti, iddiası, tələbi yoxdur. Məhkəməyə təqdim edilən notariat qaydasında təsdiq olunmuş Şahid1 2019-cu il 12 dekabr tarixli ərizəsindən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və iddiası yoxdur. Məhkəmə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263-1.4.-cü və 264-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi, əməllərində cinayət tərkibinin olması, bununla da onun təqsirliliyi tam sübuta yetirilmişdir. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 263-1.4.-cü və 264-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmədə verdiyi ifadələrdə yolun sağ zolağında hərəkət etdiyi vaxt arxadan gələn «X27» markalı avtomobilin sol hərəkət zolağı ilə 3-4 dəfə gah sürətlə ötüb keçməsi, gah da keçəndən sonra qarşıda sürətini kəskin şəkildə aşağı salaraq qəza nişan işığını yandırmaqla sürüb keçməyinə mane olması, sol zolaqda hərəkət edən həmin avtomaşının yanında olduğu anda qəflətən bərk taqqıltı səsini eşitməsi, göstərilən avtomobilin onun qabağından bir qədər sürüşərək sağa tərəf istiqamətlənməklə yolun kənarında dayanmış vəziyyətdə olan avtomaşına tərəf getdiyini görsə avtomobilini saxlamadan hərəkətini davam etdirib irəli 2-3 kilometr sürməsi haqqında dediklərinə, bununla da özünü təqsirli bilməməsinə tənqidi yanaşaraq hesab edir ki, onun göstərdikləri özünümüdafiə xarakteri daşımaqla seçmiş olduğu bu cür taktika tərəfindən heç də kifayət qədər əsaslandırılmamışdır. Beləliklə Təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməllərini törət-məsi məhkəmə istintaqında hərtərəfli araşdırılmış, zərər çəkmiş şəxslərin, zərər çəkmiş şəxsin hüquqi varisinin, şahidlərin və əlavə şahidin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, eləcə də iş üzrə başqa mötəbər sübutlarla tam təsdiq olunur. Azərbaycan Respublikasının CM-nin 8.1.-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 41.2.-ci və 58.3.-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsi əsasında, zərər çəkmiş şəxs və zərər çəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsinin, dəymiş ziyanın könüllü olaraq tamamilə ödəməsinin işdə cəzanı yüngülləşdirən hallar olduğunu nəzərə almaqla ilk məhkumluğunu, arvadının səhhətində ciddi problemlərin, yəni tamamilə kor olub onun gündəlik köməyinə ehtiyacı olmasını, qeydiyyatda olduğu yer üzrə müsbət xasiyyətləndirilməsini işdə cəzanı yüngülləşdirən hallar kimi qəbul edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə görə cəzasını ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikasının CM-nin 60-cı maddəsinə əsasən, bu Məcəllənin 59.1.8.-ci,59.1.10.-59.1.13.-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2012-ci il 2 aprel tarixli Qərarının 3-cü maddəsi Azərbaycan Respublikasının CM-nin 60-cı maddəsində qeyd olunan «bu Məcəllənin 59.1.9 və 59.1.10cu maddələrində» müddəası bu maddələrdə nəzərdə tutulan halların həm məcmu şəklində, həm də təqsirin formasından, cinayətin xarakterindən asılı olaraq müstəqil tətbiqini nəzərdə tutur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əməllərə görə təqsirli bilinib cəzalandırılmalıdır. «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozul-masına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2013-cü il 15 noyabr tarixli 5 nömrəli Qərarının 21-ci bən-dinə görə, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozul-ma-sında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədibtörətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin Baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.1.-56.1.2.-ci maddələrində ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində, beş ildən artıq müddətə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-56.1.2-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2013-cü il 18 iyun tarixli Plenumunun Qərarına əsasən, şəxs cinayətlərin (hökmlərin) məcmusu qaydasında ehtiyatsızlıqdan törədilən cinayətə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrumetmə və qəsdən törədilən böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlər görə ilk dəfə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzaya məhkum olunduqda cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrinə çəkilməsi müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 264-cü maddəsi ilə cəza təyin edilərkən Azərbaycan Respublikasının CM-nin 69.3.-cü maddəsinə uyğun olaraq azadlığın məhdudlaşdırılması növündə cəza müddətinin iki günü azadlıqdan məhrumetmə cəzasının bir günü ilə hesablanmalıdır. Azərbaycan Respublikasının CM-nin 45.1.-ci maddəsində göstərilir ki, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrumetmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Həmçinin «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozul-masına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2013-cü il 15 noyabr tarixli 5 nömrəli Qərarının 22-ci bən-dinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, CM-nin 45-ci maddəsinin mənasına görə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə cəza ictimai işlər, islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzalarına, əsas cəzanın şərti olaraq tətbiq edilib-edilməməsindən asılı olmayaraq, əlavə cəza kimi bir ildən beş ilədək müddətə təyin olunur. Habelə Azərbaycan Respublikasının CM-nin 263-cü, 263-1.-ci, 264-cü və 351-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirləndirilən şəxslərin sürücülük hüququnun olmaması və ya yetkinlik yaşına çatmaması onun barəsində nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrumetmə növündə əlavə cəzanın tətbiq olunmasına maneə deyildir. Məhkəmə qeyd edilən halları nəzərə alaraq Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 263-1.4.-cü və 264-cü maddələrinin sanksiyalarında nəzərdə tutulmuş həddə azadlıqdan məhrumetmə cəzası təyin olunmaqla yanaşı onun nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum olunmasını məqsədəuyğun sayır. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə zərər çəkmiş şəxsin hüquqi varisinin və zərər çəkmiş şəxslərin təqsirləndirilən şəxslə barışıb ona qarşı şikayətlərinin və ya tələblərinin olmamasını nəzərə alır. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş əm-lakı müəy-yən edilmədiyin-dən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra hazırki cinayət işi üzrə maddi sübut kimi tanınan 2019-cu il martın 15-də saat 1320 radələrində Bakı-Quba- Dağıstan sərhəd yolunun Sumqayıt şəhəri, X21 qəsəbəsi ərazisindən keçən hissəsində baş vermiş yol-nəqliyyat hadisəsini qeydə alan «Linkoil» yanacaqdoldurma məntəqəsinin kamerasının videogörüntüsü olan diskin və 2019-cu il 15 aprel tarixli 003-4217-1219 saylı məktubla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətindən daxil olmuş TŞ kameraları ilə qeydə alınmış «QAZ-31029» markalı **-BB-*** dövlət qeydiyyat nişanlı və «X33» markalı **-EA-*** dövlət qeydiyyat nişanlı avtomobillərin görüntüləri olan üzərində «Sony DVD-R 120 min/4.7 GB» sözləri yazılmış bir ədəd ağ rəngli diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs1 məxsus «Kamaz-53212» markalı **-BL-*** dövlət qeydiyyat nişanlı, Təqsirləndirilən şəxs məxsus «QAZ-31029» markalı **-BB-*** dövlət qeydiyyat nişanlı və Gajıev Pharidə məxsus «X33» markalı **-EA-*** dövlət qeydiyyat nişanlı avtomobillərin özlərinə təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə ekspertiza tədqiqatlarının dəyəri – 369 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X13 tərəfindən 04 iş saatı müddətində həyata keçirilmişdir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli 202 №-li qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının CPM-nin 193.2.-ci və 193.4.-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Bununla da Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından X7 vəkil işlədiyi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 24 manat köçürülməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 1996-cı il 27 dekabr tarixli 4 saylı Qərarının 18-ci bəndində göstərilir ki, müttəhimə azadlıqdan məhrumetmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablanması məsələsi heç bir şübhə doğurmamalıdır. Təqsirləndirilən şəxs əsas cəza kimi təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını çəkməsinin əvvəli həbsə alındığı andan, yəni 2019-cu il martın 15-dən hesablanmalıdır. Azərbaycan Respublikasının CM-nin 45.2.-ci maddəsi əsasında, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrumetmə cəza növü azadlıqdan məhrumetmə cəzasına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 157.2.-ci maddəsinə görə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrumetmə cəza növündə cəza müəyyən müddətə azadlıqdan məhrumemə növündə cəzalara əlavə olaraq təyin edildiyi hallarda əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozul-masına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2013-cü il 15 noyabr tarixli 5 nömrəli Qərarının 23-cü bən-dində göstərilir ki, məhkəmələr nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmənin əlavə cəza kimi tətbiq edildiyi hallarda hökmlərin icrasına xüsusi diqqət yetirməlidirlər. Bu halda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının CİM-nin 157.2ci maddəsinə əsasən həmin cəza intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzalara əlavə olaraq təyin edildiyi hallarda əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza üçün müəyyən edilmiş müddətə şamil olunur. Nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə cəza intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəzalara əlavə olaraq təyin edildikdə, cəzanı icra edən müəssisə və ya orqan əsas cəza müddəti qurtardıqdan sonra, yaxud məhkum şərti olaraq vaxtından əvvəl əsas cəzadan azad edilərsə və ya cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza ilə əvəz edilərsə, hökmün surətini və nəqliyyat vasitəsini idarəetmə hüququ verən sənədi onun yaşadığı yerin icra məmuruna göndərir (Azərbaycan Respublikasının CİM-nin 154.3-cü maddəsi). İcra məmuru tərəfindən göstərilən sənədlər icra olunması üçün qəbul edildiyi vaxtdan şəxsə təyin olunmuş nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrumetmə növündə əlavə cəza üçün müəyyən edilmiş müddətin axımı başlayır. Belə olan halda Təqsirləndirilən şəxs əlavə cəza qismində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrumetmə cəzasının əvvəli o, əsas cəzanı çəkib qurtardıqdan sonrakı müddətə təyin edilməli və müddət axımı hökmün surəti onun yaşadığı yerin icra məmuruna göndəriləndən sonra icra məmuru tərəfindən göstərilən sənəd icra olunması üçün qəbul edildiyi vaxtdan başlanılmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 193-cü, 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci, 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263-1.4.-cü maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətinə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum edilməklə barəsində Azərbaycan Respublikasının CM-nin 62-ci maddəsi tətbiq olunaraq 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikasının CM-nin 264-cü maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətinə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum edilməklə 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Azərbaycan Respublikasının CM-nin 69.3.-cü maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 264-cü maddəsinə əsasən təyin olunmuş 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası kimi hesablansın. Azərbaycan Respublikasının CM-nin 66.3.-cü maddəsi əsasında Təqsirləndirilən şəxs təyin olunmuş əsas və əlavə cəzaları tamamilə toplamaq yolu ilə o, qəti olaraq 05 (beş) il müddətinə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum edilməklə 05 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs əsas cəza kimi təyin edilən azadlıqdan məhrumetmə cəzasını çəkməsinin əvvəli 2019-cu il martın 15-dən; əlavə cəza qismində nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrumetmə cəzası isə o, əsas cəzanı çəkib qurtardıqdan sonrakı müddətə təyin edilsin və müddətin axımı hökmün surəti onun yaşadığı yerin icra məmuruna göndəriləndən sonra icra məmuru tərəfindən göstərilən sənədin icra olunması üçün qəbul edildiyi vaxtdan başlanılsın. İş üzrə ekspertiza tədqiqatlarının dəyəri – 369 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla əlaqədar Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından X7 vəkil işlədiyi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 24 manat köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış 2019-cu il martın 15-də saat 1320 radələrində Bakı-Quba-Dağıstan sərhəd yolunun Sumqayıt şəhəri, X21 qəsəbəsi ərazisindən keçən hissəsində baş vermiş yol-nəqliyyat hadisəsini qeydə alan «Linkoil» yanacaqdoldurma məntəqəsinin kamerasının videogörüntüsü olan diskin və 2019-cu il 15 aprel tarixli 003- 4217-1219 saylı məktubla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətindən daxil olmuş TŞ kameraları ilə qeydə alınmış «QAZ- 31029» markalı **-BB-*** dövlət qeydiyyat nişanlı və «X33» markalı **-EA-*** dövlət qeydiyyat nişanlı avtomobillərin görüntüləri olan üzərində «Sony DVD-R 120 min/4.7 GB» sözləri yazılmış bir ədəd ağ rəngli diskin cinayət işinin materiallarında saxlanılması, Zərərçəkmiş şəxs1 məxsus «Kamaz-53212» markalı **-BL-*** dövlət qeydiyyat nişanlı, Təqsirləndirilən şəxs məxsus «QAZ-31029» markalı **-BB-*** dövlət qeydiyyat nişanlı və Pharid Gajıevə məxsus «X33» markalı **-EA-*** dövlət qeydiyyat nişanlı avtomobillərin özlərinə təhvil verilməsi nəzərə alınsın. Hökm qanuni qüvvəyə minənədək seçilən ev dustaqlığı qismində qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-95/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-95/2020
17.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver