Məhkəmə qərarları › İş №1(101)-951/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-951/2022

17.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-951/2022 17.05.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Mahmudov İlham Ağa oğlunun sədrliyi ilə, hakimlər Qəniyev Faiq Əsəd oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Tahir oğlu, müdafiəçi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1984-cu ildə Bakı şəhərində doğulmuş, evli, himayəsində 1 azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, Binəqədi Rayon Məhkəməsinin 18 iyun 2020ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddələri ilə təqsirli bilinərək 01 il, 03 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə etmə, saxlama, daşıma və satma barədə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı və qeyrisi ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olmuş bir qrup şəxslə naməlum şəraitdə, tarixdə və vaxtda istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq 01 ədəd bükümdə təmiz çəkisi 116,088 qram olan külli miqdarda qəhvəyi rəngli maddə olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini, 01 ədəd bükümdə təmiz çəkisi 43,334 qram olan külli miqdarda ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini, üzərində “F/M40” göstəricisi olan, təsir maddəsinin miqdarı 0,720 qram təşkil edən 18 ədəd qəhvəyi rəngli, dairəvi formalı narkotik vasitə metadon dərman həbini əldə etmiş, aralarında olan cinayətkar razılığa görə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı satış məqsədi ilə qanunsuz olaraq həmin çəkidə narkotik vasitə və psixotrop maddələri şəxsiyyəti istintaqa məlum olmayan cinayətkar qrupun digər üzvü vasitəsi ilə əvvəlcədən təyin edilmiş yerə çatdırdıqdan sonra o, satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi həmin çəkidə narkotik vasitə və psixotrop maddələri, eləcə də metadon dərman həblərini üzərində daşıyaraq əynində olan şalvarın sol yan cibində və yaşadığı Bakı şəhəri, ünvan 2 ünvanında saxlamış, 20 dekabr 2021-ci il tarixdə saat 10.35 dəqiqədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində o, Bakı şəhəri, ünvan 2 ünvanının yaxınlığında piyada hərəkətdə olduğu vaxt saxlanılaraq ünvan 3 ünvanında yerləşən Bakı şəhəri, Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis bölməsinə gətirilmiş və həmin gün saat 11.20 dəqiqədə üzərində aparılan axtarış zamanı onun satış məqsədi ilə əldə edib saxlamaqla daşıdığı qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroinin 01 ədəd bükümdə, külli miqdarda 6,088 qram hissəsi, ağ rəngli, kristallik maddə, kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetaminin 01 ədəd bükümdə külli miqdarda 8,334 qram hissəsi əynində olan şalvarının sol yan cibindən, davam etdirilən əməliyyat-axtarış tədbirlərinin həmin gün, saat 12:40 dəqiqədə onun icazəsi ilə yaşadığı Bakı şəhəri, ünvan 5 ünvanda yerləşən mənzilə baxış zamanı onun yataq otağındakı döşəklərin arasından satış məqsədi ilə əladə edib saxlamaqla daşıdığı qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroinin 01 ədəd bükümdə, külli miqdarda 110 qram hissəsi, ağ rəngli, kristallik maddə, kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetaminin 01 ədəd bükümdə, külli miqdarda 35 qram hissəsi və üzərində “F/M40” göstəricisi olan, təsir maddəsinin miqdarı 0,720 qram təşkil edən 18 ədəd qəhvəyi rəngli, dairəvi formalı narkotik vasitə metadon dərman həbi, eləcə də narkotik vasitə və psixotrop maddələrin satışı prossesində istifadə edilən, üzərində və içərisində heroin və metamfetamin izləri olan 01 ədəd elektron tərəzi və 01 ədəd plastik qab aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, ünvan 6 ünvanda ailəsi ilə birgə yaşayır. Belə ki, övladının birini itirdikdən sonra narkotik vasitə aludəçisinə çevrilmişdir. O, əvvəllər də məhkum olunmuş, əsasən marixuanadan istifadə etmşdir. Heroini isə iyləmək yolu ilə qəbul etmişdir. Metamfetamin isə ümumiyyətlə istifadə etməmişdir. 20 dekabr 2021-ci il tarixdə saat təxminən 10 radələrində evdə yatan zaman polis əməkdaşları yaşadığı mənzilə daxil olmuşlar. Onu ailə üzvlərinin gözləri qarşısında dubinka ilə döyərək Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis bölməsinə aparmılar. Orada ona təyin edilmiş müdafiəçini otaqdan çıxararaq cibinə narkotik vasitələr qoymuşlar. Ona anasını da narkotik vasitələrin satışı ilə tutacaqları ilə hədələyib videoçəkiliş zamanı narkotik vasitə və psixotrop maddənin ona məxsus olduğunu bildirməsini məcbur etmişlər. Daha sonra yaşadığı mənzilə gələrək yataq otağında döşəyin arasına narkotik vasitə qoyuşlar. Belə ki, bu zaman da aparılmış videoçəkiliş zamanı onları boynuna götürmək məcburiyyətində qalmışdır. Onun yaşadığı mənzildə açarla açılacaq qapı olmamışdır. Lakin videoçəkiliş zamanı polis əməkdaşları ona açar təqdim etmişlər. Ailəsinə ondan başqa baxan yoxdur, anası insult keçirmişdir, ona atılan şəri ədalətli araşdırılmasını xahiş edir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və digər protokollarla tam öz təsdiqini tapmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili vəzifəsində çalışır, polis polkovnik-leytenantı rütbəsini daşıyır. Təqsirləndirilən şəxs psixotrop maddə və narkotik vasitələrin satış məqsədi ilə daşıması, Bakı şəhəri, Binəqədi rayonu ərazisində qanunsuz dövriyyəsi və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədi ilə tərəfindən təxirəsalınmaz əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi üçün rəhbərliyə raportla məruzə edilmiş və müvafiq qərar qəbul edilməklə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 və ondan ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra əməliyyat qrupunun üzvləri ilə birlikdə 20 dekabr 2021-ci il tarixdə, 10:35 dəqiqədə Bakı şəhəri, Binəqədi rayonu, Xocasən ərazi dairəsi, Xocasən qəsəbəsi, Yeni yol küçəsi ev 10 ünvanının yaxınlığında Təqsirləndirilən şəxs piyada hərəkətdə olduqları vaxt o və əməliyyat qrupunun digər üzvü həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini göstərərək Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı olduqlarını bildirmiş və onu əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərarla tanış etmişlər. Daha sonra Təqsirləndirilən şəxs Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis bölməsinə dəvət etmişlər. Orada təhqiqatçı Yelmar Vahabov, əməliyyat qrupunun üzvü Şahid2, müdafiəçinin və onun iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə həyata keçirilmişdir. Həmin vaxt, Təqsirləndirilən şəxs şalvarının cibindən 01 ədəd bükümdə narkotik vasitə olan heroini və 01 ədəd bükümdə psixotrop maddə olan metamfetamini təqdim edərək masanın üzərinə qoymuşdur. O, üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütlələri 01 gün əvvəl tanımadığı, sosial şəbəkədə tanış olduğu İran İslam Respublikası vətəndaşından əvvəlcədən təyin edilmiş yerdən öz şəxsi istifadəsi üçün əldə etdiyini, narkotik vasitə aludəçisi olduğunu, əvvəllər məhkum olunduğunu, həmçinin Binəqədi rayonunda yaşadığı evdə narkotik maddə olduğunu, həmin evdə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazının olmadığını bildirmş və həmin gün saat 12:30 radələrində təhqiqatçı, əməliyyat qrupunun digər üzvü Şahid2 və o, şübhəli şəxs və onun müdafiəçisi ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Xocasən ərazi dairəsi, Xocasən qəsəbəsi, Yeni yol küçəsi ev 10 ünvanında yerləşən mənzilə getmşlər. Orada Təqsirləndirilən şəxs öz yataq otağında döşəklərin arasından 01 ədəd bükümdə narkotik vasitə olan heroini, 01 ədəd bükümdə psixotrop maddə olan metamfetamini, psixotrop maddəni saxladığı 1 ədəd plastik qabı, 18 ədəd narkotik vasitə olan metadon həblərini və 1 ədəd elektron tərəzini təqdim edərək stolun üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs baxış zamanı verilən suallara cavab olaraq aşkar olunmuş kütlələrin və elektron tərəzinin özünə məxsus olduğunu, həmin kütlələri 01 gün əvvəl tanımadığı, sosial şəbəkədə tanış olduğu İran İslam Respublikası vətəndaşından əvvəlcədən təyin edilmiş yerdən öz şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Aşkar olunmuş maddələr qablaşdırılaraq möhürlənmş və ekspertizaya göndərilmişdir. Tərtib edilmiş protokol iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2, Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun təhqiqatçısı, polis kapitanı X8 tərəfindən 20 dekabr 2021 -ci il tarixdə tərtib edilmiş “şəxsi axtarış və götürmə haqqında” protokola əsasən Təqsirləndirilən şəxs əynində olan şalvarın sol yan cibindən 01 ədəd bükümdə ağ rəngli, kristal şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər kütləni və açıq qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə olan heroinə bənzər kütləni təqdim etmiş, Təqsirləndirilən şəxs üzərində axtarış zamanı əynində olan gödəkçəsinin sağ yan cibindən içərisində 070 *** ** ** GSM kartı olan markası bilinməyən, arxa qapağı yaşıl rəngli olan 01 ədəd mobil telefon, içərisində 055 *** ** ** GSM kartı olan «Samsung» markalı 01 ədəd mobil telefon aşkar edilərək götürülmüş, sualları cavablandıran Təqsirləndirilən şəxs aşkar edilmiş həmin kütlələri sosial şəbəkədə tanış olduğu, haqqında heç bir məlumatlara sahib olmadığı İran İslam Respublikası vətəndaşından bir gün əvvəl sonuncunun təyin etdiyi yerdən 01 ədəd bükümdə açıq qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış külli miqdarda 6,088 qram çəkidə narkotik vasitə heroini götürdüyünü bildirmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun təhqiqatçısı, polis kapitanı X8 tərəfindən 20 dekabr 2021-cİ il tarixdə tərtib edilmiş “evə baxış keçirilməsi və götürmə haqqında” protokola əsasən Təqsirləndirilən şəxs yaşadığı ünvan 7 ünvanında yerləşən mənzilin yataq otağından 01 ədəd bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütlə, 01 ədəd bükümdə ağ rəngli, kristal şəkilli, psixotrop maddə olan metamfetaminə bəznzər kütlə, 18 ədəd narkotik vasitə olan metadon həblərinə bənzər kütlə və 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. 28 fevral 2022-ci il tarixli tərəfimdən tərtib edilmiş «diskə baxış keçirilməsi haqqında» protokola əsasən Təqsirləndirilən şəxs üzərində axtarış və götürmə hərəkətlərininin həyata keçirilməsi prossesini əks etdirən videoçəkilişin görüntüləri olan 01 ədəd CD diskə baxış keçirilmiş və baxış zamanı diskdə 01 ədəd 4,38 GB yaddaşlı CD diskdə 372 MB həcmdə nömrəli video faylın olduğu, video 1.mp4 nömrəli video faylda 13 dəqiqə 28 saniyəlik video kadrın olduğu müəyyən edilmişdir. Baxış zamanı istintaq üçün sübut əhəmiyyəti kəsb edən aşağıdakı hallar müəyyən olunmuşdur: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat qrupunun təhqiqatçısı, polis kapitanı X8 tərəfindən saxlanılan Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra müdafiəçisi X6, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid1 iştirakları ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasından əvvəl ona qanunla qadağan edilmiş əşyaların təqdim edilməsi təklif edilmiş, o, əynində olan qara rəngli şalvarın sol yan cibindən 01 ədəd bükümdə ağ rəngli, kristal şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər maddəni və 01 ədəd bükümdə qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroinə bənzər maddəni təqdim edərək stolun üzərinə qoymuşdur. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən 01 ədəd markası müəyyən olmayan, yaşıl rəngli, içərisində ***-***-**-** GSM nömrəsi olan və 01 ədəd qara rəngli, içərisində ***-***- **-** GSM nömrəsi olan, “Samsung” markalı mobil telefon olmaqla, ümumilikdə 02 ədəd mobil telefon aşkar edilərək maddi sübut əhəmiyyəti olduğundan götürülmüşdür. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərdən heroin və metamfetamin elektron tərəzidə çəkilmiş və heroinin çəkisi 6 qram, metamfetaminin çəkisi 8,9 qram müəyyən edilmişdir. Daha sonra aşkar olunmuş həmin kütlələr içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri şübhəli şəxs, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. Verilən sualları cavablandıran Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütlələri 01 gün əvvəl tanımadığı, sosial şəbəkədə tanış olduğu İran İslam Respublikası vətəndaşından əvvəlcədən təyin edilmiş yerdən əldə etdiyini göstərmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/5559 nömrəli 21 dekabr 2021-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №7» dairəvi möhür əksləri olan iki ədəd zərfdə: -üzərində «Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ...» sözləri, ad, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə 01 (bir) ədəd bükümdə təmiz çəkisi 6,088 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir, 01 (bir) ədəd bükümdə təmiz çəkisi 8,334 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamindir. -üzərində «Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş...» sözləri qeyd edilmiş bir ədəd zərfdə 01 (bir) ədəd bükümdə təmiz çəkisi 110 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir, 01 (bir) ədəd bükümdə təmiz çəkisi 35 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir, üzərində «F/M40» göstəricisi olan 18 ədəd qəhvəyi rəngli, dairəvi formalı dərman həblərində metadonun təsir maddəsinin miqdarı 0,720 qram təşkil edir. Tədqiqata təqdim edilmiş həblər xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidirlər. Tədqiqata təqdim olunmuş 02 (iki) ədəd zərfdə olan heroinlər və metamfetaminlər öz aralarında xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş 01 ədəd tərəzinin üzərində və 01 ədəd plastik qabın içərisində narkotik vasitə olan heroinə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların maddə nümunələri ilə müqayisəli tədqiqatı aparılmamışdır. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri»-in siyahısına (Siyahı İ) daxildir. Heroin 2005-cİ il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına (Siyahı l) daxildir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Ambulator X1 17 yanvar 2022-ci il tarixli 219 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Məhkəmə-X4” X12 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 07 fevral 2022-ci il tarixli, 293 saylı rəyində qeyd edilmişdir ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri və sair sübut edur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Cinayət işi materiallarının və aparılmış psixiatrik müayinənin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: - Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi xəstəlik qeyd olunmamışdır. - Təqsirləndirilən şəxs ona ittiham edilən əməl dövründə öz hərəkətlərinin faktiki faktiki xarakterlərini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. - Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. - Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malikdir. - Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqhhesab edilməlidir. - Təqsirləndirilən şəxs nun hal-hazırki vəziyyəti onunla istintaq hərəkətlərinin aparılmasına imkan verir. - Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. 22 dekabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 116,088 qram (tədqiqatdan sonrakı çəkisi 115,988 qram) olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroin, ümumi təmiz çəkisi 43,334 qram (tədqiqatdan sonrakı çəkisi 43,234 qram) olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin, üzərində «F/M40» göstəricisi olan 18 ədəd qəhvəyi rəngli, dairəvi formalı metadon dərman həbləri, üzərində və içərisində narkotik vasitə olan heroinə məxsus izlər olan 01 ədəd tərəzi, 01 ədəd plastik qab, Təqsirləndirilən şəxs üzərində axtarış və götürmə hərəkətlərininin həyata keçirilməsi prossesini əks etdirən videoçəkiüşin görüntüləri olan 01 ədəd CD disk və Təqsirləndirilən şəxs faktiki yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Xocasən ərazi dairəsi, Xocasən qəsəbəsi, Yeni yol küçəsi ev 10 ünvanında baxış və götürmə hərəkətlərininin həyata keçirilməsi prossesini əks etdirən videoçəkiüşin görüntüləri olan 01 ədəd CD disk maddi sübut əhəmiyyətinə malik olduğundan cinayət üzrə maddi sübut hesab edilmiş, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 116,088 qram (tədqiqatdan sonrakı çəkisi 115,988 qram) olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroin, ümumi təmiz çəkisi 43,334 qram (tədqiqatdan sonrakı çəkisi 43,234 qram) olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin, üzərində «F/M40» göstəricisi olan 18 ədəd qəhvəyi rəngli, dairəvi formalı metadon dərman həbləri, üzərində və içərisində narkotik vasitə olan heroinə məxsus izlər olan 01 ədəd tərəzi, 01 ədəd plastik qab saxlanmasından ötrü Bakı şəhəri, Binəqədi Rayon Polis İdarəsinin Maddi sübutların saxlama kamerasına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərində axtarış və götürmə hərəkətlərininin həyata keçirilməsi prossesini əks etdirən videoçəkiüşin görüntüləri olan 01 ədəd CD disk və Təqsirləndirilən şəxs faktiki yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Xocasən ərazi dairəsi, Xocasən qəsəbəsi, Yeni yol küçəsi ev 10 ünvanında baxış və götürmə hərəkətlərininin həyata keçirilməsi prossesini əks etdirən videoçəkiüşin görüntüləri olan 01 ədəd CD diskin isə cinayət işinə əlavə edilmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü təqsirli bilməyərək, ibtidai istintaq zamanı vermiş olduğu ifadəsindən fərqli ifadə verərək onda narkotik vasitə olmadığını, narkotik vasitələrin satışı ilə məşqul olmadığını, həmin narkotik vasitə polis əməkdaşları tərəfindən onun cibinə və evinə qoyuluduğunu və təzyiq nəticəsində boynuna almasını və özünü müdafiə üçün gətirdiyi digər dəlillər iş üzrə şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər istintaq sənədləri ilə tam təkzib olunmuşdur, odur ki, məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə vermiş olduğu ifadəsini inandırıcı hesab etmir və onun ifadəsinə tənqidi yanaşaraq istintaq zamanı vermiş olduğu ifadəsini sübüt kimi qəbul edir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstrmişdir ki, 20 dekabr 2021-ci il tarixdə saat təxminən 10:35 dəqiqədə Bakı şəhəri, Binəqədi rayonu, Xocasən ərazi dairəsi, Xocasən qəsəbəsi, Yeni yol küçəsi ev 10 ünvanının qarşısında piyada hərəkət edən zaman 2 nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini ona polis əməkdaşı kimi təqdim edərək onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirib xidməti vəsiqələrini göstərməklə haqqında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla onu tanış etmişlər. Daha sonra polis əməkdaşları onu Bakı şəhəri, Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis bölməsinin inzibati binasına dəvət etmişlər. Polis bölməsində olduğu zaman dəvət olunmuş müdafiəçinin iştirakı ilə o, şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra onun üzərində axtarış aparılmağa başlanılmışdır. Üzərində axtarış aparılmazdan əvvəl üzərində qanunla qadağan olunmuş əşya və predmet olduğu halda təqdim edilməsi təklif edilmişdir. O, əynində olan şalvarın sol yan cibindən 01 ədəd bükümdə narkotik vasitə olan heroini və 01 ədəd bükümdə psixotrop maddə olan metamfetamini təqdim edərək masanın üzərinə qoymuşdur. Daha sonra üzərində axtarış aparılmış və axtarış zamanı əynində olan gödəkçənin sağ yan cibindən 01 ədəd içərisində ***-***-**-** GSM nömrəsi olan markası bilmədiyi arxa qapağı yaşıl rəngli olan mobil telefon, 01 ədəd içərisində 055- ***-**-** GSM nömrəsi olan “Samsung” markalı mobil telefon və əynində olan şalvarın arxa cibindən 01 ədəd açar aşkar edilərək götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra təqdim etdiyi bükümlərdən heroin və metamfetamin elektron tərəzidə çəkilmiş və heroinin çəkisi 6 qram, metamfetaminin çəkisi 8,9 qram olmuşdur. Aşkar olunmuş həmin kütlələr içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 7 saylı möhürü ilə möhürlənmişdir. Üzəri möhürlənmiş qablaşdırmanın üzərində o və müdafiəçisi imzalamışlar. Üzərindən aşkar edilmiş 01 ədəd “Samsung” markalı və markası bilinməyən arxa qapağı yaşıl rəngli olan 01 ədəd mobil telefonun iş üçün sübut əhəmiyyəti ona izah edildikdən sonra götürülmüş və qablaşdırılmış, 01 ədəd açar isə özünə geri qaytarılmışdır. Polis bölməsində verilən sualları cavablandırarkən üzərindən aşkar edilərək götürülmüş həmin narkotik vasitə və psixotrop maddələrin özünə məxsus olduğunu, həmin kütlələri əvvəllər sosial şəbəkədə tanış olduğu İran İslam Respublikası vətəndaşından 01 gün əvvəl əvvəlcədən təyin edilmiş yerdən öz şəxsi istifadəsi üçün əldə etdiyini, narkotik vasitə aludəçisi olduğunu, əvvəllər məhkum olunduğunu, həmçinin Binəqədi rayonunda yaşadığı evdə narkotik vasitə və psixotrop maddələr saxladığını, həmin evdə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazının olmadığını bildirmiş və polis əməkdaşları ilə birlikdə yaşadığı evə getmişdir. Yaşadığı mənzilində ona saxladığı narkotik vasitələri təqdim etmək təklif olunmuşdur. O, evdə, yataq otağında özünü yatağındakı döşəyin arasından 01 ədəd bükümdə narkotik vasitə olan heroini, 01 ədəd bükümdə psixotrop maddə olan metamfetamini, 18 ədəd narkotik vasitə olan metadon həbini, 01 ədəd elektron tərəzini və 01 ədəd plastik qabı təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra həmin kütlələr elektron tərəzidə çəkilmiş və heroinin çəkisi 36 qram və psixotrop maddə metamfetaminin çəkisi 106 qram olmuşdur. Daha sonra həmin kütlələr qablaşdırılmış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 7 saylı möhürü ilə möhürlənmiş və üzəri o, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. Bundan sonra yaşadığı evin digər hissələrinə baxış keçirilmiş, lakin yatağındakı döşəyin arasından aşkar edilmiş əşyalardan başqa hər hansı narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. O, baxış zamanı verilən suallara cavab olaraq aşkar olunmuş kütlələrin və elektron tərəzinin özünə məxsus olduğunu, həmin kütlələri əvvəllər sosial şəbəkədə tanış olduğu İran İslam Respublikası vətəndaşından 01 gün əvvəl əvvəlcədən təyin edildiyi yerdən öz şəxsi istifadəsi üçün əldə etdiyini, narkotik vasitə aludəçisi olduğunu, əvvəllər məhkum olunduğunu, verilən sualları tam başa düşdüyünü, polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Verilən sualları cavablandıran Təqsirləndirilən şəxs ifadəsinə əlavə olaraq bildirmişdir ki, ona qarşı polis əməkdaşları tərəfindən hər hansı zorakılıq edilməmişdir. Onun üzərində axtarış Bakı şəhəri, Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis bölməsinə gətirildiyi zaman təhqiqatçı tərəfindən aparılmışdır. Həmin ana qədər üzərində baxış keçirilməmiş və üzərində axtarış aparılmamışdır. O, həmin şəxsin adını, soyadını və ata adını bilməmiş, kimliyi haqqında heç bir məlumatlara sahib olmamışdır. Onun həmin şəxslə narkotik vasitə və psixotrop maddələrin alışı barədə razılığı internet üzərindən olmuşdur, həmin şəxslə bu mövzuda apardığı danışıqların hansı internet sosial şəbəkəsi üzərindən həyata keçirdiyini xatırlamamışdır. Həmin şəxslə heç bir vaxt görüşməmişdir. İran İslam Respublikası vətəndaşı onunla hazırda xatırlamadığı sosial şəbəkə üzərindən əlaqə quraraq külli miqdarda narkotik vasitə və psixotrop maddələr, eləcə də 18 ədəd metadon həbi haqqında məlumat verib həmin maddələrin həmin şəxsdə olduğunu ona demiş, o, narkotik vasitə və psixotrop maddələrdən istifadə etdiyi üçün həmin maddələri və həbləri almaq istədiyini İran İslam Respublikası vətəndaşına demiş, sonuncu isə həmin əşyaları ona Binəqədi rayonu ərazisində Xocasəndəki gölün yaxınlığına tanışı vasitəsilə qoyacağını, ödəyəcəyi pulun miqdarı və ödəniş üsulları barədə onunla təkrar əlaqə yaradacağını ona demişdir. O İran İslam Respublikası vətəndaşının təsvir etdiyi göl ətrafına gedib oradan qeyd edilən külli miqdarda narkotik vasitə, psixotrop maddə və metadon həblərini əldə etmişdir. Onun həmin şəxslə heç bir telefon əlaqəsi və danışığı olmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, baxış keçirilməsi barədə protokoldan, video görüntülərin keçirilməsi barədə protokol, özünün istintaq zamanı vermiş olduğu etirafedici ifadələri və ekspertiza rəyləri ilə tam təsdiqini tapmışdır. Məhkəmə əməlin tövsifi məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə tövsif edilməli və o, həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsindən əldə edilən məlumatlardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs Binəqədi Rayon Məhkəməsinin 18 iyun 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il, 03 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 25 iyul 2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Qüvvədə olan Cinayət Məcəllənin 83.3 və 83.4-cü maddələrinə əsasən az ağır cinayə törətməyə görə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən 02 il keçdikdə, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardığı gündən 06 il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Yuxarıda göstərilənlərə əsasən məhkəmədə müəyyən olundu ki, Təqsirləndirilən şəxs üzərində çəkilməmiş cəza qalmamış, lakin, məhkumluğu ödənilməmişdir. Belə olan halda, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və o, əvvəllər qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyi üçün əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən cinayətin residivi yaranır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.5, 65.2-ci maddələrinin tələblərinə əsasən cinayətlərin residivinə görə daha sərt cəza təyin edilir, yəni ona təqsirli bilindiyi maddənin sanksiyasının son həddinin üçdə ikisindən aşağı cəza təyin edilə bilməz. Ona görə məhkəmə, cəza təyini zamanı bu halları, həmçinin onun törətdiyi cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi onun cəzasını ağırlaşdıran haldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı övladının olması və həmin məcəllənin 59.2-ci maddəsinə əsasən ailəsinin onun himayəində olması cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar təyin olunmuş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən təyin edilmiş cəza ciddi cəzaçəkmə müəssisəsində çəkilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 20 dekabr 2021-ci il tarixdə şübhəli şəxs qismində saxlanılaraq tutulmuşdur. Odur ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli onun şübhəli şəxs qismində tutulduğu 20 dekabr 2021-ci il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut olan və Binəqədi Rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən aşkar edilərək götürülmüş tədqiqatdan sonrakı çəkisi 115,988 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroin, tədqiqatdan sonrakı çəkisi 43,234 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin, üzərində «F/M40» göstəricisi olan 18 ədəd qəhvəyi rəngli, dairəvi formalı metadon dərman həbləri, üzərində və içərisində narkotik vasitə olan heroinə məxsus izlər olan 01 ədəd tərəzi, 01 ədəd plastik qab məhv edilməlidir. Təqsirləndirilən şəxs üzərində axtarış və götürmə hərəkətlərinin həyata keçirilməsi prossesini əks etdirən videoçəkilişin görüntüləri olan 01 ədəd CD disk və evə baxış və götürmə hərəkətlərinin həyata keçirilməsi prossesini əks etdirən videoçəkilişin görüntüləri olan 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərcləri 91 (doxsan bir) manat 76 (yetmiş altı) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında" 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 18 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi 72 (yetmiş iki) manat məbləğində pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-346, 349, 351-354, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 07 (yeddi) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 20 dekabr 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlansın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək, ona narkomaniyadan məcburi müalicə təyin edilsin. Hüquqi yardımla bağlı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabından Bakı şəhəri 18 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi 72 (yetmiş iki) manat məbləğində pul ödənilsin. İş üzrə maddi sübut olan və Binəqədi Rayon Polis İdarəsində saxlanılan tədqiqatdan sonrakı qalıq çəkisi 115,988 qram narkotik vasitə-heroin, tədqiqatdan sonrakı qalıq çəkisi 43,234 qram psixotrop maddə-metamfetamin, üzərində «F/M40» göstəricisi olan 18 ədəd qəhvəyi rəngli, dairəvi formalı metadon dərman həbləri, üzərində və içərisində heroinə məxsus izlər olan 01 ədəd tərəzi, 01 ədəd plastik qab məhv edilsin. Təqsirləndirilən şəxs üzərində axtarış və götürmə, eləcə də evə baxış və götürmə hərəkətlərinin həyata keçirilməsi prossesini əks etdirən videoçəkilişin görüntüləri olan 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərcləri 91 (doxsan bir) manat 76 (yetmiş altı) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar