Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-951/2021 04.08.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Əfqan Niyətulla oğlunun sədrliyi ilə, Qəribov Fikrət Atlıxan oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X74, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin böyük prokuror-metodisti Dövlət ittihamçısı, müdafiəçi: Bakı şəhər 8 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi, zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, İsgəndərov Elmar Məhəmməd oğlu, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs10 Nurəddin oğlu, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs13, Zərərçəkmiş şəxs14, Zərərçəkmiş şəxs15, Zərərçəkmiş şəxs16 oğlu, X38, Zərərçəkmiş şəxs18 Ramiz oğlu, Zərərçəkmiş şəxs19, Zərərçəkmiş şəxs20, X39, Zərərçəkmiş şəxs22, Zərərçəkmiş şəxs23, Zərərçəkmiş şəxs24, Zərərçəkmiş şəxs25, X2, Zərərçəkmiş şəxs27, Zərərçəkmiş şəxs28, Zərərçəkmiş şəxs29, Zərərçəkmiş şəxs30, Zərərçəkmiş şəxs31 Süleyman oğlu, Zərərçəkmiş şəxs32, Zərərçəkmiş şəxs33, Zərərçəkmiş şəxs34, Zərərçəkmiş şəxs35, Zərərçəkmiş şəxs36, Zərərçəkmiş şəxs37, Zərərçəkmiş şəxs38, Zərərçəkmiş şəxs39, Zərərçəkmiş şəxs40, Zərərçəkmiş şəxs41, Zərərçəkmiş şəxs42, Zərərçəkmiş şəxs43, Zərərçəkmiş şəxs44 iştirakları ilə xx xxxxxx 1991-ci ildə Balakən rayonunun Hetovlar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, ali təhsilli, əvvəllər məhkum olunmamış, Balakən rayonu, Talalar kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxslərə xeyli və külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs13 övladı X46 Balakən rayon X91 Mərkəzinə baytar köməkçisi vəzifəsinə işə düzəldəcəyi barədə yalan vəd verib aldadaraq 2019-cu ilin noyabr ayının sonunda Balakən İcra Hakimiyyətinin binasının yaxınlığında onun 3.000 (üç min) manat pulunu alıaraq ələ keçirib maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs1 həyat yoldaşı X20 Balakən rayonunda açılacaq “ASAN xidmət” mərkəzində xadimə kimi işə düzəldəciyi barədə yalan vəd verib onu aldadaraq 18 yanvar 2020-ci il tarixdə Balakən şəhərində olan “Bayraq meydanı” yaxınlığında 1.900 manat pulunu, həmçinin qardaşı oğlu X28 “ASAN xidmət” mərkəzində mühafizəçi vəzifəsinə işə düzəldəciyi barədə yalan vəd verib onu aldadaraq 05 fevral 2020-ci il tarixdə həmin ünvanda 3.250 manat pulunu, eləcə də dövlət xətti ilə güzəştli şərtlərlə iribuynuzlu heyvanları ona ucuz qiymətə satacağı adı ilə aldadaraq hər birinin qiyməti 600 manat olmaqla üç baş cins düyə gətirəcəyinə vəd verib 18 fevral 2020ci il tarixdə Balakən rayonunun Qazma kəndində olan “Durma gəl” kafesində 1.800 manat pulunu almış, lakin vədinə əməl etməyərək sonuncuya iki baş düyə verməklə 600 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirməklə Zərərçəkmiş şəxs1 ümumilikdə 5.750 (beş min yeddi yüz əlli) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı X7 dövlət xətti ilə güzəştli şərtlərlə yeddi baş cins inək gətirəcəyi adı ilə aldadıb 2020-ci ilin yanvar ayının sonunda Balakən rayonunun Hənifə kəndində onun 9.000 (doqquz min) manat pulunu alaraq ələ keçirib xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs4 dövlət xətti ilə güzəştli şərtlərlə dörd baş cins düyə gətirəcəyi barədə yalan vəd verib onu aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə 22 yanvar 2020-ci il tarixdə Balakən şəhərində olan “Bayraq meydanı” yaxınlığında 1.800 manat pulunu, 2020-ci ilin fevral ayında eyni adla həmin ünvanda əlavə 400 manat pulunu alıb ələ keçirməklə zərərçəkmiş şəxsə ümumilikdə 2.200 (iki min iki yüz) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs8 Balakən rayonunda açılacaq “ASAN xidmət” mərkəzində mühafizəçi vəzifəsinə işə düzəldəciyi barədə yalan vəd verib aldadaraq 2020-ci ilin fevral ayında Balakən şəhərində yerləşən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Balakən filialının yaxınlığında onun 4.500 (dörd min beş yüz) manat məbləğində pulunu alaraq ələ keçirib maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs14 övladı X29 Balakən rayonunda açılacaq “ASAN xidmət” mərkəzində işə düzəldəciyi barədə yalan vəd verib aldadaraq 2020-ci ilin fevral ayının əvvəllərində Balakən şəhərində yerləşən “Balakən” kafesində 5.500 manat pulunu, bundan sonra ona dövlət xətti ilə güzəştli şərtlərlə cins inək alacağı barədə yalan vəd verib aldadaraq 2020-ci ilin fevral ayının sonunda Balakən şəhərində olan “Bayraq meydanı” yaxınlığında 1.200 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirməklə zərərçəkmiş şəxsə ümumilikdə 6.700 (altı min yeddi yüz) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs12 dövlət xətti ilə güzəştli şərtlərlə dörd baş cins düyə gətirəcəyi barədə yalan vəd verib aldadaraq 2020-ci ilin fevral ayının sonunda Balakən rayonunun Hənifə kəndi ərazində onun 2.400 (iki min dörd yüz) manat pulunu alıb ələ keçirib maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs10 Nurəddin oğluna dövlət xətti ilə güzəştli şərtlərlə altı baş cins dana gətirəcəyi barədə yalan vəd verib aldadaraq 2020-ci ilin fevral ayının sonunda Balakən şəhərində olan “Bayraq meydanı” yaxınlığında hissəhissə onun cəmi 12.600 (on iki min altı yüz) manat pulunu alaaq ələ keçirib xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs15 dövlət xətti ilə güzəştli şərtlərlə üç baş cins düyə gətirəcəyi barədə yalan vəd verib aldadaraq 2020-ci ilin mart ayının əvvəlində Balakən şəhərində olan “Bayraq meydanı” yaxınlığında onun 2.250 (iki min iki yüz əlli) manat pulunu alaraq ələ keçirib maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs18 dövlət xətti ilə güzəştli şərtlərlə iki baş cins dana gətirəcəyi barədə yalan vəd verib aldadaraq 2020-ci ilin mart ayının əvvəlində yaşadığı Balakən rayonunun Qazma kəndində onun 3.000 (üç min) manat pulunu alıb ələ keçirib maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs20 dövlət xətti ilə güzəştli şərtlərlə beş baş iribuynuzlu cins heyvan gətirəcəyi barədə yalan vəd verib aldadaraq 2020-ci ilin mart ayının ortalarında Balakən rayonunun Qazma kəndində onun 7.000 (yeddi min) manat pulunu alaraq ələ keçirib xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs21 dövlət xətti ilə güzəştli şərtlərlə iki baş cins dana gətirəcəyi barədə yalan vəd verib aldadaraq 2020-ci ilin mart ayında Balakən rayonu Hənifə kəndində onun 1.400 (min dörd yüz) manat pulunu alraq ələ keçirib maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs22 dövlət xətti ilə güzəştli şərtlərlə iki baş cins düyə gətirəcəyi barədə yalan vəd verib aldadaraq 2020-ci ilin mart ayında Balakən şəhərində olan “Bayraq meydanı” yaxınlığında onun 1.500 (min beş yüz) manat pulunu alaraq ələ keçirib maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs23 dövlət xətti ilə güzəştli şərtlərlə iki baş cins düyə gətirəcəyi barədə yalan vəd verib aldadaraq 2020-ci ilin mart ayında Balakən rayonunun Qazma kəndində olan “Durma gəl” kafesində onun 1.500 (min beş yüz) manat pulunu alaraq ələ keçirib maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs24 dövlət xətti ilə güzəştli şərtlərlə bir baş cins düyə gətirəcəyi barədə yalan vəd verib aldadaraq 2020-ci ilin mart ayında Balakən şəhərində olan “Bayraq meydanı” yaxınlığında onun 600 (altı yüz) manat pulunu alaraq ələ keçirib maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs19 dövlət xətti ilə güzəştli şərtlərlə bir baş cins inək gətirəcəyi barədə yalan vəd verib aldadaraq 17 mart 2020-ci il tarixdə Balakən rayonu Qazma kəndində olan “Durma gəl” kafesində onun 1.650 (min altı yüz əlli) manat məbləğində pulunu alıb ələ keçirib maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs11 dövlət xətti ilə güzəştli şərtlərlə iribuynuzlu heyvanların ucuz qiymətə satılması adı ilə aldadaraq onun 15 fevral 2020-ci il tarixdə Balakən şəhərindəki “Əkizlər” kafesində bir baş cins inək və iki baş cins düyə üçün 2.700 manat, bundan sonra əlavə olaraq 2020-ci ilin fevral ayının axırlarında Balakən rayonunun Hənifə kəndi ərazisində bir baş cins inək və iki baş cins dana üçün 2.800 manat, daha sonra 20 mart 2020-ci il tarixdə Balakən rayonunun Qazma kəndində iki baş cins dana üçün əlavə 1.300 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirməklə zərəçəkmiş şəxsə ümumilikdə 6.800 (altı min səkkiz yüz) manat xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi tanışı Zərərçəkmiş şəxs26 dövlət xətti ilə güzəştli şərtlərlə bir baş cins inək gətirəcəyi barədə yalan vəd verib aldadaraq 2020-ci ilin mart ayında Balakən şəhərində olan “Bayraq meydanı” yaxınlığında onun 1.500 (min beş yüz) manat pulunu alaraq ələ keçirib maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan, başqa o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs27 dövlət xətti ilə güzəştli şərtlərlə iki baş cins boğaz düyə gətirəcəyi barədə yalan vəd verib aldadaraq 2020-ci ilin mart ayında Balakən rayonunun Qasbinə kəndində onun 2.500 (iki min beş yüz) manat pulunu alaraq ələ keçirib maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs28 dövlət xətti ilə güzəştli şərtlərlə beş baş cins inək gətirəcəyi barədə yalan vəd verib aldadaraq 2020-ci ilin mart ayında Balakən rayonunun Hənifə kəndində onun 6.000 (altı min) manat pulunu alaaq ələ keçirib xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs16 dövlət xətti ilə güzəştli şərtlərlə bir baş cins inək gətirəcəyi barədə yalan vəd verib aldadaraq 2020-ci ilin mart ayının sonunda Balakən rayonunun Hənifə kəndində onun 1.500 (min beş yüz) manat pulunu alaraq ələ keçirib maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs17 dövlət xətti ilə güzəştli şərtlərlə altı baş cins inək gətirəcəyi barədə yalan vəd verib aldadaraq 2020-ci ilin mart ayının sonunda Balakən rayonunun Qazma kəndində olan “Durma gəl” kafesində onun 9.000 (doqquz min) manat pulunu alaraq ələ keçirib xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs3 Balakən rayon X91 Mərkəzində sürücü vəzifəsinə işə düzəldəcəyi barədə yalan vəd verib aldadaraq, 2020-ci ilin yanvarfevral aylarında Balakən rayonunun Qazma kəndində olan “Durma gəl” kafesində 2.000 manat pulunu, həmçinin dövlət xətti ilə güzəştli şərtlərlə iki baş cins inək gətirəcəyi adı ilə aldadıb 3.000 manat pulunu, 30 mart 2020-ci il tarixdə həmin ünvanda sonuncunu vahid niyyətlə əhatə olunan qəsdlə alaraq ələ keçirməklə zərərçəkmiş şəxsə ümumilikdə 5.000 (beş min) manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs6 dövlət xətti ilə güzəştli şərtlərlə hər birinin qiyməti 800 manat olmaqla iki baş cins düyə gətirəcəyi barədə yalan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə 2020-ci ilin fevral ayının sonunda Balakən rayonu Hənifə kəndində Zərərçəkmiş şəxs6 qardaşı Zərərçəkmiş şəxs12 vasitəsi ilə 1.000 manat pulunu, 2020-ci ilin aprel ayında isə eyni adla Balakən rayonu Qazma kəndində 600 manat pulunu alıb ələ keçirməklə zərərçəkmiş şəxsə ümumilikdə 1.600 (bir min altı yüz) manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs7 dövlət xətti ilə güzəştli şərtlərlə iki baş cins boğaz inək alacağı barədə yalan vəd verib aldadaraq 2020-ci ilin fevral ayının sonlarında Balakən rayonunun Qazma kəndində olan “Durma gəl” kefesində 3.000 manat pulunu, 2020-ci il aprel ayının əvvəlində isə borc adı ilə ondan Balakən şəhəri “Meqa” marketin yaxınlığında 1.500 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirməklə zərərçəkmiş şəxsə ümümilikdə 4.500 (dörd min beş yüz) manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs9 dövlət xətti ilə güzəştli şərtlərlə iki baş cins inək gətirəcəyi barədə yalan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə 14 fevral 2020-ci il tarixdə 2.120 manat pulun istifadəsində olan “Kapital Banka” məxsus plastik karta köçürülməsinə nail olduqdan sonra, 2020-ci ilin aprel ayında isə 1.000 manat pulu Balakən rayonunun Tülü kəndində alıb ələ keçirmiş, vədinə əməl etməyərək zərəçəkmiş şəxsin ümumilikdə 3.120 (üç min yüz iyirmi) manat pulunu ələ keçirib maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Yüzbaşıyev Bayram Şəmsəddin oğluna dövlət xətti ilə güzəştli şərtlərlə bir baş cins inək gətirəcəyi barədə yalan vəd verib aldadaraq 2020-ci ilin aprel ayının sonunda Balakən rayonunun Qazma kəndində onun 1.500 (min beş yüz) manat pulunu alaraq ələ keçirib maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs25 dövlət xətti ilə güzəştli şərtlərlə dörd baş cins düyə gətirəcəyi barədə yalan vəd verib aldadaraq 27 aprel 2020-ci il tarixdə Balakən rayonunun Tülü kəndinə gedən yolda onun 2.800 (iki min səkkiz yüz) manat pulunu alaraq ələ keçirib maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs29 dövlət xətti ilə güzəştli şərtlərlə bir baş cins boğaz düyə gətirəcəyi barədə yalan vəd verib aldadaraq 2020-ci ilin aprel ayında Balakən rayonunun Hənifə kəndində onun 1.200 (min iki yüz) manat pulunu alıb ələ keçirib maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs30 yaşadığı Balakən rayonunun Kortala kəndinə gələrək onun fermasından beş baş iribuynuzlu dananı 7.500 manat dəyərində qiymətləndirdikdən sonra həmin heyvanların əvəzinə ona dövlət xətti ilə güzəştli şərtlərlə dörd baş cins dana və beş baş cins düyə gətirib verəcəyi barədə yalan vəd verib onu aldadaraq 2020-ci ilin aprel ayının əvvəlində həmin heyvanları aparmaqla ələ keçirərək zərərçəkmiş şəxsə 7.500 (yeddi min beş yüz) manat dəyərində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talamaq məqsədilə dövlət xətti ilə güzəştli şərtlərlə iribuynuzlu heyvanların ucuz qiymətə satılması adı ilə Zərərçəkmiş şəxs31 Suleyman oğlundan 2020-ci ilin aprel ayında Balakən şəhərində olan “Bayraq meydanı” yaxınlığında ona bir baş cins inək satılması adı ilə 1.500 manat, 2020-ci il aprel ayının sonunda isə Balakən şəhəri “Azpetrol” yanacaq doldurma məntəqəsinin yanında yenə bir baş düyə üçün 750 manat olmaqla, ümümi 2.250 manat pulunu ələ keçirərək vahid niyyətlə əhatə olunan qəsdlə dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs32 dövlət xətti ilə güzəştli şərtlərlə iki baş cins düyə gətirəcəyi barədə yalan vəd verib aldadaraq 2020-ci ilin aprel ayında Balakən rayonunun Talalar kəndində onun 3.000 (üç min) manat pulunu alaraq ələ keçirib maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs33 Ziyabiddin oğluna dövlət xətti ilə güzəştli şərtlərlə on yeddi baş cins buzov və on altı baş cins düyə gətirəcəyi barədə yalan vəd verib onu aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə 2020-ci ilin aprel-may aylarında Balakən rayonunun Qazma kəndində hissə-hissə olmaqla zərərçəkmiş şəxsin ümumilikdə 17.400 (on yeddi min dörd yüz) manat pulunu alaraq ələ keçirib xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs34 Əbdülməcid oğluna dövlət xətti ilə güzəştli şərtlərlə dörd baş cins düyə gətirəcəyi barədə yalan vəd verib aldadaraq 27 aprel 2020-ci il tarixdə Balakən rayonunun Tülü kəndinə gedən yolda onun 2.800 (iki min səkkiz yüz) manat pulunu alaraq ələ keçirib maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs35 dövlət xətti ilə güzəştli şərtlərlə altı baş cins düyə gətirəcəyi barədə yalan vəd verib aldadaraq 27 aprel 2020-ci il tarixdə Balakən rayonunun Tülü kəndinə gedən yolda onun 4.200 (dörd min iki yüz) manat pulunu alaraq ələ keçirib maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs36 Dərdayıl oğluna dövlət xətti ilə güzəştli şərtlərlə altı baş cins düyə gətirəcəyi barədə yalan vəd verib aldadaraq 27 aprel 2020-ci il tarixdə Balakən rayonunun Tülü kəndinə gedən yolda onun 4.200 (dörd min iki yüz) manat pulunu alaraq ələ keçirib maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs37 dövlət xətti ilə güzəştli şərtlərlə dörd baş cins düyə və bir baş cins inək gətirəcəyi barədə yalan vəd verib aldadaraq 2020-ci ilin aprel ayının sonlarında Balakən şəhərində olan “Azpetrol” yanacaq doldurma məntəqəsinin yaxınlığında onun 4.100 (dörd min bir yüz) manat pulunu alaraq ələ keçirib maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs38 dövlət xətti ilə güzəştli şərtlərlə səkkiz baş cins düyə gətirəcəyi barədə yalan vəd verib aldadaraq 02 may 2020-ci il tarixdə Balakən rayonunun Qazma kəndində həmin dövrdəki məzənnə ilə 4.930 (dörd min doqquz yüz otuz) manat təşkil edən 2.900 ABŞ dolları pulunu alaraq ələ keçirib maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs39 dövlət xətti ilə güzəştli şərtlərlə iki baş cins dana gətirəcəyi barədə yalan vəd verib aldadaraq 2020-ci ilin may ayında Balakən rayonunun Qazma kəndində onun 1.200 (min iki yüz) manat pulunu alaraq ələ keçirib maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs40 dövlət xətti ilə güzəştli şərtlərlə iki baş cins boğaz düyə gətirəcəyi barədə yalan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə 18 mart 2020-ci il tarixdə Balakən şəhəri “Bayraq Meydanı” yaxınlığında 1.800 manat pulunu, 05 aprel 2020-ci il tarixində isə eyni adlı Balakən rayonu Hənifə kəndi ərazisində 600 manat pulunu alaraq ələ keçirməklə zərərçəkmiş şəxsə ümümilikdə 2.400 (iki min dörd yüz) manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs41 dövlət xətti ilə güzəştli şərtlərlə səkkiz baş iribuynuzlu cins heyvan gətirəcəyi barədə yalan vəd verib aldadaraq 2020-ci ilin may ayında Balakən rayonunun Hənifə kəndində onun 4.000 (dörd min) manat pulunu alaraq ələ keçirib xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs42 Əbdüləli oğluna dövlət xətti ilə güzəştli şərtlərlə bir baş cins boğaz düyə gətirəcəyi barədə yalan vəd verib aldadaraq 2020-ci ilin may ayında Balakən rayon Qazma kəndində onun 1.300 (min üç yüz) manat məbləğində pulunu alaraq ələ keçirib maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs43 dövlət xətti ilə güzəştli şərtlərlə iyirmi dörd baş cins düyə gətirəcəyi barədə yalan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə 2020-ci ilin aprel ayından həmin ilin may ayının 20-dək olan müddət ərzində sonuncunun yaşadığı Balakən rayonunun Püştətala kəndində olan evində hissə-hissə olmaqla zərər çəkmiş şəxsin ümumilikdə 30.000 (otuz min) manat pulunu alaraq ələ keçirib xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs44 Bakı şəhəri Bülbülə qəsəbəsində yerləşən fermasında olan iribuynuzlu heyvanlarını dövlət xətti ilə baha qiymətə satacağı barədə ona yalan vəd verib aldadaraq 23 baş inəyi cəmi 67000 manata razılaşaraq 2020ci ilin aprel ayının sonundan həmin ilin may ayının sonlarına qədər olan müddət ərzində həmin ünvandan sonuncunun iribuynuzlu heyvanlarını hissə-hissə aparmaqla vahid niyyətlə əhatə olunmuş qəsdlə ələ keçirib zərərçəkmiş şəxsə ümumilikdə 67.000 (altımış yeddi min) manat - külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməllər üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 11 yanvar 2018-ci ildə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Dövlət X60 Balakən rayon İdarəsinə gözətçi-bağban vəzifəsinə işə düzəlmiş və 14 May 2020-ci ildə işdən azad olunmuşdur. 2019-cu ilin avqust ayının ortarlarında idarənin müdiri Şərifov Məhəmməd onun adına Kənd təsərrüfatı nazirliynə rəy yazılmasını, 23 baş iribuynuzlu heyvanın dövlət proqramı əsasında 60 faiz lizinqə salınmasını bildirmişdir. Bundan sonra akt tərtib olunmuş, aktda guya ona məxsus fermaya baxış keçirilmiş və aktı Şahid4, işçilər T.Məmmədova və S.Səfərov imzalamışlar. Bundan sonra Şahid4 ona rayonun vətəndaşlarından pul toplanması, yəni tanıdığı şəxslərə 1.200 manata inək və dana təklif etməklə, aldığı puldan 100-200 manat özünə, 500 manat Şahid4, 500 manat isə dövlətə ödənilməsini demişdir. O, razılıq verəndən sonra həqiqəti əks etdirməyən 28 avqust 2019cu il tarixli qeydiyyat nömrəsi 123 olan sənəd yazılmışaraq orada qeyd olunmuşdur ki, guya o, azad sahibkar kimi 23 baş heyvan alınması üçün ərizə ilə Balakən X91 Mərkəzinə müraciət etmişdir. Ərizə əsasında Şahid4 rəy yazdırmışdır ki, guya onun təssərufatına baxış keçirilmiş, lakin həqiqətdə isə heç bir baxış keçirilmədən rəyi idarənin müdiri Şahid4 və digər işçilər imzalamışlar. Bundan sonra o, Şahid4 tapşırığı ilə tanışlardan pul toplamağa başlamış və aztəminatlı ailələrə yardım məqsədilə güzəştlə heyvan satılacağına görə mülkiyətlərində kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin olması barədə dövlət aktlarının surətlərini yığımalı olmuşdur. Bundan sonra o, tanışlarına bu barədə danışıb güzəştli şərtlərlə inək almalarını bildirərək ümümi onlardan 6.700 manat pul götürmüş, sonra isə digər şəxslərdən ümümilikdə 25.000 manat pul yığmışdır. Daha sonra Şahid4 göstərişi ilə Bakı şəhərində Aqrar Kredit İnkişaf Aqentliyində işləyən Ramil adlı şəxslə əlaqə saxlamış, Ramil heyvan almaq üçün ona heyvan tədarükü ilə məşğul olan Şahid5 telefonunu vermiş, o, zəng edərək Şahid5la Bakı şəhərində görüşmüş və ona ilk öncə 23 baş heyvan üçün 17.100 manat pul vermiş, 8.050 manatı isə onun bank hesabına keçirmiş və onunla müqavilə bağlamışdır. Sonra Şahid5 23 baş boğaz düyələr alıb Bakıdan Balakənə gətirmiş, həmin 22 baş heyvanın pulunu aldığı şəxslərə paylamış, 1 baş düyəni isə Şahid4 göstərişi ilə onun həyətinə aparmışdır. Sonra Bakıdan Respublika Bank vasitəsilə onun kartına 10.296 manat, daha sonra 7.672 manat, 2.178 manat və 4.000 manat olmaqla ümümilikdə 25.000 manat pul keçirilmişdir. O, kartdan pulu çıxartdıb 25.000 manatı Şahid4 vermişdir. Bütün bunlar 2019-cu ilin oktyabr ayında baş vermişdir. Noyabr ayında Şahid4 ona tapşırmışdır ki, yenə də vətəndaşlardan pul yığılsın, ondan sonra o, təkrarən vətəndaşlardan eyni üsulla təxminən 35.000-40.000 manat pul yığmış və Şahid4 tapşırığı ilə Bakı şəhərinə gedib pulu Şahid5 vermiş, həmçinin Şahid4 ona verdiyi aktı da agentliyə yox, Şahid5 vermişdir. Şahid5 ay yarımdan sonra bildirmişdir ki, malı verə bilmir və pulu qaytarmışdır. Bundan sonra Şahid4 ona başqa tədarükçü tapmasını göstəriş vermişdir. O, “tap.az” saytı vasitəsi “simental” və “holşteyn” cinsli iribuynuzlu heyvavnların satışı ilə məşğul olan Murad adlı şəxslə danışmış və Bakı şəhərinə gedib Muradla görüşüb razılaşmış və ona 25.000 manat pul verib 10 baş heyvan alıb həmin malları vətəndaşlara paylaşdırmışdır. Muradın vasitəsilə Mahir adlı şəxslə tanış olmuş və Mahirlə Bül-bülə kəndində görüşmüş, sonra Mahirdən təxminən 100 baş mal almışdır. Şahid4 heyvanların alınmasını kimin adına rəsmiləşdirməsini bilməmiş, o isə vətəndaşlardan yığdığı pula heyvanlar gətirmiş, Şahid4 pulu ona ödəmiş o isə bank vasitəsi ilə pulu Mahirin qohumlarının adına olan kartlara göndərmişdir. Belə ki, vətəndaşlardan yığılan pulu Mahirin qohumları Sevinc İbrahimovanın adına 18.500 manat, Ceyranxanım Əsədovanın kartına 22.300 manat, Təranə Əmrahovanın kartına 39.115 manat, İntiqam Dərdailovun kartına 65.600 manat köçürmüşdür. Bundan başqa “Ateqo” markalı avtomaşının sürücüsü ilə Mahirə 10.000 manat əlavə pul göndərmiş, sonra isə Mahirə əlbəəl 6.000 manat vermişdir. Şahid4 pulu vermədiyindən o, Mahirə 67.000 manat borclu qalmışdır. Hər bir heyvanın satışından ona 100-200 manat pul qalmış, qalan pulları isə Şahid4 vermiş, ümümilikdə Şahid4 təxminən 200.000 manata yaxın pul vermiş, həmçinin bir neçə nəfəri işə düzəltmək üçün aldığı pulları da Şahid4 vermiş, lakin Şahid4 həmin şəxsləri işə düzəltməmişdir. Belə ki, Zərərçəkmiş şəxs15 ilə 2020-ci ilin mart ayında Şirin Kazımovun vasitəsi ilə tanış olmuş və 3 baş düyə alınmasından ötrü ondan 2.250 manat pul almış, düyə gətirə bilməmiş və sonradan onun pulunu tam ödəmişdir. Zərərçəkmiş şəxs10 Nurəddin oğlu ilə tanışı Elmar İsgəndərovun vasitəsi ilə tanış olmuş, 2020-ci ilin mart ayında Zərərçəkmiş şəxs10ın ona yalnız 6.800 manat pulu Elmar İsgəndərov vermiş, Zərərçəkmiş şəxs10dan 10.400 manat pul almış və ona 3 baş cins dana vermiş, ondan 12.600 manat pul almamış, torpağın sənədlərini də E.İsgəndərov vasitəsilə almışdır. Zərərçəkmiş şəxs18 pul almamış, 2020-ci ilin mart ayında 2.400 manat pulu onun qohumu Zərərçəkmiş şəxs28 2 dananın alınması üçün vermişdir. Sonra o dana gətirə bilmədiyindən Zərərçəkmiş şəxs18ın pulunu ödəmişdir. Zərərçəkmiş şəxs43 heyvan gətirməsi üçün 30.000 manat pul almamış, ondan 20 baş düyə gətirməsi üçün 28.800 manat pul alsa belə heyvanları gətirib verməmişdir. Əvvəl ondan 2.400 manat pulu alıb ona 2 baş heyvan gətirib vermişdir. Zərərçəkmiş şəxs1 həyat yoldaşını ASAN xidmətə xadimə işinə düzəltmək üçün 1.900 manat pul almış, sonra onun qardaşı oğlunun işə düzəldilməsi üçün 3.250 manat pul vermişdir, bundan sonra 3 baş dana alması üçün 1800 manat pul almış, aldığı 5.150 manat aparıb Şahid4 vermiş, həmin puldan ona 500 manat pul vermilmişdir, sonra 2 baş dananı gətirib Ə.Məmmədova vermiş, 1 baş heyvanı karantinə görə verə bilməmişdir və ona 600 manat borclu qalmışdır. Zərərçəkmiş şəxs30 Lalə oğlu ilə onu Zərərçəkmiş şəxs43 tanış etmiş və 2020-ci ilin may ayında o, həqiqətən ondan 5 baş dana götürdüyü üçün 7.500 manat yox, 7.050 manat qiymətləndirərək 4 baş cins dana gətirilməsinə söz vermiş, lakin əvəzində heç nə verməmişdir. Zərərçəkmiş şəxs31 həqiqətən 1 baş inək və 1 baş düyə gətirməsi üçün 1500 manat bir, 750 manat isə bir olmaqla cəmi 2.250 manat pul almış, lakin inək və düyə verməmiş, lakin sonra ona 480 manat pul ödəmişdir. Zərərçəkmiş şəxs20 həqiqətən 2020-ci ilin mart ayında heyvan gətirməsi üçün 7000 manat pul götürmüş, lakin malları gətirib verə bilməmiş və sonradan ona 2.050 manat pul qaytarmış, lakin 4.950 manat qaytara bilməmişdir. Zərərçəkmiş şəxs20 ona Zumrat Dibirovun adına olan torpaqla bağlı sənədlərinin surətlərini vermişdir. Zərərçəkmiş şəxs33 Ziyabiddin oğlundan 2020-ci ilin aprel-may aylarında 1 baş simental cinsli inək və 14 baş simental cinsli düyənin gətirilməsi üçün hissə-hissə olmaqla cəmi 17.400 manat pul almışdır, bundan başqa Zərərçəkmiş şəxs33 kürəkəni Gündüzdən isə 2 baş dana gətirilməsi üçün 3.000 manat pul almışdır. Zərərçəkmiş şəxs28 əvvəllər tanımış, ona da lizinq vasitəsi ilə cins danaların gətirməsini bildirmiş və o ondan bir neçə dəfə cins inək almışdır. Bundan başqa, Zərərçəkmiş şəxs28 5 baş inək üçün 6.000 manat, onun anasından isə heyvan gətirilməsi üçün 4.000 manat pul alsa da sonradan onların pullarını ödəyə bilməmişdir. Zərərçəkmiş şəxs28 ərizə verərək aldığı 6.000 manat pula görə şikayəti olmadığını bildirmişdir. X3 2020-ci ilin mart ayında 6.600 manat pul alıb 6 baş “simental” cinsli düyə gətirməsini söz vermiş, lakin gətirə bilməmişdir. X11 2020-ci ilin mart ayında həqiqətən Elmar İsgəndərovun evində 1.400 manat pulu və torpaq aktını götürüb 2 baş cins dana gətirməsini söz vermiş, lakin gətirməmişdir. Zərərçəkmiş şəxs11 2 boğaz inək və 4 dana üçün ona 6.000 manat pul vermiş, göstərdiyi 2.800 manat pulu E.İsgəndərova vermiş və bu puldan 800 manatı E.İsgəndərov götürmüşdür. Zərərçəkmiş şəxs3 09 fevral 2020-ci il tarixdə Qazma kəndində yerləşən “Durma gəl” kafesində işlədiyi yerə sürücü kimi düzəlmək üçün 2.000 manat pul vermiş, bu barədə o, Şahid4la danışıb razılaşdırmış, Şahid4 sözünə əsasən Zərərçəkmiş şəxs3 sürücülük vəsiqəsi, şəxsiyyət vəsiqəsinin surətlərini götürüb Şahid4 vermiş, bir neçə gündən sonra o, pulu Şahid4 verməmiş, özündə saxlamışdır. Zərərçəkmiş şəxs3 onun yanına gələrək sürücü işləmək istəməməsini və həmin pula mal almaq istədiyini bildirərək həmin kafedə ona əlavə 1.000 manat verib 2 baş simental cinsli inək istəmişdir. Bundan başqa Vüsalın qardaşı X3 7 baş inək gətirməsi üçün 9.000 manat götürmüşdür. Zərərçəkmiş şəxs4 22 yanvar 2020-ci il tarixdə 4 baş simental cinsli mal gətimək üçün Balakən şəhərindəki Bayraq Meydanının yanında 1.800 manat bir, bir aydan sonra isə 400 manat həmin yerdə almış, lakin malları gətirib verməmişdir. X4 2 baş inək gətirməsi üçün 2020-ci ilin fevral ayında 2.100 manat, fevralın 27-də isə 1020 manat pulu kart vasitəsi ilə köçürülmüş, cəmi ondan 3.120 manat pul əldə etmiş, lakin inək verməmişdir. Hücranın qardaşı X30 öz oğlu Akkubayev Şahini DAİM-ə baytar həkim köməkçisi kimi işə düzəltmək üçün ona 3.000 manat pul vermiş, bu işi Şahid4la razılaşdırmış və 3.000 manat pulu Şahid4 vermiş, hətta Şahid4 bu barədə əmr imzalamış, lakin vətəndaşlarla problemlər başlananda Şahid4 əmri ləğv etsə də 3.000 manat pulu qaytarmamışdır. Zərərçəkmiş şəxs16 2020-ci ilin mart ayında 1 baş düyə gətirməsi üçün tanışı X15 vasitəsilə 1.200 manat pulu alıb ona vermiş, sonra mart ayında çətinliyə düşüb düyəni verə bilməmiş, Elmar sonra 1500 manat pulu Şamilə ödəmişdir. Zərərçəkmiş şəxs22 həqiqətən 2020-ci ilin mart ayında 2 baş düyə gətirməsi üçün Bayraq Meydanının yanında 1.500 manat pulu almış, lakin çətinliyə düşüb malları verə bilməmişdir. Zərərçəkmiş şəxs23 həqiqətən 2020-ci ilin mart ayında 2 baş düyə gətirmək üçün “Durma gəl” kafesində 1.500 manat pul almış, lakin malı gətirə bilməmiş, sonra ona 1.000 manat ödəmişdir. Zərərçəkmiş şəxs25 27 aprel 2020-ci il tarixdə 4 baş düyə gətirməsi üçün Tülü kəndinə gedən yolda 2.800 manat pul almış, lakin malları gətirib verə bilməmişdir. Zərərçəkmiş şəxs34 Əbdülməcid oğlundan 27 aprel 2020-ci il tarixdə 4 baş düyə gətirməsi üçün Tülü kəndinə gedən yolda 2.800 manat pul götürmüş, lakin malları verməmişdir. Zərərçəkmiş şəxs35 27 aprel 2020-ci il tarixdə 6 baş düyə gətirməsi üçün Tülü kəndinə gedən yolda 4.200 manat pul götürmüş, lakin malları gətirə bilməmişdir. Zərərçəkmiş şəxs36 Dərdayıl oğlundan 27 aprel 2020-ci il tarixdə 6 baş düyə gətirməsi üçün Tülü kəndinə gedən yolda 4.200 manat pul götürmüş, lakin malları verə bilməmişdir. Zərərçəkmiş şəxs6 2020-ci ilin fevral ayında 2 baş düyə üçün 1.000 manat Hənifə kəndində, aprel ayında isə 600 manat pulu Qazma kəndində cəmi 1.600 manat götürmüş, lakin malları gətirə bilməmişdir. Zərərçəkmiş şəxs7ndan bir neçə dəfə pulunu alıb mal gətirib vermiş, 2020-ci ilin mart-aprel aylarında 4 baş mal gətirilməsi üçün ondan 3.000 manat almış və əlavə olaraq borca 1500 manat pul almışdır, lakin borcdan cəmi 500 manat pul qaytarmış, mallları da gətirə bilməmişdir. Hazırda onun A.Boduroıva 4.000 manat borcu qalmışdır. Zərərçəkmiş şəxs8 2020-ci ilin fevral ayında qohumu Ramazan vasitəsi ilə tanımış, Zərərçəkmiş şəxs8 “ASAN” xidmətə işə düzəltmək istəmiş, bu məsələni o, Şahid4 danışmış, Şahid4 buna görə 5.000 manat pul istəmiş, ondan sonra mart ayının ortalarında Zərərçəkmiş şəxs8 4.500 manat pul gətirib ona Balakən şəhəri "xxxx"-ın yanında vermiş, o da həmin pulu Şahid4 vermiş, həmin puldan Şahid4 ona 350 manat pul vermiş və “ASAN” xidmət yayda Balakəndə açıldıqdan sonra işə düzəldəcəyinə söz versə də, lakin işə düzəltməmişdir. Zərərçəkmiş şəxs24 2020-ci ilin mart ayında Balakən şəhəri ərazisində 1 baş cins düyə gətirmək üçün 600 manat pul alsa da malı gətirməmiş, sonradan həmin 600 manat pulu ona ödəmişdir. Zərərçəkmiş şəxs12 təxminən 2020-ci ilin mart ayında onun evində Hənifə kəndində 2 baş boğaz düyə gətirməsindən ötrü 2.400 manat pul götürmüş, lakin düyələri gətirə bilməmiş və sonradan ona 2.400 manat pulu ödəmişdir. Zərərçəkmiş şəxs38 02 may 2020-ci il tarixdə Qazma kəndinin ərazisində 2.900 ABŞ dollar pulu alıb 8 baş düyə gətirməsini söz vermiş, pulu 1 ABŞ dolları 1.70 manat kursla dəyişdirib 4.930 manat təşkil etmiş və həmin pulu Bakı şəhərində olan qəssab Mahirin qohumlarının ünvanına göndərmiş, lakin düyələri gətirə bilməmişdir. Zərərçəkmiş şəxs39 Zərərçəkmiş şəxs38 bacısıdır, 2020-ci ilin may ayında ondan 2 baş dana gətirilməsi üçün 1.200 manat pulu Qazma kəndində İsmayılın evində götürmüş və pulu Mahirin qohumlarının adına göndərmişdir. Lakin malları gətirib verməmişdir. Muqumov Ramil İsmayıl oğlundan 2020-ci ilin aprel ayının axırlarında Balakən şəhər “Azpetrol” YDM-nin yanında 4 baş cins düyə və 1 baş inək gətirilməsi üçün 4.100 manat pulu almış, bu pulu da Mahirin qohumlarının hesabına göndərmiş, malları verməmişdir. X21 Zərərçəkmiş şəxs37 anasıdır və göstərdiyi pulu ondan yox oğlu Zərərçəkmiş şəxs37 almışdır. X16 əvvəllər pul alıb bir neçə dəfə mal gətirib vermiş, sonra isə 18 mart 2020-ci il tarixdə Balakən şəhəri “Bayraq meydanı” yaxınlığında 1.800 manat, sonra isə Hənifə kəndi ərazisində 600 manat alaraq 2 baş boğaz düyə gətirilməsini söz vermiş, lakin gətirə bilməmişdir. Qaracayeva Şəmsiyyət Əziz qızı tanışı Zərərçəkmiş şəxs28ın anasıdır, ondan mal gətirməsindən ötrü 4.000 manat Hənifə kəndində almış, 2020-ci ilin may ayında isə oğlu Mehmandan 6.000 manat pulu, ümümilikdə 10.000 manat pulu alaraq onlara 8 baş boğaz düyə gətirilməsini söz vermişdir. Lakin düyələri gətirə bilməmişdir. X31 2 baş cins boğaz düyə gətirməsi üçün 2.500 manat pulu 2020-ci ilin mart ayında Qazbinə kəndində almış, lakin malları gətirə bilməmişdir. C.Qımıyevlə tələbəlikdə birlikdə qaldığına görə C.Qımıyev onu bağışlamış və şikayəti olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs13 2020-ci ilin fevral ayında öz oğlu Şahin Akkubayevi DAİM-də baytar həkim köməkçisi vəzifəsinə işə düzəltmək üçün Balakən İH-nin yanında 3.000 manat pul vermiş, bu məsələni o, müdiri Şahid4 danışmış, Şahid4 Ş.Akubayevi işə götürməyə razılıq vermiş və 3.000 manat pulu götürüb həmin puldan ona 150 manat vermiş, 2.850 manat özünə götürmüş, sonradan Şahid4 Ş.Akkubayevi özü qəbul etmiş və Ş.Akkubayevin işə götürülməsi barədə əmr imzalamış, sonradan onun vətəndaşlarla problemləri olanda Şahid4 əmri ləğv etmiş, lakin aldığı pulu qaytarmamışdır. X22 2020-ci ilin mart ayında Balakən şəhərində “Bayraq meydanı”-nın yanında 2 baş heyvan gətirməsi üçün 2.250 manat pul almış, lakin malı gətirə bilməmişdir, sonradan 2020-ci ilin may ayının sonlarında onun pulunu tam ödəmişdir. Yüzbaşıyev Bayram Şəmsəddin oğlundan 1.500 manat pulu Elmar İsgəndərov almışdır. Zərərçəkmiş şəxs44 ilə “tap.az” saytının vasitəsi ilə tanış olduğu Murad tanış etmiş, o, heyvan satışı ilə məşğul olmuş, ona görə də ondan mütamadi olaraq heyvan götürmüş, təxminən ondan 100 başdan çox mal almışdır. 2020-ci ilin aprel-may aylarında Balakən rayon sakinlərindən pul yığmış, lakin müdiri Şahid4 vəsait verilməsini kəsmişdir. Heyvanların alış və satışı bu qiymətlər üzrə aparılımışdır, vətəndaşlardan 1 baş xırda dana üçün 600 manat, 1 baş düyə üçün 1.200 manat, boğaz inək üçün 1.700 manat alınmışdır. Şahid4 isə ona 1 baş xırda dana üçün götürülmüş pula 600 manata əlavə 700 manat pul vermiş, 1.200 manata əlavə 800 manat pul, 1 baş düyə üçün əlavə verilmiş, boğaz inək üçün 1.700 manata, 1500 manat əlavə ödəniş etmiş və nəticədə, o, 1 baş xırda dana üçün götürdüyü 600 üstəgəl 700 cəmi 1300 manat pul, düyə üçün 1.200 manat üstəgəl 800 manat, cəmi 2.000 manat pul, 1.700 manat üstəgəl 1500 manat, cəmi 3.200 manat boğaz inək üçün Mahirə vermiş, yəni bazar qiymətinə Mahirdən mal almışdır. Vətəndaşlardan yığılan pula Şahid4 pul əlavə etmiş və toplanan pulu Mahirin qohumlarının hesabına göndərmişdir. Lakin Şahid4 sonuncu vaxtlarda əlavə pul vermədikdə o, Mahirə tam pulu verə bilməmiş və Mahirə 67.000 manat borc əmələ gəlmişdir. Zərərçəkmiş şəxs14 2020-ci ilin fevral ayında “Balakən” kafesində oğlu Elçinin “ASAN xidmət”-ə işə düzəltməsini ondan xahiş etmiş, bundan sonra o, müdiri Şahid4 yanına gedərək iş barədə söhbət etmiş, Şahid4 5.000 manat müqabilində işə düzəldə biləcəyini bildirmiş, o isə 5.500 manata Zərərçəkmiş şəxs14lə danışıb pulu almış və aparıb Şahid4 vermiş, Şahid4 isə həmin puldan 500 manat ona zəhmət haqqı vermişdir. 2020-ci ilin mart ayında Balakən şəhərində Zərərçəkmiş şəxs14 onun yanına gələrək 1 baş cins düyə almaq istədiyini bildirmiş və ona 1.200 manat pul vermişdir. Lakin heyvanı ona gətirə bilməmişdir. Sonra Zərərçəkmiş şəxs14 oğlu Elçin yol nəqliyyat hadisəsində vəfat etmiş və Zərərçəkmiş şəxs14 verdiyi pulu ondan istəmiş, bu barədə o, Şahid4 desə də Şahid4 pulu qaytarmamışdır. Zərərçəkmiş şəxs42 Əbdüləli oğlundan 2020-ci ilin may ayında 1 baş “simental” cinsli boğaz düyə gətirilməsi üçün onun Qazma kəndində olan evində 1.300 manat pulu almış, lakin heyvan gətirə bilməmişdir. Cinayət işində olan X23, X32, Feyzullah Qədirov, X40, X66, X75, Zərərçəkmiş şəxs29, X33, X53, X76, X67, X34, X35, Zərərçəkmiş şəxs17, X5, X54, Zərərçəkmiş şəxs37, X55, X56, X41, Zərərçəkmiş şəxs26 Necməddin oğlu, Zərərçəkmiş şəxs10 Nurəddin oğlu, X42, X12, Zərərçəkmiş şəxs21 adlarını şəxsiyyət vəsiqələrinin surətləri və həmin şəxslərə aid torpağa mülkiyyət hüququna dair dövlət aktlarını onlardan almışdır. Səbəbi onun adına ilk dəfə guya 23 baş malın rəsmiləşdirilməsi olmuşdur. Onların adına heyvanların rəsmiləşdirilməsi və lizinq vasitəsi ilə ödəniş olunması barədə ona Şahid4 göstəriş vermişdir. İlk dəfə 23 baş heyvanla olan əməliyyat bitdikdən sonra o, bir də onun adına belə əməliyyatın rəsmiləşdirilməsindən imtina etmiş və həmin vətəndaşların sənədləri onda qalmışdır. İlkin araşdırma gedəndə həmin sənədləri təqdim etmişdir. Özünə məxsus maşını özü Zərərçəkmiş şəxs23 vermişdir ki, ondan şikayət etməsin . Bundan başqa ilkin araşdırma zamanı o, X13 adına, X8, X24, X9 adına olan pul köçürmə çeklərini özü təqdim etmiş və bu vətəndaşlardan yığılan və Zərərçəkmiş şəxs44 mal-heyvan üçün göndərdiyi pullardır, ümümilikdə o, Mahirə 300.000 manat pul vermiş və 100 başdan yuxarı mal heyvan alıb Balakənə gətirib vətəndaşlara paylamış, Şahid4 bu əməliyyatdan təxminən 200.000 manat, o, isə təxminən 15.000 manat pul əldə etmişdir. Şahid4 ona dövlət proqramı ilə işləməsini və lizinq vasitəsilə hevanların pulunun ödənilməsini bildirmiş, o isə həmin şəxslərə Şahid4 dediklərini demişdir. Həmin şəxslərin kimdən isə çox pul alınmasında onu xəbəri olmamışdır. Əfqan Məmmədov ona mala görə pul versə də ona mal verməmişdir. Sumqayıt şəhərində olan Zülfüqar adlı şəxsdən 5 baş mal-qara almış, Laçın Məmmədovdan 1.000 manat alaraq ona 1 baş iribuynuzlu heyvan vermiş, Balakən rayonu Sarıbulaq kənd sakini Ramazan adlı şəxsdən 2.000 manat alıb 2 baş və Naib adlı şəxsdən 1.700 manat alıb 2 baş, Qabaqçöl kənd sakini Çikarov Şamildən 1200 manat, İslam Noyevdən 1.000 manat və Şahin adlı şəxsdən 2.000 manat pulu alıb onlara iribuynuzlu heyvan vermişdir. Tülü kənd sakini “qəssab Şahin”dən 15.000 manat alıb ona 12 baş iribuynuzlu heyvan vermiş və Amil adlı şəxsdən 16.800 manat pulu alıb 17 baş iribuynuzlu heyvan söz vermiş, lakin sonradan 11.750 manat pulu qaytarmışdır. Qazma kənd sakinləri Anar, Məhəmməd və Rəşad Balagözova iribuynuzlu heyvanlar satmış, Şambul kənd sakini “qəssab Natiq”-dən 14 baş heyvan üçün 14.000 manat pul almış, Gündüz adlı şəxsdə 3 baş iribuynuzlu heyvan üçün 3.000 manat, Ramiz Musayevdən 1 baş iribuynuzlu heyvan üçün 1.200 manat, Hənifə kənd sakini Nazim adlı şəxsdən eyni adla 2.400 manat pul almışdır. Mehman 20 baş mal ücün 24.000 manat, qəssab Şahin 12 baş üçün 15.000 manat, Elmar 30 baş üçün 32.000 manat, Babək 24 baş dana üçün 28.800 manat, Natiq 14.000 manat, Amil 17 baş üçün16800 manat, Gündüz 3 baş üçün 3.000 manat, Nazim bir baş üçün 2.400 manat, Ramizdən 1200 manat pulu götürüb Mahirin qohumların adına köçürmüşdür Amil adlı şəxs Zərərçəkmiş şəxs20 qardaşıdır ona 11750 manat qaytarılmışdır. Mal-heyvanı X57, X58, X47, X59, Kənan Lələyevin yük maşınları ilə Balakən şəhərinə gətirmişdir. Balakən rayon sakinləri Zərərçəkmiş şəxs29 1200 manat pulu Mehmanın vasitəsi ilə, Zərərçəkmiş şəxs16 Elmarın vasitəsi ilə 1500 manat, Zərərçəkmiş şəxs17 9000 manat və Zərərçəkmiş şəxs19 isə 1650 manat Laçının vasitəsi ilə eyni adla pulu alıb ələ keçirmişdir. Təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlini törətməsi özünün ifadəsi ilə yanaşı cinayət işi üzrə olan aşağıdakı dəlillərlə tam sübuta yetirilir. Belə ki, məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, 2020-ci ilin yanvar ayında Balakən rayonunda açılmış ASAN xidmətə həyat yoldaşı Nərgiz Məmmədovanı işə düzəltmək məqsədlə tanışı Mehmanın vasitəsilə X91 Mərkəzində işləyən Təqsirləndirilən şəxsla tanış olmuş, Fərhada bu məqsədlə 18 yanvar 2020-ci il tarixdə Balakən şəhərindəki “Bayraq meydanı” olan yerdə görüşüb 1.900 manat pul vermiş, Fərhad bu pulun müqabilində onun yoldaşını xadimə işinə düzəltməsini vəd vermişdir. Bundan sonra qardaşı oğlu Lətifi “ASAN xidmət”ə mühafizəçi işinə düzəltməsini Fərhaddan xahiş etmiş, Fərhad buna görə ondan 5.000 manat pul istəmişo isə 3.250 manat pul düzəldərək 05 fevral 2020-ci il tarixdə həmin yerdə Fərhada vermişdir. Fərhad tərəfindən ucuz qiymətə cins mal qara gətirməsini eşitmiş, 18 mart 2020-ci il tarixdə Fərhadla “Durma gəl ” kafesində görüşmüş və ona əlavə 1800 manat pul verərək 3 baş cins düyənin gətirilməsini sifariş vermişdir. Fərhad ona 1 baş dana və 1 baş cins inək vermişdir. Lakin söz verdiyi qohumlarını işə düzəltməmiş, 1 baş düyəni 600 manat qiymətləndirərək onu aldadaraq verməmiş və nəticədə ümümi olaraq ona 5.750 manat ziyan vurmuşdur. Hazırda ziyanın ödənilməsini tələb edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, 2020-ci ilin fevral aylarında uzaq qohumu olan Fərhadın ucuz qiymətə “simental” cinsli inəklər gətirib satmasını bilmiş, buna görə o, qardaşı Elmarla birlikdə 09 fevral 2020 il tarixdə Fərhadla Qazma kəndində olan “Durma gəl” kafesində görüşmüş, Fərhad ona özünün DAİM-in işçisi olduğunu bildirmiş, o da ona bir baş düyə gətirməsi üçün 600 manat, sonra isə 1 baş inək üçün 1.200 manat pul vermiş, Fərhad həmin malları gətirib ona vermişdir. Bundan sonra Fərhad ona Balakən rayonu DAİM-də işlədiyni bildirərək həmin idarəyə sürücü işinə düzəlməsini təklif edərək buna görə ondan 3.000 manat pul istəmiş, həmin pulu DAİM-in müdiri Şahid4 verəcəyini bildirmiş, hətta kafenin kabinetindən çıxaraq kimnlə isə telefonla danışmışdır. 25 fevral 2020 il tarixdə o, qardaşı Elmarla birlikdə həmin kafedə Fərhadla görüşüb ona şəxsiyyət və sürücülük vəsiqələrinin surətlərini və 2.000 manat pul verərək işə düzəldikdən sonra əlavə 1.000 manat verəcəyini bildirmişdir. Daha sonra 30 mart 2020-ci il tarixdə həmin kafedə Fərhadla görüşmüş və 2 baş cins boğaz inək gətirməsi üçün ona əlavə olaraq 3.000 manat pulu və özlərinə məxsus torpaq aktının surətini vermişdir. Təxminən 2020-ci ilin may ayında Fərhadla görüşən zaman, Fərhad ona işə düzəldə bilməcəyini, ondan aldığı pulu kiməsə verdiyini, lakin geri ala bilmədiyni bildirmiş, bu pulun müqabilində ona 2 baş boğaz inək və 4 baş boğaz düyə verəcəyinə söz vermiş, lakin pulu və heyvanı verməyərək ona 5.000 manat ziyan vurmuşdur. Hazırda ziyanın ödənilməsini tələb edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, 2020-ci ilin yanvar ayında həmkəndlisi Zərərçəkmiş şəxs28 eşitmişdir ki, Fərhad adlı şəxs ucuz qiymətə cins inəklər gətirib satır, buna görə o, 22 yanvar 2020-ci il tarixdə Mehmanla birlikdə Fərhadla Balakən şəhəri “Bayraq meydanı”-da görüşmüş və Fərhada 4 cins düyənin gətirməsi üçün əvvəlcə 1.800 manat, fevral ayında isə 400 manat pul vermiş, Fərhad mal-qaranı 3 aya gətirməsinə söz vermiş, lakin onu aldadaraq malları gətirməmiş və ona ümümilikdə 2.200 manat ziyan vurmuşdur. Hazırda ziyanın ödənilməsini tələb edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərdi ki, 2019-cu ilin oktyabr ayında eşitmişdir ki, xalası oğlu Fərhad ucuz qiymətə cins inəklər gətirib satır, buna görə Fərhadın yanına getmiş və Fərhad ona Dünya fondunun köməyi ilə “simental” cinsli inəkləri gətirib satmasını bildirmişdir. Bundan sonra Fərhada hissə-hissə 1.000 manat pul vermiş, Fərhad da 2 baş cins düyələri gətirib ona vermiş, o isə həmin danaları bazarda 2.700 manata satmışdır. Bundan sonra o, yenidən Fərhada 1.000 manat bir baş cins inək üçün və 600 manat bir baş dana gətirməsi üçün vermiş, lakin Fərhad mal-qaranı gətirməmiş,aldadaraq ona 1.600 manat ziyan vurmuşdur. Bundan başqa Fərhad onun qaynı Zərərçəkmiş şəxs8ı Balakən rayonunda açılacaq “ASAN” xidmətə mühafizəçi kimi işə düzəltmək üçün Balakən şəhərində "xxxx" binasının yanında ondan 4.500 manat pul alaraq Kamranı aldatmışdır. Hazırda ziyanın ödənilməsini tələb edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərdi ki, 2020-ci ilin fevral ayında həmkəndlisi Zərərçəkmiş şəxs25 eşitmişdir ki, həmkəndlisi Zərərçəkmiş şəxs5 vasitəsilə ucuz qiymətə mal-qara almışdır. Elmarla danışdıqda Elmar ona tanışı Fərhadın Ukraynadan ucuz qiymətə cins mal-qara gətirməsini və satışının təşkil olunmasını bildirmişdir. Bu barədə Elmarla söhbət etdikdən sonra o, 2 baş cins inək gətirilməsi üçün 1.500 manat pulu, torpaq aktının və şəxsiyyət vəsiqəsinin surətlərini aparıb Elmarın həyat yoldaşına vermişdir. Bundan sonra əlavə 2 baş dana almaq istəmiş və Elmarla danışanda Elmar ona mal-qara istəyən başqa həmkəndlilərinin Fərhadla görüşə getməli olduqlarından, ona da təklif etmişdir ki, Fərhadla görüşsün. O da mart ayında həmkəndliləri Elmar, Natiq və Famil ilə birlikdə Qazma kəndində olan “Durma gəl” kafesinə gəlmiş, Fərhad özünü ona DAİM-in işçisi kimi təqdim etmiş və dövlət hesabına cins mal-qara gətirməsini bildirmişdir. Orada Fərhada 1.500 manat pul verib 2 baş cins heyvan istəmiş və bir müddət sonra Fərhadın zəngindən sonra Elmarın evindən 3 baş heyvan götürmüş, digər 2 baş heyvanı aprel ayının sonunda verəcəyini bildirmişdir. 23 aprel 2020-ci il tarixdə Fərhad ona zəng edərək uşağı xəstə olduğu üçün ondan 3.000 manat borc istəmişdir. O da, Fərhada 3.000 manat yox, 1500 manat pul vermişdir. Bundan sonra Fərhad əlavə olaraq 4.500 manata ona 3 baş boğaz cins malın gətirməsini təklif etmişdir. O, pulu “Meqa market”in yanında vermiş və Fərhad onun yanında aparat vasitəsi ilə pulu kiməsə köçürüb çeki ona göstərmiş, o da Fərhada inanmışdır. Bundan sonra Fərhad ona 4 baş kiçik cins heyvan göndərmişdir. Fərhad ondan 1.500 manat borca götürdüyü puldan yalnız 500 manatı qaytarmış, 1.000 manatı qaytarmamış, söz verdiyi mal-qaranı gətirib verməmiş və ona 4.000 manat məbləğində ziyan vurmuşdur. Hazırda ziyanın ödənilməsini tələb edir. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 Nizami oğlu ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən, cinayət işinin 4-cü cildinin 196-197ci vərəqlərində olan ifadəsində göstərmişdir ki, 2020-ci ilin fevral ayında bacısının yoldaşı Zərərçəkmiş şəxs6 vasitəsilə onun qohumu Fərhadla tanış olmuş, Fərhad Balakən rayonuna cins inəklərin gətirməsi ilə məşğul olduğunu bildirmişdir. Bundan sonra özünə iş axtardığı üçün Fərhaddan xahiş etmişdir ki, ona bu məsələdə kömək etsin. Fərhad onu Balakən rayonunda açılacaq “ASAN” xidmətə mühafizəçi işinə düzəldə biləcəyini demiş, o da inanaraq Ramazanla birlikdə Fərhadla Balakən şəhərində "xxxx" binasının yanında görüşüb ona 4.500 manat pul vermiş, lakin Fərhad onu aldadaraq işə düzəltməmiş və ona 4.500 manat ziyan vurmuşdur. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş X17 ifadəsində göstərdi ki, 2019-cu ilin avqust ayında qaynı İsgəndərov Elmar onu Fərhadla tanış edərək Fərhadın Balakən rayonun DAİM-də işlədiyini və ucuz qiymətə mal-qara gətirib satması ilə məşğul olmasını bildirmişdir. Bundan sonra o, Fərhadla 3.120 manata 2 baş “simental” cinsli inəklərin gətirilməsinə razılaşmış, Fərhad ona özünün kart nömrəsini vermiş və o,14 fevral 2020-ci il tarixdə Balakən şəhərində “Milli ön” ödəmə sistemi vasitəsi ilə onun kartına 2.120 manat pulu köçürmüşdir. Bundan sonra Fərhadla Tülü kəndində görüşərək onun özünə 1.000 manat pul vermişdir. Fərhad onu aldadaraq 3.120 manat pulunu ələ keçirmişdir. Bundan başqa, Fərhad onun qardaşı Ə.Akkubayevi də aldadaraq, guya oğlu Şahini Balakən rayon DAİM-ə həkim köməkçisi vəzifəsinə işə düzəldəcəyini söz verib ondan 3.000 manat pul alıb hər hansı bir iş görməməişdir. Hazırda ziyanın ödənilməsini tələb edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs10 Nurəddin oğlu ifadəsində göstərdi ki, o, 2020-ci ilin fevral ayında həmkəndlisi Elmarın yanında olarkən sonuncu ona Balakən rayon kənd təssərrüfatı idarəsində ekspeditor işləyən Təqsirləndirilən şəxs tərəfindən Ukraynadan cins mal gətirib satdığını və ondan 1 baş mal aldığını bildirmişdir. Bundan sonra o, Elmarla birlikdə Balakən şəhərində olan “Bayraq Meydanı”-nın yaxınlığında Fərhadla görüşüb söhbət etmiş, Fərhad ona Kənd təssərrüfatı Nazirliyinin vasitəsi ilə dövlət proqramı xətti ilə lizinq şərtlərilə Ukraynadan ucuz qiymətə cins malların gətirilməsi və 1.500 manata satılmasını bildirmiş, o isə həmin malların bazarda 2.500-3.000 manata olduğunu bilib Fərhada inanaraq 6 baş malın gətirilməsini razılaşmış və özündə olan 9.000 manat pulu şəxsiyyət vəsiqəsinin və mülkiyətdə olan torpağa aid aktın surətlərini Fərhada vermişdir. Təxminən 10 gündən sonra Fərhada zəng edərək onunla Balakən şəhərində görüşmüş və Fərhada digər şəxslərə cins inəklərin 1.200 manata satmasını, ona nəyə görə 1.500 manata verməsini irad kimi bildirmiş, Fərhad isə ona 3 baş inəyi 3.600 manata satacağına vəd vermiş və orada Fərhada əlavə olaraq 3.600 manat pul vermişdir. Bundan sonra 2020-ci ilin mart ayında Fərhad ona zəng vuraraq dana gətirdiyini və Elmarın həyətində saxladığını bildirmiş, o, Fərhadla Elmarın həyətinə gedib orada 13 baş dananı görmüş, Fərhad ona 1 baş inəyin əvəzinə 1.500 manata 3 baş dana verməsini bildirmiş, o da razılaşaraq 3 baş dana götürmüş, beləliklə ona dəymiş ziyan 12.600 manat olmuşdur. Hazırda ziyanın ödənilməsini tələb edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs11 ifadəsində göstərdi ki, 2020-ci ilin yanvar ayında bacanağı Elmar ona bildirmişdir ki, Fərhad ucuz qiymətə cins inəklər gətirib satır, buna görə o, Fərhadla görüşərək Fərhada 2 dana gətirməsi üçün 1.200 manat pul vermiş, Fərhad gətirib danaları vermiş, o da həmin danaları satmışdır. Bundan sonra o, Fərhadla 15 fevral 2020-ci il tarixdə Balakən şəhərində kafedə görüşmüş və Elmarın yanında ona 2.700 manat pul vermiş, Fərhad ona 1 baş boğaz inək və 2 baş dişi dananın gətirməsini vəd vermişdir. Sonra fevral ayında Elmarın evində Fərhada əlavə olaraq 2.800 manat vermiş, Fərhad da 1 baş boğaz inək və 2 baş dişi dananın gətirməsini vəd vermişdir. Təxminən 2020-ci ilin mart ayında Fərhadla “Durma gəl” kafesində görüşmüş və ona əlavə olaraq 2 baş cins dana gətirilməsi üçün 1.300 manat pul vermişdir. Lakin Fərhad onu aldatmış, inək və danaları gətirib verməmiş, ona 6.800 manat məbləğində ziyan vurmuşdur. Hazırda ziyanın ödənilməsini tələb edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs12 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun xalası oğludur, 2019-cu ilin yay aylarında Fərhad ona Dünya Müsəlman fondundan ucuz qiymətə “simental” cinsli inəklərin alqı-satqısı ilə məşğul olduğunu və 1 baş inəyi ona 1.200 manata gətirib verə biləcəyini dedikdə, o, inanıb Fərhadın təklifi ilə şəxsiyyət vəsiqəsinin və torpaq aktının surətini ona vermişdir. Sonra o, qardaşı Zərərçəkmiş şəxs6la birlikdə Hənifə kəndində evlərində Fərhada 1.200 manat pul vermişdir. 2-3 ay keçəndən sonra Fərhad 2 baş inək gətirib onlara vermişdir. O da 2 baş inəyi bazarda 2.700 manata satmışdır. Bir müddət keçəndən sonra o, yenidən evində Fərhada 1.700 manat pul vermiş, bir neçə gündən sonra əlavə 700 manat olmaqla cəmi 2.400 manat pul vermişdir. Fərhad bu pula ona 4 baş cins inək gətirməsini söz vermişdir. Qardaşı Ramazan isə Fərhada mal gətirməsi üçün 1.600 manat pul vermişdir. Lakin Fərhad onları aldatmış, inəkləri verməmiş, ona 2.400 manat ziyan vurmuşdur. Hazırda ziyanın ödənilməsini tələb edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs13 ifadəsində göstərdi ki, 2019-cu ilin noyabr ayında qardaşı Hücran Akkubayevdən eşitmişdir ki, Talalar kəndində yaşayan Fərhad ucuz qiymətə “simmental” cinsli inəklər gətirib satır və şəxsləri işə düzəldə bilir. Həmin vaxt o, oğlu Şahini bir işə düzəltmək istəmiş və qardaşı Hücran Fərhadla danışmasını məsləhət görərək, Fərhadın telefon nömrəsini ona vermişdir. O, Fərhadla zəngləşib 2019-cu ilin noyabr ayında Balakən şəhərində İcra Hakimiyyətinin yanında görüşmüşdür. Fərhad özünü ona Dövlət X60 baş məsləhətçisi kimi təqdim etmiş, DAİM-də işləməsi barədə sənədlər göstərmiş və onun oğlu Şahini 3.000 manat müqabilində DAİM-ə işə düzəldə biləcəyini demişdir. Fərhada inanaraq səhəri gün Fərhadla Balakən şəhərində görüşüb 3.000 manat pulu ona vermişdir. 2020-ci ilin fevral ayında Fərhad ona zəng vuraraq oğlu Şahini DAİM-ə çağırmış, orada Şahini DAİM-in müdiri Məhəmməd Şərifov qəbul edərək suallar vermiş və sonra oğlu evə gəlmişdir. Bir müddət keçəndən sonra Fərhadla daimi əlaqə saxlamış, lakin Şahini işə götürməmişlər. Fərhad tərəfindən aldadıldığını başa düşüb şikayət etmişdir. Hazırda ziyanın ödənilməsini tələb edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs14 ifadəsində göstərdi ki, o, 2020-ci ilin yanvar ayında Təqsirləndirilən şəxs tanımış, Fərhad özünü Balakən rayon DAİM-in işçisi kimi təqdim etmiş və həmin vaxt oğlu Elçin Verdiyev üçün iş axtardığından bu məsələni Fərhada deyərək ondan xahiş etmişdir ki, bu məsələdə ona köməklik etsin. Fərhad da onun oğlunu Balakən rayonunda açılacaq “ASAN” xidmətə işə düzəldəcəyini bildirmiş və buna görə ondan 5.500 manat pul istəmişdir. O, isə 2020-ci ilin fevral ayında onunla Balakən şəhəri “Balakən” kafesində görüşüb 5.500 manat pul vermişdir. Bundan sonra cins inək almaq üçün iki dəfəyə “Bayraq Meydanı”-da 1200 manat pul vermişdir. Lakin Fərhad onun oğlunu işə düzəltməmiş və cins inək verməmiş və ona 6.700 manat ziyan vurmuşdur. Hazırda ziyanın ödənilməsini tələb edir. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs15 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən, cinayət işinin 3-cü cildinin 76-78-ci vərəqlərində olan ifadəsində göstərmişdir ki, 2020-ci ilin mart ayında tanışı Şirin ona bildirmişdir ki, Fərhad adlı şəxs dövlət xətti ilə ucuz qiymətə cins mal-qara gətirir, lakin bunu üçün adına olan torpaq aktının və şəxsiyyət vəsiqəsinin kserosurətlərini vermək lazımdır. O, Şirinə adına torpaq olmadığını demiş, Şirin isə özünə məxsus olan torpaq aktını və şəxsiyyət vəstiqəsini əvəzinə verəcəyini demişdir. Bundan sonra Şirin Fərhadla danışmış, sonuncu 1 baş böyük “simental” cinsli dana və 2 baş həmin cinsindən olan inək gətirmək üçün 2.250 manat istəmişdir. Bundan sonra o, Balakən şəhərində olan “Bayraq Meydanı” yaxınlığında olan çay evində Fərhadla görüşmüş və özündə olan 2.250 manatı 3 baş heyvanın alınması üçün Fərhada vermişdir. Fərhad ona aprel ayınadək 3 baş malı gətirib verəcəyini vəd versə də malı gətirməmiş, o da pulunu tələb etmiş, Fərhad ldığı pulu ona qaytarmışdır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs18 ifadəsində göstərdi ki, 2020-ci ilin mart ayında Balakən rayonu kənd təssərrüfatı idarəsində işləyən Təqsirləndirilən şəxs Ukraynadan “simmental” cinsli mal-qara gətirib ucuz qiymətə satdığını eşitmiş, buna görə də Təqsirləndirilən şəxs telefon nömrəsini tapıb onunla görüşmüşdür. Təqsirləndirilən şəxs ona bildirmişdir ki, mallarının qiymətinin 60 faizını dövlət ödədiyində gətirdiyi mal-qaranı ucuz satır. O, həmin vaxt bazarda inəklərin 2.700- 3.000 manata olduğunu bilərək, Təqsirləndirilən şəxsla 2 baş cins inəyin gətirməsini danışaraq ona 3.000 manat pul vermiş, Təqsirləndirilən şəxs 15 aprel 2020-ci il tarixədək inəkləri gətirib ona verməsini vəd vermişdir. Lakin sonradan Təqsirləndirilən şəxs müxtəlif bəhanələr gətirərək onu aldatmış, pulunu qaytarmamışdır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs20 ifadəsində göstərdi ki, 2020-ci ilin fevral ayının əvvələrində özünü ona Dövlət X60 məsləhətçisi kimi təqdim edən Təqsirləndirilən şəxsla tanış olmuş, Fərhad ona dövlət hesabına kasıb ailələrə güzəştli qiymətə mal-qara gətirilməsi ilə məşğul olmasını bildirmişdir. Bundan sonra o, Qazma kəndin ərazisində Fərhadla görüşüb ona torpaq aktının və şəxsiyyət vəsiqəsinin surətlərini, 4.200 manat pul vermişdir. Fərhad 2 baş dana və 1 baş cins inək gətirmiş, həmin mal-qaranı o, satmış və yenidən Fərhadla danışıb 5 baş cins inək istəmiş, buna görə Fərhad ondan 7.000 manat pul istəmişdir. O, 7.000 manat pulu Fərhadla Qazma kəndində görüşüb vermiş, lakin Fərhad onu aldadaraq malları verməmiş, o, pulu tələb etmiş və Fərhad ona 2.050 manat qaytarmış, lakin 4.950 manat qaytarmayaraq onu aldadaraq maddi ziyan vurmuşdur. Məhkəməyə yazılı ərizə ilə müraciət etmişdir ki, 4.950 manat pulu ona bağışlayır, Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş X78 oğlu ifadəsində göstərdi ki, 2020-ci ilin fevral ayının əvvələrində eşitmişdir ki, Fərhad ucuz qiymətə cins inəklər gətirib satır, buna görə o, Fərhadla görüşmüş və Fərhad özünü ona Dövlət X60 işçisi kimi təqdim etmiş və ucuz mal-qara gətirməsini bildirmişdir. O da Elmarın evində qardaşı oğlu Əlövsətin yanında Fərhada 2 baş cins dananın gətirilməsi üçün 1.400 manat pul və adında olan torpaq aktının və şəxsiyət vəsiqəsinin surətlərini vermiş, lakin Fərhad onu aldadaraq danaları gətirməmişdir. Hazırda ziyanın ödənilməsini tələb edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs22 ifadəsində göstərdi ki, 2020-ci ilin mart ayında iş yoldaşı Zərərçəkmiş şəxs12 onun xalası oğlu Fərhadın Ukraynadan ucuz qiymətə “simental” cinsindən olan mal-qara gətirib satmasını eşitmişdir. Bundan sonra o, Naildən Fərhadın nömrəsini götürüb Fərhadla danışmış və Fərhad ona 1.500 manat pul alıb, əvəzinə aprel ayında 2 baş düyə gətirib verməsini vəd etmişdir. O da Fərhada “Bayraq Meydanı” olan yerdə görüşmüş pulu və həyətyanı torpaq aktının və şəxsiyyət vəsiqəsinin surətini ona vermişdir. Lakin mart-aprel ayı zamanı Fərhad söz verdiyi müddətdə düyələri gətirməmiş və onun zənglərinə cavab verməmiş, o Fərhad tərəfindən aldadıldığını bilmişdir. Hazırda ziyanın ödənilməsini tələb edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs23 Mirzə-Əyub oğlu ifadəsində göstərdi ki, 2020-ci ilin fevral ayında eşitmişdir ki, Fərhad ucuz qiymətə cins inəklər gətirib satır. Buna görə o, Fərhadla “Durma gəl” kafesində görüşmüş və Fərhad ona özünə DAİM-in işçisi olduğunu bildirmiş, o, isə ona 2 baş cins düyə gətirməsi üçün 1.500 manat pulu vermişdir. Fərhad mal-qaranın may ayında gəlməsini söz versə də onu aldatmış, malları gətirməmiş, 1.000 manatı sonra ödəmişdir. Belə ki, bir müddət sonra artıq Təqsirləndirilən şəxs vətəndaşlara çoxlu borclu olduğunu bilmiş və Təqsirləndirilən şəxs ondan şikayət edəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs ona 1.000 manat, sonra isə 300 manat pul versə də qalan 200 manat pulu indiyənədək verməmişdir. Məhkəməyə ərizə ilə müraciət etmişdir ki, ona dəymiş maddi ziyan tam ödənilmişdir, Fərhada qarşı şikayət və tələbi yoxdur. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs24 ifadəsində göstərdi ki, 2020-ci ilin fevral ayında iş yoldaşı Zərərçəkmiş şəxs12gildə cins heyvanlar görmüşdür. Nail ona Fərhad adlı şəxsin ucuz qiymətə cins inəklər gətirib satmasını demiş, o da həmin mal-qaradan almaq istədiyni bildirmişdir. Bundan sonra Nailin vasitəsilə Fərhadla əlaqə yaradıb Fərhadın yanına getmiş və Naildə gördüyü düyələri almaq istədiyni bildirmişdir. Fərhad ona torpaq aktının və şəxsiyyət vəsiqəsinin surətlərini və dövlət xətti ilə gətirilən 1 baş düyəyə 600 manat pul lazım olduğunu bildirmişdir. O, 2020-ci ilin mart ayının əvvələrində Balakən şəhərində Fərhadla görüşüb ona 600 manat pul vermiş, Fərhad da malları 3 ay müddətinə gətirəcəyini söz vermiş, lakin əməl etməmiş və onu aldatmış, sonra da pulunu qaytarmamışdır. Məhkəməyə ərizə ilə müraciət etmişdir ki, ona dəymiş maddi ziyan tam ödənilmişdir, Fərhada qarşı şikayət və tələbi yoxdur. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs39 ifadəsində göstərdi ki, 2020-ci ilin aprel ayının sonlarında qardaşı Zərərçəkmiş şəxs38 eşitmişdir ki, Talalar kəndində yaşayan Təqsirləndirilən şəxs ucuz qiymətə Ukraynadan “simental” cinsli inəklər gətirib satır. O da qardaşı İsmayılla birlikdə 02 may 2020-ci il tarixdə Qazma kəndinin ərazisində Fərhadla görüşmüş, İsmayıl cins inək və düyə almasından ötrü Fərhada 2.900 ABŞ dollar pul vermiş, həmin vaxt o da Fərhadla söhbət aparmış və Fərhad ona 1.200 manat müqabilində 2 baş cins dana gətirəcəyinə söz vermişdir. Ona görə də o, səhəri gün Fərhadın yanına Qazma kəndində qardaşı İsmayılın evində Fərhada 1.200 manat pul vermiş, Fərhad heyvanları may ayının sonunadək gətirib verəcəyinə söz vermişdir. Lakin Fərhad onu aldadaraq hevanları gətirməmiş və pullarını qaytarmamışdır. Hazırda ziyanın ödənilməsini tələb edir. Məhkəmədə zərəçəkmiş şəxs qismində dindirilmiş Yüzbaşıyev Bayram Şəmsəddin oğlu ifadəsində göstərdi ki, 2020-ci ilin yanvar ayında Balakən rayon sakini Təqsirləndirilən şəxs ucuz qiymətə iribuynuzlu heyvanların rayona gətirilib satdığını eşitmişdir. Bu barədə Təqsirləndirilən şəxs maraqlandıqda o bildimişdir ki, bir baş “simmental” cinsli inəyi güzəştli şərtlərlə 1500 manata gətirir. Həmin ilin fevral ayında Təqsirləndirilən şəxsla Balakən rayonunun Qazma kəndində görüşüb bir baş inək üçün ona 1500 manat pul vermişdir. Lakin aradan bir neçə ay keçməsinə baxmayaraq Təqsirləndirilən şəxs inəyi gətirməmişdir. O da aldandığnı baş düşmüş bu səbəbdən Təqsirləndirilən şəxs pulunu geri almışdır, hazırda heç bir tələbi yoxdur. Məhkəməyə ərizə ilə müraciət etmişdir ki, ona dəymiş maddi ziyan tam ödənilmişdir, Fərhada qarşı şikayət və tələbi yoxdur. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs25 ifadəsində göstərdi ki, 2020-ci ilin yanvar ayında həmkəndlisi İsgəndərov Elmardan tanışı Fərhadın Ukraynadan ucuz qiymətə cins mal-qara gətirilməsini və 1 baş inəyi 1500 manata satdığını bilmişdir. O da 02 fevral 2020-ci il tarixdə Elmarla birlikdə Qazma kəndində olan “Durma gəl” kafesində Fərhadla görüşüb söhbət etmiş, Fərhad ondan 4 kiçik düyə üçün 1.500 manat pul istəmiş, o, əvvəl inanmayaraq pulu Fərhada yox Elmara verib “səni tanıyıram” demiş, sonra isə Fərhada 4 baş kiçik dana gətirilməsi üçün 1.500 manat pul vermiş və 21 aprel 2020-ci il tarixdə Fərhad ona zəng edərək 4 düyəni gətirib Elmara verdiyini bildirmiş, o isə gedib düyələri Elmardan götürmüşdür. 25 aprel 2020-ci il tarixdə Fərhad ona zəng edərək görüşmək istədiyini bildirmiş, Elmar onu evinə çağırmış və o, həmkəndliləri Zərərçəkmiş şəxs36, Zərərçəkmiş şəxs35 və Şindiyev Vusal ilə birlikdə Elmarın evinə getmişlər. Orada Fərhadla tanış olmuşlar, Fərhad özünü onlara Balakən rayonun DAİM-in işçisi kimi təqdim etmişdir. Bundan sonra 27 aprel 2020-ci il tarixdə onlar Tülü kəndində Fərhadla görüşmüşlər. Fərhad onları mayın 10-da mal-qaranın gələcəyinə əmin etmişdir. O, Fərhada 4 baş cins dana üçün 2.800 manat, Zərərçəkmiş şəxs34 4 baş cins dana üçün 2.800 manat, Zərərçəkmiş şəxs35 6 baş cins dana üçün 4.200 manat, Zərərçəkmiş şəxs36 6 baş cins dana üçün 4.200 manat pul vermişlər, Fərhad onlardan pulu alsa da danaları verməmiş, şəxsən ona 2.800 manat məbləğində ziyan dəymişdir. Hazırda ziyanın ödənilməsini tələb edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs27 ifadəsində göstərdi ki, 2010-2014-cü illərdə Təqsirləndirilən şəxsla birlikdə Gürcüstan Respublikasında ali təhsil almışdır. 2020-ci ilin mart ayının axırlarında Fərhad ona 1 baş inəyi 1.250 manata gətirəcəyini bildirmiş, bundan sonra o, Fərhada 2 baş cins mal gətirməsi üçün 2.500 manat pul vermiş, lakin Fərhad söz verdiyi malları gətirib ona verməmişdir. Məhkəməyə ərizə ilə müraciət etmişdir ki, ona dəymiş maddi ziyan tam ödənilmişdir, Fərhada qarşı şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs30 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən, cinayət işinin 2-ci cildinin 28-29-cu vərəqlərində olan ifadəsində göstərmişdir ki, 2020-ci ilin aprel ayında X91 Mərkəzində işləyən Təqsirləndirilən şəxsla onu həmkəndlisi Babək tanış etmiş, Fərhad ona dövlət tərəfindən 62 faiz ödəməklə Ukraynadan cins malların güzəştli şərtlərlə gətirilməsini bildirib onda olan 5 baş dananı 7.500 manat dəyərində hesablayaraq götürmüş, əvəzində isə 10 may 2020ci il tarixədək 4 baş dana və 5 baş düyə gətirib verməcəyinə söz vermiş, lakin Fərhad onu aldadıb malları verməmiş və ona 7.500 manat məbləğində ziyan vurmuşdur. Bundan sonra Babək ona 4.000 manat pul təklif etmiş, lakin o, razılaşmamışdır. Babəkdən və Fərhaddan pulunun geri qaytarılmasını tələb rdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs31 ifadəsində göstərdi ki, o, 2020-ci ilin fevral ayında həmkəndlisi Zərərçəkmiş şəxs28 bilmişdir ki, X91 Mərkəzində işləyən Təqsirləndirilən şəxs çoxlu sayda dövlət xətti ilə mal-qara gətirib satır və bunun üçün toqrpaq aktının və şəxsiyyət vəsiqəsinin surəti lazımdır. Həmin vaxt Zərərçəkmiş şəxs28 bir baş cins inəyə görə 1.200 manat lazım olduğunu bildirmiş, o da Zərərçəkmiş şəxs28lə Balakən rayonunda görüşüb 1.200 manatı ona vermişdir. Bir müddət keçəndən sonra Mehman ona 1 baş cins inək gətirib vermiş, ona bu sərf etdiyindən o, Mehmandan yenə də heyvan gətirməsini xahiş etmiş, lakin Zərərçəkmiş şəxs28 Fərhadın nömrəsini verib onunla əlaqə saxlanmasını bildirmişdir. 2020-ci ilin aprel ayında Balakən şəhərində “Bayraq Meydanı” deyilən yerdə Fərhadla görüşmüş, Fərhad ona 1 baş cins inək 1500 manata və 1 baş inək balasını 750 manata gətirəcəyini vəd vermiş, o da həmin vaxt 1.500 manat, bir neçə gündən sonra xırda cins heyvan üçün “Azpetrol” YDS-ın yanında 750 manat olmaqla ümümilikdə 2250 manat pul vermiş, lakin Fərhad onu aldadaraq malları ona verməmişdir. Hazırda ziyanın ödənilməsini tələb edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs32 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs uzun illər tanınmış, 2020-ci ilin aprel ayında eşitmişdir ki, Təqsirləndirilən şəxs DAİM-in işçisi kimi güzəştli şərtlərlə cins inəklər gətirib satır, buna görə o, Fərhadla görüşərək 2 baş cins inəyi ona gətirməsini xahiş etmiş, Fərhad buna görə ondan 3.000 manat pul istəmiş, o da Təqsirləndirilən şəxs həmin 3.000 manatı vermiş, lakin Fərhad onu aldadaraq heyvan gətirib verməmişdir. Hazırda ziyanın ödənilməsini tələb edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs33 Ziyabiddin oğlu ifadəsində göstərdi ki, 2020-ci ilin fevral ayının əvvələrində Balakən rayonun mal bazarında eşitmişdir ki, Fərhad “simental” cinsli malların satışı ilə məşğul olur və tez-tez Qazma kəndində “Durma gəl” kafesinə gəlir. Bundan sonra o, həmin kafeyə gedib Fərhadla tanış olmuş, Fərhad özünü ona Dövlət X60 baş məsləhətçisi kimi təqdim etmiş və dövlət hesabına kasıb ailələrə sosial yardım kimi güzəştli qiymətə mal-qara gətirilməsi ilə məşğul olmasını bildirmişdir. Həmçinin DAİM-in müdiri Şahid4 postlardan keçməsi üçün ona arayış verməsini də bildirmişdir. Bundan sonra o, mart ayında onunla “Durma gəl” kafesində görüşüb 8 baş “simental”cinsindən olan düyəni gətirilməsi üçün 6.000 manat pul vermişdir. 10 gün keçdikdə Fərhad ondan əlavə 6.000 manat istəyərək 4 baş inək gətirilməsini vəd vermişdir. Bir müddət sonra Fərhad ona Babək adlı şəxsin telefonunu verərək inəkləri oradan götürməsini demiş, o, gedib Babəkgildən 5 baş inək götürmüşdür. Sonra həyətində onlardan 3 baş heyvanın yararsız olduğunu bilmiş və Fərhada həmin 3 baş heyvanı qaytarmışdır. İkinci dəfə yenidən Fərhada 6.000 manat pul vermiş, Fərhad ona 12 baş buzov gətirib vermiş, , isə həmin malları 7.300 manata satmışdır. Bir həftədən sonra təxminən 10 aprel 2020-ci il tarixdə Fərhad yenidən ona zəng edərək 5.000 manat pula əlavə olaraq 10 baş cins düyələr gətirilməsini söz vermiş, o, Tülü kəndi ərazisində görüşərək əlavə 5.000 manat pul vermişdir. Daha sonra, aprel-may aylarında Fərhad ondan əlavə hissə-hissə ümümi 3.400 manat pul istəmiş və əlavə 7 baş cins buzov gətirilməsini söz vermiş, bundan sonra Fərhad 1 baş inək gətirmiş, lakin həmin inək xəstə olduğu üçün ölmüşdür, Fərhad əvəzinə inək verməsini bildirsə də, lakin verməmişdir. Bundan başqa o, yenidən 4 baş cins düyə gətirilməsi üçün 08 may 2020-ci il tarixdə Fərhada əlavə olaraq 3.000 manat pul vermiş, lakin nəticədə onu aldadaraq cəmi 17.400 manat məbləğində maddi ziyan vurmuşdur. Hazırda ziyanın ödənilməsini tələb edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs34 ifadəsində göstərdi ki, 2020-ci ilin aprel ayında həmkəndlisi İsgəndərov Elmardan tanışı Fərhadın Ukraynadan ucuz qiymətə cins mal-qara gətirilməsini bilmişdir. Ondan sonra Zərərçəkmiş şəxs36, Zərərçəkmiş şəxs35 və Zərərçəkmiş şəxs25lə birlikdə Elmarın evinə gedib orada Fərhadla tanış olmuşlar. Fərhad özünü onlara Balakən rayonun DAİM-in işçisi kimi təqdim etmişdir. 28 aprel 2020-ci il tarixdə onlar Tülü kəndində Fərhadla görüşmüşlər. Fərhad onları may ayında mal-qaranını gələcəyinə əmin etmişdir. Bundan sonra o, Fərhada 4 baş cins dana üçün 2.800 manat, Zərərçəkmiş şəxs25 4 baş cins dana üçün 2.800 manat, Zərərçəkmiş şəxs35 6 baş cins dana üçün 4.200 manat, Zərərçəkmiş şəxs36 6 baş cins dana üçün 4.200 manat pul vermişlər, lakin Fərhad onlardan pulu alıb onları aldatmışdır və danaları verməmişdir. Hazırda ziyanın ödənilməsini tələb edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs35 ifadəsində göstərdi ki, 2020-ci ilin aprel ayında həmkəndlisi İsgəndərov Elmarın yanında olmuş, Elmar ona dövlət xətti ilə cins mal-qara gətirilməsindən danışmış və o, Elmara 3.000 manat verərək 4 baş dana alaraq satmışdır. Aprel ayının axırlarında o, Zərərçəkmiş şəxs36, Zərərçəkmiş şəxs25 və Şindiyev Vusal ilə birlikdə Elmarın vasitəsi ilə Qazma kəndində olan kafedə Fərhadla tanış olmuşlar, Fərhad özünü onlara Balakən rayon DAİMin işçisi kimi təqdim etmiş, tanışı Fərhadın Ukraynadan ucuz qiymətə cins mal-qara gətirməsini bilmişdir. Ondan sonra Zərərçəkmiş şəxs36, Zərərçəkmiş şəxs35 və Zərərçəkmiş şəxs25lə birlikdə Elmarın evinə gedib Fərhadla tanış olmuşlar, Fərhad özünü onlara Balakən rayonun DAİM-in işçisi kimi təqdim etmiş, inəklərin Ukraynadan Bakı şəhərinə gəlməsini, oradan da Balakənə gəlməsinə onları inandırmışdır. Bundan sonra onlar may ayında Tülü kəndində Fərhadla görüşmüşlər. Fərhad onları may ayında malqaranının gələcəyinə əmin etmişdir. O, 6 baş cins dana üçün 4.200 manat, Zərərçəkmiş şəxs34 4 baş cins dana üçün 2.800 manat, Zərərçəkmiş şəxs25 4 baş cins dana üçün 2.800 manat, Zərərçəkmiş şəxs36 6 baş cins dana üçün 4.200 manat pul vermişlər. Fərhad pul alıb onları aldatmış və mal-qaranı verməmişdir. Hazırda ziyanın ödənilməsini tələb edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs36 Dərdayıl oğlu ifadəsində göstərdi ki, 2019-ci ilin fevral ayında həmkəndlisi İsgəndərov Elmarın yanında olmuş, Elmar ona dövlət xətti ilə cins mal-qara gətirilməsindən danışmış və o, Elmara 1.500 manat verərək 4 baş xırda cins dana almışdır. Aprel ayının axırlarında Elmar onu evinə çağırmış və o, həmkəndliləri Zərərçəkmiş şəxs35, Zərərçəkmiş şəxs25 və Şindiyev Vusal ilə birlikdə Elmarın evinə gedib orada Fərhadla tanış olmuşlar. Fərhad özünü onlara Balakən rayonun DAİM-in işçisi kimi təqdim etmişdir. Bundan sonra onlar Tülü kəndində Fərhadla görüşmüşlər. Fərhad onları may ayında mal-qaranının gələcəyinə əmin etmişdir. Bundan sonra o, 6 baş cins dana üçün 4.200 manat, Zərərçəkmiş şəxs34 4 baş cins dana üçün 2.800 manat, Zərərçəkmiş şəxs25 4 baş cins dana üçün 2.800 manat, Zərərçəkmiş şəxs35 6 baş cins dana üçün 4.200 manat pul vermişlər. Fərhad onlardan pulu alıb onları aldatmış və danaları verməmişdir. Hazırda ziyanın ödənilməsini tələb edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs37 ifadəsində göstərdi ki, 2020-ci ilin aprel ayında həmkəndlisi Zərərçəkmiş şəxs6 vasitəsi ilə Fərhadla tanış olmuş və 4 baş cavan “simental” cinsli düyə və 1 baş inək almaq istədiyni bildirmişdir. Fərhad isə ona torpaq aktının və şəxsiyyət vəsiqəsinin surətini gətirmisini demişdir. 2020-ci ilin aprel ayında Fərhadla “Azpetrol” YDM-nin yaxınlığında görüşmüş və ona 4.100 manat pul vermişdir. Fərhad heyvanları 3 ayadək gətirməsinə söz vermişdir. Bundan sonra o, Ramazandan Fərhadın çoxlu sayda şəxslərin bu yolla aldadılmasını eşitmiş, ona Fərhad tərəfindən 4.100 manat ziyan vurulmuşdur. Hazırda ziyanın ödənilməsini tələb edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs38 Şarif oğlu ifadəsində göstərdi ki, 2020-ci ilin may ayında tanışlardan eşitmişdir ki, Talalar kənd sakini Təqsirləndirilən şəxs ucuz qiymətə Ukraynadan “simental” cinsli inəklər gətirib satır. Buna görə Fərhadın telefon nömrəsini taparaq onunla zəngləşmiş və 2.900 ABŞ dollar pulu olduğunu və heyvan almaq istədiyini bildirmişdir. Sonra Fərhad zəng vuraraq 2.900 ABŞ dolları pulun müqabilində “simental” cinsindən 4 baş boğaz və 4 baş cavan düyə gətirə biləcəyini bildirmişdir. 02 may 2020-ci il tarixdə o, bacısı Zərərçəkmiş şəxs39 ilə birlikdə Fərhadla Qazma kəndində görüşərək 2.900 ABŞ dollarını Fərhada vermiş, lakin Fərhad onu aldadaraq heyvanları gətirib verməmişdir. Hazırda ziyanın ödənilməsini tələb edir. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs40 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən, cinayət işinin 2-ci cildinin 202-206-cı vərəqlərində olan ifadəsində göstərmişdir ki, 2020-ci ilin yanvar ayında Fərhadla həmkəndlisi Zərərçəkmiş şəxs28 vasitəsilə tanış olmuş, Fərhad özünü ona Balakən rayon DAİM-in inspektoru kimi təqdim etmiş və 1.200 manata 1 baş “simental” cinsli inək gətirə biləcəyini, qalan pulu dövlət tərəfindən ödənəcəyini, bunun üçün torpaq mülkiyyəti barədə sənədlər və şəxsiyyət vəsiqəsinin surəti lazım olduğunu bildirmişdir. Ondan sonra Təqsirləndirilən şəxs 1.200 manat pul verərək bir baş inək Mehmanın evindən gəlib götürmüşdür. Bundan sonra 18 mart 2020-ci il tarixdə Təqsirləndirilən şəxsla Balakən şəhəri “Bayraq Meydan”-nın yanında görüşmüş, 2 baş “simental” cinsli inəyin 2.400 manata alınmasını danışmış və ona ilk olaraq 1.800 manat pul vermiş, təxminən 3-5 aprel 2020-ci il tarixdə qalan 600 manatı yaşadığı evin yanında vermişdir. Lakin sonradan Təqsirləndirilən şəxs onu aldatmış, ona heyvan verməmiş və pulu qaytarmayaraq ona 2.400 manat maddi ziyan vurmuşdur. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs41 ifadəsində göstərdi ki, 2019-ci ilin avqust ayında oğlu Zərərçəkmiş şəxs28 yanına gələn tanışı Təqsirləndirilən şəxs Balakən rayonu DAİM-in baş mütəxəssisi kimi tanımış, onun vətəndaşlara güzəştli şərtlərlə iri buynuzlu heyvanların gətirilməsi ilə məşğul olduğunu bilmişdir. Təqsirləndirilən şəxsla danışıb 4.000 manat müqabilində 3 baş “simental”cinsli inək gətirilməsinə razılaşmış və 2020-ci ilin mart ayında yaşadığı evin həyətində 4.000 manatı bu məqsədlə Təqsirləndirilən şəxs vermişdir. Lakin Təqsirləndirilən şəxs onu və oğlu Zərərçəkmiş şəxs28 aldatmış, Mehmandan 6.000 manat, ondan isə 4.000 manat alaraq ona maddi ziyan vurmuşdur. Hazırda ziyanın ödənilməsini tələb edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs42 ifadəsində göstərdi ki, 2020-ci ilin aprel ayında Təqsirləndirilən şəxs qaynı üçün mal gətirəndə görmüş və onu DAİM-in baş mütəxəssisi kimi tanımış, Fərhadın güzəştli şərtlərlə iri buynuzlu heyvanların gətirilməsi ilə məşğul olduğunu biləndən sonra, 2020-ci ilin may ayında Fərhad 1.300 manat müqabilində ona simental cinsli inək gətirəcəyinə söz vermişdir. Buna görə də öz həyətində Fərhada 1.300 manat pul vermiş, lakin Fərhad ona heyvan gətirməyərək onu aldatmışdır. Hazırda ziyanın ödənilməsini tələb edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs44 ifadəsində göstərdi ki, iribuynuzlu heyvanların alqısı-satqısı ilə məşğul olur. 2020-ci ilin əvvələrində tanışı heyvan alveri ilə məşğul olan Murad ona zəng edərək Balakəndən müştəri olduğunu bildirmişdir. Ondan sonra o, Fərhadla telefonla danışıb yaşadığı Bül-bülə qəsəbəsində onunla görüşmüşdür. Fərhad özünü dövlət qurumunda işləyən şəxs kimi təqdim edərək, rayonda aztəminatlı ailələr üçün heyvan almaqla məşğul olduğunu bildirmişdir. Əlavə olaraq onu “simmental” cinsli və qarınında balası olan inəklərin maraqlandığını da demişdir. Ondan sonra Fərhadla birlikdə “Dədə Qorqud” qəsəbəsində olan fermaya getmiş, orada olan bir başın 1.100 manata satılan “simental” cinsindən olan heyvanları ona göstərmişdir. Bundan sonra Fərhad mütəmadi olaraq ondan “simental”cinsindən iribuynuzlu heyvanları alıb aparmağa başlamışdır. Özü bir az savadsız olduğundan qohumlarından xahiş edərək Fərhadın aldığı mal-heyvana görə pullarını onların kartına göndərməsini təşkil etmişdir. Belə ki, Fərhad onun həyat yoldaşının bibisi X18, qayınanası X43, tanışları X36 və Şahid3 Rəfayıl oğlunın adına müxtəlif məbləğlərdə pul vəsaitləri bank vasitəsilə köçürmüşdür. 2020-ci ilin aprel ayında o, “tap.az” saytında özünə məxsus inəyin ucuz qiymətə Balakəndə satıldığını görmüş, həmin nömrəyə zəng vuraraq Mehman adlı şəxslə danışmış, müəyyən etmişdir ki, Fərhad “simental” cinsli inəyi ondan 3.200 manata aldığı halda həmin inək 2.700 manata satılır. Fərhadla danışan zaman Fərhad ona demişdir ki, guya inəklər dövlət xətti ilə aztəminatlı ailələr olan kəndlərə paylanmış, onlar isə həmin malları bazara çıxardıb ucuz qiymətə satırlar və bu barədə Fərhad prokurorluğa müraciət etmişdir. Bundan sonra o, yenə də Təqsirləndirilən şəxs inanmışdır. Sonuncu dəfə 2020-ci ilin may ayının əvvəllərində Təqsirləndirilən şəxs onun fermasına gələrək 23 baş inəyi bəyənərək seçmiş, o, həmin inəklərin bir başının qiymətinin 3000 manat olmasını deyərək, cəminini 69000 manat pula satacağını bildirmişdir. Təqsirləndirilən şəxs xahişi ilə o ümumi məbləğdən 2000 mant güzəşt edərək 23 baş inəyi 6700 manata razılaşmış və Təqsirləndirilən şəxs bir neçə gün ərzində qeyd olunan heyvanları onun fermasında nisyə adı ilə aparmışdır. Bundan sonra Balakəndən Mehman adlı şəxslə birlikdə vətəndaşlar gəlmiş, ondan əvvəl isə Fərhad ondan xahiş etmişdir ki, həmin şəxslərə bu yaxınlarda guya 80 baş heyvan göndəriləcəyi barədə yalan məlumat versin, lakin o, əmin şəxslərə düz danışaraq Fərhadın ona sonuncu dəfə apardığı mal-heyvana görə 67.000 manat borcu olduğunu bildirmişdir. Həmin söhbət zamanı məlum olmuşdur ki, Fərhad onu və Balakən rayon sakinlərini müxtəlif adlarla aldatmışdır. Ondan sonra o, Balakənə Fərhadın evinə gedərək 67.000 manat pulunu tələb etmiş, Fərhad söz versə də pulu verməmiş, onu aldatmış və ona 67.000 manat ziyan vurulmuşdur. Hazırda ziyanın ödənilməsini tələb edir. Məhkəmədə zərəçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs43 ifadəsində göstərdi ki, 2020-ci ilin mart ayında iş yoldaşı Mehmandan Balakən rayon kənd təssərrüfatı idarəsində baş məsləhətçi işləyən Təqsirləndirilən şəxs dövlət xətti ilə malqara gətirməsini öyrənmişdir. Ondan sonra o, Mehmandan Fərhadla tanış olmaq və güzəştli qiymətlə mal-heyvan almaq istədiyni bildirmiş və Mehman onu Fərhadla görüşdürmüşdür. Fərhad ona bildirmişdir ki, güzəştli qiymətlərlə əhaliyə hevan satışını həyata keçirir. Fərhada 2.400 manat verərək 2 baş düyə almışdır. Fərhad xahiş edərək satılacaq 17 baş inəyi gətirib onların həyətinə boşaldıb paylamışdır. Bundan sonra onun daha da Fərhada inamı artımş və aprelin 9-na kimi Fərhada hissə-hissə 30.000 manat pul verərək 24 baş cins düyə gətirməsini sifariş vermişdir. Fərhad ona 20 may 2020-ci il tarixədək 24 baş inəyin gətirilməsini söz vermişdir. Lakin Fərhad onu aldatmış və malları gətirməmişdir. Ondan sonra o, DAİM-in rəhbəri Şahid4 yanına getmiş, Şahid4 isə helə bir işdən xəbəri olmadığını və özünün bu işə aidiyyəti olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs sonra ona 1.200 manat ödəmiş, lakin 28.800 manat pulu qaytarmamış və ona maddi ziyan vurmuşdur. Hazırda ziyanın ödənilməsini tələb edir. Məhkəmədə zərəçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs28 ifadəsində göstərdi ki, 2019-ci ilin yay aylarında əvvəllər tanıdığı Təqsirləndirilən şəxs güzəştli şərtlərlə mal-heyvan gətirib paylamasını eşitmişdir. Fərhad ona özünü Dövlət X60 baş məsləhətçisi kimi təqdim etmiş, ona kənd təsərrüfatının inkişafı və işsizliyin aradan qaldırılması məqsədilə ucuz qiymətə cins malların gətirilməsini bildirmişdir. Bundan sonra o, 05 yanvar 2020-ci il tarixdə ona mülkiyyətində olan torpaq aktı və şəxsiyyət vəsiqəsinin surətini və 2.200 manat pulu vermiş, əvəzində isə Fərhad ona 2 baş cins inək vermişdir. Bir aydan sonra o, yenidən Fərhada 2.400 manat vermiş, 2 baş “simental”cinsli inək almışdır. Bundan xəbər tutan tanışları da inək almaq istədiyni bildirmişlər. Bu barədə Fərhada demiş və Fərhad onu inandırmışdır ki, bütün Balakən rayonuna mal-heyvanı o, gətirib paylayır. Sonra o, müxtəlif şəxslərdən pul yığıb inək alınması üçün Fərhada vermiş, özündə olan 6.000 manatı 5 baş inək gətirməsi üçün Fərhada vermiş, ondan başqa anası da 4.000 manat mal alınması üçün Fərhada pul vermişdir. Bundan sonra o, pulu aldığı vətəndaşlara pul qaytarmaq üçün "xxxx"-dan kredit götürüb vətəndaşların pulunu Fərhadın əvəzinə ödəmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona 6000 manat məbləğində ziyan vurulmuşdur. Hazırda ziyanın ödənilməsini tələb edir. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs26 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən, cinayət işinin 6-cı cildinin 272-273-cü vərəqlərində olan ifadəsində göstərmişdir ki, 2020-ci ilin mart ayında Fərhad Məmmədola tanış olmuş, Fərhad ona özünü DAİM-in işçisi kimi təqdim etmiş və ucuz qiymətə cins malın 1.500 manata gətirməsi söz vermiş və ondan torpaq aktını və şəxsiyyət vəsiqəsinin surətini istəmişdir. Bundan sonra o, Fərhadla Balakən şəhərinin ərazisində görüşmüş və ona 1.500 manat pul vermiş, lakin Fərhad onu aldatmış və heyvan verməmişdir. Hazırda Təqsirləndirilən şəxs məsuliyyətə cəlb olunmasınə tələb edir. Məhkəmədə zərəçəkmiş şəxs qismində dindirilmiş X15 ifadəsində göstərdi ki, 2020ci ilin yanvar ayının əvvələrində özünü ona Dövlət X60 baş mütəxəssisi kimi təqdim edən Təqsirləndirilən şəxsla kəndlərində olan “Durma gəl” kafesində tanış olmuş, Fərhad ona kənd təsərrüfatının inkişafı və işsizliyinin aradan qaldırılması məqsədilə ucuz qiymətə cins malların gətirməsini bildirmiş və ona kömək etməsini təklif etmiş, o da Fərhada inanaraq onunla razılaşmışdır. Bundan sonra Fərhad onların kəndinə gəlmiş və o, ona 1 baş inək üçün 1.200 manat pul vermiş və Fərhad onların həyətinə malları gətirərək ona 1 baş cins inək vermişdir. Bundan sonra Fərhad ona 7 baş cins inək gətirilməsini söz vermiş və buna görə o, bankdan kredit götürərək ona öz evində 9.000 manat pul vermiş, lakin Fərhad onu aldadaraq inəkləri gətirməmiş və pulunu verməmişdir. Bundan başqa o, bir neçə tanışını və qardaşını Fərhadla tanış etmiş, lakin Fərhad onları aldatmışdır. Təqsirləndirilən şəxs onun qardaşı Vüsaldan Balakən rayon DAİM-ə işə düzəldilməsi üçün 2.000 manat almış, lakin Fərhad onu da aldatmışdır. Hicran Fərhada inək almaq üçün 2000 manat və borc kimi 1.000 manat pul vermişdir. Bundan sonra Zərərçəkmiş şəxs16 1500 manat pul alaraq Fərhada inək almaq üçün 1.200 manat vermişdir. O, Zərərçəkmiş şəxs10 Fərhadla tanış etmiş, o da mal-heyvan gətirilməsi üçün Fərhada 11.100 manat pul vermişdir. Zərərçəkmiş şəxs11 malların alınması üçün 6.800 manat pul almış və o puldan Fərhad ona qazanc kimi 800 manat vermişdir. Bundan başqa o, Zümrat Kərimovdan 1.400 manat, Zərərçəkmiş şəxs25 2800 manat, Zərərçəkmiş şəxs35 4.200 manat, Zərərçəkmiş şəxs36 4.200 manat, Zərərçəkmiş şəxs7 4.000 manat Təqsirləndirilən şəxs alıb Fərhada vermişdir. Təqsirləndirilən şəxs isə zəhmət haqqı kimi ona 1.100 manat pul vermişdir. Təqsirləndirilən şəxs dələduzluq etməsini bilməmiş, ona inanmış və aralarında dələduzluq etməsi barədə razılaşma olmamışdır. Cinayət işinə əlavə olunmuş torpaq aktlarının və şəxsiyyət vəsiqələrinin fotoşəkilləri, atası X19, qardaşı Zərərçəkmiş şəxs3 Məhəməməd oğlu və arvadı X6 məxsusdur, o, özünə mal-heyvan almaq üçün Təqsirləndirilən şəxs inanıb Votsap vasitəsi ilə göndərmişdir, bundan əlavə Zərərçəkmiş şəxs16 da sənədlərinin surətini Təqsirləndirilən şəxs heyvan alınması üçün göndərmişdir, adı çəkilən Əliş, Zərərçəkmiş şəxs11dur. Ümümiyətlə Təqsirləndirilən şəxs onun özünü, qohumlarını və tanışlarını aldatmışdır. Hazırda ziyanın ödənilməsini tələb edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs16 ifadəsində göstərdi ki, 2020-ci ilin mart ayında eşitmişdir ki, həmkəndlisi İsgəndərov Elmar dövlət xətti ilə ucuz qiymətə “simental” cinsindən olan mal-qara gətirib satır. Bundan sonra o, Elmarın evinə getmiş və 1 baş cins inəyin gətirilməsini xahiş etmiş, Elmar buna görə 1.500 manat pul, torpaq aktının və şəxsiyyət vəsiqəsinin surəti lazım olduğunu bildirmişdir. Elmara 1.500 manat pul vermiş, Elmar inəyin 20 aprel 2020-ci ildə gələcəyinə söz vermiş, lakin inəyi gətirməmişdir. Elmar onu aldatmış və 1.500 manat ziyan vurmuşdur. İzahatında göstərmişdir ki, 2020-ci ilin mart ayında həmkəndlisi İsgəndərov Elmarın tanışı Fərhad dövlət xətti ilə ucuz qiymətə “simmental” cinsli mal-qara gətirib satdığını, Fərhadın Elmarla birlikdə onu aldadıldığını hesab edir. Məhkəməyə ərizə ilə müraciət etmişdir ki, ona dəymiş maddi ziyan tam ödənilmişdir, Fərhada qarşı şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs17 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən, cinayət işinin 5-ci cildinin 149-151-ci vərəqində olan ifadəsində göstərmişdir ki, 2020-ci ilin fevral ayında eşitmişdir ki, Təqsirləndirilən şəxs DAİM-in işçisi kimi güzəştli şərtlərlə cins inəklər gətirib satır, buna görə o, tanışı Laçından onu Fərhadla görüşdürməsini xahiş etmişdir. Bundan sonra Laçın Fərhadla danışmış və Fərhad hər bir baş cins heyvanının 1.500 manata satıldığını və buna görə şəxsiyyət vəsiqəsinin və torpaq aktının surətinin lazım olduğunu bildirmişdir. Ondan sonra 2020-ci ilin mart ayında o, Laçının yanına Qazma kəndində olan kafesinə gələrək 6 baş heyvanın gətirilməsi üçün 9.000 manat pulu şəxsiyyət vəsiqəsinin və torpaq aktının surətinin gətirməsini bildirmiş, Laçın onun yanında telefonla Fərhadla danışmış, o danışığı eşitmiş və Fərhad pulu Laçının götürməsini tapşırmış və 6 baş heyvanın 10 may 2020-ci il tarixdə gətirilməsinə söz vermiş, o da pulu və sənədləri Laçına vermişdir. Həmin tarixdə heyvanlar gətirilməmiş o, Laçının yanına getmiş və ondan Fərhadın çoxlu vətəndaşları aldatdıənı eşitmişdir. Hazırda ziyanın ödənilməsini tələb edir. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs19 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən, cinayət işinin 5-ci cildinin 237-239-cu vərəqində olan ifadəsində göstərmişdir ki, 2020-ci ilin mart ayında özünə məxsus camışları satmış, həmin vaxt eşitmişdir ki, Qazma kəndində “Durma gəl” kafesində işləyən Laçın Məmmədov ucuz qiymətə “simental” cinsli inəklərin gətirməsini təşkil edir. Laçınla görüşüb söhbət edən zamanı Laçın ona telefonda inək şəkillərini göstərmiş, bir baş inəyin 1.500 manata satılmasını, lakin sağılan inəyin 1.700 manata olduğunu bildirmişdir. Həmin vaxt Laçın inəyin qiyməti barədə kimə isə zəng vurub məsləhətləşirmişdir. Bundan sonra o, evə gedərək əlavə 150 manat götürüb 17 mart 2020-ci il tarixdə Laçına Qazma kəndində 1.650 manat pul vermiş, 50 manatı isə inək gələndən sonra verəcəyini razılaşmışlar. Laçın inəyin mart ayının axırlarında gətirməsinə söz vermişdir. Lakin mart ayının axırında inək gəlməmiş və Laçın inəyin aprel ayında gəlməsini demişdir. Aprel ayının axırlarında o, yenidən Laçının yanına getmiş, Laçın onun 1.650 manat pulun qaytarılacağını bildirmişdir. Lakin bundan sonra Laçın onun 1.650 manatını qaytarmamış və ona maddi ziyan dəymişdir. Hazırda ziyanın ödənilməsini tələb edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs29 ifadəsində göstərdi ki, qonşu Zərərçəkmiş şəxs28 tanışı Fərhadın ucuz qiymətə “simental” cinsli heyvanların 1.200 manata gətirildiyni eşitmiş və Mehmana mal almaq istədiyni bildirmişdir. Bir neçə gündən sonra Mehman Fərhadla birlikdə onlara gəlmiş və Fərhad özünü Balakən rayon DAİM-in işçisi kimi təqdim etmişdir. Ondan sonra 2020-ci ilin aprel ayında ona məxsus 1.200 manat pulu oğlu Elçin Mehmana vermiş və onlar birlikdə Mehmanın həyətinə gələrək oradan 1 baş boğaz heyvan götürüb həyətə gətirmişlər, Lakin həmin heyvan xəstə olduğundan o, bu barədə Mehmana bildirmiş, Mehman Fərhadla onların həyətinə gələrək heyvanı aparmışlar. Bundan sonra Mehman və Fərhad ona heyvan verməmiş və pulu da qaytarmamışlar və nəticədə ona 1.200 manat ziyan dəymişdir. Hazırda ziyanın ödənilməsini tələb edir. Şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən, cinayət işinin 4-cü cildinin 19-22ci vərəqlərində olan ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs44 uzun müdətdir ki, tanıyır və birlikdə mal-heyvan alış-verişi ilə məşğul olurlar. Zərərçəkmiş şəxs44 özünə məxsus olan mallarını onun fermasına yerləşdirmiş və onların yaxşı satılması üçün, “Tap.az” saytında elanlar yerləşdirmişdir. Ondan sonra Balakən rayon sakini Təqsirləndirilən şəxs saytdan telefon nömrəsinin götürüb ona zəng edərək mal-heyvan almaq istədiyni bildirmiş və onlar görüşmüşlər. Təqsirləndirilən şəxs özünü dövlət işçisi kimi Sosial Müdafiə Nazirliynin əməkdaşi kimi təqdim etmiş və Balakən rayonunda dövlət xətti ilə aztəminatlı ailələrə iribuynuzlu heyvanların alınıb verilməsini demişdir. Ondan sonra o, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs44la tanış etmiş və Fərhad Zərərçəkmiş şəxs44 iki maşın iribuynuzlu heyvanlar alıb Balakən rayonuna aparmışdır. Bundan sonra Zərərçəkmiş şəxs44 ondan və digər tanışlardan mal-heyvanları yığıb Təqsirləndirilən şəxs üçün Balakən rayonununa göndərmişdir. Hətta Zərərçəkmiş şəxs44 ondan 10.000 manatlıq malları borca götürmüşdür. Lakin sonra Zərərçəkmiş şəxs44 ona Təqsirləndirilən şəxs tərəfindən aldadıldığını və 67.000 manat pulun borclu qaldığını bildirmişdir. Şahid qismində dindirilmiş X25 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən, cinayət işinin 4-cü cildinin 38-40-cı vərəqlərində olan ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs44la qohumdur. Zərərçəkmiş şəxs44 2020-ci ilin əvvəllərində səhhətində olan problemlərlə əlaqədar xahiş etmişdir ki, bank vasitəsi ilə onun adına gələn pulları götürüb gətirib ona versin. O da Zərərçəkmiş şəxs44 telefon vasitəsi ilə şəxsiyyət vəsiqəsinin surətini göndərmiş və Bakıxanov qəsəbəsində yerləşən “Beynəlxalq” və "xxxx"-dan, poçt filiallarından bir neçə dəfə 3.000 manatlıq köçürmələri götürüb, Mahirə vermişdir. Götürdüyü məbləğlər yadında qalmamış, lakin götürdüyü bütün pulları gətirib Mahirə vermiş, Təqsirləndirilən şəxs ümümiyətlə tanımamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, 2016-cı ildən Balakən rayon DAİM-in direktoru vəzifəsində işləyir. Təqsirləndirilən şəxs rayon sakini kimi tanıyaraq 2018-ci ildən DAİM-də ştatdan kənar bağban-gözətçi vəzifəsinə işə götürmüş və 13 may 2020-ci il tarixdə öz xahişi ilə işdən azad etmişdir. 13 may 2020-ci il tarixdə rayon sakini Zərərçəkmiş şəxs28ın qardaşı gəlib ona müraciət edərək Təqsirləndirilən şəxs onlardan pul alıb iri buynuzlu malların gətirilməsi adı ilə aldadılmasını, bu işdən onun və rayon rəhbərliynin guya xəbəri olduğunu da bildirmişdir. Məlum olmuşdur ki, rayon sakinləri Təqsirləndirilən şəxs evinə yığışıb ondan pul tələb edirlər. Ondan sonra o, Fərhadın atasına zəng vurub onları idarəyə dəvət etmişdir. Təqsirləndirilən şəxs valideyinləri ilə birlikdə aldadılmış vətəndaşlar gəlmiş, o, isə idarədə iclas keçirmişdir. Gələn vətəndaşlar isə Təqsirləndirilən şəxs guya güzəştli şərtlərlə iri buynuzlu heyvanların gətirilib paylanmasını təşkil etdiyini və bu işdən onun və rayon rəhbərliynin xəbəri olduğunu bildirmişdir. O, buna görə Təqsirləndirilən şəxs iradlar bildirmiş və onun anası isə vətəndaşlara dəymiş ziyanı ödəcəyini demişdir. Təqsirləndirilən şəxs DAİM-də işləyərkən 23 baş iri buynuzlu heyvanın güzəştli şərtlərlə alınması bardə müraciət etmiş, bununla bağlı müvafiq sənədləşmə aparılmış və mütəxəssislər tərəfindən rəy tərtib olunmuşdur. Lakin Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi X86 işləyən Ramin adlı şəxs, Şahid5 ümümiyətlə tanımadığını, onlarla əlaqəsi olmadığını, baş vermiş pul köçürmələri barədə xəbəri olmadığını və 23 baş heyvandan 1 heyvanın Təqsirləndirilən şəxs tərəfindən ona pay verilməsin yalan olduğunu, həmin 1 baş malın Fərhaddan 910 manat verib aldığını bildirmişdir. Bundan başqa o, Təqsirləndirilən şəxs heç vaxt vətəndaşlardan torpaq sənədlərin və şəxsiyyət vəsiqələrin surətlərinin, pulların yığılması ilə bağlı göstəriş verməmiş, vətəndaşlardan təxminən 200.000 manat yığılmış pulları Təqsirləndirilən şəxs ona verməmiş, onunla əlbir olmamışdır. O, heç vaxt F.X1 həyat yoldaşını Balakən rayonunda açılacaq “ASAN xidmət”-ə xadimə vəzifəsinə işə düzəldilməsinə görə 1900 manat, qardaşı oğlu Lətifin işə mühafizəçi vəzifəsinə qəbul olunması üçün 3.350 manat pulu ondan götürməsinə Təqsirləndirilən şəxs göstəriş verməmiş, həmin pulu götürməmiş, Təqsirləndirilən şəxs bu puldan 500 manat verməmiş, o, heç vaxt Zərərçəkmiş şəxs3 rəhbərlik etdiyi idarəyə sürücü kimi işə düzəlməsinə söz verməmiş, ondan sürücülük və şəxsiyyət vəsiqələrinin surətlərini, 2000 manat pulu almamışdır. O, Şahin Akkubayevi rəhbərlik etdiyi idarəyə baytar həkim köməkçisi vəzifəsinə işə düzəldilməsinə söz verməmiş, onun verdiyi 3000 manatdan 2.850 manatı özünə götürməmiş, 150 manat Təqsirləndirilən şəxs verməmişdir. Bundan başqa Zərərçəkmiş şəxs8 onun qohumu Ramazanı açılacaq “ASAN xidmət”-ə işə düzəldilməsi üçün 5.000 manat pul deməmiş, Təqsirləndirilən şəxs ondan aldığı 4.500 manat puldan xəbəri olmamış, pulu götürməmiş və həmin puldan Təqsirləndirilən şəxs 350 manat verməmişdir. Mehman Qaraçayevlə görüşdükdə “sən də bu işdə varsan, hər şey yaxşı olacaq” sözlərini deməmiş, Təqsirləndirilən şəxs sırf bağbanlıqla məşğul olmasını tapşırmışdır. Şahid qismində dindirilmiş Şahid5 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən, cinayət işinin 4-cü cildinin 220-223cü vərəqlərində olan ifadəsində göstərmişdir ki, 2019-cu ildən tender əsasında Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Aqentliyində tədarükçü kimi fəaliyyət göstərmişdir. 2019-cu ilin sentyabr ayında Təqsirləndirilən şəxs Agentliyə müştəri kimi gəlmiş və onu onun üstünə yönəltmişlər. Təqsirləndirilən şəxs ona 23 baş iribuynuzlu heyvanını əldə edilməsi və saxlanılması barədə sənədlər təqdim etmişdir. Bundan sonra onlar 3 mkr. dairəsində olan notariusa gedərək 23 baş iribuynuzlu heyvanın tədarük edilməsi barədə müqavilə bağlamışlar. Təqsirləndirilən şəxs izah etmişdir ki, heyvanların ümümi dəyərinin 40 % o ödəməli, 60 % isə dövlət ödəyəcəkdir. Təqsirləndirilən şəxs sifariş etdiyi 23 baş malın bir başın qiyməti 1790 manat təşkil etmiş, ümümi dəyəri 41.170 manat təşkil etmiş, ilkin olaraq bir baş üçün 320 manat ilkin ödəniş olmaqla 7.360 manat pul ödəmişdir. Təqsirləndirilən şəxs izah etmişdir ki, heyvanlar gələndən sonra 45 gün karantində qalmalıdırlar. Lakin bir neçə gündən sonra Təqsirləndirilən şəxs onun yanına gələrək bir baş heyvanın ***-**** manat olması sərf etdiyni bildirmiş, verdiyi pulu geri tələb etmişdir, o da pulu qaytararaq notarius vasitəsi ilə qeyd aparmışdır. Pulu qaytarandan sonra o, ümümiyətlə Təqsirləndirilən şəxs 23 baş iribuynuzlu heyvan verməmiş və Təqsirləndirilən şəxs ümümilikdə onun göstərdiyi kimi 35.000-40.000 manat pul almamışdır. Agentlikdə işləyən Ramil adlı şəxsi və Balakən rayon DAİM-in müdiri Şahid4 ümümiyətlə tanımamış, Təqsirləndirilən şəxs ona Agentliynin hansısa işçisi yönəndimişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, 2019-2020-ci illərdə Aqrar Kredit və X10 Nəzarət və Hesabatlıq sektorunun müdiri vəzifəsində işləmişdir. Balakən rayon DAİM-in müdiri Şahid4 və oranın işçisi Təqsirləndirilən şəxs ümümiyətlə tanımamış və onlarla hər hansı münasibətdə olmamışdır, Şahid5 isə AKİA-nın təchizatçısı kimi tanımışdır, lakin onun telefon nömrəsini heç kimə verməmiş, Şahid5 mobil telefonu agentliynin rəsmi saytında vardır, ola bilsin oradan götürmüş, bu barədə Təqsirləndirilən şəxs ifadəsi həqiqətə uyğun deyildir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxsla uzaq qohumdur və hazırda Bakı şəhərində taksi maşını sürməklə məşğul olmuşdur. Təqsirləndirilən şəxs arabir Bakı şəhərinə gələndə onunla görüşmüş və ona güzəştli şərtlərlə iri buynuzlu heyvanların Bakı şəhərindən alıb Balakən rayonuna aparılmasını təşkil etdiyini bildirmiş və onunla danışıb taksi kimi onu bir neçə dəfə “Dədə Qorqud” adlanan əraziyə aparmışdır. Belə ki, Təqsirləndirilən şəxs “tap.az” saytı vasitəsi ilə orada Suraxanı rayonunda yaşayan inək satması ilə məşğul olan şəxslə danışıb fermaya getmişdir. Təqsirləndirilən şəxs həmin fermaya təxminən 4-5 dəfə aparmışdır.. Cinayət işinin 4-cü cildinin 127-ci vərəqində olan Balakən rayon DAİM-in Aqrar Kredit və İnkişaf Aqentliyinə ünvanlanmış 28 avqust 2019-cu il tarixli 123 №-li məktubun surətindən görünür ki, Təqsirləndirilən şəxs 23 baş damazlıq malın lizinq yolu ilə satılması xahiş olunur. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 60% güzəştlə lizinq yolu ilə damazlıq heyvanların alınması üçün istehsalçının təsərrüfatının zoogigiyenik şəraiti və baytarlıqsanitariya vəziyyəti barədə Balakən rayon Komissiyanın rəyinin surətindən görünür ki, Təqsirləndirilən şəxs məxsus olan tövlədə 23 baş heyvan saxlanıla bilər. Cinayət işinin 4-cü cildinin 128-132-ci vərəqində olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs və Şahid5 arasında «Damazlıq, iribuynuzlu və xırdabuynuzlu heyvanların tədarükü və təchizatı» barədə 03 sentyabr 2019-cu il tarixli müqavilənin, 03 sentyabr 2019-cu il tarixli 1 №-li qiymət-razılaşma protokolunun, 7.360 manat pulun köçürməsinə dair qəbzin surəti cinayət işinə əlavə olunmuşdur. Cinayət işinin 4-cü cildinin 134-136-cı vərəqlərində olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs "xxxx"-da olan Viza Elektron ++++5010 №-li plastik kartına 7672.81 manat, 2178,31 manat, "xxxx"-da olan Viza Elektron ******************** №-li plastik kartına 10.296.31 manat keçirilmişdir. Cinayət işinin 7-ci cildinin 45-ci vərəqində olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs 26 sentyabr 2019-cu il tarixdə VÖEN açdıraraq fiziki şəxs qismində vergi orqanında qeydiyyata alınmış, hər hansı bankda və ya bank filialında bank hesabı açılmamış, dövlət büdcəsinə heç bir ödəniş keçirməmişdir. Cinayət işinin 6-cı cildinin 82-83-cü vərəqlərində olan "xxxx" MMC-ə aid nömrələrinin daxil olan və çıxan zənglərin siyahısından görünür ki, 050 *** ** ** nömrəsindən 050 *** ** ** (Şahid4) 02.01.2019-cu il saat 19-40-da, 27.01.2019-ci il tarixdə saat 16-56-da, 30.01.2019-cu il tarixdə 10-02-də, 07.02.2019-cu il tarixdə saat 08-42-də, 23.02.2019-cu il tarixdə saat 08-08-də 22.03.2019-cu il tarixdə saat 09-11-də, 27.03.2019-cu il tarixdə saat 14-23-də, 04.04.2019-cu il tarixdə saat 11-35-də, 06.04.2019-cu il tarixdə saat 09-16-da 03.05.2019-cu il tarixdə saat 09-47-də, 07.07.2019-cu il tarixdə saat 09-25-də, 055 *** ** ** nömrəsinə isə (Şahid5) 25.12.2019-cu il tarixdə saat 21-23-də, 13.12.2019-cu il tarixdə sat 10-01-də, 08.12.2019-cu il tarixdə saat 15-46-da, 050 *** ** ** nömrəsinə isə (Şahid6) 29.11.2019-cu il saat 17-31-də, 03.12.2019-cu il tarixdə saat 16-44-də zəng edilmişdir. Qeyd olunan nömrələrlə SMS yazışması və həmin nömrələrlə Təqsirləndirilən şəxs cinayət törətdiyi tarixlərdə telefon zəngləri aşkar edilmədi. Cinayət işinin 6-cı cildinin 212-245-ci vərəqlərində olan “Bank Respublika”dan götürülmüş Təqsirləndirilən şəxs adına açılmış hesabdan həyata keçirilən bank əməliyyatları barədə sənədlərdən görünür ki, həmin şəxsin qeyd olunan bankda AZ91BRES******************** (4244**** ****1569) və AZ91BRES******************** (5117**** ****1718) kart hesabları və AZ21BRES******************** saylı cari hesabı mövcuddur. Lakin həmin hesablardan heç bir bank əməliyyatları aparılmamış, hal-hazırda həmin hesablarda heç bir vəsait yoxdur. Cinayət işinin 6-cı cildinin 152-190-cı vərəqlərində olan "xxxx"dan Təqsirləndirilən şəxs adına həmin bankda açılmış hesabdan həyata keçirilən bank əməliyyatları barədə götürülmüş sənədlərdən görünür ki, həmin şəxsin qeyd olunan bankda ******************** nömrəli hesab (PAN: 676867****8440) və ******************** nömrəli hesab (PAN: 416974****5010) kart hesabları olmuşdur. 20.03.2020-ci il tarixdə 10.000 manat, 09.04.2020-ci il tarixdə Xəzri pul köçürmə xidməti vasitəsi ilə Təqsirləndirilən şəxs Şahid3 hesabına ödəmişdir. Bundan başqa ******************** nömrəli hesaba 02.08.202019-cu il tarixdə 570 manat mədaxil, 05.08.2019-cu il tarixdə 570 manat məxaric, 05.08.2019-cu il tarixdə 99 manat mədaxil, olunması müəyyən edilmişdir. Əlavə olaraq ******************** nömrəli hesab üzrə 30.08.2019-cu il tarixdə 278 manat mədaxil, 30.09.2019-cu il tarixdə 229 manat nağdsız mədaxil, 27.12.2019-cu il tarixdə 229 manat nəğdsiz mədaxil, 03.02.2020-ci il tarixdə 2200 manat mədaxil, 03.02.2020-ci il tarixdə 3350 manat mədaxil, 03.02.2020-ci il tarixdə 2200 manat mədaxil, 03.02.2020-ci il tarixdə 2650 manat mədaxil, 03.02.2020-ci il tarxidə 1210 manat mədaxil, 07.02.2020-ci il tarixdə 229 manat mədaxil, 12.02.2020-ci il tarixdə 1100 manat mədaxil, 14.02.2020-ci il tarixdə 1800 manat mədaxil, 26.02.2020-ci il tarixdə 2200 manat mədaxil, 27.02.2020-ci il tarixdə 1020 manat mədaxil, 28.02.2020-ci il tarixdə 10000 manat mədaxil, 18.03.2020-ci il tarixdə 229 manat mədaxil, 29.04.2020-ci il tarixdə 229 manat mədaxil edilməsi və həmin məbləğlərin Təqsirləndirilən şəxs tərəfindən nəqdləşdirilməsi müəyyən edilmişdir. Respublikanın digər banklarında Təqsirləndirilən şəxs adına hesab açılması və vəsaitlərin olması aşkar olunmamışdır. Cinayət işinin 4-cü cildinin 138-ci vərəqində olan arayışdan görünür ki, Təqsirləndirilən şəxs o, həqiqətən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Balakən X91 Mərkəzində işləyir. «Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci i tarixli, 7№-li qərarında göstərilmişdir ki, dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsinə əsasən cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı araşdırılmış sübutları, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrini, eləcə də, iş üzrə sübut əhəmiyyətinə malik sənədləri tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək, məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş və o, CM-in 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək ona həmin maddə ilə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Cinayət işinin 2-ci cildinin 1-4-cü vərəqlərində olan arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmaqla himayəsində 1 nəfər 1916-cı il təvəllüdlü azyaşlı uşağı var. Cinayət işinin 5-ci cildinin 16, 22 və 78- 79-cu vərəqlərində olan protokol və qərarlardan görünür ki, 22 oktyabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs hazırkı iş üzrə şübhəli şəxs qismində tutularaq barəsində «həbs» qətimkan tədbiri seçilmişdir. Məhkəməyə daxil olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Himayəsində bir nəfər azyaşlı uşağının olması, zərərçəkmiş şəxslərin bir qisminə dəymiş maddi ziyanı ödəməsi və barışıq əldə etməsi, əməlindən səmimi peşman olması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, əvvəllər məhkum olmaması CM-in 59.1.4, 59.1.13 və 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallardır. Təqsirləndirilən şəxsin əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal yoxdur. Məhkəmə, CM-in 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-in 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, törədilmiş cinayətlərin xarakterini, yəni cinayətin ictimai təhlükəlilik dərəcəsini, eləcə də, törədilmiş cinayətin sanksiyasında yalnız azadlıqdan məhrum etmə cəzasının nəzərdə tutulmasını, habelə təqsirləndirilən şəxs barəsində olan cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs yalnız müəyyən müddət azadlıqdan məhrum edilməklə islah və yenidən tərbiyə oluna bilər. Azərbaycan Respublikası CPM-in 158.2 və 158.6-cı maddəsinə əsasən «təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır. Tutulduğu, həbsdə və ya ev dustaqlığında saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxil edilir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhəkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunan cəza müddətinə daxil edilir. Belə olan halda Təqsirləndirilən şəxs tutulduğu, həbsdə saxlanıldığı müddət təyin olunacaq cəzaya daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 22 oktyabr 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı və CM-nin 56.1.2-ci maddəsinin tələbinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxsin cinayət əməli nəticəsində iş üzrə CM-nin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. İş üzrə mülki iddia, məhkəmə məsrəfi və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəməyə təqdim etdikləri ərizələrdən görünür ki, zərəçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs16 oğlu, Zərərçəkmiş şəxs20, Zərərçəkmiş şəxs23, Zərərçəkmiş şəxs24 və Zərərçəkmiş şəxs27 dəymiş maddi ziyan tam ödənilmişdir, ona qarşı şikayət və təbləri yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə görə şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Odur ki, zərəçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs16 oğlu, Zərərçəkmiş şəxs20, Zərərçəkmiş şəxs23, Zərərçəkmiş şəxs24 və Zərərçəkmiş şəxs27 dəymiş maddi ziyan tam ödənilməsi nəzərə alınmalı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, İsgəndərov Elmar Məhəmməd oğlu, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs10 Nurəddin oğlu, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs13, Zərərçəkmiş şəxs14, Zərərçəkmiş şəxs15, X38, Zərərçəkmiş şəxs18 Ramiz oğlu, Zərərçəkmiş şəxs19, X39, Zərərçəkmiş şəxs22, Zərərçəkmiş şəxs25, X2, Zərərçəkmiş şəxs28, Zərərçəkmiş şəxs29, Zərərçəkmiş şəxs30, Zərərçəkmiş şəxs31 Süleyman oğlu, Zərərçəkmiş şəxs32, Zərərçəkmiş şəxs33, Zərərçəkmiş şəxs34, Zərərçəkmiş şəxs35, Zərərçəkmiş şəxs36, Zərərçəkmiş şəxs37, Zərərçəkmiş şəxs38, Zərərçəkmiş şəxs39, Zərərçəkmiş şəxs40, Zərərçəkmiş şəxs41, Zərərçəkmiş şəxs42, Zərərçəkmiş şəxs43, Zərərçəkmiş şəxs44 mülki iddia vermədiyindən onlara vurulmuş ziyanın ödənilməsinə dair mülki mühakimə icraatı qaydasında iddia ərizəsi ilə cavabdehlərin olduğu yer üzrə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. İş üzrə maddi sübut olan sənədlərin surəti CPM-nin 132.1.5-ci maddəsinə əsasən cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 8 (səkkiz) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlağıcı 22 oktyabr 2020-ci ildən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut olan sənədlərin surəti cinayət işinin materiallarında saxlanılsın. Zərəçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs16 oğlu, Zərərçəkmiş şəxs20, Zərərçəkmiş şəxs23, Zərərçəkmiş şəxs24 və Zərərçəkmiş şəxs27 dəymiş maddi ziyan tam ödənilməsi nəzərə alınsın və zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, İsgəndərov Elmar Məhəmməd oğlu, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs10 Nurəddin oğlu, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs13, Zərərçəkmiş şəxs14, Zərərçəkmiş şəxs15, X38, Zərərçəkmiş şəxs18 Ramiz oğlu, Zərərçəkmiş şəxs19, X39, Zərərçəkmiş şəxs22, Zərərçəkmiş şəxs25, X2, Zərərçəkmiş şəxs28, Zərərçəkmiş şəxs29, Zərərçəkmiş şəxs30, Zərərçəkmiş şəxs31 Süleyman oğlu, Zərərçəkmiş şəxs32, Zərərçəkmiş şəxs33, Zərərçəkmiş şəxs34, Zərərçəkmiş şəxs35, Zərərçəkmiş şəxs36, Zərərçəkmiş şəxs37, Zərərçəkmiş şəxs38, Zərərçəkmiş şəxs39, Zərərçəkmiş şəxs40, Zərərçəkmiş şəxs41, Zərərçəkmiş şəxs42, Zərərçəkmiş şəxs43, Zərərçəkmiş şəxs44 izah edilsin ki, vurulmuş ziyanın ödənilməsinə dair mülki mühakimə icraatı qaydasında iddia ərizəsi ilə cavabdehin olduğu yer üzrə məhkəməyə müraciət etmək hüquqları var. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər, apelyasiya şikayəti və ya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Əfqan Hacıyev Hakimlər Fikrət Qəribov Telman Hüseynov
Məhkəmə qərarları › İş №1(101)-951/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-951/2021
04.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver