Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-95/2022 20.05.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Paşayev Azər İslah oğlu, (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, məhkəmənin iclas katibləri, X79 və X33, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X11 müdafiəsi üzrə İdarənin prokuroru Dövlət ittihamçısı İlham oğlunun, müdafiəçilər, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, «LCG» Vəkil Bürosunun vəkili Müdafiəçi2, Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi7, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi5, «Arbitrium» Vəkil Bürosunun vəkili Müdafiəçi4 Şəmsəddin oğlu və zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə iştirakları ilə, xx xxxxx 1956-cı ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, ali təhsilli, işləməyən, məhkum olunmamış, Bakı şəhəri, Səbail rayonu, 2-ci ünvan 1 ünvanda yaşamış, barəsində "xxxx" qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsində saxlanılan X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 294.3, 32.4, 308.2, 32.4, 313 və 320.2-ci maddələri ilə, xx xxxxx 1954-cü ildə Rusia Federasiyasının, Dağıstan Respublikası, Mahaçqala şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, işləməyən, təqaüdçü, məhkum olunmamış, Bakı şəhəri, Yasamal rayonu, H.Sultanov küçəsi Bina 1, mənzil 66-da pasport qeydiyyatında olan və həmin ünvanda yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 178.3.2, 308.2 və 313-cü maddələri ilə, xx xxxxxxxx 1960-cı ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, ali təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 2 ünvanda yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 178.3.2, 308.2 və 313-cü maddələri ilə, xx xxxxx 1962-cı ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, ali təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 3 ünvanda yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş X52 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 178.3.2, 308.2 və 313-cü maddələri ilə, xx xxxxxx 1989-cu ildə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, ali təhsilli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə X85 Departamentində böyük mütəxəssis vəzifəsində işləyən, məhkum olunmamış, Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi bina 5A, mənil 16-da pasport qeydiyyatında olan və həmin ünvanda yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2 və 313-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: X9 əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə, istehsalatların, peşələrin, vəzifələrin və ya göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə müəyyən olunan işlərdə çalışmamasına baxmayaraq, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliklərə qədər olan redaksiyada) 9.1-ci maddəsinin yeraltı işlərdə, yəni əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə, istehsalatların, peşələrin, vəzifələrin və ya göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə çalışan sığorta olunan kişilərə münasibətdə onlar 57 yaşına çatıb azı 25 il sığorta stajına malik olmaqla bu müddətin azı 12 il 6 ayını həmin işlərdə işləməsi ilə əlaqədar əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranmasına dair müddəasının özü barəsində saxta sənədlər əsasında tətbiq olunmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası qismində pul vəsaitini aldatma yolu ilə ələ keçirmək məqsədilə 2013- cü ilin yay aylarında Bakı şəhəri, Cənub buxtası ünvanında yerləşən «Azərbaycan Dövlət X104» QSC-nin Bibiheybət Gəmi təmiri Zavodunun (“İ.Allahverdiyev” adına Gəmitəmiri-gəmiqayırma zavodu) vəzifəli şəxs olan Kadrlar şöbəsinin mütəxəssisi vəzifəsində işləyən Təqsirləndirilən şəxs2 gələcəkdə əmək pensiyası almaq hüququnun yaranması ilə əlaqədar sənədləşdirmələrdə istifadə etmək üçün guya həmin zavodda işə qəbul edilməsinə dair öz adına olan əmək kitabçasında qeydlər aparılıb rəsmi möhürlə təsdiq olunmasında köməklik göstərilməsinə dair müraciətinə əsasən, sonuncunun razılığını alaraq onunla sövdələşməklə, Təqsirləndirilən şəxs2 xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd istifadə edərək şəxsi niyyətlə rəsmi sənəd hesab edilən ******* nömrəli dublikat əmək kitabçasına guya özünün 03.01.1996-cı il tarixli, K-02 nömrəli əmrlə Gəmi gövdə qaynaq sexində 4-cü dərəcəli əl ilə elektirikqaynaqçı peşəsinə işə qəbul edilməsinə dair bilə-bilə yalan məlumatlar daxil edib, həmin kitabçanın 10-cu vərəqində “Xəzərdənizqəmitəmiri” İ.B.Allahverdiyev adına Gəmitəmiri Gəmiqayırma zavodu 370003, Bakı ş, Gülbala Əliyev 2” məzmunlu ştampı və 13-cü vərəqində “Azərbaycan Dövlət X104 “Xəzərdənizgəmitəmiri” istehsalat Birliyin (İ.Allahverdiyev adına Gəmitəmiri Gəmiqayırma zavodu KADRLAR ŞÖBƏSİ” məzmunlu möhür vurmasına nail olub Təqsirləndirilən şəxs2 vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və vəzifə saxtakarlığına təhrik edib, Təqsirləndirilən şəxs2 yalan məzmunlu məlumatların daxil edildiyi həmin əmək kitabçasını qeyd edilən müddətdə götürməklə, yəni sonuncunun köməkçilik edərək dələduzluq cinayətini törətməsi üçün vasitə verməsindən sonra, eyni niyyətlə, guya qeyd edilən zavodda işlədiyi tarixlərdə əmək haqqı alması görüntüsü yaratmaqla gələcəkdə qanunsuz yolla alacağı əmək pensiyasının məbləğinin hesablanmasında istifadə etməkdən ötrü istintaqa məlum olmayan şəraitdə «Azərbaycan Dövlət X104» QSC-nin Bibiheybət Gəmi təmiri Zavodu (“İ.Allahverdiyev” adına Gəmitəmirigəmiqayırma zavodu) üzrə 2004-2008-ci illərə aid əmək haqqının aylar üzrə məbləğinin hesablanması barədə 168 nömrəli köhnə, yəni 14.07.2009-cu il tarixli «Azərbaycan Dövlət X104» QSC-nin Bibiheybət Gəmi təmiri Zavodunun direktoru tərəfindən istintaqla müəyyən edilməyən şəraitdə imzalanmış, əl ilə mürəkkəblə birbaşa olaraq möhür çəkilmiş saxta arayışı qeyd edilən müddətdə əldə etməklə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun həmin vaxt qüvvədə olan 30.1-ci maddəsinə əsasən, əmək pensiyasının şəxsin (ərizəçinin) daimi yaşadığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilməsinin müəyyən edilməsinə və özünün Bakı şəhəri, Səbail rayonu, 2-ci ünvan 6 ünvanında qeydiyyat üzrə yaşamaqla pensiya almaq üçün tələb olunan sənədlərlə birlikdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Səbail rayon şöbəsinə müraciət etməli olmasına baxmayaraq, tanışları olmaqla Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Lənkəran rayon şöbəsinin pensiya sektorunun müdiri vəzifəsində işləyən Təqsirləndirilən şəxs3 və sektorun məsləhətçisi vəzifəsində işləyən X52 həmin pensiyanı saxta sənədlər əsasında işlədikləri həmin şöbədə təyin edə biləcəklərinə dair məsləhətləri və məlumatları, habelə maneələri aradan qaldırmaqla yardım edəcəklərini qabaqcadan vəd etmələri ilə əlaqədar 2013-cü ilin yay aylarından həmin ilin noyabr ayının ortalarınadək olan müddətdə bilə-bilə qeyd olunan saxta sənədlərdən, yəni ******* nömrəli dublikat əmək kitabçası və 168 nömrəli 14.07.2009-cu il tarixli arayışdan istifadə etməklə onları ünvan 7 ünvanında yerləşən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Lənkəran rayon şöbəsinin pensiya sektoruna təqdim edib 1995-2008-ci illərdə “İ.Allahverdiyev adına Gəmi Təmiri Gəmi Qayırma zavodu”nun Gəmi gövdə qaynaq sexində 4-cü dərəcəli əl ilə elektirik-qaynaqçı peşəsində işləməsi ilə əlaqədar ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş edib, təqdim etdiyi həmin sənədlər üzrə qeyd edilən şöbədə araşdırma aparılan zaman saxta əmək kitabçasında 1995-ci ildən deyil, 1996-cı ildən həmin sahədə işləməsinin göstərilməsi müəyyən edildiyindən Təqsirləndirilən şəxs3 və Qiyas Babayevin məsləhət və istiqamətləndirməsi ilə 1995-ci ildən qeyd edilən zavodda işləməsinə dair saxta arayış əldə edilməsində köməklik göstərilməsindən ötrü həmin müddətdə yenidən Təqsirləndirilən şəxs2 müraciətinə əsasən, sonuncunun razılığını alaraq onunla sövdələşməklə, Təqsirləndirilən şəxs2 eyni niyyətlə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar onun üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd istifadə edərək şəxsi niyyətlə rəsmi sənəd hesab edilən 13.07.2009-cu il tarixli, 164 nömrəli arayışa guya özünün 03.07.1995-ci ildən (ƏMR K-02, 03.07.1995) 28.12.2008-ci ilə qədər (Əmr 149k 28.12.2008) İ.Allahverdiyev adına Gəmi Təmiri zavodunda əl ilə elektirik-qaynaqçısı işləməsi barədə bilə- bilə yalan məlumatlar daxil edərək həmin arayışı imzası və zavodun möhürü ilə təsdiq etməsinə nail olub onu vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və vəzifə saxtakarlığına təhrik edib, Təqsirləndirilən şəxs2 yalan məzmunlu məlumatların daxil edildiyi həmin arayışı qeyd edilən müddətdə götürməklə, yəni sonuncunun eyni niyyətlə köməkçilik edərək dələduzluq cinayətini törətməsi üçün vasitə verməsindən sonra bilə-bilə həmin saxta arayışdan eyni niyyətlə yenidən istifadə edib Dövlət Sosial Müdafiə Fondunun Lənkəran rayon şöbəsinin pensiya sektoruna təqdim edib aralarında əvvəlcədən olan razılaşmaya əsasən, Təqsirləndirilən şəxs3 və Qiyas Babayevlə sövdələşməklə, sonuncuları xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd istifadə edərək qeyd edilən saxta sənədlər əsasında şəxsi niyyətlə rəsmi sənəd hesab edilən DSMF-nin Lənkəran rayon şöbəsinin 10.05.2013-cü il tarixli qərarının məzmununa tamah və şəxsi niyyətlə özü barəsində yaşa görə güzəştli (1-ci Siyahı) ömürlük əmək pensiyası təyin edilməsinə dair bilə-bilə yalan məlumatları daxil etməklə həmin qərarın qeyd olunan şöbədə təsdiq olunması nəticəsində 1973-2006-cı illər üzrə cəmi 31 il 5 ay 18 gün sosial sığorta stajına əsasən 01.05.2013-cü il tarixdən aylıq 151,23 manat məbləğində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmasına, 19.04.2008-01.05.2013-cü il dövrü üzrə 8.628,56 manat fərq məbləğinin 2013-cü ilin iyul ayında birdəfəlik olaraq adına "xxxx" ASC- də açılmış **********277996 nömrəli plastik kart hesabına köçürülməsinə nail olmaqla, həmin məbləği, habelə, Təqsirləndirilən şəxs3 və Qiyas Babayevin aralarındakı cinayətkar razılaşmaya əsasən, barəsində 19.04.2008-ci il tarixdən təyin edilmiş pensiyanın aylıq məbləğinin həmin dövrdə qüvvədə olan qanunvericiliyin şərtlərinə uyğun olaraq 2004- 2005-ci illərin əmək haqlarına münasib hesablanmasından ötrü 01.01.2004-cü il tarixdən 30.12.2005-ci il tarixədək olan müddətdə İ.Allahverdiyev adına Gəmi Təmiri Gəmiqayırma zavodunda işləyib-işləməməsinin müəyyən edilməsi ilə əlaqədar DSMF-nin Lənkəran rayon şöbəsinin sabiq müdiri Şahid8 tərəfindən imzalanmış 15.11.2013-cü il tarixli 54/2559 nömrəli sorğunu icra edən həmin fondun Səbail rayon şöbəsinin pensiya təyinatı sektorunun sabiq məsləhətçisi Təqsirləndirilən şəxs5 müvafiq araşdırma aparmadan edərək tərtib etdiyi rəsmi sənəd hesab edilən və Təqsirləndirilən şəxs2 tərəfindən həmin zavodun “paketlər və arayışlar üçün” möhürü ilə təsdiq edilmiş guya özünün 01.01.2004cü il tarixdən 30.12.2005-ci il tarixədək İ.Allahverdiyev adına Gəmi Təmiri Gəmiqayırma zavodunda işləməsi barədə yalan məlumatlar daxil edilmiş 18.11.2013-cü il tarixli aktın qeyd edilən Fondun Lənkəran rayon şöbəsinə təqdim edilməsinə nail olub, eyni niyyətlə, 27.11.2013-cü il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Lənkəran rayon şöbəsinə ərizə ilə müraciət edib pensiya hüququnun yarandığı 19.04.2008-ci il tarixdən təyin olunmuş əmək pensiyasının aylıq məbləğinin həmin dövrdə qüvvədə olmuş qanunvericiliyin şərtlərinə uyğun olaraq 2004-2005-ci illərin əmək haqqına əsasən hesablanmasını xahiş etdikdən və 29.11.2013-cü il tarixli 54/2664 nömrəli cavab məktubu ilə müraciətinin təmin olunmasının mümkün olmaması barədə cavab məktubu aldıqdan sonra bu məsələnin həll olunmasına dair Lənkəran rayon Məhkəməsinə müraciət üçün hüquqi əsasının olması görüntüsü yaratmaqdan ötrü istifadə məqsədilə Bakı şəhəri, Səbail rayonu, 2-ci Salyan döngəsi 2, ev 7 ünvanında qeydiyyatda olmaqla yaşamasına baxmayaraq, 15.01.2014-cü il tarixdə Lənkəran şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi X53 xidməti otağında müraciət edərək qeyd olunan məqsədlərinə nail olmaqdan ötrü onun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd istifadə etməklə rəsmi sənəd hesab edilən 1/281 nömrəli 15.01.2014-cü il tarixli arayışa guya özünün ünvan 9 ünvanında yaşaması barədə bilə-bilə yalan məlumatları daxil etməklə, həmin arayışda olan Lənkəran şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini “İltifat Kərimov” sözlərinin qarşısındakı imzanı qəsdən fərqli formada imzalamaqla vəzifə saxtakarlığına təhrik edərək, Vidadi Dadaşovdan yalan məzmunlu məlumatların daxil edildiyi həmin arayışı qeyd edilən müddətdə götürüb bilə-bilə qeyd olunan saxta sənədlərdən istifadə edərək 2014-cü ilin yanvar ayında Lənkəran rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edib Məhkəmənin onun xeyrinə qətnamə çıxarmasından ötrü mülki işdə iştirak edən şəxs kimi həqiqətə uyğun gəlməyən məlumatların əks olunduğu yuxarıda qeyd edilən saxta rəsmi sənədləri təqdim edərək, çıxarılacaq yekun məhkəmə qərarının mahiyyətinə bilavasitə təsir göstərən sübutları həmin saxta sənədlər və uydurma dəlilləri ilə saxtalaşdırmaqla 01.01.2004-cü il tarixdən 30.12.2005-ci il tarixədək İ.Allahverdiyev adına Gəmi Təmiri Gəmiqayırma zavodunda işlədiyi illərin iş stajı faktı kimi müəyyən edilməsi barədə 06.02.2014-cü il tarixli qətnamənin çıxarılmasına nail olub həmin qətnamənin DSMF-nin Lənkəran rayon şöbəsinə icra üçün təqdim edilməsindən sonra barəsində təyin edilmiş həmin pensiyanın 19.04.2008-ci il tarixdən yenidən hesablanmasına, 2013-cü ilin dekabr ayında pensiyanın aylıq məbləğinin 890 manata çatdırılmasına, 01.12.2013-cü ilədək olan dövr üzrə 54.172 manatın, 2014-cü ilin may ayında yenidən hesablanmaqla yaranmış 13.278,61 manat fərq məbləğinin 02.12.2013-cü il və 12.05.2015-ci il tarixlərdə "xxxx" ASC-də ona plastik kart hesabına köçürülməsinə, aylıq pensiya məbləği təyin olunduğu tarixdən əmək pensiyalarının baza hissəsinin artırılmasına və sığorta hissəsinin indeksləşdirməsinə dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərman və Sərəncamına uyğun olaraq artırılmaqla 01.01.2019-cu il tarixdən 1.526,29 manata çatdırılmasına nail olmaqla, qeyd edilən plastik kart hesabına ümumilikdə köçürülmüş cəmi 164.256,63 manat məbləğində pul vəsaitini həmin müddət ərzində Respublikanın müxtəlif rayonları və Bakı şəhərində olan bankomatlar vasitəsilə hesabdan çıxarıb şəxsi ehtiyaclarına sərf etməklə, ümumilikdə qeyd edilən qaydada Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və X4 ilə aldatma yolu ilə Dövlət Sosial Müdafiə Fondunun Lənkəran şəhər şöbəsi tərəfindən barəsində 19.04.2008-ci il tarixdən qanunsuz olaraq pensiya təyinatı aparılması nəticəsində 31.10.2019-cu il tarixədək olan müddətdə vahid niyyətlə cəmi 164.256,63 manat məbləğində dövlət əmlakını ələ keçirərək külli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, qeyd edilən hərəkətləri ilə vəzifəli şəxslər olan Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, X80 və X54 hüquqi şəxsin hüquqlarına və qanuni mənafelərinə, dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə və rəsmi sənədlərin məzmununa tamah və şəxsi niyyətlə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətməyə təhrik etmiş, saxta sənədlərdən bilə-bilə vahid niyyətlə istifadə etmiş, mülki iş üzrə işdə iştirak edən şəxs kimi sübutları saxtalaşdırması ağır nəticələrə səbəb olmuşdur. Təqsirləndirilən şəxs2 24.06.1991-ci ildən Bakı şəhəri, Cənub buxtası ünvanında yerləşən «Azərbaycan Dövlət X104» QSC-nin Bibiheybət Gəmi təmiri Zavodunun (“İ.Allahverdiyev” adına Gəmitəmiri-gəmiqayırma zavodu) Kadrlar şöbəsinin mütəxəssisi vəzifəsində işləyərkən vəzifə təlimatına əsasən kadrların ixtisasının yüksəlməsinə hazırlıq planın işlənməsi, kollektivin sosioloji inkişaf planının hazırlanmasında iştirakı, işə qəbul olunanlarla danışıqlar aparılması, sənədləri ilə tanış olunması, işçilərin iş xarakterlərinin öyrənilməsi və lazımi yerdə istifadə olunması üçün təklif hazırlanması, şəxsi heyyətin uçotu, indiki və keçmiş zamanlarda əmək fəaliyyəti haqqında arayışlar verilməsi, əmək kitabçalarının doldurulması, pensiya təyini üçün lazımi sənədlərin hazırlanması, sosial müdafiə təşkilatlarına təqdim edilməsi və digər səlahiyyətlərə malik inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs kimi ona 2013-cü ilin yay aylarında Bakı şəhəri, Cənub buxtası ünvanında yerləşən «Azərbaycan Dövlət X104» QSC-nin Bibiheybət Gəmi təmiri Zavodunda xidməti otağında müraciət etmiş X9 ilə sövdələşərək, sonuncunun əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə, istehsalatların, peşələrin, vəzifələrin və ya göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə müəyyən olunan işlərdə, ümumiyyətlə həmin zavodda çalışmamasına baxmayaraq, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliklərə qədər olan redaksiyada) 9.1- ci maddəsinin yeraltı işlərdə, yəni əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə, istehsalatların, peşələrin, vəzifələrin və ya göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə çalışan sığorta olunan kişilərə münasibətdə onlar 57 yaşına çatıb azı 25 il sığorta stajına malik olmaqla bu müddətin azı 12 il 6 ayını həmin işlərdə işləməsi ilə əlaqədar əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranmasına dair müddəasının onun barəsində saxta sənədlər əsasında tətbiq olunmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası qismində pul vəsaitini aldatma yolu ilə ələ keçirmək, gələcəkdə əmək pensiyası almaq hüququnun yaranması ilə əlaqədar sənədləşdirmələrdə istifadə etmək üçün guya həmin zavodda işə qəbul edilməsinə dair onun adına olan əmək kitabçasında qeydlər aparılıb rəsmi möhürlə təsdiq olunmasında köməklik göstərilməsinə dair razılığa gələrək, Müqavimət Kələntərovun təhriki ilə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar sonuncu üçün qanunsuz üstünlük əldə etmək məqsədilə qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd istifadə edərək şəxsi niyyətlə rəsmi sənəd hesab edilən ******* nömrəli dublikat əmək kitabçasına sonuncunun guya 03.01.1996-cı il tarixli, K-02 nömrəli əmrlə Gəmi gövdə qaynaq sexində 4-cü dərəcəli əl ilə elektrik-qaynaqçı peşəsinə işə qəbul edilməsinə dair bilə-bilə yalan məlumatlar daxil edib, həmin kitabçanın 10-cu vərəqində “Xəzərdənizgəmitəmiri” İ.B.Allahverdiyev adına Gəmitəmiri Gəmiqayırma zavodu 370003, Bakı ş, Gülbala Əliyev 2” məzmunlu ştampı və 13-cü vərəqində “Azərbaycan Dövlət X104 “Xəzərdənizgəmitəmiri” istehsalat Birliyin (.Allahverdiyev adına Gəmitəmiri Gəmiqayırma zavodu KADRLAR ŞÖBƏSİ” məzmunlu möhür vurmuş, yalan məzmunlu məlumatların daxil edildiyi həmin əmək kitabçasını qeyd edilən müddətdə Müqavimət Kələntərova verməklə, yəni sonuncuya köməkçilik edərək dələduzluq cinayətini törətməsi üçün vasitə verdikdən sonra, Müqavimət Kələntərov eyni niyyətlə, guya qeyd edilən zavodda işlədiyi tarixlərdə əmək haqqı alması görüntüsü yaratmaqla gələcəkdə qanunsuz yolla alacağı əmək pensiyasının məbləğinin hesablanmasında istifadə etməkdən ötrü istintaqa məlum olmayan şəraitdə «Azərbaycan Dövlət X104» QSC-nin Bibiheybət Gəmi təmiri Zavodu (“İ.Allahverdiyev” adına Gəmitəmiri- gəmiqayırma zavodu) üzrə 2004-2008-ci illərə aid əmək haqqının aylar üzrə məbləğinin hesablanması barədə 168 nömrəli köhnə, yəni 14.07.2009-cu il tarixli «Azərbaycan Dövlət X104» QSCnin Bibiheybət Gəmi təmiri Zavodunun direktoru tərəfindən istintaqla müəyyən edilməyən şəraitdə imzalanmış, Şahid2 adı qarşısında qəsdən fərqli formada sonuncunun imzasını oxşadıb çəkmiş, əl ilə mürəkkəblə birbaşa olaraq möhür çəkilmiş saxta arayışı qeyd edilən müddətdə əldə etməklə, həmin saxta sənədlərdən, yəni ******* nömrəli dublikat əmək kitabçası və 168 nömrəli 14.07.2009-cu il tarixli arayışdan istifadə etməklə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Lənkəran rayon şöbəsinin pensiya sektoruna təqdim edib 1995-2008-ci illərdə “(İ.Allahverdiyev adına Gəmi Təmiri Gəmi Qayırma zavodu”nun Gəmi gövdə qaynaq sexində 4-cü dərəcəli əl ilə elektrik-qaynaqçı peşəsində işləməsi ilə əlaqədar ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş edib, təqdim etdiyi həmin sənədlər üzrə qeyd edilən şöbədə araşdırma aparılan zaman saxta əmək kitabçasında 1995-ci ildən deyil, 1996-cı ildən həmin sahədə işləməsinin göstərilməsi müəyyən edildiyindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Lənkəran rayon şöbəsinin pensiya sektorunun müdiri vəzifəsində işləyən Təqsirləndirilən şəxs3 və sektorun məsləhətçisi vəzifəsində işləyən X52 məsləhət və istiqamətləndirməsi ilə 1995-ci ildən qeyd edilən zavodda işləməsinə dair saxta arayış əldə edilməsində köməklik göstərilməsindən ötrü həmin müddətdə yenidən ona müraciət edərək, eyni niyyətlə Müqavimət Kələntərovun təhriki ilə sonuncu ilə sövdələşməklə, xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Müqavimət Kələntərov üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd istifadə edərək şəxsi niyyətlə rəsmi sənəd hesab edilən 13.07.2009-cu il tarixli, 164 nömrəli arayışa guya sonuncunun 03.07.1995-ci ildən (ƏMR K-02, 03.07.1995) 28.12.2008-ci ilə qədər (Əmr 149k 28.12.2008) (İ.Allahverdiyev adına Gəmi Təmiri zavodunda əl ilə elektrik-qaynaqçısı işləməsi barədə bilə-bilə yalan məlumatlar daxil edərək həmin arayışı imzası və zavodun möhürü ilə təsdiq edərək vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və vəzifə saxtakarlığı edərək, yalan məzmunlu məlumatların daxil etdiyi həmin arayışı qeyd edilən müddətdə Təqsirləndirilən şəxs1 təqdim etməklə, yəni sonuncunun dələduzluq cinayətini törətməsi üçün vasitə verərək ona eyni niyyətlə köməkçilik edərək, Müqavimət Kələntərovun sonra bilə-bilə həmin saxta arayışdan eyni niyyətlə yenidən istifadə edib Dövlət Sosial Müdafiə Fondunun Lənkəran rayon şöbəsinin pensiya sektoruna təqdim edib, qeyd edilən saxta sənədlər əsasında DSMF-nin Lənkəran rayon şöbəsinin 10.05.2013-cü il tarixli qərarına əsasən 1973-2006-cı illər üzrə cəmi 31 il 5 ay 18 gün sosial sığorta stajına əsasən 01.05.2013-cü il tarixdən aylıq 151,23 manat məbləğində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmasına, 19.04.2008-01.05.2013-cü il dövrü üzrə 8.628,56 manat fərq məbləğinin 2013-cü ilin iyul ayında birdəfəlik olaraq adına "xxxx" ASC-də açılmış **********277996 nömrəli plastik kart hesabına köçürülməsinə nail olmasına, eyni niyyətlə, Müqavimət Kələntərovun 19.04.2008-ci il tarixdən təyin edilmiş pensiyanın aylıq məbləğinin həmin dövrdə qüvvədə olan qanunvericiliyin şərtlərinə uyğun olaraq 2004-2005-ci illərin əmək haqlarına münasib hesablanmasından ötrü 01.01.2004-cü il tarixdən 30.12.2005-ci il tarixədək olan müddətdə «Azərbaycan Dövlət X104» QSC-nin Bibiheybət Gəmi təmiri Zavodunda (“İ.Allahverdiyev” adına Gəmitəmiri-gəmiqayırma zavodunda) işləyibişləməməsinin müəyyən edilməsi ilə əlaqədar Dövlət Sosial Müdafiə Fondunun Lənkəran rayon şöbəsinin 15 noyabr 2013-cü il tarixli 54/2559 nömrəli sorğusunun icrasının DSMFnin Səbail şöbəsinin Pensiya sektorunun məsləhətçisi Təqsirləndirilən şəxs5 həvalə edilməsindən sonra 2013-cü ilin noyabr ayının ortalarında Müqavimət Kələntərovun müraciət edərək 01.01.2004-cü il tarixdən 30.12.2005-ci il tarixədək olan müddətdə «Azərbaycan Dövlət X104» QSC-nin Bibiheybət Gəmi təmiri Zavodunda (“İ.Allahverdiyev” adına Gəmitəmiri-gəmiqayırma zavodunda) işləməsi məzmununda sənədləşdirmə aparılıb bu barədə Fondun Lənkəran rayon şöbəsinə məlumat göndərilməsinə dair xahişinə əsasən, Müqavimət Kələntərovun ümumiyyətlə həmin zavodda işləməməsinə baxmayaraq, sonuncu ilə razılaşmaqla sövdələşib, onun təhriki ilə xidməti vəzifəsinin icrası ilə əlaqədar Müqavimət Kələntərov üçün qanunsuz üstünlük əldə etmək, yəni barəsində qanunsuz olaraq təyin edilmiş əmək pensiyasının aylıq məbləğinin həmin dövrdə qüvvədə olmuş qanunvericiliyin şərtlərinə uyğun olaraq 2004-2005-ci illərin əmək haqqına əsasən hesablanmaqla daha artıq məbləğdə pensiya almasına nail olmaq məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək 18 noyabr 2013-cü il tarixdə Bakı şəhəri, Cənub buxtası ünvanında yerləşən həmin zavodda Təqsirləndirilən şəxs5lə görüşüb Dövlət Sosial Müdafiə Fondunun Səbail rayon şöbəsinin qrafaları boş olan akt blankına səlahiyyətli şəxsin adı qrafasına Kadrlar şöbəsinin rəisinin adının yazılması təklifini edərək, tarix hissəsində “18.11.2013”, Biz aşağıda imza edənlər, Döviət Sosial Müdafiə Fondu Səbail rayon şöbəsinin pensiya təyinatı sektorunun məsləhətçisi qrafasının qarşısına “Təqsirləndirilən şəxs5”, üzləşdirmə aparılan müəssisənin, təşkilatın, cəmiyyətin adı qrafasının qarşısına “İ.Allahverdiyev adına Gəmi təmiri Gəmiqayırma zavodu” yazısının icra edilərək, cinayətin törədilməsindən xəbəri olmayan həmin zavodun Kadrlar şöbəsinin rəisi vəzifəsində işləyən Şahid4 ad, soyad və ata adı, “Bu aktı tərtib etdik ondan ötəri ki, vətəndaş” ifadələri ilə başlayıb, sonu “yerində qarşılıqlı olaraq yoxladıq” ifadələri ilə başa çatan qrafanın qarşısına “X5 2004-2005-ci illər üzrə iş stajının düzgünlüyünü”, “Yoxlama” ifadəsi ilə başlayıb, sonu “əsasən aparıldı” ifadəsi ilə başa çatan qrafanın qarşısına “Əmr kitablarına”, Yoxlama zamanı aşağıdakılar aşkar edildi qrafasının qarşısına “Həqiqətən X18 01.01.2004-30.12.2005-ci illərdə (İ.Allahverdiyev adına Gəmi Təmiri Gəmiqayırma zavodunda çalışmışdır. Yoxlama zamanı heç bir nöqsan aşkar edilmədi”, aktın düzgünlüyünü imzalarımızla təsdiq edirik 1. 2. qrafalarının qarşısına müvafiq olaraq “Mirzəyev S” “Məmmədov K (kadrlar üzrə rəis)” ifadələrinin diyircəkli qələmlə yazılıb, Təqsirləndirilən şəxs5 adının qarşısında olan imza sonuncu tərəfindən imzalanıb, “Məmmədov K" ifadəsinin qarşısında isə qəsdən fərqli formada imza çəkilməklə, şəxsən özü tərəfindən həmin aktın mətnində “Azərbaycan Dövlət X104 “Gəmi Təmiri və Gəmi qayırma” İstehsalat Birliyi İ.Allahverdiyev adına Gəmi Təmiri Gəmiqayırma zavodu Paketlər və arayışlar üçün” yazıları olan möhürlə təsdiq etməsindən və həmin aktın Dövlət Sosial Müdafiə Fondunun Səbail rayon şöbəsi üzrə 18 noyabr 2013-cü il tarixli 17/0497 saylı məktubla DSMF-nin Lənkəran rayon şöbəsinə göndərilməsindən sonra Müqavimət Kələntərov tərəfindən 28.11.2013-cü il tarixdə qeyd edilən saxta akt və digər saxta rəsmi sənədlərdən istifadə edilməklə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Lənkəran rayon şöbəsinə, 2014-cü ilin yanvar ayında isə Lənkəran rayon məhkəməsinə müraciət edilməklə pensiya hüququnun yarandığı 19.04.2008-ci il tarixdən təyin olunmuş əmək pensiyasının aylıq məbləğinin həmin dövrdə qüvvədə olmuş qanunvericiliyin şərtlərinə uyğun olaraq 2004-2005-ci illərin əmək haqqına əsasən hesablanması xahişinə əsasən 01.01.2004-cü il tarixdən 30.12.2005-ci il tarixədək İ.Allahverdiyev adına Gəmi Təmiri Gəmiqayırma zavodunda işlədiyi illərin iş stajı faktı kimi müəyyən edilməsi barədə həmin Məhkəmənin 06.02.2014-cü il tarixli qətnaməsinin çıxarılmasına nail olub həmin qətnamənin DSMF-nin Lənkəran rayon şöbəsinə icra üçün təqdim edilməsindən sonra Təqsirləndirilən şəxs1 barəsində təyin edilmiş həmin pensiyanın 19.04.2008-ci il tarixdən yenidən hesablanmasına, 2013-cü ilin dekabr ayında pensiyanın aylıq məbləğinin 890 manata çatdırılmasına, 01.12.2013-cü ilədək olan dövr üzrə 54.172 manatın, 2014-cü ilin may ayında yenidən hesablanmaqla yaranmış 13.278,61 manat fərq məbləğinin 02.12.2013-cü il və 12.05.2015-ci il tarixlərdə "xxxx" ASC-də olan plastik kart hesabına köçürülməsinə, aylıq pensiya məbləği təyin olunduğu tarixdən əmək pensiyalarının baza hissəsinin artırılmasına və sığorta hissəsinin indeksləşdirməsinə dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərman və Sərəncamına uyğun olaraq artırılmaqla 01.01.2019-cu il tarixdən 1.526,29 manata çatdırılmasına nail olmaqla, qeyd edilən plastik kart hesabına ümumilikdə köçürülmüş cəmi 164.256,63 manat məbləğində pul vəsaitinin həmin müddət ərzində Respublikanın müxtəlif rayonları və Bakı şəhərində olan bankomatlar vasitəsilə Müqavimət Kələntərov tərəfindən həmin hesabdan çıxarılıb şəxsi ehtiyaclarına sərf edilməsinə nail olmaqla, Müqavimət Kələntərovun aldatma yolu ilə özgə əmlakını vahid niyyətlə külli miqdarda ziyan vuraraq ələ keçirilməklə dələduzluq cinayətinin törətməsində vasitə verməklə köməkçi kimi iştirak etmiş, Müqavimət Kələntərovun təhriki ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin pensiya təyinatının və məbləğlərin müəyyən edilməsinin qanunvericiliyin tələblərinə uyğun olaraq düzgün və buna əsas olan sənədlərin obyektiv qiymətləndirilməklə aparılması, habelə pensiya hüququnun yaranması və hesablanması əsaslarının hüquqi müstəvidə düzgün araşdırılması ilə əlaqədar dövlətin qanunla qorunan mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui- istifadə etmiş, Müqavimət Kələntərovun təhriki ilə vəzifəli şəxs qismində rəsmi sənədin məzmununa bilə-bilə yalan məlumatlar daxil edilməklə vəzifə saxtakarlığı törətmişdir. Təqsirləndirilən şəxs3 29.06.2004-cü ildən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Lənkəran şəhər şöbəsində pensiya sektorunun müdiri vəzifəsində işləyərkən vəzifə təlimatına əsasən pensiyaya dair qanunvericilik aktlarının yerinə yetirilməsi sahəsində sektorun işinin təmin edilməsi; qüvvədə olan qanunvericiliyə uyğun olaraq vətəndaşların pensiya təminatı ilə əlaqədar müraciətlərinə baxılması işinin həyata keçirilməsi; pensiyaların təyin olunması və yenidən hesablanması üçün sektorun məsləhətçiləri tərəfindən ərizələrə, zəruri olan digər sənədlərə baxılmasına, pensiyaçıların işlərinin və digər sənədlərinin hazırlanması və saxlanılmasına nəzarətin yerinə yetirilməsi; sektorun məsləhətçiləri tərəfindən vətəndaşların pensiyalarının təyin olunması və yenidən hesablanması üçün zəruri sənədlərin vaxtında qəbul edilməsinə və baxılmasına nəzarətin təmin edilməsi; pensiyaların kütləvi qaydada yenidən hesablanması prosesində zəruri tədbirlərin həyata keçirilməsi; pensiya işlərinin və şəxsi hesabların inventarizasiyasının aparılmasında bilavasitə iştirak etməklə bu sahədə nəzarətin həyata keçirilməsi; pensiya təyinatı aparılmış İşlər üzrə ödənişin həyata keçirilməsi üçün həmin işlərin Maliyyə-uçot sektoruna təqdim olunmasının təmin edilməsi; pensiya işləri və şəxsi hesabların üzləşdirilməsində bilavasitə iştirak etməklə bu prosesə nəzarətin həyata keçirilməsi; pensiya təyin edən komissiyanın işində iştirak edilməsi, sənədlərin vaxtında və düzgün rəsmiləşdirilməsi üçün zəruri tədbirlərin həyata keçirilməsi; əhali arasında kütləvi İnformasiya vasitələrindən istifadə edərək pensiya sahəsində qanunvericiliyə dair izahat işinin aparılması; vətəndaşların ərizə, şikayət, təkliflərinə baxılması və onların hərtərəfli təhlil edilərək, əsaslı şikayətlərin aradan qaldırılması üçün təsirli tədbirlərin görülməsi və digər səlahiyyətlərə malik vəzifəli şəxs kimi 2013-cü ilin may ayında müvafiq hüququ olmadığı halda pensiya alınması üçün köməklik göstərilməsi barədə özünə müraciət etmiş Bakı şəhər sakini X5 təhriki ilə həmin sektorun məsləhətçisi vəzifəsində işləyən X80 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib xidməti vəzifələrinin icrası ilə əlaqədar üçüncü şəxs üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək Müqavimət Kələntərovun Bakı şəhəri, Cənub buxtası ünvanında yerləşən «Azərbaycan Dövlət X104» QSC-nin Bibiheybət Gəmi təmiri Zavodunun (“İ.Allahverdiyev” adına Gəmitəmiri- gəmiqayırma zavodu) işləməməsinə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Lənkəran rayon şöbəsinə müraciət etmək hüququnun olmamasına baxmayaraq sonuncu ilə razılaşıb sövdələşərək əmək pensiyasının şəxsin (ərizəçinin) daimi yaşadığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilməsinin müəyyən edilməsinə və sonuncunun Bakı şəhəri, Səbail rayonu, 2-ci ünvan 6 ünvanında qeydiyyat üzrə yaşamaqla pensiya almaq üçün tələb olunan sənədlərlə birlikdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Səbail rayon şöbəsinə müraciət etməli olmasına baxmayaraq, özünün və Qiyas Babayevin həmin pensiyanı saxta sənədlər əsasında işlədikləri Lənkəran rayon şöbəsində təyin edə biləcəklərinə dair məsləhətləri və məlumatları, habelə maneələri aradan qaldırmaqla yardım edəcəklərini Təqsirləndirilən şəxs1 qabaqcadan vəd etmələri ilə əlaqədar 2013-cü ilin may ayının əvvəllərindən həmin ilin noyabr ayının ortalarınadək olan müddətdə bilə-bilə qeyd olunan saxta sənədlərdən, yəni, 10.05.2013-cü il tarixli ərizə, 1/281 nömrəli 15.01.2014-cü il tarixli arayış, ******* nömrəli dublikat əmək kitabçası və 168 nömrəli 14.07.2009-cu il tarixli arayışdan istifadə etməklə onları işlədiyi ünvan 7 ünvanında yerləşən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Lənkəran rayon şöbəsinin pensiya sektoruna qəbul edib, Təqsirləndirilən şəxs1 1995-2008-ci illərdə “İ.Allahverdiyev adına Gəmi Təmiri Gəmi Qayırma zavodu”nun Gəmi gövdə qaynaq sexində 4-cü dərəcəli əl ilə elektirik- qaynaqçı peşəsində işləməsi ilə əlaqədar güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması xahişini nəzərə alıb, sonuncunun təqdim etdiyi həmin sənədlər üzrə qeyd edilən şöbədə araşdırma aparılan zaman saxta əmək kitabçasında 1995-ci ildən deyil, 1996-cı ildən həmin sahədə işləməsinin göstərilməsi müəyyən edildiyindən özünün və Qiyas Babayevin məsləhət və istiqamətləndirməsi ilə 1995-ci ildən qeyd edilən zavodda işləməsinə dair saxta arayış əldə edilməsində köməklik göstərilməsindən ötrü həmin müddətdə yenidən qeyd olunan zavodun məsul işçisi Təqsirləndirilən şəxs2 müraciətinə əsasən, sonuncunun rəsmi sənəd hesab edilən 13.07.2009-cu il tarixli, 164 nömrəli arayışa guya Təqsirləndirilən şəxs1 03.07.1995-ci ildən (ƏMR K-02, 03.07.1995) 28.12.2008-ci ilə qədər (Əmr 149k 28.12.2008) İ.Allahverdiyev adına Gəmi Təmiri zavodunda əl ilə elektirik-qaynaqçısı işləməsi barədə bilə- bilə yalan məlumatlar daxil etdiyi imzalı və zavodun möhürü ilə təsdiq edilmiş həmin arayışı Təqsirləndirilən şəxs1 qəbul edib, Qiyas Babayevlə qabaqcadan əlbir olan bir qrup şəxs qismində sövdələşməklə, xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Təqsirləndirilən şəxs1 üçün qanunsuz üstünlük əldə etmək məqsədilə qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək qeyd edilən saxta sənədlər əsasında şəxsi niyyətlə rəsmi sənəd hesab edilən DSMF-nin Lənkəran rayon şöbəsinin 10.05.2013-cü il tarixli qərarının məzmununa şəxsi niyyətlə Təqsirləndirilən şəxs1 barəsində yaşa görə güzəştli (1-ci Siyahı) ömürlük əmək pensiyası təyin edilməsinə dair bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törədib həmin qərarın qeyd olunan şöbədə təsdiq olunması nəticəsində 1973-2006-cı illər üzrə cəmi 31 il 5 ay 18 gün sosial sığorta stajına əsasən 01.05.2013-cü il tarixdən aylıq 151,23 manat məbləğində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmasına, 19.04.2008-01.05.2013-cü il dövrü üzrə 8.628,56 manat fərq məbləğinin 2013-cü ilin iyul ayında birdəfəlik olaraq adına "xxxx" ASC- də açılmış **********277996 nömrəli plastik kart hesabına köçürülməsinə nail olaraq həmin məbləği, habelə, özü, Qiyas Babayev və Təqsirləndirilən şəxs1 aralarındakı cinayətkar razılaşmaya əsasən, sonuncunun barəsində 19.04.2008-ci il tarixdən təyin edilmiş pensiyanın aylıq məbləğinin həmin dövrdə qüvvədə olan qanunvericiliyin şərtlərinə uyğun olaraq 2004-2005-ci illərin əmək haqlarına münasib hesablanmasından ötrü 01.01.2004-cü il tarixdən 30.12.2005-ci il tarixədək olan müddətdə İ.Allahverdiyev adına Gəmi Təmiri Gəmiqayırma zavodunda işləyib-işləməməsinin müəyyən edilməsi ilə əlaqədar DSMF-nin Lənkəran rayon şöbəsinin sabiq müdiri Şahid8 tərəfindən imzalanmış 15.11.2013-cü il tarixli 54/2559 nömrəli sorğunun icrası ilə əlaqədar həmin Fondun Səbail rayon şöbəsinin müşaiyət məktubu ilə göndərdiyi zavodun “paketlər və arayışlar üçün” möhürü ilə təsdiq edilmiş 18.11.2013-cü il tarixli, məzmunu “Təqsirləndirilən şəxs1 01.01.2004-cü il tarixdən 30.12.2005-ci il tarixədək İ.Allahverdiyev adına Gəmi Təmiri Gəmiqayırma zavodunda işləməsi» barədə olan aktı saxta olduğunu bilə-bilə sonuncunun pensiya sənədlərinə əlavə etməsinə nail olub, eyni niyyətlə, Təqsirləndirilən şəxs1 28.11.2013-cü il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Lənkəran rayon şöbəsinə ərizə ilə müraciətlə pensiya hüququnun yarandığı 19.04.2008-ci il tarixdən təyin olunmuş əmək pensiyasının aylıq məbləğinin həmin dövrdə qüvvədə olmuş qanunvericiliyin şərtlərinə uyğun olaraq 2004-2005-ci illərin əmək haqqına əsasən hesablanması xahişini nəzərə alaraq, 29.11.2013-cü il tarixli 54/2664 nömrəli cavab məktubu ilə müraciətinin təmin olunmasının mümkün olmaması barədə həmin məktubu Təqsirləndirilən şəxs1 təqdim etdikdən sonra bu məsələnin həll olunmasına dair Lənkəran rayon məhkəməsinə müraciət üçün hüquqi əsasının olması görüntüsü yaratmaqla sonuncunun 2014-cü ilin yanvar ayında Lənkəran rayon məhkəməsinə müraciət edilməklə pensiya hüququnun yarandığı 19.04.2008-ci il tarixdən təyin olunmuş əmək pensiyasının aylıq məbləğinin həmin dövrdə qüvvədə olmuş qanunvericiliyin şərtlərinə uyğun olaraq 2004- 2005-ci illərin əmək haqqına əsasən hesablanması xahişinə əsasən 01.01.2004-cü il tarixdən 30.12.2005-ci il tarixədək İ.Allahverdiyev adına Gəmi Təmiri Gəmiqayırma zavodunda işlədiyi illərin iş stajı faktı kimi müəyyən edilməsi barədə həmin Məhkəmənin 06.02.2014-cü il tarixli qətnaməsinin çıxarılmasına nail olub həmin qətnamənin DSMF-nin Lənkəran rayon şöbəsinə icra üçün təqdim edilməsindən sonra Təqsirləndirilən şəxs1 barəsində təyin edilmiş həmin pensiyanın 19.04.2008-ci il tarixdən yenidən hesablanmasına, 2013-cü ilin dekabr ayında pensiyanın aylıq məbləğinin 890 manata çatdırılmasına, 01.12.2013-cü ilədək olan dövr üzrə 54.172 manatın, 2014-cü ilin may ayında yenidən hesablanmaqla yaranmış 13.278,61 manat fərq məbləğinin 02.12.2013-cü il və 12.05.2015-ci il tarixlərdə "xxxx" ASC-də olan plastik kart hesabına köçürülməsinə, aylıq pensiya məbləği təyin olunduğu tarixdən əmək pensiyalarının baza hissəsinin artırılmasına və sığorta hissəsinin indeksləşdirməsinə dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərman və Sərəncamına uyğun olaraq artırılmaqla 01.01.2019-cu il tarixdən 1.526,29 manata çatdırılmasına nail olmaqla, qeyd edilən plastik kart hesabına ümumilikdə köçürülmüş cəmi 164.256,63 manat məbləğində pul vəsaitinin həmin müddət ərzində Respublikanın müxtəlif rayonları və Bakı şəhərində olan bankomatlar vasitəsilə Müqavimət Kələntərov tərəfindən həmin hesabdan çıxarılıb şəxsi ehtiyaclarına sərf edilərək aldatma yolu ilə özgə əmlakını vahid niyyətlə külli miqdarda ziyan vuraraq ələ keçirilməklə dələduzluq cinayətinin törətməsində Qiyas Babayevlə qabaqcadan əlbir olan bir qrup şəxs halında köməkçi qismində iştirak etmiş, Müqavimət Kələntərovun təhriki ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF- nin pensiya təyinatının və məbləğlərin müəyyən edilməsinin qanunvericiliyin tələblərinə uyğun olaraq düzgün və buna əsas olan sənədlərin obyektiv qiymətləndirilməklə aparılması, habelə pensiya hüququnun yaranması və hesablanması əsaslarının hüquqi müstəvidə düzgün araşdırılması ilə əlaqədar dövlətin qanunla qorunan mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla Qiyas Babayevlə qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, Müqavimət Kələntərovun təhriki ilə vəzifəli şəxs qismində rəsmi sənədin məzmununa Qiyas Babayevlə qabaqcadan əlbir olan bir qrup şəxs qismində bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətmişdir. X80 2004-cü il tarixdən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Lənkəran şəhər şöbəsində pensiya sektorunun məsləhətçisi vəzifəsində işləyərkən vəzifə təlimatına əsasən təhkim olunduğu kontingent üzrə pensiyaya dair qanunvericilik aktlarının düzgün tətbiqinin təmin edilməsi; qüvvədə olan qanunvericiliyə uyğun olaraq vətəndaşların pensiya təminatı ilə əlaqədar müraciətlərinə baxılması işinin həyata keçirilməsi; pensiyaların təyin olunması və yenidən hesablanması üçün ərizələrə, zəruri olan digər sənədlərə baxılmasını, pensiyaçıların işlərinin və digər sənədlərin hazırlanması və saxlanılmasının həyata keçirilməsi; vətəndaşların pensiyalarının təyin olunması və yenidən hesablanması üçün zəruri sənədlərin vaxtında qəbul edilməsinin və baxılmasının təmin edilməsi; pensiyaların kütləvi qaydada yenidən hesablanması prosesində zəruri tədbirlərin həyata keçirilməsi; pensiya işlərinin və şəxsi hesabların inventarizasiyasının aparılmasında iştirak etməklə zəruri tədbirlərin yerinə yetirilməsi; pensiya təyinatı aparılmış işlər üzrə ödənişin həyata keçirilməsi üçün həmin işlərin Maliyyə-uçot sektorunun aidiyyəti işçilərinə təqdim edilməsi; xidmət etdiyi sahə üzrə pensiya işlərinin şəxsi hesablarla üzləşdirilməsində iştirak edilməsi; təhkim olunduğu sahə üzrə pensiyaçıların sayı və pensiya məbləği barədə məlumatların tərtib edilməsi; müraciət edən vətəndaşlarla pensiya sahəsində qanunvericiliyə, pensiyaçıların hüquq və imtiyazlarına dair izahat işinin aparılması; vətəndaşların ərizə, şikayət, təkliflərinə baxılması və onların hərtərəfli təhlil edilərək, əsaslı şikayətlərin aradan qaldırılması üçün təsirli tədbirlərin görülməsi və digər səlahiyyətlərə malik vəzifəli şəxs kimi 2013- cü ilin may ayında müvafiq hüququ olmadığı halda pensiya alınması üçün köməklik göstərilməsi barədə özünə müraciət etmiş Bakı şəhər sakini X5 təhriki ilə həmin sektorun müdiri vəzifəsində işləyən Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib xidməti vəzifələrinin icrası ilə əlaqədar üçüncü şəxs üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək Müqavimət Kələntərovun Bakı şəhəri, Cənub buxtası ünvanında yerləşən «Azərbaycan Dövlət X104» QSC-nin Bibiheybət Gəmi təmiri Zavodunun (“İ.Allahverdiyev” adına Gəmitəmiri-gəmiqayırma zavodu) işləməməsinə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Lənkəran rayon şöbəsinə müraciət etmək hüququnun olmamasına baxmayaraq sonuncu ilə razılaşıb sövdələşərək əmək pensiyasının şəxsin (ərizəçinin) daimi yaşadığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilməsinin müəyyən edilməsinə və sonuncunun Bakı şəhəri, Səbail rayonu, 2-ci ünvan 6 ünvanında qeydiyyat üzrə yaşamaqla pensiya almaq üçün tələb olunan sənədlərlə birlikdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Səbail rayon şöbəsinə müraciət etməli olmasına baxmayaraq, özünün və Təqsirləndirilən şəxs3 həmin pensiyanı saxta sənədlər əsasında işlədikləri Lənkəran rayon şöbəsində təyin edə biləcəklərinə dair məsləhətləri və məlumatları, habelə maneələri aradan qaldırmaqla yardım edəcəklərini Təqsirləndirilən şəxs1 qabaqcadan vəd etmələri ilə əlaqədar 2013-cü ilin may ayının əvvəllərindən həmin ilin noyabr ayının ortalarınadək olan müddətdə bilə-bilə qeyd olunan saxta sənədlərdən, yəni, 10.05.2013-cü il tarixli ərizə, 1/281 nömrəli 15.01.2014-cü il tarixli arayış, ******* nömrəli dublikat əmək kitabçası və 168 nömrəli 14.07.2009-cu il tarixli arayışdan istifadə etməklə onları işlədiyi ünvan 7 ünvanında yerləşən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Lənkəran rayon şöbəsinin pensiya sektoruna qəbul edib, Təqsirləndirilən şəxs1 1995-2008-ci illərdə “İ.Allahverdiyev adına Gəmi Təmiri Gəmi Qayırma zavodu”nun Gəmi gövdə qaynaq sexində 4-cü dərəcəli əl ilə elektirik-qaynaqçı peşəsində işləməsi ilə əlaqədar güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması xahişini nəzərə alıb, sonuncunun təqdim etdiyi həmin sənədlər üzrə qeyd edilən şöbədə araşdırma aparılan zaman saxta əmək kitabçasında 1995-ci ildən deyil, 1996-cı ildən həmin sahədə işləməsinin göstərilməsi müəyyən edildiyindən özünün və Təqsirləndirilən şəxs3 məsləhət və istiqamətləndirməsi ilə 1995-ci ildən qeyd edilən zavodda işləməsinə dair saxta arayış əldə edilməsində köməklik göstərilməsindən ötrü həmin müddətdə yenidən qeyd olunan zavodun məsul işçisi Təqsirləndirilən şəxs2 müraciətinə əsasən, sonuncunun rəsmi sənəd hesab edilən 13.07.2009-cu il tarixli, 164 nömrəli arayışa guya Təqsirləndirilən şəxs1 03.07.1995-ci ildən (ƏMR K-02, 03.07.1995) 28.12.2008-ci ilə qədər (Əmr 149k 28.12.2008) İ.Allahverdiyev adına Gəmi Təmiri zavodunda əl ilə eiektirik- qaynaqçısı işləməsi barədə bilə-bilə yalan məlumatlar daxil etdiyi imzalı və zavodun möhürü ilə təsdiq edilmiş həmin arayışı Təqsirləndirilən şəxs1 qəbul edib, Təqsirləndirilən şəxs3la qabaqcadan əlbir olan bir qrup şəxs qismində sövdələşməklə, xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Təqsirləndirilən şəxs1 üçün qanunsuz üstünlük əldə etmək məqsədilə qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək qeyd edilən saxta sənədlər əsasında şəxsi niyyətlə rəsmi sənəd hesab edilən DSMF- nin Lənkəran rayon şöbəsinin 10.05.2013-cü il tarixli qərarının məzmununa şəxsi niyyətlə Təqsirləndirilən şəxs1 barəsində yaşa görə güzəştli (1-ci Siyahı) ömürlük əmək pensiyası təyin edilməsinə dair bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törədib həmin qərarın qeyd olunan şöbədə təsdiq olunması nəticəsində 1973-2006-cı illər üzrə cəmi 31 il 5 ay 18 gün sosial sığorta stajına əsasən 01.05.2013-cü il tarixdən aylıq 151,23 manat məbləğində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmasına, 19.04.2008-01.05.2013- cü il dövrü üzrə 8.628,56 manat fərq məbləğinin 2013-cü ilin iyul ayında birdəfəlik olaraq adına "xxxx" ASC-də açılmış **********277996 nömrəli plastik kart hesabına köçürülməsinə nail olaraq həmin məbləği, habelə, özü, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 aralarındakı cinayətkar razılaşmaya əsasən, sonuncunun barəsində 19.04.2008-ci il tarixdən təyin edilmiş pensiyanın aylıq məbləğinin həmin dövrdə qüvvədə olan qanunvericiliyin şərtlərinə uyğun olaraq 2004-2005-ci illərin əmək haqlarına münasib hesablanmasından ötrü 01.01.2004-cü il tarixdən 30.12.2005-ci il tarixədək olan müddətdə İ.Allahverdiyev adına Gəmi Təmiri Gəmiqayırma zavodunda işləyib-işləməməsinin müəyyən edilməsi ilə əlaqədar DSMF-nin Lənkəran rayon şöbəsinin sabiq müdiri Şahid8 tərəfindən imzalanmış 15.11.2013-cü il tarixli 54/2559 nömrəli sorğunun icrası ilə əlaqədar həmin Fondun Səbail rayon şöbəsinin müşaiyət məktubu ilə göndərdiyi zavodun “paketlər və arayışlar üçün” möhürü ilə təsdiq edilmiş 18.11.2013-cü il tarixli, məzmunu “Təqsirləndirilən şəxs1 01.01.2004-cü il tarixdən 30.12.2005-ci il tarixədək İ.Allahverdiyev adına Gəmi Təmiri Gəmiqayırma zavodunda işləməsi» barədə olan aktı saxta olduğunu bilə-bilə sonuncunun pensiya sənədlərinə əlavə etməsinə nail olub, eyni niyyətlə, Təqsirləndirilən şəxs1 28.11.2013-cü il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Lənkəran rayon şöbəsinə ərizə ilə müraciətlə pensiya hüququnun yarandığı 19.04.2008-ci il tarixdən təyin olunmuş əmək pensiyasının aylıq məbləğinin həmin dövrdə qüvvədə olmuş qanunvericiliyin şərtlərinə uyğun olaraq 2004-2005-ci illərin əmək haqqına əsasən hesablanması xahişini nəzərə alaraq, 29.11.2013-cü il tarixli 54/2664 nömrəli cavab məktubu ilə müraciətinin təmin olunmasının mümkün olmaması barədə həmin məktubu Təqsirləndirilən şəxs1 təqdim etdikdən sonra bu məsələnin həll olunmasına dair Lənkəran rayon məhkəməsinə müraciət üçün hüquqi əsasının olması görüntüsü yaratmaqla sonuncunun 2014-cü ilin yanvar ayında Lənkəran rayon məhkəməsinə müraciət edilməklə pensiya hüququnun yarandığı 19.04.2008-ci il tarixdən təyin olunmuş əmək pensiyasının aylıq məbləğinin həmin dövrdə qüvvədə olmuş qanunvericiliyin şərtlərinə uyğun olaraq 2004-2005-ci illərin əmək haqqına əsasən hesablanması xahişinə əsasən 01.01.2004-cü il tarixdən 30.12.2005-ci il tarixədək İ.Allahverdiyev adına Gəmi Təmiri Gəmiqayırma zavodunda işlədiyi illərin iş stajı faktı kimi müəyyən edilməsi barədə həmin Məhkəmənin 06.02.2014-cü il tarixli qətnaməsinin çıxarılmasına nail olub həmin qətnamənin DSMF-nin Lənkəran rayon şöbəsinə icra üçün təqdim edilməsindən sonra Təqsirləndirilən şəxs1 barəsində təyin edilmiş həmin pensiyanın 19.04.2008-ci il tarixdən yenidən hesablanmasına, 2013-cü ilin dekabr ayında pensiyanın aylıq məbləğinin 890 manata çatdırılmasına, 01.12.2013-cü ilədək olan dövr üzrə 54.172 manatın, 2014-cü ilin may ayında yenidən hesablanmaqla yaranmış 13.278,61 manat fərq məbləğinin 02.12.2013-cü il və 12.05.2015-ci il tarixlərdə "xxxx" ASC-də olan plastik kart hesabına köçürülməsinə, aylıq pensiya məbləği təyin olunduğu tarixdən əmək pensiyalarının baza hissəsinin artırılmasına və sığorta hissəsinin indeksləşdirməsinə dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərman və Sərəncamına uyğun olaraq artırılmaqla 01.01.2019-cu il tarixdən 1.526,29 manata çatdırılmasına nail olmaqla, qeyd edilən plastik kart hesabına ümumilikdə köçürülmüş cəmi 164.256,63 manat məbləğində pul vəsaitinin həmin müddət ərzində Respublikanın müxtəlif rayonları və Bakı şəhərində olan bankomatlar vasitəsilə Müqavimət Kələntərov tərəfindən həmin hesabdan çıxarılıb şəxsi ehtiyaclarına sərf edilərək aldatma yolu ilə özgə əmlakını vahid niyyətlə külli miqdarda ziyan vuraraq ələ keçirilməklə dələduzluq cinayətinin törətməsində Təqsirləndirilən şəxs3la qabaqcadan əlbir olan bir qrup şəxs halında köməkçi qismində iştirak etmiş, Müqavimət Kələntərovun təhriki ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin pensiya təyinatının və məbləğlərin müəyyən edilməsinin qanunvericiliyin tələblərinə uyğun olaraq düzgün və buna əsas olan sənədlərin obyektiv qiymətləndirilməklə aparılması, habelə pensiya hüququnun yaranması və hesablanması əsaslarının hüquqi müstəvidə düzgün araşdırılması ilə əlaqədar dövlətin qanunla qorunan mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla Təqsirləndirilən şəxs3la qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, Müqavimət Kələntərovun təhriki ilə vəzifəli şəxs qismində rəsmi sənədin məzmununa Təqsirləndirilən şəxs3la qabaqcadan əlbir olan bir qrup şəxs qismində bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətmişdir. Təqsirləndirilən şəxs5 2012-ci ildən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Səbail şöbəsinin Pensiya sektorunda məsləhətçi vəzifəsində işləyərkən vəzifə təlimatına əsasən Fondun rəhbərliyi və şöbə müdiri tərəfindən verilmiş tapşırıqların vaxtında icrasının təmin edilməsi, etik davranış qaydalarına riayət edilməsi, şöbəyə şifahi, yazılı və ya elektron qaydada müraciət edən vətəndaşların sorğu və müraciətlərinə operativ baxılaraq mövcud pensiya qanunvericiliyinin tələblərinə müvafiq cavablandırılması, Fondun yerli orqanları tərəfindən pensiya təyinatı üçün tələb olunan sənədlərin mövcud qanunvericiliyin tələblərinə müvafiq qaydada qəbul olunmasına, yerində araşdırılmasına və təyinat komissiyasında baxılmasına nəzarət edilməsi, Fondun Audit sektoru ilə birlikdə illik pensiya təyinatı və ödənişinin auditinin aparılması, Avtomatlaşdırılmış pensiya təyinatı xidmətinə müraciət edən və yaşa görə əmək pensiyası hüququ yaranmış sığortaolunanlara avtomatlaşdırılmış qaydada əmək pensiyasının təyin edilməsi, Fondun yerli orqanları tərəfindən əmək pensiyaçılarının elektron məlumat bazasına müvafiq məlumatların dəqiqliklə işlənilməsinə və pensiyaların düzgün ödənilməsinə nəzarət edilməsi və digər səlahiyyətlərə malik inzibati-təsərrüfat funksiyalarını həyata keçirən vəzifəli şəxs qismində işinə laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməyərək Bakı şəhər sakini X5 19.04.2008-ci il tarixdən təyin edilmiş pensiyanın aylıq məbləğinin həmin dövrdə qüvvədə olan qanunvericiliyin şərtlərinə uyğun olaraq 2004-2005-ci illərin əmək haqlarına münasib hesablanmasından ötrü 01.01.2004-cü il tarixdən 30.12.2005-ci il tarixədək olan müddətdə «Azərbaycan Dövlət X104» QSC-nin Bibiheybət Gəmi təmiri Zavodunda (“İ. Allahverdiyev” adına Gəmitəmiri-gəmiqayırma zavodunda) işləyibişləməməsinin müəyyən edilməsi ilə əlaqədar Dövlət Sosial Müdafiə Fondunun Lənkəran rayon şöbəsinin 15 noyabr 2013-cü il tarixli 54/2559 nömrəli sorğusunun icrasının işlədiyi həmin şöbədə özünə həvalə edilməsindən sonra həmin sorğunun icrası ilə əlaqədar 18 noyabr 2013-cü il tarixdə Bakı şəhəri, Cənub buxtası ünvanında yerləşən «Azərbaycan Dövlət X104» QSC-nin Bibiheybət Gəmi təmiri Zavoduna (“İ.Allahverdiyev” adına Gəmitəmiri-gəmiqayırma zavodu) gedərək zavodun əmrlər kitablarına, protokollar kitablarına əmək haqqı cədvəllərinin əks olunduğu kitablara baxış keçirməklə Müqavimət Kələntərovun həmin zavodda heç vaxt işləmədiyini müəyyən etməli və bu barədə özü ilə götürdüyü Dövlət Sosial Müdafiə Fondunun Səbail rayon şöbəsinin akt blankında müvafiq qeydlər aparmalı olduğu halda, həmin hərəkətləri etməyərək öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda onları görməməklə, Dövlət Sosial Müdafiə Fondunun Səbail rayon şöbəsinin qrafaları boş olan akt blankına tarix hissəsində “18.11.2013”, Biz aşağıda imza edənlər, Dövlət Sosial Müdafiə Fondu Səbail rayon şöbəsinin pensiya təyinatı sektorunun məsləhətçisi qrafasının qarşısına “Təqsirləndirilən şəxs5”, üzləşdirmə aparılan müəssisənin, təşkilatın, cəmiyyətin adı qrafasının qarşısına “İ.Allahverdiyev adına Gəmi təmiri Gəmiqayırma zavodu”, səlahiyyətli şəxsin adı qrafasına Təqsirləndirilən şəxs2 Kadrlar şöbəsinin rəisinin adının yazılması təklifi ilə razılaşmaqla cinayətin törədilməsindən xəbəri olmayan həmin zavodun Kadrlar şöbəsinin rəisi vəzifəsində işləyən Şahid4 ad, soyad və ata adı, “Bu aktı tərtib etdik ondan ötəri ki, vətəndaş” ifadələri ilə başlayıb, sonu “yerində qarşılıqlı olaraq yoxladıq” ifadələri ilə başa çatan qrafanın qarşısına “X5 2004-2005-ci illər üzrə iş stajının düzgünlüyünü”, “Yoxlama” ifadəsi ilə başlayıb, sonu “əsasən aparıldı” ifadəsi ilə başa çatan qrafanın qarşısına “Əmr kitablarına”, Yoxlama zamanı aşağıdakılar aşkar edildi qrafasının qarşısına Dilarə X1 2004-2005-ci illər üzrə sözügedən zavodda işləməklə iş stajına dair şifahi məlumatları əsasında “Həqiqətən X18 01.01.2004-30.12.2005-ci illərdə İ.Allahverdiyev adına Gəmi Təmiri Gəmiqayırma zavodunda çalışmışdır. Yoxlama zamanı heç bir nöqsan aşkar edilmədi”, aktın düzgünlüyünü imzalarımızla təsdiq edirik 1. 2. qrafalarının qarşısına müvafiq olaraq “Mirzəyev S” “Məmmədov K (kadrlar üzrə rəis)” ifadələrini diyircəkli qələmlə yazıb, öz adının qarşısında şəxsən imzalayıb, “Məmmədov K” ifadəsinin qarşısında isə fərqli formada imza çəkilməklə, Təqsirləndirilən şəxs2 tərəfindən həmin aktın, mətnində “Azərbaycan Dövlət X104 “Gəmi Təmiri və Gəmi qayırma” İstehsalat Birliyi İ.Allahverdiyev adına Gəmi Təmiri Gəmiqayırma zavodu Paketlər və arayışlar üçün" yazıları olan möhürlə təsdiq edilməsindən sonra həmin aktın işlədiyi şöbə üzrə 18 noyabr 2013-cü il tarixli 17/0497 tarixli məktubla DSMF-nin Lənkəran rayon şöbəsinə göndərilməsindən sonra Müqavimət Kələntərov tərəfindən 28.11.2013-cü il tarixdə qeyd edilən saxta akt və digər saxta rəsmi sənədlərdən istifadə edilərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Lənkəran rayon şöbəsinə, 2014-cü ilin yanvar ayında isə Lənkəran rayon məhkəməsinə müraciət edilib pensiya hüququnun yarandığı 19.04.2008-ci il tarixdən təyin olunmuş əmək pensiyasının aylıq məbləğinin həmin dövrdə qüvvədə olmuş qanunvericiliyin şərtlərinə uyğun olaraq 2004-2005-ci illərin əmək haqqına əsasən hesablanması xahişinə əsasən 01.01.2004-cü il tarixdən 30.12.2005-ci il tarixədək İ.Allahverdiyev adına Gəmi Təmiri Gəmiqayırma zavodunda işlədiyi illərin iş stajı faktı kimi müəyyən edilməsi barədə həmin Məhkəmənin 06.02.2014-cü il tarixli qətnaməsinin çıxarılaraq həmin qətnamənin DSMF-nin Lənkəran rayon şöbəsinə icra üçün təqdim edilməsindən sonra onun barəsində təyin edilmiş həmin pensiyanın 19.04.2008-ci il tarixdən yenidən hesablanmasına, 2013-cü ilin dekabr ayında pensiyanın aylıq məbləğinin 890 manata çatdırılmasına, 01.12.2013-cü ilədək olan dövr üzrə 54.172 manatın, 2014-cü ilin may ayında yenidən hesablanmaqla yaranmış 13.278,61 manat fərq məbləğinin 02.12.2013-cü il və 12.05.2015-ci il tarixlərdə "xxxx" ASC-də olan plastik kart hesabına köçürülməklə, aylıq pensiya məbləği təyin olunduğu tarixdən əmək pensiyalarının baza hissəsinin artırılmasına və sığorta hissəsinin indeksləşdirməsinə dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərman və Sərəncamına uyğun olaraq artırılmaqla 01.01.2019-cu il tarixdən 1.526,29 manata çatdırılaraq qeyd edilən plastik kart hesabına ümumilikdə köçürülmüş cəmi 164.256,63 manat məbləğində pul vəsaitinin həmin müddət ərzində Respublikanın müxtəlif rayonları və Bakı şəhərində olan bankomatlar vasitəsilə Müqavimət Kələntərov tərəfindən həmin hesabdan çıxarılıb şəxsi ehtiyaclarına sərf edilməklə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin pensiya təyinatının və məbləğlərin müəyyən edilməsinin qanunvericiliyin tələblərinə uyğun olaraq düzgün və buna əsas olan sənədlərin obyektiv qiymətləndirilməklə aparılması, habelə pensiya hüququnun yaranması və hesablanması əsaslarının hüquqi müstəvidə düzgün araşdırılması ilə əlaqədar dövlətin qanunla qorunan mənafelərinə ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olan zərər vurmaqla səhlənkarlıq etmişdir. Təqsirləndirilən şəxs X9 məhkəmə iclasında verdiyi ifadəsində özünü təqsirli bilməyərək göstərmişdir ki, 1973-cü ildən 1995-ci ilin sonuna kimi zavodda və rayon kənd təsərrüfatı texnika təminat birliyində işləmişdir. 