Məhkəmə qərarları › İş №1(101)-950/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-950/2021

16.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-950/2021 16.11.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Məcidov X29 və Ağayev Zeynal Qurban oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X15, Dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı1 və Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxsin nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, Müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Vəkillər Kollegiyasının ünvan 20qayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, 2 may 1967-ci il tarixdə Ermənistan Respublikasının Eçmiədzin rayonunda anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməmiş, əvvəllər məhkum olunmamış, Abşeron rayonu, Saray qəsəbəsi, H.Aslanov küçəsi, ev 19-da qeydiyyatda olmaqla, Abşeron rayonu, Saray qəsəbəsi, H.Aslanov küçəsi, ev 10-da yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1, xx xxxx 1988-ci il tarixdə ünvan 20qayıt şəhərində anadan olmuş, evli, Azərbaycan Respublikasının vətə ndaşı, ali təhsilli, işləməmiş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 320.1 və 320.2-ci maddələri təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs qismində aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını vahid niyyətlə külli miqdarda ziyan vurmaqla ələ keçirərək dələduzluq etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində vahid niyyətlə hüquq verən rəsmi sənədi, habelə möhürü istifadə etmək məqsədi ilə qanunsuz olaraq saxtalaşdırmaqla hazırlamış, qabaqcadan əlbir olan bir qrup şəxs qismində bilə-bilə hüquq verən saxta rəsmi sənədlərdən vahid niyyətlə istifadə etmişdir. Belə ki, o, tanışı Şahid4 adına olmaqla faktiki olaraq özünə məxsus olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 1,0727 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsini Şahid1 N - İ №0428956 nömrəli alqı-satqı müqaviləsi əsasında 5 may 2014-cü il tarixdə 150.000 manata satmasına baxmayaraq, tanışları X8 və Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girib, qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə Abşeron rayonu, Saray qəsəbəsində yerləşən həmin 1,0727 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin mülkiyyətçisi Şahid1 məlumatı olmadan həmin torpaq sahəsini Zərərçəkmiş şəxs saxta sənədlər əsasında satmaqla əmlakını dələduzluq yolu ilə ələ keçirmək məqsədilə 2014-cü ilin noyabr ayında sonuncuya həmin torpaq sahəsinin guya özünə məxsus olmasını və ona sata biləcəyini Abşeron rayonu ərazisində həmin torpaq sahəsinin yaxınlığında bildirib, torpaq sahəsini ona 300.000 (üç yüz min) ABŞ dollarına sata biləcəyini vəd edib, 2014-cü ilin noyabr ayında Abşeron rayonu, Saray qəsəbəsi ərazisində fəaliyyət göstərən çay evlərinin birində həmin məbləğdən 50.000 (əlli min) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 39.220 manat (otuz doqquz min iki yüz iyirmi manat) pul vəsaitinin ilkin olaraq beh kimi ödənilməsinə razılaşmaqla həmin vaxt qeyd edilən pul vəsaitini Zərərçəkmiş şəxs alıb, bundan sonra, guya yuxarıda qeyd olunan torpaq sahəsinə dair çıxarışın və plan ölçüsünün naməlum şəraitdə itməsi barədə bilə-bilə yalan məlumatlar daxil edilməklə tərtib edilmiş Abşeron rayon Polis İdarəsinin 18.02.2015-ci il tarixli 2881 nömrəli saxta arayışını istintaqla müəyyən edilməyən şəraitdə əldə edib, habelə, torpağın mülkiyyətçisi Şahid1 məlumatı və razılığı olmadan, sonuncunun adından və onun yerinə fərqli formada imza çəkməklə, guya qeyd olunan torpaq sahəsinə dair çıxarışın və plan ölçüsünün naməlum şəraitdə itməsi barədə qəzetdə elanın verilməsi üçün 13.02.2015-ci ildə «ünvan 20qayıt» qəzetinə ərizə ilə müraciət edərək həmin mətbu orqanının 14.02.2015-ci il tarixli nömrəsində müvafiq elanın yerləşdirilməsinə nail olub, bundan sonra, həmin müddətdə Şahid1 və onun əri X9 guya bütün əmlaklarının idarə edilməsi və onların üzərində sərəncam verilməsi və digər hüquqlarının 10 (on) il müddətinə qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 etibar edilməsi haqqında istintaqla müəyyən olunmayan şəraitdə Əli İbrahimov və Şahid1 imzalarını saxtalaşdırmaqla imzalayaraq, habelə texniki vasitələrdən istifadə etməklə Bakı şəhəri 7 saylı notariat kontorunun dövlət notariusunun saxta möhürünü hazırlamaqla sənəd üzərinə vuraraq hüquq verən rəsmi sənəd olan Bakı şəhəri 7 saylı notariat kontorunun dövlət notariusu adından reyestrdə guya 7E/10453 nömrəsi ilə qeyd edilmiş 11.12.2006-cı il tarixli saxta etibarnaməni istintaqla müəyyən edilməyən yerdə qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 və Əkbər Məmmədovla birlikdə qanunsuz hazırlayıb, həmçinin, eyni niyyətlə, həmin müddətdə, Şahid1 və onun əri X9 guya bütün əmlaklarının idarə edilməsi və onların üzərində sərəncam verilməsi və digər hüquqlarının 5 (beş) il müddətinə X4 etibar edilməsi haqqında istintaqla müəyyən olunmayan şəraitdə Əli İbrahimov və Şahid1 imzalarını saxtalaşdırmaqla imzalayaraq, habelə texniki vasitələrdən istifadə etməklə Bakı şəhəri 22 saylı notariat kontorunun dövlət notariusunun saxta möhürünü hazırlamaqla sənəd üzərinə vuraraq hüquq verən rəsmi sənəd olan Bakı şəhəri 22 saylı notariat kontorunun dövlət notariusu adından reyestrdə guya 7E/12853 nömrəsi ilə qeyd edilmiş 11.12.2011-ci il tarixli saxta etibarnaməni istintaqla müəyyən edilməyən yerdə qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 və Əkbər Məmmədovla birlikdə qanunsuz hazırlayıb, bundan sonra, qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 və Əkbər Məmmədovla aralarındakı cinayətkar niyyətə uyğun olaraq, 11.12.2006-cı il tarixli etibarnamənin saxtalığının müəyyən olunmaması və cinayətkar niyyətlərini həyata keçirmək üçün 24 fevral 2015-ci il tarixdə Təqsirləndirilən şəxs2 və Əkbər Məmmədovun birlikdə ünvan 2 ünvanında yerləşən 31 saylı notariat kontoruna gedərək Təqsirləndirilən şəxs2 adından həmin notariat kontoruna müraciət edərək yuxarıda qeyd olunan 11.12.2006-cı il tarixli saxta etibarnamədən qabaqcadan əlbir olan bir qrup şəxs qismində bilə-bilə istifadə edərək Təqsirləndirilən şəxs2 Şahid1 adına olan qeyd edilən torpaq sahəsinin üzərində sərəncam vermək və digər hüquqlarının özünə etibar olunmasına dair hüquqi əsası olmayan, yəni saxta 24 fevral 2015-ci il tarixli AR-İ seriyalı 395543 №-li etibarnamənin verilməsinə, habelə, həmin notariat kontorunda Təqsirləndirilən şəxs2 11.12.2006-cı il tarixli saxta etibarnamədən bilə-bilə istifadə edərək Əli İbrahimovun adından çıxış edib sonuncunun arvadı Şahid1 məxsus olan torpaq sahəsinin özgəninkiləşdirilməsinə (satılmasına, bağışlanmasına) etirazının olmaması haqqında ərizəsinin 24 fevral 2015-ci ildə 7E-2009 reyestr nömrəsi ilə təsdiq edilməsinə nail olub, habelə, Şəki şəhəri, Salman Mümtaz, 316 ünvanında yerləşən Şəki rayon Qeydiyyat Şöbəsinə 28.02.2015-ci il tarixdə şəxsən 395543 №-li etibarnamədən istifadə edərək müraciət edib Şahid1 ilə Əli İbrahimov arasında bağlanmış nikah haqqında şəhadətnamənin təkrarını həmin tarixdə əldə edib, bundan sonra, «ünvan 20qayıt» qəzetinə verilmiş 14.02.2015-ci il tarixli elandan, Abşeron RPİ-nin 18.02.2015-ci il tarixli 2881 nömrəli saxta arayışından qabaqcadan əlbir olan bir qrup şəxs qismində bilə-bilə istifadə edərək Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 255 ünvanında yerləşən Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə 25.02.2015-ci il tarixli ərizə təqdim edərək torpaq sahəsinə Şahid1 mülkiyyət hüququnun 31 iyul 2014-cü il tarixdə **********21 reyestr və ********** qeydiyyat nömrəsi ilə qeydə alınması barədə DƏDRX-nin 4 saylı Ərazi İdarəsindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışı və əmlakın texniki pasportunun təkrarını (dublikatını), eləcə də, bu əmlak üzərində yüklülüyün olmamasına dair 05.03.2015-ci il tarixli 1 №-li forma arayışı alıb, torpaq sahəsini guya satmaq hüququnun olmasına Zərərçəkmiş şəxs inandırmaqla özü barəsində sonuncuda formalaşdırdığı inam və etibardan sui-istifadə edərək, yuxarıda qeyd olunan 24 fevral 2015ci il tarixli AR-İ seriyalı 395543 №-li etibarnaməni, torpaq sahəsinin özgəninkiləşdirilməsinə etirazın olmaması haqqında 24 fevral 2015-ci il tarixli ərizəni, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı, əmlakın texniki pasportunun təkrarını, 1 №-li forma - arayışı, Şahid1 şəxsiyyət vəsiqəsinin və habelə nikah haqqında şəhadətnamənin təkrarının surətlərini 05 mart 2015-ci il tarixli ərizə ilə ünvan 20qayıt şəhəri, ünvan 6 ünvanında yerləşən ünvan 20qayıt “Asan xidmət” mərkəzindəki notariat kontoruna təqdim edərək 05 mart 2015-ci il tarixli AN-İ seriyalı ******* №-li alqı-satqı müqaviləsi ilə Şahid1 məxsus olan 1,0727 ha torpaq sahəsini sonuncunun məlumatı və razılığı olmadan Zərərçəkmiş şəxs aldatmaqla satıb 5 mart 2015-ci il tarixdə satıcı kimi Şahid1, sonuncunun nümayəndəsi Təqsirləndirilən şəxs1, alıcı kimi isə Zərərçəkmiş şəxs qeyd edildiyi ərizə və ünvan 20qayıt “Asan xidmət” mərkəzində fəaliyyət göstərən "xxxx" ASC-nin ünvan 20qayıt filialına ünvanlanmış 606 saylı məktub əsasında "xxxx" ASC-nin ünvan 20qayıt filialının **********03763AZM37 nömrəli depozit hesabına nağd qaydada qəbul olunmuş 150.000 (bir yüz əlli min) manat pul vəsaitini həmin hesabdan 5 mart 2015-ci il tarixli qəbz əsasında götürməklə, eləcə də, həmin vaxt Zərərçəkmiş şəxs razılaşdırılmış məbləğin qalan hissəsini, yəni 100.000 (bir yüz min) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 104.940 (bir yüz dörd min doqquz yüz qırx) manat və razılaşdırılmış məbləğinin tam ödənilməsi üçün yaranmış fərq həcmində, yəni 7.061,2 ABŞ dolları (yeddi min altmış bir dollar iyirmi sent), həmin dövrün rəsmi məzənnəsi ilə 7.410 (yeddi min dörd yüz on) manat məbləğində pul vəsaitini Zərərçəkmiş şəxs şəxsən alaraq, ümumilikdə qeyd edilən qaydada Zərərçəkmiş şəxs məxsus cəmi 301.570 (üç yüz bir min beş yüz yetmiş) manat məbləğdə pul vəsaitini aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib Təqsirləndirilən şəxs2 və Əkbər Məmmədov ilə aralarında bölüb şəxsi ehtiyaclarına sərf edərək, sonuncularla qabaqcadan əlbir olan bir qrup şəxs qismində aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs məxsus cəmi 301.570 (üç yüz bir min beş yüz yetmiş) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib ona külli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, Təqsirləndirilən şəxs2 və Əkbər Məmmədov ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində hüquq verən rəsmi sənədi, habelə möhürü istifadə etmək məqsədi ilə qanunsuz olaraq saxtalaşdırmaqla hazırlamış və sonuncularla qabaqcadan əlbir olan bir qrup şəxs qismində bilə-bilə hüquq verən saxta rəsmi sənədlərdən vahid niyyətlə istifadə etmişdir. Təqsirləndirilən şəxs2 təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs qismində aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını vahid niyyətlə külli miqdarda ziyan vurmaqla ələ keçirərək dələduzluq etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində vahid niyyətlə hüquq verən rəsmi sənədi, habelə möhürü istifadə etmək məqsədi ilə qanunsuz olaraq saxtalaşdırmaqla hazırlamış, qabaqcadan əlbir olan bir qrup şəxs qismində bilə-bilə hüquq verən saxta rəsmi sənədlərdən vahid niyyətlə istifadə etmişdir. Belə ki, o, Şahid4 adına olmaqla faktiki olaraq tanışı Təqsirləndirilən şəxs1 məxsus olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 1,0727 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin sonuncu tərəfindən Şahid1 N - İ №0428956 nömrəli alqı-satqı müqaviləsi əsasında 5 may 2014-cü il tarixdə 150.000 manata satılmasına baxmayaraq, tanışları Təqsirləndirilən şəxs1 və X8 ilə cinayət əlaqəsinə girib, qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə Abşeron rayonu, Saray qəsəbəsində yerləşən həmin 1,0727 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin mülkiyyətçisi Şahid1 məlumatı olmadan həmin torpaq sahəsini Zərərçəkmiş şəxs saxta sənədlər əsasında satmaqla əmlakını dələduzluq yolu ilə ələ keçirmək məqsədilə 2014-cü ilin noyabr ayında Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 vasitəsilə həmin torpaq sahəsinin guya sonuncuya məxsus olması və ona sata biləcəyini Abşeron rayonu ərazisində həmin torpaq sahəsinin yaxınlığında bildirib, torpaq sahəsini ona 300.000 (üç yüz min) ABŞ dollarına sata biləcəyini vəd edib, 2014-cü ilin noyabr ayında Abşeron rayonu, Saray qəsəbəsi ərazisində fəaliyyət göstərən çay evlərinin birində həmin məbləğdən 50.000 (əlli min) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 39.220 manat (otuz doqquz min iki yüz iyirmi manat) pul vəsaitinin ilkin olaraq beh kimi ödənilməsinə razılaşmaqla həmin vaxt qeyd edilən pul vəsaitini Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 vasitəsilə alıb, bundan sonra, guya yuxarıda qeyd olunan torpaq sahəsinə dair çıxarışın və plan ölçüsünün naməlum şəraitdə itməsi barədə bilə-bilə yalan məlumatlar daxil edilməklə tərtib edilmiş Abşeron rayon Polis İdarəsinin 18.02.2015-ci il tarixli 2881 nömrəli saxta arayışını istintaqla müəyyən edilməyən şəraitdə Təqsirləndirilən şəxs1 vasitəsilə əldə edib, habelə, sonuncu vasitəsilə torpağın mülkiyyətçisi Şahid1 məlumatı və razılığı olmadan, sonuncunun adından və onun yerinə fərqli formada imza çəkilməklə, guya qeyd olunan torpaq sahəsinə dair çıxarışın və plan ölçüsünün naməlum şəraitdə itməsi barədə qəzetdə elanın verilməsi üçün 13.02.2015-ci ildə «ünvan 20qayıt» qəzetinə ərizə ilə müraciət edərək həmin mətbu orqanının 14.02.2015-ci il tarixli nömrəsində müvafiq elanın yerləşdirilməsinə nail olub, bundan sonra, həmin müddətdə Şahid1 və onun əri X9 guya bütün əmlaklarının idarə edilməsi və onların üzərində sərəncam verilməsi və digər hüquqlarının 10 (on) il müddətinə özünə etibar edilməsi haqqında istintaqla müəyyən olunmayan şəraitdə Əli İbrahimov və Şahid1 imzaları saxtalaşdırılmaqla imzalanaraq, habelə texniki vasitələrdən istifadə etməklə Bakı şəhəri 7 saylı notariat kontorunun dövlət notariusunun saxta möhürünü hazırlamaqla sənəd üzərinə vuraraq hüquq verən rəsmi sənəd olan Bakı şəhəri 7 saylı notariat kontorunun dövlət notariusu adından reyestrdə guya 7E/10453 nömrəsi ilə qeyd edilmiş 11.12.2006-cı il tarixli saxta etibarnaməni istintaqla müəyyən edilməyən yerdə qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 və Əkbər Məmmədovla birlikdə qanunsuz hazırlayıb, həmçinin, eyni niyyətlə, həmin müddətdə, Şahid1 və onun əri X9 guya bütün əmlaklarının idarə edilməsi və onların üzərində sərəncam verilməsi və digər hüquqlarının 5 (beş) il müddətinə X4 etibar edilməsi haqqında istintaqla müəyyən olunmayan şəraitdə Əli İbrahimov və Şahid1 imzaları saxtalaşdırılmaqla imzalanaraq, habelə texniki vasitələrdən istifadə etməklə Bakı şəhəri 22 saylı notariat kontorunun dövlət notariusunun saxta möhürünü hazırlamaqla sənəd üzərinə vuraraq hüquq verən rəsmi sənəd olan Bakı şəhəri 22 saylı notariat kontorunun dövlət notariusu adından reyestrdə guya 7E/12853 nömrəsi ilə qeyd edilmiş 11.12.2011-ci il tarixli saxta etibarnaməni istintaqla müəyyən edilməyən yerdə qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 və Əkbər Məmmədovla birlikdə qanunsuz hazırlayıb, bundan sonra, qabaqcadan əlbir olduğu Əkbər Məmmədov və Təqsirləndirilən şəxs1la aralarındakı cinayətkar niyyətə uyğun olaraq, 11.12.2006-cı il tarixli etibarnamənin saxtalığının müəyyən olunmaması və cinayətkar niyyətlərini həyata keçirmək üçün 24 fevral 2015-ci il tarixdə Əkbər Məmmədovla birlikdə ünvan 2 ünvanında yerləşən 31 saylı notariat kontoruna gedib öz adından həmin notariat kontoruna müraciət edərək yuxarıda qeyd olunan 11.12.2006-cı il tarixli saxta etibarnamədən qabaqcadan əlbir olan bir qrup şəxs qismində bilə-bilə istifadə edərək özünün Şahid1 adına olan qeyd edilən torpaq sahəsinin üzərində sərəncam vermək və digər hüquqlarının Təqsirləndirilən şəxs1 etibar olunmasına dair hüquqi əsası olmayan, yəni saxta 24 fevral 2015-ci il tarixli AR-İ seriyalı 395543 №-li etibarnamənin verilməsinə, habelə, həmin notariat kontorunda 11.12.2006-cı il tarixli saxta etibarnamədən bilə-bilə istifadə edərək Əli İbrahimovun adından çıxış edib sonuncunun arvadı Şahid1 məxsus olan torpaq sahəsinin özgəninkiləşdirilməsinə (satılmasına, bağışlanmasına) etirazının olmaması haqqında ərizəsinin 24 fevral 2015-ci ildə 7E-2009 reyestr nömrəsi ilə təsdiq edilməsinə nail olub, habelə, aralarındakı cinayətkar niyyətə uyğun olaraq Şəki şəhəri, Salman Mümtaz, 316 ünvanında yerləşən Şəki rayon Qeydiyyat Şöbəsinə 28.02.2015-ci il tarixdə Təqsirləndirilən şəxs1 vasitəsilə 395543 №-li etibarnamədən istifadə edərək müraciət edib Şahid1 ilə Əli İbrahimov arasında bağlanmış nikah haqqında şəhadətnamənin təkrarını həmin tarixdə əldə edib, bundan sonra, aralarındakı cinayətkar niyyətə uyğun olaraq «ünvan 20qayıt» qəzetinə verilmiş 14.02.2015-ci il tarixli elandan, Abşeron RPİ-nin 18.02.2015-ci il tarixli 2881 nömrəli saxta arayışından qabaqcadan əlbir olan bir qrup şəxs qismində bilə-bilə istifadə edərək Təqsirləndirilən şəxs1 vasitəsilə Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 255 ünvanında yerləşən Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə 25.02.2015-ci il tarixli ərizə təqdim edərək torpaq sahəsinə Şahid1 mülkiyyət hüququnun 31 iyul 2014-cü il tarixdə **********21 reyestr və ********** qeydiyyat nömrəsi ilə qeydə alınması barədə DƏDRX-nin 4 saylı Ərazi İdarəsindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışı və əmlakın texniki pasportunun təkrarını (dublikatını), eləcə də, bu əmlak üzərində yüklülüyün olmamasına dair 05.03.2015-ci il tarixli 1 №-li forma arayışı alıb, torpaq sahəsini guya satmaq hüquqlarının olmasına Zərərçəkmiş şəxs inandırmaqla özləri barəsində sonuncuda formalaşdırdıqları inam və etibardan sui-istifadə edərək, yuxarıda qeyd olunan 24 fevral 2015-ci il tarixli AR-İ seriyalı 395543 №-li etibarnaməni, torpaq sahəsinin özgəninkiləşdirilməsinə etirazın olmaması haqqında 24 fevral 2015-ci il tarixli ərizəni, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı, əmlakın texniki pasportunun təkrarını, 1 №-li forma - arayışı, Şahid1 şəxsiyyət vəsiqəsinin və habelə nikah haqqında şəhadətnamənin təkrarının surətlərini 05 mart 2015-ci il tarixli ərizə ilə Təqsirləndirilən şəxs1 vasitəsilə ünvan 20qayıt şəhəri, ünvan 6 ünvanında yerləşən ünvan 20qayıt “Asan xidmət” mərkəzindəki notariat kontoruna təqdim edərək 05 mart 2015-ci il tarixli AN-İ seriyalı ******* №-li alqı-satqı müqaviləsi ilə Şahid1 məxsus olan 1,0727 ha torpaq sahəsini sonuncunun məlumatı və razılığı olmadan Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 vasitəsilə aldatmaqla satıb 5 mart 2015-ci il tarixdə satıcı kimi Şahid1, sonuncunun nümayəndəsi Təqsirləndirilən şəxs1, alıcı kimi isə Zərərçəkmiş şəxs qeyd edildiyi ərizə və ünvan 20qayıt “Asan xidmət” mərkəzində fəaliyyət göstərən "xxxx" ASC-nin ünvan 20qayıt filialına ünvanlanmış 606 saylı məktub əsasında "xxxx" ASC-nin ünvan 20qayıt filialının **********03763AZM37 nömrəli depozit hesabına nağd qaydada qəbul olunmuş 150.000 (bir yüz əlli min) manat pul vəsaitini həmin hesabdan 5 mart 2015-ci il tarixli qəbz əsasında Təqsirləndirilən şəxs1 vasitəsilə götürməklə, eləcə də, həmin vaxt Zərərçəkmiş şəxs razılaşdırılmış məbləğin qalan hissəsini, yəni 100.000 (bir yüz min) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 104.940 (bir yüz dörd min doqquz yüz qırx) manat və razılaşdırılmış məbləğinin tam ödənilməsi üçün yaranmış fərq həcmində, yəni 7.061,2 ABŞ dolları (yeddi min altmış bir dollar iyirmi sent), həmin dövrün rəsmi məzənnəsi ilə 7.410 (yeddi min dörd yüz on) manat məbləğində pul vəsaitini Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 vasitəsilə alaraq, ümumilikdə qeyd edilən qaydada Zərərçəkmiş şəxs məxsus cəmi 301.570 (üç yüz bir min beş yüz yetmiş) manat məbləğdə pul vəsaitini aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib Əkbər Məmmədov və Təqsirləndirilən şəxs1la aralarında bölüb şəxsi ehtiyaclarına sərf edərək, sonuncularla qabaqcadan əlbir olan bir qrup şəxs qismində aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs məxsus cəmi 301.570 (üç yüz bir min beş yüz yetmiş) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib ona külli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, Əkbər Məmmədov və Təqsirləndirilən şəxs1la qabaqcadan əlbir olan bir qrup şəxs qismində hüquq verən rəsmi sənədi, habelə möhürü istifadə etmək məqsədi ilə qanunsuz olaraq saxtalaşdırmaqla hazırlamış və sonuncularla qabaqcadan əlbir olan bir qrup şəxs qismində bilə-bilə hüquq verən saxta rəsmi sənədlərdən vahid niyyətlə istifadə etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 ifadə verməkdən imtina etdiyindən ibtidai araşdırma zamanı verdiyi ifadəsi elan edilmiş və o, həmin ifadəsində göstərmişdir ki, 2004-cü ilin aprel ayında arvadı X1 adına Abşeron rayonu, Saray qəsəbəsində yerləşən ərazidən alqı-satqı müqaviləsi ilə 1,0727 hektar əkin torpaq sahəsi almışdır. 2012-ci ilin noyabr ayında həmin torpaq sahəsinin arvadı Nəcibə Ələkbərovanın adına olması barədə Dövlət reyestrindən çıxarış verilmişdir. Həmin torpaq sahəsini daşla hasarlatmış, içərisində metal borulardan 14 ədəd istixana, anbar, hamam, tövlə, toyuq hini inşa etdirmişdir. Torpaq sahəsində xiyar, pomidor məhsullarının becərilməsi və mal-qara saxlanılması ilə məşğul olmuşdur. Bakı şəhər sakini X2 2012-ci ilin dekabr ayında borca pul alaraq həmin torpaq sahəsini girov kimi alqı-satqı qaydasında Dilbərin adına rəsmiləşdirmiş, bir neçə aydan sonra Dilbərin pulunu qaytarıb 06.03.2013-cü ildə həmin torpaq sahəsini alqı-satqı müqaviləsi ilə Dilbərdən geri almışdır. Ona yenidən pul lazım olduğu üçün ev alqı-satqısı ilə məşğul olan Şahid3 müraciət etmiş, İradə “Şakif” adlı şəxsdən onun üçün 80.000 manat faizə pul alıb gətirmiş və həmin torpaq sahəsini 17.05.2013-cü ildə girov kimi alqı-satqı yolu ilə Şahid4 İsrafil oğlunun adına rəsmiləşdirmişdir. O, Şakifə olan faiz və əsas borcunu qaytarmaq üçün əlavə olaraq borca pul axtarmağa başlamış və bu barədə Şahid3 müraciət etmiş, İradə xanım onu Əli İbrahimovla tanış etmiş və o 2014-cü ilin aprel ayında Əlidən faizlə borca 150.000 manat pul istəmiş, sonuncunun ona verəcəyi pulun müqabilində torpaq sahəsini adına rəsmiləşdirməklə girov qismində verə biləcəyini təklif etmişdir. Əli gəlib torpaq sahəsinə baxaraq torpaq sahəsini girov kimi götürməklə ona 150.000 manat pul verəcəyinə razılaşmışdır. O, Əli müəllimə torpaq sahəsinin Şakifin adına olduğunu bildirib sənədləri ona göstərmiş, Əli İbrahimov 05.05.2014-cü ildə etibarnaməsi olan “Rəcəb” adlı şəxsi göndərərək torpaq sahəsini arvadı Kəmalənin adına rəsmiləşdirəcəyini bildirmişdir. O, İradə vasitəsi ilə Şakifi çağıraraq Abşeron rayon 1 saylı notariat kontoruna getmişlər. Orada torpağın Şakif tərəfindən Əlinin arvadı Şahid1 adına satılması ilə bağlı alqı-satqı müqaviləsi bağlanmış, Rəcəb bank vasitəsi ilə torpağın dəyəri kimi qeyd olunan 150.000 manat pulu Şakifin adına ödəmiş, Şakif həmin pulu götürərək ona vermişdir. Həmin puldan 80.000 manatı borclu olduğu Şakifə qaytarmış, İradə ondan Əlinin faiz kimi verdiyi 150.000 manatın 10 faizini, yəni 15.000 manatını almışdır. İradə ona bildirmiş ki, 10 faiz pulu almağı ondan Əli İbrahimov tələb edib. Həmin 15.000 manatın kimə çatdığını bilməmişdir. 150.000 manatdan əlində 55.000 manat pul qalmış, həmin pulu şəxsi ehtiyaclarına sərf etmişdir. O, Əlidən həmin 150.000 manatı aylıq 4 faiz olmaqla müddətsiz və qeyri-rəsmi qaydada almışdır. Hər ay faiz kimi Əliyə çatdırması üçün 6.000 manat pul vermiş, 4-5 ay müddətində hər ay 6.000 manat olmaqla İradəyə faiz pulu vermiş, lakin maddi vəziyyəti pisləşdiyi üçün faizləri ödəyə bilməmiş, Əliyə olan pul borcunu qaytarmaq üçün həmin torpaq sahəsini satmaq qərarına gəlmiş, 2014-cü ildə xatırlamadığı vaxtda bu barədə zəng edərək Əli İbrahimova məlumat vermiş, Əli torpaq sahəsini satmağa telefonda icazə vermiş, torpaq sahəsinə gələrək torpağı hissələrə bölüb satmağı məsləhət görmüş, torpağın hansı hissələrini satmağı ona yerində göstərmişdir. O, torpaq sahəsini satmaq üçün fərdi qaydada torpaq alıqı-satısı ilə məşğul olan şəxslərə elan vermiş, torpaq sahəsinə müştəri çıxdıqda telefonla zəng edərək Əli müəllimə məlumat vermişdir. Əli müəllim bu dəfə torpağı hissəhissə deyil, tam şəkildə hamısını bir yerdə satmağı tapşırmışdır. 2014-cü ilin sonlarında “Qabil” adlı şəxs verdiyi elan əsasında onunla görüşüb torpaq sahəsini almaq istədiyini bildirmiş, həmin torpaq sahəsini Qabilə 300.000 ABŞ dollarına satmağa razılaşmış, bundan bir neçə gün sonra Qabil torpaq sahəsinə görə Saray qəsəbəsində beh kimi 50.000 ABŞ dolları pul vermiş, o, torpaq sahəsini Qabilə satacağı barədə Əli müəllimə məlumat verməmişdir. Çünki Əli müəllim telefonla bir müddət əvvəl torpaq sahəsini sataraq ona olan borcunu qaytarmağa razılıq vermişdir. Torpaq sahəsinin mülkiyyət sənədinin əsllərinin onda olmadığını, onunla bir yerdə Əli və İradə ilə olan söhbətlərində iştirak etmiş Şahid5 ona torpağın mülkiyyət sənədlərinin Əli İbrahimovun itirdiyini və Əlinin həmin sənədlərin dublikatını çıxardaraq alqı-satıqını etməyə razı olması barədə məlumat verdiyini, o, Mahirə torpağın mülkiyyət sənədlərinin dublikatlarını alıb ona verməsinə razılıq verdiyini, bundan bir neçə gün sonra Mahir əvvəllər bir dəfə sonuncunun yanında gördüyü “Ceyhun” adlı şəxslə gətirib ona ünvan 20qayıt şəhərində xatırlamadığı çayxanaların birində həmin torpaq sahəsinin çıxarışı, alqı-satqı müqaviləsinin dublikatını və Kəmalənin adından onun adına verilmiş etibarnaməni verdiyini bildirmişdir. O, Mahirin həmin sənədləri necə və hansı qaydada əldə etdiyini bilmədiyini, bununla maraqlanmadığını qeyd etmişdir. O həmin sənədlər əsasında torpaq sahəsini 05.03.2015-ci il tarixdə ünvan 20qayıt «ASAN» xidmət mərkəzindəki notariusda alqı-satqı yolu ilə rəsmi olaraq Zərərçəkmiş şəxs satmışdır. Öz aralarında olan razılığa əsasən alqı-satqı müqaviləsində torpağın 150.000 manat satıldığını qeyd etdirmişlər, Qabil həmin 150.000 manatı bank vasitəsi ilə ona ödəmişdir. Qabil həmin vaxt ünvan 20qayıt «ASAN» xidmət mərkəzində tanışı Azərin yanında torpağa görə ona əlbəəl qalan 100.000 ABŞ dolları da vermişdir. Orada dolların manata olan məzənnə fərqini də hesablayıb öz aralarında razılığa gəlmişlər, yaranmış fərq də ona ödənilmişdir. Beləliklə o, Qabildən həmin torpaq sahəsinə görə ümumilikdə 300.000 ABŞ dolları pul almışdır. Bundan sonra Qabil həmin torpaq sahəsinə yeni mülkiyyət sənədi almış, o, torpaq sahəsini Qabilə təhvil verib oradan çıxmışdır. O, torpaq sahəsini satdığını Əliyə və İradəyə bildirməmiş, torpağı satmasını sonuncuların bildiklərini güman etmişdir. Alqı-satqı başa çatandan 2-3 gün sonra Əliyə olan borcundan çıxması üçün və Əliyə çatdırması məqsədi ilə Mahirlə birlikdə Bakı şəhəri Nizami rayonu ərazisində «Star» idman kompleksinin və «Azpetrol» YDM-nin yaxınlığında İradəyə 12.000 manat pul vermiş, bir neçə gündən sonra İradə həmin pulu Əliyə çatdırdığını və Əlinin həmin məbləği ona borclu olduğu faiz hesabına çıxdığını bildirmişdir. Əli müəllim faizləri dayandırmadığı və ona verdiyi pulu faizə çıxdığı üçün Əliyə bir daha pul verməmişdir. Əliyə faizləri vermədiyinə görə onunla münasibəti pisləşmiş və əlaqəsi kəsilmişdir. Əli verdiyi 150.000 manatın əvəzində telefon danışıqlarında ondan 200.000 ABŞ dolları pul tələb etməyə başlamışdır. O, Moskva şəhərində olarkən bilmiş ki, Əlinin arvadı Kəmalə ondan Abşeron rayon məhkəməsinə həmin torpaq sahəsinə görə idda ərizəsi vermiş və işə baxılaraq onun əleyhinə qətnamə qəbul edilmişdir. Etdikləri şikayətlər isə nəticəsiz qalaraq Apelyasiya və Ali Məhkəmə tərəfindən onun əleyhinə olan qətnamə qüvvəsində saxlanılmışdır. O həmin məhkəmə prosesləri zamanı bilmiş ki, Kəmalə və Əli İbrahimovların imzaları saxtalaşdırılaraq Ceyhunun adına etibarnamə hazırlanmış, həmin saxta etibarnamə əsasında isə digər sənədlər verilmişdir. Bununla bağlı Mahiri sorğu-sual etmiş, lakin Mahir sənədləri kimin hansı şəraitdə saxtalaşdırdığını bildirməmişdir. 11.12.2006-cı il tarixli və 11.12.2011-ci il tarixli etibarnamələrlə tanış olaraq “İbraqimov Ə” və “İbrahimova K” soyadı qarşısındakı imzaların heç birinin ona məxsus olmadığını, imzaları icra etmədiyini, imzaların kimə məxsus olduğunu və onu kimin nə vaxt, harada tərtib etdiyini bilmədiyini, həmin etibarnamə barəsində ilk dəfə Abşeron rayon məhkəməsində mülki iddiaya baxılarkən eşidib onunla tanış olduğunu qeyd etmişdir. Abşeron rayonu, Saray qəsəbəsində yerləşən torpaq sahəsinin mülkiyyət sənədinin itməsinə dair Şahid1 adından tərtib olunaraq Abşeron RPİ-yə ünvanlanmış 29.01.2015-ci il tarixli ərizə ilə tanış olaraq həmin ərizəni ilk dəfə gördüyünü, ərizənin nə vaxt, kim tərəfindən, nə məqsədlə tərtib edildiyini bilmədiyini, ərizədəki əlyazmaların və imzanın ona məxsus olmadığını, heç vaxt torpaq sahəsinin mülkiyyət sənədini itirmədiyini və bununla bağlı heç bir polis idarəsinə müraciət etmədiyini bildirmişdir. Heç vaxt X25 İbrahimova arasında bağlanmış nikah haqqında şəhadətnamənin təkrarının verilməsi üçün Şəki rayon qeydiyyat şöbəsinə müraciət etməmiş və onun adından qeydiyyat şöbəsinə müraciət etməyi heç kimə tapşırmamışdır. X25 İbrahimova arasında bağlanmış nikah haqqında şəhadətnamənin təkrarının verilməsi barədə onun adından Şəki rayon qeydiyyat şöbəsinə ünvanlanmış 28.02.2015-ci il tarixli ərizə ilə tanış olaraq həmin ərizəni ilk dəfə gördüyünü, ərizənin nə vaxt, kim tərəfindən, nə məqsədlə tərtib edildiyini bilmədiyini, ərizədəki əlyazmaların və imzanın ona məxsus olmadığını göstərmişdir. Heç vaxt Saray qəsəbəsində yerləşən 1,0727 hektar torpaq sahəsinin mülkiyyət sənədinin itməsi ilə bağlı elan verilməsi üçün “ünvan 20qayıt” qəzetinin redaksiyasına müraciət etməmiş və bunun üçün heç kimə göstəriş verməmişdir. Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 1,0727 hektar torpaq sahəsinin mülkiyyət sənədinin təkrarının verilməsi üçün Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə ərizə ilə müraciət etməmiş, Mahir həmin torpaq sahəsinin mülkiyyət sənədinin itdiyini və onların dublikatını gətirəcəyini demiş, Mahirin sənədin dublikatını necə və hansı qaydada aldığını bilmədiyini qeyd etmişdir. Mahirə inandığı üçün Əli İbrahimovun özündən torpaq sahəsinin mülkiyyət sənədlərinin itibitməməsi ilə maraqlanmamış və eləcə də, Əli İbrahimov ona torpaq sahəsini satmağa razılıq verdiyi üçün torpaq sahəsini Qabilə satmış, lakin Əliyə bu barədə məlumat verməmişdir. Bundan başqa, Xəlil Vəliyevi işlətdiyi kafedən tanıdığını, dəfələrlə birlikdə oturduqlarını bildirmişdir. Söhbətlər zamanı Xəlil onun işlər gördüyünü bilmiş, Xəlil əlində pul olduğunu, ona bir neçə dəfə faizlə pul verməyi təklif etmişdir. Xəlilin təklifi əsasında ondan ümumilikdə 40.000 manat və 10.000 ABŞ dolları pul almış, üstündən uzun müddət keçdiyindən hansı formada, ardıcıllıqla almasını xatırlamamışdır. Xəlilin pulunu götürəndən sonra sonuncuya faiz vermiş, pulu neçə faizlə götürməsini xatırlamamış, amma hər ay müxtəlif məbləğlərdə faiz ödəmişdir. Daha sonra O, Rusiya Federasiyasına getmiş, oradan da, Xəlilə pul göndərmişdir. Konkret olaraq hansı müddətə olmasını xatırlamasa da, amma Xəlilin pullarını qaytarmış, ümumilikdə xeyirlə birlikdə Xəlilə 58.000 manata yaxın pul vermişdir. Bu səbəbdən Xəlilə borcunun qalmadığını, o, Rusiya Federasiyasında olarkən Xəlilin onu mülki qaydada məhkəməyə verdiyini, burada olmadığından ödəmə barədə sənədləri təqdim edə bilmədiyini, bu səbəbdən Xəlilin xeyrinə qərar çıxarıldığını, bir sözlə Xəlilə borcunun olmadığını, borcu olsa belə mülki xarakterli olduğunu, mülki qaydada buna qiymət verildiyini bildirmişdir (cild 7, iş vərəqə 173-177). Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 320.1 və 320.2-ci maddələri ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2014-cü ilin sonlarından 2016-cı ilin sonlarınadək özünə məxsus “BMV 525” markalı, “90LJ528” dövlət qeydiyyat nişanlı avtomobillə fərdi qaydada ünvan 20qayıt şəhərində taksi fəaliyyəti ilə məşğul olmuşdur. Şahid5 2014-cü ilin son aylarında müştəri kimi tanımış, adətən Mahirin yaşadığı evin yaxınlığında dayanaraq müştəri gözləmişdir. Mahir həmin vaxtlar ünvan 20qayıt şəhəri 12-ci mikrorayonda yerləşən poçt şöbəsində müdir işləyirdi, onu bir neçə dəfə evindən iş yerinə və müxtəlif yerlərə aparıb gətirmişdir. Taksi fəaliyyəti ilə məşğul olmaq üçün müvafiq lisenziyası olmadığı üçün çətinlik çəkmiş, tez-tez cərimə olunduğu üçün daimi iş yeri axtarmışdır. İş axtardığını Mahirə də demişdir. Təxminən yanvar ayında Mahir və sonuncunun yanında olan tanımadığı “Eyvaz” adlı şəxsi ünvan 20qayıt şəhərində yerləşən “Büllür” kafesinin qarşısından götürmüş və Mahirin sifarişi ilə Eyvazı Saray qəsəbəsindəki evinə aparmışdır. Yolboyu Mahir onu Eyvaza tərifləyərək ona iş tapmaqda köməklik etməsini xahiş etmişdir. Bundan sonra Mahirin sifarişi ilə Eyvazı bir neçə dəfə həmin “Büllur” kafesinin yaxınlığındakı adını bilmədiyi kafedən götürüb evinə aparmışdır. Xatırlamadığı vaxtda həmin kafedə Eyvaz və Mahirlə söhbət edərkən Eyvaz ona Gürcüstandan tanışları ilə satmaq üçün Bakı şəhərinə avtomobil gətirəcəyini bildiriş və ona pul müqabilində avtomobilləri Gürcüstandan sürücü kimi idarə edərək gətirməyi təklif etmişdir. Eyvaz həmin işə başlayanda onu Gürcüstana göndərəcəyini bildirmişdir. Bundan bir müddət sonra 24 fevral 2015-ci ildə Mahir və Eyvazı onların sifarişi əsasında öz avtomobili ilə Bakı şəhəri 7-ci mikrorayondakı “Azadlıq” metrostansiyasının yaxınlığına aparmışdır. Eyvaz avtomobildən düşüb bir neçə metr aralanaraq tanımadığı “Əkbər” adlı şəxsə və tanımadığı «bardovı» rəngli kepkası olan kişiyə yaxınlaşaraq söhbət etməyə başlamışdır. Mahir avtomobildən düşsə də, o onların yanına getməmişdir. Eyvaz həmin şəxslərlə 15-20 dəqiqə söhbət edəndən sonra ona yaxınlaşaraq orada kimisə gözlədiyindən yubanacağını bildirib ondan söhbət etdiyi həmin 2 nəfər şəxsi Binə qəsəbəsinə aparmağını xahiş etmişdir. Onun üçün maraqlı olmadığı və aralarında məsafə çox olduğu üçün Eyvazın həmin şəxslərlə nə haqda danışdığını bilməmişdir. Mahirlə Eyvaz ondan ayrılıb getmiş, Əkbər və adını bilmədiyi kepkalı şəxs avtomobilə əyləşib onları Binə qəsəbəsinə aparmağını bildirmişlər. Əkbər arxa, kepkalı şəxs isə qabaq oturacaqda əyləşmişdir. Binə qəsəbəsinə çatanda kepkalı şəxs 31 saylı notariat kontorunun arxa tərəfində avtomobili saxladaraq həmin notariat kontorunda işləri olduğunu və bir neçə dəqiqə onları gözləməyini xahiş etmişdir. Bundan sonra Əkbərlə kepkalı kişi avtomobildən düşərək notariat kontoruna getmişlər. Təxminən 1 saatdan artıq müddətdə onları orada gözləyəndən sonra kepkalı şəxs ona yaxınlaşaraq öz şəxsiyyət vəsiqəsinin evdə qaldığını bildirib onun şəxsiyyət vəsiqəminin üzərində olub-olmaması ilə maraqlanmış, Gürcüstandan avtomobil gətirməsi üçün ümumi etibarnamə verəcəyini, həmin etibarnamə əsasında Eyvaza etibarnamə verəcəyini demişdir. Lakin kepkalı şəxs sürücülük vəsiqəsini istəməmiş, o da bu barədə maraqlanmamışdır. Kepkalı şəxs etibarnamə məsələsindən Eyvazın məlumatı olduğunu bildirib onu buna inandırmışdır. Kepkalı şəxsə inanıb şəxsiyyət vəsiqəsini sonuncuya vermiş, kepkalı şəxs vəsiqəni götürüb kontora girmiş, bundan 20-15 dəqiqə sonra kepkalı şəxs yanına gələrək notariusun çıxıb gedəcəyini bildirərək ondan təcili notariat kontoruna getməyini istəmişdir. Notariat kontorundakı ümumi zalda şüşə arxasında əyləşən tanımadığı kişi işçi ona bir neçə sənədə imza etməyini demiş, kepkalı şəxs onu tələsdirdiyi və həvəsi olmadığı üçün təqdim olunmuş sənədləri oxumadan imzalamışdır. Sənədləri imzalayandan sonra kepkalı şəxsin istəyi ilə tanımadığı notariusun otağına daxil olaraq ondan şəxsiyyət vəsiqəsini götürüb çıxmışdır. Həmin notarius onu sorğu-sual etməmiş, onunla danışmamışdır. Kepkalı şəxslə çölə çıxmış, Əkbər onları çöldə gözləmiş, kepkalı şəxs oğlunun ardınca gəlib onları aparacağını bildirərək ona taksi kimi onları ora gətirdiyinə görə 25 manat pul vermişdir. Bu vaxt nömrəsinə fikir vermədiyi qara rəngli “Mercedes E” markalı (dördgöz) avtomobil ora yaxınlaşmış, Əkbərlə kepkalı şəxs həmin avtomobilə əyləşib getmiş, o isə evinə qayıtmışdır. Bundan təxminən 7-10 gün sonra ünvan 20qayıt şəhərində avtoyuma yerində avtomobilini yuduzdurarkən avtomobildən qabaq sağ oturacağın altından Əkbərin adı qeyd olunan bir vərəqdən ibarət etibarnamə tapmış, Əkbərin və onun yanında olan kepkalı şəxsin telefon nömrələri olmadığı və onların yaşadığı yeri tanımadığı üçün həmin sənədi Əkbərə çatdırması üçün Mahirə verməkdən ötrü onun mobil telefonuna zəng etmiş, lakin Mahirə zəng çatmadığından əlaqə saxlaya bilməmişdir. Beləliklə, etibarnaməni evində saxlamış, etibarnamə verəndən sonra Mahiri, Eyvazı, Əkbəri və kepkalı şəxsi xeyli müddət görməmişdir. 2015-ci ilin iyun ayında polis əməkdaşları onu ünvan 20qayıt şəhər Pİ-nin 3-cü PB-yə çağırıb izahat alanda bilmişdir ki, guya Kəmalə adlı qadın 2006-cı ildə ona Saray qəsəbəsində olan torpaq sahəsi ilə bağlı etibarnamə vermişdir. O həmin etibarnamə əsasında 24 fevral 2015-ci ildə Eyvaza başqa etibarnamə vermişdir. Bundan sonra ona aydın olmuşdur ki, Eyvaz, Əkbər və kepkalı şəxs onu aldadaraq 24 fevral 2015-ci ildə etibarnaməyə imza etdirmişlər. O, bir neçə gündən sonra 31 saylı notariat kontoruna gedərək həmin etibarnaməni ləğv etdirmişdir. Çünki 2006cı ildə, ümumiyyətlə, Eyvazı, Əkbəri, Mahiri və Kəmalə adlı qadını tanımamış, həmin dövrdə həqiqi hərbi xidmətdə olmuşdur. Avtomobildən tapdığı Əkbərin adına olan etibarnaməni 3cü PB-də araşdırma aparan işçiyə vermişdir. Bundan sonra Şahid1 Eyvazdan Abşeron məhkəməsinə iddia vermiş, həmin məhkəmə prosesində dindirilmişdir. Bundan başqa Şahid1, onun əri X16 tanımadığını, Təqsirləndirilən şəxs1, Mahir Hümmətov və Əkbər Süleymanovun ona heç vaxt Şahid1 adına Abşeron rayonu ərazisində yerləşən torpaq sahəsinin alqı-satqısı ilə bağlı heç bir söz demədiklərini, 31 saylı notariat kontoruna ünvanlanmış 24.02.2015-ci il tarixli ərizə ilə tanış olaraq ərizədəki soyadı yazılmış əlyazma və soyadının qarşısındakı imzanın ona məxsus olduğunu, həmin ərizənin məzmunundan heç bir məlumatının olmadığını, 24 fevral 2015-ci ildə 31 saylı notariat kontorunda həmin ərizənin ona oxudulmadan imza etdirildiyini bildirmişdir. Əkbər Məmmədovun telefon nömrəsini bilməmiş, heç vaxt ona zəng etməmişdir. Təqsirləndirilən şəxs1 Mahir vasitəsi ilə tanımışdır. Kəmalə, Əli və Qabili tanımır. Kəmalə və Əlinin adına etibarnamə verilməmişdir. Eyvazla hər hansı bir düşmənçiliyi olmamışdır. Eyvazın adına etibarnamə verdiyini sonradan bilmişdir. Etibarnaməyə imza çəkməyi üçün “Kepkalı” şəxs onu tələsdirmişdir. 11 dekabr 2006-cı il tarixdə hər hansı bir etibarnamə verməmişdir. Notariusda olan zaman Eyvaz orada olmamışdır. Notarius ona həmin etibarnamə ilə bağlı heç nə izah etməmişdir. Həmin etibarnamə ilə bağlı Eyvazla onun arasında hər hansı bir söhbət olmamışdır. Eyvazı 2015-ci ilin yanvar ayından tanımışdır. Mahir ünvan 20qayıt şəhəri 12 saylı Poçt Şöbəsinin müdiri vəzifəsində işləyir. Eyvazla hər hansı bir dövlət qurumuna birlikdə getməmişdir. Əkbər və “Kepkalı” şəxsi Binə qəsəbəsində olan notariusa aparmışdır. O, Əkbərə və “Kepkalı” şəxsə inandığı üçün həmin etibarnaməni imzalamışdır. Həmin etibarnamə ilə bağlı Mahir ilə danışmışdır. Ona həmin etibarnamənin bir nüsxəsini versələr də, “Kepkalı” şəxs həmin nüsxəni əlindən almışdır. Eyvazla Mahirin hərəkətləri şübhəli gəldiyi və Mahirə zəng çatmadığı üçün həmin etibarnaməni ləğv etdirmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onların təqsirləndirildikləri 178.3.2, 320.1 və 320.2-ci maddələri ilə nəzərdə cinayət əməllərini törətməkdə təqsirli olmaları cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş digər sübutlarla tam sübuta yetirildi. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Zərərçəkmiş şəxs ibtidai araşdırma orqanına verdiyi ifadədən görünür ki, o, vergi orqanlarında qeydiyyatdan keçərək fərdi qaydada sahibkarlıqla, əsasən də, əkinçilik və maldarlıqla məşğul olur. 2014-cü ilin təxminən oktyabr-noyabr aylarında yaşadığı Saray qəsəbə sakinlərindən həmin qəsəbədə yaşayan üzdən tanıdığı, yaxın münasibəti olmadığı Təqsirləndirilən şəxs1 Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 1,0727 ha torpaq sahəsini satdığını eşitmiş, torpaq sahəsinə ehtiyacı olduğu üçün həmin torpaq sahəsini almaq qərarına gəlmiş və Eyvazla onun satdığı torpaq sahəsində görüşüb söhbət etmiş, torpaq sahəsi mişar daşı ilə hasarlanmış, üzərində 10-15 ədəd sellofanla düzəldilmiş istixana, ayrıca qazanxana, kiçik tövlə və işçilərin qalması üçün birmərtəbəli bir otaqdan ibarət tikili, dəmirdən giriş darvazası olmuşdur. İstixanalarda əkin işləri aparılmamışdır. Eyvaz ona həmin torpaq sahəsindəki istixanaları özünün düzəldib orada sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu, borcu olduğu üçün həmin torpaq sahəsini satmaq istədiyini bildirmiş, Eyvaz torpaq sahəsini qeyd etdiyi tikililərlə birlikdə 500.000 ABŞ dollarına təklif etmiş, Eyvazın istədiyi məbləğ çox olduğu üçün o razılaşmamış və ona torpaq sahəsini almaq üçün 300.000 ABŞ dolları təklif etmiş, Eyvaz onunla razılaşmamış və ayrılıb getmişdir. Bundan 20-30 gün sonra, 2014-cü ilin təxminən noyabr ayında Eyvaz onunla Saray qəsəbəsində dostu Azərin çayxanasında görüşüb həmin torpağı 300.000 ABŞ dollarına satmağa razı olduğunu bildirmiş, həmin söhbətdə onun yanında dostu Azər də iştirak etmişdir. Eyvaz ora tək gəlmiş, Eyvaz adını demədiyi şəxsə pul borcu olduğunu bildirərək beh kimi ondan 50.000 ABŞ dollar pul istəmiş, o, qardaşı Nəsurullaya zəng edərək evindən 50.000 ABŞ dollar gətirməsini xahiş etmiş, bir neçə dəqiqədən sonra qardaşı pulu gətirmiş, o, Azərin yanında Eyvaza beh kimi 50.000 ABŞ dollar pulu vermişdir. Bir neçə gündən sonra alğı-satqı yolu ilə torpağı alacağına razılaşmışlar. 05 mart 2015-ci ildə o, dostu Azər və Eyvaz ünvan 20qayıt şəhərində yerləşən «Asan Xidmət»ə gedərək orada notariusun yanında torpağın ona satılması barədə alğı-satqı müqaviləsi bağlamışlar. Sənədlərdən anlayışım olmadığı üçün sənədlərə diqqət yetirməmiş, təqdim olunan sənədləri imzalamışdır. Dövlət ruünvan 20unu çox ödəməmək üçün Eyvazla razılıqlarına əsasən müqavilədə torpağı guya 150.000 ABŞ dollarına satıldığını qeyd etdirmişlər. Orada torpağın alğı-satqısı ilə bağlı Eyvazın hesabına banka 150.000 ABŞ dollar pul ödəmiş, Eyvaza əlbəəl Azərin yanında 100.000 ABŞ dollar pul vermişdir. Beləliklə Eyvaza ümumilikdə 300.000 ABŞ dollar pul vermişdir. Eyvaz bir neçə dəqiqədən sonra onun hesabına köçürdüyü 150.000 ABŞ dolları pulu da, bankdan götürmüşdür. O həmin gün torpağın çıxarışını almaq üçün sənədlərin hamısını aparıb Azərbaycan Respublikası DƏDRX-nin 4 saylı ərazi idarəsinə təqdim etmiş, bir neçə gün sonra həmin idarə tərəfindən 13.03.2015-ci il tarixli RX0599212 nömrəli çıxarış, torpaq sahəsinin plan və ölçüsü verilmişdir. Alğı-satqı müqaviləsi bağlanan gün Eyvaz torpaq sahəsinə giriş darvazasının açarlarını və torpaq sahəsində olan bütün əşyaları ona təhvil verib çıxıb getmişdir. Torpaq sahəsindəki istixanalarda işləyən Eyvazın işə qəbul etdiyi şəxslər də, orada qalıb onun işçiləri olmuşlar. O təxminən aprel ayında həmin torpaq sahəsində işlər görməyə başlamış, belə ki, orada mal-qara saxlamaq üçün 2 ədəd tövlə, 3 ədəd anbar, işçilərin yaşaması üçün otaqlar tikdirib xeyli sayda insanları işlə təmin etmişdir. Torpağı alandan sonra Eyvaz satdığı həmin yerə gəlib-getməmiş, torpaqla bağlı heç kim onu narahat etməmişdir. 2016-cı ilin təxminən aprel-may aylarında “İradə” adlı qadın tanımadığı oğlanla həmin torpaq sahəsinə gələrək oranı 2014-cü ildə Eyvazdan aldıqlarını bildirib, torpağın Şahid1 aid olması barədə çıxarış göstərmiş, o da, ona öz adına olan torpağın çıxarışının surətini vermişdir. İradə gedəndən sonra Eyvazı axtarmağa başlamış, lakin onu tapa bilməmiş, sonuncunun Moskva şəhərində olduğunu öyrənmişdir. 30.09.2016-cı il tarixdə axşam saatlarında Abşeron İcra şöbəsinin icra məmuru kimi özünü təqdim edən şəxs ona yaxınlaşıb, qüvvədə olan məhkəmə qətnaməsi olduğunu, 2 saat ərzində torpaq sahəsini boşaltmasını tələb etmiş, o ərazini tərk edib oradan uzaqlaşmışdır. Həmin gün saat 21 radələrində obyektdə işləyən fəhlələr zəng edərək bir qrup polis və mülki formada şəxslərin fermalarını söküb mal-qaranı isə açıb buraxdıqlarını xəbər vermişlər. O sonradan öyrənmiş ki, ondan xəbərsiz Abşeron rayon Məhkəməsində mülki işə baxılmış və torpaqla bağlı alğı-satqı müqaviləsi ləğv olunmuşdur. Həmin məhkəmənin qətnaməsindən apellyasiya şikayəti vermiş, onun şikayətinə baxılaraq Abşeron məhkəməsinin qətnaməsi 17.01.2017-ci ildə ləğv edilmişdir. Məhkəmə prosesində məlum olmuşdur ki, ona satılmış torpaq sahəsinin əsl sahibi Təqsirləndirilən şəxs1 arvadı Nəcibə Ələkbərovadır. X28 ad və soyadlı şəxslə danışıqlar apararaq ondan hər ay 3 faiz sələm ödəməklə 150.000 manat pul götürmüş və Əli İbrahimov girov və kredit müqaviləsi bağlamaq əvəzinə arvadı Şahid1 adına çıxarış almışdır. (cild 1, iş vərəqə 244-248). Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 22 fevral 2007-ci ildə Vergilər Nazirliyində vergi ödəyicisi kimi qeydiyyatdan keçərək (VÖEN **********) Bakı şəhərində və Abşeron rayonu ərazisində daşınmaz əmlakın alqı-satqısı ilə məşğul olmağa başlamışdır. 2010-cu ilədək Bakı şəhərində “Elmlər Akademiyası” metrostansiyasının yaxınlığında ofisi olduğundan orada fəaliyyət göstərmişdir. 2010-cu ildən hazıradək isə hər hansı yerdə fəaliyyət göstərmir. Şahid4 2005-ci ildən tanıyır, Şakifin qızı Tənzilə və onun əri Azərlə ailəvi dostluq münasibətləri olmuşdur. Təqsirləndirilən şəxs1 isə 2013-cü ilin əvvəllərində işlə bağlı təsadüfən tanımışdır. Eyvaz Abşeron rayonu Saray qəsəbəsində 1 hektardan artıq torpaq sahəsi olduğunu, orada istixana düzəldib pomidorxiyar istehsalı ilə məşğul olduğunu, arvadının və qızının Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində yaşayıb həmin tərəvəz məhsullarının satışı ilə məşğul olduğunu, ticarətdə istifadə etməsi üçün həmin torpaq sahəsini girov kimi qoyub borca 80.000 manat pul tapmaq istədiyini bildirərək, pul tapmaqda köməklik etməsini ondan xahiş etmişdir. Eyvaz həmçinin 80.000 manat borcun müqabilində pul sahibinə ay ərzində 1.000-1.500 manat arası əlavə pul verəcəyini də demişdir. O, Şakifdə pul olduğunu bildiyindən Eyvaza verməsi üçün ondan pul istəmiş və Eyvazın təklifini ona çatdırmışdır. Şakif razılaşandan sonra Şakifin kürəkəni Azər onunla birlikdə həmin torpaq sahəsinə baxmağa gedəndə Eyvazla borc barədə bir daha onun iştirakı ilə söhbət etmişdir. Həmin torpaq sahəsinin üzərində 20 ədəd sellofonla düzəldilmiş istixana, işçilər üçün bir otaqlı böyük tikili olmuşdur. İstixanalarda pomidor və xiyar əkilmiş, onlar satış üçün dərilib qutulara yığılmışdır. Şakif Eyvaza pul verməyə razılaşandan sonra Eyvaza çatdırmaq üçün 17 may 2013-cü ildə “Əhmədli” metrostansiyasının yaxınlığında ona əlbəəl 80.000 manat pul vermişdir. Şakifin ayağında problem olduğu üçün yeriməkdə çətinlik çəkdiyindən torpağın alqı-satqısını rəsmiləşdirməyi ondan xahiş etmişdir. Buna görə də özünün adından müəyyən əməliyyatlar etməyi üçün ona 2013-cü ilin fevral ayında notarial qaydada etibarnamə vermiş və o həmin etibarnamə əsasında Eyvazın arvadı Nəcibə Ələkbərovanın adına olan torpaq sahəsinin Şakif tərəfindən alınmasına dair müqaviləni Abşeron rayonu 2 saylı notariat kontorunda imzalamış, 80.000 manat pulu isə torpağın dəyəri kimi bank vasitəsi ilə Eyvaza vermişdir. Eyvaz həmin pulu və əlavə pulları 3 ay müddətinə qaytaracağına söz vermişdir. Alğı-satqı formal olaraq rəsmiləşdirildiyi üçün torpaq sahəsinə həmin müddətdə çıxarış alınmamışdır. 3 ay keçməsinə baxmayaraq Eyvaz Şakifin pulunu qaytarmamışdır. Bir müddətdən sonra Eyvaz həmin torpaq sahəsini bankların birinə girov qoyub kredit götürərək Şakifin pulunu qaytarmaq istədiyini, bunun üçün torpağa çıxarış almaq lazım olduğunu bildirmişdir. Şakif də həmin torpaq sahəsi üçün öz adına çıxarış almışdır. Həmin ərəfədə Eyvaz bankdan pul götürə bilmədiyi üçün torpaq sahəsini 250.000-300.000 manata satmaq qərarına gəldiyini bildirib ondan müştəri tapmağını xahiş etmişdir. O həmin torpaq üçün bir neçə müştəri gətirsə də, alan olmamışdır. Sonra Əli adlı şəxs torpaq sahəsini almaq istədikdə onu Eyvazla tanış etmişdir. Əli ilə Eyvaz özləri danışıb torpağı almaq barədə razılığa gəldiklərini bildirmişlər. Həmin danışıqda iştirak etmədiyindən konkret olaraq torpağı hansı şərtlərlə, hansı məbləğə satıb-almağa razılaşdıqlarını bilməmişdir. Eyvazın istəyi ilə alğı-satqını rəsmiləşdirmək üçün Şahid4 Abşeron rayon 1 saylı notariat kontoruna aparmış və orada ona məlum olmuşdur ki, Əli İbrahimov torpaq sahəsini arvadı Şahid1 adına alır və əməliyyatlar aparmaq üçün Kəmalə tanışları Şahid2 etibarnamə vermişdir. O, Şakifi notariat kontorunda Eyvazla tanış etmiş və onlar özləri orada təkbətək söhbət etmişlər. Notariusda alğı-satqı müqaviləsi bağlandıqdan sonra banka getdikdə Şakif alıcı tərəfindən torpağa görə ödənilən 150.000 manat pulu bankın xəzinəsindən götürüb həmin vaxt əlbəəl Eyvaza vermişdir. Eyvaz yanında 80.000 manat pulu Şakifə qaytarmış və əlavə olaraq 12.000 manat pul vermişdir. Eyvaz əkdiyi məhsulu götürüb satararaq torpaq sahəsini boşaltmaq üçün Əlidən 5-6 ay müddətinə möhlət istəmişdir. Bundan sonra o, Eyvazın torpaq sahəsindən çıxıb-çıxmaması ilə maraqlanmamışdır. 2015-ci ilin aprel ayında Əlinin tanışı Rəcəb Eyvazın telefonu sönülü olduğu üçün onunla birlikdə aldıqları torpaq sahəsinə getmək istədiyini bildirdikdə Rəcəblə birlikdə Eyvazın satdığı həmin torpaq sahəsinə getmişdir. Torpaq sahəsində olan bir nəfər tanımadığı gözətçidən Eyvazı soruşduqda gözətçi həmin torpaq sahəsini Qabil adlı şəxsin Eyvazdan aldığını deyərək telefonla Qabili ora çağırmışdır. Qabil gəlib torpağı Eyvazdan aldığını bildirərək öz adına olan çıxarışın surətini onlara vermişdir. Bundan sonra öyrənmişlər ki, Eyvaz saxta etibarnamə əsasında həmin torpağı Qabil adlı şəxsə satmışdır. Həmin ərəfədə Eyvaz Rusiya Federasiyasına aid müxtəlif telefonlarla mobil telefonuna zəng edərək Moskva şəhərində olduğunu, türk vətəndaşı ilə şərikli iş qurduğunu, 4-5 aya Azərbaycana qayıdıb Əli ilə olan problemlərini həll edəcəyini bildirmişdir. Buna baxmayaraq Eyvaz yenə verdiyi vədə əməl etmədiyi üçün Əligil ondan şikayətlər etməyə başlamışlar. Eyvazı Şakiflə o tanış etmişdir. Eyvazın torpaq sahəsini Qabilə satdığını sonradan bilmişdir. Əli İbrahimovu torpaq alğı-satqısı zamanı tanımışdır. Əli İbrahimov və ya Şahid1 Təqsirləndirilən şəxs1 faizlə borca pul verməsində, həmin torpaq sahəsini borcun təminatı kimi Şahid1 adına rəsmiləşdirilməsində iştirak etməmişdir. Eyvazın Qabil adlı şəxslə həyata keçirdiyi torpaq alğı-satqısı barədə məlumatı olmamışdır. Təqsirləndirilən şəxs1 torpaq sahəsinin alğı-satqısı ilə bağlı etibarnaməni nə vaxt, hansı şəraitdə, kimlər vasitəsi ilə saxtalaşdırdığını bilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 Şahid3 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 2013-cü ildən taksi sürücüsü kimi tanımış, həmin vaxtlar Ceyhun şəxsi avtomobili ilə ünvan 20qayıt şəhərində fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olmuşdur. Bir neçə dəfə Ceyhunun taksi xidmətindən istifadə etdiyi üçün onunla tanış olmuşdur. Ceyhunla münasibətləri normal olmuşdur. Təqsirləndirilən şəxs1u isə 2010-cü ildən tanımışdır. Eyvazın əvvəllər “İrəvan” adlı restoranı olmuş və həmin restoranı Eyvazın qaynı Cəlil Əlirzalı işlətmişdir. Cəlil Əlirzalı onun dostu olmuşdur. Eyvazı həmin restoranda görüb tanış olmuş, lakin Eyvazla yaxın dostluğu olmamışdır. Eyvaz əvvəllər Rusiyada yaşayıb ticarətlə məşğul olmuşdur. Eyvazı Ceyhunla tanış edərək ona Ceyhunun taksi fəaliyyətindən istifadə etməyi məsləhət görmüşdür. Bundan sonra isə bir neçə dəfə Eyvazı Ceyhunla bir yerdə görmüşdür. Eyvaz həmin vaxtlar Gürcüstandan köhnə avtomobillər alıb gətirərək təmir etdirib satmaqla da məşğul olmuşdur. Ceyhunun əlavə işə ehtiyacı olduğu üçün onun xahişi ilə X7 gətirdiyi avtomobillərin idarə edilməsi işinə cəlb etməsini xahiş etmişdir. Lakin sonradan Eyvazın Ceyhunu həmin işlərə cəlb edib-etməməsi barədə məlumatı olmamışdır. Ceyhunun idarə etdiyi avtomobillə 2-3 dəfə Eyvazla birlikdə Bakı şəhərinə və müxtəlif yerlərə gedib-gəlmişlər. Şahid1 Eyvaz barəsində verdiyi iddia ərizəsi ilə bağlı Abşeron rayon məhkəməsində keçirilən proses zamanı görmüşdür. Şahid1 ilə Təqsirləndirilən şəxs1 arasında yaranmış torpaq mübahisəsini ünvan 20qayıt ŞPİ-nin 3-cü polis şöbəsinə çağırıldıqda bilmişdir. Şahid1 Abşeron rayon məhkəməsinə verdiyi iddia ərizəsi üzrə dostu Təqsirləndirilən şəxs1 nümayəndəsi kimi iştirak etmiş, lakin bundan başqa həmin işlərdə heç bir rolu olmamışdır. Eyvaz ona cəmi bir dəfə “Əli” adlı şəxsdən məbləğini bildirmədən borca pul alması barədə məlumat vermişdir. Lakin o, Əlinin kim olması və həqiqətən də, Eyvazın ondan borca pul alması ilə maraqlanmamışdır. Təqsirləndirilən şəxs1 ona verdiyi şifahi məlumatlardan Şahid1 əri kimi bildiyi Əli İbrahimovdan borc pul götürməsini və bunun müqabilində Təqsirləndirilən şəxs1 girov predmeti kimi üzərində mübahisə gedən Saray qəsəbəsindəki həmin mülkiyyətini Şahid1 adına keçirdiyini bilmişdir. Eyvazı Ceyhunla o tanış etmişdir. X5 və X16 tanımır və onlarla heç bir ünsiyyəti olmamışdır. Eyvaza nə təklikdə, nə də Təqsirləndirilən şəxs2 yanında Şahid1 məxsus torpaq sahəsinin çıxarışını, alğı-satqı müqaviləsinin dublikatını və Şahid1 adından etibarnaməni verməmiş və bu sənədlərlə əlaqədar notariusa getməmişdir. Ceyhunla Eyvazı tanış etməkdə məqsədi taksi fəaliyyətindən istifadə ilə bağlı olmuşdur. Ceyhuna etibarnamə verilməsi ilə bağlı məlumatı olmamışdır..Nadir və Ramiz adlı notariusları tanımır. Heç vaxt Eyvaza Şahid1 adına olan torpaq sahəsinin mülkiyyət sənədlərinin Əli İbrahimovun itirdiyini və Əlinin həmin sənədlərin dublikatını çıxardaraq alğı-satıqını etməyə razı olduğunu bildirməmişdir. Cinayətin törədilməsində iştirak etməmiş, heç kimlə əlbir olmamış və heç kimi aldatmamışdır Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 1996-cı ildən ünvan 12 ünvanında yerləşən ünvan 13ntoru 2013-cü ilin noyabr ayınadək dövlət notariat kontoru olmuş, qeyd edilən tarixdən isə xüsusi notariat kontoruna çevrilərək xüsusi notarius kimi fəaliyyət göstərmişdir. Şahid1, X18 və Təqsirləndirilən şəxs2 tanımamış, Kəmalə və Əli İbrahimovlar tərəfindən Təqsirləndirilən şəxs2 etibarnamə verilməsini notarius kimi o rəsmləşdirməmişdir. 2015-ci il tarixdə Abşeron rayon məhkəməsi tərəfindən ona verilən sorğudan sonra Şahid1 və X18 ilə bağlı 11.12.2006-cı il tarixli, 7E/10453 nömrə ilə reyestrdə qeydə alınan etibarnamənin saxtalaşdırıldığı, həqiqətən də, həmin etibarnamənin onun tərəfindən verilmədiyi müəyyən edilmişdir 11.12.2006-cı il tarixli, 7E/10453 nömrə ilə reyesterdə qeydə alınan etibarnamədə “notarius” sözü qarşısındakı imza ona məxsus olmamış, etibarnamədəki möhür isə 2006cı ildə istifadə etdiyi möhürə oxşar olmuş, lakin 2006-cı ildə istifadə edilən möhür 2013-cü ilin sonlarında məhv edilmək üçün Ədliyyə Nazirliyinin Qeydiyyat Notariat Baş İdarəsinə təhvil verildiyindən 2013-cü ildə yeni möhür hazırladaraq bügünkü günə qədər istifadə edilmiş, etibarnamədəki möhür hazırda istifadə etdiyi möhürə qəti oxşar olmamış, hətta möhürün içərisindəki sözlər də tamamilə başqa olmuşdur. Bundan başqa etibarnamədəki əlyazmalar da ona məxsus olmamış, onunla birlikdə işləyən kargüzarların xəttinə oxşar olmamışdır. Etibarnamənin nə vaxt, kim tərəfindən və nə məqsədlə saxtalaşdırıldığı haqda məlumatı olmamışdır. 31 saylı Notariat kontorunun notariusu Şahid7 1996-cı ildən iş yoldaşı kimi tanımış və münaibətləri normal olmuş, yaxın dostluq və qohumluq münasibətləri isə olmamışdır. 2015-ci ilin fevral ayında iş yerində notarius kimi fəaliyyət göstərmiş, yəni məzuniyyətdə və ya hər hansı məqsədlə ölkə xaricində olmamış, həmçinin xəstə olduğu ilə əlaqədar işə getməmək halı da olmamışdır. Aradan xeyli müddət keçdiyindən 24 fevral 2015-ci ildə konkret olaraq harada olduğunu xatırlamır, həmin tarixdə və ya başqa vaxtda Şahid7 telefonla və ya üzbəüz ondan 2006-cı ildə Kəmalə və Əli İbrahimovlar tərəfindən Təqsirləndirilən şəxs2 verilmiş etibarnaməni təsdiq edibetməməyi ilə bağlı heç nə soruşmamış və görüşməmişlər. Yalnız Ramiz onun adından etibarnamə saxtalaşdırılması barədə Kəmaləgil şikayət etdikdən sonra şifahi olaraq məlumat vermişdir. 2006-cı ildə verilmiş etibarnaməni reyestrdə yoxlamaq mümkündür. Həmin saxta etibarnamənin kim tərəfindən verildiyini bilməmişdir. Saxta etibarnamənin üzərində olan möhür onun işlədiyi notariat kontoruna məxsus olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, 1 may 2014-cü ildən indiyədək Bakı şəhəri 31 saylı notariat kontorunda xüsusi notarius kimi fəaliyyət göstərir. Həmin notariat kontoru ünvan 14 ünvanında yerləşir. 24 fevral 2015-ci il tarixdə əvvəllər tanımadığı Təqsirləndirilən şəxs2 tanımadığı X8 və başqa 1 nəfər şəxslə işlədiyi 31 saylı notariat kontoruna gələrək onlardan hansısa sənədlər təqdim edib 11 dekabr 2006-cı il tarixdə Bakı şəhər 7 saylı dövlət notariat kontoru tərəfindən X9 və Şahid1 adından Ceyhunun adına verilmiş etibarnamə əsasında Ceyhunun öz hüquqlarını Təqsirləndirilən şəxs1 etibar etmək istədiyini bildirib etibarnaməni təsdiq etməyini xahiş etmişlər. Təqdim olunmuş etibarnamənin əslini, Ceyhunun və Eyvazın şəxsiyyət vəsiqəsini nəzərdən keçirib müvafiq qaydada etibarnaməni yoxladıqda Bakı şəhəri 7 saylı dövlət notariat kontoru tərəfindən 7E/10453 reyestrlə təsdiq olunmuş etibarnamənin “Elektron notariat məlumat bazası”nda olmadığını müəyyən etmiş və həmin etibarnamənin verildiyi yerə, yəni Bakı şəhəri, Mərdəkan qəsəbəsində yerləşən Bakı şəhər 7 saylı dövlət notariat kontoruna müraciət etmələrini məsləhət görmüşdür. Həmin şəxslərdən hansısa ünvan 20qayıt şəhərindən Mərdəkan qəsəbəsinə gəldiklərini, lakin 7 saylı notariat kontorunun bağlı olduğunu, bu səbəbdən də bura müraciət etdiklərini demişdir. Bakı şəhəri ərazisində bütün etibarnamələr elektron məlumat bazasına 2008-ci ildən daxil edildiyindən onların təqdim etdiyi 2006-cı il tarixli etibarnaməni həmin elektron baza əsasında yoxlamaq mümkün olmamış, bundan başqa həmin vaxt 3 nəfər şəxsdən hansısa etibarnamədən başqa onlara torpaq sahəsinin alqı-satqısını həyata keçirmək üçün Kəmalənin əri Əlinin etirazının olmaması barədə ərizəni də təsdiq etməyini xahiş etmişdir. Bilmədiyi səbəbə görə Təqsirləndirilən şəxs1 özü notariat kontoruna gəlməmişdir. Qaydaya görə etibarnamə verilən şəxsin notariat hərəkətinin aparılmasında iştirakı vacib deyildir. O təqdim olunan 2006-cı il tarixli etibarnamənin həqiqi olduğuna inandığı üçün yeni etibarnamənin və ərizənin hazırlanmasına kargüzarlara göstəriş vermiş, “Etibar etmişin etibar etmə” qaydasına əsasən etibarnamənin əsli notariat kontorunda saxlanılır, etibarnamə vermiş şəxsin adında daşınmaz əmlakın alqı-satqısı ilə bağlı razılıq ərizəsi təsdiq olunarkən ərizə reyestr kitabında qeydə alınır və etibarnamə vermiş şəxs tərəfindən ərizə və reyestr kitabı imzalanır. Mövcud qanunvericiliyə uyğun olaraq 7E/2008 reyestrlə etibarnamə, 7E/2009 reyestrlə isə X9 adından yazılmış ərizə qeydə alınmış və Təqsirləndirilən şəxs2 tərəfindən yanında imzalandıqdan sonra təsdiq olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs2 yenidən 25 iyul 2015-ci il tarixdə notariat kontoruna gələrək 24 fevral 2015-ci il tarixdə 7E/2008 reyestrlə təsdiq olunmuş etibarnamənin ləğv olunması ilə əlaqədar müraciət etdikdə onun ərizəsi əsasında qeyd olunmuş etibarnamə ləğv edilmişdir. Abşeron rayon məhkəməsində baxılan mülki işlə bağlı çağırılıb izahat verdikdən sonra ona məlum olmuşdur ki, 2006-cı ildə verilmiş etibarnamə əslində Şahid1 tərəfindən imzalanmamışdır. Ceyhunun göstərdikləri həqiqətə uyğun olmamış, belə ki Ceyhun və onun yanında olan şəxslər Ceyhuna aid sürücülük vəsiqəsini, ümumiyyətlə, təqdim etməmişlər və orada nəqliyyat vasitəsinə aid etibarnamə verilməsi ilə bağlı heç bir söhbət olmamışdır. Əgər avtomobil idarə etmək üçün etibarnamə verilərdisə Ceyhunun özü şəxsən sürücülük vəsiqəsinin surətini notarius kimi ona təqdim etməli oldarmış. Bundan başqa Ceyhunun özü Əlinin arvadı Kəmalənin adına olan torpaq sahəsinin satılmasına etiraz etməməsi barədə ərizəni şəxsən imzalamışdır. Təqsirləndirilən şəxs2 yanında Əkbərdən başqa olan şəxsi tanımamış, ancaq həmin şəxsin danışıqlarından onun Ceyhuna yaxın şəxs olduğunu hiss etmişdir. Qeyd olunan şəxsin etibarnamənin və ərizənin verilməsi ilə bağlı nəsə danışıb-danışmadığını xatırlamır və nə səbəbə görə Ceyhungilin yanında olmasını bilmir. 11 dekabr 2006-cı il tarixli etibarnamədəki möhür və imza 7 saylı notariat kontoruna məxsus olduğundan, bütün yazılış qaydaları normativ təlimata uyğun aparıldığından, dövlət rüünvan 20u həmin dövrün tarifinə uyğun alındığından onda heç bir şübhə yaranmamış, bununla yanaşı etibarnamənin Nadir tərəfindən təsdiq olunmasına bir daha əmin olmaq üçün Nadirin iş otağındakı telefona öz iş otağındakı xidməti telefonla zəng etmiş, lakin Nadir telefona cavab verməmiş, buna görə də Nadirə etibarnamə barədə məlumat verə bilməmişdir. Abşeron rayonunda yaşayan Təqsirləndirilən şəxs1 dair yalnız sənəd görmüş, özünü isə görməmiş və tanımamışdır. “Mahir” adlı şəxsin isə ümumiyyətlə sənədini və özünü görməmişdir. 24 fevral 2015-ci il tarixdə qeyd etdiyi etibarnaməni və ərizəni təsdiq edərkən Ceyhundan, Əkbərdən və ya digər şəxsdən dövlət rüünvan 20undan başqa pul almamış, həmçinin həmin sənədlər üçün ona əlavə pul verilməsi təklif olunmamışdır. Onun notarius kimi fəaliyyəti “Notarius fəaliyyəti haqqında” Qanunla tənzimlənir. Onlara təqdim edilmiş etibarnamələrin həqiqiliyini elektron sistem vasitəsi ilə və həmin etibarnaməni təsdiq etmiş notariat kontoruna zəng edərək müəyyən edirlər. Ceyhun notariat kontorunda olan zaman Eyvazın orada olub-olmamasını xatırlamır. Ona təqdim edilmiş etibarnamənin müddəti 10 il olmuşdur. Digər notariat kontoruna X10 zəng etmişdir. Ceyhunu həmin etibarnamə ilə bağlı sorğu-sual etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid8 və Şahid9 Təhmaz oğlu Şahid7 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişlər. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid2 ibtidai araşdırma orqanına verdiyi ifadəsindən görünür ki, xeyli müddət Şahid1 və onun ailə üzvləri ilə tanışdır, məişət və təsərrüfat işlərində 2016-cı ilədək onlara köməklik etmişdir. 2014-cü ilin may ayında Kəmalə xanım Şəki rayonunda yaşayan atasının onun adına Abşeron rayonu, Saray qəsəbəsində “Eyvaz” adlı şəxsdən torpaq sahəsi aldığını bildirib torpağın alğı-satqı işini rəsmiləşdirmək üçün notariat kontorunda onun adına etibarnamə və torpağın dəyərini ödəmək üçün 150.000 manat pul vermişdir. O, 05 may 2014-cü ildə Abşeron rayonunda yerləşən 1 saylı noriat kontoruna gedərək orada torpaq sahəsinin Şahid4 adına olduğunu öyrənərək sonuncu ilə görüşmüşdür. Orada torpağın əsl sahibi Eyvazı və onun yanında olan ev alqı-satqısı ilə məşğul olan İradə xanımı da görmüşdür. Həmin vaxtadək Eyvazı və İradəni tanımamışdır. 1 saylı notariat kontorunda Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 1,0727 ha torpaq sahəsinin Şakif tərəfindən Şahid1 satılması haqda müqavilə bağlanmış, o, Kəmalə xanımın nümayəndəsi kimi iştirak edib müqaviləni imzalamışdır. Torpağın dəyəri olan, Şahid1 ona verdiyi 150.000 manatı bank vasitəsi ilə Şakifin adına ödəmişdir. Bundan sonra həmin torpaq sahəsinə çıxarış almaq üçün torpağın sənədlərini Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə müraciət edib çıxarış almışlar. Kəmalə xanımın keçmiş həyat yolaşı Əlidən eşitmiş ki, torpağı satan “Eyvaz” adlı şəxs əkdiyi məhsulu yığandan sonra torpaq sahəsini boşaldacaq. 2015-ci ilin təxminən aprel-may aylarında Şahid1 xahişi ilə Saray qəsəbəsindən aldıqları həmin torpaq sahəsinə baş çəkməyə getmiş, orada olarkən həmin torpaq sahəsini Eyvazın “Qabil” adlı şəxsə satdığını öyrənib bu barədə Kəmalə xanıma məlumat vermişdir. Bundan başqa, Şahid10, Şahid5, Təqsirləndirilən şəxs2 və X5 tanımadığını, 11.12.2006-cı il tarixli və 11.12.2011-ci il tarixli etibarnamələrdə “İbrahimov” soyadı qarşısındakı imzaların heç birinin ona məxsus olmadığını, nə vaxt və kim tərəfindən tərtib olunduğunu bilmədiyini, həmin torpaq sahəsinin alqı-satqısı həyata keçirilməmişdən əvvəl Əli İbrahimovun və ya onun keçmiş arvadı Şahid1 Təqsirləndirilən şəxs1 hər hansı məqsədlə borca pul verdiyini görmədiyini və eşitmədiyini bildirmişdir (cild 3, iş vərəqə 168-171). Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid1 ibtidai araşdırma orqanına verdiyi ifadəsindən görünür ki, o, Şahid2 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid10 ibtidai araşdırma orqanına verdiyi ifadəsindən görünür ki, Saray qəsəbə sakini Təqsirləndirilən şəxs1, ünvan 20qayıt şəhər sakini Şahid5, Bakı şəhər sakinləri Şahid1, X18, Təqsirləndirilən şəxs2 və X5 tanımır. 2013-2015-ci illərdə Xırdalan şəhərində taksi fəaliyyəti ilə məşğul olmaqla yanaşı Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xırdalan şəhərində yerləşən 4 saylı Ərazi İdarəsinin qarşısında dayanıb müraciət edən tanımadığı müxtəlif şəxslərin təqdim etdikləri müxtəlif sənədlərini növbəyə dayanmaqla həmin idarəyə təhvil verməklə də məşğul olmuşdur. Belə ki, həmin vaxtlar 4 saylı Ərazi İdarəsinə sənəd verən şəxslər çox olduğu üçün uzun növbə yaranmış və vətəndaşlar növbədə dayanmaq istəmədiklərindən onların əvəzinə 10-20 manat arası pul almaqla növbəyə dayanmışdır. İdarəyə sənəd verməkdən ötrü etibarnamə lazım olduğu üçün şəxsiyyət vəsiqəsi əsasında həmin şəxslər ona bir neçə günlük etibarnamə vermişlər. Aradan xeyli vaxt keçdiyindən və çox sayda şəxslərin sənədini 4 saylı Ərazi İdarəsinə təqdim etdiyindən konkret olaraq hansı şəraitdə kimin sifarişi ilə Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 1,0727 hektar torpaq sahəsinin mülkiyyət sənədinin təkrarının verilməsi üçün 25.02.2015-ci ildə ərizə ilə 4 saylı Ərazi İdarəsinə müraciət etdiyini və Təqsirləndirilən şəxs1 necə insan olduğunu xatırlamadığını qeyd etmişdir. O, növbəyə dayanıb sənəd versə də, heç vaxt 4 saylı Ərazi İdarəsindən hazır sənəd almamışdır. Hazır sənədi onun sahibi həmin idarədən təhvil almışdır. Cinayət işinin materiallarından görünür ki, keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Şahid7 ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs2 üzünə demişdir (cild 4, iş vərəqə 174-176). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 iyul 2017-ci il tarixli 17481 nömrəli rəyində göstərilmişdir ki,“Tədqiqata təqdim edilmiş 11.12.2006-cı il tarixli etibarnamənin üzərində olan möhür əksi hər hansı bir texniki qurğu (skayner, fotoaparat və s.) vasitəsilə kompyuterə köçürülmüş və qrafik proqram təminatından istifadə etməklə bir başa axınlı printerdə çap edilmişdir. 2. Tədqiqata təqdim edilmiş 11.12.2011-ci il tarixli etibarnamənin üzərində olan möhür əksi elektrofotoqrafik çap üsulu (lazer printer, ağ-qara surətçıxaran və s.) ilə hazırlanıb. 3. Tədqiqata təqdim edilmiş 11.12.2006-cı il tarixli etibarnamənin üzərində olan "AZƏRBAYCAN RESPUBLİKASİ ƏDLİYYƏ NAZİRLİYİ* BAKİ ŞƏHƏRİ*YEDDİNCİ DÖVLƏT NOTARİAT KONTORU* DÖVLƏT NOTARİUSU Şahid6" məzmunlu möhür əksi ekspertizaya təqdim edilmiş sərbəst və hal-hazırda istifadədə olan eksperimental əks nümunələri ilə eynilik təşkil etmirlər. 4. Tədqiqata təqdim edilmiş 11.12.2011-ci il tarixli etibarnamənin üzərində olan "Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi” NOTARİUS X3 Şəhadətnamə № 107" məzmunlu möhür əksi ekspertizaya təqdim edilmiş eksperimental əks nümunələri ilə eynilik təşkil edir.” (cild 4, iş vərəqə 73-76). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3 avqust 2017-ci il tarixli 17482 nömrəli rəyində göstərilmişdir ki, “1.1 Ekspertizaya təqdim edilmiş, Şahid1 adından "ünvan 20qayıt" qəzetinə ünvanlanmış 13.02.2015-ci il tarixli ərizədəki əlyazmalar (c.3, i/v 155) - HACİYEVA ELMİRA ƏLİBALA qızı tərəfindən icra olunmuşdur. 1.2. Ekspertizaya təqdim edilmiş, AR-İ seriyalı 395543 nömrəli 24.02.2015-ci il tarixli etibarnamədə "İmza:" qrafasındakı imza və "Gülməmmədov" soyadı (c 3, i/v 219) Təqsirləndirilən şəxs2 tərəfindən icra olunmuşdur. 2.1. Ekspertizaya təqdim edilmiş, 11.12.2006-cı il tarixli (c.3, i/v 218) etibarnamədəki əlyazmalar, "İmza:" qrafalarındakı və "Notarius" qrafasındakı imzalar - Şahid1 tərəfindən yox, X18 tərəfindən yox, Təqsirləndirilən şəxs1 tərəfindən yox, Şahid5 tərəfindən yox, X8 tərəfindən yox, Təqsirləndirilən şəxs2 tərəfindən yox, X6 tərəfindən yox, Şahid2 tərəfindən yox, Şahid6 tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur. 2.2. Ekspertizaya təqdim edilmiş, 11.12.2011-ci il tarixli etibarnamədəki (c 1, i/v. 158) əlyazmalar, "İmza" qrafalarındakı və "Notarius" qrafasındakı imzalar - Şahid1 tərəfindən yox, X18 tərəfindən yox, Təqsirləndirilən şəxs1 tərəfindən yox, Şahid5 tərəfindən yox, X8 tərəfindən yox, Təqsirləndirilən şəxs2 tərəfindən yox, X6 tərəfindən yox, Şahid2 tərəfindən yox, X3 tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur. 2.3. Ekspertizaya təqdim edilmiş, Şahid1 adından Abşeron RPİ-nə ünvanlanmış 29.01.2015-ci il tarixli ərizədəki (c. 3, i/v 52) əlyazmalar və "İbrahimova" soyadı qarşısındakı imza - Şahid1 tərəfindən yox, X18 tərəfindən yox, Təqsirləndirilən şəxs1 tərəfindən yox, Şahid5 tərəfindən yox, X8 tərəfindən yox, Təqsirləndirilən şəxs2 tərəfindən yox, X6 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. 2.4. Ekspertizaya təqdim edilmiş, Təqsirləndirilən şəxs1 adından Şəki rayon Qeydiyyat şöbəsinə ünvanlanmış 28.02.2015-ci il tarixli ərizədəki (c.3, i/v 125) əlyazmalar və "Ələkbərov" soyadı qarşısındakı imza - Şahid1 tərəfindən yox, X18 tərəfindən yox, Təqsirləndirilən şəxs1 tərəfindən yox, Şahid5 tərəfindən yox, X8 tərəfindən yox, Təqsirləndirilən şəxs2 Nizam şqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur. 2.5. Ekspertizaya təqdim edilmiş, Şahid1 llham qızının adından "ünvan 20qayıt" qəzetinə ünvanlanmış 13.02.2015-ci il tarixli ərizədə (c.3, i/v 155) "Şahid1" soyadı qarşısındakı imza - Şahid1 llham qızı tərəfindən yox, X18 tərəfindən yox, Təqsirləndirilən şəxs1 tərəfindən yox, Şahid5 tərəfindən yox, X8 tərəfindən yox, Təqsirləndirilən şəxs2 tərəfindən yox, X6 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. 3. Ekspertizaya təqdim edilmiş, Şahid1 adından "ünvan 20qayıt" qəzetinə ünvanlanmış 13.02.2015-ci il tarixli ərizədə (c.3, i/v 155) "Şahid1" soyadı qarşısındakı imzanın - X11 tərəfindən və ya başqa şəxs tərəfindən icra olunub-olunmamasını tədqiqat prosesinin təsviri hissəsinin 3-cü bəndində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmamışdır (cild 4, iş vərəqə 79-83). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 aprel 2018-ci il tarixli 7603 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş Abşeron rayon polis şöbəsinin 18.02.2015-ci il tarixli 2881 nömrəli arayışda olan möhür əksi relyef klişedən sənədin üzərinə birbaşa vurulmuşdur. 2. Tədqiqata təqdim edilmiş Abşeron rayon polis şöbəsinin 18.02.2015-ci il tarixli 2881 nömrəli arayışda olan möhür əksi ekspertizaya təqdim edilmiş Abşeron RPİ-nin möhürün eksperimental əks nümunələri ilə eynilik təşkil etmir (cild 5, iş vərəqə 158-160). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 aprel 2018-ci il tarixli 7341 nömrəli rəyində göstərilmişdir ki,“Ekspertizaya təqdim edilən Abşeron RPİ-nin CAŞ-ın əməliyyat müvəkkili Rüfət İsmayılovun adından Abşeron RPİ-nin rəisinin adına yazılmış 18.02.2015-ci il tarixli arayışın dərkənarlarındakı “D işə tikilsin 18.02.15” yazıları və imza, həmin arayışda “Rüfət ismayılov” yazılarından əvvəl yerləşən imza və “18.02.15” yazıları; Şahid1 adına olan torpaq sahəsinin mülkiyyət sənədininn itməsinə dair Abşeron RPİ-nin rəis müavini Famil Kərimov adından olan 18.02.2015-ci il tarixli arayışdakı “2881 18.02.2015” yazıları və “Famil Kərimov” yazılarından əvvəl yerləşən imza; Yaxın RPİ və RPŞ-nin rəislərinə ünvanlanan Abşeron RPİ-nin rəis müavini Famil Kərimov adından olan 18.02.2015-ci il tarixli məktubdakı “2881 18.02.2015” yazıları və “Famil Kərimov” yazılarından əvvəl yerləşən imza; Abşeron RPİ-yə Şahid1 adından ünvanlanmış 29.01.2015-ci il ərizənin dərkənarlarındakı “R.İsmayılov 29.01.2015” yazıları və imza, aşağıdakı ştampın içərisindəki “İ-33 29.01.15” yazıları və “İbrahimova” soyadı qarşısındakı imza; Şahid1 adına ola torpaq sahəsinin mülkiyyət sənədinin itməsinə dair Abşeron RPİ-nin rəis müavini Famil Kərimov adından olan 18.02.2015-ci il tarixli 2881 nömrəli arayışın əslində və kserosurətindəki “18.02 2881” əlyazmaları və “Famil Kərimov” yazılarında əvvəl yerləşən imzalar; Abşeron RPİ-nin “vətəndaşların müraciətlərinin qeydiyyatı” kitabının 2-ci cildinin 133-134-cü vərəqlərində “33” sıra nömrə qarşısındakı yazılar və “R.İsmayılov” yazısından aşağı hissədə yerləşən imza - X12 tərəfindən icra olunmuşdur. 2. Ekspertizya təqdim edimiş, Abşeron RPİ-nin Şahid1 adından ünvanlanmış 29.01.2015-ci il tarixli ərizədəki əlyazma (dərkənardakı “R.İsmayılov 29.01.2015” yazılarından və aşağıdakı ştampın içərisindəki “İ- 33 29.01.15” yazılarından başqa – X13 tərəfindən icra olunmuşdur (cild 5, iş vərəqə 190- 193). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 4 may 2018-ci il tarixli 11049 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş Abşeron rayon polis şöbəsinin 18.02.2015-ci il tarixli 2881 nömrəli arayışda olan möhür əksi ekspertizaya təqdim edilmiş Abşeron RPİ-nin möhürün eksperimental əks nümunələri ilə eynilik təşkil edir (cild 5, iş vərəqə 196-198). Cinayət işinin materiallarında olan Abşeron rayon Məhkəməsi tərəfindən 30 oktyabr 2015-ci il tarixdə çıxarılmış Xüsusi Qərardadda Şahid1 və X9 imzaları saxtalaşdırılmaqla verilmiş saxta etibarnamələr əsasında alğı-satqı müqaviləsi bağlanması nəticəsində Şahid1 əmlakının dələduzluq yolu ilə ələ keçirilib ona külli miqdarda ziyan vurulması faktına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.1, 313, 320.1, 320.2-ci maddələri ilə cinayət işinin başlanması ilə bağlı Xüsusi Qərardad çıxarılması və prokurora xəbər verilməsi göstərilmişdir (cild 1, iş vərəqə 15-16). Cinayət işinin materiallarından görünür ki, Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 31.07.2014-cü il tarixli, ******* nömrəli çıxarışının surətindən görünür ki, həmin tarixdən Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 1,0727 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi Şahid1 xüsusi mülkiyyətində olmuşdur (cild 2, iş vərəqə 119). İş materiallarından görünür ki, 2014-cü ilin noyabr ayında beh kimi 50.000 ABŞ dolları, 05.03.2015-ci il tarixdə bank vasitəsilə notarial qaydada 150.000 manat, nağd qaydada 100.000 ABŞ dolları və razılaşdırılmış məbləğinin tam ödənilməsi üçün yaranmış fərq həcmində, yəni 7.061,2 ABŞ dolları, cəmi 301.570 (üç yüz bir min beş yüz yetmiş) manat məbləğində pul vəsaiti Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 1,0727 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin alınması üçün Zərərçəkmiş şəxs tərəfindən ödənilmiş, həmin vəsaitlər Təqsirləndirilən şəxs1 tərəfindən nağd və ünvan 20qayıt “Asan xidmət” mərkəzində fəaliyyət göstərən "xxxx" ASC-nin ünvan 20qayıt filialı vasitəsilə götürülmüşdür. İş materiallarından görünür ki, Şahid1 və onun əri X9 guya bütün əmlaklarının idarə edilməsi və onların üzərində sərəncam verilməsi və digər hüquqlarının 5 (beş) il müddətinə X4 etibar edilmişdir (cild 1, iş vərəqə 158). İş materiallarından görünür ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 1,0727 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi 17.11.2012-ci il tarixli, ******* nömrəli çıxarışa, 11.03.2013-cü il tarixli, ******* nömrəli çıxarışa əsasən X6, 08.04.2014-cü il tarixli, ******* nömrəli çıxarışa əsasən Şahid4, 31.07.2014-cü il tarixli, ******* nömrəli və 31.07.2014-cü il tarixli, ******* nömrəli çıxarışlara (dublikat) Şahid1, 13.03.2015-ci il tarixli ******* nömrəli çıxarışa əsasən Zərərçəkmiş şəxs, 19.04.2016-cı il tarixli, ******* nömrəli çıxarışa əsasən isə Şahid1 mülkiyyətindədir (cild 2, iş vərəqə 104-142). İş materiallarından görünür ki, Şahid1 və onun əri X18 arasında bağlanmış nikah haqqında şəhadətnamənin təkrarının təqdim edilməsi üçün Təqsirləndirilən şəxs1 adından Şəki rayon Qeydiyyat şöbəsinə ərizə ilə müraciət edilmişdir. (cild 3, iş vərəqə 125). İş materiallarından görünür ki, Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən Şahid1 adına verilmiş Abşeron rayonu, Saray qəsəbəsində yerləşən torpaq sahəsi üçün seriya RX N-0440366 nömrəli çıxarış, torpaq sahəsinin plan və ölçüsü itdiyi üçün Şahid1 adından həmin qəzetdə elan verilmişdir (cild 3, iş vərəqə 155). İş materiallarından görünür ki, Şahid1 və onun əri X9 guya bütün əmlaklarının idarə edilməsi və onların üzərində sərəncam verilməsi və digər hüquqları 10 (on) il müddətinə Təqsirləndirilən şəxs2 etibar edilmişdir (cild 3, iş vərəqə 218). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 adından 31 saylı notariat kontoruna müraciət edilərək yuxarıda qeyd olunan 11 dekabr 2006-cı il tarixli saxta etibarnamədən istifadə edərək Təqsirləndirilən şəxs2 Şahid1 adına olan qeyd edilən torpaq sahəsinin üzərində sərəncam vermək və digər hüquqlarının Təqsirləndirilən şəxs1 etibar olunmasına dair hüquqi əsası olmayan, yəni saxta 24 fevral 2015-ci il tarixli AR-İ seriyalı 395543 №-li etibarnamə sonuncunun adına verilmişdir (cild 3, iş vərəqə 219). Cinayət işinin materiallarında olan Bakı şəhəri 7 saylı xüsusi notariat kontoruna aid notariat hərəkətlərinin qeyd edilməsi üçün 7E/21 nömrəli reyestrindən çıxarışın surətindən görünür ki, 11.12.2006-cı il tarixdə həmin kontorda 7E/10453 reyestr nömrəsi ilə etibarnamə qeydiyyatdan keçməmişdir (cild 1, iş vərəqə 48-53). Cinayət işi materiallarından görünür ki, 5 mart 2015-ci il tarixli ərizə ilə ünvan 20qayıt şəhəri, ünvan 6 ünvanında yerləşən ünvan 20qayıt “Asan xidmət” mərkəzindəki notariat kontoruna müraciət edilərək 5 mart 2015-ci il tarixli AN-İ seriyalı ******* №-li alqısatqı müqaviləsi ilə Şahid1 məxsus olan 1,0727 ha torpaq sahəsini Zərərçəkmiş şəxs 5 mart 2015-ci il tarixdə satıcı kimi Şahid1, sonuncunun nümayəndəsi Təqsirləndirilən şəxs1, alıcı kimi isə Zərərçəkmiş şəxs qeyd edildiyi ərizə və ünvan 20qayıt “Asan xidmət” mərkəzində fəaliyyət göstərən "xxxx" ASC-nin ünvan 20qayıt filialına ünvanlanmış 606 saylı məktub əsasında "xxxx" ASC-nin ünvan 20qayıt filialının **********03763AZM37 nömrəli depozit hesabına nağd qaydada qəbul olunmuş 150.000 (bir yüz əlli min) manat pul vəsaiti həmin hesabdan Təqsirləndirilən şəxs1 tərəfindən məxaric olunan vəsaiti almağa vəkil edilmiş fiziki şəxs kimi 5 mart 2015-ci il tarixli qəbz əsasında götürülmüşdür (cild 2, iş vərəqə 37-56). Cinayət işinin materiallarından görünür ki, Şahid1 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın 4 saylı Dövlət Reyestri Xidmətində onların adından çıxış etmək, sənədləri təqdim etmək və digər hərəkətləri etmək Şahid10 etibar edilmişdir. (cild 1, iş vərəqə 48-53). Cinayət işinin materiallarından görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixatriya Xəstəxanasının 16.02.2017-ci il tarixli məktubuna əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qeyd edilən xəstəxanada müalicə almamışlar (cild 2, iş vərəqə 60). Cinayət işi üzrə 11.12.2011-ci il tarixli etibarnamə, Bakı şəhəri 7 saylı xüsusi notariat kontorundan daxil olmuş 2006-cı ilə aid 6 ədəd etibarnamə və qəbzlər, Təqsirləndirilən şəxs1 adından Şəki rayon Qeydiyyat şöbəsinə ünvanlanmış ərizə, “ünvan 20qayıt” qəzetinə Şahid1 adından ünvanlanmış ərizə, 11.12.2006-cı il tarixli etibarnamə, 24.02.2015-ci il tarixli etibarnamə, Bakı şəhəri 7 saylı xüsusi notariat kontoruna aid notariat hərəkətlərinin qeyd edilməsi üçün 7E/21 nömrəli reyestrindən çıxarışın surəti, ünvan 20qayıt “ASAN Xidmət” Mərkəzində fəaliyyət göstərən xüsusi notariat kontorunda 4Ə-832 nömrəli notariat işinə dair sənədlərin surəti, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsindən daxil olmuş **********21 reyestr nömrəsi ilə qeydiyyata alınmış sənədlərin surəti (0852938, 0599212, 0581477, 0440366, 0373445, 0144205, ******* nömrəli çıxarışlar, torpaq sahəsinin plan və ölçüləri, ərizələr, məktub, icra vərəqəsi, 14.12.2012-ci il, 06.03.2013-cü il, 17.05.2013-cü il, 05.05.2014-cü il və 05.03.2015-ci il tarixli alqı-satqı müqavilələri, arayış, dövlət aktının surətləri), 25.02.2015-ci il tarixli etibarnamənin surəti maddi sübut kimi tanınmışdır (cild 7, iş vərəqə 56-110). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışlar (cild 2, iş vərəqə 13-14). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirləndirildikləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 320.1 və 320.2ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirlidirlər, onların əməllərinin cinayət olmasını aradan qaldıran hallar yoxdur, onların törətmiş olduğu cinayət əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 320.1 və 320.2-ci maddələri düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cəzalandırılmalı, lakin həmin Məcəllənin 320.1 və 320.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən onlara cəza təyin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1 və 320.2-ci maddələri böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1 və 320.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini sonuncu dəfə 2015-ci illərdə törətmişlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinin tələbinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən 2 il keçdikdən sonra şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 41.2-ci maddəsinin tələbinə əsasən təhqiqatçı, müstəntiq və ya prokuror bəraətverici əsaslar olmadıqda təqsirləndirilən (şübhəli) şəxsin, habelə ölmüş təqsirləndirilən (şübhəli) şəxsin və ya cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş, lakin təqsirləndirilən (şübhəli) şəxs qismində tanınanadək ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən bu Məcəllənin 106-1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçinin, barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin razılığı olmadan cinayət təqibinə xitam verilməsi barədə qərar çıxara bilməz. Belə halda cinayət təqibi üzrə icraat bu Məcəllə ilə müəyyən edilmiş qaydada davam etdirilir və hökmün, məhkəmənin digər qərarının çıxarılması ilə başa çatdırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2-ci maddəsinin tələbinə əsasən məhkəmə bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, həmin Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirləndirildikləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1 və 320.2-ci maddələri ilə özlərini təqsirli bilməmişlər. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1 və 320.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayəti törətdikləri gündən 2 il keçdiyinə görə onların barəsində cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsini və təqsirləndirilən şəxslərin həmin maddələr ilə özlərini təqsirli bilməmələrini nəzərə alaraq onlara cəza təyin etməməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın onların islah olunmalarına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs1 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59cu maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1 və 320.2ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinə görə Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinin tələbinə əsasən cinayət məsuliyyətinə cəlb edilə bilmədiyindən və cəza təyin edilmədiyindən həmin cinayət əməllərini qabaqcadan əlbir olan bir qrup şəxs qismində törətməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.3-cü maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmır. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 320.1 və 320.2-ci maddələri ilə tövsif etməklə yanaşı, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasını məqsədəuyğun hesab edir. İş materiallarında olan Binəqədi rayon məhkəməsinin 5 oktyabr 2020-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 5 oktyabr 2020-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 161-163). Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2 və 15.4-cü maddələrinin tələblərinə əsasən “böyük ictimai təhlükə törətməyən” və “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı 5 oktyabr 2020-ci il tarixdən hesablanmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində 3 azyaşlı uşağı var (cild 4 ,iş vərəqə 147-149). Məhkəmə Təqsirləndirilən şəxs2 himayəsində 3 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Cinayət işinin materiallarından görünür ki, Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə tərəfindən verilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs2 tərəfindən Zərərçəkmiş şəxs 5.000 manat ödənildiyindən zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışmış və ona qarşı şikayət və tələbi yoxdur (cild 8). Məhkəmə Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1 və 320.2ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinə görə Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinin tələbinə əsasən cinayət məsuliyyətinə cəlb edilə bilmədiyindən və cəza təyin edilmədiyindən həmin cinayət əməllərini qabaqcadan əlbir olan bir qrup şəxs qismində törətməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.3-cü maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 14 avqust 2017-ci il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (cild 4, iş vərəqə 150-152). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33.1-ci maddəsinə əsasən cinayətin iştirakçılarının məsuliyyəti onların hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən asılı olaraq müəyyən edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 1ci bəndinə görə cinayətin ictimai təhlükəlilik dərəcəsi onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 64.1-ci maddəsinə əsasən iştirakçılıqla törədilmiş cinayətə görə cəza təyin edilərkən iştirakçılardan hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakteri və dərəcəsi, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyəti, vurulmuş zərərin həcminə və xarakterinə onun təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin həmin normasının məzmunundan aydın olur ki, cinayətin iştirakçıları müstəqil məsuliyyət daşıyır və onların cəzaları fərdiləşdirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən bu hökmün təsviri-əsaslandırıcı hissəsində sadalanan cəzanı yüngülləşdirən halların olmasını, cəzanı ağırlaşdıran halların olmamasını, təqsirləndirilən şəxsin himayəsində 3 azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini qanunun ədalət və humanizm prinsiplərini nəzərə alaraq hesab edir ki, onun cəza çəkmədən islah olunması mümkündür və barəsində cəza təyin edilməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tələblərinə uyğun olaraq cəzanın şərti olaraq tətbiq edilməsi ədalətli, qanuni və əsaslıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən halları nəzərə alaraq məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30” aprel 2021-ci il tarixli qərarının 25-ci bəndinin 5-ci abzasında qeyd olunur ki, cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir Məhkəmə hesab edir ki, sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 173 manata görə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 86,5 manat tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi sübut olan 11.12.2011-ci il tarixli etibarnamə, Bakı şəhəri 7 saylı xüsusi notariat kontorundan daxil olmuş 2006-cı ilə aid 6 ədəd etibarnamənin və qəbzlərin, Təqsirləndirilən şəxs1 adından Şəki rayon Qeydiyyat şöbəsinə ünvanlanmış ərizənin, “ünvan 20qayıt” qəzetinə Şahid1 adından ünvanlanmış ərizənin, 11.12.2006-cı il tarixli etibarnamənin, 24.02.2015-ci il tarixli etibarnamənin, Bakı şəhəri 7 saylı xüsusi notariat kontoruna aid notariat hərəkətlərinin qeyd edilməsi üçün 7E/21 nömrəli reyestrindən çıxarışın surətinin, ünvan 20qayıt “ASAN Xidmət” Mərkəzində fəaliyyət göstərən xüsusi notariat kontorunda 4Ə-832 nömrəli notariat işinə dair sənədlərin surətinin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsindən daxil olmuş **********21 reyestr nömrəsi ilə qeydiyyata alınmış sənədlərin surətinin (0852938, 0599212, 0581477, 0440366, 0373445, 0144205, ******* nömrəli çıxarışlar, torpaq sahəsinin plan və ölçüləri, ərizələr, məktub, icra vərəqəsi, 14.12.2012-ci il, 6.03.2013-cü il, 17.05.2013-cü il, 5.05.2014-cü il və 5.03.2015-ci il tarixli alqı-satqı müqavilələri, arayış, dövlət aktının surətləri), 25.02.2015-ci il tarixli etibarnamənin surətinin cinayət işi materiallarında saxlanılmalıdır. Cinayət işinin materiallarından görünür ki, Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə Təqsirləndirilən şəxs1 qarşı mülki iddia verməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Məhkəmə işin faktiki hallarına və araşdırılmış sübutlara istinad edərək Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə mülki iddia ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun izah edilməsini əsaslı sayır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i:

1. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 320.1 və 320.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1 və 320.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Təqsirləndirilən şəxs1 həmin maddələr ilə cəza təyin edilməsin. Təqsirləndirilən şəxs1 ona təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 5 oktyabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin.

2. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 320.1 və 320.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1 və 320.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Təqsirləndirilən şəxs2 həmin maddələr ilə cəza təyin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəza şərti məhkum etmə tətbiq edilməklə ona 2 (iki) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə sınaq müddəti ərzində onun davranışı üzərində nəzarəti həyata keçirən orqanların çağırışına vaxtında gəlmək, həmin orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək kimi vəzifələr qoyulsun. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin ünvan 20qayıt şəhər Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 oğlu barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 173 manata görə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 86,5 manat tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut olan 11.12.2011-ci il tarixli etibarnamə, Bakı şəhəri 7 saylı xüsusi notariat kontorundan daxil olmuş 2006-cı ilə aid 6 ədəd etibarnamənin və qəbzlərin, Təqsirləndirilən şəxs1 adından Şəki rayon Qeydiyyat şöbəsinə ünvanlanmış ərizənin, “ünvan 20qayıt” qəzetinə Şahid1 adından ünvanlanmış ərizənin, 11.12.2006-cı il tarixli etibarnamənin, 24.02.2015-ci il tarixli etibarnamənin, Bakı şəhəri 7 saylı xüsusi notariat kontoruna aid notariat hərəkətlərinin qeyd edilməsi üçün 7E/21 nömrəli reyestrindən çıxarışın surətinin, ünvan 20qayıt “ASAN Xidmət” Mərkəzində fəaliyyət göstərən xüsusi notariat kontorunda 4Ə-832 nömrəli notariat işinə dair sənədlərin surətinin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsindən daxil olmuş **********21 reyestr nömrəsi ilə qeydiyyata alınmış sənədlərin surətinin (0852938, 0599212, 0581477, 0440366, 0373445, 0144205, ******* nömrəli çıxarışlar, torpaq sahəsinin plan və ölçüləri, ərizələr, məktub, icra vərəqəsi, 14.12.2012-ci il, 06.03.2013-cü il, 17.05.2013-cü il, 05.05.2014-cü il və 5.03.2015-ci il tarixli alqı-satqı müqavilələri, arayış, dövlət aktının surətləri), 25.02.2015-ci il tarixli etibarnamənin surətinin cinayət işi materiallarında saxlanılsın. Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə Təqsirləndirilən şəxs1 qarşı mülki mühakimə icraatı qaydasında iddia vermək hüququ izah edilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs1 isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar