Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-95/2023 07.06.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibləri X12 və X7, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi - Bakı şəhəri, 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxxx 1979-cu ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, işsiz, əvvəllər Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.5 və 228.4-cü maddələri ilə təqsirli bilinib, 9 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəza çəkdiyi müddətdə Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, hökmlərin məcmusu qaydasında qəti olaraq 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad edilmiş, Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2016ci il tarixli “Amnistiya haqqında” qərara əsasən cəzası 6 ay azaldılaraq, Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin xx.xx.2017ci il tarixli qərarı ilə vaxtından əvvəl cəzadan şərti azad edilmiş, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, 17 avqust 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 18 avqust 2021-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.6, 120.2.9, 120.2.11 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında quldurluq, hədə-qorxu ilə tələb etmə, adam oğurluğu ilə əlaqədar, habelə həmin cinayətləri gizlətmək məqsədi ilə qəsdən adam öldürmüş, yəni qəsdən başqa şəxsi həyatdan məhrum etmiş, həmçinin satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməklə saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs uşaqlıq vaxtlarından Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində qonşuluqda yaşadığı üçün tanıdığı və yaxın münasibətdə olduğu X19 ilə birlikdə 29 dekabr 2003-cü il tarixdə saat 01 radələrində Bakı şəhəri, Səbail rayonu, “Fəvvarələr meydanı” adlanan ərazidə gəzərkən üzərlərində pulları az olduğu üçün istənilən taksiyə əyləşib daha yaxşı bələd olduqları Əmircan qəsəbəsinə sürdürdükdən sonra taksini idarə edən sürücünü oğurlamaq və bu üsulla özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi, habelə zərərçəkmiş şəxsin şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə basqın edib əmlakını - pulunu ələ keçirmək qərarına gəlib, bu barədə qabaqcadan öz aralarında razılaşmaqla, eyni məqsədlə Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsində yerləşən Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin yaxınlığında etibarnamə əsasında istifadəsində olan “Qaz-24” markalı **-DO-*** dövlət qeydiyyat nişanlı avtomaşınla taksi fəaliyyətini həyata keçirərək həmin vaxt avtomaşında müştəri gözləyən Zərərçəkmiş şəxs yaxınlaşıb, hazırkı dəyəri ilə dörd manata bərabər köhnə pul vahidi ilə 20.000 (iyirmi min) manat müqabilində onları əvvəlcə Bakı şəhəri, B.Səfəroğlu küçəsi ilə Bülbül prospektinin kəsişməsində yerləşən “Coral bar”a, oradan isə Suraxanı rayonu Əmircan qəsəbəsinə aparmağa dair razılaşıb özü avtomobilin ön sərnişin oturacağında, qabaqcadan əlbir olduğu İlham Məmmədov isə arxa sol oturacaqda əyləşib sifariş verdikləri marşrut üzrə Əmircan qəsəbəsinə çatdıqdan sonra qabaqcadan aralarında əldə olunmuş və nəticələrini şüurlu şəkildə arzu etməklə özlərində cinayət törətmək qətiyyəti yaradan razılığa əsasən əvvəlcə yaxın qohumlarının yaşadıqları ünvana baş çəkmək adı ilə aldadaraq Zərərçəkmiş şəxs sifariş verilən marşrutdan kənara çıxarıb qəsəbənin işıqlandırılmamış dar və qaranlıq ara küçələrinə daxil olmasına, yəni sonuncunu aldatmaqla tamah niyyətilə oğurlamağa nail olmuş, havanın qaranlıq, xüsusilə ətrafda seyrək formada yaşayan sakinlərin artıq gecə saat 02 radələri olması səbəbindən yatmış olmaqla onlara hər hansı formada mane olmayacaqları, müqavimətlə rastlaşacaqları halda isə tanıdıqları ara küçələrlə rahatlıqla hadisə yerindən uzaqlaşacaqları kimi imkanlara malik olduqlarına əmin olub törədəcəkləri əməlin ictimai təhlükəliliyini dərk etməklə Zərərçəkmiş şəxs avtomobili saxlamasını tələb etmiş, daha sonra avtomobilin salonunda İlham Məmmədovla birlikdə Zərərçəkmiş şəxs qarşı həyat və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı basqın edərək hər ikisi əlləri ilə sonuncunun bədəninin müxtəlif nahiyələrindən, habelə paltarlarından tutub dartmaqla, baş nahiyəsini və bədəninin digər hissələrini avtomobilin salonunda olan bərk predmetlərə tərəf itələyib vurmaqla, sonuncunun ənsə nahiyəsinin sağ yumşaq toxumasında qansızma və üst dodağın selikli qişasının bir ədəd, sağ əlin arxa səthinin İV və V daraq sümükləri proyeksiyasında iki ədəd, qarnın ön divarının sağ tərəfinin iki ədəd, sol baldır nahiyəsinin yuxarı 1/3 hissəsinin bir ədəd, cəmi altı ədəd sıyrıqları ilə müşaiyət olunan dərəcəsi təyin edilməyən xəsarət yetirməklə üzərində olan hazırkı dəyəri ilə səkkiz manata bərabər köhnə pul vahidi ilə 40.000 (qırx min) manat məbləğində pulunu alıb ələ keçirmiş, daha sonra əldə edilən məbləğlə qane olmayıb özü avtomobilin salonunu, Zərərçəkmiş şəxs məxsus zəruri sənədlərin arasını axtarıb pul tapa bilmədiklərindən, sonuncunu sükan arxasından endirib avtomaşının arxa oturacağına əyləşdirmiş, daha çox əmlak əldə etmək məqsədilə cinayətkar niyyətlərini davam etdirərək Zərərçəkmiş şəxs ***-***-**-** mobil nömrəsindən sonuncunun arvadı X2 yaşadığı ünvan 3 ünvanında quraşdırılmış stasionar telefonun 012-78-05- 66 saylı nömrəsinə saat 01:55-də zəng edib 35 saniyəlik birinci zəng zamanı onunla danışan şəxsin Zərərçəkmiş şəxs arvadı olduğuna əmin olmuş, saat 02:11-də 183 saniyəlik, saat 02:16-da 657 saniyəlik və saat 02:28-də 107 saniyəlik danışıqlar zamanı isə Aybəniz Əmirovadan yaxın qohumu olan əri Zərərçəkmiş şəxs oğurladıqlarını, sərbəst buraxılması müqabilində həmin dövrün məzənnəsi ilə 2.461.500 (iki milyon dörd yüz altmış bir min beş yüz) manat təşkil edən 500 ABŞ dolları məbləğində pul və ya həmin dəyərdə qızıl-zinət əşyaları verməsini tələb edərək, əks halda, Zərərçəkmiş şəxs şəxsiyyəti üzərində zor tətbiq edib öldürəcəkləri, meyitini gölə atacaqları ilə hədələmiş, Aybəniz Əmirovanın maddi imkansızlıqdan tələb olunan pul və ya qızıl-zinət əşyalarını verə bilməyəcəyini, eləcə də avtomobildə yaranmış nasazlığa görə hadisə yerindən uzaqlaşıb cinayətin izlərini məhv edə bilmədiklərini başa düşdükdə, Zərərçəkmiş şəxs onların xarici əlamətlərini görüb gələcəkdə onları ifşa edəcəyini yəqinləşdirərək barəsində cinayət təqibinə xitam verilmiş qabaqcadan əlbir olan bir qrup şəxs halında quldurluq, hədə-qorxu ilə tələb etmə, adam oğurluğu cinayət əməlləri ilə əlaqədar törətdikləri cinayətləri gizlətmək məqsədilə 29 dekabr 2003cü il tarixdə gecə saat 03-04 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Qulu Quluyev küçəsində yerləşən 17 saylı evin qarşısında İlham Məmmədovla birlikdə Zərərçəkmiş şəxs boğub öldürmək qərarına gəlib, əvvəlcədən aralarında olan cinayətkar sövdələşməyə uyğun olaraq həmin məqsədlə özü “Qaz-24” markalı avtomobilin arxa sağ tərəfdən salonunda oturmaqla hər iki əli ilə arxa sol oturacağa oturtduqları Zərərçəkmiş şəxs arxası üstə oturacağa uzadaraq əllərini baş tərəfdən tutub hərəkətsiz qalmasını təmin etməklə müqavimətini qırmış, İlham Məmmədov isə ümumi cinayətkar niyyətə uyğun olaraq Zərərçəkmiş şəxs qarnı üzərində əyləşib, sonuncunun boğazının qalxanabənzər vəzdən yuxarı hissəsindən sağ əlinin barmaqları ilə tutub başını oturacağa dirəyərək nəfəs borusunu sıxmaqla Zərərçəkmiş şəxs boynunun həmin hissəsində sağ və sol yan səthlərinə keçən fasiləli, köndələn istiqamətli üç ədəd kiçik qansızmalar, ağciyər plevrası altına qansızmalar, daxili üzvlərin doluqanlılığı ilə müşaiyət olunan sağlamlığa ağır zərərvurmaya aid edilən mexaniki asfiksiya xəsarətlərini yetirərək qəsdən öldürmüş, yəni X19 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında quldurluq, hədə-qorxu ilə tələb etmə, adam oğurluğu ilə əlaqədar, habelə həmin cinayətləri gizlətmək məqsədi ilə qəsdən Zərərçəkmiş şəxs həyatdan məhrum etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs 17 avqust 2021-ci il tarixdə səhər saatlarında ünvan 4 ünvanın yaxınlığında bir ədəd şəffaf polietilen bükümdə qablaşdırılmış 2,092 qram çəkidə narkotik vasitə heroini satış məqsədi olmadan müəyyən edilməyən mənbədən qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən daxil olmuş əməliyyat məlumatı əsasında 17 avqust 2021-ci il tarixdə saat 14:15-də ünvan 5 ünvanının yaxınlığında saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində keçirilən şəxsi axtarış zamanı 2,092 qram çəkidə şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin əynində olan şalvarın sağ yan cibindən aşkar edilrək götürülmüşdür. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittihamlar üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, onun ölüm hadisəsi barədə ümumiyyətlə xəbəri olmamışdır. Belə ki, həmin hadisə baş verən gün o, atasının ad günündə olmuş, ailə üzvləri və qohumları ilə evdə olmuşlar. O, həmin ölüm işinə görə 2012-ci ildən bəri dəfələrlə Respublika prokurorluğuna çağırılmış, Suraxanı rayon Polis idarəsində onu saxlayaraq, bəlkə də on gün ərzində ona əziyyət vermişlər. Hər dəfə ona həmin işi boynuna götürməyə məcbur etmək istəmişlər, lakin o, işi boynuna götürməmişdir. Bu barədə 2012-2017-ci illərdə şikayətlər eləmiş və şikayətlərinə baxılmışdır. Dəfələrlə onu Respublika prokurorluğuna çağıraraq, əvvəlcə guya hadisə yerində onun əl izi olduğunu bildirmişlər. O isə, əgər əl izi varsa, tutulanda nəyə görə ona əziyyət verildiyi ilə maraqlanmışdır. Sonra ona demişlər ki, mərhum Ramizin sürücülük vəsiqəsində guya onun əl izləri vardır. İttihamda İlhamın adını yazıblar ki, guya İlhamla birlikdə o, həmin cinayəti törətmişdir. İlham onunla qonşu olmuşdur, onların heç bir yaxın münasibəti olmamış, aralarında ancaq salam-sağol münasibətləri olmuşdur. Cinayət işində olanların bütün hamısını müstəntiqlər özləri yazmışlar. İfadəsində göstərilən xırdalıqların da hamısını müstəntiqlər özləri demişlər. Onu avqustun 17-də yaşadığı evin qapısının ağzında tutub aparmışlar. 2017-ci ilin avqustun 17-dən 2022-ci ilin fevral ayının 1-nə qədər hər həftə onu etap edib Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinə aparmışlar. Orada ona hər cür əzab-əziyyət vermişlər. İşin ssenarisini onlar yazmışlar. Bir nəfər gəlib deyə bilməz ki, Bəxtiyarı hadisə vaxtı orada görmüşdür. Heç bir normal adam başqa birisini öldürüb meyitini yaşadığı qapının ağzına qoymaz. Onun fikri quldurluq idisə, nəyə görə bunu yaşadığı mənzilin qapısında etməli idi? Bunu etmək istəsəydi, aparıb neft buruqlarının içində edərdi. O, 2012-ci ildən bəri ancaq düzünü demişdir. Heç vaxt çağırışlardan qaçmamışdır. 2021-ci il avqust ayının 17-də tutulmuş, 18-də Bakı İstintaq təcridxanasına gətirillmiş, avqustun 21-i, ya da 22-də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinə aparılmışdır. Onun adından bəlkə də əlli dəfə izahat yazılmış, ona imza etdirib aparmışlar, sonra isə yenidən gətirmişlər ki, yenidən yazmaq lazımdır. Özü narkotik vasitə istifadəçisidir, ona görə də 234.1-ci maddəni qəbul etmişdir və həmin maddə ilə verilmiş ittihama etirazı yoxdur. Özünü həmin ittihamla təqsirli bilir, üzərindən aşkar olunan narkotik vasitə özünə məxsusdur. Bununla istintaq zamanı ətraflı ifadə vermişdir və həmin ifadəni təsdiq edir. Verilən sualları cavablandıran Təqsirləndirilən şəxs bildirdi ki, o, 2004-cü ildə, 2012-ci ildə və 2016-cı ildə məhkum olunmuşdur. Ölüm hadisəsi ilə bağlı o, Baş idarəyə və prokurorluğa çağırılmış, ona demişlər ki, həmin vaxt hadisə yerində guya o, olmuşdur. İttiham aktında yazılanları oxumuşdur. Həmin ölüm hadisəsi 2003-cü ildə olmuşdur. Etirafedici ifadəni o, yox, polis işçiləri və müstəntiqlər yazmışlar. O, 2012-ci ildə tutulanda həmin ölüm hadisəsi ilə bağlı ifadə vermişdir. Hadisə olan günü, yəni dekabrın 28-də onun atasının ad günü olmuş, buna görə də həmin gün o, Hövsanda evdə atasının ad günündə iştirak etmişdir. O, evin tək uşağı olmuşdur. Hansı axmaq adam öz atasının ad günündə gedib cinayət törədər? Onların Əmircanda da evləri olmuş, həmin evi kirayə vermişlər. Mərhum İlham da həmin hadisədə iştirak etməmişdir, bunu da ssenariyə uyğun yazmışlar. Onun özü Ramiz adlı taksi sürücüsünü tamımamışdır. Lakin İra adlı bar qızı olmuş, onu “Koral bar» da görmüş, Leranın evində isə həmin qızla tanış olmuşdur. 2003-cü ildə o, müxtəlif barlarda, o cümlədən «Koral bar»da da olmuşdur. Sonuncu dəfə İra ilə nə vaxt görüşdüyünü hazırda xatırlamır. Bara gələndə yol taksisi ilə gəlmiş, lakin nə qədər pul verdiyini xatırlamır. Əsgərlikdən qayıtdıqdan sonra o, işləməmiş, öz həyətlərində parnik əkmişlər və həmin işlə məşğul olmuşdur. Mərhum İlhamla heç vaxt yaxınlıq etməmişdir. İlham 2011-2012-ci ildə göz dərmanından ölmüşdür. O, istintaq vaxtı heç nəyi etiraf etməmiş, özləri yazıb ona da demişlər ki, etiraf elə, onsuz da müddət bitmişdir, məhkəmədən onu buraxacaqlar. Əmircanda olan evlərini həmin vaxt kirayə vermişlər, qeyd olunan dövrdə atası işləmiş, anası isə pensiya almışdır. İstintaq vaxtı müstəntiq ondan kiminlə oturub-durduğunu soruşmuş, o da, heç bir əyər-əskiyi olmadığı üçün hamısını demişdir. Ona verilmiş narkotik ittihamı ilə razıdır, lakin ölüm işi onluq deyil, həmin cinayəti o, törətməmişdir.
1. Təqsirləndirilən şəxs İlham Məmmədov ilə birlikdə Zərərçəkmiş şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında quldurluq, hədə-qorxu ilə tələb etmə, adam oğurluğu ilə əlaqədar, habelə həmin cinayətlərini gizlətmək məqsədi ilə qəsdən öldürməsi epizodu üzrə:
İfadələri arasında ziddiyyətlər olduğuna görə məhkəmə iclasında təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələri elan və tədqiq olunmuşdur. Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamın Azərbaycan Respublikası CM-nin 120.2.1, 120.2.6, 120.2.9 və 120.2.11-ci maddələri ilə olan hissəsi üzrə özünü tam təqsirli bilərək və könüllü təşəbbüsü ilə istintaqa müraciət edib Zərərçəkmiş şəxs qəsdən öldürülməsində iştirakını etiraf etmiş, 16 dekabr 2021-ci il və 09 fevral 2022-ci il tarixli ifadələrində bildirmişdir ki, 1997-ci ilə qədər atası X20 və anası X16 ilə birlikdə Əmircan qəsəbəsində yaşamış, 1997-ci ildən Hövsan qəsəbəsinə köçüb orada yaşamağa başlasalar da, mütəmadi olaraq Əmircana gedib-gəlmişdir. Əmircandakı evlərini isə kirayə vermişlər. 1996-cı ildə o, Azərbaycan Beynəlxalq Universitetinin beynəlxalq hüquq fakültəsinə qəbul olunmuş, 2000-ci ildə oranı bitirdikdən sonra 2002-ci ildə hərbi xidmətə gedib 2003-cü ildə hərbi xidmətdən tərxis olunmuşdur. Tələbəlik illərində, həmçinin əsgərlikdən qayıdandan sonra Bakı şəhəri, «Nizami» kinoteatrının yanında yerləşən “Coral” bara, bir-iki dəfə də ayrı- ayrı barlara gedib orada fahişəliklə məşğul olan qızlarla pul qarşılığında cinsi əlaqədə olub vaxt keçirmişdir. O, “Coral” bara tələbə yoldaşı Zaur adlı oğlanla getmiş, Zaur da həmin barda fahişəliklə məşğul olan “Çolpon Lera” adlı qadınla sevgi münasibətində olmuşdur. Əsgərlikdən qayıdandan qısa vaxt sonra Zaurla arası dəydiyinə görə o, “Coral” bara tək getməyə başlamış, hər dəfə “Coral” bara gedəndə “Çolpon” ilə dost kimi görüşmüşdür. “Colpon” onu “İra” adlı barda fahişəliklə məşğul olan qızla tanış etmiş, İra ilə aralarında sevgi münasibəti yaranmış və İra ilə ya şəhərdə saunalarda, ya da “Çolpon Lera”nın yaşadığı Fizuli parkının qarşısında yerləşən “beşmərtəbə” adlanan ərazidə birmərtəbəli yaşayış evində cinsi əlaqədə olmuşlar. X13 uşaq vaxtlarından Əmircan sakini kimi tanımış, aralarında dostluq münasibəti olmuş, teztez görüşüb birlikdə vaxt keçirmişlər. İlham Əmircan qəsəbəsində hamamın yanı adlanan ərazidə anası və qardaşları ilə birlikdə yaşamış, həmin ərəfədə Nərimanov heykəlinə yaxın ərazidə, özünün deməsinə görə “Sovetski prospekti tərəfdə” avtomobil təmir sexində dəmirçi işləmişdir. İlhamın özünün dediyinə görə, müxtəlif barlarda olub fahişələrlə görüşmüş, lakin onunla birlikdə heç bir barda olmamışdır. İlhamın həmin ərəfədə mobil telefonu da olmamışdır. 2003-cü il dekabr ayının 26-da kirayəçilərdən pul almaq üçün Əmircana gələndə tanışı, məhlə uşağı X19 ilə görüşüb söhbət etmiş və İlham onun çox vaxt barlara getdiyini bildiyinə görə ona “Bəxtiyar sən bara gedib-gəlirsən, sənin tanışın vardı, Lera adlı qız - Çolpon, ayın 28-i pul alacam iş yerindən, pulum da olacey, bidənə imkan varsa məni onuynan tanış elə, onuynan “yaxınlıq” eləməy istiyirəm” demiş, o da, etiraz etmədən “oldu” demişdir. 2003-cü il dekabr ayının 28-i gecə saat 24 radələrində tək Leragilə gəlmiş, evdə Lera ilə qızı Kunduza olmuşdur. İlham gələndə bayırda gözləmişdir. Həmin vaxt Lera içkili olmuş və onun təklifindən sonra Lera qızı Kunduza ilə birlikdə evlərindən çıxmışlar, İlham da qapıda onlara qoşulmuş, birlikdə “Tarqovu” adlanan yerdə “Randevu” adlı restorana getmiş və orada oturub yemək sifariş vermişlər. Yemək yeyən zaman Leranm rəfiqəsi “Nara” ləqəbli Nərgiz Əlizadə adlı bir qız da oraya onların yanına gələrək beş-on dəqiqə oturmuşdur. Lera içkili olduğuna görə İlham daha Lera ilə intim əlaqədə olmaq istəməmişdir. Restorandan çıxandan sonra Lera qızı Kunduza ilə piyada evinə getmiş, Nara isə “gedəndə bidənə məni də Koral barın qarşısında düşürdərsiz” deyib onlara qoşulmuşdur. O, İlhamla qabaqda addımlamış, Nara da onların ardınca arxa tərəfdən gəlmişdir. Yolda İlham ona “Bəxtiyar, gedəy bidənə taksi götürəy, həm bunu da (Naranı) düşürdərik, həm Əmircana gedəy, görəy axşamdı bişey-mişey tutarıq taksidən” demiş, o, əvvəlcə “niyə görə? neynirsən?” deyə soruşmuş, İlham “taksidi axşamdı pul olar üstündə, indi pul olmasa da üzüydən - müzüydən, qızıldan nəsə olar götürərik” demişdir. Bu danışıqları Nara arxada olduğuna görə eşitməmişdir. «Nizami» muzeyinin yanında «Qoşa-qala qapısı» deyilən yerdə taksilər dayanmışdır. İlham orada taksistlərə yaxınlaşmış, daha sonra onlara tərəf çönüb “gəlin” deyə yanına çağırmışdır. Sarımtıl, açıq-kareçnivıy rəngli “Qaz 24” markalı taksidə o, qabaqda, İlham şofer tərəfdən arxada, Nara isə onun arxa tərəfində oturmuşdur. Taksi sürücüsü təxminən 50 yaşlı və orta bədənli olmuş, əynində isə vadalaska (uzunboğaz poliver) geyinmişdir. “Coral” barın qarşısında Nara düşmüş, onlar isə oradan Əmircana gəlmişlər. Əmircana gələndə Babək prospektinin girişdə “Ramstore”un yanında yolun qırağında siqaret satılan yerdə maşım saxlatdırıb iki qutu siqaret aldıqdan sonra Şahid14 prospekti ilə Əmircana gəlmişlər. Əmircan onların doğulduğu və yaşadığı yer olduğuna, ərazini yaxşı tanıdıqlarına, qaranlıq küçələri bildiklərinə və orada bir problem olmayacağına əmin olduqlarına görə sifarişi məqsədli şəkildə Əmircan qəsəbəsinə vermişlər. Əmircanın girişində İlham arxadan kişiyə “solnan gedərsən” demiş, kişi “bəs sən hamam qabağına demişdin, sən hara sürdürürsən bəyəm?” deyə soruşduqda, İlham “bidənə bu yannan sür bidənə şey var bu birisi tərəfdən gedəciyik” demişdir. Dar küçə ilə sürəndə kişi narazılıq etmiş və bu zaman İlhamla mübahisə etməyə başlamışlar. Kişi onlara “mənim gözüm görmür sürə bilmirəm” deyəndə, İlham arxadan kişinin boynuna əlini atıb arxaya doğru dartmağa başlamış, bu zaman o da, kişinin əlini maşının siqnalına atacağını görüb səs-küy salmaması, ətrafdakı insanları köməyə çağırmaması üçün dərhal kişinin əlindən tutmuşdur. Maşını dayandırandan sonra İlham arxadan düşərək gəlib kişini arxa oturacağa keçirtmiş, özü isə sükan arxasında oturub maşını idarə eləməyə başlamışdır. O, bardaçokda, yəni saxlanc yerində pul və qiymətli nə var-nə yox olduğunu aydınlaşdırmaq üçün açıb baxmışdır, lakin orada sənəd-sünəd, şəkər xəstələri üçün insulin şprisi, bir dənə də flakon olmuş və dəyərli heç nə olmamışdır. İlham bu anda arxaya çevrilib “sənin üstündə nə var verginən” demiş, kişi də qorxmağa başlayaraq üstündə olan “dörd şirvan” pulunu çıxardıb İlhama vermişdir. İlham da “dörd şirvanı” alıb cibinə qoymuş, həmin puldan ona verməmişdir. Sonra İlham maşını saxlamış və kişinin telefonunu götürüb kişiyə “sənin evində pulun-zadın yoxdu bəyəm?” deyə soruşmuşdur. Kişi “5-3 manat olmalıdı” dedikdə, İlham telefonu ona verərək “bidənə bunun eviynən danış gör düz deyir ya yox" demişdir. Qaranlıq olduğuna görə telefonun markasını görməmiş və götürüb “ev” yazılmış bir nömrəyə zəng eləmişdir. Telefonu bir qadın götürmüş və o, qadından “bura Ramizgilin evidi?” deyə soruşmuş, qadın “hə” demiş, qadından “Ramiz evdədi?” deyə soruşanda, sonuncu “yox, kim idi soruşan?” deyə ona sual vermiş, həmin anda ağlına ilk olaraq gələn “heç İxtiyardır” cavabını vermişdir, bunu İlham da eşitmişdir. Sonra o, arxa oturacağa keçmiş, İlham telefonu götürüb aşağı düşmüş, maşından 3-4 metr aralıda kişinin arvadı ilə danışmağa başlayıb 500 dollar pul istəmişdir, danışığın məzmunu dəqiq yadında deyil. Kəndin içi olduğuna görə gəlib-gedən olanda uzaqdan rahat görə bilib vaxtında xəbərdar olmaq məqsədilə İlham maşından düşüb telefonla danışmış, o isə, bu arada kişinin anidən qışqırması, çırpışması, maşından düşməsi kimi hallara mane olmaq məqsədilə qabaq oturacaqdan arxa sağ oturacağa, yəni kişinin yanına keçmişdir. Sonra İlham maşına yaxınlaşıb “bunun evindəkiləri inanmır Ramiz biziynəndi” demişdir. Bu səbəbdən də o, saxlanc yerində axtarış edəndə gördüyü sənədlərin yerini İlhama demiş və İlham sənədləri götürüb təzədən danışmağa getmişdir. Bundan sonra İlham 3-4 dəfə arada gəlib kişidən adlar soruşub yenə də danışmağa getmiş, lakin həmin adlar uzun müddət keçdiyinə görə onun yadında qalmamışdır. Sonda İlham gəlib maşına oturmuş və maşını idarə eləməyə başlamışdır, lakin oradan bir az aralanmış maşın “pup-pup” eliyib dayanmışdır. İlham da, o da, maşından düşmüş və İlhamdan nə olduğunu soruşmuşdur. İlham ona “bilmirəm deyəsən qazı qurtarıb” demiş, o isə, “ustasan da sən baxginən nə var-nə yox” demişdir, lakin İlham ona “mən dəmirçiyəm bunnan anlayışım yoxdu” demişdir. Təxminən 3-4 dəqiqə orada söhbət etdikdən sonra İlham arxa oturacaqda oturmuş kişini göstərib ona “kişi bizi görüb üzümüzü, adımızı da bilir, gəl bunu öldürəy, yoxsa bu başımıza prablem olacey" demiş, o, əvvəllər belə bir şey ilə rastlaşmadığına görə qorxmuş, İlham bunu hiss edərək ona “qorxma mənniydi hamısı, sən şey eləmə” demişdir. O, arxa sağ oturacaqda oturmuş, İlham da kişi tərəfdən kişini oturacağa yıxmışdır. Bundan sonra o, müqavimət göstərməməsi üçün kişinin əllərini tutmuş, İlham da kişinin üstünə çıxıb sağ əli ilə kişini 3-4 dəqiqə boğmağa başlamışdır. Həmin an kişi üzüyuxarı vəziyyətdə olmuş, o da, kişinin əllərini başının üstündə tutub saxlamışdır. Sonra o, yuxarıda işıq yandığını, qonşunun evinin işığının həyətə düşdüyünü görüb qorxmuş, ona görə də maşından düşüb hadisə yerindən uzaqlaşmış, əvvəlcə Suraxanıda “desyatı kruq” deyilən yerə, oradan taksi ilə Hövsana evinə gəlmişdir. Bu hadisədən sonra İlhamla 3-4 dəfə görüşmüş, amma hadisə barədə aralarında heç bir söhbət olmamışdır. 2004-cü il mart ayının axırlarında Əmircanda qonşusu olan X3 ilə birlikdə quldurluq cinayəti törətdiyi üçün tutulmuş və cinayət məsuliyyətinə cəlb olunmuşdur. Törətdiyi əməlindən peşimandır (cild 10, iş vərəqi 150-155, cild 11, iş vərəqi 227-232). Elan olunmuş ifadələrlə bağlı sualları cavablandıran Təqsirləndirilən şəxs həmin ifadələri təsdiq etmədiyini, işdə olan ərizəni öz xətti ilə yazdığını, həmin ərizəni müstəntiq necə deyibsə, özü həmin şəkildə yazdığını, sonuncu dəfə onu Qasım müəllim adlı müstəntiqin dindirdiyini, Qasım müəllimin onu 2-3 dəfə çağırıb ifadəsini aldığını, ona istintaq vaxtı əziyyət verdiklərinə görə məcbur olub həmin etirafedici ifadələri verdiyini, müstəntiq onu dindirəndə Qabil adlı polis əməkdaşının da otaqda olduğunu bildirdi. İbtidai istintaqın gedişində Təqsirləndirilən şəxs videoçəkiliş vasitəsilə keçirilən ifadənin yerində yoxlanılması zamanı sərbəst ifadəsində göstərdiyi bütün xüsusatları - hadisə günü “Fəvvarələr meydanı”ndan İlham Məmmədov və “Nara” ləqəbli qadınla taksilər dayanan yerə yaxınlaşdıqları istiqaməti, taksi sürücüsü Zərərçəkmiş şəxs olduğu avtomaşının dayandığı yeri və səmti, İlham Məmmədovun avtomaşına yaxınlaşdığı istiqaməti, həmin vaxt onun «Nara» ləqəbli qadınla birlikdə aralıda gözlədikləri yeri, avtomaşının hərəkətə başladığı istiqaməti, “Nara” ləqəbli qadını avtomaşından düşürdükləri yeri, “Coral” barın yerləşdiyi yeri, “Nara” ləqəbli qadının bar istiqamətində yolu keçdiyi səmti, taksi avtomaşının sonrakı hərəkət istiqaməti, İlham Məmmədov ilə birlikdə taksi sürücüsü Zərərçəkmiş şəxs cinayətkar niyyətlərini həyata keçirmək məqsədilə sifariş verilən marşrutdan kənara çıxarıb, əlverişli şərait hesab etdikləri qaranlıq, ensiz küçəyə saldıqları yeri, əsas sifariş üzrə hamamın yanı deyilən ərazinin yerləşdiyi yeri, taksi avtomaşının sonrakı hərəkət istiqaməti, İlham Məmmədovun taksi sürücüsü Zərərçəkmiş şəxs ilə mübahisə yaradıb sonuncuya ilkin hədəni gəldiyi, özünün də Zərərçəkmiş şəxs səs-küy salaraq ətrafdakı insanları köməyə çağırmaq məqsədilə sükanın siqnalına toxunmaması üçün əllərini tutduğu yeri, avtomobilin dayandığı və X26 Əmirovu arxa oturacağa keçirdib özü sükan arxasında əyləşdiyi yeri, avtomaşının sonrakı hərəkət istiqaməti, İlham Məmmədovun avtomobili dayandırdığı yeri, özünün avtomobilin saxlanc yerində axtarış etməsini, sonra X26 Əmirovu hədələyib 4 şirvan pulunu almasını, özünün arxaya keçib Zərərçəkmiş şəxs qaçmasına və ya kömək çağırmasına mane olmasını, İlham Məmmədovun da sonuncunun telefonu ilə ailə üzvləri və tanışları ilə danışıb onlardan pul avtomaşının içində əyləşərək hadisə zamanı həm öz, həm İlham Məmmədov, həm də Zərərçəkmiş şəxs bütün duruş vəziyyətini, hərəkətlərini, İlham Məmmədovun sağ əli ilə Zərərçəkmiş şəxs boyun nahiyəsindən sıxaraq boğması və özünün Zərərçəkmiş şəxs əllərini tutub saxlamasını səhnələşdirməklə, daha sonra işıq yanan evin pəncərəsini, avtomaşından düşüb uzaqlaşdığı istiqaməti, habelə digər xüsusatları əyani şəkildə göstərməklə etirafedici ifadəsini tam olaraq bir daha təsdiq etmişdir (cild 10, iş vərəqi 184-197). Təqsirləndirilən şəxs istintaqa ünvanladığı xx.xx.2021-ci il tarixli ərizəsində hazırkı vaxta qədər Zərərçəkmiş şəxs öldürülməsi ilə əlaqədar bir neçə dəfə dindirilsə də, həmişə özünü hadisədən kənarda tutmaq üçün, ölüm işinə görə ağır cəza alacağından qorxduğu üçün düzgün ifadələr vermədiyini, artıq cəlb olunduğu Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ona gələcəkdə onsuz da ağır cəza veriləcəyini başa düşdüyü üçün ölüm işi ilə bağlı hər şeyi olduğu kimi danışıb bu məsələyə birdəfəlik son qoymaq, hər iki əmələ görə bir cəza almaq istədiyini, Zərərçəkmiş şəxs tanışı İlham Məmmədovla birlikdə öldürdüklərini qeyd etmişdir (cild 10, iş vərəqi 124). Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X5 ifadəsində bildirmişdir ki, 1980-ci ildə Zərərçəkmiş şəxs ilə ailə qurmuş, birgə nikahdan iki övladları olmuşdur. Təxminən 2000-cı ildən onlar Günəşli qəsəbəsi «D» yaşayış massivi 25 saylı evin 6-cı mənzilində yaşamışlar. Ramiz Mingəçevir şəhərində anadan olmuş, lakin uşaqlıqdan Bakıda yaşamışdır. Ramiz həmişə sürücü işləmiş, ölümündən təxminən bir il qabaq bir nəfərdən “Qaz 24” markalı avtomaşın icarəyə götürüb müştəri daşıyaraq pul qazanmış, həmişə bir qayda olaraq saat 10 və 11 radələrində evdən getmiş və saat 01 və ya 02 radələrində, iş olmayanda isə bir qədər də tez evə qayıtmışdır. Ramiz həmişə Bakı şəhərində «Nizami» muzeyinin qarşısında dayanıb müştəri gözləmişdir. 28 dekabr 2003-cü ildə günorta vaxtı Ramiz işə gedəndə onu və qızı İradəni də maşınında 8-ci kilometr qəsəbəsində yaşayan qardaşı Şahların evinə aparıb düşürmüş və getmişdir. O, Ramizin maşınından düşəndə siftə kimi 1000 manat pul vermiş və Ramiz də ona “sən mənə siftə pul vermə, sən siftə verəndə mənə cındır kliyentlər rast gəlir” deyə zarafat etmişdir. Axşam saat 22 radələrində qayını Şahlar onu və qızını evə gətirmişdir. Həmin vaxt Ramiz özü də onlara zəng vurmuş, qızı İradə ilə danışıb onların evə çatdıqlarını soruşmuşdur. Həmin gecə saat 01:45 radələrində onların yaşadıqları evin 780566 saylı telefonuna zəng gəlmiş, həmin vaxt o, yuxudan oyanıb telefonun dəstəyini qaldırmış, zəng vuran adam cavan kişi səsi ilə “bura Ramizgilin öyüdür?” deyə soruşmuş, o da, “Ramizgilin evidir və kimdir soruşan?” deyə soruşmuşdur. Oğlan telefonu qoymaq istəmiş, lakin bir qədər ilə “xanım, heç, İxtiyardır” deyə cavab verdikdən sonra otboy vermişdir. O, Ramiz evə qayıdana qədər həmin adı yadında saxlamaq üçün dilində “İxtiyar-Bəxtiyar” adlarını zümzümə etmişdir, çünki İxtiyar adı Bəxtiyar adına oxşadığına görə bu yolla yadda saxlayacaqmış. Təxminən 15-20 dəqiqə sonra yenidən ev telefonuna zəng gəlmiş və telefonun dəstəyini yenə o, qaldırmışdır. O, dəstəyi qaldıran kimi yavaş səslə bir nəfər oğlan “xanım, biz Ramizi zaloq götürmüşük, əgər 500 dollar pul yarım saat müddətində çatdırmasanız haa, onda Ramizi biz qiymə-qiymə doğrayıb qanlı gölə atacayıq” deyə hədə-qorxu gəlmişdir. O, həmin oğlana “siz kimsiniz ki, Ramizi öldürəsiniz, siz Ramizə heç nə edə bilməzsiniz” deyib telefona otboy vermiş və dərhal götürüb ev telefonundan Ramizin istifadəsində olmuş ******* saylı mobil nömrəyə zəng etmişdir, lakin telefona həmin oğlan cavab verərək “xanım, siz inanmadınız ki, Ramiz mənim əlimdədir, onun telefonu da məndədir, pasportu da bizdədir, “dörd şırvan” pulu var onu da almışıq bizdədir, istəyirsiz maşınıvızın rəngini də deyim, istəyirsiniz maşınınızın nömrəsini də deyim, siz 500 dollar pulu çatdırın, vaxt daralır” demişdir. O, həmin oğlana yalvarmağa başlayıb “siz Ramizə dəyməyin, onun bir oğlu var, əsgərlikdədir, siz bir dəqiqə telefonu Ramizə verin və mən hara desəniz pulu gətirərəm” demişdir. Oğlan ondan “bu telefonu hardan almısınız?” deyə soruşmuş, o da, “satandan” deyə cavab vermişdir. Oğlan ondan “sizin evdə nə qədər pulunuz, qızılınız var?” soruşmuş, o isə, oğlandan telefonu Ramizə verməsini xahiş etmişdir. Oğlan ona “Ramizə iynə vurmuşuq, o yatır, ayılanda telefonu ona verərik” demişdir. O, “Ramizin maşınını da, telefonunu da, üstündə nəyi varsa götürün, ancaq Ramizə dəyməyin, onun bir oğlu var əsgərlikdədir” desə də, oğlan əlavə danışmayaraq otboy vermişdir. Buna baxmayaraq o, yenidən Ramizin mobil telefonuna zəng vurmuş və yenə də həmin oğlan telefona cavab vermişdir. O, yenə də yalvarmağa başlayıb “telefonu Ramizə verin, onunla danışım” demiş, bu zaman oğlan ona “xanım, biz Ramizin dostlarıyıq, biz Ramizi heç vaxt vurmarıq, öldürmərik, bu zarafatdır eyləmişik. Eylə-belə zəng vurduq ki, görək bu kişinin evində pul var, ya yox” demiş, o isə, “gecənin bu vaxtı belə zarafat olar?!” deyə soruşmuşdur. Danışıqlar zamanı o, həmin oğlandan “pulu hara gətirim?” deyə soruşanda, oğlan ona pulu Binə qəsəbəsinə gətirməsini istəmiş, o da, razılaşmış, hətta oğlan ona rişxəndlə “bəlkə biz Günəşliyə gələk?!” demişdir. O, oğlanla telefonda danışanda kənar səs eşitməmiş, lakin oğlan anidən telefonu yanında olan bir qıza vermiş və qız ona nazik səslə bərkdən gülə-gülə “beş yüz dollar götürün tez gəlin” demiş və qız bunu deyən kimi telefonu söndürmüşlər. O, saat 4-də Ramizin telefonuna zəng vurmuş, çox zəif səslə Ramiz ona cavab verib bir dəfə “əəlo” sözünü demiş və telefon yenidən söndürülmüşdür. Bundan sonra Ramizin telefonuna cavab verən olmamışdır. O, oğlanlarla danışan ərəfədə arada Ramizin telefonu zanit olmuş və həmin ərəfədə ev telefonundan Bakı şəhər Baş polis idarəsinə, ardınca 33-cü polis bölməsinə zəng vurub ərinin oğurlandığını, ondan ərini buraxmaq üçün pul istədiklərini demişdir. O, ev telefonundan qaynı Şahların ***-***-**-** saylı telefonuna zəng vurub hadisə barədə sonuncuya da məlumat vermişdir. Ramiz şəkər xəstəsi olduğuna görə maşınında həmişə iynəsi və dərmanı olmuşdur. Ramiz hər gün maşınını təmizləmiş, maşını səliqəli, təmiz saxlamış, həmçinin Ramiz «Vikeroy» siqareti çəkmiş, lakin heç vaxt siqaretin kötüyünü maşının salonuna atmazmış. O, hadisə günü telefonda onunla danışan oğlanların səsini öləcəyi günə qədər unuda bilməz, lakin qızın səsində yanlışlığa yol verə bilər. Hadisə günü mobil telefonda onunla danışmış şəxslərdən birinci danışan oğlanın səsi daha gur, ikinci danışan oğlanın səsi isə daha xırıltılı və qalın olmuş, birinci oğlan təxminən 30-32 yaşlı, ikinci oğlan isə daha cavan, təxminən 25 yaşlı olmuşdur. İbtidai istintaq zamanı zərərçəkmiş şəxsin hüquqi varisi Aybəniz Əmirovanın ifadəsinə əsasən, onunla hadisə günü mobil telefonda aparılmış bütün danışığın məzmunu müəyyən edilərək Təqsirləndirilən şəxs müvafiq məzmunda səs nümunəsi götürülmüş və videoçəkilişdən istifadə edilməklə Aybəniz Əmirovaya təqdim edilmişdir. Aybəniz Əmirova təqdim olunan səs nümunəsi ilə tanış olaraq bildirmişdir ki, həmin səs yazısı onunla hadisə günü birinci danışan şəxsin səsinə çox bənzəyir, belə ki, təqdim olunan səs yazısındakı danışan şəxsin səsində onunla hadisə günü birinci danışan oğlanın səsindəki kimi eyni gurluq əlaməti olmuşdur. Səsin tempi deyilən şey var ki, hadisə günü onunla birinci danışanın səsindəki temp istintaqda qulaq asdığı şəxsin, yəni Təqsirləndirilən şəxs səsinə oxşayır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində tanınanadək ölmüş şəxsin hüquqi varisi Şahid9 ifadəsində bildirmişdir ki, İlham Məmmədov onun doğma qardaşı olmuşdur. Əmircan qəsəbəsi, döngə 2, ev 7 ünvanında yerləşən birmərtəbəli iki otaqlı ev onların ana yurdu sayılır, 2003-cü ilin dekabr ayı ərəfəsində həmin ünvanda anası, İlham, digər qardaşları Mehman, İlqar və ailəsi yaşamışdır. İlham 09 oktyabr 1976-cı il tarixdə Suraxanı rayonu, Əmircan qəsəbəsində anadan olmuş, orta təhsilini Əmircan qəsəbəsində yerləşən 97 №-li orta məktəbdə aldıqdan sonra müxtəlif yerlərdə, o cümlədən, Əmircanda “Əsədli qəsəbəsi” adlanan yerdə yaşayan bacısıgilin qonşusu İlqarın yanında dəmirçi sənətini öyrənib işləməyə başlamışdır. 1996-1998-ci illərdə Füzuli rayonunda hərbi xidmətdə olmuş, qayıtdıqdan sonra müxtəlif yerlərdə, sonuncu dəfə 2003-2004-cü illərdə Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “Qamışlıq servis” adlanan avtomobil təmir sexində İlqar ustanın yanında işləmişdir. 2004-cü ilin ortalarında Rusiya Federasiyasının bilmədiyi şəhərinə gedərək üç ay orada usta kimi işləyib geri qayıdandan sonra heç yerdə işləməmişdir. İlham xasiyyətcə zəhmli, zarafatdan uzaq, ünsiyyətə çox girməyən insan olmuş, fiziki cəhətdən də güclü olmuş, həm də dəmirçi işlədiyinə görə əlində, qolunda fiziki güc olmuşdur. İlham onun qardaşı olsa da, aralarında münasibəti qapalı olmuş, İlham heç vaxt evdə söz danışan olmamışdır. 2002-ci ildən qardaşı heroindən istifadə etməyə başlamış və 08 fevral 2012-ci il tarixdə yaşadığı ünvanda kokainlə zəhərlənmə diaqnozu ilə ölmüşdür. O, İlhamın hansısa kafe, restoran və ya barlara, o cümlədən Tarqovuda yerləşən “Coral” bara gedib istirahət etməsi, habelə hər hansı qadınla və ya fahişə ilə münasibəti, intim görüşləri barədə məlumatsız olmuşdur. Şahid Sadiq Məmmədovun ifadəsinə görə, Təqsirləndirilən şəxs uşaq vaxtlarından tanımış, yaşadıqları evlərin arası təxminən 40 metr olmuş, Bəxtiyar orada atası Talib və anası Tamara ilə birlikdə yaşamışdır. Bəxtiyar onunla həmyaşıd olsa da, ondan daha çox məhlə uşağı kimi İlham ilə münasibət qurmuş, lakin onların bir yerdə hər hansı məclisdə iştirak etdiklərini xatırlamır. Hətta Əmircanda yaşadıqları müddətdə bir dəfə Bəxtiyar kənddə onu döyə biləcəyi barədə söz çıxarmış və bu səbəbdən dalaşanda o, Bəxtiyarı yıxmışdır. Orada İlham da iştirak etsə də, onlara dalaşmağa şərait yaratmış və ayırmamışdır. X10 qəsəbəsinə köçsələr də, Bəxtiyar həmişə Əmircan qəsəbəsinə gəlib-getmişdir. Bəxtiyar savadlı, ərəb dili, quran oxumağı bacaran, amma hamıya ilişən, davakar, xətakar insan olmuşdur. Bəxtiyarın spirtli içki və ya narkotik vasitə qəbul etməsi, harada təhsil alması və işləməsi barədə məlumatı olmamışdır. Zərərçəkmiş şəxs 29 dekabr 2003-cü il tarixdə saat 03-04 radələrdə Əmircanda öldürülməsi hadisəsi ilə bağlı ilk dəfə ibtidai istintaq dövründə eşitmiş, hadisə baş verən ərəfədə isə bu barədə eşitməmişdir. İlhamın Bəxtiyar ilə birlikdə belə bir hadisə törətməsini izah edə bilmir, bu barədə məlumatsızdır, həmin gün İlhamın evdən nə zaman çıxıb, nə zaman qayıtması, hara getməsi və kimlə görüşməsi barədə ailə üzvləri ilə birlikdə də çox fikirləşsələr də xatırlaya bilməmişlər, ümumiyyətlə İlham çox qapalı insan olduğuna görə, hətta ailəsinə də sirrini danışan olmadığına görə bu barədə hamı məlumatsız olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X21 ifadəsində bildirmişdir ki, 2002-2010-cu illərdə Bakı şəhəri, Bülbül prospektində yerləşən “Coral” barda fahişəliklə məşğul olmuş, heç vaxt sifarişlə hansısa ünvanda cinsi əlaqədə olmamış və müştərilər ilə ancaq Babək prospektində saunada görüşmüşdür. “Koral” bardan başqa barlarda işləməmiş, əvvəllər heç vaxt ailə qurmamışdır. “Koral” barda işlədiyi dövrdə “Çolpon Lera” adı ilə çağırılan qırğız və “Mari” adı ilə çağırılan gürcü qızları ilə nisbətən yaxın münasibəti olmuşdur. Bildiyinə görə, Çolpon 2008-ci ildə, Mari isə 2010-cu ildə deport olunaraq öz ölkələrinə qayıtmışlar. 2003-2004-cü illərdə onun yaşadığı kişi olmamış, tək yaşamışdır. Çolpon əvvəllər Zaur, sonradan isə Mirəziz adlı oğlan ilə sevgili olmuş, “Beşmərtəbə” adlanan ərazidə həyət evində qızı Kunduza ilə yaşamışdır. O, Çolponun yaşadığı ünvanda bir neçə dəfə olmuşdur, belə ki, ya rəfiqə kimi birlikdə vaxt keçirmişlər, yaxud da Çolponun xahişi ilə gec saatda evə qayıdacağı üçün evinə gedib qızını tək qoymamışdır. Həmin ərəfələrdə o, “Davıdoff” etiketli siqaret çəkmişdir. Təqsirləndirilən şəxs Talib oğlu və X19 adları ona tanış gəlməmiş, lakin hər iki şəxsin fotoşəkili ona təqdim edildikdə həmin şəxslərdən Bəxtiyarı xatırlamışdır. Bəxtiyar tez-tez «Koral» bara gəlmiş, orada Bəxtiyarı həmişə Çolponun yanında görmüş, Bəxtiyarla ümumi salam-sağolu olmuş, lakin heç vaxt cinsi əlaqədə olmamışlar. Digər fotoşəkildəki şəxsi, yəni İlham Məmmədovu isə xatırlamır, bəlkə də İlhamı da görmüşdür, lakin uzun müddət keçdiyinə görə və həyat tərzi ilə əlaqədar çoxlu sayda kişi ilə görüşdüyünə görə fotoşəkildəki şəxsi xatırlaya bilməmişdir. «Nizami» muzeyinin yanında Bəxtiyar və İlhamla birlikdə taksi avtomaşınına, o cümlədən, “Qaz 24” markalı taksi avtomaşına əyləşdiyini xatırlamır, çünki bu onun üçün heç bir əhəmiyyət kəsb etməyən adi bir həyati an olduğuna görə haradasa, nə vaxtsa, hansısa taksiyə əyləşdiyini xatırlamaya bilər. Həmçinin, normal olaraq İlham Məmmədovu ya bir dəfə, ya da bəlkə çox az sayda gördüyü üçün və aralarında hər hansı münasibət olmadığı üçün xatırlamaya bilər. O, heç vaxt Əmircan qəsəbəsində olmamış, cinsi əlaqədə olmaq üçün müştəri sifarişi olanda da heç vaxt kiminsə evində görüşməyi qəbul etməmişdir. Ola bilər ki, eyni istiqamətdə gedəcəkləri üçün o, Bəxtiyargillə eyni avtomaşına əyləşmiş və yolüstü enmişdir. Lakin Əmircanda hər hansı taksi sürücüsünün öldürülməsi, o cümlədən də Bəxtiyar və İlham Məmmədov tərəfindən öldürülməsi barədə məlumatı olmamışdır. Həmin gün əgər birlikdə həmin şəxslərlə avtomaşına əyləşmiş olsa da, dəqiq xatırlamır və həmin şəxslərin hər hansı cinayət edəcəklərini qabaqcadan bilməmişdir. Cinayət işinə əlavə olunmuş xx.xx.2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs hadisə günü Nərgiz Əliyevanın “Randevu” restoranına gələrək Lera ilə söhbət etməsi, restorandan çıxarkən həvəssiz olduğuna görə “Coral” bara dəyib orada beş dəqiqə ərzində müştəri olmasa çıxıb evinə gedəcəyini deməsi, o və İlham Məmmədovla birlikdə Zərərçəkmiş şəxs idarə etdiyi avtomaşına əyləşməsi, “Coral” barın qarşısında taksidən düşməsi barədə xüsusatları Nərgiz Əliyevanın üzünə qarşı deyərək təsdiq etmiş, Nərgiz Əliyeva da ifadəsində Təqsirləndirilən şəxs dediklərini təsdiqləyərək, “əvvəllər «Coral bar»da belə bir qayda var idi ki, saat 20:00-a qədər bara gələn qızlar üçün giriş pulsuz idi, daha sonra isə giriş pulu verilməli idi, mən də çalışırdım ki, həmişə qeyd etdiyim vaxta qədər bara gəlim. Lakin bəzən müştəri olanda yaxud başqa işlərim olanda gecikəndə beş-on dəqiqəlik bara girib ümumi vəziyyətə baxırdım və müştəri olanda birlikdə çıxırdıq, olmayanda isə oranı tərk edirdim, bu zaman qısa vaxt qaldığıma görə və məni tanıdıqlarına görə giriş pulu almırdılar” deyə bildirmişdir (cild 9, iş vərəqi 133-136). Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs Talib oğlu və X19, habelə Zərərçəkmiş şəxs adlı şəxsləri tanımır. 2003-cü ilin dekabr aylarının sonu, Yeni il bayramından bir neçə gün əvvəl dəqiq xatırlamadığı tarixdə gecə saat 02 radələrində arvadı ilə birlikdə yataq otağında yatdığı vaxt küçədə bir nəfər kişinin uca səslə danışmasına, ardınca isə avtomobilin starterinin səsinə oyanmış, lakin arvadı oyanmamışdır. O, küçədə olan şəxsin mobil telefonda danışdığını zənn etmiş, lakin danışığı, nə dediyini eşitməmişdir. Avtomobilin starterinin səsi təxminən 2-3 dəqiqə davam etmiş, lakin mühərrik işə düşməmişdir. Təxminən 2-3 dəqiqə sonra o, kömək etmək məqsədilə yataqdan durub əvvəlcə əynini isti geyinərək tünd rəngli gödəkçəsini də geyinmiş, lakin önünü bağlamamışdır. Daha sonra dəhlizə çıxıb qonaq otağının işığını, ardınca isə digər otağa keçib işığı yandırmış və pəncərəni açıb küçəyə boylanmışdır. Ümumiyyətlə onun evinin hadisə yeri olan küçəyə dörd ədəd pəncərəsi açılır ki, sıra ilə ilk iki pəncərə yataq otağına, üçüncü pəncərə qonaq otağına, dördüncü pəncərə isə sonuncu otağa aiddir. O, dördüncü pəncərədən çıxana qədər qonaq otağında işığı yandırması səbəbi ilə artıq küçəyə üçüncü pəncərədən işıq düşmüşdür. Küçəyə boylananda onun evi ilə qonşuluqda yerləşən 7 №-li evin arasında bir ədəd kül rəngli Qaz-24 markalı dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobil görmüş, avtomobilin bütün qapıları örtülü, ön tərəfi onun evi istiqamətində, arxa tərəfi isə 7 №-li ev istiqamətində olmuşdur. Bir nəfər kapotu qaldırıb avtomobilin sol qanadı tərəfdə ayaqüstə dayanıb mühərrikxanaya baxmışdır. O, çıxanda artıq starter də söndürülmüş, avtomobilin içini görməmiş və fikir verməmişdir. Həmin vaxt ətraf tam qaranlıq olmuş və o, kənarda ikinci şəxs və ya hərəkət hiss etməmişdir. Avtomobilin yanında dayanmış həmin şəxs orta bədən quruluşlu, normal hündürlükdə olmuş, nə çox hündür, nə balacaboy olmamışdır, qaranlıq olduğuna görə tam görə bilmədiyi üçün və uzun müddət zaman keçdiyinə görə həmin şəxsin sifət quruluşu, əynindəki geyimi dəqiqliyi ilə xatırlamır. O, həmin şəxsin yaşını təxmin edə bilməsə də, cavan adam olduğunu zənn etmişdir. O, həmin şəxsdən maşının xarab olduğunu soruşmuş, həmin şəxs də “hə” deyə təsdiq etmişdir. O, maşına benzin lazım olub-olmaması ilə maraqlanmış, həmin şəxs maşının qazla işlədiyini bildirərək, ğenzin lazım olmadığını demişdir. O, əli ilə Əzizbəyov döngəsini göstərib, qabaqda Ağarza adlı usta olduğunu bildirərək maşını onun yanına aparmağı məsləhət görmüşdür. Həmin şəxs də kapotu örtüb onun göstərdiyi istiqamətə getmişdir. O, yenidən işıqları söndürüb pəncərəni örtüb yenidən yerinə uzanmış, pəncərədə dayanıb həmin şəxslə söhbətdə olduğu zaman təxminən 5 dəqiqə davam etmişdir. Bir qədər sonra küçədəki lükun qapağının səsinə bir də yuxudan oyanmış, avtomobildən arxada olduğuna görə həmin avtomobili xalastoynan arxaya buraxdıqlarını hesab etmiş, lakin ikinci dəfə pəncərəyə çıxıb baxmadan yenidən yatmışdır. Həmin lük boş olduğuna görə həmişə ağırlıq səbəbilə səs etdiyinə görə sonradan həmin lüku ləğv etdirmişlər. O, özü də Ağarzanı avtomobil ustası kimi tanımış, Ağarza onun evindən təxminən 300 metr aralıda yaşamış və hadisədən bir neçə il sonra rəhmətə getmişdir. Ağarza avtomobilləri həyətində təmir edirmiş, daha çox da mühərrik təmir edirmiş, hadisədən sonrakı günlərdə Ağarza ilə dəfələrlə rastlaşsa da, öz avtomobilini də təmirə onun yanına aparsa da, həmin gecə olanlar barədə Ağarza ilə söhbəti olmamışdır. Ertəsi gün qonşular kimi o da, küçədə QAZ-24 markalı avtomobilin içində meyit ilə birlikdə aşkar edildiyini eşitmiş, lakin görmək imkanı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, “Reno” markalı avtomaşınla “Qoşa qala qapısı” qarşısında «Nizami» muzeyinin yanında dayanıb növbəlilik qaydasında müştəri götürərək taksi kimi fəaliyyət göstərmişdir. Mərhum Zərərçəkmiş şəxs 1996-cı İldən taksi sürücüsü kimi tanımışdır. Ramiz şəkər xəstəliyindən əziyyət çəkdiyinə görə işdə olandə hər gün yeməkdən təxminən yarım saat əvvəl özü özünə insulin iynəsi vurub sonra çörək yemişdir. Onlar hər gün saat 01-02 radələrinə qədər «Nizami» muzeyinin yanında durub taksi fəaliyyəti göstərmişlər. 29 dekabr 2003-cü il tarixdə saat 01 radələrində eyni yerdə müştəri gözləmişlər. Onlar üçü də Ramizin maşınında oturmuş, Ramiz özü sükan arxasında oturub qabaq sərnişin oturacağın üstünə qoyduğu selofan torbadakı pendir, çörək və göyərtini yemiş, hətta onlara təklif etsə də, onlar yeməmişlər. O, maşında Ramizin arxasında, digər taksi sürücüsü Eldar isə arxada onun yanında oturmuşlar. Az sonra o, bir nəfərin onun avtomaşının sağ yan tərəfinə yaxınlaşdığını görüb, həmin maşından düşüb öz maşınına yaxınlaşmışdır. Həmin şəxs ona “çerez «Koral bar»ın yanından, «Nizami» kinoteatrının yanından Əmircana gedərsənmi və neçəyə gedərsən?” deyə soruşmuş, o, həmin şəxsə üç şirvana gedəcəyini deyəndə, sonuncu qiymətin baha olduğunu və üzərində iki şirvan olduğunu demişdir. Bu zaman o, Ramizin avtomaşınına yaxınlaşıb həmin oğlanın sifarişini və iki şirvan pul verəcəyini demiş, Ramiz də razılaşmış və tez oturacağın üstündə olanları yığışdırmışdır. Bundan sonra o, gedib öz avtomaşınına oturmuş, ötəri olaraq Ramizin avtomaşınına əyləşən şəxslərin üç nəfər olduğunu görmüş, həmçinin qaranlıq olduğundan üzlərini, paltarlarını görə bilməsə də arxada gözləyən şəxslərin qız olduğunu zənn etmişdir. Lakin onunla danışan oğlan təxminən 1,65-1,70 metr boyunda, üzü qırxılmış, bığsız, qara gödək saçlı, saçı sağa doğru bir az dağınıq daranmış vəziyyətdə olmuşdur. Qaranlıq olduğuna görə həmin şəxsin üz cizgilərini dəqiq görməmiş, lakin sifəti dolu olmamış, əynində qara rəngli yaxası açıq vəziyyətdə gödəkçə, altında ağ rəngli boğazlı sviter olmuşdur. Ramiz getdikdən təxminən yarım saat sona o da, müştəri götürüb sifarişin ardınca getmişdir. Hadisənin üzərindən uzun müddət keçdiyinə görə hadisə günü Zərərçəkmiş şəxs avtomaşınına əyləşən şəxsləri görsə belə, onları tanıya bilməz. Cinayət işinə əlavə edilmiş Bakı şəhər Baş Polis İdarəsi Kriminalistik Tədqiqatlar idarəsinin xx.xx.2004-cü il tarixli KT-5 №-li məktubundan görünür ki, Şahid5 sözləri ilə yığılmış cinayətkarın fotorobotu istintaqa təqdim edilmişdir. Fotorobotda qeyd olunan təsvir ilə Təqsirləndirilən şəxs Fərdi uçot kartoçkasında əks olunmuş həmin dövrə aid fotoşəkli arasında müqayisəli təhlil zamanı həmin təsvir və fotoşəkillər arasında kifayət qədər oxşarlıq müəyyən edilmişdir (cild 7, vərəqi 86-87). Məhkəmə icldasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, hadisə günü, yəni 2003-cü il dekabr ayının 28-dən 29-na keçən gecə saat 01 radələrində «Nizami» muzeyinin yaxınlığında “Tarqovu” adlanan sahəyə tərəf yolun kənarında işıqforun yanında və Nizami Gəncəvi heykəlinin təxminən paralelində o, sürücü yoldaşları olan Vaqif və mərhum Zərərçəkmiş şəxs ilə müştəri gözləmişlər. Ramiz öz QAZ-24 markalı avtomobilində sürücü yerində əyləşib çörək ilə pendir yemiş, Vaqif Ramizin arxasında, o isə, Vaqifin yanında əyləşmiş, ümumi söhbət etmişlər. Ramiz ağır şəkər xəstəsi olmuş, özü özünə göbək nahiyəsinə insulin iynəsi vurmuşdur. Ramizin ləqəbi “jarqon” olmuş, çünki danışığı və əl hərəkətləri ilə məhkum təəsüratı bağışlamış, adi şeydən əsəbləşmişdir. Ramizin hər hansı şəxslə mübahisəsi və ədavəti olmasının şahidi olmamışdır. Həmin gün Ramizin geyimini dəqiq xatırlamır, lakin ona təqdim olunan fotocədvəldən görünən sarı poliver həqiqətən Ramizin əynində olmuşdur. Həmçinin Ramizin klassik tipli kepkası da olmuş və səhv etmirsə, həmin gün kepka da Ramizin başında olmuşdur. Ramizin avtomobilə aid sənədləri, o cümlədən özünə aid rəsmi sənədləri harada saxlamasını bilməmiş, Ramizin avtomobilinin benzin yaxud qazla idarə olunmasını xatırlamır. Fotocədvəldən görünən qırmızı üzlü “meçta” konfetlərini Ramiz şəkər xəstəsi olduğuna özü üçün avtomobildə saxlamış, lakin harada saxladığını o, bilməmiş, sürücü oturacağındakı zolaqlı döşəkçə də Ramizə aid olmuş və həmin sürücü oturacağında istifadə olunmuşdur. Həmin gün əvvəlcə avtomaşına bir oğlan yaxınlaşmış, təxminən 5-6 metr aralıda iki nəfər dayanıb gözləmiş, həmin gözləyən şəxslərin səhv etmirsə biri oğlan, biri qız olmuşdur. Həmin şəxslərin danışıqlarını da eşitməmiş, çünki onlar Vaqiflə danışmışlar. Vaqif razılaşmadıqda və müştəri aralaşmaq istəyəndə Ramiz bunu görüb Vaqifi səsləyərək müştərinin haraya getdiyini soruşmuş, Vaqif iki şirvana “Koral bar”, oradan da Əmircana getmək istədiklərini deyəndə, Ramiz əl hərəkəti ilə Vaqifə “göndər gəlsin” işarəsi vermişdir. Həmin şəxslər Ramizin maşınına əyləşəndən sonra Ramiz avtomaşını o vaxtkı H.Hacıyev, indiki Azərbaycan prospekti ilə idarə edib yola düşmüşdür. Qabaqda təxminən 30 yaşlı, 1,60-1.70 metr boyu olan, arıq sifət quruluşlu oğlan əyləşmiş, əynində isə qara rəngli gödək kurtka və açıq ağ-boz rəngli sviter olmuşdur. Həmin oğlanı ilk dəfə görmüşdür, digər iki nəfəri isə qaranlıq olduğu üçün ümumiyyətlə görə bilməmişdir. Həmçinin, Ramiz hadisə günü bir neçə dəfə, bəlkə də 6-7 dəfə müştəri aparıb düşürüb yenidən öz yeriə qayıtmışdır. Həmin gün hava soyuq olsa da, qar yaxud yağışlı hava olmamış, həmin ərəfədə Ramiz qırmızı rəngli “Vikeroy” etiketli, o isə “Marlboro” etirketli siqaret çəkmişdir. Ramizin avtomaşınında qapının külqabı yerində siqaret kötüklərinin tapılması barədə dəqiq hansı gün çəkilib oraya toplanması barədə fikir bildirə bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid11 ifadəsində bildirmişdir ki, 1997-ci ildə Azərbaycan Beynəlxalq Universitetinin Hüquq fakültəsinə daxil olmuş, həmin ildə onunla birlikdə Əmircan qəsəbəsindən çoxdan tanıdığı, 114 saylı orta məktəbdə birgə oxuduğu Təqsirləndirilən şəxs da ABU-ya daxil olmuşdur. Eyni universitetdə oxuduqları üçün həmkəndlisi Bəxtiyarla münasibətləri daha da yaxşılaşmış, bütün günü bir yerdə vaxt keçirmişlər. Universitetdə oxuyanda Bəxtiyarla tez-tez Fəvvarələr meydanında yerləşən “Randevu” restoranında yemək yemişlər. Bəxtiyar mütəmadi olaraq «Nizami» kinoteatrının yaxınlığında yerləşən barlara, əsasən də “Coral” bara gedib-gəlmişdir. Bir dəfə 2003-cü ilin payız-qış aylarında Bəxtiyar ona zəng vurub şəhərdə olduğunu bildirərək, birlikdə “Coral” bara getməyi xahiş etmiş, o da, Bəxtiyarla birlikdə ikisi “Coral” bara getmişlər. Bara girəndə barın işçilərinin əksəriyyəti Bəxtiyarla görüşüb hal-əhval tutmuşlar, hamı orada Bəxtiyara öz adı ilə müraciət etmişdir. Bəxtiyarın həmin barın daimi müştərisi olduğu və ona görə də barın işçilərinin Bəxtiyarı yaxşı tanıdıqları hiss olunmuşdur. Sonralar bir neçə dəfə də Bəxtiyar ona zəng vurub “Coral” bara getməyə çağırsa da, o, Bəxtiyarın istəyindən imtina edib bara getməmişdir. Həmçinin, o, institut illərində təsadüfən futbol oynayarkən ABU-da oxuyan Zaurla tanış olmuş, sonra Zaurla Bəxtiyarı, Zaur da daimi görüşdüyü Lera ləqəbli qızla Bəxtiyarı tanış etmiş, Lera da öz növbəsində rəfiqəsi Lenanı Bəxtiyarla tanış etmişdir. Lera ilə Lena mütəmadi olaraq “Coral” bara getməklə orada fahişəliklə məşğul olmuşlar. Bəxtiyar Lenanı görmək üçün mütəmadi olaraq həmin bara getmiş, Bəxtiyar Lena ilə şəhərin müxtəlif yerlərində də görüşmüş, şəhərdə görüşəndə bəzi vaxtlarda o da, onların yanında olmuşdur. Daha sonra o, Lenanın rəfiqəsi Lera ilə tanış olmuş, Leranın deməsinə görə əsl adı “Cholpon” olmaqla əslən Qazaxıstandan olmuşdur. Ümumiyyətlə, Bəxtiyar Lera ilə tanış olduqdan sonra həm Bəxtiyar, həm də o, Lera vasitəsi ilə sonuncunun çoxlu sayda, o cümlədən “Tanya”, “Meri” rəqəbli Maria adlı gürcü qız və “Nataşa” adlı hündürboy rəfiqəsi ilə tanış olmuşlar. "Meri’’ ilə “Lena” eyni evdə kirayə yaşamışlar. O, universitetdə oxuyan zaman bir dəfə Bəxtiyarla həmin evə getmiş, həmin ev köhnə “Portofino” restoranının arxasında, 1-ci mərtəbədə yerləşməklə sahəsi təxminən 60 kv. metr olan böyük otaq və bir neçə kiçik ölçülü otaqlardan ibarət olmuşdur. O, həmin evdə Bəxtiyarın paltarlarını görüb sonuncunun həmin evə mütəmadi olaraq gəlib-getdiyini düşünmüşdür. Lera isə beşmərtəbə tərəfdə dairənin yaxınlığında yerləşən evdə yaşamış, o da, bir neçə dəfə həmin ünvanda olmuşdur. Bəxtiyargil Əmircan qəsəbəsindəki evlərinin bir otağını kirayə vermiş, ancaq deyəsən evin iki otağını özlərində saxlamışlar, çünki Bəxtiyar da bəzi vaxtlarda öz evlərində gecələmişdir. Hətta o da, bir-iki dəfə Bəxtiyargilin Əmircan qəsəbəsində yerləşən evlərində olmuşdur. Bəxtiyar 2003-cü ilin sonları 2004-cü illərdə səhv etmirsə ağ rəngli “vikeroy” markalı siqaret çəkmişdir. Bəxtiyar istər tələbəlik vaxtı, istərsə də, sonralar mütəmadi olaraq taksidən istifadə etmişdir. Belə ki, həmin ərəfələrdə Bəxtiyar heç bir yerdə işləməsə də, onda həmişə pul olmuşdur. 2000-2001-ci illərdə o, hərbi xidmətdə olmuş, Bəxtiyar Dadşov isə hərbi xidmətə 2002-ci ilin yay aylarında gedib 2003-cü ilin yay ayında qayıtmışdır. Bəxtiyar hərbi xidmətdən qayıtdıqdan sonra onunla ya Əmircan qəsəbəsində və Suraxanı qəsəbəsində yerləşən Hüseynağanın bərbərxanasında, ya da şəhərdə görüşüb birlikdə ümumi söhbət edib yemək yemişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərmişdir ki, 1997-ci il tarixdə orta məktəbi orada bitirdikdən sonra Beynəlxalq Universitetin Beynəlxalq iqtisadi münasibətlər fakültəsinə qəbul olunmuşdur. Orada oxuduğu müddətdə Əmircan qəsəbəsində yaşayan Emil adlı şəxslə, daha sonra isə Emilin vasitəsi ilə dostu, Əmircan sakini Təqsirləndirilən şəxsla tanış olmuşdur. Universiteti 2001-ci ildə bitirənə qədər Bəxtiyarla yaxın münasibətləri olmuşdur. Həmin vaxt subay olduğu üçün tez-tez Bakı şəhərinin mərkəzində yerləşən “Coral” bara getmişlər. Təxminən 1999-cu ildə orada “Lera” ləqəbli, əslən Qırğızıstandan olan Cholpon Sadabaeva adlı qızla tanış olub bir-birlərinə bağlanmışlar. Cholpon “Coral” barın daimi müştərisi olmaqla həmin barda fahişəliklə məşğul olmuşdur. Cholpon həmin vaxt «Gənclik» metrostansiyasının yaxınlığında, sonradan isə beşmərtəbənin yaxınlığında yaşamışdır. Sonra o, Cholponla Bəxtiyarı tanış etmiş və Cholponla tanış olduqdan sonra Bəxtiyar tez-tez “Coral” bara getməyə başlamış, bu ərəfədə də Cholponun dağıstanlı Maşa adlı rəfiqəsi ilə tanış olmuşdur. O, bir neçə dəfə Bəxtiyarın özündən Maşanın yaşadığı evə gedib orada qaldığını, cinsi əlaqədə olduqlarını, hətta bir dəfə Maşa ilə dalaşıb külqabı ilə onu vurduğunu eşitmişdir. Bəxtiyarla şəhərdə olduqları müddətdə adətən “Araz” kafesinə, “Randevu”restoranına gedib orada çörək yemişlər. Hətta bir neçə dəfə o, Cholpon, Maşa və Bəxtiyar bulvarda gəzib birlikdə yemək yemişlər. Yay vaxtlarında tez-tez Bəxtiyarla ikisi Mərdəkana gedib “Tropikanka” adlı diskotekada istirahət etmişlər. Bəxtiyarın həmin ərəfədə pulu çox olmuş, lakin pulu haradan almasını o, bilməmişdir. O, Bəxtiyargilin Əmircan qəsəbəsində yerləşən evlərində olmuşdur. Belə ki, bir dəfə Bəxtiyar evdən nə isə götürmək istəyəndə o da, Bəxtiyarla getmişdir. Lakin hərbi xidmətdən qayıtdıqdan sonra o, Bəxtiyarla əlaqə saxlamamış və görüşməmişdir, çünki hərbi xidmətə getməmişdən əvvəl Bəxtiyar ondan pul almış, lakin sonradan onu aldadaraq həmin pulu qaytarmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid13 ifadəsində göstərmişdir ki, 2003-cü ildə hərbi xidmətdən qayıtdıqdan sonra bərbər işləməyə başlamış, təxminən 6-8 ay sonra o, Təqsirləndirilən şəxsla tanış olmuşdur. Belə ki, həmin ərəfədə, yəni 2003-cü ilin yay aylarında Bəxtiyar saçını kəsdirmək üçün onun işlədiyi salona gəlmiş, saçını digər bərbər Hüseynağaya qırxdırırmış, orada tədricən Bəxtiyarla münasibətləri yaxşılaşmışdır. Bəxtiyar 2003-cü ilin payız aylarından sonra demək olar ki, hər gün onun işlədiyi salona gəlib axşam saatlarına kimi salonda vaxt keçirmiş və salonda işləyənlərin hamısı ilə dostlaşmışdır. Bir dəfə 2003-cü ilin payız aylarında Bəxtiyar yenə onun işlədiyi salona gəlib saçını Hüseynağaya, üzünü isə ona qırxdırmış, üzünü qırxdığı üçün ona pul təklif etdikdə o, pul götürməmiş, Bəxtiyar da həmin vaxt onlara qonaqlıq vermək istədiyini bildirmişdir. Bir neçə gün sonra təxminən saat 18-19 radələrində Bəxtiyar işlədiyi salona gəlib, onlara qonaqlıq vermək üçün Bakı şəhərinin mərkəzinə getməyi təklif etmişdir. O, Hüseynağa ilə təkliflə razılaşmış, Bəxtiyarın salonun qarşısında saxlatdırdığı bir taksi ilə Bakı şəhərinin mərkəzinə getmişlər. Bəxtiyar onları “Fəvvarələr” meydanı tərəfdə bir kafeyə aparıb orada yemək yeməyi təklif etmişdir. Kafedə Bəxtiyar 100 qr. araq da içmiş, o isə, Hüseynağa ilə içki qəbul etməmişlər. Həmin gecə təxminən saat 23 radələrində kafedən çıxıb əvvəlki “Portafino” restoranının yaxınlığında dayanmış taksi sürücülərinə yaxınlaşmışlar. İlk öncə Bəxtiyar sürücülərə yaxınlaşmış, amma “Daevo Nexia” markalı taksi avtomobilinin taksi sürücüsü Əmircan qəsəbəsinə getməkdən imtina etdikdə, Bəxtiyar “Daevo Nexia” markalı ikinci taksi sürücüsünə yaxınlaşmış, həmin taksi sürücüsü 40000 və ya 50000 manata Əmircan qəsəbəsinə, oradan da Hövsan qəsəbəsinə getməyə razılaşmışdır. Onlar həmin taksiyə minib saat 23:30 radələrində Əmircan qəsəbəsinə gəlmişlər. Bundan təxminən 1-2 gün sonra Bəxtiyar yenidən salona gəlmiş, lakin bir daha Bəxtiyarla görüşüb harasa getməmişlər. Təqsirləndirilən şəxs 2003-cü ilin sonları 2004-cü illərdə konkret hansı siqaret çəkdiyini bilmir, ümumiyyətlə həmin ərəfələrdə Bəxtiyarda pul çox olduğuna görə adətən bahalı siqaretlər çəkmiş, bir qayda olaraq çox yerə taksi ilə gedib-gəlmişdir, lakin Bəxtiyarın haradan pul əldə etməsini bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid14 ifadəsində 1989-cu ildən etibarən Suraxanı qəsəbəsində, bazarın yaxınlığında yerləşən özünə məxsus kişi salonunda bərbər işlədiyini, təxminən 2000-ci ildən sonra işlədiyi salona Təqsirləndirilən şəxs adlı bir nəfərin gəlməyə başladığını, sonradan isə daimi müştəriyə çevrilərək həftədə bir dəfə salona gəldiyini, onunla bir salonda Əziz kimi tanıdığı Şahid13 adlı bərbər də işlədiyini bildirərək, sonuncunun məhkəmədə verdiyi ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid16 ifadəsində bildirmişdir ki, 1998-ci ildən etibarən Əmircan qəsəbəsi, Tofiq Bayram küçəsi, dalan 6, ev 5 ünvanında Talib Dadaşova məxsus evdə hər ay 170000 manat (34 manat) kirayə haqqı ödəməklə yaşamışdır. Talib kişi evi ona kirayə verdikdən sonra özü ailəsi ilə Hövsan qəsəbəsinə köçüb oradakı evlərində yaşamışdır. Kirayə götürdüyü ev 2 otaq və 1 böyük dəhlizdən ibarət olmuş, lakin Talib kişi ona həmin evin 1 otaq və 1 dəhlizini kirayə vermiş, evin 1 otağına isə öz əşyalarını və mebellərini yığmışdır. Əşyalarını yığdığı otağın qapısının açarı oğlu Bəxtiyarda da olmuş, Bəxtiyar da gecələr arada bir gəlib həmin otaqda qalmışdır. 2003-cü ildə Bəxtiyar hərbi xidmətdən qayıtdıqdan sonra axşamlar arada bir gəlib onun yaşadığı evdə, öz əşyalarını yığdıqları otaqda qalmışdır. Onun evdə dörd qızı olduğu üçün Bəxtiyarın gəlib-getməsindən narahat olub bu barədə Bəxtiyarın atası Talib kişiyə öz iradını bildirmişdir. 2003-cü ilin sonlarında Bəxtiyar onun yaşadığı evə əsasən gecə saat 23-24 radələrində, bəzi hallarda isə 01-02 radələrində gəlmiş, bəzi vaxtlarda hətta Bəxtiyar gecə saatlarında xatırlamadığı nömrədən ona zəng vurub gecə evə gələcəyini, orada gecələyəcəyini, ona görə də qapını bağlamamasını bildirmişdir. Hətta bir dəfə gecə saat 03 radələrində Bəxtiyar sərxoş halda evə gəlib onunla dava etmiş, o da, Talib kişiyə zəng vurub oraya çağırtdırmışdır. Sonradan isə, yəni 2004-cü ilin mart ayında Bəxtiyar cinayət məsuliyyətinə cəlb olunmuşdur. O, istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə zəng edərək Bəxtiyarın atası Talıbla danışıqlar aparmışdır. Belə ki, o, evin pulunu Talıba versə də, evin alqısatqısı ilə bağlı sənədləri tam hazırlamadıqlarına görə tez-tez həmin nömrəyə zəng vurub Talibi tələsdirmişdir. Ancaq 2003-cü ilin ortalarından sonra həmin nömrəyə çox vaxt Bəxtiyar cavab vermiş, lakin o, Bəxtiyarla da evin sənədləri mövzusunda danışmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid15 ifadəsində bildirmişdir ki, 1984-cü ildən məhkəmə-tibb eksperti, 1998-ci ildən Suraxanı rayon məhkəmə-tibb ekspertizası və pataloji anatomiya şöbəsinin müdiri vəzifəsində işləmişdir. 29 dekabr 2003-cü il tarixdə Əmircan qəsəbəsində hadisə yerində Zərərçəkmiş şəxs meyitinə baxış keçirilməsində iştirak etmişdir. Hadisə yerinə və meyitə baxışı Suraxanı rayon prokurorluğunun müstəntiqi Nurəddin Əliyev aparmış, baxışda polis idarəsindən ekspert-kriminalist də iştirak etmişdir. Həmin gün hadisə barədə ona məlumat verib baxışda iştiraka dəvət etmişlər, saat 10 radələrində artıq istintaq, polis əməkdaşları, o cümlədən o, hadisə yerində olmuş və baxış təxminən 2 saat davam etmiş, saat 12 radələrində bitmişdir. O, hadisə yerində meyitin aşkar olunduğu vəziyyətdə, meyit avtomaşından çıxarıldıqdan sonra isə meyitin ümumi xarici baxışını aparmış, baxış başa çatdırılandan sonra isə morqa qayıtmış, təxminən yarım saat yaxud bir saat sonra o, morqda müayinəyə başlamışdır. Meyitin morqa təhvil alındığı jurnalda vaxt tam olaraq dəqiqəsi ilə göstərilmişdir. Hadisə yerinin baxış protokolunun tərtibi ilə müstəntiq Nurəddin Əliyev məşğul olmuş, ondan meyitin xarici müayinəsini soruşub protokola qeyd etmiş, lakin o, protokolu orada deyil, sonradan həmin iş gününün sonunda morqda imzalamışdır. Ona görə də hesab edir ki, müstəntiq hadisə yerinə baxış protokolunda baxışın bitmə vaxtını saat “13:50” qeyd etməklə baxışın qurtardığı vaxtı deyil, protokolu tərtib edib başa çatdırdığı vaxtı nəzərdə tutmuşdur. O, meyidi Suraxanı rayon məhkəmətibb ekspertizası şöbəsinin meyitxanasında müayinə edəndə mərhumun bədəni üzərində rəydə göstərilən xəsarətlərdən başqa xəsarət aşkar etməmişdir. Zərərçəkmiş şəxs meyitini müayinə edərkən daxili orqanlarında olan doluqanlılıq, baş beynində, ağciyərində ödemin olması Zərərçəkmiş şəxs şəkərli diabetik koma nəticəsində inkişaf etmiş kəskin ürək- qan damar çatmamazlığından ölməsinə şübhə yaratmış, lakin həmin vaxt histoloji müayinənin cavabı alınmadığına görə ölümün bilavasitə nədən baş verdiyini dəqiq təyin etmək mümkün olmamışdır. Zərərçəkmiş şəxs meyitini müayinə etdikdən sonra Suraxanı rayon prokurorluğundan ölümün səbəbi barədə arayış istənilmiş, lakin arayışı kimin istədiyini dəqiq xatırlamır. O da, 30 dekabr 2003-cü il tarixdə Zərərçəkmiş şəxs ölümünün səbəbi barədə Suraxanı rayon prokurorluğunun müstəntiqi Nurəddin Əliyevin adına arayış yazıb Suraxanı rayon prokurorluğuna göndərmişdir. Həmin arayışı Nurəddin Əliyevin adına yazıbsa, deməli sonuncu da ondan istəmişdir. Arayışda Zərərçəkmiş şəxs ölümünün səbəbinin yuxarıda qeyd edilən əlamətlərə əsasən kəskin ürək qandamar çatışmazlığı olduğunu göstərmişdir. Sonradan histoloji müayinənin cavabları alındıqda, Zərərçəkmiş şəxs ölümünə yuxarı tənəffüs yollarının sıxılması nəticəsində əmələ gəlmiş mexaniki asfiksiyanın səbəb olduğu müəyyən olunduğuna görə o, histoloji müayinənin cavabına əsasən bu barədə 09 fevral 2004-cü il tarixli 86 saylı ekspert rəyi tərtib etmişdir. Müayinə zamanı meyitin üzərində stranqulyasiya şırımı olmamışdır, əgər olsaydı, rəydə mütləq qeyd olunardı, həmçinin hadisə yerinin müayinəsi zamanı da o, ekspert kimi bu barədə bildirərdi. Bu xəsarəti hadisə yerinə baxış protokolunda qeyd etdirərdi. Buna görə də, hesab edir ki, əllə boğulma və ya dartdıqda gərilən yumşaq material ilə boğulma zamanı xarici əlamət kimi stranqulyasiya şırımının yaranmaması mümkündür. Ümumiyyətlə, boyun nahiyyəsində köndələn şəkildə 2x0.5 sm, 3.2x0.3 sm və 2.5x0.4 sm ölçülü üç ədəd xəsarətlərin olması onu göstərir ki, ölüm daha çox əllə boğulma, həmçinin müxtəlif enə malik, lakin yumşaq materialdan olan ip və ya kənar əşyanın dartılması nəticəsində ola bilərdi. Belə olan halda həmin ip və ya kənar əşya dartılaraq təxminən 0.3 sm enində yerli təsirə malik olaraq boyun orqanlarının sıxılmasına və nəticədə ölümə səbəb olmuşdur, lakin yumşaq səth olduğuna görə xarici əlamət qoymamışdır. Hər bir halda o, ölümün ilgəklə sıxılma nəticəsində baş verə biləcəyinə daha çox inandığı üçün həmin nəticəni rəydə qeyd etmişdir. Həmçinin, o, əvvəlki ifadəsində bu xüsusat ilə bağlı bir dəfə dindirilərkən mərhumun 3 sm deyil, xəsarətlərin ölçülərinə əsasən 0,3 sm enə malik ilgəklə sıxılma nəticəsində öldürülə bilməsinin mümkünlüyünü demiş, lakin texniki olaraq ifadənin sərbəst hissəsini oxuduqdan sonra suallar hissəsinin düzgün tərtib edildiyinə arxayın olub cavablan oxumadan protokolu təsdiq etmişdir. Cinayət işində olan hadisə yerinə baxış protokoluna əlavə olunmuş mərhumun fotoşəkilinin üzərində kimin pozuntu apardığını və pozuntu aparılan nahiyədə xəsarət olub- olmadığını bilmir, çünki tərtib etdiyi 86 saylı ekspert rəyində göstərdiyi xəsarətlərdən başqa xəsarət, o cümlədən boyun nahiyəsində gözlə görünən mexaniki asfiksiyaya uyğun xəsarət aşkar etməmişdir. Rəydə ölümün vaxtını mexaniki olaraq yaddan çıxarıb nəticə hissəsində göstərməmişdir, belə ki, rəyin tədqiqat hissəsinə əsasən demək olar ki, Zərərçəkmiş şəxs meyit müayinə olunandan 10- 12 saat əvvəl ölmüş və ölümün vaxtını müəyyən etmək üçün 10-12 saatı rəyin ilk vərəqində ekspertizanın başlama saatı kimi göstərilən 13:00-dan çıxılmalıdır, lakin yenə də alınan nəticə “ölümün vaxtı” anlayışı üçün dəqiq və qəti olaraq götürülməməlidir. Həmçinin rəyin daxili müayinə hissəsində meyitin başın sağ ənsə nahiyəsində bir ədəd oval formalı qansızma olduğu göstərilsə də, bu xəsarət yaddan çıxaraq nəticə hissədə qeyd olunmamışdır. Belə ki, rənginə əsasən həmin xəsarət həyati olmuş və mərhumun ölümündən az əvvəl bərk küt əşyanın təması nəticəsində əmələ gəlməyə xarakterikdir, canlı şəxslərdə sağlamlığa zərər vurmayan xəsarət kimi qiymətləndirilir və ölüm ilə səbəbli əlaqəsi yoxdur. Ekspert rəyində istifadə olunan terminlərdən “fasiləli” dedikdə, biri-birindən aralı yerləşmiş və aralarında zədəsiz nahiyələr olan qansızmaların mövcudluğu, “köndələn” dedikdə, xəsarətlərin boyun nahiyəsi üzərində böyük ölçüsü üfüqi istiqamətdə, yəni soldan sağa yaxud sağdan sola yerləşməsi, “boynun ön yuxan səthi” dedikdə, çənənin altından qırtlaqın üstünə qədər olan hissə başa düşülməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs ölümü ilə əlaqədar hadisə yerinə baxış zamanı kriminalist kimi iştirak etmiş və əl-barmaq izlərini də özü götürmüşdür. O, hadisə yerinin baxışı zamanı müvafiq kriminalistik tozlardan istifadə etməklə siqaret qutusunun üzərindən bir ədəd və mərhuma məxsus sürücülük vəsiqəsinin qovluğu üzərindən isə iki ədəd əl-barmaq izi götürmüşdür. Sürücülük vəsiqəsinin qovluğu sürücü oturacağının ayaqaltı hissəsində, siqaret qutusu isə avtomobilin saxlanc yerində aşkar olunmuşdur. Sürücülük vəsiqəsinin qovluğu həmin dövrlərdə qırmızı rəngli, qatlanan olmuş, hadisə yerində üzərindən əl-barmaq izi götürdüyü qovluq da eyni formalı olmuş, həmçinin içində sürücülük vəsiqəsi də olmuşdur. Həmin əşyaları baxışın sonunda müstəntiq Nurəddin Əliyev götürmüş, lakin həmin əşyaların sonrakı taleyi barədə onun heç bir məlumatı olmamışdır. Hadisə yerinə baxış protokolunu müstəntiq Nurəddin özü tərtib etmiş, hansı səbəbdən mərhuma məxsus sürücülük vəsiqəsinin qovluğunun harada aşkar olunması, götürülməsi kimi xüsusatları protokolda göstərmədiyini o, bilmir. Hər bir halda qeyd olunan xüsusatların, yəni sürücülük vəsiqəsinin qovluğunun hadisə yerində haradan aşkar olunmasının və götürülməsinin protokolda qeyd olunmaması səhlənkarlıqdır. Baxışda fotoşəkilləri o, çəksə də, üzərindən əlbarmaq izləri götürdüyü siqaret qutusu və sürücülük vəsiqəsinin qovluğunun aşkar edildiyi yerlərdəki vəziyyətdə fotoşəkillərini çəkmək onun diqqətsizliyi olmuş, həmçinin bu barədə müstəntiq də ona hər hansı göstəriş verməmişdir. Hadisə yerinə baxış iştirakçısı kimi baxış təxminən iki saat ərzində yekunlaşmış və onlar nahar fasiləsinə qədər artıq hadisə yerindən meyitxanaya getmişlər. Müstəntiqin baxışın saat 13:55-də qurtarması barədə qeydi protokolun tərtib edilib başa çatdırıldığı vaxtdır, çünki baxış artıq saat 12 radələrində başa çatdırılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid17 ifadəsində bildirmişdir ki, 1988-ci ildə “Qaqarin mostu” deyilən yerin yaxınlığında yerləşən avtomobil təmir sexində dəmirçi kimi işə başlamış, 1992-ci ildən 1998-ci ilədək fasilələlərlə «Gənclik»də zooparkın yaxınlığında yerləşən avtomobil təmir sexində, 1997-1998-ci illərdən Bakı şəhəri, Nizami rayonunda “Şərq sarayı” restoranın qarşısında yerləşən “Qamışlıq service” deyilən avtomobil təmir sexində dəmirçi kimi işə davam etmişdir. Təqsirləndirilən şəxs tanımır, lakin X13 təxminən 89-90-cı illərdən tanımışdır. Belə ki, Əmircan qəsəbəsində «Əsədli» məhəlləsində onun yaşadığı ünvan İlhamın bacısıgilin yaşadığı ünvan ilə divar qonşuluğunda yerləşmiş və həmin ərəfədə İlhamın bacısı ailə qurandan sonra İlham da həmin ünvana gəlib-getmiş, arada hasar olmadığına görə İlham onların evində də çox olmuşdur. O, «Gənclik»də işlədiyi dövrdə İlham təxminən 15-16 yaşlarında onun yanına tələbə kimi gələrək dəmirçi sənətini öyrənmiş, oradan da Fizuli rayonuna hərbi xidmətə yollanmışdır. Sonradan İlham «Sovetski» deyilən yerdə bilmədiyi ünvanda dəmirçi kimi işləmiş, 2003-2004-cü illərdə yenidən onun yanına qayıdıb “Qamışlıq service” də dəmirçi kimi işləməyə davam etmişdir. İlham çox peşəkar dəmirçi olmuş, buna görə ona “ütü” ləqəbi verilmiş, lakin İlham həm də çox məsuliyyətsiz usta olmuşdur. O, bir-ki gün işə çıxmış, bir neçə gün isə işdən yayınmışdır. Hər dəfə soruşanda isə böyrəklərinin ağrıdığını deyib gileylənmişdir. Belə vəziyyət təmir sexində müştəriləri narazı saldığına görə o, yavaş-yavaş xətrinə dəymədən İlhamı sexdən uzaqlaşdırmışdır. Bundan sonra İlhamın işləyib-işləmədiyini bilməmişdir. İlham öldüyü günə qədər demək olar ki, hər gün bacısıgilə gəlib-getmiş, lakin İlhamın gecə saat 1-2 radələrində bacısıgilə gəlməsinin şahidi olmamışdır. İlham 2003-2004-cü illərdə siqaret çəkir və spirtli içki qəbul etmiş, lakin spirtli içkinin aludəçisi olmamışdır. O, İlhamın əsgərlikdən qayıdandan sonra nəşə çəkməsindən dəfələrlə şübhələnsə də, faktiki olaraq şahidi olmamışdır. İlhamın həmin ərəfədə istifadəsində mobil nömrə olmuş və həmin mobil nömrə vasitəsilə dəfərlərlə İlhamla əlaqə saxlamışdır, lakin İlhamın həmin mobil nömrəsini xatırlamır. İlhamın istifadəsində tez-tez ayrı-ayrı markalı mobil telefonların şahidi olmuşdur. İlham Məmmədovun sevgi və ya yaxın münasibətdə olduğu qadın olub-olmaması, bar, kafelərdə yüngül həyat tərzi keçirən qadınlarla əlaqəsi, özünün belə bar, kafelərdə gedib-getməməsi, pul qarşılığında cinsi əlaqədə olduğu qadınların olub-olmaması barədə məlumatı olmamışdır. 2003-cü ilin dekabr ayının 29-da yaşadığı evin yaxınlığında “Qaz 24” markalı avtomobilin kabinəsində Zərərçəkmiş şəxs meyitinin aşkar olunması barədə kənddə yayılan xəbərləri eşitmiş, lakin hadisə barədə heç bir əlavə məlumatı olmamışdır. Cinayət işində olan telefon danışıqlarına dair məlumatlara baxış protokolundan görünür ki, Şahid17 məxsus mobil nömrəyə aid bütün telefon məlumatları sonuncuya təqdim olunaraq, mərhum İlham Məmmədov ilə hansı mobil nömrə vasitəsilə əlaqə saxladığını göstərməsi təklif olunmuş, Şahid17 təqdim olunan telefon məlumatları ilə tanış olaraq mərhum İlham Məmmədov ilə səhər saatlarında işə gedəndə əlaqə saxladıqlarını və gündəlik olaraq səhər saatlarında əlaqə saxladığı telefon nömrələrinin təhlilinə əsasən həmin ərəfədə mərhum İlham Məmmədovun yaşadığı ünvanda quraşdırılmış 012-20-93-53 saylı stasionar telefon nömrəsi vasitəsilə əlaqə saxladıqlarını, çünki İlham Məmmədovun istifadəsində mobil nömrə olmadığını xatırladığını bildirmişdir (cild 10, iş vərəqi 28). Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid18 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun anasının xalası oğludur, ancaq o, namaz qılan, Bəxtiyar isə spirtli içki içən adam olduğuna və qanunsuz əməllər etdiyinə görə Bəxtiyarla münasibətləri yaxın olmamışdır. Təxminən 2004-cü ildə Bəxtiyarın tutulduğunu eşitmiş, həmin vaxta qədər Bəxtiyarı ancaq toyda və ya hüzürdə görmüş, ayrıca görüşləri olmamışdır. Bəxtiyarın dostluq etdiyi şəxslərdən heç kəsi tanımamış, Bəxiyarın hansı barlara gedib-gəlməsi barədə heç bir məlumatı olmamışdır.Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid20 ifadəsində bildirmişdir ki, mərhum Zərərçəkmiş şəxs 2002-ci ildə sonuncunun idarə etdiyi “Reno” markalı taksi avtomaşınında müştəri kimi yol gedərkən tanımışdır. Ramizin səmimi, yaxşı insan olduğuna görə “Qaz 24” markalı avtomaşın alıb hər ay 150 ABŞ dolları icarə haqqı ödəməsi müqabilində Ramizin istifadəsinə verilməsini və 20 ayın tamamında maşının onun mülkiyyətində qalmasını təklif etmiş, Ramiz ilə razılaşdıqdan sonra qeyd olunan avtomobili alıb Ramizin istifadəsinə vermişdir. Aralarında icarə haqqı ilə əlaqədar heç vaxt mübahisə yaranmamışdır. 2003-cü ilin dekabr ayının 28-dən 29-na keçən gecə saat 03 radələrində Zərərçəkmiş şəxs arvadı onun yaşadığı evə zəng edərək kiminsə ona zəng edib Ramizi girov ötürdüyünü və qarşılığında pul tələb etdiyini bildirmişdir. O, həmin şəxsin pulun harada verilməsini deyib-demədiyini soruşduqda, Ramizin arvadı deyilmədiyini bildirmiş, o isə, bəlkə bir qədər sonra Ramizin özünün əlaqəyə çıxacağını demişdir. Lakin yarım saat sonra o, Ramizgilin evinə zəng edib maraqlandıqda Ramizin arvadı hələ bir xəbər olmadığını demişdir. Ertəsi günün ikinci yarısı o, Ramizin meyitinin tapıldığını eşitmişdir. Onun törədilmiş cinayət hadisəsi barədə heç bir məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid22 ifadəsində bildirmişdir ki, 1996-cı ilin iyun ayından polis orqanlarında işləmiş, 2002-ci ilin təxminən mart ayında müqaviləyə əsasən ikinci polis nəfəri Şahid23lə birlikdə Bakı şəhəri, Bülbül prospektində yerləşən «Coral bar»da xidmətə çıxmışlar. Xidmət vaxtı saat 20:00-dan saat 04:00-a qədər olmuş, bar demək olar ki, səhərə kimi işləmişdir. Onların vəzifəsi polis işçisi kimi barda ictimai asayişi qorumaq olmuşdur. Hər gecə bara ən azı 50, ən çoxu 200 nəfər müştəri gəlmiş, həmçinin barda orta hesabla 15 nəfər qız fahişəliklə məşğul olmuşlar. Həmin qızların əsl adlarını bilməmiş, belə ki, həmin qadınlar adlarını dəyişmiş və ayrı-ayrı adlardan istifadə etmişlər. Onlardan adlarını Marina, Vika, Sevinc, Nigar, Şəbinə, Təranə, Guya, Sevda, Ema, Nərgiz və Mila kimi bildikləri olmuş, həmin qızlar əsasən rayonlardan və Dağıstan qızları olmuşlar. Sevinc, Nərgiz, Ema, Şəbinə 2003-cü ildən həmin bara gəlmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid23 təxminən 2002-2003-cü illərdən polis nəfəri kimi Şahid22lə birlikdə Bakı şəhəri, Bülbül prospektində yerləşən «Coral bar»da xidmətə çıxdıqlarını bildirərək, sonuncunun ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid24 Mirabbas oğlu ifadəsində bildirmişdir ki, 2002-ci ilin sentyabr-oktyabr aylarında yaşadığı məhəllədə kirayə yaşayan “Lera” ləqəbli, Çolpon Sadabayeva adlı qızla tanış olmuşdur. Lera qonşuluqda Qunduza adlı azyaşlı qızı ilə birlikdə yaşamışdır. Lera ilə yaxından tanış olduqdan sonra onun “Coral” barda fahişəliklə məşğul olduğunu, həddindən artıq spirtli içki içdiyini öyrənmiş, tez-tez Leranı bara aparmış və ya bardan evə gətirmişdir. Özü barın içinə çoz az-az hallarda girmişdir. Lera milliyətcə qırğız olmuş, deməsinə görə X4 fahişəliyə görə deportasiya edilərək, Qırğızıstana Bakı şəhərindən tranzit keçməklə göndərilməsi üçün Azərbaycana göndərilmiş, daha sonra isə burada qalmışdır. Leranın rəfiqələrindən milliyətcə azərbaycanlı olan hündürboylu Nərgiz, Gulya, çeçen və ya ləzgi olan Alyona, İra ləqəbli İrina adlı qızları tanımışdır. Lera ən çox Nərgizlə yaxınlıq etmişdir. Təqsirləndirilən şəxs Talib oğlunu tanımamış, heç vaxt görüşməmiş və münasibəti olmamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş anası X16 və əmisi qızı X1 ifadələrində bildirmişlər ki, dekabr ayının 28-də Bəxtiyarın atası Talıb kişinin ad günü olmuş və hamı, o cümlədən Bəxtiyar da evdə olmuşdur. Bəxtiyar da həmin gün hamı kimi atasının ad günü mərasimində iştirak etmişdir. Ona görə də onlar Bəxtiyarın həmin gün harasa gedib kimisə öldürməsi barədə deyilənlərlə razı deyillər. Məhkəmə iclasında Şahid1 ibtidia istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Şahid1 həmin ifadəsində bildirmişdir ki, mərhum Zərərçəkmiş şəxs 1996-cı ildən tanımış və münasibətləri çox yaxşı olmuşdur. Birlikdə taksi kimi işlədikləri ərazidə digər sürücülərin də Ramiz ilə münasibəti yaxşı olmuşdur. Sumqayıt şəhərində yaşadığına görə adəti üzrə 28 dekabr 2003-cü il tarixdə də saat 21 radələrində öz iş yoldaşları, o cümlədən də Zərərçəkmiş şəxslə sağollaşıb evinə getmişdir. Həmin gecə saat 03 radələrində onun istifadəsində olan ******* saylı mobil nömrəyə zəng gəlmiş, telefona cavab verdikdə bir nəfər kişi səsi ilə ondan Nadir olub-olmadığını soruşmuş, o da, təsdiqlədikdən sonra həmin şəxs ondan “Ramizi “Qanlı göl”ün yanında öldürüblər, meyitini vermirlər, 500 dollar pul istəyirlər, sənin telefon nömrən Ramizin telefonunda var, sən hardasan?” deyə soruşmuş, bu dəfə o, Sumqayıt şəhərində olduğunu deyəndə, həmin şəxs ondan Ramizi haradan tanıdığını soruşmuş, o da, «Nizami» muzeyinin qarşısında birlikdə işlədiklərini demiş, həmin şəxs “bağışla qardaş sabah gəlib səni tapacaqlar” deyib telefonu söndürmüşdür. O, eyni nömrəyə zəng vursa da, nömrəyə zəng çatmamışdır. Ertəsi gün, o, Bakı şəhər Səbail RPİ-nin 9-cu polis bölməsinə gedərək bu barədə xəbər vermişdir (cild 1, iş vərəqi 29-30). Məhkəmə iclasında Şahid10 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Şahid10 həmin ifadəsində bildirmişdir ki, 2003-cü ilin dekabr ayının əvvəllərində onun istifadəsində olan ***-**-** saylı mobil nömrəyə zəng gəlmiş, telefonun ekranında “Şair” adı yazılmışdır. Şair onunla bir yerdə işləmiş ağac ustası olmuşdur. O, zəngə cavab versə də, ona cavab verən olmamış və bu hal bir neçə dəfə təkrarlanmışdır. 2003-cü ilin dekabr ayının 29-u saat 03 radələrində onun telefonuna zəng gəlmiş və baxanda yenə “Şair" yazıldığını görüb zəngə cavab vermiş, lakin danışan şəxs ondan əvvəlcə “kimdi?” deyə soruşmuş, o isə, “Şair sən sayığlıyırsan, yoxsa nədir bu?” deyib dərhal da zəngi sonlandırmışdır. Təxminən bir az keçmiş yenidən zəng gəlmiş və baxanda yenə də “Şair” yazıldığını görüb, zəngə cavab verərək, “Şair nə olub” deyə soruşmuş, danışan şəxs isə ona “Ramiz öldü” demişdir. O, Ramizin kim olduğunu soruşmuş, həmin şəxs isə ona Ramizin taksi şoferi olduğunu demiş, o, “nə taksi şoferi?” deyə soruşanda, həmin şəxs ondan “tanımırsan?” deyə soruşmuş, o, Ramizi tanımadığını deyəndə isə ona “sabah 2-nin yarısında prokuraturada...” demişdir. Lakin o, həmin şəxsin sözünü kəsərək “sayıqlama get yat” deyərək zəngi sonlandırmışdır. O, yuxulu olduğuna görə həmin vaxt onunla danışan şəxsin Şair olduğunu bilmiş, lakin ertəsi gün Şairlə danışanda sonuncu qəti olaraq ona bu barədə xəbərsiz olduğunu, zəng gələn mobil nömrənin onun istifadəsində olsa da, 3-4 ay əvvəl itirdiyini bildirmişdir (cild 1, iş vərəqi 70-71). Məhkəmə iclasında şahid X8 istintaqa verdiyi ifadəsi elan və tədqiq olundu. Həmin ifadəsində mərhum Talıb Dadaşov bildirmişdir ki, həyat yoldaşı X16 ilə birlikdə 1999-cu ilə qədər ünvan 7 ünvanında, 1999-cu ildən etibarən Hövsan qəsəbəsində yaşamış, Əmircanda yerləşən evi isə bir otağı istisna olmaqla Şahid16 kirayə vermişdir. Təqsirləndirilən şəxs onun oğludur, Bəxtiyar orta məktəbi bitirdikdən sonra 1998-ci ildə Azərbaycan Beynəlxalq Universitetinə daxil olmuş, universitetdə oxuduğu müddətdə bəzi vaxtlarda Əmircan qəsəbəsində yerləşən evdə gecələmişdir, çünki Əmircan qəsəbəsində böyüdüyü üçün dostlarının əksəriyyəti Əmircan qəsəbəsində yaşamışlar. Həmin ərəfələrdə Təqsirləndirilən şəxs istifadəsində ***-***-**-** saylı mobil telefon nömrəsi olmuş, həmin nömrə onun adına rəsmiləşdirilsə də, çox vaxt Bəxtiyar istifadə etmişdir. Hərbi xidmətdən qayıtdıqdan sonra həmin telefon nömrəsi demək olar ki, Bəxtiyarın istifadəsində olmuşdur. Bəxtiyar 2002-ci ilin yay aylarında hərbi xidmətə gedib, 2003-cü ilin iyul ayında təxris olunduqdan sonra bir müddət Hövsan qəsəbəsində yerləşən evlərinin həyətində quraşdırdığı istixanada ona köməklik etmiş, yəni pomidorların yığılıb satılmasını həyata keçirmiş, amma bir müddətdən sonra Bəxtiyar yenidən Əmircan qəsəbəsində yaşayan dostlarına qoşulduğu üçün gecələr evdə az-az olmuş və günün böyük hissəsini evdən kənarda keçirmişdir. O da, acıqlanıb istixananı sökmüş, bundan sonra isə Bəxtiyar evə daha da az-az gəlməyə başlamışdır. Bəxtiyar gününün böyük hissəsini Əmircanlı dostları ilə, əsasən Əmircan qəsəbəsində yaşayan və eyni universitetdə birlikdə oxuduqları Emil adlı şəxslə keçirmiş, hətta arada bir evə gecələr gəlməyərək, onlara Əmircanda Emilgilin evində qaldığını bildirmişdir. O, Əmircandakı evini Şahid16 adlı şəxsə satsa da, həmin tarixlərdə hələ sənədləşmə aparılmadığına görə əşyalarının bir qismi həmin evdə bir otağa yığılmış vəziyyətdə qalmış və Bəxtiyar da arada bir gedib həmin otaqda qalırmış. Bəxtiyarın 2003-cü ilin sonlarında qız tanışlarının olub-olmaması barədə onun heç bir məlumatı olmamışdır. 2004-cü ilin mart ayının sonlarında Bəxtiyar Əlihüseyn adlı dostu ilə birlikdə quldurluq cinayəti törədərək cinayət məsuliyyətinə cəlb olunmuşlar. Bəxtiyar cinayət məsuliyyətinə cəlb olunduqdan sonra istifadə etdiyi ***-***-**-** mobil telefon nömrəsini o, işlətməyə başlamışdır (cild 7, iş vərəqi 165-168). Məhkəmə iclasında Şahid19 Şuğeyib oğlunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Şahid19 həmin ifadəsində göstərmişdir ki, təxminən 2003-2004-cü illərdə dəqiq tarixini xatırlamadığı vaxtda tanışlarından biri ondan sonradan adının Sadabayeva Cholpon olduğunu öyrəndiyi Qırğızıstan Respublikası vətəndaşını özünün yaşadığı ünvan 8 ünvanında yerləşən mənzilə müvəqqəti qeydiyyata salmasını xahiş etmiş və o da, razılıq vermişdir. Ancaq o, qeydiyyata düşmüş şəxsin kim olmasını bilməmiş və həmin şəxsi ümumiyyətlə görməmişdir (cild 7, iş vərəqi 112-114). Məhkəmə iclasında şahid - mərhum Şahid25 Məstan oğlunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Şahid25 həmin ifadəsində bildirmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Q.Quliyev küçəsi, 17 saylı yaşayış evində yaşayır. 28 dekabr 2003-cü il tarixdə saat 20:30 radələrində ailəsi ilə birlikdə Buzovnada keçirilən hüzür mərasimindən evə qayıtmış, yorğun olduqlarına görə saat 24 radələrində yatmışlar, gecə heç bir səs-küy eşitməmişlər. Ertəsi gün, yəni 29 dekabr 2003-cü il tarixdə saat 08:30 radələrində qardaşı Bəhram işə gedəndə qapının yanında «Qaz 24» markalı avtomaşının içində bir nəfər şəxsin uzandığını görüb ona demiş, o, əynini geyinib həmin avtomaşının içinə baxanda içəridəki meyiti görmüşdür (cild 1, iş vərəqi 31-32). Məhkəmə iclasında şahid – mərhum Şahid21 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunarkən onun əri Şahid25 ifadəsi ilə oxşar məzmunlu ifadə verdiyi müəyyən olundu (cild 1, iş vərəqi 33). Məhkəmə iclasında şahid X11 ibtidai istintaq zamanı verdiyi ifadəsi tədqiq olunmuşdur. Şahid həmin ifadəsində bildirmişdir ki, 1996-cı ildə Fuad Nağıyevlə ailə həyatı qursa da, 2001-ci ildən ayrı yaşamış və 2004-cü ildə rəsmi şəkildə boşanmışdır. Maddi vəziyyəti aşağı olduğu üçün o, yüngül həyat tərzi keçirməyə, yəni arada bir fahişəliklə məşğul olmağa başlamışdır. O, əsasən «Abşeron» mehmanxanasına gedib orada müştəri gözləmiş, arabir isə «Nizami» kinoteatrının yaxınlığındakı barlara, o cümlədən “Coral” bara getmişdir. 2002-ci ildə Aykut Aykanat adlı Türkiyə vətəndaşı ilə tanış olmuş və 2002-ci ildən etibarən sonuncunun kirayə tutduğu mənzildə birlikdə yaşamağa başlamışlar. Təxminən 2004-cü ilin sonlarından etibarən barlarda işləməyi dayandırıb Aykutla birlikdə simit sexində işləmiş, 2007-ci ildə isə Aykutla birlikdə Türkiyə Respublikasına köçüb orada yaşamağa başlamış, daha sonra sonuncu ilə ailə həyatı qurmuşdur. “Coral” və “Tural” barda “Lera”, Nina, Nərgiz adlı iki qız, Nataşa, Alyona, Sabina, Gulya adlı qızların da işlədiyini xatırlayır. O, həmin barın daimi işçisi olmadığı üçün həmin bara gedəndə ona yad işçi kimi baxmışlar. Həmin barlarda onun Lera, Nina, Nataşa ilə nisbətən yaxın münasibəti olmuşdur. Lera əslən Qırğızıstanlı, əsl adı isə Çolpon Sadabayeva olmuş və artıq 5-6 il olardı ki, Bakıda yaşadığı üçün azərbaycan dilində yaxşı danışmış, həddindən çox tanışı olmuşdur. Leranın Gündüz adlı qızı da olmuş və “Lera” əsasən “Coral” barda işləmişdir. Leranın yaxın münasibətdə olduğu şəxslərdən Gulya, Nərgiz adlı azərbaycanlı qız, Nərgiz adlı qırğız və ya özbək qız, Alyona, Marina, Lala adlı qızları göstərə bilər. Milliyətcə azərbaycanlı olan Nərgiz hündür boylu qız olmuşdur. Qırğız və ya özbək olan Nərgiz bir müddət Lera ilə «Gənclik» metrostansiyası yaxınlığında kirayədə yaşamış, lakin sonra Lera ilə münasibətləri pozulduğuna görə bir müddət onun yanında yaşamışdır. Alyona və Marına əslən Dağıstanlı olmuşdur. Qeyd olunan qızlardan Leranın ən yaxın rəfiqələri Gulya və azərbaycanlı Nərgiz olmuşdur. Leranın bir də Qırğızıstandan bir yerdə gəldiyi Venera adlı rəfiqəsi olmuş, Venera bulvarda restoran gəmidə yaşamışdır. Leranın əvvəlcə Zaur, sonra isə Mirəziz adlı sevgilisi olmuş, lakin bir yerdə yaşamamışlar. O, Zauru görməmişdir. Mirəziz adətən Leranı bara gətirmiş və ya gecələr bardan aparmışdır. O, Lera ilə elə barda tanış olmuşdur. Lera özü həddindən artıq çox spirtli içki içən olmuş, içəndən sonra özünü çox sərbəst, aqressiv aparıb mübahisəyə meylli olmuşdur. Hətta bir neçə dəfə içkili olub qızı Gündüzü möhkəm döymüş, qaşığı isidib uşağın əlini yandırmış, ayılandan sonra isə etdiyi əməldən peşiman olmuşdur. Təqsirləndirilən şəxs Talib oğlunu həmin ərəfələrdə tez-tez “Coral” və “Tural” barda görmüşdür, lakin Bəxtiyar onun rəfiqəsi Leranın, yəni Çolpon Sadabayevanın yaxın tanışı olmuşdur. Bəxtiyar tez-tez “Coral” bara gəlmiş və hər gələndə barda olan bütün qızlara spirtli içki almış, barda əsasən Lera ilə söhbət etmişdir. Bəxtiyar hər dəfə bara gələndə çoxlu pul xərclədiyi üçün o və barda olan digər qızlar hamı Bəxtiyarın imkanlı, pullu oğlan olduğunu düşünmüşlər. Barda bütün qızların Bəxtiyarla münasibəti yaxşı olmuşdur. Lera özünü yaxşı hiss etməyəndə həmişə Bəxtiyara zəng vurub bara çağırmış, Bəxtiyar da hər dəfə Leranın çağırışı ilə bara gəlmişdir. Bəxiyarın Lera ilə münasibəti yaxşı olduğu üçün Leranın rəfiqələrindən Gulya, azərbaycanlı Nərgiz, Alyona və Marina ilə də münasibətləri yaxşı olmuşdur. Marina və Alyona dağıstanlı olsalar da, Alyonla azərbaycanca ləhcə ilə danışmışdır. Bəxtiyar söhbətlərində Leranın “Lena” adlı rəfiqəsini sevdiyini və ünsiyyətdə olduqlarını demişdir. Sonradan Lera da Bəxtiyarın onun rəfiqəsi ilə sevişdiyini, arada bir mübahisə etmələrindən danışmışdır. Lera ona Bəxtiyarla yaxın münasibət qurmağı, birlikdə yaşamağı təklif etmiş, onun isə Bəxtiyarın görünüşündən xoşu gəlmədiyi üçün əvvəlcə yaxın münasibətdə olmaq, birlikdə yaşamaq istəməmişdir. Leranın deməsinə görə Bəxtiyar cinsi əlaqəyə girmək üçün qızlara pul vermir, amma görüşdüyü qızlara kifayət qədər çoxlu pul xərcləmişdir. O da, pul xərclətdirmək üçün Bəxtiyarla münasibət qurmuş, həmçinin istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə vasitəsilə telefon əlaqəsi də saxlamışdır. Həmin tarixdən uzun müddət keçdiyi üçün Leranın və Bəxtiyarın istifadəsində olan nömrələri xatırlamır. Bəxtiyarın özünün həmin vaxtlarda mobil telefonu olsa da, bəzən də mobil telefonu üstündə olmamış və özünə məxsus sim kartı barda olan qızlardan hər hansı birinin telefonuna yerləşdirməklə zəng etmişdir. O, Bəxtiyarla cəmi bir neçə həftə əlaqə saxlamışdır. Belə ki, 2004-cü ilin əvvəllərində o, “Basin”də kirayə yaşadığı evə gedərkən evin yaxınlığında kimsə onu arxadan çağırmış, arxaya dönüb baxanda çağıran şəxsin Bəxtiyar olduğunu görmüşdür. Bəxtiyar ona yaxınlaşıb onun əlində olan videoaparatı görüb hara getdiyini, kiminləsə videoya baxmağa gedəcəyini soruşmuş, o, evə getdiyini və videoya türklə baxacağını deyəndə, Bəxtiyar videonu ondan alıb yerə çırpmış, daha sonra isə başına sillə vurmuşdur. O, nə baş verdiyini anlamamışdır. Həmin gün Bəxtiyar özünü çox qəribə aparmış, ya içkili, ya da narkotik vasitənin təsiri altında olmuşdur, çünki davranışlarından özündə olmadığı hiss olunmuşdur. Həmçinin, onun türklə yaşadığını barda çoxları, o cümlədən Lera və Bəxtiyar da bilmişdir. Həmin hadisədən sonra bir daha Bəxtiyarı görməmiş, sonradan Lera ilə danışanda Lera ona Bəxtiyarın həbs olunduğunu bildirmişdir (cild 8, iş vərəqi 66-71). İstintaqa verdiyi ifadəsində təqsirləndirilən şəxs Dadaşov X17 Aykanat adlı, habelə “İra” və ya “Marusya” ləqəbli qızı tanımadığını, sonuncunun istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə əlaqə saxlamadığını bildirdiyi üçün onun ifadəsi ilə şahid X11 ifadələri arasında əhəmiyyətli ziddiyyətlər. Bununla bağlı xx.xx.2014-cü il tarixdə istintaq orqanı tərəfindən aparılan üzləşdirmə zamanı İrina Aykanat ifadəsində göstərdiyi xüsusatları, əlavə olaraq sonuncunun yalan dediyini, 2004-cü ilin yanvar ayının əvvəllərində Təqsirləndirilən şəxs “Coral” bara gizlənəgizlənə, qısıla-qısıla gəldiyini, buna görə onun vəzifəli şəxsin oğlu olduğuna görə heç kəsin görməməsi üçün gizləndiyini düşündüklərini bir daha Təqsirləndirilən şəxs üzünə qarşı demiş, Təqsirləndirilən şəxs isə əvvəlki ifadələrindən fərqli olaraq X28 rəfiqəsi kimi tanıdığını və telefon əlaqəsi saxladıqlarını göstərərək, İrina Aykanutun göstərdiklərinin həqiqət olduğunu bildirmişdir (cild 8, iş vərəqi 105-108). İş materiallarına əlavə edilmiş hadisə yerinə baxış protokoluna əsasən, cinayət hadisəsinin baş verdiyi yer Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Q.Quliyev küçəsi, 17 saylı yaşayış evinin divarından 30 sm aralıda olan kül rəngli QAZ-24 markalı, AZ-**-DO-*** dövlət nömrə nişanlı avtomaşının kabinəsidir. Avtomaşının arxa tərəfinin elektrik dirəyinə dəyməsi nəticəsində arxa buferin sol tərəfi və sol qanad azacıq əzilmişdir. Avtomaşının qapıları bağlıdır, lakin kilidlənməmiş vəziyyətdədir, açarlar üstündədir, hərəkət hissəsi korobkadan ayrılmış vəziyyətdədir. Sürücü oturacağının üstündə 1954-cü il təvəllüdlü Zərərçəkmiş şəxs məxsus AZE №00020916 saylı şəxsiyyət vəsiqəsi, avtomaşının AA №073810 saylı texniki pasportu, avtomaşını idarə etmək üçün ******* saylı müvəqqəti icazə vəsiqəsi, Zərərçəkmiş şəxs adına verilmiş 088780 saylı etibarnamə, sürücü oturacağının ayaqaltı hissəsində isə 1 ədəd “Vikeroy” markalı siqaret kötüyü aşkar edilmişdir. Avtomaşının qabaq sağ oturacağı ilə üzbəüz saxlanc yerinin ağzı açıq vəziyyətdədir, orada bir ədəd boş “Vikeroy” markalı siqaret qutusu, 1 milliqramlıq şpris, pambıq və insulin dərmanı vardır. “Vikeroy” markalı siqaret qutusu və sürücülük vəsiqəsinin üzlüyü (qovluğu) üzərində əl-barmaq izləri götürülmüşdür. Yuxarıda qeyd edilən boş siqaret qutusu, şpris, pambıq, insulin dərmanı, mərhuma məxsus şəxsiyyət vəsiqəsi, avtomaşınınn texniki pasportu, müvəqqəti icazə vəsiqəsi, etibarnamə, siqaret kötüyü istintaq əhəmiyyəti kəsb edəcəyi nəzərə alınmaqla götürülmüşdür. Mərhumun meyiti arxa oturacağın qarşısında ayaqları yarıbükülü boz rəngli tuman vardır. Meyitin xarici müayinəsi zamanı müəyyən edilmişdir ki, meyit düzgün bədən quruluşludur, kafi köklükdədir, boyunun uzunluğu 166 sm-dir, meyit qacıması yaxşı inkişaf etmişdir, meyit ləkəsi gövdənin yuxarı hissəsində döş qəfəsinin ön arxa səthlərində və üz-boyun nahiyələrini əhatə etmişdir, barmaqla təzyiq etdikdə rəngi avazıyır, meyitin başı düzgün formadadır, tükləri qısadır, uzunluğu 1-2 sm-dir, əllədikdə kəllə-üz sümükləri tamdır, ağız və burun dəliklərində ifrazat yoxdur, boyun nahiyəsində hərəkətlər meyit quruması hesabına bir qədər məhduddur, döş qəfəsi silindrik formada olub simmetrikdir, əllədikdə döş qəfəsi sümükləri tamdır, qarın ön divarı az elastikdir, xarici cinsiyət üzvləri kişi tipinə məxsus düzgün inkişaf etmişdir, arxa keçəcək nahiyə zədəsizdir, ətraf sümüklər tamdır, zədəsizdir. Meyitin xarici müayinəsi zamanı yuxarı dodağın selikli qişasının sağ tərəfində 1.04 x 0.4 sm ölçülü sıyrıq, sağ əlin arxasında 4-5-ci daraq sümük proyeksiyalarında 0.6x0.5 sm və 0.5x0.3 sm ölçülü sıyrıqlar, qarnın yan tərəfində 1.06x0.3 sm ölçülü sıyrıq, sol baldırın ön hissəsində 2.1x2 sm ölçülü sıyrıqlar aşkar edilmişdir. Bədən üzərində gözlə görünən digər xəsarətlər müəyyən edilməmişdir (cild 1, iş vərəqi 2-8). Kompleks təkrar məhkəmə-tibbi və tibbi-kriminalistik ekspertizasının xx.xx.2021-ci il tarixli 728/2021-MTKŞ №-li rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb boyun üzvlərinin cüzi sərtliyi olan yumşaq əşya ilə sıxılması nəticəsində yaranmış mexaniki asfiksiya olmuşdur. Qeyd edilən ilkin meyit əlamətlərinə əsasən ölüm meyitin meyitxanada müayinəsindən 12 saat əvvəl baş verməsinə uyğun gəlir, lakin bu müddət bir çox amillərdən asılı olaraq dəyişə bilər. Mərhum Zərərçəkmiş şəxs meyitinin müayinəsi zamanı ənsə nahiyəsində sağda yumşaq toxumaya qansızma, üst dodağın selikli qişasında keçiddə sıyrıq, sağ əlin arxa səthində İV daraq sümüyü proyeksiyasında sıyrıq, sağ əlin V daraq sümüyü proyeksiyasında sıyrıq, qarnın ön divarında sağda iki ədəd, sol baldırın yuxarı 1/3-də bir ədəd sıyrıq, boynun ön səthində yuxarı hissədən sağ və sol yan səthlərə keçən fasiləli, köndələn istiqamətli 3 ədəd kiçik qansızmalar, ağciyər plevrası altına qansızmalar, daxili üzvlərin doluqanlılığı meyitdən götürülmüş biomaterialın məhkəmə-histoloji tədqiqatı zamanı dəridə sıxılma əlamətləri, ağciyərlərdə qansızmalar aşkar edilmişdir. Qeyd edilən xəsarətlər həyati olmaqla küt yaranma mexanizminə malikdirlər, yetirilmə müddəti qərarda göstərilən tarixə uyğun gəlir, dərəcəsinə görə boyun üzvlərinin sıxılmasından yaranmış mexaniki asfiksiya canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir, digər xəsarətlər isə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Aşkar edilən sıyrıqlar avtomobilin salonunda qarşılıqlı mübarizə zamanı bədənin həmin səthlərinin küt əşyaya dəyməsindən yarana bilər. Mərhum Zərərçəkmiş şəxs meyitinin müayinəsi zamanı götürülmüş biomaterialın məhkəmə-kimyəvi tədqiqatı zamanı qanda və qaraciyərdə şəkər aşkar olunmamış, qaraciyərdə 3,2% qlikogen aşkar edilmişdir. Bu vəziyyət aşağı temperaturun orqanizmə təsirindən yaranır, soyuma nə qədər tez baş verirsə, karbohidratların ehtiyatı da qaraciyərdə bir qədər çox saxlanılır ki, bu da orqanizmin kompensator funksiyasıdır. Zərərçəkmiş şəxs hadisə vaxtı şəkərli diabetdən əziyyət çəkməsinin bu nəticə ilə əlaqəsi yoxdur. Zərərçəkmiş şəxsin ölümünün səbəbi istintaq eksperimenti keçirməklə deyil, meyitin ekspertizası zamanı aşkar edilən patomorfoloji dəyişikliklərə əsasən təyin edilir. Mərhum Zərərçəkmiş şəxs meyitinin müayinəsi zamanı ölümə səbəb olan asfiksiya boyun nahiyəsində xəsarət törədən alət öz individual əlamətlərini əks etdirmədiyindən bu haqda dəqiq fikir söyləmək mümkün deyildir, lakin boyun nahiyəsində aşkar edilən xəsarətlərin ölçüləri, forması və lokalizasiyası asfiksiyanın əllə yetirilməsinə daha çox uyğun gəlir, bu həmçinin 0,3 sm enində olan yumşaq materialdan hazırlanmış ilgəklə də yarana bilərdi. Boyun dərisində onun əks olunmamasını isə mərhumun əynində olan paltarın o nahiyəni örtməsi ilə izah etmək olar. Bu asfiksiyanın 3,0 sm enində olan yumşaq materialdan hazırlanmış ilgəklə yaranması mümkün deyildir. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb olan mexaniki asfiksiya istər zərərçəkmiş sükan arxasında, istərsə də arxa oturacaqda yerləşərkən yaranması mümkündür (cild 10, iş vərəqi 81-86). Cinayət işində olan xx.xx.2005-ci il tarixli baxış protokolundan görünür ki, hadisə yerinə baxış zamanı saxlanc yerindən götürülmüş “Vikeroy” markalı siqaret qutusunun üzərində əl-barmaq izləri çıxarılması üçün işlədilən qara rəngli maddə aşkar olunmuşdur (cild 3, iş vərəqi 31-33). Bakı şəhər Baş Polis idarəsi Kriminalistik Tədqiqatlar şöbəsinin xx.xx.2004-cü il tarixli 2004/1 №-li arayışından görünür ki, hadisə yerindən qara rəngli tozdan istifadə edilməklə götürülmüş əl-barmaq izi Zərərçəkmiş şəxs, narıncı rəngli tozdan istifadə edilməklə götürülmüş əlbarmaq izi isə naməlum şəxsə məxsusdur (cild 2, iş vərəqi 147-149). Məhkəmə-trasoloji ekspertizasının xx.xx.2004-cü il tarixli 753 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş hadisə yerindən götürülmüş bir ədəd naməlum barmaq izi Zərərçəkmiş şəxs məxsus deyildir (cild 2, iş vərəqi 36-48). İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli baxış protokolundan görünür ki, mərhumun arvadı Aybəniz Əmirovanın təqdim etdiyi Zərərçəkmiş şəxs məxsus sürücülük vəsiqəsinin qovluğu üzlüyü qırmızı rəngli, qalın karton materialdan ibarət olmaqla üzərində “Voditelskoe Udostoverenie - X36” (tərcüməsi “sürücülük vəsiqəsi”) sözləri yazılmış içi boşdur, iç hissədə bir ədəd narıncı rəngli əl-barmaq izlərinə aid papilyar naxış əksi aşkar olunmuşdur. Azərbaycan Respublikası Baş Prokurorluğun Ağır cinayələrə dair işlər üzrə istintaq idarəsinin xx.xx.2011-ci il tarixli 96845 №-li məktubundan görünür ki, DİN Kriminalistik Tədqiqatlar İdarəsinin “MetaMorfo AFİS” sistemində olan əl-barmaq izləri arasında müqayisəli tədqiqat aparılması üçün hadisə yerindən götürülmüş 3 ədəd əl-barmaq izləri aidiyyəti üzrə həmin idarəyə göndərilmişdir (cild 6, iş vərəqi 49). Azərbaycan Respublikası DİN Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2012-ci il tarixli Ö/k- 417 №-İİ məktubundan görünür ki, xx.xx.2012-cİ il tarixdə KTİ-nin “ADİS Papillon” sisteminin məlumat bazasına Suraxanı RPİ-dən xx.xx.1979-cu il tarixdə Sumqayıt şəhərində anadan olmuş Təqsirləndirilən şəxs Talib oğlunun əl-barmaq əksləri daxil olmuş və sistemin məlumat bazasında olan açılmayan cinayət işləri üzrə hadisə yerlərinin müayinəsi zamanı götürülmüş əl-barmaq izləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində 96845 №-İİ cinayət işi üzrə xx.xx.2003-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində “QAZ-24” markalı **-DO-*** dövlət nömrə nişanlı avtomaşının salonunda 1954-cü ildə anadan olmuş Zərərçəkmiş şəxs qətlə yetirilməsi faktı ilə əlaqədar avtomaşının müayinəsi zamanı götürülmüş əl-barmaq izlərindən 1 ədədi Təqsirləndirilən şəxs Talib oğlunun sağ əlinin şəhadət barmağı vasitəsi ilə qoyulması müəyyən edilmişdir (cild 7, iş vərəqi 09-10). Məhkəmə-trasoloji ekspertizasının xx.xx.2012-ci il tarixli 6871 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs qətlə yetirilməsi faktı ilə əlaqədar avtomaşının müayinəsi zamanı götürülmüş əlbarmaq izlərindən naməlum barmaq izi Təqsirləndirilən şəxs Talib oğlunun sağ əlinin şəhadət barmağından qalmışdır (cild 7, iş vərəqi 135-144). Məhkəmə-psixofizioloji ekspertizasının xx.xx.2021-ci il tarixli 11/476 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs fərdi-psixolojii xüsusiyyətlərinə görə daha çox introvertə (insanın psixi fəaliyyətinin daxili aləmə yönəlməsi) yaxın olmaqla, onun sinir sisteminin tipi qüvvətlidir, davranışında müvazinətliliyi üzə çıxır, emosional cəhətdən labilliyi (dəyişkənliyi) müəyyən olunmur. Ayzenkin şəxsiyyət sorğusunun səmimilik şkalasına görə Təqsirləndirilən şəxs verilən suallara qeyri-səmimi cavablar vermişdir. Bu əsasda belə qənaətə gəlmək olur ki, Təqsirləndirilən şəxs qarşılaşdığı şəraitdən asılı olaraq verdiyi informasiyaları təhrif edə bilər. Lüşer testinin nəticələrinə əsasən Təqsirləndirilən şəxs xarici təsirlərə qarşı güclü müqavimət göstərir, ətrafdakı insanlarda xoş təəssürat yaratmaq və onlar tərəfindən bəyənilmək istəyir, öz mövqeyini möhkəmləndirməyə çalışır. Eksperimental-psixoloji tədqiqatın nəticələrinə əsasən, Təqsirləndirilən şəxs əqli inkişafına və fərdi-psixoloji xüsusiyyətlərinə görə baş verən hadisələri qavramaq, yadda saxlamaq və hadisə barəsində düzgün ifadə vermək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs hadisə zamanı emosional halında hər hansı ekstremal dəyişiklik baş verməmişdir. Poliqraf aparatı vasitəsilə “səssiz cavablar”, “modifikasiya olunmuş ümumi suallar MGQT”, “ümumi suallar GQT”, “ABŞ hərbi polis məktəbinin umumi sualları”, “yönəldilmiş yalan skrininq testi”, “Arterin təkmilləşdirilmiş ittiham testi” və “Qordon (məhkəmə qiymətləndirilmə müsahibəsi) testi” üsullarından istifadə edilməklə mərhələli şəkildə aparılmış xüsusi psixofizioloji tədqiqatın nəticələrinə əsasən, Təqsirləndirilən şəxs yalnış məlumatlar ifadə edən reaksiyalar aşkar edilmişdir. Aşkarlanmış fizioloji reaksiyalar müayinə olunan üçün sözügedən hadisənin yüksək əhəmiyyət daşıdığını göstərir və bunun nəticəsi olaraq demək olar ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs tanışı İlham Məmmədovla birlikdə öldürməsi, mərhumun əl ilə boğularaq öldürülməsi, hadisə yerində hər hansı qadın və ya üçüncü şəxsin olmaması, həmçinin həmin gün onlarla birlikdə “Nara” ləqəbli qadının avtomaşına əyləşib yolda enməsi xüsusatlarının həqiqiliyi tədqiqat zamanı reaksiyaları ilə təsdiq olunmşdur. Hadisə ilə bağlı suallara verilən fizioloji reaksiyalar taksi sürücüsü Zərərçəkmiş şəxs öldüyü gün Zərərçəkmiş şəxs həyat yoldaşı ilə heç bir qızın danışmadığını, “Nara” adlı qızın «Koral» barın qarşısında taksi maşınından düşdüyünü, cinayətin digər iştirakçısının İlham Məmmədov olduğunu, mərhumun şalvarın kəməri ilə boğulub öldürülmədiyi, mərhumun əl ilə boğulub öldürüldüyü müəyyən edilir (cild 10, iş vərəqi 114-122). Kompleks ambulator məhkəmə-psixiatrik və psixoji ekspertizasının xx.xx.2021-ci il tarixli 3097 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi (ruhi) xəstəlikdən əziyyət çəkməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinə cavab vermək iqtidarında və onlara rəhbərlik etmək qabiliyyətində olmuşdur. Təqsirləndirilən şəxs hazırda öz hərəkətlərinə cavab vermək və onlara rəhbərlik etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məsuliyyətsizlik, özünümüdafiə etməyə meyillilik, emosionallıq, situasiyanı öz xeyrinə yönəltmək, inadkarlıq, başqalarının hiss və yaşantılarına qarşı biganəlik, yüngül həyat tərzi keçirən qadınlara meyillilik, eqoizm kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs əqli intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar edilmir. Qərarın təsviri hissəsində qeyd edilən hadisə zamanı Təqsirləndirilən şəxs psixi-emosional sferasında iş üçün əhəmiyyət kəsb edən hər hansı mühüm dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədən zaman fiziloji affekt vəziyyətində olmamışdır (cild 11, iş vərəqi 206-210). İş materiallarında olan telefon məlumatlarına baxış protokolundan görünür ki, xx.xx.2003cü il tarixdə saat 21:04-də mərhum Zərərçəkmiş şəxs məxsus ***-***-**-** saylı mobil nömrədən özünün yaşadığı ünvan 9 ünvanında quraşdırılmış 012-78-05-66 saylı stasionar telefon nömrəsinə zəng edilərək 11 saniyə danışıq aparılmış və qeyd olunan danışıq zamanı mərhum özünün iş yerini əhatə edən “Fevvareler meydani” adlı antendə qeydə alınmışdır. Bu mərhumun arvadı Aybəniz Əmirovanın ifadəsində göstərdiyi hadisə günü axşam saat 22 radələrində qaynıgildən qayıtdıqdan sonra Ramizin evə zəng etməsi və qızı İradə ilə danışıb onların evə çatdıqlarını soruşması barədə xüsusatı təsdiq edir. - xx.xx.2003-cü il tarixdə saat 01:55-də mərhuma məxsus mobil nömrədən yaşadığı ünvanda quraşdırılmış 012-78-05-66 saylı stasionar telefon nömrəsinə zəng edilərək 35 saniyə danışıq aparılmış və qeyd olunan danışıq zamanı mərhum “Amircan ges.” adlı antendə qeydə alınmışdır. Bu mərhumun arvadı Aybəniz Əmirovanın ifadəsində göstərdiyi həmin gecə saat 02 radələrində evə zəng edilərək bir nəfər kişi səsi ilə ondan “bura Ramizgilin öyüdür?” deyə soruşub öz adını “heç, İxtiyardır” deyə təqdim etməsi barədə xüsusatı təsdiq edir. - xx.xx.2003-cü il tarixdə saat 02:11-də mərhuma məxsus mobil nömrədən yaşadığı ünvanda quraşdırılmış 012-78-05-66 saylı stasionar telefon nömrəsinə zəng edilərək 183 saniyə danışıq aparılmış və qeyd olunan danışıq zamanı mərhum “Amircan ges.” adlı antendə qeydə alınmışdır. Bu mərhumun arvadı Aybəniz Əmirovanın ifadəsində göstərdiyi sonuncu zəngdən təxminən 15-20 dəqiqə sonra yenidən ev telefonuna zəng gəlməsi, başqa bir oğlanın yavaş səslə ona Ramizi “zaloq” götürdüklərini, yarım saat müddətində 500 dollar pulu çatdırmasa Ramizi qiyma-qiyma doğrayıb “qanlı göl”ə atacağını deyərək ona hədə- qorxu gəlməsi barədə xüsusatı təsdiq edir. - xx.xx.2003-cü il tarixdə saat 02:16-da və 02:28-də mərhumun yaşadığı ünvanda quraşdırılmış 012-78-05-66 saylı stasionar telefon nömrəsindən mərhuma məxsus mobil nömrəyə zəng edilərək 657 və 107 saniyə danışıqlar aparılmış və qeyd olunan danışıq zamanı mərhum “Yeni Guneshli, Guneshli-Suraxani road” adlı və “Amircan ges.” adlı antenlərdə qeydə alınmışdır. Bu mərhumun arvadı Aybəniz Əmirovanın ifadəsində göstərdiyi dərhal sonra onun ev telefonundan Ramizin nömrəsinə zəng etməsi, eyni oğlanın telefonda ona “xanım, siz inanmadınız ki, Ramiz mənim əlimdədir, onun telefonu da məndədir, pasportu da bizdədir, dörd şırvan pulu var onu da almışıq bizdədir, istəyirsiz maşınıvızın rəngini də deyim, istəyirsiniz maşınınızın nömrəsini də deyim, siz 500 dollar pulu çatdırın, vaxt daralı?' deməsi, “sizin evdə nə qədər pulunuz, qızılınız var?” soruşması, onun həmin oğlana ərini öldürməmək üçün yalvarması, daha sonra oğlandan telefonu Ramizə verməsini xahiş etsə də, oğlanın “Ramizə iynə vurmuşuq, o yatır, ayılanda telefonu ona verərik” deməsi barədə xüsusatı təsdiq edir. - xx.xx.2003-cü il tarixdə saat 02:48-də və 02:49-da mərhuma məxsus mobil nömrədən ***- ***-**-** saylı mobil nömrəyə zəng edilərək 14 və 59 saniyə danışıqlar aparılmış və qeyd olunan danışıqlar zamanı mərhum “Amircan ges.” adlı, qarşı tərəf isə “Hüseyn Cavid pr., Politex, İmproshop" antenlərdə qeydə alınmışdır. Bu da Şahid10 ifadəsində göstərdiyi hadisə günü saat 03 radələrində tanışı Şair adlı şəxsə məxsus nömrədən ona zəng gəlməsi, zəngə cavab verəndə danışan şəxsin ondan kim olduğunu soruşduğu üçün “Şair sən sayığlıyırsan yoxsa nədir bu?” deyib zəngi sonlandırması, lakin az sonra yenidən eyni nömrədən zəng gəlib Ramiz adlı şəxsin öldüyünü deməsi, lakin onun Ramizi tanımadığını deyərək yenə də zəngi sonlandırması barədə xüsusatı təsdiq edir. - xx.xx.2003-cü il tarixdə saat 02:51-də mərhuma məxsus mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə zəng edilərək 138 saniyə danışıq aparılmış və qeyd olunan danışıq zamanı mərhum “Amircan ges.” adlı, qarşı tərəf isə “Sumqait” adlı antenlərdə qeydə alınmışdır. Bu da Şahid1 ifadəsində göstərdiyi hadisə günü saat 03 radələrində bir nəfər şəxsin ondan Nadir olubolmadığını soruşub, Ramizin “Qanlı göl’ün yanında öldürüldüyünü, meyitini vermək üçün 500 dollar pul istənildiyini deməsi barədə xüsusatı təsdiq edir. - xx.xx.2003-cü il tarixdə saat 03:03-da və 04:28-də mərhumun yaşadığı ünvanda quraşdırılmış 012-78-05-66 saylı stasionar telefon nömrəsindən mərhuma məxsus mobil nömrəyə zəng edilərək 10 və 2 saniyə danışıqlar aparılmış və qeyd olunan danışıq zamanı mərhum “8-ci km, Qara Qarayev pr.” adlı və “Amircan ges.” adlı antenlərdə qeydə alınmışdır. Bu mərhumun arvadı Aybəniz Əmirovanın ifadəsində göstərdiyi hadisə günü saat 04 radələrində Ramizin telefonuna zəng vurduğunu, Ramizin ona çox zəif səslə bir dəfə “əəlo” deməsi, ardınca telefonun yenidən söndürülməsi barədə xüsusatı təsdiq edir. - Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin anten məlumatlardan görünür ki, xx.xx.2003-cü il tarixdə saat 23:18-dək gün ərzində qeyd olunan mobil nömrə Təqsirləndirilən şəxs yaşadığı ünvanı əhatə edən “Hovsan ges.” adlı antendə qeydə alınmış, həmin mobil nömrə xx.xx.2003-cü il tarixdə saat 22:46-dək bir daha istifadə edilməmişdir. Bu Təqsirləndirilən şəxs ifadəsində hadisə günü Hövsan qəsəbəsindəki yaşadığı evdə atasının ad günü başa çatdıqdan sonra saat 24 radələrində Bakı şəhəri “beşmərtəbə” deyilən yerdə tanışı Çolpon adlı qadın tanışının evinə getməsi, həmçinin tanışı X24 adlı qadının evində görüşmək üçün qabaqcadan aralarında razılaşmaları barədə xüsusatlarını təsdiq edir. Qeyd olunan mobil nömrənin növbəti dəfə iki gün sonra istifadə edilməsi, yəni əvvəlki tarixlərdə mütəmadi istifadədə olan bir mobil nömrənin iki gün istifadəsiz qalması, habelə uzun müddət istifadəsində olan həmin mobil nömrəni hadisədən qısa müddət sonra atasının daimi istifadəsinə verməklə xx.xx.2004-cü il tarixdən ***-***-**-** saylı mobil nömrə və həmçinin yeni mobil telefon alıb istifadə etməyə başlaması, hətta istintaqa ilkin ifadələrində guya 2003-cü ilin sonlarında istifadəsində ***-***-**-** saylı mobil nömrənin olduğunu bildirməsi Təqsirləndirilən şəxs cinayəti törətdikdən sonra gizlənmək və cinayət məsuliyyətindən yayınmaq məqsədini sübut edir. İş materiallarında olan sənədə baxış protokolundan görünür ki, “X37” proqramı vasitəsilə 01.2004-cü il tarixli xəritə üzərində baxış keçirilməklə hadisə günü Təqsirləndirilən şəxs İlham Məmmədov və Nərgiz Əlizadə ilə birlikdə əvvəlcə Zərərçəkmiş şəxs idarə etdiyi taksi avtomaşınına əyləşdikləri, “Coral bar”ın yerləşdiyi, Əmircan qəsəbəsində Zərərçəkmiş şəxsla mübahisə yaradıb sonuncunu avtomaşının arxa oturacağına keçirdikləri, Zərərçəkmiş şəxs arvadı Aybəniz Əmirovaya telefon vasitəsilə hədə-qorxu gəldikləri və Zərərçəkmiş şəxs meyitinin aşkar edildiyi yerlər, həmçinin taksi avtomaşının bütün hərəkət istiqamətləri müəyyən edilmişdir. Cinayət işində olan Bakı İstintaq təcridxanasının xx.xx.2021 -ci il tarixli xx/xx-8805 №-li məktubundan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək həbs olunmuş şəxs Təqsirləndirilən şəxs ətrafında keçirilmiş əməliyyat tədbirləri nəticəsində onun həbs olunmamışdan əvvəl xx.xx.2003-cü il tarixdə Suraxanı rayonu, Əmircan qəsəbəsində taksi sürücüsü kimi fəaliyyət göstərən Ramiz adlı şəxsin qətlə yetirilməsi faktında iştirakının olması ehtimal olunur (cild 11, iş vərəqi 166). Cinayət işinə əlavə edilmiş 2000-ci ildən hazırkı vaxta qədər olan dövrü əhatə edən sərhəd keçmə hesabatından görünür ki, X15 xx.xx.2007-ci il tarixdə Bakı-Tümen sərnişin qatarı ilə Yalama istiqamətində ölkəni tərk etmişdir. Ona görə də, Çolpon Sadabayevanın istintaqda dindirilməsi mümkün olmamış, dindirilməsi və iştirakı ilə bir sıra istintaq hərəkətlərinin aparılması üçün beynəlxalq hüquqi yardım göstərilməsi haqqında Qırğızıstan Respublikasının səlahiyyətli orqanlarına vəsatətlə müraciət edilmiş, lakin hazırkı vaxta qədər vəsatətin nəticəsi istintaqa daxil olmamışdır (cild 7, iş vərəqi 65, cild 9, iş vərəqi 223-231).
2. Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama və daşıması epizodu üzrə:
Məhkəmə iclasında Təqsirləndirilən şəxs qeyd olunan cinayət epizodu üzrə özünü təqsirli bilmiş, üzərindən aşkar olunan narkotik vasitənin özünə məxsus olduğunu, bununla istintaq zamanı ətraflı ifadə verdiyini və həmin ifadəni təsdiq etdiyini bildirmişdir. Bununla əlaqədar, ibtidai istintaq zamanı qeyd olunan cinayət epizodu üzrə təqsirləndirilən şəxsin verdiyi verdiyi ifadəsi tədqiq olunmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona verilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində bildirmişdir ki, narkotik vasitə heroin istifadəçisidir və narkotik vasitəni tanımadığı şəxslərdən əldə etmişdir. 17 avqust 2021-ci il tarixdə səhər vaxtı yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Məktəb küçəsi, ev 28 ünvanının yaxınlığından təsadüfən yerdə bükümdə maddələr olduğunu görüb götürmüş, bükümün içinə baxanda narkotik vasitə heroin olduğunu görüb cibinə qoymuşdur. O, əvvəllər heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamış, narkotiki öz istifadəsi üçün saxlamışdır. Həmin gün saat 14:15 radələrində Hövsan qəsəbəsi, Məktəb küçəsi, 3 ünvanının yaxınlığında olduğu zaman üç nəfər mülki geyimdə şəxs ona yaxınlaşıb Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirərək ondan özünü təqdim etməsini istəmişlər. O, özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirib, “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onu tanış etmişlər. O, səmimi etiraf edərək üzərində “kakos” kimi tanıdığı narkotik vasitə olduğunu etiraf etmişdir. Bundan sonra polis əməkdaşları onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. Polis idarəsində hüquqlarının müdafiə edilməsi üçün vəkillə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri izah olunmuş, sonra üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı o, üzərində olan “kakos” kimi tanıdığı narkotik vasitə heroini əynindəki göy rəngli idman şalvarının sağ yan cibindən çıxarıb təqdim etmişdir. Şalvarının sol yan cibində isə 10 manat pul və 1 ədəd “Nokia” markalı mobil telefon olmuşdur. Sorğu zamanı o, üzərindən aşkar edilmiş 1 ədəd selofan bükümdə olan narkotik vasitə heroini 17 avqust 2021-ci il tarixdə səhər vaxtı yaşadığı ünvanın yaxınlığından təsadüfən tapdığını və şəxsi istifadəsi üçün götürüb üzərində saxladığını bildirmişdir. Şəxsi axtarış davam etdirilərkən onun üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Bundan sonra üzərindən aşkar olunmuş 1 ədəd şəffaf selofan bükümdə olan narkotik vasitə heroin polis əməkdaşları tərəfindən kağız zərfə qoyulub qablaşdırılmış, üzəri möhürlənmiş, o və digər iştirakçılar tərəfindən üzəri imzalanmışdır. Şəxsi axtarış zamanı aşkar edilmiş 10 manat pul onun özünə qaytarılmış, 1 ədəd “Nokia” markalı mobil telefon polis əməkdaşları tərəfindən götürülmüşdür. Bundan sonra şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuş, protokol düzgün tərtib edildiyi üçün o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Polis idarəsində olduğu müddətdə ona qarşı hər hansı fiziki və psixi zorakılıq edilməmişdir. Törətdiyi əmələ görə səmimi peşmançılıq çəkir. Məhkəmə iclasında qeyd olunan cinayət epizodu üzrə şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid6 ifadəsində bildirmişdir ki, 17 avqust 2021-ci il tarixdə Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Məktəb küçəsi, ev 28 ünvanında faktiki yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin satış məqsədi ilə əldə edib Bakı şəhəri ərazisində dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar çıxarılmışdır. Qərara əsasən Baş idarə əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmış, qrup üzvləri tərəfindən Təqsirləndirilən şəxs 17 avqust 2021-ci il tarixdə, saat 14:15-də Hövsan qəsəbəsi, Məktəb küçəsi, 3 ünvanının saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilmişdir. Baş İdarədə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilərək vəkillə təmin edilmiş, üzərində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində “kakos” adı ilə tanıdığı narkotik vasitə olduğunu bildirib əynində olan göy rəngli idman şalvarının sağ yan cibində olan 1 ədəd selofan bükümü və şalvarının sol yan cibində olan 10 manat pulu və 1 ədəd “Nokia” markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd selofan büküm açıldıqda, içərisində qəhvəyi rəngli, spesifik qoxuya malik, narkotik vasitə heroinə oxşar maddə olması müəyyən edilmişdir. Sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd şəffaf selofan bükümdə olan narkotik vasitə heroinə oxşar maddəni 17 avqust 2021-ci il tarixdə səhər Hövsan qəsəbəsi, Məktəb küçəsi, ev 28 ünvanının yaxınlığından təsadüfən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən digər əşya və predmetlər aşkar edilməmiş və bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə heroinə oxşar maddə 1 ədəd kağız zərfdə qablaşdırılmış və möhürlənmiş, iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı aşkar edilmiş 10 manat pul Təqsirləndirilən şəxs özünə qaytarılmış, 1 ədəd “Nokia” markalı mobil telefon isə iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Bundan sonra şəxsi axtarış və götürmə aparılması barədə müvafiq protokol tərtib edilərək iştirakçılara ucadan oxunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında qeyd olunan cinayət epizodu üzrə şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkilləri Şahid7 və Abbasov X6 Dadaşovun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün müəyyən edilərək saxlanılması və üzərinə şəxsi axtarış aparılması zamanı əməliyyat qrupunun üzvləri kimi iştirak etdiklərini bildirərək, həmkarları Şahid6 ilə oxşar məzmunlu ifadələr vermişlər. Cinayət işində olan xx.xx.2021-ci il tarixli şəxsi axtarış və götürmə protokolundan görünür ki, istintaq hərəkətindən əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs üzərində “kakos" adı ilə tanıdığı narkotik vasitə olduğunu bildirərək, əynində olan göy rəngli idman şalvarının sağ yan cibində olan 1 ədəd selofan bükümü və şalvarının sol yan cibində olan 10 manat pulu, 1 ədəd “Nokia” markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd selofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda, həmin bükümün içərisində qəhvəyi rəngli, spesifik qoxuya malik, narkotik vasitə heroinə oxşar maddə olması müşahidə edilmişdir. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd şəffaf selofan bükümdə olan narkotik vasitə heroinə oxşar maddəni 17 avqust 2021 -ci il tarixdə səhər vaxtı yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Məktəb küçəsi, ev 28 ünvanının yaxınlığından təsadüfən tapdığını və həmin maddəni öz şəxsi istifadəsi üçün götürüb üzərində saxlayıb daşıdığını bildirmişdir (cild 11, iş vərəqi 33-34). Bakı şəhəri, Suraxanı rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid8 tərəfindən qəbul edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli qərar qanuni hesab edilmişdir (cild 11, iş vərəqi 100). Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2021-ci il tarixli 6/3549 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “şübhəli şəxs: Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” yazısı olan paketdəki 1 ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi 2,092 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (cild 11, iş vərəqi 45-48). Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli 4289 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 11, iş vərəqi 121-122). Cinayət işində olan Respublika Narkoloji mərkəzin xx.xx.2021-ci il tarixli xx/xx-9201 №-li arayışından görünür ki, Təqsirləndirilən şəxs “Opioidlərin qəbulu nəticəsində asılılıq sindromu” diaqnozu ilə xx.xx.2018-xx.xx.2018 və xx.xx.2019-xx.xx.2019-cu il tarixlərdə qeyd olunan mərkəzdə stasionar müalicədə olmuşdur (cild 11, iş vərəqi 98). Bakı şəhəri, Nərimanov rayon prokurorluğunun cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində polis əməkdaşları tərəfindən döyülməsi və işgəncələrə məruz qaldığı üçün narkotik vasitənin ona məxsus olduğunu bildirməsi barədə Bakı Apellyasiya Məhkəməsinə ünvanladığı müraciəti əsasında aidiyyəti üzrə Nərimanov rayon prokurorluğunda araşdırma aparılmış, qeyd olunan xüsusatlar üzrə polis əməkdaşlarının əməlində cinayət tərkibi müəyyən edilmədiyindən, Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işi başlanması rədd edilmişdir. Həmçinin, araşdırma zamanı təyin edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli 814 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində heç bir xəsarət və xəsarət izi aşkar edilməmiş, eləcə də adına tərtib edilmiş tibbi kartada həbs olunan vaxt bədən səthində hər hansı xəsarət olmamışdır (cild 11, iş vərəqi 149-152). Cinayət işinə əlavə edilmiş tələbnamədən və hökmlərin surətlərindən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.1981-ci ildə Bakı şəhəri, Yasamal rayon xalq məhkəməsi tərəfindən Azərbaycan SSRİ CM-nin 15, 143 maddəsinin İ hissəsi (hazırkı CM-nin 29, 177- ci m.) və 23-1-ci maddəsinə (hazırkı CM-nin 70-ci m.) əsasən təqsirli bilinərək, 01 il əməyə məcburi cəlb edilməklə azadlıqdan şərti məhrum edilmiş, bundan başqa xx.xx.1995-ci ildə Suraxanı rayon xalq məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 226-1 maddəsinin İ hissəsi (hazırkı CM-nin 234.1-ci maddəsi) və 23-1-ci maddəsinə (hazırkı CM-nin 70-ci maddəsi) əsasən təqsirli bilinərək 02 il məcburi cəlb edilməklə azadlıqdan şərti məhrum edilib Xətai rayon xalq məhkəməsinin qərarı ilə 10 ay 11 gün şərti olaraq vaxtından əvvəl azad edilmişdir (cild 3, iş vərəqi 14, cild 5, iş vərəqi 228- 230). Cinayət işinə əlavə edilmiş Bakı şəhəri, Suraxanı rayonu, 31 saylı şəhər poliklinikasının xx.xx.2003-cü il tarixli 106 saylı arayışından görünür ki, Zərərçəkmiş şəxs 1997-ci ildən həmin poliklinikada endokrinoloji kabinetdə “şəkərli diabet İ tip ağır forma, diabetik refinopatiya, nefropatiya, aşağı ətrafların angiopatiyası” diaqnozu ilə, 2003-cü ildən İİİ qrup əlil kimi qeydiyyatda olmuşdur (cild 1, iş vərəqi 27). Cinayət işinə əlavə edilmiş tələbnamədən və hökmlərin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.5 və 228.4-cü maddələri ilə təqsirli bilinərək, 9 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəza çəkdiyi dövrdə Bakı şəhəri, Suraxanı rayon məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, hökmlərin məcmusu qaydasında 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Bakı şəhəri, Nizami rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ilə cəzadan vaxtından əvvəl şərti azad olunmuşdur. Bundan sonra o, Bakı şəhəri, Nizami rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək hökmlərin məcmusu qaydasında 2 il 3 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Bakı şəhəri, Xəzər rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə cəzadan vaxtından əvvəl şərti azad olunmuşdur (cild 7, iş vərəqi 46-51, cild 10, iş vərəqi 106-112, cild 11, iş vərəqi 50-53, 102-104). Cinayət işində olan Respublika Psixiatriya xəstəxanasının xx.xx.2021-ci il tarixli 7140 №-li arayışından görünür ki, Təqsirləndirilən şəxs qeyd olunan xəstəxanada qeydiyyatda olmamışdır (cild 11, iş vərəqi 97). İbtidai istintaq orqanının 15 fevral 2022-ci il tarixli qərarı ilə cinayət işi üzrə müvafiq qaydada əldə edilmiş mərhumun hadisə vaxtı əynində olmuş bir ədəd jaket, bir ədəd şalvar, bir ədəd uzunqol köynək, bir ədəd köynək, bir ədəd mayka, mərhuma məxsus qırmızı üzlüklü sürücülük vəsiqəsinin qovluğu, hadisə yerindən götürülmüş bir ədəd “Viceroy” markalı siqaret qutusu, bir ədəd şpris və bir ədəd üzərinə “Pantokrin” sözü yazılmış dərman şüşəsi, hadisə yerinə baxış zamanı daktiloskopik lentə köçürülməklə götürülmüş iki ədəd əl-barmaq izi, ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumi qalıq çəkisi 1,992 qram təşkil edən narkotik vasitə heroin öz xüsusiyyətlərinə və əlamətlərinə, aşkar edildiyi yerə və vaxtına, üzərlərində hadisənin izlərini saxladığına görə cinayət təqibi üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübutlar kimi tanınmış, həmin geyim əşyaları, siqaret qutusu, şpris və dərman şüşəsi Baş Prokurorluğun İstintaq idarəsinin maddi sübutlar otağına, sürücülük vəsiqəsinin qovluğu və əl-barmaq izləri cinayət işində, narkotik vasitə heroin DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılır (cild 11, iş vərəqi 244-273). Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs öz müdafiəsi üçün dəlillər gətirərək, onun ölüm hadisəsi barədə ümumiyyətlə xəbəri olmadığını, hadisə baş verən gün ailə üzvləri və qohumları ilə atasının ad günündə olduğunu, həmin ölüm işinə görə 2012-ci ildən bəri dəfələrlə Respublika prokurorluğuna çağırıldığını, Suraxanı rayon Polis idarəsində onu saxlayaraq, bəlkə də on gün ərzində ona əziyyət verdiklərini və hər dəfə ona həmin işi boynuna götürməyə məcbur etmək istədiklərini, həmin cinayətin guya mərhum İlhamla birlikdə onun törətdiyinin göstərildiyini, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsində ona əzab-əziyyət verildiyini, işin ssenarisini onlar tərəfindən yazıldığını, heç kimin gəlib Bəxtiyarı hadisə vaxtı orada gördüyünü deyə bilməyəcəyini və normal adamın başqa birisini öldürüb meyitini yaşadığı qapının ağzına qoymasının məntiqsiz olduğunu, bunu etmək istəsəydi, aparıb neft buruqlarının içərisində edə biləcəyini, etirafedici ifadəni onun yox, polis işçilərinin və müstəntiqlərin yazdığını bildirdi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, hökmün təsviriəsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin gətirdiyi həmin dəlillərlə bağlı aşağıdakıları qeyd etməyi lazım bilir: “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli qərarına əsasən, qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayətlərdə qabaqcadan əlbir olan cinayətin icraçısı (icraçıları) ilə birlikdə digər iştirakçılar cinayətin təşkilatçıları, təhrikçiləri və köməkçiləri qismində çıxış edə bilərlər. Belə şəxslərin əməlləri cinayətin törədilməsində onların eyni vaxtda birgə icraçı kimi iştirak etdiyi hallar istisna olmaqla, CM-nin 32-ci maddəsinə istinad edilməklə 120.2.1-ci maddəsi ilə tövsif edilməlidir. Nəzərə almaq lazımdır ki, zərərçəkmişin həyatdan məhrum edilməsi prosesində bilavasitə iştirak edənlər, onun müqavimətini qırmaqla, özünü müdafiə etmə imkanını aradan qaldırmaqla, yaxud məhdudlaşdırmaqla zərərçəkmişin həyatdan məhrum edilməsinə kömək etdiklərini dərk etmiş və bunu arzu etmiş, yaxud da belə nəticəni arzu etməsə də, ona şüurlu surətdə yol vermiş şəxslər də cinayətin icraçıları sayılırlar. Bir şəxs tərəfindən həyata keçirilən qəsdən adam öldürmə prosesinin gedişində başqa şəxsin (şəxslərin) təqsirkara qoşulub zərərçəkmişi öldürmək məqsədilə ona kömək etməsi hallarında da bir qrup şəxs tərəfindən adam öldürmə cinayətinin törədilməsi mövcud olur. Məhkəmə kollegiyası qeyd olunan mövqeyə əsaslanaraq hesab edir ki, taksi sürücüsü Zərərçəkmiş şəxs qəsdən öldürülməsi prosesində bilavasitə iştirak etdiyinə və şəxsən öz əli ilə Zərərçəkmiş şəxs boyun nahiyəsini tutub sıxmasa da, sonuncunun hər iki əlini tutub saxlayaraq müqavimətini qırmaqla və özünü müdafiə etmə imkanını aradan qaldırmaqla qrupun digər üzvü İlham Məmmədov tərəfindən öldürülməsinə kömək etdiyinə görə istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qeyd olunan cinayətin köməkçisi deyil, icraçısı kimi hesab edilməsi və əməlinin Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinə istinad edilmədən həmin məcəllənin 120.2.1-ci maddəsi ilə tövsif edilməsi barədə gəldiyi nəticə əsaslıdır. Ali Məhkəmə Plenumunun yuxarıda qeyd olunan qərarının 10-cu bəndinə əsasən, başqa cinayəti gizlətmə və ya onun törədilməsini yüngülləşdirmə məqsədilə qəsdən adam öldürmə (CMnin 120.2.6-cı maddəsi) birbaşa qəsdlə həyata keçirilir. Bu zaman təqsirkar artıq törədilmiş, yaxud gələcəkdə törədiləcək (özü, yaxud başqası tərəfindən) cinayəti gizlətmək məqsədilə başqasını həyatdan qəsdən məhrum edir. Belə cinayətlərdə zərərçəkmiş şəxs qismində artıq törədilmiş cinayətin şahidləri, yaxud cinayətin sübutlarını özündə saxlayan və ya belə sübutların olduğu güman edilən şəxslər keçə bilər. Başqa cinayətin törədilməsini yüngülləşdirmək məqsədi ilə qəsdən adam öldürmə cinayəti onunla xarakterizə olunur ki, təqsirkar gələcəkdə törədiləcək cinayətə mane ola bilən şəxsi qətlə yetirir. Belə hərəkətlər həm törədilməsi nəzərdə tutulmuş cinayət baş verənədək, həm də cinayətin törədilməsi prosesində həyata keçirilə bilər. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs tanışı İlham Məmmədovla birlikdə artıq Zərərçəkmiş şəxs qarşı adam oğurluğu, quldurluq, sonuncunun arvadına qarşı hədəqorxu ilə tələb etmə cinayətlərini törətdikdən sonra Zərərçəkmiş şəxs məhz onların xarici əlamətləri, adları və səslərinə bələd olduğu üçün gələcəkdə (hüquq mühafizə orqanlarının) onları ifşa edə biləcəyini güman edərək, təqsirləndirilən şəxsin ifadəsində göstərdiyi kimi “kişi bizi görüb üzümüzü, adımızı da bilir, gəl bunu öldürəy, yoxsa bu başımıza prablem olacey” fikri ilə qəsdən öldürmüşlər. Bu da, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs hər hansı cinayətin törədilməsini yüngülləşdirmək məqsədilə deyil, məhz bilavasitə artıq törədilmiş olan cinayətləri gizlətmək, cinayət məsuliyyətindən yayınmaq məqsədilə öldürdüklərini sübut edir. Ona görə də, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 120.2.6-cı maddəsində nəzərdə tutulmuş başqa cinayəti gizlətmək məqsədilə qəsdən adam öldürmə kimi tövsif edilmişdir. Həmin Plenum qərarının 13-cü və 15-ci bəndlərinə əsasən, adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə cinayətləri Cinayət Məcəlləsinin 120.2.9-cu maddəsi ilə tövsif edilməlidir. Bu zaman təqsirkar cinayətlərin məcmusu üzrə, yəni həm CM-nin 120.2.9-cu maddəsi ilə, həm də 144 və ya 215-ci maddəsi ilə cinayət məsuliyyəti daşımalıdır. Quldurluq, hədə-qorxu ilə tələb etmə, banditizm və terrorçuluq cinayətləri törədilərkən zərərçəkmişin həyatına da qəsd edilərsə, bu cinayətlərin məcmusunu təşkil edir və təqsirkarın əməli CM-nin 120.2.11-ci maddəsi ilə yanaşı, müvafiq olaraq CM-nin 181, 182 və ya 217-ci maddəsi ilə də tövsif edilməlidir. Bu növ cinayətlər bir qayda olaraq tamah məqsədilə törədilsələr də, təqsirkarın əməlinin əlavə olaraq CMnin 120.2.5-ci maddəsi ilə tövsif edilməsinə ehtiyac yoxdur. Məhkəmədə müəyyən edildi ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 120.2.1, 120.2.6, 120.2.9, 120.2.11, 144.3, 181.3.3 və 182.3.3-cü maddələrinə tövsif edilmiş, lakin cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə bağlı cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan, onun barəsində CM-in 144.3, 181.3.3 və 182.3.3-cü maddələri ilə aparılan cinayət təqibinə CPM-in 39.1.3 və 41.2-ci maddələrinə əsasən, yəni bəraətverici əsaslar olmadan xitam verilmişdir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin mərhum Zərərçəkmiş şəxs qəsdən öldürülməsi cinayətinin törədilməsində iştirak etməməsi barədə məhkəmədə gətirdiyi dəlillərə qiymət verərkən xüsusi qeyd etməyi lazım bilir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs oğurlanması, ona qarşı quldurluq və mərhumun həyat yoldaşından hədə-qorxu ilə pul tələb edilməsi cinayətlərinin törədilməsində iştirak etməsini səmimi etiraf edərək, qeyd olunan əməllərə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi əsası ilə bəraətverici əsaslar olmadan cinayət təqibinə xitam verilməsinə etirazı olmaması barədə istintaq orqanına müdafiəçilərinin iştirakı ilə yazılı ərizə ilə müraciət etmiş, onun həmin ərizəsinə əsasən istintaq orqanı tərəfindən müvafiq qərar qəbul edilmişdir. Azərbaycan Respublikası CPM-in 125-ci maddəsinə əsasən, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda, onlar sübut kimi qəbul edilə bilər. İstintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Məhkəmədə müəyyən edildi ki, hadisə yeri olan avtomaşının sürücü oturacağının ayaqaltı hissəsində mərhum Zərərçəkmiş şəxs məxsus bir ədəd qırmızı üzlüklü sürücülük vəsiqəsinin qovluğu və saxlanc yerində bir ədəd siqaret qutusu aşkar edilmiş, həmin qovluq üzərindən narıncı rəngli tozlardan istifadə etməklə iki ədəd, siqaret qutusu üzərindən qara rəngli tozlardan istifadə etməklə bir ədəd əl-barmaq izləri götürülmüş, qovluq üzərindəki əl-barmaq izinin birinin yararsız, digərinin isə Təqsirləndirilən şəxs məxsus olması, siqaret qutusu üzərindəki əl-barmaq izinin mərhuma məxsus olduğu müəyyən edilmişdir. Belə ki, hadisə yerinə baxış protokolundan görünür ki, baxış zamanı hadisə yerindən sürücülük vəsiqəsinin üzlüyü (qovluğu) üzərində əl-barmaq izləri aşkar edilərək götürülmüş, lakin qovluğun harada aşkar olunması, qovluğun götürülübgötürülməməsi barədə qeydiyyat aparılmamışdır. Bakı şəhər Baş Polis idarəsi Kriminalistik Tədqiqatlar şöbəsinin xx.xx.2004-cü il tarixli 2004/1 №-li arayışında tədqiqata bir ədəd qara rəngli, iki ədəd narıncı rəngli tozlardan istifadə edilməklə götürülmüş əl-barmaq izlərinin təqdim edilidiyi, qara rəngli tozdan istifadə edilməklə götürülmüş əlbarmaq izinin Zərərçəkmiş şəxs, narıncı rəngli tozdan istifadə edilməklə götürülmüş əl-barmaq izlərindən birinin naməlum şəxsə məxsus olduğu, digərinin isə yararsız olduğu göstərilmişdir. Cinayət işində olan xx.xx.2005-ci il tarixli baxış protokolundan görünür ki, hadisə yerinin müayinəsi zamanı saxlanc yerindən götürülmüş “Vikeroy” markalı siqaret qutusunun üzərində əlbarmaq izləri çıxarılması üçün işlədilən qara rəngli maddə aşkar olunmuşdur. Deməli, qara rəngli tozdan istifadə edilməklə götürülmüş və mərhuma məxsus olan bir ədəd əl-barmaq izi məhz siqaret qutusunun üzərindən, belə olan halda narıncı rəngli tozdan istifadə edilməklə götürülmüş iki ədəd əl-barmaq izi isə sürücülük vəsiqəsinin qovluğu üzərindən götürülmüşdür. Həmin istintaq hərəkətinin aparılmasında kriminalist kimi iştirak etmiş Şahid4 məhkəmədə verdiyi ifadəsində baxış zamanı sürücünün ayaqaltı hissəsində qırmızı üzlüklü sürücülük vəsiqəsinin qovluğunun aşkar edildiyini və həmin qovluğun üzərindən şəxsən özünün əl-barmaq izi götürdüyünü, lakin həm müstəntiqin, həm özünün səhlənkarlığı səbəbindən qovluğun aşkar edildiyi yerdə fotoşəkilini çəkmədiyini bildirmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi Aybəniz Əmirova ifadəsində hadisədən sonra Suraxanı rayon prokurorluğunda dindirilən zaman mərhum ərinə məxsus qırmızı üzlüklü sürücülük vəsiqəsinin qovluğunun ona qaytarıldığını bildirmiş və həmin qovluğu istintaqa könüllü təqdim etmişdir. İş materiallarına əsasən, Aybəniz Əmirova hadisədən sonra yalnız xx.xx.2003-cü il tarixdə Suraxanı rayon prokurorluğunda dindirilmiş, bundan sonra xx.xx.2003-cü il tarixdə cinayət işi Suraxanı RPİ-yə göndərilmişdir. Bu da, qovluğun Aybəniz Əmirovaya xx.xx.2003-cü il tarixdə baxışdan az sonra dindirilmək üçün rayon prokurorluğuna dəvət olunduğu zaman qaytarıldığını göstərir. Təbii ki, bu zaman qovluğun götürülməsi barədə baxış protokolunda qeydiyyat aparılmadığı üçün qovluğun qaytarılması da sənədləşdirilməmişdir. Qeyd olunan sənədlərin təhlili onu göstərir ki, istintaq zamanı müstəntiq müvafiq ekspertizaların keçirilməsində, eyniləşmələrin aparılmasında istifadə etmək və gələcəkdə sübut kimi tanımaq üçün qovluğun üzərindən götürülmüş əl-barmaq izinin özünü vacib hesab etdiyinə görə məhz izin özünün götürülməsini təmin etmiş və barədə protokolda qeyd aparmış, lakin izin daktiloskopik lentə köçürülməsi ilə kifayətlənməklə sürücülük vəsiqəsinin qovluğunu iş üçün əhəmiyyət kəsb edən əşya hesab etmədiyinə görə qeydiyyat aparmadan götürmüş və sonradan rayon prokurorluğunda mərhumun həyat yoldaşına qaytarmışdır. Azərbaycan Respublikası CPM-in 128.3.1 -ci maddəsinə əsasən, əşya əldə olunduqdan dərhal sonra o, ətraflı təsvir edilməklə, möhürlənməklə və bu kimi hərəkətlər yerinə yetirilməklə onun üzərindəki izlərin əlamətlərinin və xüsusiyyətlərinin əhəmiyyətli surətdə dəyişdirilməsi imkanı aradan qaldırılmış olduqda maddi sübut əhəmiyyəti məhkəmə tərəfindən qəbul olunur. Hazırkı vəziyyətdə sürücülük vəsiqəsinin qovluğu hadisə yerində əldə olunduqdan dərhal sonra ətraflı təsvir edilməsi və möhürlənməsi kimi tələblərə riayət edilməsə də, aşkar olunduqdan dərhal sonra üzərindəki izlər əlamətlərinin və xüsusiyyətlərinin dəyişdirilməsinə imkan vermədən müvafiq qaydada götürülmüş, hətta cinayətin açılmasında həmin əl-barmaq izi demək olar ki, həlledici rol oynamışdır. Bütün bunlar onu göstərir ki, üzərində əl-barmaq izi aşkar olunmuş əşyanın özünün aşkar edildiyi yerin və təsvirinin protokolda əks olunmaması tamamilə baxışı keçirən müstəntiqin həm fərdi hüquqi yanaşması, həm protokol tərtibi ilə bağlı səhlənkarlığının nəticəsi olub əşyanın mümkünlüyü və mötəbərliyini aradan qaldırmır. Cinayət işinin materiallarından görünür ki, 2012-ci ildə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək müvəqqəti saxlama yerinə keçirildikdə ondan əl-barmaq izləri götürülüb əl-barmaq izlərinin vahid uçotu qaydalarına əsasən DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsinə göndərilmiş və orada vahid bazada müqayisə aparılan zaman Təqsirləndirilən şəxs əl-barmaq izi Zərərçəkmiş şəxs meyitinin aşkar edildiyi hadisə yerindən götürülmüş əl-barmaq izi ilə eynilik təşkil etməsi müəyyən edilmişdir. Bu zaman nəzərə alınmalıdır ki, 2004-cü ildə Təqsirləndirilən şəxs CM-nin 181-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilən dövrdə, yəni ilk dəfə məhkum edilən zaman DİN-in Kriminalistik Tədqiqatlar İdarəsində əl-barmaq izlərinin kompüterdə avtomatlaşdırılmış vahid uçotu bazası mövcud olmadığına görə və həbs yerlərində saxlanılan şəxslərdən götürülən əl-barmaq izləri kağız formasında DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə göndərildiyinə görə onun əlbarmaq izi ilə hər hansı eyniləşmənin aparılması mümkün olmamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsində hadisə vaxtı avtomobilin saxlanc yerində axtarış apararkən orada bir ədəd 1 mlq. şpris ilə insulin dərmanı, eləcə də sənədlər gördüyünü bildirməsi xüsusatı yoxlanılan zaman baxış protokolundan da göründüyü kimi həqiqətən də saxlanc yerində bir ədəd 1 mlq. şpris ilə dərman şüşəsinin, mərhuma məxsus sənədlərin olması öz təsdiqini tapmışdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində mərhumun əynində vadalaska (uzunboğaz poliver) olduğunu göstərmiş və bu xüsusat da hadisə yerinə baxış protokolunda meyitin əynində sarı rəngli uzunboğaz poliverin olması ilə təsdiqini tapmışdır. Təqsirləndirilən şəxs ifadəsində hadisə günü onlarla birlikdə avtomobilə “Nara” adlı qızın əyləşdiyini, lakin hadisə yerinə qədər yolda avtomobildən düşdüyünü bildirməsi xüsusatı yoxlanılan zamanı həmin Nara adlı şəxsin şəxsiyyəti müəyyən edilərək dindirilmiş, “Nara” ləqəbli Nərgiz Əlizadənin ifadəsində hadisə günü Təqsirləndirilən şəxs göstərdiyi kimi birlikdə taksiyə əyləşib barın qarşısında taksidən endiyinin mümkün ola biləcəyini deməklə dəqiq xatırlamadığını bildirmişdir ki, bu da hadisədən uzun müddət keçməsi və adi həyati an olması səbəbilə yadda qalmaması təbii olaraq başa düşüləndir. Qeyd olunan xüsusat istintaqda məhkəmə-psixofizioloji ekspertiza tədqiqatı zamanı yoxlanılmaqla təsdiqini tapmışdır. Həmçinin, Nərgiz Əlizadənin həqiqətən də həmin ərəfədə “Coral” barda işlədiyini, Colpon Lera adlı qadınla yaxın münasibətinin olduğu, Təqsirləndirilən şəxs həmin ərəfələrdə tanıdığı və digər bu kimi əlamətlərin təsdiqi sözügedən xüsusatın doğruluna kifayət qədər əsas verir. İstintaq zaman mərhumun arvadı onunla mobil telefonda bir nəfər qadının danışıb güldüyünü bildirmiş, həmin xüsusat istintaqda və məhkəmə-psixofizioloji ekspertiza tədqiqatında yoxlanılan zaman təsdiqini tapmamışdır. Təqsirləndirilən şəxs isə istintaqa verdiyi ifadəsində həmin xüsusatı İlham Məmmədovun mərhumun arvadını inandırmaq üçün qadın səsi ilə danışması ilə əlaqələndirmişdir. Bundan başqa, Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmündən görünür ki Təqsirləndirilən şəxs hazırkı iş üzrə cinayət hadisəsindən 3 ay sonra, yəni 30 mart 2004-cü il tarixdə Zərərçəkmiş şəxs öldürülməsində olduğu kimi eyni qaydada başqa bir tanışı ilə birlikdə başqa bir taksi sürücüsünə Əmircan kəndinə sifariş verib yola düşmüş, Təqsirləndirilən şəxs eyni qaydada qabaq oturacaqda, onunla birlikdə olmuş Ə.Əlihüseynov isə sürücünün arxasında əyləşmiş, eyni qaydada yolda marşrutu dəyişdirərək avtomobili kənd qəbiristanlığına sürdürmüş və orada sürücü ilə mübahisə salaraq onu vurub üzərinə bıçaqla hücum edərək pulunu tələb etmiş, hətta eyni qaydada sürücünün sürücülük vəsiqəsi, avtomobilin texpasportu və etibarnamə sənədlərini götürüb yoxladıqdan sonra özünə qaytarmışdır, lakin bu hadisədə sürücü hadisə yerindən qaçaraq yaxınlıqdakı polis bölməsinə girməklə canını qurtara bilmişdir. Göründüyü kimi, iki taksi sürücüsü olan Zərərçəkmiş şəxs öldürülməsi və A.Abbasova qarşı quldurluq cinayətlərinin ən xırda məqamlarda belə kifayət qədər oxşarlığın olması məhz Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs öldürülməsində iştirakını dolayı yolla bir daha sübut edir. Qeyd edilməlidir ki, təqsiri məhkəmə tərəfindən müəyyən edilən son ana qədər Təqsirləndirilən şəxs quldurluq əməlini etiraf etməmiş, müxtəlif bəhanələrlə təqsirini üzərindən atmağa çalışmış, lakin məhkəmə toplanmış mötəbər sübutlarla onu təqsirli hesab etmişdir. Bu da, Təqsirləndirilən şəxs özünü güclü şəkildə müdafiə etməyə, təqsir yükünü üzərindən atmaq üçün müxtəlif yalanlar söyləməyə meylli olduğunu bir daha təsdiq edir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs istintaqa verdiyi xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixli etirafedici ifadələrində göstərdiyi xüsusatların, yəni hadisə günü “Nara” ləqəbli Nərgiz Əlizadənin də onlarla birlikdə avtomaşına əyləşməsi (N.Əlizadənin ifadəsi ilə), mərhumun avtomobilinin saxlanc yerində bir ədəd insulin dərmanı ilə şprisin, sənədlərin olması (hadisə yerinə baxış protokolu ilə), hadisə vaxtı gecə saatlarında qonşunun pəncərəsində işıq yanması (Şahid2 ifadəsi ilə), özünün və mərhumun əynindəki paltarların nədən ibarət olması (Şahid5 ifadəsi, hadisə yerinə baxış protokolu), mərhumun arvadı ilə mobil telefonda aparılan danışığın məzmunu (A.Əmirovanın ifadəsi ilə), İlham Məmmədovun ayrı-ayrı şəxsləri sürücüdən soruşub zəng edərək danışması (telefon danışıqlarına baxış protokolu, A.Əliyevin ifadəsi, Şahid1 ifadəsi ilə), mərhumun əllə öldürülmə mexanizmi (təkrar məhkəmə-tibb ekspertizasının 728/2021 №-li rəyi ilə), cinayətin səbəbi və başqa bu kimi detallı xüsusatların hər birinin baş vermiş cinayət hadisəsinin üzərindən 18 il keçməsinə baxmayaraq, Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinin tələbinə uyğun olmaqla təqsirləndirilən şəxsə qarşı ittihamın əsası kimi qəbul edilməsi barədə gəldiyi nəticə tamamilə əsaslıdır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs məhkəmədə gətirdiyi dəlilləri qiymətləndirərkən həm də nəzərə alır ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxs cinayətin bağlı qaldığı mərhələdə dəfələrlə dindirilməsinə baxmayaraq, cinayəti törətmiş şəxslərin ifşa olunması üçün qurulan istintaq fərziyyələrini yanıltmaq, özünü müdafiə etmək və cinayət məsuliyyətindən yayınmaq məqsədilə istintaqa yalan, biri-birilə ziddiyyət təşkil edən, heç bir məntiqi əsaslılığı olmayan xüsusatları əks etdirən ifadələr vermişdir. Belə ki, o, gah köçdükdən sonra Əmircan qəsəbəsinə qayıtmadığını, şəhər mərkəzinə, ümumiyyətlə barlara getmədiyini, qız tanışlarının olmadığını bildirsə də, həm özünün zaman fasiləsi ilə alınan növbəti ziddiyyətli ifadələri, həm də şahid ifadələri ilə bu xüsusatların yalan olduğu, əsl həqiqətdə isə onun tüfeyli həyat tərzi sürüb məlum olmayan mənbədən əldə etdiyi pullarla mütəmadi olaraq şəhər mərkəzində yerləşən barlarda istirahət etdiyi, həmin barlarda fahişəliklə məşğul olan qadınlarla yaxın münasibətlərinin olduğu, onların evlərində gecələdiyi, habelə köçmələrinə baxmayaraq gününün çox hissəsini yenə də Əmircan qəsəbəsində keçirib köhnə dostluqları, əlaqələrini davam etdirdiyi sübuta yetirildikdən sonra Təqsirləndirilən şəxs da yalan ifadə verməsinə izah verə bilmədən həmin xüsusatları etiraf etmişdir. Habelə, həqiqətin aydınlığa hər gün bir addım daha yaxınlaşdığını başa düşərək və cinayətin digər iştirakçısı İlham Məmmədovun ölməsindən istifadə edib “təqsirin yükü”nü sonuncunun üzərinə qoymaq məqsədilə sonrakı ifadələrində guya İlham Məmmədovla birlikdə hadisə günü taksi sifariş etsələr də, onun hər hansı cinayətdən xəbəri olmadan hadisə yerindən uzaqlaşdığını, bu zaman İlhamın sürücünün yanında qaldığını, özü barəsində isə taksidə olarkən sürücünün şəkəri qalxdığına görə avtomaşının saxlanc yerini axtarıb oradan götürdüyü bir ədəd insulin və bir ədəd şprisi sonuncuya verdiyini bildirmiş və dolayı yolla istintaqa guya saxlanc yerində sürücüyə yardım məqsədilə axtarış apardığına və mərhumun İlham Məmmədov tərəfindən öldürülməsinə inandırmağa çalışmış, lakin həmin ifadəsində gecə saat 01 radələrində birbaşa Hövsana gedə biləcəyi halda əvvəlcə Əmircan qəsəbəsinə gedib oradan Hövsana getməsi, mərhumun sürücülük vəsiqəsinin qovluğu üzərində ona məxsus əl-barmaq izinin olması, sürücünün səhhəti pisləşdikdə kömək çağırmaması, hadisə yerindən avtomobil ustası çağırmağa getsə də, çağırmadan və geri dönmədən sürücünü hadisə yerində xəstə vəziyyətdə nasaz avtomaşının içində qoyub uzaqlaşması, şpris və insulini sürücünün yanına arxa oturacağa tulladığını göstərdiyi halda həmin əşyaların baxış zamanı saxlanc yerində aşkar edilməsi və s. kimi xüsusatların məntiqli izahını verə bilməməklə özünü daha da ifşa etmişdir. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası Təqsirləndirilən şəxs məhkəmədə gətirdiyi dəlilləri, həmçinin onun vəsatəti əsasında məhkəmədə əlavə şahid qismində dindirilmiş anası Tamara Dadaşovanın və əmisi qızı Təranə Abusəlimovanın 2003-cü il dekabr ayının 28-də Bəxtiyarın atası Talıb kişinin ad günü olması və Bəxtiyarın da evdə olmaqla atasının ad günü mərasimində iştirak etməsi, ona görə də Bəxtiyarın həmin gün harasa gedib kimisə öldürməsi barədə deyilənlərlə razı olmamaları barədə dediklərini təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən yayınması üçün seçilmiş müdafiə taktikası kimi qiymətləndirir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 №-li qərarına əsasən, şəxsin Azərbaycan Respublikası CM-in 234-240-cı maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi və təqsirli bilinməsi məsələsi həll edilərkən maddələrin narkotik vasitə olduğunun, bitkilərin narkotik xassəli bitkilər olmasının aydınlaşdırılması üçün xüsusi biliklər tələb edildiyindən həmin məsələlər üzrə müvafiq ekspertizanın keçirilməsi zəruridir. Maddənin məhz narkotik vasitə olması, onun miqdarı, bitkinin isə narkotik xassəli olması dəqiq müəyyən edilmədikdə (bu barədə ekspert rəyi olmadıqda) şəxs bunlar barədə yalnız ehtimallar əsasında yuxarıda göstərilən maddələrlə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə müəyyən olunmuşdur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanununa əsasən, narkotik vasitə heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı hədləri 0.15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla aşağı hədləri isə 2.0 qram müəyyən edilmişdir. Azərbaycan Respublikası CPM-nin 145-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmədə müəyyən edildi ki, Təqsirləndirilən şəxs həm məhkəmədə verdiyi ifadəsində, həm də ibtidai istintaq zamanı verdiyi izahat və ifadələrində, videoçəkiliş vasitəsilə aparılan şəxsi axtarış və götürmə zamanı üzərindən aşkar olunmuş narkotik vasitə heroinin özünə məxsus olduğunu, onu satış məqsədilə deyil, şəxsi istifadəsi üçün əldə edib saxlayaraq daşıdığını bildirmişdir. Bundan əlavə, iş üzrə şahid qismində dindirilmiş əməliyyat-axtarış tədbirini həyata keçirən və şəxsi axtarış aparılmasında iştirak edən polis əməkdaşları da ifadələrində onlara Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etmə və saxlaması barədə məlumat daxil olduğunu, həmin məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı qeyd olunan halın təsdiq olunduğunu bildirmişlər. Məhkəmə-narkoloji ekspertizasının 4289 №- li rəyinə əsasən, Təqsirləndirilən şəxs özünün narkotik vasitə istifadəçisi olması (narkomaniya xəstəliyi) müəyyən olunmuşdur. Şərh olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlərdir, təsnifatına görə az ağır və xüsusilə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.6, 120.2.9 və 120.2.11-ci maddələri ilə verilmiş ittihamlarla bağlı isə məhkəmə qeyd edir ki, həmin cinayət hadisəsi 2003-cü ildə baş verdiyindən təqsirləndirilən şəxs həmin vaxt qüvvədə olmuş Cinayət Məcəlləsinin müvafiq maddələrinin sanksiyası həddində cəzalandırılmalıdır. Belə ki, Cinayət Məcəlləsinin 10.1-ci maddəsinə əsasən, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Qeyd olunan vaxt qüvvədə olmuş Cinayət Məcəlləsinin 120.2.1, 120.2.6, 120.2.9 və 120.2.11-ci maddələrinin sanksiyasında 12 ildən 15 ilədək azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur ki, həmin əməllər xüsusilə ağır cinayətlər kateqoriyasına aid edilmişdir. Cinayət Məcəlləsinin 25.2-ci maddəsinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilmədi. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.6, 120.2.9, 120.2.11 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmədə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməsə də, iş materiallarına görə Təqsirləndirilən şəxs Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.5 və 228.4-cü maddələri ilə təqsirli bilinərək, 9 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəza çəkdiyi dövrdə Bakı şəhəri, Suraxanı rayon məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, hökmlərin məcmusu qaydasında 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Bakı şəhəri, Nizami rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ilə cəzadan vaxtından əvvəl şərti azad olunmuşdur. Bundan sonra o, Bakı şəhəri, Nizami rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək hökmlərin məcmusu qaydasında 2 il 3 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Bakı şəhəri, Xəzər rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə cəzadan vaxtından əvvəl şərti azad olunmuşdur. Sonuncu cinayət əməlinə görə təqsirləndirilən şəxsin məhkumluğu ödənilsə də, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs 2003-cü ildə mərhum Zərərçəkmiş şəxs qarşı hazırkı cinayət əməlini törətdikdən sonra yenə də oxşar üsulla qabaqcadan əlbir olan bir qrup şəxslə silah qismində istifadə edilən əşyadan istifadə etməklə quldurluq cinayəti törətməsi, həmin əməlinə görə cəza çəkdiyi müddətdə narkotik vasitələrin əldə edilməsi və saxlanılması cinayətinə görə təkrar cəzalanması, cəza çəkib qurtardıqdan sonra islah olunmayaraq yenidən CM-nin 234.1-ci maddəsi ilə məhkumluq həyatı yaşaması onun cinayət törətməyə meylli şəxs kimi səciyyələndirən haldır. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.6, 120.2.9, 120.2.11-ci maddələri ilə (həmin vaxt qüvvədə olmuş köhnə redaksiyada) nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinməli və maddənin sanksiyasına uyğun azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilməlidir. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs həmin cinayət əməlini 2003-cü ildə törətdiyindən ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, yəni cinayətlərin məcmusu qaydasında cəza təyin edilməli, bu zaman “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul 2022-ci il tarixli Qərarının müddəaları nəzərə alınmalıdır. Belə ki, həmin Qərara uyğun olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələbinə görə, şəxsin hökmlə təyin edilmiş cəzanı çəkib qurtardıqdan sonra bu hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə təqsirli olması müəyyən edildiyi halda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-66.4-cü maddələrinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməli və birinci hökmə əsasən çəkilmiş cəza qəti cəza müddətinə hesablanmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan müddəasını nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CMnin 181.2.1, 181.2.5 və 228.4-cü maddələri ilə təyin olunmuş 9 il müddətə azadlıqdan məhrum etmə cəzası və Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə CM-nin 67.1-ci maddəsinə uyğun olaraq təyin olunmuş 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin olunmuş cəza ilə qismən toplanılmalı və Təqsirləndirilən şəxs qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Həmçinin Təqsirləndirilən şəxs narkotik vasitəni qanunsuz olaraq əldə etmə, saxlama və daşıma epizodu üzrə cinayət əməlini 2021-ci ilin avqust ayında törətdiyindən, o, hazırda qüvvədə olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzaları tamamilə toplama yolu ilə Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan müddəalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmü üzrə çəkdiyi 8 il 11 gün və Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü üzrə çəkdiyi 2 il 1 ay 29 gün, ümumilikdə 10 (on) il 2 (iki) ay 10 (on) gün ona hazırkı hökm üzrə təyin olunacaq cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs üzərində çəkilməsi üçün qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələbinə görə, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq cəzanın başlanğıcı 17 avqust 2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası DİN Baş Mütəşəkil Cinayətkarlıqla Mübarizə idarəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulmuş və hal-hazıra qədər həbsdə saxlanılır. Həmçinin Təqsirləndirilən şəxs 17 avqust 2021-ci il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə kollegiyası məhkəmə-narkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli 4289 №-li rəyini əsas tutaraq hesab edir ki, müayinə zamanı Təqsirləndirilən şəxs Talib oğlunda opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunduğundan, onun məcburi müalicəyə ehtiyacı olduğundan və məcburi müalicəyə əks göstərişi olmadığından, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə maddi sübutların taleyi aşağıdakı qaydada həll olunmalıdır: - Azərbaycan Respublikası Baş Prokurorluğu İstintaq idarəsinin maddi sübutlar otağında saxlanılmaqla hadisə vaxtı mərhum Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd jaket, bir ədəd şalvar, bir ədəd uzunqol köynək, bir ədəd köynək, bir ədəd mayka, hadisə yerindən götürülmüş bir ədəd “Viceroy” markalı siqaret qutusu, bir ədəd şpris və bir ədəd üzərinə “Pantokrin” sözü yazılmış dərman şüşəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli; - mərhuma məxsus qırmızı üzlüklü sürücülük vəsiqəsinin qovluğu və hadisə yerinə baxış zamanı daktiloskopik lentə köçürülməklə götürülmüş iki ədəd əl-barmaq izləri cinayət işinin materiallarında saxlanılmalı; - Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı aşkar edilərək götürlmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 1,992 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Həmçinin iş üzrə keçirilmiş ekspertiza tədqiqatları 544 (beş yüz qırx dörd) manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 544 (beş yüz qırx dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. Cinayət işində olan orderdən və hesabatdan görünür ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs hüquqlarını dövlət büdcəsinin vəsaiti hesabına vəkil Müdafiəçi müdafiə etmiş, vəkil bununla bağlı 78 saat vaxt sərf etmişdir. Odur ki, vəkil Müdafiəçi ödənilməli olan 468 (dörd yüz altmış səkkiz) manat məbləğində pul vəsaiti Bakı şəhəri, 3 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə
H Ö K M E T D İ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.6, 120.2.9, 120.2.11-ci maddələri ilə (köhnə redaksiyada) nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib, 14 (on dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.5 və 228.4-cü maddələri ilə təyin olunmuş 9 il müddətə azadlıqdan məhrum etmə cəzasını və Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə CM-nin 67.1-ci maddəsinə əsasən təyin olunmuş 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasını hazırkı hökmlə təyin olunmuş cəzaya qismən toplama yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 15 (on beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzaları tamamilə toplama yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 17 (on yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmü üzrə çəkdiyi 8 il 11 gün və Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü üzrə çəkdiyi 2 il 1 ay 29 gün, ümumilikdə 10 (on) il 2 (iki) ay 10 (on) gün azadlıqdan məhrum etmə cəzası hazırkı hökm üzrə təyin olunmuş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində çəkilməsi üçün qəti olaraq 7 (yeddi) il 3 (üç) ay 20 (iyirmi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 17 avqust 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübutların taleyi aşağıdakı qaydada həll olunsun: - Azərbaycan Respublikası Baş Prokurorluğu İstintaq idarəsinin maddi sübutlar otağında saxlanılmaqla hadisə vaxtı mərhum Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd jaket, bir ədəd şalvar, bir ədəd uzunqol köynək, bir ədəd köynək, bir ədəd mayka, hadisə yerindən götürülmüş bir ədəd “Viceroy” markalı siqaret qutusu, bir ədəd şpris və bir ədəd üzərinə “Pantokrin” sözü yazılmış dərman şüşəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin; - mərhuma məxsus qırmızı üzlüklü sürücülük vəsiqəsinin qovluğu və hadisə yerinə baxış zamanı daktiloskopik lentə köçürülməklə götürülmüş iki ədəd əl-barmaq izləri cinayət işinin materiallarında saxlanılsın; - Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı aşkar edilərək götürlmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 1,992 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə məsrəfləri: - 544 (beş yüz qırx dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün; - məhkəmə baxışı zamanı dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş vəkil Müdafiəçi ödəniləcək 468 (dörd yüz altmış səkkiz) manat pul vəsaiti Bakı şəhəri 3 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Samir Əliyev