2013-cü ildə pensiyaya çıxmaq üçün müvafiq orqanlara müraciət etmiş və müraciəti qəbul olunmuşdur. Ona pensiya ayrıldıqdan sonra kartını almış və 151 manat pensiya almışdır. Ona heç kim deməyib ki, Bakıda yaşadığı üçün Lənkərandan pensiyaya çıxa bilməz. Ona kartında səhvən artıq pul olduğu deyilmiş, o pulu Kapital bankın Lənkəran şöbəsindən çıxarmış və DSMF-nin Lənkəran şöbəsinin əməkdaşı Təqsirləndirilən şəxs3 təhvil vermişdir. Rahim müəlim həmin pulu dövlətə köçürməli idi və ya kiməsə verməli idi, o, bu barədə dəqiq bilməmişdir. Dördüncü dəfə də 2019-cu ildə ona zəng edərək 1526 manat qaytarmalı olduğunu demişlər, o, isə pulu qaytarmamışdır. Həmin vaxt Lənkəranda yoxlama olmuş və bu hadisə ortaya çıxmışdır. Ona 164.000 manat məbləğində pensiya çatmamışdır. Ona pensiyanı təşkil edən Təqsirləndirilən şəxs3 və DSMF-nin Lənkəran şöbəsinin müdiri Şahid8 olmuşlar. Onların nə yazdıqlarından onun xəbəri olmamışdır. O, şəxsiyyət vəsiqəsini və əmək kitabçasını onlara vermişdir. Əmək kitabçasında heç bir düzəliş etməmişdir. Əmək kitabçasını o sonradan müstəntiqdə görmüşdür. İlham, Seymur, Dilarəni əvvəllər tanımamış və onlarla heç bir əlaqəsi olmamışdır. Ərizə il müraciət edəndə ərizədə imzası olmamışdır. Bundan başqa ifadəsində bildirmişdir ki, Maarif və Rahim onu aldatmışlar. İlk dəfə onu istintaqa çağıranda Maarif ona onun dediyi kimi ifadə verməyi tapşırmışdır. O, pensiyasının artmasının səbəbini bilmir. O, pensiya ilə əlaqədar məhkəməyə müraciət etməmiş, onun əvəzinə müraciət və imza etmişlər. Lənkəran rayon məhkəməsinə onu Rahim çağırmışdır. DSMF-dən onun yanına Qiyas adlı işçini qoşmuşlar və onlar birlikdə məhkəməyə getmişlər. Qiyas ona məhkəmədə heç nə danışmamağı, hər şeyi özlərinin qaydasına qoyacağını demişdir. Kartına daxil olan pul məbləğlərini o, çıxarıb Rahim müəllimə vermişdir. Hətta Rahim müəllimdən pulu olmadığı üçün 15 manat istəmişdir ki, Bakıya qayıtsın, Rahim isə ona demişdir ki, bu pula dəymək olmaz, dövlətin puludur. Bu işlərin qanunsuz olmasından xəbəri olmamışdır. İstintaqda müdafiəçisinin iştirakı ilə verdiyi ifadəni Rahim və Maarifin təkidi ilə dəyişmiş, onlar ona nəsə problem olsa, dövlətin pulunu özlərinin ödəyəcəklərini vəd etmişlər. Rahim və Maarif ona demişlər ki, “Sən bu işdə heç bir məsuliyyət daşımırsan. Səndən soruşan olsa, zavodda işlədiyini bildir.” O, həmin zavodda heç bir dəfə də olmamışdır. Rahim müəllimə üç dəfəyə, hər dəfəsində 50.000 manatdan çox pul vermişdir. O, həmin zavodda işləməmiş, Dilarə xanımı tanmamışdır. Pulları Rahimə verəndə o, tək olmuşdur. Maarifə şəxsən pul verməmiş, lakin onu istintaqa çağıranda, orada necə ifadə verməyini Maarif ona başa salmışdır. 54.000 manat pulu kartdan çıxarmamış, pulu xəzinədən çıxarıb elə həmin gün də Rahimə vermişdir. DSMF-də ancaq Rahimlə danışmış, Maarifi istintaq zamanı görmüşdür. Pulları Rahimə o, rəsmi şəkildə verməmişdir. Təqsirləndirilən şəxs2 qızı məhkəmə iclasında verdiyi ifadəsində özünü təqsirli bilməyərək göstərmişdir ki, 1994-cü ildə “İ.Allahverdiyev” adına Gəmitəmiri-gəmiqayırma zavodunun Kadrlar şöbəsinə müfəttiş vəzifəsinə təyin edilmişdir. “Vano Sturua” adına Gəmitəmiri gəmiqayırma zavodu 1996-cı ildə «İ.Allahverdiyev» adına Gəmitəmirigəmiqayırma zavoduna birləşdirilmişdir. Təxminən 2001-ci ildən həmin şöbədə vəzifəsinin adı dəyişərək Kadrlar şöbəsinin mütəxəsisi adlandırılmışdır. 2014-cü ilin yanvar ayına kimi zavodun Kadrlar şöbəsində mütəxəsis vəzifəsində işləmişdir. X6 ümumiyyətlə tanımamış, onunla heç bir iş və dostluq münasibəti olmamışdır. X9 adında şəxs İ.Allahverdiyev adına Gəmitəmiri gəmiqayırma zavodunda işləməmişdir. X7 məxsus ******* nömrəli dublikat əmək kitabçasının son iki səhifəsindəki yazılar ona məxsusdur. X7 məxsus ******* nömrəli dublikat əmək kitabçasının son səhifəsində “D.Əliyev” yazısının qarşısında olan imza ona məxsus deyildir. 13.07.2009-cu il tarixli, 164 nömrəli güzəştli arayışdakı məlumatların kompyuterdə kim tərəfindən yazılmasını bilmir. Arayışın yuxarı hissəsində yazılmış rəqəmlər onun tərəfindən yazılmamışdır. Müqavimətə dələduzluqda kömək etməmiş, Müqavimətin dələduzluq edib-etməməsini də bilmir. Ona şöbə rəisi Kənan müəllim deyib ərizə, arayış yaz, o da yazmış və vermişdir. Müqavimət Kələntərova məxsus dublikat əmək kitabçasının son iki səhifəsini Kənan müəllimin tapşırığı ilə yazıb doldurmuşdur, lakin imza və möhür vurmamışdır. Onda möhür olmamışdır. Kələntərov Müqavimətin sənədlərinə kimin imza etməsini və möhür vurmasını bilmir. Təqsirləndirilən şəxs5 tanımır, onun sorğu gətirməsini xatırlamır. Təqsirləndirilən şəxs3 məhkəmə iclasında verdiyi ifadəsində özünü təqsirli bilməyərək göstərmişdir ki, 1993-cü ilin aprel ayında Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Lənkəran rayon şöbəsində mühasib kimi işə qəbul edilmişdir, daha sonra məsləhətçi işləmişdir. 2004-cü ildə pensiya təyinatı sektoru yaradılmışdır və o, həmin sektorun müdiri vəzifəsinə təyin olunmuşdur. Həmin vaxtdan bu günə kimi Əmək və Əhalinin Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun pensiya sektorunun müdiri vəzifəsində işləyir. Pensiya sektorunun müdiri kimi vəzifəsi sektorun məsləhətçiləri tərəfindən qəbul edilən sənədləri yoxlayıb pensiya təyin edən komissiyanın iclasına hazırlamaq, pensiya artımlarının pensiyaçıların uçot vərəqələrinə qeyd olunmasından ibarətdir. X6 pensiya almaq üçün Lənkəran rayon şöbəsinə müraciət edən zaman tanımışdır, onunla hər hansı bir münasibəti olmamışdır. Pensiya təyinatının ümumi qaydası belədir ki, vətəndaş tərəfindən sənədlər pensiya sektorunun müvafiq məsləhətçisinə təqdim olunur, həmin məsləhətçi notarial qaydada təsdiq olunmuş sənədləri əsli ilə üzləşdirərək qəbul edir, həmin sənədlər yoxlanılması üçün pensiya sektorunun müdirinə təqdim olunur, pensiya sektorunun müdiri isə təyinat aparılmış sənədləri pensiya təyinatı komissiyasına hazırlayır və məsləhətçi, baş mühasib, pensiya sektorunun müdiri, müdirdən ibarət pensiya təyinatı komissiyasında hazırlanmış sənədlərə baxılıb ya pensiya təyin olunması, ya da imtina olunması barədə qərar qəbul edilir. Müqavimət Kələntərova pensiya təyinatı ümumi qaydalarla aparılmışdır. Müqavimət Kələntərov güzəştli şərtlərlə yaşa görə pensiya almaq üçün Lənkəran rayon şöbəsinə müraciət etmiş və əmək kitabçasını, hərbi biletini, güzəştli şərtlə arayışı, əməkhaqqı cədvəlini təqdim etmişdir. Sənədlərə pensiya sektorunda baxılaraq şöbənin komissiyasına təqdim edilmiş, qeyd olunan tarixdə də Müqavimət Kələntərova yaşa görə pensiya təyin edilmişdir. Sonradan yaşayış yerindən arayış gətirməsini Müqavimətdən o, və sektorun məsləhətçisi Qiyas Babayev tələb etmişdir. Müqavimət də Lənkəranda yaşamasına dair arayış gətirmişdir. Bundan əlavə ifadəsində bildirmişdir ki, Müqavimət Kələntərov Bakı şəhəri, Səbail rayonunun ərazisində qeydiyyatda olduğundan şöbə tərəfindən Təqsirləndirilən şəxs1 pensiya alıb-almamasına dair DSMF-nin Səbail rayon şöbəsinə sorğu verilmişdir. Səhv etmirsə həmin vaxt şöbədə yoxlama aparılıraq Təqsirləndirilən şəxs1 pensiya işində arayış olmadığı nöqsan olaraq bildirildiyindən sonradan onun yaşayış yeri ilə bağlı arayış tələb olunmuşdur. Qeydiyyatı Bakı şəhəri, Səbail rayonu olduğu üçün DSMF-nin Səbail rayon şöbəsinə sorğu edilmişdir. Təqsirləndirilən şəxs1 şöbəyə təqdim etdiyi sənədlərə əsasən və Lənkəran rayon məhkəməsinin qərarına uyğun ona pensiya təyinatı aparılmış, yenidən hesablamalar edilmişdir. Təqsirləndirilən şəxs1 1995-2008-ci illərdə İ.Allahverdiyev adına Gəmitəmiri Gəmiqayırma zavodunda işləməsi həmin təşkilatdan ona verilən və şöbəyə təqdim etdiyi sənədə əsasən nəzərə alınmışdır. O, heç kimlə əlbir olub hər hansı cinayət törətməmişdir, saxtakarlıq etməmişdir və vəzifəsindən sui-istifadə hallarına yol verməmişdir. Kimlərinsə dələduzluq etməsinə köməklik göstərməmişdir. Təqsirləndirilən şəxs1 tərəfindən DSMF-nin Lənkəran rayon şöbəsinə təqdim edilmiş 10.05.2013-cü il tarixli ərizədəki «İmza» qrafasındakı imzanın və ərizədəki yazıların Təqsirləndirilən şəxs1 məxsus olmaması barədə heç-bir məlumatı yoxdur. X5 şəxsiyyət vəsiqəsinin «Vəsiqəni verən orqan» qrafasındakı yaşayış ünvanı ilə ərizədəki yaşayış ünvanın uyğunsuzluq təşkil etməsi barədə məlumatı olmamışdır. Bütün sənədləşdirmə işləri Qiyas müəllimin sahəsi olduğu üçün o, məşğul olmuşdur. Təqsirləndirilən şəxs X80 məhkəmə iclasında verdiyi ifadəsində özünü təqsirli bilməyərək göstərmişdir ki, 1990-cı il tarixdən 2003-cü il tarixədək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DSMF-nin Lənkəran şəhər şöbəsində müfəttiş işləmişdir, 2003-cü il tarixdən hazıradək həmin şöbənin Pensiya təyinatı sektorunda məsləhətçi vəzifəsində işləmişdir. Vəzifəsi pensiyanın təyinatı ilə bağlı vətəndaşlara xidmət göstərməkdən ibarətdir yəni Lənkəran rayonunda qeydiyyatda olan vətəndaşlar tərəfindən təqdim olunan sənədlər əsasında əgər onların pensiya hüququ yaranırsa toplanmış sənədləri Pensiyanı təyin edən komissiyaya təqdim edilir. Həmin Komissiya şöbə müdiri, pensiya sektorunun müdiri, baş mühasib, Fərdi uçot sektorunun müdirindən ibarətdir. Həmin komissiyanın qərarı əsasında toplanmış sənədlər üzrə pensiya verilməsi təmin olunur. Pensiya almaq üçün müraciət edən vətəndaşın topladığı sənədlər ona pensiya almaq hüququnu vermədiyi halda rədd qərarı qəbul olunur, həmin qərar beş gün ərzində vətəndaşa təqdim olunur. Təqsirləndirilən şəxs1 1995-2008-ci illərdə İ. Allahverdiyev adına Gəmitəmiri gəmiqayırma zavodunda işləməsi həmin təşkilatdan Təqsirləndirilən şəxs1 verilən sənədlər və Səbail rayon şöbəsinin aktı əsasında nəzərə alınmışdır. O, heç kimlə əlbir olub hər hansı cinayət törətməmişdir, saxtakarlıq etməmiş və vəzifəsindən sui-istifadə hallarına yol verməmişdir. Kimlərinsə dələduzluq etməsinə köməklik göstərməmişdir. X5 adına olan, DSMF-nin Lənkəran rayon şöbəsinə təqdim olunmuş 10.05.2013-cü il tarixli ərizədəki «İmza» qrafasındakı imza və yazıların kimə məxsus olmasını bilmir. X5 şəxsiyyət vəsiqəsinin «Vəsiqəni verən orqan» qrafasındakı yaşayış ünvanı ilə ərizədəki yaşayış ünvanın uyğunsuzluq təşkil etməsi barədə məlumatı olmamışdır. Verilən suallara cavab olaraq bildirmişdir ki, araşdırma aparılana qədər belə bir pensiya təyinatı aparıldığından xəbəri olmamışdır. Onun bu barədə 2019-cu ilin oktyabr-noyabr aylarında məlumatı olmuşdur. Vətəndaşın ərizəsinin qəbul olunması, məsləhət verilməsi və yaxud da digər sənədin tərtib olunmasına şahid olmamış, onun Kələntərov Müqavimətin pensiyası ilə bağlı Rahim müəllimlə danışığı olmamış, sadəcə qərarın arxasında Təqsirləndirilən şəxs4 yazılmış, imza olmamışdır. O, Müqavimət Kələntərovdan arayış tələb etməmiş və ümumiyyətlə onunla heç bir əlaqəsi olmamışdır. Təqsirləndirilən şəxs5 məhkəmə iclasında verdiyi ifadəsində özünü təqsirli bilməyərək göstərmişdir ki, 2012-2017-ci illərdə Dövlət Sosial Müdafiə Fondunun Səbail rayon şöbəsində məsləhətçi vəzifəsində işləmiş, pensiya təyinatçısıdır. Kələntərov Müqaviməti tanımır, onu ilk dəfə məhkəmədə görmüşdür. 2013-cü ildə onlara Lənkəran rayon şöbəsindən X9 ilə bağlı sorğu gəlmiş, sonra sorğu ona təhkim olunmuş və o, İ.Allahverdiyev adına Gəmitəmiri Gəmiqayırma zavoduna getmişdir. Zavodda sorğu ilə gəldiyini bildirmiş və onu aşağıdan kadrlar şöbəsinin rəisi Şahid4 yanına göndərmişlər. Kənan müəllim sorğunu götürüb baxmış və ona Kələntərov Müqavimətlə bağlı işin olduğunu bildirmişdir. O, orada sənədlərə baxmaq istədiyini bildirmiş və yan otağa keçmişdir. 5-10 dəqiqədən sonra onu çağırmışlar və işə baxmasını, aktı yazmasını və akta adını və soyadını yazmasını bildirmişlər. Vətəndaşın adını, soyadını, vəzifəsini, maaşını yazıb ordakı qadına vermiş, 15 dəqiqədən sonra imzalı, möhürlü sənəd ona verilmiş və o, sənədi götürüb getmişdir. Həmın xanımı tanımamış və adını bilməmşdir. Onun digər məsələlərdən xəbəri olmamışdır. Verilən suallara cavab olaraq bildirmişdir ki, o, həmin zavodda heç kimi, həmçinin Müqavimət Kələntərovu da tanımamışdır. Həmin aktı Dilarə xanım yazmamış, ola bilər ki, orada olsun, amma o tərtib etməmiş, onun xatırladığı şəxs Şahid4 olmuşdur. Aktın tərtib olunması ilə bağlı 2004-2005-ci illərlə bağlı sorğunu zavoda o, vermiş və zavoddan 2004-2005-ci ilin sənədini ona təqdim etmişlər. Aktı o, özü imzalamış, qadına vermişdir ki, Şahid4 imzalatsın. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin məhkəmədə verdikləri ifadələri özünümüdafiə xarakteri daşıyır və iş materiallarında olan digər sübutlarla tam təkzib edilir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Orucov X49 göstərmişdir ki, X9 ilə tanışlıq münasibəti vardır. Təxminən üç il bundan əvvəl Müqavimət Kələntərovu tanımışdır. Yaşadığı ünvanın yaxınlığında yerləşən “Bayıl” parkında gəzinti edərkən Müqavimət Kələntərovla dostları vasitəsi ilə tanış olmuşdur. Bundan sonra dostluq münasibətləri yaranmışdır, axşamlar Müqavimət ilə parka çıxıb gəzib söhbətləşmişdir. Söhbət əsnasında X19 şəhərində qeydiyyatda olduğunu, təxminən 20 ildir Bayıl qəsəbəsində yaşadığını və onun kimi şəkər xəstəliyindən əziyyət çəkməsini bilmişdir. O, Bayıl qəsəbəsində yerləşən 33 saylı şəhər polikilinkasında şəkərli diabet xəstəsi kimi 2017-ci ildən qeydiyyatdadır. Müqavimət də onun kimi həmin xəstəxanada qeydiyyatdadır. Müqavimət onunla birlikdə iynə, dərman götürmək üçün birlikdə həmin polikilinkaya gedib gəlmişdir. Söhbətlərin birində Müqavimət ona şəkərli diabet xəstəsi kimi pensiya düzəldə biləcəyini, bunun üçün 5-6 min manat xərci çıxacağını demişdir. O, bunu necə edəcəyini soruşduqda, Müqavimət ona Dövlət Sosial Müdafiə Fondunda yaxın adamı olduğunu, yəni həmin fondun müavini vasitəsi ilə pensiyanı düzəltdirəcəyini demişdir. Həmin şəxsin evində işlədiyini də bildirmişdir. Həmin şəxsin adını xatırlamır. O, Müqavimətə Dövlət Sosial Müdafiə Fondunun işçisini haradan tanıdığını soruşmuş, Müqavimət bildirmişdir ki, həmin şəxs ona 2013-cü ildə güzəştli şərtlə pensiya yaşından əvvəl pul müqabilində pensiyaya çıxmasını təşkil etmişdir. Müqavimət əmək müqaviləsinin olmadığını və DSMFdə olan tanışının vasitəsi ilə saxta sənədlər əsasında pensiyaya çıxdığını bildirmişdir. Bundan sonra, Müqavimətə güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunmuş, əvvəlki illərə görə ona ödənilməli olan 25 min manat pul birdəfəlik ödənilmiş, o da həmin pulu götürüb Dövlət Sosial Müdafiə Fondunda işləmiş adını bilmədiyi vəzifəli şəxsin xidməti otağına gedib həmin 25 min manatı onun qarşısına qoymuşdur, həmin şəxs də Müqavimətə 10 min manat pul qaytarmışdır. Bundan başqa, Müqavimət saxta sənədlər əsasında təyin olunmuş güzəştli şərtlərə yaşa görə pensiyaya görə hər ay 1500 manat məbləğində pensiya almışdır. Bu barədə Müqavimət özü məlumat vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Hüseynov X69 göstərmişdir ki, 2006-cı ilin may ayından 2008-ci ilin fevral ayınadək Azərbaycan Dövlət X104 “Xəzərdənizgəmitəmiri” istehsalat Birliyinin İ.Allahverdiyev adına Gəmitəmiri Gəmiqayırma zavodunda baş mühasib vəzifəsində işləmişdir. X5 həmin zavodda işləyib-işləməməsini xatırlamır. Zavodun 1200 nəfər işçisi olmuşdur, bu səbəbdən də həmin şəxsləri xatırlamaq çox çətindir. 14.07.2009- cu il tarixli, 168 nömrəli pensiya alınması üçün əməkhaqqının aylar üzrə arayışı ilə tanış olmuşdur. Həmin arayışdakı yazılar və arayışdakı “baş mühasib” yazısı qarşısındakı imza ona məxsus deyildir. Həmin vaxt o, zavodda işləməmişdir. Yazıların kimə məxsus olduğunu bilməmişdir. Ümumiyyətlə hər hansı bir işçiyə əməkhaqqı arayışı veriləndə arxivdən həmin işçinin əməkhaqqı cədvəlləri bütün illər üzrə tələb edilib baxılmış, həmin əməkhaqqı cədvəllərinə uyğun arayış yazılmış, daha sonra baş mühasib və zavodun direktoru imzalamışdır. 2009-cu ilin mart ayında o, Türkiyə Respublikasında olmuşdur. Möhür zavodun direktorunda olmuşdur. Ağami Bəşirov möhürü ona yalnız banka işçilərin əməkhaqqlarını almağa gedəndə vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Qulamov X61 göstərmişdir ki, 01.06.2009- 01.12.2013-cü illərdə Azərbaycan Dövlət X104 “Xəzərdənizgəmitəmiri” İstehsalat Birliyinin İ.Allahverdiyev adına Gəmitəmiri gəmiqayırma zavodunda baş mühasib vəzifəsində işləmişdir. Hazırda həmin zavodda baş mühasibin müavini vəzifəsində işləyir. O, işçilərin böyük hissəsini işlədiyi müddətdə tanımış, X9 adında işçinin olub-olmamasını xatırlamır, həmin şəxslə hər hansı bir münasibəti olmamışdır. X14 adı ona tanış gəlmir. 14.07.2009cu il tarixli, 168 nömrəli pensiya alınması üçün əməkhaqqı arayışındakı yazılar ona məxsus deyildir və kimə məxsus olduğunu bilmir. “Baş mühasib” yazısı qarşısındakı imza ona məxsus deyildir və kimə məxsus olduğunu bilmir. Ümumiyyətlə hər hansı bir işçiyə əməkhaqqı arayışı veriləndə arxivdən həmin işçinin əməkhaqqı cədvəlləri bütün illər üzrə tələb edilib baxılmış, həmin əməkhaqqı cədvəllərinə uyğun arayış yazılmış, daha sonra baş mühasib və zavodun direktoru tərəfindən imzalanmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 2005-ci ildə İlham Allahverdiyev adına Gəmi Təmiri Gəmi Qayırma zavodunda hüquq məsləhətçisi vəzifəsinə təyin edilmişdir. 08.02.2008-ci il tarixli, 19 K nömrəli əmrlə “XəzərDənizGəmiTəmiri” İstehsalat Birliyinin İ.Allahverdiyev adına Gəmi Təmiri Gəmi Qayırma zavodunun Kadrlar şöbəsinin rəisi vəzifəsinə təyin edilmiş və 2014-cü ilin əvvəlinə qədər həmin vəzifədə işləmişdir. X5 zavodda işləməsini xatırlamır, əgər belə bir şəxs işləsəydi onu mütləq xatırlayardı. 18.11.2013-cü il tarixli aktla tanış olmuşdur. O, Dövlət Sosial Müdafiə Fondunun Səbail rayon şöbəsinin pensiya təyinatı sektorunun məsləhətçisi Təqsirləndirilən şəxs5 tanımır, onunla birlikdə X5 zavodda işləyibişləməməsini yoxlamamışdır. Ümumiyyətlə, X5 işlədiyi zavodda işləməsini xatırlamır. Adının qarşısında olan imza ona məxsus deyildir və kimə məxsus olduğunu bilmir. Əgər zavodda işləmiş hər hansı bir işçinin şəxsi işində olan məlumatlar yoxlanılırsa mütləq zavodun arxiv şöbəsinin müdiri həmin prosesə cəlb edilir. Ən yaxşı halda Kadrlar şöbəsinin müdiri kimi o, həmin prosesdə iştirak edə bilər, lakin həmin yoxlamanın nəticəsini Kadrlar şöbəsinə məxsus hər hansı bir möhürlə təsdiq edə bilməz. Ona görə ki, işdən azad olunmuş işçilərin şəxsi işləri zavodun arxiv şöbəsinə təhvil verilir və həmin sənədlərə arxiv şöbəsinin müdiri cavabdehlik daşıyır, aktın kim tərəfindən tərtib edilməsi və oradakı əl yazmaların kimə məxsus olması barədə hər hansı bir fikri olmamışdır. Ona təqdim edilmiş aktda Dövlət Sosial Müdafiə Fondunun Səbail rayon şöbəsinin həmin aktın doğruluğunu təsdiq edən hər hansı bir möhür, eləcə də həmin şöbənin rəhbərinin imzası yoxdur, ona görə də, qeyd olunan aktın hüquqi əsası yoxdur. Təqsirləndirilən şəxs5 və X6 tanımır həmin şəxslərlə hər-hansı ünsiyyəti olmamışdır. 18.11.2013-cü il tarixli aktın aşağı sol künc hissəsinə «Azərbaycan Dövlət X104 Gəmi Təmiri və Gəmi Qayırma” İstehsalat Birliyi İ.Allahverdiyev adına Gəmi Təmiri Gəmi Qayırma zavodu. Paketlər və arayışlar üçün» yazılmış möhür əvvəllər işlədiyi zavoda məxsusdur. Həmin möhür paketlər və arayışlara vurulması üçün nəzərdə tutulmuşdur, lakin akta və ya digər sənədə vurulması üçün nəzərdə tutulmamışdır. Həmin möhür həm dəftərxanada, həm də kadrlar şöbəsində ola bilərdi. Kadrlar üçün əsasən üzərində kadrlar şöbəsi yazılmış möhürdən istifadə edilmişdir. X9 adlı şəxsin adı çəkilən zavodda işləməsini xatırlamır. Belə bir arayışdan ümumiyyətlə məlumatı olmamışdır. Əgər zavodun kadrlar şöbəsindən işçiyə hər hansı bir arayış verilirsə, həmin arayış Kadrlar şöbəsinin müdiri kimi onun tərəfindən imzalanır. Təqsirləndirilən şəxs2 Kadrlar şöbəsində mütəxəssis işləmişdir və onun belə bir səlahiyyəti olmamışdır. «Azərbaycan Dövlət X104 Gəmi Təmiri və X86 Birliyi İ.Allahverdiyev adına Gəmi Təmiri Gəmi Qayırma zavodu. KADRLAR ŞÖBƏSİ» yazılmış möhür adı çəkilən zavoda məxsusdur. Hesab edir ki, hər hansı bir şəxs ondan xəbərsiz qeyd olunan arayışa «Azərbaycan Dövlət X104 Gəmi Təmiri və X86 Birliyi İ.Allahverdiyev adına Gəmi Təmiri Gəmi Qayırma zavodu. «KADRLAR ŞÖBƏSİ» yazılmış möhürü vurmuşdur. Onun bundan xəbəri olmamışdır. Həmin vaxtlar zavodda iş şəraiti və otaqların ümumi vəziyyəti yaxşı olmamış, Kadrlar şöbəsinə məxsus sənədləri və möhürləri özü müvafiq qaydada köhnə seyfdə saxlamışdır. Möhür iş masasının üzərində olmuşdur. İşçilər istifadə üçün gəlib götürüb və yekunda qaytarıblar. Həmin işçilərin də iş yeri üzrə arayış vermək səlahiyyətləri olmuşdur. Möhür rəsmi olaraq ona təhvil verilməmişdir. Yəni möhür üçün əlavə olaraq təhvil-təslim aktı tərtib olunmamışdır. Verilən sullara cavab olaraq bildirmişdir ki, kadrlar şöbəsinin rəisi kimi vəzifələrinə işçilərin işə qəbulu, işdən çıxması və sair məsələlər olmuşdur. Qeyd olunan arayış və oradakı möhür ilə istintaq zamanı tanış olmuşdur. Möhürün saxlanması kadrlar şöbəsinə və dəftərxanaya həvalə olunmuşdur. Kadrlar şöbəsinin möhürünü digər isçilər ondan icazəsiz istifadə edə bilərdilər. O, çox vaxt ərazidə olmuş, kiməsə arayış lazım olduqda möhürdən digər əməkdaşlar istifadə etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Kərimova X25 göstərmişdir ki, 10.04.2000-ci il tarixdə Azərbaycan Dövlət X104 “Xəzərdənizgəmitəmiri” İstehsalat Birliyinin İ.Allahverdiyev adına Gəmitəmiri gəmiqayırma zavoduna komplektator kimi işə qəbul edilmişdir. 01.02.2006-cı il tarixdə Kadrlar şöbəsinə arxivarius vəzifəsinə təyin olunmuşdur. 10.04.2014-cü il tarixli, 383 nömrəli əmrlə “Bibiheybət” Gəmi Təmiri Zavodu İcarəyə nəzarət, kargüzarlıq və təsərrüfat işləri şöbəsinə arxiv müdiri vəzifəsinə qəbul edilmişdir və hal-hazırda da həmin vəzifədə işləyir. 3 sentyabr 2019-cu il tarixli aktla tanış olmuşdur. 3 sentyabr 2019-cu ildə Dövlət Sosial Müdafiə Fondunun Qaradağ şöbəsinin əməkdaşları Təranə Quliyeva və Eldəniz Məmmədov qeyd olunan tarixdə işlədiyi müəssisəyə adını sonradan bildiyi X5 “Azərbaycan X104” Qapalı Səhmdar Cəmiyyəti “Bibiheybət” Gəmi Təmiri Zavodunda (köhnə adı İ.Allahverdiyev adma gəmi təmiri zavodu) işləyibişləməməsini, işlədiyi halda hansı sahədə, hansı vəzifədə işləməsini, nə qədər əmək haqqı almasını yoxlamaq üçün gəlmişdir. Onun iştirakı ilə 1995-1996-cı illərin və 2008-ci ilin əmrlər kitabına baxış keçirilmiş, lakin X5 əmək kitabçasının dublikatında qeyd olunan tarixlərdəki əmrlər aşkar edilməmişdir. Bundan başqa, 1996-2008-ci illərə aid işçilərin əmək haqqı cədvəllərinin əks olunduğu kitablara baxış keçirilmiş və Müqavimət Kələntərova məxsus əməkhaqqı cədvəli aşkar edilməmişdir. «Azərbaycan X104” Qapalı Səhmdar Cəmiyyəti “Bibiheybət” Gəmi Təmiri Zavodu Bakı - 3» ştampı işlədiyi müəssisəyə aiddir. 2000-ci ildən yeni adı olan “Azərbaycan X104” Qapalı Səhmdar Cəmiyyəti “Bibiheybət” Gəmi Təmiri Zavodunda işləyir. İstər köhnə adı ilə olan Azərbaycan Dövlət X104 “Xəzərdənizgəmitəmiri” İstehsalat Birliyinin İ.Allahverdiyev adına Gəmitəmiri Gəmiqayırma zavodunda, istərsə də yeni adı ilə olan Azərbaycan X104” Qapalı Səhmdar Cəmiyyəti “Bibiheybət” Gəmi Təmiri X2 adında işçi olmamışdır. Müəssisənin arxivində olan əmrlər kitabına ayrı- ayrılıqda baxmışdır və Müqavimət Kələntərova məxsus hər hansı bir əmr aşkar etməmişdir. X7 məxsus ******* nömrəli dublikat əmək kitabçasında qeyd edilmiş 03.01.1996-cı il tarixli, K-02 nömrəli əmr 1996-cı ilin (yanvar-dekabr) əmrlər kitabında ümumiyyətlə yoxdur. 1996-cı ilin (yanvar-dekabr) əmrlər kitabında yalnız 05.01.1996-cı il tarixli, K-2 nömrəli əmr mövcuddur, həmin əmrlə üç nəfər işçi, yəni X70, X35, X31 işdən azad olunmuş, üç nəfər işçi, yəni X39, X40 və X55 məzuniyyətdən geri çağırılmış, X89 isə növbəti əmək məzuniyyətinə buraxılmış, X71 müvəqqəti iş müddəti uzadılmışdır. Qeyd olunan şəxslərin arasında Müqavimət Kələntərovun adı yoxdur. X7 məxsus ******* nömrəli dublikat əmək kitabçasında qeyd edilmiş 07.09.1998-ci il tarixli, 97 K nömrəli əmr 1998-ci ilin (iyul-dekabr) əmrlər kitabında yoxdur. Belə ki, 07.09.1998-ci il tarixli əmr 123 nömrəli əmr olmaqla, həmin əmrlə X105 işdən azad olunmuş, X78, X41 növbəti əmək məzuniyyətinə buraxılmış, X16 əvəzçilik üçün məzuniyyət verilmiş, X63, X36 və X81 növbəti məzuniyyətdən geri çağırılmışdır. 97 nömrəli əmr isə 16.07.1998-ci il tarixdə verilməklə, K adı altında olmamış, həmin əmrlə X42 işdən azad olunmuş, X43, X82, X44, X64, X56, X57, X8, X76 növbəti əmək məzuniyyətinə buraxılmış, X65 növbəti məzuniyyət hesabına məzuniyyətə buraxılmış, X27 ödənişsiz məzuniyyətə buraxılmışdır. 07.09.1998ci il tarixli 128 nömrəli və 16.07.1998-ci il tarixli, 97 nömrəli əmrlərdə Müqavimət Kələntərovun adı olmamışdır. 02.01.1996-cı il və 06.06.1999-cu il tarixli protokollar kitabında 22.08.1998- ci il tarixli, 3 saylı protokol ümumiyyətlə yoxdur. Belə ki, 02.01.1996cı il və 06.06.1999-cu il tarixli protokollar kitabında yalnız 18.08.1998- ci il tarixli, 16 saylı protokol aşkar edilmiş, Gəmitəmiri Gəmiqayırma zavodunun həmkarlar komitəsinin və müdriyyətin 18.08.1998-ci il tarixli, 16 saylı protokolunda, gündəlikdəki məsələ zavod işçisi Q.Orucovun ərizəsinə baxılması, sex və sahələrdə məişət otaqlarının sanitar vəziyyəti, həmkarlar komitəsi fondundan yardım göstərilməsi olmuş və həmkarlar ittifaqı komitəsinin sədri M.M.Muradov tərəfindən həmin protokol imzalanmışdır. Göründüyü kimi, 18.08.1998ci il tarixli, 16 saylı protokolda Müqvimət Kələntərovun 5-ci dərəcəli əl ilə elektirik qaynaqçısı təyin edilməsi qeyd edilməmişdir. Müqavimət Kələntərovun öz ərizəsi ilə işdən çıxması ilə bağlı 28.12.2008-ci il tarixli, 149 K nömrəli əmr Kadrlar şöbəsinin 2008-ci il tarixli (yanvar-dekabr ayları) əmrlər kitabında ümumiyyətlə olmamışdır. Belə ki, Kadrlar şöbəsinin 2008-ci il tarixli (yanvar- dekabr ayları) əmrlər kitabında 27.09.2008-ci il tarixli, 148 K nömrəli əmrdən sonra 03.10.2008-ci il tarixli, 150 K nömrəli əmr qeyd olunmuşdur. D. Büniyat-zadə adına Gəmitəmiri zavodu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10.05.1993-cü il tarixli, 236 saylı qərarına əsasən dəyişdirilərək “ İ.Allahverdiyev” adına Gəmitəmiri-gəmiqayırma zavodu adlandırılmışdır. Vano Sturua adına Gəmitəmiri gəmiqayırma zavodu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24.10.1996-cı il tarixli, 389 saylı qərarına əsasən dəyişdirilərək “İ.Allahverdiyev” adına Gəmitəmiri gəmiqayırma zavodu adlandırılmışdır. “Xəzərdənizgəmitəmiri” İ.B.Allahverdiyev adına Gəmitəmiri Gəmiqayırma zavodu, 370003, Bakı ş, Gülbala Əliyev 2” yazısı əks olunmuş düzbucaq formalı ştamp və Azərbaycan Dövlət X104 “Xəzərdənizgəmitəmiri” İstehsalat Birliyinin İ.Allahverdiyev adına Gəmitəmiri Gəmiqayırma zavodu yazısı əks olunmuş dairəvi möhür işlədiyi müəssisəyə aid olsa da, həmin ştamp və möhürün harada olmasını bilmir. Ümumiyyətlə, əmək kitabçasına yalnız işçi işdən azad olunan zaman müəssisənin möhürü vurulur. Təqsirləndirilən şəxs2 24.06.1991-ci ildə D.Büniyat-zadə adına Gəmitəmiri zavodunun Kadrlar şöbəsinin mütəxəssisi vəzifəsinə təyin edilmiş, 2013-cü ilin dekabr ayına qədər Azərbaycan Dövlət X104 “Xəzərdənizgəmitəmiri” İstehsalat Birliyinin İ.Allahverdiyev adına Gəmitəmiri Gəmiqayırma zavodunun Kadrlar şöbəsinin mütəxəssisi işləmişdir. Hal-hazırda Təqsirləndirilən şəxs2 harada olması barədə məlumatı yoxdur. X7 məxsus ******* nömrəli dublikat əmək kitabçasında qeyd edilmiş 03.01.1996-cı il tarixli, K- 02 nömrəli əmr 1996-cı ilin (yanvar-dekabr) əmrlər kitabında ümumiyyətlə yoxdur. Belə ki, 1996-cı ilin (yanvar-dekabr) əmrlər kitabında yalnız 05.01.1996-cı il tarixli, K-2 nömrəli əmr mövcuddur, həmin əmrlə üç nəfər işçi, yəni X70, X35, X37 işdən azad olunmuş, üç nəfər işçi, yəni X58, X40 və X55 məzuniyyətdən geri çağırılmış, X89 növbəti əmək məzuniyyətinə buraxılmış, X50 müvəqqəti iş müddəti uzadılmışdır. Qeyd olunan şəxslərin arasında Müqavimət Kələntərovun adı yoxdur. 03.07.1995, K-2 nömrəli əmr 1995-ci ilin (yanvar- dekabr) əmrlər kitabında yoxdur. Belə ki, 03.07.1995-ci il tarixli əmr K-114 nömrəli olmaqla, həmin əmrlə X13, X28 müvəqqəti iş müddətləri uzadılmış, X45, X83, X46 növbəti əmək məzuniyyətinə buraxılmışdır. K-2 nömrəli əmr isə 03.01.1995-ci il tarixdə verilməklə, həmin əmrlə X29, X59, X28, X34 qaçqın kimi iş müddətləri uzadılmış, X12 əmri dəyişdirilmiş, X51, X62, X20 növbəti məzuniyyətdən geri çağırılmışdır. Göründüyü kimi, 03.07.1995-ci il tarixli K-114 nömrəli və 03.01.1995-ci il tarixli K-2 nömrəli əmrlərdə Müqavimət Kələntərovun adı yoxdur. 2 nömrəli əməkhaqqı cədvəli ilə tanış olmuşdur. 1996-2008-ci illərə aid işçilərin əməkhaqqları əks olunduğu cədvəllərin cildlənərək tikildiyi kitablarda bir mənalı olaraq Müqavimət Kələntərovun adı olmamışdır. 2 nömrəli əməkhaqqı cədvəlindəki məlumatlar həqiqəti əks etdirmir. Məhkəmədə şahid qismində dindirilmiş Kərimov X17 göstərmişdir ki, 1989-cu ildə D.Bünyatzadə adına Gəmi Təmiri zavoduna 3-cü dərəcəli əl ilə elektirik qaynaqçısı kimi işə qəbul edilmişdir. 1993-cü ildə D.Bünyatzadə adına Gəmi Təmiri Gəmi Qayırma zavodu “İ.Allahverdiyev” adına Gəmitəmiri-gəmiqayırma zavodu adlandırılmışdır. “Vano Sturua” adına Gəmitəmiri gəmiqayırma zavodu isə 1996-cı ildə “İ.Allahverdiyev” adına Gəmitəmirigəmiqayırma zavoduna birləşdirilmişdir. 2014-cü ildə Azərbaycan Xəzər Dəniz X75 Cəmiyyəti yaradılmış və “İ.Allahverdiyev” adına Gəmitəmiri gəmiqayırma zavodu “Bibiheybət” Gəmitəmiri zavodu adlandırılmışdır. İşə qəbul edildikdən təxminən 2-3 il sonra 4-cü dərəcəli əl ilə elektirik qaynaqçısı dərəcəsi almışdır. Həmin vaxtdan təxminən 3 il sonra isə 5-ci dərəcəli əl ilə elektrik qaynaqçısı statusu almışdır. Təxminən 2012-ci ildə isə 6-cı dərəcəli əl il elektirik qaynaqçısı statusu almışdır. D.Bünyatzadə adına Gəmi Təmiri zavodunda və ya “Vano Sturua” adına Gəmitəmiri gəmiqayırma zavodunda, həmçinin “İ.Allahverdiyev” adına Gəmitəmiri-gəmiqayırma X2 adında əl ilə elektirik qaynaqçısı işləməmişdir, əgər işləsəydi tanıyardı, çünki həmin şəxsin adı və soyadı fərqli olduğundan yadda qalandır. Bundan başqa, bu illər ərzində ola bilməz ki, Müqavimət Kələntərov adında əl ilə elektirik qaynaqçısı işləsin və o, həmin şəxsi tanımasın. Adlarını çəkdiyi zavodlar qeyd etdiyi illərdə birləşmiş, hər üç zavodda Müqavimət Kələntərov adında əl ilə elektirik qaynaqçısı işləməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X66 Şahid6 ifadəsinə oxşar ifadə verməklə onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, o, 2013-cü ildə Dövlət Sosial Müdafiə Fondunun Lənkəran rayon şöbəsinin müdiri vəzifəsində işləmişdir. Müqavimət Kələntərov təxminən aprel- may aylarında pensiyaya çıxması ilə bağlı müraciət etmişdir. Müraciət edən vətəndaş sənədlərini şöbənin karguzarlıq bölməsinə təqdim etmiş, karguzarlıq bölməsində vətəndaşın sənədləri qəbul olunmuşdur. Həmin sənədlər əmək kitabçasının sürəti, hərbi biletin sürəti, forma bir arayışının özü, əməkhaqqı arayışıdır. Bütün sənədlərə karguzarlıq bölməsi baxmışdır. Karguzarlıq bölməsi sənədləri qəbul etdikdən sonra haşiyə üçün müdirə verilir, o, da baxılması üçün sənədlərə təyinatı üzrə haşiyə qoyur. Pensiya təyinatı sektoru da həmin sənədlər əsasında araşdırma aparmış və müəyyən etmişdir ki, Müqavimət Kələntərovun təqdim etdiyi sənədlər ona güzəştli şərtlə pensiya almağa hüquq verir. Komissiya da sənədlərə baxmış və Müqavimət Kələntərova pensiya təyinatı verilmişdir. Müqavimət Kələntərova ilkin olaraq 150 və ya 160 manat pensiya təyin olunmuşdur. Daha sonra Müqavimət Kələntərova pensiyasının əmək haqqından hesablanması üçün müraciət etmişdir. Onlar vətəndaşa rəsmi olaraq imtina cavabı vermişlər. Müvafiq olaraq həmin dövr ərzində onlar Dövlət Sosial Müdafiə Fondunun Səbail rayon şöbəsinə Müqavimət Kələntərovun əmək haqqı arayışının düzgün olub olmamasının yoxlanılıb onlara məlumat verilməsi barədə rəsmi məktub yazmışlar. Onların sorğusuna Səbail Rayon şöbəsindən Müqavimət Kələntərovun 2004-2005-ci illər ərzində zavodda qaynaqçı vəzifəsində işləməsi barədə cavab gəlmiş və onlar həmin sənədi vətəndaşa vermişlər. Daha sonra məhkəmə həmin şəxsin əmək stajını təsdiq etmişdir. Bundan sonra Müqavimət Kələntərovun pensiya almaq hüququ yaranmışdır. Müvafiq olaraq hər il inflyasiya faizlərinə uyğun olaraq vətəndaşın Müqavimət Kələntərovun pensiyası artırılmışdır. Pensiya miqdarı dəyişən zaman onlar onu sərəncam vasitəsilə rəsmiləşdirmişlər. Sərəncam olmadan pensiyanın miqdarı dəyişə bilməz. 2018-ci ilin may ayında o, işdən çıxmışdır. Bundan başqa bildirmişdir ki, 2020-ci ildə Kələntərlilərdən bir nəfər ona Müqavimətin pensiyasının kəsildiyini və onunla görüşmək istədiyini demiş, görüş zamanı o, vətəndaşı tanımışdır. Görüş zamanı o, qonşusunun ondan şikayət etdiyini, pensiyasının dayandırıldığını demiş, o da bu zaman vətəndaşa araşdırma aparılacağını, problem olmadığı zaman pensiyasını yenidən alacağı barədə demişdir. Əlavə olaraq bildirmişdir ki, sənədlər karguzarlığa təqdim olunmuş, karguzarlıq sənədləri hazırladıqdan sonra ona vermiş o da, üstünü yazdıqdan sonra sənədləri pensiya sektoruna vermişdir. Pensiya təyin edilən zaman komisiyanın iclasında bütün sənədləri oxumuş, imzalar yerində olmuş, əgər hər hansı bir imza olmasaydı o, sənədi imzalamazdı. Hər hansı bir təşkilata yalnız zərurət yarandığı halda sorğu yazılmış, əgər zərurət yaranmırsa sorğu yazmağa ehtiyac olmamışdır. Müqavimət Kələntərov həbs olunduqdan sonra o, onun heç bir qohumu ilə görüşməmiş, telefonla əlaqə saxlamamışdır. Müqavimət Kələntərovun hesabına köçürülmüş məbləğini onlara verməsi halı qətiyyən olmamışdır. Pensiya məbləğinin dəyişdirilməsi ilə bağlı qərar vermək səlahiyyəti komissiyaya aid olmuş, həmin vaxt komissiya üzvləri pensiya sektorunun müdiri, baş mühasib, fərdi uçot sektorunun müdiri olmuşlar. O, komissiyanın sədri olmuş, komissiya üzvlərinin qərarı olmasa hər hansı bir şəxsə pensiya təyin oluna bilməzdi. O, Müqavimət Kələntərova istintaqda yalan ifadə verməsini deməmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124.2.2 -ci maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinə əlavə olunmuş məhkəmə-xətşünaslıq ekspertizasının 4/633 saylı 26.08.2020-ci il tarixli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 15.01.2014cü il tarixli, 1/281 saylı arayışda «Vidadi Dadaşov» yazılarından əvvəl yerləşən imza - X114 oğlu tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, 14.07.2009-cu il tarixli 168 nömrəli pensiya hesablanması üçün 2004-2008-ci illərə aid əmək haqqı barədə X7 verilmiş arayışda “İdarənin rəhbəri” qrafasındakı imza - BƏŞİROV AĞAMİ AYDİN oğlu tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş 15.01.2014-cü il tarixli, 1/281 saylı arayışdakı əlyazmalar və «İltifat Kərimov» yazılarından əvvəl yerləşən imza - X67 tərəfindən icra olunmamışdır. Ekspertizaya təqdim edilmiş, 18.11.2013-cü il tarixli aktda “2” rəqəmi qarşısında “Məmmədov K (kadrlar üzrə rəis)” əlyazmalardan əvvəl yerləşən imza Şahid4 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, 14.07.2009-cu il tarixli 168 nömrəli pensiya hesablanması üçün 2004-2008-ci illərə aid əmək haqqı barədə X7 verilmiş arayışdakı əlyazmalar - X84 tərəfindən yox, Şahid3 tərəfindən yox, Şahid2 tərəfindən yox, X32 tərəfindən yox, başqa şəxslər tərəfindən icra olunmuşdur. Cinayət işinə əlavə olunmuş məhkəmə-xətşünaslıq ekspertizasının 4/103 saylı 15.02.2021-ci il tarixli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, 14.07.2009- cu il tarixli 168 nömrəli pensiya hesablanması üçün 2004-2008-ci illərə aid əmək haqqı barədə X7 verilmiş arayışda (2 nömrəli Əlavə) “Baş mühasib” qrafasındakı imza - Şahid2 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, DSMF-nin Lənkəran rayon şöbəsində ünvanlanmış X5 adından olan 10 may 2013-cü il tarixli ərizədəki əlyazmalar və “İmza” qrafasındakı imza - X9 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. X5 adından olan 10 may 2013-cü il tarixli ərizədəki əlyazmalar - Təqsirləndirilən şəxs3 tərəfindən yox, X80 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-texniki ekspertizasının 5/558 saylı 28.08.2020-ci il tarixli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş Təqsirləndirilən şəxs1 adına olan “0263797 nömrəli dublikat əmək kitabça”sının 10-cu, 13cü vərəqlərindəki möhür və ştamp əksləri, “14.07.2009- cu il tarixli 168 nömrəli pensiya hesablanması üçün əmək haqqı barədə arayış”ın üzərindəki ştamp əksi və “18.11.2013-cü il tarixli aktının üzərindəki möhür əksi relyef klişe vasitəsilə sənədlərin üzərlərinə birbaşa vurulmuşlar. Tədqiqata təqdim edilmiş 14.07.2009-cu il tarixli 168 nömrəli pensiya hesablanması üçün əmək haqqı barədə arayışın üzərindəki möhür əksi sənəd üzərinə əl ilə birbaşa çəkilmiş və X30 adına olan pensiya hesablanması üçün əmək haqqı barədə arayışın üzərindəki "Azərbaycan Respublikası Dövlət X104 “Xəzərdənizgəmitəmiri” istehsalat Birliyi İ.Allahverdiyev adına Gəmitəmiri Gəmiqayırma zavodu” məzmunlu möhürün sərbəst əks nümunəsi ilə eynilik təşkil etmir. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs1 adına olan “0263797 nömrəli dublikat əmək kitabça"sının 10-cu vərəqindəki “Xəzərdənizqəmitəmiri” İ.B.Allahverdiyev adına Gəmitəmiri Gəmiqayırma zavodu 370003, Bakı ş, Gülbala Əliyev 2” məzmunlu ştamp əksi və 13-cü vərəqindəki “Azərbaycan Dövlət X104 “Xəzərdənizgəmitəmiri” istehsalat Birliyin i.Allahverdiyev adına Gəmitəmiri Gəmiqayırma zavodu KADRLAR ŞÖBƏSİ” məzmunlu möhür əksi təqdim edilmiş X47 adına verilmiş 008336 nömrəli əmək kitabçasında olan “Gəmi təmiri və Gəmi qayırma İ.B.Allahverdiyev adına Gəmitəmiri Gəmiqayırma zavodu AZ1003, Bakı, Cənub buxtası-3” məzmunlu ştamp və Azərbaycan Dövlət X104 “Gəmi təmiri və Gəmi qayırma” İstehsalat Birliyi İ.Allahverdiyev adına Gəmi təmiri Gəmi qayırma zavodu KADRLAR ŞÖBƏSİ” məzmunlu möhürün sərbəst əks nümunələri ilə eynilik təşkil etmirlər. Tədqiqata təqdim edilmiş X5 adına olan “14.07.2009-cu il tarixli 168 nömrəli pensiya hesablanması üçün əmək haqqı barədə arayış”ın üzərində “Azərbaycan Dövlət X104 “Xəzərdənizgəmitəmiri” istehsalat Birliyi İ.Allahverdiyev adına Gəmitəmiri Gəmiqayırma zavodu 370003 Bakı ş, Gülbala Əliyev 2” Tel: (99 412) 491 11 40; 491 07 45” məzmunlu ştamp əksi təqdim edilmiş X30 adına olan pensiya hesablanması üçün əmək haqqı barədə arayışın üzərində olan “Azərbaycan Dövlət X104 “Xəzərdənizgəmitəmiri” istehsalat Birliyi İ.Allahverdiyev adına Gəmitəmiri Gəmiqayırma zavodu 370003 Bakı ş, Gülbala Əliyev 2” Tel: (99 412) 491 11 40; 491 07 45”məzmunlu ştampın sərbəst əks nümunəsi ilə eynilik təşkil edir. Tədqiqata təqdim edilmiş X5 adına olan “18.11.2013-cü il tarixli akt”ın üzərində “Azərbaycan Dövlət X104 “gəmi təmiri və gəmi qayırma” İstehsalat Birliyi İ.Allahverdiyev adma Gəmi təmiri Gəmi qayırma zavodu” Paketlər üçün” məzmunlu möhür əksi təqdim edilmiş "Əmək şəraiti zərərli olan işlərdə çalışan işçilərin 2013-cü ildə tibbi müayinədən keçmgsi üçün siyahısının” üzərində olan “Azərbaycan Dövlət X104” Gəmi Təmiri və Gəmi Qayırma” İstehsalat Birliyi İ.Allahverdiyev adma Gəmi Təmiri Gəmi Qayırma zavodu Paketlər və arayışlar üçün” məzmunlu möhürün sərbəst əks nümunəsi ilə eynilik təşkil edir. Cinayət işinin materiallarına əlavə edilmiş DSMF tərəfindən təqdim olunmuş pensiya və müavinətlərin reyestri siyahısından görünür ki, X5 adına açılmış "xxxx" ASC-yə məxsus **********277996 nömrəli plastik kart hesabına 01.07.2013-04.10.2019-cu il tarixlərdə 164.256,63 manat pul köçürülmüşdür. Cinayət işinin materiallarına əlavə edilmiş Müqavimət Kələntərova məxsus ******* nömrəli dublikat əmək kitabçasında qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs1 03.01.1996cı il tarixli, K-02 nömrəli əmrlə Gəmi gövdə qaynaq sexində 4-cü dərəcəli əl ilə elektirik qaynaq elektirik qaynaqçı peşəsinə işə qəbul edilmişdir. 07.09.1998-ci il tarixli, 97 K nömrəli əmrlə və 22.08.1998- ci il tarixli, 3 nömrəli protokol ilə Müqavimət Kələntərov ixtisas artırma komissiyasının qərarına əsasən 5-ci dərəcəli əl ilə elektirik qaynaqçısı təyin edilmişdir. Müqavimət Kələntərov 28.12.2008-ci il tarixli, 149 K nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 a bəndinə əsasən (öz xahişi ilə) əmək müqaviləsinə xitam verilmişdir. Lakin “Azərbaycan Dövlət X104” QSC-nin Bibiheybət Gəmi Təmiri Zavodunun əmrlər kitabına keçirilmiş baxış zamanı müəyyən olunmuşdur ki, Müqavimət Kələntərova məxsus ******* nömrəli dublikat əmək kitabçasındakı əmrlər başqa şəxslərə məxsusdur - 03.01.1996-cı il tarixli, K-02 nömrəli əmr 1996-cı ilin (yanvar-dekabr) əmrlər kitabında ümumiyyətlə yoxdur. 1996-cı ilin (yanvar-dekabr) əmrlər kitabında yalnız 05.01.1996-cı il tarixli, K-2 nömrəli əmr mövcuddur, həmin əmrlə üç nəfər işçi, yəni X70, X35, X37 işdən azad olunmuş, üç nəfər işçi, yəni X58, X40 və X55 məzuniyyətdən geri çağırılmış, X89 növbəti əmək məzuniyyətinə buraxılmış, X50 müvəqqəti iş müddəti uzadılmışdır. Qeyd olunan şəxslərin arasında Müqavimət Kələntərovun adı yoxdur. 07.09.1998-ci il tarixli, 97 K nömrəli əmr 1998-ci ilin (iyul-dekabr) əmrlər kitabında yoxdur. Belə ki, 07.09.1998-ci il tarixli əmr 123 nömrəli əmr olmaqla, həmin əmrlə X105 işdən azad olunmuş, X78, X41 növbəti əmək məzuniyyətinə buraxılmış, X16 əvəzçilik üçün məzuniyyət verilmiş, X63, X36 və X81 növbəti məzuniyyətdən geri çağırılmışdır. 97 nömrəli əmr isə 16.07.1998-ci il tarixdə verilməklə, K adı altında olmamış, həmin əmrlə X42 işdən azad olunmuş, X43, X82, X44, X64, X56, X57, X8, X76 növbəti əmək məzuniyyətinə buraxılmış, X65 növbəti məzuniyyət hesabına məzuniyyətə buraxılmış, X27 ödənişsiz məzuniyyətə buraxılmışdır. Göründüyü kimi, 07.09.1998-ci il tarixli 128 nömrəli və 16.07.1998-ci il tarixli, 97 nömrəli əmrlərdə Müqavimət Kələntərovun adı yoxdur. 02.01.1996-cı il və 06.06.1999-cu il tarixli protokollar kitabında 22.08.1998-ci il tarixli, 3 saylı protokol ümumiyyətlə yoxdur. 02.01.1996-cı il və 06.06.1999-cu il tarixli protokollar kitabında yalnız 18.08.1998-ci il tarixli, 16 saylı protokol aşkar edilmiş, Gəmitəmiri Gəmiqayırma zavodunun həmkarlar komitəsinin və müdriyyətin 18.08.1998-ci il tarixli, 16 saylı protokolunda, gündəlikdəki məsələ zavod işçisi Q.Orucovun ərizəsinə baxılması, sex və sahələrdə məişət otaqlarının sanitar vəziyyəti, həmkarlar komitəsi fondundan yardım göstərilməsi olmuş və həmkarlar ittifaqı komitəsinin sədri M.M.Muradov tərəfindən həmin protokol imzalanmışdır. Göründüyü kimi, 18.08.1998-ci il tarixli, 16 saylı protokolda Müqvimət Kələntərovun 5-ci dərəcəli əl ilə elektirik qaynaqçısı təyin edilməsi qeyd edilməmişdir. Müqavimət Kələntərovun öz ərizəsi ilə işdən çıxması ilə bağlı 28.12.2008-ci il tarixli, 149 K nömrəli əmr Kadrlar şöbəsinin 2008-ci il tarixli (yanvar-dekabr ayları) əmrlər kitabında ümumiyyətlə yoxdur. Belə ki, Kadrlar şöbəsinin 2008-ci il tarixli (yanvar- dekabr ayları) əmrlər kitabında 27.09.2008-ci il tarixli, 148 K nömrəli əmrdən sonra 03.10.2008-ci il tarixli, 150 K nömrəli əmr qeyd olunmuşdur. 03.01.1996-cı il tarixli, K-02 nömrəli əmr 1996-cı ilin (yanvardekabr) əmrlər kitabında ümumiyyətlə yoxdur. 1996-cı ilin (yanvar-dekabr) əmrlər kitabında yalnız 05.01.1996-cı il tarixli, K-2 nömrəli əmr mövcuddur, həmin əmrlə üç nəfər işçi, yəni X70, X35, X37 işdən azad olunmuş, üç nəfər işçi, yəni X58, X40 və X55 məzuniyyətdən geri çağırılmış, X89 növbəti əmək məzuniyyətinə buraxılmış, X50 müvəqqəti iş müddəti uzadılmışdır. Qeyd olunan şəxslərin arasında Müqavimət Kələntərovun adı yoxdur. 03.07.1995, K-2 nömrəli əmr 1995-ci ilin (yanvar- dekabr) əmrlər kitabında yoxdur. Belə ki, 03.07.1995-ci il tarixli əmr K-114 nömrəli olmaqla, həmin əmrlə X13, X22 müvəqqəti iş müddətləri uzadılmış, X45, X83, X46 növbəti əmək məzuniyyətinə buraxılmışdır. K-2 nömrəli əmr isə 03.01.1995-ci il tarixdə verilməklə, həmin əmrlə X29, X48, X28, X34 qaçqın kimi iş müddətləri uzadılmış, X12 əmri dəyişdirilmiş, X51, X62, X20 növbəti məzuniyyətdən geri çağırılmışdır. Göründüyü kimi, 03.07.1995-ci il tarixli K-114 nömrəli və 03.01.1995-ci il tarixli K-2 nömrəli əmrlərdə Müqavimət Kələntərovun adı yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş 14.07.2009-cu il tarixli 168 nömrəli saxta arayışdan görünür ki, Müqavimət Kələntərova aylar üzrə əmək haqqı məbləği hesablanmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (10 mart 2017ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliklərə qədər olan redaksiyada) 9.1-ci maddəsinə əsasən, yeraltı işlərdə, yəni əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə, istehsalatların, peşələrin, vəzifələrin və ya göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə çalışan sığorta olunan kişilərə münasibətdə onlar 57 yaşına çatıb azı 25 il sığorta stajına malik olmaqla bu müddətin azı 12 il 6 ayını həmin işlərdə işləməsi ilə əlaqədar əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranır. Cinayət işinin materiallarına əlavə edilmiş 13.07.20 tarixli 164 saylı güzəştli arayışdan görünür ki, X9 guya 03.07.1995-ci ildən (əmr k-02, 03.07.1995) 28.12.2008-ci il tarixədək (əmr 149 k, 28.12.2008-ci il) İ.Allahverdiyev adına G.T.G.Q zavodunda gəmi əl ilə elektrik qaynaqçısı işləyib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993cü il tarixli 320 saylı qərarının XXİ İİ ümumi peşələr paraqrafının 12100000-19906 koduna əsasən bütün göstərilən işlər ağır və zərərli sayılır və bu sahədə işləyən işçilərin güzəştli şərtlərlə təqaüdə çıxmaq hüququ var. Cinayət işinin materiallarına əlavə edilmiş,10.05.2013- cü il tarixli DSMF nin qərarından görünür ki, X7 yaşa görə güzəştli pensiya verilməsi barədə qərar qəbul olunmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş, DSMF-nin Səbail şöbəsinin pensiya təyinatı sektorunun məsləhətçisi Təqsirləndirilən şəxs5 tərtib etdiyi 18.11.2013-cü il tarixli aktdan görünür ki, həqiqətən X9 01.01.2004- 30.12.2005-ci illərdə İ.Allahverdiyev adına Gəmiləri və Gəmi Qayırma zavodunda işləmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş, Müqavimət Kələntərovun DSMF-nin Lənkəran rayon şöbəsinə ünvanlanmış 28.11.2013-cü il tarixli ərizədən görünür ki, o, əvvəllər yaşa görə pensiya ilə əlaqədar şöbəyə müraciət etmiş, ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunmuşdur. Pensiyanın aylıq miqdarı 170 manat hesablanmışdır. Ərizədə onun pensiyasının aylıq miqdarının 2008-ci ildən qüvvədə olan qanuna əsasən 2004-2005-ci illərin əmək haqqından hesablanmasını və həmin dövrdə əmək haqqının yüksək olmasının nəzərə alınmasını xahiş etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş,DSMF-nin Lənkəran şəhər şöbəsinin 29.11.2013-cü il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 ərizəsi şöbədə pensiya təyin edən komissiyada araşdırılmışdır. «Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyaları hesablanarkən onun 01.01.2006- cı ilədək qazandığı əmək stajı 170 manatla müəyyən edilərək təyin edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs1 pensiyasının aylıq miqdarı müəyyən edilərkən 2004- 2005-ci ilin əmək haqqından hesablanması qanuna müvafiq deyildir. Ona məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş 15.01.2014-cü il tarixli arayışdan görünür ki, X5 yaşayış yeri Lənkəran şəhəri, Nizami küçəsi, ev 86 göstərilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Lənkəran rayon məhkəməsinin 06.02.2014-cü il tarixli qətnaməsindən görünür ki, X9 iş stajının müəyyən edilməsi barədə ərizə ilə Lənkəran Rayon Məhkəməsinə müraciət etmişdir. Ərizəçi X9 məhkəmədə ərizədə göstərdiklərini müdafiə edərək izahatında 19 aprel 1965-ci il tarixdə Lənkəran şəhərində anadan olduğunu, 01 yanvar 2004-cü il tarixdən 30 dekabr 2005-ci il tarixədək İ.Allahverdiyev adına Gəmi Təmiri Gəmiqayırma zavodunda işlədiyini, qeyd etdiyi dövrlərdə əmək kitabçası olmadığı üçün işlədiyi illərin heç bir yerdə qeydə alınmadığını, hazırda yaşa görə güzəştli şərtlərlə 170 manat əmək pensiyası aldığını, pensiyası müəyyən edildikdən 01 yanvar 2006-cı il tarixədək topladığı əmək stajının hesablandığını, bu yaxınlarda yenidən ona pensiya təyin olunması üçün müvafiq sənədləri toplayaraq DSMF-nin Lənkəran rayon Şöbəsinə müraciət etdiyini, lakin ərizəsinə rədd cavabı verildiyini, belə ki, o, əmək kitabçasını DSMF-nin Lənkəran rayon Şöbəsinə təqdim edə bilmədiyindən şöbə tərəfindən ona iş stajı faktının məhkəmə tərəfindən müəyyən edildikdən sonra yeni pensiya təyin edilməsinin mümkün olacağının bildirildiyini, bu səbəbdən də məcbur olub məhkəməyə müraciət etdiyini, onun iş satjının məhkəmə tərəfindən təsdiq olunmasının ona pensiya almaq hüququndan istifadə etmək üçün lazım olduğunu bildirərək, ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Dövlət Sosial Müdafiə Fondunun Lənkəran rayon Şöbəsinin nümayəndəsi X80 məhkəmədə izahatında ərizəçinin pensiyaya çıxması üçün DSMF-nin Lənkəran rayon Şöbəsinə müraciət etdiyini, bu məqsədlə də ona əvvəllər həmin kateqoriyadan olan şəxslərə əmək stajını təsdiq edən sənədləri rayon sosial müdafiə mərkəzləri tərəfindən verildiyini, eyni zamanda köhnə qanuna əsasən pensiya təyin etməyin mümkün olduğunu, lakin hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Rsepublikası Qanununa müvafiq olaraq əmək kitabçası olmadan iş stajının müəyyən edilməsinin yalnız məhkəmə qətnaməsi ilə mümükün ola biləcəyinin izah olunduğunu bildirərək, məsələnin həllini məhkəmənin mülahizəsinə buraxdığını göstərmişdir. Lənkəran rayon məhkəməsinin 06.02.2014-cü il tarixli qətnaməsi ilə X5 01.01.2004-30.12.2005-ci il tarixlərdə İ.Allahverdiyev adına Gəmitəmiri gəmiqayırma zavodunda işlədiyi illər iş stajıfaktı kimi təsdiq olunmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədrinin 13.04.2012-ci il tarixli 434 nömrəli əmri ilə təsdiq olunmuş inzibati vəzifələr üzrə vəzifə təlimatına əsasən Təqsirləndirilən şəxs5 Fondun rəhbərliyi və şöbə müdiri tərəfindən verilmiş tapşırıqların vaxtında icrasının təmin edilməsi, etik davranış qaydalarına riayət edilməsi, şöbəyə şifahi, yazılı və ya elektron qaydada müraciət edən vətəndaşların sorğu və müraciətlərinə operativ baxılaraq mövcud pensiya qanunvericiliyinin tələblərinə müvafiq cavablandırılması, Fondun yerli orqanları tərəfindən pensiya təyinatı üçün tələb olunan sənədlərin mövcud qanunvericiliyin tələblərinə müvafiq qaydada qəbul olunmasına, yerində araşdırılmasına və təyinat komissiyasında baxılmasına nəzarət edilməsi, Fondun Audit sektoru ilə birlikdə illik pensiya təyinatı və ödənişinin auditinin aparılması, Avtomatlaşdırılmış pensiya təyinatı xidmətinə müraciət edən və yaşa görə əmək pensiyası hüququ yaranmış sığorta olunanlara avtomatlaşdırılmış qaydada əmək pensiyasının təyin edilməsi, Fondun yerli orqanları tərəfindən əmək pensiyaçılarının elektron məlumat bazasına müvafiq məlumatların dəqiqliklə işlənilməsinə və pensiyaların düzgün ödənilməsinə nəzarət edilməsi və digər səlahiyyətli vəzifəli şəxsdir. Cinayət işinin materiallarına əlavə olunmuş “Azərbaycan Dövlət X104” QSC-nin Bibiheybət Gəmi təmiri Zavodu (“İ.Allahverdiyev” adına Gəmitəmiri-gəmiqayırma zavodu) ilə Təqsirləndirilən şəxs2 arasında bağlanmış 06.03.2004-cü il tarixli müqavilənin surətindən görünür ki, sonuncu Kadrlar şöbəsinin mütəxəssisi vəzifəsinə təyin olunmuşdur. Kadrlar və kadrların hazırlanması şöbəsi haqqında 08.04.2011-ci il tarixli əsasnaməyə əsasən Təqsirləndirilən şəxs2 kadrların ixtisasının yüksəlməsinə hazırlıq planın işlənməsi, kollektivin sosioloji inkişaf planının hazırlanmasında iştirakı, işə qəbul olunanlarla danışıqlar aparılması, sənədləri ilə tanış olunması, işçilərin iş xarakterlərinin öyrənilməsi və lazımi yerdə istifadə olunması üçün təklif hazırlanması, şəxsi heyətin uçotu, indiki və keçmiş zamanlarda əmək fəaliyyəti haqqında arayışlar verilməsi, əmək kitabçalarının doldurulması, pensiya təyini üçün lazımi sənədlərin hazırlanması, sosial müdafiə təşkilatlarına təqdim edilməsi və digər səlahiyyətlərə malik vəzifəli şəxsdir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədrinin 13.04.2012-ci il tarixli 434 nömrəli əmri ilə təsdiq olunmuş inzibati vəzifələr üzrə vəzifə təlimatına əsasən Təqsirləndirilən şəxs3 pensiyaya dair qanunvericilik aktlarının yerinə yetirilməsi sahəsində sektorun işinin təmin edilməsi; qüvvədə olan qanunvericiliyə uyğun olaraq vətəndaşların pensiya təminatı ilə əlaqədar müraciətlərinə baxılması işinin həyata keçirilməsi; pensiyaların təyin olunması və yenidən hesablanması üçün sektorun məsləhətçiləri tərəfindən ərizələrə, zəruri olan digər sənədlərə baxılmasına, pensiyaçıların işlərinin və digər sənədlərinin hazırlanması və saxlanılmasına nəzarətin yerinə yetirilməsi; sektorun məsləhətçiləri tərəfindən vətəndaşların pensiyalarının təyin olunması və yenidən hesablanması üçün zəruri sənədlərin vaxtında qəbul edilməsinə və baxılmasına nəzarətin təmin edilməsi; pensiyaların kütləvi qaydada yenidən hesablanması prosesində zəruri tədbirlərin həyata keçirilməsi; pensiya işlərinin və şəxsi hesabların inventarizasiyasının aparılmasında bilavasitə iştirak etməklə bu sahədə nəzarətin həyata keçirilməsi; pensiya təyinatı aparılmış işlər üzrə ödənişin həyata keçirilməsi üçün həmin işlərin Maliyyə-uçot sektoruna təqdim olunmasının təmin edilməsi; pensiya işləri və şəxsi hesabların üzləşdirilməsində bilavasitə iştirak etməklə bu prosesə nəzarətin həyata keçirilməsi; pensiya təyin edən komissiyanın işində iştirak edilməsi, sənədlərin vaxtında və düzgün rəsmiləşdirilməsi üçün zəruri tədbirlərin həyata keçirilməsi; əhali arasında kütləvi İnformasiya vasitələrindən istifadə edərək pensiya sahəsində qanunvericiliyə dair izahat işinin aparılması; vətəndaşların ərizə, şikayət, təkliflərinə baxılması və onların hərtərəfli təhlil edilərək, əsaslı şikayətlərin aradan qaldırılması üçün təsirli tədbirlərin görülməsi və digər səlahiyyətlərə malik vəzifəli şəxsdir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədrinin 13.04.2012-ci il tarixli 434 nömrəli əmri ilə təsdiq olunmuş inzibati vəzifələr üzrə vəzifə təlimatına əsasən Qiyas Babayev təhkim olunduğu kontingent üzrə pensiyaya dair qanunvericilik aktlarının düzgün tətbiqinin təmin edilməsi; qüvvədə olan qanunvericiliyə uyğun olaraq vətəndaşların pensiya təminatı ilə əlaqədar müraciətlərinə baxılması işinin həyata keçirilməsi; pensiyaların təyin olunması və yenidən hesablanması üçün ərizələrə, zəruri olan digər sənədlərə baxılmasını, pensiyaçıların işlərinin və diger sənədlərin hazırlanması və saxlanılmasının həyata keçirilməsi; vətəndaşların pensiyalarının təyin olunması və yenidən hesablanması üçün zəruri sənədlərin vaxtında qəbul edilməsinin və baxılmasının təmin edilməsi; pensiyaların kütləvi qaydada yenidən hesablanması prosesində zəruri tədbirlərin heyata keçirilməsi; pensiya işlərinin və şəxsi hesabların inventarizasiyasının aparılmasında iştirak etməklə zəruri tədbirlərin yerinə yetirilməsi; pensiya təyinatı aparılmış işlər üzrə ödənişin həyata keçirilməsi üçün həmin işlərin Maliyyə-uçot sektorunun aidiyyəti işçilərinə təqdim edilməsi; xidmət etdiyi sahə üzrə pensiya işlərinin şəxsi hesablarla üzləşdirilməsində iştirak edilməsi; təhkim olunduğu sahə üzrə pensiyaçıların sayı və pensiya məbləği barədə məlumatların tərtib edilməsi; müraciət edən vətəndaşlarla pensiya sahəsində qanunvericiliyə, pensiyaçıların hüquq və imtiyazlarına dair izahat işinin aparılması; vətəndaşların ərizə, şikayət, təkliflərinə baxılması və onların hərtərəfli təhlil edilərək, əsaslı şikayətlərin aradan qaldırılması üçün təsirli tədbirlərin görülməsi və digər səlahiyyətlərə malik vəzifəli şəxsdir. Cinayət işinin materiallarına əlavə edilmiş Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Lənkəran şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 27.11.2020-ci il tarixli məktubundan görünür ki, X5 Lənkəran şəhərində yaşaması barədə heç bir hüquq müəyyənedici sənəd aşkar olunmamışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamələrin surətlərindən görünür ki, təqsirləndirilən şəxslər X9, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, X80 və Təqsirləndirilən şəxs5 əvvəllər məhkumluqları olmamışdır. Məhkəmə iclasında və ibtidai istintaq zamanı ifadə verən təqsirləndirilən şəxslər Müqavimət Kələntərov, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Qiyas Babayev və Təqsirləndirilən şəxs5 özlərini təqsirli bilməsələr də, məhkəmə hesab edir ki, onların təqsirli olmaları şahid ifadələri ilə yanaşı, məhkəmə iclasında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Belə ki, cinayət işinin materiallarında olan “təqsirləndirilən şəxsin dindirilməsi haqqında” 19 fevral 2021-ci il tarixli protokoldan görünür ki, təqsirləndirilən şəxs Müqavimət Kələntərov ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə dindirilərkən ona Azərbaycan Respublikası CM- in 178.3.2, 32.4, 308.2, 32.4, 313 və 320.2-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 1973-cü ilin sonlarında Lənkəran şəhərində yerləşən Maşın-traktor təmiri stansiyasında çilingər kimi işə qəbul edilmişdir. 1974-1975-ci illərdə hərbi xidmətdə olmuşdur, hərbi xidmətdən gəldikdən sonra 1995-ci ilə qədər Maşın-traktor təmiri stansiyasında çilingər, qaynaqçı işləmişdir. 1995-ci ildən sonra işləmək üçün Bakı şəhərinə getmişdir. Həmin vaxtdan halhazıra qədər Bakı şəhərində yaşayır. Təxminən 2003-cü ildən Bakı şəhəri, 2-ci ünvan 6 ünvanına qeydiyyata düşmüşdür. O, 1996-cı ilin yanvar ayından 2008-ci ilin sonlarına qədər “Gəmi təmiri zavodun”da qayanqçı işləmişdir. Həmin zavodun müdirinin və digər şəxslərinin adını unutmuşdur. O, hazırkı pul vahidi ilə təxminən 500-600 manat əmək haqqı almışdır. O, əmək kitabçasını itirmişdir. Əvvəllər işlədiyi Maşın-traktor təmiri stansiyasına müraciət edərək əmək kitabçasının dublikatını almışdır. Güzəştli şərtlərlə pensiya almaq üçün təxminən 2013-cü ildə indiki Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Lənkəran rayon şöbəsinə müraciət etmişdir. O, şöbəyə yaşayış yerindən arayış, əmək kitabçasının dublikatını, hərbi biletini təqdim etmişdir. Şöbədən ona məlumat verilmişdir ki, güzəştli pensiya təyin edilməsi ilə bağlı məhkəməyə müraciət etməlidir. Bundan sonra o, Lənkəran məhkəməsinə müraciət etmişdir. Nəticədə, məhkəmə ona pensiya təyin edilməsi ilə bağlı qərar qəbul etmişdir. 2014-cü ildə Lənkəran şöbəsində ona yaşa görə güzəştli şərtlərlə pensiya təyin edilmişdir. O, adına olan pensiya kartını təyinatdan təxminən iki ay sonra almışdır. O, pensiya kartını alanda içərisində təxminən 8000 manat pul olmuşdur. Həmin pulu "xxxx" ASC-in Lənkəran şöbəsindən almışdır və bundan sonra hər ay aylıq pensiyasını almışdır. Sonuncu dəfə pensiyanı 2019-cu ilin sentyabr ayında almışdır və həmin aydan sonra pensiyası kəsilmişdir. O, İ.Allahverdiyev adına Gəmitəmiri Gəmiqayırma zavodunda işləmişdir, heçbir sənədi saxtalaşdırmamışdır. Heç-bir cinayət törətməmişdir. Ona məxsus ******* nömrəli dublikat əmək kitabçasında 03.01.1996-cı il tarixli, K-02 nömrəli əmrlə Gəmi gövdə qaynaq sexində 4-cü dərəcəli əl ilə elektirik qaynaqçı peşəsinə işə qəbul edildiyi qeyd edilmişdir. 13.07.2009-cu il tarixli, 164 nömrəli güzəştli arayışda 03.07.1995-ci ildən (ƏMR K- 02,03.07.1995) 28.12.2008-ci ilə qədər (Əmr 49k 28.12,2008) İ.Allahverdiyev adına G.T.G.Q zavodunda gəmi əl ilə elektirik qaynaqçısı işlədiyi qeyd edilmişdir. 03.07.1995, K- 2 nömrəli əmrin 1995-ci ilin (yanvar- dekabr) əmrlər kitabında olmamasının səbəbini bilmir. 03.07.1995-ci il tarixli K- 114 nömrəli əmrlə X13, X28 müvəqqəti iş müddətlərinin uzadılması, X23, X60, X24 növbəti əmək məzuniyyətinə buraxılmaları, K-2 nömrəli 03.01.1995-ci il tarixli əmrlə X29, X59, X28, X34 qaçqın kimi iş müddətlərinin uzadılması və digər şəxslərin arasında adının olmaması səbəbini bilmir. Ümumiyyətlə ******* nömrəli dublikat əmək kitabçasında yazılmış əmrlərin əvvəllər başqa şəxslərin adlarına yazılması barədə məlumatı yoxdur. 18.11.2013-cü il tarixli akt ona təqdim olunmuşdur, həmin aktdan görünür ki, Dövlət Sosial Müdafiə Fondunun Səbail rayon şöbəsinin pensiya təyinatı sektorunun məsləhətçisi Təqsirləndirilən şəxs5 və Allahverdiyev adına Gəmi Təmiri Gəmi qayırma zavodunun Kadrlar şöbəsinin müdiri Şahid4 iştirakı ilə tərtib edilmişdir. Akta əsasən 2004-2005-ci illər üzrə iş stajının düzgünlüyü yerində yoxlanılmış, həqiqətən də 01.01.2004-30.12.2005-ci illərdə Allahverdiyev adına Gəmi Təmiri Gəmi qayırma zavodunda çalışdığı qeyd edilmişdir. 2004-2005-ci illərin əmrlər kitabında adının aşkar edilməməsi səbəbini bilmir. Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs2, Şahid2 tanımır. O, pensiya almaq üçün sənədlərini toplayaraq DSMF-nin Lənkəran rayon şöbəsinə təqdim etmişdir. Pensiya ilə bağlı DSMF-nin Lənkəran rayon şöbəsinə ünvanlandığı 10.05.2013cü il tarixli ərizədə ad soyad qarşısındakı imza ona məxsusdur. Cinayət işinin materiallarında olan “təqsirləndirilən şəxsin dindirilməsi haqqında” 23 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə ifadə verərkən ona Azərbaycan Respublikası CM-in 32.5, 178.3.2, 308.2 və 313- cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 1991 -ci ilin iyun ayında D.Bünyadzadə adına gəmi təmiri zavodunun idarəetməsi inspektoru kimi işə qəbul edilmişdir. Təxminən 1993-cü ildə həmin zavodun mühasibatlıq şöbəsinə mühasib vəzifəsinə təyin edilmişdir. 1993-cü ildə D.Bünyatzadə adına Gəmi Təmiri Gəmi Qayırma zavodu “İ.Allahverdiyev” adına Gəmitəmiri-gəmiqayırma zavodu adlandırılmışdır. 1994- cü ildə “İ.Allahverdiyev” adına Gəmitəmiri-gəmiqayırma zavodunun Kadrlar şöbəsinə müfəttiş vəzifəsinə təyin edilmişdir. “Vano Sturu” adına Gəmitəmiri gəmiqayırma zavodu isə 1996-cı ildə «İ.Allahverdiyev» adına Gəmitəmiri- gəmiqayırma zavoduna birləşdirilmişdir. Təxminən 2001-ci ildən həmin şöbədə vəzifəsinin adı dəyişərək Kadrlar şöbəsinin mütəxəssisi adlandırılmışdır. 2014- cü ilin yanvar ayına kimi qeyd etdiyi zavodun Kadrlar şöbəsində mütəxəssis vəzifəsində işləmişdir. X6 ümumiyyətlə tanımamışdır, onunla heç bir iş və dostluq münasibəti olmamışdır. X9 adında şəxs İ.Allahverdiyev adına Gəmitəmiri Gəmiqayırma zavodunda işləməmişdir. X7 məxsus ******* nömrəli dublikat əmək kitabçasının son iki səhifəsindəki yazılar ona məxsusdur. X7 məxsus ******* nömrəli dublikat əmək kitabçasının son səhifəsində “D.Əliyev” yazısının qarşısında olan imza ona məxsusdur. 13.07.2009-cu il tarixli, 164 nömrəli güzəştli arayışda “Təqsirləndirilən şəxs2” yazısının qarşısındakı imza ona məxsusdur. 13.07.2009-cu il tarixli, 164 nömrəli güzəştli arayışdakı məlumatların kompüterdə kim tərəfindən yazılmasını bilmir. Arayışın yuxarı hissəsində yazılmış rəqəmlər onun tərəfindən yazılmayıb, onun xətti deyildir. ******* nömrəli dublikat əmək kitabçasının son iki səhifəsində olan yazılar ona məxsusdur, lakin həmin məlumatları nəyə əsaslanıb və haradan yazdığını xatırlamır. ******* nömrəli dublikat əmək kitabçasına “Xəzərdənizgəmitəmiri” İ.B.Aliahverdiyev adına Gəmitəmiri Gəmiqayırma zavodu, 370003, Bakı ş, Gülbala Əliyev 2” yazısı əks olunmuş düzbucaq formalı ştamp və “Təqsirləndirilən şəxs2” yazısı qarşısındakı imzanın üzərindən “Azərbaycan Dövlət X104 “Xəzərdənizgəmitəmiri” İstehsalat Birliyinin (.Allahverdiyev adma Gəmitəmiri Gəmiqayırma zavodu. Kadrlar şöbəsi” yazısı əks olunmuş dairəvi möhür həmin zavoda məxsusudur. O, möhür vurmağa səlahiyyəti olduğunu düşünmüşdür, çünki onun işlədiyi dövrdə bu cür praktika olmuşdur. Müqavimət Kələntərovu tanımır və belə bir adam müraciət etməmişdir. Kimsə həmin sənədləri ona təqdim edib, amma xatırlamır. Amma dəqiq bilir ki, Müqavimət adlı şəxslə ünsiyyətdə olmamışdır. X5 əvvəllər həmin zavodda işləməsini heç bir sənədə əsaslanmamışdır. Əslində arxiv şöbəsinə müraciət etməli idi və müəyyən etməli idi ki, belə bir adam zavodda işləyir ya yox. Lakin yoxlamamışdır. Yəqin kimsə xahiş edib o, da həmin əmək kitabçasını yazıb möhürləmişdir. Amma kimin xahiş etdiyini xatırlamır. O, cinayət törətməmişdir. Seymuru tanımır. Nə Seymurla nə də başqa şəxsə əlbir olub hər hansısa cinayət törətməmişdir. Müqavimətə də dələduzluqda kömək etməmişdir. Müqavimətin dələduzluq edib-etməməsini də bilmir. Cinayət işinin materiallarında olan “təqsirləndirilən şəxsin dindirilməsi haqqında” 22 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs5 ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə ifadə verərkən ona Azərbaycan Respublikası CM-in 308.2 və 313-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2012-2017-ci illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Səbail şöbəsinin, 2017-2019-cu illərdə Nərimanov şöbəsinin, 2019-2020-ci illərdə Abşeron şöbəsinin Pensiya sektorunda məsləhətçi işləmişdir. Hal-hazırda DSMF-nin Daxili Nəzarət Departamentində böyük mütəxəssis vəzifəsində işləyir. Ona vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı maddələri ilə ittiham elan olunmuşdur. İttihamda adları qeyd olunan şəxsləri X10, Təqsirləndirilən şəxs2 və DSMF-nin Lənkəran rayon şöbəsinin əməkdaşlarını tanımır. O, cinayət törətməmişdir. DSMF-nin Lənkəran şöbəsindən daxil olan sorğuya əsasən «Azərbaycan Dövlət X104» QSC-nin Bibiheybət Gəmi təmiri Zavoduna getmişdir və X5 həmin zavodda işləyib-işləməməsini yoxlamışdır. O, zavodun mütəxəssisi Təqsirləndirilən şəxs2 əvvəllər tanımamışdır, ona əməkhaqqı cədvəlini göstərərkən tanımışdır və adının Dilarə olduğunu bilmişdir. Müqavimət Kələntərovu da tanımır. Ümumiyyətlə zavoddan heç kim ilə şəxsi münasibəti olmamışdır. O, 18.11.2013-cü il tarixli aktda aktın «İ.Allahverdiyev adına Gəmi Təmiri Gəmi Qayırma» zavodunun sabiq Kadrlar şöbəsinin rəisi Şahid4 iştirakı ilə tərtib edildiyini göstərmişdir. Təqsirləndirilən şəxs2 əməkhaqqı cədvəlini ona təqdim etmişdir, daha sonra aktı tərtib etmişdir, subardinasiya qaydalarına uyğun olaraq Şahid4 adını qeyd etmişdir. Aktı imza və təsdiq üçün Təqsirləndirilən şəxs2 vermişdir, Dilarə xanım da aktı imzaladıb gətirib ona təqdim etmişdir. Həmin aktda Kənanın imzasının saxtalaşdırılması səbəbi ona aydın deyildir. O, Şahid4 iştirakı olmadan həmin aktı tərtib etmişdir. Həmin şəxs də özünü ona kadrlar şöbəsinin rəisi kimi təqdim etmişdir, vəzifəsini təsdiq edən hər- hansı sənəd təqdim edib-etməməsini xatırlamır. Kənanı görsə tanımaz, amma yadındadır ki, həmin şəxs təxminən 31-32 yaşlarında, orta boylu, qara saçlı, orta bədən quruluşlu bir nəfər idi. Heç kimdən əmr kitablarını tələb etməmişdir və heç kim ona əmr kitablarını təqdim etməmişdir, aktda qeyd etdiyi söz, yəni «yoxlama əmr kitablarına əsasən aparılmışdır» formal olaraq qeyd edilmişdir. Əmr kitablarına baxmamışdır. Ona Təqsirləndirilən şəxs2 2004-2005-ci il tarixli əməkhaqqı cədvəlini təqdim etmişdir və o da həmin cədvələ əsasən Müqavimət Kələntərovun sorğuda göstərilən 2004-2005-ci illərdə həmin zavodda işləməsini sübut kimi götürərək aktda qeyd etmişdir. Lakin əməkhaqqı cədvəlini o, götürməmişdir, baxıb qaytarmışdır. O, özünü təqsirli bilmir, cinayət törətməmişdir. DSMF-nin Lənkəran şöbəsindən gələn sorğuya cavab verməklə mükəlləf olmuşdur. Heç-bir maddi və mənəvi təzyiq altında qalmamışdır. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs X9 ibtidai istintaq dövründə və məhkəmə iclasında verdiyi ifadələrində aldatma yolu ilə özgə əmlakını vahid niyyətlə külli miqdarda ziyan vurmaqla ələ keçirərək dələduzluq etməsi, vəzifəli şəxsləri xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə hüquqi şəxsin hüquqlarına və qanuni mənafelərinə, dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vahid niyyətlə vəzifə səlahiyyətlərindən suiistifadə etməyə təhrik etməsi, vəzifəli şəxsləri rəsmi sənədlərin məzmununa tamah və şəxsi niyyətlə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətməyə təhrik etməsi, saxta sənədlərdən bilə-bilə vahid niyyətlə istifadə etməsi, mülki iş üzrə işdə iştirak edən şəxs kimi sübutları saxtalaşdırması ilə bağlı ittihamlarda özünü təqsirli bilməmiş və özünü müdafiə üçün dəlillər gətirmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X5 həmin ifadələri özünümüdafiə xarakterli olmaqla ağır ittihamdan yayınmaq məqsədi daşıyır və onun təqsirliliyi iş materiallarında olan mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq edilmişdir. Bununla belə, ibtidai istintaq orqanı tərəfindən X7 irəli sürülmüş ittihamın Təqsirləndirilən şəxs5 hüquqi şəxsin hüquqlarına və qanuni mənafelərinə, dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlayiyyətlərindən sui-istifadəyə və rəsmi sənədlərin məzmununa tamah və şəxsi niyyətlə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı törətməyə təhrik etməsi hissəsi məhkəmə baxışında tədqiq edilmiş sübutlarla təsdiq edilmədiyinə görə ittihamın həmin hissəsi X7 irəli sürülmüş ittihamdan xaric edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 ibtidai istintaq dövründə və məhkəmə iclasında verdiyi ifadələrində ona elan edilmiş ittihamla özünü təqsirli bilməməsi, aldatma yolu ilə özgə əmlakını vahid niyyətlə külli miqdarda ziyan vuraraq ələ keçirilməklə dələduzluq cinayətinin törətməsində köməkçi kimi iştirak etməməsi, dövlətin qanunla qorunan mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui- istifadə etməməsi, Müqavimət Kələntərovun təhriki ilə vəzifəli şəxs qismində rəsmi sənədin məzmununa bilə-bilə yalan məlumatlar daxil edilməklə vəzifə saxtakarlığı törətməməsi barədə ifadələri özünümüdafiə xarakterli olmaqla ağır ittihamdan yayınmaq məqsədi daşıyır və onun təqsirliliyi iş materiallarında olan mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq edilmişdir. Bununla belə, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 Nuridinovnaya irəli sürülmüş Müqavimət Kələntərovun təhriki ilə vəzifəli şəxs qismində rəsmi sənədin məzmununa Təqsirləndirilən şəxs5 ilə bir qrup şəxs qismində bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətməsi ilə bağlı ittihamın həmin əməli Təqsirləndirilən şəxs5lə bir qrup şəxs qismində törətməsi hissəsi məhkəmə baxışında tədqiq edilmiş sübutlarla təsdiq edilmədiyinə görə ittihamın Təqsirləndirilən şəxs5lə bir qrup şəxs qismində hissəsi Təqsirləndirilən şəxs2 Nuridinovnaya verilmiş ittihamdan xaric edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 ibtidai istintaq dövründə və məhkəmə iclasında verdiyi ifadələrində ona elan edilmiş ittihamla özünü təqsirli bilməməsi, aldatma yolu ilə özgə əmlakını vahid niyyətlə külli miqdarda ziyan vuraraq ələ keçirilməklə dələduzluq cinayətinin törətməsində köməkçi kimi iştirak etməməsi, dövlətin qanunla qorunan mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui- istifadə etməməsi, Müqavimət Kələntərovun təhriki ilə vəzifəli şəxs qismində rəsmi sənədin məzmununa bilə-bilə yalan məlumatlar daxil edilməklə vəzifə saxtakarlığı törətməməsi barədə ifadələri özünümüdafiə xarakterli olmaqla ağır ittihamdan yayınmaq məqsədi daşıyır və onun ittiham oldunduğu əməllərdə təqsirliliyi iş materiallarında olan mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq edilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X52 ibtidai istintaq dövründə və məhkəmə iclasında verdiyi ifadələrində ona elan edilmiş ittihamla özünü təqsirli bilməməsi, aldatma yolu ilə özgə əmlakını vahid niyyətlə külli miqdarda ziyan vuraraq ələ keçirilməklə dələduzluq cinayətinin törətməsində köməkçi kimi iştirak etməməsi, dövlətin qanunla qorunan mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui- istifadə etməməsi, Müqavimət Kələntərovun təhriki ilə vəzifəli şəxs qismində rəsmi sənədin məzmununa bilə-bilə yalan məlumatlar daxil edilməklə vəzifə saxtakarlığı törətməməsi barədə ifadələri özünümüdafiə xarakterli olmaqla ağır ittihamdan yayınmaq məqsədi daşıyır və onun ittiham oldunduğu əməllərdə təqsirliliyi iş materiallarında olan mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs5 irəli sürülümş ittihamla bağlı aşağıdakıları qeyd edir. İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihama əsasən Təqsirləndirilən şəxs5 vəzifəli şəxs qismində qeyrisinin təhriki ilə xidməti vəzifələrinin icrası ilə əlaqədar üçüncü şəxs üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd istifadə etməklə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş və vəzifəli şəxs qismində qeyrisi ilə bir qrup şəxs halında rəsmi sənədin məzmununa qeyrisinin təhriki ilə şəxsi niyyətlə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törərmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs5 oğunun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurması və vəzifə saxtakarlığı törətməsini təsdiq edən sübutlar nə ibtidai istintaq zamanı, nə də məhkəmə istintaqı zamanı müəyyən olunmamışdır. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs5 vəzifə səlahiyyətlərindən sui-istifadə edərək dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurması və bir qrup şəxs qismində rəsmi sənədin məzmununa bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətməsini israr edərkən, bunu təsdiq edə bilən, elan edilmiş ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün zəruri olan sübutları təqdim etməmişdir. Belə ki, istər ibtidai istintaq zamanı, istərsə də məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər Müqavimət Kələntərov, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Qiyas Babayev ifadələrində Təqsirləndirilən şəxs5 tanımadıqlarını bildirmiş, həmçinin Təqsirləndirilən şəxs5 məhkəmədə və ibtidai istintaq zamanı verdiyi ifadələrində təqsirləndirilən şəxslər Müqavimət Kələntərovu, Təqsirləndirilən şəxs2, Qiyas Babayevi və Təqsirləndirilən şəxs3 tanımadığını və vəzifə səlahiyyətlərindən sui-istifadə edərək onların hər hansı biriylə cinayət əlaqəsinə girmədiyini bildirmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs5 oğunun həmin ifadələri nə ibtidai istintaq zamanı, nə də məhkəmə baxışında ittiham tərəfinin təqdim etdiyi sübutlarla təkzib edilməmişdir. Bu səbəbdən də məhkəmə Təqsirləndirilən şəxs5 əməlinin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurma və bir qrup şəxs qismində rəsmi sənədin məzmununa bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı kimi qiymətləndirilməsi üçün hüquqi əsasın olmadığı qənaətinə gəlir. Belə ki, məhkəmə baxışı zamanı iş üzrə toplanmış sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs5 2012-ci ildən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Səbail şöbəsinin Pensiya sektorunda məsləhətçi vəzifəsində işləyərkən vəzifə təlimatına əsasən Fondun rəhbərliyi və şöbə müdiri tərəfindən verilmiş tapşırıqların vaxtında icrasının təmin edilməsi, Fondun yerli orqanları tərəfindən pensiya təyinatı üçün tələb olunan sənədlərin mövcud qanunvericiliyin tələblərinə müvafiq qaydada qəbul olunmasına, yerində araşdırılmasına nəzarət edilməsi və digər səlahiyyətlərə malik inzibati-təsərrüfat funksiyalarını həyata keçirən vəzifəli şəxs qismində Bakı şəhər sakini X5 19.04.2008-ci il tarixdən təyin edilmiş pensiyanın aylıq məbləğinin həmin dövrdə qüvvədə olan qanunvericiliyin şərtlərinə uyğun olaraq 2004- 2005-ci illərin əmək haqlarına münasib hesablanmasından ötrü 01.01.2004-cü il tarixdən 30.12.2005-ci il tarixədək olan müddətdə «Azərbaycan Dövlət X104» QSC-nin Bibiheybət Gəmi təmiri Zavodunda (“İ. Allahverdiyev” adına Gəmitəmiri-gəmiqayırma zavodunda) işləyib-işləməməsinin müəyyən edilməsi ilə əlaqədar Dövlət Sosial Müdafiə Fondunun Lənkəran rayon şöbəsinin 15 noyabr 2013-cü il tarixli sorğusunun icrası ilə əlaqədar 18 noyabr 2013-cü il tarixdə Bakı şəhəri, Cənub buxtası ünvanında yerləşən həmin zavoda getmiş və X5 həmin zavodda işləyib-işləməməsi ilə maraqlanmışdır. Daha sonra «Azərbaycan Dövlət X104» QSC-nin Bibiheybət Gəmi təmiri Zavodunun (“İ.Allahverdiyev” adına Gəmitəmiri-gəmiqayırma zavodu) Kadrlar şöbəsinin mütəxəssisi vəzifəsində işləyən Təqsirləndirilən şəxs2 ilə görüşüb sonuncunun ona verdiyi məlumatla kifayətlənmiş, işə vicdansız və laqeyd münasibəti nəticəsində öz xidməti vəzifələrini lazımı qaydada yerinə yetirməyərək “Azərbaycan Dövlət X104” Qapalı Səhmdar Cəmiyyəti “Bibiheybət” Gəmi Təmiri Zavodunun (İ.Allahverdiyev adına gəmitəmiri zavodu) 1995-2008-ci illər üzrə əmrlər kitablarına, əmək haqqı cədvəllərinin əks olunduğu kitablara və protokol kitablarına baxış keçirməli olduğu halda, bunları etməmiş və lazımi diqqət və ehtiyatlılıq göstərərək Müqavimət Kələntərovun həmin zavodda ümumiyyətlə işləməməsini, qeyd edilənlərin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməmiş və X5 01.01.2004-30.12.2005-ci illərdə İ.Allahverdiyev adına Gəmi Təmiri Gəmiqayırma zavodunda işlədiyi barədə 18.11.2013-cü il tarixli akt tərtib edilmişdir. Həmin akt Təqsirləndirilən şəxs2 tərəfindən möhürlə təsdiq edildikdən sonra həmin akt Təqsirləndirilən şəxs5 işlədiyi şöbə üzrə 18 noyabr 2013-cü il tarixli 17/0497 tarixli məktubla DSMF-nin Lənkəran rayon şöbəsinə göndərilmişdir. Daha sonra Müqavimət Kələntərov tərəfindən 28.11.2013-cü il tarixdə qeyd edilən saxta akt və digər saxta rəsmi sənədlərdən istifadə edilərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Lənkəran rayon şöbəsinə, 2014-cü ilin yanvar ayında isə Lənkəran rayon məhkəməsinə müraciət edilib pensiya hüququnun yarandığı 19.04.2008-ci il tarixdən təyin olunmuş əmək pensiyasının aylıq məbləğinin həmin dövrdə qüvvədə olmuş qanunvericiliyin şərtlərinə uyğun olaraq 2004-2005-ci illərin əmək haqqına əsasən hesablanması xahişinə əsasən 01.01.2004-cü il tarixdən 30.12.2005-ci il tarixədək İ.Allahverdiyev adına Gəmi Təmiri Gəmiqayırma zavodunda işlədiyi illərin iş stajı faktı kimi müəyyən edilməsi barədə həmin Məhkəmənin 06.02.2014-cü il tarixli qətnaməsi çıxarılmışdır. Həmin qətnamənin DSMF-nin Lənkəran rayon şöbəsinə icra üçün təqdim edilməsindən sonra onun barəsində təyin edilmiş həmin pensiya 19.04.2008-ci il tarixdən yenidən hesablanmış, 2013-cü ilin dekabr ayında pensiyanın aylıq məbləği 890 manata çatdırılmışdır. 01.12.2013-cü ilədək olan dövr üzrə 54.172 manat, 2014-cü ilin may ayında yenidən hesablanmaqla yaranmış 13.278,61 manat fərq məbləği 02.12.2013-cü il və 12.05.2015-ci il tarixlərdə "xxxx" ASC-də olan plastik kart hesabına köçürülmüş, aylıq pensiya məbləği təyin olunduğu tarixdən əmək pensiyalarının baza hissəsinin artırılmasına və sığorta hissəsinin indeksləşdirməsinə dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərman və Sərəncamına uyğun olaraq artırılmaqla 01.01.2019-cu il tarixdən 1.526,29 manata çatdırılmışdır. Nəticədə qeyd edilən plastik kart hesabına ümumilikdə köçürülmüş cəmi 164.256,63 manat məbləğində pul vəsaitini həmin müddət ərzində Respublikanın müxtəlif rayonları və Bakı şəhərində olan bankomatlar vasitəsilə Müqavimət Kələntərov tərəfindən həmin hesabdan çıxarılıb şəxsi ehtiyaclarına sərf edilmiş və dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmuşdur. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 145-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Göstərilənləri nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs5 qarşı irəli sürülmüş vəzifə səlahiyyətlərindən sui-istifadə edərək dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurması və qeyrisinin təkriki ilə bir qrup şəxs qismində rəsmi sənədin məzmununa bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətməsi ilə bağlı ittihamın sübuta yetirilmədiyi qənaətinə gəlir və hesab edr ki, onun əməli səhlənkarlıq, yəni işə vicdansız və laqeyd münasibəti nəticəsində öz xidməti vəzifələrini lazımı qaydada yerinə yetirməməklə dövlətin qanunla qorunan mənafelərinə ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olan zərər vurulma kimi qiymətləndirilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2 və 313-cü maddələrindən həmin Məcəllənin 314.2-ci maddəsinə tövsif edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verib belə nəticəyə gəlir ki, X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 294.3, 32.4, 308.2, 32.4, 313 və 320.2-ci maddələrində, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və X52 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 178.3.2, 308.2 və 313-cü maddələrində və Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətmələri və onların həmin əməlləri törətməkdə təqsirli olmaları tam sübuta yetirilmişdir. X9, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, X80 və Təqsirləndirilən şəxs5 qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidirlər, onların əməllərinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X5 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 313 və 320.2 -ci maddələri ilə, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və X52 təqsirli bilindikləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar vardır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə Cinayət Məcəlləsinin 313 və 320.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçdiyi qənaətinə gəlir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 313 və 320.2-ci maddələrində, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və X80 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli və cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən Müqavimət Kələntərova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 313 və 320.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Qiyas Babayevə isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə cəza təyin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun, 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının, 4-cü bəndinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər. Belə halların cəzanın yüngülləşdirici hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Məhkəmə Müqavimət Kələntərovun ilk dəfə cinayət məsuliyətinə cəlb olunmasını onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmədə Müqavimət Kələntərovun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 ilk dəfə cinayət məsuliyətinə cəlb olunmasını, qadın olmasını, təqaüdçü olmasını və 68 yaşının olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs3 ilk dəfə cinayət məsuliyətinə cəlb olunmasını onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşıran hal müəyyən edilməmişdir. Məhkəmə Qiyas İbrahimovun ilk dəfə cinayət məsuliyətinə cəlb olunmasını onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmədə Qiyas İbrahimovun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs5 ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını və himayəsində iki azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrumetmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və X68 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 178.3.2-ci maddəsi və Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini nəzərə alıb barələrində müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrumetmə cəza növünün əlavə cəza kimi təyin olunmasını məqsədə müvafiq hesab edir. Məhkəmə təqsirləndirilən şəxs X7 təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halı, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 294.3, 32.4, 308.2-ci maddələri ilə təqsirli bilinərək, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 294.3-cü maddəsi ilə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 308.2-ci maddəsi ilə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş əsas və əlavə cəzaları ayrı-ayrılıqda qismən toplamaq, əlavə cəzanı isə əsas cəzaya birləşdirmək yolu ilə X7 qəti olaraq dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və həmin cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə icraatın aparılması zamanı həbsdə saxlama müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, X5 cəzaçəkmə müddətinin əvvəli 19 fevral 2021-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs3 təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halı, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 178.3.2 və 308.2-ci maddələri ilə təqsirli bilinərək, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 178.3.2-ci maddəsi ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş əsas və əlavə cəzaları ayrı-ayrılıqda qismən toplamaq, əlavə cəzanı isə əsas cəzaya birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs3 qəti olaraq dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs3 təyin ediləcək cəzanın əvvəli 20 may 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməli, barəsində həbs qətimkan tədbiri seçilməli və məhkəmə iclas zalında həbsə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə təqsirləndirilən şəxs X68 təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halı, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs X80 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 178.3.2 və 308.2-ci maddələri ilə təqsirli bilinərək, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 178.3.2-ci maddəsi ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş əsas və əlavə cəzaları ayrı-ayrılıqda qismən toplamaq, əlavə cəzanı isə əsas cəzaya birləşdirmək yolu ilə X68 qəti olaraq dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Qiyas Babayevə təyin ediləcək cəzanın əvvəli 20 may 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməli, barəsində həbs qətimkan tədbiri seçilməli və məhkəmə iclas zalında həbsə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Təqsirləndirilən şəxs5 təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2ci maddəsi tətbiq edilməklə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, həmin cəzanın icrası ilə əlaqədar onun üzərinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələr qoyulmalı, həmin vəzifələrin icrası Təqsirləndirilən şəxs5 yaşayış yeri üzrə Sumqayıt şəhəri üzrə İcra və Probasiya İdarəsinə həvalə edilməli, azadlığın məhdudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs5 cəzanı icra edən orqanda qeydiyyata alınacağı vaxtdan hesablanmalı, təyin edilmiş müəyyən müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum etmə cəzasının əvvəli hökmün qanuni qüvvəyə mindiyi andan hesablanmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 178.3.2 və 308.2-ci maddələri ilə təqsirli bilinərək, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 178.3.2-ci maddəsi ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş əsas və əlavə cəzaları ayrı-ayrılıqda qismən toplamaq, əlavə cəzanı isə əsas cəzaya birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs2 qızına qəti olaraq dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci tarixli, 2668 nömrəli Sərəncamının 8-ci bəndində ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunması, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi təsbit olunmuşdur. Həmin sərəncamın 13.3-cü bəndində göstərilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalıdır. Həmin sərəncamın 13.4-cü bəndinə əsasən, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən, cəza təyin edən məhkəmə, şəxsin cəza çəkmədən islah olunmasını mümkün hesab edərsə, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə Təqsirləndirilən şəxs2 şəxsiyyətini, qadın olmasını və hazırda 68 yaşında olmasını nəzərə alıb, Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını, ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsini mümkün hesab edir. Belə ki, qüvvədə olan cinayət qanunvericiliyinin mövqeyinə görə, cəza cinayətə görə sitəm kimi deyil, sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilməlidir. Burada sosial ədalətin bərpası cinayətlə pozulan şəxsi, ictimai və dövlət mənafeyinin bərpasını nəzərdə tutur. Sosial ədalətin bərpası kimi cəzanın məqsədi cinayətin şəxsiyyətə, cəmiyyətə və dövlətə vurduğu ziyanın optimal kompensasiya imkanını, cəzanın cinayətin ağırlığına, təqsirkarın şəxsiyyətinin təhlükəliliyinə, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara uyğunluğunu və sair halları nəzərdə tutur. Məhkəmə Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasının mümkünlüyünə dair nəticəyə gələrkən, təqsirləndirilən şəxsin şəxsiyyətinin ictimai təhlükəliliyinin əhəmiyyətli dərəcədə azalmasını xüsusi qeyd edir. Göstərilənləri nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs2naya təyin olunacaq cəzanı real çəkməsinə və cəmiyyətdən təcrid edilmələrinə zərurət yoxdur. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2naya təyin ediləcək azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.3-cü maddəsinin tələbinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Həmin Məcəllənin 70.5-ci maddəsinə görə məhkəmə şərti məhkum etmə təyin edərkən həmin şəxsin üzərinə onun islah olunmasına kömək edən bir sıra vəzifələr qoya bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində sınaq müddəti müəyyən edilməli və sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalı, üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış və iş yerini dəyişməmək vəzifəsi qoyulmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam» qətimkan tədiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs2 əlavə cəza qismində təyin ediləcək dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum etmə cəzasının əvvəli hökmün qanuni qüvvəyə mindiyi andan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.3-cü maddəsinə əsasən, şərti məhkum etmə zamanı müəyyən vəzifə tutma və müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə təyin olunacaq cəza ilə cəzanın məqsədini təmin etmək mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə qeyd edilən xarakterli, başqa sözlə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Bundan başqa, məhkəmə hesab edir ki, iş üzrə zərərçəkmiş hüquqi şəxsə dəymiş ziyanın tutulmasına dair iddia ərizəsi ilə mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, cinayət işi üzrə ekspertiza xərcinin dəyəri 261,52 (iki yüz altmış bir manat əlli iki qəpik) manat Müqavimət Kələntərov, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Qiyas Babyev və Təqsirləndirilən şəxs5 hər birindən 52, 30 (əlli iki manat otuz qəpik) manat tutulmaqla dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə olunmuş DSMF-nin Lənkəran rayon şöbəsinin komissiyasının 2851 nömrəli, 10.05.2013-cü il tarixli qərarı, həmin tarixli ərizə, 164 nömrəli, 13.07.2009-cu il tarixli güzəştli arayışın surəti, 168 nömrəli, 14.07.2009-cu il tarixli əmək haqqı arayışı, 18.11.2013-cü il tarixli akt, 1/281 nömrəli, 15.01.2014-cü il tarixli yaşayış yerindən arayış, Bakı şəhəri, Cənub buxtası ünvanında yerləşən «Azərbaycan Dövlət X104» QSC- nin Bibiheybət Gəmi təmiri Zavodundan (“İ.Allahverdiyev” adına Gəmitəmiri- gəmiqayırma zavodu) götürülmüş əmrlərin surətləri, "xxxx" ASC-yə məxsus **********277996 saylı plastik pensiya kartından çıxarışlar sübut əhəmiyyəti kəsb etdiyindən cinayət işində saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-354 və 356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 294.3, 32.4,308.2, 32.4,313 və 320.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2–ci maddəsi ilə 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 294.3-ci maddəsi ilə 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddiməsul vəzifə tutma hüququndan məhrum edilməklə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 32.4,308.2-ci maddəsi ilə 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş əsas və əlavə cəzaları ayrı-ayrılıqda qismən toplamaq, əlavə cəzanı isə əsas cəzaya birləşdirmək yolu ilə X7 qəti olaraq 03 (üç) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Həmin cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. X5 cəzaçəkmə müddətinin əvvəli 19 fevral 2021-ci il tarixdən hesablansın, barəsində seçilmiş "xxxx" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,313 və 320.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən cəza təyin edilməsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,178.3.2, 308.2 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,178.3.2– ci maddəsi ilə Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş əsas və əlavə cəzaları ayrı-ayrılıqda qismən toplamaq, əlavə cəzanı isə əsas cəzaya birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs3 qəti olaraq 03 (üç) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Həmin cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Təqsirləndirilən şəxs3 cəzaçəkmə müddətinin əvvəli 20 may 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Onun barəsində həbs qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalında həbsə alınsın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən cəza təyin edilməsin. X80 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,178.3.2, 308.2 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. X68 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 178.3.2-ci maddəsi ilə Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə 02 ( iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş əsas və əlavə cəzaları ayrı-ayrılıqda qismən toplamaq, əlavə cəzanı isə əsas cəzaya birləşdirmək yolu ilə X68 qəti olaraq 03 (üç) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Həmin cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. X52 cəzaçəkmə müddətinin əvvəli 20 may 2022-ci il tarixdən hesablansın. X80 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Onun barəsində həbs qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalında həbsə alınsın. Qiyas Babyev barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. X68 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən cəza təyin edilməsin. Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona həmin maddə ilə Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 04 (dörd) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs5 üzərinə Bakı şəhəri və Abşeron rayonunun hüdudlarını tərk etməmək, axşam saat 23.00-dan səhər saat 06.00-dək yaşayış yerini tərk etməmək, üzərində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması cəzasının icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhəri üzrə İcra və Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs5 cəzasının əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs5 təyin edilmiş 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum etmə cəzasının əvvəli hökmün qanuni qüvvəyə mindiyi andan hesablansın. Təqsirləndirilən şəxs5 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 178.3.2, 308.2 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,178.3.2ci maddəsi ilə Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş əsas və əlavə cəzaları ayrı-ayrılıqda qismən toplamaq, əlavə cəzanı isə əsas cəzaya birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 03 (üç) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi (şərti məhkum etmə) tətbiq edilməklə, Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilsin. Onun barəsində 02 (iki) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 təyin edilmiş 03 (üç) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum etmə cəzasının əvvəli hökmün qanuni qüvvəyə mindiyi andan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini və iş yerini dəyişməmək vəzifəsi qoyulsun. Onun davranışına nəzarət Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən cəza təyin edilməsin. Cinayət işi üzrə zərərçəkmiş hüquqi şəxsə vurulmuş ziyanın ödənilməsinə dair iddia ərizəsi ilə mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Cinayət işi üzrə ekspertiza xərcinin dəyəri 261,52 (iki yüz altmış bir manat əlli iki qəpik) manat Müqavimət Kələntərov, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Qiyas Babyev və Təqsirləndirilən şəxs5 hər birindən 52,30 (əlli iki manat otuz qəpik) manat tutulmaqla dövlət büdcəsinə ödənilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə olunmuş DSMFnin Lənkəran rayon şöbəsinin komissiyasının 2851 nömrəli, 10.05.2013-cü il tarixli qərarı, həmin tarixli ərizə, 164 nömrəli, 13.07.2009-cu il tarixli güzəştli arayışın surəti, 168 nömrəli, 14.07.2009-cu il tarixli əmək haqqı arayışı, 18.11.2013-cü il tarixli akt, 1/281 nömrəli, 15.01.2014-cü il tarixli yaşayış yerindən arayış, Bakı şəhəri, Cənub buxtası ünvanında yerləşən «Azərbaycan Dövlət X104» QSC-nin Bibiheybət Gəmi təmiri Zavodundan (“İ.Allahverdiyev” adına Gəmitəmiri-gəmiqayırma zavodu) götürülmüş əmrlərin surətləri, "xxxx" ASC-yə məxsus **********277996 saylı plastik pensiya kartından çıxarışlar sübut əhəmiyyəti kəsb etdiyindən cinayət işində saxlanılsın. Hökmdən elan olunduğu, X9, Təqsirləndirilən şəxs3 və X68 isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Azər Paşayev
Məhkəmə qərarları › İş №1(101)-95/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-95/2022
20.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver