Məhkəmə qərarları › İş №1(101)-950/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-950/2022

25.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-950/2022 25.04.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi - Bakı şəhəri, 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1991-ci il tarixdə Kürdəmir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində üç azyaşlı uşağı olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanda yaşamış, 17 dekabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Xətai rayon Məhkəməsinin 18 dekabr 2021-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsində saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitələri və psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama və daşıma niyyəti ilə şəxsiyyəti məlum olmayan "Əkbər" adlı İran İslam Respublikası vətəndaşı ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan qrup yaratmış, qrup üzvləri arasında əldə olunmuş ümumi niyyətə uyğun olaraq, sonuncunun qanunsuz olaraq satış məqsədi ilə müəyyən edilməsi mümkün olmayan mənbədən və naməlum vaxtda əldə edərək müəyyən olunmayan qaydada Abşeron rayonu, Xırdalan şəhəri, 7 saylı tam orta məktəbin yanında yerləşən “Narıncı market”in yaxınlığındakı ağacın dibinə yerləşdirdiyi selofan torbada bir ədəd bükümdə təmiz çəkisi 98,792 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən külli miqdarda heroini və bir ədəd bükümdə təmiz çəkisi 49,025 qram olan ağ rəngli kristal şəkilli kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən külli miqdarda metamfetamini 06 dekabr 2021-ci il tarixdə axşam saatlarında həmin yerdən götürüb əldə edərək, sonradan "Əkbər" adlı şəxsin tapşırığına əsasən 300-400 manat gəlir əldə edəcəyi şərtilə onun deyəcəyi yerə qoymaq üçün sol çiynindən asdığı bənövşəyi rəngli çantanın içərisinə yerləşdirib saxlamaqla daşımış, 17 dekabr 2021-ci il tarixdə saat 00:10 dəqiqədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, 69A ünvanının yaxınlığında saxlanılaraq, Bakı şəhəri, Yasamal rayon Polis idarəsi 29-cu Polis bölməsinin inzibati binasına gətirilib orada üzərinə şəxsi axtarış keçirilən zaman sol çiynindən asdığı bənövşəyi rəngli çantanın içərisindən qanunsuz olaraq satış məqsədi ilə əldə edib saxlamaqla daşıdığı bir ədəd bükümdə təmiz çəkisi 98,792 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən külli miqdarda heroin, bir ədəd bükümdə təmiz çəkisi 49,025 qram olan ağ rəngli kristal şəkilli kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən külli miqdarda metamfetamin və bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 17 dekabr 2021-ci il tarixdə gecə saat 12 radələrində Bakı şəhəri, Yasamal rayonunda piyada hərəkət edərkən iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini ona təqdim etmiş və narkotik vasitələrin üzərində gəzdirməkdə şübhəli olduğu üçün onu polis bölməsinə aparmışlar. Polis şöbəsində onda olan çantanın içində selofan torbadan bir bükümdə narkotik vasitə heroin, bir büküm psixotrop maddə metamfetamin və bir ədəd elektron tərəzi aşkar olunmuşdur. Həmçinin ondan iki ədəd uşaqlarına məxsus şəxsiyyət vəsiqəsi və “Kovid- 19” pasportu, bir ədəd “Samsung” markalı mobil telefon aşkar olunmuşdur. Qeyd olunan heroin və metamfetamin, həmçinin elektron tərəzi qablaşdırılaraq götürülmüş, digər əşyalar isə ona qaytarılmışdır. Həmin narkotikləri o, hadisədən bir neçə gün əvvəl "İnstagram" vasitəsi ilə tanıdığı İran vətəndaşı Əkbər adlı şəxsin vasitəsi ilə əldə etmişdir. Belə ki, Əkbər Xırdalan şəhəri 7 saylı məktəbin yanında olan “ Narıncı” marketin yanında qaz borusunun yanına selofan torba qoyduğunu bildirmiş, həmin torbanı götürüb Kürdəmirdə deyiləcək yerə çatdırıb qoyarsa, bunun müqabilində ona 300-400 manat pul verəcəyini bildirmişdir. Pulu da narkotiki qoyacağı yerə qoymuşlar. Bundan əvvəl də bir dəfə Əkbərin dediyi yerdən narkotiki götürüb Kürdəmirdə göstərdiyi yerə çatdırmış və buna görə 500 manat pul əldə etmişdir. O, Əkbərlə yalnız instaqram vasitəsi ilə əlaqə saxlamışdır. O, Əkbərin mobil telefon nömrəsini əzbər bilmir, lakin həmin nömrə telefonunda qeyd olunmuşdur. Sualları cavablandıran Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini və saxlanılan zaman polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir təzyiq göstərilmədiyini, himayəsində üç azyaşlı uşağının olduğunu, həyat yoldaşının da oğurluğa görə hazırda həbsdə saxlanıldığını, uşaqlarının Kürdəmir rayonunda anasının yanında qaldıqlarını, özünün isə hazırda 7 aylıq hamilə vəziyyətində olduğunu, həmin vəziyyətlə əlaqədar səhhətində ciddi problemlər yarandığına görə təcridxanadan müalicə müəssisəsinə köçürüldüyünü məhkəməyə bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirdi ki, 16 dekabr 2021-ci il tarixdə ona Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik maddələri və psixotrop maddələri satış məqsədilə əldə edərək Yasamal rayonu ərzaisində dövriyyəsi məşğul məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. O, məlumatın yoxlanması üçün Baş idarə rəhbərliyinə raportla müraciət etmiş və əməliyyat tədbirlərinin keçirilməsinə razılıq verilmişdir. Bundan sonra ondan və BNMİ-nin əməliyyat müvəkkili Şahid2 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. 17 dekabr 2021-ci il tarixdə gecə saat 12 radələrində onlar Yasamal rayonunda piyada hərəkət edərkən əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşar qadına yaxınlaşaraq onu saxlamışlar. Ayşənə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu bildirərək onu Yasamal RPİ 29-cu Polis şöbəsinə dəvət etmişlər. Şöbədə müdafiəçinin iştirakı ilə Ayşən şübhəli şəxs qismində tutulmuş və üzərinə videoçəkiliş aparılmaqla şəxsi axtarışı keçirilmişdir. Axtarışda bir nəfər qadın cinsindən olan şəxs də iştirak etmişdir. Bu zaman Ayşən sol çiynindən asdığı bənövşəyi rəngli çantanın içində olan selofan torbanı təqdim etmiş və həmin torbanın içindən 1 bükümdə qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə heroin, 1 bükümdə ağ rəngli, psixotrop maddə metamfetamin, 1 ədəd elektron tərəzi, 2 ədəd uşaqlarına məxsus şəxsiyyət vəsiqələri və «Kovid-19» pasportu aşkar olunmuşdur. Sonra onun üzərinə şəxsi axtarış keçirilmiş və bu zaman əynindəki gödəkçənin cibindən 1 ədəd “Samsung” markalı mobil telefon aşkar olunmuşdur. Sonra həmin heroinə bənzər maddə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 100 qram olmuşdur. Sonra metamfetaminə bənzər maddə də tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 50 qram olmuşdur. Sonra həmin kütlələr qablaşdırılmış, möhürlənmiş, təhqiqatçı, müdafiəçi, onun tərəfindən imzalanaraq götürülmüş və bu barədə protokol tərtib edilmişdir. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 ədəd mobil telefon, şəxsiyyət vəsiqələri və «Kovid-19» pasportu çanta ilə Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Onlar Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə və psixotrop maddə metamfetamini haradan əldə etməsi və Yasamal rayonu ərazisində kimə gətirməsini müəyyən edə bilməmişlər. Məhkəmə iclasında dindirilən Şahid3 17 dekabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə Yasamal RPİ 29-cu Polis şöbəsində şəxsi axtarış aparılmasında, narkotik və psixotrop vasitələrin, həmçinin bir ədəd elektron tərəzinin aşkar edilərək götürülməsində iştirak etdiyini bildirərək, Şahid1 məhkəmə iclasında verdiyi ifadə ilə oxşar məzmunlu ifadə verdi. Məhkəmə iclasında Azərbaycan Respublikası DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq edilərkən, şahidin Təqsirləndirilən şəxs 17 dekabr 2021-ci il tarixdə saxlanılıb Yasamal RPİ 29-cu Polis şöbəsinə gətirilərək şəxsi axtarışının aparılmasında, narkotik və psixotrop maddələrin, həmçinin bir ədəd elektron tərəzinin aşkar edilərək götürülməsində əməliyyat qrupunun üzvü kimi iştirak etdiyi və həmkarı Şahid1 məhkəmə iclasında verdiyi ifadə ilə oxşar məzmunlu ifadə verdiyi müəyyən olundu (cild 1, iş vərəqi 74-75). Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş 13 avqust 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokola əsasən, Azərbaycan Respublikası DİN Baş Narkotiklə Mübarizə idarəsinin Təhqiqat Qrupunun baş təhqiqatçısı, polis baş leytenantı Nəcəf Abşuru tərəfindən BNMİnin inzibati binasında şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zaman, sonuncunun sol çiynindən asdığı bənövşəyi rəngli çantanın içindən 1 bükümdə narkotik vasitə olan heroinə, 1 bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə, 1 ədəd elektron tərəzi, 2 ədəd şəxsiyyət vəsiqəsi, “Covid-19” pasportu və 1 ədəd “Samsung” markalı mobil telefon aşkar edilərək götürülmüşdür (cild 1, iş vərəqi 28-31). Məhkəmə-kimyəvi ekspertizasının 17 dekabr 2021-ci il tarixli 6/5527 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində Azərbaycan Respublikası DİN “Zərflər üçün N7” möhür əksi olan “Vət. Təqsirləndirilən şəxs üzərində aşkar olunan...” yazılar, imzalar olan kağız paketdə 1 ədəd bükümdə təmiz çəkisi 98,792 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1 ədəd bükümdə təmiz çəkisi 49,025 qram ağ rəngli, kristal şəkilli kütlə olan kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanuni ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir (cild 1, iş vərəqi 37-42). İş materiallarında olan 17 dekabr 2021-ci il tarixli videogörüntülərə baxış keçirilməsi haqqında protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı sonuncunun sol çiynindən asdığı bənövşəyi rəngli çantanın içindən 1 bükümdə narkotik vasitə olan heroinə, 1 bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülür. Təqsirləndirilən şəxs həmin narkotik və psixotrop maddələri 10 gün olar ki, “instaqram” vasitəsi ilə tanıdığı İran vətəndaşı Əkbər adlı şəxsin vasitəsi ilə Xırdalan şəhərində 7 saylı məktəbin yanında olan “ Narıncı” marketin yanında qaz borusunun yanından selofan torbanı götürüb Kürdəmirdə deyiləcək yerə çatdırıb qoyacağını və bunun müqabilində 300- 400 manat pul əldə edəcəyini bildirir (cild 1, iş vərəqi 46). Məhkəmə-narkoloji ekspertizasının 26 avqust 2021-ci il tarixli 3081 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimlyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı var. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 99-100). İbtidai istintaq orqanının 16 mart 2022-ci il tarixli sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında qərarından və 19 mart 2022-ci il tarixli 091-576 nömrəli məktubundan görünür ki, 17 dekabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman aşkar edilərək götürülmüş 1 ədəd bükümdə təmiz çəkisi 98,792 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1 ədəd bükümdə təmiz çəkisi 49,025 qram ağ rəngli, kristal şəkilli kütlə olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 1 ədəd elektron tərəzi maddi sübüt kimi tanınmış, həmin heroinin ekspertiza tədqiqatından sonra 98,742 qram qalığı, metamfetaminin ekspertiza tədqiqatından sonra 48,975 qram qalığı və 1 ədəd elektron tərəzi möhürlənmiş zərfdə saxlanılması üçün Bakı şəhəri, Yasamal RPİ maddi sübutların saxlama kamerasına təhvil verilmiş, həmçinin şəxsi axtarış və götürmə aparılmasının videogörüntülərini əks etdirən 1 (bir) ədəd CD disk cinayət işinə əlavə edilmişdir (cild 1, iş vərəqi 121-132, 157). İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqələrinin surətindən və Elektron məhkəmə informasiya sistemindən götürülmüş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs X3 ilə birgə nikahından 03.10.2009-cu il təvəllüdlü X1, 15.05.2011-ci il təvəllüdlü X4 və 16.07.2012-ci il təvəllüdlü X5 olmaqla üç azyaşlı uşağı vardır (cild 1, iş vərəqi 76-79). Məhkəmə sorğusu əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsindən daxil olmuş 25 aprel 2022-ci il tarixli 20-04-564 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 07 aprel 2022-ci il tarixdə Bakı İstintaq Təcridxanasından "xxxx" diaqnozu ilə Müalicə Müəssisəsinə köçürülmüşdür. Adı çəkilən şəxs müayinədən keçirilmiş və onun 28-29 həftəliyə uyğun hamilə olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 13 yanvar 2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə Baş idarədə məlumat yoxdur (cild 1, iş vərəqi 94-95). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 9-cu bəndində məhkəmələrə tövsiyyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, onu səciyyələndirən halları, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.3-cü maddəsinə əsasən, cinayətin hamilə qadın tərəfindən törədilməsini və 59.1.4-cü maddəsinə əsasən, cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşaqlarının olmasını, həmçinin ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməklə törətdiyi əməlindən peşman olmasını Təqsirləndirilən şəxs münasibətdə cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə kollegiyası cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2ci maddəsinə əsasən, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Məhkəmə kollegiyası cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq hesab edir ki, himayəsində 16 iyul 2012-ci il tarixdə doğulmuş X5 adında uşağı olan Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi uşaq on dörd yaşına çatanadək təxirə salınmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79.1-ci maddəsinin tələbinə görə, şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər istisna olmaqla, məhkəmə məhkum edilmiş hamilə qadınlar və ya on dörd yaşına qədər uşağı olan qadınlar, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər tərəfindən uşaq on dörd yaşına çatanadək cəzanın çəkilməsini təxirə sala bilər. Həmin Məcəllənin 79.2-ci maddəsinə əsasən, Bu Məcəllənin 79.1-ci maddəsində nəzərdə tutulmuş şəxslər, məhkum edilmiş şəxslər üzərində nəzarəti həyata keçirən müvafiq dövlət orqanının xəbərdarlığından sonra uşaqdan imtina etdiyi və ya uşağı tərbiyə etməkdən boyun qaçırmaqda davam etdiyi halda, məhkəmə həmin orqanın təqdimatı əsasında cəzaçəkmənin təxirə salınmasını ləğv edə və məhkumu cəzanı çəkmək üçün hökmlə müəyyən olunmuş yerə göndərə bilər. Həmin Məcəllənin 79.3-cü maddəsinə əsasən, uşaq on dörd yaşına çatdıqda, məhkəmə məhkum edilmiş şəxsi cəzanın çəkilməmiş hissəsindən azad edir və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz edir. Həmin Məcəllənin 79.4-cü maddəsinə əsasən, şəxs cəzaçəkmənin təxirə salındığı müddətdə ehtiyatsızlıqdan cinayət törətdikdə və ya qəsdən böyük ictimai təhlükə törətməyən cinayət törətdikdə cəzaçəkmənin təxirə salınmasının ləğv edilməsi və ya saxlanması barədə məsələ məhkəmə tərəfindən həll edilir. Məhkəmə cəzaçəkmənin təxirə salınmasının ləğv edilməsi qənaətinə gəldikdə, şəxsə bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs qeydiyyatda olduğu ərazi üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kürdəmir rayon İcra və probasiya şöbəsinə həvalə edilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı iş üzrə 17 dekabr 2021-ci il tarixdən həbsdə olduğu 4 (dörd) ay 7 (yeddi) gün ona təyin olunmuş cəzadan çıxılmalıdır. Belə ki, iş materiallarına əsasən, Təqsirləndirilən şəxs 17 dekabr 2021-ci il tarixdə Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 18 dekabr 2021-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək hökm qanuni qüvvəsini alanadək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalından dərhal həbsdən azad olunmalıdır. Göstərilənlərlə yanaşı, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə maddi sübutlar – Bakı şəhəri, Yasamal RPİ-nin maddi sübutları saxlanılma kamerasına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman aşkar olunaraq götürülmüş heroinin 98,742 qram qalığı, metamfetaminin 48,975 qram qalığı və 1 ədəd elektron tərəzi məhv edilməli, Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə və psixotrop maddələrin aşkar edilərək götürülməsi ilə bağlı videogörüntünü əks etdirən 1 ədəd CD disk və onun istifadəsində olan mobil nömrə kartına dair məlumatları özündə əks etdirən 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 222 №-li qərarına əsasən hər iş saatı üçün 6 manat hesabı ilə müdafiə xərcləri hesablanmalıdır. Cinayət işinə əlavə edilmiş orderdən və hesabatdan görünür ki, məhkəmə baxışı zamanı Bakı şəhəri, 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Ona görə də, dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş vəkil Müdafiəçi ödənilməli olan 60 (altmış) manat məbləğində pul qeyd olunan vəkil bürosunun hesabına köçürülməlidir. Cinayət işinin materiallarına görə, keçirilmiş ekspertiza tədqiqatı 81 (səksən bir) manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 81 (səksən bir) manat ekspertiza xərci Təqsirləndirilən şəxsdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə kollegiyası məhkəmə-narkoloji ekspertizasının 23 fevral 2022-ci il tarixli 907 nömrəli rəyini əsas tutaraq hesab edir ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimlyatorlarm birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunduğundan, onun narkomanıyadan məcburi müalicəyə ehtiyacı olduğundan və məcburi müalicəyə əks göstərişi olmadığından, ona narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli, həmçinin o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Lakin məhkəmə kollegiyası Təqsirləndirilən şəxs barəsində hökmün icrasının onun himayəsində olan azyaşlı uşağının 14 yaşına çatanadək təxirə salındığından, onun barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməməli, lakin o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Hazırkı iş üzrə Təqsirləndirilən şəxs 17 dekabr 2021-ci il tarixdən həbsdə olduğu 4 (dörd) ay 7 (yeddi) gün ona təyin olunmuş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 5 (beş) il 7 (yeddi) ay 23 (iyirmi üç) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının çəkilməsi onun himayəsində olan 16.07.2012-ci il təvəllüdlü X5 on dörd yaşına çatanadək təxirə salınsın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs qeydiyyatda olduğu ərazi üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kürdəmir rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad olunsun. Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübutların taleyi aşağıdakı şəkildə həll edilsin: - Bakı şəhəri, Yasamal RPİ-nin maddi sübutları saxlanılma kamerasına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman aşkar olunaraq götürülmüş heroinin 98,742 qram qalığı, metamfetaminin 48,975 qram qalığı və 1 ədəd elektron tərəzi məhv edilsin; - Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə və psixotrop maddələrin aşkar edilərək götürülməsi ilə bağlı videogörüntünü əks etdirən 1 ədəd CD disk və onun istifadəsində olan mobil nömrə kartına dair məlumatları özündə əks etdirən 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə məsrəfləri: - ekspertiza tədqiqatının dəyəri olan 109 (yüz doqquz) manat 90 qəpik məbləğndə pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün; - məhkəmə baxışı dövründə dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş vəkil Müdafiəçi ödənilməli 60 (altmış) manat məbləğində pul vəsaiti Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia verilməməsi və əmlak üzərinə həbs qoyulmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Telman Hüseynov Əsli ilə düzdür Hakim Eldar İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar